Məhkəmə qərarları › İş №1(101)-436/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-436/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-436/2025 26.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “De fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 17 avqust 1990-cı ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, Bərdə şəhəri, Təbriz küçəsi, döngə 4, ev 4 ünvanında qeydiyyatda olan və hazırda ünvan 4-də yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 8,971 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanın yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 may 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 11:20-də qeyd olunan ünvanda saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuş və orada həmin gün saat 12:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 5,098 qram və 3,873 qram olmaqla ümumilikdə külli miqdarda 8,971 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2024-cü il tarixli cinayət işinin başlaması və icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 1) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik-leytenantı X1 Xəlil Elşən oğlunun barəsində toplanmış materialları nəzədən keçirmiş və toplanmış materiallar əsasında Təqsirləndirilən şəxs əməlində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətinin əlamətlərini işarə edən kifayət qədər dəlillər olduğundan barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.

4. 24.04.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 7-8) görünür ki, xx.xx.1990-cı ildə Bərdə rayonunda anadan olmuş, ünvan 2 ünvanında yaşayan X9 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə etimad doğuran, məlum və qərəzsiz məmbədən məlumat daxil olmuş, məlumatda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları ilə qeyri-mümkünlüyünü nəzərə alaraq X9 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda X9 qanunsuz olaraq özündə saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin realizə olunacağı, gizlədiləcəyi, istifadə ediləcəyi və satılacağı ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin cinayət əməllərinin ifşa olunması, sonuncunun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq sonuncunun olduğu yerin və idarə etdiyi nəqliyyat vasitəsinin müşahidəsi aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstü yoxlanılması, üstünə, Təqsirləndirilən şəxs aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerlərinə dərhal baxış keçirilməsi və polis orqanına gətirilsi, Əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbir davam etdirilməsi, qərar müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır.

5. xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 9) görünür ki, 24 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1990-cı ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 11:20-de ünvan 1 ünvanının yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üstünə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü sonuncu saxlanıldığı yerdən Baş İdarəyə gətirilmiş, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir.

6. 24.05.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqında protokoldan (cil bir, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə saat 11:20 dəqiqədən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru X20 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.

7. 24.05.2025-ci il şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cil bir, iş vərəqə 27-28) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 may 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 11:20-də saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuş və orada həmin gün saat 12.30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə "Patı" adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümünü və içərisində iki ədəd simsiz qulaqcıq olan 01 ədəd ağ rəngli qulaqcıq qutusunu (AirPods), həmin şalvarın arxa sol cibindən 01 ədəd "İphone" markalı mobil telefon cihazını, şalvarının sol yan cibindən üzərində 01 ədəd göy rəngli maqnit brelok olan 01 ədəd açarı, sol əlinin bilək hissəsindən isə 01 ədəd qara rəngli elektron qol saatını (İwatch) çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda hər bir bükümün İçərisində ağ rəngli kristal hissəciklərdən ibarət, psixotrop maddə metamfetaminə oxşar maddələrin olduğu aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülərək 01 ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün 6 saylı möhürü” ilə möhürlənərərk iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən başqa hər hansı əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs, təqdim etdiyi 02 ədəd sellofan bükümdə olan maddələrin psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu ərazisində, yaşadığı ünvanın yaxınlığında tapdığını və öz şəxsi istifadəsi üçün üstündə saxlamaqla daşıdığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddələrin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd "İphone" markalı mobil telefonun özünə məxsus olmaqla üzərində ***-***-**-** saylı mobil nömrənin olduğunu, həmçinin təqdim olunmuş içərisində 02 ədəd qulaqcıq olan 01 ədəd qulaqcıq qutusunun və 01 ədəd elektron qol saatının özünə məxsus olduğunu, üzərində 01 ədəd göy rəngli maqnit breloku olan 01 ədəd açarın isə yaşadığı mənzilin açarı olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd "İphone" markalı mobil telefon, içərisində 02 ədəd qulaqcıq olan 01 ədəd qulaqcıq qutusu, 01 ədəd elektron qol saatı və üzərində 01 ədəd göy rəngli maqnit breloku olan 01 ədəd açar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə gündüz vaxtı, təbbi və süni işıqlandırma şəraitində aparılmış, şəxsi axtarış və götürmə 24 may 2024-cü il tarixdə saat 12:45-də başa çatmışdır.

8. 24.05.2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 6/2944 nömrəli ekspert rəyindən (cil bir, iş vərəqə 39-44) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 5,098 qram və 3,873 qram olmaqla ümumilikdə 8,971 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.

9. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 57-58) görünür ki, X21 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur.

10. xx.xx.2024-cü il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 73-77) görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən X21 barəsində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 may 2024-cü il tarixdən hesablanmışdır.

11. 25.05.2025-ci il tarixli maddi sübut hesab edilməsi barədə qərardan (cild 01, iş vərəqə 90) görünür ki, X9 üzərində aşkar edilərək götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan tətqiqatdan sonra qalıq qalan 8,871 qram çəkidə psixotrop maddə metamfetamin işi üzrə maddi sübut hesab edilmiş və BMCMİ-nin maddi sübutların saxlanılması yerində saxlanılmışdır.

12. 27.05.2024-cü il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin telefon malumatlarının götürülməsi haqqında qərarından (cild 1, iş vərəqə 96) görünür ki, ***-***- **-** saylı telefon nömrəsinin sahibinin tam anket məlumatları, 01 yanvar 2023-cü il tarixdən 25 may 2024-cü il tarixədək həmin nömrəyə daxil olan və çıxan zənglərin siyahısı, bu telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqları və məlumatları "xxxx" MMC-dən götürülməsinə dair qərar qəbul edilmişdir.

13. xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 100) görünür ki, X11 məxsus bir ədəd “İphone” markalı mobil telefona baxış keçirilən zaman həmin mobil telefonda iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən edilməmişdir.

14. 30.05.2024-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 101) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 24 may 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir.

15. 30.05.2025-ci il tarixli arayış və xasiyyətnamədən (cild 1, iş vərəqə 102-103) görünür ki, X21 həqiqətən Bərdə şəhəri, Təbriz küçəsi, 60 nömrəli evdə yaşayır, ailə üzvləri X5 yoldaşıdır, 2016-cı il təvəllüdlü X25 və 2017-ci il təvəllüdlü X15 övladlarıdırlar. X21 1990-cı ildə anadan olmuş, ali təhsilli, əvvəllər məhkumluğu olmuş, müvəqqəti işsiz olmuş, hərbi xidmətdə olmuş, 2 uşaq atası olan, Təbriz küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuş, barəsində ŞİN-nə heç bir şikayət daxil olmamış, spirtli içkilər içməmiş və narkotikaya meyilli olmamışdır.

16. 282201 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən (cild 1, iş vərəqə 104) görünür ki, 23 iyun 2016-cı il tarixdə Aysun Heydərli doğulmuş, Xəlil atası hesab edilmiş, xx.xx.2016-cı il tarixdə Bərdə rayonu Qeydiyyat şöbəsində 106 nömrə ilə qeyd edilmiş, olduğu yer Azərbaycan Respublikası, şəhadətnamə xx.xx.2016-cı il tarixdə verilmişdir.

17. 053835 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən (cild 1, iş vərəqə 105) görünür ki, 05 noyabr 2017-ci il tarixdə Hüseyn Heydərli doğulmuş, Xəlil atası hesab edilmiş, xx.xx.2017-ci il tarixdə Bərdə rayonu Qeydiyyat şöbəsində 44 nömrə ilə qeyd edilmiş, olduğu yer Azərbaycan Respublikası, milliyyəti azərbaycanlı, şəhadətnamə xx.xx.2018-ci il tarixdə verilmişdir.

18. 04.06.2024-cü il tarixli Respublika Narkoloji Mərkəzinin məktubundan (cild 1, iş vərəqə 110) görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X21 Respublika Narkoloji Mərkəzinində narkoloji qeydiyyatda olmamışdır.

19. Azərbaycan Respublikası DİN-nin baş X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən (cild 01, iş vərəqə 112-113) görünür ki, X6 məhkumluğu yoxdur.

20. xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 114-116) görünür ki, xx.xx.2024-cü il tarixli 12248 saylı məktubla daxil olan məlumatlara baxış keçirilmiş, baxış zamanı X9 ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etməsi məlum olmuş, qeyd edilən nömrədən iş üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır.

21. 07.06.2024-cü il tarixli BMCMİ-nin İstintaq İdarəsindən daxil olmuş məktubdan (cild 1, iş vərəqə 118) görünür ki, Baş İdarəyə daxil olmuş ilkin məlumatda Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilsə də, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı satış faktını təsdiq edən heç bir məlumat aşkar edilməmişdir.

22. 13.06.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X17 Şəxsin daxil olmuş 7501 nömrəli məktubundan (cild 1, iş vərəqə 119) görünür ki, X9 arxiv məlumatlarına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır.

23. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X31 X28- X13 daxil olmuş 3710 nömrəli rəyindən (cild 1, iş vərəqə 120-121) görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.

24. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 X36 daxil olmuş 282/MEŞ nömrəli ekspert rəyindən (cild 1, iş vərəqə 123-124) görünür ki, X9 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir.

25. 13.06.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 125-134) görünür ki, iş üzrə təqsiləndirilən şəxs X9 əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1- 1-ci maddəsinə tövsif edilmiş, sonuncuya Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, psixotrop maddə metamfetamini 24 may 2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından tapmasını bildirməsi psixotrop maddənin qanunsuz əldə edilməsi, psixotrop maddəni əldə etdikdən sonra tutulduğu ünvana gətirməsi psixotrop maddənin yerinin dəyişdirilməsi ilə əlaqədar hərəkətlər olduğu psixotrop maddənin daşınması, psixotrop maddə metamfetamini üzərində saxlaması psixotrop maddənin saxlanılması kimi qiymətləndirilmiş, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, "şəxsi axtarış və götürmə aparılması haqqında" protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahid ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji ekspertizasının rəyləri, Nərimanov Rayon Məhkəməsinin əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinə baxılması qərarı, əməliyyat tapşırığına cavab məktubu, maddi sübut qərarı və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs götürülmüş "İphone" markalı mobil telefonun, eləcə də içərisində iki ədəd simsiz qulaqcıq olan 01 ədəd qulaqcıq qutusunun (AirPods), bir ədəd elektron qol saatının (İwatch) ailə üzvlərinə geri qaytarılmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 8,871 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs olması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən Üzərində olan psixotrop maddə metamfetamini təqdim etməsi könüllü təhvil vermə kimi qiymətləndirilməmiş, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış, cinayət işinin materiallarından psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılmışdır.

26. 14.06.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan (cild 1, iş vərəqə 141-142) görünür ki, X21 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir.

27. 23.02.2022-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin hökmündən (cild 2, iş vərəqə 20-41) görünür ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, X11 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Azərbaycan Respublikası CPM-nin 42.1.3-cü maddəsinə əsasən bəraət verilmiş, və o Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən X11 qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilmə və qanunsuz həbsdə saxlanılması, qanunsuz olaraq barəsində ittiham hökmünün çıxarılması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ izah edilmişdir.

28. 03.08.2022-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından (cild 2, iş ərəqə 44-59) görünür ki, X11 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiasının 23 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

29. 23.07.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müainəyə dair məlumatdan (cild 2, iş vərəqə 42) görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X21 görmə sinirinin atrofiyası, OS- Görmə sinirinin atrofiyası” diaqnozu ilə üçüncü dərəcəli əlildir.

30. 01.02.2023-cü il tarixli Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən (cild 2, iş vərəqə 84-) görünür ki, iddiaçı X26ba dəymiş zərərin əvəzi olaraq 13.000 (on üç min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçı X9 xeyrinə ödənilməsi hissəsində iddiası təmin edilmiş, iddianın qalan hissəsi təmin edilmədən saxlanılmışdır.

31. xx.xx.2024-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 95-99) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilmiş, müdafiəçinin vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur.

32. 24.09.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-6305/2024 nömrəli məktubundan (cild 2, iş vərəqə 113-117) görünür ki, X22 xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müainədən keçirilərək adınna tibbi kitabça açılmışdır. Həmin tibbi kitabçada X23 barəsində yerdəyişmələr haqqında qeydlərdə xx.xx.2024-xx.xx.2024-cü il tarixdə buraxılması, müayinənin növündə qan-anti İİV, keçirdiyi xəstəliklər barədə məlumatlarda deməsinə görə 2020-ci ildə aldığı xəsarət nəticəsində sol gözündən cərrahi əməliyyat keçirdiyini bildirmiş, həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatda xəsarət almadığını bildirmiş, baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsvirində sol baldırın ön səthində köhnə çapıq toxuma, obyektiv müayinədə baxış zamanı dərialtı piy qatının yaxşı inkişaf etdiyi müşahidə olunmuş, diaqnozda 1-ci dərəcəli piylənmə qeyd edilmişdir.

33. 10.01.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X31 Şəxsin 19/51-240 nömrəli məktubundan (cild 2, işvərəqə 186) görünür ki, həmin X42 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3710 nömrəli ambulator məcburi tibbi yoxlamanın rəyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli 186 nömrəli şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyini diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydasının təsdiq edilməsi haqqında qərara əsasən keçirilmişdir, bundan əlavə şəxsin klinik müayinəsi və ekspress-test üsulu ilə sidikdə labarator yoxlama metodlarından, həmçinin, tibbi yoxlama təyin edilmiş orqanın yoxlama obyektinə aid olan cinayət işi materiallarından istifadə etməklə həyata keçirilmişdir. Ekspress-test üsulu ilə sidikdə qısamüddətli təsir edən narkotik vasitə olan opioidlərin (MOP) son aşkarlanma müddəti təxminən 3 sutkaya qədər, psixotrop maddə metamfetaminin (MET) isə son aşkarlanma müddəti təxminən 2-7 sutka təşkil edir.

34. 17.01.2025-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsinin 3-39-2-xx/xx/2025 nömrəli məktubundan (cild 2, iş vərəqə 188) görünür ki, X21 xx.xx.2024-cü il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Mərkəzi laboratoriyasına Narkotik maddələr və onların metobolidlərinin analizinin aparılması üçün qan və sidik nümunəsi vermiş, aparılmış analizlərin nəticələri məktuba əlavə edilmişdir. X. Heydərovdan götürülmüş qan və sidik nümunələri beynəlxalq standartlara cavab verən yüksək həssaslığa malik kütlə spektrometriyalı maye xromotoqrafı "Shimadzu LCMS-8030" cihazı vasitəsi ilə "X24 LC-MS/MS Analysis method (İVD) rev-06" metodu ilə analiz edilmiş, şəxsin qan və sidik nümunəsində heç bir narkotik, psixotrop və güclü təsir edici maddə aşkar edilməmişdir. Morphine (MOP) və Methamphetamine (MET) maddələrinin qanda və sidikdə aşkar olunma müddəti orqanizmin fərdi xüsusiyyətlərinə görə dəyişə bilər. Aparılmış uzun müddətli tədqiqatlara və beynəlxalq tibbi ədəbiyyatlara əsasən LC-MS/MS cihazı ilə aparılmış analizlər zamanı qeyd olunan maddələrin və onların metobolidlərinin təyin olunma zamanı aşağıdakı şəkildədir. Bir dəfəlik istifadə zamanı qanda 1-3 gün, sidikdə 4-7 gün, xronik istifadəçilərdə son istifadədən qanda 4-7 gün, sidikdə 10-14 gün.

35. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 24 may 2024-cü il tarixdə Xəlil adlı şəxsin narkotik vasitələr əldə edərək saxlaması ilə bağlı BMCMİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı tərəflərindən əməliyyat qrupu yaradılmışdır. X18 rayonu, X44 küçəsində saxlayaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində sonuncunun üzərində müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Heydərov Xəlil üzərindəki iki büküm metamfetamini təqdim edərək həmin bükümləri saxlanıldığı gün Nərimanov rayon ərazisində yaşadığı evin yaxınlığında tapdığını bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Heydərov Xəlili əməliyyat məlumatı əsasında saxlamışlar. Əməliyyat qrupuna o rəhbərlik etmişdir. X39 Molla Cümə küçəsində saxlamışlar. Heydərov Xəlili saxladıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə sonuncunun üzərindən iki büküm narkotik vasitə olan metamfetamin aşkar etmişlər. Heydərov Xəlilə qarşı tərəflərindən təzyiq olmamışdır. Heydərov Xəlil özünü səmimi aparmış, onlara heç bir müqavimət göstərməmişdir. Xəlilin barəsində məlumat narkotik vasitənin satışı ilə bağlı olmuş, lakin sonradan sonuncunun narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən edə bilməmişlər. Şəxsi axtarış zamanı müdafiəçi dəvət etmişlər. Heydərov Xəlil saxlanılan zaman onlara heç bir müqavimət göstərməmiş, Heydərov Xəlili saxladıqları yerdə sonuncunun üzərinə baxış keçirməmişlər. Çünki orada əlverişli şərait olmamışdır. Orada insanlar çox olmuş, avtomobillər olmuşdur. Xəlilin üzərindən şəxsi axtarış zamanı mobil telefon və saat da çıxmışdır.

36. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, konkret olaraq şəxsə yalnız vizual baxış keçirməklə narkoman olub-olmamasını müəyyən etmək mümkün olmur. Onlar şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkib-çəkməməsini müəyyən etmək üçün şəxsin amnestik məlumatlarını toplayırlar. Onun 32 illik peşə təcrübəsi mövcuddur. Yalnız şəxsin narkotik təsiri altında olduğu hallarda, şəxsə vizual baxış keçirməklə diaqnoz qoymaq mümkün olur. Şəxs narkotik təsiri altında olduğu hallarda davranışları qeyri-adekvat olur. Qeyri-adekvat davranışlar dedikdə, şəxsin qarşısına qoyulan suallara məntiqsiz cavab verməsi, özünü və ətrafı tənqid bacarığının zəifləməsi və s. hallar başa düşülür. Təqsirləndirilən şəxsi və sonuncunun anket məlumatlarını hazırda xatırlamamışdır. Təqsirləndirilən şəxs narkoloji analizdən keçirilmişdir. Sonuncunun sidik analizində metamfetamin və morfin mənşəli narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin qarşısına qoyulan suallara cavab olaraq sonuncu təxminən 5-6 aydır metamfetamin istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsdən analiz nümunəsi götürülən anda sonuncu narkotik vasitə təsiri altında olmamışdır. Metamfetaminin təsir müddəti 6 saat ilə məhdudlaşır. Sidik analizi vasitəsilə şəxsin son 5-7 sutkada metamfetamin istifadə edib-etmədiyi bəlli olur. Metamfetaminin konkret təsir müddəti şəxsin orqanizminin xüsusiyyətlərinə və istifadə olunan narkotik vasitənin miqdarına görə dəyişə bilir. İlk növbədə şəxs istintaq-təhqiqat orqanları tərəfindən saxlanıldıqdan sonra laboratoriya analizi götürülür. Sonra şəxsin barəsində amnestik məlumatlar toplanılır. Daha sonra şəxs dindirilir və verilən suallara cavab verir. Həkim-ekspert komissiyası cinayət işi materialları ilə tanış olduqdan sonra, yekun rəy verilir. Məcburi müalicənin müddəti 6 aydan 2 ilə qədərdir. Qan analizi vasitəsilə şəxsin son 3-5 sutkada, sidik analizi vasitəsilə şəxsin son 5-7 sutkada, saç tükündən götürülmüş analiz vasitəsilə isə şəxsin son 01 il ərzində metamfetamin istifadə edibetmədiyi məlum olur. Şəxsin sidik analizinin cavabının pozitiv olması və şəxsin etirafedici ifadəsi, sonuncunun həqiqətən narkotik istifadəçisi olması üçün nəticəyə gəlməyə əsas verir. Narkomaniya xəstəliyinin dərəcələri olmur. Onlar sadəcə olaraq ambulator narkoloji ekspertiza keçirmişlər. Semantikanı onlar müəyyən etməmişlər. Onlar həm ekspertiza keçirmişlər, həm də amnestik məlumatları toplamışlar. Narkomaniya xəstəliyi və narkoloji analiz fərqli anlayışlardır. Ola bilər ki, şəxsdən analiz nümunəsi götürüldüyü anda və yaxud həmin andan əvvəlki son vaxtlarda şəxs narkotik istifadə etməsin və analizin cavabı negativ olsun. Lakin bu şəxsin əvvəllər narkotik istifadə etmədiyini sübuta yetirmək üçün kifayət deyil. Əgər şəxs müntəzəm olaraq 02 il müddətə narkotikdən imtina edərsə, bu zaman narkotik istifadəsi zamanı yaranmış bütün aludəçilik simptomları yox olur.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

37. Təqsirləndirilən şəxs X21 məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 24 may 2024-cü il tarixdə gecə saat 12:00 və 12:15 radələrində övladını 39 nömrəli məktəbdən götürməyə getmişdir. Bu zaman onu Nərimanov rayonunda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 4 nəfər polis əməkdaşı qabağını kəsərək səs-küy çıxarmamasını, polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getməli olduğunu demişlər. O da polislərlə birlikdə İdarəyə gedərkən uşağını götürmək üçün məktəbə getməli olduğunu polislərə bildirmişdir. Polislər də ona uşağını məktəbdən götürməyi sonra yoluna qoyacaqlarını demişlər. Onu polislər İdarəyə sürüdə-sürüdə aparmışlar. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 5-ci mərtəbəsində şöbə rəisinin otağına aparmışlar. Həmin otaqda onu danışdırmamış döyməyə başlamışlar. Ona qarşı işgəncə tətbiq etmişlər. O da nəyin baş verdiyini bilməmişdir. Bütün bu işgəncələrdən sonra stolun üzərinə 2 bükün narkotik qoyaraq həmin narkotiki boynuna götürməsini bildirmişlər. Həmin narkotiki boynuna götürmədiyi təqdirdə ailə üzvlərindən də narkotik çıxardacaqlarını bildirərək onu təhtid etmişlər və ona qarşı nalayiq ifadələr işlətmişlər. O, polislərdən nəyə görə tutulduğunu soruşurmuş, çünki nə baş verdiyini bilməmişdir. Müstəntiq ona demişdir ki, o dövlətə qarşı çıxaraq əvvəlki iş üzrə kompensasiya verilməsini tələb etmişdir. O da onlara cavabında kompensasiyanı dövlətə qarşı çıxaraq tələb etmədiyini, həmin kompensasiyanın ona verilməsinin dövlətin təyin etdiyi hakim tərəfindən ona müəyyən edildiyini, bunu özbaşına istəmədiyini bildirmişdir. Müstəntiq ona həmin kompensasiya məbləğini istəməməli olduğunu bildirmişdir. O da müstəntiqə 2020-ci ildə 1 il 1 ay haqsız yerə həbs olunduğunu, ailəsinin və uşaqlarının qorxu içərisində qaldığını, daim işgəncə altında qaldığını, buna görə də kompensasiya tələb etdiyini bildirmişdir. Onun ikinci dəfə həbs edilməsinin əsl səbəbi kompensasiya tələb etməsi olmuş, bütün məsələ bunun üzərində qurulmuşdur. Onun sol gözü əlil olmuş, heç bilməmişdir ki, sənədlərə nə yazılmışdır, çünki ona polislər işgəncə vermişdir. Buna görə də sənədlərə qol çəkərək polislərin dedikləri ilə razılaşmışdır. Sonra isə, onu ekspertizaya aparmışlar, ekspertiza rəyində göstərilmişdir ki, guya o həmin vaxt halsız olmuş, yalan danışmağa meyilli olmuşdur. Onun haqqında belə bir məsələlər yazılmışdır. O, məhkəmə istintaqı zamanı barəsində ev dustaqlığı seçildikdən sonra DTX-nin hospitalında öz vəsaiti hesabına analiz vermişdir. Həmin analizin cavabından da görünmüşdür ki, onun qanından heç bir narkotik vasitəyə xas əlamət aşkar edilməmişdir. O, heç vaxt narkotikdən istifadə etməmiş, hər zaman narkotikə qarşı olmuşdur. Hər zaman cəmiyyətdə sağlamlığın mühüm olduğunu təbliğ etmişdir. Onu elə bir vəziyyətə salmışlar ki, hər an tutulmaq təhlükəsi yaşamışdır. Onun üçün belə problemlər yaradılmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotiklə ittiham olunmuşdur. Lakin məhkum olunmamışdır, çünki həmin işdən bəraət almışdır. Həmin vaxt da polislər evinə zorla girərək başına silah dirəmişlər. Atasını da, qardaşını da tutmağa çalışmışlar. Bütün bunları gördüyünə görə, polislərin hazırkı iş üzrə dedikləri ilə razılaşmışdır. Ona qarşı qanunsuz hərəkətlərin səbəbi bu olmuşdur, polislər kompensasiya istəməməli olduğunu demişlər. O, ev dustaqlığına çıxdıqdan 2 ay sonra tibbi müayinədən keçmişdir. İbtidai istintaq zamanı ittihamı qəbul etmişdir, çünki polislər onu döymüşlər. Polislər tərəfindən döyüldüyü zaman şikayət etməmişdir. Ev dustaqlığına çıxdıqdan sonra şikayət etmişdir. Həbsdə olan zaman şikayət etməmişdir, çünki qardaşını, atasını fikirləşmiş, atası ilə qardaşının da tutulmağından ehtiyat etmişdir. O, hələ də qorxur ki, onlar tutula bilər. Sanskiya məhkəməsinə çıxarıldığı zaman bildirmişdir ki, narkotikdən istifadə etmişdir. Məhkəmədə ona qarşı heç bir təzyiq olmamışdır. Ona BMCMİ-nin işçiləri nə deməli olduğunu demişlər. Çünki onu yenidən BMCMİ-nə aparmışlar, sonra isə, onu Bakı İstintaq Təcridxanasına aparmışlar. Ona elektron nəzarət vasitəsi tətbiq edilməmişdir. Polis bölməsindən ona demişlər ki, gündəlik gələrək qol çəkmək lazımdır, ona belə nəzarət edilmişdirlər. Əvvəllər heç vaxt narkotik istifadə etməmişdir. Cinayət işi əvvəlki hakimdə olan zaman şikayətləri olmuş, lakin ona şablon cavablar verilmiş, hər dəfə deyilmişdir ki, araşdırma aparılır, ona məlumat veriləcək. O, həbs edildikdən sonra mobil telefonu valideyninə qaytarılmışdır. Polis İdarəsində onu yuxarı mərtəbədə bir otağa salmışlar, həmin otaqda ona qarşı zor tətbiq etmişlər. Ona qarşı nalayiq ifadələr işlədilmişdir. 2020-ci ildə də ibtidai istintaq orqanı tərəfindən tutulmuş, eyni hadisələr onun başına gəlmişdir. Gecə yatdığı yerdə polislər evinə girmişlər, başına silah dayayaraq, atasını və qardaşını həmin vaxt da tutmuşlar. Buna görə də hazırkı işlə razılaşmış, nə olursa, olsun onun başına gəlməyi ilə razı olmuş, təki ailə üzvlərinin başına heç bir iş gəlməsin deyə düşünmüşdür. O, gözdən əlil olmuş, nəyi imzaladığını görməmiş, onun qarşısna ağır şərtlər qoymuşlar, buna görə də razılaşmışdır.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

38. Maddə 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

39. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

40. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

41. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

42. Maddə 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir.

43. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

44. Maddə 59.2 cəza təyin edilərkən Bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

45. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

46. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

47. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

48. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

49. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

50. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, həmçinin ev dustaqlığında olduğu müddət həbsdə saxlama müddətinə daxildir.

51. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

52. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

53. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

54. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

55. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

56. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

“Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” Qaydası

57. Qaydaların 3.2-ci bəndi. Məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə tətbiq oluna bilməz.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı

58. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

59. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

60. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin presedent hüququ:

61. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

62. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, X3 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır.

63. Məhkəmə istintaqında X21 ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə psixotrop maddə metamfetaminə aidiyyətinin olmamasını, narkotik vasitə istifadə etmədiyini, polis əməkdaşlarının psixoloji və fiziki təzyiqinə məruz qalmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində külli miqdarda psixotrop maddə metamfetamin olmamasını, psixoloji təzyiq nəticəsində ona aid olmayan maddənin ona məxsus olmasını etiraf etməsini bildirmişdir.

64. X9 üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılan zaman ibtidai istintaq orqanı tərəfindən onun müdafiə hüququ pozulmamış, onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan psixotrop maddəni üzərinə götürməsi ilə bağlı edilən təzyiqlər barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq bu barədə yalnız məhkəmə istintaqı zamanı mövqe bildirmişdir.

65. Bundan başqa təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, təqsirləndirilən şəxs X21 məhkəmə iclasında 5-6 aydır ki, patı istifadə etdiyini, psixotrop maddəni evinin yaxınlığında tapdığını bildirmiş və onun barəsində həbs qətimkan tədbiri seçilməməsini xahiş etmişdir. O hazırda məhkəmədə ifadəsində göstərdiyi heç bir hal barədə məhkəməyə məlumat verməmişdir.

66. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

67. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (qərarın 53-cü bəndi) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

68. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 45,46,49-cu bəndləri).

69. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, X21 bundan əvvəlki ittiham olunduğu cinayət işi üzrə təqsirsiz hesab edilərək barəsində bəraət hökmü çıxarılması, həmçinin pozulmuş hüquqlarının bərpası ilə bağlı kompensasiya almasına baxmayaraq ibtidai istintaq orqanının əvvəlki cinayət işi üzrə olduğu kimi, təkrar olaraq ona qarşı saxta ittiham irəli sürməsi, onun saxlanılan zaman fiziki və psixoloji təzyiqə məruz qalmasını və ailə üzvlərini qorumaq üçün törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur olması ilə bağlı arqumentlərinə tənqidi yanaşaraq onları inandırıcı hesab etmir. Məhkəmə bu mövqeyini onunla əsaslandırır ki, Xəlil Heydərovun barəsində əvvəllər eyni məzmunlu cinayət işi üzrə bəraət hökmünün çıxarılması nəinki onda ədalət mühakiməsinin qərəzsiz və obyektivliyinə inam yaratmalı, eyni zamanda müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman psixotrop maddənin özünə aid olmadığını, fiziki və psixoloji işgəncələrə məruz qaldığını, xüsusilə də barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmə nəzarəti qaydasında baxılarkən ədalət mühakiməsinə yaranmış inamdan qaynaqlanaraq məhkəmədə həqiqəti söyləmək cəsarətini göstərməli idi.

70. Digər tərəfdən Heydərov Xəlil son sözündə qardaşının özü ilə birlikdə tutulduğu və onun azad olmasını təmin etmək üçün ona irəli sürülən ittihamı qəbul etməyə məcbur olduğunu bildirmişdir. Halbuki məhkəmə istintaqı zamanı o, qardaşının da özü ilə birlikdə tutulmasını, onun azad olunması üçün cinayət törətməsinə dair ittihamları qəbul etməyə məcbur olduğunu bildirməmiş, o, əvvəlki ifadəsindən fərqli məzmunda ifadə verməklə məhkəmədə səmimi olmasına dair əsaslı şübhə yaratmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, X21, bir dəfə barəsində olan cinayət işi üzrə barəsində bəraət hökmü çıxarılmasını və kompensasiya almasından istifadə edərək hazırki cinayət işi üzrə məsuliyyətdən yayınmağa çalışır.

71. Azərbaycan Respublikası Dövlət Təhlükəsiz Xidməti Hərbi-Tibb Baş İdarəsi Mərkəzi Laboratoriyası tərəfindən verilmiş X7 xx.xx.2024-cü il tarixdə götürülmüş qan və sidik analizlərinin nəticəsində heç bir narkotik, psixotrop və güclü təsiredici maddə aşkar edilməmiş, həmçinin məhkəmənin sorğsuna cavab olaraq narkotik vasitələrin birdəfəlik istifadə zamanı qanda 1-3 gün, sidikdə 4-7 gün, xronik istifadəçilərdə son istifadədən qanda 4-7 gün, sidikdə isə 10-14 gün ərzində aşkar oluna bildiyi qeyd olunmuşdur. (qərarın 34-cü bəndi)

72. X7 25 may 2024-cü il tarixdə götürülmüş sidik nümunəsində MOP(+), MET(+) aşkar edilməklə narkomaniya xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. ( qərarın 23-cü bəndi)

73. Məhkəmə kollegiyası müdafiə tərəfinin təqdim etdiyi laboratoriya nəticələrinə dair sənədləri tətqiq edərək hesab edir ki, Xəlil Heydərov xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış və həmin tarixdən sadəcə 01 gün sonra ondan götürülmüş sidik nümunəsi əsasında narkotik və psixotrop tərkibli maddə qəbul etməsi, narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunmuşdur. Narkotik vasitələrin birdəfəlik istifadə zamanı sidikdə 4-7 gün, xronik istifadəçilərdə son istifadədən sidikdə isə 10-14 gün ərzində saxlanıldığını və şəxsin xx.xx.2024-cü il tarixdə verdiyi qan və sidik nümunələrinin götürüldüyü zaman artıq onun saxlanılmasından 4 aydan çox müddət keçməsini nəzərə alaraq, məhkəmə xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X31 Şəxsi Ambulator X2 daxil olmuş 3710 nömrəli rəyini əsas sübut hesab edir və qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsiz Xidməti Hərbi-Tibb Baş İdarəsi Mərkəzi Laboratoriyası tərəfindən verilmiş X7 xx.xx.2024-cü il tarixdə götürülmüş qan və sidik analizlərinin nəticəsi həmin rəyin mötəbərliyini təkzib edən sübut kimi qiymətləndirilə bilməz.

74. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 45-ci bəndi).

75. X9 təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

76. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 39,40,41,43,44-cü bəndləri).

77. Məhkəmə tərəfindən X9 himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqlarının olması, həmçinin üçüncü dərəcə əlilliyinin olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir.

78. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, X11 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində ən aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

79. X11 təyin olunmuş azalıqdan məhrum etmə cəzansının çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 42-ci bəndi).

80. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, X21 xx.xx.2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2024-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı və ev dustaqlığında olduğu üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 50 və 51-ci bəndləri).

81. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs X9 cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o məhkəmə iclas zalından dərhal həbs edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

82. Həmçinin məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən X10 asılılıq sindromu vardır və məcburi müalicəyə ehtiyacı vardır. Lakin o, İİİ dərəcəli müddətli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. (qərarın 57-ci bəndi)

83. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

84. İş üzrə maddi sübut olan, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 8,871 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 48-cı bəndi).

85. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs X34 tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 52-ci bəndi).

86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 03 (üç ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin.Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə pofilaktik olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 8,871 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilsin, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar