Məhkəmə qərarları › İş №1(101)-439/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-439/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-439/2022 25.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 09:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, mərhum Zərərçəkmiş şəxs2 hüquqi varisi – qardaşı X1, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə İmişli rayonunun, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada sürücü işləyən, məhkumluğu olmayan, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxxx 1991-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fitness müəllimi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 10 aprel 2021-ci il tarixdə, saat 17:20 radələrində ictimai yerdə – Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Mədən ünvanında yerləşən İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin həyətində idarə etdiyi “X35” markalı, **-SH- *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin təmirinin yekunlaşmasını gözləyərək ərazidə gəzişdiyi zaman ərazidə olan Zərərçəkmiş şəxs2 onun çiynindən asılmış qara rəngli çantasına diqqətlə baxmasına hiddətlənərək Zərərçəkmiş şəxs2 nəyə baxdığını soruşub, onun bu hərəkətini cüzi səbəb kimi bəhanə edərək, mübahisənin yaranmasına rəvac verməklə bu zaman həyətdəki “Mercedes-Benz Actros” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sükanı arxasında olan Zərərçəkmiş şəxs2 atası Zərərçəkmiş şəxs1 ona oğlu Cavadla mübahisə etməsini irad tutduğuna görə sonuncu ilə də heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb, özünün şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoyaraq, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərməklə, birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin bir çox işçilərinin və digər insanların iradlarına əhəmiyyət verməyib, əvvəlcə İltifat və Zərərçəkmiş şəxs2lərlə əlbəyaxa olmaqla onlara qarşı zor tətbiq etməyə çalışmış, sonra isə idarə etdiyi yük avtomobilinə tərəf qaçaraq oradan istintaqa məlum olmayan bıçaq götürüb həmin bıçaqdan silah qismində istifadə etməklə tətbiq etməyə çalışaraq üzərinə gələn Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vuracağı ilə hədələməyə başlamış, lakin ətrafda olan şəxslərin müdaxiləsi nəticəsində onların ilkin mübahisələrinin sakitləşməsinə baxmayaraq, bununla kifayətlənməyib xuliqanlıq hərəkətlərini davam etdirməyə çalışmaqla hadisə yerindən uzaqlaşmaq əvəzinə yuxarıda qeyd olunan ünvanda yerləşən İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin girişinə gələrək, burada Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 gözləmiş və həmin gün saat 17:45 radələrində sonuncuların “X34 Prado” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobildə hadisə yerindən çıxıb getmək istədiklərini gördükdən sonra qarşılarını kəsərək mübahisəni yenidən qızışdırmış, İltifat və Zərərçəkmiş şəxs2 çıxıb getmələrinə imkan verməyərək onların üzərinə hücum edib girişin qarşısında əlbəyaxa olmaqla Zərərçəkmiş şəxs2 üz nahiyəsindən yumruqla vuraraq, sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən burun sümüyünün az yerdəyişmiş sınığı ilə müşayiət olunan burun nahiyəsinin sıyrıqları və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən üzün sol gözaltı nahiyəsinin qançırı xəsarətlərini yetirdikdən sonra ətrafdakı şəxslərin onları ayırmasına baxmayaraq sakitləşməyib xuliqanlıq hərəkətlərini davam etdirib, yenidən İltifat və Zərərçəkmiş şəxs2lərin qarşısını kəsərək hadisə yerindən uzaqlaşmaqlarına maneə törətməklə əlində olan daş parçasını silah qismində istifadə edib tətbiq edərək, daşı Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə çırpmaqla sonuncuya sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, qarının sol yan divarının qançırı xəsarətini yetirmiş və daha sonra onu təqib edən Zərərçəkmiş şəxs2 yayınmaq məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında yerləşməklə “Ot Bazarı” kimi tanınan ot satışı məntəqəsinin istiqamətində qaçaraq həmin məntəqəyə çatdıqda mobil telefon vasitəsi ilə hadisə yerinə çağırdığı X21 və Təqsirləndirilən şəxs2 “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı və “Opel Corsa”, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillərdə ot satışı məntəqəsinin qarşısına gəldiklərini görüb həmin yerə qayıdaraq Zərərçəkmiş şəxs1 yumruqla zərbə endirən, Zərərçəkmiş şəxs2 isə bıçaqla vurmaqla xuliqanlıq niyyəti ilə qəsdən öldürən Ramil Rəhmanova və Zərərçəkmiş şəxs1 belindən tutaraq fənd işlətməklə yerə çırpan Təqsirləndirilən şəxs2 qoşularaq onlarla birlikdə bir qrup şəxs halında xuliqanlıq hərəkətlərini davam etdirib, X21 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 10 aprel 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Mədən ünvanında yerləşən İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin həyətində döyüldüyünə görə oraya ona köməyə gəlməsi barədə Təqsirləndirilən şəxs1 həmkəndlisi X12 etdiyi telefon zəngindən sonra idarə etdiyi “Opel Corsa” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə özü, onunla eyni vaxtda “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə Ramil Rəhmanov həmin gün saat 17:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında yerləşməklə “Ot Bazarı” kimi tanınan ot satışı məntəqəsinin qarşısına gələrək, Təqsirləndirilən şəxs1 arxasınca Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 gəldiklərini gördükdə, bunu cüzi səbəb kimi bəhanə etməklə hər ikisi idarə etdikləri avtomaşınları saxlayaraq avtomobillərdən yerə düşmüş və ətrafda çoxlu sayda tanımadıqları insanların olmasına baxmayaraq şəxsiyyətlərini başqalarının şəxsiyyətinin fövqündə qoyub, ictimai qaydalara açıq etinasızlıq, cəmiyyətə qarşı hörmətsizlik göstərərək, onların hadisə yerinə gəlməsindən əvvəl başladığı xuliqanlıq hərəkətlərini davam etdirən Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında öz fiziki gücünü və üstünlüklərini nümayiş etdirmək məqsədilə Ramil Rəhmanov idarə etdiyi “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilini Zərərçəkmiş şəxs1 qarşısında saxlayıb aşağı düşən kimi dərhal, heç bir sual vermədən, baş verənlərin mahiyyətini aydınlaşdırmadan və hər hansı xəbərdarlıq etmədən qəflətən əli ilə Zərərçəkmiş şəxs1 sağ üz nahiyəsinə yumruq zərbəsi endirərək sonuncunu yerə yıxdıqdan sonra Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin əlcək qabından götürdüyü istintaqa məlum olmayan bıçaqla xuliqanlıq niyyəti ilə bir dəfə zərbə vurub öldürmüş, Təqsirləndirilən şəxs2 da Qanuni nümayəndə istiqamətinə qaçaraq, həmin zaman ayağa qalxan Zərərçəkmiş şəxs1 itələmiş, daha sonra isə bununla kifayətlənməyib əyilərək Zərərçəkmiş şəxs1 bel nahiyəsindən tutub, fənd işlətməklə üzü üstə yerə çırparaq, sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla yüngül zərər vurmaya aid edilən üst dodağın əzilmiş yarası və dodağın selikli qişasına qansızma, üst çənədə bir ədəd dişin travmatik sınığı xəsarətlərini yetirmiş, özünün şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoyaraq, ictimai qaydalara açıq etinasızlıq, cəmiyyətə qarşı hörmətsizlik göstərərək, Təqsirləndirilən şəxs1 və X21 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı ittiham irəli sürülmüş AR CM-in 221.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, baş vermiş mübahisənin səbəbkarı Zərərçəkmiş şəxs1 olmuşdur. İltifat onu təhqir edib üzərinə hücum etdiyindən o, özünü müdafiə etmək məqsədilə İltifat və Zərərçəkmiş şəxs2lə mübahisə etmişdir. Onun xuliqanlıq edib kiməsə xəsarət etmək niyyəti olmamış, özünü müdafiə etmək üçün İltifat və Zərərçəkmiş şəxs2lərə xəsarət yetirmişdir. O, “X35” yük avtomobilini idarə edərək yaşadığı İmişli rayonundan Bakı şəhərinə gəlib-getmişdir. Hadisədən 10 gün əvvəl avtoqəzaya düşdüyü üçün avtomobilini Xırdalan dairəsi ərazisində yerləşən “Ot bazarı”nın yaxınlığındakı “UMS”-in qarajı kimi tanınan yerdə təmir etdirmişdir. O, əvvəllər həmin qarajda bir dəfə olmuş, avtomobilini Famil adlı usta təmir etmişdir. 10 aprel 2021-ci il tarixdə avtomobili hazır olduğu üçün avtomobili götürməyə getmiş, avtomobilin təkərində problem olduğundan təkər düzəldən yer axtarırmışdır. O, ağır şəkərli diabet xəstəsi olduğuna görə həmin zaman çiynindən içərisində insulin dərmanları olan qara rəngli çanta asmışdır. Bu zaman ərazidə təmir olunan yük avtomobillərindən birinin qarşısında bir nəfərin dayandığını görmüş, həmin şəxs diqqətlə onun çiynində olan çantaya baxmış, o da özünə baxaraq üzərində problemin olub-olmadığını öyrənmək istəmiş, sonradan həmin şəxsdən nə üçün ona diqqətlə baxdığını soruşmuşdur. Sonuncu da ona elə-belə baxdığını bildirmiş, o, şirinlik etmək üçün “deyəsən, sumka xoşuna gəldi” demiş, bundan sonra üzünü digər tərəfə çevirib avtomobillərə tərəf baxmışdır. Bundan sonra yuxarıdan avtomobillərin birindən kiminsə ona tərəf “küçük, ilişməyə adam tapmadın” dediyini eşitmiş, o da ona kol zadam, ilişəm kiməsə, heç kəsə ilişməmişəm demiş, avtomobildə oturan şəxsin sonradan Zərərçəkmiş şəxs1 olduğunu bilmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs1 ona “küçük, rədd ol buradan, düşüb sənin başını partladaram” demiş, o da sonuncunun bu cür danışmağını gördükdən sonra “ağsaqqal, ağzının danışığını bil” demişdir. Bundan sonra İltifat aşağı düşüb onun üzərinə gələrək boğazından tutmuş və bir qədər onunla dartışıb mübahisə etmiş, sonra İltifat ona yumruq atmış və həmin zərbə başına dəymişdir. Bundan sonra İltifat onun atasının ünvanına təhqirli sözlər deyərək “sənin başını dağıdaram” demiş, həmin sözdən sonra onlar yenidən dartışmışlar. Bu zaman kiminsə onun kürəyindən dəmir boru ilə vurmağını hiss etmiş, arxaya çöndükdə Zərərçəkmiş şəxs2 əlində dəmir boru olduğunu görmüş, Cavad yenidən bir-iki dəfə onu həmin boru ilə vurmuş, daha sonra İltifat Cavadın əlindən dəmir borunu alaraq onun başından vurmuşdur. O, özünü müdafiə etmək üçün əlini başına qoymuş və zərbə barmağına dəymiş, bundan sonra İltifat və Cavad onunla əsassız yerə mübahisəyə başlayaraq onu döydükləri üçün o, idarə etdiyi “X35” markalı yük avtomobilinə tərəf qaçaraq özünü müdafiə etmək üçün məişətdə istifadə etdiyi bıçağı götürmüşdür. Belə ki, məqsədi İltifat və Cavadın ona hücum etdikləri üçün sonuncuları qorxutmaq olmuş, sonra İltifat əlində dəmir boru ilə onu vurmağa başlamış, sonuncunu söyüş söydüyünə görə bıçaqla hədələmiş, sonra tanımadığı şəxslərin müdaxiləsi nəticəsində mübahisə başa çatmış və aldığı xəsarətlərdən yaralandığı üçün tanışı Ramil Rəhmanova zəng edərək gəlib onu götürməyini xahiş etmişdir. Sonra o, qarajın giriş hissəsinə gələrək orada Ramilin gəlib onu aparmasını gözləmiş, bu vaxt İltifatın Cavadla “X36” markalı avtomobildə çıxdıqlarını görmüşdür. Sonuncuları saxlayaraq onunla hansı səbəbdən mübahisə etdiklərini öyrənməyə çalışmış, İltifat isə dayanmayaraq yenidən onu təhqir etmiş, Cavad bu zaman sürücü oturacağında əyləşmiş, İltifat ona həmçinin “gəl içəri girək, kamera olmayan yerdə savaşaq” demiş, söhbət etdiyi zaman isə İltifat qəflətən onun üzərinə hücum edərək oğlu Cavadla birlikdə onu təpik və yumruqla döymüş, lakin yenə də ətrafdakı tanımadığı şəxslərin müdaxiləsi nəticəsində o, sonuncuların əlindən xilas ola bilmişdir. Bu zaman qarşılıqlı dava nəticəsində özünü müdafiə edərkən Cavadın üz nahiyəsindən vurmuş, daha sonra bir qədər qarajın girişindən uzaqlaşaraq Ramili gözləmişdir. O, eyni zamanda özünü müdafiə etmək üçün orada olan bir daş parçasını əlinə götürmüş, daha sonra isə İltifatgil hadisə yerindən getmək əvəzinə yenidən maşını saxlayıb onun üzərinə gəlmişlər. Bundan sonra o, İltifatın onun üzərinə dəmir parçası ilə gəldiyini gördüyü üçün əlində olan daşı İltifatın qarnına atmış və daş sonucnunun sol tərəfinə dəymişdir. Bundan sonra Cavad əlini maşının qapısına atıb oradan bıçaq götürmüş və həmin bıçaqla surətlə ona tərəf gəlmiş, o isə Xırdalan dairəsi istiqamətində qaçmışdır. Cavad onu bir qədər qovaladıqdan sonra Cavad dayanmış, o isə Xırdalan dairəsi istiqamətində davam etmişdir. Həmin zaman Ramilin idarə etdiyi “VAZ 21214” markalı avtomobilin ona tərəf gəldiyini gördüyü üçün dayanıb geriyə dönmüş, bu zaman İltifat əlində dəmir parça ilə onun üzərinə gəlmiş, Cavad isə artıq bir qədər uzaqlaşaraq öz maşınına tərəf getmişdir. Həmin vaxtı Ramil qəflətən “VAZ 21214” markalı avtomobilini İltifatın qarşında saxlayaraq düşmüş, İltifat bu vaxt onu ağır söyüşlərlə təhqir edib, əlindəki dəmirlə onun üstünə gəlmişdir. Buna görə də Ramil İltifata tərəf “ağzının qatığını dağıtma” deyərək sağ əli ilə İltfatın üz nahiyəsinə zərbə endirmiş və bu zərbədən sonra İltifat yerə yıxılmışdır. Bundan sonra Ramil avtomobilinə tərəf çönərək ona “Məhəbbət, salamatçılıqdı?” soruşmuş, o da Ramilə xəsarətlərini göstərmək istədikdə Cavadın arxadan bıçaqla gələrək Ramilin sağ tərəfindən iki dəfə vuraraq xəsarət yetirməyini görmüşdür. Bunu gördükdən sonra o, sonuncuları ayırmaq üçün mübahisə istiqamətində getmiş, o, onları ayırmaq məqsədilə Cavadın əlindən bıçağı almaq istəmiş, bu zaman ayağı səkiyə ilişdiyi üçün yıxılmış və yıxılarkən Cavada dəydiyindən sonuncunu özü ilə yerə dartmışdır. Ayağa qalxdığı zaman Ramilin sağ böyründən tutduğunu və yara yerinin qan olduğunu, eləcə də Cavadın ayağa qalxaraq dayandığını görmüşdür. Bu zaman Ramil öz avtomobilinə, o isə “Eliş” adlı tanışının “Opel Corsa” markalı avtomobilinə minib hadisə yerindən uzaqlaşaraq xəstəxanaya getmişdir. Daha sonra o, 5 nömrəli xəstəxanada Ramilgildən uzaqlaşmış və Famildən Cavadın ölməsi barədə xəbər almışdır. Bu xəbəri aldıqdan sonra şoka düşmüş və xəbəri heç kəslə bölüşmədən 20 Yanvar ərazisinə getmiş, növbəti gün isə o, könüllü olaraq gəlib polis orqanlarına təslim olmuşdur. O, orada usta Famildən başqa heç kəsi, o cümlədən İltifat və Zərərçəkmiş şəxs2ləri tanımamış, əvvəllər onları görməmiş, onlarla heç bir münasibəti olmamışdır. İltifatla Cavadın ata-oğul olduğunu o, yalnız hadisədən sonra məsuliyyətə cəlb olunduqda bilmiş, Cavadla ilkin olaraq mübahisəyə o başlamamış, mübahisənin səbəbkarı isə Zərərçəkmiş şəxs1 olmuşdur. Zərərçəkmiş şəxs1 səbəbsiz yerə ona “küçük, ilişməyə adam tapmadın” demiş və bununla da mübahisə başlamışdır. Ramil Cavadın onun üzərinə hücum edərək iki bıçaq xəsarəti yetirməsi səbəbindən özünü müdafiə etmək məqsədilə Cavada tərəf bıçaq zərbələri atmış və həmin bıçaq zərbələrinin birinin Cavada dəyməsi nəticəsində sonuncu ölmüşdür. Ramilin Cavadı nə öldürməyə səbəbi olmuş, nə də ki, Ramil kimisə öldürmək niyyəti ilə hadisə yerinə gəlməmişdir. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı ittiham irəli sürülmüş AR CM-in 221.2.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hər hansı xuliqanlıq hərəkətini etməmiş, dostu X13 müdafiə etmək üçün Zərərçəkmiş şəxs1 belindən tutub kənara atmışdır. 10 aprel 2021-ci il tarixdə saat təqribən 17 radələrində dostu Ramil Rəhmanovla “Molokan bağı”nın yanında “Seyidin dönəri” kafesində görüşməli olmuşlar. Bu zaman Ramil ona “Maqa” kimi tanıdıqları Təqsirləndirilən şəxs1 “Ekologiya postu” tərəfində başına iş gəldiyini və oraya getdiyini bildirmiş, həmin zaman onun yanında “Beto” adlı tanışı olmuş, sonuncunu Ramillə görüşə getdikdə yolüstü götürmüşdür. Ramilin “Maqa”nın başına iş gəldiyini ona bildirməsi səbəbindən o da Ramilə hadisə yerinə gələcəyini bildirmiş və Ramildən hara getdiyini soruşmuşdur. Ramil “Ekologiya postu”na tərəf getdiyini bildirmişdir. Ramil Rəhmanov onun hadisə yerinə gəlməməsini təkidlə bildirsə də, o, öz “Opel Corsa” markalı avtomobilini həmin yerə getmək üçün sürmüşdür. Yolda olduqları zaman o, Ramillə əlaqə saxlayaraq dəqiq hadisə yerini öyrənməyi çalışmış, Tbilisi prospektində avtomobili xarab olduğu üçün o, bir qədər yubanmış, lakin yenə də Ramil ilə əlaqə saxlamışdır. Daha sonra avtomobilini düzəldib “Ekologiya postu” istiqamətində sürmüş və burada artıq Ramilin “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilini görmüş, bundan sonra o, Ramilin arxasınca sürmüş, “Ekologiya postu”ndan sonra onlar sağa dönmüş və bu zaman o, qabağa düşüb, irəli sürmüşdür. Burada arxa küçələrin birində “Maqa”nın onlara tərəf qaçdığını görmüş, sonuncunun arxasınca isə əlində akkumulyator dəmiri olan bir nəfər orta yaşlı kişi, dalınca əlində bıçaq olan bir nəfər gənc oğlan qaçmış, arxalarınca isə bir kütlə gəlmişdir. “Maqa”nı gördükdən sonra o, hərəkətdə olmaqla sol tərəfə baxıb Ramilin hara sürəcəyini gözləmiş, Ramil avtomobilini sola döndərib səkinin yanında saxlamış və avtomaşından aşağı düşərək bu zaman əlində akkumulyator dəmiri ilə keçən Zərərçəkmiş şəxs1 üz nahiyəsinə bir dəfə vurmuş, bu zərbədən sonra İltifat yerə yıxılmış, Ramil isə sonuncuya tərəf əyilmişdir. Onlar hadisə yerinə çatdıqda Zərərçəkmiş şəxs1 Məhəbbətin ünvanına nalayiq ifadələr işlədərək sonuncunu ağır söyüşlərlə təhqir etmiş, Ramil İltifata yumruq zərbəsi endirib sonuncunu yerə yıxdığı zaman o, avtomobilini bir qədər, ola bilsin ki, 5-6 metr qabağa sürüb yolun sağ tərəfində saxlamışdır. Bütün bu zaman onun gözü Ramildə olmuş, önündə hər hansı avtomobil olmamışdır. Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 Ramilin üzərinə qaçıb sonuncunun sağ yan tərəfindən bıçaqla vurmuş, bunu gördükdən sonra o, dərhal Ramili xilas etmək üçün avtomobildən düşüb ona tərəf qaçmış, qaçdığı zaman Zərərçəkmiş şəxs1 ayağa qalxaraq akkumulyator dəmiri ilə Ramilin başına zərbə endirmiş, buna görə də o, İltifata tərəf qaçıb Ramili müdafiə etmək üçün İltifatı itələmiş, sonuncu isə həmin zaman əlindəki dəmiri ona tərəf fırlatdığı üçün o, əyilərək İltifatın bel nahiyəsindən tutmuş və sonuncunu fırladaraq sağ tərəfinə tullamışdır. Bu zaman Cavadın Ramilin sinə nahiyyəsinə ikinci dəfə bıçaqla zərbə endirməsini görmüş, o, Ramilin Zərərçəkmiş şəxs2 tərəf dönərək özünü müdafiə etmək üçün geri çəkildiyini görmüş, Cavad isə dayanmayaraq yenə də Ramilə zərbələr endirmək istəmişdir. O, Ramilin “mən vuruldum” deməsini eşitmiş, bunu eşitdikdən sonra o, Ramilə tərəf çönmüş və sonuncunun sinə və sağ yan nahiyəsindən qan gəldiyini görmüş, həmin zaman Ramilin əynində göy rəngli uzunqol köynək olmuşdur. Daha sonra Ramil öz avtomobilinə, o isə öz avtomobilinə tərəf qaçaraq oturmuş, onun avtomobilinə onunla birlikdə hadisə yerinə gəlmiş tanışı “Beto”, həmçinin də “Maqa” ləqəbli Məhəbbət oturmuşlar. Onlar avtomobillərə əyləşdikdən sonra Ramil öz avtomobilini bir qədər sürmüş, lakin daha sonra isə vəziyyəti ağır olduğu üçün avtomobilini saxlamış, o, Ramilin avtomobilinə minərək avtomobili idarə etməyə başlamış və onlar Bakı şəhəri ərazisində bir neçə xəstəxanaya getmişlər. Daha sonra isə 28 May ərazisində onlar ayrılmış və o, öz evinə qayıtmışdır. Bundan bir neçə gün sonra o, Zərərçəkmiş şəxs2 Ramilin özünü müdafiə zamanı ona yetirmiş olduğu bir bıçaq zərbəsi nəticəsində öldüyünü və Ramilin də Masallı rayonuna gedərək orada törətmiş olduğu əmələ görə tutulduğunu öyrənmişdir. “Beto” ləqəbli şəxs hadisədə hər hansı formada iştirak etməmiş, o, hadisə yerində olan heç kəsi, o cümlədən İltifat və Zərərçəkmiş şəxs2ləri tanımamış, əvvəllər heç zaman görməmiş, onların münasibəti barədə məlumatım olmamış, İltifatla Cavadın ata-oğul olduğunu yalnız hadisədən sonra Onun hadisə yerinə gələrkən xuliqanlıq etmək və ya kiməsə xəsarət yetirmək fikri olmamış və o, bundan başqa hadisə zamanı heç kimə heç bir xəsarət yetirməmiş, eləcə də heç kəsi təhqir etməmişdir. O, hadisədən 3 gün sonra şəxsi biznesiylə əlaqədar Moskva şəhərinə getmiş, 5-6 ay keçdikdən sonra bilmişdir ki, axtarılır və gəlib təslim olmuşdur. O, Ramili 10 ildən artıqdır ki, tanımış, tanışlıqları müddətində bu kimi mübahisələrdə iştirakları olmamışdır. Ramilin hadisə zamanı Cavadı bıçaqlamasını görməmiş, Ramillə tanışlığı müddətində onun psixi xəstəliyi ilə bağlı qiyabi olaraq məlumatı olmuş, Ramil çox zaman Rusiya Federasiyasında olduğu üçün bu barədə ətraflı məlumata malik olmamışdır. Ramil Rəhmanovun xəstəliyi ilə bağlı konkret olaraq hər hansı sənəd görməsə də, o, bəzən telefonlara cavab verməyərək, evdə olmuş və bildirirmişdir ki, psixi durumu ilə əlaqədar olaraq müəyyən vaxtlarda evdən çölə çıxmaq istəmirdi. Şahid1 adlı şəxsi ümumiyyətlə tanımamış, elə adda dostu olmamış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə hadisədən əvvəl görməmiş və tanımamışdır. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, mərhum arvadı X5, oğulları mərhum Zərərçəkmiş şəxs2 və Cahid Allahverdiyev, qızı Səkinə Allahverdiyevlə birlikdə yaşamışdır Böyük oğlu Cavad İİİ qrup əlil olmuş, sol qolu zəif işləmişdir. Onun özünə məxsus “Mercedes Actros” markalı **-ZY- *** dövlət qeydiyyat nişanlı yük avtomobili var, həmin avtomobil ilə müxtəlif xarici ölkələrə yüklər daşımışdır. Oğlu Cavad da həmişə ölkə daxilində yanında köməklik etmiş, onun tapşırıqlarını icra etmiş, Cavadın barəsində Binəqədi RPİ-də xuliqanlıq maddəsi ilə bir neçə il bundan əvvəl cinayət işi istintaq edilərək yekunlaşmış, həmçinin gömrük orqanları tərəfindən sərhəddən partlayıcı maddə-fişəng keçirilməsinə görə qaçaqmalçılıq maddəsi ilə cinayət işi olmuş və həmin iş üzrə Cavadın barəsində ev dustaqlığı seçilmişdir. 10 aprel 2021-ci il tarixdə saat 09 radələrində oğlu Cavadla birlikdə Behbuda məxsus “Ot bazarı”nın yaxınlığındakı “UMS”-in qarajı kimi tanıdığı yük avtomobillərinin təmiri və dayanacağı kimi istifadə edilən obyektə getmiş, həmin vaxt onun qırmızı rəngli avtomobilində təmir işləri olmasına görə və həmişə həmin ərazidən dayanacaq kimi istifadə etdiyinə görə Cavad orada avtomobili təmir etmişdir. Bundan sonra o, avtomobili həmin qarajda saxlayıb saat 11 radələrində evinə getmiş, oğlu Cavad isə avtomobili təmir etmək üçün qarajda qalmış, saat təxminən 16 radələrində o, yenidən qaraja gəlmişdir. O, evə getməzdən öncə avtomobilini Elçin adlı tokarın obyekti ilə üzbəüz yol kənarında saxlamış, qaraja gəldikdən sonra Cavadın ona avtomobili yoxlamağını deməsinə görə, yoxlayıb işə salmışdır. O, Cavada avtomobili arxaya verəcəyini dediyindən sonuncu avtomobilin arxasında dayanıb ona hasara dəyməməyi üçün köməklik etmiş, həmin zaman malyar Familin sexinin yanından qırmızı kurtkalı adını bilmədiyi və əvvəllər tanımadığı oğlanın avtomobilin yanına gəlməsini və Cavada yaxınlaşıb “gijdıllaq mənim sumkama niyə baxırsan?” deməsini görmüşdür. Həmin oğlanın çiynindən sinəsinə sallanmış qara rəngli sumkası olmuş, o, bu sözü eşidib avtomobilin sol pəncərəsindən ona “aralan rədd ol burdan” demiş, həmin qırmızı kurtkalı oğlan ona “sənlik deyil” dedikdə, qırmızı kurtkalı oğlan Cavadın üzərinə gəlmiş, sonuncu da həmin oğlana qarşılıq vermiş, o isə sonuncuları dava-dalaş olmaması üçün bir-birindən aralamışdır. Bundan sonra həmin qırmızı kurtkalı oğlan malyar Familin sexinin qarşısında dayanmış ağ rəngli “Mercedes” markalı avtomobilə tərəf gedib avtomobilin qapısını açaraq bir ədəd üzərində qırmızı, ağ, göy zolaqları olan bıçaq götürüb onlara tərəf cumub “Cavad, səni öldürəcəm” demişdir. Bundan sonra o, həmin şəxsin əlində bıçaq olmasına görə, Cavadla aralarına girmiş, mübahisə baş vermiş, Cavad məcbur olub əlində dəmir boru götürmüş, borunu həmin oğlana vurmaq istədikdə, o, Cavadın bir qolu işləməməsinə görə qabağına keçib dəmir borunu əlindən almış və həmin dəmir boru ilə əlində bıçaq olan qırmızı kurtkalı oğlanın bıçaq əlindən yerə düşməsi üçün qolundan vurmuşdur. Həmin vaxt ağ, qırmızı, göy zolaqları olan bıçaq qırmızı kurtkalı oğlanın əlindən yerə düşmüş, Cavad da həmin bıçağı oğlan yenidən bıçaqla bizə hücum etməməsi üçün yerdən götürmüşdür. Bundan sonra, o, “102”-yə zəng edəcəyini bildirdikdə, həmin qırmızı kurtkalı oğlan onu eşidib sanki biraz qorxmuş, “Oldu vəssalam qurtardı getdi” demiş və həmin vaxt malyar Famil də gəlib həmin qırmızı kurtkalı oğlanı sonradan adının Məhəbbət olmasını bildiyi şəxsi oradan uzaqlaşdırıb sexinə tərəf aparmışdır. O, Cavadla birlikdə evə getmək üçün yük avtomobilinin qapısını bağlamış, belə ki, oğlu Cavadın ayağında elektron nəzarət qolbağı olmasına görə, saat 18:00-da evdə olmalıydı, həmin vaxt saat 17 radələri olarmış. Onlar yük avtomobilinin qarşısında saxladığı “Prado” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomomobilinə əyləşmiş, avtomobili oğlu Cavad sürmüş, o isə sağ qabaq oturacaqda əyləşmiş, qarajın qapısından çıxdıqda, həmin qırmızı kurtkalı oğlan avtomobilin qabağını kəsərək “Cavad kişisənsə, düş maşından aşağı” demişdir. O, Cavada düşməməsini demiş, həmin oğlan da o, çağırdığı üçün əyləşdiyi tərəfə gəlmiş və avtomobilin pəncərəsini aşağı salıb “Mən 102-ni yığırdım, sən dedin ki, yığma, mən də yığmadın, indi yenə nə istəyirsən?” demiş, sonuncu ona “Mən də Cavadı istəyirəm, gec-tez Cavadı öldürəcəyəm” demişdir. Buna görə də, o, avtomobildən düşmüş və qarajın qapısının qarşısında həmin oğlanla aralarında əvvəllər heç bir mübahisə olmamasını və onlardan nə istəməsini soruşmuş, sonuncu “biz özümüz bilirik necə söhbət edəcəyik, başını ağrıtma Cavad haqqında, sən maşını sür çıx get, qoy Cavad qalsın biz söhbətimizi edək” deyə cavab vermişdir. O, həmin oğlana nə qədər sakitləşməsini, dava salmamasını bildirsə də, sonuncu yenə də adamlar çağırdığını demiş, yenidən avtomobilin qabağını kəsib Cavad tərəfdən yaxınlaşıb pəncərədən “Cavad qeyrətin varsa, kişisənsə, düş aşağı, demişəm gəlirlər, getsən ana-bacın qəhbədi” deyib nalayiq söyüşlər söymüş, lakin o, Cavada avtomobildən düşməməsini bildirmişdir. Həmin oğlanın əl çəkmədiyini görüb Cavada maşını qarajın içərisinə sürməsini demiş, lakin Məhəbbətin söyüş söyməsinə görə aşağı düşüb sonuncu ilə mübahisə etmiş, Cavad da ona köməklik üçün mübahisəyə qoşulmuş, daha sonra ətrafda olan Mehdi, Azər, qarajın adını hazırda unutduğu mühafizəçisi onları aralamışdır. O, Cavadla yenidən avtomobilə əyləşmiş, bu vaxt Azər onlara yaxınlaşıb avtomobildən qığılcım olması dediyinə görə, avtomobilin motorxanasına baxdıqda akkumulyatorun tutacaq qara rəngli dəmirinin tokun üzərinə düşməsini görüb həmin dəmiri özü ilə götürmüşdür. O, yenə də avtomobilin arxa hissəsində dayanmış Məhəbbətə çıxıb getməsini desə də, sonuncu söyüşlər söymüşdür. O, Cavada qaraja sürüb içəri geniş olmasına görə, orada avtomobili geri döndərib geri qayıtmasını demiş və həmin vaxt Cavadın ayağındakı elektron nəzarət qolbağı olmasına görə, nazirlikdən Cavadın istifadəsində olan əzbərdən bilmədiyi mobil telefon nömrəsinə zəng gəlmiş və qadağan olunmuş vaxtda evdən çıxma vaxtının çatdığı bildirilmiş, bu səbəbdən Cavada sürətlə sürüb evə getməyi demişdir. Qapıdan çölə çıxdıqda, Məhəbbət yenə də Cavada nalayiq söyüşlər söymüş, həmin vaxt Məhəbbət əlinə daş götürmüş, o isə akkumluyatorun qara rəngli dəmirini götürüb avtomobildən düşüb Məhəbbəti uzaqlaşdırmaq üçün üzərinə getmiş, həmin vaxt Məhəbbət əlindəki daşla onun sol böyründən vurmuş o, xəsarət almış, bunu görən Cavad da Məhəbbətin arxasınca qaçmış, o, sonuncuların arxasınca yavaşyavaş Xırdalan dairəsi istiqamətində yolun sağ kənarındakı səki ilə addımlamışdır. Bu zaman Niva markalı avtomobil Xırdalan dairəsi istiqamətindən gəlib səkinin yanında dayanmış, həmin avtomobildəki şəxslərin Məhəbbətin dostlarının olmasını bilməmişdir. Bu vaxt Niva markalı nömrəsini bilmədiyi avtomobildə biri hündürboylu oğlan, biri arıq hündürboy Məhəbbətə oxşar bir oğlan, üçüncüsü isə kök-dolu oğlan olmuşdur. Məhəbbət isə aralıda Behbudun obyektinin yanında dayanmış və Cavadı göstərib mübahisə etdiyi şəxsin olmasını dostlarına bildirmişdir. Bundan sonra Nivanın sürücü olan qapısından avtomobili sürən dolu fiziki cəhətdən cüssəli oğlan aşağı düşmüş, digər iki şəxs isə avtomobilin sağ qapısından aşağı düşmüşlər. Nivanin sürücüsü yavaşca ona tərəf gəlmiş, onu vuracağını fikirləşməmiş, çünki onu tanımamışdır. Nivadan düşən digər iki şəxs isə yolun səkisi ilə qaraja ona tərəf gələn Cavada hücum edib döyməyə başlamış və Cavadı butka yerləşən boş torpaq əraziyə dartıb salmışlar. Həmin vaxt iki nəfərdən daha çox hündürboy olanı Cavadın burun nahiyəsindən yumruqla vurmuş, Cavad yerə yıxılıb yenidən ayağa qalxmaq istədikdə, Məhəbbətə oxşayan Nivadan düşən bir nəfər şəxs bıçaqla oğlu Cavadı sol sinə nahiyəsindən vurmuş. Nivanın sürücüsü də onu arxadan boyun nahiyyəsindən vurmuş və huşu özündən getmişdir. Bir-iki dəqiqə sonra özünə gəldikdə, ayıldığı zaman Ramil, Elşən, Məhəbbət və digər iki nəfər şəxsin oğlu Cavadı vuraraq öldürdüklərini görmüşdür. Bu zaman oğlu Cavad “ata, mənə kömək elə” qışqıraraq yalvarmışdır. Cavadın butkanın qarşısında yerdə uzanıqlı vəziyyətdə qalmasını, ətrafa qanın dağılmasını görmüş və oğluna tərəf qaçmış, həmin vaxt Nivadan düşən yekəpər sürücü olan şəxs onun sifətindən yumruqla vurmuş və dişi düşmüşdür. Cavadı qucağına almaq istədikdə, yenə də həmin şəxslərdən hansısa onu vurmuş, bundan sonra isə həmin şəxslərin hamısı Nivaya minərək hadisə yerindən qaçmışlar. O, Cavadı Mehdi və Behbudin köməkliyi ilə avtomobilinə əyləşdirmiş və xəstəxanaya aparmış, artıq yolda olarkən oğlu Cavad ölmüşdür. Baş vermiş hadisənin şahidləri Mehdi, Behbud, Azər və digər tanımadığı şəxslər olmuşdur. Cavad tərəfindən həmin vaxt heç kimə bıçaqla xəsarət yetirilməmiş, Cavad boyca balaca olmuş, sol qolu işləməmiş, əlil olmuş, ona görə də, Cavad heç kimi bıçaqla vura bilməzdi. Cavadın döş qəfəsində aşkar edilmiş yara hadisə yerində “Niva” markalı avtomobilin ön sərnişin oturacağından düşmüş şəxsin sonuncunu bıçaqla vurması nəticəsində əmələ gəlmiş, Təqsirləndirilən şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin necə yarandığını isə bilmir. O, yalnız dəmir boru ilə sonuncunun əlindən vuraraq əlindəki bıçağı yerə salmış, lakin nə o, nə də ki, Cavad Məhəbbəti hadisə zamanı döyməmişdir. Eyni zamanda Ramil Rəhmanovun bədənində aşkar olunmuş xəsarətlərin də harada və hansı şəraitdə olması barədə məlumatı olmamış, həmin xəsarətləri Ramilin özü-özünə yetirdiyini ehtimal edir. Eləcə də o, həmin zaman yerdə olduğu üçün Ramili vurmamış, Ayıldığı zaman Ramil, Elşən, Məhəbbət və digər iki nəfər şəxsin oğlu Cavadı vuraraq öldürdüklərini görmüşdür. Bu zaman oğlu Cavad “ata, mənə kömək elə” qışqıraraq yalvarırmış. Ramil Rəhmanovu, Təqsirləndirilən şəxs2 və hazırda müəyyən edilməyən “Batya” ləqəbli şəxsi oraya Təqsirləndirilən şəxs1 çağırmışdır. Orada çıxış üçün cəmi bir qapı olmuş, əgər başqa qapı olsaydı çıxıb hadisə yerindən qaçardılar. Məhəbbət qapının ağzını əlində daşla kəsmiş, cinayətkarlar “Niva” və “Opel” markalı avtomobillərdə gəlmişlər. Opel markalı maşında dəstənin başçısı “Batya” ləqəbli şəxs olsa da, hazırki iş üzrə cəlb edilməmiş, hadisə zamanı həm Məhəbbətdə, həm də Ramildə bıçaq olmuşdur. Onun həyat yoldaşı bu hadisədən sonra oğlu Cavadın ölümünə dözməyərək vəfat etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qardaşı olmuşdur. Qardaşı tır sürücüsü olmuş, atası ilə birlikdə işləmiş, onlar Gürcüstan Respublikasına və Rusiya Federasiyasına tır sürərək mal aparmışlar. Qardaşı işini çox sevən bir adam olmuş, asudə vaxtlarında da idarə etdiyi “DAF” markalı tır ilə məşğul olub təmir etmişdir. 10 aprel 2021-ci il tarixdə o, evdə olmuş, səhər saatlarında Cavadla salamlaşıb bir az söhbət etmiş, daha sonra Cavad işə getmiş, o isə evdə qalmış, Cavad işə getdikdən sonra onlar danışmamışlar. Cavad atası İltifatla birlikdə “Ot Bazarı” adlanan ərazidə yerləşən qarajda avtomobilini təmir etmişdir. Bundan başqa Cavadın gün ərzində nə işlə məşğul olması barədə hər hansı məlumatı olmamış, həmin gün saat 18-19 radələrində atası evə zəng edərək Cavadın “Ot Bazarı”nın qarajı adlanan ərazidə bıçaqlandığını və sonuncunu xəstəxanaya apardığını demiş, lakin onlar taksi çağırana qədər Cavad artıq dünyasını dəyişmişdir. Bu səbəbdən onlar Binəqədi rayon morquna getmiş və orada Cavadın aldığı bıçaq zərbəsindən öldüyünü öyrənmişlər. O, hadisə barədə artıq hadisə yekunlaşdıqdan sonra atasından öyrənmiş, o, X13, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxsləri tanımamış, sonuncuları yalnız hadisə baş verdikdən sonra tanımışdır. O, bildiyinə görə qətl hadisəsində X21, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birgə əlavə başqa iki nəfər də iştirak etmiş, lakin həmin şəxslər istintaqdan yayınmışlar. Məhkəmə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, əvvəllər sürücülüklə məşğul olsa da, hazırda slesar kimi fəaliyyət göstərir. İltifatı yaşadığı evin yaxınlığında yerləşən yük maşınlarının dayanacağında olduğu vaxt görmüş və sonuncunun yük maşınlarının olmasını bilmişdir. Eləcə də, bir neçə dəfə İltifata sürücü işi olduğu vaxt ona bildirməsini xahiş etmiş, İltifatın oğlu Cavadı isə ilk dəfə 10 aprel 2021-ci il tarixdə hadisə baş verən gün görmüşdür. 10 aprel 2021-ci il tarixdə saat təxminən 12 radələrində evinin yaxınlığında yerləşən “Dilan” kafesində səhər yeməyi yemiş, bu vaxt bir gün əvvəldən Əlinin yük maşınının ötürücü qutusunu yerə saldığına görə, Əli onun mobil telefonuna zəng edərək harada olduğunu soruşmuş və tezliklə Dilan kafesinə gəlmişdir. Orada Əlinin yük maşını ilə bağlı söhbətləri olmuş, daha sonra Əli adını bilmədiyi və tanımadığı bir nəfər ustanı yük maşınını saxladığı yeri deməsinə görə, o, həmin ustaya Əlinin maşınının ötürücü qutusunu göstərmiş, sonuncu da həmin vaxt işinin olmasını, yalnız birinci gün həmin ötürücü qutunu təmir edə biləcəyini deyib getmişdir. Bundan sonra o, yenə də Əli ilə Dilan kafesinə getmiş, Əli orada günorta yeməyi aş yemiş, ona təklif etsə də, ac olmadığını deyib, yalnız çay içmişdir. Daha sonra Əli ilə danışıb başqa karobka almaq qərarına gəlinmiş və “At yalı” deyilən yerdən işlənmiş karobka alıb yenidən evakuatorla “Ot bazarı” deyilən yerə Əlinin maşınını saxladığı yerə gəlmişlər. Bundan sonra, evakuatordan karobkanı yerə salmış və o, təxminən saat 14-15 radələrində evinə günorta yeməyi yemək üçün getmişdir. Təxminən yarım saat sonra evdə yemək yeyib qayıtdıqda yenidən təmir işinə başlayıb Əlinin maşını düzəltmiş, həmin vaxt Əli də yanında köməklik etmişdir. Təxminən saat 17 radələrində İltifatın və sonradan sonuncunun oğlu Cavadın olmasını bildiyi şəxsin kiminləsə dava-dalaş etməsinə görə, səs-küy olmasını eşitmiş, həmin vaxt o, Əlinin yük maşınının altında təmir işi görmüşdür. Bu vaxt avtomobilin altında olarkən İltifatın oğlu Cavadın bir nəfər qırmızı kurtkalı şəxsin dalınca qaçmasını görmüş, həmin vaxt maşının altından çıxdıqda, o, qırmızı kurtkalı adını bilmədiyi şəxsin Xırdalan dairəsi istiqamətində qaçmasını müşahidə etmişdir. Azər qışqıraraq “Ayə onu qoymayın gəlsin, dalaşırlar” demiş, bu səbəbdən də Əli həmin qırmızı kurtkalı oğlanın qarşısına keçib “qardaş lazım deyil ayıbdır, çıx get” deyib dalaşmamasını bildirmişdir. Elə həmin vaxt o, Əlinin yük maşını ilə rezin təkərlərin olduğu boş sahədə təxminən 3-4 nəfər şəxslə İltifatın oğlunun qarşılıqlı bir-birlərinə vurmaqlarını, İltifatın isə səkidə yerdən ayağa qalxmasını və bir addım ataraq yenidən üzü üstə yerə yıxılmasını görmüşdür. Bu zaman qırmızı kurtkalı şəxs onun və Əlinin yaxınlığında dayanmış, Əli sonuncunun qarşısını əvvəlcə kəssə də, sonradan İltifatın və oğlu Cavadın Niva markalı maşından düşmüş şəxslərlə əməlli başlı dava etməsinə, İltifatın yerə yıxılmasına və həmin şəxslərin Cavadı yumruq-təpiklə vurmasına görə qırmızı kurtkalı oğlan da həmin şəxslərə doğru getmişdir. Bu vaxt həmin şəxslər qaçaraq Niva markalı və Opel markalı avtomobillərə minmiş və hadisə yerindən uzaqlaşmışlar. Bundan sonra Cavad ayağa qalxmaq istəmiş, lakin yerə yıxılmış, bundan sonra isə İltifat Cavadı kənardakı tanımadığı şəxslərin köməkliyi ilə sonuncunun avtomobilinin əvvəlcə ön oturacağına, sonra isə arxa oturacağına mindirmiş və avtomobili sürmüşdür. İltifat və Cavadla qırmızı kurtkalı şəxsin arasındakı dava əvvəlcədən qarajın içərisində baş verməsinə görə, münaqişənin hansı səbəbdən baş verməsini bilməmişdir. Hadisə baş verən vaxt İltifat və Cavadla təxminən 4- 5 nəfər şəxs mübahisə etmiş, həmin şəxslər Cavadla dava-dalaş etdikdən sonra, qırmızı kurtkalı şəxs də Əli ilə onun dayandığı yerdən sonunculara tərəf getmiş, daha sonra həmin şəxslər qəflətən qaçaraq Niva markalı və Opel markalı avtomobilə oturub qaçmışlar. Baş vermiş hadisəni Azər, Səfər, Əli və tanımadığı digər şəxslər də görmüşdür. Hadisə baş verən zaman “Niva” markalı avtomobildən düşən şəxslərin əynində hansı paltarların olmasını xatırlamır. Hadisə baş verən zaman İltifatı və Cavadı “Niva” markalı avtomobildən düşən şəxslər vurmuş olsa da, o nə Cavadın, nə də ki, avtomobildən düşən şəxslərin əlində bıçaq və sair əşya olmasını, eləcə də Cavadın kim tərəfdən bıçaqlanmasını və ya Cavadın kiməsə bıçaqla vurmasını da görməmiş və “opel” markalı avtomobildən düşən şəxslərdən biri vurub, qırmızı rəngli kurtkası olan şəxs isə onun yaxınlığında dayanmış, daha sonra mübahisə qızışdıqda, həmin qırmızı rəngli kurtkası olan şəxs həmin şəxslərə tərəf qaçmış, orada çoxlu insan olmasına görə, ara qarışmışdır. Buna görə də, o, Cavadın konkret olaraq kim tərəfindən və hansı alətlə vurulmasını görməmişdir. “Niva” markalı, **- TB-*** dövlət qeydiyyat nişanlı avtomobil İltifatın qarşısında səki ilə parallel dayanaraq həmin avtomobilin sürücüsü sağ yumruqla İltifatın üz nahiyəsindən bir dəfə zərbə endirərək sonuncunu yerə uzandırmış, “Niva” markalı avtomobildən digər bir şəxs də düşmüşdür. Lakin bu zaman orada qarışıqlıq düşmüş, çoxlu insanların olduğunu görmüş, bu səbəbdən də o, dəqiq olaraq kimin kimi vurmasını bilməmişdir. O, yeganə olaraq “Niva”nın sürücüsünün İltifatı yumruqla vurduğunu bilavasitə görmüş, bundan sonra baş verənləri, o cümlədən Cavadın kimin tərəfindən bıçaqlandığını bilməmişdir. Cavadın kiməsə bıçaq xəsarət yetirməsinə diqqət etmədiyindən bu barədə dəqiq məlumatı yoxdur. O, “Opel Corsa” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobildən neçə nəfərin düşdüyünü görməmiş, lakin sonuncular hadisə yerindən getdikdə avtomobilə üç nəfər, o cümlədən qırmızı gödəkcəli şəxs də minmiş, o, Cavadın kimin tərəfindən bıçaqlandığını görmədiyi üçün sonuncunun “VAZ 21214” markalı avtomobilin sərnişin oturacağından düşən şəxs tərəfindən qətlə yetirilməsi barədə bir fikir söyləyə bilmir. Həmçinin İltifat yumruq zərbəsi aldıqdan sonra yerdə olduğu üçün sonuncunun da hadisələri dəqiqliklə izləməsi mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Xırdalan dairəsi yaxınlığında yerləşən “Ot bazarı” deyilən yerdəki dayanacaqda rəngsaz işləyir. Onun yanında Kolya adlı şəxs işləmiş, işlədiyi qarajı Sərxan adlı şəxsdən (***-***-**-**) icarəyə götürmüş, ondan başqa orada tokar işləri görən Yaşar və Elçin də işləyirlər. 10 aprel 2021-ci il tarixdə saat 17 radələrində bir neçə gün əvvəl müştəri kimi tanıdığı Maqa adlı şəxsin “Mercedes Axor” markalı avtomobilinin təmirini başa çatdırmış, avtomobilin yalnız işıq sisteminin quraşdırılması qalmışdır. Maqa bununla bağlı ləvazimatları almağa getmiş, həmin gün sonuncunun əynində qırmızı rəngli gödəkcə olmasını xatırlayır. O, qarajda olan zaman təxminən onun olduğu yerdən 30-40 metr uzaqlıqda, tokar Elçinin qarajının yaxınlığında möhkəm mübahisə səsləri gəlmişdir. O və Kolya dərhal səs gələn yerə getmiş, oraya çatdıqları zaman avtomobilini təmir etdiyi Maqa adlı şəxslə həmin “Ot bazarı” deyilən yerdəki dayanacaqda yük avtomobilini saxlayan, əvvəllər tanımadığı İltifat və Cavadın dalaşdıqlarını görmüşdür. Sonuncuların əlbəyaxa olduqlarını görmüş, o və orada olan digər ustalar davanı ayırmağa çalışmışlar. Lakin Maqa ilə İltifat və oğlu Cavadın bir-birinə nalayiq ifadələr işlətməsini dəqiq xatırlamır. Orada həmin vaxt Kolya, adlarını dəqiq xatırlamadığı sürücü və ustalar olmuş, belə ki, həmin şəxsləri üzdən tanısa da adlarını bilmir. Onlar dava bitdikdən sonra iş yerlərinə qayıtmış, bu zaman yenidən səsküy gəlməyə başlamış, oraya getdikdə Maqa ilə İltifat və oğlunun mübahisələrinin davam etdiklərini görmüşlər. Onlar Maqagili ayırmağa çalışanda Maqa onun sexinin qarşısında saxladığı avtomobilinə qaçmış, avtomobilin salonundan dəstəyi qarışıq rəngli olan mətbəx bıçağını götürüb İltifatla Cavadın üzərinə getmişdir. Lakin ətrafda olan şəxslər və o Maqanın qarşısına keçmiş, bıçağı almış, Maqanı avtomobilə qoymuş, yenidən sonuncuları sakitləşdirmişlər. Hər hansı mübahisə olmadığından sexinə qayıtmış, axşam saat 18 radələrində qarajda işləyənlərdən Maqa ilə İltifat və Cavadın yenidən dalaşmasını, nəticədə Cavadın bıçaqlanmasını eşitmişdir. Lakin o, Cavadı kimin bıçaqlaması, yenidən harada dava etməsi və həmin davada kimlərin iştirak etməsi barədə heç bir məlumatı yoxdur. Axşam işdən çıxdıqdan sonra Maqanın avtomobilini orada dayanacaqda saxlamış, açarı mühafizəçi Səfərə təqdim etmiş, sonradan baş verənlər barəsində isə heç bir məlumatı olmamış, baş vermiş hadisəyə nə səbəb olduğunu bilmir. Hadisə baş verən vaxt İltifat və Cavadın əlində hər hansı kəsici-deşici alət olmasını görməmiş, amma onlardan birinin əlində uzunsov taxta və ya dəmir parçası olmuş, onunla Maqaya da zərbə endirmişlər. ***-***-**-** saylı mobil nömrə həqiqətən də ona məxsusdur. İltifat və Cavad Məhəbbətlə mübahisə etdikdən sonra sonuncular qarajdan uzaqlaşmış, o, isə qarajda işinə davam eləmiş, bir müddət sonra Məhəbbət ona hazırda xatırlamadığı nömrə ilə zəng etmişdir. Belə ki, Məhəbbət göstərdiyi xidmətə görə ona pul borclu olmuş, həmin zəngə cavab verdikdə Məhəbbət vəziyyətin necə olduğunu soruşmuş, o, isə dəqiq xəbəri olmadığını, lakin qarajda eşitdiklərinə görə Cavadın vurulduğunu bildirmişdir. Belə ki, həmin zaman Cavadın öldüyünü bilməmiş, onlar hətta xəstəxanaya sonuncuya baş çəkməyə getmək istəmiş, yalnız hadisədən bir müddət sonra o, Cavadın öldüyünü bilmişdir. Bu səbəbdən Məhəbbət onunla danışsa da, sonuncuya Cavadın ölməsi barədə heç nə deməmiş, o, Məhəbbətin borca görə zəng etdiyini düşünmüşdür. O, Məhəbbət hadisə yerindən qaçdıqdan sonra Cavadın öldüyünü bilmədiyi üçün Məhəbbətə bu barədə heç nə deməmiş, sadəcə Cavadın vurulduğunu bildirmişdir. O, hadisənin özünü şəxsən görməsə də, eşitdiyinə görə Cavad xəstəxanaya gedərkən ölmüş, Cavadın ölməyini isə qarajda hazırda xatırlamadığı şəxslərdən öyrənmişdir. İşlədiyi yerlə Cavadın Məhəbbətlə mübahisə etdiyi yer arasındakı məsafə təxminən 50-70 metr olmuş, buna görə də o, həmin mübahisəni görə bilmişdir. Lakin sonuncuların mübahisəsinin davam etdiyi, yəni Cavadın bıçaqla vurulduğu yer qarajın çölündə olduğu üçün onun həmin anı müşahidə etmək imkanı olmamış, o, hadisənin tam olaraq şahidi olmadığı üçün sonuncunun kim tərəfindən bıçaqlandığı barədə məlumatı yoxdur. Hadisə zamanı İltifatın və ya qeyri şəxslərin Maqanın, yəni Məhəbbətin əlindən bıçağı almasını görməmiş, ümumiyyətlə yalnız mübahisənin qarajda olan hissəsinə şahidlik etdiyindən, hadisə yerinə başqa şəxslərin gəlməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təxminən 8 ildir ki, sürücü işləyir və özünə məxsus “Ford” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili var, həmin avtomobil ilə torpaq, daş və sair əşyalar daşıyır. Təxminən 2 ildir ki, o, adını hazırda xatırlamadığı ustaların vasitəsi ilə əslən Laçın rayonundan olan adını bilmədiyi şəxsə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1-də yerləşən “Ot Bazarı” deyilən yerdə olan yük maşınlarının dayanacağı kimi istifadə edilən yerə gəlib-gedir. Ona məxsus yük maşınında hər hansı bir nasazlıq olduqda, həmin yerdə dayanacaqda saxlayıb avtomobili təmir etdirir və yaxud da həmin yerə usta çağırır. 10 aprel 2021-ci il tarixdə saat 09-10 radələrindən etibarən özünün yük avtomobili bir gün əvvəldən “Ot Bazarı” deyilən yerdəki dayanacaqda işə salınmadığına görə, həmin dayanacağa, yəni yolun kənarında saxladığı avtomobilin yanına gəlmiş, saat təxminən 12 radələrində ***-***-**-** saylı mobil nömrədən istifadə edən Mehman da yaxınlıqda yaşadığı üçün eləcə də hadisədən 2 gün əvvəl avtomobilini gəlib təmir etməsini deməyinə görə həmin ünvana gəlmişdir. O, Mehman usta ilə yük avtomobilinin ötürücüsündə nasazlıq olduğundan birlikdə bir neçə saat təmir işləri görmüş, daha sonra yaxınlıqdakı “Dilan” kafesində günorta yeməyi yemişdir. Mehmanın əynində qara rəngli qolları çiyindən olan kurtka, göy rəngli cins şalvar, əllərində də əlcək olmuş, o, isə qara rəngli kurtka geyinmişdir. O, İltifat adlı şəxsi Sərxan adlı şəxsin işlətdiyi yük avtomobillərinin dayanacağı və təmiri qismində istifadə edilən bazaya gəlib-getdiyi vaxt görmüş, ünsiyyətləri olmuş, lakin yaxın münasibətləri olmamışdır. Günorta yeməyi yedikdən sonra, yenə də Mehman ilə yolun kənarında saxladığı yük avtomobilini təmir etməyə davam etmişlər. Təxminən saat 17 radələrində təmir zamanı Sərxana məxsus yük maşınlarının təmiri qarajının dəmir darvazasının qarşısında səs-küy eşitmiş, həmin səs-küy gələn yerə boylandıqda, mübahisə edən şəxsin əynində qırmızı rəngli kurtkası olan cavan oğlanla əvvəldən adını bildiyi İltifatın dalaşmalarını görmüşdür. Lakin qısa müddətdə həmin yerdə olan Azər, Səfər və adını bilmədiyi digər şəxslər İltifatla qırmızı gödəkcəli oğlanı bir-birindən ayırmışlar. Bundan sonra qırmızı gödəkcəli adını bilmədiyi cavan oğlan qarajın giriş qapısının sol tərəfinə doğru addımlamış, bir neçə dəqiqə sonra əlinə daş parçası götürmüş və İltifatla bir-birlərinə ağır söyüşlər söymüş, buna görə də həmin cavan oğlan əlindəki daşı İltifata atmışdır. İltifatın adını bilmədiyi oğlu ağ, qırmızı və göy rəngli zolaqları olan mətbəxdə istifadə etdikləri bıçağı əlində tutaraq qırmızı gödəkcəli cavan oğlanın arxasınca üzü Xırdalan dairəsi istiqamətində yolun sol tərəfindəki ağaclıq olan çəpərin ortası ilə qaçmağa başlamışdır. Lakin həmin qırmızı kurtkalı cavan oğlan İltifatın oğlundan sürətli qaçmasına görə sonuncu çata bilməmiş və qırmızı kurtkalı oğlan da Xırdalan dairəsi istiqamətində qaçaraq onun dayandığı yerdən 30-40 metr aralanmışdır. Həmin vaxt Mehman ilə ona məxsus avtomobilin yanında dayanmış, daha sonra İltifatın oğlu qarajın qapısına tərəf addımlamış, İltifat oğluna tərəf gəlib sonuncunu qaraja tərəf aparmaq istəmişdir. Bu zaman qara rəngli **-TB-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobil Xırdalan dairəsi istiqamətindən gəlməklə həmin istiqamətdə yolun sol kənarında səkinin kənarındakı otluq sahədə qoyulmuş rezin təkərlərin yanında dayanmışdır. Bu vaxt “Niva” markalı maşından iki nəfər şəxs düşərək İltifata cummuş, Niva markalı avtomobilin soldan sükan arxasından düşən adını bilmədiyi sürücüsü İltifatın üz nahiyəsindən bir yumruq zərbəsi vurmuş və zərbənin təsirindən İltifat rezin təkərlərin yaxınlığında səkinin üstünə yerə yıxılmışdır. Həmçinin “Opel” markalı avtomobildən də iki nəfər düşərək həmin şəxslərə kömək üçün hadisə baş verən yerə gəlmişlər. İltifatın yerə yıxılmasını görən oğlu isə əlində bıçaqla Nivadan düşən həmin iki nəfər şəxsə cummuş, eləcə də Nivadan düşən şəxslərə kömək etmək üçün gəlmiş “Opel” markalı maşından düşən iki nəfər şəxs İltifatın oğluna tərəf cummuşlar. O, əynində qırmızı rəngli kurtkası olan oğlanın qarşısına keçib İltifatın oğluna tərəf getməsinin qarşısını almağa çalışmış, lakin sonradan İltifatın oğlunun əlində bıçaq olmasını düşünüb həmin dörd nəfər şəxslə İltifatın oğlunun artıq mübahisə etmələrinə görə onlara tərəf getməmiş, qırmızı rəngli kurtkası olan oğlan da mübahisə edən şəxslərin yanına tərəf qaçmışdır. Hadisə baş verən yerdə çoxlu tanımadığı şəxslər olmasına görə o, İltifatın oğlunu konkret olaraq kimin, nə ilə, nə vaxt vurmasını görməmiş, lakin İltifatın oğlu yerə yıxılmış və bundan sonra, həmin dörd nəfər şəxs qaçmışdır. Qırmızı kurtkalı şəxs də sonuncularla çıxıb getmiş, belə ki, həmin şəxslər getdikdən sonra hadisə yerində və yaxınlıqda həmin qırmızı kurtkalı şəxsi görməmişdir. Təxminən 2-3 dəqiqə sonra İltifatın oğlu səkinin solundakı kiçik ölçülü tikilinin yanında yıxıldığı yerdən ayağa qalxmaq istədikdə ayağa qalxa bilməmiş və sonuncunun sol tərəfindən qan axaraq yerə tökülmüşdür. Bundan sonra İltifat ayağa qalxaraq özünə məxsus qara rəngli “Prado” markalı avtomobilə tərəf gedib sürüb rezin təkərlərin yanına gəldi və oğlunu hadisə yerində olan bir nəfər adını bilmədiyi hündürboy şəxslə birlikdə əvvəlcə avtomobilin ön sağ oturacağına, sonra isə oğlunun həmin yerə sığışmadığını gördükdə arxa oturacağa uzatmışdır. İltifat avtomobili əvvəlcə Xırdalan dairəsi istiqamətində sürmüş, lakin həmin vaxt magistral yolda avtomobil sıxlığı olmasına görə yenidən geri qayıdaraq DSK-ya tərəf gedən yolla avtomobilini sürüb getmiş, hadisənin baş vermə səbəbi barədə məlumatı yoxdur. “Niva” markalı maşından düşən iki nəfər idman cüssəli şəxsin əynində rəngini xatırlamadığı köynək olmuş, “Opel” markalı avtomobildən düşən şəxslərin isə nə geyimlərinə fikir verməmişdir. Onun mübahisə etməməsi üçün qarşısına keçdiyi şəxsin əynində isə qırmızı və ağ rəngləri olan kurtka olmuş, başqa əyninə nə geyindiyini xatırlamamışdır. İltifatın oğlu Zərərçəkmiş şəxs2 “Niva” markalı və “opel” markalı avtomobillərdən düşən həmin dörd nəfərdən biri vurmuş, qırmızı rəngli kurtkası olan şəxs isə onun yaxınlığında dayanmış, daha sonra mübahisə qızışdıqda, həmin qırmızı rəngli kurtkası olan şəxs həmin şəxslərə tərəf qaçmış, orada çoxlu insan olmasına görə ara qarışmışdır. Buna görə də Cavadın konkret olaraq kim tərəfindən və hansı alətlə vurulmasını görməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs2 əlində bıçaq görsə də, Cavad qətlə yetirildiyi zaman “Niva” markalı və “opel” markalı avtomobillərdən düşən həmin dörd nəfər şəxslərin, eləcə də qırmızı kurtkalı şəxsin əlində bıçaq olub-olmamasını bilməmişdir. Həmin şəxslərin hamısı Cavad yerə yıxılan kimi avtomobillərinə minib qaçmış, bu zaman o, qaçan şəxslərin hansı avtomobilə minmələrinə fikir verməmişdir. “VAZ 2121” markalı avtomobilin sürücüsü hadisə yerinə çatan kimi Zərərçəkmiş şəxs1 bir dəfə yumruqla zərbə endirərək sonuncunu yerə uzatmışdır. Digər şəxs isə İltifatın üzərinə hücum etməmiş, sadəcə həmin istiqamətdə gəlmişdir. Zərərçəkmiş şəxs2 kim tərəfindən öldürülməsi barədə məlumatı yoxdur, İltifata “Niva”nın sürücüsü yumruqla zərbə endirdikdən sonra yerdə olduğu üçün İltifatın Cavadı kimin bıçaqladığını görməsi mümkün olmamışdır. Belə ki, İltifat ayağa qalxdıqdan sonra Cavad artıq bıçaqlanmış və “Niva”dan düşən şəxslər hadisə yerindən çıxıb getmişlər. Hadisə yerinə “Niva” və “Opel” markalı avtomobillərdə gələn şəxslər uzaqlaşdıqdan sonra Cavadın sinə nahiyəsindən qan gəldiyini görmüş, həmin zaman Cavad hələ ölməmişdir. Cavad yerdən ayağa qalxmaq istədiyi zaman çətinlik çəkmiş, daha sonra atası sonuncunu avtomobilə mindirmişdir. Başqa sözlə, hadisə yerinə gəlmiş şəxslər çıxıb getdikdən təqribən 5-6 dəqiqədən sonra Cavad hələ də ölməmiş və sonuncu atasının avtomobilinə minmişdir. Hadisə yerinə “VAZ 2121” və “Opel Corsa” markalı avtomobillərdə gəlmiş şəxslər həmin zaman bilavasitə Cavadın üzərinə cummamışlar, sadəcə olaraq həmin əraziyə yaxınlaşmışlar. Onlardan hər hansı birinin Cavadı vurmasını, itələməsini və ya tutmasını görməmiş, lakin xatırladığına görə, heç kəs Cavadı tutmamışdır. Cavad “Niva”-nın sürücüsünün üzərinə gəldikdən sonra hadisə ani baş vermiş və oraya gəlmiş şəxslər tez çıxıb getmişlər. Buna baxmayaraq o, həmin şəxslərin qrup şəklində Cavadın üzərinə hücum etdiklərini görməmişdir. X24 yumruqla vurmuş, hadisə zamanı Ramilin əlində heç nə olmamış, sonuncu idmançı bədən quruluşuna malik olduğundan yumruq zərbəsi nəticəsində İltifat yerə sərilmişdir. Zərərçəkmiş şəxs2 hər hansı şəxsə bıçaqla xəsarət yetirməsi barədə dəqiq məlumatı olmamış, lakin “Niva” markalı avtomobilin sürücüsü İltifatı yumruqla vurduqdan sonra Cavad əlində bıçaqla həmin şəxsə tərəf cummuşdur. Bu zaman Cavadın kimisə vurubvurmamasını görməmişdir. “Opel Corsa” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobildən iki nəfər şəxs düşmüş, onlar hadisənin baş verdiyi sahəyə yaxınlaşmış, lakin dəqiq hərəkətləri barədə məlumatı olmamışdır. Hadisə qısa bir vaxt kəsiyində baş verdiyi üçün o, hadisə yerinə “Niva” və “Opel” markalı avtomobildə gələn şəxslərin görünüşlərini dəqiq xatırlamamışdır. O, hadisə zamanı 5 nəfər şəxsin Zərərçəkmiş şəxs2 ətrafında toplaşıb sonuncunu vuraraq öldürdüklərini görməmiş, eləcə də Cavadın “ata, mənə kömək elə” qışqıraraq yalvarmasını eşitməmişdir. Hadisə vaxtı o, Zərərçəkmiş şəxs2 yalnız kimisə təhqir etməsini eşitmiş, həmçinin Cavadın əlində hadisə zamanı bıçaq da olmuşdur. Zərərçəkmiş şəxs1 zərbə aldıqdan sonra huşunu itirmiş, bu səbəbdən də sonuncunun dərhal ayağa qalxaraq nə isə görməsi mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, X21 onun qardaşıdır. Onların münasibəti yaxşı olub, hər hansı düşmənçilik və ya ədavəti olmamışdır. Ramil 28 May ərazisində “RR” avtoyumanı işlədirmiş, günün çox vaxtını sonuncu həmin avtoyumada keçirirmiş. Ramil idmançıdır, idmanla məşğul olmuşdur. Sonuncu əvvəllər heç zaman hüquq-mühafizə orqanları ilə hər hansı problemi olmamışdır. Ramilin rəsmi adı Ramil olsa da, Rauf deyərək çağırırmışlar. 10 aprel 2021-ci il tarixdə səhər saat 11 radələrində o, Bakı Slavyan Universiteti ilə üzbəüz yerləşən ofisinə gəlmiş, avtomobilini dayanacağa saldıqda orada yerləşən avtoyumada olan qardaşı Ramili görmüş. Sonuncu avtoyumada işləri ilə məşğul olurmuş, o, uzaqdan salamlaşaraq ofisə keçmişdir. Daha sonra o, saat 17 radələrinə qədər ofisdə olmuş, yalnız zərurət olduqda aşağı düşərək avtoyumaya baş çəkmişdir. Həmin zaman, yəni təqribən saat 12 radələrində Ramil orada olmamış, saat 17 radələrində avtomobili ilə Şıxov ərazisində yerləşən velopark tərəfdə olan bir neçə torpaq sahələrinə baxmaq məqsədilə getmişdir. O, işini yekunlaşdırıb yenidən avtoyumaya qayıtmışdır, həmin gün gecə saatlarında o, avtoyumada olduğu zaman “VAZ 2121” markalı, **-TB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Ramilə etibar etmiş tanışı Aqil ona zəng edərək hazırda İmişlidə olduğunu və avtomobilə görə polis bölməsinə çağırıldığını bildirib nə baş verdiyini soruşmuşdur. O, sonuncuya avtomobilin hazırda avtoyumada olduğunu bildirib, nə baş verdiyini öyrəndikdə ona məlumat verməyini xahiş etmişdir. Hadisə günü, yəni 10 aprel 2021-ci il tarixdə saat 21-22 radələrində 6-cı polis bölməsindən qardaşının mübahisə etdiyini və nəticədə mübahisə etdiyi şəxsi bıçaqladığını öyrənmiş, daha sonra isə gecə saat 01-02 radələrində o, Cavadın bıçaq xəsarətindən öldüyünü bilmişdir. Həmin zaman o, yaşadığı evdə olmuşdur. O, axşam saat 19-20 radələrində avtoyumada heç kəsin olmadığını, eyni zamanda Ramilin “VAZ 2121” markalı avtomobilinin orada olduğunu gördüyü üçün narahat olmuş və buna görə də qardaşına bir neçə dəfə zəng etmişdir. Buna baxmayaraq Ramil zəngləri qaldırmamışdır. Yeganə olaraq sonuncu bir dəfə telefonu açaraq hər şeyin yaxşı olduğunu, həkimə getdiyini bildirmişdir. Bu səbəbdən də narahat olmamış, daha sonra isə polislərdən baş vermiş hadisə barədə öyrəndiyi üçün dəfələrlə Ramili yığmış, lakin bu zaman telefon artıq işlək olmamışdır. O, artıq hadisənin baş verdiyini öyrəndikdən sonra birbaşa olaraq Binəqədi RPİ-nin 6-cı polis bölməsinə getmiş, Ramilin 5 saylı şəhər klinik xəstəxanasına və “X37”ya hansı səbəbdən getməyini bilməmiş, eləcə də hadisə günü oraya getməmişdir. O, bundan sonra Ramili və Məhəbbəti axtarmağa başlamış, Məhəbbətin atası ilə əlaqə saxlayaraq sonuncunun təcili surətdə bölməyə gəlib təslim olmasını demiş, Ramilə isə zəng etdikdə telefonu işlək vəziyyətdə olmamışdır. Bunun üçün də o, dost-tanış və qohum-əqrəba ilə əlaqə saxlayaraq Ramilə ismarıc göndərərək sonuncunu axtardığını, narahat olmağa əsas olmadığını bildirmişdir. O, Ramilin qorxmaması üçün hadisənin ölümlə nəticələnməsi barədə heç kəsə məlumat verməmişdir. 12 aprel 2021-ci il tarixdə axşam saat 22 radələrində ona hazırda xatırlamadığı mobil nömrədən “WhatsApp” vasitəsilə zəng gəlmiş, bu Ramil olmuş, sonuncu hadisə zamanı xəsarət alsa da vəziyyətinin yaxşı olduğunu, narahatlığa səbəb olmadığını demişdir. O, Ramili gəlib götürüb polisə aparmaq istədiyini bildirmiş, sonuncu razılaşaraq Masallı rayonuna gəlməyini demişdir. Belə ki, o, etibarnamə ilə idarə etdiyi “Toyota Camry” markalı, **-ZT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə minərək gecə ilə Masallı rayonuna getmişdir. Növbəti gün, yəni 13 aprel 2021-ci il tarixdə Ramil ona hazırda xatırlamadığı digər mobil nömrədən “WhatsApp” vasitəsilə zəng edərək adı “Masallı” olan kafeyə gəlməyini demişdir. O, həmin kafenin adını naviqatora daxil edərək ora gedib Ramillə görüşmüş, o, hadisənin artıq baş verdiyini, Məhəbbətin də artıq könüllü getdiyini bildirib, sonuncunun da polisə təslim olmalı olduğunu bildirmişdir. Lakin o hələ də hadisənin ölümlə nəticələndiyini deməmişdir. Ramil ona onsuz da təslim olacağını, sadəcə hadisənin necə olacağını gözlədiyini bildirmişdir. O, təcili getməli olduqlarını bildirsə də, Ramil ac olduğunu deyərək iki gün normal yemək yemədiyini bildirmişdir. Razılaşmış və həmin kafedə oturub çörək yemişlər, həmin zaman orada ikisindən başqa heç kəs olmamışdır. Ramil həmin kafeyə də tək gəlmişdir. Yemək yedikləri zaman da iki nəfər mülki geyimli polis əməkdaşı onlara yaxınlaşıb Masallı RPŞ-nin əməkdaşları olduqlarını bildirirərək Ramili götürməyə gəldiklərini bildirmişlər. Onlar onsuz Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gedəcəklərini deyərək birlikdə şöbəyə getmişlər. Ramilin hansı səbəbdən məhz Masallı rayonuna, eləcə də hansı taksi vasitəsilə getməyini bilməmişdir. Əgər o, Ramil ilə birlikdə olsaymış, sonuncuya rayona getməyə heç vaxt icazə verməzmiş. Ramilin Masallı rayonunda olmasını növbəti gün, yəni 11 aprel 2021-ci il tarixdə saat 23 radələrində başqa tanımadığı nömrədən zəng etməsi səbəbindən öyrənmişdir. O, Masallı rayonuna Ramili axtarıb tapmaq və polisə təhvil vermək məqsədilə getmişdir. Belə ki, onun Ramilin Masallıda nə etdiyi, kiminlə görüşüb-görüşmədiyi barədə məlumatı yoxdur. Masallı rayonuna Ramili axtarıb tapmaq və aidiyyəti üzrə polisə təhvil vermək məqsədilə getmişdir. O, baş vermiş hadisə ilə əlaqədar hər şeyin hüquqi müstəvidə həll olunmasını istəmişdir. Masallıda Ramili bir gün axtarsa da, onu tapmamış, daha sonra isə Ramil tanımadığı nömrədən zəng etdiyi üçün sonuncuya görüşməyi və polisə gedib təslim olmağı tələb etmişdir. Masallı RPŞ-nin əməkdaşları sonra aiddiyyəti üzrə Binəqədi RPİ-nin 6-cı polis bölməsinə təhvil vermişlər. Həmin vaxt istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Onun baş vermiş hadisə barədə hər hansı məlumatı olmamışdır. Həmin gün işdə olmuş, yalnız bir neçə saatlıq Şıxov ərazisinə getmiş, hadisə baş verdikdən bir neçə saat sonra o, polis əməkdaşlarından bu barədə məlumat almışdır. O, zərərçəkmiş şəxsləri əvvəllər tanımamış, heç zaman görməmiş, heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Sadəcə Ramil ilə çörək yedikdə şəxslərdən cavan oğlanın Ramilə bıçaqla iki xəsarət yetirdiyini, yaşlının isə sonuncunun başından dəmirlə vurduğunu demişdir. Hadisədən sonra Ramil onunla əlaqə saxlamamış, əksinə, o, hadisə barədə polislərdən bildikdən sonra dəfələrlə zəng etmişdir. Ramil ***-***-**-** saylı mobil nömrədən istifadə edirmiş, həmin nömrə onun adınadır. Ramilin hadisədən sonrakı davranışı barədə məlumatı yoxdur. O, Elşən adlı şəxsi əvvəllər cəmi bir dəfə onlara məxsus avtoyumada görmüşdür. Elşən ilə şəxsi münasibətləri olmuş və pandemiyadan əvvəl həmin şəxs idman zalında müəllim işləmişdir. Ümumiyyətlə, qardaşı Ramil Rəhmanovun psixi xəstəliyi 2015-ci ildən bu tərəfə daha da kəskinləşmişdir. Qardaşının hərəkətlərində müəyyən vaxtlarda aqresivlik, qəribəlik görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Sərxan adlı şəxsin nəzarət etdiyi yük avtomobillərinin dayanacağı və təmiri kimi istifadə edilən obyektdə kirayə götürdüyü avtoyuma məntəqəsini işlədir. 5-6 ildir ki, İltifatı və sonuncunun oğlu Cavadı onun işlətdiyi avtoyumaya gəlmələrinə görə tanımış və ünsiyyətləri yaranmışdır. İltifatın özünə məxsus yük avtomobilləri olmuş və həmin yük avtomobillərini gah İltifat, gah da ki, Cavad sürürmüş, 10 aprel 2021-ci il tarixdə saat təxminən 09 radələrində o, həmişəki kimi iş yerinə gəlmiş, işlətdiyi avtoyuma məntəqəsi obyektə giriş darvazasından sağda yerləşmiş, günün əksər hissəsini orada olmuşdur. Həmin gün saat təxminən 17 radələrində o, yenicə aldığı gümüşü rəngli **-LP-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobili üçün filtr almağa getmişdir. Buna görə də o, avtomobilinə əyləşib sürərək qarajın əsas giriş qapısından çölə çıxdığı zaman İltifatın özünə məxsus “Prado” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilinin yanında darvazanın qarşısında dayanmasını və qırmızı rəngli kurtkası olan adını bilmədiyi və ilk dəfə gördüyü cavan oğlanla mübahisə etməsini görmüşdür. Həmin vaxt o, özünə məxsus avtomobilin sol qabaq şüşəsini aşağı endirərək avtomobildə oturduğu vəziyyətdə “İltifat dayı nə məsələdi?” deyə soruşmuş, sonuncu ona cavab verməmiş, əsəbi halda həmin cavan oğlanla söz mübahisəsi etmişdir. Həmin vaxt İltifatın oğlu Cavad da avtomobilin sürücü əyləşən oturacağında əyləşmiş və aşağı düşməmişdir. Bundan sonra, o, İltifatla həmin oğlanın dalaşmamaları üçün avtomobildən düşüb yanlarına getmiş və İltifata ağsaqqal olmasını, cavan oğlana fikir verməməsini, söhbəti uzatmamasını bildirmişdir. Həmin vaxt cavan oğlan İltifata “məni döymüsünüz, hara gedirsiniz, adam çağırmışam, gəlirlər, gözləyin” demiş, o, yenə də İltifatla həmin cavan oğlanı bir-birindən aralamış və İltifat öz avtomobilinə tərəf gedib əyləşmişdir. Bundan sonra həmin qırmızı kurtkalı oğlan yenə də İltifatın avtomobilinin qabağını kəsərək sürücü tərəfdən, yəni Cavada yaxınlaşıb avtomobilin sol qabaq qapısının qarşısında şüşədən Cavada nəsə deməyini görmüş, lakin nə olduğunu eşitməmişdir. Bundan sonra İltifat həmin oğlana əsəbiləşərək “adam çağırmısansa səni gözləyirəm, qoy gəlsin” deyib oğlu Cavada avtomobili yenidən geriyə qaraja sürməsini bildirmiş, hətta həmin vaxt Amid də İltifata nəsihət verib “get evinə, lazım deyil” demiş, lakin İltifat yenə də evinə getməyib həmin qırmızı kurtkalı oğlanın adamlarının gəlməsini gözləmişdir. O, Cavada evinə getmələrini demiş, lakin həmin vaxt qırmızı kurtkalı oğlan yenə də İltifatgilə nəsə deməsinə görə, ola bilsin ki, söyüş söyməsinə görə, İltifat öz avtomobilinin sağ tərəf qabaq qapısından aşağı düşüb həmin cavan oğlana tərəf cummuşdur. Bunu görən yaxınlıqda olan mühafizəçi Səfər də onunla birlikdə İltifatla həmin oğlanı ayırmağa çalışmışdır. Həmin vaxt Cavad da avtomobildən düşüb atasına köməyə gəlmiş, dava-dalaş yaranmış, bu vaxt Cavadla İltifat həmin cavan oğlanı yolun sağındakı səkinin yanında yumruq, təpiklə döyməyə başlamışlar. O və orada olan Ağasəlimin oğlu Mehdi də İltifatla oğlu Cavadı qırmızı kurtkalı cavan oğlandan aralamağa çalışmış və bir-birindən uzaqlaşdırmışlar. Bundan sonra, İltifatla Cavad avtomobillərinə mindikdə o, İltifatın avtomobilinin qabaq sol tərəfindən motorxanadan qığılcım çıxmasını görüb bu barədə dərhal ona demişdir. Buna görə də, əvvəlcə Cavad, sonra da İltifat avtomobildən düşmüş, Cavad kapotu açmış və həmin vaxt İltifat akkumulyator saxlayan dəmiri götürmüşdür. Sonuncular avtomobilə tərəf getdikdə arxa hissəsində dayanmış qırmızı kurtkalı oğlan İltifata yenə də nəsə demiş, Cavad həmin oğlana sözlə iradını bildirmişdir. Lakin sonuncuların bir-birinə nə söz deməsini xatırlamır. Bundan sonra, İltifatla Cavad öz avtomobillərinə əyləşib yenidən qaraja, avtomobilləri orada geniş sahə olmasına görə döndərib yenidən geriyə qayıda bilmələri üçün sürmüşlər. Belə ki, onun avtomobili də yolun sağ tərəfində dayanmasına görə, yolu bir qədər kəsmişdir. İltifatla Cavad qarajın içərisindən geri qayıtdıqda, qırmızı kurtkalı oğlan əlində yerdən daş parçası götürüb avtomobilin qabağını kəsmiş və İtifatgilin buradan gedəcəkləri təqdirdə, əlindəki daşla avtomobilin qabaq şüşəsini qıracağını demişdir. Buna görə də, İltifat əsəbiləşərək avtomobildən düşüb həmin qırmızı kurtkalı oğlana “Vur, vur” deyə təkrarlamış, qırmızı kurtkalı oğlan da əlindəki daş parçasını İltifatın sol böyründən vurmuş, İltifatın da əlində həmin vaxt götürdüyü xamut olmuşdur. Məhəbbət İltifatı daşla vurduqdan sonra Cavad idarə etdiyi “X36” markalı avtomobilin qapısının qırağından nəsə götürmüş, lakin dəqiq olaraq nə götürdüyünü bilməmişdir. Daha sonra Cavad Məhəbbətin arxasınca, Məhəbbət də Xırdalan dairəsi istiqamətində qaçmışdır. O, Cavadla hadisə yerinə gəlmiş şəxslər arasında olan hərəkətləri görmədiyi üçün Cavadın kiməsə bıçaqla xəsarət yetiribyetirməməsi barədə məlumatı olmamışdır. Bundan sonra, Cavad avtomobildən düşərək həmin qırmızı kurtkalı oğlanın arxasınca yolun solundakı çəpərin ortası ilə “ot bazarı”na tərəf qaçmışlar. İrəlidə tanımadığı iki nəfər, eləcə də, Səfər ilə o Cavadgilin arxasınca addımlayaraq getmiş, həmin vaxt onlardan qabaqda İltifat da oğlunu geri qaytarmaq üçün getmiş, qırmızı kurtkalı oğlan Behbud və Ərşad qardaşlarına məxsus ot satılan yeri keçib Xırdalan dairəsi istiqamətində addımlamış, Cavad isə onlara tərəf gəlməyə başlamış, həmçinin Cavadın geri qayıtmasını görən İltifat da artıq qaraj istiqamətində geri qayıtmışdır. Yolun kənarında şam ağaclarının yanında İltifat və Cavad onlara yaxınlaşmış, həmin vaxt qara rəngli Niva markalı avtomobil Xırdalan dairəsi istiqamətindən qaraja tərəf gələrək yolun solundakı səkinin yanına düzülmüş təkərlərin yanında dayanmış, “Niva” markalı avtomobildən dəqiq neçə nəfərin düşdüyünü görməmişdir. O, yalnız avtomobilin sürücü hissəsindən yekəpər bir nəfərin və yanında əyləşmiş ikinci nəfərin düşdüyünü görmüş, yekəpər olan sürücü avtomobildən düşən kimi İltifata bir dəfə yumruqla zərbə endirmiş və buna görə də İltifat yerə yıxılmışdır. Daha sonra o, İltifatla maraqlandığı üçün hadisənin necə baş verdiyini, kimin kimi vurduğunu, o cümlədən Cavadın kimisə vurubvurmadığını görməmişdir. O, İltifata bir qədər kömək göstərdikdən sonra artıq Cavadın ayaq üstə dayanaraq qarnından tutduğunu və qanın gəldiyini görmüş, həmin zaman “Niva” ilə gəlmiş şəxslər avtomobilə minərək hadisə yerindən getmişlər. Cavad da bir qədər dayandıqdan sonra əvvəl səkiyə oturmuş, daha sonra isə yerə yıxılmış və İltifat sonuncunu avtomobilinə mindirərək xəstəxanaya aparmışdır. “Niva” markalı avtomobil hadisə yerinə gəldikdə və oradan düşən tanımadığı yekəpər oğlan İltifatı vurduqda onunla sonuncular arasında təqribən 3-4 metr məsafə olmuşdur. Lakin o, “Niva”nın sürücüsünün İltifatı yumruqla vurduğunu gözləri ilə görmüşdür. Həmin şəxs İltifatı vurduğu zaman sonuncu Məhəbbətin ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra isə o, İltifatın aldığı zərbədən yerə yıxıldığını gördüyü üçün qaçıb köməklik göstərmiş və Cavadın həmin şəxslərlə necə mübahisə etdiyini, o cümlədən kimin Cavadı bıçaqla vurmasını görməmişdir. Hadisə baş verən zaman ətrafda çoxlu sayda avtomobillər olduğu üçün “Opel Corsa” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin orada olub-olmaması, o cümlədən kimlərin oradan düşməsi barədə məlumatı olmamışdır. Cavadı öldürən şəxsin kimliyi barədə məlumatı olmamış, İltifat “Niva”nın sürücüsü sonuncuya yumruqla zərbə endirdikdən sonra yerdə olduğu üçün Cavadın kim tərəfindən bıçaqlandığını müşahidə edə bilməmişdir. Belə ki, İltifat ayağa qalxdıqdan sonra Cavad artıq bıçaqlanmış və “Niva”dan düşən şəxslər hadisə yerindən çıxıb getmişlər. Hadisə ani baş verdiyi üçün o, hadisə yerinə “Niva” markalı avtomobildə gələn şəxslərin görünüşlərini dəqiq xatırlamamış, “Opel” markalı avtomobili isə ümumiyyətlə görməmişdir. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı olmamış, qırmızı kurtkalı şəxsin isə nə ilə haraya qaçmasını görməmişdir. Hadisə vaxtı və hadisədən sonra, o, hadisə yerində heç bir bıçaq və sair əşya görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında yerləşən “UMS” kimi tanınan yük avtomobillərin dayanacağının yanında o, qardaşı Ərşadla birlikdə “Ot Bazarı” adlanan sahədə ot satışı ilə məşğul olur, belə ki, gününün əksər hissəsini də həmin ərazidə keçirir. Zərərçəkmiş şəxs1 təqribən 20 ildir ki, tanımış, lakin oğlu Cavadı yaxından tanımasa da, İltifatın oğlu olduğundan məlumatlı olmuşdur. 10 aprel 2021-ci il tarixdə saat təqribən 18 radələrində “Ot Bazarı”na bitişik tikilidə qardaşı Ərşadla olduğu zaman küçədə səs-küy olduğunu eşitmiş, bu səbəbdən o, həmin səs-küyə çölə çıxmış və yolun qırağında çoxlu sayda insanların olduğunu görmüşdür. O, İltifatı və oğlu Cavadı bazarın qarşısında olan torpaq sahəsindəki səkinin qarşısında görmüş, Cavad bu zaman qan içində olmuşdur. Cavadın qan içində olduğunu gördüyündən İltifata avtomobilini oraya sürməsini və oğlunu xəstəxanaya aparması üçün qışqırmışdır. Bundan sonra İltifat öz avtomobilinə tərəf gedərək həmin avtomobili götürmüş və hadisə yerinə qayıtmış, burada o, İltifatla birlikdə Cavadı həmin “X36” markalı avtomobilin arxa oturacağına uzatmış, həmin zaman Cavad hələ sağ olmuş, İltifat isə avtomobilini sürərək hadisə yerindən uzaqlaşmışdır. Bundan təqribən iki-üç saat sonra qarajda olan şəxslərdən Cavadın öldüyünü eşitmiş, onun hadisənin baş vermə səbəbi barədə məlumatı olmamışdır. Belə ki, o, səs-küyə çölə çıxdıqdan sonra mübahisə yekunlaşmış, Cavad isə artıq bıçaqlanmış, Cavadın kim tərəfindən, hansı şəraitdə vurulması barədə məlumatı olmamışdır. Belə ki, hadisədən sonra o, qarajda hazırda xatırlamadığı şəxslərdən Cavadın aldığı xəsarətdən ölməsini eşitmiş, lakin Cavadı avtomobilə uzandırdıqda sonuncu hələ sağ olmuşdur. Hadisəni görmədiyi üçün oraya gəlmiş avtomobildəki şəxslər, eləcə də Zərərçəkmiş şəxs2 əlində bıçaq və ya hər hansı digər kəsici-deşici alətin olub-olmaması barədə məlumatı yoxdur. Hadisənin baş verdiyi ərazidə çoxlu sayda insanlar olsa da, dəqiq olaraq kimin orada olmasına fikir verməmişdir. Eyni zamanda X21, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı şəxsləri tanımamışdır. İltifat və Cavadın kiminləsə düşmənçiliyinin olması barədə xəbəri olmamış, onun İltifatla yaxın münasibəti olmamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs1 vurulub-vurulmamasını görməmiş, həmçinin, Cavadı qan içində gördüyü üçün, İltifatın nə vəziyyətdə olmasına fikir verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında yerləşən “UMS” kimi tanınan yük avtomobillərin dayanacağının yanında o, qardaşı Behbudla birlikdə “Ot Bazarı” adlanan sahədə ot satışı ilə məşğul olur, gününün əksər hissəsini də həmin ərazidə keçirir. Zərərçəkmiş şəxs1 təqribən 20 ildir ki, tanıyır, lakin Cavadı yaxından tanımasa da, İltifatın oğlu olduğundan məlumatı olmuşdur. 10 aprel 2021-ci il tarixdə saat təqribən 18 radələrində “Ot Bazarı”na bitişik tikilidə qardaşı Behbudla olduğu zaman küçədə səs-küy olduğunu eşitmiş, bu səbəbdən o, həmin səs-küyə çölə çıxmış və yolun qırağında çoxlu sayda insanların olduğunu görmüşdür. Ondan daha öncə isə qardaşı Behbud səs-küyə çölə çıxmış, o, qardaşı Behbuddan nə baş verdiyini soruşduqda, qardaşı ona İltifatın oğlu Cavadın bıçaqlandığını, İltifatın öz istifadəsində olan avtomobillə təcili yardımı gözləmədən oğlu Cavadı xəstəxanaya apardığını bildirmişdir. O, hadisə vaxtı öz qarajında olduğundan hadisəni görə bilməmiş, yalnız sonradan Cavadın vəfat etməsi ona məlum olmuşdur. Zərərçəkmiş şəxs2 kim tərəfindən, hansı şəraitdə vurulması barədə məlumatı yoxdur. Hadisəni görmədiyi üçün oraya gəlmiş avtomobildəki şəxslər, eləcə də Zərərçəkmiş şəxs2 əlində bıçaq və ya hər hansı digər kəsici-deşici alətin olub-olmaması barədə məlumatı olmamışdır. Hadisənin baş verdiyi ərazidə çoxlu sayda insanlar olsa da, dəqiq olaraq kimin orada olmasına fikir verməmişdir. Eyni zamandan X21, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı şəxsləri tanımamışdır. İltifat və Cavadın kiminləsə düşmənçiliyinin olması barədə xəbəri olmamış, onun İltifatla yaxın münasibəti yoxdur. Həmçinin, hadisə yerində xeyli adam toplaşdığından orada “Vaz 2121” və “Opel Corsa” markalı avtomobillərin olub-olmamasına fikir verməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqribən 6 il əvvəl travma aldığı üçün gəzməkdə çətinlik çəkir, bu səbəbdən də mütəmadi olaraq əsadan istifadə edir. X13 baş vermiş hadisədən təqribən 7-10 gün əvvəl tanımış, sonuncuya Rauf deyərək müraciət etmişdir. Belə ki, idarə etdiyi avtomobili Ramilin işlətdiyi avtoyumada yuduzdurduğu zaman tanış olmuş, münasibətləri yaranmışdır. Lakin hadisədən sonra əlaqələri kəsildiyi üçün Ramilin harada olması, eləcə də həmin zaman kiminsə ölməsi barədə məlumatı yoxdur. O, baş vermiş hadisədə xəstəliyi ilə əlaqədar olaraq hər hansı formada iştirak etməmişdir. 10 aprel 2021-ci il tarixdə günorta saatlarında Ramillə görüşmüş həmin zaman Ramil “Opel Corsa” markalı avtomobili idarə etmişdir. Birlikdə şəhərdə işləri ilə məşğul olmuşlar. Daha sonra isə Ramilin tanışı “Eliş” ləqəbli Elşən onlarla görüşüb Ramilin “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilini qaytarmış və Elşənə məxsus “Opel Corsa” markalı avtomobilini götürmüşdür. Həmin gün saat təqribən 17 radələrində onlar Ramillə Molokan bağı ərazisində yerləşən “Seyidin dönəri” adlı kafedə dönər yemiş, bu zaman Ramil dostları ilə danışmışdır. Belə ki, sonuncunun dostlarından biri gəlib onlara qoşulmalı olmuşdur. Daha sonra Ramilə zəng gəlmiş, həmin şəxsə “hə qaqa, gözlə, 10-15 dəqiqəyə ordayam” demiş və avtomobilini sürətlə idarə etməyə başlamışdır. O, Ramildən hara getdiyini soruşduqda sonuncu ona heç nə deməmiş, lakin mütəmadi olaraq kiminləsə yolda telefonla danışmışdır. O, dönər yedikləri zaman Ramildən onu Masazırda yaşayan qayınanasıgilə aparmağını xahiş etmiş, buna görə də Ramilin Xırdalan dairəsi istiqamətində sürdüyünü gördüyü üçün onun xahişini yerinə yetirdiyini düşünmüşdür. Xırdalan dairəsi ərazisində Elşənin idarə etdiyi “Opel Corsa” markalı avtomobili görmüş, həmin avtomobil ara küçədə qabaqlarına düşmüşdür. Həmin yola çatmamış sağa döndükdən sonra irəli “Opel Corsa”, arxasınca isə onlar hərəkət etmişlər. Burada onlara tərəf bir kütlənin gəldiyini görmüş, həmin kütlənin içində əlində dəmir parçası olan bir nəfər orta yaşlı kişi, həmçinin sonuncudan bir qədər arxada əlində bıçaq olan bir nəfər gənc oğlan olmuşdur. Bu zaman Elşən avtomobilini bir qədər irəli sürmüş, Ramil isə avtomobilini sola döndürərək səkinin qırağında saxlamış və əlini əlcək qabına ataraq oradan nə isə götürüb avtomobildən düşmüşdür. Daha sonra Ramil ağır söyüşlər söyən əlində dəmir parçası olan kişinin üz nahiyəsinə sağ əli ilə yumruq zərbəsi endirmiş, buna görə də həmin kişi yerə yıxılmış, Ramil də üstündə qalmışdır. Bundan sonra orada olan kütlə Ramilin ətrafında toplaşmış və o, artıq nə baş verdiyini görməmişdir. Belə ki, sağlamlığında ciddi qüsurlar olduğu üçün o, “VAZ 21214” markalı avtomobilin yanında əlində əsa ilə dayanaraq baş verənləri müşahidə edib hadisələrin şokunda olmuşdur. Anidən o, Ramilin həmin kütlədən çıxaraq avtomobilə oturmasını görmüş, Ramil bu zaman ona “görürsən məni öldürürlər, heç yaxın durmursan” demişdir. Avtomobilə oturduqdan sonra Ramil ona bıçaqlandığını bildirib köynəyini qaldırmış və o, sonuncunun sağ tərəfində iki xəsarət olduğunu və oradan qan gəldiyini görmüşdür. Ramil ondan avtomobili sürməyini xahiş etmiş, lakin o, mexanikanı sürə bilmədiyini deyərək imtina etmişdir. Bundan sonra Ramil təqribən 100-200 metr avtomobilini idarə etmiş, lakin xəsarət aldığı üçün avtomobili saxlamışdır. Avtomobili Elşən idarə etməyə davam etmiş, o, isə Ramillə birlikdə arxaya keçərək sonuncunun yaralarını sıxmışdır. Ramil bu zaman onunla heç nə danışmamış, yalnız mobil telefonla danışmışdır. Həmin danışıqların məğzini hazırda xatırlamır, yolda olduqları zaman avtomobilin benzini qurtardığı üçün avtomobili “Travmatologiya” xəstəxanasının yaxınlığında saxlamış və Ramil Elşənin “Opel” markalı avtomobilinə keçmişdir. Burada Ramil ona getməyini bildirmiş, o, bu səbəbdən taksiyə minərək qayınanasıgilə Masazıra getmişdir. Bundan sonra onun baş vermiş hadisələr barədə hər hansı məlumatı yoxdur. Hadisədən bir neçə gün sonra o, Ramilə zəng etsə də, mobil nömrəsi işlək vəziyyətdə olmadığından danışmamışdır. Ramili hadisədən 7-10 gün öncə tanıdığı üçün sonuncunun ətrafını yaxından bilməmiş və bu səbəbdən Ramil haqqında heç kəsdən məlumat ala bilməmişdir. Həmin hadisədə kiminsə öldüyünü o, yalnız hazırda öyrənmişdir. Eyni zamanda hadisədə hər hansı formada iştirak etməmiş, heç kəsə hər hansı xəsarət yetirməmişdir. Şahid1 həmçinin bildirmişdir ki, hadisə zamanı kiminsə öldüyünü və ya Ramildən başqa kiminsə yaralandığını bilməmiş, lakin hazırda hadisədə bir nəfər şəxsin öldüyünü öyrənmişdir. Belə ki, o, yalnız Ramilin əlində dəmir parçası olan orta yaşlı kişiyə yumruq zərbəsini yetirdiyini görmüşdür. Hadisə vaxtı Ramilin əlcək qabını açıb oradan nə isə götürdüyünü görsə də, dəqiq olaraq nəyi götürdüyünü görməmişdir. Ona görə də, həmin zaman Ramilin əlində bıçağın olub-olmaması barədə məlumatı yoxdur. Hadisə yerinə “VAZ 21214” markalı, **- TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında gəlmiş, arxa oturacaqda heç kim olmamış, lakin o, heç kəsi öldürməmiş, ümumiyyətlə hər hansı formada hadisələrə müdaxilə etməmiş, heç kəsə xəsarət yetirməmişdir. Belə ki, o, 6 ildir ki, ciddi travma aldığı üçün əsa ilə gəzir, bu səbəbdən heç fiziki imkanları da kiminləsə mübahisə etməyə imkan vermir. Onun əynində üzərində ağ rəngli at şəkli olan qara rəngli uzunqol köynək, qara rəngli gödəkcə və cins şalvar, qara rəngli yumru papaq olmuş, Ramil Rəhmanovun əynində isə göy rəngli uzunqol köynək olmuşdur. Hadisədən əvvəl “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında göy rəngli uzunqol köynəkdə olan Ramil, yanında əyləşən şəxs isə o, olmuşdur. Hadisədən sonra avtomobili Elşən idarə etmişdir. Ramil isə yaralı vəziyyətdə sağ arxa tərəfdə uzanmış, bu vaxt sonuncu sağ ön oturacağı irəliyə doğru əyərək ayağını uzatmaq üçün yer düzəltmişdir. O, isə arxa oturacaqda Ramilin yanında olmuş və yarasını ağ qolsuz mayka ilə sıxmışdır. O, Məhəbbəti əvvəllər tanımamış, yalnız Ramilə hadisə günü zəng etdikdə Ramilin “Maqa” ləqəbli Məhəbbətlə danışdığını eşitmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanımır, əvvəllər heç zaman adlarını eşitməmişdir. Şahid1 eyni zamanda bildirmişdir ki, o, Ramilin avtomobilində olmuş, lakin sonuncunun hara və nə üçün getdiyini dəqiq olaraq bilməmişdir. Belə ki, o, ailəlidir, həmçinin səhhətində problemləri var. Bu səbəbdən əgər davadan məlumatı olsaymış hadisə yerinə getməyəcəkdi. Hadisənin baş vermə səbəbi barədə məlumatı yoxdur. Yalnızca o, Ramilin mobil telefonla danışarkən kiminsə kiməsə əl atdığını və Ramilin həmin şəxsə “oradan uzaqlaş, gəlirəm” deməsini eşitmişdir. O, hadisə zamanı heç kəsə hər hansı xəsarət yetirməmiş və eyni zamanda ona hər hansı xəsarət yetirilməmişdir. Hadisə baş verən ərəfələrdə o, ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. O, Elşənlə birlikdə hadisə yerinə kimin gəlməsi barədə məlumatı yoxdur. Belə ki, o, Elşəni Ramil vasitəsilə səthi tanımış, yaxın münasibəti olmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında yerləşən “UMS” kimi tanınan yük avtomobillərin dayanacağında Famil adlı ustanın yanında işləmiş, qarajda hamı onu “Kolya” ləqəbi ilə tanımışdır. Belə ki, orada müxtəlif növ yük avtomobillərini təmir etmişdir. Təqsirləndirilən şəxs1 hadisədən təqribən bir həftə əvvəl Familə müraciət edərək avtoqəzaya düşdüyünü və bu səbəbdən də avtomobilin təmir etməli olduğunu bildirmişdir. Famil də onun köməyi ilə avtomobilin təmirinə başlamış, bu zamanı, təqribən bir-iki dəfə Məhəbbət gəlib “X35” markalı yük avtomobilinə baş çəkib təmirin gedişatına baxmışdır. Zərərçəkmiş şəxs1 isə daimi olaraq qarajda olan bir şəxs kimi tanıyır. Belə ki, İltifat avtomobilini həmin qarajda saxlamış, lakin hadisədəyə qədər o, İltifatın oğlu Cavadı tanımamışdır. 10 aprel 2021-ci il tarixdə saat 15-16 radələrində Məhəbbət qaraja avtomobilə baxmaq üçün gəlmiş, onlar Famil ilə artıq təmiri yekunlaşdırmışlar. Təmir işlərinə nəzər yetirdikdən sonra Məhəbbət avtomobili boksdan çıxarıb sıraya sürmüş, onlar isə Famil ilə digər avtomobili qəbul edərək təmirinə başlamışlar. Məhəbbət qarajda olan “ölüxana”ya işıq farasını əldə etmək üçün getmiş, onlar isə yeni avtomobili təmir etdikləri zaman qarajda səs-küy və qışqırığın olduğunu eşitmişdir. Buna görə onlar Famil ilə boksdan çıxıb ümumi sahəyə baxmış, burada o, İltifat ilə Cavadın onların müştərisi Məhəbbətin üzərinə hücum edərək əlbəyaxa olduğunu görmüşlər. O, dəqiq olaraq mübahisənin kimin tərəfindən başlandığını bilmir, lakin davanı müşahidə etdiyi zaman İltifatla Cavad əllərində dəmir boru ilə Məhəbbətin üzərinə gedib vurduqlarını görmüşdür. Boksdan həmin sahəyə qədər məsafə təqribən 50-60 metr təşkil etdiyi üçün o, mübahisəni müşahidə edə bilmişdir. Onlar nə qədər X8 ayırmağa çalışsa da, mübahisəsi davam etmiş, hətta o, İltifatın Məhəbbətin ünvanına ağır söyüşlər söydüyünü də eşitmişdir. İltifatla Cavadı saxlaya bilmədikləri üçün sonuncular dəmir boru ilə Məhəbbəti bir neçə dəfə bədəninin müxtəlif nahiyələrindən vurmuş, bundan sonra Məhəbbət yük avtomobilinə tərəf qaçaraq oradan mətbəx bıçağına oxşar bir bıçaq götürmüş və İltifatla Cavadın üzərinə cummaq istəmişdir. Lakin Famil və orada olan hazırda xatırlamadığı şəxslər həmin bıçağı Məhəbbətdən ala bilmişlər. Onlar İltifatgili ayırmağa bacardıqdan sonra Məhəbbət İltifatın ünvanına “ağsaqqal adamsan, söyüş söyürsən, amma bu sözlərin arxasında durmaq var” demiş və boksdan aralanmışdır. Məhəbbətin daha sonra hara getməsini və nə işlə məşğul olmasını bilmir. Məhəbbət çıxıb getdikdən sonra İltifat ilə Cavad təqribən 15 dəqiqə bir qədər sakitləşib getmişlər. O, davanın qurtardığını düşünüb Famil ilə birlikdə işinə davam etmiş, bundan bir müddət sonra hava artıq qaraldıqda qarajda olan şəxslərdən Məhəbbətlə İltifat və Cavadın mübahisəsinin çöldə davam etdiyini və nəticədə hadisə yerinə gələn Məhəbbətin tanışının Cavadı bıçaqla vurduğunu eşitmiş, sonuncunun ölübölmədiyini isə dəqiq olaraq artıq növbəti gün səhər bilmişdir. Şahid6 həmçinin bildirmişdir ki, hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Belə ki, o, səs-küy eşitdikdə mübahisə artıq başlamış və X18 dəmir boru ilə döymüşlər. Mübahisənin səbəbkarını dəqiq olaraq bilmir, lakin İltifatın Məhəbbəti ağır söyüşlərlə təhqir etdiyini eşitmişdir. Hadisə zamanı orada çoxlu sayda qarajda işləyən insan olmuş, həmin şəxsləri adları ilə tanımır, lakin birlikdə işlədiyi Famil və tokar Elçini tanıyır. O, Cavadın ölməsi ilə nəticələnən hadisəni görmədiyi üçün sonuncunun kim tərəfindən vurulmasını bilmir. Sonradan qarajda işçilərdən eşitdiyinə görə, hadisə yerinə qara rəngli “Niva” markalı avtomobildə gəlmiş şəxs Cavadı bıçaqlayaraq öldürmüşdür. O, hadisədən sonra Məhəbbətlə danışmamış, hadisədən bir neçə gün sonra isə Famildən ayrıldığı üçün növbəti hadisələr barədə hər hansı məlumatı olmamışdır. Eyni zamanda Familin Məhəbbətlə hadisədən sonra danışmağını eşitməmişdir. Cavadın bıçaqla vurulduqdan sonra nə vaxt ölməsi haqqında məlumatı yoxdur, lakin hava qaraldıqdan sonra onlar hələ sonuncunun ölüb-ölməməsini bilməmiş, Cavad vurulduğu üçün xəstəxanaya yerləşdirildiyini fikirləşmişlər. Belə ki, Cavadın qətlə yetirildiyini yalnız növbəti gün dəqiqliklə bilmişlər. Onun işlədiyi yer ilə hadisənin baş verdiyi yer arasındakı məsafə təxminən 50-60 metrdir. Buna görə də o, həmin mübahisəni görməmişdir. Lakin mübahisəsinin davam etdiyi, yəni Cavadın bıçaqla vurulduğu yer qarajın çölündə olduğu üçün onun həmin anı müşahidə etməyə vizual imkanı olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10 aprel 2021-ci il tarixli, 75 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitində aşağıdakı xəsarətlər – döş qəfəsinin ön səthində solda bir ədəd plevra boşluğuna nüfuz edən ürəyin sol mədəciyinin yaralanması, kəskin qanitirmə ilə müşayiət olunan deşilmiş – kəsilmiş yarası, burun sümüyünün az yerdəyişmiş sınığı ilə müşayiət olunan burun nahiyəsinin sıyrıqları, üzün sol gözaltı nahiyəsinin qançırı, sağ diz oynağı nahiyəsinin sıyrıqları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyati olub mərhumun ölümündən az əvvəl əmələ gəlmişlər, onlardan döş qəfəsinin ön səthinin plevra boşluğuna nüfuz edən ürəyin sol mədəciyinin yaralanmasına səbəb olmuş deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir və bilavasitə onun ölümünə səbəb olmuşdur. Burun sümüyünün az yerdəyişmiş sınığı ilə müşayiət olunan burun nahiyəsinin sıyrıqları, üzün sol gözaltı nahiyəsinin qançırı və sağ diz oynağı nahiyəsinin sıyrıqları isə küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, burun sümüyünün az yerdəyişmiş sınığı ilə müşayiət olunan burun nahiyəsinin sıyrıqları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, onun ölümü ilə hər hansı səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs2 ölümünə səbəb döş qəfəsinin ön səthinin sol plevra boşluğuna nüfuz edən ürəyin sol mədəciyinin yaralanmasına səbəb olmuş deşilmiş-kəsilmiş yaranın törətdiyi kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinə görə mərhumun meyitinin meyitxanada müayinəsi başlanan vaxtdan 2-4 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs2 meyitinin döş qəfəsində aşkar edilmiş deşilmiş-kəsilmiş yara qərarda göstərilən şəraitdə yəni, başqa şəxs tərəfindən bıçaqla vurulan bir zərbənin nəticəsində, burun sümüyünün az yerdəyişmiş sınığı ilə müşayiət olunan burun nahiyəsinin sıyrıqları, üzün sol gözaltı nahiyəsinin qançırı və sağ diz oynağının sıyrıqları ilə insan bədəninin hissələri ilə (yumruq, təpik və s.) yetirilə bilərdilər. Məhkəmə-kimya tədqiqatı nəticəsində Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (cild 02, iş vərəqə 163-170) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10 aprel 2021-ci il tarixli, 462 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – üzün sağ gözaltı və yanaq nahiyələrinin şişkinlikli qançırı, üst dodağı əzilmiş yarası və dodağın selikli qişasına qansızma, üst çənədə bir ədəd dişin travmatik sınığı, qarının sol yan divarının qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl törənmişlər, yetirilmə müddəti qərarda göstərilən 10 aprel 2021-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə üst dodağın əzilmiş yarası və dodağın selikli qişasına qansızma, üst çənədə bir ədəd dişin travmatik sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs (şəxslər) tərəfindən yumruqla, təpiklə və daşla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. (cild 02, iş vərəqə 47-49) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 aprel 2021-ci il tarixli, 463 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər – sol əlin İV barmağının səthi əzilmiş yarası, boyun nahiyəsinin, sağ və sol diz oynağı nahiyələrinin, döş qəfəsinin sağ və sol yarısının arxa səthlərinin, sol said nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə, zərərçəkmişin təsvir etdiyi şəraitdə, yəni 10 aprel 2021-ci il tarixdə insan bədəninin hissələri (əl barmaqlarının dırnaqları, təpik və s.) və dəmir boru ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. (cild 02, iş vərəqə 44-46) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 14 aprel 2021-ci il tarixli, 478 saylı rəyindən görünür ki, X9 bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin sağ-yan səthinin və döş qəfəsinin sağ yarısının arxa səthinə daxilə nüfuz etməyən deşilmişkəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən, sol dirsək oynağı nahiyəsinin və sağ əlin barmağının sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-5 gün əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sağ-yan səthinin və döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. X9 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yaraları bıçağın tiyəsinin deşici-kəsici təsirindən, sıyrıqları isə insan bədənin hissələrinin (əl barmaqlarının dırnaqları, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər. X9 bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. (cild 02, iş vərəqə 160-162) İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 20 aprel 2021-ci il tarixli, 263/2021-MTBŞ saylı rəyindən görünür ki, X9 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu – O alfa, beta /İ/. Ekspertizaya təqdim olunmuş “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış zamanı sol ön oturacağın söykənəcək hissəsinin üzlüyü üzərindən götürülmüş ləkədə və sürücünün bağlandığı kəmər üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri O alfabeta/İ/ qruplu şəxsə, o cümlədən X12 məxsus ola bilər. Sükan üzərindən götürülmüş yuyuntuda alının zəif intensivlikli insan qan ləkəsinin tədqiqi zamanı isə antigenlər və aqqlyutininlər alınmadığı üçün onun qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. (cild 02, iş vərəqə 39-43) İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 18 may 2021-ci il tarixli, 325/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 AB0 sistemi üzrə qan qrupu A beta (H) /İİ/-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus qısaqol köynək, qolsuz mayka, uzunqol jaket, tuman, şalvar (idman tipli), bir cüt corab üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu qan ləkələri A-beta(H)/İİ/ qruplu şəxsə, o cümlədən mərhum Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq və Təqsirləndirilən şəxs1 məxsus gödəkcə, şalvar, uzunqol köynək üzərində olan ləkələrdə qan aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus bir cüt corab, çanta və “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən götürülmüş şalvar, gödəkcə üzərində qana şübhəli ləkə aşkar olunmadı. (cild 02, iş vərəqə 153-159) İş materiallarında olan məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizasının 25 may 2021-ci il tarixli, 233-MTKŞ/2021 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs2 məxsus qısaqol köynəyin, qolsuz maykanın və jaketin hər birinin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs2 məxsus paltarların üzərində olan deşilmişkəsilmiş zədə ilə, mərhum Zərərçəkmiş şəxs2 bədən səthində olan deşilmiş-kəsilmiş xəsarət yerləşməsinə görə üst-üstə düşürlər. Təqdim olunmuş bıçağın tiyəsi dəstəkdən ayrılmışdır, hazırda istifadə üçün yararsızdır və mərhum Zərərçəkmiş şəxs2 məxsus paltarların üzərində olan deşilmişkəsilmiş zədənin, təqdim olunmuş bıçağın tiyəsinin təsirindən yetirilib-yetirilməməsinin müəyyən edilməsi üçün eksperimental zədələri yetirmək və bu zədənin təqdim olunmuş bıçağın tiyəsinin təsirindən törənib-törənməməsi barədə konkret fikir söyləmək mümkün deyil. Lakin iz törədən alətin tiyəsinin konstruktiv xüsusiyyətləri ilə təqdim olunmuş bıçağın konstruktiv xüsusiyyətləri eyni qrup daxilindədir. Bu əlamətlərə əsasən, mərhum Zərərçəkmiş şəxs2 məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs2 məxsus paltarların üzərində olan kəsilmiş-deşilmiş zədənin morfoloji əlamətlərinə əsasən, bu zədənin dayamaqla və məsafədən yetirilməsini təyin etmək mümkün deyil. Xəsarət yetirilərkən iz törədən alətin tiyəsi zədə nahiyəsinə doğru yönəlmiş, yara kanalının istiqaməti soldan-sağa, aşağıdan yuxarıya və öndən arxaya olmaqla, xəsarət yetirənlə müxtəlif duruş vəziyyətində ola bilərdilər (ekspert rəyinə əsasən). Mərhum Zərərçəkmiş şəxs2 məxsus idman şalvarının, alt tumanının və bir cüt corabın üzərində zədə aşkar olunmadı. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus gödəkcənin sağ və sol qoltuqaltı nahiyələrinin hər birində bir ədəd sökülmüş zədə var. Bu zədələr küt mexanizmlə, paltarların həmin nahiyələrinin dartılması nəticəsində törənmişlər. Gödəkcənin arxa səthinin sol yarısında bir ədəd cırılmış zədə var. Bu zədə küt mexanizmlə paltarın həmin nahiyəsinin gərilib, dartılması (o cümlədən ilişib dartılması nəticəsində törənməyə uyğun gəlir). Təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus köynəyin sol qolunun arxa səthində bir ədəd düymə sınmışdır. Bu zədə küt mexanizmlə törənmişdir. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus cins şalvarın, bir cüt şalvarın üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş “Maşından aşkar edilmiş paltar”lardan gödəkcənin və cins şalvarın üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış və məişət təyinatlı qatlanan turist bıçağıdır və soyuq silah hesab edilmir. (cild 03, iş vərəqə 1-7) İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 iyun 2021-ci il tarixli, 1167 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-genetik ekspertizasının 01 iyun 2021-ci il tarixli, 21/355 R nömrəli rəyindən görünür ki, 01 ədəd kepka üzərində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd böyük daş, 1 rəqəmi ilə işarələnmiş torpaq qırıntıları, 03 (üç) ədəd kiçik daş, 01 (bir) ədəd taxta, 01 (bir) ədəd laqonda daşı, 01 (bir) ədəd plastmas qırıntısı və Zərərçəkmiş şəxs1 məxsus “Toyota Prado” markalı avtomobildən götürülmüş qanabənzər maddə qaşıntısı üzəridə olan qan nümunələri Zərərçəkmiş şəxs2 məxsusdur. 6 rəqəmi ilə işarələnmiş tampon üzərində olan qan nümunəsi Zərərçəkmiş şəxs1 məxsusdur. 01 (bir) ədəd ayaqqabı, 01 (bir) papaq, 01 (bir) ədəd dəmir parçası, 01 (bir) ədəd qol saatı, 2 rəqəmi ilə işarələnmiş torpaq qırıntılar, 3 rəqəmi ilə işarələnmiş torpaq qırıntıları, 4 rəqəmi ilə işarələnmiş torpaq qırıntıları, 5 rəqəmi ilə işarələnmiş tampon, 01 (bir) ədəd kiçik daş, və 02 (iki) ədəd tampon üzərində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. (cild 02, iş vərəqə 250-255) İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 21 iyun 2021-ci il tarixli, 407/2021-MTBŞ saylı rəyindən görünür ki, X9 AB0 sistemi üzrə qan qrupu 0/İ/-dir (təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş köynək üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə 0/İ/ qruplu şəxsə, o cümlədən X12 məxsus ola bilər.(cild 03, iş vərəqə 101- 105) İş materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının 07 iyul 2021-ci il tarixli, 279/2021-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X2 təqdim etdiyi köynəyin ön hissəsinin sağ qoltuqaltı nahiyəsində bir ədəd və köynəyin arxa hissəsinin sağ-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş X4 təqdim etdiyi köynəyin ön hissəsinin sağ arxa hissəsinin sağ qoltuqaltı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə X9 bədəninin döş qəfəsinin sağ-yan səthində olan, köynəyin arxa hissəsinin sağ-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə X9 bədəninin döş qəfəsinin sağ yarısının arxa səthində olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Xəsarət yetirilən anda xəsarət yetirənlə zərərçəkən öz aralarında müxtəlif qarşılıqlı duruş vəziyyətlərində ola bilərdilər. (cild 03, iş vərəqə 97-100) Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur, onda gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs1 emosionallıq, hirslilik, qıcığa qarşı həssas, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədən zaman psixi-emosional sferasında həyəcan, gərginlik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (cild 03, iş vərəqə 12-15) Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 777 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, amnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, E.R. Cindarov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin müayinə zamanı psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hazırda da hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 cinayət törətdiyi zaman hər hansı psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş təkrar kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 778 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək; onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 cinayət törətdiyi zaman hər hansı psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs1 cinayət törətdiyi zaman faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli barəsində anlaqh hesab edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur. Əqli-intellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq, təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, çılğınlıq, hövsələsizlik, özünə qarşı həddən artıq hörmət tələb etmək, inadkarlıq kimi xüsusiyyətlər müəyyən edilir. Hadisə zamanı Təqsirləndirilən şəxs1 psixi-emosional sferasında həyəcan, gərginlik yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan 10 aprel 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1, ünvanında yerləşən “Ot bazarı” adlanan yerin yaxınlığında küçədədir. Hadisənin baş verdiyi yerin yanında sarı rəngli “DONG FENG” markalı, **-TU-*** dövlət qeydiyyat nömrə nişanlı və “Ford” markalı, **-KK-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilləri dayanmışdır. Qeyd olunan avtomobillərdən sarı rəngli olan yük avtomobili səkinin yanında dayanmışdır. Həmin avtomobillərin sürücü əyləşən oturacaq olan solda yük avtomobillərinin dayanacağı və təmiri yeri kimi istifadə edilən qaraj və çoxsaylı obyektlər yerləşmişdir. Yuxarıda göstərilən avtomobillərlə üzbəüz otluq sahənin kənarına rezin təkərlər düzülmüşdür. Qeyd edilən sahənin sağ tərəfində asfalt səki, sol tərəfində isə üzərində “Svarka” və sair sözlər yazılmış butka yerləşir. Həmin butka ilə səkinin arasındakı torpaq sahədə yerdə torpaq üzərində müxtəlif yerlərdə qababənzər ləkələrin olan daşlar götürüldü. Hadisə yerinə baxış zamanı qanabənzər ləkələrin aşkar edildiyi torpaq sahədən bir ədəd qara rəngli papaq aşkar edilərək iş üzrə əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq götürüldü. Hadisə yerinə baxış zamanı asfalt səkinin sağında yerləşən (Xırdalan dairəsindən hadisə yerinə doğru gəldikdə) torpaq örtüyünün olduğu yerdə kişi cinsli şəxsə məxsus bir ədəd qara rəngli ayaqqabı aşkar edilərək götürüldü. Baxış zamanı müəyyən olundu ki, hadisədən əvvəl mərhum Zərərçəkmiş şəxs2 ilə “Maqa” ləqəbli şəxs arasında yük avtomobillərinin dayanacağı və təmiri kimi istifadə edilən obyektdə mübahisə yaranmış, həmin mübahisə vaxtı mərhum Zərərçəkmiş şəxs2 atası Zərərçəkmiş şəxs1 də orada olmuş həmin şəxslər əvvəlcə qaraj və təmir yeri kimi istifadə edilən qeyd olunan obyektdə içəridə mübahisə etmiş, daha sonra isə, “Ot bazarı” adlanan yerin yaxınlığında küçədə mübahisə davam etmiş və nəticədə Zərərçəkmiş şəxs2 qətlə yetirilmişdir. İlkin olaraq hadisənin baş verdiyi əraziyə baxış keçirdikdə müəyyən edildi ki, qarajın içərisində avtomobil təmiri bokslarının (obyekt) yerləşdiyi yerdə müxtəlif markalı yük avtomobilləri dayanmışdır. Baxışda iştirak edən Səfər Davudov həmin ərazidən ”X29” markalı yük avtomobilinin Zərərçəkmiş şəxs1 məxsus olmasını, **-SH-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz” markalı yük avtomobilinin isə “Maqa” adlı şəxsə məxsus olmasını bildirmişdir. Qeyd edilən yük avtomobillərinin dayandığı ərazini müşahidə altında saxlayan videomüşahidə qurğusunun olub-olmamasına nəzər yetirdikdə müəyyən edildi ki, obyektə girdikdən sonra “Elçin” adlı şəxsə məxsus avtomobil təmiri obyektinin (boksunun) qarşısında videomüşahidə qurğusu vardır. Lakin baxış zamanı həmin videomüşahidə qurğusunun yaddaş qurğusunun yerləşdiyi yer obyektin içərisində olmasına və həmin obyektin də bağlı olmasına görə qeyd edilən video-görüntülərə baxış keçirilməsi mümkün olmadı. Bundan sonra iş üzrə əhəmiyyət kəsb etdiyindən, ilkin mübahisənin baş verdiyi baxış keçirilən qarajın (dayanacaq və təmir yerinin) girişində quraşdırılmış videomüşahidə qurğularına baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, 10 aprel 2021-ci il tarixdə saat 17:43 radələrində əynində qırmızı və ağ rənglərdən ibarət zolağı olan kurtka geyinmiş şəxs qarajın giriş darvazasının çölündə yeriyərək kimisə gözləyir. Həmin şəxs saat 17:45 radələrində qarajın içərisindən çölə çıxan “Toyota Prado” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına keçərək əlini yelləyib həmin avtomobili saxlatdırır. Bundan sonra həmin avtomobilin sağ oturacağından aşağı düşən orta yaşlı bir kişi (həmin şəxsin Zərərçəkmiş şəxs1 olması müəyyən olundu) həmin şəxslə söz mübahisəsi edirlər, daha sonra, qeyd edilən avtomobildəki şəxslər ərazidən uzaqlaşmaq istəsələr də, qırmızıağ zolaqları olan kurtkanı geyinmiş şəxs onların ərazidən uzaqlaşmasına mane olmaqla əlindəki mobil telefonla kiməsə zəng etmişdir. Saat 17:48 radələrində **-MG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən düşən orta yaşlı kişi (İltifat) və həmin maşının sürücüsü başında qara rəngli kepka olan şəxs, yəni Zərərçəkmiş şəxs2 arasında münaqişə baş verir və onlar qarajın qarşısındakı küçədəki səkinin yanında şam ağacının yaxınlığında bir-birlərinə müxtəlif təpik, yumruq və sair zərbələr vururlar. Həmin vaxt ətrafda olan şəxslər onları biri-birlərindən aralayırlar. Sonradan avtomobildəki iki nəfər şəxs yenidən öz maşınlarına minərək hadisə yerindən uzaqlaşmaq istədikdə, qırmızı-ağ kurtkalı, şəxs onların qarşısını kəsib, orta yaşlı, yaşlı kişiyə daşla vurmuş, həmin vaxt orta yaşlı kişinin əlində qara rəngli dəmir parçasının olması müşahidə edildi. Bundan başqa maşından düşdüyü vaxt qara kepkalı şəxsin maşının sol qapısının saxlanc yerindən bıçaq götürməsi və həmin qırmızı-ağ kurtkalı oğlanın arxasınca qaçması və daha sonra hadisə yerinə iki avtomobilin gəlməsi və avtomobildən düşən şəxslərlə İltifat və Zərərçəkmiş şəxs2lərin arasında münaqişə olması, daha sonra avtomobildən gələn şəxslərin avtomobilə minərək hadisə yerindən getməsi görünür. (cild 01, iş vərəqə 12-23) 10 aprel 2021-ci il tarixli meyitə baxış protokolundan görünür ki, meyitin əynində aşağıdakı paltarlar vardır: Göy-qara rəngli, döş hissəsində iki ədəd çəhrayı rəngli zolaqları olan sintetik materialdan tikilmiş uzunqol pulover, puloverin ön səthində solda ətəyinin sərbəst kənarından 5,5 sm yuxarıda, sol yan tikişindən 4,0 sm məsafədə bir ədəd üfüqiçəp istiqamətdə uzunsov formalı 1,8x0,4 sm ölçüdə kənarları hamar, bucaq-larından biri iti, digəri küt olan zədə vardır, zədə ətrafında puloverin parça-sına geniş sahədə qan hopmuşdur. Puloverin sol qolunun aşağı hissəsinin bayır səthində qeyri-müəyyən formalı 2,5x1,0 sm ölçüdə kənarları nahamar zədə vardır. Göy rəngli ön və arxa səthlərində açıqqəhvəyi rəngli fiqurlu şəkillər olan, yaxalığı üç düymə ilə bağlanan sintetik materialdan qısaqol köynək, köynəyin ön səthində solda ətəyindən 18,5 sm yuxarıda sol-yan tikişindən 5,5 sm məsafədə bir ədəd üfüqi-çəp istiqamətdə uzunsov formalı 2,0x0,3 sm ölçüdə kənarları hamar, bucaqlarından biri iti, digəri küt olan zədə vardır. Zədə ətrafında köynəyin parçasına geniş sahədə qan hopmuşdur. Ağ rəngli qolsuz mayka, maykanın ön səthində solda ətəyindən 12 sm yuxarıda, sol-yan tikişdən 7,0 sm məsafədə bir ədəd üfüqi-çəp istiqa-mətdə uzunsov formalı 2,0x0,4 sm ölçüdə kənarları hamar, bucaqlarından biri iti, digəri küt olan zədə vardır, zədə ətrafında maykanın parçasına geniş sahədə tünd-qırmızı rəngli qan hopmuşdur. Boz rəngli yarımsintetik materialdan tikilmiş seplə bağlanan, iki yan cibi olan “Adidas” markalı idman şalvarı, zədəsizdir, şalvarın hər iki ayaqlığının ön səthlərində qan ləkələri müəyyən edilir. Açıq-boz rəngli qısa alt tumanı, tumanın ön səthində qan ləkələri vardır. Ayaqlarında tünd-boz rəngli bir cüt corab, üzərində qan ləkələri vardır. Мeyit kişi cinsli, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyu 171 sm-dir. Meyit əllə toxunduqda soyuqdur, dəri örtüyü solğun ölü rəngindədir. Meyitin arxa səthində barmaqla təzyiq etdikdə itən və 20-30 saniyə müddətinə bərpa olan göyümtül-bənövşəyi rəngli zəif intensivlikdə meyit ləkələri vardır. Meyit qacıması çeynəmə əzələlərində kafi, yoxlanılan digər əzələ qruplarında zəif inkişaf etmişdir. Başında qara rəngli 2-4 sm uzunluqda orta sıxlıqda, bir qədər qıvrım tüklər vardır. Gözlər göz qapaqları ilə örtülüdür. Gözün ağlı qişasında və konyuktivada qansızma yoxdur. Bəbəklərin diametri bərabər olmaqla 0,4 smdir, qüzehli qişası tünd-şabalıdı rəngdədir, parlaqdır. Burun sümüklərində patoloji hərəkətlilik vardır, burun dəliklərində qan izləri vardır. Üz skeleti sümükləri əllədikdə tamdırlar. Ağzı yarımaçıqdır, orta ölçüdədir. Üst və alt çənədə dişləri təbii və tamdırlar. Dili ağız boşlu-ğunda dişlərin arxasında yerləşmişdir. Qulaq seyvanları oval formalıdır, orta böyüklükdədir, xarici qulaq keçəcəkləri sərbəstdirlər. Boyunu orta uzunluqda və qalınlıqdadır, adi hərəkətlidir. Döş qəfəsi silindirik olub, simmetrikdir, əllə-dikdə qabırğalar tamdırlar. Qarını döş qəfəsi səviyəsindədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, kişi tiplidir, sünnət olunmuşdur. Arxa keçəcək dəliyi qapalıdır, ətrafında dəri təmizdir, zədəsizdir. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, əlləmə zamanı sümükləri tamdırlar. Meyitin bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: Burun belində solda uzunsov formalı 1,2x0,3 sm ölçüdə, burunun sol qanadında qeyri-müəyyən formalı 1,0x0,5 sm ölçüdə səthləri nəm və ətraf dəri səviyyəsindən aşağı olan tünd-qırmızı rəngli sıyrıqlar vardır. Üzün sol yanaq nahiyəsində qeyri-müəyyən formalı 2,0x1,5 sm ölçüdə qırmızı rəngli qançır müəyyən edilir. Döş qəfəsinin ön səthində solda Vİ qabırğaarası sahədə, ön qoltuqaltı xətt üzrə sol döş giləsindən 6,0 sm aşağıda və solda bir ədəd üfüqi-çəp istiqamətdə yerləşmiş uzunsov formalı 2,5x0,5 sm ölçüdə kənarları hamar, bucaqlarından biri iti (solda), digəri küt (sağda) olan deşilmiş-kəsilmiş yara vardır. Yara kanalı sol plevra boşluğuna nüfuz edir, yara mənfəzindən qan xaric olur. Sağ diz oynağının ön səthində iki ədəd qeyri-müəyyən formalı 1,0x0,6 sm və 0,8x0,4 sm ölçülərdə səthləri nəm və ətraf dəri səviyyəsindən aşağı olan tünd-qırmızı rəngli sıyrıqlar vardır. Meyitin bədən səthində digər xəsarət aşkar edilmədi. Meyitin sağ baldırın aşağı 1/3-də qara rəngli elektron nəzarət vasitəsi vardır. (cild 01, iş vərəqə 4-11) 11 aprel 2021-ci il tarixli hadisə yerinə əlavə baxış protokolundan görünür ki, mərhumun qətlə yetirildiyi hadisə yerindəki səkinin eni 2 metrdir, hadisə yerinin yaxınlığındakı sarı rəngli “Dong Feng” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobildən üzbəüz otluq sahənin kənarına düzülmüş rezin təkərlərə qədər olan məsafənin uzunluğu 7,7 metrdir. Səkidən üzərində “Svarka” və sair sözlər yazılmış butkaya qədər olan məsafənin uzunluğu 6 metrdir. Həmin ərazidən torpaq sahənin üzərindəki qanabənzər ləkələrin olduğu yerlərdən “1” rəqəmindən “6” rəqəminədək işarələnməklə müxtəlif qan nümunələri götürüldü. Baxış zamanı “Ot bazarı” kimi adlanan yerdə yerləşən obyektin qarşısında videomüşahidə qurğusunun olması müəyyən edildiyi üçün həmin videomüşahidə qurğularındakı videogörüntülərə baxış keçirildi. Həmin videomüşahidə kameralarının saatının 18 dəqiqə geri qalması müəyyən olundu. Baxış zamanı “02” nömrəli kameradakı görüntündən məlum oldu ki, 10 aprel 2021-ci il tarixdə saat 17:33:46-da mərhum Zərərçəkmiş şəxs2 qırmızı kurtkalı şəxsin arxasınca qaçaraq onu Xırdalan dairəsi istiqamətində magistral yola tərəf qovaraq arxasınca qaçır, lakin mərhum şəxs qırmızı kurtkalı şəxsə çata bilməyib yenidən qaraj istiqamətində geri qayıdır. Həmin qırmızı kurtkalı şəxs isə magistral yola tərəf gedərək kameradan itir. Saat 17:34:11də həmin qırmızı kurtkalı şəxs (oğlan) mərhum Zərərçəkmiş şəxs2 getdiyi istiqamətdə addımlasa da, bir nəfər kişi cinsli şəxs səkinin üzərində onun qarşısına keçərək mərhuma tərəf getməsinə mane olur. Həmin vaxt qırmızı kurtkalı oğlan yanından keçən tünd boz rəngli maşına və onun arxasından gələn “VAZ 21214” (Niva) markalı maşına mərhum Zərərçəkmiş şəxs2 olduğu istiqaməti əli ilə işarə edərək göstərir. Bundan sonra həmin avtomobillər qırmızı kurtkalı oğlandan irəlidə gedərkən tünd boz rəngli avtomobil yolun sağında, “VAZ 21214” markalı (Niva) avtomobil isə hadisənin baş verdiyi yerin kənarından səkidə dayanmaları müşahidə edildi. Həmin vaxt qırmızı kurtkalı şəxsin o tərəf-bu tərəfə həyəcanlı şəkildə baxmasından və ətrafdakı şəxslərin də “Niva” markalı avtomobilin dayandığı istiqamətdə baxmalarından həmin yerdə hər hansı bir münaqişənin baş verməsi hiss olunur. Bundan sonra qırmızı kurtkalı oğlan həmin istiqamətdə addımlayır. Bundan başqa, avtomobillərin təmiri və dayanacağı qismində istifadə edilən qarajın içərisindəki “Elçin” adlı şəxsin işlətdiyi obyektin təhlükəsizlik kamerasına baxdıqda müəyyən olundu ki, 10 aprel 2021-ci il tarixdə saat 17:21:00 radələrində qırmızı kurtkalı oğlan özünə məxsus olması güman edilən ağ rəngli yük avtomobilinə tərəf qaçıb, avtomobildən nə isə götürüb, həmin əşyanı sağ əlində tutaraq mərhum Zərərçəkmiş şəxs2 və onun atası Zərərçəkmiş şəxs1 hədələyir, həmin vaxt onlar qarşılıqlı bir-birlərinə hücum edirlər, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əllərindəki boruya bənzər əşya ilə qırmızı kurtkalı oğlanın əlindən vururlar və hadisə yerinə gəlmiş çoxsaylı şəxslər onları biri-birindən uzaqlaşdırırlar. (cild 01, iş vərəqə 30-38) 15 aprel 2021-ci il tarixli avtomobilə baxış protokolundan görünür ki, baxış keçirilən yer Binəqədi RPİ-nin 6-cı PB-də inzibati binanın həyətində yerləşir. Baxışda iştirak edən Binəqədi RPİ-nin 6-cı PB-nin baş əməliyyat müvəkkili, polis baş-leytenantı X22 hadisə baş verən gün, yəni 10 aprel 2021-ci il tarixdə “Ot bazarı” adlanan yerin yaxınlığındakı hadisə yerinə gəlmiş **-TB-*** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı avtomobili Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki hündürmərtəbəli binalardan birinin qarşısında aşkar etdiklərini və həmin avtomobili Bakı şəhəri, Nəsimi rayonu, ərazisindəki hündürmərtəbəli binalardan birində qarşısındakı aşkar etdiklərini və həmin avtomobili Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasının həyətindəki dayanacağa gətirdiklərini bildirdi. Daha sonra qeyd olunan avtomobilə baxış keçirilməsinə başladıqda avtomobilin sol qapısı tərəfdə günlüyün altından həmin avtomobilin X12 idarə edilməsi üçün verilən etibarnamələr götürüldü. Bundan sonra avtomobilin sağ tərəfindəki saxlanc yerinə baxdıqda bir ədəd qara rəngli qatlanan bıçaq aşkar edildi və həmin bıçağın iş üzrə əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq götürüldü. Bundan başqa həmin saxlanc yerində digər əşyalar olsa da iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün aşkar edildiyi yerdə saxlanıldı. Avtomobilin arxa oturacaqlarında iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilmədi. Baxış zamanı avtomobilin sürücü əyləşən, yəni sol qabaq oturacağında bel nahiyəsinin söykəndiyi hissədə qanabənzər ləkələrin olması müəyyən edildiyindən qeyd olunan avtomobilin içərisində aşkar olunmuş həmin ləkənin insan qanı olub-olmaması və avtomobilin ekspertizaya təyin olunması və avtomobilin ekspertizaya təqdim olunmasının zəruri olması müəyyən olundu. (cild 01, iş vərəqə 161-168) 18 aprel 2021-ci il tarixli avtomobilə baxış protokolundan görünür ki, baxış keçirilən **-MG-*** dövlət qeydiyyat nömrə nişanlı “Toyota Prado” markalı avtomobilə baxış keçirildi. Baxış keçirilən avtomobil Zərərçəkmiş şəxs1 məxsusdur. Baxış zamanı avtomobilin həm ön sağ tərəfində, həm də ki arxa oturacaqlarının yerləşdiyi hissədə avtomobilin döşəməsində qan ləkələri aşkar edildi. (cild 01, iş vərəqə 210-214) İş materiallarında olan 24 aprel 2021-ci il tarixli götürmə və baxış protokolundan görünür ki, X7 tərəfindən təqdim olunmuş köynək uzunqol olmaqla göy rənglidir. Köynək pambıq materialdan olmaqla XXL ölçülüdür, yaxalıdır. “Castello d’Oro” etiketlidir. 3 ədəd dəmir düymə ilə açılıb bağlanır. Göy rəngli uzunqol köynəyin sol sağ nahiyəsində emblem vardır. Köynəyin ön sağ mərkəz nahiyəsində 3 ədəd zədə izi, həmin zədə izləri ətrafında qanabənzər ləkələr müşahidə olunur. Bundan başqa, köynəyin ön tərəfinin sağ aşağı hissəsində də qanabənzər ləkələr vardır. Eyni zamanda köynəyin arxa tərəfinə baxış keçirilən sağ aşağı nahiyədə, bir ədəd zədə izini və onun ətrafında qanabənzər ləkələr olduğu müəyyən olunur. (cild 02, iş vərəqə 7-14) İş materiallarında olan 28 may 2021-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan disk ağ rəngli olmaqla üzərində “Verbatim” və “10749 xx.xx.2021” sözləri həkk olunmuşdur. Qeyd olunan disk “Macbook” markalı kompüterə yerləşdirilərək açıldıqda içərisində 8 ədəd faylın olduğu müəyyən edildi. Həmin fayllar aşağıdakı kimidir: 1) “**********99 sms.txt” 2) “**********45 sms.txt” 3) “**********45.txt” 4) “**********99.txt” 5) “503683045 abunechiler.xls” 6) “508339999 abunechiler.xls” 7) “508339999 antena.xls” 8) “503683045 antena.xls” Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən aparılan danışıqları nəzərdən keçirilərkən həmin mobil nömrə ilə X9 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 09 aprel 2021-ci il tarixdə dəfələrlə danışıqların aparılması müəyyən edilir. Hadisə günü, yəni 10 aprel 2021-ci il tarixdə X9 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ilkin olaraq saat 12:36-da zəng daxil olmuş və həmin zəng 71 saniyə davam etmişdir. Bundan sonrakı danışıq həmin gün saat 17:22-də aparılmış və 22 saniyə davam etmişdir. Bu zaman ***-***-**-** saylı mobil nömrə “Bineqedi ray. Eurohome tikinti mat.” anten dairəsində, ***-***-**-** saylı mobil nömrə isə “Xaqani st. 10” anten dairəsində istifadədə olmuşdur. Daha sonra saat 17:23-də aralarında 12 saniyəlik danışıq olmuşdur. Saat 17:27-də aralarında olmuş növbəti danışıq 11 saniyə davam etmiş, bu zaman ***-***- **-** saylı mobil nömrə “Xırdalan qes” anten dairəsində, ***-***-**-** saylı mobil nömrə isə artıq “Sebail rayonu Uzeyir Hacibeyov kuc, Pasha hol. avtoparki" anten dairəsində istifadədə olmuşdur. Növbəti danışıq saat 17:32-də olmaqla 27 saniyə davam etmiş, ***- ***-**-** saylı mobil nömrə həmin vaxt “Bank respublika” anten dairəsində istifadədə olmuşdur. Saat 17:41-də aralarında baş tutmuş 31 saniyəlik danışıq zamanı X9 istifadəsində olmuş nömrə “X31” anten dairəsində olmuşdur. Bundan başqa həmin nömrələr arasında hər hansı danışıq aparılmamışdır. Bununla yanaşı, hadisənin baş verdikdən sonra, yəni 10 aprel 2021-ci il tarixdə saat 18:38-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə arasında 118 saniyəlik danışıq aparılmışdır. “503683045 abunechiler.xls” adlı fayla əsasən, həmin nömrə X6 məxsusdur. Saat 19:30-da Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil nömrədən ***-***-**-** saylı mobil nömrə ilə 73 saniyəlik danışıq aparılmış, bu zaman nömrə “Azercell Plaza” anten dairəsində istifadədə olmuşdur. Həmin nömrə ilə daha sonra saat 19:34-də 63, saat 19:44-də 84, saat 20:03-də 39, saat 20:36-da 29 saniyəlik danışıq aparılmışdır. X9 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən hadisə günü, yəni 10 aprel 2021-ci il tarixdə aparılan danışıqlara baxış keçirildiyi zaman müəyyən edilir ki, saat 17:24də həmin nömrə ilə ***-***-**-** saylı mobil nömrə arasında 38 saniyəlik telefon danışığı aparılmışdır. Daha sonra həmin nömrə ilə saat 17:28-də 22, saat 17:50-də 14, saat 17:56da 17, saat 18:01-də 38, saat 18:10-da 34, saat 18:18-də 106 saniyəlik danışıq olmuşdur. Bundan başqa, hadisə günü, yəni 10 aprel 2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə ilə saat 17:42-də 29, saat 17:54-də 13 saniyəlik danışıq aparılmışdır. Həmçinin, X9 istifadəsində olmuş mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə arasında hadisə günü dəfələrlə qısamüddətli telefon danışıqları aparılmışdır. Bundan başqa, hadisədən sonrakı dövr ərzində Ramil Rəhmanov ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin istifadəçiləri ilə müxtəlif vaxtlarda telefon danışıqları aparmışdır. Həmçinin, Ramil Rəhmanov saat 19:29-da ***-***-**-** saylı mobil nömrə ilə 32 saniyəlik telefon danışığı aparmışdır. İstintaq materiallarına əsasən, həmin mobil nömrə Ramil Rəhmanovun qardaşı Qanuni nümayəndə məxsusdur. Nəzərə alınmalıdır ki, Saat 19:33-19:49 radələrində X9 istifadəsində olan mobil nömrə “Baki seh, Xetai r-nu, Babek pr, X37” anten dairəsində istifadədə olmuşdur. Bu isə, sonuncunun ifadəsində göstərdikləri ilə uyğun gəlir. Hər iki mobil nömrədən aparılan telefon danışıqlarına baxış keçirilərkən Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə hər hansı danışığın aparılması müəyyən edilməmişdir. “**********99 sms.txt” və “**********45 sms.txt” adlı fayllara baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmadı. (cild 02, iş vərəqə 143-148) 02 iyun 2021-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş CD disk “Macbook” markalı kompüterə yerləşdirilərək açılmışdır. Açıldığı zaman diskin içərisində bir ədəd “99TB330” adlı və bir ədəd “99NO865” adlı qovluq aşkar edildi. “99TB330” adlı qovluğa daxil olduqda burada “VAZ 2121” markalı, **-TB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 10 aprel 2021-ci il tarixə olan hərəkət istiqamətinə dair məlumatlarını əks etdirən foto faylların olduğu müəyyən edildi. Həmin fayllar “Preview” proqramı vasitəsilə açılaraq onlara baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: 10 aprel 2021-ci il tarixdə “VAZ 2121” markalı, **-TB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil saat 16:43:07-də Nobel prospekti ilə Mərkəz istiqamətində hərəkətdə olmuş, həmin zaman avtomobildə iki nəfərin olduğu, sürücü oturacağında əyləşmiş şəxsin əynində tünd göy rəngli köynəyin, ön sərnişin oturacağında əyləşmiş şəxsin əynində isə qara rəngli gödəkcənin və üzərində ağ şəkil olan köynəyin olduğu görünür. Saat 16:54:22də avtomobil Babək prospekti ilə, saat 16:59:21-də Yusif Səfərov küçəsi ilə Mərkəz istiqamətində, saat 17:04:16-da Z.Əliyeva və S.Vurğun küçələri ilə hərəkətdə olmuşdur. Daha sonra saat 17:35:50-da avtomobil R.Behbudov küçəsi ilə hərəkət etmiş, avtomobildə eyni şəxslər əyləşmişlər. Saat 17:37:43-də avtomobil Füzuli və S.Vurğun küçələrinin kəsişməsi ilə, saat 17:38:08-də Füzuli küçəsi ilə 5 Mərtəbə istiqamətində, saat 17:45:15da Yasamal rayonu, Moskva prospekti Avtovağzal istiqamətində, saat 17:48:04-da Bakı- Quba Yolunun 8-ci kilometrliyi ilə Ekologiya Postu istiqamətində, saat 17:49:10-da Bakı- Quba Yolunun 8.7-ci kilometrliyi ilə Bakı və Sumqayıt istiqamətində hərəkət etmişdir. Daha sonra avtomobil saat 17:58:59-da Bakı-Quba Yolunun 8-ci kilometrliyi ilə şəhər istiqamətində, saat 18:01:47-də Yasamal rayonu, Moskva prospekti ilə, saat 18:12:48-də Mirqasımov küçəsi ilə S.Vurğun və Azadlıq prospekti istiqamətində hərəkətdə olmuş, həmin zaman avtomobilin sürücü oturacağında artıq digər şəxsin əyləşdiyi görünür. Bu şəxsin əynində ağ rəngli köynəyin və tünd rəngli pencəyin olduğu görünür. Sürücünün yanında sərnişin oturacağında əyləşmiş şəxsi ayırd etmək mümkün olmamışdır. “99NO865” adlı qovluğa daxil olduqda burada “Opel Corsa” markalı, **-NO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 10 aprel 2021-ci il tarixə olan hərəkət istiqamətinə dair məlumatlarını əks etdirən foto faylların olduğu müəyyən edilmişdir. Həmin fayllar “Preview” proqramı vasitəsilə açılaraq onlara baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: 10 aprel 2021-ci il tarixdə “Opel Corsa” markalı, **-NO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil saat 16:59:24-də Y.Səfərov küçəsi ilə Mərkəz istiqamətində, saat 17:04:18-də Z.Əliyeva və S.Vurğun küçələri ilə, saat 17:09:21-də Rəşid Behbudov və S.Əsgərova küçələrinin kəsişməsi ilə, saat 17:20:50-də Azadlıq prospekti və Ş.Əzizbəyov küçəsinin kəsişməsi ilə, saat 17:26:04-də Z.Əliyeva və S.Vurğun küçələri ilə, saat 17:30:38-də S.Vurğun və Ü.Hacıbəyov küçələrinin kəsişməsi ilə, saat 17:35:32-də R.Behbudov küçəsi ilə hərəkət etmişdir. Həmin zaman avtomobildə iki nəfərin şəxsin olduğu, ön sərnişin oturacağında əyləşmiş şəxsin əynində ağ rəngli köynəyin və tünd rəngli pencəyin olduğu görünür. Daha sonra saat 17:37:45-də avtomobil Füzuli və S.Vurğun küçələrinin kəsişməsi ilə, saat 17:43:12-də Tbilisi prospekti ilə, saat 17:45:31-də Yasamal rayonu, Moskva prospekti Avtovağzal istiqamətində, saat 17:48:10-da Bakı-Quba Yolunun 8-ci kilometrliyi ilə Ekologiya Postu istiqamətində, saat 17:49:09-da Bakı-Quba Yolunun 8.7-ci kilometrliyi ilə Bakı və Sumqayıt istiqamətində hərəkətdə olmuşdur. Daha sonra saat 17:58:25-də yenidən Bakı-Quba Yolunun 8.7-ci kilometrliyi ilə Bakı və Sumqayıt istiqamətində, saat 17:59:10-da Bakı-Quba Yolunun 8-ci kilometrliyi ilə şəhər istiqamətində, saat 18:02:09-da Yasamal rayonu, Moskva prospekti ilə hərəkət etmiş, həmin zaman artıq ön sərnişin oturacağında digər şəxs əyləşmişdir. Daha sonra avtomobil saat 18:14:31-da S.Vurğun və Bakıxanov küçələrinin kəsişməsi ilə, saat 18:26:46-da Azadlıq prospektinin N.Yusifbəyli küçəsinin kəsişməsi ilə 28 may istiqamətində, saat 18:29:31-də Dədə Qorqud parkının yaxınlığı Vaqif prospekti istiqamətində hərəkətdə olmuşdur. Bundan başqa, hadisədən öncə də 10 aprel 2021-ci il tarixdə saat 15:00-17:00 aralığında qeyd olunan avtomobillərin birlikdə eyni istiqamətlərdə, o cümlədən Babək prospekti ilə hərəkət etməsi aydın şəkildə görünür. Beləliklə də, “VAZ 2121” markalı, **-TB- *** dövlət qeydiyyat nömrə nişanlı və “Opel Corsa” markalı, **-NO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin hərəkət istiqamətlərini nəzərdən keçirdikdə, avtomobillərin 10 aprel 2021-ci il tarixdə gün ərzində eyni istiqamətlər üzrə hərəkət etməsi müəyyən olunur. Bundan başqa baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı digər hal müəyyən olunmamışdır. (cild 02, iş vərəqə 192-200) 14 iyun 2021-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan disk ağ rəngli olmaqla üzərində "xxxx" və “BKC/LGL-10046-21” sözləri həkk olunmuşdur. Qeyd olunan disk “Macbook” markalı kompüterə yerləşdirilərək açıldıqda içərisində 4 ədəd faylın olduğu müəyyən edilmişdir. Həmin fayllar aşağıdakı kimidir: 1) ”fdp.********5__6292**********__isəçxiraT_SMS“ 2) ”fdp.********5__2392**********__isəçxiraT_SMS“ 3) ”fdp.********5___8230**********__ısamşallateD_nirəlgnəZ“ 4) ”fdp.CKB_884422255___6530**********__irələçxiraT_qulsusxəM_nirəlgnəZ“ Qanuni nümayəndə istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin hadisə günü, yəni 10 aprel 2021-ci il tarixdə apardığı danışıqların anten dairəsinə nəzər yetirdikdə müəyyən olunmuşdur ki, qeyd olunan gün həmin mobil nömrə müxtəlif anten dairələrində istifadədə olsa da, hadisənin baş verdiyi müddətdə, yəni saat 18-19 radələrində mobil nömrə "Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 10" adlı anten dairəsində istifadə olunmuşdur. Bundan başqa, həmin mobil nömrənin ümumiyyətlə həmin gün hadisənin baş verdiyi ərazidə və ya həmin əraziyə yaxın olan yerlədə, o cümlədən Binəqədi rayonunun ərazisində istifadə edilmədiyi müəyyən olunur. Eyni zamanda baxış zamanı məlum olur ki, Qanuni nümayəndə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qardaşı Ramil Rəhmanovun istifadəsində olan ***-***-**-** saylı nömrə arasında hadisəyə qədər hər hansı danışıq aparılmasa da, 10 aprel 2021-ci il tarixdə saat 19:29:18də, yəni hadisə artıq baş verdikdən sonra aralarında 32 saniyəlik danışıq aparılmış, Qanuni nümayəndə mobil telefonu bu vaxt “Bakı şəhəri, Azadliq prospekti 2,67 saylı evin damı” adlı anten dairəsində istifadədə olmuşdur. Bununla yanaşı ***-***-**-** saylı mobil nömrənin anten dairəsinə əsasən 12 aprel 2021-ci il tarixdə saat 21:11:42-dən 13 aprel 2021-ci il tarixdə saat 15:35:54-dək Masallı rayonu ərazisində istifadədə olmuşdur. Qanuni nümayəndə iş üzrə digər Təqsirləndirilən şəxs1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və ya onun atası Zərərçəkmiş şəxs1 istifadələrində olan mobil nömrələrlə əlaqə saxlaması halı baxış zamanı müəyyən olunmadı. 90601202__isəçxiraT_SMS“ 132932__5********.pdf” və 2**********__isəçxiraT_SMS“ 926__5********.pdf” adlı fayllara baxış keçirilərkən isə iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır. (cild 02, iş vərəqə 236-249) 08 iyul 2021-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan disk çəhrayı rəngli olmaqla üzərində “nar” və “210046027” sözləri həkk olunmuşdur. Qeyd olunan disk “Macbook” markalı kompüterə yerləşdirilərək açıldıqda içərisində 4 ədəd faylın olduğu müəyyən edilmişdir. Həmin fayllar aşağıdakı kimidir: 1) ”fdp.********7__5505**********__isəçxiraT_SMS“ 2) ”fdp.********7___4161**********__ısamşallateD_nirəlgnəZ“ 3) ”fdp.RAN_660931377___8461**********__irələçxiraT_qulsusxəM_nirəlgnəZ“ Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin istifadə tarixçəsini nəzərdən keçirdikdə məlum olmuşdur ki, həmin mobil nömrə ilə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X9 istifadələrində olan mobil nömrələr arasında hər hansı danışıq aparılmamışdır. Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə 2021-ci ilin yanvar və fevral aylarında istifadə olunmamış, martaprel aylarında isə əksərən Binəqədi rayonu, Binəqədi şossesi anten dairəsində istifadədə olmuşdur. Hadisə günü, yəni 10 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil nömrə əsasən Abşeron rayonu, Masazır kəndi və Binəqədi rayonu ərazisində aktiv olmuşdur. Hadisənin baş verdiyi müddətdə, yəni saat 18-19 radələrində qeyd olunan mobil nömrədən istifadə olunmamışdır. ”fdp.********7__5505**********__isəçxiraT_SMS“ adlı fayla baxış keçirilərkən isə iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmadı. (cild 03, iş vərəqə 71-72) 29 iyul 2021-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş disk ağ rəngli olmaqla üzərində “Verbatim” və “4177-2021” sözləri həkk olunmuşdur. Qeyd olunan disk “Macbook” markalı kompüterə yerləşdirilərək açıldıqda içərisində 3 ədəd faylın olduğu müəyyən edilmişdir. Həmin fayllar aşağıdakı kimidir: 1) “50-8339999-loc_**********617_a8d0de79ac14151c501cf02f08758b9e.csv” 2) “50-8339999-paralel.txt” 3) “50-8339999-paralel2.txt” X9 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən hadisə günü, yəni 10 aprel 2021-ci il tarixdə anten dairələrinə və həmin mobil nömrənin paralleliyində olan mobil nömrələri nəzərdən keçirdikdə müəyyən olunmuşdur ki, Ramil Rəhmanovun nömrəsi gün ərzində Bakı şəhərinin Nəsimi, Nərimanov, Xətai və Nizami rayonlarının ərazisində istifadədə olmuş, saat 17:06:03-dan etibarən saat 17:29:00-dək olan müddətdə “Bakı şəhəri, Səbail rayonu, Üzər Hacıbəyli küçəsi, 6, X26” dairəsində istifadə olunmuşdur. Daha sonra isə saat 17:33:05-də mobil nömrə “Səbail rayonu, Zərifə Əliyeva küçəsi”, saat 17:42:25-də “Nəsimi rayonu, Tbilisi küçəsi”, saat 17:47:20-də “Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi”, saat 17:47:55-də “Binəqədi rayonu, Xocasən qəsəbəsi”, saat 17:50:13-də “Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şossesi, AF EuroHome tikinti materialları”, saat 17:54:45-də “Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi”, saat 17:55:47-də isə hadisə yeri olan “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, X20” anten dairəsində istifadədə olmuşdur. Bundan sonra isə mobil nömrə yenidən hadisə yerindən kənarda, o cümlədən saat 19:33:16-dan saat 19:51:07-dək olan müddətdə “Bakı şəhəri, Xətai rayonu, Babək küçəsi, X37” anten dairəsində aktiv olmuşdur. Sonuncu dəfə isə ***-***-**-** saylı mobil nömrə saat 21:32:18də “Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, Şadlıq sarayı Sevinc” anten dairəsində istifadə olunmuşdur. (cild 03, iş vərəqə 110-122) 27 sentyabr 2021-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan disk ağ rəngli olmaqla üzərində "xxxx" və “17660/21” sözləri həkk olunmuşdur. Qeyd olunan disk “Macbook” markalı kompüterə yerləşdirilərək açıldıqda içərisində 3 ədəd faylın olduğu müəyyən edilmişdir. Həmin fayllar aşağıdakı kimidir: 1) ”fdp.********5__1133**********__isəçxiraT_SMS“ 2) ”fdp.********5___5150**********__ısamşallateD_nirəlgnəZ“ 3) ”fdp.CKB_666686355___3250**********__irələçxiraT_qulsusxəM_nirəlgnəZ“ Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən aparılan danışıqları nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, 10 aprel 2021-ci il tarixdə saat 14:50:44-də həmin nömrədən cinayət işi üzrə təqsirləndirilən şəxs X9 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng daxil olmuş və həmin danışıq 25 saniyə davam etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrə “Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 51” anten dairəsində aktiv olmuşdur. Daha sonra həmin nömrələr arasında yenidən saat 15:10:49-da 92, saat 15:15:21-də 71, saat 15:19:19-də 54 saniyəlik danışıqlar aparılmışdır. Həmin zaman ***-***-**-** saylı mobil nömrə müvafiq olaraq “Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə,Babək prospekti 28c”, “Bakı şəhəri, Nizami rayonu, Nəvai kuçəsi 5” və “Bakı şəhəri, Babək prospekti 2315 məhəllə” anten dairələrində istifadədə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrəyə həmin tarixdə saat 16:47:03, 17:03:58 və 17:05:06-da ***-***-**-** saylı mobil nömrədən zənglər daxil olmuş və həmin zaman qeyd olunan nömrə müvafiq olaraq “Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 5”, “Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küçəsi 34” və “Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 4, mənzil 20” anten dairələrində olmuşdur. Zənglərin məxsusluq tarixçələrinə əsasən ***-***-**-** saylı mobil nömrə X14 məxsusdur. Həmin nömrə ilə həmçinin saat 17:14:02-də 13 saniyəlik danışıq aparılmışdır. Saat 17:05:47-də Ramil Rəhmanovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən yenidən zəng daxil olmuş və 12 saniyə davam etmişdir. Daha sonra yenidən saat 17:24:24-də 38 və saat 17:28:35-də 22 saniyəlik zənglər olmuşdur. Hadisə ərəfəsində, yəni saat 17:50:13-də 14 saniyəlik danışıq olmuşdur. Bu zaman mobil nömrə “Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1” anten dairəsində aktiv olmuşdur. Saat 17:56:42-də Təqsirləndirilən şəxs2 mobil telefonundan edilmiş zəng vasitəsilə 17 saniyəlik danışıq aparılmış, saat 18:01:35-də yenidən 38 saniyəlik danışıq olmuşdur. Bu zaman mobil nömrə “Bakı şəhəri, Binəqədi qəsəbəsi, Xırdalan- Binəqədi şossesi 1N” anten dairəsində olmuşdur. Sonrakı iki danışıq hadisə baş verdikdən sonra aparılmış və biri 34, digəri 105 saniyə davam etmişdir. Göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs2 mobil nömrəsindən hadisə baş verdikdən sonra zənglərin məxsusluq tarixçəsinə görə Samir Qocayev adlı şəxsə məxsus ***-***-**-** və Şahid5 məxsus ***-***-**-** saylı mobil nömrələrlə danışıqlar aparılmışdır. Saat 18:34:44-dən sonra isə baxış keçirilən mobil nömrə istifadə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 məxsus mobil nömrədən aparılan telefon danışıqlarına baxış keçirilərkən Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə hər hansı danışığın aparılması müəyyən edilməmişdir. ”fdp.********5__1133**********__isəçxiraT_SMS“ adlı fayla baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmadı. (cild 04, iş vərəqə 168-188) 11 oktyabr 2021-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, jurnal yaşıl üzlüklü olmaqla 2021-ci il üçün “X27” Publik hüquqi şəxsin həkimləri tərəfindən qəbul olunmuş, lakin müəyyən səbəblərdən müalicədən imtina etmiş və ya tibbi yardım göstərilməmiş şəxslər barəsində aparılmış qeydləri əhatə edir. Jurnalın sıra sayı ilə 45-ci qrafasında göstərilmişdir ki, 10 aprel 2021-ci il tarixdə saat 20:00-da sənədsiz olan naməlum şəxs dostları tərəfindən “Opel” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobildə xəstəxanaya gətirilmiş, xəstə haqqında heç bir məlumat verilməmişdir. Xəstənin bədən nahiyəsində xəsarətlər olduğundan cərrah çağırılmış, növbətçi cərrah Elman Əliyev cərrahiyyə otağında xəstəyə yardım göstərməyə çalışsa da, xəstənin dostları onu təcili otaqdan çıxarıb “belə məsləhətdir” deyərək xəstəxananı tərk etmişlər. Baş vermiş hadisə ilə bağlı Nərimanov RPİ-nin 16-cı polis bölməsinə məlumat verilmişdir. Bundan başqa jurnala baxış zamanı hər hansı əhəmiyyət kəsb edən hal müəyyən olunmamışdır. (cild 04, iş vərəqə 239-241) 03 noyabr 2021-ci il tarixli sənədə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Mədən ünvanında yerləşən İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin giriş hissəsində olan videomüşahidə kamerasının qeydə aldığı görüntünün 17:51:18 dəqiqəsində Təqsirləndirilən şəxs1 “X34 Prado” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verməsi, Zərərçəkmiş şəxs1 əlində avtomobilin hissəsi ilə ön sərnişin oturacağından düşərək Təqsirləndirilən şəxs1 üzərinə getməsi, sonuncunun əlindəki daş parçasını Zərərçəkmiş şəxs1 üzərinə atması, daş parçasının İ.Allahvediyevin sol ayağına dəyməsi görüntünün 17:51:26 dəqiqəsində Zərərçəkmiş şəxs2 sürücü oturacağından sağ əlində kəsici-deşici alətə bənzər bir predmetlə düşərək Təqsirləndirilən şəxs1 Xırdalan dairəsi istiqamətində təqib etməyə başlaması görünür. Videogörüntüdən həmçinin məlum olur ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 təqib etdikdən sonra Zərərçəkmiş şəxs1 də yol ilə həmin istiqamətdə hərəkət etməyə başlayır. Görüntünün 17:52:12 dəqiqəsində Xırdalan dairəsi tərəfindən qaraj istiqamətində iki avtomobilin gəlməsi, Zərərçəkmiş şəxs1 də onlara tərəf getməsi, həmin zaman oğlu Zərərçəkmiş şəxs2 də ötərək sonuncudan qabağa keçib irəlidə getməsi, “VAZ 2121” markalı avtomobilin səkinin başlanğıcından xeyli uzaqda dayanması, bu zaman “Opel Corsa” markalı avtomobilin qabaqda, qarajın girişinə yaxın yerdə saxlaması, həmin avtomobilin sürücüsünün avtomobildən düşərək mübahisənin baş verdiyi əraziyə qaçması müəyyən olunur. Saat 17:53:09-da üç nəfər şəxs, o cümlədən Təqsirləndirilən şəxs1 “Opel Corsa” markalı avtomobilə minir və ilkin olaraq “VAZ 2121” markalı, daha sonra isə “Opel Corsa” markalı avtomobillər hadisə yerindən uzaqlaşır. Saat 17:53:49-da Zərərçəkmiş şəxs1 “Ot Bazarı” istiqamətində “X34 Prado” markalı avtomobilə tərəf səki ilə sərbəst qaydada gəlməsi və avtomobilə minərək mübahisənin baş verdiyi əraziyə sürməsi görünür. Bütün bunlara baxmayaraq, ağaclar və kolluğun olmasına görə mübahisənin bilavasitə baş vermə anını görmək mümkün olmamışdır. (cild 05, iş vərəqə 91-99) 03 noyabr 2021-ci il tarixli sənədə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında yerləşən “Ot Bazarı” adlı ot satışı məntəqəsinin videomüşahidə kamerasının görüntülərinə ilkin baxış keçirilən zaman həmin görüntülərin həqiqi vaxtdan 18 dəqiqə geri olması müəyyən edilmişdir. Odur ki, ot satışı məntəqəsinin videomüşahidə kamerasının həqiqi vaxtla saat 17:51:44 dəqiqəsindəki görüntülərindən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 yolun “Ot Bazarı” ilə üzbəüz olan hissəsi ilə təqib etməsi, müəyyən qədər qovaladıqdan sonra saat 17:51:59-da geri dönərək qarajın girişi istiqamətində qayıtması görünür. Videomüşahidə kamerasının əks istiqamətini əhatə edən hissəsindən həmin vaxtda Təqsirləndirilən şəxs1 geri dönərək özünün qarajın girişi istiqamətində qayıtması, bu zaman arxaya baxması, arxasınca isə “Opel Corsa” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2121” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin gəlməsi məlum olur. Daha sonra saat 17:52:17-də “VAZ 2121” markalı avtomobilin kameranın əhatə etdiyi ərazidən keçib sola dönərək saxlanılması, eləcə də bu zaman Təqsirləndirilən şəxs1 cinayət işi üzrə Şahid3 tərəfindən dayandırıldığı görünür. Buna baxmayaraq baxış keçirilən videomüşahidə kameralarının görüntülərindən mübahisənin baş vermə anını müşahidə etmək mümkün deyil. Eyni zamanda hadisənin baş verdiyi ərazidə dayanmış avtomobilin markasını və dövlət qeydiyyat nişanını da baxış zamanı müəyyən etmək mümkün olmamışdır. (cild 05, iş vərəqə 107-113) 04 noyabr 2021-ci il tarixli sənədə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Mədən ünvanında yerləşən İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsində tornaçı işləyən X10 işlədiyi boksun videomüşahidə kamerasının qeydə aldığı görüntülərin 17:18:05 dəqiqəsində Təqsirləndirilən şəxs1 qarajın ərazisində gəzişərək vaxtaşırı idarə etdiyi ağ rəngli “X35” markalı yük avtomobilin nəzər yetirməsi görünür. Saat 17:18:19-da Təqsirləndirilən şəxs1 yük avtomobilindən əks istiqamətə hərəkət edir videomüşahidə kamerasının əhatə dairəsinə düşən ərazidən uzaqlaşır. Daha sonra isə saat 17:20:59-da videogörüntülərdən Təqsirləndirilən şəxs1 sürətlə öz yük avtomobilinə tərəf qaçaraq buradan kəsici-deşici alətə bənzər bir predmet götürməsi və gəldiyi istiqamətdə qayıtması məlum olur. Görüntünün 17:21:20 dəqiqəsində Zərərçəkmiş şəxs2 əlində dəmir boru ilə Təqsirləndirilən şəxs1 vurması, daha sonra Zərərçəkmiş şəxs1 borunu oğlu Zərərçəkmiş şəxs2 əlindən alaraq özünün Təqsirləndirilən şəxs1 zərbələr endirməsi, bu zaman onların tutuşması və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 əlindəki bıçaqla hədələməsi müəyyən edilir. Həmin zaman Zərərçəkmiş şəxs1 yenidən əlindəki dəmir boru ilə Məhəbbəti Əliyevi vurur, daha sonra isə ətrafdakı şəxslər mübahisə edənləri aralamağa nail olurlar. Saat 17:24:49-da Təqsirləndirilən şəxs1 mobil telefonla danışması görünür. Həmin zaman Zərərçəkmiş şəxs1 yenidən Təqsirləndirilən şəxs1 üzərinə hücum etmək istəməsi, ətrafdakı şəxslərin onu və oğlu Zərərçəkmiş şəxs2 kənarlaşdırması məlum olur. Bundan sonra Təqsirləndirilən şəxs1 saat 17:25:09-dan saat 17:41:19-dək ərazidə gəzişir, Zərərçəkmiş şəxs2lə (sürücü oturacağında) atası Zərərçəkmiş şəxs1 (ön sərnişin oturacağında) isə saat 17:45:32-də “X34 Prado” markalı avtomobildə videomüşahidə kamerasının əhatə etdiyi ərazini tərk edir. (cild 05, iş vərəqə 114-125) 05 noyabr 2021-ci il tarixli sənədə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Mədən ünvanında yerləşən İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin giriş hissəsində olan videomüşahidə kamerasının qeydə aldığı görüntünün 17:43:24 dəqiqəsində Təqsirləndirilən şəxs1 qarajın giriş hissəsinə çıxması və yol ilə gəzişməsi, daha sonra “X34 Prado” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili əl ilə işarə verməklə saxlaması, həmin avtomobilin ön sərnişin oturacağından düşən Zərərçəkmiş şəxs1 ilə qızğın söhbət aparması, Zərərçəkmiş şəxs1 qaraja tərəf gedərək Təqsirləndirilən şəxs1 işarə ilə içəri çağırması görünür. Daha sonra görüntünün 17:47:30 dəqiqəsində Təqsirləndirilən şəxs1 mobil telefonla danışaraq yenidən avtomobilə işarə etməklə getməməyə çağırması, sürücü pəncərəsinə yaxınlaşıb söhbət etməsi, sükan arxasında olan Zərərçəkmiş şəxs2 avtomobili fırladaraq qaraja tərəf geri dönməsi məlum olur. Saat 17:48:49-da Zərərçəkmiş şəxs1 avtomobildən düşərək Təqsirləndirilən şəxs1 üzərinə hücum edir, bu zaman oğlu Zərərçəkmiş şəxs2 ona qoşulur və hər ikisi qarşılıqlı şəkildə Təqsirləndirilən şəxs1 yerə salaraq döyməyə başlayır. Zərərçəkmiş şəxs2 müxtəlif bədən nahiyələri, o cümlədən dizi ilə Təqsirləndirilən şəxs1 vurması videogörüntülərdən məlum olur. Videogörüntülərdən aydın şəkildə Təqsirləndirilən şəxs1 müqavimət göstərərək qarşı tərəfə zərbələr endirməsi, həmin zərbələrin Zərərçəkmiş şəxs2 dəyməsi görünür. Daha sonra ətrafdakı şəxslər mübahisə edənləri ayırır və Zərərçəkmiş şəxs1lə oğlu Zərərçəkmiş şəxs2 avtomobillərinə yaxınlaşıb mühərrik hissəsinə baxış keçirirlər, bu zaman Zərərçəkmiş şəxs1 akkumulyatorun ehtiyat hissəsini əlinə götürərək avtomobilə minir. (cild 05, iş vərəqə 135-144) 12 avqust 2021-ci il tarixli şəxsin fotoşəkil üzrə tanınmasının aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim edilən fotoşəkilləri nəzərdən keçirdikdən sonra Zərərçəkmiş şəxs2 1 nömrə ilə işarələnmiş fotoşəklini göstərərək hadisə günü, yəni 10 aprel 2021-ci il tarixdə Xırdalan dairəsi ətrafında yerləşən “Kamaz” avtomobillərinin qarajında onunla hər hansı bir əsaslı səbəb olmadan mübahisəyə başlayan və atası ilə birlikdə onu döyərək xəsarət yetirən, daha sonra isə hadisə yerinə gəlmiş tanışı X12 bıçaq zərbəsi endirərək sonuncuya xəsarət yetirdiyi üçün Ramil Rəhmanov tərəfindən bıçaqlanan Zərərçəkmiş şəxs2 həmin fotoşəkildəki şəxsin olduğunu bildirmişdir. O, göstərilən fotoşəkillər arasında Zərərçəkmiş şəxs2 qaşlarının formasına və qalınlığına, o cümlədən çatmaqaşlığına görə digər şəxslərdən ayıraraq tanıya bilmişdir. (cild 03, iş vərəqə 217-219) 13 avqust 2021-ci il tarixli şəxsin fotoşəkil üzrə tanınmasının aparılması haqqında protokoldan görünür ki, X21 təqdim edilən fotoşəkilləri nəzərdən keçirdikdən sonra Zərərçəkmiş şəxs2 1 nömrə ilə işarələnmiş fotoşəklini göstərərək hadisə günü, yəni 10 aprel 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 onu hadisə yerinə çağırdıqdan sonra Xırdalan dairəsi ətrafında yerləşən “Ot Bazarı” kimi tanınan ərazidə atasına Zərərçəkmiş şəxs1 yumruq zərbəsi endirdikdən sonra onun üzərinə hücüm edərək əlindəki bıçaqla sinə və kürək nahiyəsinə iki dəfə vuraraq ona xəsarət yetirən, buna görə də əlindəki bıçaqla özünü müdafiə edərkən xəsarət yetirmiş olduğu şəxsin məhz həmin fotoşəkildəki şəxsin olduğunu bildirmişdir. O, göstərilən fotoşəkillər arasında hadisə zamanı bıçaqla özünü müdafiə edərkən xəsarət yetirmiş olduğu Zərərçəkmiş şəxs2 burnunun ucunun formasına, saçlarının düzülüşünə, alnındakı qırışlara, çatmaqaşlığına, eləcə də qaşlarının qalınlığına görə digər şəxslərdən ayıraraq tanımışdır. (cild 03, iş vərəqə 250-252) 13 avqust 2021-ci il tarixli əşyanın tanınması haqqında protokoldan görünür ki, X21 təqdim edilən əşyaları nəzərdən keçirərək göstərdi ki, hadisə vaxtı, yəni 10 aprel 2021-ci il tarixdə saat 18 radələrində Xırdalan dairəsi ətrafında yerləşən “Ot Bazarı” adlanan əraziyə idarə etdiyi “VAZ 2121” markalı avtomobillə tanışı Təqsirləndirilən şəxs1 çağırışına gələrək adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs1 yumruq zərbəsi endirdikdən sonra hadisə yerində üzərinə hücum edərək ona iki bıçaq xəsarəti yetirən və nəticədə özünü müdafiə etmək üçün özünün də bıçaq xəsarəti yetirdiyi adını sonradan Zərərçəkmiş şəxs2 olduğunu öyrəndiyi şəxsin əynində hadisə zamanı 2 nömrə ilə işarələnmiş göy-qara rəngli uzunqol pulover olmuşdur. Həmin puloveri o, rənginə və döş nahiyəsində olan çəhrayı rəngli zolaqlara görə tanımışdır. (cild 03, iş vərəqə 246-249) 13 avqust 2021-ci il tarixli əşyanın tanınması haqqında protokoldan görünür ki, X21 təqdim edilən əşyaları nəzərdən keçirərək göstərdi ki, hadisə vaxtı, yəni 10 aprel 2021-ci il tarixdə saat 18 radələrində Xırdalan dairəsi ətrafında yerləşən “Ot Bazarı” adlanan əraziyə idarə etdiyi “VAZ 2121” markalı avtomobillə tanışı Təqsirləndirilən şəxs1 çağırışına gələrək adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs1 yumruq zərbəsi endirdikdən sonra oğlu Zərərçəkmiş şəxs2 onun üzərinə hücum edərək ona iki ədəd bıçaq zərbəsi endirdikdə və daha sonra buna görə o, özünü müdafiə etmək üçün Cavada bıçaq xəsarəti yetirərkən, eləcə də hadisə yerindən xəstəxanaya getdikdə onun əynində 3 nömrə ilə işarələnmiş göy rəngli uzunqol köynək olmuşdur. Həmin köynəyi o, rənginə, döş nahiyəsində olan emblemə, habelə yaxalığında olan dəri hissəyə görə tanımışdır. (cild 03, iş vərəqə 242- 245) 17 sentyabr 2021-ci il tarixli şəxsin fotoşəkil üzrə tanınmasının aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim edilən fotoşəkilləri nəzərdən keçirdikdən sonra Zərərçəkmiş şəxs2 1 nömrə ilə işarələnmiş fotoşəklini göstərərək hadisə günü, yəni 10 aprel 2021-ci il tarixdə Xırdalan dairəsi ətrafında yerləşən “Ot Bazarı” kimi tanınan ərazidə dostu X9 atası Zərərçəkmiş şəxs1 yumruq zərbəsi endirdikdən sonra Ramil Rəhmanovun üzərinə hücüm edərək əlindəki bıçaqla sinə və kürək nahiyəsinə iki dəfə vuraraq ona xəsarət yetirən, buna görə də Ramil Rəhmanovun əlindəki bıçaqla özünü müdafiə edərkən xəsarət yetirmiş olduğu şəxsin məhz həmin fotoşəkildəki şəxsin olduğunu bildirmişdir. O, göstərilən fotoşəkillər arasında hadisə zamanı Ramil Rəhmanovun bıçaqla özünü müdafiə edərkən xəsarət yetirdiyi Zərərçəkmiş şəxs2 burnunun formasına, çatmaqaşlığına, saçların düzülüşünə, eləcə də sərt baxışına görə digər şəxslərdən ayıraraq tanımışdır. (cild 04, iş vərəqə 144-147) 19 oktyabr 2021-ci il tarixli şəxsin fotoşəkil üzrə tanınmasının aparılması haqqında protokoldan görünür ki, Şahid3 təqdim edilən fotoşəkilləri nəzərdən keçirdikdən sonra həmin fotoşəkillərdə göstərilən şəxslərdən 3 rəqəmi ilə nömrələnmiş şəkili göstərərək bildirdi ki, həmin fotoşəkildə olan şəxs “VAZ 2121” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobildə hadisə yerinə gələrək Zərərçəkmiş şəxs1 yumruqla zərbə endirib sonuncunu yerə uzatmışdır. Lakin Şahid3 əlavə etdi ki, o, Zərərçəkmiş şəxs2 bıçaqlanma anını görmədiyi üçün göstərdiyi həmin şəxsin Zərərçəkmiş şəxs2 bıçaqla vurubvurmadığını bilmir. O, fotoşəkildə olan şəxsi üz əlamətlərinə, burunun formasına, saçlarının və saqqalının quruluşuna görə tanıdı. (cild 05, iş vərəqə 18-21) İş materiallarında olan Binəqədi RPİ-nin 6-cı polis bölməsinin 27 aprel 2021-ci il tarixli, 062-14371 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 hadisə iştirakçıları ilə aralarında əvvəllər hər hansı bir mübahisənin, münaqişənin və düşmənçiliyin olması faktı aşkar olunmamışdır. (cild 02, iş vərəqə 30) Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 03 aprel 2007-ci il tarixli, 000225 saylı şəhadətnaməsindən görünür ki, İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsi ünvan 5 ünvanında yerləşir. (cild 05, iş vərəqə 75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Zərərçəkmiş şəxs2 25 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinib, 1000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Həmçinin barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 221.3 və Gəncə Ağır Cinayətlər Məhkəməsində CM-nin 206.3.2-ci maddəsi ilə cinayət işləri olmuşdur. (cild 03, iş vərəqə 26-28) Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 13 sentyabr 2021-ci il tarixli 16/1-802ia saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 04, iş vərəqə 148) Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayonu sektorunun 16 avqust 2021-ci il tarixli, 4058 saylı arayışından görünür ki, Zərərçəkmiş şəxs1 Füzuli rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 1 ünvanında qeydiyyatdadır. (cild 04, iş vərəqə 10) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 01 iyun 2021-ci il tarixli, 4645 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. (cild 02, iş vərəqə 211) İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun 18 noyabr 2021ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmələrinə görə ********* nömrəli cinayət işindən AR CM-in 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və istintaq aidiyyatı üzrə göndərilmişdir. (cild 06, iş vərəqə 79-80) İş materiallarında olan hazırki cinayət işindən ayrılmış X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1277/2022 nömrəli qərarından görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş əməli AR CM-in 123.1-ci maddəsinə tövsif edilmiş, X21 AR CM-in 123.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və onun barəsində cinayət işi üzrə icraat dayandırılmışdır. Məhkəmə tərkibi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 10 aprel 2021-ci il tarixdə, saat 17:20 radələrində ictimai yerdə – Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Mədən ünvanında yerləşən İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin həyətində idarə etdiyi “X35” markalı, **-SH-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin təmirinin yekunlaşmasını gözləyərək ərazidə gəzişdiyi zaman ərazidə olan Zərərçəkmiş şəxs2 onun çiynindən asılmış qara rəngli çantasına diqqətlə baxmasına hiddətlənərək Zərərçəkmiş şəxs2 nəyə baxdığını soruşub, onun bu hərəkətini cüzi səbəb kimi bəhanə edərək, mübahisənin yaranmasına rəvac verməklə bu zaman həyətdəki “Mercedes-Benz Actros” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sükanı arxasında olan Zərərçəkmiş şəxs2 atası Zərərçəkmiş şəxs1 ona oğlu Cavadla mübahisə etməsini irad tutduğuna görə sonuncu ilə də heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb, özünün şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoyaraq, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərməklə, birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin bir çox işçilərinin və digər insanların iradlarına əhəmiyyət verməyib, əvvəlcə İltifat və Zərərçəkmiş şəxs2lərlə əlbəyaxa olmaqla onlara qarşı zor tətbiq etməyə çalışmış, sonra isə idarə etdiyi yük avtomobilinə tərəf qaçaraq oradan istintaqa məlum olmayan bıçaq götürüb həmin bıçaqdan silah qismində istifadə etməklə tətbiq etməyə çalışaraq üzərinə gələn Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vuracağı ilə hədələməyə başlamış, lakin ətrafda olan şəxslərin müdaxiləsi nəticəsində onların ilkin mübahisələrinin sakitləşməsinə baxmayaraq, bununla kifayətlənməyib xuliqanlıq hərəkətlərini davam etdirməyə çalışmaqla hadisə yerindən uzaqlaşmaq əvəzinə yuxarıda qeyd olunan ünvanda yerləşən İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin girişinə gələrək, burada Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 gözləmiş və həmin gün saat 17:45 radələrində sonuncuların “X34 Prado” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobildə hadisə yerindən çıxıb getmək istədiklərini gördükdən sonra qarşılarını kəsərək mübahisəni yenidən qızışdırmış, İltifat və Zərərçəkmiş şəxs2 çıxıb getmələrinə imkan verməyərək onların üzərinə hücum edib girişin qarşısında əlbəyaxa olmaqla Zərərçəkmiş şəxs2 üz nahiyəsindən yumruqla vuraraq, sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən burun sümüyünün az yerdəyişmiş sınığı ilə müşayiət olunan burun nahiyəsinin sıyrıqları və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən üzün sol gözaltı nahiyəsinin qançırı xəsarətlərini yetirdikdən sonra ətrafdakı şəxslərin onları ayırmasına baxmayaraq sakitləşməyib xuliqanlıq hərəkətlərini davam etdirib, yenidən İltifat və Zərərçəkmiş şəxs2lərin qarşısını kəsərək hadisə yerindən uzaqlaşmaqlarına maneə törətməklə əlində olan daş parçasını silah qismində istifadə edib tətbiq edərək, daşı Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə çırpmaqla sonuncuya sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, qarının sol yan divarının qançırı xəsarətini yetirmiş və daha sonra onu təqib edən Zərərçəkmiş şəxs2 yayınmaq məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında yerləşməklə “Ot Bazarı” kimi tanınan ot satışı məntəqəsinin istiqamətində qaçaraq həmin məntəqəyə çatdıqda mobil telefon vasitəsi ilə hadisə yerinə çağırdığı X21 və Təqsirləndirilən şəxs2 “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı və “Opel Corsa”, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillərdə ot satışı məntəqəsinin qarşısına gəldiklərini görüb həmin yerə qayıdaraq, Zərərçəkmiş şəxs1 yumruqla zərbə endirən, Zərərçəkmiş şəxs2 ona bıçaqla döş qəfəsinin sağ-yan səthinin və döş qəfəsinin sağ yarısının arxa səthinə daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralarından ibarət olan xəsarətlər yetirməsindən sonra, Zərərçəkmiş şəxs2 yenidən onun bədəninin həyat üçün əhəmiyyətli olan hissələrinə, o cümlədən ürək nahiyyəsinə doğru zərbələrini davam etdirməsini və onu öldürmək niyyətinin olmasını özündə dəqiqləşdirərək, əlində olan bıçaqla özünü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 bir dəfə bıçaqla xəsarət yetirməklə, sonuncunu zəruri müdafiə həddini aşmaqla qəsdən öldürən Ramil Rəhmanova və Zərərçəkmiş şəxs1 belindən tutaraq fənd işlətməklə yerə çırpan Təqsirləndirilən şəxs2 qoşularaq onlarla birlikdə bir qrup şəxs halında xuliqanlıq hərəkətlərini davam etdirib, X21 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə tərkibi həmçinin müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 10 aprel 2021ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Mədən ünvanında yerləşən İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin həyətində döyüldüyünə görə oraya ona köməyə gəlməsi barədə Təqsirləndirilən şəxs1 həmkəndlisi X12 etdiyi telefon zəngindən sonra idarə etdiyi “Opel Corsa” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə özü, onunla eyni vaxtda “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə Ramil Rəhmanov həmin gün saat 17:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında yerləşməklə “Ot Bazarı” kimi tanınan ot satışı məntəqəsinin qarşısına gələrək, Təqsirləndirilən şəxs1 arxasınca Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 gəldiklərini gördükdə, bunu cüzi səbəb kimi bəhanə etməklə hər ikisi idarə etdikləri avtomaşınları saxlayaraq avtomobillərdən yerə düşmüş və ətrafda çoxlu sayda tanımadıqları insanların olmasına baxmayaraq şəxsiyyətlərini başqalarının şəxsiyyətinin fövqündə qoyub, ictimai qaydalara açıq etinasızlıq, cəmiyyətə qarşı hörmətsizlik göstərərək, onların hadisə yerinə gəlməsindən əvvəl başladığı xuliqanlıq hərəkətlərini davam etdirən Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında öz fiziki gücünü və üstünlüklərini nümayiş etdirmək məqsədilə Ramil Rəhmanov idarə etdiyi “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilini Zərərçəkmiş şəxs1 qarşısında saxlayıb aşağı düşərək əli ilə Zərərçəkmiş şəxs1 sağ üz nahiyəsinə yumruq zərbəsi endirərək sonuncunu yerə yıxdıqdan sonra, Zərərçəkmiş şəxs2 Ramil Rəhmanova bıçaqla döş qəfəsinin sağ-yan səthinin və döş qəfəsinin sağ yarısının arxa səthinə daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralarından ibarət olan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs2 bıçaqla onun bədəninin həyat üçün əhəmiyyətli olan hissələrinə, o cümlədən ürək nahiyyəsinə doğru zərbələrini davam etdirməsini və onu öldürmək niyyətinin olmasını özündə dəqiqləşdirdikdən sonra əlində olan bıçaqla özünü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 bir dəfə bıçaqla vurmuş və sonuncunu zəruri müdafiə həddini aşmaqla qəsdən öldürmüş, Təqsirləndirilən şəxs2 da Qanuni nümayəndə istiqamətinə qaçaraq, həmin zaman ayağa qalxan Zərərçəkmiş şəxs1 itələmiş, daha sonra isə bununla kifayətlənməyib əyilərək Zərərçəkmiş şəxs1 bel nahiyəsindən tutub, fənd işlətməklə üzü üstə yerə çırparaq, sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla yüngül zərər vurmaya aid edilən üst dodağın əzilmiş yarası və dodağın selikli qişasına qansızma, üst çənədə bir ədəd dişin travmatik sınığı xəsarətlərini yetirmiş, özünün şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoyaraq, ictimai qaydalara açıq etinasızlıq, cəmiyyətə qarşı hörmətsizlik göstərərək, Təqsirləndirilən şəxs1 və X21 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə özlərini təqsirli bilməmələri barədə ifadələrinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onların ifadələri işin faktiki hallarına uyğun deyil və öz məsuliyyətlərini yüngülləşdirməyə yönəlmişdir. Onların məhkəmədə verdikləri ifadələri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələri və digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışıq qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsifedici əlamətlərinin mövcudluğundan asılı olaraq hər biri müstəqil cinayət kimi tövsif olunmalıdır. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrüfat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. (cild 03, iş vərəqə 29-30) İş materiallarında olan İmişli RİHB-nin Qaralar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 135) İş materiallarında olan “İmişli rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 04 noyabr 2021-ci il tarixli, 4608 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 “Şəkərli diabet tip 2, insulindən asılı” diaqnozu ilə ambulator qeydiyyatdadır. (cild 05, iş vərəqə 134) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmasını, “Şəkərli diabet tip 2, insulindən asılı” diaqnozu ilə ambulator qeydiyyatda olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 16 sentyabr 2021-ci il tarixli 16/1-821ia saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. (cild 04, iş vərəqə 162) İş materiallarında olan Balakən şəhəri İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. (cild 04, iş vərəqə 213) İş materiallarında olan Təqsirləndirilən şəxs2 tərəfindən Rusiyanın Tver şəhərindən Bakı şəhəri Binəqədi rayon Prokurorluğuna göndərilmiş xx.xx.2021-ci il tarixli teleqramdan görünür ki, o, axtarışda olmasından xəbərsiz şəkildə işləri ilə əlaqədar qanuni yolla ölkəni tərk etdiyini bildirərək, hazırda axtarışda olmasını bildikdən sonra 2-3 gün ərzində ölkəyə qayıdacağını öhdəsinə götürmüş və gələrək ibtidai istintaq orqanının qanuni tələblərinə tabe olmuşdur. (cild 04, iş vərəqə 90) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmasını, ölkə hüdudlarını tərk etməsinə baxmayaraq, axtarışda olmasını bildikdən sonra könüllü şəkildə geri qayıdaraq ibtidai istintaq orqanına və onun qanuni tələblərinə tabe olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-in ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində qeyd edilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan 11 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)- 341/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 aprel 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 54-55; 125-127) İş materiallarında olan 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, həbsdən azad edilmişdir. (cild 05, iş vərəqə 186-188) AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 11 aprel 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 06 ay 29 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 25 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, xüsusən, Təqsirləndirilən şəxs2 ölkə hüdudlarını tərk etməsinə baxmayaraq, axtarışda olmasını bildikdən sonra geri qayıdaraq ibtidai istintaq orqanına və onun qanuni tələblərinə tabe olmaqla, onun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmamasını nümayiş etdirməsini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, ona təqsirli bilindiyi AR CM-in 221.2.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 04, 113-114) Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. AR Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Odur ki, Təqsirləndirilən şəxs2 barəsində hökmün icrası onun yaşayış yeri üzrə üzrə AR Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. AR CM-in 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağın söykənəcək hissəsinin üzlüyü üzərindəki ləkənin yuyuntu ilə keçirildiyi bint kəsiyi və sürücünün bağlandığı kəmərdən kəsik hissə, hadisə yerindən götürülmüş bir ədəd qara rəngli ayaqqabı, bir ədəd papaq, bir ədəd kepka, bir ədəd dəmir parçası, bir ədəd qol saatı, bir ədəd böyük daş, 1, 2, 3, 4 rəqəmləri ilə işarələnmiş torpaq qırıntıları, bir ədəd taxta, bir ədəd laqonda daşı, bir ədəd plastmas qırıntısı, dörd ədəd kiçik daş, Zərərçəkmiş şəxs1 məxsus “X34 Prado” markalı avtomobildən götürülmüş qanabənzər maddə qaşıntısı, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd gödəkcə, bir ədəd köynək, bir ədəd cins şalvar, bir cüt ayaqqabı, bir ədəd çanta, mərhum Zərərçəkmiş şəxs2 məxsus jaket, qısaqol köynək, qolsuz mayka, idman şalvarı, alt tumanı, bir cüt corab və qan nümunəsi, “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş bir ədəd gödəkcə, bir ədəd cins şalvar və bir ədəd bıçaq, habelə X12 məxsus bir ədəd köynək cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduqlarından, həmin maddi sübutların taleyi məhkəmənin icraatında olan 1(101)-1277/2022 nömrəli dayandırılmış cinayət işi üzrə yekun qərar qəbul edilərkən həll edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 11 aprel 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 06 ay 29 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 02 il 01 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. AR CM-in 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində hökmün icrası yaşayış yeri üzrə AR Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağın söykənəcək hissəsinin üzlüyü üzərindəki ləkənin yuyuntu ilə keçirildiyi bint kəsiyi və sürücünün bağlandığı kəmərdən kəsik hissə, hadisə yerindən götürülmüş bir ədəd qara rəngli ayaqqabı, bir ədəd papaq, bir ədəd kepka, bir ədəd dəmir parçası, bir ədəd qol saatı, bir ədəd böyük daş, 1, 2, 3, 4 rəqəmləri ilə işarələnmiş torpaq qırıntıları, bir ədəd taxta, bir ədəd laqonda daşı, bir ədəd plastmas qırıntısı, dörd ədəd kiçik daş, Zərərçəkmiş şəxs1 məxsus “X34 Prado” markalı avtomobildən götürülmüş qanabənzər maddə qaşıntısı, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd gödəkcə, bir ədəd köynək, bir ədəd cins şalvar, bir cüt ayaqqabı, bir ədəd çanta, mərhum Zərərçəkmiş şəxs2 məxsus jaket, qısaqol köynək, qolsuz mayka, idman şalvarı, alt tumanı, bir cüt corab və qan nümunəsi, “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş bir ədəd gödəkcə, bir ədəd cins şalvar və bir ədəd bıçaq, habelə X12 məxsus bir ədəd köynək cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduqlarından, həmin maddi sübutların taleyi məhkəmənin icraatında olan 1(101)-1277/2022 nömrəli dayandırılmış cinayət işi üzrə yekun qərar qəbul edilərkən həll edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə :

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar