Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-437/2025 05.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X8-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X5, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X14 küçəsi, ev 3A, mənzil 65 ünvanında qeydiyyatda olub həmin ünvanda da yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilib, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmək məqsədi ilə naməlum vaxtda və şəraitdə şəxsiyyəti məlum olmayan başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək həmin başqa şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 2,611 qram çəkidə narkotik vasitə heroini, 14,58 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda, yəni 8,846 çəkidə psixotrop maddə metamfetamini başqa mənbədən əldə edib özündə saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 Mübarizə şöbəsinin əməkdaşları tərəfindən 16 mart 2024-cü il tarixdə saat 01:15-də Bakı şəhəri Nəsimi rayonu Sabit Rəhman və Mərdanov qardaşları küçələrinin kəsişməsində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın cibindən 03 bükümdə ayrı-ayrılıqda çəkiləri 2,272 qram, 0,290 qram və 0,049 qram olmaqla ümumi təmiz çəkisi 2,611 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroini, 03 bükümdə ayrı-ayrılıqda çəkiləri 6,30 qram, 4,38 qram və 3,90 qram olmaqla ümumi təmiz çəkisi 14,58 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana, 11 bükümdə ümumi təmiz çəkisi 8,846 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və narkotik-vasitə-psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı 01 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, o özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmir. Onu 15 mart 2024-cü il tarixində İnqilabda Algünəş xanımın evində saxlayıblar. 7-8 nəfər polis əməkdaşı evə girib onu saxladılar, saxlanılarkən onun üzərində narkotik vasitə olmayıb. Saxlanılarkən o işləməmişdir. Valideynləri ilə birlikdə yaşamışdır. Özü, bəzən narkotik vasitə olan marixuana istifadə etmişdir. Algünəş xanımla onun yaxın münasibəti olub. Algünəş xanımın evinə 5-6 ay əvvəl tanıdığı taksi sürücüsü Yaşar da gəlmişdi. Qapı döyüldü, Yaşar qapını açdı. Polis əməkdaşları Yaşarı da saxladılar. Çəkilişdən əvvəl narkotik vasitə verdilər ki, cibinə qoy, çəklişdə özününkü kimi təqdim et dedilər. O, imtina etmək istədikdə polis əməkdaşları onu təhdid etmişlər. Onun qarın boşluğuna vurmuşlar. Üzərində xəsarət olmayıb. Üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı qeydə alınan çəkilişdə vəkil var idi. Vəkilə narkotik vasitənin ona məxsus olmadığını da bildirmişdir, lakin nəticəsi olmayıb. Vəkilin yanında ona təzyiq olunmayıb. Üzərində «Redmi 8» markalı telefon var idi. Narkotik vasitə götürmək barədə yazışması olub. Samir adlı şəxs ona narkotik vasitə satmağı təklif edib, lakin o razılaşmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Yaşarın maşını tünd yaşıl rəngdə «Prius» markalı maşın idi. Evə girəndən yarım saat sonra polis əməkdaşları gəldilər. Evə daxil olanda polis əməkdaşları məhkəmə qərarını təqdim etmədilər. Onu mülki maşınla apardılar. Polis əməkdaşları iki maşınla gəlmişdilər. O, heç kimə 330 manat pul köçürməmişdir. Algünəş xanım bütün bu hadisələrə şahid olub. Xahiş edir ki, Algünəş dindirilsin. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitələrdən istifadə edir, lakin narkotik vasitələrin satışı ilə məşğul olmur, üzərində aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddələri də istifadə etmək məqsədi ilə almışdır. Narkotik vasitələri və psixotrop maddələri bir neçə aydır ki, “Samir” adlı İran vətəndaşından alır. 15 mart 2024cü il tarixdə saat 23 radələrində Samirlə əlaqə saxlayıb narkotik vasitə almaq istədiyini demiş, üzərində 330 manat pulu olduğu üçün narkotik vasitəni çox almaq istəmişdir ki, uzun müddət istifadə etsin. Samir ona 500 manat dəyərində narkotik vasitə verəcəyini, qalan pulu da daha sonra ödəyə biləcəyini bildirmişdir. O, Samirlə razılaşdıqdan sonra Samirin dediyi M10 hesabına 330 manat pul vəsaiti köçürdükdən sonra Samir ona narkotik vasitələri Mərdəkan qəsəbəsində gizlətdiyi yerin lokasiyasını göndərmişdir. Daha sonra o, taksi sürücüsü işləyən tanışı Yaşarla əlaqə saxlayıb onu Mərdəkana aparmasını xahiş etmişdir. Lakin Yaşara oraya nə məqsədlə getdiyini deməmişdir. O, Yaşarın idarə etdiyi avtomobillə Mərdəkan qəsəbəsinə getmiş, Samirin ona bildirdiyi yerdən narkotik vasitələri götürdükdən sonra Yaşarla birlikdə Bakı şəhərinə qayıtmışlar. xx.xx.2024-cü il tarixdə saat təxminən 01:15 radələrində Nəsimi rayonu ərazisində Sabit Rəhman küçəsi ilə Mərdanov qardaşları küçələrinin kəsişməsində olan zaman iki nəfər tanımadıqları şəxs onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək onları Nəsimi RPl-nin 20-ci polis şöbəsinə dəvət etmişlər. Onlar polis şöbəsinə getdikdən sonra onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəkləri barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə və hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış prosesi dəvət olunmuş mütəxəssis tərəfindən videoqeydiyyata alınnışdır. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olubolmaması soruşuldu və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli gödəkcənin sağ iç cibindən iki ədəd folqa kağızına, habelə xırda sellofanlara bükülmüş narkotik vasitə və psixotrop maddələri, əynindəki şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd Xiaomi markalı mobil telefonu və sol yan cibindən elektron tərəzini və bir qutu siqareti çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilən zaman üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Ondan həmin bükümlərdə nə olduğu, nə vaxt, kimdən və haradan almağını soruşulduqda o bükümlərdən 03 ədədində qurudulmuş marixuana, 03 ədədində narkotik vasitə heroin, digər 11 ədədində isə psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddələri xx.xx.2024-cü il tarixdə Samir adlı İran vətəndaşının Mərdəkan qəsəbəsi ərazisində qoydurduğu yerdən istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Daha sonra üzərindən aşkar edilmiş 17 ədəd içərisində psixotrop maddə metamfetamin, narkotik vasitə heroin və qurudulmuş marixuana olan bükülülərə baxış keçirilərək ayrı-ayrı zərflərə qoyulmuş, üzəri möhürlənmiş, o və axtarış və götürmədə iştirak edən digər şəxslər tərəfindən imzalanaraq qablaşdırılmış və götürülmüşdür. Elektron tərəzi də qablaşdırılaraq ekspertizaya təqdim etmək üçün götürülmüşdür. Üzərində aşkar olunmuş mobil telefon içərisindəki 055- ***-**-** GSM nömrəsi ilə birlikdə ona izah verilərək götürülmüşdür. Bundan başqa o, əlavə ifadəsidə bildirmişdir ki, üzərində aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddələrin hamısı ona məxsus deyil. Narkotik vasitələri və psixotrop maddələri son aylarda “Samir” adlı İran vətəndaşından almışdır. 15 mart 2024-cü il tarixdə saat 23 radələrində yenə də Samirlə əlaqə saxlayıb narkotik vasitə almaq istədiyini demiş, Samir ona narkotik vasitələri Mərdəkan qəsəbəsində gizlətdiyi yerin lokasiyasını göndərmişdir. Daha sonra o, Yaşarla əlaqə saxlayıb onu Mərdəkana aparmasını xahiş etmişdir. Lakin Yaşara oraya nə məqsədlə getdiyini deməmişdir. Onlar Yaşarın idarə etdiyi avtomobillə Mərdəkan qəsəbəsinə getmiş, orada o, Samirin bildirdiyi yerdən üç bükümdə narkotik vasitələri götürdükdən sonra Yaşarla birlikdə Bakı şəhərinə qayıtmışdır. xx.xx.2024- cü il tarixdə saat təxminən 01:15 radələrində Nəsimi rayonu ərazisində Sabit Rəhman küçəsi ilə Mərdanov qardaşları küçələrinin kəsişməsində “Algünəş” adlı tanışına məxsus evdə olan zamanı iki nəfər tanımadığı şəxs həmin ünvana gələrək polis əməkdaşları olduqlarını bildirərək Yaşarı və onu Nəsimi RPİ-nin 20-ci polis şöbəsinə dəvət etmişlər. O, üzərində üç bülkümdə narkotik vasitə marixuana olduğunu dedikdə ona əlavə bükümlərdə heroin və metamfetamin bükümləri və bir ədəd elektron tərəzi də verərək cibinə qoymağını və polis şöbəsində özünə məxsus olduğunu deməyini tələb etmişlər. O, məcburən polislərin dediyi ilə razılaşmışdır. Həmin vaxt Algünəş başqa bir otaqda yatdığı üçün Algünəşi polis şöbəsinə aparmamışlar. Daha sonra polis şöbəsində üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq psixotrop maddələrin və narkotik vasitələrin hamısının ona məxsus olmadığını, sadəcə 03 bükümdəki narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olduğunu və 15 mart 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində “Samir” adlı İran İslam Respublikası vətəndaşının əvvəlcədən qoydurduğu yerdən götürərək əldə etdiyini, Samirlə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə +**********44 saylı mobil nömrə ilə təxminən 1-2 ay olar ki, əlaqə saxladığını, həmin şəxsdən əvvəllər də narkotik vasitə aldığını, Samirlə yalnız telefon vasitəsi ilə əlaqə saxladığını, Şahid1 həmin narkotik vasitədən xəbərinin olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, saxlanılan zaman və polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmadığını bildirmişdir. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. 16 mart 2024-cü il tarixdə Şahid2 ilə birlikdə xidmətdə olan zaman Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman və Mərdanov Qardaşları küçəsininin kəsişməsində iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb, həmin şəxslərə yaxınlaşdılar və özlərini təqdim etdikdən sonra həmin şəxsləri ərazi aidiyyəti üzrə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə dəvət etdilər. Hər iki şəxs etiraz etmədən onlarla birgə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə getdilər. Polis şöbəsində məlum oldu ki, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri isə Şahid1dır. Sonra xidməti otaqların birində vəkilin iştirakı ilə Şahid1 barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Şahid1 üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilmədi. Daha sonra xidməti otaqların birində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə bənzər kütlələr, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, psixotrop maddə metamfetaminə bənzər kütlələr və elektron tərəzi aşkar edildi. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşından Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində, şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Təqsirləndirilən şəxsı saat 01 radələrində saxlamışdılar. Yaşar və Vüsal küçədə, piyada idilər. Yaşar və Vüsalı saxladıqdan 15-20 dəqiqə sonra polis şöbəsinə daxil oldular. Təqsirləndirilən şəxs barəsində keçirilən şəxsi axtarışda iştirak etmişdir. Onlar saxlanılarkən Algünəş xanımın evində olmayıblar. Onları küçədə olarkən saxlamışdılar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı yox idi. Həmin ərazidə narkotik vasitələrin olması barədə əməliyyat məlumatı var idi. Təqsirləndirilən şəxsı əvvəllər tanımamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdr ki, Bakı şəhər Baş Polis İdarəsinin X6 Mübarizə şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 16 mart 2024-cü il tarixdə saat 01:15 radələrində Bakı şəhər Baş Polis İdarəsinin X6 Mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olan zaman Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman və Mərdanov Qardaşları küçəsininin kəsişməsində iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb həmin şəxslərə yaxınlaşmış və özlərini təqdim etdikdən sonra həmin şəxsləri ərazi aidiyyəti üzrə Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinə dəvət edilmişlər. Hər iki şəxs etiraz etmədən onlarla birgə Nəsimi rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslərdən biri xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs, digəri isə xx.xx.1981-ci il tarixdə Qəbələ rayonunda doğulmuş Şahid1dur. Daha sonra 20-ci Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı deyilmiş və Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra əvvəlcə hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmədə o da iştirak etmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara gödəkcənin sağ iç cibindən gümüşü folqa kağızlarına bükülmüş kiçik sellofan bükümləri, əynindəki şalvarın şağ yan cibində özünə məxsus Xiaomi markalı telefonu və sol yan cibindən isə bir ədəd avtomobil pultuna oxşar qara rəngli əşyanı çıxararaq təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərə ayrı-ayrılıqda baxış keçirilmişdir. Bükümlərdən 03 ədəd bükümün içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər kütlələr, 03 ədəd bükümdə ot şəkilli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr 11 ədəd bükümdə isə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs müvafiq olaraq həmin maddələrin heroin, marixuana və metamfetamin olduğunu, qara rəngli əşyanın isə elektron tərəzi olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri sosial şəbəkə vasitəsi ilə tanış olduğu Samir kimi tanıdığı İran İslam Respublikası vətəndaşından 330 manat pul müqabilində şəxsi istifadəsi üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 03 bükümdə narkotik vasitə heroinəbənzər kütlələr, 03 bükümdə narkotik vasitə marixuanaya bənzər kütlələr və 11 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr və bir ədəd elektron tərəzi ayrı-ayrılıqda qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus Redmi markalı mobil telefon da müvafiq izah verilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, o da protoklu imzalamışdır. Bundan sonra Şahid1 Saleh oğlunun da üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, Şahid1 üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şahid2 ifadələrində göstərdi ki, 16 mart 2024-cü il tarixdə Şahid3 ilə birlikdə xidmətdə olan zaman Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman və Mərdanov Qardaşları küçəsininin kəsişməsində iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsləri ərazi aidiyyəti üzrə Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinə dəvət etmişlər. Hər iki şəxs etiraz etmədən onlarla birgə Nəsimi rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə gəlmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri isə Şahid1dır. Sonra xidməti otaqların birində vəkilin iştirakı ilə Şahid1 barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Şahid1 üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilmədi. Daha sonra xidməti otaqların birində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üç büküm narkotik vasitə heroinə bənzər kütlələr, üç büküm narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, on bir büküm isə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr və elektron tərəzi aşkar edildi. Təqsirləndirilən şəxs həmin maddələrin heroin, marixuana və metamfetamin olduğunu bildirdi. Daha sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri sosial şəbəkə vasitəsi ilə tanış olduğu Samir kimi tanıdığı İran İslam Respublikası vətəndaşından 330 manat pul müqabilində şəxsi istifadəsi üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində əldə etdiyini bildirdi. Yaşar və Vüsalıın narkotik vasitənin təsiri altında olduğundan şübhələnmişdilər. X16 və Mərdanov Qardaşları küçəsininin kəsişməsində gördülər. Yaşar və Vüsalı saat 1-2 radələrində gördülər. Yaşar və Vüsal piyada idilər. Yaşar və Vüsalı polis şöbəsinə öz maşınları ilə apardılar. Saxladıqdan təxminən 10 dəqiqə sonra polis şöbəsinə daxil oldular. Şəxsi axtarış zamanı iştirak etmişdir. Vüsal saxlanılarkən Algünəş xanımın evində olmayıb, küçədə saxlanılmışdır. Narkotik vasitələr Vüsalın cibindən çıxdı. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı bildirmişdir ki, Bakı şəhər Baş Polis İdarəsinin X6 Mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 16 mart 2024-cü il tarixdə saat 01:15 radələrində Bakı şəhər Baş Polis İdarəsinin X6 Mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə xidmətdə olan zaman Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman və Mərdanov Qardaşları küçəsininin kəsişməsində iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb həmin şəxslərə yaxınlaşmış və özlərini təqdim etdikdən sonra həmin şəxsləri ərazi aidiyyəti üzrə Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinə dəvət edilmişlər. Hər iki şəxs etiraz etmədən onlarla birgə Nəsimi rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslərdən biri xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs, digəri isə xx.xx.1981-ci il tarixdə Qəbələ rayonunda doğulmuş Şahid1dur. Daha sonra 20-ci Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı deyilmiş və Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra əvvəlcə hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmədə o da iştirak etmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara gödəkcənin sağ iç cibindən gümüşü folqa kağızlarına bükülmüş kiçik sellofan bükümləri, əynindəki şalvarın şağ yan cibində özünə məxsus Xiaomi markalı telefonu və sol yan cibindən isə bir ədəd avtomobil pultuna oxşar qara rəngli əşyanı çıxararaq təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərə ayrı- ayrılıqda baxış keçirilmişdir. Bükümlərdən 03 ədəd bükümün içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər kütlələr, 03 ədəd bükümdə ot şəkilli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr 11 ədəd bükümdə isə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs müvafiq olaraq həmin maddələrin heroin, marixuana və metamfetamin olduğunu, qara rəngli əşyanın isə elektron tərəzi olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri sosial şəbəkə vasitəsi ilə tanış olduğu Samir kimi tanıdığı İran İslam Respublikası vətəndaşından 330 manat pul müqabilində şəxsi istifadəsi üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 03 bükümdə narkotik vasitə heroinəbənzər kütlələr, 03 bükümdə narkotik vasitə marixuanaya bənzər kütlələr və 11 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr və bir ədəd elektron tərəzi ayrı-ayrılıqda qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus Redmi markalı mobil telefon da müvafiq izah verilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, o da protoklu imzalamışdır.Bundan sonra Şahid1 Saleh oğlunun da üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, Şahid1 üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X11 ibtidai istintaq zamanı göstərmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin Fiziki-kimyəvi ekspertizalar şöbəsində eksperti kimi işləyir. Tərəfindən icra edilmiş 16 mart 2024-cü il tarixli məhkəmə fizikikimyəvi ekspertizası üzrə verilmiş 3-16-16/2-6/1568 nömrəli eksperet rəyini o vermişdir. 16 mart 2024-cü il tarixdə müvafiq ekspertiza aparmaq üçün ona 03 ədəd zərf təqdim edilmişdir. Zərflərdən birinin içərisində qara rəngli elektron tərəzi, digərində üç bükümdə qəhvəyi rəngli narkotik vasitə hesab olunan heroinə bənzər kütlələr, üçüncüsündə isə 08 bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr qablaşdırılmışdı. Hər iki zərfdəki bükümlərin ağzı açıq vəziyyətdə olduğu üçün kütlənin bir hissəsi zərfə tökülmüş halda olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, 2018-ci ildən DlO-da, 2023-cü ilin avqust ayından isə tutduğu vəzifədə xidmət edir. 15 mart 2024-cü il tarixdə saat 09:00-dan 16 mart 2024-cü il tarixdə saat 09:00-dək Nəsimi RPİ-nin 20-ci Polis şöbəsində əməliyyat qrupunun tərkibində xidmətdə olmuşdur. 16 mart 2024- cü il tarixdə saat təxminən 01:30 radələrində sonradan Bakı şəhər Baş Polis İdarəsinin X6 Mübarizə şöbəsinin əməkdaşları olduqlarını bildiyi iki nəfər əməliyyat müvəkkili iki nəfər şəxsi saxlayaraq 20-ci Polis şöbəsinə gətirmiş və raport yazaraq şöbə rəisinə məlumat vermişlər. Şöbənin rəisi həmin raportun icrasını ona həvalə etmişdir. Daha sonra o, qanunamüvafiq sənədləşmə işləri aparmış və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etmişdir. Bundan sonra dəvət olunmuş müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ iç cibindən 02 ədəd folqa büküm və bir neçə kiçik sellofan bükümlər, əynindəki şalvarın sağ yan cibindən bir ədəd mobil telefon, həmin şalvarın sol yan cibindən isə bir ədəd qara rəngli elektron tərəzi çıxararaq təqdim etmişdir. Daha sonra həmin bükümlərə baxış keçirildikdə onlardan 03 ədəd bükümün içərisində otşəkilli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr, 03 ədəd bükümün içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütlələr, qalan 11 ədəd bükümün içərisində isə şəffaf rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Daha sonra həmin bükümlərin içərisinə baxış keçirilərək ayrı-ayrı zərflərdə qablaşdırılaraq ekspertiza tədqiqatına təqdim etmək üçün tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş bükümlərə baxış keçirmək məqsədi ilə ağızlarını açsa da, təkrar həmin bükümlərin ağzını bağlamağı unutmuşdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı bildirmişdir ki, əvvəllər taksi sürücüsü işləmişdir. Təqsirləndirilən şəxs da həmin vaxtdan tanıyır. 15 mart 2024- cü il tarixdə axşam saatlarında Vüsal ona zəng edərək Mərdəkan qəsəbəsinə gedib qayıtmalı olduğunu və Vüsalı aparıb gətirməyini xahiş etişdir. O, etiraz etməyərək Vüsalla görüşüb Vüsalı Mərdəkan qəsəbəsinə aparmışdır. Orada xatırlamadığı ünvanda Vüsal onu saxladıb bir qədər gözləməyini xahiş etmişdir. Bir neçə dəqiqə sonra qayıdıb gedə biləcəklərini demişdir. O, Vüsaldan Mərdəkana getməklərinin səbəbini soruşmamışdır. Daha sonra Bakı şəhərinə qayıtmışlar. Vüsal ondan Bakı şəhəri, Nəsimi rayonu ərazisində Mərdanov qardaşları küçəsində düşürtməyini xahiş etmişdir. Buna görə də o saat təxminən 01 radələrində Vüsalı Mərdanov qardaşları ilə Sabit Rəhman küçələrinin kəsişməsində düşürtmüş və o, özü də avtomobildən düşmüşdür. Vüsal borcunun nə qədər olduğunu soruşduqda o, 25 manat verəcəyini demişdir. Daha sonra iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb polis əməkdaşı olduqlarını və birlikdə Nəsimi RPl-nin 20-ci polis şöbəsinə getməli olduqlarını demişlər. Daha sonra 20-ci polis şöbəsinin inzibati binasında ona şübhəli şəxs qismində tutulacağını izah edilərək hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış və hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Algünəş adında qadın tanımırı, onu Təqsirləndirilən şəxsla birlikdə polis əməkdaşları tərəfindən küçədə saxlamışlar. Məhkəmədə elan olunub araşdırılıb cinayət işinin materiallarına əlavə olunmuş: Şəxsi axtarış və götürmə aparılması haqqında 16 mart 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış olduqdan sonra ona üzərində olan əşya və predmetləri təqdim etməsi təklif olunur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən iki ədəd gümüşü rəngli kağızla əhatələnmiş bükümləri, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd Redmi model telefonu, sol yan cibindən isə tərəzi çıxararaq masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və onun üzərində heç nə aşkar olunmur. Mobil telefon izah verərək götürülür. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükümlər sayıldıqda 02 ədəd gümüşü rəngli kağızla əhatələnmiş büküm, büküm açıldıqda isə 17 ədəd sellofan büküm olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs 17 ədəd gümüşü rəngli kağızla əhatələnmiş bükümdən kağız bükümlərdə də marixuana, heroin və metanfetamin olduğunu bildirdi. Bundan sonra şəffaf sellofan kəsiyinə bükülmüş 11 ədəd bükümdə içərisində ağ rəngli narkotik vasitəyə bənzər maddənin, 03 ədəd bükümdə yaşıl rəngli narkotik vasitəyə bənzər maddənin 03 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddələrin, üzərində çıxmış tərəzinin və ***-***-**-** mobil nömrəsi ilə işləyən Redmi 8 model telefon olması müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlələr və əşyalar qablaşdırılır və üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülür. Nəsimi RPl-nin 20-ci PŞ-nin xidməti otaqlarından birində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD disk şəxsi axtarış və götürmə protokoluna əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertiza üzrə 16 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1568 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs ..." yazı və imzalar olan zərfi açdıqda 1 Ne-li zərfdə 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,272 qram, 0,290 qram, 0,049 qram ümumi təmiz çəkisi 2,611 qram olan qəhvəyi rəngli maddə heroinlər bir-biri ilə kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. 2N°-li zərfdə 8 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 3,695 qram, 1,471 qram, 0,919 qram, 0,414 qram, 0,317 qram, 0,273 qram, 0,806 qram, 0,951 qram ümumi təmiz çəkisi 8,846 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop madde metamfetamindir, 3 nömrəli zərfdə olan bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklidə olduğu üçün çəkisi müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Qeyd: Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ondan 11 ədəd psixotrop maddə metamfetamin bükümləri aşkar olunsa da, təhqiqatçı tərəfindən bükümlərin bir qismi açıq vəziyyətdə zərfə qoyularaq qablaşdırıldığından ekspertiza tədqiqatına təqdim edilərkən bükümlərdəki psixotrop maddə metamfetamin digər bükümlərə qarışdığından zərfin içərisində 8 ədəd büküm formasında aşkar olunmuş və buna görə də ekspert tərəfindən təqdim edilmiş müvafiq rəydə bükümlərin sayı 8 ədəd göstərilmişdir, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin bükümlərinin sayı 11 ədəd olduğundan ona elan edilmiş ittihamda həmin maddə bükümlərinin ümumi sayı 11 ədəd göstərilməklə ümumi miqdar əsas götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertiza üzrə 16 mart2024-cü il tarixli, 3-16-16/2-7/450 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim edilmiş üzərində Üzərində "Təqsirləndirilən şəxs..." yazı və imzalar olan zərfi açdıqda içərisində 3 ədəd süllofan bükümlərdə hər birinin ayrı-ayrılqıda təmiz çəkiləri 6,30 qram, 4,38 qram, 3,90 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 14,58 qramdır. Təqdim olunmuş 3 (üç) ədəd sellofan bükümlərdə olan marixuanalar tərkibinə görə eyidir. 2 nömrəli Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 1/2904 saylı məktubdan görünür ki, xx.xx.1984-cü təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə Bakı şəhəri 2 nömrəli X3 stasionar müalicə üçün müraciət etməyib. Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş bir ədəd “Redmi Note 8” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefona “1958” təhlükəsizlik kodunun tətbiq edildiyi, mobil telefonda quraşdırılmış Whatsapp sosial şəbəkəsində Təqsirləndirilən şəxs “Samir” olaraq qeyd olunmuş +**********44 saylı xarici ölkələrdən birinə məxsus mobil nömrə vasitəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar danışıqların, o cümlədən audio yazıların, narkotik vasitələrin və psixotrop maddələrin əvvəlcədən qoyulmuş yerlərinin fotoşəkilləri və çoxlu sayda qarşılıqlı zənglərin olması aşkar edilir. Baxış zamanı tətbiq edilən video çəkiliş bir ədəd DVD diskdə cinayət işi materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus ümumi təmiz çəkisi 14,58 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, ümumi təmiz çəkisi 2,611 qram olan narkotik vasitə heroinin, ümumi təmiz çəkisi 8,846 qram olan psixotrop maddə matanfetaminin, üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi və “Redmi Note 8” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən edilən zənglərin, daxil olan və çıxan SMS-lərin mətni, siyahısı, vaxtı, müddəti, əhatə dairəsi, nömrə sahibləri və digər anten məlumatları barədə məlumatların əks olunduğu "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilmiş, işi üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, bəzi hallarda marixuanadan istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını, habelə onu küçədə deyil tanışı Algünəş adlı qadının evində saxlandığını göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etməsini təsdiq edən ekspertiza rəyini nəzrə alıb onun marixuanadan istifadə etməsi barəsindəki iddiasını həqiqətə uyğun sayır, lakin onun üzərinlən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ona aid olmaması barəsindəki ifadələrinin şübhələrlə müşahidə olunduğu qənaətinə gəlir, lakin həmin şübhələri onun xeyrinə həll etmək üçün sübut müəyyən olunmadı. Çünki məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Məhkəmənin gəldiyi bu qənaət ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefona keçirilən baxış zamanı onun “Samir” adlı naməlum xarici ölkə vətəndaşı ilə narkotik vasitələrin dövriyyəsi barədə danışıqları, o cümlədən Samir adlı şəxsin ona “patı” adlandırılan psixotrop maddə və “kola” adlandırılan narkotik vasitə heroin göndərməsi və Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi barədə dialoqları, həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və bir ədəd elektron tərəzi, habelə həmin narkotik vasitələrin və psixotrop maddələrin ayrı-ayrı bükümlərə ayrılması və digər sübutlar baxımından da əsaslıdır. Məhkəmə, Təqsirləndirilən şəxs bu iddiaları əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi iddia olunan narkotik vasitələrin və psixotrop maddələrin polis əməkdaşları tərfiəndən ona verilib, çəkiliş zamanı özününkü kimi təqdim edilməsi barədə göstəriş verdikləri və polis əməkdaşları tərəfindən qarın boşluğuna zərbə ilə vurması barəsindəki ifadələrini onun təqsirləndirilən şəxs kimi malik olduğu ifadə verməkdə sərbəst olmaq hüququndan yanlış yararlanmaq cəhdi kimi qiymətləndirir. Məhkəmə göstərilənlərlə bərabər qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs elan edilmiş ittihama onun üzərinə baxış keçirilərkən bir ədəd üzərində narkotik izləri olan elektron tərəzini də daxil etmişdir. Elektron tərəzi sərbəst dövriyyəsi qadağan olunmayan elm, məişət, zərgərlik və sairə sahələrdə istifadə olunan ölçü alətidir və belə alətin əldə olunması, daşınması, istifadə olunması cinayət qanunu ilə təqib olunmur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan bir ədəd üzərində narkotik izləri olan elektron tərəzinin xaric olunmasını əsaslı sayır və ittihamdan xaric edir. Məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və onun əməllərinin maddələrlə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlləri qəsdən törətməsi qənaətinə gəldiyindən onun təqsirli bilinməsini və bu əməllərə görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 137 ( yüz otuz yeddi ) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 137 ( yüz otuz yeddi ) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 60 (altmış) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinin hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,52 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi qalıq çəkisi 2,521 qram olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 8,686 qram olan psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzinin məhv edilməsini, 01 ədəd “Redmi” markalı mobil telefonun təqsirləndirilən şəxsin iradəsinə uyğun olaraq yaxın qohumlarına qaytarılmasını, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 (bir) ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk və Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə 16 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 17 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 11 may 2024-cü il tarixli, 3168 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Əhmədov X9 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 16 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Əhmədov X9 ilə əlaqədar ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 137 (yüz otuz yeddi) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,52 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi qalıq çəkisi 2,521 qram olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 8,686 qram olan psixotrop maddə metanfetamin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsin iradəsinə uyğun olaraq yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 (bir) ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk və Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-437/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-437/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver