Məhkəmə qərarları › İş №1(101)-434/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-434/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-434/2023 20.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, X10, X13, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə iclasında 07 avqust 1984-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, M.C.Paşayev küçəsi, 1-ci döngə, ev 3 ünvanında qeydiyyatda olan və ünvan 1da kiryədə yaşayan, 20 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 iyul 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarına əsasən barəsində axtarış elan edilməklə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş, 02 iyul 2023-cü il tarixdə tutulmuş və barəsində həbs qətimkan tədbiri tətbiq olunmuş, faktiki həbsdə olan Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızının Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızının Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair həmin cinayət işi məhkəmənin icraatına daxil olmuş, 23 noyabr 2022-ci il tarixə, məhkəmənin hazırlıq iclasına təyin edilməklə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 20 iyul 2022-ci il tarixdə, saat 08:45-də Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3nında yerləşən Suraxanı RPİ-nin 30cu PŞ-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtrarış aparılan zaman əynində olan göy rəngli qısa cins şalvarın (şortikin) sağ arxa cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə külli miqdarda təmiz çəkisi 3,554 qram açıq qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il qərarına əsasən təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızı Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilmiş və ilk məhkəmə iclası 02 dekabr 2022-ci il tarixə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasına təyin edilmişdir. İşə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızının, şahidlər Şahid1 və Şahid2, əlavə şahid kimi X6 dindirilmələri təmin edilmişdir. Təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızı məhkəmənin 27 yanvar 2023-cü il tarixli və sonrakı iclaslarına gəlmədiyindən, məhkəməyə gətirilməsi üçün haqqında çıxarılmış 03 mart 2023-cü il tarixli məcburi gətirmə barədə qərarın icrasının təmin edilməsi mümkün olmadığından məhkəmənin 07 aprel 2023-cü il tarixli qərarına əsasən təqsirləndirilən Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızının barəsində axtarış elan edilmiş, ibtidai istintaq orqanı tərəfindən onun haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızı 02 iyul 2023-cü il tarixdə tutulmuş və barəsində həbs qətimkan tədbiri tətbiq edilməklə sonuncu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızının saxlanıldığı Bakı İstintaq Təcridxanasından daxil olmuş qeyri-rəsmi məlumata əsasən təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) X3 onunla aparılan söhbət əsnasında təhqiqat, ibtidai istintaq orqanlarına və məhkəməyə şəxsiyyəti (anket məlumatları) ilə bağlı məlumatları doğru vermədiyini, şəxsiyyəti ilə bağlı verdiyi məlumatların özünə deyil, Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızı adlı doğma bacısına aid olduğunu bildirmişdir. Məhkəmənin 08 sentyabr 2023-cü il tarixli iclasında təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) X9 Təcridxanasından daxil olmuş qeyri-rəsmi məlumatı təsdiq edib, anket məlumatlarında bilərək yalan göstərdiyi 07 avqust 1984-cü il təvəllüdlü X5 onun doğma bacısı olduğunu, bacısı Təqsirləndirilən şəxs (Göyüyeva)-nın ünvan 5 ünvanda yaşadığını, bacısının ər soyadının “Əliyeva” olduğunu, özünün Şahid4 olduğunu, xx xxxxxx 1981-ci ildə Daşkəsən rayonunda doğulduğunu, bacısı Təqsirləndirilən şəxs (Göyüyeva) ilə eyni ünvanda - ünvan 7kı şəhərində kirayədə yaşadığını, “Göyüyeva” onun ata soyadının olduğunu, ərinin milliyyətcə türk olduğunu və “Sivacı” onun ər soyadının olduğunu, əri ilə faktiki ayrılsalar da, nikahın ləğvinin rəsmi olaraq qeydə alınmadığını göstərmiş, şəxsiyyət vəsiqəsini itirdiyindən narkotik vasitələrlə bağlı saxlanılarkən şəxsiyyət vəsiqəsini təqdim edə bilmədiyini bildirmiş, lakin təhqiqat, ibtidai istintaq orqanlarına və məhkəməyə şəxsiyyəti ilə bağlı yalan məlumatlar verməsinin səbəbini izah etməmişdir. AZEMİS “Elektron Məhkəmə Sistemi”ndən götürülmüş rəsmi məlumatlar əsasında məhkəmə sorğuları üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Daşkəsən rayon Qeydiyyat Şöbəsindən əldə olunan sənədlərlə müəyyən edilmişdir ki, xx xxxxxx 1981-ci ildə Daşkəsən şəhərində doğulmuş qadın cinsindən olan X4 doğum haqqında qeydi 15 dekabr 1981-ci ildə 374 nömrə ilə, 07 avqust 1984-cü ildə Daşkəsən şəhərində doğulmuş qadın cinsindən olan X5 doğum haqqında qeydi 14 avqust 1984-ci ildə 32 nömrə ilə qeydə alınmışdır. 15 dekabr 1981-ci il tarixli, 374 nömrəli və 14 avqust 1984-ci il tarixli, 32 nömrəli doğum haqqında akt qeydlərinin ata və ana haqqında məlumatlar bölümündə doğum qeydləri aparılmış hər iki şəxsin ata adının 05 may 1959-cu ildə doğulmuş X7 və ana adının 16 dekabr 1962-ci il təvəllüdlü X11 olmaları barədə qeydlər aparılmışdır. Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, iş üzrə təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızı hələ 20 iyul 2022-ci il tarixdə saxlanılmazdan əvvəl narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadə etmə ilə bağlı əməliyyat məlumatının daxil olması, bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, əməliyyat qrupunun yaradılması, və s. sənədlərdə əməliyyat məlumatının məhz xx.xx.1984-cü ildə ünvan 9 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 24-də yaşayan X5 barəsində daxil olduğu qeyd edilmiş, həmçinin qeyd olunan şəxsin - X5 şəxsiyyətini təsdiq edən sənd kimi 20 iyul 2022-ci il tarixli portal məlumatları materiallara əlavə edilmişdir. Qeyd olunan portal sənədinə əsasən X5 (ş/vəsiqəsi: 083390011, xx.xx.2011, Gəncə ŞPİ, Kəpəz RPŞ) xx.xx.1984-cü ildə ünvan 9 ünvanında qeydiyyatda olan və Gəncə şəhərində yaşayan şəxs olması təsdiq olunur. Təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızının şəxsiyyətini təsdiq edən konkret sənədlər (şəxsiyyət vəsiqəsi, ümumvətəndaşlıq pasportu, xidməti və ya sürücülük vəsiqəsi və s.) cinayət işinin materiallarına əlavə edilmədiyindən, məhkəmə hazırlıq iclasında onun şəxsiyyəti cinayət işinin materiallarına əlavə edilmiş 20 iyul 2022-ci il tarixli portal məlumatları, cinayət işinin materialları və təqsirləndirilən şəxsin özünün portal məlumatlarına əsasən sorğu-sual edilməsi əsasında müəyyən edilmiş, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məlumatların şübhəli olmasına əsaslar müəyyən edilməmişdir. AZEMİS “Elektron Məhkəmə Sistemi”ndən götürülmüş 06 iyun 2006-cı ildə Gəncə ŞPİ, Kəpəz RPŞ tərəfindən verilmiş AZE ******* saylı şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1981-ci ildə ünvan 12 ünvanında qeydiyyatda olan və yaşayan Şahid4 aiddir. Bundan başqa, yenə də AZEMİS “Elektron Məhkəmə Sistemi”ndən götürülmüş daha bir şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.2021-ci il tarixdə Asan- Gəncə xidmətindən xx.xx.1984-cü ildə ünvan 9 ünvanında qeydiyyatda olan, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən məlumatlarla eynilik təşkil edən Təqsirləndirilən şəxs adına AA ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmə baxışı zamanı xx.xx.1984-cü ildə ünvan 9 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs məhkəməyə dəvət olunaraq dindirilmiş, sonuncu özünün X1 olduğunu, ailə qurduqdan sonra ərinin soyadı olaraq “Əliyeva” soyadını qəbul etdiyini və adına AA ******* nömrəli şəxsiyyət vəsiqəsi verildiyini, iş üzrə təqsirləndirilən şəxsin onun doğma bacısı, xx xxxxxx 1981-ci ildə Daşkəsən rayonunda doğulmuş X8 olduğunu, Türkiyə Respublikasının vətəndaşı ilə ailə qurduqdan sonra bacısının ərinin soyadı olan “Sivacı” soyadını qəbul etdiyini təsdiq etmiş, bacısının Bakı şəhərində yaşadığını və uzun illər bir-biri ilə əlaqələrinin olmadığını, özünün və ailə üzvlərinin daimi olaraq ünvan 13 ünvanında yaşadıqlarını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ittiham aktı təsdiq olunmaqla barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 23 noyabr 2022-ci il qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilmiş şəxs reallıqda xx.xx.1984-cü ildə ünvan 9 ünvanında qeydiyyatda olan Göyüyeva (Əliyeva) Nailə Fəhrad qızı deyil, fiziki olaraq Göyüyeva (Əliyeva) Nailə Fəhrad qızının bacısı, 20 iyul 2022-ci il tarixdə, saat 08:45-də Bakı şəhəri, Suraxanı RPİ-nin, 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılmış və üzərindən 3,554 qram heroin narkotik vasitəsi aşkar edilmiş təqsirləndirilən şəxs - xx xxxxxx 1981-ci ildə ünvan 12 ünvanında qeydiyyatda olan Sivacı (Göyüyeva) Elnurə Fəhrad qızı (şəxsiyyət vəsiqəsi: AZE ******* ) olmuşdur. Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı işdə bir neçə təzadlı, paradoksal vəziyyət olduğu müəyyən edilmişdir. Belə ki, təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızı barəsində toplanmış, cinayət işinin başlanılmasınadək olan sənəlrələ müəyyən olunur ki, yuxarıda qeyd olunduğu kimi, narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadə etmə ilə bağlı olan əməliyyat məlumatı xx.xx.1984-cü ildə ünvan 9 ünvanında qeydiyyatda olan Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızının barəsində onun saxlanılmasından əvvəl daxil olmuş, lakin sənədləşməyə əsasən keçirimiş əməliyyat-axtarış tədbirləri nəticəsində fiziki olaraq anket məlumatları yuxarıda qeyd olunan Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızı deyil, onun bacısı, faktiki barəsində cinayət işinə baxılan xx xxxxxx 1981-ci ildə ünvan 12 ünvanında qeydiyyatda olan Sivacı (Göyüyeva) Elnurə Fəhrad qızı saxlanılmış və ətrafında Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızı olaraq təhqiqat və istintaq hərəkətləri aparılmışdır. Bundan başqa, eyni paradoksal vəziyyət təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızı barəsində axtarış elan olunması, onun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunması və axtarış nəticəsində tutulması mərhələsində də yaranmışdır. Belə ki, qərarın əvvəlində göstərildiyi kimi, baxılan iş üzrə təqsirləndirilən şəxs məhkəmədən yayındığından Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs, xx.xx.1984-cü ildə ünvan 9 ünvanında qeydiyyatda olan Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızının barəsində axtarış elan edilmiş, axtarış nəticəsində fiziki olaraq anket məlumatları yuxarıda qeyd olunan Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızı deyil, onun bacısı, faktiki barəsində cinayət işinə baxılan xx xxxxxx 1981-ci ildə ünvan 12 ünvanında qeydiyyatda olan Sivacı (Göyüyeva) Elnurə Fəhrad qızı 02 iyul 2023-cü il tarixdə tutulmuş və barəsində həbs qətimkan tədbiri tətbiq edilməklə sonuncu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 20 iyul 2022-ci il tarixdə, saat 08:45-də Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və şəxsi axtrarış zamanı 3,554 qram çəkidə heroin narkotik vasitə aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və haqqında ittiham aktı tərtib edilməklə məhkəməyə verilmiş şəxs fiziki olaraq xx.xx.1984-cü ildə ünvan 9 ünvanında qeydiyyatda olan Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızı deyil, onun bacısı, faktiki barəsində cinayət işinə baxılan xx xxxxxx 1981-ci ildə ünvan 12 ünvanında qeydiyyatda olan Sivacı (Göyüyeva) Elnurə Fəhrad qızı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, müəyyən olunan vəziyyətlə bağlı cinayət işi üzrə məhkəmə baxışının davam etdirilməsi və iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi, məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün olmayan kobud qanun pozuntularına, o cümlədən ittiham aktının tərtibi ilə bağlı prosessual tələblərin pozulması hallarına yol verildiyindən, mümkünsüzdür. Məhkəmə təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızının Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilməsini, cinayət işinin faktiki məhkəmə baxışı (məhkəmə istintaqı) mərhələsində olmasını və cinayət işi üzrə məhkəmə baxışının davam etdirilməsinin mümkünsüzlüyünü nəzərə alıb, qeyd edir ki, təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızının Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə məhkəməyə verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması əsası ilə cinayət işinə baxılmasına xitam verilməli və yol verilmiş pozuntuların aradan qaldırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin Kommentariyasında (H.E.D. professor C.H.Mövsümov, “Digesta” nəşriyyatı, 2007) Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə verilən şərhdə qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanın hər hansı bir məsələ üzrə ləğv edilməmiş qərarının olması icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrin həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Belə halda həmin məsələ qüvvədə olan qərarla artıq həll edilmiş olduğundan həmin məsələ üzrə yeni qərarın qəbul edilməsinə heç bir zərurət yoxdur. Yeni qərar yalnız o halda qəbul edilə bilər ki, həmin məsələ üzrə əvvəlki prosessual qərar ləğv edilmiş olsun. İş üzrə müəyyən edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və haqqında ittiham aktı tərtib edilməklə məhkəməyə verilmiş şəxsin xx.xx.1984-cü ildə ünvan 9 ünvanında qeydiyyatda olan Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızının deyil, fiziki olaraq onun anket məlumatlarından istifadə etmiş qeyrisinin olması cinayət işi üzrə məhkəmə baxışının davam etdirilməsinin mümkünsüzlüyü ilə yanaşı, ittiham aktının tərtib olunması ilə bağlı Azərbaycan Respublikası CPM-nin 289.3.3, 289.3.4 və 289.4-cü maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmış və iş üzrə ittiham aktının düzgün tərtib olunmaması ilə nəticələnmişdir. Azərbaycan Respublikası CPM-nin 289.3.3-cü maddəsinə əsasən iş üzrə tərtib olunan ittiham aktında təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; Həmin Məcəllənin 289.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsi səciyyələndirən hallar yer almalıdır. Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsinin tələblərinə görə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan kobud qanun pozuntularıdır və belə pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Avropa İnsan Hüquqları Məhkəməsi Milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən həmin Məcəllənin 306cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələyə də baxmalıdır. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, baxılan iş üzrə təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızı 20 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 iyul 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs məhkəmədən yayındığından, onun olduğu yer müəyyən olunmadığından Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarına əsasən barəsində axtarış elan edilməklə haqqında məhkəməyədək icraat mərhələsində haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Barəsində cinayət işinə baxılan təqsirləndirilən şəxs 02 iyul 2023-cü il tarixdə tutulmuş, barəsində həbs qətimkan tədbiri tətbiq olunmaqla Bakı İstintaq Təcridxanasına yerləşdirilmiş və bu qərarın qəbul edildiyi günədək, iki gün şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət də daxil olmaqla üç ay iyirmi gün həbsdə saxlanılmışdır. Məhkəmə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin anket məlumatları ilə əlaqədar müəyyən edilmiş, məhkəmə baxışı nəticəsində aradan qaldırılması mümkün olmayan prosessual pozuntuların aradan qaldırılması məqsədi ilə ibtidai araşdırma aparılması zərurəti yarandığından, bu araşdırmanın aparılacağı müddətin, həmiçinin aparılacaq ibtidai istintaqın nəticəsinin qeyri-müəyyənliyi nəzərə alınmalı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarına əsasən iş üzrə təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızının barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməli və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1, 300.1.5, 303.1, 303.3.6, 306.1 və 306.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızının Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokurorluğuna qaytarılsın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarına əsasən Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızının barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Hazırki qərarın 2-3-cü bəndləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin XL fəslinin müddəalarına uyğun hesab edilsin. Qərarın surəti proses iştirakçılarına və təqsirləndirilən şəxs Əliyeva (Göyüyeva) Nailə Fəhrad qızının şəxsi işinə əlavə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar