Məhkəmə qərarları › İş №1(101)-438/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-438/2021

02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-438/2021 02.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs X3, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə qapalı məhkəmə iclasında xx.xx.1996-cı il tarixdə Xızı rayonu, Giləzi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, himayəsində 2015 və 2018-ci il təvəllüdlü iki uşağı olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 149.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs 29.07.2020-ci il tarixdə, saat 14 radələrində sərxoş vəziyyətdə əmisi Zərərçəkmiş şəxs2 Giləzi qəsəbəsində yaşadığı evin yerləşdiyi həyətin darvazasına gələrək xuliqanlıq niyyəti ilə ona həmin həyətin darvazasını niyə bağladığına görə cüzi bəhanə gətirmiş, sonuncu isə öz həyətinin darvazasının olduğunu dedikdə, Təqsirləndirilən şəxs özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədilə, qarşılıqlı davranış və birgəyaşayış qaydalarına zidd olan hərəkətlər etməklə və uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozaraq və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirməklə cəmiyyətə açıq şəkildə hörmətsizlik göstərərək əvvəlcədən özü ilə gətirdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən, üzərində əlavə və dəyişikliklər edilməyən mətbəx bıçağını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 hər iki kürək və sol said nahiyyələrinin çapıq toxumalarına 3 (üç) dəfə zərbə endirməklə, həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vuraraq xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, Xızı rayonu Giləzi qəsəbəsində yerləşən evinin qonşuluğunda yaşayan ailəli, iki uşaq anası Mütəllimova Mehriban Elman qızını zorlamaq, yəni zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədi ilə, 05 avqust 2020-ci il tarixdə saat 15 radələrində, sərxoş vəziyyətdə, onun evdə tək olmasından istifadə edərək, öz cinayətkar niyyətini həyata keçirmək üçün, vint açan (atvyorka) istəmək adı ilə onun evinin həyətinə gəlib evə daxil olub, qəflətən üzərinə hücum edib, fiziki zor tətbiq edərək, ağzından və saçından əli ilə tutub eyvandakı kiçik ölçülü xalçanın üzərinə sürüyüb yıxmış, boyun hissəsinin sağ aşağı 1/3-də; döş qəfəsinin ön səthində döş sümüyünün cismi səviyyəsində; sol bazunun arxa nahiyəsinin yuxarı 1/3-də; sağ və sol saidin orta 1/3-nin ön hissəsində sıyrıqlar; sağ qolun dirsək nahiyəsinin ö səthində; sol bazunun aşağı 1/3-nin ön səthində; sol bazunun arxa yuxarı; sol saidin ön hissəsinin aşağı 1/3-də qançır xəsarətləri yetirərək, paltarının yaxasını açmağa cəhd göstərərkən, Mehriban Mütəllimova müqavimət göstərərək, Təqsirləndirilən şəxs əlini dişləyib,ona sol əlin arxa səthində sıyrıq xəsarəti yetirməklə ucadan qışqırmaga başlamış, lakin Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini davam etdirərək, fiziki zor göstərməklə, qışqırmamağı, sakit olmağını tələb etmiş, onun paltarlarını soyundurmağa çalışdıqda, onun davamlı qışqırıq səsinə digər qonşular həyətə daxil olduqda, Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən, yəni, tutulub məsuliyyətə cəlb edilməyindən qoxaraq, niyyətini özündən asılı olmayan səbəbdən başa çatdıra bilmədən hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə özünü belə təqsirli bilir ki, əmisi ilə münasibətləri hadisəyə qədər yaxşı olmamışdır. Belə ki, əmisi Zərərçəkmiş şəxs2 və qardaşı Şahid4 Xızı rayonu, Giləzi qəsəbəsində bir həyətdə ayrı-ayrı evlərdə yaşayırdılar. Həmin həyət isə ulu babalarının həyəti olduğu üçün onların da ailəsinin həmin həyətə mülkiyyət hüququ vardır. Amma əmisi Nəsrulla hər vəchlə qardaşı Xəyalı həmin həyətdən uzaqlaşdırmağa çalışmış, onu incidirdi. Qardaşı Xəyalla əmisi Nəsrullanın növbəti mübahisəsindən sonra sərxoş olaraq 29.07.2020-ci il tarixdə saat 14-də əmisi Nəsrullanın həyətində onknla mübahisə edərək həyətdə gördüyü işlər üçün cibində saxladığı mətbəx bıçağı ilə əmisinin kürək nahiyyəsindən bir neçə zərbə endirmişdir. Bundan sonra oradan qaçıb getmişdir. Lakin bilirdi ki, qohumları əmisi Nəsrullanı köməksiz qoymayacaq, xəstəxanaya çatdıracaqlar. Ailənin ağsaqqalları onu əmisi ilə barışdırmış və rayon polisində bu hadisəyə xitam qərarı verilməli idi. Lakin qonşusu Mehriban Mütəllimova ilə olan hadisəyə görə əmisi ilə olan epizoda görə də cinayət işi başlanılmışdır. Mehribana gəldikdə isə bildirir ki, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, hal-hazırda da yoxdur. Mehriban onun qonşusu olmaqla qonşusu və uşaqlıqdan tanıdığı Şahid3 həyat yoldaşı olmuşdur. 05 avqust 2020-ci il tarixdə saat 15 radələrində sərxoş vəziyyətdə olarkən qərara gəlmişdir ki, Mehriban Mütəllimovanın yaşadığı evə oğurluq etmək üçün girsin. Belə ki, bir qonşu kimi bilmişdir ki, Mehribanın əri Rüfət və qaynatası Şahid7lər hadisədən bir neçə gün əvvəl iki baş inək satmış və satışdan əldə olunmuş pullar evlərindədir. Mehribanın bu vaxt qonşuları Naziləgilə getməsini görmüş, onların evinin qapısına yaxınlaşaraq qapının açıq olmasından istifadə edərək evə daxil olmuş və yataq otağından şkafdan 2.200 manat pul götürüb evdən çıxmaq istədikdə qapıda Mehribanla üzbəüz gəlmişdir. Onu gördükdə Mehriban qışqırmağa başlamış, o isə Mehribanın ağzını tutaraq ona demişdir ki, “qışqırma, gəl al pullarını”. Lakin artıq qonşuların səsini Mehribangilin həyətində eşidərək oradan qaçıb getmişdir. Kənddən çıxıb Xızıya getmiş, lakin yolda onu polis əməkdaşları tutmuşlar. Ona görə özünü əmisinə bıçaqla xəsarət yetirməkdə və qonşuları Mehribangildən oğurluq etməkdə təqsirli bilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Xızı rayonu Giləzi qəsəbəsindəki qonşusudur. O, 2013-cü ildə Şahid3 ilə ailə qurduqdan sonra həmin qəsəbədə əri və ərinin valideynləri ilə birgə yaşamışdır. Qaynatası Şahid7 hadisədən sonra dünyasını dəyişmişdir. 05.08.2020-ci il tarixdə, saat 15 radələrində evdə tək olduğu zaman Xəyyamın həyətdən qaynatası Rafiqi çağırdığını eşitmiş, dəmir qapıya yaxınlaşıb Rafiq əminin evdə olmadığını demiş, Xəyyam ondan vintaçan “atverka” verməyini xahiş etmişdir. O evdən vintaçanı götürüb qapını tam açmadan ona uzatdığı zaman Xəyyam qəflətən qapını açıb eyvana daxil olan kimi boğazından tutaraq yerə yıxmağa çalışmış, ondan kəskin spirtli içkinin iyi gəldiyi üçün anlamışdır ki, Xəyyam sərxoşdur, hərəkətlərindən isə başa düşmüşdür ki, o, onu zorlamaq istəyir. Bunu dərk etdikdən sonra qışqırmağa başlamış, Xəyyam isə onun ağzını əli ilə tutub girişdən sağ tərəfdə sərilən xalçaya tərəf sürüyərək onu içəriyə evdəki yataq otağına aparmaq istəmişdir. Orada Xəyyam xalçanın üstünə yıxmaq üçün əl atıb onun saçından tutaraq yerə yıxmış, bir əli ilə isə ağzını tutmuşdur ki, o, qışqıra bilməsin. Xəyyam üstündə oturub əynində olan üç düyməli qısaqol köynəyin yaxasını açmağa başlamış, ona “qışqırmaqışqırma” deyərək onun paltarını çıxarmaq istəmişdir. Lakin o, özündə güc tapıb onun əlini dişləmiş və yüksək səslə qışqırmışdır. Qışqırıq səsinə qonşuluqda yaşayan Bəsti xala gəlmişdir. Bundan sonra Xəyyam onu buraxıb qaçıb getmişdir. Bundan sonra səsinə gələn digər qonşuları Rəfiqə xala DİN-in 102 xidmətinə zəng vurub onun adından məlumat verdi. Xəyyamla heç vaxt yaxınlığı olmayıb, ona özünə qarşı belə hərəkət etmək üçün səbəb verməmişdir. Xəyyam həqiqətə uyğun olmayan ifadə verir. Xəyyam ondan pul tələb etməmiş, onu zorlamağa cəhd etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qızının ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, ailə həyatı qurmamış, Giləzi qəsəbəsində yaşadığı ünvanda tək qalır, İİ qrup əlildir. Yaşadığı evin həyətində yerləşən digər evdə qardaşı Xeyrullanın oğlu Xəyal ailəsi ilə birgə yaşayır. Vaxtının əsas hissəsini həmin evin həyətindəki kiçik bağçada ağaclara qulluq etməklə keçirir. Mahiyyəti üzrə qeyd edir ki, 29.07.2020-ci il tarixdə həmişəki kimi ağaclara qulluq etmək məqsədilə bağçaya girmiş, təxminən 5 dəqiqə sonra həyətin giriş qapısının açılmasını eşitdi, lakin kimin açdığını görmədi. Hava küləkli olduğundan giriş qapısı açılıb örtülərək möhkəm səs çıxarırdı. O qapıdakı şəxsin eyni həyətdə yaşadıqları Xəyal olduğunu güman edərək biraz uca səslə qapını bağlamağı tələb etdi, qapı yenidən çırpıldığından özü qapıya tərəf getdikdə Xəyyamın orada olduğunu görmüş, Xəyyam onun qapını bağlamaq tələbinə etiraz etsə də onun sərxoş olmasının başa düşüb ona əhəmiyyət verməyib yaşadığı evin giriş qapısına tərəf getmiş, giriş qapısının qarşısında Xəyyam arxadan ona yaxınlaşıb onun qapını bağlamaq istəyinə yenidən etiraz edərək onunla mübahisəyə başlamış, mübahisə zamanı Xəyyam cibindən bıçaq çıxarıb onu dartdıqda ayağı büdrəyib əyilməyə məcbur olmuş, bu zaman Xəyyam bir dəfə sol qolunun bilək nahiyəsinə, sonra iki dəfə kürək nahiyəsinin sol və sağ tərəflərinə xəsarət yetirmişdir. Xəyyam onun xəsarət yetirdiyi yerlərdən qan çıxmasını gördükdə dərhal oradan uzaqlaşmış, həmin vaxt orada olan Xəyalın köməkliyi ilə evinə getmiş, bacısı Ceyrana zəng vurub xəbər vermiş, bir müddət sonra təcili yardım gəlib onu Xızı RMX-yə aparmışlar. Ona verilən suallara cavabında bildirmişdir ki, mübahisəni Xəyyam spirtli içkinin təsiri altında başlamış, əvvəllər Xəyyamla aralarında mübahisə, ədavət, düşmənçilik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Əri, oğlu Xəyyam və Xəyyamın ailəsi ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşayırlar. Oğlu içkiyə meyllidir. Başına nə gəlirsə bu səbəbdən gəlir. Böyük oğlu Şahid4 Giləzi qəsəbəsində yaşayır. Xəyyamın əmisi Zərərçəkmiş şəxs2 və böyük oğlu Şahid4 Xızı rayonu, Giləzi qəsəbəsində bir həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. Həmin həyət isə ərinin atasının həyəti olduğu üçün onların da ailəsinin həmin həyətə mülkiyyət hüququ vardır. Amma qaynı Nəsrulla hər vəchlə oğlu Xəyalı həmin həyətdən uzaqlaşdırmağa çalışmış, yaşamağa imkan vermirdi. 29.07.2020-ci il tarixdə saat 14 radələrində Xəyyam sərxoş halda əmisi Nəsrulla ilə sonuncunun həyətində qardaşına görə mübahisə edərək mətbəx bıçağı ilə əmisinə kürək nahiyyəsindən xəsarətlər yetirmişdir. Bu məsələ polisdə araşdırılmış, lakin Nəsrulla Xəyyamı bağışladığı üçün dayandırılmışdır. Qonşuluqda Mehriban adlı bir gəlin yaşayır. Mehriban tərbiyəli və əxlaqlı qadındır. Mehribanın əri Rüfət və qaynatası Rafiq iribuynuzlu mal-qara satıb yaxşı pul əldə edib evlərində saxladıqlarını yəqin ki, Xəyyam bilmişdir. 05 avqust 2020-ci il tarixdə saat 15 radələrində Xəyyam sərxoş vəziyyətdə evdən çıxmışdır. Onun evdən çıxması ilə qonşuları Mehribanın qışqırıq səsləri gəlməsini eşidərək Mehribangilə tərəf getmiş, orada çoxlu qonşuların olduğunu görmüş, Mehriban isə ağlayırdı. Ona məlum olmuşdur ki, Xəyyam Mehribanın evdə tək olmasından istifadə edərək mal-qara satışından əldə olunan pulları götürmək istəmiş, lakin Mehribanın qışqırıq səsinə gələn qonşular buna mane olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. O, əri,qaynanası və qaynatası ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşayırlar. Ərinin işlərinə qarışmır, ancaq şahidi olmasa da eşitmişdir ki, Xəyyam torpaq mübahisəsinə görə əmisi Nəsrullaya bıçaqla xəsarət yetirmiş, sonra əmisi ilə barışmışdır. Həmçinin qonşuluqda yaşayan Mehribanı və onun ailəsini tanıyır. Mehribanla münasibətləri yaxşı olmuşdur. Hal-hazırda da Mehribanla münasibətləri vardır. Mehriban tərbiyəli və əxlaqlı qadındır. Mehribanın əri Rüfət və qaynatası Rafiq iribuynuzlu mal-qara satıb yaxşı pul əldə etmişlər. 05 avqust 2020-ci il tarixdə saat 15 radələrində Xəyyam evdə nahar edib və bir şüşə araq içib sərxoş vəziyyətdə evdən çıxmışdır. O, isə evə girib uşaqlarını yedizdirirdi. Bu zaman qonşuları Mehribanın qışqırıq səsləri gəlməsini eşidərək qaynanası Gülzarə ilə Mehribangilə tərəf getmiş, orada çoxlu qonşuların olduğunu görmüş, Mehriban isə ağlayırdı. Ona məlum olmuşdur ki, Xəyyam Mehribanın evdə tək olmasından istifadə edərək mal-qara satışından əldə olunan pulları götürmək istəmiş, lakn Mehribanın qışqırıq səsinə gələn qonşular buna mane olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. O, arvadı və oğlu Xəyyamın ailəsi ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşayırlar. Qardaşı Nəsrulla atalarının mülkündə yaşamaqla böyük oğlu Xəyalın da həmin həyətdə mülk vardır. X16 orada yaşamasına imkan vermirdi və bu səbəbə görə oğlu Xəyyam qardaşına görə Nəsrulla ilə mübahisə edərək sonuncuya bıçaqla xəsarət yetirmişdir. Lakin Xəyyam sərxoş olmuşdur, ayıq halda belə bir iş görməzdi. O ki, qaldı 05 avqust 2020-ci il tarixdə baş vermiş hadisəyə, o həmin vaxt işdə olmuşdur. Arvadından eşitmişdir ki, Xəyyam sərxoş halda qonşuları Mehribanın evinə soxulmuş, sonuncu qonşuları çağırdığına görə oradan qaçıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. Zərərçəkmiş şəxs2 əmisi, digər zərərçəkmiş şəxs Mehriban Mütəllimova isə qardaşı Xəyyamın qonşusudur. Hamısı birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşayırlar. Zərərçəkmiş şəxs2lə bir həyətdə, lakin ayrı evlərdə yaşayır. 29.07.2020-ci il tarixdə saat 14 radələrində Xəyyam sərxoş vəziyyətdə onun və əmisi Nəsrullanın yaşadığı evin həyət darvazasının bağlı olduğunu bəhanə edərək əmisi Nəsrullanı təhqir etmiş, bundan sonra isə həyətə keçərək əmisinə yaxınlaşıb mübahisəni davam etməklə bıçaqla əmisini bir neçə dəfə vurub oradan qaçıb getmişdir. O, bu zaman evində yatdığı üçün qeyd etdiyi hadisəni görməmiş, lakin səsə bayıra çıxıb əmisi Nəsrullanın yaşadığı evə girib görmüşdür ki, onu bibisigil yerə uzadaraq və köynəyini yuxarıya çəkərək belinə yapışqanlı lentlə pambıq yapışdırmışlar. Məhz o zaman bilmişdir ki, qardaşı Xəyyam əmisi Nəsrullanı bıçaqlamışdır. Bundan sonra həyətlərinə təcili-tibbi yardım, ondan təxminən 5 dəqiqə sonra isə polis əməkdaşları gəlmişlər. Həkimlər Nəsrullanı təcili tibbi yardım maşınına mindirib xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu, zərərçəkmiş şəxs Mehriban Mütəllimova isə həyat yoldaşıdır. O, arvadı, atası və anası ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində fərdi evdə yaşayır. Mehriban Mütəllimova ilə təxminən 7 il olar ki, ailə qurmuş, münasibətləri həmişə yaxşı olmuşdur. Mehriban əxlaqlı qadın və etibarlı həyat yoldaşıdır. Qonşusu Xəyyamla yaxın münasibəti olmamış,onunla demək olar ki salam-sağolu olmuşdur. Xəyyam heç yerdə işləmir, tüfeyli həyat tərzi sürür, ona görə də onunla yaxın münasibət saxlamırdı. 05.08.2020-ci il tarixdə işdə olduğu zaman, saat 15 radələrində yoldaşı Mehriban zəng etmiş, lakin Mehriban telefonda heç bir söz danışa bilmirdi, ancaq ağlayırdı. Narahat olduğu üçün tez işdən evə gəlmişdir. Evə çatanda görmüşdür qonşusu Rəfiqə Mehribana su gətirib verib onu sakitləşdirməyə çalışırdı. Digər qonşuları Bəsti də orada idi. Həmin vaxt polis əməkdaşları da oraya gəlmişlər. Mehriban dayanmadan ağlayırdı, əli ilə başına vururdu. Sonradan öyrənmişdir ki, günorta saatlarında Xəyyam həyətlərinə gəlib Rafiqi çağırmış, Mehribandan vintaçan istəmiş, sonra isə evə soxularaq Mehribana təcavüz etmək istəmişdir. Lakin Mehriban qışqırıb qonşuları səslədiyi üçün qaçıb getmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Rzaqulu qızının ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Giləzi qəsəbəsində yaşayır, qızı Lalənin yaşadığı evin qonşuluğunda Şahid5 və ailəsi yaşayır. Onun oğlu Təqsirləndirilən şəxs də onlarla birlikdə yaşayır. Şahid5 əlil olduğunu, bir qolunun, bir ayağının olmadığını, onun Xızı rayon Maliyyə idarəsində işlədiyini bilirəm Onu normal biri kimi tanıyır, amma oğlu Xəyyamı qəsəbədə yaxşı xasiyyətli biri kimi tanımadıqlarını eşidib. Eyni zamanda Xəyyamın bir müddət əvvəl əmisinə bıçaqla xəsarət yetirdiyini eşidib,həmin ailə ilə hər hansı düşmənçiliyi, ədavəti olmayıb. Qızı Lalənin qonşuluğunda yaşayan şəxslərdən biri də Rafiq adlı şəxsdir. Rafiq eyni zamanda yoldaşı Oqtayın qardaşıdır. Oğlu Rüfət və gəlini Mehribanla birgə yaşayır. Rafiq 1-2 il bundan əvvəl avtoqəzaya düşdüyü üçün şikəstdir. Əlil arabasından istifadə edir. Rafiqin ailəsini həmişə sakit ailə kimi tanıyıb, oğlu Rüfət də sakit insan olub. Mehriban isə həmişə başıaşağı, sakit bir qız olub. Rafiqin ailəsi ilə heç bir düşmənçiliyi,ədavəti olmayıb. Mahiyyəti üzrə qeyd edir ki, 5 avqust 2020-ci il tarixdə saat 14- 30 radələrində 3 yaşlı nəvəsi ilə birlikdə qızı Lalə və kürəkəni Habil Rzayevin evinə getmək üçün evdən çıxıb piyada gedərək saat təxminən 15 radələrində qızı Lalənin evinə çatdı. Onların evi Giləzi qəsəbə xəstəxanasının arxasında yerləşir. Qızının yaşadığı evə təzəcə çatmışdı ki, saat 15 radələrində onların qonşuluğunda yerləşən evlərdən birindən boğuntulu qadın qışqırıq səsi eşitdi. Elə bil kimisə boğurdular. Qışqırıq səsləri davamlı idi və təxminən 3-4 dəqiqəyə yaxın qışqırıq səslərini eşitdi. Həmin səslər bir müddətdən sonra daha da ucadan çıxmağa davam etdi. Səsi eşitdikdən sonra müəyyən etdi ki, bu ev qonşuluqda yaşayan Rafiqgilin evidir və tək həmin evə tərəf getdi. Həyət qapısına tərəf gedəndə ora qonşu Xeyrullanın yoldaşı, Xəyyamın anası Gülzarə,və Xəyyamın yoldaşı Ülviyyə səsi eşidib qapıya tərəf gəlirdilər. Rafiqgilin həyət qapısına çatanda Gülzarə və Ülviyyə artıq oraya çatırdılar. Həyətə daxil olduqda qışqırıq səslərinin Rafiqin gəlini Mehribana aid olduğunu və onun evin eyvanında yerdə həyəcanlı şəkildə ağladığını gördü. Mehriban saçlarından tutaraq əlini başına vurub emosional şəkildə ağlayırdı. Ondan nə baş verməsini soruşduqda Mehriban qonşu Xəyyam adlı şəxsin əvvəlcə onların həyətinə gəlib qaynatası Rafiqin evdə olub-olmadığını soruşduğunu, evdə heç kimin olmadığını dəqiqləşdirdikdən bir neçə dəqiqə sonra isə qayıdıb ona hücum çəkdiyini, təcavüz etmək istədiyini bildirdi. Onun emosional danışığından onun səmimiliyinə inanırdı. Qeyd edir ki, ora gələndə Mehribanın saçları dağınıq idi. Mehribanın üzərində xatırladığı qədə boz cins şalvar və düyməli qısaqol kofta var idi .Rəngi dəqiq yadında qalmayıb. Koftanın düymələrindən bəziləri açılmışdı. Paltarlardan görünürdü ki, Mehribanın üzərindəki paltarlar qırış-qırışdır, dartışdırılıb. Mehribanın boynunda, qollarında kiçik sıyrıq izləri gördü. Mehriban həmin vaxt şokda idi və özünə gələ bilmirdi. Hadisədən bir neçə dəqiqə ərzində həmin ərazidə yaşayan digər şəxslər hadisədən xəbər tutub həmin həyətə gəldilər. 10-15 dəqiqə orada olduqdan sonra ordan çıxıb öz evinə qayıtmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. 21.04.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Şahid7 vəfat etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxs X3 Xızı PRŞ-nə ünvanladığı 05.08.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, onunla qonşuluqda yaşayan Xeyrullanın oğlu Xəyyam 05.08.2020-ci il tarixdə, saat 15 radələrində vint açan istəmək adı ilə evinin həyətinə gəlib, həmin vaxt onun evdə tək olmasından istifadə edərək onu zorlamaq məqsədi ilə qəflətən üzərinə hücum edərək ağzından və saçından tutaraq eyvandakı kiçik ölçülü xalçanın üzərinə sürüyüb yıxaraq paltarının yaxasını açmağa cəhd göstərərkən onun əlini dişləyib ucadan qışqıraraq yaxınlıqda yaşayan qonşuların özlərini çatdırmalarına nail olduğundan Xəyyam onu zorlamaq niyyətini başa çatdıra bilmədən hadisə yerindən qaçıb getmişdir. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında» 20.09.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri X7 rayonu Giləzi qəsəbəsində yaşadığı evdir. M.Mütəllimova yaşadığı evin giriş qapısını, qapıdan içəri girərkən eyvanda sağ tərəfdə yerə sərilmiş kiçik ölçülü xalçanı, tövlənin yanındakı Təqsirləndirilən şəxs həyətinə açılan qapını göstərərək ifadəsində gösərdiyi halları bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış sərxoşluq hallarının təyini məqsədilə aparılan 05.08.2020-ci il tarixli, 26 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 05.08.2020-ci il tarixdə orta ağır dərəcədə sərxoş vəziyyətdə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Xızı RRŞ-nin məsul növbətçisinin Xızı RPŞ-nin rəisinə ünvanladığı 29.07.2020-ci il tarixli raportdan müəyyən olunur ki, 29.07.2020-ci il tarixdə, saat 19:40 radələrində Xızı rayonu, Giləzi qəsəbə sakini 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sol çiyin yuxarı hissəsinin kəsilmiş yarası 5 sm, sağ kürəyin yuxarı sağ tərəf nahiyyəsinin kəsilmiş-deşilmiş yarası 4 sm və sol qolun aşağı 3/1 hissəsinin cuzi kəsilmiş yarası ilə Xızı rayon Mərkəzi xəstəxanasına daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış sərxoşluq hallarının təyini məqsədilə aparılan 29.07.2020-ci il tarixli, 25 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29.07.2020-ci il tarixdə orta ağır dərəcədə sərxoş vəziyyətdə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «Xızı Rayon Mərkəzi Xəsətəxanası» publik hüquqi şəxsin 202 saylı, 06.08.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müayinə edilmiş, ona «sol əlin baş barmağının çeçələ barmağının sol dirsəkdə diş izləri» diaqnozu qoyulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «Xızı Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin 201 saylı, 06.08.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, X6 üçün həmin xəstəxananın TTTY şöbəsinə çağırış verilmiş, Mehriban Mütəllimovaya «yuxarı və aşağı ətraflarının bir neçə nahiyyələrinin səthi travmaları (bazu, diz və pəncə nahiyyəsi), bədəninin bir neçə nahiyyələrinin əhatə edən müştərək səthi travmaları (boyun, kürək, sıyırtı, əzilmə, göyərmə, qançır, hematoma» diaqnozu qoyulmşdur. Məhkəmədə elan edilib araşdırılmış «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» 06.08.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 149.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Xızı Rayon Məhkəməsinin 07.08.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 29,149.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, 05.08.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış «könüllü təqdim etmə əsasında götürmə və baxış keçirilməsi haqqında» 30.07.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 29.07.2020-ci il tarixdə aralarında baş vermiş mübahisə nəticəsində əmisi Zərərçəkmiş şəxs2 kürək və qol nahiyələrinə xəsarət yetirdiyi və evində olan bıçağı könüllü olaraq təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 10.09.2020-ci il tarixli, 381 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs sol əlin arxa səthində sıyrıqlaq müəyyən edildi. Bu xəsarətlər məhdud təsir səthinə malik bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitə və tarixə uyğun gəlirlər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlər həm şəxsin özü tərəfindən, həm də kənar şəxs tərəfindən yetirilə bilər.Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Onun xarici cinsiyyət üzvlərində cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 14.08.2020-ci il tarixli, 382 saylı rəyindən müəyyən olunur ki, Mehriban Mütəllimovanın boyun hissəsinin sağ aşağı 1/3-də; döş qəfəsinin ön səthində döş sümüyünün cismi səviyyəsində; sol bazunun arxa nahiyəsinin yuxarı 1/3-də; sağ və sol saidin orta 1/3-nin ön hissəsində sıyrıqlar; sağ qolun dirsək nahiyəsinin ön səthində; sol bazunun aşağı 1/3-nin ön səthində; sol bazunun arxa yuxarı; sol saidin ön hissəsinin aşağı 1/3-də qançırlar müəyyən edildi. Bu xəsarətlər bərk küt əşya təsirindən törənmişlər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir, törənmə müddəti 1-3 gün əvvələ uyğun gəlir. M.Mütəllimovanın bədəni üzərində müəyyən edilmiş xəsarətlər fiziki zor tətbiq etməklə cinsi əlaqə zamanı kənar şəxs tərəfindən törənməsi inkar olunmur. Həmin xəsarətlərin əl çatan nahiyədə yerləşdiyinə baxmayaraq öz-özünə yetirilməsi inandırıcı deyil. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-trasoloji ekspertizasının 21.09.2020-ci il tarixli, 3/1034 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş zərərçəkmiş şəxs M.Mütəllimovaya məxsus şalvarın, köynəyin və büstqalterin üzərində trasoloji zədə aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 11.09.2020-ci il tarixli, 1791 saylı rəyindən müəyyən olunur ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs hal-hazırda “üzvi şəxsiyyət pozuntusu, kompensasiya mərhələsi”aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs mövcud olan üzvi şəxsiyyət pozuntusu kompensasiya mərhələsində olduğundan o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Həmçinin, törətdiyi cinayət əməli dövründə də (05.08.2020-ci il tarixdə) Təqsirləndirilən şəxs mövcud olan üzvi şəxsiyyət pozuntusu kompensasiya mərhələsində olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Həmçinin, aparılmış eksperimentalpsixoloji müayinə zamanı Təqsirləndirilən şəxs intellektual imkanlarının normaya uyğun olması aşkar olunur. Şəxsi keyfiyyətlərində və emosinal-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizm, başqalarının hiss və yaşantılarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs intellektual imkanlarında dəyişiklik aşkar edilmədiyindən o, törətdiyi əməl dövründə öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində qeyd edilən hadisə zamanı onun psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamış, Təqsirləndirilən şəxs hadisə baş verən zaman emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-ballistik ekspertizasının 10.09.2020-ci il tarixli,3/987 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 17.10.2020-ci il tarixli, 44 saylı rəyindən müəyyən olunur ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- hər iki kürək və sol said nahiyələrinin çapıq toxumaları deşilmiş-kəsilmiş yaraların izləri olmaqla iti deşicikəsici alətin(alətlərin) təsirindən törənmişdir; qərarda qeyd olunan və onun tibbi yardım üçün müraciət etdiyi vaxtda yəni, 29.07.2020-ci il tarixə uyğun gəlir; dərəcəsinə görə ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd edilən xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsi inandırıcı deyildir. Məhkəmədə elan edilib araşdırılmış Xızı şəhər X12 Hüquqi şəxsin 280 saylı, 26.10.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkoloji xəstəliklər dispanserində qeydiyyatda deyil, “üzvi mənşəlli şəxsiyyət pozuntusu və intellektin enməsi» diaqnozu ilə 08.12.2014-cü il tarixdən psixi xstəliklər dispanserində qeydiyyatdadır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində DSMF publik hüquqi şəxsinin 3 saylı Regional Ərazi Filalının **********5 saylı, 26.10.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, Xızı rayonu, Giləzi qəsəbə sakini Zərərçəkmiş şəxs2 2-ci dərəcə əlil kimi (əlilliyin müddəti 18.01.2016- 26.12.2020) əmək pensiyası alır (pensiya işinin №-si 420189). Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs oğlunu xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o ailəlidir, himayəsində 2015 və 2018-ci il təvəllüdlü iki azyaşlı uşağı var, yaşadığı yer üzrə müsbət xarakterizə olunmur. Məhkəmədə elan edilib araşdırılmış 26.10.2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında» qərardan müəyyən olunur ki, zərərçəkmiş şəxs X3 üzərində olmuş bir ədəd köynək, bir ədəd büstqalter və bir ədəd şalvar, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyi bir ədəd qara tutacaqlı bıçaq Xızı rayon prokurorluğuna təhvil verilmişdir. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 29, 149.1 və 221.3-cü maddələri ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddələr ilə cəza təyin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Zərərçəkmiş şəxs2 məhkəməyə daxil olmuş 05.03.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş xəsarət nəticəsində ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq himayəsində azyaşlı uşağının olmasını, CM-nin 59.1.13-cü maddəsinə uyğun olaraq Zərərçəkmiş şəxs2 cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Belə olan haldaTəqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cəza təyin edildikdə CM-nin 60-cı maddəsinin tələbləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədlərii açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-nin müvafiq Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayətlərin təsnifatına görə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 149.1-ci maddəsində nəzərdə tutulan əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayət, CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan əməli isə CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Beləliklə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində cəkməli, cəzasının əvvəli 05 avqust 2020-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Xızı rayon prokurorluğunun arxivində saxlanılan zərərçəkmiş şəxs X3 üzərində olmuş bir ədəd köynək, bir ədəd büstqalter və bir ədəd şalvar, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyi bir ədəd qara tutacaqlı bıçaq məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 120 (yüz iüirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi qaydada fəaliyyət göstərən vəkillər X14 və X15 (hesabat arayış i/v 399, 400), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X8 hesabına 150 AZN (yüz əlli manat), X9 hesabına 444 AZN (dörd yüz qırx dörd manat), müdafəçi Müdafiəçi üçün isə 300 AZN (üç yüz manat) pul Bakı şəhər 24 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 149.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 29, 149.1-ci maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “05” avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan və Xızı rayon prokurorluğunun arxivində saxlanılan zərərçəkmiş şəxs X3 üzərində olmuş bir ədəd köynək, bir ədəd büstqalter və bir ədəd şalvar, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyi bir ədəd qara tutacaqlı bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərcləri olan 120 (yüz iüirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı fərdi qaydada fəaliyyət göstərən müdafiəçilər X8 hesabına 150 AZN (yüz əlli manat), X9 hesabına 444 AZN (dörd yüz qırx dörd manat), məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhər 24 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar