Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-436/2023 06.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri - X4 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonunun Novxanı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edilməsi ilə bağlı basqın, yəni quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə, saat 21:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan ərazidə özgənin əmlakını ələ keçirmə məqsədilə X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bankomatdan 268 manat məbləğində təqaüdünü çıxardığını bilib Əfqan Hüseynov ilə birlikdə Zərərçəkmiş şəxs dalınca getmiş, həmin gün, saat 21:56 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 86 ünvanında əvvəlcədən aralarında olan razılaşmaya əsasən Əfqan Hüseynov zərər çəkmiş şəxsə arxadan yaxındaşıb ağzını tutub pul tələb edərək sonuncunun əlindəki çantanı dartıb yerə yıxmış, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib sağ bazunun yuxan və ön-bayır səthinin hematoması, hematoma fonunda sıyrığı kimi qəsdən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sağ almacıq nahiyyəsinin, burunun sol yan çəpərinin sıyrıqları, sağ bazunun aşağı 1/3-nin bayır, sağ dirsək oynağının arxa, sağ və sol diz oynaqlarının ön səthlərinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan və dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirərək, Zərərçəkmiş şəxs çantasından yerə düşmüş içərisində 283 manat nağd pul olan 15 manat dəyərində pul qabını ələ keçirib X7 ilə birlikdə hadisə yerindən uzaqlaşaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 298 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, Əfqan adlı şəxs onun uzaq qohumudur, sonuncunun nə soy adını, nə də ki, atasının adını bilmir, bilir ki, Binəqədi rayonunun Novxanı kəndində hardasa kirayədə yaşayır. Əfqanla münasibətləri normaldır, ədavət və düşmənçilikləri olmamışdır. 08 avqust 2022-ci il tarixdə, saat 20:30 radələrində yaşadığı Novxanı kəndində Binəqədi rayonu, Mərkəz adlanan yerə pivə içmək üçün gəlmişdir. Saat 21:30 radələrində kafedən çıxarkən Əfqanla rastlaşmış, onlar Binəqədi rayonu, Mərkəz adlanan yerdə «Kapital Baknk»ın bankomatının yanında durub söhbət etməyə başlamışlar. Həmin vaxt bir nəfər yaşlı qadın əlində çanta bankomata yaxınlaşmış və çantasından kartını çıxardaraq bankomata daxil etmişdir. Lakin pulunu bakomatdan çıxarda bilmədiyi üçün qadın onlardan yardım istəmiş, Əfqan qadına yaxınlaşaraq bakomatdan pulun çıxarılmasına sonuncuya kömək etmişdir. Qadın onlara təşəkkürünü bildirərək çıxıb getmiş, Əfqan isə ona yaxınlaşaraq qadının bankomatdan 268 manat pulunu çıxartdığını və pul qabına pulu qoyduqda orada başqa pulların olduğunu gördüyünü bildirmişdir. Əfqan ona həmin qadının arxasınca gedərək pulunun əlindən alınmasını təklif etmişdir. Onlar həmin qadının arxasınca cəld addımlarla gedərək qadına çatmışlar, qadın onların yaxınlaşmasını hiss edərək arxaya döndükdə Əfqan əli ilə arvadın ağzını tutaraq pullarını verməyi tələb etmişdir. Yaşlı qadın borcunun olduğunu və ona görə pulun sonuncuya lazım olduğunu bildirmiş, lakin, Əfqan və o, kiminsə yaxınşalmasından ehtiyat edərək çantanı yaşlı yadının əlindən dartıb almaq istəmişlər. Lakin, qadın çantanı vermək istəmədiyindən yerə yıxılmış, çantanı buraxmadığı üçün yerlə sürülmüş, çantadan pul qabı yerə düşmüş, o, pul qabını yerdən götürüb Əfqana vermiş və onlar birlikdə hadisə yerindən qaçıb uzaqlaşmışlar. Yolda Əfqan pul qabının içərisindəki pulları götürüb pul qabını yolun kənarına atmış, pullardan 130 manat pulu ona vermiş, qalanını isə Əfqan öz cibinə qoymuşdur. Sonra onlar Novxanı kəndinə gəlmişlər, Əfqan bir taksi tutub çıxıb getmiş, o isə evinə getmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 08 avqust 2022-ci il tarixdə, saat 21:30 radələrində işlədiyi kafedən 15 manat zəhmət haqqını alaraq avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan əraziyə gəlmiş və bu zaman, SMS vasitəsilə pensiyasının bankomata gəlməsi barədə məlumat aldığı üçün həmin ərazidə olan “Kapital Bank”ın yaxınlığında yerləşən bankomatın yanına gələrək bank kartını bankomata daxil edib şifrəni yığmışdır. Lakin pulu bankomatdan çıxmamışdır. Həmin vaxt bankomatın yaxınlığında iki nəfər cavan oğlan dayanmışlar. Onlar onun bankomatdan pul çıxarılmasında çətinlik çəkdiyini görüb, əynində ağ köynək olan oğlan ona yaxınlaşaraq şifrənin bir dəfə də yığılmasını məsləhət görmüşdür. Zərərçəkmiş şəxs şifrəni bir dəfə də yığdıqda təqaüdü olan 268 manat pulu bankomatdan çıxmış və ağ könəkli oğlan ona pulunu götürməyini bildirmişdir. Həmin vaxt saat 21:56 idi. O, pulu götürüb saymış və pul qabına qoymuş, pul qabını isə çantasına qoyaraq oğlanlara “sağ olun” deyib öz yolunu davam etmişdir. Yaşadığı, yəni Binəqədi qəsəbəsi, korpus 86 ünvanının yanında, arxadan kiminsə ona yaxınlaşmasını hiss etmiş və arxaya baxdıqda bir oğlan əli ilə onun ağızını tutmuş, baxıb oğlanları tanımışdır ki, bankomatın yanında olan oğlanlardır, onlardan ağ köynəkdə olan oğlan ondan pul qabını tez onlara verməyini tələb etmişdir. O, pulun təqaüd pulu olduğunu, borcunu qaytaracağını deməsinə baxmayaraq həmin oğlan ona “tez çantanı ver” deyərək onun çantasından tutub özünə tərəf dartmağa başlamış, çantanı buraxmadığı üçün həmin oğlan çantanı dartıb onu yerə yıxmış və çantanı dartaraq onu yerlə sürümüşdür. Bu zaman çanta onun əlindən çıxmış, çantanın içərisində olan pul qabı yerə düşmüş, ağ köynəkli oğlan həmin pul qabını yerdən götürmüş, oğlanlar ikisi də oradan qaçıb uzaqlaşmışlar. O, bir təhər evinə gəlmiş, evdə hadisəni qızına danışmış, sonra qızı təcili yardıma və DİN-in 102 Xidmətinə zəng etmiş, bundan sonra 43-cü PB-nin əməkdaşları onun evinə gəlib hadisəni sənədləşdirmişlər. O, vurulmuş zərərin ödənliməsini və sənədlərinin qaytarılmasını tələb etdiyini, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, anası Zərərçəkmiş şəxs qabyuyan kimi yeməkxanada işləmiş və hər gün oradan zəhmət haqqını və hər ay 268 manat təqaüd pulu almışdır. 08 avqust 2022-ci il tarixdə, təxminən saat 21:45-22:00 radələrində evdə olduğu zaman anası çox həyəcanlı vəziyyətdə evə gəlmiş, sonuncu çox qorxmuş, anasının sağ qolu siyirilmiş vəziyyətdə olmuşdur. Anası danışmışdır ki, bankomatdan pulu çıxardan zaman yaxında olan iki nəfər tanımadığı cavan oğlanlar anasına pulu çıxartmağa kömək etmiş, lakin sonra həmin iki nəfər oğlan anasını izləmiş, oğlanlardan biri əli ilə anasının ağızını tutub sonuncudan pullarını verməyi tələb etmiş sonra anasının əlindən çantasını dartmış, çantada isə içərisində 268 manat təqaüd, 15 manat iş yerindən zəhmət haqqı, şəxsiyyət vəsiqəsi və bank kartı olan pul qabı olmuş və həmin pul qabını həmin oğlanlar götürüb aparmışlar. Bundan başqa, anası danışmışdır ki, həmin şəxslər anasının əlindən çantanı dartanda sonuncu çantanı buraxmadığı üçün yerə yıxılmış və oğlanlar anasını yerlə sürümüşlər, ona görə də anasının bədənində həmin xəsarətlər əmələ gəlmişdir. Bu hadisə barədə DİN-in 102 Xilmətinə zəng edib məlumat vermişdir. Bir az keçmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin əməkdaşları gəlib hadisəni sənədləşdirmişlər. Cinayət işinin 92-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə-tibbi ekspertizasının 18 avqust 2022-ci il tarixli, 1689 nömrəli rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ almacıq nahiyyəsinin, burunun sol yan çəpərinin sıyrıqları, sağ bazunun yuxarı və ön-bayır səthinin hematoması və hematoma fonunda sıyrığı, sağ bazunun aşağı 1/3-nin bayır, sağ dirsək oynağının arxa, sağ və sol diz oynaqlarının ön səthlərinin sıyrıqları bərk küt əşyanan (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri- əsaslandırıcı hissəsində göstərilən tarixdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 08 avqust 2022-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən fiziki güc (zor) tətbiqi nəticəsində yerə yıxılaraq sürüyərkən qeyd olunan nahiyyələrin zərblə bərk (sərt) örtüyə dəyməsi və sonrakı etapda bədəninin yer səthində sürünməsi zamanı əmələ gələ bilərdilər;
2. Dərəcəsinə görə hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan sağ bazunun yuxarı və ön-bayır səthinin hematoması və hematoma fonunda sıyrığı ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Digər xəsarətlər həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 50-52-ci vərəqələrində olan “tanınma barədə” protokoldan görünür ki, şəxsin tanınmaya təqdim edilməsi zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tanımış və bildirmişdir ki, həmin şəxs 08 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 86 ünvanda onun əlində olan çantanı dartıb çantanın içərisində olan içərisində 283 manat nağd pul, şəxsiyyət vəsiqəsi, öz adına «Kapital Bank»ın təqaüd kartı olan pul qabını aparan iki nəfər şəxsdən biridir. Cinayət işinin 125-128-ci vərəqələrində olan “tanınma barədə” protokoldan görünür ki, fotoşəkillə tanınma təqdim edilməsi zamanı zərər çəkmiş şəxs Əsgərova X3 Əfqan Rza oğlunu tanımış və bildirmişdir ki, həmin şəxs 08 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 86 ünvanda onun əlində olan çantanı dartıb çantanın içərisində olan içərisində 283 manat nağd pul, şəxsiyyət vəsiqəsi, öz adına «Kapital Bank»ın təqaüd kartı olan pul qabını aparan iki nəfər şəxsdən biridir. Cinayət işinin 95-98-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə xx.xx.2022-ci il tarixli, 2428 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab İdunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qıcığa həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur. O, etdiyi hərəkətləri adekvat olaraq qavrayıb onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 38-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 76-82-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2022-ci il tarixli, 4(001)-920/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 11 avqust 2022-ci il tarixdən hesablamaqla 03 ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 89-91-ci vərəqələrində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki: Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.4, 69.4-cü maddələri ilə 1500 manat cərimə cəzasına məhkum olunmuşdur; Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 67.1, 69.3, 68.2-ci maddələri ilə 1 il 05 ay 29 gün azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzasına məhkum olunmuşdur; Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, qəti olaraq üzərində 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası və 1500 manat cərimə cəzası saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunub; Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 67.1, 68.2-ci maddələri ilə 2 il 06 ay 29 gün azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, “8 Noyabr-Zəfər günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarına əsasən 6 ay azaldılmış, ödənilməmiş 1500 manat cərimə cəzasından azad edilmişdir. xx.xx.2022-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasının müddətinin sona çatması ilə əlaqədar azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-in 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasənməhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin təhlükəli residivini yaradır. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Əməlindən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 11 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə 298 (iki yüz doxsan səkkiz) manat məbləğində maddi ziyan vardır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 11 avqust 2022-ci il tarixdən hesablansın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər:
1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov