Məhkəmə qərarları › İş №1(101)-436/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-436/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-436/2022 14.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X14 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məkum edilmiş, 13.02.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan seçilmiş, 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı 17 may 2021-ci il tarixdə saat 00:45-də ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılıb, polis şöbəsinə gətirilərək üstünə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ cibindən 12 ədəd şəffaf sellofan büküm, 1 ədəd qara rəngli sellofan büküm, 3 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,427 qr., 0,402 qr., 0,506 qr., 0,386 qr., 0,398 qr., 0,407 qr., 0,379 qr., 0,385 qr., 0,404 qr., 0,320 qr., 0,428 qr., 0,421 qr., 25,056 qr., 9,722 qr., 9,282 qr., 13,793 qr., ümumi təmiz çəkisi 62,716 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 1 ədəd üzərində «Metadone 40» göstəriciləri olan dərman konvolyutunda 10 ədəd üzərində «FM 40» göstəriciləri olan açıq-qəhvəyi rəngli həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 04 qram təşkil edən narkotik vasitə metadon, şalvarın sol cibindən 4 ədəd sellofan, 2 ədəd ağ rəngli kağız büküm olmaqla cəmi 6 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,582 qr., 0,509 qr., 0,604 qr., 0,282 qr., 4,928 qr., 4,429 qr., ümumi təmiz çəkisi 11,334 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polislər tərəfindən saxlanılarkən üzərində nəinki külli miqdarda, heç şəxsi istehlak miqdarında narkotik vasitə aşkar olunmamışdır. 16 may 2021-ci il tarixdə saat 17 rafələrində Nərimanov rayonu, Arif Heybətov küçəsində yerləşən “Kosmos” kafesində tanışları Tofiq, Ekaterina və Ləman adlı şəxslərlə oturub yemək yemişlər. Həmin vaxt o, otuduqları kafedən çölə çıxaraq mobil telefonla danışmışdır. Həmin vaxt 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edərək, ona Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə getməyi bildirmişlər. O, polislərdən bunun səbəbini soruşduqda polislər guya onun narkotik vasitənin istifadəsi, saxlanması və dövriyyəsi ilə məşğul olmasını bildirmişlər. O da polislərə demişdir ki, onun üzərinə baxış keçirsinlər, üzərində hər hansı qanunla qadağan olmuş əşya və ya narkotik vasitə yoxdur. Lakin polislər onun dediyinə məhəl qoymayaraq təkidlə onu Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə əməliyyat müvəkkillərinə aid otaqda üzərinə baxış keçirilən zaman üzərindən mobil telefonu, şəxsiyyət vəsiqəsi, yaşadığı evin və evin altında olan zirzəminin açarları və pul qabından başqa heç nə aşkar olunmamışdır. Bundan sonra əməliyyat müvəkkili Bəşir onu şöbənin rəisi İltimasın otağına aparmış və orada rəisə məruzə edərək onun üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə aşkar olunmadığını demişdir. Şöbənin rəisi İltimas ona bildirmişdir ki, guya o, anasını və qonşularını bezdirmişdir. X11 adlı polis əməkdaşına “bunu küllü miqdarla rəsmiləşdirin getsin” demişdir. O, İltimasa heç bir əsas olmadan onu hansı səbəbə narkotik vasitənin dövriyyəsi ilə məşğul olduğunu rəsmiləşdirirsiz? dedikdə, polis əməkdaşı Bəşir ona müəyyən həll yollar ilə rəsmiləşdirilməməinin mümkün olduğunu demişdir. O da Bəşirə İltimasa yaxınlaşıb ona köməklik etməsini demişdir. Bu sözdən sonra Bəşir İltimasa yaxınlaşmış, İltimas Bəşirə “ya 10000 (on min) manat pul gətirsin, ya da 5 nəfər cinayətkar gətirsin, onu azad edim” demişdir. İltimasın bu sözündən sonra Bəşir onu otaqdan çıxartmışdır. O, Bəşirə İltimasın hansı səbəbə ondan 10000 manat pul istədiyini soruşduqda, sonuncu demişdir “rəisdir 10000 istəməyinə baxma, mən 5-6 minə həll edərəm”. Sonra onun qollarını açmışlar, pul qabını və telefonunu özünə qaytarmışlar, lakin evin və zirzəminin açarları ilə şəxsiyyət vəsiqəsi polislərdə qalmışdır. O, pul qabında cəmi 1300 (min üç yüz) manat pul olduğuna görə, polislərdən pulun üstünü düzəltmək üçün vaxt istəmişdir. Sonra Bəşir və digər adını bilmədiyi polis əməkdaşı ilə şöbədən çıxmış və polislərə məxsus avtomobillə Nərimanov rayon ərazisində yerləşən “Ulduz” metrostansiyasının yaxınlığındaki çay evinə getmişlər. O, dost-tanışlarından telefonla zəng edib borca pul istəmiş, sonra çay evində 1 saat oturduqdan sonra yenidən polislərin avtomobili ilə Nərimanov rayonu, Ə.Əliyev küçəsi istiqamətinə getmişlər. Orada polislər avtomobili saxlamışlar, Bəşir ona tanımadığı 3 nəfər şəxsi göstərib onları tanıyıb-tanımadığını soruşmuşdur. O da həmin şəxsləri tanımadığını bildirdikdə Bəşir ona həmin şəxslərin polis əməkdaşları olduğunu və onu həbs etmək üçün gəldiklərini bildirərək pul məsələsini tez həll etməsini demişdir. Bəşir sonra Toğrul adlı polis əməkdaşını yanına çağırmış və ona demişdir ki, “sən niyə şöbədəki iclasda rəisə dedin ki, Təqsirləndirilən şəxs mən tutub gətirəcəm, niyə mənə hörmətsizlik edirsən, məni görmürsən sən?, Ceyhunu tutmuşam maşında oturub”. Sonra Toğrul avtomobildə ona baxmış və sonra Bəşirlə kənara gedib 5 dəqiqə söhbətləşdikdən sonra Bəşir geri qayıtmışdır. Bəşir ona demişdir ki, “Ceyhun pivə ala bilərsən içək?”. O da pivə ala biləcəyini dedikdə Bəşir pivəni onun yaşadığı evin zirsəmisində içmələrinii, həm də ona gətiriləcək pulun orada gözləmələrini təklif etmişdir. Onlar yaxınlıqda yerləşən “Kosmos” marketə getmişlər, marketə çatdıqda Bəşir marketin girişində gözləmiş, o isə adını bilmədiyi digər polis əməkdaşı ilə marketə daxil olub oradan pivə, cipsi və digər məzələr alıb çıxmışdır. Bundan sonra onun yaşadığı evin zirsəmisinə getmişlər. Bəşir və adını bilmədiyi polis əməkdaşı pivə içmiş, lakin o, pivə içməmişdir. 20-25 dəqiqə orada oturub pivə içən zaman şöbənin rəisi İltimas 3-4 dəfə Bəşirə zəng edib pulun nə yerdə qaldığını soruşmuş, İltimasın sonuncu zəngində Bəşir şöbə rəisi İltimasa pulun düzəlmədiyini bildirmişdir. 5 dəqiqə sonra oturduqları zirzəminin qapısı döyülmüş, o, qapını açdıqda polis əməkdaşları Toğrul, Emin və Rəşadı görmüşdür. Polislər ona zirzəmidə narkotik vasitə saxladığını bildirib zirzəmiyə daxil olmuşlar və zirzəmidə baxış keçirməyə başlamışlar. Zirzəmidə baxış zamanı güya Toğrul pərdənin arxasında qara rəngli sellofanan çıxarmış, həmin sellofanın içində bir neçə büküm kakos və şüşə olmuşdur. Zirzəmidə olan şkafın taxçasından isə güya Rəşad şəffaf sellofan çıxarmış, həmin sellofanın içərisində isə kakos və şüşə olmuşdur. Polis əməkdaşları həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirdikdə o, buna etiraz etməyə başlamışdır. Sonra polislər onun əllərinə qandal vurub yenidən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə aparmışlar. Orada ona təzyiq göstərməyə başlamışlar və narkotik vasitələtin ona məxsus olması barədə ifadələr verməyə məcbur etmişlər. O, polislərlə razılaşmadıqda onlar onu hədələmişlər və demişlər zirzəmi anasının mülkiyyətində olduğu üçün anasını və qardaşını da Polis Şöbəsinə gətirəcəklər. Bundan əlavə onun “Kosmos” restoranında yemək yediyi tanışları Ekatirina və Tofiqi də polis şöbəsinə gətirməklə hədələmişlər. Həmin vaxt o, anlamışdır ki, şöbədə açarları və şəxsiyyət vəsiqəsini qaytarmamaqda məqsəd, polis əməkdaşları Bəşir və digər adını bilmədiyi şəxslə “Ulduz” metrostansiyası yaxınlığında çay içərkən, Toğrul və Rəşad adlı polislər yaşadığı evin zirsəmisinə gedib, yuxarıda qeyd edilən narkotik vasitələri zirzəmiyə qoymuşlar. Bütün bu qanunsuz hərəkətlərdən sonra məcbur qalıb deyilənlərlə razılaşmışdır. 17.05.2021-ci il tarixdə gecə saat 01 radələrində onlar yenidən yaşadığı evin zirzəmisinə getmişlər və orada mobil telefonla video çəkilişdən istifadə edilməklə guya ki, həmin narkotik vasitələrin onun zirzəmisindən çıxdığını müəyyən etmişlər. O, polislərə heç bir məhkəmə qərarı olmadan hansı səbəbdən zirzəmiyə baxış keçirdiklərini bildirdikdə, polis əməkdaşı Toğrul onu aldadıb guya onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklərini vəd edib, bilmədiyi sənədlərə imza etdirmişlər. Ona demişlər ki, etiraf etsin ki, guya həmin narkotik vasitələri yerdən tapmış və həmin kakosdan istifadə etdikdən sonra aparıb polis idarəsinə təhvil vermək istəyərkən gecə 00:45 radələrində polis əməkldaşları tərəfindən tutulmuşdur. Səhəri günü onu Nərimanov Rayon Məhkəməsinə aparmışlar, orada ona məlum olmuşdur ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, polislər tərəfindən saxlanılarkən anasına, qardaşına, xalası oğlu Fəridə zəng edərək onlardan polislərin onu buraxmaları üçün pul tapmalarını xahiş etmişdir. Polis işçiləri onu zirzəmidə saxlayanda onların fotoşəkillərini telefonu ilə çəkmiş, lakin müstəntiq sonradan həmin şəkilləri telefondan silmişdir. Heç vaxt narkotik vasitələrin daşınması, saxlanılması və satışı ilə məşğul olmamışdır. Polislərin zirzəmidən aşkar etdiyi narkotik vasitələr elə polislər tərəfindən zirzəmiyə qoyulmuşdur, həmin narkotik vasitələr ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun istintaq zamanı verdiyi ilkin ifadəsi məhkəmədə elan olunmuşdur. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan vermiş olduğu ilkin ifadələrində göstərmişdir ki, əvvəllər bir neçə dəfə, sonuncu dəfə 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 2021-ci ilin fevral ayının 13də cəzaçəkmə müəssəsindən azad olunmuşdur. 18 ilə yaxındır ki, narkotik maddələri inieksiya üsulu ilə qəbul edir. 16 may 2021-ci il tarixdə saat səhər saat 10-11 radələrində yaşadığı evin yaxınlığında gəzən zaman yolun kənarından qara rəngli selofanın içərisində 1 ədəd “Metodon 40” yazılmış 1 list həbi 1 ədəd qara rəngli sollafana 3 ədəd adi kağıza bükülmüş iri həcmli və 13 ədəd adi selofana bükülmüş və 3 ədəd adi selofana bükülmüş ağ rəngli kristal formalı büküm tapmış və həmin bükümlərə baxan zaman 1 ədəd qara rəngli selofana 3 ədəd adi kağıza bükülmüş iri həcmli və 13 ədəd adi selofana bükülmüş narkotik vasitəyə bənzər maddələrin narkotik maddə olan heroin, 4 ədəd adi kağıza bükülmüş iri həcmli və 3 ədəd adi selofana bükülmüş ağ rəngli kristal formalı bükümlərin narkotik maddə olan metamfetamin olmasını müəyyən etmişdir. 17 may 2021-ci il tarixdə saat saat 00:45 radələrində tapmış olduğu narkotik maddələri qəbul etmək üçün yaşadığı ünvan 3 ünvana düşərək münasib yer axtardığı zaman əvvəllər tanımadığı 2 nəfər mülki geyimli şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşı olmalarını bildirib, şübhələndikləri üçün polis şöbəsinə dəvət etmişlər. Həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə gəldikdən sonra xidməti otaqlarının birinə daxil olduqda həmin otaqda polis əməkdaşları və vəkil də olmuşdur. Daha sonra polis əməkdaşları üzərində hər hansı əşya varsa təqdim etməsi təklif eidildiyi üçün əynində olan qara rəngli şalvarının sağ arxa cibindən l ədəd qara rəngli «SAMSUNG» markalı mobil telefonumu, 1 ədəd ağ rəngli «KENT» siqaret qutusunu, yaşadığı evin açarlarını, həmin şalvarının sol arxa cibindən içərisində 344 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və tanışı Elxan Mustafayev adlı şəxsə məxsus «Bank Respublika»ya aid kart olan qara rəngli dəri materialına bənzər pul kisəsini, eləcə də əynində olan qara rəngli cins şalvarımın sağ cibindən üzərində “Metodon 40” yazılmış 1 list həbi, l ədəd qara rəngli selofana, 3 ədəd adi kağıza bükülmüş iri həcmli və 12 ədəd adi selofana bükülmüş narkotik vasitəyə bənzər maddələri, eləcə də həmin şalvarının sol cibindən 6 ədəd adi selofana bükülmüş ağ rəngli kristal formalı bükümləri təqdim etmiş və təqdim etdiyi 1 ədəd “Metodon 40” yazılmış 1 list həbi, 1 ədəd qara rəngli selofana 3 ədəd adi kağıza bükülmüş iri həcmli və 12 ədəd adi selofana bükülmüş narkotik vasitəyə bənzər maddələrin narkotik maddə olan heroin, 4 ədəd adi kağıza bükülmüş iri həcmli və 3 ədəd adi selofana bükülmüş ağ rəngli kristal formalı bükümlərin narkotik maddə olan metamfetamin olmasını və həmin bükümləri 16 may 2021-ci il tarixdə ünvan 4 ünvanın yaxınlığında tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi sonrakı ifadələrində isə əvvəlki ifadələrindən fərqli olaraq üzərindən heç bir narkotik vasitə aşkar edilmədiyiyni bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri onun anasının, qardaşının və digər tanışlarının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb ediləcəyi təhdlərinə məruz qaldığı, həmiçinin onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklərinə vəd verdikləri üçün məcbur olub oxumadan imzaladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin Nərimanov RPİ-nin 17-ci PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 may 2021-ci il tarixdə saat 23:45-də mənə «Ceyhun» adlı şəxsin üzərində narkotik vasitə gəzdirməsi, qəbul etməsi 17 may tarixdə saat 00:35-də Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəçi 7A ünvana gələcəyi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılaması üçün əməliyyat qrupunun yaradılması məqsədilə raportla şöbənin rəisinə məruzə etmişdir. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən əməliyyat-axtarış tədbirləri hazırlanaraq müvafiq qərar qəbul olunmuş və bununla əlaqədar yaradılmış əməliyyat qrupuna rəhbərlik ona tapşırılmış, əməliyyat qrupunun təkibinə şöbənin YYÇ-nın işi üzrə inspektor, polis mayoru X8 daxil edilmiş və əməliyyat qrupunun üzvləri təlimatlandırılmışdır. Əməliyyat planına əsasən 17.05.2021-ci il tarixdə əməliyyat məlumatında göstərilmiş ünvana gəlib müşahidə aparmış, saat 00:45-də Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 7A ünvanın qarşısında zahiri əlamətləri alınmış məlumatda göstərilmiş əlamətlərə uyğun gələn «Ceyhun» adlı şəxsi saxlayıb 17-ci PŞ-nə gətirmişlər. Həmin şəxsin xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra oyun üzərində axtarış aparılması, həmçinin təhqiqat araşdırması aparılması şöbənin baş təhqiqatçısı, polis kapitanı Nurlan Ağazadəyə tapşırılmışdır.N.Ağazadə tərəfindən Təqsirləndirilən şəxs hüqüq və vəzifələri izah edilərək vəkil dəvət olunaraq videoçəkiliş vəsitəsilə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində olan əşyaları təqdim etsin.O, əynində olan qara rəngli şalvarın sağ arxa cibindən 1 ədəd qara rəngli «Samung» markalı mobil telefonu, 1 ədəd ağ rəngli «KENT» siqaret qutusunu, deməsinə görə yaşadığı evin açarlarını, həmin şalvarın sol arxa cibindən içərsində 344 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və Elxan Mustafayev adlı şəxsə məxsus «Bank Respublika»ya aid kart olan qara rəngli dəri materialına bənzər pul kisəsini, eləcə də, əynində olan qara rəngli cins şalvarın sağ cibindən üzərində «Metadon 40» yazısı olan 1 list həbi, 1ədəd qara rəngli sellofana 3 ədəd adi kağıza bükülmüş iri həcmli və 12 adi sellofana bükülmüş narkotik vasitəyə bənzər maddələr, eləcə də, həmin şalvarın sol cibindən 3 ədəd adi kağıza bükülmüş iri həcmli və 3 ədəd adi sellofana bükülmüş ağ rəngli kristal formalı bükümü təqdim edib bildirmişdir ki, təqdim etdiyi, üzərində «Metadon 40» yazısı olan 1 list həbi, 1ədəd qara rəngli sellofana 3 ədəd adi kağıza bükülmüş iri həcmli və 12 adi sellofana bükülmüş maddə heroindir, 3 ədəd adi kağıza bükülmüş iri həcmli və 3 ədəd adi sellofana bükülmüş ağ rəngli kristal formalı bükümlərin narkotik maddə olan metamfetamindir, onun özünə məxsusdur, onları 16.05.2021-ci il tarixdə saat 20:00 radələrində Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 7 ünvanın yaxınlığında tapmışdır.Təqsirləndirilən şəxs üzərində qeyd edilənlərdən başqa heç nə aşkar olunmamış, bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bükülülər zərfə qoyularaq polis əməkdaşlarının və onun özünün iştirakı ilə möhürlənərək bu barədə protokol tərtib olunmuş. Protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır.Sonra isə ondan götürülmüş maddələrin hansı narkotik vasitələrə aid olmamasını və dəqiq çəkisini müəyyən etmək məqsədilə təhqiqatçı tərəfindən qərarla ekspertiza təyin edilmişdir.Ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş bükümlərin birində olan maddə 62,716 qram heroin, 11,334 qram metamfetamin və 10 ədəd həb metadondur. Qeyd edilən faktla əlaqədar araşdırma aparılaraq toplanmış material istintaqa verilmişdir. Təqsirləndirilən şəxs götürülmüş, ayrı-ayrı bükümlərdə olan 62,716 qram çəkidə heroin, 11,334 qram çəkidə metamfetamin və 10 ədəd metadon həbini tapdığını, yaxud başqa bir şəxsdən satış məqsədilə əldə etməsini müəyyən etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Saxlanılarkən Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən heç bir təzyiq olmayıb, Ceyhun özü etiraf etmişdir ki, üzərindən çıxan narkotik vasitələri öz istifafəi üçün saxlamışdır. Ceyhunu saxlayanda o, tək olmuş və yanında heç kim olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Talıbov Toqrul Məmmədrza oğlu ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin Nərimanov RPİ-nin 17-ci PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci Polis Bölməsininin inzibati binasında görüb tanımışdır. Ceyhunun saxlanılmasında və Nərimanov RPİ-nin MSY-nə təhvil verilməsində iştirak etməmişdir. Ceyhunun saxlanılması barədə tədbirdə şöbənin digər əməkdaşlari Emil və Bəkir adlı polis əməkdaşları iştirak etmişlər. Ceyhunun narkotik vasitələrin satışı ilə bağlı şöbəyə əməliyat məlumatı daxil olmuşdur. Emil və Bəkir adlı polis əməkdaşları onu və digər polis əməkdaşı Şahid3 Ceyhunu saxlamaqda onlara kömək etməyə çağırmışlar, lakin onlar hadisə yerinə gedəndə Bəkir və Emil Ceyhunu saxlayaraq saxlayaraq Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə aparmışlar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Tofiq oğlu ifadəsində şahid Talıbov Toqrul Məmmədrza oğlunun ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; Cinayət işində olan Təqsirləndirilən şəxs tutularaq 17-ci PŞ-nə gətirildikdən sonra üzərinə baxış keçirilərkən qeydə alınmış videogörüntülər olan DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, görüntüdə 17-ci PŞ-nin baş təhqiqatçısı X6 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs vəkil X9, əməliyyat müvəkkili Şahid1 və Şahid2 iştirakı ilə hüquq və vəzifələrini izah etdikdən sonra ona görüntünün 02 dəqiqə 20-ci saniyəsində üzərində olan əyşaları könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ arxa cibindən 1 ədəd qara rəngli «Samung» markalı mobil telefonu, 1 ədəd ağ rəngli «KENT» siqaret qutusunu, deməsinə görə yaşadığı evin açarlarını, həmin şalvarın sol arxa cibindən içərsində 344 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və bank kart olan qara rəngli dəri materialına bənzər pul kisəsini, eləcə də, əynində olan qara rəngli cins şalvarın sağ cibindən üzərində «Metadon 40» yazısı olan 1 list həbi, 1ədəd qara rəngli sellofana 3 ədəd adi kağıza bükülmüş iri həcmli və 12 ədəd adi sellofan bükülüləri masanın üzərinə qoyur və bildirir ki, 3 ədəd adi kağıza bükülmüş iri həcmli və 3 ədəd adi sellofana bükülmüş ağ rəngli kristal formalı bükümləri, üzərində «Metadon 40» yazısı olan 1 list həbi, 1ədəd qara rəngli sellofana 3 ədəd adi kağıza bükülmüş iri həcmli və 12 adi sellofana bükülmüş maddənin heroin, 3 ədəd adi kağıza bükülmüş iri həcmli və 3 ədəd adi sellofana bükülmüş ağ rəngli kristal formalı bükümlərin narkotik maddə olan metamfetaminin özünə məxsus olmuşdur, onları 16 may 2021-ci il tarixdə saat 20:00 radələrində Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 7 ünvanın yaxınlığında tapmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülər zərfə qoyularaq möhürlənir. Cinayət işinin materiallarına əlavə olunmuş C.Seydibəyovdan götürülmüş «SAMSUNG GALAXİ A10s» markalı mobil telefona baxış keçirilmiş və telefonun yaddaşında olan «Vatsap» yazışmalarından da açıq-aşkar görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs telefonla zəng edərək ondan narkotik vasitə istəyirlər. Bununla əlaqədar onun həmin şəxslər arasında danışıqlar olur və o, həmin şəxslərin sifarişlərini yerinə yetirməyi vəd edir. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 6/1931 №-li, 17.05.03.2021-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən» sözləri olan kağız paketdəki 16 ədəd bükümdə (12 ədəd şəffaf sellofan büküm, 1 ədəd qara rəngli sellofan büküm, 3 ədəd ağ rəngli kağız büküm) ayrıayrılıqdatəmiz çəkisi 0,427 qr., 0,402 qr., 0,506 qr., 0,386 qr., 0,398 qr., 0,407 qr., 0,379 qr., 0,385 qr., 0,404 qr., 0,320 qr., 0,428 qr.,0, 421 qr., 25,056 qr, 9,722 qr., 9,282 qr.,13,793 qr., ümumt təmiz çəkisi 62,716 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 6 ədəd bükümdə (4 ədəd sellofan, 2 ədəd ağ rəngli kağızbüküm) ayrı-ayrılıqa təmiz çəkiləri 0,582 qr.,0,509 qr., 0,604 qr., 0,282 qr., 4,928 qr,. 4,429 qr., ümumi təmiz çəkisi 11,334 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr üsulla hazırlanmış psixotrop maddə –metamfetamindir. 1 ədəd üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutunda 10 ədəd üzərində «F/M 40» göstəriciləri olan açıq-qəhvəyi rəngli həblərin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı 1) daxildir.Metamfetamin « Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı 1) daxildir.Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxildir. Heroinin ümum təmiz çəkisi -62,716 qr, tədqiqata sərf olundu-0,160 qr, qalıq-62,556 qr. Metamfetaminin ümumi təmiz çəkisi- 11,334 qr., tədqiqata sərf olundu-0,120 qr, qalıq-11.214 qr. Metadon həblərinin sayı-10 ədəd həb, tədqiqata sərf olundu-1 həb, qalıq 9 ədəd həb. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 62,716 qram olmuş, tədqiqata 0,160 qram sərf olunmuş, 62,556 qram qalıq qalmışdır. Metamfetaminin ümumi təmiz çəkisi 11,334 qram olmuş, tədqiqata 0,120 qram sərf olunmuş, 11.214 qram qalıq qalmışdır. Metadon həblərinin sayı 10 ədəd həb olmuş, tədqiqata 1 həb sərf olunmuş, 9 ədəd həb qalıq qalmışdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizanın 27.08.2021-ci il tarixli, 3107 №-li rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodilərin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 may 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məkum edilmiş, 13.02.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu ödənilməmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması, narkotik vasitələrin ona məxsus olmaması kimi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı iləəvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmasıüçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza vəya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsəcəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin sadə residivi vardır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin sadə residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğu üçün o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs un üzərində axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd ”DVD” disk və telefon danışıqları olan əlavə 2 ədəd SD disklər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 62,716 qr. çəkidə heroin narkotik vasitə (ekspertiza tədqiqatına -0,160 qr. sərf olunmuş, 62,556 qr. qalmışdır), -11,334 qr. çəkidə metamfetamin (tədqiqata 0,120 qr. sərf olunmuş, 11.214 qr. qalmışdır), -10 ədəd metadon həbləri (tədqiqata 1ədəd həb sərf olunmuş, 9 ədəd həb qalmışdır) saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq maddi sübut olaraq Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 62,716 qr. çəkidə heroin narkotik vasitə (ekspertiza tədqiqatına - 0,160 qr. sərf olunmuş, 62,556 qr. qalmışdır), -11,334 qr. çəkidə metamfetamin (tədqiqata 0,120 qr. sərf olunmuş, 11.214 qr. qalmışdır), -10 ədəd metadon həbləri (tədqiqata 1ədəd həb sərf olunmuş, 9 ədəd həb qalmışdır) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Seydibəyovdan götürülmüş «SAMSUNG GALAXİ A10s» markalı mobil telefon onun etibar etdiyi şəxsə qaytarılmalıdır, onun üzərində axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd ”DVD” disk və telefon danışıqları olan əlavə 2 ədəd SD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 17 may 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən manat) manat 82 (səksən iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili X2 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 17 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq maddi sübut olaraq Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 62,716 qr. çəkidə heroin narkotik vasitə (ekspertiza tədqiqatına - 0,160 qr. sərf olunmuş, 62,556 qr. qalmışdır), -11,334 qr. çəkidə metamfetamin (tədqiqata 0,120 qr. sərf olunmuş, 11.214 qr. qalmışdır), -10 ədəd metadon həbləri (tədqiqata 1ədəd həb sərf olunmuş, 9 ədəd həb qalmışdır) hökm qanuni qüvvəsinialdıqdan sonra məhv edilsin, Seydibəyovdan götürülmüş «SAMSUNG GALAXİ A10s» markalı mobil telefon onun etibar etdiyi şəxsə qaytarılsın, onun üzərində axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd ”DVD” disk və telefon danışıqları olan əlavə 2 ədəd SD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən manat) manat 82 (səksən iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili X2 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar