Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-436/2020 14.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X1 və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2 ştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1977-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olub, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, ev 6 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 və 221.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Məsud Davudoğlu küçəsi, 1 ünvanında yerləşən “Şərq” çay evinin yaxınlığında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə spirtli içki qəbul etdikdən sonra, saat 19:00 radələrində sonuncu ilə “Şərq” adlı çay evinə daxil olub onunla birlikdə spirtli içki qəbul etməyə davam edərək nərd oynamış, saat 23:00 radələrində Zərərçəkmiş şəxs ondan bir mobil nömrəyə zəng etməsini istəmiş, həmin nömrəyə zəng çatmaması səbəbindən Zərərçəkmiş şəxs əsəbləşərək Təqsirləndirilən şəxs məxsus “Mİ” markalı mobil telefonu ondan götürüb əyləşdikləri masadan qalxaraq həmin çay evini işlədən X14 və sonuncunun qohumu Şahid2 əyləşdikləri kresloya yaxınlaşıb orada oturmuş, bundan sonra Təqsirləndirilən şəxs həmin kresloya yaxınlaşaraq Zərərçəkmiş şəxs mobil telefonunu geri qaytarmasını tələb etsə də, sonuncu mobil telefonu verməkdən imtina etdikdə o, bunu özünə qarşı hörmətsizlik kimi qəbul edərək Zərərçəkmiş şəxs ona məxsus mobil telefonu icazəsiz götürüb qaytarmaması və onu təhqir etməsi səbəbindən, əvvəlcə sonuncunu yumruq zərbələri ilə vurmuş, Zərərçəkmiş şəxs ona məxsus mobil telefonu yerə atdıqda isə masanın üzərindəki çayniki götürərərək Zərərçəkmiş şəxs baş nahiyyəsinə bir neçə zərbə vurmuş, zərbələrdən çaynik qırıldıqdan sonra Zərərçəkmiş şəxs bir dəfə ayaq zərbəsi ilə vurmuş, həmin vaxt onların yanlarında olan şəxslər onu Zərərçəkmiş şəxs uzaqlaşdırıb sonuncunu çay evindən bayıra çıxartdıqdan sonra həmin çay evinin qarşısında Zərərçəkmiş şəxs yenidən onu təhqir etməsi səbəbindən Zərərçəkmiş şəxs xüsusi amansızlıqla, yəni xüsusi ağrılar və iztirab verdiyini dərk edərək saat 23:35-dən 23:37-dək olan müddət ərzində fasilələrlə çoxsaylı zərbələr, o cümlədən də, ona həyat üçün təhlükəli olan alın və hər iki təpə nahiyələrinə güclü ayaq zərbələri vurmaqla ümumilikdə sonuncuya baş beyin qişalarına, toxumasına və mədəciklərinə qansızma ilə əlaqədar inkişaf edən və onun ölümünə səbəb olan baş beynin travmatik ödemi, baş beynin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalarla müşayiət olunan alın və hər iki təpə nahiyələrinin əzilmiş-cırılmış yaraları və həmin nahiyələrdə başın yumşaq toxumalarının iç səthinə qansızmalar kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid, sol qulaq seyvanının, sağ qaş nahiyəsinin, sol əlin tış səthinin, sol əlin İ, İİ və İV barmaqlarının, sol baldır nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ gözaltı nahiyənin, sağ yanaq nahiyəsinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan çoxsaylı bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadələrində göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 5-6 ildir tanımış, aralarında hər hansı ədavət olmamışdır. O, özü vaxtını əsasən evdə və ya “Şərq” çay evində keçirir. Zərərçəkmiş şəxs da çay evində domino oynayarkən tanımışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində “Şərq” çay evinin yerləşdiyi binanın qarşısında Zərərçəkmiş şəxsla spirtli içki qəbul etdikdən sonra “Şərq” çay evinə gedib nərd oynamışdır. Bir qədər oynadıqdan sonra, Sabir ondan bir nömrəyə zəng etməsini xahiş etdi. O da bir neçə dəfə Zərərçəkmiş şəxs dediyi mobil nömrəyə zəng etsə də, həmin mobil nömrəyə zəng çatmadı. Sabir pencəyin cibindən 250 ml-lik araq çıxarıb çay stəkanlarına süzdü. Onlar həmin arağı da içdikdən sonra Sabir yenidən bayaqkı mobil nömrəyə zəng et dedi. O, zəng etdikdə, həmin nömrəyə zəng çatmadı. Mobil telefonu masasının üzərinə qoyduqda Sabir mobil telefonu masanın üzərinə çırpdı. O, Sabirə buna görə irad bildirdikdə, Sabir onu və ailəsini nalayiq şəkildə təhqir etdi, onu sillə ilə vurdu. O, Zərərçəkmiş şəxs ondan yaşca böyük olması səbəbindən sonuncuya əl qaldırmamışdır. Sabir onunla əyləşdiyi masadan qalxıb kresloda əyləşdi. Həmin zaman orada çay evinin işçiləri Əli və adını bilmədiyi digər şəxs də divanda oturmuşdu. Sabir getdikdən sonra onun qayıdacağını düşünüb masada bir müddət onu gözləmişdir. Sabir masadan getdikdən 5-10 dəqiqə sonra o, Sabirin arxasınca gedib ondan mobil telefonunu qaytarmasını istəmişdir. Həmin vaxt Sabir onu söydü, cavab olaraq o da, Sabiri söymüşdür. Bundan sonra Sabir onu yumruqla vurmuş, o da Sabiri 2-3 dəfə yumruqla vurmuşdur. Həmin yumruq zərbələrinin Sabirin hansı nahiyyələrinə dəyməsinə fikir verməmişdir. Zərərçəkmiş şəxs çay evində olarkən təpiklə vurub vurmadığını xatırlamır. Sabir oturduğu yerdən qalxıb onu yumruqla vurmaq istədikdə o, Sabiri yumruqla vurmuşdur. Sabiri neçə dəfə yumruqla vurduğunu xatırlamır. Sabiri vurduqdan sonra gedib divanda əyləşdi. Sabir isə mübahisədən sonra ona məxsus mobil telefonu yerə çırpdı. Sabirin onu söyməsinə və telefonu yerə çırpmasına əsəbiləşib, masadan çayniki götürüb Sabirin baş nahiyyəsinə bir neçə dəfə vurmuşdur. Sabiri çayniklə vurarkən o, kresloda oturmuşdu. Sabir ayağa qalxıb onun üzərinə gəlmək istədidkdə koridora yıxıldı. Bundan sonra onları aralamışlar, Sabirdən aralandıqdan sonra çay evindən çıxıb evinə doğru getməyə başlamışdır. Bu zaman arxaya baxdıqda bir neçə şəxsin Sabiri pilləkənlərlə çay evindən aşağıya düşürdüklərini görmüşdür. Sabiri səkinin üzərində otuzdurub, üzünə su vurdular. O isə siqaret yandırıb, ora baxmış, Sabir onu hədələdiyib onu söymüşdür. O da Sabirin yanına qayıtmışdır, lakin həmin vaxt Sabiri orada vurub vurmadığını xatırlamır. Bundan sonra öz evinə getmişdir. xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında polis əməkdaşları onun evinə gəlib Zərərçəkmiş şəxs öldüyünü bildirmişlər. Hadisə zamanı Zərərçəkmiş şəxs öldürmək fikri olmamış, ona qarşı hirsini soyutmaq istəmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanımır. Aralarında yaxınlıqları və ədavətləri yoxdur. Hadisə nəticəsində ölən Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı mehriban və sakit insan idi. Son vaxtlarda mütəmadi spirtli içkilərdən istifadə edirdi. İçki qəbul etdikdə, bir qədər əsəbi olur, münaqişə yaratmağa meyl edirdi. Sabir əvvəllər iki dəfə narkotikə görə məhkum olunub. Sabirin vaxtını kiminlə, necə keçirməsi barədə məlumatı olmamışdır. Cövdət hadisədən sonra maddi yardım göstərib. O da maddi yardımla bağlı ərizə yazmışdır. Lakin o Təqsirləndirilən şəxsla barışmamışdır. Qanuna müvafiq cəza təyin edilməsini xahiş edir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs çay evinin müştərisi kimi tanıyır. Aralarında yaxınlıqları və ədavəti yoxdur. Hadisə nəticəsində ölən Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə əlaqədar tanıyır. xx xxxxxxx 2019-cu il tarixdə axşam “Şərq” çay evində bibisioğlu Şahid2 ilə əyləşib çay içmişdir. Həmin vaxt çay evində onlardan başqa 12-13 nəfər şəxs olmuşdur. Girişdən solda pəncərə ilə üzbəüz stolda Cövdət və sonradan adının Sabir olduğunu öyrəndiyi şəxs əyləşmişdi. Hər ikisi içkili idi. Onlar üzbəüz əyləşib nərd oynayırdılar. O, telefonla danışarkən Sabir onların oturduğu divana gəlib onun yanında əyləşdi. Sabir əlindəki mobil telefonu ona verib “Bir nömrə verim, onu yığın, tez edin” dedi. Sabirdən nə baş verdiyini soruşduqda Cövdət onlara yaxınlaşıb, mobil telefonu Sabirin əlindən almaq istədi. Bu zaman Sabir mobil telefonu qaytarmadı, telefonu yerə çırpdı və Cövdəti təhqir etdi. Cövdət Sabirin üzünə 2-3 yumruq zərbəsi endirdi və masanın üstündəki çayniki götürüb üç-dörd dəfə Sabirin başına vurdu. Çaynik sonuncu zərbədən sonra qırıldı. Çaynik qırıldıqdan sonra Cövdəti o, Sabirdən uzaqlaşdırmışdır. O, bir neçə dəfə çayniki Təqsirləndirilən şəxs əlindən almaq istəmiş, lakin bacarmamış, Cövdət Sabiri vurmağa davam etmişdir. Cövdətin də əlindən qan gəlirdi. O, Cövdətin əlinin qanaxmasını dayandırmaq üçün salfet gətirdikdə Cövdət onu itələyərək yenidən Sabirin üzərinə cumdu. Sabir divandan qalxmağa çalışdıqda, Cövdət Sabiri təpiklə vurdu. Sabir beli üstə koridorda yıxıldı. O, Cövdəti çay evindən çıxarmış, Cövdət pilləkənlərlə aşağı düşmüşdür. Üç-dörd dəqiqə sonra Qaliblə birlikdə Sabirin qoluna girib Sabiri də pilləkənlərlə çay evindən aşağı düşürmüşlər. Sabirin üst-başı qan idi. Həmin qanın Cövdətin, yoxsa Sabirin qanı olduğunu bilməmişdir. Sabiri aşağı düşürdükdə, Cövdət də pilləkənlərin aşağısında Sabiri görüb, onun ünvanına söyüş söyərək yaxınlaşmağa başladı. O, Cövdətə “lazım deyil çıx get” demişdir. Bundan sonra Cövdət çıxıb getdi. O və Qalib Sabirin yanına qayıtmış, Sabirdən harada yaşadığını, ailəsi olub olmadığını soruşmuşlar. Sabir evinin və ailəsinin olmadığını bildirdi. Bu zaman Cövdət yenidən onların yanlarına qayıtdı, Sabiri söyərək ona yaxınlaşdı. Ətrafda olan şəxslər Cövdəti aralamaq istədilər. Cövdət həmin şəxslərin əlindən çıxıb, Sabirə bir neçə təpik zərbəsi vurdu. Bundan sonra ətrafdakı şəxslər Cövdəti apardılar. Gecə saat 00:01 radələrində Qalib və o, Sabirin hərəkətsiz vəziyyətdə asfaltın üzərində uzandığını görmüşlər. Sabirin orada yatdığını düşünüb, Qaliblə dükana su almağa gedib yenidən Sabirə yaxınlaşımış, yatdığını fikirləşib çayxanaya qayıtmışlar. Səhər saatlarında polis əməkdaşları çay evinin qapısını döydükdə, Zərərçəkmiş şəxs öldüyünü öyrənmişlər. O, Sabirin Cövdəti sillə ilə vurmasının şahidi olmamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs bərk sərxoş olduğunu müşahidə etmişdir. Zərərçəkmiş şəxs onun və Şahid2 əyləşdikləri kresloya güclə, aşa-aşa gəlib oturmuşdur. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun qardaşıdır. Hadisə nəticəsində ölən Zərərçəkmiş şəxs tanımır. xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 23:40-da avtomobillə, Binəqədi rayonu, “Vimay” klinikasının yanından keçərkən, 2-3 nəfər şəxsin Cövdəti həmin yerdən uzaqlaşdırmağa çalışdıqlarını görmüşdür. Qardaşının yanındakı şəxslərlə mübahisə etdiyini düşünüb Cövdətin yanına gəlmişdir. Orada olan şəxslər ona Cövdətin çay evində olarkən bir nəfərlə dalaşdığını, həmin şəxsin başına çayniklə vurduğunu, Cövdətin çayniklə vurduğu adamın yolun əks istiqamətində, asfaltın üzərində oturduğunu dedilər. O, həmin şəxsə yaxınlaşmışdır. Onu əvvəllər görməmiş, lakin sonradan adının Sabir olduğunu öyrənmişdir. O, Sabirə su almaq üçün mağazaya gedib onun yanına qayıdanda, Cövdətin onun arxasınca Sabirə yaxınlaşdığını görmüşdür. Cövdətin arxasınca qardaşı Rəşad da gəldi. O, Sabirin yanına getmiş, Rəşad isə Cövdətin yanında qalıb onun Sabirə yaxınlaşmasına mane oldu. Sabirin alnındakı yaradan çox qan axırdı. O salfetlə qanı silib Sabirə su içirmişdir. Sabirə dəfələrlə tibbi yardıma müraciət etməyi təklif etsə də, o bundan imtina etdi. Sabir onun Cövdətin qardaşı olduğunu bilib Cövdəti və onu söydü. Rəşad bu zaman Cövdəti uzaqlaşdırmağa çalışsa da, o, getmək istəməyib, Sabirin üzərinə getməyə çalışdı. Bir müddət Rəşad və Cövdət şifahi mübahisə etdilər. O da onlara yaxınlaşanda, Cövdət əli ilə onu itələyib söyməyə başladı. Cövdət həm onu, həm də Rəşadı itələyərək getmələrini istədi. O, Rəşad və Cövdətin yanından uzaqlaşıb, yod alıb Sabirin alnına sürtmək üçün aptek axtarmağa getmiş, lakin aptek tapmamışdır. Aptek tapmadığına görə evə getmişdir. Evə çatdıqda 5-10 dəqiqə sonra Rəşad da evə gəldi. Cövdətin evə nə zaman və kiminlə qayıtması barədə isə məlumatı olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında yuxudan oyandıqda, həyətlərində polis əməkdaşlarının olduğunu görmüş, onlardan Zərərçəkmiş şəxs öldüyünü eşitmişdir. Qardaşı Cövdətlə Sabirin münasibətləri barədə məlumatı yoxdur. Cövdət sakit təbiətli insandır, münaqişəyə meylli deyil, əvvəllər hər hansı şəxslə mübahisəsinin şahidi olmamışdır. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs onun qardaşıdır. Münasibətləri yaxşı olmuşdur. Hadisə nəticəsində ölən Zərərçəkmiş şəxs tanımır. xx xxxxxxx 2019-cu il tarxidə saat 23:30 radələrində evə gəldikdən 10 dəqiqə sonra qardaşı İstəndər ona zəng vurub onu “Vimay” klinikasının yaxınlığına çağırdı. O, “Vimay” klinikasının yanına getmiş, orada klinikanın qarşısındakı dayanacağın yanında Cövdətin tək dayandığını görüb ona yaxınlaşmışdır. Nə baş verdiyini soruşduqda Cövdət Sabirlə dalaşdığını dedi. Cövdətin sağ əli qanamışdı. Əlinə nə olduğunu soruşduqda o, əlinin çaynikin qırığı ilə kəsildiyini dedi. O, Cövdətlə danışarkən İsgəndər çay evinin yanında Sabirlə nəsə danışırdı. Cövdət sərxoş vəziyyətdə idi. O, Sabirin onu çox pis şəkildə söydüyünü dedi. Bir müddət sonra İsgəndər onlara yaxınlaşdı. Onlar Cövdəti evə aparmağa çalışsalar da Cövdət hər ikisini itələdi. İsgəndər bundan sonra Cövdət və Sabir üçün dərman almağa getdi. O, bir neçə dəqiqə Cövdəti razı salmağa çalışmış, lakin Cövdət qulaq asmadı. O da bezib evə getmişdir. xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında yuxudan oyandıqda, həyətlərində polis əməkdaşlarının gəldiyini görüb onlardan Zərərçəkmiş şəxs öldüyünü bilmişdir. Şahid6 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun oğludur. Hadisə nəticəsində ölən Zərərçəkmiş şəxs tanımır. Cövdət çox vaxt vaxtını çayxanalarda domino və nərd oynamaqla keçirirdi. xx xxxxxxx 2019-cu il tarixdə saat 11:00 radələrində Rəşadın həyat yoldaşı ona zəng edərək Cövdətin kiminləsə dalaşdığını, dalaşdığı şəxsin öldüyünü, polis əməkdaşlarının evlərinə gəldiyini dedi. Hadisədən sonra oğlu ilə danışdıqda, Cövdət ona mübahisənin təşəbbüskarının Sabir olduğunu, Sabir tərəfindən şillə ilə vurulduğunu, nalayiq ifadələrlə təhqir olunduğunu, həmçinin Sabirin ona məxsus mobil telefonunu icazəsiz götürdüyünü, geri qaytarmasını tələb etdikdə isə yerə çırpdığını, bundan sonra əsəbiləşib, masanın üzərindən götürdüyü çayniklə Sabirin başına vurduğunu dedi. Hadisə zamanı həm oğlu, həm də Sabir içkili olmuş, mübahisənin təşəbbüskarı isə Sabir olmuşdur. Şahid7 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Aralarında ədavətləri yoxdur. Hadisə nəticəsində ölən Zərərçəkmiş şəxs “Varovski” adlanan ərazidə əvvəllər yaşamış şəxs kimi tanımışdır. “Vimay” klinikası ilə üzbəüz, “Şərq” çay evinin pilləkənlərinin aşağısında əmlak ofisi var. Həmin ofis “Şərq” çay evinin pilləkənlərinin aşağısında yerləşir. Cövdət adətən onun ofisinin yaxınlığında vaxt keçirirdi. Cövdət spirtli içki aludəçisi olsa da, sakit insan idi. xx xxxxxxx 2019-cu il tarixdə saat 15:00 radələrində Cövdət ofisinin yanına gəlib, onunla söhbət etdi. Saat 16:00 radələrində Zərərçəkmiş şəxs da onun ofisinin yanına gəldi. Sabir Cövdətin yanına gedib, onunla görüşdü. O çıxıb getdikdən sonra Cövdət və Sabir ofisinin yanındakı ayaqqabı təmiri mağazasının yanında qaldılar. O, saat 19:00 radələrinədək dayanacağın yanındakı ayaqqabı təmiri mağazasında olmuşdur. Ofisin qarşısına qayıtdıqda Sabir və Cövdəti ofisinin qarşısında görməmişdir. Bundan sonra o, özünü ofisinin qapısını bağlayıb evə getmişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat 09:00 radələrində Cövdətin atası Süleyman nömrəsinə zəng edərək, Cövdətin kmisə öldürdüyünü dedi. Sonradan öyrənmişdir ki, Cövdət Sabir tərəfindən söyülməsi səbəbindən onu “Şərq” çay evində çayniklə vuraraq öldürüb. Zərərçəkmiş şəxs münaqişəyə meylli, davakar, söyüşkən şəxs kimi tanıdığı üçün ondan heç xoşu gəlməmişdir. Sabirin narkotik vasitələrin istifadəsinə görə əvvəllər məhkum olunduğunu da bilmişdir. Şahid9 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun əmisi oğludur. Aralarında ədavətləri yoxdur. Hadisə nəticəsində ölən Zərərçəkmiş şəxs tanımır. xx xxxxxxx 2019-cu il tarixdə saat 01:00 radələrində Cövdət ona müxtəlif məzmunlu səsli mesajlar göndərib, bir nəfərlə dalaşdığını, onu gizlətməyini, yoxsa tutulacağını dedi. Cövdətin dediklərinə inanmamış, sonuncunun sərxoş olduğunu hiss etmişdir. Cövdətin sərxoş vəziyytədə olduğunu hiss etdiyi üçün dediyi heç nəyə inanmamış və heç nə başa düşməmişdir. Bir neçə dəfə Cövdətə nə baş verdiyini anlamaq üçün “whatsapp” proqramı vasitəsilə video zəng etsə də, Cövdət onun video zənglərinə cavab verməmişdir. Bundan sonra yatmışdır. xx xxxxxxx 2019-cu il tarixdə Cövdətin bacısından Cövdətin bir nəfər şəxslə çay evində mübahisə etdiyini, mübahisə etdiyi şəxsi çayniklə vurub öldürdüyünü öyrənmişdir. Hadisənin təfərrüatları barədə məlumatı yoxdur. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs və hadisə nəticəsində ölən Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə əlaqədar tanıyır. Aralarında ədavətləri və yaxınlıqları olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə axşam işdən çıxıb çay evinə getmişdir. Dayısı oğlu Əli ilə saat 23:00 radələrinədək çay içib söhbət etmişlər. Saat 23:00 radələrində çay evinin girişindən solda pəncərə ilə üzbəüz masada əyləşmiş 2 nəfər şəxsin sözlə mübahisə etdiklərini müşahidə etmişdir. Mübahisə edən şəxslərdən biri əlində mobil telefonla birlikdə söyüş söyə-söyə Əlinin və onun oturduqları yerə yaxınlaşıb, Əlinin yanında əyləşdi. Əlinin yanında əyləşən, sonradan adının Sabir olduğunu öyrəndiyi şəxs əlində gətirdiyi telefonu Əliyə uzadaraq “bunu götür, nömrə verim yığ” dedi. Bu zaman Sabirlə əyləşən, sonradan adının Cövdət olduğunu öyrəndiyi şəxs də onlara yaxınlaşdı. Cövdət Sabirdən öz telefonunu tələb edəndə, Sabir telefonu verməkdən imtina etdi. Cövdət və Sabir bir müddət mübahisə etdilər. Qəflətən Sabir Cövdəti söyüb telefonu yerə çırpdı. Cövdət Sabirin yaxasından tutdu, yumruqla üz nahiyyəsindən vurdu. Sabir Cövdəti vurmaq istəsə də Əli ona mane oldu. O və Əli onları aralamaq istəmişdir. Bu zaman Cövdət onların masanın üzərində olan çayniki götürüb Sabirin başına çırpdı. Bundan sonra o ayağa qalxmış, Cövdətlə Sabiri aralamağa çalışmışdır. Bu zaman Cövdət yenidən Sabirin üzərinə cummaq istədi. Cövdətin Sabiri yenidən vurub vurmadığını görməmişdir. Əli Cövdəti Sabirdən aralayaraq çay evindən çölə çıxardı. Cövdətin əlinin çaynikin qırığı ilə kəsildiyinə görə qanayırdı. Cövdət çölə çıxdıqdan sonra o, Sabirin yanında qalmışdır. Sabir xırıldayırdı. Əli qayıtdıqdan sonra Sabiri pilləkənlərlə aşağı düşürdü. Həmin vaxt Cövdət yolun qarşı tərəfində dayanmışdı. Yanında 1-2 nəfər tanımadığı şəxs var idi. Sabiri pilləkənin qarşısında yerdə əyləşdirmişlər. Bu zaman Cövdət yenidən Sabirə yaxınlaşdı, Sabirə bir neçə təpik vurdu, həmin təpik zərbələri Sabirin sinə və baş nahiyyələrinə tuş gəldi. Ətrafda olan şəxslər Cövdəti Sabirdən aralayıb uzaqlaşdırdılar. Sabirin başında güclü qanaxma yox idi. Gecə saat 01:00 radələrində Sabirin asfaltın üzərində uzandığını, hərəkət etməməsini görmüşlər. Sabirin yatdığını düşünmüş, Əli ilə birlikdə dükana getmişlər. Dükandan qayıtdıqdan sonra da Sabir əvvəl gördükləri vəziyyətdə, hərəkətsiz şəkildə asfaltın üzərində uzanmışdı. Onun yatdığını düşünüb çay evinə qayıtmışlar. xx xxxxxxx 2019-ci il tarixdə saat 09:00 radələrində polis əməkdaşları gəldi, pilləkənlərdən aşağıya doğru baxdıqda Sabirin yerdə uzanmış vəziyyətdə meyitini görmüşlər. Hadisə zamanı çay evində o, Əli, Sabir, Cövdət və digər müştərilər olmuşdur. Məhkəmədə ifadələri elan edilib araşdırılmış Şahid8 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə Cövdətin yaşadığı evə getmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, F.Rüstəmov küçəsində həyətdə 3 yaşayış evi var, həmin evlərin hər birində qardaşları və ailələri qalırlar. Cövdətin həyat yoldaşı hadisədən təxminən 2-3 həftə əvvəl oğlunu da götürüb öz ata evinə çıxıb getmişdir. Həmin gün o günorta saatlarında Cövdətin evinə getmiş, Cövdət üçün yemək hazırlamış, evi səliqəsəhmana salmış, sonra öz evinə qayıtmışdır. Cövdətə whatsapp proqramı vasitəsilə mesaj yazıb yemək hazırladığını demiş, lakin qardaşı cavab yazmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 01 radələrində qardaşına “whatsapp” proqramı vasitəsilə mesaj göndərmişdir. Bundan sonra qardaşı ona bir nəfərlə dalaşması, barədə 2 səsli mesaj göndərmişdir. Qardaşının dediklərini qeyri-ciddi hesab eləmiş, belə ki, qardaşının sərxoş olmasını anlamış, bu səbəbdən sonuncunun dediklərinə əhəmiyyət verməmişdir. Qardaşının dedikləri boş sözlər olmuş, vahid hər hansı fikri ifadə etməmişdir. Bu səbəbdən, qardaşının dediklərinə heç cavab da yazmamış, yatmışdır. xx xxxxxxx 2019-cu il tarixdə qardaşı Rəşadın yoldaşı ona zəng edərək, polis əməkdaşlarının gəlib Cövdəti evdən apardıqlarını demişdir. O, bu zaman Cövdətin kiminsə öldürdüyünü öyrənmiş, buna qədər Cövdətin ona göndərdiyi mesajları qeyri-ciddi hesab etmişdir. Təqsirləndirilən şəxs mobil telefonunda “Lami” adı ilə qeyd olunmuş “***-***-**-**” mobil nömrəsi onun istifadəsindədir. Ona təqdim olunmuş səsli mesajlardakı səs qardaşı Təqsirləndirilən şəxs səsidir. Həmin səsli mesajlarla əlaqədar bildirmişdir ki, həmin zaman o, qardaşının dediklərini qeyri-ciddi qəbul etmiş, sonuncunun dediyi heç bir şeyə inanmamışdır. Belə ki, Cövdət heç kimlə dalaşan olmamış, həm də o Cövdətin içkili olduğunu anlamışdır. Bu səbəbdən Cövdətin dediklərinə əhəmiyyət verməmişdir. Cövdətin sərxoş olduğunu, nə danışdığını bilmədiyini düşünmüşdür. Çünki Cövdət ona əvvəllər də sərxoş olarkən mənasız şeylər yazmışdır. Qardaşı əvvəllər öz üzərində heç zaman bıçaq gəzdirməmişdir, qardaşının hər hansı şəxslə mübahisəsinin şahidi olmamışdır. Bu səbəbdən də qardaşının kiminlə mübahisə etməsi, üzərində bıçaq olması barədə dediklərinə inanmamışdır. Qardaşının dediyi hər şeyi qeyri-ciddi qəbul eləmiş, sonuncuya heç cavab da yazmamışdır. Zərərçəkmiş şəxs adlı şəxsi tanımır, ümumiyyətlə qardaşının vaxtını harada, kiminlə keçirməsi barədə məlumatı olmamışdır. Məhkəmədə ifadələri elan edilib araşdırılmış Şahid5 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi, “Vimay” klinikası ilə üzbəüz yerləşən binanın 2-ci mərtəbəsindəki “Şərq” çay evi qohumu X12 məxsusdur. Təxminən 2 aydır ki, Bakı şəhərinə gəlmiş, buna qədər Rusiya Federasiyasında meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. Bakı şəhərinə gəldikdən sonra Samirin atası Rauf ona işsiz olmağı səbəbindən “Şərq” çay evini götürüb işlətməyi təklif etmişdir. Raufun təklifindən sonra Bərdə şəhərində yaşayan əmisi oğlu Şahid1 də Bakıya dəvət edərək, “Şərq” çay evini birlikdə işlədəcəklərini demişdir. “Şərq” çay evini işlətməyin müqabilində Raufa hər hansı məbləğdə icarə haqqı verəcəklərini razılaşdırmamışlar. Çay evi səhər 10 radələrində işə başlamış, müştərilərin getmə vaxtından asılı olaraq saat saat 24 radələrində bağlanmışdır. O, çay evinə axşam saatlarında getmiş, işlərə nəzarət etmiş, Əli isə gün ərzində çay evində olmuşdur. Çay evində Südabə adlı qız da işləmiş, Südabəni işə Əli götürmüşdür. O, Südabəni görməmiş, sonuncu hadisədən təxminən 3-4 gün əvvəl işə götürülmüşdür. O isə hadisədən 5 gün əvvəl Bərdə rayonuna getmiş, bu səbəbdən Südabəni görməmişdir. Hadisə ilə bağlı bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Bərdə şəhərindən çay evinə gəlmiş, çay evinin bağlı olmasını müşahidə etdikdə, Əliyə zəng etmiş, sonuncuya zəng çatmamışdır. Bundan sonra çay evinin ətrafında olan şəxslər xx xxxxxxx 2019-cu il tarixdə gecə saatlarında çay evində 2 nəfər şəxsin mübahisə etdiyini, mübahisə edən şəxslərdən birinin digərini öldürdüyünü demişlər. Hadisənin təfərrüatları barədə başqa məlumatı yoxdur. Zərərçəkmiş şəxs tanımır, Təqsirləndirilən şəxs Süleyman oğlunu isə “Cocu” ləqəbi ilə tanımışdır. Təqsirləndirilən şəxs axşam saatlarında çay evinə gəlib getmiş, domino və ya nərd oynamışdır. Zərərçəkmiş şəxs tanımadığı üçün əvvəllər sonuncu ilə Təqsirləndirilən şəxs Süleyman oğlu arasında hər hansı mübahisə və ya münaqişənin olub olmaması barədə məlumatı yoxdur. Məhkəmədə ifadələri elan edilib araşdırılmış X9 istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 1989-cu ildən DİO-da, 2016-cı ildən isə hazırda işlədiyi vəzifədə, yəni Binəqədi RPİ-nin məsul növbətçisi vəzifəsində işləyir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 09:00-da xidmətə başlamış, 17 oktyabr saat 09:00-a dək xidmətdə olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə saat 07:40 radələrində Binəqədi RPİ-nin İŞ-nin növbətçi hissəsinə zəng olunmuş, zəng edən şəxs bir kişi olmuş, özünü təqdim etməmiş, “Varovski” adlanan yerdə, “Vimay” klinikasının yaxınlığındakı “Şərq” çay evinin pilləkənlərinin yanında bir nəfər kişinin asfalt üzərində uzandığını bildirmiş, polis əməkdaşlarının gəlməsini xahiş etmişdir. Həmin şəxsdən aslfalt üzərində olan şəxsə yaxınlaşıb yaxınlaşmadığını soruşmuş, zəng edən şəxs yaxınlaşmadığını demişdir. Zəng edən şəxsdən özünü təqdim etməsini istədikdə, sonuncu dəstəyi asmışdır. Bundan sonra ərazi aidiyyatı üzrə Binəqədi RPİ-nin 4-cü PŞ-nə zəng etmiş, əməliyyat qrupunun Binəqədi RPİ-nin Növbətçi hissəsinə daxil olmuş zəngdə qeyd olunan əraziyə göndərilməsini xahiş etmişdir. Hadisə barədə digər məlumatı yoxdur. Binəqədi RPİ-nin Növbətçi hissəsinə daxil olan zənglərin hansı nömrələrdən edilməsi NHdə olan telefon aparatlarında əks olunmur, bu səbəbdən həmin zaman hansı nömrədən zəng edildiyini bilmir. xx xxxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Məsud Davudoğlu küçəsi, 1 ünvanında yerləşən “Şərq” çay evində Təqsirləndirilən şəxs Süleyman oğlu ilə Zərərçəkmiş şəxs arasında mübahisənin olması, mübahisə zamanı birincinin sonuncunun baş nahiyyəsinə çayniklə vurması barədə Binəqədi RPİ-nin NH-yə məlumat daxil olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 07:40 radələrində özünü təqdim etməyən bir nəfər şəxs zəng edərək, “Vimay” klinikasının yaxınlığındakı “Şərq” çay evinin pilləkənlərinin yanında bir nəfər kişinin asfalt üzərində uzandığını bildirmişdir. Məhkəmədə ifadələri elan edilib araşdırılmış X10 istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu “Vimay” klinikası ilə üzbəüz yerləşən binanın 2-ci mərtəbəsindəki “Şərq” çay evi ona məxsusdur, lakin çay evinin çıxarışı həyat yoldaşı X7 adınadır. Çay evinin ünvanı çıxarışda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Məsud Davudoğlu küçəsi kimi qeyd olunmuşdur. Çay evini təxminən 15-16 il əvvəl almışdır. Şahid5 onun qohumudur. 2019-cu ilin avqustsentyabr aylarında X3yıtmış, işsiz olmuşdur. Sərxanla görüşdükdə sonuncuya işsiz olması səbəbindən “Şərq” çay evini götürüb, səliqəyə salıb işlətməyi təklif etmişdir. Buna qədər çay evi təxminən 2-3 ay fəaliyyət göstərməmiş, bu səbəbdən çay evinin içərisi səliqəsiz vəziyyətdə olmuşdur. Sərxanla aralarında çay evinin icarəsi barədə konkret hər hansı yazılı razılıq və ya icarə müqaviləsi olmamışdır. Belə ki, Sərxana çay evini bir müddət işlətməsini, işlər yaxşı olsa, pul qazana bilsə icarə haqqı barədə razılığa gələcəklərini demişdir. Sərxan ona heç bir ödəniş etməmiş, aralarındakı şifahi razılığa əsasən çay evi fəaliyyətə başladıqdan, işlər düzəldikdən sonra Sərxan ona aylıq 500 manat icarə haqqı verməli olmuşdur. Təxminən 5-6 gün çay evini səliqəyə saldıqdan sonra Sərxan çay evini açmışdır. Hadisə ilə bağlı bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə Sərxan ona zəng edərək, xx xxxxxxx 2019-cu il tarixdə çay evində 2 nəfər şəxsin dalaşdığını, həmin şəxslərdən birinin digərini öldürdüyünü demişdir. Hadisə barədə digər hər hansı məlumatı yoxdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri halları əyani olaraq hadisə yerində də göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2019-cu il tarixli şahidin ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, şahid Şahid1 istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini əyani formada təsvir etmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Süleyman oğlu ilə Şahid1 arasında üzləşdirmə aparılmış, Şahid1 istinaq zamanı verdiyi ifadəsində göstərdiklərini üzləşdirmə zamanı da təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2019cu il tarixli, 142 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı Baş beyinin travmatik ödemi, baş beynin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalarla müşayiət olunan alın və hər iki təpə nahiyələrinin əzilmiş-cırılmış yaraları və həmin nahiyələrdə başın yumşaq toxumalarının iç səthinə qansızmalar (4,5x3,5 sm ; 8,0 x 6.5 sm və 6.0x5,0 ölçülərdə), sol qulaq seyvanının, sağ qaş nahiyəsinin, sol əlin tış səthinin, sol əlin İ, İİ və İV barmaqlarının, sol baldır nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ gözaltı nahiyənin, sağ yanaq nahiyəsinin qançırları xəsarətləri aşkar olunmuşdur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər həyatidirlər, əzilmiş-cırılmış yaralar tinli bərk küt əşyanın (əşyaların), qançırlar isə bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir neçə saat əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx xxxxxxx 2019-cu il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən baş beyinin travmatik ödemi, baş beyinin qişalarına, toxumasına və mədəciklərinə qansızmalarla müşayiət olunan alın və hər iki təpə nahiyələrinin əzilmiş-cırılmış yaraları və həmin nahiyələrdə başın yumşaq toxumalarının iç səthinə qansızmalar (4,5x3,5 sm; 8,0x6,5 sm və 6,0x5,0 sm ölçülərdə) ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, digər xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni qançırlar insan bədəninin hissələri ilə (yumruq və s.) və çayniklə endirilmiş zərbələrin təsirindən, əzilmiş-cırılmış yaralar isə həm bütöv, həm də sınmış çaynik parçasıyla endirilmiş zərbələrin təsirindən əmələ gələ bilməsi, Zərərçəkmiş şəxs ölümünə səbəb alın və hər iki təpə nahiyələrinə endirilmiş ən azı 3 zərbə nəticəsində baş beyin qişalarına, toxumasına və mədəciklərinə qansızma ilə əlaqədar inkişaf edən baş beyinin travmatik ödemi olması, İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən Zərərçəkmiş şəxs ölümünün onun meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2019-cu il saat 11:00-da başlanmışdır) 6- 8 saat əvvəl baş verməsi, onun bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını əsasən həmin xəsarətlərdən sol əldə aşkar olunmuş əzilmiş-cırılmış yaraların özünü müdafiə nəticəsində əmələ gələ bilməsi, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk və tinli səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcı olması, Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində 0,93 % qatılıqda etil spirti aşkar edilməsi, narkotik və güclü təsiredici maddələr aşkar edilməsi, etil spirtinin qanda tapılmış qatılığı Zərərçəkmiş şəxs sağlığında yüngül dərəcəli sərxoşluq törədə bilməsi müəyyən olundu. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 2039 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarət- sağ əlin İV barmağının səthi kəsilmiş yarası iti kənarlı küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxxxxxx 2019-cu il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Həmin rəylə Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər bu iş üzrə ekspertiza təyin edilməsi haqqında qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sınmış çaynikin iti kənarlı hissəsinin kəsici təsirindən əmələ gələ bilməsi müəyyən eldilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə ballistik və trasoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 26455/26456 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş paltarların səthində zədə yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 864/2019-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi- O-alfa, beta /İ/ Təqsirləndirilən şəxs Süleyman oğlunun ABO sistemi üzrə qrup göstəricisi – O-alfa, beta /İ/-dir. Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, şalvar, mayka, Təqsirləndirilən şəxs məxsus gödəkçə, şalvar, qısaqol mayka üzərindəki ləkələrdə və hadisə yerindən 10 ədəd kosmetik çubuğun ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi tədqiq olunduqda H antigeni və bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alınmışdır. Beləliklə, həmin qan ləkələri O-alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının olması da ABO sistemi üzrə inkar olunmur, əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa. Ekspertizaya təqdim edilmiş çaynik hissələri və Təqsirləndirilən şəxs məxsus şalvarın bel hissəsinə keçirilmiş kəmər üzərində qan, Zərərçəkmiş şəxs məxsus trusik üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-genetik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 19/481 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qara rəngli dəri materialdan hazırlanmış gödəkçənin ətəyinin sağ içəri tərəfində və içəri sol tərəfdə olan cibinin yanında, Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd “Casares...” ticarət markalı qara rəngli şalvarın sağ bud nahiyyəsində və sol diz nahiyəsində, Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd “Casares...” ticarət markalı qara rəngli şalvar üzərindəki 01 (bir) ədəd qara rəngli kəmərin şalvarın arxa hissəsinə düşən hissəsinin üzərində, Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qırmızı rəngli qısaqol köynək üzərində aşkar edilmiş qanabənzər ləkələr, çay evinin giriş pilləkənindən 05 (beş) ədəd pambıq tampona hopdurularaq götürülmüş qanabənzər ləkələr, çay evinin giriş qapısının bağlı tayından 01 (bir) ədəd pambıq tampona və 01 (bir) ədəd kağız parçasına hopdurularaq götürülmüş qanabənzər ləkələr, çay evinin giriş qapısının açıq tərəfindən pambıq tampona və kağız parçasına hopdurularaq götürülmüş qanabənzər ləkələr, çay evində olan bar masasının qarşısından pambıq tampona və kağız parçasına hopdurularaq götürülmüş qanabənzər ləkələr, çay evində divanın yanından pambıq tampona və kağız parçasına hopdurularaq götürülmüş qanabənzər ləkələr, çay evinin mərkəzi hissəsindən pambıq tampona və kağız parçasına hopdurularaq götürülmüş qanabənzər ləkələr insan qanıdır və bu qan nümunələrinin hamısı ( çay evinin giriş pilləkənindən 05 (beş) ədəd pambıq tampona hopdurularaq götürülmüş qan nümunələrindən ikisi və çay evində divanın yanından pambıq tampona və kağız parçasına hopdurularaq götürülmüş qan nümunələri istisna olmaqla) Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş çay evinin giriş pilləkənlərindən 05 (beş) ədəd pambıq tampona hopdurularaq götürülmüş qan nümunələrindən 02 (iki) ədədi və çay evində divanın yanından pambıq tampona və kağız parçasına hopdurularaq götürülmüş qan nümunələri üzərində müqayisəli molekulyargenetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı insana məxsus bioloji mənşəli material yoxdur. Bu səbəbdən həmin obyektlərdən götürülmüş nümunələr üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs əl dırnaq kəsintilərinin altından götürülmüş yaxma nümunələrində bioloji mənşəli material vardır və həmin materiallar Təqsirləndirilən şəxs Süleyman oğluna məxsusdur. Ekspert tədqiqatına təqdim olunmuş Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd ağ rəngli mayka üzərində, Zərərçəkmiş şəxs əynində olmuş üzərində müxtəlif naxışlar olan 01 (bir) ədəd qısaqol köynəyin arxa tərəfində, Zərərçəkmiş şəxs əynində olmuş 01(bir) ədəd boz rəngli şalvarın sol ayağının ətəyində, sağ bud nahiyyəsində və sağ diz nahiyyəsində aşkar edilmiş qanabənzər ləkələr insan qanıdır və bu qan nümunələrinin hamısı Zərərçəkmiş şəxs məxsusdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd tuman və 01 (bir) ədəd polietilen bağlamada qablaşdırılmış çaynikin sınmış hissələri üzərində hər hansı qanabənzər ləkə aşkar edilmədiyi üçün həmin obyektlər üzərindən tədqiqat nümunələri götürülmədi. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-pisixiatrik və məhkəmə psixoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2440 saylı ekspert rəyinin məhkəmə-psixiatrik ekspertizasına aid hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs yoxlama dövründə də öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Rəyin məhkəmə-psixoloji ekspertizasına aid hissəsindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. Fərdi psixi xüsusiyyətlərində məsuliyyətsizlik, hövsələsizlik, qıcığa qarşı tez reaksiya vermək, kobudluq, eqosentrizm kimi xüsusiyyətlər aşkar olunur. Hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik, emosional oyanıqlıq yaranmışdır. Həmin halın yaranması adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə şərtləşmişdir Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Süleyman oğlu cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə kompyuter-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27327 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd “Seagate” markalı “Video 3.5 HDD” modelli “S1G3144T” seriya nömrəli sərt disk halhazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Təqdim edilmiş sərt diskin yaddaşında xx xxxxxxx 2019-cu il tarix saat 16:00-dan xx xxxxxxx 2019-cu il tarix saat 10:00-a dək müddət ərzində 3 saylı müşahidə kamerası ilə qeydə alınmış videogörüntülər “Sandisk” markalı “USB Flash daşıyıcıya” köçürülməklə, ekspert rəyinə əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan” 2/6645 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoloq sərxoşluğu olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş CD” diskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Mİ” markalı mobil telefona baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 20:29-da “YUSQA USUF” adı ilə qeyd olunmuş “***-***-**-**” mobil nömrəsindən mobil telefona zəng daxil olmuş, 36 saniyə davam etmiş telefon danışığı aparılmışdır. Həmin tarixdə saat 21:19-da mobil telefondan “***-***-**-**” mobil nömrəsinə zəng edilmiş, zəngə cavab verilməmişdir. Həmin tarixdə saat 22:03-də “Anar 100” adı ilə qeyd olunmuş “***-***-**-**” mobil nömrəsindən mobil telefona zəng edilmiş, 2 dəqiqə 15 saniyə davam etmiş telefon danışığı aparılmışdır. Bundan sonra mobil telefonla hər hansı danışıq aparılmamışdır. Mobil telefonun mesajlar bölməsində iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Mobil telefonda olan “whatsapp” proqramına daxil olduqda “CURUY 2” adı ilə qeyd olunmuş “***-***-**-**” mobil nömrəsi ilə xx xxxxxxx 2019-cu il tarix saat 00:10-dan xx xxxxxxx 2019-cu il saat 01:40-a dək aparılmış yazışmalar müşahidə olunur. xx xxxxxxx 2019-cu il saat 00:38-də “CURUY 2” adı ilə qeyd olunmuş “***-***-**-**” mobil nömrəsinə “Çürüy,..qeyri-etik ifadələr,.. , nətərsən, ə nə bilim, ə qeyri etik ifadə, oğraşdı, hamınız qeyri etik ifadə, mən, mən, mən Cöcü bu boyda nəsildə tək qalmışam, de bayaq sənöl birini vurub uzatmışam ora, ostanovkaya. Rəşkaynan göygöz gəldi, skoruya mindirib göndərdilər. Qeyri etik ifadə, bax sənöl, zəng vur soruş inanmırsansa, mənim mənim qeyri-etik ifadə yeyənin, qyei etik ifadə parasını verirəm hamısını yox. Temboli mənə şillə atır, mənim telefonumu çırpır yerə. yaxşı ki qırılmadı. Sənöl qırılsaydı onun anasın qyot etik ifadə Deyərdim eybi yox, cəhənnəmə qırılsın, zato onun arvadını qeyri etik ifadə gözünün qabağında. Onu nətər döydümsə, uje pis günə qalmışdı. Bu de bütün əlim qanın içindədi, şalvarım qanın içindədi, qeyri etik ifadə Onlar ə dağlıdırlar, nə bilim nə qeyri etik ifadə başıdırlar, nə bilim özləri bilər. Ə buranı verib gedirəm sənöl Moskvaya, heç qozuma da deyil. Oğraşın balasıdı, 3 aylıq pulunu da alıb gedirəm. Ə mənə əsas lazım idi yığışıb aparmaq, nə qeyri etik ifadə, sikirəm ə burda mən acından sürünürəm, ac qalmayacam ha. Kimsə gəlib evimdə kalan pul yeyəcək, Cöcü burda oturub salat yeyəcək, nə qeyri etik ifadə belə həyata. Cocu niyə, Cocu həmişə, Cocu belə yaşamayıb ha, Cocu həmişə yeyib içib, gəzib. Həə. Yeri gələndə sənin kimilər, qeyri etik ifadə, yeyib, böyrümdə fırlanıb. Bildin ? Qeyri etik ifadə, mənim yeyə bilərsən …qeyri etik ifadə ?” məzmunlu səsli mesaj göndərmişdir. Saat 00:39-da “CURUY 2” adı ilə qeyd olunmuş “***-***-**-**” mobil nömrəsindən “ayə çürük qoz, mən sənə nağarmışam ə?, nə pisliyim keçib ki mənim sənə, mən də kasıb bir oğlanam dana, elə danışırsan elə bil mənim milyardım var, mən nəsə eləmirəm. Danışığını da bilmirsən e, səhər o zapisi atacam sənə, qulaq as gör nə danışırsan. Eehh, hər gün bir xasiyyətdə olursan e, axşamki adam deyilsən elə bil. Nə bilim eh, özün bilərsən, heç özündə günah görmürsən, ama hamını da günahkar çıxarırsan” məzmunlu səsli mesaj daxil olmuşdur. Saat 00:53-də və 00:54-də “CURUY 2” adı ilə qeyd olunmuş “***-***-**-**” mobil nömrəsindən videozəng daxil olmuş, lakin zəngə cavab verilməmişdir. Saat 01:00da “CURUY 2” adı ilə qeyd olunmuş “***-***-**-**” mobil nömrəsinə “Cürüy, qeyri etik ifadə elə fikirləşirsən də, sənin əminoğlu 3 saat idi ki, davada idi, 21 il srokda oturan oğlanı, vurdum nakaleni oturdu yerə, dizlərin qoydu yerə, Rəşkaynan göygöz gəldi əlimdən aldı, hamısı da üz döndərdi getdi. Dedik qeyri etik ifadə, dedi bu gündən sonra tapıb bir tikə çörək yeyərsən. Dedim mən də səhər buranı qeyri etik ifadə edəcəm, onda siz gedəcəksiniz dedi görərik, dedim baxarıq” məzmunlu səsli mesaj göndərilmişdir. Saat 01:20-də “CURUY 2” adı ilə qeyd olunmuş “***-***-**-**” mobil nömrəsinə “Çürük, gəl məni götür apar, gizlət bu gün, məni tutacaqlar, bu ayaqla mən gedib yata bilməyəcəm içəridə, məni bu gün gizlət, səhər mən ordan çıxım, rədd olum gedim rayona. Ə bunlarla da dalaşdım Rəşkayla da, göygözlə də. Astanovkada sən öl. Ə bir gədə var idi 21 il srokda oturmuşdu, qaqan ona nətər qoydusa, 2 dənə yumruğa hazır idi. Otklucat oldu. Bankın qabağına uzatdılar, özünə gəlmədi, bir vedrə su vurdular, özünə gəlmədi. Gəldim təzədən yerdə təpik, hirsim soyumadı, bilirsən niyə, mənim var-yoxuma söymüşdü, dedim ə qeyri etik ifadə sənin arvadını, qeyri etik ifadə. Dedim səni indiyə kimi tutduran qeyri etik ifadə. Dedim sən Qubalısan, mən Ağdamlıyam. Bir də gördüm Göygözlə Rəşka gəldi, gəl belə, gəl belə. Göygöz mənə qayıtdı ki, səni vuracam, dedim get qeyri etik ifadə, dedi mənə bunun hayfın evdə çıxacam səndən” məzmunlu səsli mesaj göndərilmişdir. Saat 01:22-də “CURUY 2” adı ilə qeyd olunmuş “***-***-**-**” mobil nömrəsinə “Çürüy, qeyri etik ifadə, sən öl mənim üçün qeyri etik ifadə, bir dənə de özüm boyda xəncər tapmışam, səhər. Balağıma soxsam belimdən bəlkə də başı çıxacaq. Qeyri etik ifadə hamısının var-yoxun. Çıxaram astanovkaya orda hamısını qataram qabağıma. Özün bilirsən ki, mənim beynim çönəndə dədəmi də tanımıram. Ə buranı da verib gedəcəm, qeyri etik ifadə də deyil. Özü də bayaq dedim, dedim ki, qeyri etik ifadə o, oğlanın ağzını ki, mən verdiyim adama kimsə gəlib nəsə desin, vəssalam. Bayaq dedim, mənə bir dənə siqaret alın, siqaretim yoxdu, deyir pulumuz yoxdu. Dedim yoxdu, yoxdu eybi yox. Dedim Faiq, ordan mənə bir siqaret ver, yazıq o boyda obyektin yiyəsi, müdür, oğluna dedi ki, dur get bir dənə siqaret. Dedi nə çəkirsən, dedim ə fəhlə çəkəndən. Ə dedi nə ürəyin istəyir ver də, hansından istəyir. Ə dedi o “palma” çəkir, hə dedim bir dənə qalınından ver. Sənöl gəldim, heç yandırmadım, indi girmişəm evə, bayaqdan hirsimdən qapının ağzında oturub ağlayıram. Hirsimdən ağlayıram e, başım xarab olub. O xəncəri kimin qeyri etik ifadə soxacam bilinmir, amma soxacam. 3-4 dənə, qeyri etik ifadə, var, hansına, razmerinə baxacam da görüm kimin, qeyri etik ifadə, uyğundu ona da soxacam. Sənin əminoğlu elə oğlan deyil, ureyenə ölçüb, biçib, sora soxacam” məzmunlu səsli mesaj göndərilmişdir. Saat 01:08-də “Lami” adı ilə qeyd olunmuş “***-***-**-**” mobil nömrəsindən “Ə, nə deyirsən, başa düşmürəm” məzmunlu səsli mesaj daxil olmuşdur. Saat 01:09-da “Lami” adı ilə qeyd olunmuş “***-***- **-**” mobil nömrəsinə “Ə də, səy köpək qızı, səy, nə deyəcəm, deyirəm ki, getdim birini vurdum, murdar oldu, bunlar gəldi çıxdı üstünə. Meyitin apardılar, meyitin. Öldürdüm, qoydum ölüsünə. 21 il türmə yatmışdı. Durdu götürdü çırpdı mənim telefonumu yerə, yaxşı ki qırılmadı. Bir dənə də şillə vurdu, mən də gəldim tutdum, ordan çıxartdım. Pilləkənlə nətər qoydumsa, ordan da aşağı, başı aşağı. Gəldim təzdən yerdə də təpiklədim, dedim dur get indi. Gəldi axırı, göygözlə şey yazıqdır, öldü, meyitin vuracaqsan. Skoru zad gəlmişdi e.” məzmunlu səsli mesaj göndərilmişdir. Saat 01:11-də “Lami” adı ilə qeyd olunmuş “***-***-**-**” mobil nömrəsindən “Boi” məzmunlu mesaj daxil olmuş, saat 01:24də həmin mobil nömrəyə “Alo, itoğlu itlər, hamınızdan küsmüşəm e hamınızdan, qardaşlarım məni ostanovkada az qalırdı öldürələr, qeyri etik ifadə yeyirlər, prosta üstümdə bıçaq var idi, qorxdular, qaçdılar. Dedim çönüb vuraram. Nənəmin goru, həqiqi çönüb vuracaqdım. Hə ey o birisini nətər vurmuşdumsa otklucat olmuşdu, amma amma həyatda mən hamı kimsə kişiliyin itirir, kimsə mənliyini itirir, amma kimisi də öz kişiliyini qoruyur. Çoxları mənliyini kişiliyini itirir. O mənə aid deyil, mən onu dakazat da eliyə bilərəm, kimə qarşı lazım olsa. Mənə lazım deyil, sənin dədənin maşını da mənə lazım deyil, de bu gun sabah mən maşını götürəcəm, özüm sürəcəm. Mənə maşın lazım deyil, gətirəcəm salacam qapıda. Səhər tezdəndən də durub çıxıb gedib xalturamı edib öz rasxodumu çıxaracam. Ə mənə maşın alıb verən var. Alıb verəcəklər. Eybi yox. Hamının. O boyda kafeni satdı 35 minə, gəldi yalandan dedi 10 minə satmışam. Ə gətir ordan bir iki min verin aparım xəstə uşağımı müalicə elətdirim də, niyə yalan danışırdın . Sonra mənə dedilər ki, filankəsin borcu var, sonra mənə dedilər ki, yox o götürmədi, bu birisi götürdü. Camaat uşaqdı, çörəyi qulağının dibinə yeyir” məzmunlu səsli mesaj göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxx 2019-cu il tarixli, 27327 nömrəli ekspert rəyinə əlavə edilmiş 01 ədəd “USB flash daşıyıcıya” baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, flash daşıyıcının yaddaşında olan fayllara daxil olduqda “X19” mağazasına quraşdırılmış videomüşahidə qurğusundan xx xxxxxxx 2019-cu il saat 16:00-dan 17 oktyabr saat 10:00-dək olan video görüntülər müşahidə olunur. “ExtrenDisk0_ch3_**********0000_**********0000.dav” adlı fayla daxil olduqda videomüşahidə qurğusundan 16 oktyabr saat 23:00-dan saat 00:00-dək olan videogörüntülər müşahidə olunur. Videomüşahidə qurğusunun quraşdırıldığı yer “Şərq” çay evinin giriş pilləkənlarının qarşısındakı ərazini qeydə alır. Saat 23:25:59-da Təqsirləndirilən şəxs Süleyman oğlu əynində qara rəngli dəri gödəkçə, qırmızı rəngli mayka olmaqla çay evindən çıxır. Sonuncunun sol əlində butulkaya bənzər cismin olması müşahidə olunur. Təqsirləndirilən şəxs çay evinin çıxışından sağ tərəf istiqamətdə irəliləməklə saat 23:26:06-da videomüşahidə qurğusunun əhatə dairəsindən çıxır. Saat 23:26:43-də 5 nəfər şəxs çay evindən çıxaraq videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olur. Saat 23:27:12-də bir nəfər şəxs də çay evindən çıxaraq videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olur. Saat 23:27:14-də Təqsirləndirilən şəxs əynində qırmızı rəngli mayka olmaqla yenidən videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olur, çay evinin giriş pilləkənləri istiqamətində irəliləyir. Saat 23:27:30-da bir nəfər şəxs çay evinin pilləkənlərindən aşağı düşərək Təqsirləndirilən şəxsla nəsə danışır, onu çay evinin qarşısından uzaqlaşdırır. Saat 23:27:38-də Təqsirləndirilən şəxs çay evinin qarşısındakı avtomobil yolunda dayanaraq sağ əlini havaya qaldırır, bir neçə saniyə çay evinin çıxışına tərəf baxdıqdan sonra yolu keçərək videomüşahidə qurğusunun əhatə dairəsindən çıxır. Həmin zaman ətrafda olan şəxslər də müxtəlif istiqamətlərə getməklə videomüşahidə qurğusunun əhatə dairəsindən çıxırlar. Saat 23:33:03-də iki nəfər şəxs Zərərçəkmiş şəxs müvafiq olaraq sol və sağ tərəfində dayanmaqla onun qoluna girib çay evindən çıxararaq videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olurlar. Saat 23:33:14-də iki nəfərdən biri təqsirləndirilən şəxsin ifadəsinə görə bu iş üzrə şahid qismində dindirilmiş Şahid1 videomüşahidə qurğusunun əhatə dairəsindən çıxır. Təqsirləndirilən şəxsin ifadəsinə görə bu iş üzrə şahid qismində dindirilmiş Şahid2 isə Zərərçəkmiş şəxs yanında qalır. Saat 23:33:36-da Şahid2 mobil telefonuna zəng gəlməsi və sonuncunun mobil telefonla danışması müşahidə olunur. Saat 23:33:46-da Şahid1 yenidən videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olur və Şahid2la Zərərçəkmiş şəxs yanında dayanır. Saat 23:34:01-də Şahid2 telefon danışığını bitirir. Bu zaman Zərərçəkmiş şəxs çətinliklə, Şahid2 onu sol əli ilə tutaraq kömək etməsi ilə ayaq üstə dayanması görünür. Saat 23:34:14-də Şahid1 yenidən videomüşahidə qurğusunun əhatə dairəsindən çıxır. Saat 23:34:31-də Zərərçəkmiş şəxs asfalt örtüyünün üzərinə əyləşir. Bu zaman Şahid1 yenidən videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olmaqla onların yanında dayanır. Saat 23:34:35-də Təqsirləndirilən şəxs çay evinin girişinin yerləşdiyi yerdən videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olur, Zərərçəkmiş şəxs yanına yaxınlaşır. Bu zaman Təqsirləndirilən şəxs əynində yenidən dəri gödəkçənin olması müşahidə olunur. Həmin zaman Zərərçəkmiş şəxs asfalt örtüyünün üzərində əyləşməsi Şahid1, Şahid2 eləcə də bir nəfər şəxsin ayaq üstə Zərərçəkmiş şəxs yanında dayanmaları görünür. Təqsirləndirilən şəxs bir neçə saniyə Zərərçəkmiş şəxs yanında dayanmış şəxslərlə söhbət edir, saat 23:35:20-də Zərərçəkmiş şəxsla üzbəüz dayanır. Saat 23:35:33-də sağ ayağı ilə asfalt örtüyünün üzərində oturmuş Zərərçəkmiş şəxs baş nahiyəsinə təpik zərbəsi endirir. Bu zaman Şahid1 Təqsirləndirilən şəxs yaxınlaşır, lakin Təqsirləndirilən şəxs yenidən- 23:35:43-də sağ ayağı ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə təpik zərbəsi endirir. Zərbənin təsirindən Zərərçəkmiş şəxs asfalt örtüyünün üzərinə uzanır. Təqsirləndirilən şəxs sağ əlini Zərərçəkmiş şəxs istiqamətində qaldırmaqla ona nəsə deyir. Şahid1 isə onun qoluna girərək Zərərçəkmiş şəxs yanından uzaqlaşdırmağa çalışır. Təqsirləndirilən şəxs Şahid1 əlindən çıxır, Zərərçəkmiş şəxs yaxınlaşmaqla ona nəsə deyir. Saat 23:35:58-də Təqsirləndirilən şəxs sol ayağını yerdə uzanmış Zərərçəkmiş şəxs boğaz nahiyəsinə qoyaraq sonuncunu bir neçə saniyə yerdə silkələyir. Saat 23:36:02-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs uzaqlaşır, saat 23:36:04-də videomüşahidə qurğusunun əhatə dairəsindən çıxır. Saat 23:36:09-da Zərərçəkmiş şəxs uzandığı yerdən qalxaraq asfalt örtüyünün üzərində oturur. Bu zaman Şahid1 çay evinin girişi istiqamətində gedərək videomüşahidə qurğusunun əhatə dairəsindən çıxır. Saat 23:36:37-də ətrafa bir neçə şəxs toplaşır. Saat 23:36:51-də Təqsirləndirilən şəxs yenidən videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olmaqla asfalt örtüyünün üzərində oturmuş Zərərçəkmiş şəxs yaxınlaşır, bu zaman ətrafda olan ağ köynəkli bir nəfər şəxs Təqsirləndirilən şəxs qarşısını kəsərək sonuncunun Zərərçəkmiş şəxs yaxınlaşmasına mane olur. Təqsirləndirilən şəxs həmin şəxsi itələyərək özündən uzaqlaşdırmağa çalışır. Təqsirləndirilən şəxs həmin şəxsin əlindən çıxaraq Zərərçəkmiş şəxs yaxınlaşmaq istəyir. Saat 23:37:04-də Təqsirləndirilən şəxs ağ köynəkdə olan şəxsin əlində çıxaraq sağ ayağı ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə təpik zərbəsi endirir. Zərərçəkmiş şəxs zərbənin təsirindən beli üstə asfalt örtüyünün üzərinə yıxılır. Bu zaman ağ köynəkdə olan şəxs Təqsirləndirilən şəxs itələyərək Zərərçəkmiş şəxs yanından uzaqlaşdırmağa çalışır. Saat 23:37:18-də ağ köynəkdə olan şəxs Təqsirləndirilən şəxs itələyərək Zərərçəkmiş şəxs uzaqlaşdırır və sonuncular videomüşahidə qurğusunun əhatə dairəsindən çıxırlar. Saat 23:37:32-də ağ köynəkli şəxs yenidən videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olur və bir nəfər şəxslə Zərərçəkmiş şəxs yaxınlaşır. Saat 23:37:45-də Şahid1 də çay evinin girişi istiqamətində videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olur. Saat 23:37:51-də Zərərçəkmiş şəxs uzandığı yerdən qalxmağa çalışır. Lakin qalxa bilmir. Ətrafda olan əynində qara rəngli qolsuz gödəkçə, göy rəngli qısa qol mayka olan bir şəxs ona yaxınlaşıb asfalt örtüyünün üzərində oturmasına kömək edir. Şahid1 və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanından uzaqlaşdırmış ağ köynəkli şəxs də Zərərçəkmiş şəxs yaxınlaşırlar. Zərərçəkmiş şəxs asfalt örtüyünün üzərində oturur. Saat 23:38:12-də bir nəfər şəxs də videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olur. Zərərçəkmiş şəxs yaxınlaşıb onun yanında dayanır. Saat 23:39:05-dən etibarən bir neçə şəxs də ətrafa toplaşır, Zərərçəkmiş şəxs yanında dayanır. Saat 23:40:42-də asfalt örtüyünün üzərində oturan Zərərçəkmiş şəxs müvazinətini itirərək asfalt örtüyünün üzərinə uzanır. Bir neçə saniyə sonra ətrafda olan şəxslər dağılışırlar, videomüşahidə qurğusunun əhatə dairəsində yalnız Zərərçəkmiş şəxs və Şahid1 qalır. Saat 23:41:33-də Şahid1 çay evinin girişi istiqamətində getməklə videomüşahidə qurğusunun əhatə dairəsindən çıxır. Saat 23:42:16-da Şahid1 yenidən videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olur, çay evinin giriş pilləkənlərinin qarşısını təmizləməyə başlayır. Həmin zaman Zərərçəkmiş şəxs asfalt örtüyü üzərində hərəkətsiz vəziyyətdə beli üstə uzanması görünür. Saat 23:43:06-da Şahid2 da Şahid1 yanına gəlir. Saat 23:47:44-dək Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətdə, beli üstə asfalt örtüyünün üzərində uzanır, bundan sonra dikələrək yenidən asfalt örtüyünün üzərində oturur. Saat 23:48:33-də əynində göy rəngli cins şalvar, qara rəngli qısaqol gödəkçə və qısaqol köynək olan bir nəfər şəxs Zərərçəkmiş şəxs yaxınlaşır. Bir müddət sonuncu ilə nəsə danışır, saat 23:48:59-da onu asfalt örtüyünün üzərindən qaldırır, qoluna girərək çay evinin girişinin yerləşdiyi yerin sağ tərəfi istiqamətdə aparır. Saat 23:49:19-da sonuncular videomüşahidə qurğusunun əhatə dairəsindən çıxırlar. Saat 23:50:05-də Zərərçəkmiş şəxs aparmış şəxs getdiyi istiqamətdən geri qayıdaraq yenidən videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olur. Həmin şəxs X19 mağazasının qarşısından sağ tərəf istiqamətdə irəliləyərək videomüşahidə qurğusunun əhatə dairəsindən çıxır. Saat 23:51:52-də Təqsirləndirilən şəxs yenidən videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olur, Zərərçəkmiş şəxs aparıldığı istiqamətə gedir. Eyni zamanda Zərərçəkmiş şəxs çay evinin girişinin qarşısından asfalt örtüyünün üzərindən qaldırıb aparmış şəxs də videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olaraq, Zərərçəkmiş şəxs apardığı istiqamətdə gedir, bu zaman həmin şəxsin əlində butulkaya bənzər cismin olması görünür. Təqsirləndirilən şəxs arxasınca bir nəfər şəxs də gəlir, həmin şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aparıldığı istiqamətdə getməsinə mane olur, onu itələyərək uzaqlaşdırır. Təqsirləndirilən şəxs uzaqlaşmaq istəmir, bir müddət həmin şəxslə mübahisə edir. Saat 23:55:26-ə dək Təqsirləndirilən şəxs və həmin şəxs mübahisə edirlər, saat 23:55:34-də Təqsirləndirilən şəxs həmin şəxsi əlləri illə itələyərək özündən uzaqlaşdırır. Bu zaman Zərərçəkmiş şəxs çay evinin qarşısından aparmış şəxs də Təqsirləndirilən şəxs və sonuncunu uzaqlaşdırmağa çalışan şəxsə yaxınlaşır. Həmin şəxs onları aralamaq istəyir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aparmış şəxslə də mübahisə edir, əli ilə sonuncunu itələyir. Bir neçə saniyə sonra Zərərçəkmiş şəxs aparmış şəxs çıxıb gedir. Saat 23:56:50-dək Təqsirləndirilən şəxs yanındakı şəxslə mübahisə edir, sonuncular bir-birilərini qarşılıqlı şəkildə itələyirlər. Saat 23:57:07-də Təqsirləndirilən şəxsla mübahisə edən şəxs sonuncudan uzaqlaşaraq video müşahidə qurğusunun əhatə dairəsindən çıxır. Saat 23:57:40-da bir nəfər şəxs Təqsirləndirilən şəxs yaxınlaşır, onu çay evinin qarşısından uzaqlaşdırmağa çalışır. Saat 23:58:45-də həmin şəxs Təqsirləndirilən şəxs qoluna girərək onu ərazidən uzaqlaşdırır, sonuncular hər ikisi videomüşahidə qurğusunun əhatə dairəsindən çıxırlar. “ExtrenDisk0_ch3_**********0000_**********0000.dav” adlı fayla daxil olduqda videomüşahidə qurğusundan qeydə alınmış 17 oktyabr saat 00:00-dan saat 01:00-dək olan videogörüntülər müşahidə olunur. Saat 00:01:06-da Şahid1 çay evinin giriş pilləkənləri istiqamətdən videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olur və çay evinin qarşısında yerləşən avtomobil yolu ilə irəliləyib, videomüşahidə qurğusunun əhatə dairəsindən çıxır. Saat 00:02:03-də Şahid1 yenidən videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olur, çay evinin giriş pilləkənləri ilə qalxaraq videomüşahidə qurğusunun əhatə dairəsindən çıxır. Saat 00:54:02-də Şahid2 çay evinin giriş pilləkənləri istiqamətindən gələrək, videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olur, saat 00:54:10-da Zərərçəkmiş şəxs aparıldığı istiqamətdə gedərək, videomüşahidə qurğusunun əhatə dairəsindən çıxır. Saat 00:54:40-da Şahid1 də çay evinin giriş pilləkənləri istiqamətindən gələrək, videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olur, saat 00:54:46-da Şahid2 getdiyi istiqamətdə gedir. Saat 00:54:53-də Şahid1 və Şahid2 yenidən videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olurlar, saat 00:55:02-də “X19” mağazasının qarşısından keçərək, videomüşahidə qurğusunun əhatə dairəsindən çıxırlar. Saat 00:59:17-də sonuncular yenidən videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olurlar, bu zaman Şahid1 sağ əlində sellofan torbanın olması müşahidə olunur. Saat 00:59:34-də Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs aparıldığı istiqamətdə getməklə, videomüşahidə qurğusunun əhatə dairəsindən çıxırlar. “ExtrenDisk0_ch3_**********0000_**********0000.dav” adlı fayla daxil olduqda videomüşahidə qurğusundan qeydə alınmış 17 oktyabr saat 01:00-dan saat 02:00-dək olan videogörüntülər müşahidə olunur. Saat 01:00-03-də Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs aparıldığı istiqamətdən yenidən videomüşahidə qurğusunun əhatə dairəsinə daxil olurlar, çay evinin giriş pilləkənləri istiqamətində irəliləyərək, videomüşahidə qurğusunun əhatə dairəsindən çıxırlar. Bu zaman Şahid1 əlində sellofan torbanın olması müşahidə olunur. Məhkəmə, yuxarıda sadalanan sübutları təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Məsud Davudoğlu küçəsi, 1 ünvanında yerləşən “Şərq” çay evində saat 23:00 radələrində ona məxsus “Mİ” markalı mobil telefonu ondan götürüb geri qaytarmasını tələb edikdə qaytarmayıb telefonu verməkdən imtina edib yerə çırpması, onu təhqir etməsi səbəbindən Zərərçəkmiş şəxs masanın üzərindəki çayniklə, çaynik qırılana qədər, sonra isə təpiklə döyərək ona aman vermədən xüsusi amansızlıqla qəsdən öldürməsi öz təsdiqini tapdı. Buna görə də məhkəmə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin xüsusi amansızlıqla adam öldürmək kimi, yəni Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. İstintaq orqanı bundan başqa Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.9 və 221.3-cü maddələri ilə tövsif etmişdir. Buna səbəb hadisənin ictimai yer olan “Şərq” çayxanasında başlayıb sonradan onun həyətində davam etməsi və zərərçəkmiş şəxsin dalaşarkən sərxoş vəziyyətdə olması əsas olmuşdur. Məhkəmədə həmin hallar tədqiq olunarkən tədqiq olunan ictimai təhlükəli əməlin baş verməsinə səbəb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin mülkiyyətində olan mobil telefonu alıb qaytarmaması, ondan telefonu qaytarmaq tələb olunduqda bunu etməyib, telefonu yerə vurub, Təqsirləndirilən şəxs Süleyman oğlunu söyüb təhqir etməsi, yəni hadisənin zərərçəkmiş şəxsin qeyri qanuni təhrikedici hərəkətlərinin nəticəsində baş verməsi müəyyən olundu. Məhkəmə qeyd edir ki, şəxsin əmlakı, şəxsiyyəti və ləyaqəti qanunla qorunur. Qanunla qorunan obyekt ictimai münasibətlər dövriyyəsində olub qanunla qorunur. Qanunla qorunan obyekt isə cüzi, yəni əhəmiyyətsiz kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi səbəbsiz və ya cüzi səbədən, yəni xuliqanlıq niyyəti ilə deyil, əksinə zərərçəkmiş şəxsin qeyri-qanuni hərəkətləri nəticəsində baş vermiş mübahisə zəminində qətlə yetirmişdir. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində xuliqanlıq niyyətinin olmasının istisna olunduğu qənaətinə gəlib ona elan edilmiş ittihamdan həmin halları əks etdirən hissəni və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin xaric olunmasını əsaslı sayır. Çünki ittihamın bu hissəsi öz təsdiqini tapmadı. Təqsirləndirilən şəxs yuxarıda göstərilənlərlə bərabər zərəçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə öldürməkdə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulan əməli törətməkdə ittiham olunur. Məhkəmədə ittihamın bu hissəsi araşdırlarkən istintaq orqanının bu qənaətə gəlməsinə səbəbin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı sərxoş vəziyyətində olmasına əsaslandığı müəyyən olundu. Məhkəmədə elan edilib araşdırılmış ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 142 nömrəli rəyi ilə Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində 0,93 % qatılıqda etil spirti aşkar edilməsi, etil spirtinin qanda tapılmış qatılığı Zərərçəkmiş şəxs sağlığında yüngül dərəcəli sərxoşluq törədə bilməsi müəyyən olunmuşdur. Məhkəmə, zərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlığında yüngül dərəcəli sərxoşluq olmasını onun köməksiz vəziyyətində olması üçün əsas olmadığı qənəatinə gəlir. Məhkəmənin qənaətinə görə Zərərçəkmiş şəxs sərxoş olması onun şüursuz vəziyyətə gətirib müqavimət göstərmək və aktiv hərəkətlər etmək imkanın məhrum edib onu köməksiz vəziyyətə gətirməmişdir. Məhkəmədə bunu təsdiq edən sübut müəyyən olunmadı. Çünkü o, özü Təqsirləndirilən şəxs təhqir etmiş, sonuncunun telefonunu yerə vurmuşdur və dalaşma zamanı təqsirləndirilən şəxsə müqavimət göstərmişdir. Bu və yuxarıda göstərilən digər səbəblərdən onlar arasına mübahisə yaranmış və mübahisə də latent nəticə ilə başa çatmışdır. Bu səbəbdən də məhkəmə, Zərərçəkmiş şəxs hadisə vaxtı köməksiz vəziyyətində olması və Təqsirləndirilən şəxsun bundan istifadə edib onu öldürməsinin istisna olunduğu qənaətinə gəlir. Çünkü məhkəmənin qənəaətinə görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarətlər yetirməyə başlamasına səbəb zərərçəkmiş şəxsin özünün hüquqa zidd davranışı olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi fasilələrlə həyat üçün təhlükəli olan xəsarətlər yetirərək həyatdan məhrum etmişdir. Bu zaman o, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə deyil, soncunun onu təhqir etməsi səbəbindən intiqam hissi ilə ondan qisas almaq niyyəti ilə xəsarətlər yetirmişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək üçün birbaşa qəsdinin olması müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dolayısı qəsdlə öldürmüşdür. Çünki o, Zərərçəkmiş şəxs xəsarətlər yetirərkən sonuncunun onun yetirdiyi xəsarətlər nəticəsində ölə bilməsini görmüş və buna dolayısı ilə yol vermişdir. Bu səbəbdən də məhkəmə, onun hərəkətlərinin baş vermiş hadisənin nəticələrinə uyğun tövsif edilməli olmasını nəzərə alıb Zərərçəkmiş şəxs hadisə vaxtı köməkzsiz vəziyyətində olmasından istifadə edib öldürməsini sübuta yetirilmədiyi qənaətinə gəlib ona elan edilmiş ittihamdan həmin halları və bununla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinin xaric edilməsini əsaslı sayır. İstintaq orqanı bundan başqa Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmədə həmin hallar araşdırılarkən buna səbəb hadisənin ictimai yer olan “Şərq” çayxanasında başlayıb sonradan onun həyətində davam etməsi və təqsirləndirilən şəxs Abbasov Cövdən Suleyman oğlunun çayniklə zərərçəkmiş şəxsi vurması, çaynikin qırlmasını və bu çaynikin isə üçüncü şəxsə məxsus olmasına əsaslandığı müəyyən olundu. Məhkəmədə həmin hallar tədqiq olunarkən baş vermiş ictimai təhlükəli əməlin baş verməsinə səbəb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin mülküyyətində olan mobil telefonu alıb qaytarmaması, ondan telefonun sahibi tərəfindən ondan telefonu qaytarmaq tələb olunduqda bunu etməyib, telefonu yerə vurub, Təqsirləndirilən şəxs Süleman oğlunu söyüb təhqir etməsi onu vurması, yənin hadisənin zərərçəkmiş şəxsin qeyri qanuni hərəkətlərinin nəticəsində baş verməsi müəyyən olundu. Məhkəmə, qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə ictimai qaydanın pozulmasına yönələn hərəkətləri əhatə edir. Yəni, xuliqanlıq törədilərkən qəsdin əsas məqsədi ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqça hörmətsizlik ifadə edən, şəxslər üzrəində zor tətbiq tətbiq olunması ilə müşahidə olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Çünkü hər bir hüquqa zidd əməl törədildikdə bu və ya başqa şəkildə ictimai qayda pozulur. Onda bütün hallarda şəxsin əməlində törətdiyi əməllə bərabər xuliqanlıq cinayətinin tərkibi də ehtiva olunardı. Bu isə ictimai təhlükəli əməlin geniş təfsirinə səbbəb olub qanunçuluq prinsipinə, xüsusən də şəxsin törətmədiyi əmələ görə əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunmasına və cəzaya məruz qalmasına səbəb olardı Məhkəmə, təqsirləndirilən şəxsin öz təşəbüssü ilə ictimai qaydanı pozub başqa cinayət əməlini törədərkən onun hərəkətlərində digər cinayətlərlə bərabər xuliqanlıq cinayətinin olmasını qəbul edir, lakin ictimai yerdə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlayan mübahisəni və xuliqanlığa görə cinayət məsuliyyəti nəzərdə tutulan maddənin dispozisiyasında nəzərdə tutulan əməllərin törədilməsi şəxsin əməlində xuliqanlıq niyyətinin istisna olunduğu qənaətinə gəlir. Məhkəmənin bu qənaəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2004-cü il 23 mart tarixli «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarında formalaşdığı hüquqi mövqeyə görə də əsaslıdır. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərərər vurma, əmlakı dağıtma və bu kimi hərəkətləri xuliqanlıq kimi qiymətləndirilmir. Məhkəmə, bu səbədən də hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində ictimai qaydanın kobud pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər törətməyə nə birbaşa, nə də dolayı qəsdi olmamışdır. O, Zərərçəkmiş şəxs onu söyüb vurması səbəbindən onu intiqam hissi ilə xüsusi amansızlıqla qətlə yetirmişdir. Bu səbəbədən də məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin xaric edilməsini əsaslı sayır. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alıb hesab edir istintaq orqanı Təqsirləndirilən şəxs əməlini tövsif edərkən qəsdin yönəldiyi obyektlərin müəyyən edilməsində yanlışlıqlara yol verib və bu səbədən də eyni əməli müxətif maddələrlə tövsif etmişdir. Bu səbəbdən də məhkəmə, bu tövsifi hüquqi yanılma kimi qiymətləndirib həmin maddələrin ittihamdan xaric edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Məsud Davudoğlu küçəsi, 1 ünvanında Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməsi sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin dispozisiya şərətlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməlinin həmin maddə ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə 165 yüz altmış beş beş) manat xərclənmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X15 tərəfindən göstərilən hüquqi yardımın dəyəri 588 (beş yüz səksən səkkiz manat) təşkil edir. Məhkəmə həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi, hadisə vaxtı əynində olmuş 01 ədəd üzərində ağ zolaqlar olan qara rəngli şalvarın, 01 ədəd qara rəngli kəmərin, 01 ədəd qırmızı rəngli qısaqol köynəyin, 01 ədəd dəri materialdan hazırlanmış zəncirbəndli gödəkçənin, 01 ədəd “Mİ” markalı mobil telefonun onun şəxsi əşyaları ilə birlikdə saxlanılmasını, Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş 01 ədəd üzərində qara və qəhvəyi naxışlar olan qısaqol köynəyin, 01 ədəd ağ rəngli maykanın, 01 ədəd boz rəngli şalvarın, 01 ədəd tumanın, 01 ədəd bıçağın, istehlak dəyərlərini itirdiyi üçün, Təqsirləndirilən şəxs məxsus qan və dırnaq nümunəsinin, Zərərçəkmiş şəxs məxsus qan nümunəsinin dəyəri olmayan predmetlər kimi məhv olunmalarını, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən istintaqa təqdim edilmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş 01 ədəd “nokia” markalı mobil telefonun zərərçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmlş xx xxxxxx 2019-cu il tarixli DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 19/51-264 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2005-xx xxxxxx 2006-cı il tarixlərində Respublika Narkoloji Mərkəzində “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (asılılıq sindromu) diaqnozu ilə qeydiyyatdadır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 19/51-375 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2016-xx xxxx 2016-cı il tarixlərində Respublika Narkoloji Mərkəzində “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (asılılıq sindromu”) diaqnozu ilə qeydiyyatdadır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi Bakı şəhər Narkoloji Dispanserindən daxil olmuş 3000 nömrəli, xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2000-ci ildən opioidlərin (tiryək) qəbulu nəticəsində yaranan psixi və davranış pozuntusu diaqnozu ilə BŞND-də qeydiyyatdadır. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X6 na 3000 (üç min) manat maddi yardım göstərmişdir, X2 ona qarşı heç bir şikayəti və iddiası yoxdur. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli Binəqədi rayon İcra Hakimiyyətinin Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində az yaşlı övladı var. Məhkəmə, həmin halları təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, xüsusilə ağır cinayətə görə ilk dəfə məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.9 və 221.3-cü maddələri xaric edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqi yardım edilməsi ilə bağlı 588 (beş yüz səksən səkkiz) manat vəsait müdafiəçi X13 ödənilməsi üçün Bakı şəhəri 11 saylı vəkil bürosunun hesabına, məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 165 (yüz altmış beş) manat vəsait Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi, hadisə vaxtı əynində olmuş 01 ədəd üzərində ağ zolaqlar olan qara rəngli şalvarın, 01 ədəd qara rəngli kəmərin, 01 ədəd qırmızı rəngli qısaqol köynəyin, 01 ədəd dəri materialdan hazırlanmış zəncirbəndli gödəkçənin, 01 ədəd “Mİ” markalı mobil telefonun onun şəxsi əşyaları ilə birlikdə saxlanılsın, Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş 01 ədəd üzərində qara və qəhvəyi naxışlar olan qısaqol köynəy, 01 ədəd ağ rəngli mayka, 01 ədəd boz rəngli şalvar, 01 ədəd tuman, 01 ədəd bıçağın, istehlak dəyərlərini itirdiyi üçün, Təqsirləndirilən şəxs məxsus qan və dırnaq nümunəsin, Zərərçəkmiş şəxs məxsus qan nümunəsi dəyəri olmayan predmetlər kimi məhv olunsun, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən istintaqa təqdim edilmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş 01 ədəd “nokia” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Ramella Allahverdiyeva Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-436/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-436/2020
14.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver