Məhkəmə qərarları › İş №1(101)-439/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-439/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-439/2023 10.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun atası olan qanuni nümayəndəsi Qanuni nümayəndə3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2003-cü il mayın 05-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məcburi köçkün olan, əvvəllər məhkum olunmamış, işləməmiş, Ağdam rayonunun Bənövşə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanındakı yataqxanada məskunlaşaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ordubadi küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1.-ci, 126.2.4.-cü və 221.3.cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən iki şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, istintaqla müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs dostu X16 ilə bir qrup şəxs halında 2021-ci il aprelin 11-də saat 17:17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, 149 ünvanında yerləşən «Təhsil Nəşriyyat Evi»nin inzibati binasının arxasında Zərərçəkmiş şəxs1 ona söz atmasını bəhanə gətirib heç bir əsaslı səbəb olmadan insanlar arasında bərqarar olmuş davranış qaydalarını qərəzli surətdə pozan hallara yol verməklə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən silah qismində istifadə olunan bıçaqla qərəzli xuliqanlıq hərəkətləri edib X16 ilə bir qrup şəxs halında sonuncunun üzərində gəzdirdiyi bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 on iki barmaq bağırsağın, mədənin, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarından qarın boşluğuna nüfuz etməklə bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnərək insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 diafraqmanın, peritonun, qaraciyərin zədələnməsi və hemopnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin sağ ön divarından döş və qarın boşluğuna nüfuz edib bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnməklə ümumilikdə və ayrı-ayrılıqda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməsinə nail olduqdan sonra hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 yumruq və təpik zərbələri ilə sağ təpə nahiyəsinin əzilmiş yarası, sol göz ətrafının qançırı və konyuktiva qişası altına qansızması ilə nəticələnib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sol əlin 1-ci və 2-ci barmaqlarının sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduundan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci, 126.2.4.-cü və 221.3.-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməklə ifadəsində 2003-cü il 05 may təvəllüdlü olaraq yetkinlik yaşına çatmadığı dövrdə, 2021-ci il aprelin 11-də saat 14 radələrində Şahid3 adlı şəxsin icarə götürdüyü, Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, 149 ünvanındakı qəssabxanada işləyən dostu X11 yanına gəldiyini, saat 15 radələrində Qurbanın Sahilə mağazaya nəzarət etməyi tapşırıb işi olduğu üçün getdiyini, saat 16 radələrində onun üzbəüzdə yerləşən «Çinar» marketinin yaxıqlığındakı kafenin tualetindən istifadə etməkdən ötrü uzaqlaşdığını, bir neçə dəqqiqədən sonra qayıdarkən arxadan kiminsə «ayə» deməklə qışqırdığını eşitdikdə nə baş verdiyini soruşduğunu, geriyə dönərək məsələni aydınlaşdırmaq üçün yolun kənarında olan dörd nəfər oğlanın yanına doğru irəliləyib sonuncularla söhbət etməyə başladığını, Sahilin də nə baş verdiyini öyrənməkdən ötrü yolu keçməklə onlara tərəf addımladığını, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 Sahillə qarşılıqlı razılaşmalarına əsasən hamının «Təhsil Nəşriyyat Evi»nin arxasına keçdiyini, orada Ramiz onunla mübahisə etdiyi zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 qəflətən ona tərəf gələrək yumruqla onun sifət nahiyəsindən bir zərbə vuranda onun da eyni formada cavab verdiyini, daha sonra Ramizin onun üstünə cumub yumruq zərbələri vurduğunu, o, sonuncunu divara söykədikdə Ramizin əlindən çıxmaqla qaçdığını, Sahil sonuncuya badalaq verərək yerə yıxanda onun yaxınlaşdığını və yerdə uzanıqlı vəziyyətdə olan Ramizin sifət nahiyəsindən təpiklə vurduğunu, sonradan Sahilin sol əlində gördüyü bıçağı alıb yerə atarkən ehtiyatsızlıqdan sağ əlini kəsdiyini və Sahillə birlikdə hadisə yerini tərk etdiyini, onun heç kimə bıçaqla xəsarət yetirmədiyini, davanın Ramizin ona söz atması səbəbindən baş verdiyini, o, Ramizlə əlbəyaxa olduğundan Sahilin nə vaxt və hansı şəraitdə Ramizi və Firuzu bıçaqla vurduğunu görmədiyini, hazırda zərər çəkmiş şəxslərlə barışıq əldə etdiyini göstərdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən 2004-cü il 06 dekabr təvəllüdlü Zərərçəkmiş şəxs2 ifadəsində yetkinlik yaşına çatmadığı dövrdə, yəni 2021-ci il aprelin 11də saat 16 radələrində dostu Zərərçəkmiş şəxs1 ilə yaşadığı binanın həyətində görüşməklə «777» adlı çay evinə getməyi qərarlaşdıraraq Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi ilə piyada addımlayarkən yolda onlara qoşulan Şahid1 və Ramizin qohumu Şahid4 ilə danışıb zarafatlaşmalarını, bu zaman küçələrin kəsişməsində olan «Bərdəlinin ət dükanı»nın qarşısında adlarını sonradan bildiyi X12 və Təqsirləndirilən şəxs gördüklərini, sonuncu «nəyə görə bizə baxmaqla gülürsünüz?» soruşduqda Ramiz Kamrana gülmədiklərini desə də oğlan sözlərini təkrarladığından aralarında münaqişə yarandığını, onların Sahilin təklifi ilə razılaşaraq səs-küy yaranmaması üçün yaxınlıqdakı «Təhsil Nəşriyyat Evi»nin arxasına keçdiklərini, orada Kamranın Ramizlə mübahisə etdiyi vaxt Sahil qəssabxanaya girib bıçaqla geri qayıtdığından onun Sahilə bıçağı dükana qoymasını bildirməklə sonuncudan ayrılmaqla Kamranla Ramizə yaxınlaşanda Muradla Kənanın kənarda dayanaraq onlara baxdıqlarını, Kamranla Ramizin dalaşdıqlarını görüb sakitləşmələrini dedikdə Sahilin kəlləsi ilə onun çənəsinə zərbə endirdiyini, onun da cavabında sağ əli ilə sonuncunun sifətinə vurduğunu, Sahil qaçmaq istəyəndə Ramizin Sahili təqib etdiyini, birdən sağ qoltuqaltı nahiyəsinə yaxın yerdən bərk zərbə dəydikdə o, Sahilin bıçaqla xəsarət yetirdiyini və bədəninin sağ tərəfindən qan gəldiyini gördüyündən Ramizə və Murada «qaçın» qışqırmaqla yerə yıxıldığını, Sahilin qəflətən Kamranla Ramizə yaxınlaşaraq əlində tutduğu bıçaqla sonuncunun qarnına zərbələr endirməyə başladığını, həmin zaman Kamranın ona tərəf gəlib yumruqla sifətinə vurduğunu, bir azdan Sahilin də Kamrana qoşulduğunu, sonuncuların ona iki-üç təpik vurandan sonra ət dükanının arxası ilə hadisə yerindən qaçdıqlarını, Kamranın ona və Ramizə bıçaqla xəsarətlər yetirmədiyini, hazırda təqsirləndirilən şəxslə barışdığını göstərdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən 2005-ci il 14 oktyabr təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə oxşar ifadə verməklə yanaşı əlavə olaraq X11 ona bıçaqla zərbə yetirdikdən sonra huşunu itirdiyindən hadisəni xatırlamadığını, Təqsirləndirilən şəxs ona və Firuza bıçaqla xəsarətlər yetirmədiyini, hazırda təqsirləndirilən şəxslə barışdığını göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə uyğun ifadə verib bununla yanaşı 2021-ci il aprelin 11-də saat 16 radələrində yaranan münaqisə vaxtı Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, 149 ünvanında yerləşən «Təhsil Nəşriyyat Evi»nin inzibati binasının arxasında sonuncuya və Ramiz Ramil oğlu X2 adlı şəxs bıçaqla zərbələr endirməklə xəsarətlər yetirəndə sonuncunun yanında olan Təqsirləndirilən şəxs adlı şəxsin bıçaqlamada iştirak etmədiyini və öz hərəkətləri ilə buna şərait yaratmadığını, Ramizin, Firuzun və Kamranın sözlə mübahisələri davaya çevrildikdə sonuncunun dalaşaraq Ramizla Firuzə qarşı bıçaqdan istifadə etmədiyini göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, 149 ünvanındakı qəssabxananı işlətdiyini, xalası oğlu X11 hərdən dükana gəlib-getdiyini, bir dəfə də sonuncunun dostu Təqsirləndirilən şəxs qəssabxanada gördüyünü, 2021-ci il aprelin 11-də saat 14-15 radələrində dükana gələn Sahilə və Kamrana saat 16-17 radələrində işi olduğunu deməklə qəssabxanaya nəzarət etməyi tapşıraraq getdiyini, bir saatdan sonra qayıdanda dükanda polislər və mülki adamların toplaşmalarını görüb maraqlandıqda Sahillə Kamranın iki nəfər yoldan ötən oğlanla dalaşmaqla xalası oğlunun göstərilən oğlanları qəssabxanadan götürdüyü bıçaqla vuraraq xəsarətlər yetirdiyini öyrəndiyini göstərdi. Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Şahid2 ibtidai istintaqda şahid qismində dindirilərkən özünə məxsus «Mercedes Benz» markalı 10-CY032 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, X21 ilə FaiqYusifov küçələrinin kəsişməsində yerləşən ət dükanının yanından müştəriləri götürməklə istədikləri ünvanlara çatdıraraq dolandığını, 2021-ci il aprelin 11-də saat 17 radələrində avtomaşının yanında durduğu zaman X16 və Təqsirləndirilən şəxs adlı şəxslərin tanımadığı dörd nəfər cavan uşaqla söhbət edə-edə «Təhsil Nəşriyyat Evi»nin arxasına arxasına keçdiklərini, oğlanların aqressiv davranmalarını görüb arxalarınca getməklə sakitləşmələrini bildirərək geri qayıtdığını, beş dəqiqədən sonra həmin cavan uşaqlarının ona tərəf qaçdıqlarını, Sahillə Kamranın da onların dalınca düşdüklərini, Sahilin qaçanlardan birinə badalaq vurub yerə yıxdığını, Kamranın isə yerdəki şəxsin baş nahiyəsindən ayağı ilə zərbə endirdiyini müşahidə etdiyini, Sahilin əlində bıçaq gördüyündən sonuncunu qolundan tutması nəticəsində Sahilin bıçağı yerə atdığını, yerdə uzanan şəxslərin qarın nahiyələrində qan izləri nəzərinə çarpdığına görə Sahili buraxmaqla DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini göstərmişdir (2-ci cild, iş vərəqi 221-222). Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən 2008-ci il 18 sentyabr təvəllüdlü olaraq yetkinlik yaşına çatmayan Şahid4 ibtidai istintaqda şahid qismində dindirilərkən Şahid1 ilə eyni ifadə vermişdir (2-ci cild, iş vərəqi 57-60). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 11 aprel tarixli raportun kserosurətindən görünür ki, Şahid2 həmin tarixdə saat 17:22-də zəng vuraraq Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsində iki nəfər şəxsin bıçaqlanması barədə məlumat vermişdir (1-ci cild, iş vərəqi 12). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 11 aprel tarixli protokolun kserosurətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, 149 ünvanında yerləşən «Təhsil Nəşriyyat Evi»nin inzibati binasının arxasındakı hadisə yerinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet aşkarlanmamış, göstərilən ərazini müşahidə edən kamera görüntülərinə baxış vaxtı 2021-ci il aprelin 11-də saat 17:17-dən saat 17:26-dək iki nəfər şəxsin kəsici-deşici alətlə xəsarət alması, altı nəfər şəxsin mübahisə və dava etmələri müəyyənləşdirilmiş, fotoşəkillərin təsdiq olunmuş kserosurətləri protokolun kserosurətinə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 13-21). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 11 aprel tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi olan Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı Aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının məsləhətçi-psixoloqu X13 iştirakı ilə həmin tarixdə saat 23:40-da Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun atası X5 məlumat verilmiş, heç bir ərizə, şikayət və vəsatət daxil olmamışdır (iş vərəqi 60). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 12 aprel tarixli qərarından və eyni tarixdə tərtib etdiyi protokolun kserosurətindən görünür ki, X16 ifadəsinin yerində yoxlanması vaxtı Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, 149 ünvanında yerləşən qəssabxanadakı zibil yeşiyindən çıxarıb təqdim etdiyini bir ədəd bıçaq götürülmüş, fotoşəkillərin təsdiq olunmuş kserosurətləri protokolun kserosurətinə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 79-90). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 13 aprel tarixli protokolların kserosurətlərindən görünür ki, 3 saylı Şəhər Klinik Xəstəxanasından zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus ağ rəngli qısaqol köynək, Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli mayka götürülmüşdür (1-ci cild, iş vərəqi 132-137). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 13 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 153-154). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 13 aprel tarixli qərarından və eyni tarixli iltizamından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 164-166). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 16 aprel tarixli 220 nömrəli ekspert rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər – alının sağ yan səthiin şişkinli hematoması küt əşyanın, sağ əlin 1-4-5-ci barmaqlarının səthi kəsilmiş yaraları isə deşicikəsici alətin, ola bilsin, bıçağın təsirindən törənməklə müddəti 2021-ci il aprelin 11-nə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir (1-ci cild, iş vərəqi 211-212). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyunun 08-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 220 «a»). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 05 iyun tarixli 278 nömrəli rəyinin kserosurətindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər – diafraqmanın, peritonun, qaraciyərin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ ön divarından döş və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşicikəsici alətin, ola bilsin, bıçağın tiyəsinin təsirindən törənməklə müddəti 2021-ci il aprelin 11-nə uyğundur, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (1-ci cild, iş vərəqi 222-224). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 09 iyun tarixli 314 nömrəli rəyinin kserosurətindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər – on iki barmaq bağırsağın, mədənin, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin, bıçağın tiyəsinin, sağ təpə nahiyyəsinin əzilmiş yarası, sol göz ətrafının qançırı və konyuktiva qişası altına qansızma, sol əlin 1-ci və 2-ci barmaqlarının sıyrıqları küt əşyanın təsirindən törənməklə müddəti 2021-ci il aprelin 11-nə uyğundur, dərəcəsinə görə on iki barmaq bağırsağın, mədənin, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya, sağ təpə nahiyəsinin əzilmiş yarası, sol göz ətrafının qançırı və konyuktiva qişası altına qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olmaqla sol əlin 2-ci və 1-ci barmağının sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir (1-ci cild, iş vərəqi 226-228). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 04 iyul tarixli protokolun kserosurətindən görünür ki, «CAM 31» müşahidə kamerasının qeydə aldığı videoyazı məlumatlarına baxış zamanı 2021-ci il aprelin 11-də saat 17:17:06-da X11, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid1 və Şahid4 Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, 149 ünvanında yerləşən «Təhsil Nəşriyyat Evi»nin arxasına gələrək orada Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 söhbət etmələri, saat 17:18:31-də sonuncuların sola doğru hərəkət edib görüntüdən itməklə digərlərinin yerində qalmaları, saat 17:19:00-da X11 və yanındakı şəxsin söhbət edə-edə sağa doğru hərəkət edərək saat 17:19:14-də sağa dönüb görüntüdən itmələri, Zərərçəkmiş şəxs2 və sonuncunun yanında olan şəxslərin də sol istiqamətə hərəkət etməklə görüntüdən itmələri, saat 17:20:05-də X11 geri qayıtması, saat 17:20:39-da sonuncunun və Zərərçəkmiş şəxs2 sağa doğru hərəkət edərək görüntüdən itmələri, saat 17:22:15-də X11 və Zərərçəkmiş şəxs2 geri qayıdıb sola doğru hərəkət etməklə görüntüdən itmələri, saat 17:24:23-də X3 ayağı ilə Zərərçəkmiş şəxs1 sağ ayağından badalaq vuraraq yerə yıxması və saat 17:24:25-də X11 yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 sağ ayağı ilə zərbə endirməsi, saat 17:24:26-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 baş nahiyəsindən sol ayağı ilə zərbə endirməsi nəticəsində sonuncunun yerə yıxılıb hərəkətsiz qalması, saat 17:24:28-də X4 yumruğu ilə Zərərçəkmiş şəxs2 üz nahiyəsindən zərbə endirməsi, daha sonra X11 və Təqsirləndirilən şəxs oradan uzaqlaşmaları, saat 17:26:14-də hadisə yerinə polis əməkdaşlarının gəlmələri aşkarlanmış; «CAM 17» müşahidə kamerasının qeydə aldığı videoyazı məlumatlarına baxış vaxtı 2021-ci il aprelin 11-də saat 17:23:46-da Sahil Aqil oğlu X9 Xasıyevi sol əlində olan bıçaqla vurması, saat 17:24:07-də X4 əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 ilə mübahisə etməsi, saat 17:24:13-də Sahil Aqil oğlu X10 Quliyevin kürək nahiyəsindən həmin bıçağın dəstəyi ilə zərbə endirməsi müəyyən edilmiş, fotocədvəlin təsdiq olunmuş kserosurətləri protokolun kserosurətinə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 250-259). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin 2021-ci il 02 iyul tarixli 421/2021-MTBŞ nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs1 qan qrupu AB0 sistemi üzrə B alfa (İİİ), Zərərçəkmiş şəxs2 qan qrupu AB0 sistemi üzrə A beta (İİ) olmaqla tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus köynək üzərindəki insan qanı ləkələri B alfa (İİİ) qruplu şəxsə, o cümlədən sonuncuya aid ola bilər; Zərərçəkmiş şəxs2 məxsus mayka üzərindəki insan qanı ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən sonuncuya aid ola bilər, bıçaq üzərində olan insan qanı ləkələrində AB0 sistemi üzrə qrup mənsubiyyəti təyin olunaraq ləkələrdə A və B antigenləri alındıqda göstərilən ləkələr AB (İV) qruplu bir şəxsə məxsus ola bilər, lakin qanın qarışmış olduğu halda isə A beta (İİ), B alfa (İİİ) və AB(İV) qruplu şəxslərin, o cümlədən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarışmış qanının olması inkar olunmur (2-ci cild, iş vərəqi 18-21). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin 2021-ci il 06 iyul tarixli 289/2021-MTKŞ nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus məxsus köynəyin ön hissəsinin orta-aşağı nahiyəsində aşkarlanan bir ədəd deşilmiş-kəsilmiş və Zərərçəkmiş şəxs2 məxsus maykanın sağ qoltuqaltı nahiyəsində aşkarlanan bir ədəd deşilmiş-kəsilmiş zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlməklə tədqiqata təqdim edilən bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur; qeyd olunan bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı olmaqla soyuq silah hesab edilmir, fotocədvəlin təsdiq olunmuş kserosurəti rəyin kserosurətinə əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 23-26). İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin 2021-ci il 13 avqust tarixli 986 nömrəli və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin 2021-ci il N sentyabr tarixli 3761 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət keçmək üçün 2021-ci il iyulun 22-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissəyə təhvil verilmişdir, hazırda hərbi hissələrin birində həqiqi hərbi xidmətdə olmasını nəzərə alaraq istintaq hərəkətlərinin keçirilməsi üçün əsgər Təqsirləndirilən şəxs Bakı şəhərinin Nərimanov Rayon Polis İdarəsinə göndərilməsi mümkün deyildir (2-ci cild, iş vərəqi 49 və 103). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 29 sentyabr tarixli sübutların qiymətləndirilməsi haqqında qərarının kserosurətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci maddəsindən həmin Məcəllənin 126.2.1.ci, 126.2.4.-cü və 221.3.-cü maddələrinə tövsif edilib sonuncu barəsində cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması qərara alınmışdır (2-ci cild, iş vərəqi 67- 84). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 30 iyun tarixli protokoldan görünür ki, barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbirinin şərtlərini pozaraq istintaq orqanından gizlənən Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 16:10-da tutulmuş, bu barədə valideynlərinə məlumat verilmişdir (2-ci cild, iş vərəqi 128-130). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 01 iyul tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci, 126.2.4.-cü və 221.3.-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd olunan maddələrdə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir (2-ci cild, iş vərəqi 131-133). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2022-ci il 01 iyul tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci, 126.2.4.-cü və 221.3.-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il iyunun 30-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (2-ci cild, iş vərəqi 151-155). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik ekspertizasına dair 2022-ci il 23 iyul tarixli 1923 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild, iş vərəqi 174-175). İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 18 yanvar tarixli hökmünün surətindən görünür ki, X16 Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci və 126.2.4.-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən sonuncuya təyin olunan cəzalar qismən toplanmaqla X16 qəti olaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CMnin 69.3.-cü maddəsi əsasında sonuncunun hökm elan edilənədək həbsdə saxlanıldığı 09 ay 07 gün müddət ona təyin edilən 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 il 02 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, X16 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunan cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuşdur (2-ci cild, iş vərəqi 190-202). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 05 aprel tarixli qərarının surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 18 yanvar tarixli hökmü dəyişdirilməklə X16 barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci və 70-ci maddələrinin tətbiq olunmasına dair müddəalar hökmdən xaric edilmiş, sonuncuya Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci və 126.2.4.-cü maddələri ilə 06 il müddətinə, Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən X14 təyin olunan cəzalar qismən toplanmaqla sonuncu qəti olaraq 06 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsi əsasında X11 həbsdə saxlanıldığı 09 ay 07 gün müddət ona təyin edilən azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 il 05 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır (2-ci cild, iş vərəqi 203-210). İş materiallarındakı Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu Rayon sektorunun tərtib etdiyi 2022-ci il 29 avqust tarixli 1518 №-li arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Ağdam rayonundan məcburi köçkün olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov, 4 ünvanındakı Bakı Texniki Kollecinin yataqxanasında müvəqqəti məskunlaşan Təqsirləndirilən şəxs barəsində həmin dövrdə hər hansı şikayət daxil olmamışdır (2-ci cild, iş vərəqi 243-244). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 13 sentyabr və 2022-ci il 14 sentyabr tarixli protokollardan görünür ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən birincisi və ikincisi ifadələrini təsdiq etmişlər, sonuncu onların dedikləri ilə qismən razılaşıb mübahisənin başlamasına Ramizin səbəb olduğunu, sonuncu ilə mübahisə edərkən Firuzun qəflətən yaxınlaşıb Kamranın üzünə yumruq atdığına görə Firuza eyni şəkildə cavab verdiyini, X11 Ramizə badalaq verib yıxmasından sonra sonuncunun sifətinə təpik zərbəsi vurduğunu, Sahilin Ramizi və Firuzu bıçaqla vurduğunu görmədiyini göstərmişdir (2-ci cild, iş vərəqi 250-256). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 14 sentyabr tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci, 126.2.4.-cü və 221.3.-cü maddələri ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus maykanın və Zərərçəkmiş şəxs2 məxsus köynəyin, hadisənin törədilməsində istifadə olunan bir ədəd bıçağın və hadisənin videogörüntülərinin olduğu bir ədəd DVD diskinin maddi sübut kimi tanınması nəzərə alınmışdır (2-ci cild, iş vərəqi 257-271). Məhkəməyə təqdim olunan 2022-ci il 26 dekabr tarixli ərizələrdən görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmışlar, sonuncuya qarşı heç bir şikayətləri və tələbləri yoxdur və olmayacaqdır. Cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, aralarında olan mübahisə ilə bağlı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə dalaşarkən hazırki cinayət işi üzrə X16 yaxınlıqda olan dükandan bıçaq götürüb hadisə yerinə gələrək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla vurmaqla xəsarət yetirmiş, daha sonra Təqsirləndirilən şəxs ayağı ilə yerə yıxılmış Zərərçəkmiş şəxs1 baş nahiyəsindən zərbə endirmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs digər təqsirləndirilən şəxs X11 zərər çəkmiş şəxslərə bıçaq xəsarətləri yetirməsi hadisəsində onunla eyni niyyətdə olması, bıçaqla xəsarətlərin yetirilməsi üçün ona hər hansı şərait yaratması, hər hansı formada köməklik etməsi, ümumi mənafeyə xidmət edən hərəkələrə yol verməsi müəyyən edilmir. Həmçinin Təqsirləndirilən şəxs digər təqsirləndirilən şəxs X11 zərər çəkmiş şəxslərə bıçaqla xəsarətlərin yetirilməsi üçün hər hansı alətin (hazırki iş üzrə bıçağın) əldə edilməsi və ya əldə ediləcəyi və göstərilən bıçaqla hadisə törədiləcəyi barədə əvvəlcədən məlumatının olması da müəyyən edilmir. Bütün bunlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs X16 zərər çəkmiş şəxslərə bıçaqla xəsarətlər yetirməsi hadisəsində ümumi niyyətlə əhatə olmayan hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsini (icraçının ekstsessi) tənzimləyən 35-ci maddəsində də iştirakçıların əməllərinin müstəqil deyil, icraçının törətmiş olduğu cinayətdən asılı olduğu göstərilmişdir. Bu maddənin mənasına görə, icraçı cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan, ümumi niyyətdən kənara çıxan hərəkətlər etdikdə digər iştirakçılar onun həmin (ümumi niyyətdən kənara çıxan) hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarının 5-ci bəndinə əsasən, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. İştirakçılığın obyektiv əlamətlərinə – cinayətin hər bir iştirakçısının hərəkətinin digər iştirakçının edəcəyi hərəkətə kömək etməsi, bütün iştirakçıların hərəkətinin vahid nəticəyə doğru istiqamətlənməsi, iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması, subyektiv əlamətlərinə – hər bir iştirakıçının yol verdiyi hərəkətin ictimai təhlükəliliyini dərk etməsi, belə fəaliyyətdə iştirak edən ən azı ikinci şəxsin də əməlinin kriminal xarakterinin dərk edilməsi, baş verəcək ictimai təhlükəli nəticəni, onun faktiki hallarının bütün iştirakçılar tərəfindən dərk edilməsi, hər bir iştirakçının birgə fəaliyyətdə törədəcəyi əməli arzu etməsi, hər bir iştirakçının baş verəcək nəticəni arzu etməsi kimi ünsürlər daxildir. Vahid cinayətkar nəticə (maddi tərkibli cinayətlər üçün) iştirakçılığın obyektiv tərəfinin əlamətidir. O, iştirakçılığın növlərindən asılı olmayaraq bütün iştirakçıların müştərək səyləri nəticəsində əldə olunur, yəni birgə hərəkət (hərəkətsizlik) ümumi və hər kəs üçün ictimai təhlükəli əhəmiyyət kəsb edən vahid cinayətkar nəticəyə gətirib çıxarır. Səbəbli əlaqə isə bütün iştirakçıların müştərək hərəkətləri ilə vahid cinayətkar nəticə arasında olan obyektiv əlaqə kimi çıxış edir. Burada qeyd olunmalıdır ki, iştirakçılıqla törədilən cinayət əməlində səbəbli əlaqə icraçının hərəkətləri ilə ictimai təhlükəli nəticə arasında olan obyektiv əlaqəni nəzərdə tutmur. Sözügedən əlaqənin xüsusiyyəti cinayət tərkibinin əlamətləri çərçivəsindən kənar hərəkət edən (cinayətin obyektiv tərəfini icra etməyən), Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3.-32.5-ci maddələrində göstərilən təhrikçi, təşkilatçı və köməkçi ilə (mürəkkəb iştirakçılıq) icraçının hərəkətləri arasındakı obyektiv əlaqədən ibarətdir. Lakin hazırki iş üzrə Təqsirləndirilən şəxs digər təqsirləndirilən şəxs X16 tərəfindən bıçaq əldə etməsi, sonuncunun üzərində olan bıçaqdan istifadə etməyi planlaşdırması barədə əvvəlcədən məlumatının olması, eləcə də X11 həmin bıçaqdan istifadə etməklə zərər çəkmiş şəxslərə xəsarət yetirməsində ifadə olunan ictimai təhlükəli nəticənin ümumi olması, hər birinin əməli ilə kriminal nəticə arasında səbəbli əlaqənin olması, birinin hərəkəti ilə digəri üçün şərait yaratması, Təqsirləndirilən şəxs hər hansı hərəkətinin digər təqsirləndirilən şəxs X11 bıçaq tətbiq etməklə zərər çəkmiş şəxslərə xəsarət yetirməsi cinayət əməlini törətməsini şərtləndirməsi, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərin müqavimətlərinin qırılması ilə əlaqədar hər hansı hərəkətə yol verməsi və ya şərait yaratması kimi halların olması müəyyən edilməmişdir. Şərh edilən hallar hər iki təqsirləndirilən şəxsin yol verdikləri hərəkətin ictimai təhlükəliliyini, əməllərinin kriminal xarakterinin, baş verəcək ictimai təhlükəli nəticəni, onun faktiki hallarını dərk etmələrini, birgə fəaliyyətdə törətdikləri əməli, baş verəcək nəticəni arzu etmələrini deməyə əsas vermir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci və 126.2.4.-cü maddələrinin obyektiv cəhəti «Sahil Kərimovla bir qrup şəxs halında sonuncunun üzərində gəzdirdiyi bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığa ağır zərər vuran xəsarət yetirmişdir» kimi təsvir edilmişdir ki, həmin xəsarətlərin konkret olaraq X16 tərəfindən yetirilməsi anlaşılır. Baxmayaraq ki, X16 barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 18 yanvar tarixli hökmündə zərər çəkmiş şəxslərdə aşkar edilmiş ağır bədən xəsarətlərinin X11 üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən yetirməsi müəyyən edilmişdir, hazırki ittihamın qeyri-müəyyən olması aşkar görünür. Eləcə də ittihamda Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 yumruq və təpik zərbələri ilə sağ təpə nahiyəsinin əzilmiş yarası, sol göz ətrafının qançırı və konyuktiva qişası altına qansızması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sol əlin 2-ci və 1-ci barmağının sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdiyi göstərilsə də X16 barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 18 yanvar tarixli hökmündə Zərərçəkmiş şəxs1 aşkar edilmiş sağ təpə nahiyəsinin əzilmiş yarası, sol göz ətrafının qançırı və konyuktiva qişası altına qansızması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sol əlin 2-ci və 1-ci barmağının sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətlərin X16 tərəfindən yetirilməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair» 2020-ci il tarixli 08 yanvar qərarı ilə həmin hökmün hazırki cinayət işi üzrə preyudisial əhəmiyyətə malik olmadığı müəyyən edilir. Belə ki, həmin qərarın nəticə hissəsinin 1-ci və 2-ci bəndlərində göstərilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Beləliklə, yuxarıda şərh edilən sübutlara əsasən müəyyən edilmişdir ki, X16 dostu X16 ilə bir qrup şəxs halında 2021-ci il aprel 11-də saat 17:17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, 149 ünvanında yerləşən «Təhsil nəşriyyat evi»nin inzibati binasının arxasında Zərərçəkmiş şəxs1 ona söz atmasını bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan insanlar arasında bərqarar olmuş davranış qaydalarını qərəzli surətdə pozan hallara yol verməklə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs1 yumruq və təpik zərbələri ilə sağ təpə nahiyəsinin əzilmiş yarası, sol göz ətrafının qançırı və konyuktiva qişası altına qansızması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sol əlin 2-ci və 1-ci barmağının sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, ümumi niyyətdən kənara çıxan X16 üzərində gəzdirdiyi, silah qismində istifadə edilən bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs1 on iki barmaq bağırsağının, mədənin, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunaraq qarnın ön divarından qarm boşluğuna nüfuz etməklə bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnib həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər, yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs2 isə diafraqmanm, peritonun, qaraciyərin zədələnməsi və hemopnevmotoraks ilə müşayiət olunaraq döş qəfəsinin sağ ön divarından döş və qarm boşluğuna nüfuz etməklə bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnib ümumilikdə və ayrı-ayrılıqda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini, yəni bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci, 126.2.4.cü və 221.3.-cü maddələri ilə tövsif olunması yanlışdır. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci, 126.2.4.-cü və 221.3.-cü maddələrində nəzərdə tutulan ittihamı elan edərkən onu əsas götürmüşdür ki, o, yetkinlik yaşına çatmadığı dövrdə dostu X16 ilə bir qrup şəxs halında sonuncunun üzərində gəzdirdiyi bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs1 həmçinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmə kimi qiymətləndirərək bunu ümumi fikirlə əsaslandırmış, sonuncunun cinayət əməlini Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci, 126.2.4.-cü və 221.3.-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, iş üzrə şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmişdir. Azərbaycan Respublikasının CM-nin 34.1.-ci maddəinə əsassən, qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 №-li qərarının 5ci bəndinə uyğun olaraq, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2004-cü il 24 mart tarixli 1 №-li qərarının 5-ci bəndinə əsasən, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Bu əsasla, dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci və 126.2.4.-cü maddələr ilə irəli sürülmüş ittihamdan imtina etməklə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə olan ittiham üzrə əməlin həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməsini təklif etmişdir. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci və 126.2.4.-cü maddələr ilə irəli sürülmüş ittihama xitam verilməli, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə olan ittiham üzrə əməli Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi CM-nin 221.2.1.-ci maddəsində nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadğı dövrdə törətməsinin, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, məcburi köçkünlüyünü, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.2.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhərinin Nərimanov Rayon Polis İdarəsinə təhvil verilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus maykanın və Zərərçəkmiş şəxs2 məxsus köynəyin, hadisənin törədilməsində istifadə olunan bir ədəd bıçağın məhv edilməsi, hadisənin videogörüntülərinin olduğu bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması məsələsi X16 barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 18 yanvar tarixli hökmü ilə həll olunması nəzərə alınmalıdır. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs 55 iş saatı ərzində göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 330 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il iyunun 30-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci və 126.2.4.-cü maddələrində nəzərdə tutulmuş cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2022-ci il iyunun 30-dan hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 330 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə təhvil verilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus maykanın və Zərərçəkmiş şəxs2 məxsus köynəyin, hadisənin törədilməsində istifadə olunan bir ədəd bıçağın məhv edilməsi, hadisənin videogörüntülərinin olduğu bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması məsələsi X16 barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 18 yanvar tarixli hökmü ilə həll olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar