Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-438/2025 04.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “De Fendo” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, aşpaz işləmiş, üç yetkinlik yaşına çatmayan övladı olan, 2-ci dərəcəli əlilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni heroini əldə edib üzərində saxlamaqla daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.
İşin faktiki halları
2. İttiham aktına görə, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Zeyd” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada yerləşdirdiyi bir bükümdə külli miqdarda təmiz çəkisi 8,239 qram və bir bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,194 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə etməklə üzərində saxlayaraq daşımış, 11 mart 2024-cü il tarixdə gecə saatlarında 35 manat müqabilində Şahid4 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,194 qram narkotik vasitə olan heroini satmış, 12 mart 2024-cü il tarixdə Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək 12 mart 2024-cü il tarixdə saat 02:30 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 8,239 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin gödəkçənin sol yan cibindən üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 10) görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində və istifadəsində şübhəli olunduğu üçün Əsəd Əhmədov 45 ünvanında saxlanılaraq polis idarəsinə gətirilmişdir.
4. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 26) görünür ki, xx.xx.2024-cü il tarixda saat 02:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur.
5. xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 35-37) görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nədən ibarət olduğu soruşulduqda o bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə heroindir. Narkotik maddəni kimdən əldə etdiyini soruşduqda o bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı Zeyd adlı şəxsdən whatsapp vasitəsilə əlaqə saxlayıb kartına 35 manat pul göndərərək əldə etmişdir. Əlavə olaraq o gödəkçənin sol yan cibindən elekton tərəzi və içərisində ***-***-**-** nömrə olan açıq sarı rəngli "Samsung" markalı telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş naməlum maddə və elektron tərəzi ekspertizaya təqdim etmək üçün 2 ədəd ağ rəngli zərflə qablaşdırılaraq götürülmüşdür.
6. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/1461 saylı rəyindən (cild 01, iş vərəqə 43-48) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 8,239 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazirlanmış narkotik vasitə heroindir.Təqdim edilmiş elektron tərəzi üzərində narkotik vastə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroinin təmiz çəkisi 8,239 qram, tədqiqat sərf edildikdən sonra 8,189 qram qalıq qalmışdır. Bundan başqa X1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin tərkibinin eyni olub olmamasını müəyyən etmək üçün məhkəmə-kimyəvi ekspertizası təyin edilmişdir.
7. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan (cild 01, iş vərəqə 59-61) görünür ki, Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, Şahid4 üzərində aşkar edilmiş narkotik vasitə heroini məhz Təqsirləndirilən şəxs aldığını onun üzünə qarşı demişdir.
8. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan (cild 01, iş vərəqə 62-63) görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
9. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismmində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 74-75) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur.
10. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-240/2024 saylı qərarından (cild 01, iş vərəqə 94-98) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 14 mart 2024-cü il tarixdən, saat 16.30-dan hesablanması qərara alınmışdır.
11. 16.03.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş şəxsi axtarışı əks etdirən video görüntü 01 ədəd «DVD» diskə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 112) görünür ki, «DVD» formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində bir ədəd video fayl olduğu müəyyən edildi. Diskdə olan görüntü Yasamal RPİ-də qeydə alınaraq, Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, onun yanında CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 oğlunun iştirakları ilə Yasamal RPİnin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin və 22 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyi müşahidə olunur. Görüntüdə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunur, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən 1 ədəd şəffaf selofan bükümü və həmin gödəkçənin sol yan cibindən 1 ədəd elektron tərəzini və 1 ədəd Samsunq markalı mobil telefonu masanın üzərinə qoyur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilir başqa əşya aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində toz şəkilli qəhvəyi rəngli maddə oldduğu müşahidə olunur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan kimdən əldə etdiyi barədə sual verilir, o həmin maddənin narkotik vasitə heroin olduğunu WhatsApp vasitəsi ilə İran vətəndaşına 35 manat göndərərək aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə, elektron tərəzi və mobil telefon qablaşdırılıb götürülür. Həmçinin kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalandığı müşahidə olunur.
12. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən (cild 01, iş vərəqə 121-134) görünür ki, Eyvazov X5 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıq məhrum etmə cəzasına məhkum edilmiş Xəzər rayon məhkəməsinin xx.xx.2016-cə il tarixli qərarı ilə 1 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2016-cı ildə hökm icra edilərək qeydiyyatdan çıxarılmışdır. Bundan sonra o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 234.1-ci maddələri ilə 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir.
13. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-978/2019 saylı hökmündən (cild 1, iş vərəqə 125-134) görünür ki, Azərbaycan Respublikası CM-nin 126.1 və 234.1-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
14. 01 may 2024-cü il tarixli Yasamal rayon Polis İdarəsi tərəfindən daxil olmuş məlumatdan (cild 01, iş vərəqə 135) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Şahid4 narkotik vasitə stması müəyyən edilmiş, onun digər şəxslərə narkotik vasitə satması istiqamətində əməliyyta tədbirləri davam etdirilmişdir, Təqsirləndirilən şəxsn üzərində aşkar edilmiş narkoitk vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa tapşırıqda qeyd olunan 17-18 yaşlı uşağın şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır.
15. 10.05.2024-cü il diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 138) görünür ki, Təqsirləndirilən şəxs Farhad oğlunun istifadəsində olmuş ***-***-**-** nömrəli telefon məlumatlarına dair «Azerfon MMC-dən daxil olmuş DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyd olunan diskdə 04 ədəd PDF formatlı fayl mövcuddur. İlkin olaraq "SMS Tarixcesi **********2249 773226909" adlı PDF formatlı fayla baxış keçirildikdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə daxil olan SMS yazışmalarının mətnləri göstərilmişdir. Belə ki, **********67 saylı nömrədən “Orxan men enyniyim brat bir söz dede gelim 1 denede 10luq lazimdi. Brat ölurem dediylervide göturmusem 10manaatda var qurban sene bir söz dede gelim hara gelim coxpisem” mesajı, **********09 saylı nömrədən "Orxan allah haqqi pisem cox pis pulda mende okean terefde durmusan xais elyirem duzet Verde” mesajı, **********19 sayli nömrədən "Tak demali sana necha list pregabalin ili alisa 150 lik lazimdir, indidan deginan hall eliyim” mesajı, **********22 saylı nömrədən "Orxan qardawim Elesgere tapsir pulumda telefonumda getdi meni saxladi lomkada olurem agridan men hec kime pisdiy elememisem qardasimsan tapsir seher gedim yanna” mesajı, **********02 saylı nömrədən “Qagash lirikalarini almisham trubku podnimi" mesajı, **********32 saylı nömrədən "Ori bidana na 15 kok. 15 pati" mesajı, **********22 saylı nömrədən "Qaga dawi 10 nuxelede 45 manat var” mesajı, **********26 saylı nömrədən “Qaqaş manam Ceyhundu 2 danadir derman onu hara gatirimBrat?" mesajların göndərilməsi diskə baxış zamanı müəyyən edilmişdir. Bundan başqa "Zenglerin_Detallasmasi__**********3949_773226909_4" adlı PDF formatlı fayla daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çəxan zənglərin siyahısı göstərilmişdir. Belə ki, həmin tayla daxil olduqda Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən müxtəlif tarixdlərdə Orxan Eyvazoba məxsus mobil nömrəsinə zənglərin daxil olması müşahidə edilir. Digər PDF formatlı fayllara baxış zamanı istintaq marağı kəsb edən məlumatlar aşkar edilmədi.
16. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3106 saylı rəyində (iş vərəqə 143-146) göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə olan; -üzərində “6/1461... 12 mart 2024-cü il...” sözləri qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 8,189 qram heroin ilə üzərində “6/1462... 12 mart 2024-cü il ...” sözləri qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,144 qram heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil etmir.
17. Məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 5/654 saylı rəyindən (cild 01, iş vərəqə 152-155) görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A24” markalı arxa məlumat löhvəsinə görə “SM-A245F/DSN” modelli “3582xx/xx/450271/9" “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. -Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A24” markalı arxa məlumat löhvəsinə görə “SM- A245F/DSN” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan (parol-password) ekran kilidini keçmək mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi’nin 2ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A24” markalı arxa məlumat löhvəsinə görə “SM-A245F/DSN” modelli “3582xx/xx/450271/9" “ımeı” kodlu mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp”, proqram təminatı, “İnstagram”, “TikTok” və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Odur ki, «Samsung» markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir.
18. xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 01, iş vərəqə 150) görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 8,239 qram heroin və 1 ədəd elektron tərəzinin iş üzrə maddi sübut kimi tanınması qərara alınmışdır.
19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4606 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslərin barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
20. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1959 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.
21. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsi elane dilmiş və o ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru xüsusi rütbəsi daşıyır. 11 mart 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid4 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında utularaq Yasamal RPİ-nə gətirilmişdir. Bununla bağlı TŞ-nin təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən Şahid4 üzərində aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığı müəyyən edilərək Təqsirləndirilən şəxs gətirilməsi barədə əməliyyat tapşırığı icraatına daxil olmuş və CAŞ-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3 ilə birgə 12 mart 2024-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs ehtimal olunduğu ünvana yollanmışlar. Saat 02:30 radələrində ünvan 4xlanılaraq Yasamal RPİ-nə gətirmişlər. Prosessual sənədləşmə idarənin təhqiqaptçısı Ariz Qədiməliyevə həvalə edilmişdir. Polis İdarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd şəffaf selofan bükümü içərisində qəhvəyi rəngli toz şəkilli kütləni masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra o, gödəkçəsinin sol yan cibindən 1 ədəd elekron tərəzi və bir ədəd açıq sarı rəngli «Samsunq» markalı mobil telefonu da təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması, haradan, kimdən əldə etdiyi barədə sual verildikdə, o həmin maddənin narkotik vasitə heroin olduğunu, İran vətəndaşı Zeyd adlı şəxsdən WhatsApp vasitəsi ilə əlaqə saxlayıb onun kartına 35 manat pul göndərməklə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə, elektron tərəzi və mobil telefon qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdü. Həmçinin həmin əşyaların aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır.
22. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili X6 ifadəsində göstərmişdir ki, 11 mart 2024-cü il tarixində gecə radələrində Şahid4 tərəflərindən saxlanılmış, Yasamal rayonu Polis İdarəsinə gətirilmişdir. Tərəflərindən şəxsi axtarış və götürmə keçirilən zaman üzərində narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Bu maddəni Orxan adlı şəxsdən əldə etdiyini bildirmişdir. Əməliyyat tapşırığı əsasıında 12 mart saat 02:00 radələrdində həmin şəxs tərəflərindən Yasamal rayonu, Əsəd Əhmədov küçəsində saxlanılaraq Yasamal rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, O şəxsi axtarışda iştirak etməmişdir. Şəxs Yasamal rayonu, Əsəd Əhmədov küçəsində, təxminən saat 02:00 radələrində saxlanılmışdır. Famil saxlanılan anda Orxan orada olmamışdır Həmin vaxt təqsirləndirilən şəxsi saxlayan zaman hər hansı video çəkilişin olunması barədə qərar yox idi.
23. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 11 mart 2024-cü il tarixində daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 saxlanılmış, Yasamal rayon Polis İdarəsinə gətirilmişdir. Yasamal rayon Polis İdarəsinin tədqiqatçısı Fariz Qədiməliyev tərəfindən şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən çıxan narkotik vasitəni kimdən aldığını öyrəndikdə Təqsirləndirilən şəxs aldığını söyləmişdir. Bununla bağlı Fariz Qədiməliyev tərəfindən əməliyyat tapşırığı verilmişdir. Həmin tapşırıq nəticəsində o - Şahid3, Yasamal rayon cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2, Yasamal rayon Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1lə birlikdə həmin ünvana yollanmışlar. 12 mart saat 02:00 radələrdində həmin şəxs tərəflərindən saxlanılaraq Yasamal rayon Polis İdarəsinə gətirilmişdir. Yasamal rayon Polis İdarəsinin inzibati binasında tədqiqatçı Fariz Qədiməliyev tərəfindən şəxsi axtarış və götürmə nəticəsində şəxsin üzərindən elektron tərəzi və 1 büküm narkotik vasitə aşkar edilmişdir.Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən Yasamal rayonu, Əsəd Əhmədov küçəsində, təxminən saat 02:00 radələrində saxlanılmışdır.
24. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, narkotik vasitə əldə etmək məqsədilə Təqsirləndirilən şəxs müraciət etmişdir. O, əvvəllər AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmuşdur. Narkotik istifadəçisi olmuş, lakin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs narkotik əldə etmək məqsədilə onunla görüşmüşdür. O narkotik əldə etmək istəmiş, bu zaman ona Orxanın nömrəsini vermişlər. Həmin mobil nömrəni xatırlamamışdır. Həmin mobil nömrəni ona bir tanışı vermişdir. O narkotik vasitəni tanımadığı şəxslərdən əldə etmişdir. Həmin mobil nömrəni ona bir tanışı narkotik əldə etmək məqsədilə vermişdir. Onunla telefonda danışan Orxan olmuşdur. O, Orxandan 0,5 qram narkotik vasitə istəmiş, Orxan da onu Yasamal rayonu ərazisində yerləşən mağazalardan birinin yaxınlığına çağırmışdır. Həmin mağazanın adını hazırda xatırlamır. O həmin mağazanın yanında, avtomobildə olmuşdur. Bu zaman uca boylu gənc bir oğlan yaxınlaşmışdır. Həmin anda polislər hər ikisini saxlamışlar.Həmin oğlan ona narkotik vasitə gətirmişdir. O narkotiki Orxandan almışdır, lakin dərhal polislər tərəfindən saxlanılmışlar. Həmin oğlan Orxanın onu göndərdiyini bildirmişdir. Həmin narkotik vasitə üçün uca boylu oğlana 35,00 Azərbaycan manatı pul vermişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
25. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o ittihamda göstərilənlərlə razı deyildir. İttiham aktında adı göstərilən Ramil adlı şəxsi tanımır, həmin şəxs ilə əlaqəsi yoxdur. O, narkotik vasitəni şəxsi istifadəsi üçün götürmüşdür. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu 3-4 nəfər polis əməkdaşı saxlamışdır. Onu yaşadığı evin içindən Yasamal RPİ-ə aparmışlar. Polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərində 8-9 qram narkotik vasitə heroin olmuşdur. O müxtəlif yerlərə gedərək narkotik vasitəni götürmüşdür. Onun narkotik vasitə istifadə edən tanışları olmuş və onlar bilikdə narkotik vasitə istifadə etmişlər, lakin o heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. O heç vaxt heç kəsə narkotik vasitə satmamışdır. Ramil adlı şəxsə narkotik vasitə satmamışdır. Ramil adlı şəxsi ümumiyyətlə tanımamış, ona narkotik vasitə verməmişdir. Onun telefonunda onun tanışı olan şəxslərlə narkotik vasitələri birbirlərindən istəmələri barədə danışıqlar olmuş, lakin satış barədə söhbətlər olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsir olmamışdır. Onun psixi xəstəliyi vardır, “Maştağa”–da qeydiyyatdadır. Onun psixi xəstəliyi irsidir. Onun narkotik maddələri satmaq niyyəti olmamışdır. Narkotik istifadəçisi kimi özünü təqsirli bilmişdir. Zeyd adlı şəxsi ümumiyyətlə tanımamışdır. Narkotik vasitələri müxtəlif şəxslərdən əldə etmişdir. Şahid4 tanımış, lakin sonuncuya narkotik satmamışdır. Ramil ilə birlikdə narkotik maddə istifadə etmişlər. ***-***-**-** mobil nömrəsi onun istifadəsində olmuşdur. Telefona baxış keçirilməsi protokolu ilə tanış olmuşdur. Tanışları ondan psixotrop maddə istəmiş, o da əvəzsiz olaraq vermişdir. Tanış insanlara narkotik vermişdir. Onun üzərində həqiqətən narkotik maddə olmuş, lakin elektron tərəzi olmamışdır. Onun üzərindən 9 qrama yaxın narkotik maddə aşkar olunmuşdur. Həmin narkotik maddələr həqiqətən ona məxsus olmuşdur. Onun üzərində elektron tərəzi olmamış, polis əməkdaşları zorla tərəzini üzərinə qoymuşlar. Polislər ona hədə-qorxu gəldiklərindən, məcbur olub tərəzinin ona məxsus olduğunu demişdir. Ona hədəqorxu gələn polis əməkdaşının anket məlumatlarını bilmir, lakin vizual olaraq tanıyır. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
26. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
27. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır
28. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır
29. Maddə 18.2.2. Cinayətlərin residivi qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli sayılır.
30. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
31. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
32. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
33. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
34. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
35. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
36. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır
37. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
38. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
39. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
40. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir
41. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
42. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir
43. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
44. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.
45. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
46. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanun
47. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
48. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
49. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
50. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
51. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
52. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
53. Qərarın 12-ci bəndi. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
54. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
55. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin presedent hüququ:
56. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
57. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.
58. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etməsi, saxlaması və daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir.
59. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “Zeyd” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik maddəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi”ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.
60. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”.
61. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir.
62. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır.
63. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur.
64. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin Təqsirləndirilən şəxs və “Zeyd” adlı şəxsin qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “Zeyd” adlı İran İslam Respublikasının vətəndaşı”, “”istintaqla müəyyən edilməyən nömrə”, “istintaqla müəyyən edilməyən qaydada” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir.
65. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik madədənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda –CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq təqsirləndirilən şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir.
66. Beləliklə məhkəmə belə qərara gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.
67. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəsinə **********67 saylı nömrədən “Orxan men enyniyim brat bir söz dede gelim 1 denede 10luq lazimdi. Brat ölurem dediylervide göturmusem 10manaatda var qurban sene bir söz dede gelim hara gelim coxpisem” mesajı, **********09 saylı nömrədən "Orxan allah haqqi pisem cox pis pulda mende okean terefde durmusan xais elyirem duzet Verde” mesajı, **********19 sayli nömrədən "Tak demali sana necha list pregabalin ili alisa 150 lik lazimdir, indidan deginan hall eliyim” mesajı, **********22 saylı nömrədən "Orxan qardawim Elesgere tapsir pulumda telefonumda getdi meni saxladi lomkada olurem agridan men hec kime pisdiy elememisem qardasimsan tapsir seher gedim yanna” mesajı, **********02 saylı nömrədən “Qagash lirikalarini almisham trubku podnimi" mesajı, **********32 saylı nömrədən "Ori bidana na 15 kok. 15 pati" mesajı, **********22 saylı nömrədən "Qaga dawi 10 nuxelede 45 manat var” mesajı, **********26 saylı nömrədən “Qaqaş manam Ceyhundu 2 danadir derman onu hara gatirimBrat?" məzmunlu ismarıclar aşkar edilmişdir. Həmin sms mətnlərinin narkotik vasitə dövriyyəsi ilə bağlı məzmunda olmasına əsaslı şübhələr vardır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
68. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
69. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
70. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət olması və ya döyülməsi barədə məlumat verməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
71. Həmçinin təqsirləndirilən şəxs onun irsi psixoloji xəstəliyinin olmasını bildirmişdir. Lakin məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1959 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır.
72. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 36, 37, 38, 40-cı bəndlərindəki normativ aktlara əsasən).
73. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə artıq halda olmasını habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitə heroini məhz satış məqsədilə əldə etmişdir.
74. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 36-ci bəndi).
75. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
76. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 27,30,31,32-ci bəndləri).
77. Elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumatda görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cü il təvəllüdlü Rüstəm Eyvazov adlı, xx.xx.2014-cü il tarixli Ruqəyya Eyvazova və xx.xx.2007-cü il təvəllüdlü Ayşən Eyvazova adlı, üç yetkinlik yaşına çatmayan övladı vardır, həmçinin onun ikinci dərəcəli əlilliyi vardır. Məhkəmə həmin halları təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir.
78. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu Azərbaycan Respublikası CM-nin 126.1 və 234.1-ci maddələri ilə olmuş və xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs əvvəl məhkum olunduğu əməlllər ağır və az ağır cinayətlər kateqoriyasına aid olduğundan, onun məhkumluğu götürülməmişdir, qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən onun əməlində cinayətin təhlükəli residivi vardır.(qərarın 28,29-ci bəndləri)
79. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
80. Təqsirləndirilən şəxs üzərindən məhkumluğu götürülmədiyindən cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 34-cü bəndi)
81. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixli şübhəli şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmiş və o müvəqqəti saxlama yerindən azad edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-240/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 mart 2024-cü il tarixdən, saat 16.30-dan hesablanmışdır və hökm çıxarılana kimi o fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 15,74-79). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 41 və 42-ci bəndləri).
82. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
83. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
84. İş üzrə maddi sübut olan, Bakı Şəhər Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 8,149 qram çəkidə olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 39-cu bəndi)
85. İş üzrə maddi sübut olub Bakı Şəhər Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. (qərarın 39-cu bəndi).
86. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs İİ dərəcəli müddətli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Bu səbəbdən o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
87. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 183,65 (yüz səksən üç manat, altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 43-cü bəndi).
88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 12 mart 2024-cü il tarixdən 13 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla,onun üzərində qəti olaraq 07 il 11 ay 28 gün aadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni 14 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı Şəhər Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 8,149 qram çəkidə olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı Şəhər Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 183,65 (yüz səksən üç manat, altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov