Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-435/2022 07.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, 16 avqust 1978-ci ildə Tərtər rayonu, Evoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, Tərtər rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda işləməyən, Tərtər rayonu, Evoğlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətiman tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri, xx xxxxx 1985-ci ildə Kürdəmir rayonu, Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 184-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəsisəsində cəza çəkən, hazırki cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində qeyrisi vasitəsi ilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrilərini təkrarən təhrik etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, Tərtər rayon İcra Hakimiyyəti Başçısının 25.10.2020-ci il tarixli, 147 nömrəli əmri ilə Tərtər rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib 12 avqust 2021-ci il tarixədək həmin vəzifədə işləyərkən qulluq mövqeyindən istifadə edərək Bakı şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşaraq əlbir olmaqla cinayət əlaqəsinə girib bir qrup şəxs halında özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tərtər rayonu, Hacıqərvənd kənd tam orta məktəbinin direktoru vəzifəsinin icrası həvalə edilmiş tanışı Şahid2 “Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə”sinə müraciət edərək 2019-cu ilin avqust ayında “test”, 08.11.2019-cu il tarixdə isə “müsahibə” mərhələsində iştirak etdikdən sonra müsabiqənin nəticələri açıqlanmadığı müddətdə, yəni 2019-cu ilin noyabr ayının sonunda Şahid2 xidməti otağına çağırıb aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədilə sonuncuya guya 3.000 manat verəcəyi halda vakant olan həmin məktəbin direktoru vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlanmaqla təsdiq olunmasını özünün həll edə biləcəyini yalandan bildirdikdən sonra Şahid2 həmin pulu vermək niyyətinin olmadığını görüb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq bu barədə ona bildirib, Şahid2 istifadəsində olan ***-***-**-** telefon nömrəsini Təqsirləndirilən şəxs1 verdikdən sonra sonuncu 21.01.2020ci il tarixdə Şahid2 həmin nömrəsinə özünün istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə zəng edib özünü cinayətkar məqsədinə nail olmaq üçün yalandan Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək rayon Təhsil şöbəsinin müdiri ilə aralarında olan problemlər, habelə xidməti fəaliyyətində olan digər nöqsanlar barədə bir qədər söhbətlər etdikdən sonra rayon Təhsil şöbəsinin müdirinin onun barəsində mənfi xarakterli rəy verəcəyi təqdirdə onun həmin vəzifəyə təyin edilməsinin qeyri-mümkün olacağını, Nazirliyin əməkdaşı kimi bu sahədə yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə yaxın əlaqələrinin olmasını və bu əlaqələri sayəsində onun məktəb direktoru vəzifəsinə təsdiq olunmasını Təhsil Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 4.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində müsbət həll edəcəyini 21.01.2020-ci il tarixdə telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 tərəfindən yalandan vəd edilib Şahid2 bildirildikdən sonra, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək sonuncunun razılığını alıb sövdələşməklə, həmin niyyətlə Şahid2la 23.01.2020-ci il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 Bakı Metropoliteninin “Əhmədli” stansiyası yaxınlığında görüşməsinə və oradan taksi fəaliyyəti ilə məşğul olan dövlət nömrə nişanı istintaqla müəyyən edilməyən avtomobillə Bakı şəhəri Xətai prospekti 49 ünvanında yerləşən Təhsil Nazirliyinin inzibati binasına doğru gedərkən yolda 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin Şahid2 Təqsirləndirilən şəxs1 vasitəsi ilə alınmasına nail olaraq, qeyd edilən məsələnin yaxın 10 gün müddətində həll ediləcəyini sonuncu vasitəsilə bir daha yalandan vəd edib, Şahid2 xeyrinə heç bir hərəkət etməyərək, aldığı pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid2 təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşaraq əlbir olmaqla cinayət əlaqəsinə girib bir qrup şəxs halında özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tərtər rayonu, Əskipara kənd tam orta məktəbinin direktoru vəzifəsinin icrası həvalə edilmiş Şahid1 “Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə”də iştirak edib 1 illik sınaq müddəti ilə həmin məktəbin direktoru vəzifəsini icra etdiyi müddətdə, yəni 2020-ci ilin yanvar ayının ortalarında Şahid1 xidməti otağına çağırıb ona yalandan guya 3.000 manat verəcəyi halda həmin məktəbin direktoru vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlanmaqla təsdiq olunmasını həli edə biləcəyini, habelə həmin müddətdə qeyd edilən məktəbdə aparılan xidməti yoxlama zamanı aşkar edilən pozuntuların onunla əmək müqaviləsi bağlanmasına mane olacağını yalandan bildirib bu problemlərin yoluna qoyulması üçün əlavə 3.000 manat pul vəsaitinin verilməsinin zəruri olmasını bildirdikdən sonra Şahid1 həmin pulu vermək niyyətinin olmadığını görüb, bir neçə gündən sonra, yəni 18.01.2020-ci il tarixdə Şahid1 yenidən xidməti otağına çağırıb inandırmaq üçün təhsil nazirinin adına müvafiq əzmunlu ərizə yazdırıb həmin ərizəni “WhatsApp” proqramı vasitəsi ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 göndərərək əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq Şahid1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsini Təqsirləndirilən şəxs1 verdikdən sonra sonuncu 20.01.2020-ci il tarixdə Şahid1 həmin nömrəsinə özünün istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri ilə zəng edib özünü cinayətkar məqsədinə nail olmaq üçün yalandan Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək danışıq zamanı rayon Təhsil şöbəsinin müdiri ilə Şahid1 arasında olan problemlər, habelə xidməti yoxlama zamanı məktəbdə aşkar edilən nöqsanlar barədə bir qədər söhbətlər etdikdən sonra rayon Təhsil şöbəsinin müdirinin onun barəsində mənfi xarakterli rəy verəcəyi təqdirdə onun həmin vəzifəyə təsdiq edilməsinin qeyri-mümkün olacağını, Nazirliyin əməkdaşı kimi bu sahədə yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə yaxın əlaqələrinin olmasını və bu əlaqələri sayəsində məktəb direktoru vəzifəsinə təsdiq olunmasını Təhsil Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan 6.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində müsbət həll edəcəyini 20.01.2020-ci il tarixdə telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 tərəfindən yalandan vəd edilib Şahid1 bildirildikdən sonra, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək sonuncunun razılığını maddi cəhətdən imkanın aşağı olması ilə əlaqədar 5.000 manat pul verməsi üçün alıb sövdələşməklə, həmin niyyətlə Şahid1 21.01.2020-ci il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə ünvan 3 ünvanında yerləşən “McDonalds” restoranının qarşısında görüşməsinə və oradan taksi fəaliyyəti ilə məşğul olan, istintaqla dövlət nömrə nişanı müəyyən edilməyən avtomobillə şəhər mərkəzinə doğru hərəkət edərkən yolda inandırmaq üçün Təqsirləndirilən şəxs1 mobil telefonunda Şahid1 tərəfindən yazılmış və özünün ona göndərdiyi qeyd edilən ərizəni göstərməklə qeyd edilən məsələ ilə bilavasitə məşğul olması görüntüsü yaradıb, həmin avtomobildə gedən zaman 5.000 (beş min) manat məbləğində pul vəsaitinin Şahid1 Təqsirləndirilən şəxs1 vasitəsi ilə alınmasına nail olaraq, qeyd edilən məsələnin ən geci 10 gün müddətində həll ediləcəyini bir daha yalandan vəd edib, Şahid1 xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid1 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşaraq əlbir olmaqla cinayət əlaqəsinə girib bir qrup şəxs halında özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Bərdə rayon Təhsil şöbəsində metodist vəzifəsində işləyən və özü tərəfindən “Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə”sinə hazırlaşdırılan tanışı Şahid3 qeyd edilən müsabiqədən müvəffəqiyyətlə keçə bilmədikdən sonra 2020-ci ilin yanvar ayının ortalarında, müsabiqənin nəticələrinə yenidən baxılması üçün Təhsil Nazirliyində müvafiq rəhbər əməkdaşın qəbuluna düşməsinə köməklik etməsi barədə özünə müraciət etdikdən sonra Şahid3 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 guya Təhsil Nazirliyinin işçisi olduğunu yalandan bildirib sonuncunun ***-***-**-** saylı əlaqə telefonunu Şahid3 verərək bu barədə Təqsirləndirilən şəxs1 ilə görüşməsini deyərək əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq sonuncu 28.01.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Neşve” kafesində Şahid3 ilə görüşüb özünü cinayətkar məqsədinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək guya bu sahədə yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə yaxın əlaqələrinin olmasını və bu əlaqələri sayəsində qeyd edilən müsabiqənin nəticələrini “apellyasiya yolu ilə” ləğv edib onun Bərdə rayon Əyricə kənd tam orta məktəbin direktoru vəzifəsinə təsdiq olunmasını Təhsil Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan 15.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində müsbət həll edəcəyini 28.01.2020-ci il tarixdəki görüşü zamanı Təqsirləndirilən şəxs1 tərəfindən yalandan vəd edilib Şahid3 bildirildikdən sonra, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək sonuncunun razılığını maddi cəhətdən imkanın aşağı olması ilə əlaqədar 10.000 manat pul verməsi üçün alıb sövdələşməklə, həmin niyyətlə Zövqiyyə Əsədovdan 29.01.2020-ci il tarixdə Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasının yaxınlığında 7000 manat, 30.01.2020-ci il tarixdə isə “Azərpoçt" MMC-nin ünvan 4 ünvanında yerləşən inzibati binasının qarşısında 3.000 manat olmaqla, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitinin qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə alınmasına nail olaraq, qeyd edilən məsələnin ən geci bir həftə müddətində həli ediləcəyini bir daha yalandan vəd edib, Şahid3 xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid3nm xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid3 təhrik etmişdir. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində özü vasitəsi ilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilərini təkrarən təhrik etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, Tərtər rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşaraq əlbir olmaqla cinayət əlaqəsinə girib bir qrup şəxs halında özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tərtər rayonu, Hacıqərvənd kənd tam orta məktəbinin direktoru vəzifəsinin icrası həvalə edilmiş sonuncunun tanışı Şahid2 “Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə”sinə müraciət edərək 2019-cu ilin avqust ayında “test”, 08.11.2019cu il tarixdə isə “müsahibə” mərhələsində iştirak etdikdən sonra müsabiqənin nəticələri açıqlanmadığı müddətdə, yəni 2019-cu ilin noyabr ayının sonunda qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən Şahid2 xidməti otağına çağırılıb aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədilə sonuncuya guya 3.000 manat verəcəyi halda vakant olan həmin məktəbin direktoru vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlanmaqla təsdiq olunmasını həll edə biləcəyini yalandan bildirdikdən sonra Şahid2 həmin pulu vermək niyyətinin olmadığını görüb əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq Şahid2 xidməti fəaliyyəti barədə zəruri məlumatları və istifadəsində olan ***-***-**-** telefon nömrəsini Təqsirləndirilən şəxs2 vasitəsi ilə əldə etdikdən sonra 21.01.2020-ci il tarixdə Şahid2 həmin nömrəsinə özünün istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə zəng edib özünü cinayətkar məqsədinə nail olmaq üçün yalandan Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək rayon Təhsil şöbəsinin müdiri ilə aralarında olan problemlər, habelə xidməti fəaliyyətində olan digər nöqsanlar barədə bir qədər söhbətlər etdikdən sonra rayon Təhsil şöbəsinin müdirinin onun barəsində mənfi xarakterli rəy verəcəyi təqdirdə onun həmin vəzifəyə təyin edilməsinin qeyri-mümkün olacağını, Nazirliyin əməkdaşı kimi bu sahədə yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə yaxın əlaqələrinin olmasını və bu əlaqələri sayəsində onun məktəb direktoru vəzifəsinə təsdiq olunmasını Təhsil Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 4.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində müsbət həll edəcəyini 21.01.2020-ci il tarixdə telefon danışığı zamanı yalandan vəd edib Şahid2 bildirdikdən sonra özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək sonuncunun razılığını alıb sövdələşməklə, həmin niyyətlə Şahid2la 23.01.2020-ci il tarixdə Bakı Metropoliteninin “Əhmədli” stansiyası yaxınlığında görüşüb oradan taksi fəaliyyəti ilə məşğul olan dövlət nömrə nişanı istintaqla müəyyən edilməyən avtomobillə Bakı şəhəri Xətai prospekti 49 ünvanında yerləşən Təhsil Nazirliyinin inzibati binasına doğru gedərkən yolda 4.000 (dörd min) manat məbləğində pul vəsaitini Şahid2 almaqla, qeyd edilən məsələnin yaxın 10 gün müddətində həll ediləcəyini bir daha yalandan vəd edib, Şahid2 xeyrinə heç bir hərəkət etməyərək, aldığı pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində özü vasitəsi ilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid2 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşaraq əlbir olmaqla cinayət əlaqəsinə girib bir qrup şəxs halında özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tərtər rayonu, Əskipara kənd tam orta məktəbinin direktoru vəzifəsinin icrası həvalə edilmiş Şahid1 “Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə”də iştirak edib 1 illik sınaq müddəti ilə həmin məktəbin direktoru vəzifəsini icra etdiyi müddətdə, yəni 2020-ci ilin yanvar ayının ortalarında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən Şahid1 xidməti otağına çağırılıb ona yalandan guya 3.000 manat verəcəyi halda həmin məktəbin direktoru vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlanmaqla təsdiq olunmasını həll edə biləcəyini, habelə həmin müddətdə qeyd edilən məktəbdə aparılan xidməti yoxlama zamanı aşkar edilən pozuntuların onunla əmək müqaviləsi bağlanmasına mane olacağını yalandan bildirib bu problemlərin yoluna qoyulması üçün əlavə 3.000 manat pul vəsaitinin verilməsinin zəruri olmasını bildirdikdən sonra Şahid1 həmin pulu vermək niyyətinin olmadığını görüb, bir neçə gündən sonra yəni 18.01.2020-ci il tarixdə Şahid1 yenidən xidməti otağına çağırıb inandırmaq üçün təhsil nazirinin adına müvafiq məzmunlu ərizə yazdırıb həmin ərizəni “WhatsApp” proqramı vasitəsi ilə, habelə əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq Şahid1 xidməti fəaliyyəti barədə zəruri məlumatları və istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsini Təqsirləndirilən şəxs2 əldə etdikdən sonra şəxsən 20.01.2020-ci il tarixdə Şahid1 həmin nömrəsinə özünün istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri ilə zənglər edib özünü cinayətkar məqsədinə nail olmaq üçün yalandan Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək danışıq zamanı rayon Təhsil şöbəsinin müdiri ilə Şahid1 arasında olan problemlər, habelə xidməti yoxlama zamanı məktəbdə aşkar edilən nöqsanlar barədə bir qədər söhbətlər etdikdən sonra rayon Təhsil şöbəsinin müdirinin onun barəsində mənfi xarakterli rəy verəcəyi təqdirdə onun həmin vəzifəyə təsdiq edilməsinin qeyri-mümkün olacağını, Nazirliyin əməkdaşı kimi bu sahədə yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə yaxın əlaqələrinin olmasını və bu əlaqələri sayəsində məktəb direktoru vəzifəsinə təsdiq olunmasını Təhsil Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 6.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində müsbət həll edəcəyini 20.01.2020-ci il tarixdə telefon danışığı zamanı yalandan vəd edib Şahid1 bildirdikdən sonra, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək sonuncunun razılığını maddi cəhətdən imkanın aşağı olması ilə əlaqədar 5.000 (beş min) manat pul verməsi üçün alıb sövdələşməklə, həmin niyyətlə Şahid1la 21.01.2020-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “McDonalds” restoranının qarşısında görüşüb oradan taksi fəaliyyəti ilə məşğul olan, istintaqla dövlət nömrə nişanı müəyyən edilməyən avtomobillə şəhər mərkəzinə doğru hərəkət edərkən yolda inandırmaq üçün Təqsirləndirilən şəxs2 tərəfindən göndərilən və mobil telefonunda olan Şahid1 tərəfindən yazılmış qeyd edilən ərizəni göstərməklə özünün qeyd edilən məsələ ilə bilavasitə məşğul olması görüntüsü yaradıb, həmin avtomobildə gedən zaman 5.000 (beş min) manat məbləğində pul vəsaitini Şahid1 almaqla, qeyd edilən məsələnin ən geci 10 gün müddətində həll ediləcəyini bir daha yalandan vəd edib, Şahid1 xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşaraq əlbir olmaqla cinayət əlaqəsinə girib bir qrup şəxs qismində özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Bərdə rayon Təhsil şöbəsində metodist vəzifəsində işləyən və Təqsirləndirilən şəxs2 tərəfindən “Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə”sinə hazırlaşdırılan sonuncunun tanışı Şahid3 qeyd edilən müsabiqədən müvəffəqiyyətlə keçə bilmədikdən sonra 2020-ci ilin yanvar ayının ortalarında, müsabiqənin nəticələrinə yenidən baxılması üçün Təhsil Nazirliyində müvafiq rəhbər əməkdaşın qəbuluna düşməsinə köməklik etməsi barədə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciət etməsindən sonra, sonuncunun Şahid3 guya özünün Təhsil Nazirliyinin işçisi olduğunu yalandan bildirib istifadəsində olan ***-***-**-** saylı əlaqə telefonunu Şahid3 verərək bu barədə özü ilə görüşməsini deyərək əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 28.01.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Neşve” kafesində Şahid3 iiə şəxsən görüşüb özünü cinayətkar məqsədinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək guya bu sahədə yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə yaxın əlaqələrinin olmasını və bu əlaqələri sayəsində qeyd edilən müsabiqənin nəticələrini “apellyasiya yolu ilə” ləğv edib onun Bərdə rayon Əyricə kənd tam orta məktəbin direktoru vəzifəsinə təsdiq olunmasını Təhsil Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində müsbət həll edəcəyini 28.01.2020-ci il tarixdəki görüşü zamanı yalandan vəd edib Şahid3 bildirdikdən sonra, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək sonuncunun razılığını maddi cəhətdən imkanın aşağı olması ilə əlaqədar 10.000 (on) manat pul verməsi üçün alıb sövdələşməklə, həmin niyyətlə Zövqiyyə Əsədovdan 29.01.2020-ci il tarixdə Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasının yaxınlığında 7.000 manat, 30.01.2020-ci il tarixdə isə "xxxx" MMC-nin ünvan 4 ünvanında yerləşən inzibati binasının qarşısında 3.000 manat olmaqla, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitini şəxsən almaqla, qeyd edilən məsələnin ən geci bir həftə müddətində həll ediləcəyini bir daha yalandan vəd edib, Şahid3 xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid3 təhrik etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2000-ci ildə Tərtər rayonunda fəaliyyət göstərən Evoğlu kənd tam orta məktəbində coğrafiya müəllimi kimi işə başlamışdır. Daha sonra o, həmin məktəbin direktor müavini, 2006-cı ildən 2011-ci ilədək isə həmin məktəbdə direktor vəzifəsində işləmişdir. 2011-ci ildə o, direktor vəzifəsindən azad edilərək yenidən direktor müavini vəzifəsinə keçirilmişdir. O, 2016-cı ildə “Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəsindən” müvəffəqiyyətlə keçdiyindən Tərtər rayonu, Yuxarı Sarıcalı kəndində fəaliyyət göstərən orta məktəbə direktor təyin olunmuşdur. O, həmin məktəbə direktor təyin olunanadək həmin məktəbdə direktor vəzifəsini məktəbin tarix müəllimi Şahid1 icra etmişdir. O, bu vəzifəyə təyin edildikdən sonra Şahid1 Əskipara kənd tam orta məktəbin direktor vəzifəsinin icrası həvalə edilmişdir. Ona görə də Şahid1 ondan narazı qalmışdır. 3 ildən sonra, yəni 25.01.2019-cu il tarixdə o, Tərtər rayon Təhsil şöbəsinin müdiri təyin edilmiş və 12.01.2021-ci il tarixdə öz ərizəsi ilə vəzifədən azad olunmuşdur. Bundan sonra Şahid1 ona müraciət edərək Sarıcalı kənd orta məktəbinə direktor vəzifəsinə keçirilməsini xahiş etmişdir. O da mövcud qaydalara əsasən direktor vəzifəsinə təyin edilmiş şəxsin yerdəyişməsinin yalnız həmin vəzifədə 3 il işlədikdən sonra mümkün olduğunu izah edərək Şahid1 etdiyi təklifdən imtina etmişdir. İş planına uyğun olaraq 2020-ci ilin yanvar ayında Tərtər rayon Təhsil şöbəsi tərəfindən Əskipara kənd orta məktəbində yoxlama aparılmış və nəticədə məktəbin fəaliyyətində ciddi nöqsanlar aşkar edilmişdir. Yoxlamanın nəticələri 2020-ci ilin fevral ayında Tərtər rayon Təhsil Şurasında müzakirəyə çıxarılmışdır. Bundan sonra Təhsil Şurasının qərarı və yoxlama barədə arayışı Təhsil Nazirliyinə göndərilmiş və Şahid1 direktor vəzifəsində saxlanılıb-saxlanılmamasına dair qərar qəbul edilməsi nazirlikdən xahiş edilmişdir. Lakin həmin vaxt ölkə ərazisində “Covid” epidemiyası olduğundan bu məsələ ilə bağlı Təhsil Nazirliyində heç bir qərar qəbul olunmamışdır. 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs1 ona zəng edərək onun mobil telefon nömrəsini internet vasitəsi ilə tapdığını, özünün Pedaqoji Universitetin məzunu olduğunu, təhsil aldığı müddətdə tələbə həmkarlar təşkilatının sədri olduğunu, hazırda isə həmin Universitetin əməkdaşı olduğunu bildirmiş və qohumu ilə bağlı ondan kömək istəmişdir. Xədicə adını bilmədiyi bir tanışının müəllim kimi işə götürməyini ondan xahiş etmişdir. O da Xədicəyə bildirmişdir ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi Təhsil Nazirliyinin səlahiyyətində olduğundan bununla bağlı onun heç bir səlahiyyəti yoxdur. Bundan sonra o, Xədicəyə heç bir köməklik edə bilməyəcəyini bildirmişdir. Bu danışıqdan sonra o, Təqsirləndirilən şəxs1 mobil nömrəsini öz telefonunun yaddaşında saxlamışdır. Beləcə onların arasında münasibətlər yaranmışdır. Bir dəfə o, işi ilə əlaqədar Bakı şəhərinə, yəni Təhsil Nazirliyinə gəlmişdir. O, işini qurtarandan sonra Təqsirləndirilən şəxs1 zəng edib görüşməyi təklif etmişdir. Xədicə də etiraz etməyərək onunla görüşməyə razılıq vermişdir. Sonra onlar Nərimanov rayonu ərazisəndə yerləşən kafedə görüşüb söhbət etmişlər. Bu vaxt Xədicə ona, həmçinin kompüterdən yaxşı istifadə etdiyini bildirmişdir. İttihamla bağlı o, bildirmişdir ki, Şahid2 Hacıqərvənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 2017-ci ildə həmin məktəbin direktor vəzifəsi Tərtər rayon Təhsil şöbəsinin müdirinin əmri ilə Şahid2 həvalə edilmişdir. O, Tərtər rayon Təhsil şöbəsinin müdiri təyin edilərkən Şahid2 həmin vəzifəni icra etmişdir. Onların arasında həmin vaxt çox yaxşı münasibətlər olmuşdur. Lakin sonradan Şahid2 rəhbərlik etdiyi məktəblə bağlı çoxsaylı şikayətlər daxil olmuşdur. O, məktəbdəki nöqsanların aradan qaldırılması barədə Elnura tapşırıqlar versə də, Elnur nöqsanları aradan qaldırmaq əvəzində onunla mübahisə etməyə başlamış, nəticədə isə onun tapşırıqlarına məhəl qoymamışdır. Həmin dövrdə bir çox məktəb direktorları kimi Şahid2 da ölkədə keçirilən növbədən kənar parlament seçkiləri ilə bağlı rayon seçki komissiyasına cəlb edilmişdir. Ona görə də Şahid2 yol verdiyi nöqsanlarla bağlı məsələni Şahid2 iclaslarda iştirak edə bilməməsi səbəbindən keçirə bilməmişdir. Seçkilər bitən kimi o, Elnurun iştirakı ilə iclas keçirərək nöqsanları aradan qaldırmasını tələb etmişdir. Lakin Elnur təkrarən onunla mübahisə etdiyinə görə, habelə “direktorların işə qəbulu müsabiqəsindən” kəsildiyinə görə o, Şahid2 direktor vəzifəsindən kənarlaşdırmışdır. Bundan sonra Şahid2 ondan narazı qalıb onun barəsində əsassız şikayətlər etməyə başlamışdır. Onunla Şahid2 arasında heç vaxt başqa münasibətlər olmamışdır. Şahid3 ilə bağlı bildirmişdir ki, o, Şahid3 2016-cı ildən tanıyır. Belə ki, o, özü müəllim olduğundan uzun müddət ərzində müəllimlərin imtahanı ilə bağlı dərs demiş və müəllimləri imtahana hazırlaşdırmışdır. O, Şahid3 da direktorların işə qəbul imtahanına hazırlaşdırmışdır. Həmin vaxt da onların arasında yaxın münasibətlər yaranmışdır. Zövqiyyə ilk dəfə 2017-ci ildə, sonra isə 2019-cu ildə “Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə” iştirak etmişdir. O, hər dəfə test mərhələsində tələb olunan keçid balını toplasa da, müsahibə mərhələsində imtahandan kəsilmişdir. 2019-cu ilin sonunda Şahid3 müsahibədən kəsildiyinə görə ona zəng edib müsahibənin nəticələrinə dair “apellyasiya vermək yolu ilə” məsələsinə yenidən baxılmasına necə köməklik edə biləcəyini ondan soruşmuşdur. Belə ki, Zövqiyyə imtahanlarda yaxşı cavab verdiyini iddia edərək şifahi imtahanın nəticəsinin yenidən araşdırılmasını istəmişdir. O da imtahanın nəticələrinin yalnız apellyasiya yolu ilə yenidən baxılıb ləğv edilə biləcəyini bildirmiş və bununla bağlı Təhsil Nazirliyinə müraciət etməyi Zövqiyyəyə məsləhət görmüşdür. Sonra Zövqiyyə atası ilə birlikdə Təhsil Nazirliyinə getsə də, heç kim onları orada qəbul etməmişdir. Buna görə də Zövqiyyə təkrarən ona müraciət edərək apellyasiya şikayəti verilməsində köməklik etməyini xahiş etmişdir. O da Zövqiyyəyə bu işdə köməklik edə bilməyəcəyini və apellyasiya şikayəti yazmaq üçün bir tanışının olduğunu bildirmişdir. Həmin vaxt Xədicənin kompüterdə yaxşı işləməyi onun yadına düşmüş və bu işdə Təqsirləndirilən şəxs1 kömək edə biləcəyini Zövqiyyəyə demişdir. Sonra o, Xədicənin mobil nömrəsini Zövqiyyəyə vermişdir. Bir müddət sonra Zövqiyyə ona zəng edərək Xədicənin yazdığı apellyasiya şikayətinin təmin edilmədiyini və bu işə görə Xədicənin 10.000 manat aldığını bildirmişdir. O, Zövqiyyəyə “Xədicəyə nəyə görə bu məbləğdə pul verdin? demişdir. Zövqiyyə isə onun bu sualına cavab verə bilməmişdir. Bununla bağlı bildirmişdir ki, o, Xədicənin mobil telefon nömrəsini Zövqiyyəyə verdikdən sonra sonuncuların arasında baş vermiş söhbətdən onun xəbəri olmamışdır. Zövqiyyənin imtahanın nəticələrinə görə verdiyi apellyasiya şikayəti təmin edilmədikdən sonra Zövqiyyə ona narazılığını bildirərək Xədicənin kömək etmədiyini, bu işə görə Xədicənin 10.000 manat pul aldığını, lakin heç bir iş görmədiyini, habelə pulu qaytarmaması barədə şikayət etmişdir. Bundan sonra Zövqiyyə ona bildirmişdir ki, Xədicəyə verdiyi pul həyat yoldaşının puludur, pul geri qayıtmasa ailəsi dağılacaqdır. Ona görə də ondan pulun qaytarılmasında köməklik etməyini xahiş etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 dəfələrlə zəng edib Zövqiyənin pulunu qaytarmasını tələb etmişdir. Lakin Xədicə “sən kimsən məndən pul tələb edirsən, sən mənə pul vermisən bəyəm?” deyə cavab vermişdir. O, dəfələrlə Xədicədən Zövqiyyənin pulunu qaytarmasını tələb etsə də, Xədicə bundan imtina etmişdir. Sonradan isə Xədicə ümumiyyətlə öz mobil telefonunu söndürmüşdür. O, Xədicəni tapa bilmədiyinə görə məcbur qalıb bankdan kredit götürmüş və qohumlarının köməkliyi ilə Zövqiyənin 10.000 manat pulunu öz hesabına hissə-hissə olmaqla tam şəkildə qaytarmışdır. Hətta indiyədək o, Zövqiyyənin pulunu qaytarmaq üçün götürdüyü kreditin borcunu banka ödəyir. Həmçinin bildirmişdir ki, o, 2020-ci ilin iyun ayında Tovuz hadisələri baş verəndən sonra Tərtər rayonunda yaradılmış fövqəladə hallar qərargahının üzvü kimi səngərlərin qazılmasında, sığınacaqların tikintisində cavabdeh şəxs olmuşdur. O, 44 günlük “Vətən müharibəsi” dövründə arxa cəhbədə 2 dəfə kantuziya almışdır. O, prokurorluqda olanda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Şahid2 və Şahid1 da pul almışdır. O, Şahid2 və Şahid1 heç bir məbləğdə pul almamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2010cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Biznes işinin təşkili və idarə olunması” fakültəsini bitirmişdir. O, 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində dispetçer kimi işləməyə başlamışdır. O, dispetçer kimi tələbələrin dərslərə davamiyyətini yoxlamışdır. Sonradan o, işə qəbul olunmadığına görə həmin işdən çıxmışdır. O, 2016-cı ildə məhkum olunmuş və hazırda törətdiyi cinayət əməlinə görə cəza çəkir. Sonuncu dəfə o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmü ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, Tərtər rayon Təhsil şöbəsinin müdiri Təqsirləndirilən şəxs2 2019-cu ilin sonundan tanımışdır. Belə ki, Tərtər rayonunda müddətli müqavilə əsasında müəllimə işləyən, lakin adını demək istəmədiyi bir tanışının problemi yaranmışdır. O, həmin tanışına kömək etmək məqsədi ilə Təhsil şöbəsinin müdiri Təqsirləndirilən şəxs2 zəng edərək həmin tanışının işlə təmin edilməsini Təqsirləndirilən şəxs2 xahiş etmişdir. O, Təqsirləndirilən şəxs2 zəng edib bir insan kimi xoş danışaraq tanışının probleminin həll edilməsində köməklik etməsini xahiş etmişdir. Onların arasında başqa münasibət olmamışdır. O, tanışının məsələsi ilə bağlı hətta 2019-cu ilin sonlarında Təqsirləndirilən şəxs2 ilə Nərimanov rayonunda yerləşən kafelərin birində görüşmüşdür. Həmin vaxt o, Yaşardan bir daha tanışına kömək etməsini xahiş etmişdir. Yaşar isə bu işdə onun tanışına heç bir köməklik edə bilməyəcəyini bildirmişdir. Sonra o, hərdən Təqsirləndirilən şəxs2 zəng edərək hal-əhval tutmuşdur. Bundan sonra onlar heç vaxt görüşməmişlər. 2020-ci ilin yanvar ayının əvvəlində Kürdəmir rayonunda yaşayan onun babası Yaşar Dəmirov vəfat etmişdir. O, babasının ölümü ilə bağlı özünə məxsus “Votsap” profilində bir paylaşım etmişdir. Təqsirləndirilən şəxs2 bu paylaşımı görüb ona başsağlığı vermiş və hüzr mərasimi ilə əlaqədar kömək etməyi təklif etmişdir. O da öz növbəsində Yaşara minnətdarlığını və heç bir köməyə ehtiyacının olmadığını bildirmişdir. Təxminən 2020-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs2 ona zəng edib tanışı Şahid3 adlı şəxsin “Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəsində” iştirak etdiyini, lakin müsahibə mərhələsindən uğurla keçə bilmədiyini bildirmiş, eləcə də Zövqiyyəyə bu işdə hər hansı köməklik edə biləcəyini soruşmuşdur. O, Zövqiyyəyə nə köməklik lazım olduğunu soruşanda, Təqsirləndirilən şəxs2 müsabiqənin nəticələrinin yenidən araşdılması üçün apellyasiya ərizəsi yazılmasında kömək etməyini xahiş etmişdir. O da Yaşarın sözünü yerə salmamış və müsabiqənin nəticələrinin yenidən araşdılması üçün apellyasiya ərizəsini yazmaqda Zövqiyyəyə kömək edəcəyini bildirmişdir. Bundan sonra o, Yaşardan Zövqiyyənin mobil telefon nömrəsini alaraq sonuncuya zəng etmiş və görüşmək istədiyimi demişdir. Sonra onlar Nərimanov rayonu ərazisində yerləşən “Neşve" restoranında görüşmüşlər. Şahid3 görüşə atası Namət Hümbətovla birlikdə gəlmişdir. Zövqiyyə qarşılaşdığı problem barədə ona məlumat verərək müsabiqədə yaxşı cavab verdiyini bildirmiş və bu səbəbdən də müsabiqənin nəticələrinin apellyasiya yolu ilə yenidən araşdırılmasını istəmişdir. Görüş zamanı o, apellyasiya şikayəti üçün Təhsil Nazirliyinə ərizənin hansı formada yazılmalı olduğunu izah etmişdir. Söhbət zamanı Zövqiyyə bu işin həll olunması üçün nə qədər xərci çıxacağını soruşmuşdur. Həmin vaxt onun pula ehtiyacı olmuşdur. Belə ki, həmin ərəfədə onun barəsində cinayət işi başlanmış və işinin yüngülləşdirilməsi üçün o, zərərçəkmiş şəxslərdən aldığı pulla qaytarmalı olmuşdur. Ona görə də o, öz problemini, yəni zərərçəkmiş şəxslərə vurduğu ziyanı Zövqiyyənin hesabına həll etmək qərarına gəlmişdir. Bu məqsədlə o, yalandan Zövqiyyəyə 15.000 manat pul verəcəyi halda müsabiqənin nəticələrini apellyasiya yolu ilə ləğv etdirib Zövqiyyəni məktəb direktoru təyin edilməsini həll edə biləcəyini demişdir. Zövqiyyə həmin məbləğdə pulu olmadığını, ən çoxu 10.000 manat verə biləcəyini bildirmişdir. O da Zövqiyyəyə 10.000 manat müqabilində ərizə yaza biləcəyini bildirmişdir. Bir neçə gündən sonra o, Şahid3 ilə “Memar Əcəmi” metro stansiyası yaxınlığında görüşərək 7.000 manat pulu sonuncudan almışdır. Növbəti gün isə Mərkəzi poçtun qarşısında onlar yenidən görüşmüşlər və həmin vaxt o, 3.000 manat pulu Zövqiyyədən almışdır. O, Zövqiyyə Əsadovadan iki dəfəyə ümumilikdə 10.000 manat pul almışdır. Pulu alandan sonra o, ərizəni yazıb göndərəcəyini Zövqiyyəyə bildirmişdir. O, Zövqiyyədən 10.000 manat pulu aldıqdan sonra həmin pulu şəxsi borclarına ödəmişdir. O, Zövqiyyədən pulu alarkən niyyəti sonuncuya köməklik etmək olmamışdır. Onun məqsədi Zövqiyyənin pulunu ələ keçirmək olmuşdur. Təxminən 10-15 gündən sonra Zövqiyyə ona zəng edərək işi ilə bağlı maraqlanmışdır. O da, hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Ona görə də Zövqiyyənin işi düzəlməmişdir. Bundan sonra Zövqiyyə ondan pulunu tələb etməyə başlamışdır. O da Zövqiyyənin pulunu qaytara bilməmişdir. Bir müddətdən sonra o, eşitmişdir ki, Təqsirləndirilən şəxs2 Zövqiyyənin pulunu tam şəkildə qaytarmışdır. Şahid1 və Şahid2 istintaq zamanı onun barəsində dedikləri tamamilə yalandır. O, Şahid1 və Şahid2 ümumiyyətlə tanımamış, eləcə də sonuncularla heç vaxt görüşməmişdir. Onun həmin şəxslərlə heç bir əlaqəsi olmamışdır. O, Şahid1 və Şahid2dan heç bir məbləğdə pul almamışdır. Yalnız Şahid1la bağlı belə bir hal baş vermişdir ki, 2020-ci ilin yanvar ayının sonunda Təqsirləndirilən şəxs2 ona zəng edib “yanımda bir adam var, özü bir qəpiklik adam deyil, ancaq onunla müəllim yoldaşı olmuşuq deyə onun direktor təyin edilməsinə köməklik etmək istəyirəm, buna nə deyirsiz?” deyə ondan soruşmuşdur. O da Yaşara demişdir ki, “təyin etmək istəyirsənsə elə, daha məndən nəyə görə soruşursan?”. Daha sonra ona bəlli olmuşdur ki, yaşarın yanındakı həmin məktəb direktoru Şahid1 olmuşdur. Onun Şahid1la heç bir münasibəti olmamışdır. Onunla həmin şəxslər arasında heç bir münasibət və əlaqə olmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona yüngül cəza təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 32.4,312.2-ci maddələri ilə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətinin olmaması, həmçinin onun Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid1, Şahid2 və Şahid3 pul vəsaitini ələ keçirməməsi, eləcə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətinin olmaması, ancaq Şahid3 pul vəsaitini ələ keçirməsi ilə bağlı hissədə verdikləri ifadələrini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir, bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrıayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Şuşa” filialının Tarix fakültəsini bitirmiş və həmin ildən də etibarən Tərtər rayonu, Sarıcalı kənd orta məktəbində müəllim kimi işləməyə başlamışdır. Habelə o, 2016-cı ilədək Sarıcalı kənd orta məktəbində və Tərtər şəhər 6 saylı tam orta məktəbdə müəllim, direktor müavini və direktor vəzifəsində işləmişdir. 15.09.2016-cı tarixdə Tərtər rayon Təhsil şöbəsinin sabiq müdiri Surxay Mirzəyevin müvafiq əmri ilə Əskipara kənd tam orta məktəbin direktor vəzifəsinin icrası ona həvalə edilmişdir. Həmin vaxtdan hal-hazıradək o, həmin məktəbdə direktor müavini vəzifəsində işləyir. 2018-ci ilin yay aylarında o, “Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəsində” iştirak edərək həmin ilin payız aylarında test mərhələsindən uğurla keçmişdir. Bundan sonra Təhsil Nazirinin əmri ilə 1 il sınaq müddətinə Əskipara kənd tam otra məktəbin direktor vəzifəsinin icrası ona həvalə olunmuşdur. O, sınaq müddətində olduğu vaxt Tərtər rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə Təqsirləndirilən şəxs2 təyin edilmişdir. 2020-ci ilin yanvar ayında onun işlədiyi məktəbdə yoxlamalar başlanmışdır. Məktəbdə yoxlama keçirilən vaxt Günay adlı bir xanım ona zəng edərək Təhsil Nazirliyinin əməkdaşı olduğunu, onun işlədiyi məktəbdə yoxlamanın aparıldığını, yoxlama zamanı nöqsanlarının aşkarlandığını, belə nöqsanlar ola-ola onun daimi əsaslarla məktəbdə direktor vəzifəsinə təyin oluna bilməyəcəyini bildirmişdir. Günay adlı şəxs onunla danışdığı vaxt o, Günayın onun işlədiyi məktəbdə baş verən bütün proseslərdən xəbərdar olduğunu görmüşdür. Ona görə o, inanmışdır ki, Günay adlı şəxs Təhsil Nazirliyinin işçisidir. Söhbət zamanı Günay xanım onun daimi əsaslarla işlədiyi məktəbin direktoru vəzifəsinə təyin olunmağının müqabilində ondan 6.000 manat pul istəmişdir. Günay xanım bildirmişdir ki, o, həmin pulu verməyəcəyi təqdirdə məktəb direktorluğuna daimi əsaslarla təyin olunmaq üçün təqdimat verilməyəcək, nəticədə onu məktəb direktoru vəzifəsindən kənarlaşdıracaqlar. O da bu sözlərdən çox narahat olmuşdur. Sonra Günay xanım ona Bakı şəhərinə gəlməli olduğunu demişdir. O, bu barədə Tərtər rayon Təhsil şöbəsinin müdiri Təqsirləndirilən şəxs2 məlumat verməli olduğunu dedikdə, Günay ona demişdir ki, “mən Yaşarla bu barədə danışmışam, ehtiyac yoxdur, təcili gəl Bakıya. Görüşüb məsələni həll etmək lazımdır”. Növbəti gün, yəni 21 yanvar 2020-ci il tarixdə o, Bakı şəhərinə gəlmiş və Günayla zəngləşərək Nərimanov merto stansiyasının yaxınlığında yerləşən “McDonalds” restoranının qaşısında sonuncu ilə görüşmüşdür. Günay həmin yerə taksi ilə gəlmişdir. Günay onu oturduğu taksiyə çağırmış və o da taksiyə əyləşmişdir. O, taksidə arxa oturacaqda Günayın yanında oturmuşdur. Taksidə olarkən Günay yenidən ona bildirmişdir ki, o, 6.000 manat verməsə onun məsələsi həll olunmayacaq, nəticədə o, direktor vəzifəsindən uzaqlaşdırılacaq. O, məcburi köçkün olduğundan və himayəsində yaşlı anası, eləcə də öz ailəsi olduğundan onun yeganə qazanc yeri işi olmuşdur. Ona görə də o, işini itirmək istəməmişdir. Günay bunu ona dedikdə, o, sonuncuya 6.000 manat deyil, 5.000 manat gətirdiyini bildirmişdir. Günay da onunla razılaşaraq onun gətirdiyi 5.000 manat pulu ondan taksidə almışdır. O, 5.000 manat pulu şəxsən Günaya vermişdir. O, pulu Günaya verdikdən sonra Tərtər rayonuna qayıtmışdır. Bu hadisədən bir neçə gün keçdikdən sonra ona məlum olmuşdur ki, sınaq müddəti başa çatmış və o, Təhsil Nazirinin əmri ilə məktəbin direktoru vəzifəsinə təyin olunmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs2 yanına gedərək Günay ilə arasında olan məsələni Yaşara danışmışdır. Təqsirləndirilən şəxs2 isə onun Günay xanıma 5.000 manat verdiyindən xəbərinin olmadığını bildirmişdir. Bundan sonra o, Günay adlı şəxsə zəng edərək verdiyi pulu qaytarmasını tələb etmişdir. Lakin Günay müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Bir müddətdən sonra ona məlum olmuşdur ki, rayonun digər məktəb direktoru Şahid2 başına onun başına gələn hadisə gəlmiş, yəni Günay Elnuru da aldadaraq pul almışdır. Şahid2 ona demişdir ki, Günay adlı şəxs Elnura da zəng edərək Elnurun direktor vəzifəsinə təsdiq edilməsi üçün pul istəmiş və Elnur da Günay adlı şəxsə 4.000 manat pul vermişdir. Lakin sonra Elnur direktor təyin edilməmiş, bununla bağlı heç bir əmr olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Şuşa” filialının “Azərbaycan dili və ədəbiyyatı” fakültəsini bitirmişdir. Həmin ildə də o, Tərtər rayonu, Hacıqərvənd kənd orta məktəbində müəllim kimi işə başlamışdır. O, 2017-ci ilədək həmin vəzifədə işləmişdir. 2017-ci ildə məktəbin direktor vəzifəsi vakant olduğu üçün 01.01.2017-ci il tarixdə Tərtər rayon Təhsil şöbəsinin sabiq müdiri Surxay Mirzəyevin müvafiq əmri ilə direktor vəzifəsinin icrası ona tapşırılmışdır. O, 2016-cı ilədək məktəbin direktoru vəzifəsinə Təhsil Nazirinin əmri ilə təyin olunmuşdur. Lakin 2016-cı ildən sonra həmin vəzifəyə təyinat mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqə yolu ilə həyata keçirilməyə başlanmışdır. Belə ki, hər il “Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə” keçirilmiş, test və müsahibə mərhələlərindən müvəffəqiyyətlə keçən şəxslər Təhsil Nazirinin əmri ilə direktor vəzifəsinə təyin olunmuşlar. Vakant direktor vəzifəsinə müsabiqə keçirilənədək həmin vəzifənin müvəqqəti icrası Tərtər rayon Təhsil şöbəsinin müdirinin əmri ilə məktəbin müvafiq müəlliminə tapşırılmışdır. Yəni direktor vəzifələrinin icrasının müvəqqəti kiməsə həvalə edilməsi Tərtər rayon Təhsil şöbəsinin müdirinin səlahiyyətləri daxilində olmuşdur. 02.01.2017-ci ildə Hacıqərvənd kənd tam orta məktəbin direktoru vəzifəsinin icrası ona həvalə edildikdən sonra o, 2019-cu ildə həmin vəzifə üzrə keçirilmiş “direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə”sinə müraciət etmişdir. O, həmin ilin avqust ayında test mərhələsindən müvəffəqiyyətlə keçmişdir. Bundan bir müddət sonra, yəni 25.10.2019-cu il tarixdə Tərtər rayon Təhsil şöbəsinin müdiri dəyişmiş və həmin vəzifəyə Təqsirləndirilən şəxs2 təyin edilmişdir. Qaydalara əsasən hər bir rayon Təhsil şöbəsinin müdiri direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində öz rayonları üzrə komissiya üzvü kimi iştirak edib rəy bildirmək səlahiyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 Təhsil şöbəsinin müdiri təyin edildikdən təxminən 15 gün sonra o, müsahibəyə dəvət edilmişdir. O, 08.11.2019-cu il tarixdə Təhsil Nazirliyinə gedib müsahibədə iştirak etmiş, lakin müsahibənin nəticələri dərhal elan edilməmişdir. Buna görə də o, müsabiqədən uğurla keçib-keçmədiyini bilməmişdir. O, Təqsirləndirilən şəxs2 müraciət edib müsahibənin nəticəsi barədə maraqlananda Yaşar ona “sən yaxşı cavab verdin, amma nəticələr hələ bəlli deyil” deyə cavab vermişdir. Bundan təxminən bir ay sonra, yəni 2019-cu ilin noyabr ayın sonunda müsabiqənin nəticələrinin açıqlanmadığı vaxt Təqsirləndirilən şəxs2 onu Tərtər rayon Təhsil şöbəsinə çağıraraq direktor vəzifəsinə təyin edilməyi məsələsini həll etmək imkanına malik olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 bununla bağlı ondan 3.000 manat pul istəmiş, əks halda onun həmin vəzifəyə təyin olunmağının mümkün olmayacağını demişdir. Yaşarın həmin pulu özü üçün və ya Təhsil Nazirliyindən hər hansı əməkdaş üçün istədiyini o, bilməmişdir. Çünki Yaşar bu barədə ona heç nə deməmişdir. O, Tərtər rayon Təsil şöbəsinin müdiri kimi Təqsirləndirilən şəxs2 onu məktəb direktoru təyin etmək səlahiyyəti olmadığını bildiyi üçün pul vermək istəməmişdir. Bu səbəbdən də o, maddi cəhətdən imkanının çatmadığını bəhanə edib 3.000 manat pulu Yaşara verməkdən imtina etmişdir. Həmin vaxt Yaşar “mən olmayım, başqası olsun bu vəzifədə, sən 3.000 manat verməyəcəkdin ki?” deyə soruşduqda, o, ümumiyyətlə pul verməyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onunla qərəzli münasibətə başlamışdır. Yaşar onun direktor əvəzi kimi xidməti fəaliyyəti zamanı qəsdən ona problemlər yaratmış və həmin pulu vermədiyinə görə onu işdən azad edəcəyini dəfələrlə bildirmişdir. Ən geci 2020-ci ilin fevral ayında ölkədə keçirilən bələdiyyə və növbədən kənar parlament seçkiləri bitdikdən sonra bunu edəcəyini bildirmişdir. 2020-ci ilin yanvar ayının təxminən 16-da müsabiqənin nəticələri elan edilmiş və onun həmin müsabiqədən keçmədiyi bəlli olmuşdur. Həmin vaxt o, seçki komissiyasının üzvü olduğundan Yaşar onu işdən azad edə bilməmişdir. Çünki bunu Əmək Məcəlləsi qadağan etmişdir. Bu səbəbdən direktor vəzifələsinin icrası onun üzərində qalmışdır. Bu müddət ərzində Təqsirləndirilən şəxs2 onun xidməti fəaliyyəti barədə dəfələrlə Təhsil Nazirliyinə həqiqətə uyğun olmayan məlumatlar verərək onu nüfuzdan salmağa çalışmışdır. Bundan bir neçə gün sonra, yəni 21.01.2020-ci il tarixdə onun əvvəllər tanımadığı, özünü ona Təhsil Nazirliyinin İnformasiya şöbəsinin işçisi kimi təqdim edən Günay adlı şəxs ***-***-**- ** mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng etmişdir. Günay, yəni daha dəqiq desək Təqsirləndirilən şəxs1 ona köməklik etmək istədiyini bildirmişdir. O, Günaydan nə ilə bağlı köməklik etmək istədiyini soruşmuş, Günay isə “rəhbərlik etdiyiniz məktəbdə xadimənin şikayəti vardır, habelə digər problemlər vardır, bununla bağlı sizə köməklik etmək istəyirəm” deyə cavab vermişdir. Həmin vaxt həqiqətən də məktəbdə xadimə işləyən Hafizə Zeynalova əmək haqqının düzgün hesablanmamasından şikayət etmişdir. Bu məsələdən Tərtər rayon Təhsil Şöbəsinin müdiri kimi Təqsirləndirilən şəxs2 məlumatı olmuşdur. Bir qədər söhbətdən sonra Günay onun direktor vəzifəsinə təyin edilməyi ilə bağlı söhbət açaraq direktorların işə qəbul müsabiqəsinin nəticələri barədə qəbul olunmuş qərarı apellyasiya yolu ilə ləğv edib onun vəzifəyə təyin edilməsi ilə bağlı məsələni həll edə biləcəyini bildirmişdir. Bundan başqa, gələcəkdə direktor kimi ona fəxri adlar verilməklə təltif edilməsini də təşkil edəcəyini Günay ona bildirmişdir. Günay telefon danışığı zamanı Tərtər rayon Təhsil şöbəsinin müdiri Təqsirləndirilən şəxs2la onun münasibətlərinin hansı səbəbdən korlandığını da soruşmuşdur. O, bir qədər söhbətdən sonra Günayın Tərtər rayon Təhsil şöbəsində baş verənlərdən, habelə Yaşar Məhrrəmovla onun arasındakı problemdən tam ətraflı məlumatlı olduğunu görmüşdür. Növbəti gün, yəni 22.01.2020-ci il tarixdə Günay yenə həmin nömrədən ona zəng etmişdir. Günay ona “apellyasiya yolu ilə” müsabiqənin nəticələrini ləğv etdirib onun direktor vəzifəsinə təyin edilməyini həll edə biləcəyini bir daha demiş və bunun üçün 5.000 manat pul verməyini ondan istəmişdir. O, həmin məbləğə imkanının çatmayacağını bildirmiş və Günayla danışıb yekun məbləğ kimi 4.000 manata razılaşmışdır. O, Təqsirləndirilən şəxs2 onu işdən çıxartmağa çalışdığını bildiyi üçün müvafiq vəzifəli şəxsə pul verməklə vəzifəyə təyin edilməsini həll etmək istəmişdir. Günay bu məsələnin təcili həll edilməli olduğunu bildirmiş və 23.01.2020-ci il tarixdə Bakı şəhərinə gəlməyini ona məsləhət bilmişdir. Buna görə də o, 23.01.2020-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. O, Günayla Bakı metropoliteninin “Əhmədli” metro stansiyası yaxınlığında görüşmüşdür. Günay onu gəldiyi taksiyə dəvət etmiş və bundan sonra o, taksiyə əyləşib arxa oturacaqda Günayla yanaşı oturaraq yolboyu söhbət etmişdir. Günayın danışıqlarından o, Günayın Tərtər rayon Təhsil şöbəsində baş verən proseslərdən tam ətraflı məlumatlı olmasında əmin olmuş, Günayın həqiqətən də Təhsil Nazirliyinin əməkdaşı olduğuna heç bir şübhəsi qalmamış və Tərtər rayon Təhsil şöbəsinin müdiri Təqsirləndirilən şəxs2la da əlaqələrinin olduğunu düşünmüşdür. Belə ki, həmin məlumatları Günaya yalnız Tərtər rayon Təhsil şöbəsinin müdiri verə bilərdi. O, görüş zamanı öz işinin necə həll olunacağı ilə maraqlananda Günay Təhsil Nazirliyində rəhbər vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu, bu əlaqələrin sayəsində ən geci 10 gün müddətində onun məktəb direktoru vəzifəsinə təyin edilməyini həll edəcəyini bildirmiş və tələb etdiyi pulu verməsini ona demişdir. Bundan sonra o, özü ilə gətirdiyi 4.000 manat pulu taksidə sayıb Günaya vermişdir. Günay da pulu aldıqdan sonra o, taksidən düşmüş, Günay isə yoluna davam etmişdir. O, gələcəkdə aldadılacağını fikirləşmədiyindən həmin taksinin dövlət nömrə nişanına diqqət etməmiş və bu barədə özündə qeydiyyat aparmamışdır. O, bundan bir neçə gün sonra vəziyyətlə maraqlanmaq üçün bir neçə dəfə Günayın ***-***-**-** saylı əlaqə nömrəsinə zəng etmişdir. Lakin Günay onun zənglərinə cavab verməmişdir. Bu vəziyyət 10 gündən artıq davam etmiş və o, nə baş verdiyini başa düşməmişdir. Buna görə də o, ayrı-ayrı tanışları vasitəsi ilə Təhsil Nazirliyində Günay adlı bir əməkdaşın işləyib-işləməməsi ilə maraqlananda orada belə bir şəxsin işləmədiyini öyrənmişdir. O, bundan sonra aldadılaraq pulunun ələ keçirildiyini başa düşmüşdür. Belə olan vəziyyətdə zəng edən Günayın onun əlaqə telefonunu necə əldə etməsi, habelə onunla Tərtər rayon Təhsil şöbəsinin müdiri Təqsirləndirilən şəxs2 arasında olan problemlərdən və digər məsələlərdən necə məlumatlı olmasını fikirləşərkən, Günayın bu məlumatları yalnız Təqsirləndirilən şəxs2 vasitəsi ilə əldə edə biləcəyini, yəni Günayın Yaşarla əlbir olub aldatma yolu ilə onun pulunu ələ keçirdiyini başa düşmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs2 müraciət edib baş verənlərlə bağlı məlumat vermiş və ona qarşı nəyə görə bu cür hərəkət etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs2 belə bir adamı tanımadığını, baş verənlərin özünə heç bir aidiyyətinin olmadığını demişdir. O, bu barədə hüquq mühafizə orqanlarına şikayət etdikdən sonra onunla Yaşarın münasibətləri daha da pisləşmişdir. Şikayəti üzrə ilkin araşdırma zamanı ona məlum olmuşdur ki, Günay adı ilə ona zəng edən şəxsin əsl adı Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 Tərtər rayon Təhsil şöbəsinin müdiri Təqsirləndirilən şəxs2 ilə çox yaxın əlaqələri olmuşdur. Növbədən kənar parlament seçkiləri bitdikdən sonra, yəni 10.02.2020-ci il tarixdə o, direktor vəzifəsinin icrasına davam etmişdir. O, Təqsirləndirilən şəxs2 barəsində şikayət etdiyinə görə 28.02.2020-ci il tarixdə direktor vəzifəsinin ona həvalə edilməsi dayandırılmış və o, direktor vəzifəsindən azad edilmişdir. Bütün bu hadisələr onun başına Təqsirləndirilən şəxs2 ilk dəfə ondan 3.000 manat pul vəsaitini direktor vəzifəsinə təyin edilməsi üçün istədikdən, onun da bu pulu Təqsirləndirilən şəxs2 verməkdən imtina etməsindən sonra gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq onu aldatmış və onun 4.000 manatını ələ keçirmişdir. Ona Təqsirləndirilən şəxs1 özünü Təhsil Nazirliyinin İnformasiya şöbəsinin əməkdaşı Günay adlı şəxs kimi tanıtmış və onu direktor vəzifəsinə təyin etməyinə görə ondan 4.000 manat pul alıb razılaşmaqla, həmin pul vəsaitini ondan 23.02.2020-ci il tarixdə “Əhmədli” metrosunun yaxınlığında taksidə almışdır. Onunla “Əhmədli” metrosunun yaxınlığında görüşərək 4.000 manat pulu alan, eləcə də özünü Təhsil Nazirliyinin İnformasiya bölməsinin əməkdaşı kimi tanıdan Günay adlı şəxs hazırda iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1dır. Təqsirləndirilən şəxs1 ona 4.000 manat məbləğində zərər vurmuşdur. O, Təqsirləndirilən şəxs1 verdiyi pulu Təqsirləndirilən şəxs1 tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 2008-ci ilin oktyabr ayından 2020-ci ilin may ayınadək Tərtər rayon Təhsil şöbəsinin Ümumi təhsilin informasiya sisteminin əlaqələndiricisi vəzifəsində işləmişdir. 2020-ci ilin yanvar ayında Təhsil şöbəsinin müdiri Təqsirləndirilən şəxs2 onu öz xidməti otağına dəvət etmişdir. O, Təqsirləndirilən şəxs2 xidməti otağına gedəndə Əskipara kənd tam orta məktəbinin direktoru Şahid1 da orada olduğunu görmüşdür. Təqsirləndirilən şəxs2 Şahid1la bağlanmış müddətli əmək müqaviləsinin müddətinin başa çatmasını nəzərə alaraq, Şahid1 ərizəsini və bu barədə Təhsil şöbəsinin təqdimatını Təhsil Nazirliyinə göndərilməsini ona tapşırmışdır. O, bundan sonra Şahid1 yazdığı ərizə əsasında Təhsil Nazirliyinə təqdimat hazırlamışdır. Təqsirləndirilən şəxs2 həmin təqdimatı imzaladıqdan sonra həmin sənədləri elektron qaydada Təhsil Nazirliyinə göndərmişdir. Təxminən 20-25 gün keçəndən sonra o, Təqsirləndirilən şəxs2 xidməti otağına gedərkən Şahid1la Təqsirləndirilən şəxs2 mübahisə etdiklərini görmüşdür. Həmin vaxt o, Şahid1 dəfələrlə “sənə görə mənim 5.000 manat pulumu alıblar” dediyini eşitmişdir. Təqsirləndirilən şəxs2 isə bu ittihamları qəbul etməyərək Şahid1 demişdir ki, “kimə pul vermisənsə get, həmin adamdan dapulunu al”. O, bundan sonra Şahid1 nə baş verdiyini soruşmuşdur. Şahid1 isə ona bildirmişdir ki, Təqsirləndirilən şəxs2la özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs1 adlı şəxslə birlikdə onun 5.000 manat pulunu ələ keçirmişdir. O, eyni zamanda oxşar hadisələrin başqa şəxslərin də başına gəldiyini eşitmişdir. Belə şəxslərdən biri də Şahid2dur. O, Təqsirləndirilən şəxs2 Hacıqərvənd kənd orta məktəbinin direktor əvəzi Şahid2 da 4.000 manatını Təqsirləndirilən şəxs1 vasitəsilə ələ keçirdiyini eşitmişdir. Eyni zamanda o, Bərdə rayon Təhsil şöbəsinin metodisti Şahid3 da başına anoloji hadisənin gəldiyini, Yaşarın Zövqiyyədən də Təqsirləndirilən şəxs1 vasitəsilə 10.000 manat alındığını, lakin sonradan Təqsirləndirilən şəxs2 öz şəxsi hesabına həmin pulu Şahid3 geri qaytardığını eşitmişdir. O, Təqsirləndirilən şəxs2 Tərtər rayon Təhsil şöbəsinin müdiri kimi tanımışdır. Əvvəllər isə Təqsirləndirilən şəxs2 məktəb direktoru vəzifəsində işləmişdir. O, Təqsirləndirilən şəxs1 iş üzrə ibtidai istintaqa qədər tanımamış, sonuncu ilə heç bir yerdə, heç bir şəraitdə qarşılaşmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Kimya” fakültəsini bitirmişdir. O, 2009-cu ildən Bərdə rayon Mehdili kənd tam orta məktəbində müəllim kimi işə başlamış və 2017-ci ildə Bərdə rayon Təhsil şöbəsində metodist vəzifəsinə təyin olunmaqla hazıradək həmin vəzifədə işləyir. Bundan başqa, Bərdə rayon Təhsil şöbəsinin müdirinin 04 aprel 2020-ci il tarixli əmri ilə Qazaxlar kənd tam orta məktəbində direktor vəzifəsinin icrası müvəqqəti olaraq ona tapşırılmışdır. 2018-ci ildə keçirilən “Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə” Bərdə rayonundan bir neçə şəxs iştirak edərək müvəffəqiyyətlə keçmiş və direktor vəzifəsinə təyin olunmuşlar. Həmin şəxslərdən bir neçəsi Tərtər rayon Sarıcalı kənd tam orta məktəbinin direktoru Təqsirləndirilən şəxs2 müdavimləri olmuşlar. Təqsirləndirilən şəxs2 savadlı kadr olduğundan direktor vəzifəsində işləmək istəyən şəxsləri bu müsabiqəyə hazırlaşdırmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 hazırlaşdırdığı şəxslərin əksəriyyəti müsabiqəni uğurla keçmişlər. O da belə qərara gəlmişdir ki, Təqsirləndirilən şəxs2 rəhbərliyi ilə bu müsabiqəyə hazırlaşsın. O, Təqsirləndirilən şəxs2la 2019-cu ilin təxminən fevral ayında tanış olmuşdur. Bu zaman o, Yaşara direktorların işə qəbulu üzrə müsabiqəyə hazırlaşmaq istədiyini bildirmişdir. Yaşar da ona bu sahədə köməklik edə biləcəyini və onu da hazırlaşdıra biləcəyini demişdir. 2019-cu ilin təxminən iyul ayında direktorların işə qəbul müsabiqəsi başlamışdır. O da Bərdə rayonu üzrə vakant olan direktor vəzifəsinə təyin olunmaq məqsədi ilə həmin müsabiqədə iştirak etmişdir. O, test mərhələsində tələb olunan keçid balını toplayaraq müsahibə mərhələsinə keçmişdir. Bir aydan sonra o, müsahibədə iştirak edib sualları tələb olunan səviyyədə cavablandırmışdır. Lakin nəticələr açıqlananda onun müsabiqədən keçmədiyi məlum olmuşdur. O, müsabiqənin nəticələri ilə razılaşmayaraq, müsahibə mərhələsinin yenidən araşdırılmasını istəmiş və bununla bağlı atası Namət Hümbətovla birlikdə Təhsil Nazirliynə müraciət edərək nəticələrinin yenidən araşdırılmasını xahiş etmişdir. Lakin bunun heç bir faydası olmamışdır. Elə həmin ərəfələrdə, yəni 2019-cu ilin oktyabr ayının sonunda Təqsirləndirilən şəxs2 Tərtər rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Bundan bir neçə ay sonra, yəni 2020ci ilin yanvar ayının sonunda o, bu barədə Təqsirləndirilən şəxs2la danışarkən Təhsil Nazirliyindən kiminsə qəbuluna getməyinə köməklik göstərməsini xahiş etmişdir. Bir qədər söhbətdən sonra Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 adlı şəxsin mobil telefon nömrəsini verərək həmin şəxslər əlaqə saxlamasını və Xədicənin ona bu barədə köməklik edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 Təhsil Nazirliyində işlədiyini deməmiş, sadəcə ona Təhsil Nazirliyinə müraciət etməsi üçün, apellyasiya qaydasında müsabiqədə iştirakının nəticələrinin yenidən araşdırılması üçün ərizələr yazmaqda Təqsirləndirilən şəxs1 ona köməklik göstərə biləcəyini demişdir. O da Təqsirləndirilən şəxs1 həmin nömrəsinə zəng etmişdir. O, Xədicəyə zəng etdikdən sonra həmin nömrəni ona Yaşar Məhhərəmovun verdiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 müraciətinin səbəbini, yəni Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu üzrə verdiyi imtahanın müsahibə mərhələsinin nəticəsinin yenidən araşdırılmasını istədiyini, bu barədə ərizə ilə Təhsil Nazirliyinə müraciət etmək istiədiyini izah etmişdir. Təqsirləndirilən şəxs1 ona heç bir problemin olmadığını, apellyasiya yolu ilə bu məsələni həli edəcəyini bildirmişdir. Sonra isə bu barədə danışmaq üçün Xədicə onu Bakı şəhərinə dəvət etmişdir. O da buna görə 28 dekabr 2020-ci il tarixdə həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Neşve” adlı kafedə Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs1 ona Təhsil Nazirliyində, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində işlədiyini bildirmiş, habelə Təhsil Nazirliyində rəhbər vəzifədə işləyən bir çox şəxslərlə geniş əlaqələrinin olduğunu və bu ələqələr sayəsində istənilən məsələnin həllində sözünün keçərli olduğunu demişdir. Bir sözlə Xədicə direktorların işə qəbul müsabiqəsinin nəticəsini ləğv etdirib onu Bərdə rayon Əyricə kənd tam orta məktəbində direktor vəzifəsinə təyin edilməsi məsələsini həll edə biləcəyini bildirmişdir. Söhbət zamanı Xədicə özünə məxsus olan mobil telefon nömrəsindən kiməsə zəng edib onun müraciətinin Təhsil Nazirliyində araşdırılmamasına dair iradını da bildirmişdir. Telefon danışığından sonra Təqsirləndirilən şəxs1 ona demişdir ki, “Sənə Təhsil Nazirliyindən indi zəng gələcək”. Bir neçə dəqiqədən sonra onun yadında qalmadığı bir nömrədən ona zəng gəlmişdir. Zəng edən xanım Təhsil Nazirliyinin qəbul şöbəsindən olduğunu bildirmiş və ondan sabah ərizəni Təhsil Nazirliyinin qəbul şöbəsinə təqdim etməyinin vacib olduğunu demişdir. Bu zəngdən sonra o, Təqsirləndirilən şəxs1 danışdıqlarının real olmasına dair inamı yaranmışdır. Təqsirləndirilən şəxs1 əvvəlcə apellyasiya mərhələsi üçün ərizə yazmağını demiş və bunu necə etmək lazım olduğunu ona izah etmişdir. Bir qədər söhbətdən sonra Təqsirləndirilən şəxs1 bu məsələnin müsbət həll olunması üçün ondan əvvəlcə 15.000 manat pul tələb etmişdir. O isə Təqsirləndirilən şəxs1 15.000 manat məbləğinə imkanının çatmadığını bildirmişdir. Bundan sonra isə Xədicə yekun məbləğ kimi 10.000 manat verməli olduğunu bildirmişdir. O da çıxış yolu olmadığına görə məcbur qalıb həmin məbləğlə razılaşmışdır. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs2 ona zəng edərək Təqsirləndirilən şəxs1 ilə görüşünün nəticəsi barədə maraqlanmışdır. O da Yaşara Xədicənin ondan direktor vəzifəsinə təyin olunmağının müsbət həlli üçün 10.000 manat pul istədiyini bildirmiş və həmin məbləği tapmaqda çətinliyinin olduğunu demişdir. Yaşar isə ona direktor vəzifəsinə təyin olunması üçün heç kimə pul verilməsinin vacib olmadığını bildirərək demişdir ki, “əgər Yşar onun yerində olsaydı heç kimə pul verməzdi”. Növbəti gün, yəni 29 dekabr 2020-ci il tarixdə o, ailə üzvlərinin köməkliyi ilə 7.000 manat pul düzəltmişdir. 29 dekabr 2020-ci il tarixdə, saat 18:20 radələrində o, həyat yoldaşım X23 ilə birlikdə Bakı Metropoliteninin “Memar Əcəmi”stansiyası yaxınlığında Təqsirləndirilən şəxs1 ilə görüşmüş və Xədicənin idarə etdiyi qara rəngli avtomobilə əyləşib həmin pulu, yəni 7.000 manatı Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra isə o, qalan 3.000 manatı da növbəti gün verəcəyini də Təqsirləndirilən şəxs1 bildirmişdir. Qalan 3.000 manatı isə onun atası borc olaraq tapıb onun üçün Bakıya taksi ilə göndərmişdir. O da həyat yoldaşı ilə birlikdə həmin 3.000 manatı taksi sürücüsündən almışdır. Bundan sonra, yəni 30 dekabr 2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs1 ilə Dövlət Pedaqoji Universitetin “Sahil” korpusunun yaxınlığında görüşmüş və həmin 3.000 manatı da Təqsirləndirilən şəxs1 vermişdir. Pulu aldıqdan sonra Xədicə bir daha onu yaxın müddətdə Əyricə kənd tam orta məktəbinə direktor təyin edilməsi məsələsini həll edəcəyinə əmin etmişdir. Bundan sonra isə onlar Mərkəzi Poçta gedərək Təhsil Nazirliyinə ərizə yazmışlar. Sonra isə onlar ayrılmışlar və o, Bərdə rayonuna qayıdaraq ərizəsinin nəticəsini gözləməyə başlamışdır. Bundan sonra bir neçə dəfə telefon danışıqları zamanı Xədicənin Əhmədova onunla bir qədər fərqli şəkildə danışmış, buna görə də o, artıq Xədicənin danışıqlarından şübhələnmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 ona ilk öncə Təhsil Nazirliyinə gedərək şikayət ərizəsi yazacaqlarını demişdir. Lakin Xədicə pulu tam aldıqdan sonra Təhsil Nazirliyinə getməyərək poçt vasitəsilə ərizə yazmış, bu da onda şübhə yaratmışdır. Buna görə də o, Təqsirləndirilən şəxs1 barəsində bir qədər araşdırma aparmağa başlamışdır. O, araşdırma apardığı zaman əvvəlcə Pedaqoji Universitetdə işləyən tanışlarına zəng etmiş və Universitetdə Xədicə adlı bir şəxsin işləyib-işləmədiyini soruşmuşdur. Onun tanışları isə həmin Universitetdə Təqsirləndirilən şəxs1 adlı şəxsin işləmədiyini bildirmişlər. Daha sonra isə o, Təhsil Nazirliyində olan tanışları vasitəsi ilə orada da belə bir şəxsin işləyib-işləmədiyini soruşmuş və yenə eyni nəticə ilə qarşılaşmışdır. O, Təhsil Nazirliyində də Təqsirləndirilən şəxs1 adlı bir şəxsin işləmədiyini öyrənmişdir. Bundan sonra isə o, Təqsirləndirilən şəxs1 “Votsap” proqramı vasitəsi ilə mesajlar yazmışdır. Xədicə onun yazdığı mesajları oxusa da, ona heç bir cavab yazmamışdır. Daha sonra o, dəfələrlə Xədicəyə zəng etmişdir. Lakin Xədicə onun heç bir zənginə cavab verməmişdir. O, Təhsil Nazirliyinə ərizə yazdıqdan 15-20 gün keçdikdən sonra “apellyasiya” müraciətinin təmin olunmaması barədə cavab almışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs1 onu aldadaraq onun pulunu ələ keçirdiyini başa düşmüşdür. Bununla bağlı o, dəfələrlə Xədicənin telefonuna zəng etsə də, Xədicə yenə onun zənglərinə cavab verməmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs2 müraciət edərək Təqsirləndirilən şəxs1 10.000 manat pul verdiyini demişdir. Yaşar isə ona demişdir ki, “səhv etmisən, gərək heç kimə direktor vəzifəsinə təyin olunmağın üçün pul verməyərdin”. O, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 hüquq-mühafizə orqanlarına şikayət edəcəyini demişdir. Təqsirləndirilən şəxs2 isə ona demişdir ki, ”şikayət etməyə ehtiyac yoxdur, mən yenicə müdir vəzifəsinə təyin edilmişəm, barəmdə neqativ fikirlərin səslənməsini istəmirəm”. Bundan sonra Təqsirləndirilən şəxs2 ondan xahiş etmişdir ki, heç yerə şikayət etməsin, eləcə də qısa müddət ərzində Xədicənin ondan aldığı 10.000 manat pulu özünün qaytaracağını ona demişdir. Yaşar həqiqətən də onun pulunu geri qaytarmışdır. 04 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 onun yaşadığı ünvana gələrək onun atası Namət Hümbətovun iştirakı ilə ona əvvəlcə 5.000 manat qaytarmış, qalan 5.000 manatı isə 10 gün ərzində qaytaracağını demişdir. Təxminən 10 gündən sonra Təqsirləndirilən şəxs2 qalan 5.000 manatı da ona qaytarmışdır. Yaşar həmin 10.000 manatı ona iki dəfəyə qaytarmışdır. Yaşar həmin pulu ona öz şəxsi vəsaiti hesabına, eyni zamanda bankdan götürdüyü kreditlər hesabına geri qaytarmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 oktyabr 2019-cu il tarixli Tərtər rayon İcra Hakimiyyəti başçısının 147 nömrəli əmrindən (cild 3, iş vərəqə 76) görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 may 2021-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-48/2021 saylı hökmündən (cild 1, iş vərəqə 54-87) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona həmin maddələr üzrə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılaraq onun üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 09.09.2020-ci il tarixdən hesablanmışdır. Bundan başqa, həmin məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 həmin cinayət işi üzrə də zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə özünü “Günay”, “Günay Bayramova” və “Günay İsayeva” kimi təqdim edərək Təhsil Nazirliyinin işçisi olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2021-ci il tarixli Tərtər rayon İcra Hakimiyyəti başçısının 102 nömrəli əmrindən (cild 3, iş vərəqə 77) görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər rayon Təhsil şöbəsinin müdiri vəzifəsindən öz ərizəsinə əsasən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 2) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 3) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.01.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3.500 manat məbləğində cərimə cəzasına, həmin məhkəmənin 18.09.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4.000 manat məbləğində cərimə cəzasına, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin məhkəmənin 15.09.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-189/2021 saylı hökmündən (cild 3, iş vərəqə 62-69) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və həmin maddələr üzrə ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılaraq onun üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 qəti cəzasının əvvəli 09.09.2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 sentyabr 2021-ci il tarixli fotoşəkil üzrə tanıma haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 2, iş vərəqə 22-24) görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1 fotoşəkli təqdim edilmiş və o, həmin fotoşəkildəki şəxsin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “McDonalds” restoranının qarşısında 5.000 manat məbləğində pul verdiyi şəxs olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 sentyabr 2021-il tarixli fotoşəkil üzrə tanıma haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 2, iş vərəqə 25-28) görünür ki, Şahid2 Təqsirləndirilən şəxs1 fotoşəkli təqdim edilmiş və o, həmin fotoşəkildəki şəxsin Azərbaycan Respublikası Təhsil Nazirliyinin binasının qarşısında 4.000 manat məbləğində pul verdiyi şəxs olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 noyabr 2021-ci il tarixli elektro-maqnit daşıyıcılarında olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 160-168) görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə arasında 27 dəfə qarşılıqlı zənglər edilmiş, ilk zəng Təqsirləndirilən şəxs1 tərəfindən 19.12.2019-cu il tarixdə, sonuncu zəng isə Təqsirləndirilən şəxs2 tərəfindən 16.03.2020-ci il tarixdə olmuşdur. Həmin nömrələr arasında qeyd olunan dövrdə aşağıdakı məzmunda sms-lər göndərilmişdir: 03-02-2020 13:53:18 **********00 **********07 - Nə olub 03-02-2020 17:05:31 **********00 **********07 - Vacibdi 10-02-2020 12:50:43 **********00 **********07 - Mənə zəng et 10-02-2020 13:32:03 **********00 **********07 Sən mənim ürəyimi xəstə saldın, aç da telefonu 12-02-2020 10:41:22 **********00 **********07 Başıma nə oyun açırsınız 16-02-2020 08:20:32 **********00 **********07 Verdilər məni polisə. 16-02-2020 10:30:34 **********00 **********07 Təqsirləndirilən şəxs1.səni araşdırır bunlar. 16-02-2020 22:55:05 **********00 **********07 Təşəkkürlər. 16-02-2020 23:20:36 **********07 **********00 Kim 16-02-2020 23:20:46 **********07 **********00 İsayeva xedıce 16-02-2020 23:20:58 **********07 **********00 Seyid qızı 16-02-2020 23:21:15 **********07 **********00 Yatma yıqacam 06-03-2020 10:14:22 **********00 **********07 Hörmətli Sizin haqqınızda dəfələrlə sorğu və cinayət axtarış tədbirləri həyata keçirilsə də dəqiq ünvanınız, maddi sübutlar olmadığı üçün vəziyyətdən qurtula bilmisiniz. 06-03-2020 10:14:26 **********00 **********07 Məndən nə faktın var ay maşennik? 16-03-2020 16:06:25 **********00 **********07 Vacibdi > Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə arasında 3 dəfə qarşılıqlı zənglər edilmiş, ilk zəng Təqsirləndirilən şəxs2 tərəfindən 23.12.2019-cu il tarixdə, sonuncu zəng isə Təqsirləndirilən şəxs1 tərəfindən 06.01.2020-ci il tarixədə olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə arasında heç bir zəng edilməmiş, həmin nömrələr arasında 2020-ci ilin yanvar ayından həmin ilin mart ayınadək olan müddətdə aşağıdakı məzmunda sms-lər göndərilmişdir. 29-01-2020 13:26:58 **********07 **********59 Soz deyecem 12-02-2020 13:19:01 **********07 **********59 İclas 12-02-2020 13:19:08 **********07 **********59 Gozlede 12-02-2020 21:26:56 **********07 **********59 Uffff 21-02- 2020 17:26:27 **********07 **********59 Yiqacam 21-02-2020 20:57:02 **********07 **********59 Yiqacamda 21-02-2020 20:57:07 **********07 **********59 İmkan ver 21-02- 2020 20:57:11 **********07 **********59 Тек deyilem 21-02-2020 20:57:38 **********07 **********59 Oldu 22- 02-2020 21:25:30 **********07 **********59 Goreceksen hardayam. 24-02-2020 00:59:04 **********07 **********59 Utan 24-02-2020 00:59:22 **********07 **********59 102 sen getmelisen men уохе 24-02-2020 10:20:56 **********07 **********59 Yalan danisma 2062--2020 16:55:07 **********59 **********07 Söz soruşuram 26-02-2020 21:52:26 **********59 **********07 Səni tutduracaqlar. 27-02-2020 20:36:35 **********59 **********07 Hazırlaş 28-02-2020 20:50:12 **********59 **********07 Da mən yoxam, cavablarını ver. səni yaşayış yerin üzrə axtarışa verəcək. 29-02-2020 17:05:18 **********59 **********07 Mənə zəng et 29-02-2020 17:05:48 **********59 **********07 İmkanım da yoxdu kömək edəm 29-02-2020 18:39:19 **********59 **********07 Vatçapına səs atılıb, bax 29- 02-2020 23:01:46 **********59 **********07 Mən sənin maşennik olduğunu ilk gündən demişdim, sənə şans verdim, amma düzəlmədin. 01-03-2020 15:21:34 **********59 **********07 Sən öl səni tutacaqlar. camaatı qoyun yerinə qoyma da bəsdir. 01-03-2020 15:21:47 **********07 **********59 Eeee 01-03-2020 15:26:28 **********59 **********07 Düz deyirəm, məni camaatla üzbəüz qoyub gizlənmisən, mən başlasam yaxşı olmayacaq. 04- 03-2020 03:45:02 **********07 **********59 A get senin ailendi eve az az geden 04-03-2020 03:45:16 **********07 **********59 Senden elimde faktlar vare 04-03-2020 03:45:28 **********07 **********59 Men sene ne pislik etmisem 04-03-2020 03:45:39 **********07 **********59 Camaati mi..n sensen 04-03-2020 03:45:44 **********07 **********59 Utan 04- 03-2020 03:46:17 **********07 **********59 Meni narahat etme 04-03-2020 03:46:49 **********07 **********59 Ulya bilmirsen kimdi seni surundurer adin çekdiyin ucun 04-03- 2020 03:47:01 **********07 **********59 Mene ne vermisen ne teleb edirsen > Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi Şahid1 istifadəsində olan ***- ***-**-** nömrə arasında 38 dəfə qarşılıqlı zənglər edilmiş, ilk zəng Təqsirləndirilən şəxs1 tərəfindən 16.01.2020-ci il tarixdə, sonuncu zəng isə Şahid1 tərəfindən 10.02.2020-ci il tarixdə olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** nömrə arasında 40 dəfə qarşılıqlı zənglər edilmiş, ilk zəng Şahid3 tərəfindən 28.01.2020-ci il tarixdə, sonuncu zəng isə Təqsirləndirilən şəxs1 tərəfindən 16.02.2020-ci il tarixdə olmuşdur. Həmin nömrələr arasında qeyd olunan dövrdə aşağıdakı məzmunda sms-lər göndərilmişdir: 30-01-2020 10:21:00 **********07 **********77 Şu anda konuşamıyorum. 16-02-2020 17:21:19 **********77 **********07 Videon seslerin salonun ulyanin unvani 3 balan masininin nöm evin səkillerin gedəcək polise sabah 16-02- 2020 21:57:35 **********07 **********77 Ay qiz sen kimsen 16-02-2020 21:57:42 **********07 **********77 Kimi dolayirsan 16-02-2020 21:59:03 **********07 **********77 Senden kim qacir 16-02-2020 21:59:36 **********77 **********07 Menim kimliyimi bileceksen. Pulumu kartima kocur yada ver isim duzelmedi 18- 02-2020 19:49:21 **********77 **********07 102 yə zəng edirəm səni verəm xətai polisinə 19- 02-2020 22:03:21 **********77 **********07 Yasarin da seninde limitin bitdi. 26-02-2020 13:26:31 **********77 **********07 Ay ifrite sene pis olacaq axi. Uc balanın uste Allah sınasın seni menim ki balamin gozun aglatdin 3 balan coreye hesret qalsin balamin agzindan kesdin. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** abonent nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**-** nömrə arasında 15 dəfə qarşılıqlı zənglər edilmiş, ilk zəng Təqsirləndirilən şəxs1 tərəfindən 21.01.2020-ci il tarixdə, sonuncu zəng isə Şahid2 tərəfindən 20.02.2020-ci il tarixdə olmuşdur. Həmin nömrələr arasında qeyd olunan dövrdə aşağıdakı məzmunda sms-lər göndərilmişdir: 25-01-2020 14:36:23 **********75 **********10 Günay xanım, salam necəsiz? Xaiş edirəm mənim telfonuma zəng edin.El 18-02-2020 14:54:50 **********75 **********10 Günay xanım telefona cavab verin Mən Təhsil Nazirliyinə gələcəm 18-02-2020 14:56:13 **********75 **********10 Günay xanım işim barədə məlumat verin 18-02-2020 14:56:21 **********75 **********10 Mənim telefonuma cavab ver əgər zəng etməsəniz polisə müraciət edəcəm. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** abonent nömrəsi ilə Şahid1 istifadəsində olan ********** nömrə arasında 30 dəfə qarşılıqlı zənglər edilmiş, ilk zəng Təqsirləndirilən şəxs1 tərindən 17.01.2020-ci il tarixdə, sonuncu zəng isə Şahid1 tərəfindən 08.02.2020-ci il tarixdə olmuşdur. Həmin nömrələr arasında qeyd olunan dövrdə sms göndərilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05-09-2013/16 nömrəli məktubundan (cild 2, 170-172) görünür ki, Şahid2 hazırda Tərtər rayonu, Hacıqərvənd kənd tam orta məktəbində müəllim işləməklə, 2019-cu ildə keçirilmiş “ümumitəhsil müəsssisələrində direktor vəzifəsinə işə qəbul müsabiqəsi” üzrə test imtahanı mərhələsində keçid balını toplamış, müsahibə mərhələsində isə direktor vəzifəsinə təyin olunması məqsədə müvafiq hesab olunmamışdır. Şahid1 2017-ci ildə keçirilmiş “ümumitəhsil müəsssisələrində direktor vəzifəsinə işə qəbul müsabiqəsi”nin nəticəsinə əsasən K-1065 nömrəli, 15.10.2018-ci il tarixli əmrlə Tərtər rayonu, Əskipara kənd tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuş, hazırda həmin vəzifədə işləyir. Şahid3 Bərdə rayon Təhsil şöbəsində metodist vəzifəsində işləyir, 2019-cu ildə keçirilmiş “ümumitəhsil müəsssisələrində direktor vəzifəsinə işə qəbul müsabiqəsi”nin test imtahanı mərhələsində keçid balını toplamış, müsahibə mərhələsində isə direktor vəzifəsinə təyin olunması məqsədə müvafiq hesab olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 noyabr 2021-ci il tarixli arayışdan (cild 3, iş vərəqə 1) görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanında 2020-ci ilə qədər yaşamış, onun ailə tərkibi 1981-ci il təvəllüdlü əri X9, 2012-ci il təvəllüdlü qızı X4, 2015-ci il təvəllüdlü oğlu X5 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 noyabr 2021-ci il tarixli xasiyyətnamədən (cild 3, iş vərəqə 2) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 80-117) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və onlara həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilməsi, “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorlarından daxil olmuş 3 (üç) ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 3, iş vərəqə 118- 122) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 3, iş vərəqə 143- 147) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 noyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 3, iş vərəqə 139-141) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 noyabr 2021-ci il tarixli arayışdan (cild 3, iş vərəqə 72) görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər rayonu, Evoğlu kəndində yaşayır, onun ailə tərkibi 1953-cü il təvəllüdlü anası X8, 1985-ci il təvəllüdlü arvadı X6, 2004-cü il təvəllüdlü oğlu X2, 2006-cı il təvəllüdlü qızı X1 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 dekabr 2021-ci il tarixli Azərbaycan Tibb Universiteti X3 260 nömrəli məktubundan (cild 4, iş vərəqə 38) görünür ki, X18 ağır xəstəlikdən əziyyət çəkir və ona “qan-damar sisteminin dəqiqləşdirilməmiş anadangəlmə anomaliyası” diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 dekabr 2021-ci il tarixli Azərbaycan Tibb Universiteti X3 261 nömrəli məktubundan (cild 4, iş vərəqə 39) görünür ki, X13 ağır xəstəlikdən əziyyət çəkir və ona “artroz” diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03.06.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 4, iş vərəqə 149) görünür ki, Şahid2 cinayət nəticəsində ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs2 tərəfindən ona tam şəkildə ödənildiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03.06.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 4, iş vərəqə 151) görünür ki, Şahid1 cinayət nəticəsində ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs2 tərəfindən ona tam şəkildə ödənildiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 dekabr 2005-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 74) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 ilə X14 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 dekabr 2005-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 73) görünür ki, 28 iyun 2004-cü il tarixdə X12 doğulmuş, onun anası X14 qızı, atası Təqsirləndirilən şəxs2dur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyul 2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 75) görünür ki, 24 aprel 2006-cı il tarixdə X10 doğulmuş, onun anası X14 qızı, atası Təqsirləndirilən şəxs2dur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 aprel 2011-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 3) görünür ki, həmin gün X20 ilə Təqsirləndirilən şəxs1 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 4) görünür ki, 31 mart 2012-ci il tarixdə X13 doğulmuş, onun anası Təqsirləndirilən şəxs1, atası X15r. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 sentyabr 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 5) görünür ki, 05 sentyabr 2013-cü il tarixdə X18 doğulmuş, onun anası Təqsirləndirilən şəxs1, atası X15r. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 6) görünür ki, 01 iyun 2015-ci il tarixdə X16 doğulmuş, onun anası Təqsirləndirilən şəxs1, atası X15r. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 3, iş vərəqə 70) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21.06.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş əməllərin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, mötəbər sübutlar əsasında məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində qeyrisi vasitəsi ilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilərini təkrarən təhrik etmişdir. Bundan başqa, həmçinin məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində özü vasitəsi ilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilərini təkrarən təhrik etmişdir. Məhkəmə istintaqında müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus 4.000 (dörd min) manat, Şahid1 məxsus 5.000 (beş min) manat və Şahid3 məxsus 10.000 (on min) manat məbləğində (xeyli məbləğdə) pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, habelə o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid2, Şahid1 və Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla pul vəsaitini rüşvət qismində verməyə Şahid2, Şahid1 və Şahid3 təhrik etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərini qabaqcadan əlbir olan bir olan qrup şəxs halında törətmələri əvvəlcədən onların arasında razılaşdırılmış rol bölgüsündə, habelə qeyd edilən cinayətlərin törədilməsi üsulu və mexanizmində ifadə olunmuşdur. Belə ki, törədilmiş cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini təhlil etdikdə müəyyən olnur ki, Təqsirləndirilən şəxs2 Şahid2, Şahid1 və Şahid3 barəsində Təqsirləndirilən şəxs1 verdiyi fərdi məlumatlar əsasında Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsi ilə Şahid2, Şahid1 və Şahid3 ilə əlaqə quraraq sonunculara yalan məlumatlar vermiş, verdiyi yalan məlumatlar əsasında özünün Təhsil Nazirliyinin əməkdaşı olduğuna sonuncuları inandırmış, sonuncuların xeyrinə (vəzifələrində irəli çəkilməsində, imtahanların nəticələrinin ləğv edilməsində, vəzifələrində saxlanılmasında) konkret işlərin görülməsində köməklik göstərəcəyini bildirmiş, bunun müqabilində sonunculardan pul vəsaiti istəmiş, həmin pul vəsaiti hesabına müxtəlif vəzifəli şəxslərin köməkliyi ilə verdiyi vədləri yerinə yetirəcəyini demiş, daha sonra pul vəsaitini birbaşa ələ keçirərək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətin müqabilində həmin pul vəsaitini rüşvət qismində verməyə təhrik etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 Şahid2, Şahid1 və Zövqiyyə Əsadovanın pul vəsaitini ələ keçirmək üçün verdiyi vədlər həmin vədlərin verildiyi andan yalan və uydurulmuş vədlər olmuşlar. Belə ki, Təqsirləndirilən şəxs1 Şahid2, Şahid1 və Şahid3 vəd verərkən verdiyi vədi icra etməyə dair heç bir səlahiyyəti olmamışdır. Bu da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs1 göstərilən şəxslərə qarşı dələduzluq və rüşvət verməyə təhrik etmə cinayət əməllərini mütləq qaydada Təqsirləndirilən şəxs2la razılaşdırılmış şəkildə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən bilavasitə həyata keçirilmiş əməllərin törədilməsindəki rolu – “qurbanlar” (Şahid2, Şahid1 və Şahid3) barədə ətraflı məlumatların Təqsirləndirilən şəxs1 ötürülməsində və Təqsirləndirilən şəxs1 tərəfindən “qurbanların” xeyrinə yönəlmiş hərəkətlərin icra edilməsinin Təqsirləndirilən şəxs1 xahiş etməsi görüntüsünün yaradılmasında ifadə olunmuşdur. Bu görüntü nəticəsində Təqsirləndirilən şəxs1 dələduzluq yolu ilə ələ keçirdiyi pul vəsaitlərinin sahibləri Təqsirləndirilən şəxs1 inanaraq pul vermişlər. Qeyd edilən hallar məhkəmə istintaqında dindirimiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, eləcə də məhkəmədə araşdırılmış 12 noyabr 2021-ci il tarixli elektron-maqnit daşıyıcılarında olan məlumatlara baxış keçirilməsi haqqında protokol əsasında öz təsdiqini tam şəkildə tapmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndinə əsasən, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Beləliklə də, məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-ci maddələrində, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən - ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Cinayət hüququ nəzəriyyəsinə görə: təhrikçi öz fəaliyyəti ilə başqasında cinayət törətmək qətiyyəti yaradan şəxsdir. Təhrikçilik başqa şəxsdən cinayət törətməyə sövq edən hərəkətlərin bilavasitə edilməsini tələb edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-ci maddələrində, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri vardır. Həmin cinayət hadisələri həqiqətən baş vermiş və təqsirləndirilən şəxslər həmin cinayət əməllərini qəsdən törətmişlər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-ci maddələri, Təqsirləndirilən şəxs1 isə törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələri ilə tövsif edir. Eyni zamanda həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 tərəfindən törədilmişdir. Həmçinin qeyd edilən cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri hər bir epizod üzrə başa çatmış cinayətlərdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin məcmusu var. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, törədilmiş cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 ali təhsilli və cavan olmasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmaqla himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, himayəsində yataq xəstəsi olan yaşlı anasının olmasını, 44 günlük Vətən Müharibəsi zamanı arxa cəbhədə vətəndaşlıq borcunu layiqli şəkildə icra etməsini, cinayət əməlləri nəticəsində qanunsuz şəkildə ələ keçirilmiş pul vəsaitlərinin məhz onun tərəfindən tam şəkildə geri qaytarılmasını, eləcə də Təqsirləndirilən şəxs1 ali təhsilli və cavan olmasını, evli olmaqla himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, onun 2 (iki) uşağının xəstə olmasını, Şahid3 nisbətdə törətdiyi əməldən peşman olmasını, habelə təqsirləndirilən şəxslərin hər birinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini, onların törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hər birinin cinayətin törədilməsindəki rolunu, hər bir epizod üzrə qanunsuz şəkildə ələ keçirilmiş pul vəsaitinin geri qaytarılmasını (bütün vurulmuş ziyan Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə qaytarılmışdır), eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların təqsirli bilindiyi maddələrin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəliliyini, eləcə də Təqsirləndirilən şəxs2 həmin cinayətləri vəzifəli şəxs qismində törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həmçinin əlavə cəza kimi dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməli, habelə Cinayət Məcəlləsinin 32.4,312.2ci maddəsi ilə həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanmalı, əlavə cəza qismən toplanmış əsas cəzaya birləşdirilməklə ona qəti olaraq əlavə cəza kimi dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası, əsas cəza kimi azadlıqdan məhrum etmə cəzası təyin eilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halların məcmusunu, habelə ali təhsilli olmasını, evli olmaqla himayəsində 1 (bir) yetkilnik yaşına çatmayan uşağının, himayəsində yataq xəstəsi olan yaşlı anasının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlləri nəticəsində vurulmuş bütün ziyanı tam şəkildə ödəməsini, 44 günlük Vətən Müharibəsi zamanı arxa cəbhədə vətəndaşlıq borcunu layiqli şəkildə icra etməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin olunacaq qəti əsas cəzanı Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi nəticəsinə gələrkən cinayət əməlləri nəticəsində vurulmuş bütün ziyanın məhz onun tərəfindən tam şəkildə ödənilməsini müstəsna hal kimi qəbul etmişdir. Belə ki, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilməsi kimi vacib hal cəzanın differensasiyası üçün mühüm rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu qaydasında təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilməsi ona mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək qəti azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Tərtər rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilə bağlı hissədə qeyd edir ki, onun əvvəllər də dələduzluq cinayətlərinə görə məhkum olunması ona cəza təyini zamanı mütləq qaydada nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə məhkum olunarkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 1(006)-189/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və qəti cəzanın əvvəli 09.09.2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 1(006)- 189/2021 saylı hökmü ilə həmin vaxtadək Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış cəzalar qanunla müəyyən edilmiş qaydada toplanılaraq ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və bu səbəbdən də hazırki cinayət işi üzrə ona cəza təyin edilməsində məhz Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 1(006)-189/2021 saylı hökmü ilə təyin edilmiş qəti cəza nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə cinayət əməlləri (hər bir epizod) 2020-ci ildə törədildiyindən və Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən məhkəmə hökmü 15 sentyabr 2021-ci il tarixdə qəbul edildiyindən onun əməlində cinayətlərin residivi yoxdur. Belə ki, Təqsirləndirilən şəxs1 15 sentyabr 2021-ci il tarixdə az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, o, hazırki iş üzrə nəzərdə tutulan cinayət əməllərini törədən zaman barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü mövcud olmamışdır. Bu isə o deməkdir ki, belə halda cinayətlərin residivi yarana bilməz. Lakin Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə cəza təyin edilərkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 1(006)- 189/2021 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən nəzərə alınmaqla ona cinayətlərin məcmusu qaydasında yenidən qəti cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinməli, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri üzrə ona sanksiya həddində vahid azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təyin ediləcək qəti cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərdə tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törətdilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Bundan başqa, müdafiə tərəfi Şahid2 və Şahid1la bağlı epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətini mübahisələndirsə də, məhkəmə hesab edir ki, ittihama daxil olan heç bir epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Göstərilən hüquqi mövqedən aydın olur ki, hər bir şəxsin törətmiş olduğu əməl (epizod) üzrə məsuliyyətə cəlb etmə müddəti ayrı-ayrılıqda hesablanmalıdır. Lakin hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərə ayrı-ayrılıqda qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətlərin törədilməsi ittihamı irəli sürüldüyündən, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 mart 2022-ci il tarixli qərarında göstərilmiş tələblər təqsirləndirilən şəxslərə tətbiq edilməməli, o cümlədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şahid2 və Şahid1la bağlı epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti başa çatmamış və onlar həmin epizodlar nəzərə alınmaqla təqsirli bilindikləri cinayət əməlləri üzrə ümumi əsaslarla cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində göstərilən cinayətlər cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına, Cinayət Məcəlləsinin 312.2-ci maddəsində göstərilən cinayət isə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs1 hazırki iş üzrə təyin ediləcək qəti cəzanın əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərək qeyd edir ki, iş üzrə maddi sübut qismində çıxış edən “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorlarından daxil olmuş 3 (üç) ədəd disk hökm qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzanı əsas cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəza ilə birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 qəti olaraq əsas cəza kimi təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 1 (bir) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət Tərtər Rayon Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri üzrə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin edilmiş qəti cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 1(006)-189/2021 saylı hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və cinayətlərin məcmusu üzrə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorlarından daxil olmuş 3 (üç) ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-435/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-435/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver