Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-435/2021 11.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1987-ci il avqustun 17-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımış və satmışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Elton adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan dörd ədəd bükümdə heroin əldə edib saxlamaqla daşımış, 2020-ci il iyulun 30-da saat 18 radələrində üzərində saxladığı 3,868 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0,500 qramını Şahid4 10 manata satmış, 2020-ci il iyulun 30-da saat 23:30-da Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay Yolu küçəsində yerləşən 11 nömrəli evin qarşısında saxlanaraq bölməyə gətirilib üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibindən üç ədəd siqaretin qara rəngli kağız bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 1,091 qram, 1,043 qram və 1,234 qram, ümumilikdə külli miqdar təşkil edən 3,368 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir ildən çoxdur narkotik maddə qəbul edir. O, heç bir zaman narkotiklərin satışı ilə məşğul olmamışdır, üzərindən yalnız öz şəxsi istifadəsi üçün saxladığı bir çet psixotrop maddə metamfetamin çıxmışdır. Polis əməkdaşları onu döyüb narkotik vasitə heroini cibinə qoymuşlar. Əməlindən peşman olmuşdur. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, uzun müddətdir narkotik maddə qəbul edir. 2020-ci il iyulun 30-da saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 2-ci Massivdə yerləşən ərzaq dükanının qarşısından keçərkən həmin qəsəbənin sakini kimi tanıdığı Təqsirləndirilən şəxs adlı şəxslə qarşılaşmış və sonuncunun təklifi ilə ondan 10 manata bir ədəd siqaretin qara rəngli kağız kəsiyinə yığılmış halda «kakos» deyilən narkotik vasitə heroin almaqla geyindiyi qara rəngli cins şalvarın sağ arxa cibinə qoymuşdur. Göstərilən tarixdə saat 20:30 radələrində narkotik vasitəni qəbul etmək üçün yaşadığı evdən çıxaraq dəmiryolu xəttinə tərəf getmiş, bu vaxt iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərinin Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələnildiyini bildirməklə onu bölməyə gətirmişdir, orada videoçəkilişlə baxış keçirilərək üzərindəki əşyaları könüllü şəkildə təqdim etməyi təklif olunduqda əynindəki qara rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd siqaretin qara rəngli kağız kəsiyindəki bükümü çıxarıb hər şeyi olduğu kimi səmimi danışmışdır. Aşkarlanan narkotik vasitə müvafiq zərfə qoyulmaqla möhürlənmiş, bu barədə tərtib olunan protokolun doğruluğunu hamı imzası ilə təsdiq etmişdir. Hazırda Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilindiyinə görə cəza çəkir. Onlara qarşı heç bir zor və ya təzyiq tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, polis baş leytenantı olmaqla Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində cinayətaxtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işlədiyi müddətdə, yəni 2020-ci il iyulun 30-da Şahid4 adlı şəxsin narkotik vasitələrin qəbulu, daşıması və saxlaması barədə daxil olan məlumatı yoxlamaq üçün o, əməliyyat müvəkkili Şahid2 ilə birlikdə qeyd edilən tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci Massivdə yerləşən dəmiryol xəttinin yanına gəlmişdir. Ətrafda onlar zahiri əlamətləri Şahid4 ilə üstüstə düşən bir nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, sonuncunun həmin şəxs olduğunu dəqiqləşdirib narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirməklə bölməyə gətirmişlər, inzibati otaqda müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq Şahid4 üzərinə şəxsi axtarış keçirilərkən sonuncu onların təklifi ilə əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən siqaretin qara rəngli kağızına bükülmüş bir ədəd bükülünü təqdim edib içərisində «kakos» deyilən narkotik vasitə olduğunu, göstərilən maddəni öz şəxsi istifadəsindən ötrü Bakı şəhəri Qaradağ rayonunun Qobustan qəsəbəsində Zöhrab adlı şəxsdən 10 manata almaqla üzərində saxladığını bildirmişdir. Əməliyyat tədbirlərinin davamı olaraq 2020-ci il iyulun 31-də saat 23:30 radələrində Qobustan qəsəbəsindəki Torağay yolu küçəsində yerləşən 11 saylı evin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etməklə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələnildiyini bildirərək bölməyə dəvət etmişlər, orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılıb sonuncunun üzərinə şəxsi axtarış keçirildiyi vaxt Təqsirləndirilən şəxs onların təklifi ilə əynindəki qara rəngli şalvarın sol yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş üç ədəd bükülünü təqdim etməklə içində «kakos» kimi tanınan narkotik vasitə olduğunu, 2020-ci il iyulun 30-da saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesindəki «avtobaza» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən göstərilən bükümlərin, habelə Şahid4 satdığı bir ədəd bükümün hər birini səkkiz manat, cəmi 32 manat müqabilində aldığını bildirmişdir. Sonuncudan götürülən bükümlərdə aşkar olunan tünd qəhvəyi rəngli, toz şəklində, kəskin spesifik iyə malik narkotik vasitəyə bənzər maddələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid4 və Təqsirləndirilən şəxs saxlanarkən heç bir tabesizlik göstərməmişlər, eləcə də sonunculara qarşı heç bir zorakılıq və təzyiq tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 Şahid1 ilə oxşar ifadə verdi. İş üzrə şahid qismində dindirilən polis baş leytenantı Elşad Cəmiyyət oğlu Qurbanov ifadəsində göstərdi ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işlədiyi müddətdə, yəni 2020-ci il iyulun 30-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahid4 üzərinə videoçəkilişlə şəxsi axtarış və baxış keçiriləcəyi bildiriləndə etiraz etməmiş, üstündə hər hansı qanunsuz əşya varsa, təqdim etməsi təklif edildikdə sonuncu müdafiəçinin iştirakı ilə əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən siqaretin qara rəngli kağızına bükülmüş bir ədəd bükülünü təqdim edib içərisindəki «kakos» deyilən narkotik vasitəni Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində Zöhrab adlı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün əldə etməklə üzərində saxladığını bildirmişdir. Qeyd edilən maddə zərfə qoyularaq möhürlənmiş, hadisə ilə bağlı tərtib olunan protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunduqdan sonra şəxsiyyəti müəyyən edilib bölməyə gətirilən Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş, üstündə hər hansı qanunsuz əşya mövcuddursa, təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş üç ədəd bükülünü təqdim etməklə içində narkotik vasitə sayılan «kakos» olduğunu, həmin bükümləri və Şahid4 satdığı bir ədəd bükümü səkkiz manatdan, ümumilikdə 32 manat əvəzində 2020-ci il iyulun 30-da saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesindəki «avtobaza» adlanan sahədə naməlum şəxsdən aldığını bildirmişdir. Sonuncudan götürülən maddələr zərfdə qablaşdırılaraq tərtib edilən protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid4 və Təqsirləndirilən şəxs heç biri polis tərəfindən zor hərəkətlərinə və ya təsirə məruz qalmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmada verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində sonuncu uzun müddətdir narkotik maddə qəbul etməkdən savayı təxminən bir ildir narkotik vasitələrin satışı ilə məşğul olub ittiham edildiyi cinayət əməllərini təfsilatı ilə izah etmişdir (1-ci cild, iş vərəqi 65-67, 96-98 və 123-124). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin 2020-ci il iyulun 30-da tərtib etdiyi raportlardan, eyni tarixli Ə27-071-20 əmrindən və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından görünür ki, Şahid4 qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və əldə edərək üzərində saxlaması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu göstərilən tarixdə saat 20:30-da Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci Massivdə yerləşən dəmiryol xəttinin yaxınlığında saxlanaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gətirilmişdir (1-ci cild, iş vərəqi 3, 5-7 və 10). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 30 iyul tarixli protokolun kserosurətindən görünür ki, videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan Şahid4 əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən siqaretin qara rəngli kağızına bükülən bir ədəd büküm çıxarıb içindəki narkotik vasitə heroini şəxsi istifadəsi üçün 2020-ci il iyulun 30-da saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 2-ci Massivdə yerləşən ərzaq mağazasının yaxınlığında Zöhrab adlı şəxsdən 10 manata aldığını bildirmişdir (1-ci cild, iş vərəqi 29- 31). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin 2020-ci il iyulun 30-da və 2020-ci il iyulun 31-də tərtib etdiyi raportlardan, 2020-ci il 30 iyul tarixli Ə28-071-20 №-li əmrindən və eyni tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə qəbul etməsi və əldə edərək üzərində saxlaması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2020-ci il iyulun 30da saat 23:30-da Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay Yolu küçəsində yerləşən 11 nömrəli evin qarşısında saxlanmaqla Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gətirilmişdir (1-ci cild, iş vərəqi 36-37, 39-40 və 43). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 31 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 00:10-da Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 53). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 31 iyul tarixli protokoldan görünür ki, videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən siqaretin qara rəngli kağızına bükülən üç ədəd büküm çıxarıb içində narkotik vasitə heroin olduğunu, həmin maddələri 2020-ci il iyulun 30-da saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu şosesindəki «avtobaza» adlı ərazidə tanımadığı şəxsdən hər bir bükümünü səkkiz manata alıb satış məqsədi ilə üzərində saxlayaraq gəzdirdiyini, bükümlərdən birini qeyd edilən tarixdə saat 15 radələrində tanışı Ceyhun adlı şəxsə 10 manata satdığını bildirmiş, bir ədəd DVD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 62-64). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2020-ci il 31 iyul tarixli 1/4029 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidiyində Opi və THC qrupu preparatları aşkarlanmışdır (1-ci cild, iş vərəqi 72). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 31 iyul tarixli 6/1430 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «… Təqsirləndirilən şəxs..» sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,091 qram, 1,043 qram, 1,234 qram, ümumi təmiz çəkisi 3,368 qram, habelə üzərində «... Şahid4...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,500 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla kimyəvi komponent tərkiblərinə görə eynidir, tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 3,278 qram və 0,470 qram, ekspertiza tədqiqatının dəyəri 81,82 manatdır (1-ci cild, iş vərəqi 75-79). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 31 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosesinin qeydə alındığı DVD diskinə baxış zamanı sonuncunun əynindəki qara rəngli şalvarın sol yan cibindən siqaretin qara rəngli kağızına bükülən üç ədəd büküm çıxarıb içində narkotik vasitə heroin olduğunu və həmin maddələri satış məqsədilə əldə etdiyini bildirməsi müəyyən olunmuşdur (1-ci cild, iş vərəqi 85). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 01 avqust tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməllər Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 234.2.-ci maddələrindən həmin Məcəllənin 234.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilmişdir (1-ci cild, iş vərəqi 99- 100). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 01 avqust tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 114-115). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2020-ci il 01 avqust tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il iyulun 31-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 138-139). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 03 avqust tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Şahid4 və Təqsirləndirilən şəxs üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu isə onun dedikləri ilə razılaşdığını bildirmişdir (1-ci cild, iş vərəqi 148-149). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 03 avqust tarixli protokolun kserosurətindən və eyni tarixli protokoldan görünür ki, ifadələri yerində yoxlanılan təqsirləndirilən şəxslər Şahid4 və Təqsirləndirilən şəxs hadisəni təfərrüatı ilə danışmışlar, fotoşəkil protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 155-160). İş materiallarında olan 2020-ci il 03 avqust tarixli ərizədən və Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanındakı evinə videoçəkilişlə baxış zamanı heç bir qanunsuz əşya aşkar olunmamış, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 161-166). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 2020-ci il avqustun 31-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 176). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 2020-ci il 29 sentyabr tarixli 1/1235 №-li və «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2020-ci il 08 oktyabr tarixli 6854 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tibb müəssisələrində müalicə almamışdır (1-ci cild, iş vərəqi 190 və 197). İş materiallarındakı Qaradağ Rayonu İcra Hakimiyyəti Başçısının Qobustan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2020-ci il oktyabrın 20-də tərtib etdiyi 1377 №li və 1376 №-li arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır (1-ci cild, iş vərəqi 204- 205). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 09 sentyabr tarixli 2479 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 218-219). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 25 oktyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli və 2020-ci il 26 oktyabr tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncudan götürülən siqaretin qara rəngli kağızına bükülən üç ədəd bükümdəki narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 3,278 qram qalığı maddi sübut kimi tanınmaqla saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Şahid4 barəsində Azərbaycan Respublikasının CM-nin 234.1.-ci, Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan Elton adlı şəxsdən narkotik vasitəni əldə edərək saxlaması və satması xüsusiyyəti üzrə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cinayət işi ayrılmışdır (1-ci cild, iş vərəqi 226-237, 240-241, 245 və 249-250). İş materiallarında olan 2020-ci il 28 oktyabr tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 75 iş saatı müddətində həyata keçirilmişdir (1-ci cild, iş vərəqi 265). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni üzərində şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin olması, narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə eedilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törəedilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin dərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı üç ədəd siqaretin qara rəngli kağız bükümündə narkotik vasitə heroinin 3,278 qram qalığı məhv edilməli, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyərini təşkil dən 81,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 450 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il iyulun 31-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il iyulun 31-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 81,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 450 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı üç ədəd siqaretin qara rəngli kağız bükümündə narkotik vasitə heroinin 3,278 qram qalığı məhv edilsin, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-435/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-435/2021
11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver