Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-437/2023 31.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 17:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı1, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Aslan oğlunun, zərər çəkmiş şəxs Şahid1 iştirakı ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi ev 17, mənzil 1-də pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 02 iyul 2022-ci il tarixdə, saat 00:15 radələrində ünvan 1 ünvanında yerləşən ‘'Altun” şadlıq sarayının dəhlizində Zərərçəkmiş şəxs onun qardaşı övladı, həmin şadlıq sarayında ofisiant işləyən Şahid1 guya yaxşı xidmət göstərməməsini bildirib Şahid1 təhqir etməsi və əli ilə vurub sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı qisas almaq məqsədilə əvvəlcə yumruqla Zərərçəkmiş şəxs üz nahiyyəsindən qəsdən vurub ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol çənə bucağının hematoması xəsarətini yetirmiş, daha sonra şadlıq sarayının barından götürdüyü təyinatı istintaqa məlum olmayan bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq Zərərçəkmiş şəxs ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ tərəfli pnevmotaraskla müşayiət olunan döş qəfəsinin arxa səthinin daxilə nüfuz edən 01 ədəd, qaraciyərin sağ payının zədələnməsi ilə nəticələnən daxilə nüfuz edən döş qəfəsinin sağ yan səthinin 01 ədəd, sağ sağrının yuxarı iç kvadrantının 01 ədəd yarası, döş qəfəsinin arxa səthinin sağ yarısının qançırı xəsarətlərini yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, qardaşı uşaqları Şahid1 və X3 “Altun Saray” restoranında ofisiant işləmişdir. 01 iyul 2022-ci il tarixdə saat 23:00 radələrində Yadigar ona telefonla zəng vuraraq toyun gec qurtaracağını və onları gecə saatlarında restorandan götürüb evə aparmağını xahiş etmişdir. O, saat 00:15 radələrində “Altun Saray” restoranına gəlmiş və restoranın dəhlizində çay içərək toyun bitməsini gözləmişdir. Toy bitdikdən sonra qardaşı oğlu Yadigar sonradan adını bildiyi tamada Zərərçəkmiş şəxslə söhbət etdiyini görmüşdür. O, həmin şəxsin restoranın administrator olduğunu zənn edərək onlara yaxınlaşmamış və Yadigarın söhbəti bitdikdən sonra özünün gəlməyini gözləmişdir. Az müddət sonra Zərərçəkmiş şəxs Yadigarla aqresiv danışdığını görmüş və onlara tərəf yaxınlaşdıqda Zərərçəkmiş şəxs qardaşı oğlu Yadigara “bir köpüklük adam deyilsiz, bir köpüklük xidmətiniz yoxdur”, “rədd ol burdan küçük” deyə bildirmişdir. O, bu sözləri eşitdikdə həmin şəxslərə tərəf yaxınlaşaraq Zərərçəkmiş şəxs uşaqla niyə bu cür danışdığının səbəbini soruşmuşdur. Yaqub ondan kim olduğunu soruşduqda, o, uşağın əmisi olduğunu demiş və Yaquba “get işinlə məşğul ol” deyə bildirmişdir. Bundan sonra o, qardaşı oğlu Yadigarın əlindən tutaraq çıxıb getməklərini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs Yadigarın əlindən tutaraq “qanacağıvız olsun” deyə bildirdikdə, o, Yaqubun spirtli içkinin təsiri altında olduğunu başa düşmüşdür. Həmin vaxt sonradan adını bildiyi Zərərçəkmiş şəxs oğlu Məhəmməd gəlmiş və əlinin arxası ilə sinəsinə vuraraq aqresiv şəkildə “sən kimsən” deyə soruşmuşdur. O, isə Məhəmmədin əlini sinəsindən çəkdikdə Zərərçəkmiş şəxs qardaşı oğlu Yadigarın sinəsindən tutaraq özünə tərəf dartmışdır. Zərərçəkmiş şəxs oğlu Məhəmməd də Yadigarla sözlə mübahisə etməyə başlamışdır. O da Məhəmmədə yaxınlaşaraq onu itələyib Yadigardan uzaqlaşdırmışdır. Bundan sonra Məhəmməd restoranın dəhlizindəki bardan şüşə stəkanı götürərək qardaşı oğlu Yadigara tərəf atmış və Yadigar əlini üzünə tutaraq özünü müdafiə etmiş, lakin şüşə stəkan Yadigarın əlinə dəymişdir. Daha sonra Məhəmməd yenidən bardan şüşə butulka götürərək Yadigara tərəf atmış və o, qolunu Yadigarın qarşısına qoyaraq butulkanın ona dəyməsinin qarşısını almış və butulka onun sağ qoluna dəymişdir. O da Məhəmmədin bu hərəkətlərindən əsəbləşib bardakı meyvə bıçağını götürmüş, həmin vaxt Yaqubun Yadigarla mübahisə edb onu vurduğunu görüb öncə Zərərçəkmiş şəxs çənə nahiyəsindən yumruqla zərbə endirmiş və bıçağı sol əlindən sağ əlinə götürdükdə Zərərçəkmiş şəxs onun sağ biləyindən tutmuş və Yaqubun oğlu Məhəmməd də atasına kömək edərək sağ biləyindən əli ilə tutmuşdur. Həmin zaman onların arasında dartışma olmuş və o, bıçağı sərbəst idarə etmək üçün sağ əlini onların əlindən çəkmək istəmişdir. O, Məhəmmədlə dartışanda Yaqub arxaya çevrilərək Yadigarın sinəsindən tutmağa başlamış, aralarında münaqişə yaranmış, Məhəmməd də onun əlini bir anlıq buraxdıqda əlindəki bıçaqla Yaqubun sarğı nahiyəsindən bir, həmçinin döş qəfəsinin arxa sağ hissəsindən iki ardıcıl zərbə endirmişdir. Bundan sonra o, bıçağı əlində saxlamışdır. O, Yaquba bıçaqla xəsarət yetirərkən həmin şəxslə çox yaxın məsafədə olmuş və həmin vaxt bıçaqla sonuncunun həyati orqanlarından vurub xəsarət yetirmək, nəticədə onu öldürmək imanına malik olmuş, lakin o, bunu etməmiş, həmin şəxsi yalnız belə formada xəsarət yetirməklə cəzalandırmaq istəmişdir. Həmin vaxt Məhəmməd onu dartaraq yıxmaq istədikdə o, ayağı ilə təkan verərək Məhəmmədi yerə yıxmış və özü də qeyri-ixtiyari Məhəmmədin üzərinə yıxılmışdır. Bıçaq əlində olduğundan həmin vaxt onun sol qoltuqaltı nahiyyəsindən də bir ədəd bıçaq zərbəsi ilə xəsarət yetirmişdir. Qardaşı uşaqları Rəvan və Yadigar onu Məhəmmədin üzərindən qaldırmışlar, həmin vaxt o, bıçağı yerə atmışdır. Orada olan ofısinatlar da onları ayırmağa cəhd göstərmişlər. Bundan sonra Yaqub və oğlu Məhəmməd pilləkənə tərəf getmiş, o da qardaşı uşaqları ilə birlikdə zala tərəf getmiş və restorandan çıxaraq avtomobilə əyləşib evə getmişlər. O, qorxduğu üçün polisə gedib təslim olmamış və qardaşı vasitəsilə bir neçə dəfə Zərərçəkmiş şəxs ilə barışıq əldə etməyə çalışmışlar. Məqsədi isə Yaqubla barışdıqdan sonra təslim olaraq məsuliyyətini yüngülləşdirmək olmuşdur. Qardaşı Şahid2 Zərərçəkmiş şəxslə barışıq üçün və Yaqubun müalicə xərclərini ödəmək üçün Yaquba 9000 (doqquz min) manat pul vermiş, lakin Yaqub barışıq üçün istintaqa ərizə təqim etməmişdir. Belə olduğu halda da, o, 16 avqust 2022-ci il tarixdə könüllü olaraq Nizami RPİ-nin İstintaq şöbəsinə gələrək törətdiyi əməli etiraf edib təslim olmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi, önün səmimi etirafı ilə yanaşı aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəlcədən Tural adlı şəxs onunla əlaqə saxlayaraq 01 iyul 2022-ci il tarixdə “Altun saray” restoranında" toy mərasimini aparmağını xahiş etmişdir. O, Turalla görüşmüş, toy mərasimini aparmaq təklifini qəbul etmiş və 01 iyul 2022-ci il tarixdə saat 17:30 radələrində “Altun saray” restoranına getmişdir. Restorana daxil olduqda o və onunla birlikdə gələn “Laçın” ansamblı üçün ayrılmış stola yaxınlaşaraq ofisiantı çağırıb ondan restoranın administratorunu çağırmağı xahiş etmişdir. Administrator gəldikdə ondan stola yemək gətirməyi tapşırmağını xahiş etmək istəmiş, lakin həmin administrator gəlməmişdir. Bundan sonra o, onunla danışan bəyin qardaşı Turala zəng vuraraq onlara yemək verilmədiyini bildirmişdir. Daha sonra digər administrator İlqar adlı şəxs ona yaxınlaşaraq ondan kobud şəkildə Turala nə üçün zəng etdiyini soruşmuşdur. O, yemək verilmədiyi üçün bəyin qardaşı Turala zəng vurduğunu bildirərək ofisianta onlara ayrılmış stolda olan boşqabları yığışdırmağı xahiş etmişdir. İlqar adlı administrator isə ondan uzaqlaşmış və toy mərasimi başlamışdır. Toy 6 saat davam etmişdir.Toy bitmiş və bəylə gəlin getdikdən sonra bəyin qardaşı Tural onun zəhmət haqqını vermişdir. Toyda ona xidmət göstərmiş ofisianta və digər xidmət göstərmiş şəxsə bəxşiş olaraq 20 manat pul vermək üçün zala daxil olmaq istədikdə sonradan adı ona Yadigar kimi məlum olan şəxs onunla qarşılaşmış və söhbətə başlamışdır. Bir qədər sonra Yadigarın danışıqları onda pis təəssürat yaratdığından həmin şəxslə aqresiv danışmağa başlamış və ona “bir köpüklük adam deyilsiz, bir köpüklük xidmətiniz yoxdur”, “rədd ol burdan küçük” deyə bildirmişdir. Sonradan adı ona Məmməd kimi məlum olan şəxs onun bu sözlərini eşitdikdə onlara tərəf yaxınlaşaraq ona uşaqla niyə bu cür danışdığının səbəbini soruşmuşdur. O, həmin şəxsdən kim olduğunu soruşduqda, həmin şəxs uşağın əmisi olduğunu demişdir və ona “get işinlə məşğul ol” deyə bildirmişdir. Bundan sonra həmin şəxs qardaşı oğlu Yadigarın əlindən tutaraq çıxıb getməklərini bildirmişdir. Bu zaman o, Yadigarın əlindən tutaraq “qanacağıvız olsun” deyə bildirmişdir. Həmin vaxt sonradan oğlu Məhəmməd gəlmiş və əlinin arxası ilə həmin Məmməd adlı şəxsin sinəsinə vuraraq “sən kimsən” deyə soruşmuşdur. Məmməd isə Məhəmmədin əlini sinəsindən çəkdikdə o, Yadigarın sinəsindən tutaraq özünə tərəf dartmışdır. Həmin vaxt oğlu Məhəmməd də Yadigarla sözlə mübahisə etməyə başlamışdır. Məmməd Məhəmmədə yaxınlaşaraq onu itələyib Yadigardan uzaqlaşdırmışdır. Bundan sonra oğlu Məhəmməd restoranın dəhlizindəki bardan şüşə stəkanı götürərək Yadigara tərəf atmış və Yadigar əlini üzünə tutaraq özünü müdafiə etmiş, lakin şüşə stəkan Yadigarın əlinə dəymişdir. Daha sonra Məhəmməd yenidən bardan şüşə butulka götürərək Yadigara tərəf atmış və Məmməd qolunu Yadigarın qarşısına qoyaraq butulkanın ona dəyməsinin qarşısını almış və butulka onun sağ qoluna dəymişdir. Məmməd Məhəmmədin bu hərəkətlərindən sonra bardakı meyvə bıçağını götürmüş, həmin vaxt o, Yadigarla mübahisə zəminində onu yumruqla baş nahiyyəsindən vurduqda Məmməd ona yaxınlaşaraq çənə nahiyəsindən yumruqla zərbə endirmiş və bıçağı sol əlindən sağ əlinə götürdükdə o, həmin şəxsin sağ biləyindən tutmuş və oğlu Məhəmməd də ona kömək edərək həmin şəxsin sağ biləyindən əli ilə tutmuşdur ki, ona bıçaqla xəsarət yetirmək imkanı olmasın. Həmin zaman onların arasında dartışma olmuş və Məmməd bıçağı sərbəst idarə etmək üçün sağ əlini onların əlindən çəkmək istəyirmiş. Məmməd oğlu ilə dartışanda o, arxaya çevrilərək Yadigarın sinəsindən tutmağa başlamışdır, aralarında yenə münaqişə yaranmış, həmin vaxt sağrı nahiyəsindən bir, həmçinin döş qəfəsinin arxa sağ hissəsindən iki ardıcıl zərbə endirildiyini hiss etmişdir. Bundan sonra arxaya çöndükdə Məmmədin bıçağı əlində saxladığını görmüşdür. Ona bıçaqla xəsarət yetirdikdən sonra oğlu Məhəmməd Məmmədi dartıb yerə yıxmaq istəyən zaman Məmməd ayağı ilə təkan verərək Məhəmmədi yerə yıxmış və özü də Məhəmmədin üzərinə yıxılmışdır. Bıçaq isə əlində olduğundan həmin vaxt onun sol qoltuqaltı nahiyyəsindən də bir ədəd bıçaq zərbəsi ilə xəsarət yetirmişdir. Qardaşı uşaqları Rəvan və Yadigar onu Məhəmmədin üzərindən qaldırmışlar, həmin vaxt o, bıçağı yerə atmışdır. Bundan sonra Məmməd qardaşı uşaqları ilə birlikdə zala tərəf getmiş və restorandan çıxmışlar. O və oğlu şəxsi avtomobili ilə Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasının arxasında yerləşən təcili tibbi yardım stansiyasına yaxınlaşmışlar və oradan da təcili tibbi yardım avtomobili ilə onu Sabunçu Tibb mərkəzinə aparmışlar. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 onun oğludur və o, Altun şadlıq sarayında ofisiant işləyir. 02 iyul 2022-ci il tarixdə işdə, yəni dənizdə olduğu zaman qardaşı Təqsirləndirilən şəxs ona zəng edərək Altun şadlıq sarayında dava etdiyini və həmin zaman bıçaqla adam vurduğunu bildirmişdir. Həmin gün axşam o, dənizdən evə qayıtmış, hadisənin təfərrüatı ilə maraqlandıqda ona məlum olmuşdur ki, qardaşı Təqsirləndirilən şəxs ofisiant işləyən oğlanları Rəvan və Yadigarı toy mərasimindən sonra şadlıq evindən evlərinə aparmaq üçün oraya gəlmiş, orada Natiq Dağlaroğlu ləqəbli Zərərçəkmiş şəxs ilə xidmətçilərə hörmət etməməsi üstündə mübahisə etmiş və mübahisə zamanı Məmməd bçaqla Yaqubu vuraraq ona xəsarət yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilərkən onun Şahid2 ifadəsinə oxşar ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 15 iyul 2022-ci il tarixli, 559 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs-sağ tərəfli pnevmotaraskla müşaiyət olunan döş qəfəsinin arxa səthinin daxilə nüfuz edən 01 ədəd, qaraciyərin sağ payının zədələnməsi ilə nəticələnən daxilə nüfuz edən döş qəfəsinin sağ yan səthinin 01 ədəd, sağ sağrının yuxarı iç kvadrantının 01 ədəd, ümumilikdə 03 ədəd deşilmiş-kəsilmiş yaralan, sol çənə bucağının hematoması, döş qəfəsinin arxa səthinin sağ yarısının qançırı, deşilmişkəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların), ola bilsin ki, bıçağın təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə daxilə nüfuz edən 02 ədəd deşilmiş-kəsilmiş yaralar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, «hematoma» və digər deşilmiş-kəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, qançır isə sağlamlığı zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Cinayət işinə əlavə olunmuş məhkəmə-trasoloji ekspertizasının 25 oktyabr 2022-ci il tarixli, 1331 saylı rəyindən görünür ki, təqdim edilmiş pencəyin, mavi rəngli qısaqol köynəyin, maykanın və qara rəngli qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr (qara rəngli qısaqol köynəyin səthindəki “a” zədəsi istisna olmaqla) bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində müxtəlif istiqamətlərdə (yuxarıdanaşağı, sağdan-sola doğru və.s istiqamətlənərək) yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqdim edilmiş qara rəngli qısaqol köynəyin səthindəki “a” zədəsi isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Cinayət işinə əlavə olunmuş ambulator-məhkəmə psixiatrik ekspertizasının 01 oktyabr 2022-ci il tarixli, 2607 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan başqa, cinayət işinin materiallarına əlavə olunmuş 02 iyul 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, ünvan 2 ünvanda yerləşən “Altun” şadlıq sarayında saat 00:15 radələrində hadisənin baş verməsi göstərilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 13 iyul 2022-ci il tarixli “maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus və baş vermiş hadisə zamanı əynində olmuş 01 ədəd pencək, 02 ədəd qısaqol köynək, 01 ədəd mayka X4 götürülmüşdür. Cinayət işinin materiallarına əlavə olunmuş 16 avqust 2022-ci il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2022-ci il tarixdə saat 12:20 radələrində könüllü olaraq İstintaq şöbəsinə gələrək təslim olmuşdur. İş materiallarında olan, Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, onu bağışlayır və barəsində heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının, 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması, əməlindən peşman olmaqla səmimi ifadə verməsini, zərər çəkmiş şəxslə barışıq əldə olunmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti 06 ildən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 16 avqust 2022-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Nizami RPİ-də saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd pencək, iki ədəd qısaqol köynək və bir ədəd mayka təyinatlarını itirdiyindən məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi 24 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Nizami RPİ-də saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd pencək, iki ədəd qısaqol köynək və bir ədəd mayka təyinatlarını itirdiyindən məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi1 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-437/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-437/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver