Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-44/2023 25.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9 və X7 Zərərçəkmiş şəxs X1, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs X6 hüquqi varisi Zərərçəkmiş şəxs1, Müdafiəçi: Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1978-ci ildə, Şamaxı rayonun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış və məhkumluğu olmayan, Qobustan rayonun Nabur kəndində qeydiyyatda olmaqla faktiki Abşeron rayonu, Müşfiq qəsəbəsi, 28 may küçəsi, fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz olaraq öz xeyrinə ələ keçirmək məqsədilə özünü vəzifəli şəxslərin tanışı və bu sahədə nüfuzlu şəxs kimi təqdim edib X2 məktəblərin birinə direktor təyin edəcəyinə yalan vəd verərək sonuncunu aldatmış, 2012-ci ilin aprel ayında yaşamış olduğu Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsində yerləşən evin həyətindəki gözəllik salonunda onun ümumilikdə külli miqdarda olmaqla 20000 manat məbləğində pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını əvəzsiz olaraq öz xeyrinə ələ keçirmək məqsədilə qızıl-ziynət əşyalarının alqı-satqısı ilə əlaqədar özünü təcrübəli və bu sahədə nüfuzlu şəxs kimi təqdim edərək hər hansı öhdəliyi yerinə yetirmək, yəni əldə etdiyi qızıl-ziynət əşyalarının pulunu qaytarmaq fikrində olmadığı halda yaxın şəxsi münasibətlərlə əlaqədar aralarında yaranmış etibardan sui-istifadə edib satandan sonra pulunu qaytaracağına yalan vədlər verərək 15 noyabr 2012-ci il tarixdən 05 iyun 2013-cü il tarixədək olan müddət ərzində yaşamış olduğu Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsində yerləşən evin həyətindəki qadın gözəllik salonunda X6 ümumilikdə 24241 manat dəyərində müxtəlif növ və çeşiddə qızıl-ziynət əşyalarını ələ keçirmiş, nəticədə ona külli miqdarda olmaqla göstərilən məbləğdə ziyan vurub təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını əvəzsiz olaraq öz xeyrinə ələ keçirmək məqsədilə qızıl-ziynət əşyalarının alqı-satqısı ilə əlaqədar özünü təcrübəli və bu sahədə nüfuzlu şəxs kimi təqdim edərək hər hansı öhdəliyi yerinə yetirmək, yəni əldə etdiyi qızıl-ziynət əşyalarının pulunu qaytarmaq fikrində olmadığı halda yaxın şəxsi münasibətlərlə əlaqədar aralarında yaranmış etibardan sui-istifadə edib satandan sonra pulunu qaytaracağına yalan vədlər verərək 2013-cü ilin aprel ayından 2014-cü ilin dekabr ayınadək yaşamış olduğu Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsində yerləşən evin həyətindəki qadın gözəllik salonunda Zərərçəkmiş şəxs1 ümumilikdə 26394 manat dəyərində müxtəlif çeşiddə qızıl-ziynət və digər geyim əşyalarını ələ keçirmiş, nəticədə külli miqdarda olmaqla ona göstərilən məbləğdə ziyan vurub təkrarən dələduzluq etmişdir. Zərərçəkmiş şəxslərdən X6 məhkəmə prosesində vəfat etdiyi məlum olduğundan iş üzrə digər Zərərçəkmiş şəxs1 məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxs X6 onun doğma bacısı olduğunu bildirərək, onun hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının Zərərçəkmiş şəxs1 ölmüş zərərçəkmiş şəxs X6 hüquqi varisi kimi tanınmasına etirazları olmaması barədə fikirlərini nəzərə alıb Zərərçəkmiş şəxs1 iş üzrə olan zərərçəkmiş şəxs X6 hüquqi varisi qismində tanımışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qaytardığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və tələbi olmadığını, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsini bildirərək, qanunvericiliklə müəyyən edilmiş qaydada vurduğu ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi da cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən ona Təqsirləndirilən şəxs tərəfindən 2012-ci ilin aprel ayında 20000 manat məbləğində ziyan vurduğunu, hazırda ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanının ödənildiyini bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 hüquqi varisi kimi tanınmış və eyni zamanda özü də iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən mərhum bacısı Mehribana 15 noyabr 2012-ci il tarixdən 05 iyun 2013-cü il tarixədək ümumilikdə 24241 manat və ona 2013-cü ilin aprel ayından 2014-cü ilin dekabr ayınadək ümumilikdə 26394 manat məbləğində ziyan vurduğunu bildirərək, hazırda Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını həm mərhum bacısına həm də özünə dəymiş ziyanının Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X10 məhkəməyə 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsini, təqsirləndirilən şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada zərərçəkmiş şəxslərə dəyən ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyini bildirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanununun qüvvəyə mindiyi 01 dekabr 2017-ci il tarixə qədər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş külli miqdar əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 10000 (on min) manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranırdı. 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanununun 1.61.7-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-182-ci, 185- 187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar dedikdə” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs vurmuş olduğu ziyan əlli min manatdan aşağı olduğundan, yəni, yeni dəyişikliyə əsasən “xeyli miqdar” təşkil etdiyindən və cəzanı yüngülləşdirən hallarda cinayət qanununun geriyə qüvvəsi olduğundan onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin fikrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır və iş üzrə icraata xitam verilməlidir. İşdə olan 07 sentyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, cinayət nəticəsində vurulmuş ziyanın 25%-i olaraq Təqsirləndirilən şəxs tərəfindən 17658,75 manat məbləğində pul vəsaiti X4 hesabına ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən u Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdıqlarını, onların təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmadıqlarını, təqsirləndirilən şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada vurduğu ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini nəzərə alaraq, məhkəmə cinayət işi üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. Qərarda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-347, 356, 384 və 386-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələrinə tövsif edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclasından azad edilsin. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-44/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-44/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver