Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-437/2020 05.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi x5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru x3 və müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 13 avqust 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsi, ev 16 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır: belə ki, o, 16 oktyabr 2019-cu il tarixdə saat 03:40-da ünvan 1 ünvanın qarşısında Qaradağ RPİ-nin ƏÇPA-nın 10-cu bölüyünün polis nəfərləri tərəfindən özünü şübhəli apardığı üçün saxlanılmış, Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən 1 ədəd qara rəngli pul qabının içərisindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 7,423 qram, 0,225 qram, 0,082 qram olmaqla ümumi təmiz çəkisi - 7,73 qram külli miqdarda heroin narkotik vasitəsi, bir ədəd kibrit qutusundan təmiz çəkisi - 3,882 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi, tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən bir ədəd dairəvi həb formasında metadon narkotik vasitəsi və bir ədəd bükümdə təmiz çəkisi - 0,671 qram olan metamfetamin psixotrop maddəsinin aşkar edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələri satış məqsədi ilə deyil şəxsi istifadə üçün əldə etdiyindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirpl bilir, belə ki, həbs edilməmişdən əvvəl “Gənclik Mall” ticarət mərkəzində aşbaz işləmiş, narkotik aludəçisi olmuş, təxminən 2019-cu ilin yaz aylarından narkotik vasitələrdən istifadə etməyə başlamış, narkotik vasitə lazım olduqda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “on minlik” adlanan ərazidə ləqəbi “Əmi” olan Rasim İbrahimovdan öz istifadəsi üçün bir dəfəlik narkotik vasitələr almış, bu kimi halın isə təxminən bir və ya iki dəfə baş vermiş, tutulmamışdan təxminən beş gün qabaq yenidən Lökbatan qəsəbəsində “on minlik” adlanan əraziyə gedərək “Əmi” ləqəbli Rasim İbrahimovdan öz istifadəsi üçün, satış məqsədi olmadan narkotik vasitələr olan bir kibrit qutusunda qurudulmuş marixuana, üç bükümdə heroin, bir bükümdə metamfetamin və bir ədəd həb formasında metadon almış, pulu olmadığı üçün narkotik vasitələrin pulunu verə bilməmiş, Rasim İbrahimovdan mütəmadi olaraq narkotik vasitələr aldığından Rasimin ona etimadı yarandığından narkotik vasitələri ona nisiyə satmasına razı olmuş, ayın sonu maaşını aldıqda bütün narkotik vasitələrin ümumi pulu olan 300 manatı Rasimə verəcəyinə söz vermiş, onlar razılığa gəlmişlər, qeyd edilən maddələri özünə məxsus qara rəngli dəri materialı olan pul qabının içərisinə qoyaraq əynində olan göy rəngli cins şalvarın arxa sol cibində saxlayıb oradan uzaqlaşıb birbaşa yaşadığı evə getmiş, aldığı narkotik vasitələrdən bir qismini istifadə etmiş, qalan hissəsi əynində olan göy rəngli cins şalvarın cibində qalmış, evdə narotik vasitələrdən istifadə etməsini bilməmələri üçün həmin narkotik vasitələri daim üzərində gəzdirmiş, 16 oktyabr 2019-cu il tarixdə gecə saatlarında onunla qonşuluqda yaşayan Asif Qarayevin yaşadığı evin həyətindən səs-küy gəldiyini eşitmiş, dərhal Asifin yaşadığı evə getmiş, həyətdə polis əməkdaşlarının olduğunu görmüş, geri qayıdan zaman polis əməkdaşları onu çağıraraq saxlamışlar, özünü şübhəli apardığı üçün polis əməkdaşları ondan üzərində qadağan olunmuş hansısa bir maddə və ya əşya olub-olmamasını soruşmuşlar, o, cibində olan siqaret qutusunu polis əməkdaşlarına təqdim etmiş, həmin vaxt üzərində istifadəsi üçün aldığı və saxladığı narkotik vasitələr olduğundan qaçaraq oradan uzaqlaşmaq istəmiş, polis əməkdaşları onu saxlayaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər, polis böməsində olan zaman üzərinə baxış keçirilməsi üçün əvvəllər tanımadığı iki nəfər hal şahidi və hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına vəkil Müşfiq Şirinov dəfət edilmiş, bundan sonra Polis bölməsində polis əməkdaşlarının, hal şahidlərinin və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış keçirilməmişdən qabaq ona hüquq və vəzifələri izah olunmuş, baxış zamanı o, əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən qara rəngli içərisində 1 ədəd üzərində “Mother Land” yazısı olan kibrit qutusu, 2 ədəd şəffaf rəngli sellofan, 1 ədəd qəhvəyi rəngli həb, 1 ədəd ağ rəngli kağız, 1 ədəd qara rəngli dəri pul qabı aşkar edilmiş, göy rəngli şalvarın sağ cibindən üzərində “Winchester” yazısı olan içərisində 5 ədəd siqaret 1 ədəd bükülmüş gümüşü kağız aşkar olunmuş, baxış zamanı 1 ədəd qara rəngli dəri pul qabının içərisindən 1 ədəd kibrit qutusun içərisində spesifik iyə malik qurudulmuş ot, şəffaf selofanın içərisində spesifik iyə malik qəhvəyi rəngli kimyəvi maddə, şəffaf rəngli selofan içərisində spesifik iyə malik ağ rəngli kimyavi maddə, konfet kağızın içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə, ağ rəngli kağızın içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə olduğu müəyyən olunmuş, onunla aparılmış şifahi sorğusual zamanı o, həmin maddələrin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri tutulmamışdan 5 gün qabaq, yəni 11 oktyabr 2019-cu il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “on minlik” adlanan yerdən 300 manat müqabilində “Əmi” ləqəbli Rasim İbrahimovdan aldığını bildirmiş, bundan başqa əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən çıxan “Winchester” markalı siqaretin içərisindən narkotik vasitə aşkar edilməmiş, beləliklə baxış tam başa çatdıqdan sonra polis əməkdaşları tərəfindən üzərindən aşkar olunan narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış, tərtib olunmuş protokolla tanış olduqdan sonra imzalayaraq doğruluğunu təsdiq etmişdi. Üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsəd ilə deyil öz şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni özünü müdafiə xarakterli hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin x13 Alayının 10-cu polis bölüyünün polis nəfəri Şahid1 Lütfiyar oğlu ifadə verərək göstərmişdir ki, 16 oktyabr 2019-cu il tarixdə 6 saylı piyada marşurutunda polis nəfəri Şahid2 ilə birlikdə xidməti vəzifəsini yerinə yetirərkən Lökbatan qəsəbəsi, R.Salmanov küçəsində bir nəfər şəxsin qaranlıq bir yerdə dayanıb siqaret çəkdiyini görmüş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədin üzərində olub-olmadığını soruşduqda həmin şəxs üzərində şəxsiyyəti təsdiq edən heç bir sənədin olmadığını demiş, küçədə yerləşən evin həyətinə qaçıb evə daxil olmuş, bir dəqiqə keçməmiş yenidən küçəyə çıxıb onlara yaxınlaşmış, hansı səbəbə görə qaçdığını xəbər alarkən həmin şəxs ona sərxoş olduğunu və polisdən qorxduğu üçün qaçdığını bildirmiş, daha sonra həmin şəxs özünü təqdim edib onları həyətə dəvət etmiş və evin həyətində onlarla söhbət etməyə başlamış, həmin vaxt başqa bir nəfər şəxs həyətə girmiş, həyətdən çıxan zaman onlar köməyə çağırdığı 9605 radio çağırışlı avtopatrul ekipajının köməyi ilə həmin şəxsi saxlamış, ondan üzərində qanunla qadağan olunmuş hansısa bir əşyanın olub-olmamasını soruşmuşlar, həmin şəxs üzərində şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu demiş, həmin şəxsləri 10-cu Polis bölməsinə dəvət edib bölməyə təhvil vermişlər, bölmədə həmin şəxslərin x7 və Təqsirləndirilən şəxs olduğu məlum olmu, daha sonra iki nəfər hal-şahidləri dəvət edilmiş və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa başlanılmış, yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılaraq üzərində qanunla qadağan olunmuş əşyalar, narkotik vasitələr və ya digər qadağan olunmuş maddələr olduğu halda təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən qara rəngli içərisində 1 ədəd üzərində “Mother Land” yazısı olan kibrit qutusunu, 2 ədəd şəffaf rəngli sellofan, 1 ədəd qəhvəyi rəngli həb, 1 ədəd ağ rəngli kağız, 1 ədəd qara rəngli dəri pul qabını təqdim etmiş, göy rəngli şalvarın sağ cibindən üzərində “Winchester” yazısı olan içərisində 5 ədəd siqaret, 1 ədəd bükülmüş gümüşü kağız aşkar olunmuş, baxış zamanı 1 ədəd qara rəngli dəri pul qabının içərisindən 1 ədəd kibrit qutusun içərisində spesifik iyə malik qurudulmuş ot, şəffaf selofanın içərisində spesifik iyə malik qəhvəyi rəngli kimyəvi maddə, şəffaf rəngli sellofan içərisində spesifik iyə malik ağ rəngli kimyəvi maddə, konfet kağızının içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə, ağ rəngli kağızın içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə olduğu müəyyən olunmu, Təqsirləndirilən şəxs ilə aparılmış şifahi sorğu-sual zamanı sonuncu həmin maddələrin narkotik vasitə olduğunu bildirmiş, daha sonra onun üzərində ətraflı yoxlama aparılmış, lakin qanunla qadağan olunmuş başqa heç bir şey aşkar edilməmiş, bundan sonra Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Hüseyn Məmmədov tərəfindən aşkar olunmuş maddələr zərfə qoyularaq üzəriləri möhürlənmiş, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol onunla yanaşı digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin x13 Alayının 10-cu polis bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 16 oktyabr 2019-cu il tarixdə saat 3 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 10-cu Polis bölməsinin yanından keçərkən bir nəfər polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim edərək Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nin əməkdaşı olduğunu bildirmiş, tərəflərindən şübhəli şəxs qismində saxlanılmış bir nəfərin üzərində yoxlama aparılarkən həmin yoxlamada iştirak etməsini xahiş etmiş, o, polis əməkdaşına etiraz etməmiş, birlikdə 10-cu polis bölməsinin inzibati binasına gəlmiş, həmin vaxt bölməyə baxışda iştirak etmək üçün daha bir nəfər Qasım adlı şəxs hal şahidi qismində dəvət edilmiş, orada ona hal şahidinin hüquqları izah olunmuş, daha sonra polis əməkdaşı şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa başlamış, yoxlama başlamazdan əvvəl polis əməkdaşı Təqsirləndirilən şəxs ilə sorğusual aparıb üzərində qanunla qadağan olunmuş əşyalar, narkotik vasitələr və ya digər qadağan olunmuş maddələrin olub-olmamasını soruşmuşlar, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən qara rəngli içərisində 1 ədəd üzərində “Mother Land” yazısı olan kibrit qutusunu, 2 ədəd şəffaf rəngli sellofan, 1 ədəd qəhvəyi rəngli həb, 1 ədəd ağ rəngli kağız, 1 ədəd qara rəngli dəri pul qabını təqdim etmiş, göy rəngli şalvarın sağ cibindən üzərində “Winchester” yazısı olan içərisində 5 ədəd siqaret və 1 ədəd bükülmüş gümüşü kağız aşkar olunmuş, baxış zamanı 1 ədəd qara rəngli dəri pul qabının içərisindən 1 ədəd kibrit qutusun içərisində spesifik iyə malik qurudulmuş ot, şəffaf sellofanın içərisində spesifik iyə malik qəhvəyi rəngli kimyəvi maddə, şəffaf rəngli sellofan içərisində spesifik iyə malik ağ rəngli kimyəvi maddə, konfet kağızının içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə, ağ rəngli kağızın içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs ilə aparılmış şifahi sorğu-sual zamanı sonuncu həmin maddələrin narkotik vasitə olduğunu bildirmiş, daha sonra onun üzərində ətraflı yoxlama aparılmış, lakin qanunla qadağan olunmuş başqa heç bir şey aşkar edilməmiş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual aparılarkən sonuncu həmin maddələrin heroin, metadon, qurudulmuş marixuana və metamfetamin olduğunu bildirmiş, həmçinin qeyd edilən maddələri Lökbatan qəsəbəsində “on minlik” adlanan ərazidə “əmi” ləqəbi ilə tanınan “Rasim” adlı şəxsdən aldığını demiş, daha sonra aşkar olunmuş maddələr polis əməkdaşı tərəfindən zərfə qoyularaq üzəri möhürlənmiş, bununla bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. İbtidi istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 Şahid4 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan Qaradağ RPİ-nin 10-cu Polis bölməsinin təhqiqatçısı x6 tərəfindən tərtib edilmiş 16 oktyabr 2019-cu il tarixli “şəxsi axtarış və götürülmə haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən qara rəngli içərisində 01 ədəd üzərində “Mother Land” yazısı olan kibrit qutusunu, 02 ədəd şəffav rəngli sellofan, 01 ədəd qəhvəyi rəngli həb, 01 ədəd ağ rəngli kağız, 01 ədəd qara rəngli dəri pul qabını təqdim etmişdir. Göy rəngli şalvarın sağ cibindən üzərində “Wınchester” yazısı olan içərisində 05 ədəd siqarət və 01 ədəd bükülmüş gümüşü kağız aşkar olunmuşdur. Baxış zamanı 01 ədəd qara rəngli dəri pul qabının içərisindən 01 ədəd kibrit qutusun içərisində spesifik iyə malik qurudulmuş ot, şəffav selofanın içərisində spesifik iyə malik qəhvəyi rəngli kimyəvi maddə, şəffav rəngli sellofan içərisində spesifik iyə malik ağ rəngli kimyavi maddə, konfet kağızının içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə, ağ rəngli kağızın içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olduğunu və öz istifadəsi üçün Lökbatan qəsəbəsi 6-cı massivdə yaşayan Rasim adlı şəxsdən alıdğını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər içində olan maddə ilə birlikdə zərfə qoyularaq Ədliyyə Nazirliyinin Ekpsertizasına göndərilməsi üçün DİN-in 42 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. İşdə olan Qaradağ RPİ-nin 10-cu Polis bölməsinin təhqiqatçısı x6 tərəfindən tərtib edilmiş 16 oktyabr 2019-cu il tarixli “şəxsi axtarış və götürülmə haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən qara rəngli içərisində 1 ədəd üzərində “Mother Land” yazısı olan kibrit qutusunu, 2 ədəd şəffav rəngli sellofan, 1 ədəd qəhvəyi rəngli həb, 1 ədəd ağ rəngli kağız, 1 ədəd qara rəngli dəri pul qabını təqdim etmiş, göy rəngli şalvarın sağ cibindən üzərində “Winchester” yazısı olan içərisində 5 ədəd siqaret və 1 ədəd bükülmüş gümüşü kağız aşkar olunmuş, baxış zamanı 1 ədəd qara rəngli dəri pul qabının içərisindən 1 ədəd kibrit qutusun içərisində spesifik iyə malik qurudulmuş ot, şəffaf selofanın içərisində spesifik iyə malik qəhvəyi rəngli kimyəvi maddə, şəffaf rəngli sellofan içərisində spesifik iyə malik ağ rəngli kimyavi maddə, konfet kağızının içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə, ağ rəngli kağızın içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olduğunu və öz istifadəsi üçün Lökbatan qəsəbəsi 6-cı massivdə yaşayan Rasim adlı şəxsdən alıdğını bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər içində olan maddə ilə birlikdə zərfə qoyularaq Ədliyyə Nazirliyinin Ekpsertizasına göndərilməsi üçün DİN-in 42 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 16 oktyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Zeynallı...” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi – 3,882 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 7,423 qram, 0,225 qram, 0,082 qram; ümumi təmiz çəkisi – 7,73 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, bir ədəd bükümdə təmiz çəkisi – 0,671 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir və 1 ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon adlı dərman preparatıdır (metadon adlı preparat Azərbaycan Respublikasının ərzisində məhdutlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir); həbin təsiredici maddəsinin ümumi miqdarı – 0,04 qramdır; marixuananın təmiz çəkisi – 3,882 qram, tədqiqata sərf olundu – 0,03 qram, qalıq – 3,852 qramdır; heroinin ümumi çəkisi – 7,73 qram, cəmi tədqiqata sərf olundu – 0,1 qram, qalıq – 7,63 qramdır; metamfetaminin təmiz çəkisi – 0,671 qram, tədqiqata sərf edildi – 0,05 qram. qalıq – 0,621 qramdır; metadon 1 həb, tədqiqata sərf edildi yarım həb, qalıq yarım həb (1-ci cild iş vərəqi 31, 34-37). İşdə olan maddi sübut kimi tanınma haqqında 18 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş heroin narkotik vasitəsinin ilkin təmiz çəkisi ayrı-ayrılıqda 7,423 qram, 0,225 qram, 0,082 qram olmaqla ümumi təmiz çəkisi – 7,73 qram, qurudulmuş marixuananın təmiz çəkisi – 3,882 qram, metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram, sayı 1 həb, metamfetamin psixotrop maddəsinin isə təmiz çəkisi – 0,671 qram hesab olunmuş, ekspertiza tədqiqatına istifadə olunan hissə çıxılmaqla 7,63 qram qalmış heroin narkotik vasitəsi, 3,852 qram qalmış qurudulmuş marixuana narkotik vasitəsi, yarım həb qalmış metadon narkotik vasitəsi və 0,621 qram qalmış metamfetamin psixotrop maddəsinin, eləcə də həmin maddələrin gizlin saxlanıldığı 1 ədəd dəri materialdan olan pul qabı və 1 ədəd kibrit qutusu əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, məhkəmənin yekun qərarına və ya hökmünə kimi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (1-ci cild iş vərəqi 143-145). İşdə olan 16 oktyabr 2019-cu il tarixli “təxirəsalınmaz axtarış və götürmə aparılması barədə” qərardan görünür ki, x4 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi 11 saylı evdə axtarış aparılmışdır. Axtarış zamanı evin mətbəxtində olan mebelin ikinci gözün içərisindən həblər olan kiçik sellofan büküm, eləcə də yaşıl rəngli parça kəsiyinin içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmiş, daha sonra mənzilə girişdən sağ tərəfdə mebel kimi yığılmış arakəsmədə yerləşən mebelin ikinci gözündən siqaretin gümüşü kağızına bükülmüş marixuanaya bənzər kütlələr aşkar olunmuş, bundan sonra dəhlizdə yerləşən güzgülü mebelin gözündən bir ədəd avtomat gülləsi aşkar olunaraq götürülmüş, evin yataq otağına daxil olduqda orada olan mebelin gözündən şəffaf göy rəngli sellofan paket aşkar olunmuş, həmin paket açıldıqda içərisində açıq şəkildə marixuanaya bənzər kütlələr və həmin paketin içərisində ağ şəffaf içərisində marixuanaya oxşar kütlə aşkar edilmiş, şkafın həmin gözündən göy rəngdə, üzərində “Samuray” yazısı olan sellofan paket aşkar olunmuş, onun içərisində marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmiş, şkafın həmin gözündən üzərində “Note” yazısı olan qara rəngli sellofan paketin içərisindən qara rəngdə sərt kristal formalı tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüş, şkafın həmin gözündən 8 ədəd metadon 40 mq preparatı paketi aşkar olunaraq götürülmüş, şkafın həmin gözündən iki ədəd kibrit qutusunun içərisində marixuanaya bənzər kütlələr və şkafda olan qara gödıkcənin sol yan cibindən içərisində metadon həblərinə bənzər kütlələr olan sellofan paket aşkar olunmuşdur (1-ci cild iş vərəqi 78-96). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 22 oktyabr 2019-cu il tarixli 26340 nömrəli ekspert rəyindən görünür ki, Rasim İbrahimovdan götürülmüş: - 1( bir) ədəd üzərində “Note” yazısı olan qara rəngli polietilen paketin içərisində, təmiz çəkisi 295,719qr tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; 2 (iki) ədəd polietilen bükümlərdə 14 və 50 ədəd, ümumi 64 ədəd, üzərilərində “F/M40” yazısı həkk olunmuş dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır; 8 ( səkkiz) ədəd zavod üsulu ilə qablaşdırılmış üzərində “Methadone 40” yazısı olan qutularda, 62 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumi 620 ədəd, üzərlərində “ F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır. Beləliklə, ümumi 684 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 27,36 qr təşkil edir (bir həbdə 0,04qr metadon olunmaqla) Metadon tərkibli dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahisına daxildir; 1 (bir) ədəd yaşıl rəngli parça kəsiyinin içərisindəki, təmiz çəkisi 14,844 qr açıq qəhvəyi rəngli maddə kütləsinin təkibində narkotik və psixotrop maddələrin komponentləri yoxdur və həmin kütlə narkotik ya psixotrop maddələrə aid deyildir; -3 (üç) ədəd konvalyutda, üzərində “Vezikar” yazısı olan dərman preparatı ’’Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nazərət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursolarların” siyahılarına və “ Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına daxil deyildir. Rasim İbrahimovdan götürülmüş metadon tərkibli həblər və Təqsirləndirilən şəxs götürülmüş metadon tərkibli həb (16 oktyabr 2019-cu il tarixli 24998/26000 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibinə təsiredici maddəsinin miqdarına görə eynidirlər; tiryəkin təmiz çəkisi: 295,719 qram, sərf edildi: 0,1 qram, qalıq: 295,619 qram, 684 ədəd metadon həbindən 10 həb tədqiqata sərf edildi, 674 həb qaldı(1-ci cild iş vərəqi 165- 169). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 22 oktyabr 2019-cu il tarixli 26341 nömrəli ekspert rəyindən görünür ki, Rasim İbrahimovdan götürülmüş bir ədəd qızılı rəngli kağız bükülüdə təmiz çəkisi 0,34 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 4,048 qram, bir ədəd göy sellofan paketdə təmiz çəkisi 480,0 qram olan, bir ədəd göy rəngli sellofan bükülüdə təmiz çəkisi 57,610 qram olan, həmin paketdə olan ağ paketdə təmiz çəkisi 100,0 qram olan bitki kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır; Maddənin ümumi təmiz çəkisi 641,998 qramdır; təqdim edilmiş ümumi 2.08 qram olan toxumlar çətənə (kannabis) bitkisinə aiddir, onların tərkiblərində narkotik komponent yoxdur və onlar narkotik vasitələrə aid deyil; Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,882 qram olan (ilkin tədqiqat zamanı maddənin təmiz çəkisi 3,885qram təşkil edirdi) bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır; vət. R.İbrahimovdan və v.t. Təqsirləndirilən şəxs götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər; marixuananın ümumi təmiz çəkisi – 645,88 qram, tədqiqata ümumi sərf edildi – 0,12 qram (hər obyekdən 0,02 qram), qalıq – 645,76 qramdır (1-ci cild iş vərəqi 170- 173). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 11 dekabr 2019-cu il tarixli 2919 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 203- 204). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və x1 alınmış 9 noyabr 2019-cu il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 197). İşdə olan şübhəli şəxsin tutulması haqqında 16 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-cü cild iş vərəqi 16-17). İşdə olan Qaradağ Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 16 oktyabr 2019-cu il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 97-99, 102-103, 132-134 ). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə heroinin çəkisi 7,730 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsn cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən x2 Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza çəkmələrinin başlanğıcı 16 oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 11 dekabr 2019-cu il tarixli 2919 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,63 qram heroin, 3,852 qram qurudulmuş marixuana, yarım həb metadon və 0,621 qram metamfetamin psixotrop maddə, həmin maddələrin gizlin saxlanıldığı 1 ədəd dəri materialdan olan pul qabı və 1 ədəd kibrit qutusu məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş)il 6 (altı) ay muddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 16 oktyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan ekspertiza tədqiqatından sonra sonra qalıq qalmış 7,63 qram heroin, 3,852 qram qurudulmuş marixuana, yarım həb metadon və psixotrop maddə 0,621 qram metamfetamin, həmin maddələrin gizlin saxlanıldığı 1 ədəd dəri materialdan olan pul qabı və 1 ədəd kibrit qutusu məhv edilsin. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bak Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-437/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-437/2020
05.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver