Məhkəmə qərarları › İş №1(101)-437/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-437/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-437/2021 17.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3, 70 və 69.3cü maddələri tətbiq edilməklə 02 il şərti sınaq müddəti tətbiq edilməklə 03 il 10 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsi, ev 29, mənzil 13 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində tanışı X1 məqsədilə qanunsuz olaraq külli miqdarda, xalis çəkisi 5,428 (beş min dörd yüz iyirmi səkkiz) qram olan narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 3,234 (üç min iki yüz otuz dörd) qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamış və daşımış, həmin tarixdə təxminən saat 21 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsi, ev 29 ünvanında yerləşən yaşadığı evin qarşısında saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə gətirilmiş, polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 5,428 qram narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülmüş 3,234 qram psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. xx.xx.2020-ci il tarixində təxminən saat 19 radələrində qonşusu X9 ona zəng edib, küçəyə çağırmışdır. Xəzər ona özündə narkotik vasitə heroin və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu deyib və həmin narkotik vasitələri almağını təklif edib, bildirmişdir ki, narkotik vasitənin pulunu sonra öz aralarında həll edərlər. O, Xəzərə əvvəllər ona pulsuz narkotik vasitə vermədiyi halda indi nə üçün pulsuz verməsinin səbəbini soruşduqda, Xəzər cavab olaraq narkotik tələbatını ödəməkdə dəfələrlə kömək etdiyini, ona görə də xəcalətindən çıxmaq istədiyini bildirmişdir. Həqiqətən də o, Xəzərə narkotik tələbatını ödəməkdə dəfələrlə kömək etmiş və özündə olan narkotik vasitə heroindən və ya psixotrop maddə metamfetamindən Xəzərə vermişdir. Xəzərlə uşaqlıqdan birlikdə böyümüşlər. O, Xəzərdən 01 ədəd şəffaf sellofan bükümündə olan “kakos" kimi tanıdığı narkotik vasitə heroini və 01 ədəd şəffaf sellofan bükümündə olan “şüşə" kimi tanıdığı psixotrop maddə metamfetamini götürüb yaşadığı evə getmişdir. Təxminən 1-2 saat sonra Xəzər ona zəng edib küçəyə çağırdıqda o, evdə olduğu halda evdə olmadığını bildirib həyətə çıxmamışdır. Bundan sonra həyətin giriş qapısı döyülmüşdür. Qapını döyən şəxslər polis əməkdaşı olduqlarını dedikdə, anası Ceyran qapını açmışdır. Təxminən 10-11 nəfər polis əməkdaşı həyətə daxil olmuşlar. O, küçəyə çıxmaq istəyərkən polis əməkdaşları da daxil olmuş və onlar qarşılaşmışlar. Polis əməkdaşları ona üzərində olan narkotik maddələri çıxarmağını demişlər. O, polis əməkdaşlarının evdə axtarış aparmamaları və evdən tez çıxıb getmələri üçün üzərində olan həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini çıxarıb-göstərib və yenidən əynindəki gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Bundan sonra polis əməkdaşları onu Baş X5 gətirmişlər. Təxminən 20 dəqiqə orada qaldıqdan sonra onu Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirib təhvil vermişlər. Ona vəkil təqdim edilərək hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilərək etirazının olub-olmaması soruşulduqda, o, vəkilin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilən zaman əvvəlcə üzərində olan əşyaları özünün təqdim etməyi təklif edildiyindən, o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, içərisində narkotik maddə heroin olan bükülünü və gödəkçənin həmin cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olan bükülünü təqdim etmişdir. Həmçinin üzərindən 1 ədəd “Nokia” və 1 ədəd “Xiaomi Note 7” markalı mobil telefonlar aşkar olunmuşdur. Təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Qeyd etmək istəyir ki, saxlanıldığı gün günorta saatlarında Xəzərdən narkoik maddə almış və həmin narkotik maddələrə görə Xəzərə pul vermişdir. Günorta saatlarında aldığı narkotik maddəni istifadə də etmişdir.12-ci Polis Şöbəsində izahat verdiyi zaman ona əvvəlcə Telman adlı şəxsin adını yazmağı təklif edildiyindən, o da razalaşıb Xəzərin adını yazmamışdır. Xəzərin adını qeyd etməməyinin səbəbi Xəzərlə aralarında olan münasibətləri özünün həll etmək istəməyi olmuşdur. Telmanın isə ümumiyyətlə bu işlə əlaqəsi olmamışdır. Telmanı Xəzər vasitəsilə narkotik aludəçisi kimi tanımışdır. O, narkotiklərin satışı ilə məşğul olmamış, lakin pay kimi ətrafında olan tanışlara vermişdir. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə günü o, Xəzərdən günorta saatlarında 20 manatlıq nakotik vasitə almış, həmin narkotik vasitənin pulunu vermiş və axşamtərəfi polislər gələndə o, həmin narkotik vasitəni artıq istifadə etmişdir. Polislər gələndə üzərində olan isə Xəzərdən axşam saatlarında aldığı narkotik vasitə olmuşdur. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və bu mobil nömrəni təxminən 1 ildir ki istifadə edir. Onu əvvəlcə Baş X5 gətirmişlər. Təxminən 20 dəqiqə orada qaldıqdan sonra onu Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirmişlər. Onlar Xəzərlə hansında narkotik vasitə olurdusa bir-birilərinə vermişlər. O, Xəzərin telefon nömrəsini xatırlamır, Xəzərin anket məlumatlarını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyir. xx.xx.2020-ci il tarixində Şirxan adlı şəxsin narkotik maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşı Şahid3 raportla 12-ci Polis Şöbəsinə müraciət edərək onlarda da Şirxan adlı şəxsin narkotik maddələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olduğunu bildirdiyindən, həmin məlumatlardakı əlamətlər təhlil edilən zaman həmin adamların eyni şəxs olduğu müəyyən edilmişdir. Bu səbədən də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2 əməkdaşları ilə birgə əməliyyat tədbiri keçirilmişdir. O, Şahid2, Baş X2 əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2020-ci il tarixində axşam saatlarında Şirxan adlı şəxsin yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən ünvana getmişlər və evin qapısını döyərkən qapını bir qadın açmış və Şirxanın anası olduğunu demişdir. Onlar özlərini təqdim edərək Şirxanı çağırmışlar. Təxminən bir neçə dəqiqədən sonra daxil olmuş məlumatda əlamətləri göstərilən Şirxan adlı şəxs yaşadığı evdən çıxıb onlara yaxınlaşmışdır. Onlar həmin şəxsədə özlərini təqdim edib, Şirxandan da özünü təqdim etməsini bildirdikdə həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə və satışında şübhəli bilindiyinə görə saxlanıldığını bildirərək, Şirxanı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gəlmişdir. Bundan sonra bölmədə təqsirləndirilən şəxsə üzərində şəxsi axtarış aparılması bildirilmiş və üzərində olan əşyaları masanın üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 1 ədəd şəffaf rəngli sellofan paketə bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz şəkilli maddəni və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, ağ rəngli, kristal şəkilli maddələri təqdim etmişdir. Bundan sonra Şirxan şalvarının cibindən 1 ədəd “Nokia” və 1 ədəd “Xiaomi” markalı mobil telefon cihazlarını da çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki narkotik vasitələrin heroin və psixotrop maddə metamfetamin olduğunu və aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri xx.xx.2020-ci il tarixində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində Telman adlı şəxsdən heroini 200 manat, psixotrop maddə metamfetamini 180 manat pula aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərflərdə qablaşdırılıb, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq, bu barədə protokol tərtib olunub, həmin protokol da bütün iştirakçılar tərfindən imzalanmışdır. Qeyd etmək istəyir ki, Baş X2 əməkdaşı Şahid4 onlara bildirmişdir ki, təqsirləndirilən şəxsin barəsində onlara da məlumat daxil olduğundan xidməti zərurətlə əlaqədar Təqsirləndirilən şəxs narkotiklərlə bağlı əlaqələrini, narkotik maddələri aldığı şəxsi və ya şəxsləri müəyyən etmək üçün Təqsirləndirilən şəxs mobil telefonlarını Baş X5 aparmış və sonradan həmin telefonlar yenidən Suraxanı RPŞ-nin 12-ci Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs X5 aparılmamışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 26-27-ci vərəqələrində olan şəxsi axtarış keçirilməsi barədə protokola və ona təqdim edilmiş protokolda olan imzaya əsasən Şahid1 bildirmişdir ki, ona təqdim olunmuş imza onundur. Protokolda telefonların təqsirləndirilən şəxsə qaytarılması düz yazılmamış, telefonlar təqsirləndirilən şəxsə qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Elbrus oğlu eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməliyyat müvəkkili işləyir. xx.xx.2020-ci il tarixdə Şirxan adlı şəxsin narkotik maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində də Şirxan adlı şəxsin narkotik maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satması ilə məşğul olması barədə əməliyyat məlumatının olduğu məlum olduqdan sonra həmin adamların eyni şəxs olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə sahəsində birgə əməkdaşlıq barədə müvafiq əmrinə əsasən, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə o, Baş X2 əməliyyat müvəkkili Şahid3, Sabunçu RPİ-nin əməkdaşları Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2020-ci il tarixində axşam saatlarında Şirxan adlı şəxsin yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən ünvana getmişlər və evin qapısını döyərkən qapını bir qadın açmışdır. Həmin qadın Şirxanın anası olduğunu bildirmişdir. Onlar özlərini təqdim edərək Şirxanı çağırmışlar. Təxminən bir neçə dəqiqədən sonra daxil olmuş məlumatda əlamətləri göstərilən şəxs yaşadığı evdən çıxıb onlara yaxınlaşmışdır. Onlar həmin şəxsə də özlərini təqdim edib, həmin şəxsdən də özünü təqdim etməsini bildirdikdə həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə və satışında şübhəli bilindiyinə görə saxlanıldığını bildirərək, Şirxanı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və Şirxanı bölməyə aparmışlar. Bölmədə təqsirləndirilən şəxsə üzərində şəxsi axtarış aparılması bildiririlmiş və ona üzərində olan əşyaları masanın üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs bu zaman əynində olan gödəkçənin cibindən 1 ədəd şəffaf rəngli sellofan paketə bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz şəkilli maddəni və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristal şəkilli maddələri təqdim etmişdir. Bundan sonra Şirxan şalvarının cibindən 1 ədəd “Nokia” və 1 ədəd “Xiaomi” markalı mobil telefon cihazlarını çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki narkotik vasitələrin heroin və psixotrop maddə metamfetamin olduğunu və aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri xx.xx.2020-ci il tarixində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində Telman adlı şəxsdən heroini 200 manat, psixotrop maddə metamfetamini 180 manat pula aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərflərdə qablaşdırılıb, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq, bu barədə protokol tərtib olunub, həmin protokol da bütün iştirakçılar tərfindən imzalanmışdır. Bundan başqa, təqsirləndirilən şəxs barəsində Baş X5 də məlumat daxil olduğundan xidməti zərurətlə əlaqədar Təqsirləndirilən şəxs narkotiklərlə bağlı əlaqələrini, narkotik maddələri aldığı şəxsi və ya şəxsləri müəyyən etmək üçün Təqsirləndirilən şəxs mobil telefonlarını o, Baş X5 aparmış və sonradan həmin telefonları yenidən Suraxanı RPŞ-nin 12-ci Polis Şöbəsinə gətirmişdir. Proses iştirkçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, o, nədən ötrü əməliyyat tədbirləri keçirilməsi barədə qərarda təqsirləndirilən şəxsin yalnız narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatının qeyd edildiyini bilmir, onların İdarəsində təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmuşdur. Ola bilər İsa Suleymanovda təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamış, lakin, Baş X3 belə bir məlumat olmuşdur. Təqsirləndirilən şəxsin evində olmamışlar, Şirxanı həyətdə saxlamışlar. Təqsirləndirilən şəxs Baş X5 aparılmamışdır. Təqsirləndirilən şəxs barəsində Baş X5 də məlumat daxil olduğundan xidməti zərurətlə əlaqədar Şirxana məxsus telefonları Baş X5 aparmış və sonra yenidən 12-ci PB-nə gətirmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 26-27-ci vərəqələrində olan şəxsi axtarış keçirilməsi barədə protokola və ona təqdim edilmiş protokolda olan imzaya əsasən Şahid4 bildirmişdir ki, ona təqdim olunmuş imza onundur. Protokolda telefonların təqsirləndirilən şəxsə qaytarılması səhvən yazılmış, telefonlar təqsirləndirilən şəxsə qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Daxili İşlər Nazirliyinin Baş X2 əməliyyat müvəkkili, polis mayoru Şahid3 raportundan görünür ki, Bakı şəhəri, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsi, ev 29B-də yaşayan Şirxan adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 25-ci vərəqəsində olan Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 26-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin və DİN-nin BNMİ-nin əməliyyat müvəkkilləri tərəfindən şübhəli bilinərək saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və axtarış başlanılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə axtarış keçirilməsi bildirilmiş və G.Şirxan etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulmuş və sonuncu könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində spesifik iyə malik olan tünd qəhvəyi rəngdə toz şəklində maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, spesifik iyə malik, kristal şəkilli maddələri təqdim etmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ cibindən isə 01 ədəd “Nokia” və 01 ədəd “Xiaomi Note 7” markalı mobil telefonlar aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddələrdən birinin narkotik vasitə heroin, digərinin isə narkotik vasitə hesab edilən metamfetamin olduğunu, xx.xx.2020-ci il tarixdə saat təxminən 00:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kəngərli küçəsində Telman adlı şəxsdən 1 büküm heroini 200 (iki yüz) manata, metamfetaminin bükümünü isə 180 (yüz səksən) manata alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində spesifik iyə malik olan tünd qəhvəyi rəngdə toz şəklində maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, spesifik iyə malik, kristal şəkilli maddə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı “Panasonic” markalı videokamera vasitəsi ilə çəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 33-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/375 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Göyçəli Şirxan Tanırverdi oğlunun üzərindən aşkar olunmuş...tünd qəhvəyi rəngli maddə...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,428 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Göyçəli Şirxan Tanırverdi oğlunun üzərindən aşkar olunmuş...kristal formada maddə...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,234 qram olan ağ rəngli kristal formada maddə metamfetamindir. Tədiqata təqdim olunmuş narkotik vasitə və psixotrop maddələr (heroin və metamfetamin) kimyəvi cəhətdən fərqli olduğu üçün öz aralarında eynilik tədqiqatı aparılmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cild 39-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli,1/2003 №-li Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidikdə MOP (heroin) aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 41-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 5(008)- 153/2020 saylı qərarından görünür ki, Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx xxxxx 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 62-63-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması zamanı qeydə alınmış və 01 ədəd CD diskə köçürülmüş videogörüntüyə baxış aparılmış və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş və bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə toz şəklində maddəni və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristal şəkilli maddələri təqdim etmişdir. Ondan həmin maddənin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs qəhvəyi rəngli maddənin heroin, ağ rəngli, kristal formalı maddənin metamfetamin olduğunu, onu Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində Telman adlı şəxsdən 1 büküm heroini 200 (iki yüz) manata, metamfetaminin bükümünü isə 180 (yüz səksən) manata aldığını bildirmişdir. Cinayət işinin 1-ci cild 64-68-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli mobil telefon cihazına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus Xiaomi markalı, **********63036 və **********63038 İMEİ kodlu mobil telefon cihazına baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Həmin mobil telefonda 03-xx xxxxx 2020-ci il tarixlərini əhatə edən daxil olan və gedən zənglər əksini tapmışdır. Həmin mobil nömrələrin əksər hissəsi adla yaddaşda saxlanılmamışdır. Cihazın mesajlaşma bölməsində ***-***-**-** saylı nömrədən 03.04.20-ci il tarixdə saat 17:59-da “Wiri adboy. Bb ..beler (-red) narkoman tayfasi yaxwilardan irag cox g..ag (-red) admlardi. Eledeyirki mene tez tez helebil dukandan nese alit, corek siqaret. Yaniki qirdirahat aldi cixdi. Yada kartif girdi aldi 2 kilo coxdi. Deyir ki gecdi 20 de 30 deq dedim onda get? Burdan pulunuda verdim” məzmunlu mesaj daxil olmuş, sorğu zamanı G.Şirxan həmin şəxsin kim olduğunu xatırlamadığını bildirmişdir. 04.04.20-ci ildə, saat 00:22-də ***-***-**- ** mobil nömrəsindən “Whatsapp” mobil tətbiqindən ”Qaqa 10 manat duzeldmiwem” “Alinar?” “Nese” məzmununda mesajlar yazmış, sorğu zamanı Təqsirləndirilən şəxs həmin şəxsin adını bilmədiyini və həmin mesajlarda narkotiklərdən söhbət getdiyini bildirmişdir. Bundan başqa, “Nokia 150” markalı mobil telefona baxış keçirilmiş və cihazın mesaj bölməsində ***-***-**-** mobil nömrəsindən “Yetim gor kako alinsa menede bidamci otrersiz?” məzmunlu mesaj aşkar olunmuş, sorğu zamanı G.Şirxan həmin şəxsi tanımadığını bildirmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 126-cı vərəqəsində olan “xxxx” MMC-dən daxil olmuş xx xxx 2020-ci il tarixli, AZF/LGL-5542/20 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına “xxxx” şəbəkəsində aktiv nömrə qeydə alınmamışdır. Cinayət işinin 1-ci cild 128-129-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr deaktivdir. Cinayət işinin 1-ci cild 138-140-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli telefon məlumatlarını əks etdirən diskə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş 01 ədəd diskdən görünür ki, həmin diskdə olan faylda ***-***-**-** saylı mobil nömrədən digər nömrələrə göndərilən mesaj mətnləri öz əksini tapmışdır. xx.xx.2019-cu il tarixdə ***-***-**-** mobil nömrəsinə “Rizvan gedirem 1 aya gelecem nedi rizvan sene 2 qram suse 1 qram kofe verdim buda 200 manat edir sen mene cemi 3 qram kofe vermisen yene de pulla bele borcun var durub menden kofe gizledirsen vermek istemirsen” məzmunlu mesaj; xx.xx.2019-cu ildə ***-***- **-** mobil nömrəsinə “60 manat duzelir 1 qram suse goturmek olar qalani sabah vererem” məzmunlu mesaj; xx.xx.2019-cu ildə, ***-***-**-** mobil nömrəsinə “2 qr kola var mended” məzmunlu mesaj; xx.xx.2019-cu ildə ***-***-**-** mobil nömrəsinə “********** zenq et bir cet ver samirdi de sirxsn verdi” məzmunlu mesaj; xx.xx.2019-cu il tarixdə ***- ***-**-** mobil nömrəsinə “Aye 1.4 goy pati isteyen var pulvu sabah verecem sene tereziyide goy sen allah 04 kofenide” məzmunlu mesaj; xx.xx.2019-cu ildə ***-***-**-** saylı mobil nömrəyə “Ag iki dene ele birdene tez agdan cet duzeld dobri” məzmunlu mesaj; xx.xx.2019-cu ildə ***-***-**-** mobil nömrəsinə “Terezimi ver getir” məzmunlu mesaj; xx.xx.2019-cu ildə ***-***-**-** saylı nömrəyə “Qaqa var pati isteyirsen??” məzmunlu mesaj; xx.xx.2020-ci ildə ***-***-**-** mobil nömrəsinə “Sen meni kimnen se sef salmisan buda cox sagolum seher gelersen danisariq sen meni deysen lox yerne qoymusan 5 manata hele o qeder kakos verdim cox sag ol demekden.seher gelersende biz terefe” məzmunlu mesaj göndərilmişdir. Həmçinin ***-***-**-** mobil nömrəsinə aşağıdakı məzmunda sms-lər daxil olmuşdur: xx.xx.2019-cu ildə ***-***-**-** mobil nömrəsindən “Varsa iki sinden de ver iki denede cet vermeliye cibimde yirmi 1 manat var siqaret de kutarib” məzmunlu mesaj; Həmçinin, ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qapa.mene.braz.kofe.verde.imkan.varsa” məzmunlu mesaj; xx.xx.2019-cu il tarixdə ***-***-**-** mobil nömrəsindən “İrana kanal olsa gedib gelerdim kakozdan canimiz qutarardi” məzmunlu mesaj; xx.xx.2019-cu ildə ***-***-**-** mobil nömrəsindən “Wirxan 10 deqeye mehledeyem 1 dene yari hazurra wuwenen .25 versem olar?” məzmunlu mesaj; xx.xx.2019-cu il tarixdə ***-***-**-** mobil nömrəsindən “Pul dyzdu wuwede qoy.ok gelim” məzmunlu mesaj; xx.xx.2019-cu ildə ***-***-**-** mobil nömrəsindən “Yoo istemir ama bir cet mənə ayır puluynan gəlib götürüm olar o? çünki sümüklərim ağrıyır, Gəlib puluynan patı götürməy istedim, Qram ağ hazırla gəıirəm” məzmunlu mesaj; xx.xx.2019-cu ildə ***-***-**-** mobil nömrəsindən “Wiri. Yatmamisan.Dostum var qaqa 20 manati. Var ona 04 zad kalo. Vere bilersen. Ama demede. Men nese goturmuwem. Men. Demiwem” məzmunlu mesaj; xx.xx.2019-cu ildə ***-***-**-** mobil nömrəsindən “Sirxan qaqa menem nicat qaqa sbh mene 05 kola 05 suse brat saxlada” məzmunlu mesaj; xx.xx.2020-ci ildə ***-***-**-** mobil nömrəsindən “Wiri salam sabahin xeyir. Qaqaw nese duzub qowmag olar ya butov 1 dene? Yada ki yarim 0.5?” məzmunlu mesaj daxil olmuşdur. Cinayət işinin 1-ci cild 167-168-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” MMC-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli, BKC/LGL-11160/20 saylı məktubdan və məktuba əlavə edilmiş cədvəl siyahıdan görünür ki, Təqsirləndirilən şəxs adına “xxxx” MMC-də ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-** və ***-***-**-** nömrələri qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 210-212-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaq zamanı verdiyi ifadəsini “... 2020-ci ilin aprel ayının əvvəllərində daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə məndən, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkilləri polis mayoru Şahid3 və polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu təşkil edildi. xx.xx.2020-ci il tarixində sizin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində olduğunuzu bilib 00:45 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsinə gəldik. Təxminən bir neçə dəqiqədən sonra sizin küçə ilə gəldiyinizi gördük və sizə yaxınlaşıb saxladıq. Sizə özümüzü təqdim edərək sizdən də özünüzü təqdim etməyinizi xahiş etdik. Bu zaman siz özünüzü təqdim edərək Təqsirləndirilən şəxs olduğunuzu bildirdiniz. Biz sizə qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma, gəzdirmədə şübhəli bilindiyinizə görə saxlanıldığınızı bildirib sizi Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etdik. .... Əməliyyat məlumatı G.Şirxanın narkotik maddələrin həm satışı, həm də istifadəsi ilə bağlı daxil olmuşdur. .... ” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 1-ci cild 213-215-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3 istintaq zamanı verdiyi ifadəsini “... xx.xx.2020-ci il tarixində daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə məndən, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu təşkil edildi. xx.xx.2020-ci il tarixində sizin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində olduğunuzu bilib 00:45 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsinə gəldik. Təxminən bir neçə dəqiqədən sonra sizin küçə ilə gəldiyinizi gördük və sizə yaxınlaşıb saxladıq. Sizə özümüzü təqdim edərək sizdən də özünüzü təqdim etməyinizi xahiş etdik. Bu zaman siz özünüzü təqdim edərək Təqsirləndirilən şəxs olduğunuzu bildirdiniz. Biz sizə qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma, gəzdirmədə şübhəli bilindiyinizə görə saxlanıldığınızı bildirib sizi Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etdik. .... G.Şirxanın narkotik maddələri həm satmağı, həm də istifadə etməsi barədə məlumat daxil olmuşdur. .... ” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 241-ci vərəqəsində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Xiaomi Note 7” və “Nokia 150” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qardaşı Göycəli Elşən Tanirverdi oğluna Sabunçu RPİ İŞ-də təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 244-245-ci vərəqələrində olan Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X10 xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin materiallarından yeni cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işindən təqsirləndirilən şəxsin üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddənin mənbəyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni cinayət işi ayrılması və ********* nömrəsi ilə ibtidai istintaqının aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 255-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN Baş X3n daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli, 008-4571-1220 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib Baş X2 əməkdaşları tərəfindən saxlanılsa da, Baş İdarəyə gətirilməmiş, həmçinin inzibati binada olan müşahidə kameralarının yaddaşı son bir ay müddətini əhatə etdiyindən sorğu edilən video görüntülərin təqdim olunması mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 10-cu vərəqəsində olan Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X10 xx xxxxxxx 2020-ci il tarixli şəxs barəsində axtarış elan edilməsi, tutulması və icraatın dayandırılması haqqında qərarından görünür ki, X9 barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız özü istifadə etməsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədilə deyil, istifadəsi üçün əldə etməsi barədə inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Belə ki, cinayət işinin 1-ci cild 138-140-cı vərəqələrində olan Təqsirləndirilən şəxs məxsus telefon məlumatlarını özündə əks etdirən CD diskdən çap edilmiş məlumatlara məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsindən xx.xx.2019-da saat 20:43:43-də ***-***-**-** nömrəsinə “3 DEYQE CİXDİM SEN OL MAL DUZELDİREM YİGMA” məzmunlu mesaj; xx.xx.2019-da saat 19:57:55-də ***-***-**-** nömrəsinə “Rizvan terezini catir tez ol lazimdi eseblesdirme meni adam olda sene dedim lazimdi” məzmunlu mesaj; xx.xx.2020-də saat 18:49:39-da ***-***-**-** nömrəsinə “Pati alinmasa patinin pulnu ver kakosumun 5 nide temiz getir men getirirem sene xesde mal” məzmunlu mesaj; xx.xx.2019-da saat 02:59:29-da ***-***-**-** nömrəsinə “Pati deyirsen 05 ri 40 manat” məzmunlu mesaj; xx.xx.2019-da saat 07:13:49-da ***-***-**-** nömrəsinə “Medine pulda var patida gedek mennen ?” məzmunlu mesaj; xx.xx.2019-da saat 15:56:10-da ***-***- **-** nömrəsinə “200 qalani edir birde 3 dene patinin pulnu hazirla gozleyirem tez ol” məzmunlu mesaj; xx.xx.2020-də saat 17:13:50-də ***-***-**-** nömrəsinə “Aye nefcilerde05 birde cet pati ver gel” məzmunlu mesaj göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə aşağıdakı məzmunda sms-lər daxil olmuşdur: xx.xx.2019-cu ildə saat 14:35:36-da ***-***-**-** mobil nömrəsindən “Varsa iki sinden de ver iki denede cet vermeliye cibimde yirmi 1 manat var siqaret de kutarib” məzmunlu mesaj; xx.xx.2019-cu ildə saat 23:59:41-də ***-***-**-** mobil nömrəsindən “Gedirem mamani cixartmaga eve aparam bir cet varsa ver mene onu agridan cixardim iki gundu lomkada” məzmunlu mesaj; xx.xx.2019-cu il saat 00:20:57-də ***-***-**-** saylı nömrədən “Razin pervizi taniyir san qaqa,nese tapmadin hamiya mal veren sen indi bir cet tapa bilmirik” məzmunlu mesaj; xx.xx.2019-cu ildə saat 07:21:24-də ***-***-**-** mobil nömrəsindən “Pati isdiyen var satiq cet” məzmunlu mesaj; xx.xx.2019-da saat 02:56:45-də ***-***-**-** saylı nömrədən “Kakozun var bir cetde mene saxla” məzmunlu mesaj; xx.xx.2019-cu ildə saat 02:20:23-də ***-***-**-** saylı nömrədən “Bir hefdedi use cekmirem mala gore saqol imkan varsa yarim cet use ver” mzəmunlu mesaj; xx.xx.2019-da saat 01:56:17-də ***-***-**-** saylı nömrədən “Qaqa bir cet ver telefonu verim sene” məzmunlu mesaj; xx.xx.2019-da saat 16:13:39da ***-***-**-** saylı nömrədən “Qaqa varindisa Mene yari cet yad pati ver ayaq usde yatiram valla” məzmunlu mesaj; xx.xx.2020-də saat 22:00:59-da ***-***-**-** saylı nömrədən “Yetim 10 manativi gonderirem yakodan qardawimsan bidenede dobru cet ver yetim seher anamin cani verecem pulun alinar yetim ?” məzmunlu mesaj; xx.xx.2020-də saat 09:27:08-də ***-***-**-** saylı nömrədən “Aye yakoya heresinen 1c 1cet verki bizim iwi hel edecek qadan alim adam yana getmeldi” məzmunlu mesaj; xx.xx.2020-də saat 15:32:19-da ***-***-**-** saylı nömrədən “Wirxan.Menem.Nayka.teli gotur adam.var gonderirem.ustuve 10 manat versin.bidene.cet ver ona.men.sabuncuda deyilem.” məzmunlu mesajlar daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə aşağıdakı məzmunda mesajlar daxil olmuşdur: xx-xx-2020-də saat 22:14:06-da ***-***-**- ** nömrəsindən “Shirxan menem ilxam ac negdi pulun verirem 10 manat pati lazimdi tez ac danisaq he yox eliyek” məzmunlu mesaj; xx-xx-2020-də saat 15:53:56-da ***-***- **-** nömrəsindən “Qaqa bilaldı yıgda meni hamamın yanındayam patı lazımdı 10luq” məzmunlu mesaj; xx-xx-2020-də saat 09:09:55-də ***-***-**-** nömrəsindən “10luq patı verde ağrıdayıq suroçnulazımdı” məzmunlu mesaj; xx-xx-2020-də saat 21:12:46-da ***- ***-**-** nömrəsindən “Qaqa sen balavin cani menede gotur 3 q kako 1 pati” məzmunlu mesaj; xx-xx-2020-də saat 13:04:23-də ***-***-**-** nömrəsindən “15 pati 10 koko hara gelim” məzmunlu mesaj və xx-xx-2020-də saat 22:21:25-də ***-***-**-** nömrəsindən “Qaqa alnir alinmir xeber de ki pati lazimdi koko telesirem eve getmeliyem” məzmunlu mesajlar daxil olmuşdur. Bundan əlavə istintaq dövründə Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı mobil telefona baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 04.04.20-ci ildə, saat 00:22də ***-***-**-** mobil nömrəsindən “Whatsapp” mobil tətbiqindən ”Qaqa 10 manat duzeldmiwem” “Alinar?” “Nese” məzmununda mesajlar yazmış, sorğu zamanı Təqsirləndirilən şəxs həmin şəxsin adını bilmədiyini və həmin mesajlarda narkotiklərdən söhbət getdiyini bildirmişdir. Bundan başqa, “Nokia 150” markalı mobil telefona baxış keçirilmiş və cihazın mesaj bölməsində ***-***-**-** mobil nömrəsindən “Yetim gor kako alinsa menede bidamci otrersiz?” məzmunlu mesaj aşkar olunmuşdur. Həmçinin, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs özü bildirmişdir ki, o, Xəzərə narkotik tələbatını ödəməkdə dəfələrlə kömək etmiş və özündə olan narkotik vasitə heroindən və ya psixotrop maddə metamfetamindən Xəzərə vermişdir. Şahidlər Şahid1 və Şahid3 məhkəməyədək icraat zamanı üzləşmə zamanı və məhkəmə baxışında Təqsirləndirilən şəxs narkotik maddələri həm satmağı, həm də istifadə etməsi barədə məlumatın daxil olduğunu bildirmişlər. Baxış keçirilən sms məlumatlarından, həmçinin digər sübut əhəmiyyətli digər sənədlərdən görünür ki,Təqsirləndirilən şəxs məhkəmə iclasında və istintaq dövründə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmə xarakteri daşıyır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Qanununun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 113-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X4 daxil olmuş xx xxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Göycəli X6 Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3, 70 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il şərti sınaq müddəti tətbiq edilməklə 03 il 10 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 1-ci cild 122-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin xx xxxxx 2020-ci il tarixli, 2999 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 1-ci cild 123-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Narkoloji Dispanserinin xx xxxxx 2020-ci il tarixli, 1559 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs BŞND-də qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cild 124-125-ci vərəqələrində olan Sabunçu Rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi 69 saylı MKİS-dən daxil olmuş arayış xasiyyətnamədən və cinayət işinin 1-ci cild 131-137-ci vərəqələrində olan şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə həyat yoldaşı Göycəli Sevinc Qənimət qızı, qızları 2010-cu il təvəllüdlü Göycəli Xədicə Şirxan qızı və 2014-cü il təvəllüdlü Göycəli Rabiya Şirxan qızı və oğlu 2016-cı il təvəllüdlü Göycəli İbrahim Şirxan oğlu daxildirlər. Müsbət səciyyələndirilir. Cinayət işinin 1-ci cild 200-202-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx xxxxxx 2020-ci il tarixli, 1573 №-li ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyac yoxdur. Cinayət işinin 1-ci cild 145-146-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxx 2020-ci il tarixli, 1703 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə və müsbət səciyyələndirilməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 16-cı vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 79-81-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(008)-182/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxx 2020ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,378 qram narkotik vasitə heroin, 3,184 qram psixotrop maddə metamfetamin məhv edilməli, telefon məlumatlarını əks etdirən 01 ədəd disk, şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,378 qram narkotik vasitə heroin, 3,184 qram psixotrop maddə metamfetamin məhv edilsin. Telefon məlumatlarını əks etdirən 01 ədəd disk, şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar