Məhkəmə qərarları › İş №1(101)-435/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-435/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-435/2024 09.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X12, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Təqsirləndirilən şəxs, müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Dəmirçi Plaza”da təchizat şöbəsində mütəxəssis işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 19,671 qram narkotik vasitə heroin əldə edib daşıyaraq bir hissəsini üzərində, digər hissəsini isə etibarnamə əsasında idarə etdiyi "Chevrolet Aveo” markalı **-VD-*** nömrə nişanlı avtomobildə saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 mart 2023-cü il tarixdə, saat 09:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32K ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 7,368 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin tarixdə saat 15:35 radələrində onun iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin inzibati binasının həyətində saxlanılan "Chevrolet Aveo" markalı **-VD-*** nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin qabaq sağ qapısının cibində olan çətirin içərisində 12 ədəd sellofan bükümdə, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 2,250 qram, 2,153 qram, 0,863 qram, 0,334 qram, 0,662 qram, 0,815 qram, 0,875 qram, 1,722 qram, 0,357 qram, 0,740 qram, 0,732 qram, 0,800 qram, ümumi təmiz çəkisi 12,303 qram olan, külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, həbs olunan günə qədər dövlət orqanlarında işləmişdir. Axırıncı işlədiyi yer “Dəmirçi Plaza”da “Förn Kapital”da rəhbərliyin göstərişlərini yerinə yetirərək ofisdaxili işləri görmüşdür. Narkotik deyilən bir şeylə bu günə kimi qəti olaraq əlaqəsi olmamışdır. Bu yaşına çatana qədər spirtli içki belə qəbul etməmişdir. Həmişə o yoldan qaçmışdır. Çünki 3 övlad atasıdır. Özü Yeni Azərbaycan partiyasının fəxri üzvüdür. Dəfələrlə rayonunun ictimai, siyasi tədbirlərində fəal iştirakçı olmuşdur. Onu tutan əməliyyatçılar 6-7 ay bundan qabaq onu polis bölməsinə gətirmişlər. Keçən ilin avqust-sentyabr aylarında. qəsəbəyə çörək almağa düşmüşdür. Tanımadığı biri qoluna girmişdir. Ona demişlər ki, o, qəsəbədə xeyirxah işlərlə məşğuldur. 1 nəfər var, ona kömək lazımdır. Bu sözləri deyə-deyə onu qəsəbədə olan polis məntəqəsinə doğru aparmışdır. Polis məntəqəsinə çatanda “Hyundai Sonata” markalı avtomobil qarşılarında dayanmışdır. Maşından düşən onu tutan Şahid1 adlı polis əməkdaşı olmuşdur. Şahid1 ona demişdir ki, 23-cü Polis bölməsinə getməlidirlər. Bölməyə niyə getməli olduğunu soruşanda rəisin onu görmək istədiyini demişdir. Onlar 23-cü Polis bölməsinə gəlmişlər və birbaşa onu rəisin otağına aparmışlar. O vaxtı rəis Emil Çələbiyev olmuşdur. Rəisin otağına girən kimi ona “nə olub, niyə bura gəlmək istəmirdin?” suallarını vermişdir. Rəşad rəisə onun polislərə müqavimət göstərdiyini demiş, o isə Rəşada müqavimət göstərmədiyini demişdir. Rəis “bunu içəri qoyun” demişdir. Onu heç bir səbəb olmadan axşam saat 8-dən sabahısı gün günorta 3-ə kimi saxlamışlar. Ailə üzvləri 102-yə məlumat vermiş, ailə üzvləri bölməyə gəlmiş, lakin heç birini içəri buraxmamışlar. Vəkillər kollegiyasının üzvü olan sinif yoldaşının köməyi ilə onu buraxmışlar. Onu bölməyə aparmamışdan 1 ay qabaq qəsəbədə evin yaxınlığında gecə klubu açılmış, klub səhərə qədər işlədiyinə görə, qonşularla yığışaraq, buranın bağlanmasını tələb etmişlər. Onlar da gecə klubunu bağlamışlar. Onların şikayəti rəisin acığına gəlmişdir. Həmin məsələdə dövlət qurumları, rayon icra nümayəndəsi onların yanında olmuşlar. İcra başçısı da hadisə yerinə gəlmişdir. Bu gecə klubu bağlandıqdan sonra rəis və Rəşad ondan acıqlı qalmışlar. 9 mart günü qeyri-iş günü onlar evdə olmuşlar. Səhər yuxudan durub, çay içib, çölə çıxıb maşını qızdırmış, telefonu maşında zaryadkaya qoyub, maşınla tərpənmişdir. 30 metr aralaşandan sonra polis Rəşadı görmüşdür. Qabaqlarından keçərək getmişdir. 2 km aralanandan sonra qarşıda tıxac olduğunu görmüşdür. Bu zaman yanından “Tofaş” markalı avtomobil onu sıxmağa başlamışdır. 1 km aralandıqdan sonra yenə də o maşını görmüşdür. Bu dəfə “Tofaş” markalı avtomobilin onun arxasında olduğunu görmüşdür. Maşını qabağına verərək saxlamışdır. “Tofaşı” Əli adında əməliyyatçı sürürmüş. Onu maşından çıxarıb, qolunu bağlayıb, başqa maşına mindirmişlər. Əliyə bildirmişdir ki, maşınının qapısı açıq qalıb, telefonu maşında qalıb. Əli narahat olmamağı, Rəşadın maşını gətirəcəyini demişdir. Onu 23-cü Polis bölməsinə gətirmişlər. Bölməyə girən kimi üstünə baxış keçirtmişlər. Üzərindən siqaret, yandıran, təsbeh, yaş salfetka və 30 manat pul çıxmışdır. Ondan götürdüklərini şkafın üstünə qoymuşlar. Onu saxlama yerində saxlamışlar. Təxminən 30-40 dəqiqə sonra növbətçi hissədən bir nəfər gəlib “çölə çıx” demişdir. Əli gələrək onu 2-ci mərtəbəyə qaldırıb bir otağa salmışdır. O, Əlidən maşının necə olduğunu soruşduqda Əli ona “narahat olma Rəşad gətirir” demişdir. 40 dəqiqə sonra Rəşad gəlmiş və pəncərədən ona maşının yerini göstərmişdir. Rəşaddan bura niyə gətirildiyini soruşduqda, sonuncu and içərək “bilmirəm” demişdir. Onu rəisin yanına aparmışlar. Ondan bura niyə gəlmək istəmədiyini soruşmuşlar. Əməliyyatçılar ona narkotik sözünü demişlər. O, başa düşə bilməmişdir. Üzünə dayanmışlar. Heç kim onu narkotik adı ilə tanıya bilməz. O, Rəşada demişdir ki, narkotiklə razılaşmayacaq. Bu sözündən sonra polislər üstünə düşərək onu döymüşlər. Sifəti qanamışdır. Daha sonra onu rəisin yanına aparmışlar. Rəis ona yaxınlaşaraq narkotiki onun cibinə qoyaraq “bu sənindir” demiş, o da demişdir ki, onun deyil. Bu sözdən sonra rəis boynuna yumruq vurmuşdur. Onu böyük otağa salmışlar. O, qol çəkməyəcəyini bildirmişdir. Onun sinəsinə çoxlu yumruq vurmuşlar. Onu bir otağa salmışlar. Sağ cibinə maşın açarı, telefon, siqaret qoymuşlar. Sol cibinə isə narkotiki yükləmişlər. Rəşad ona narkotikin balaca olduğunu, narahat olmamağı demişdir. O, bu narkotikin külli miqdarda olduğunu bilməmişdir. Sonra onun videosunu çəkmişlər. Amma üzdən yox qıraqdan çəkmişlər. Sifətindən qan axdığına görə üzdən çəkməmişlər. Daha sonra yanına vəkil gəlmişdir. Təxminən 5 saatdan sonra yaşadığı evə baxış keçirmək üçün ünvana getmişlər. Təxminən 15 nəfər həyətə daxil olmuşdur. Evlərində çox adam olduğu üçün, həm də hamının əlində telefon olduğu üçün istədikləri ssenarini qura bilməmişlər. Amma evdə heç nə tapa bilməmişlər. Daha sonra onlar Polis bölməsində onun maşınına baxmağa getmişlər və açarı ona vermişlər və qapını açmağı demişlər. Qapını açdıqdan sonra çəkiliş başlamışdır. Maşını axtarmağa başlamışlar. Sərnişin tərəfdən qabağı axtaranda çətir görmüşlər. Nə olduğunu sual vermişlər. Sellofan çıxmışdır. Sellofanın içindən tərəzi, 12 ədəd büküm çıxmışdır. Bunları kimin qoyduğu barədə sual vermişlər. O da “siz məndən yaxşı bilərsiniz” demişdir. Bununla da hadisə yekunlaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində bildirdi ki, əvvəllər Təqsirləndirilən şəxs Keşlə qəsəbəsi sakini kimi tanımışdır, heç bir ədavətləri yoxdur. Təqsirləndirilən şəxs barəsində 2023-cü il mart ayının 9-da bölmənin digər 2 əməkdaşı ilə birlikdə daxil olmuş məlumatın yoxlanılması məqsədilə o, yaşayış yerindən çıxaraq Babək prospektində hərəkətdə olan zaman Xətai rayonunun inzibati ərazisinə daxil olan yerdə tərəflərindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs gətirən zaman onu xidməti otaqda Təhqiqat şöbəsinin təhqiqatçısına təqdim etmişlər və üzərinə baxış keçirilməsi üçün prosessual qaydaların tələbinə uyğun olaraq vəkillə təmin etmişlər. Həmin baxış zamanı Təqsirləndirilən şəxs özünə hüquqları izah olunduqdan sonra onun üzərində olan hər hansı qanunla qadağan olunmuş əşya, predmetin təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs özünün könüllü təqdim etdiyi büküm sonradan qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Daha sonra nəqliyyat vasitəsinə və mənzilinə şəxsin iradəsinə zidd olmadan ərizəsi alınmış və onun evinə, nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Şəxsin evində qanunla qadağan olunmuş əşya, predmetin olmaması baxış protokoluna əlavə olunmuşdur. Daha sonra bütün polis əməkdaşları ilə birlikdə bölmənin həyətində saxlanılmış “Şevrolet” markalı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Nəqliyyat vasitəsinə baxış keçiriləndə özünə aid olan şəxsi əşyalar, pul, qazilər üçün nəzərdə tutulmuş vəsiqə və digər əşyaları sübut əhəmiyyətinə malik olmadığı üçün şəxsin özünə qaytarılmışdır. Maşında olan çətirin içində aşkarlanan bükümlər tərəflərindən qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Babək prospektində hərəkətdə olan zaman Xətai rayonunun inzibati ərazisinə daxil olmamış artıq Rza onları görmüş və qarşıda onları tanıyan “Prius” markalı bir avtomobil dayandığı üçün Rza nəqliyyat vasitəsini məcburi olaraq saxlamış və o, digər əməkdaş ilə Rzaya yaxınlaşmışdır. Onlar Rzaya maşından düşməsini təklif etdikləri zaman Rza nəqliyyat vasitəsinin şüşəsini bir az endirib onlara etiraz etmişdir. Onlar da özlərini təqdim etmişlər. Bundan əlavə, Rza şəxsən onun özünü polis əməkdaşı kimi tanımışdır. Ozünü Rzaya təqdim etməyə ehtiyac olmamışdır. Həmin vaxt düşəndə özünün bildirdiyinə görə alnında sıyrıntı olmuşdur. Şəxs onlarla getmədiyi, polisin tələbinə məhəl qoymadığı halda ona qarşı ilk öncə fiziki gücdən istifadə olunur. Onlar sadəcə Rzanın qolundan dartaraq onlarla gəlməsini söyləmiş, başqa hər hansı fiziki zor, təzyiq olunmamışdır. Onlar Rzanı öz şəxsi avtomobillərinə əyləşdirmişlər. Rzanın nəqliyyat vasitəsi orada qalmışdır. Oradan Rzanın nəqliyyat vasitəsini digər nəqliyyat vasitəsi-evakuator ilə gətirmişlər. Onlar Rzanı saxladıqları hadisə yerində Rzanı öz maşınlarına mindirdikdən sonra onun maşınının qapısını bağlamışlar. Rzanın nəqliyyat vasitəsinin açarını səhv etmirsə, əməkdaşlar özünə qaytarmışdır. Rzanın nəqliyyat vasitəsinin açarını o götürməmişdir. Onların Rza ilə maşını saxladıqdan sonra olan söhbətləri 3-5 dəqiqə çəkmişdir. Rzanın alnından başqa digər yerlərində xəsarət görməmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən üzərində olan narkotik vasitəni özü təqdim etmişdir. Bölməyə gətirilən zaman Təqsirləndirilən şəxs tabesizlik göstərmişdir. Bölmədə Rzaya qarşı fiziki zor, təzyiq onun tərəfindən olmamışdır. İstintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs üzündə xəsarət olmuşdur. Bölmədə alnında qan görmüşdür. Qan qurumuş vəziyyətdə olmuşdur. Onun harasa dəyib-dəymədiyini dəqiq deyə bilmir, amma alnı xəsarət alıbsa, yəqin ki, harasa dəymişdir. Rza bölmədə də yıxılmamış, halı pisləşməmişdir. Bölməyə gətirilməzdən öncə növbətçi hissədə Rzanın üzərinə baxış keçirilməmiş, keçirilibsə də, o, iştirak etməmişdir. Şəxsin öz istədiyi vəkilin əlaqə vasitəsini öyrənmək, onunla əlaqə saxlamaq uzun proses olduğundan, şəxs onların və Rzanın özünün heç bir tanışlığı olmadan dövlət hesabına vəkillə təmin edilmişdir. Bölməyə gətirildikdən 20-30 dəqiqə sonra şəxsin üzərinə baxış keçirilmişdir. Nəqliyyat vasitəsinə baxış keçirilmiş, şəxsin barəsində olan ilkin prosessual hərəkətlər sona çatdıqdan sonra toplanmış materiallar istintaq şöbəsinə, şəxsin özü isə müvəqqəti saxlama yerinə verilmişdir. Orada qanunsuz bir hərəkət olmamışdır. Əvvəllər Təqsirləndirilən şəxs saxlamamışdan bir müddət əvvəl şəxsi kütləvi yığıncaqlarla bağlı məsələdə şübhəli şəxs qismində polis bölməsinə gətirmişlər və həmin gün bölmədə izahatı və iltizamı alınaraq, sərbəst buraxılmışdır. Onlara məlumat daxil olmuşdur ki, ictimai asayişin pozulması ilə bağlı hərəkətlərə yol verir. Həmin şəxslərin adları onlarda olmuş və bu səbəbdən onlar həmin gün bu şəxsləri saxlayıb, izahatlarını alıb buraxmışlar. Keşlə qəsəbəsinin sakinləri yığışıb həmin obyektin fəaliyyəti ilə bağlı etirazlar etmiş, lakin Rzanın saxlanılması təşkilata başçılıq etməsi ilə bağlı polis əməkdaşlarının heç bir ədavəti olmamışdır. Həmin yığıncaqda təxminən 100 nəfərə yaxın adam iştirak etmişdir. Onlardan Rza da daxil olmaqla 7-8 nəfərini bölməyə gətirmişlər. Həmin şəxslər yığıncaq günü deyil, üzərindən aylar keçdikdən sonra bölməyə gətirilmişdir. Polis əməkdaşlarının təqsirləndirilən şəxsin cibinə narkotik vasitə qoyması həqiqətə uyğun deyildir. Nəqliyyat vasitəsində axtarış keçirilən zaman o, videoçəkilişi həyata keçirmişdir. Nəqliyyat vasitəsindəki narkotik vasitələr onun yanında olan digər polis əməkdaşları tərəfindən aşkarlanmışdır. Nəqliyyat vasitənin axtarışı zamanı Təqsirləndirilən şəxs qaşı heç bir fiziki zor, təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin həyat yoldaşı X13 ifadəsində göstərdi ki, Rza ilə 2003-cü ildə ailə qurmuş, 3 övladları vardır. Hal-hazırda Nizami rayon, Keşlə qəsəbəsində qaynanası - X5, uşaqları və o, bir evdə yaşayır. 09 mart 2023-cü il tarixdə həyat yoldaşı Rzayeva Rzanı normal vəziyyətdə işə yola salmışdır. Həmin gün saat təxmini 10-a qalmış söz demək məqsədi ilə həyat yoldaşına zəng etməli olmuşdur. Nə qədər zəng vursa da cavab verməmişdir. Elə bir şey ola bilməz ki, o, telefonu açmasın. Bir neçə dəfə vurduqdan sonra nəhayət telefonu açmış və onu tutaraq bölməyə apardıqlarını bildirmişdir. Daha sonra əlaqə kəsilmişdir. Bu barədə 102 qaynar xəttinə məlumat vermişlər. Daha sonra baldızına məlumat vermiş və oğlu ilə onun yanına getmişlər. Orada baldızını aldadaraq “orda deyil burdadı, burda deyil ordadı” deyərək neçə dəfə onları aldadaraq aparıb gətirmişlər. Daha sonra təxminən saat 4-də evə gəlmişlər. Qapının zəngi çalınan zaman kameradan çoxlu polis maşınının gəldiyini görmüşdür. Onların evində kamera vardır, ancaq həyəti və bayır hissəni göstərir, evin içini göstərmir. Qapını açmış və evi yoxlamaq istədiklərini bildirmişlər. Polislər onu kobudcasına itələyərək içəri keçmişlər. Yoldaşını həyətə düşürtmüşlər və onun üzü, başı qan içində olmuşdur. Onlardan bunun nə məsələ olduğunu soruşmuş və demişlər ki, özü olub. Tezdən tər təmiz vəziyyətdə işə yola saldığını bildirmiş və telefonunu çıxarmışdır ki, üzünün şəklini çəksin və səhv etmirsə rəis onun əlindən telefonunu kobudcasına almışdır. Polislər evi axtarmaq məqsədi ilə evə girmişlər, amma yalandan video çəkib getmişlər. Bir otağa, ümumiyyətlə, girməmişlər, amma hər yeri yoxladıqlarını bildirmişlər. Başqa heç bir şey görməmişdir. Gedərkən həyat yoldaşını da özləri ilə aparmışlar. Həyat yoldaşı uşaqlarla bir kəlmə söhbət edə bilmişdir. Güclə onun cibinə narkotik qoyduqlarını və onu döydüklərini söyləmişdir. Üzü-gözü qan içində olmuşdur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin bacısı X6 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Ondan 1 yaş böyükdür. O, qardaşı yaşayan ünvanla yan-yana yaşayır. Anası qardaşının himayəsində yaşayır. Martın 8-i onlar anasını təbrik etmək məqsədilə onlara getmişlər. Qardaşı sağ-salamat evdə olmuş, heç bir xəsarəti olmamışdır. Bayramı təbrik etdikdən sonra öz evlərinə keçmişlər. Səhər tezdən qardaşı işə gedən vaxtda onlara məlumat gəlmişdir. Keşlə qəsəbəsində hamı bir birini tanıyır. Məscidin yanında Rzanı iki nəfər polisin tutduğunu, birinin maşına basaraq apardığını, digərinin də Rzanın maşınını sürərək apardığını bildirmişlər. Daha sonra o, Rzanın oğlunu götürmüş və onların ərazisindəki 23-cü Polis bölməsinə getmişlər. Rzanın maşını bölmənin həyətində olmuş, amma demişlər ki, Rza burada yoxdur. Rzanın maşını ağ rəngdə “Chevrolet Aveo” markalı maşındır. Onlardan Rzanın harda olduğunu soruşmuş və onu Nizamı rayon Polis İdarəsininə apardıqlarını bildirmişlər. O, İdarəyə getmiş, araşdırıb demişlər ki, bura elə adam gəlməyib. O, təzədən 23-cü bölməyə qayıtmışdır. Yenə də orada belə bir adam olmadığını bildirmişlər. Yenə Nizamı rayon Polis İdarəsininə qayıtmışdır. Bəlkə Prokurorluğa apardıqlarını demişlər. Onlar Prokurorluğa getmişlər. Orada da elə adam olmadığını bildirmişlər və Nizamı rayon Polis İdarəsinə qayıtmışlar. O həm də 102 qaynar qəttinə məlumat vermişdir ki, qardaşı yoxa çıxıb. Nizami rayon Polis İdarəsi ona 23-cü Polis bölməsinə getməyini demişdir. 23-cü bölmə yenə demişdir ki, onlarda yoxdur. O, orada qışqırbağır salmışdır. Xəstə adam olduğunu, yollarda qaldığını, 5 uşağının olduğunu bildirmişdir. Onlar Rzanın qışqırığını yuxarıda eşitmiş və bu zaman səsindən bilmişdir ki, Rza oradadır. Bölmənin rəis müavini çıxıb ona Rzanın orda olduğunu, salamatçılıq olduğunu, onu evə getməyini və bir azdan Rzanı da buraxacaqlarını bildirmişdir. Onlar evə gəlmiş və üstündən bir neçə saat keçmiş, axşamüstü baxmışdır ki, polis maşınları həyətə tökülmüşdür. Rzanı da gətirmişlər. O, kameradan hər şeyi görmüşdür. Rzagilin həyətinə girmişdir. Rzanın başı partlamışdır. Rəisə bunun nə məsələ olduğunu soruşmuşdur. Rzanın alnı yarılıb qan gəlirmiş. Müavindən alnının niyə elə olduğunu soruşmuş, amma heç nə deməmişdir. Gəlin çəkməyə başlamış, amma telefonu əlindən alıb çəkməyə icazə verməmişlər. Amma onun qızı içəridən çəkmiş, telefonunda da vardır. Onlar da polisləri içəri buraxmamışlar. Demişlər ki, məhkəmənin kağızı yoxdur. Müavin tək özünün baxıb çıxacağını bildirmiş və onlar içəri girmişlər. Heç bir yerə baxmayıb axtarmamışlar. Sonra qardaşını içəri salmışlar. Su istəmış və ona su vermişlər. O alnının niyə elə olduğunu soruşmuş və qardaşı ona vurduqlarını bildirmişdir. Sonra qardaşını götürüb aparmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Türkmən küçəsində yaşayan orta bədən quruluşlu, təxminən 40-45 yaşlarında olan “Rza” adlı şəxsin mütəmadi olaraq narkotik maddələri əldə etməsi, istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Türkmən küçəsində yaşayan orta bədən quruluşlu 40-45 yaşlarında olan “Rza” adlı şəxsin mütəmadi olaraq satış məqsədi ilə külli midarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama və daşımasında şübhəli olması barədə daxil olmuş məlumatla əlaqədar “Rza” adlı şəxsin cinayət əməllərinin ifşa esilməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə 09 mart 2023-cü il tarixdə saat 09:20 dəqidədə Nizami rayonu, Babək prospekti, 32 K ünvanının yaxınlığında zahiri əlamətləri “Rza” adlı şəxslə üst-üstə düşən şəxsi idarə etdiyi “Chevrolet” markalı “Aveo” modelli **-VD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə saxlamışlar. Saxladıqları şəxsə özlərini təqdim etdikdən sonra həmin şəxs avtomobilin qapılarını kilidlədikdən sonra onu Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə gətirmişlər. Həmin **-VD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili evakuator yük avtomobili ilə Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin həyətinə gətirmişlər. Bölmədə həmin şəxsin xx xxxxxx 1978-ci il tarixdə ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir qutu “Winston” markalı siqaret qutusunu və özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd avtomobil açarını, həmin gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə bükümü və salfeti, daha sonra həmin gödəkçənin sol döş cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, “Kapital bank”a məxsus (4169 7388 1435 3584) bank kartını və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının vəsiqəsini təqdim etmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən nəm salfetlər, əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli təsbeh, göy rəngli alışqan, həmin şalvarın sağ yan cibindən bir ədəd 20 manatlıq, 2 ədəd 5 manatlıq olmaqla ümumilikdə 30 manat pul və salfet aşkar olunmuşdur. Vətəndaş Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirdi ki, təqdim etdiyi avtomobil açarı özünə məxsus ağ rəngli “Chevrolet Aveo” modelli, **-VD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin açarıdır. Aşkar olunan bir ədəd bükümdə isə nakotik maddə olduğunu və bir neçə gün əvvəl tapdığını bildirmişdir. Aşkar olunmuş “Kapital bank”a məxsus bank kartının isə əmək haqqı kartı olmasını və evə məxsus olmasını bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs alınının qaş nahiyəsində aldığı xəsarəti hansı şəraitdə alması ilə bağlı verilən əlavə suala cavab olaraq bildirdi ki, həmin xəsarəti idarə etdiyi avtomobilin qapısına dəyməsi nəticəsində 09 mart 2023-cü il tarixdə almışdır. Əlavə olaraq bildirmişdir ki, idarə etdiyi avtomobildə narkotik vasitə yoxdur və həmin avtomobilə baxış keçirilməsinə etiraz etmir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış zamanı qanunla dövriyyəsi qadağan olunmuş heç bir maddə, əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd 20 manatlıq, 2 ədəd 5 manatlıq ümumilikdə 30 manat pul, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının vəsiqəsi, 1 ədəd göy rəngli alışqan, 1 qutu “Winston” markalı siqaret və 1 ədəd qara rəngli təsbeh iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən vətəndaş Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs götürülən kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 163 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 31-32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə baxış keçirmə və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ünvan 8 ünvanına baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs axtarış və götürmənin aparıldığı şübhəli şəxs RTəqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş və baxış zamanı mənzilin iki mərtəbədən, 5 otaqdan ibarət olması müəyyən olunmuşdur. Mənzilə daxil olan zaman sol tərəfdə qonaq otağı yerləşir. Sağ tərəfdə isə mətbəx və sanitar qovşaqdır. Mənzilə daxil olan qapı ilə üzbəüz ikinci mərtəbəyə qalxmaq üçün pilləkən yerləşir. Pilləkən ilə ikinci mərtəbəyə qalxan zaman olan foyedir. Sağ tərəfdə və sol tərəfdə iki ədəd yataq otağıdır. Pilləkəndən qalxan qarşıda eyvana çıxmaq üçün qapı yerləşir. Mənzilə baxış zamanı mənzildən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet, eləcədə narkotik və ya psixotrop maddə aşkar olunmamışdır (cild 1, iş vərəqi 42-43). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş avtomobilə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş və baxış zamanı avtomobilin qabaq sağ qapısının cibində olan çətirin içində 12 ədəd sellofana bükülmüş büküm və elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra avtomobilə baxış zamanı avtomobilin saxlanc yerində 2 ədəd bıçaq, 4 ədəd yaddaş daçıyıcısı (flaş kart), bir ədəd “Samsung” markalı kiçik ölçüdə mobil telefon aşkar olunaraq qablaşdırılmışdır. Aşkar olunmuş 12 ədəd büküm və bir ədəd elektron tərəzi içərisi boş ağ zərfdə qablaşdırıldıqdan sonra DİN-nin 163 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Baxış zamanı avtomobildən başqa qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predment aşkar olunmamışdır (cild 1, iş vərəqi 48-49). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1443 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 163” möhür əksi və “...Təqsirləndirilən şəxs..." və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 7,368 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (cild 1, iş vərəqi 57-59). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, diskdə 1 ədəd videofayl vardır. Müddəti 6 dəqiqə 50 saniyə olan videofayla baxıldıqda görünür ki, 23-cü Polis bölməsinin baş təhqiqatçısı Rəşad Məmmədov özünü və şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını, barəsində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs təqdim etmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl videoçəkiliş aparıldığını elan edir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən “Winston” markalı bir qutu siqareti, bir ədəd "Samsung” markalı mobil telefonu, bir ədəd avtomobil açarını, gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümü və salfeti, gödəkçənin sol döş cibindən şəxsiyyət vəsiqəsini, bank kartını, Veteranlıq təşkilatının vəsiqəsini təqdim edib masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən gödəkçəsinin sağ yan cibindən nəm salfetlər, şalvarının sol yan cibindən bir ədəd təsbeh, alışqan, şalvarının sağ yan cibindən 30 manat pul və salfet aşkar olunmuşdur. Təhqiqatçının sorğusuna cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi avtomobil açarı özünə məxsus olan "Chevrolet Aveo" markalı **-VD-*** nömrə nişanlı avtomobilin açarıdır, bir ədəd sellofan bükümdəki narkotik maddədir və onu bir neçə gün əvvəl tapmışdır, Təqsirləndirilən şəxs alın və qaş nahiyəsində olan xəsarətlə bağlı bildirmişdir ki, həmin xəsarəti 09 mart 2023-cü il tarixdə avtomobilin qapısına dəyməsi nəticəsində almışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə oxşar maddə olan həmin sellofan bükümü ağ zərfə qoyub möhürləmiş və zərfin üzərinə iştirakçılar imza etmişlər. Təhqiqatçı şəxsi axtarış və götürmənin başa çatdığını bildirmişdir (cild 1, iş vərəqi 68). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, diskdə 1 ədəd videofayl vardır. Müddəti 4 dəqiqə 21 saniyə olan videofayla baxıldıqda görünür ki, 23-cü Polis bölməsinin baş təhqiqatçısı Rəşad Məmmədov özünü və mənzilə baxışda iştirak edən polis əməkdaşlarını, mənzildə yaşayan Təqsirləndirilən şəxs və onun həyat yoldaşı X10 təqdim etmişdir. Mənzilə baxış başlamazdan əvvəl videoçəkiliş aparıldığını elan etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Baxış keçirilən ev iki mərtəbəli, 5 otaqdan ibarətdir. Baxış zamanı evdən hər hansı dövriyyəsi qadağan olunmuş əşya və ya predment, o cümlədən narkotik və ya psixotrop maddə aşkar edilməmişdir (cild 1, iş vərəqi 69). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, diskdə 1 ədəd videofayl vardır. Müddəti 19 dəqiqə 30 saniyə olan videofayla baxıldıqda görünür ki, 23-cü Polis bölməsinin baş təhqiqatçısı Rəşad Məmmədov özünü və baxışda iştirak edən polis əməkdaşlarını, avtomobili etibarnamə əsasında idarə edən Təqsirləndirilən şəxs təqdim edir. Baxışa başlamazdan əvvəl videoçəkiliş aparıldığını elan etmişdir. Təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs özündə olan açarla avtomobilin qapılarını açır və baxış zamanı avtomobilin qabaq sağ qapısının cibində olan çətirin içərisindən 12 ədəd sellofan büküm və elektron tərəzi aşkar edilib götürülmüşdür. Həmçinin avtomobilin saxlanc yerində 2 ədəd bıçaq, 4 ədəd yaddaş daşıyıcısı, bir ədəd kiçik ölçülü telefon aşkar olunub götürülmüşdür. Avtomobildən akşkar edilən 12 ədəd sellofan büküm və elektron tərəzi boş ağ zərfə qablaşdırılıb möhürlənmiş və iştirakçılar zərfin üzərini imzalamışlar. Həmçinin digər əşyalar da qablaşdırılmışdır (cild 1, iş vərəqi 70). İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(007)- 153/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin Cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 09 mart 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 71). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1470 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs imza..." sözləri və imzalar qeyd edilmiş kağız paketdə 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 2,250 qram, 2,153 qram, 0,863 qram, 0,334 qram, 0,662 qram, 0,815 qram, 0,875 qram, 1,722 qram, 0,357 qram, 0,740 qram, 0,732 qram, 0,800 qram, ümumi çəkisi - 12,303 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkibli narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş 12 büküm narkotik vasitə heroin və üzərindən aşkar olunmuş 01 büküm narkotik vasitə olan heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkiblidir. 01 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddələr ilə eynitərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir (İ siyahı). Aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat təşkil edir (cild 1, iş vərəqi 73-75). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində olan “Samsung” markalı mobil telefonda ***-***-**-** saylı nömrə vardır. 4 ədəd USB yaddaş daşıyıcısında mahnılar olduğu məlum olmuşdur. Avtomobildən götürülmüş kiçik ölçülü “Samsung” markalı mobil telefonun enerji daşıyıcısı yoxdur və telefon işlək vəziyyətdə deyil. Mobil telefonda və 4 ədəd USB yaddaş daşıyıcısında iş üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir (cild 1, iş vərəqi 94). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif olunmuş və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 95). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Chevrolet Aveo” markalı **-VD-*** nömrə nişanlı avtomobildən narkotik vasitənin saxlanmasında və daşınmasında istifadə etdiyi üçün həmin avtomobil cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanması üçün mühafizə olunan duracağa yerləşdirilmişdir (cild 1, iş vərəqi 132-133). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış “Chevrolet Aveo” markalı **-VD-*** nömrə nişanlı avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir (cild 1, iş vərəqi 134- 135). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, “Chevrolet Aveo” markalı **-VD-*** nömrə nişanlı avtomobilin qapıları bağlı vəziyyətdə evakuator vasitəsiylə aparılaraq 09 mart 2023-cü il tarixdə saat 10:42-də Babək prospektinə çıxması və Keşlə qəsəbəsinə doğru hərəkətini davam etdirməsi TŞ 4-055 nömrəli kameranın, saat 10:46-dan 10:48-ə qədər Keşlə qəsəbəsində hərəkəti TŞ 4-065 və 4-160 nömrəli kameraların, saat 10:49-da 23-cü Polis bölməsinin inzibati binasına yaxınlaşması TŞ 4-018 nömrəli kameranın müşahidə dairəsinə düşmüşdür (cild 1, iş vərəqi 184). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Nizami RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin mənbəyini, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 185). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2004-cü il təvəllüdlü Rzayev Aydın, xx.xx.2006-cı il təvəllüdlü Rzayev Ramiz, xx.xx.2009-cu il təvəllüdlü Rzayeva Fəridə adlı uşaqları vardır (cild 1, iş vərəqi 196-200). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və qəbzdən görünür ki, “Chevrolet Aveo” markalı **-VD- *** nömrə nişanlı avtomobil 11 saylı duracaqda saxlanılır. Həmin avtomobildə Təqsirləndirilən şəxs məxsus şəxsi əşyaları götürmək məqsədi ilə onun həyat yoldaşı X7 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin qapıları bağlı vəziyyətdədir. Avtomobilin qapısı açarla açılır. Avtomobildə olan Təqsirləndirilən şəxs işlədiyi "xxxx" QSC-ə məxsus sənədlər Təqsirləndirilən şəxs məxsus müxtəlif ödəniş qəbzləri və Təqsirləndirilən şəxs adına olan **********601586 nömrəli, “Paşa Bank”a aid "xxxx" QSC-ə məxsus əmək haqqı plastik kartı və Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli pencək Xalidə Rzayevaya təqdim edildi. Baxış zamanı avtomobildə iş üçün əhəmiyyət kəsb edən başqa əşya və predmet aşkar edilmədi (cild 1, iş vərəqi 200-202). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ********* sayı nömrənin qərarda göstərilən müddətdə “Azercell” şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Nömrəyə gələn SMS-lər qəbul olunmamışdır. Lakin nömrəyə göndərilən SMS-lər "xxxx" MMC-nin SMS mərkəzindən keçdiyi üçün sms mətnlərində öz əksini tapmışdır. ********* saylı nömrə xx.xx.2018-ci i tarixindən etibarən nömrə daşınma xidməti vasitəsilə "xxxx" MMC-dən “Bakcell” operatoruna keçmişdir. xx.xx.2020-ci il tarixdən etibarən nömrə daşınma xidməti vasitəsilə yenidən Azercell Telekom MMC-yə geri dönmüşdür (cild 1, iş vərəqi 212). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı “Azercell” şirkətindən daxil olmuş məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir (cild 1, iş vərəqi 214). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 282C-23 nömərli toplanmış material üzrə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 216-221). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 576 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “1” və “2” rəqəmi ilə işarələnmiş bıçaqla kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərlərində əlavə və dəyişikliklər edilməmişdir Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (cild 1, iş vərəqi 227-229). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1029 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyəti onunla istintaq hərəkətinin keçirilməsinə mane olmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 230-232). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 2682 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 242-243). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qəradan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 256-258). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş subutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 bükümdə təmiz çəkisi 7,368 qram heroin, həmçinin saxlanılarkən idarə etdiyi “Chevrolet Aveo” markalı **-VD-*** nömrə nişanlı avtomobilin qabaq sağ qapısının cibində olan çətirin içərisindən götürülmüş 12 ədəd sellofan bükümdə; xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 2,250 qram, 2,153 qram, 0,863 qram, 0,334 qram, 0,662 qram, 0,815 qram, 0,875 qram, 1,722 qram, 0,357 qram, 0,740 qram, 0,732 qram, 0,800 qram, ümumi təmiz çəkisi 12,303 qram, üzərindən və avtomobilindən götürülmüş cəmi 19,671 qram narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 18,921 qram narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və avtomobilə baxış istintaq hərəkətləri aparılarkən videoçəkilişin 2 ədəd DVD diski, DİN-in X4 Xidmətindən daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinin TŞ-018, TŞ 4-023, TŞ 4-055, TŞ 4-065 və TŞ 4-160 nömrəli kameralarının 09 mart 2023-cü il tarixli saat 10:37-dən 11:00-dək olan müddətdəki görüntülərinin qeydə alındığı 3 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır.“Chevrolet Aveo” markalı **-VD-*** nömrə nişanlı avtomobil maddi sübut kimi saxlanılmaqla mülkiyyətçi X11 məhkəmə baxışına qədər məsul saxlanışa verilmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Samsung” markalı mobil telefon məhkəmə baxışına qədər saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, avtomobildən götürülmüş 4 ədəd USB yaddaş daşıyıcısı, 2 ədəd bıçaq və kiçik ölçülü “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmışdır (cild 1, iş vərəqi 274-287, 289, 290). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X8 aşkar edilmiş külli miqdarda narkotik vasitənin mənbəyinə görə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul olunub istintaqının davam etdirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 291-292). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 161). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ona əleyhinə ifadə verən şahidlərə bilavasitə suallar vermək üçün şərait yaradılmış, özü şəxsən və müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Savalanlı və digərləri Azərbaycana qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə ikinci, üçüncü və dördüncü ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarındakı müddəalar nəzərə alınmaqla tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə narkotik vasitə heroini əldə etmişdir. Bundan sonra o, əldə etdiyi külli miqdarda 7,368 qram təmiz çəkidə narkotik vasitə heroini bir büküm sellofan paketdə üzərində, 12,303 qram ümumi təmiz çəkidə narkotik vasitə heroini on iki sellofan bükümdə avtomobilində saxlamış və daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin mənbəyinin, eləcə də onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının, müsbət halda narkotik vasitə satdığı şəxslərin müəyyən edilməsi ilə bağlı əməliyyat orqanına tapşırıq verilmişdir. Həmin əməliyyat tapşırığına verilmiş cavabdan müəyyən olunur ki, əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin mənbəyini, eləcə də onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, əməliyyat tapşırığına verilən cavabdan da təqsirləndirilən şəxsin hansısa şəxsə narkotik vasitə satması müəyyən edilmir. Digər tərəfdən, məhkəmədə dindirilmiş polis əməkdaşları - təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin ifadələrindən də təqsirləndirilən şəxsin kiməsə narkotik vasitə satması və ya ondan aşkar edilmiş narkotik vasitələri satış məqsədilə əldə etməsi müəyyən olunmur. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin narkotik vasitələr satması, bu istiqamətdə üçüncü şəxslərlə əlaqəyə girməsi, başqa sözlə, narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısına yönəlmiş hərəkətlərin icrasını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş elektron tərəzinin onun narkotiklərin satışı ilə bağlılığını təsdiq edə biləcək hər hansı sübut məhkəmədə müəyyən edilmədi. Lakin, 09 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda 7,368 qram təmiz çəkidə və avtomobilindən 12,303 qram təmiz çəkidə narkotik vasitə heroinin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində və avtomobilində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Məhkəmə hesab edir ki, hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən və avtomobilindən külli miqdarda narkotik vasitə olan narkotik vasitə heroinin aşkarlanması özü-özlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə heroinin satışı ilə məşğul olması, belə maddələrin satışı ilə bağlı hər hansı şəxslə danışıq aparması və bu barədə sövdələşməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəridən” narkotik vasitlərlə bağlı sifariş alması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin əldə etməsi, üzərində və avtomobilində saxlaması və gəzdirməsi, habelə 09 mart 2023-cü il tarixdə onun üzərindən külli miqdarda 7,368 qram təmiz çəkidə və avtomobilindən 12,303 qram təmiz çəkidə narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitə heroinin məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroini o, satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən və avtomobilindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini məhz satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroinin çəkisi, yəni külli miqdarda olması, habelə bükümlərin sayı və elektron tərəzinin mövcudluğu təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitə heroini əldə etməsini, üzərində və avtomobilində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək onun üzərində və avtomobilində narkotik vasitə olmaması, polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq və işgəncə verilməsi, xəsarətlər alması və onun həmin təzyiq altında narkotikləri boynuna götürməsi barədə ifadələrini məhkəmə inandırıcı və ağlabatan hesab etmir. Belə ki, polis bölməsində Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, o, müdafiəçinin iştirakı ilə tutulmuş və hüquqları izah edilmiş, onun yazılı razılığı ilə müdafiəçinin iştirakı olmadan, videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və avtomobilinə baxış istintaq hərəkətləri keçirilmiş və o, əynində olan gödəkçənin sol yan cibində olan sellofan bükümdə olan heroini çıxardıb təqdim etmiş, avtomobilin qapısıın cibindən isə narkotik vasitələr və elektron tərəzi aşkar edilmişdir. Şəxsi axtarışın və baxışın nəticələrinə görə müvafiq protokollar tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Lakin sonradan ifadələrini dəyişərək həmin narkotik vasitənin ona aid olmadığını qeyd etmiş və polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq və işgəncə verildiyini və onun həmin təzyiq altında etirafedici ifadə verdiyini bildirmişdir. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs şəxsi işini və tibbi kitabçasını onun saxlandlığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasından tələb edərək məhkəmədə baxışını keçirmiş, həmin sənədlərdə Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən tibb-sanitar hissəsində müayinədən keçirilən zaman onun alın nahiyəsində 2 ədəd, sağ qaş nahiyəsində 1 ədəd və sol baldırın ön səthində 1 ədəd qərtməkli yara aşkar olunması barədə qeydlər edildiyi müəyyən olunmuşdur. Bununla bağlı məhkəmə Bakı şəhəri Nizami rayon prokurorluğuna müvafiq sorğu vermişdir. Həmin prokurorluqdan məhkəməyə daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərlə bağlı rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma nəticəsində prokurorluq o nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər onun polis əməkdaşlarına müqavimət göstətrərkən idarə etdiyi avtomobilin qapısına dəyməsi, üzərində olan gödəkçəsinin zəncirbəndinin qaş nahiyəsini cızması və yerə yıxılması nəticəsində yaranmışdır. Bu səbəbdən toplanmış material üzrə təqsiləndirilən şəxsin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olumasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 11 mart 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 119-122, 189-194). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 09 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 18,921 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin və avtomobilə baxışın gedişatını özündə əks etdirən 2 ədəd DVD disk, DİN-in X4 Xidmətindən əldə edilmiş 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Mülkiyyətçisi X11 məsul saxlanışa verilmiş “Chevrolet Aveo” markalı **-VD-*** nömrə nişanlı avtomobil məsul saxlanışa verilmə statusundan çıxarılmalı və onun sahibinə qaytarıldığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 229 (iki yüz iyirmi doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 18,921 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi edilsin. - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin və avtomobilə baxışın gedişatını özündə əks etdirən 2 ədəd DVD disk, DİN-in X4 Xidmətindən əldə edilmiş 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. - “Chevrolet Aveo” markalı **-VD-*** nömrə nişanlı avtomobilin məsul saxlanışa verilmə statusu ləğv edilsin və onun mülkiyyətçisi X11 qaytarılmış olduğu nəzərə alınsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 229 (iki yüz iyirmi doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar