Məhkəmə qərarları › İş №1(101)-438/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-438/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-438/2020 22.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, zərərçəkmiş şəxsin hüquqi varisi X2, onun nümayəndəsi X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Abbas oğlunun iştirakları ilə, xx xxxxxxxx 1991-ci iı tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını sərxoş halda pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, X7 məxsus texniki cəhətdən saz vəziyyətdə olan "Tofaş Şahin” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini narkotik vasitə hesab edilən tiryəkdən istifadə etməsi nəticəsində yaranmış sərxoşluq vəziyyətində və etibarnamə olmadan xx xxxxxxx 2019-cu il tarixdə saat 05:31 radələrində yaşayış məntəqəsi hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsindən yolun hərəkət hissəsinin əks istiqamətinə doğru Cəlil Məmmədquluzadə küçəsi istiqamətinə icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.1 “Giriş qadağandır” yol nişanının) tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və ya başqa əmlaka zərər vurmamalı, avtomobili yolayrıcı qarşısında 3.1 "Giriş qadağandır” yol nişanı qoyulduğu vəziyyətdə həmin yola daxil etməməli və icazə verilən istiqamətdə hərəkət etdirməli olduğu halda bunlara riayət etməyərək hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yolun Cəlil Məmmədquluzadə küçəsinə aid olan hissəsi ilə saatda 25 km sürətlə hərəkətdə olan Şahid1 sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi Zərərçəkmiş şəxs4 məxsus texniki cəhətdən saz vəziyyətdə olan "Opel Astra” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Hənifə Ələsgərov və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində toqquşduqdan sonra o, idarə etdiyi “Tofaş Şahin” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Cəlil Məmmədquluzadə küçəsində quraşdırılmış Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsinə məxsus TŞ3-089 nömrəli videomüşahidə kamerasının dirəyinə vurmuş və nəticədə ehtiyatsızlıqdan “Tofaş Şahin markalı **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin zədələnməsinə görə X7 4200 manat, “Opel Astra” markalı **-ED-*** dövlət qedyiyyat nişanlı avtomobilin zədələnməsinə görə Zərərçəkmiş şəxs4 2180 manat, zərərçəkmİş hüquqi şəxs Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsinə TŞ3-089 nömrəli videomüşahidə kamerasının dirəyinin zədələnməsinə görə 760 manat maddi ziyan, bundan başqa ehtiyatsızlıqdan “Tofaş Şahin” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonunda arxa oturacağında oturmuş sərnişinlər Zərərçəkmiş şəxs2 başın alın-təpə və gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları, qapalı kəllə-beyin tarvması, baş beyin silkələnməsi, sol bud çanaq oynağı nahiyəsinin qançırı, sağ əlin İİİ, İV, V barmaqlarının, sol əlin arxa səthinin və bel nahiyəsinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid zərər, Zərərçəkmiş şəxs1 isə baş beyninin toxumasına, qişalarına, mədəciklərinə, başın yumşaq toxumaları altına, hər iki gicgah əzələsinə qansızmalar, beyinciyin, varol körpüsünün və uzunsov beynin toxumasına qansızmalar, kəllə sümüklərinin sınıqları, başın alın-sol gicgah nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yarası, sol qulaq seyvanı nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bazu oynağının travmatik çıxığı və həmin nahiyənin qançırı, hər iki göz qapaqlarının və sol ayaq pəncəsinin qançırları, alın, burun, sol əl və sol diz oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən və ağırlıq dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla, ehtiyatsızlıqdan onun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 177 və 178-ci maddələri ilə məhkum olunmuş, sonuncu dəfə 2019-cu ilin iyul ayında həbsdən azad olunmuşdur. Qardaşı Şahid3 “Tofaş” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. xx xxxxxxx 2019-cu il tarixdə gecə saat təxminən 03 radələrində taksi fəaliyyəti ilə məşğul olub pul qazanmaq məqsədilə qardaşına məxsus "Tofaş” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin açarlarını götürüb evdən çıxmışdır. Saat təxminən 05:10 radələrində Nizami küçəsindən 4 nəfər sərnişin götürüb onlardan birini Şərifzadə küçəsi “İnşaatçılar” metrosunun yanında düşürdükdən sonra digər sərnişini “Nərimanov” metrosuna aparmaq üçün avtomobillə Şərifzadə küçəsindən H.B.Zərdabi küçəsinə enib oradan Tbilisi prospektinə doğru hərəkət etmişdir. Şərifzadə küçəsində olan “Günəş petrol”un yanında Yol Polisi Xidməti avtomobili ona saxla əmri versə də avtomobili idarə etməyi üçün etibarnaməsi olmadığına görə maşını saxlamamış, buna görə yol polisi avtomobili onu təqib etməyə başlamış, o, avtomobili Tbilisi prospektinə sürmüş, oradan Hənifə Ələsgərov küçəsinə dönüb hərəkətin əksinə Cəlil Məmmədquluzadə küçəsinə doğru hərəkət etmişdir. Yol polisi əməkdaşları avtomobilin nömrəsini görməsin deyə o, avtomobilin işıqlarını da söndürmüşdür. Cəlil Məmmədqulzadə küçəsinə çatanda işıqforun qırmızı işığı olduğu halda o, dayanmamışdır. Eyni anda yolun sağında, yəni Cəlil Məmmədquluzadə küçəsində hərəkətdə olan “Opel” markalı avtomobilin qabaq hissəsi ilə onun idarə etdiyi “Tofaş” markalı avtomobilin sağ yan hissəsi arasında toqquşma baş vermişdir. Toqquşma nəticəsində onun avtomobili ilk öncə yolun solunda olan dirəyə dəymiş, daha sonra isə yolun sağına doğru hərəkət edib dayanmışdır. Hadisə nəticəsində onun avtomobilində olan və arxada əyləşmiş iki nəfər xəsarət almışdır. Maşında olan şəxslərdən biri yerə düşmüşdür. Sonra hadisə yerinə polis əməkdaşları və X12 avtomobili gəlmişdir. Hadisə zamanı xəsarət alanlardan biri hadisə yerində ölmüş, digəri isə xəsarət aldığı üçün X12 avtomobili ilə xəstəxanaya aparılmışdır. Hadisə nəticəsində onun özü başından və əlindən xəsarət almışdır. O, avtomobili 70-80 km/saat sürətlə idarə etmişdir. O, həmin avtomobili nadir hallarda qardaşından götürüb taksi kimi işlətmiş və bundan qardaşının məlumatı olmuşdur. Qardaşı ona heç vaxt etiraz etməmişdir. O, hadisə vaxtı və ondan əvvəl narkotik vasitədən istifadə etməmişdir. O, ümumiyyətlə narkotik vasitələrin istifadəçisi deyil və heç bir zaman da narkotik vasitədən istifadə etməmişdir. Sadəcə olaraq DYP əməkdaşları qanunazidd olaraq onu təqib etdiklərinə görə qəsdən onun guya tiryək adlı narkotik vasitədən istifadə etdiyini rəydə qeyd ediblər. Hazırda etdiyi əməldən çox peşmandır. Zərərəçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməyə ailə üzvləri çalışsa da, onların maddi vəziyyəti buna imkan vermir. Bununla yanaşı, ifadələri arasında yaranmış ziddiyyətlə əlaqədar Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsində ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cii maddəsi ilə elan edilmiş ittihamda o, özünü təqsirli bilmiş və göstərmişdir ki, atası Adil, anası İzafə, qardaşı Mirzə ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177 və 178-ci maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə 2019-cu ilin iyul ayında həbsdən çıxmışdır. Qardaşı Şahid3 özünə məxsus “Tofaş” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili var. xx xxxxxxx 2019-cu il tarixdə gecə saat təxminən 03 radələrində evdən qardaşına məxsus "Tofaş” markalı avtomobilin açarlarını götürüb evdən çıxmışdır. O, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olub pul qazanmaq istəmişdir. Saat təxminən 05:10 radələrində Nizami küçəsindən 4 nəfər sərnişin götürüb onlardan birini Yasamal rayonunda “İnşaatçılar” metrosunun yanma düşürtdükdən sonra digər sərnişini “Nərimanov” metrosuna aparmaq üçün avtomobillə Tbilisi prospekti ilə hərəkət etmiş, prospketdə sürətlə hərəkət etdiyinə görə **-YP-*** dövlət nömrə nişanlı YPX avtomobili ona saxlaması üçün işarə vermişdir. Lakin onun avtomobili idarə etməsi üçün etibarnamə olmadığına görə və tiryək qəbul etdiyi üçün YPX əməkdaşlarının saxla əmrinə tabe olmayıb avtomobili Tbilisi prospektindən Hənifə Ələsgərov küçəsinə dönüb hərəkətin əksinə Cəlil Məmmədquluzadə küçəsinə hərəkət etmişdir, YPX əməkdaşları avtomobilin nömrəsini görməsin deyə o, avtomobilin işıqlarını söndürmüşdür. Cəlil Məmmədqulzadə küçəsinə çatanda işıqforun qırmızı işığı olduğu halda o, dayanmayıb və eyni anda yolun sağından, yəni Cəlil Məmmədquluzadə küçəsindən hərəkətdə olan “Opel” markalı avtomobilin qabaq hissəsi ilə onun idarə etdiyi “Tofaş” markalı avtomobilin sağ yan hissəsi arasında toqquşma baş vermişdir. Toqquşma nəticəsində onun avtomobili ilk öncə yolun solunda olan dirəyə dəymiş, daha sonra isə yolun sağına doğru hərəkət edib dayanmışdır. Hadisə nəticəsində onun avtomobilində olan və arxada əyləşmiş iki nəfər xəsarət almışdır. Sonra hadisə yerinə polis əməkdaşları və X12 avtomobili gəlmişdir. Hadisə zamanı xəsarət alanlardan biri hadisə yerində ölmüş, digərini isə xəsarət aldığı üçün X12 avtomobili ilə xəstəxanaya aparmışlar. Hadisə nəticəsində onun özü başından və əlindən xəsarət almışdır. O, avtomobili 70-80 km/saat sürətlə idarə etmiş və hadisədən əvvəl narkotik vasitə olan tiryək qəhul etmişdir. Hadisə vaxtı o, narkotik vasitə olan tiryək qəbul etdiyindən hadisəni tam olaraq xatırlamır. Tiryəki o, “Koroğlu” metrosunun yaxınlığında tanımadığı oğlandan 10 manata almışdır. O, həmin avtomobili tez-tez qardaşından götürüb taksi kimi işləmişdir və bundan qardaşının məlumatı olmuşdur. Qardaşı ona heç vaxt etiraz etməmişdir (cild 1, iş vərəqi 79-81). Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmədə ifadəsində göstərdi ki, Səməduİİazadə Əli Murad onun doğma oğludur. Oğlu Əli subay olmuş, hadisə baş verən günə qədər Əli Bakı şəhərində kirayədə yaşamaqla "Boranı” restoranında xidmətçi işləmişdir. xx xxxxxxx 2019-cu il tarixdə səhər saat 8 radələrində o, yaşadığı Astara rayonu, Siyəkü kəndində olan zaman onun qardaşı X5 ona zəng edərək oğlu Əlinin Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yaralandığını və xəstəxanaya aparldığını bildirmişdir. Bundan təxminən 1 saat sonra isə qardaşı ona zəng edərək oğlunun aldığı xəsarətlərdən vəfat etdiyini demişdir. Daha sonra oğlunu məhkəmə tibbi müayinəsindən keçirtdikdən sonra Bakı şəhərində yaşayan qohumları oğlu Əlinin cənazəsini Astara rayonunun Siyəkü kəndinə gətirmişlər və Əlini orada dəfn etmişlər. O, təqsirləndirilən şəxsdən şikayətçidir, cinayəti varsa, cəzasını çəkməlidir. Zərərçəkmiş şəxs2 məhkəmədə ifadəsində göstərdi ki, 2019-cu ilin avqust ayından Bakı şəhəri "Tarqovı” kimi tanınan ərazidə yerləşən "Boranı" restoranında barmen işləmişdir. Əli, Xalid və Mirbəhruz da onunla birlikdə həmin restoranda işləmişlər. Hər zaman olmasa da arabir onlar işdən çıxan zaman birlikdə şəhərdə gəzişib sonra yaşadıqları evə getmişlər. xx xxxxxxx 2019-cu il tarixdə onun istirahət günü olduğu üçün o, işə getməmişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 00:30 radələrində Əli ona zəng edərək işlədikləri yerdə avans pulların verildiyini bildirmiş və işə gəlib pulu götürməsini ona demişdir. Ona həmin gün pul lazım olduğu üçün o, saat təxminən 01:30 radələrində işlədiyi "Boranı” restoranına getmiş, təxminən saat 03:30 radələrində Əli, Xalid, Mirbəhruz və o, işdən çıxaraq birlikdə şəhərdə fəaliyyət göstərən "Playstation” oyun klubuna getmişlər. Orada saat 05 radələrinədək oyun oynadıqdan sonra evə getmək üçün klubdan çıxmışlar. Xalid *2111 taksi şirkətindən taksi sifariş vermiş və təxminən 10 dəqiqə sonra “Tofaş Şahin” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Avtomobildə qabaq sərnişin oturacağında Xalid, arxa sərnişin oturacağında isə Əli, o və Mirbəhruz əyləşmişlər. İlk öncə Bəhruzu düşürtmək üçün sürücüyə, yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs avtomobili “İnşaatçılar” metrostansiyasının qarşısına sürməyi bildirmişlər. Sürücü “İnşaatçılar” metrostansiyasının qarşısına sürərək avtomobili saxlamış və Bəhruz avtomobildən düşüb onlarla sağollaşaraq çıxıb getmişdir. Növbəti gedilən ünvan “Nərimanov” metrosunun qarşısı olduğundan sürücü oradan “Qələbə dairəsi” istiqamətində hərəkətini davam etdirmişdir. O, həmin günü spirtli içki təsiri altında olduğu üçün və yorğun olduğu üçün axtomobildə yatmışdır. O, anidən avtomobilin sürət qutusunun səsinə və Əlinin sürücüyə avtomobili saxlaması ilə bağlı irad bildirməsinə oyanmışdır. Həmin vaxt Əli sürücüyə avtomobili saxlamasını bildirmişdir. Sürücü isə avtmobili idarə etməsi üçün heç bir sənədi olmadığını bildirərək avtomobili saxlamadan yüksək sürətlə hərəkətini davam etdirmişdir. O, bu vaxt başını arxaya döndərib yol patrul xidmətinin avtomobilinin onları təqib edib-etmədiyinə baxmaq istəmişdir. Bu vaxt görmüşdür ki, hardasa 100-150 metr uzaqdan yol polis əməkdaşının xidməti avtomobilinin sayrışan işıqları onların maşını hərəkət etdikcə onların arxasınca gəlir. O, başını qabağa döndərib ön tərəfə baxmaq istəmişdir ki, bir anlıq qaranlıq çökmüş və oyananda xəstəxanada olduğunu görmüşdür. Toqquşma olmuş və o, toqquşma nəticəsində başından xəsarət aldığından hadisənin necə baş verməsini xatırlamır. Sonradan mənə məlum olmuşdur ki, hadisədən sonra onu X12 avtomobili ilə xəstəxanaya aparmışlar. Təxminən 5 gün sonra isə ona hadisə nəticəsində Əlinin öldüyünü bildirmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirdi ki, o, 21 gün xəstəxanada yatmış, üstəlik də Göyçay rayonuna gedəndən sonra da xəstəxanada qalıb müalicə almışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Qəza baş verən səhhəti imkan vermədiyinə görə işləmir. Təqsirləndirilən şəxsin qardaşı yalnız onun əməliyyat xərcinə köməklik etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmədə ifadəsində göstərdi ki, xx xxxxx 2013-cü il tarixdə özü üçün 2000-ci il istehsallı yaşıl metallik rəngli "Opel Astra” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Oğlu Rəşad sürücülük vəsiqəsini 2014-cii ildə aldıqdan sonra o, notarial qaydada Rəşada avtomobili sürməsi üçün etibarnamə vermişdir. Rəşad demək olar ki, hər gün axşam saatlarında avtomobillə şəhərdaxili taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobili ondan götürmüşdür. xx xxxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Rəşad taksi fəaliyyəti ilə məşğul olması üçün ona məxsus “Opel Astra” markalı avtomobilin açarını ondan götürmüşdür. xx xxxxxxx 2019-cu il tarixə keçən gecə saat təxminən 06 radələrində Rəşad ona zəng vuraraq Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ilə hərəkətdə olan zaman işıqforun qırmızı işığında “Tofaş” markalı avtomobilin sürücüsü avtomobilini yolun əks istiqamətində hərəkət etdirərək onun avtomobilinin qabaq tərəfindən vurduğunu və içərisində olan sərnişinlərin xəsarət aldığını bildirmişdir. O, Rəşaddan özünün xəsarət alıb-almadığını soruşduqda Rəşad ona heç bir xəsarət almadığını demişdir. Hadisənin yerini Rəşadla dəqiqləşdirəndən sonra dərhal evdən çıxaraq hadisə yerinə gəlmişdir. Oraya çatdıqda X12 briqadasının və polis əməkdaşlarının olduğunu görmüşdür. Hadisə yerində ona məlum olmuşdur ki, "Tofaş Şahin” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobildə arxa sərnişin oluracağında əyləşən şəxs ölüb. Təqsirləndirilən şəxsdən ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs3 məhkəmədə ifadəsində göstərdi ki, 2019-cu ilin avqust ayında tanışı Şahid3 Əli oğlu ona taksi fəaliyyəti ilə məşğul olmaq istədiyini, avtombil almaqda köməklik etməsini və avtomobil almağa maddi imkanının olmadığını demişdir. O da Mirzəyə kömək etmək məqsədi ilə ümumi dəyəri 7000 manat olan “Tofaş Şahin” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilini Mirzəyə 7000 manata satmışdır. Bundan sonra Mirzə ona 4000 manat vermiş və pulun qalan hissəsini ona hər ay hissə-hissə verəcəyini demişdir. xx xxxxxxx 2019-cu il tarixdə Mirzə ona zəng edərək qardaşı Nurlanın avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini və avtomobilin içərisində olan sərnişinlərdən birinin öldüyünü demişdir. Avtomobilin zədələnməsi nətiəsində ona 4000 manat maddi ziyan dəymişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir. Ona vurulan maddi ziyanı təqsirləndirilən şəxsdən tələb edir. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dazili İşlər Nazirliyinin Baş İnformasiya-Telekommunikasiya idarəsi məhkəməyə məktub təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən Daxili İşlər Nazirliyinə vurulmuş ziyanın tam ödənildiyini bildirmişdir. Şahid3 məhkəmədə ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu İl tarixdə tanışı Zərərçəkmiş şəxs3 “Tofaş Şahin” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. İndiyə kimi aylıq hissə-hissə ödəmək də daxil edilməklə Zərərçəkmiş şəxs3 maşının pulundan cəmi 4000 manat ödəmişdir. Həmin avtomobili aldığı gündən etibarnamə ilə idarə edir və "BC" kateqoriyalı sürücülük vəsiqəsi var. Avtomobili aldığı vaxtdan “Taxi Maxim” şirkətindən internet sayt vasitəsilə qeydiyyatdan keçib şəhər daxilində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Nurlan Bağıov onun doğma qardaşıdır və qardaşı Nurlan da onunla birlikdə eyni evdə yaşayır. xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 23 radəiərində o, yatmaq üçün yataq otağına keçmiş və hər zaman olduğu kimi avtomobilinin açarını çarpayının yanında olan kompüter stolunun üzərinə qoymuşdur. xx xxxxxxx 2019-cu il tarixə keçən gecə saat təxminən 06 radələrində ev telefonuna zəng gəldiyi üçün o, yuxudan oyanmış, telefonun dəstəyini götürən zaman qardaşı Nurlan həyəcanlı vəziyyətdə ona məxsus avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ilə Hənifə Ələsgərov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətdiyini və polis əməkdaşlarının onu Nəsimi rayon Polis İdarəsinə apardıqlarını, onun da evdən çıxıb polis idarəsnə gəlməsini ona bildirmişdir. O, dərhal yaşadığı evdən çıxaraq Nəsimi rayon Polis İdarəsinə gəlmiş və Polis idarəsinə gəldikdə ona məlum olmuşdur ki, Nurlan onun xəbəri olmadan stolun üzərindən ona məxsus avtomobilin açarını götürmüş və narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olmaq üçün şəhərə çıxmış, Cəlil Məmmədquluzadə küçəsi ilə Hənifə Ələsgərov küçələrinin kəsişməsində “Opel” markalı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobildə sərnişin qismində olan 3 nəfər şəxsdən 1 nəfər oğlan hadisə yerində ölmüş, digərini isə xəsarət aldığından ağır vəziyyətdə X12 briqadası ilə xəstəxanaya aparmışlar. Qardaşı Nurlan heç bir yerdə işləmədiyindən o, arabir avtomobili Nurlana idarə etmək üçün vemişdir. Nurlan həmin avtomobillə gecələr taksi fəaliyyəti İlə məşğul olaraq dolanışığını təmin etmişdir. Avtomobilin pulunu o, Zərərçəkmiş şəxs3 tam ödəmədiyindən qardaşı Nurlana avtomobili sürə bilməsi üçün etibarnamə veməmişdir. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, xx xxxxx 2013-cü ildə atası Zərərçəkmiş şəxs4 özünə “Opel Astra” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Onun özü isə xx xxxxxx 2014-cü ildə “BC” kateqoriyalı sürücülük vəsiqəsi aldıqdan sonra atası Şahin ona həmin avtomobili idarə etməsi üçün etibarnamə vermişdir və o, həmin vaxtdan axşam saatlarında fərdi olaraq şəhər daxilində avtomobillə taksi fəaliyyəti ilə məşğul olub dolanışığını təmin etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində taksi fəaliyyəti ilə məşğul olmaq üçün atasına məxsus olan “Opel Astra” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. xx xxxxxxx 2019-cu İl tarixə keçən gecə saat təxminən 05 radələrinə qədər şəhərdaxili müxtəlif müştəriləri lazımi ünvanlara çatdırıb düşürdükdən sonra sonuncu müştərini Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Yaşıl Bazar”ın qarşısından götürmüşdür. Həmin müştəri avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş və müştəri ona "Papanin” kimi tanınan yerə onu aparmasını bildirmişdir. O, idarə etdiyi avtomobili Rəşid Behbudov küçəsi ilə hərəkət etdirib Bakıxanov küçəsinə daxil olmuş və işıqforun yaşıl işığı yandıqdan sonra sağa, yəni C.Məmmədquluzadə küçəsinə daxil olaraq üzü “Hərbi Hospital" istiqamətində hərəkət edib Hənifə Ələsgərov küçəsi ilə kəsişən yolda işıqfor qırmızı olduğundan avtomobili işıqforun qarşısında saxlamışdır. Hənifə Ələsgərov küçəsi ilə hərəkət yalnız onun sağ tərəfindən bir istiqamətli olduğundan işıqforun yaşıl işığı yandıqdan sonra o, sağ yoldan avtomobil gəlmədiyini görüb hərəkətə başlamışdır. Yol kəsişməsini keçməyə az qalmış ani anda Tbilisi prospekti istiqamətindən Hənifə Ələsgərov küçəsi istiqamətində əksinə yolla hərəkətdə olan, markasını və dövlət qeydiyyat nişanlarını hadisədən sonra bildiyi “Tofaş” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıqforun qırmızı işığını keçərək avtomobilinin qabaq sağ qanadı ilə onun avtomobilinin qabaq orta hissəsindən dəyib siyirərək qarşıda olan səkiyə çırpılmış və avtomobillə bir qədər də qarşıya sağa doğru hərəkət edərək dayanmışdır. Hadisənin təsirindən şok vəziyyətdə oluğundan həmin “Tofaş” markalı avtomobilə tərəf getmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları və X12 briqadasının həkimləri gəlmişlər. Daha sonra o, hadisə yerində eşitmişdir ki, “Tofaş” markalı avtomobildə arxa sərnişin oturacağında əyləşən şəxs hadisə nəticəsində ölmüşdür. Hadisə nəticəsində onun özü xəsarət almamışdır. “Tofaş” markalı avtomobilin hərəkət sürəti təxminən 100-110 km/saat olmuşdur. İşıqforun yaşıl işığı yenicə yandığından onun özünün idarə etdiyi avtomobilin hərəkət sürəti həmin vaxt təxminən 20- 25 km/saat olmuşdur. Onun avtomobilində olan müştəri hadisə nəticəsində heç bir xəsarət almamışdır və müştəri hadisədən dərhal sonra oradan çıxıb getmiş, müştərinin haraya getdiyini isə o, bilməmişdir. "Tofaş” markalı avtomobli gördüyü andan avtomobillərin arasındakı məsafə təxminən 1-2 metr olmuşdur. Həmin avtomobilin sürəti çox olduğu üçün avtomobili gördüyü anla toqquşmanın baş verdiyi an arasında çox az müddət olduğundan o, heç bir qabaqlayıcı tədbir görə bilməmişdir. Onun avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə vaxtı o, spirtli içki və ya narkotik vasitələrin təsiri altında olmamışdır. Havanın qaranlıq olmasına baxmayaraq "Tofaş Şahin” markalı avtomobil sol tərəfi ilə heç bir işıq yandırmadan hərəkətin əks istiqamətində yüksək sürətlə hərəkət etmişdir. Bu səbəbdən də onun həmin avtomobili görməsi mümkün olmamışdır. O, həmin avtomobili onun avtomobilinə dəyməzdən 1 saniyə əvvəl görmüşdür.Təhülkənin onun üçün yarandığı yerdən və andan toqquşmanın baş verdiyi yerə qədər 1 saniyə vaxt keçmişdir. Bu vaxt kəsiyində isə onun avtomobilini dayandırması qeyri-mümkün olmuşdur. Şahid X8 məhkəmədə ifadəsində göstərdi ki, təxminən 2019-cu ilin sentyabr ayından Bakı şəhəri “Tarqovı” kimi tanınan ərazidə yerləşən ‘'Boranı” restoranında fırınçı işləmişdir. Əli, Pünhan və Bəhruz da onunla birlikdə həmin restoranda işləmişlər. Pünhan restoranda barmen vəzifəsində çalışmışdır. Hər zaman olmasa da arabir onlar işdən çıxan zaman birlikdə şəhərdə gəzişib sonra yaşadıqları evə getmişlər. xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 02:30 radəiərində Əli, Pünhan, Bəhruz və o, işdən çıxaraq birlikdə şəhərdə fəaliyyət göstərən “Playstation” oyun klubuna getmişlər və orada saat 05 radələrinədək oyun oynadıqdan sonra evə getmək üçün klubdan çıxıb yoldan “Tofaş Şahin” markalı **- TC-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladıb əyləşmişlər. Avtomobildə qabaq sərnişin oturacağında o, arxa sərnişin oturacağında isə Əli, Pünhan və Bəhruz əyləşmişlər. İlk öncə Bəhruzu düşürtmək üçün sürücüyə, yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs avtomobili “İnşaatçılar” metroslansiyasının qarşısına sürməyini bildirmişlər. Sürücü “İnşaatçılar” metrostansiyasının qarşısına sürərək avtomobili saxlamış və Bəhruz avtomobildən düşüb onlarla sağollaşaraq çıxıb getmişdir. Növbəti gedilən ünvan “Nərimanov” metrosunun qarşısı olduğundan sürücü oradan “Qələbə dairəsi” istiqamətində avtomoblin hərəkətini davam etdirdikdə Yol Patrul Xidmətinin əməkdaşları sərnişini olduqları avtomobilin axasına sürərək sayrışan işıq siqnallarını qoşub avtomoilin sürücüsünə saxlama əmri vermişlər. Lakin, sürücü Nurlan avtomobili idarə etməsi üçün heç bir sənədi olmadığını bildirərək avtomobili saxlamadan yüksək sürətlə həmin dairədən Tbisili prospekti istiqamətinə doğru irəliləmişdir və Tbilisi prospektinə daxil olaraq "Azpertol” yanacaqdoldurma məntəqəsinin işıqforundan sola dönərək hərəkətini Hənifə Ələsgərov küçəsi ilə əksinə istiqamətdə davam etdirməyə başlamışdır. Həmin vaxt Yol Patrul Xidmətinin əməkdaşları onların sərnişini olduğu avtomobili təqib etmişlər. Sürücü Nurlan avtomobili ilə Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyə çatdıqda işıqforun qırmızı işığının yanmasına baxmayaraq qırmızı işıqda yol ayırıcını keçmiş və bu zaman sağ hissədən üzü “Hərbi Hospital” istiqamətinə tərəf hərəkətdə olan “Opel” markalı avtomobilin yol ayıncına daxil olduğunu görüb sükanı sola döndərsə də avtomobilin sağ qanadından başlayaraq sona qədər həmin avtomobilin qabaq tərəfinə dəyib toqquşaraq siyirmişdir. Avtomobilin sürəti yüksək olduğundan sürücü avtomobili saxlaya blməyib sol tərəfə yola bitişik olan səkiyə və dirəyə çırpıldıqdan sonra bir qədər də düzünə yolun sağ hissəsinə doğru irəliləyib dayanmışdır. Bu vaxt o, hadisənin təsirindən şok vəziyyətdə olduğundan avtomobildən düşmüş və Əli ilə Pünhanın yerdə uzanmış vəziyyətdə olduqlarını görmüşdür. Bir neçə dəqiqə sonra Pünhan yerdən qalxsa da Əli yerdə tərpənməmiş vəziyyətdə qalmışdır. X12 briqadasının həkimləri hadisə yerinə yaxınlaşdıqda isə orada Əlinin öldüyünü bildirmişlər. Pünhan isə xəsarət aldığından onu X12 avtomobili ilə xəstəxanaya aparmışlar. Hadisə nəticəsində onun özü xəsarət almamışdır və buna görə də məhkəmə-tibbi müayinədən keçməkdən imtina etmişdir. “Tofaş Şahin" markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürəti təxminən 100-110 km/saat olmuşdur. Tərəflərin razılığı ilə məhkəmədə elan olunaraq tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 02:30 radələrində Əli, Pünhan, Xalid və o, işdən çıxaraq birlikdə şəhərdə fəaliyyət göstərən “Playstation” oyun klubuna getmişlər və orada saat 05 radələrinədək oyun oynadıqdan sonra evə getmək üçün klubdan çıxıb yoldan “Tofaş Şahin” markalı **- TC-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladıb əyləşmişlər. Avtomobildə qabaq sərnişin oturacağında Xalid, arxa sərnişin oturacağında isə o, Əli və Pünhan əyləşmişlər. İlk öncə onu düşürtmək üçün sürücüyə, yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs avtomobili “İnşaatçılar” metrostansiyasının qarşısına sürməyini bildirmişlər. Sürücü “İnşaatçılar” metrostansiyasının qarşısına sürərək avtomobili saxlamış və o, avtomobildən düşüb sağollaşaraq çıxıb getmişdir. Həmin günün səhəri Xalid ona zəng vurub bildirmişdir ki, onu düşürtdükdən sonra sərnişini olduqları avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Əli hadisə yerində dünyasını dəyişmişdir. Həmin taksi ilə “Nərimanov” metrosunun yanına getdikləri zaman “Qələbə dairəsi”nin yanında avtomobilin arxasına Yol Patrul Xidmətinin əməkdaşları yaxınlaşaraq saxlama əmri vermiş, buna baxmayaraq sürücü sənədlərinin olmadığını bildirərək avtomobili saxlamayıb Tbisili prospektinə daxil olmuş, oradan isə yüksək sürətlə Hənifə Ələsgərov küçəsi ilə hərəkətini əksinə yolla davam etdirib Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyə çatdıqda işıqforun qırmızı işığının yanmasına baxmayaraq qırmızı işıqda yol ayrıcına daxil olan zaman sağ hissədən üzü “Hərbi Hospital” istiqamətinə tərəf hərəkətdə olan “Opel” markalı avtomobilin qabaq tərəfi ilə toqquşduqdan sonra səkiyə və dirəyə çırpılmışdır. Bunun nəticəsində Əli ölmüş, Pünhan isə xəstəxanaya aparılmışdır (cild 1, iş vərəqi 139-140). Şahid4 məhkəmədə ifadəsində göstərdi ki, 2012-cİ ildən Daxili İşlər orqanlarında, 2017-ci ildən isə Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru vəzifəsində xidmət edir və polis leytenantı rütbəsindədir. xx xxxxxxx 2019-cu il saat 20:00-dan xx xxxxxxx 2019-cu il saat 07:00-a qədər Yol-Patrul Xidməti Alayı yol-patrul xidmətinə tabe olan **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə iş yoldaşı polis serjantı Şahid5 ilə birlikdə xidmətdə olmuşdur. Xidmət etdiyi ərazi Tbilisi prospektidir.xx xxxxxxx 2019-cu İl tarixdə saat 05:30 radələrində xidmət etdiyi Tbilisi prospektində hərəkətdə olan zaman həmin prospektdə yerləşən “1033” gecə klubunun qarşısında sonradan adını bildiyi Nurlanın idarə etdiyi işıqları yanmayan “Tofaş Şahin” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu və sürücünün avtomobili Tbilisi prospektindən üzü Hənifə Ələsgərov küçəsinə doğru əks istiqamətli yola doğru hərəkət etdirdiyini görüb onun sərxoş vəziyyətdə olmasından şübhə edərək sayrışan işıq siqnalını qoşmaqla həmin avtomobilin arxası ilə getməyə başlamışlar. Lakin, həmin avtomobilin sürücüsü avtomobili Hənifə Ələsgərov küçəsi İlə yüksək sürətlə hərəkət etdirib C.Məmmədquluzadə küçəsi ilə kəsişməyə çatdıqda həmin küçə ilə üzü Hərbi Hospital istiqamətində sağ yolla hərəkətdə olan “Opel Astra” markalı avtomobil ilə toqquşmuşdur. Toqquşmadan sonra onlar hadisə yerinə yaxınlaşmış və hadisə barədə Növbətçi Hissəyə məlumat vermişlər. Həmin vaxt “Tofaş Şahin” markalı avtomobildə olan 2 nəfər sərnişinin vəziyyəti ağır olduğundan onlar hadisə yerinə X12 briqadası çağırmışlar. X12 briqadasının həkimləri hadisə yerinə gəldikdə məlum olmuşdur ki, xəsarət alan şəxslərdən biri dünyasını dəyişib. Daha sonra onlar tərəfindən sürücü sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçirilən zaman müəyyən edilmişdir ki, sürücü narkotik vasitələrin təsiri altında olmuş və avtomobili etibarnamə olmadan idarə etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, o, Nurlan adlı bu şəxsin idarə etdiyi avtomobili “İST Petrol” adlı yanacaq doldurma məntəqəsini keçəndən sonra, İzmir və Tbilisi küçələrinin kəsişməsindən təqib etməyə başlamış, hadisə baş verən anadək Nurlanın idarə etdiyi avtomobilin arxa işıqları yanmamışdır. Şahid, digər yol polisi işçisi Şahid5 məhkəmədə Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərşəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən şahidin ifadəsinin yerində yoxlanılması, baxış keçirilməsi haqqında protokolları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə H.Ələsgərov küçəsinin kəsişməsidir. Yolun örtüyü asfalt-betondur, vəziyyəti qurudur, eni müvafiq olaraq 18 və 12 metrdir. Hadisənin növü toqquşmadır. Hadisə yerində olan “Opel” markalı nəqliyyat vasitəsi C.Məmmədquluzadə küçəsi ilə H.Ələsgərov küçəsinin kəsişməsində yolun ortasında, “Tofaş” markalı avtomobil isə H.Ələsgərov küçəsində yolin sağ kənarındadır. Meyit avtomobildən kənarda yolun asfalt hissəsində yerləşir, baş nahiyəsindən qan axır. Hadisə yerində olan şəxslər meyitin Zərərçəkmiş şəxs1 olduğunu bildirmişlər (cild 1, iş vərəqi 4- 10). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 hadisə yerinə çıxarılarkən hadisənin təfərrüatları barədə, həmçinin təhlükənin onun üçün yarandığı yerdən və andan toqquşmanın baş verdiyi yerə qədər maksimum 1 saniyə vaxt keçdiyini əyani olaraq göstərmişdir (cild 2, iş vərəqi 10-12). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2019-cu il tarixli, 1/3421 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və sürücü Təqsirləndirilən şəxs sidiyində OPİ (tiryək) maddəsi aşkar olunmuş, narkotik vasitələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti müəyyən edilmişdir (cild 1, iş vərəqi 11). İşdə olan Azərbaycan Respublikası DİN Baş Dövlət X14 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 016-99905-1219 saylı məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildə sürücülük vəsiqəsi verilmiş, onun nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması qeydə alınmamışdır (cild 1, iş vərəqi 109). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİNin Təhlükəsiz Şəhər Xidmətinin TŞ3-089 saylı videomüşahidə qurğusunun 1-ci və 2-ci kamerası ilə xx.xx.2019-cu il tarixdə saat 05:28-dən saat 05:33-dək olan müddət ərzində qeydə alınmış videogörüntülərə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə H.Ələsgərov küçəsinin kəsişməsində, saat 05:31:41-də H.Ələsgərov ilə giriş qadağandır işarəsinin tələbini pozaraq hərəkətin əksinə ön fənərləri sönmüş vəziyyətdə “Tofaş Şahin” markalı avtomobil gələrək saat 05:31:42-də C.Məmmədquluzadə küçəsi ilə H.Əliyev küçəsi istiqamətində hərəkətdə olan “Opel Astra” markalı avtomobilin ön tərəfi ilə toqquşur (cild 2, iş vərəqi 14). İşdə olan zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Dazili İşlər Nazirliyinin Baş İnformasiya- Telekommunikasiya idarəsi həmin iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 104). İşdə olan zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 126-127). İşdə olan zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 148-149). İşdə olan zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 237-238). İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X4 həmin iş üzrə mərhum mərhum Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 252). İşdə olan 2 nömrəli Kliniki Psixiatriya xəstəxanasının xx.xx.2020-ci il tarixli, 1/105 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməyib (cild 2, iş vərəqi 15). İşdə olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə H.Ələsgərov küçəsinin kəsişməsində yerləşən video müşahidə nöqtəsinə dəyən zərərin məbləği 760 manat təşkil edir (cild 1, iş vərəqi 195). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 1032 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sol göz qapaqları və gözaltı nahiyənin qançırı, sol almacıq və sol dirsək oynağı nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər, həm ümumilkdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcləri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun idarə etdiyi avtomaşının digər hərəkətdə olan avtomaşınla toqquşması nəticəsində əmlələ gələ bilərdilər (cild 1, iş vərəqi 199-200). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 1039 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər - başın alın-ləpə və gicgalı nahiyələrinin əzilmişcırılmış yaraları, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol bud çanaq oynağı nahiyəsinin qançırı, sağ əlin İİİ, İV, V barmaqlarının, sol əlin arxa səthinin və bel nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən, onun tibbi yardım üçün Bakı şəhəri, Baş Sİ-nin X11 daxil olduğu və qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sərnişin olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmlələ gələ bilərdilər (cild 1, iş vərəqi 202-203). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 92 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində baş beyninin toxumasına, qişalarına, mədəciklərinə, başın yumşaq toxumaları altına, hər iki gicgah əzələsinə qansızmalar, beyinciyin, varol körpüsünün və uzunsov beynin toxumasına qansızmalar, kəllə sümüklərinin sınıqları, başın alın-sol gicgah nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yarası, sol qulaq seyvanı nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bazu oynağının travmatik çıxığı və həmin nahiyənin qançırı, hər iki göz qapaqlarının və sol ayaq pəncəsinin qançırları, alın, burun, soi əl və sol diz oynağı nahiyələrinin sıyrıqları aşkar edilmişdir. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələdirilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükləli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmlələ gələ bilərdilər. Zərərçəkmiş şəxs1 ölümü onun meytİnin meyitxanada müayinəsi başlanandan (müayinə xx.xx.2019-cu il tarixdə saat 10:00-da başlamışdır) təxminən 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb baş-beyinin toxumasına, qişalarına, mədəciklərİnə qansızmalar və kəllə sümkülərinin çoxsaylı sınıqları kimi həyatla bir araya gəlməyən xəsarətlər olmuşdur. Zərərçəkmiş şəxs1 meytindən götürülmüş qanın məhkəmə-kimya tədiqaqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbilur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatar aşkar edilməmişdir (cild 1, iş vərəqi 215-218). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli, 2529/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir (cild 1, iş vərəqi 220-222). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 136 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlyan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 27518 nömrəli rəyindən görünür ki, respublikada yerləşən avtobazalarda mövcud olan qiymtələrə, avtomobil.az jurnalı imtermet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən 2004-cü il buraxılışlı ''Tofaş Şahin” minik markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 6000 manat müəyyən edilir. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 6000 manat olmuş avtomobilə qüsur aktına müvafiq olaraq 6819 manat xərc çəkilib təmir edilməsi məqsədəmüvafiq və rentabelli hesab edilmir. Təqdim edilmiş qüsur aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 30 faizini təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 6000 manat olmuş 2004-cü il buraxılışlı “Tofaş Şahin" minik markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 4200 manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cild 1, iş vərəqi 204-207). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 27519 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş "xxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli zərər aktına əsasən 2000-ci İl buraxılışlı “Opel Astra” markalı **-ED- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2180 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 1470 manat, təmir-bərpa işlərinin qiyməti 710 manatdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cild 1, iş vərəqi 209-212). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqlİyyatı hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 30645 nömrəli rəyindən görünür ki, hərəkət üçün təhlükənin keçmə müddəti müvafiq olaraq 1,7-1,8 saniyədən kiçik olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, “Opel Astra” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükənin keçmə müddəti müvafiq olaraq 1,7-1,8 saniyədən böyük olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, “Opel Astra" markalı, **-ED- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdır.

2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Tofaş Şahin” markalı, **- TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.1 "Giriş qadağandır" yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs "Tofaş Şahin” markalı avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoşluq vəziyyətində idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir (cild 2, iş vərəqi 1-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin Daxili Təhqiqatlar şöbəsinin xx.xx.2019-cu il tarixli, 304- 1694-1219 saylı məktubundan görünür ki, aparılmış xidməti təhqiqat nəticəsində Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPXA-nın YPX baş inspektoru Şahid4 və YPX inspektoru Şahid5 tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilməmişdir (cild 1, iş vərəqi 223-225). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 955816 nömrəli rəyindən görünür ki, Şahid3 ilə heç bir əmək münasibəti mövcud deyil. O, xx.xx.2019-cu il tarixdən şirkətin internet saytından qeydiyyatdan keçmək ilə “xxxxxxxxxxxxx” MMC-yə məxsus “X13 Xidməti” əmtəə nişanı altında sərnişin və baqaj daşınması xidmətləri, yük daşınması xidmətləri, yükləmə və boşalma əməliyyatları haqqında mövcud məlumatları ehtiva edən məlumat bazasından sadə lisenziya şərtləri əsasında istifadə etmək hüququna yiyələnmişdir. Əməkdaşlıq məqsədi ilə qeydiyyat zamanı Şahid3 tərəfindən qara rəngli, “Tofaş Şahin” markalı **-TC- *** dövlət qeydiyyat nişanlı avtomobil göstərilmişdir (cild 1, iş vərəqi 236). İşdə olan cinayət işindən materialın ayrılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi şəxsin müəyyən edilməsi faktı üzrə material ayrılmışdır (cild 2, iş vərəqi 40-41). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökm və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, qazancının 15 faizi pul dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib, qazancının 15 faizi pul dövlət nəfinə tutulmaqla qəti olaraq 09 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə təyin olunmuş qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası hazırkı hökmlə təyin olunmuş islah işləri cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq qazancının 15 faizi pul dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin olunmuş çəkilməmiş aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzası azadlıqdan məhrum etmənin bir gününə üç gün hesablanmaqla 6 ay müddət hazırkı hökm üzrə təyin olunmuş 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə 03 (üç) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmiş və 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 (beş) ay 09 (doqquz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqi 110-112, 121- 124, 136-138, 164-165, 167-172). Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayətə görə cəza çəkməkdən azad olunduğu gündən iki il keçmədiyinə görə o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qanunun bu tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi sonuncu cinayət ehtiyatsızlıqdan törədilmiş cinayət olduğuna görə onun əməli cinayətlərin residivini yaratmır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli xx xxxxxx 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hadisə vaxtı və ondan əvvəl narkotik vasitədən istifadə etməməsi, ümumiyyətlə narkotik vasitələrin istifadəçisi olmaması barədə ifadələrə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin bu məqamla bağlı ifadələrini qəbul etməyərək hesab edir ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına, onun qan və sidiyində tiryək qrupuna aid olan alkoloidlərinin aşkar edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyinə və Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlyan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi müəyyən edilməsinə dair məhkəmənarkoloji ekspertizasının rəyinə əsasən onun törətdiyi cinayət hadisəsi vaxtı narkotik vasitələrin təsiri altında sərxoş olması mübahisəsiz faktdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını sərxoş halda pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilir, o, həmin cinayəti törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar təqsirləndirilən şəxsin əməlində müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 76.6.2-ci maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə çəkilməmiş 05 (beş) ay 09 (doqquz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və çəkilməmiş həmin cəza Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin ediləcək əsas cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsini qərarı ilə barəsində xx.xx.2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 39; 101-102). Məhkəmə qanunun qeyd edilən tələblərini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxxx 2019-cu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyalarında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Zərərçəkmiş şəxs3 xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi təqdim edərək təqsirləndirilən şəxsdən 4500 (dörd min beş yüz) manat pulun tutularaq onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs tərəfindən təqdim edilən mülki iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinin müzakirə edərək mülki iddianın mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyini, yəni iddia üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyini nəzərə alaraq, ərizəni icraata qəbul etməkdən imtina etmişdir. İş üzrə digər zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilməmişdir, maddi sübut yoxdur. İşdə olan sübutların qiymətləndirilməsi haqqında müstəntiqin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPXA-nın YPX baş inspektoru Şahid4 və YPX inspektoru Şahid5 əməllərində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə hesab edir ki, müstəntiqin həmin qərarı ümumiyyətlə əsaslandırılmamışdır. İbtidai istintaq zamanı, eyni zamanda məhkəmə araşdırması zamanı toplanmış sübutlardan görünür ki, YPX baş inspektoru Şahid4 və YPX inspektoru Şahid5 xidməti əraziləri olan Bakı şəhərinin Tbilisi prospektindən kənar çıxaraq Yasamal rayonunun Şərifzadə küçəsindən Təqsirləndirilən şəxs idarə etdiyi "Tofaş Şahin” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini təqib etməyə başlamış, Təqsirləndirilən şəxs onu təqib edən polis əməkdaşlarından yaxa qurtarması məqsədilə oradan H.B.Zərdabi küçəsinə, daha sonra Tbilisi prospektinə hərəkət etmiş, oradan Hənifə Ələsgərov küçəsindəki birtərəfli hərəkət yolunun əksinə yola daxil olmuş, onun birtərəfli hərəkət yolunun əksinə manevr etdiyini görən, bununla da təqibin təhlükəli olduğunu dərk edən həmin YPX əməkdaşları təqibi davam etdirmiş və bundan sonra ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, bununla da YPX əməkdaşları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli Q25-001-17 saylı qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 7.14.5-ci maddəsinin “təqib təhlükəli olduqda və ya onun bir nəticə verməməsi aydın olduqda təqibi dayandırmalıdır” tələbinin ziddinə olaraq təqibi davam etdirmiş, təqib zamanı YPX inspektorları hərəkətin digər iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə Təlimatın tələb etdiyi təhlükəsizlik tədbirlərini yerinə yetirməmişlər. Ona görə də məhkəmə hesab edir ki, həmin fakt üzrə müvafiq araşdırma aparılmasından ötrü Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə çəkilməmiş 05 (beş) ay 09 (doqquz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və çəkilməmiş həmin cəza Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş əsas cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 200 (iki yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar