Məhkəmə qərarları › İş №1(101)-440/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-440/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-440/2021 31.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçilər Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi5, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə « 31 » may 2021-ci il Bakı şəhərində xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli,himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ev 9, mənzil 7-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi ev 10, mənzil 44-də yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx.xx.1987-ci ildə Naxçıvan MR-nın Şərur rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan MR-nın Sədərək rayonu, Heydərabad qəsəbəsində yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx.xx.1989-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, mədən 1, korpus 47-də yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3, xx.xx.1989-cu ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatda olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri, xx.xx.1984-cü ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Şuşa rayonu, Şuşa şəhəri, V.Cəfərov küçəsi ev 36A-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 9, mənzil 78-də yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 1442.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.3 və 204.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və qeyrilərİ ilə birlikdə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Zərərçəkmiş şəxs3 istifadəsində olmuş “Nissan Maxima” markalı, 99PD662 qeydiyyat nişanlı avtomobilini qanunsuz olaraq almış şəxsiyyəti istintaqla araşdırılan “Vüsal” adlı və digər şəxslərdən geri qaytarılmasına kömək etməsi müqabilində istədiyi 2000 manat pulu ala bilmədiyi üçün Zərərçəkmiş şəxs3 övladları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tamah məqsədi ilə, silah qismində istifadə edilən əşyalardan istifadə etməklə, həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etməklə oğurlanması, zərərçəkmiş şəxslərin şəxsiyyəti üzərində zor tətbiq etmə və onların yaxın qohumlarının şəxsiyyəti üzərində belə zorun tətbiq edilməsi hədəsi ilə 2000 manat pulun hədəqorxu ilə tələb edilməsi, silah qismində istifadə edilən bıçaq tətbiq etməklə zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq edib əldə olunan pul vəsaitini aralarında bölüşdürüləcəyi barədə razılaşmışlar. Cinayətkar qrupun üzvlərinin aralarında əldə olunmuş razılaşmaya uyğun olaraq 29 dekabr 2019-cu il tarixdə saat 21 radələrində Bakı şəhəri Nərimanov rayonunda olan “Gənclik" metrostansiyasının yaxınlığında yerləşən Təqsirləndirilən şəxs3 “Burhan FF” adlı avtomobil icarəsi ilə məşğul olduğu obyektdə görüşüb Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğurlamaqla bağlı hər birinin cinayət törədilməsində iştirakı və rolunu dəqiqləşdirməklə öz aralarında vəzifə bölgüsü aparmış, əldə olunmuş razılaşmaya əsasən həmin məqsədlə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1la mobil telefon vasitəsilə əlaqə saxlayıb sonuncunu və qardaşı Zərərçəkmiş 2 şəxs2 çay içmək bəhanəsi ilə aldadıb onlarla 29 dekabr 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsində yerləşən “101 çay evi” adlı kafenin yaxınlığında görüşüb orada idarə etdiyi “Chevrolet Camaro” markalı 99NH888 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirmişlər. Sonra “Chevrolet Camaro" markalı avtomobilin arxasında dayanmış Təqsirləndirilən şəxs5 idarə etdiyi “Tayota Camry" markalı 99PD971 dövlət qeydiyyat nişanlı avtomobildən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 düşərək birlikdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qolundan tutub fiziki zor tətbiq etməklə iradələrinə zidd olaraq məcburi qaydada Təqsirləndirilən şəxs5 idarə etdiyi “Tayota Camry" markalı avtomobilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 nəzarəti altında otuzdurmuş, zərərçəkmiş şəxsləri Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “Zeytunçuluq sovxozu" adlanan yerdə yerləşən “Abu Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında olan Təqsirləndirilən şəxs4 icarə əsasında işlətdiyi çay evinə məcburi gətirib orada olan otağa salıb saat 01 radələrinə kimi olan müddətdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 tərəfindən əvvəlcə şəxsiyyətləri üzərində zor göstəriləcəyi hədəsi ilə hədələnməklə, sonra isə sillə və təpik zərbələri ilə hər iki zərərçəkmiş şəxsin, Təqsirləndirilən şəxs4 isə silah qismində istifadə edilən odun parçası ilə Zərərçəkmiş şəxs1, dəmir stulla Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə dəfələrlə qəsdən zərbələr endirilib zor tətbiq edərək, Zərərçəkmiş şəxs1 sağ bazunu və sağ saidi əhatə edən sahənin hematoması kimi sağlamlığa yüngül, sağ və sol bazunun qançırları, sağ bazunun və sağ saidin sıyrıqları kimi dərəcəsi təyin ediməyən, Zərərçəkmiş şəxs2 sol gözaltı nahiyəsinin, sol bel nahiyəsinin qançırları, döş qəfəsinin sağ yarısının sıyrığı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişlər. Sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb övladları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şəxsiyyətləri üzərində zor tətbiq ediləcəyi hədəsi ilə 2000 manat pul vermələri qanunsuz olaraq hədə-qorxu ilə tələb etmişdir. Təqsirləndirilən şəxs4 digər qrup üzvləri ilə birlikdə silah qismində istifadə etdiyi bıçaqla hər iki zərərçəkmiş şəxsin əmlakını ələ keçirmə məqsədi ilə onların həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək Zərərçəkmiş şəxs1 məxsus 1 manat 30 qəpik nağd pul və Zərərçəkmiş şəxs2 məxsus 10 manat dəyərində içərisi boş pul qabını almışlar. Sonra 30 dekabr 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məcburi saxlanıldıqları otaqdan çıxarıb Təqsirləndirilən şəxs5 idarə etdiyi “Tayota Camry” markalı avtomobilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 nəzarəti altında iradələrinə zidd olaraq fiziki zor tətbiq etməklə məcburi otuzdurmaqla Təqsirləndirilən şəxs4 tanışı Şahid3 nəzarət etdiyi X11 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, B-126 ünvanında yerləşən fərdi yaşayış evinə aparıb həmin evin ikinci mərtəbəsində yerləşən qapısı və pəncərələri bağlı olan kiçik otaqda məcburi saxlamışlar. 30 dekabr 2019-cu il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mais və Zərərçəkmiş şəxs2ları Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində sonuncuların atası Zərərçəkmiş şəxs3la görüşmək üçün Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chevrolet Camaro" markalı avtomobilə fiziki zor tətbiq etməklə məcburi otuzdururaq, Təqsirləndirilən şəxs4 avtomobildə Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor tətbiq edilməsi hədəsi ilə ona məxsus olan 500 manat dəyərində gümüş qolbağı qanunsuz tələb edərək almış, zərərçəkmiş şəxslər iradələrinə zidd olaraq Lökbatan qəsəbəsində yerləşən “Cənub” adlı kafeyə aparıldıqdan sonra Zərərçəkmiş şəxs3 görüşə gəlmədiyi üçün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxsləri yenidən saxlanıldıqları evə aparmaq məqsədilə “Chevrolet Camaro” markalı avtomobilə otuzdurmuşlar. Yolda olarkən qrup üzvləri avtomobilə yanacaq almaq üçün pul verəcəkləri təqdirdə zərərçəkmiş şəxsləri azad edəcəklərini bildirib sonuncuları yaşadıqları ünvan 2 ünvanın yaxınlığına gətirmiş, Zərərçəkmiş şəxs1 qrup üzvlərinin nəzarətləri altında avtomobildə saxlanılmaqla Zərərçəkmiş şəxs2 yaşadığı evdən pul gətirməsinə şərait yaradılmış və sonuncunun gətirdiyi 20 manat pul qrup üzvü Təqsirləndirilən şəxs2 tərəfindən alınmış, həmin vaxt digər qrup üzvü Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsilə onların polis tərəfindən axtarılmasını xəbər verdikdən sonra zərərçəkmiş şəxsləri Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsinə aparmışlar. Hadisə barədə daxil olmuş məlumat əsasında 30 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərin azad edilməsi müqabilində 3 əvvəlcədən seriya və nömrələri qeyd edilmiş Zərərçəkmiş şəxs1 məxsus 1000 manat pulu qohumu X1 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Şamil Kamilov küçəsində yerləşən “Bakıxanov" ticarət mərkəzinin yaxınlığında aldıqdan sonra ünvan 3 ünvanında yerfəşən “Kabak" adlı kafedə saxlanılan zərərçəkmiş şəxslər azad edilmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərə k ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 hadisədən 1 il əvvəl tanımış, yaxşı münasibətləri yaranmış, hadisədən 1-2 ay əvvəl ondan 2,000 manat borc pul istəmiş, Maisə pulu 10 gündən sonra geri qaytarmaq şərti ilə borc kimi vermişdir. Bundan sonra Mais müxtəlif bəhanələrlə onun pulunu verməkdən yayınmışdır. Bundan başqa o X17 qəbəsində işlətdiyi kafedən hadisədən bir neçə gün qabaq tanımış, Təqsirləndirilən şəxs3 isə İşlətdiyi “Gənclik” metrosu yaxınlığında olan avtomobil icarəsi yerindən avtomobil icarəyə götürdüyü üçün tanımışdır. Osmanı Asifə görə hadisədən bir neçə gün qabaq tanımış, Amidlə isə heç bir tanışlığı olmamış, birinci dəfə həmin hadisə günü görmüş, Zərərçəkmiş şəxs3 oğlu Maisə görə tanımış, Nail Maisin 2.000 manat borcunu özü ödəməyini öhdəsinə götürmüşdür. Həmin vaxtdan sonra o dəfələrlə Masi və Naillə əlaqə saxlamağa çalışsa da həmin şəxslər onun zənglərinə cavab vermirmişlər. 2019-cu ilin dekabr ayının sonunda Təqsirləndirilən şəxs4 işlətdiyi kafenin arendasını verə bilmədiyi üçün ondan 200 manat borc pul istəmişdi. 29.12.2019-cu il tarixdə o, Fəridin işlətdiyi avtomobil icarəsi obyektindən götürdüyü “Kia Sportege” markalı avtomobili geri qaytarmaq üçün həmin obyektə Osman və Asiflə birlikdə getmişdir. O həmin gün sərxoş vəziyyətdə olduğu üçün Osmandan ona sürücü kimi kömək etməsini xahiş etmişdir. Onlar həmin obyektə gəldikdən sonra avtomobili təhvil vermişlər və o, həmin obyektin qarşısında “Chevrolet Camaro” markalı 99HN888 qeydiyyat nişanlı avtomobili icarəyə götürmək istədiyini bildirmişdir. O, Fəridə həmin avtomobilə görə icarə haqqını sonradan verə biləcəyini demiş, Fərid həmin avtomobilin özünə lazım olduğunu bildirmişdir. Saat 23 radələrində Amid adlı şəxs Tayota markalı avtomobil ilə Fəridin işlətdiyi avtomobil icarəsi obyektinə gəlmiş, o, Amidi görüb tanış olmuş, Fərid Amiddən xahiş etmişdir ki, idarə etdiyi avtomobillə onu, Osmanı və Asifi yaşadıqları yerə aparsın. Bu zaman Fəriddə kiminləsə telefonla danışıb həmin “Camaro” markalı avtomobillə getmişdir. O Fəridin həmin avtomobili kimə verməsini aydınlaşdırmaq üçün Amiddən xahiş etmişdir ki, Fəridin avtomobilin arxası ilə sürsün. Fərid avtomobili Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi tərəfdə “101” çay evi yaxınlığına sürmüş, Amid də avtomobili Fəridin arxasında saxlamışdır. Bu zaman ona borcu olan Maisi və qardaşı Rüfəti görmüş, Mais və Rüfət Fəridin avtomobilinin yanına yaxınlaşanda o, Osman, Asif və Amid avtomobildən düşmüşlər. O Maisə yaxınlaşıb nə üçün onun pulunu qaytarmadığını, özünün çoxlu xərcinin olmasını, nəyə görə onunla görüşmək istəmədiyini bildirib oturub söhbət etməyi təklif etmişdir. Rüfət də onunla razılaşmış, Mais və Rüfət onunla söhbət etmək üçün Tayota markalı avtomobilə əyləşmişlər. O, Fəridlə “Camaro” markalı avtomobilə əyləşmişdir. Digər şəxslər isə Tayota markalı avtomobilə oturmuşlar. Bundan sonra kafelərin əksəriyyəti bağlı olduğu üçün onlar Asifin işlətdiyi kafeyə getmişlər. Kafedə borc pula görə Rüfət və Maislə aralarında yüngülvari mübahisə olmuş, daha sonra isə onlarla barışmışdır. Həmin vaxt Mais onun 2.000 manat borcunun ödənilməsi ilə bağlı atası Naillə əlaqə saxlamağa çalışsa da zəng çatmamışdır. Birlikdə kafedə pivə və spirtli içkilər qəbul etmişlər. 30 dekabr 2019-cu il saat 04 radələrində o, Asifə zəng vurub gecələmək üçün bir yer tapmasını xahiş etmişdir. Asif Osmanın idarə etdiyi “Camaro” markalı avtomobillə kafeyə gəlmiş, o, Rüfət, Mais, Osman və Asif birlikdə Asifin tanışının Hövsan qəsəbəsindəki evinə getmiş, həmin qarolçu evi açıb onları içəri dəvət etmişdir. Onlar birlikdə evin ikinci mərtəbəsində olan otağa qalxmışlar. Bu zaman Osman və Asif yenə də onları ora düşürdükdən dərhal sonra “Camaro” markalı avtomobillə çıxıb evlərinə getmişlər. O, Mais və Rüfət səhərə qədər həmin otaqda qalmışlar. Səhər açıldıqdan sonra Maisin ona olan borcunu tanımadığı bir şəxsdən götürüb ona verə biləcəklərini demiş, buna görə o, Osmanı qaldıqları evə çağırmışdır. Osman Asiflə birlikdə həmin evə gəlmiş, sonra birlikdə yəni, Mais, Rüfət, Osman, Asif və o Lökbatan qəsəbəsində yerləşən kafeyə gedib orada gözləməyə başlamışlar. Mais bildirmişdi ki, atası Nail pulu ora gətirəcəkdir. 30 dekabr 2019-cu il tarixdə saat 16 radələrinə kimi gözləsələrdə Nail gəlib çıxmamışdır. Sonra Mais ona Bakıxanov qəsəbəsinə gedib bilmədiyi şəxsdən pulu götürüb ona verəcəyini bildirmişdir. Onlar X3 rayonu ərazisində olan evlərinə getmişlər. Rüfət evlərinə qalxmış və geri qayıtmışdır. Bu vaxt Mais maşının yanında qalmışdı. Rüfət avtomobilə qaytıdıqdan sonra onlar Bakıxanov qəsəbəsində olan “Kabak” adlı kafeyə getmişlər. Bu zaman Maisə zəng gəlmiş, 4 Mais pulun gətirildiyini bildirmişdir, Asif və Mais həmin kafeyə daxil olmuş, o, Osman və Rüfət Bakıxanov qəsəbəsində olan “Talkuçka” adlanan yerə getmiş, Rüfət ona 1.000 manat verib qalan borcunu da tez bir vaxtda ödəyəcəyini bildirmişdir. Bundan sonra Mais və Rüfət taksi ilə getmək üçün piyada çıxıb getmişlər. Mais və Rüfət getdikdən sonra bir neçə dəqiqə keçmişdir ki, mülki geyimli polis əməkdaşları onlara yaxınlaşıb onları polis bölməsinə aparmışlar. Zərərçəkmiş şəxslərə nə onun, nə də kİ, yoldaşları tərəfində heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Asifi 6-7 ildir ki, Hövsan qəsəbəsində olan yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan çayxananı işlədən şəxs kimi tanımışdır. 30 dekabr 2019-cu il tarixdə saat 16-17 radələrində Asif ona zəng vurub “Gənclik” tərəfə gəlməyini xahiş etmiş, o da avtomobildə benzinin olmadığını bildirmişdir. Asif ona taksi ilə gəlməyini bildirmişdir. Taksi ilə Gənclikdə “Rent A Car"a getmişdir. Bu zaman obyektdə həmin “rentcarı” işlədən Fərid və Kənanı görmüş, Kənan öz istifadəsində olan telefonla kiminləsə pul verilməsi ilə bağlı danışmışdı. Bundan sonra Kənan kiminləsə görüşmək üçün Yasamala getmək qərarına gəlmiş, Asif də getdiyi üçün o da həmin şəxslərə qoşulub birlikdə getmişlər. Həmin vaxt Fərid obyektdən çıxıb getmiş və Kənan Fəridin ona istədiyi maşını vermədiyi üçün həmin gün tanış olduğu Amiddən idarə etdiyi “Tayota” markalı avtomobillə Fəridin arxasınca getməyi ondan xahiş etmişdir. Fərid avtomobili Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi tərəfdə “101” çay evi yaxınlığına sürmüşdü. Bu zaman ilk dəfə Mais və onun qardaşı Rüfəti görmüş, Mais və Rüfət Fəridin avtomobilinin yanına yaxınlaşanda o, Kənan, Asif və Amid avtomobildən düşmüşlər. X23 və Rüfət söhbət etmiş və hamsı birlikdə axşam saatları olduğu üçün kafelərin əksəriyyəti bağlı olduğundan Asifin işlətdiyi Hövsan qəsəbəsində olan kafeyə getmişlər. Daha sonra Fərid, o, Amid və Asif çıxıb getmişlər, kafedə Mais, Rüfət və Kənan qalmışlar. Onlar oradan çıxanda heç bir mübahisənin şahidi olmamışdır. 30 dekabr səhərə yaxın Asif ona zəng vurub Kənan və qonaqlarını gecələmək üçün hansısa bağ evinə aparmağı xahiş etmişdir. İdarə etdiyi “Camaro” markalı avtomobillə Asiflə birlikdə kafeyə getmiş, o, Rüfət, Mais, Kənan və Asif birlikdə Asifin tanışının qarolçuluq etdiyi Hövsan qəsəbəsində təmirsiz fərdi yaşayış evinə getmiş, sonra Asiflə evə getmişlər. Səhər açıldıqdan sonra Kənan onu həmin bağ evinə çağırmış və Asiflə birlikdə ora getmişlər. Sonra birlikdə Mais, Rüfət, Kənan, Asif və o Lökbatan qəsəbəsində yerləşən kafeyə gedib orada gözləməyə başlamışlar. Yolda öyrənmişdir ki, kimsə Kənana orada borc pulunu qaytaracaq. Onlar orada 30 dekabr 2019-cu il tarixdə saat 16 radələrinə kimi gözləsələr də həmin adam gəlib çıxmamışdır. X22 Bakıxanov qəsəbəsinə getməyi və orada bir nəfər şəxsdən pulu götürüb Kənana verəcəyini bildirmişdir. X3 rayonu ərazisində olan evlərinə getmişlər. Rüfət evlərinə qalxmış və bu vaxt Mais maşının yanında qalmışdır. Rüfət qaytıdıqdan sonra onlar Bakıxanov qəsəbəsində olan “Kabak” adlı kafeyə tərəf getmiş, Maisə zəng gəlmiş, Mais pulun gətirildiyini bildirmişdir. Onlar “Kabak” restoranına çatdıqdan sonra Asif və Mais həmin restorana daxil olmuş, o, Kənan və Rüfət Bakıxanov qəsəbəsində olan “Talkuçka” adlanan yerə getmişlər. Mais və Rüfət getdikdən sonra bir neçə dəqiqə sonra mülki geyimli polis əməkdaşları onlara yaxınlaşıb polis bölməsinə aparmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qardaşı Faiqin işlətdiyi Atatürk prospektində yerləşən şirkətində işləmişdir. O, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 vasitəsilə bir neçə ay olar ki, müştəri kimi tanımışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 və “Qara”ləqəbli Asifi 29 dekabr 2019-cu il tarixdə Kənanın yanına gəldiyi üçün tanımışdır. Amid adlı şəxsi isə 2 ildir ki, tanımışdır. Zərərçəkmiş şəxs3 3 aydır ki, müştəri kimi tanımış, Nailin vasitəsilə də övladı Maisi tanımışdır. 29 dekabr 2019-cu il tarixdə günorta saatlarında Kənan onunla telefon əlaqəsi saxlayıb ondan 2-3 günlük avtomobil icarəyə götürmək istədiyini bildirəndə, hazırda obyektdə boş maşın olmadığını, yalnız sahibində olan bir “Camaro" markalı avtomobilin olmasını bildirmişdi. Kənan obyektə gələcəyini burada ətraflı danışmağı ona bildirmişdir, o da Kənana pulu mütləq gətirməyini, əks halda avtomobili Kənana verə bilməyəcəklərini demişdir. Saat 18 radələrində Kənan əvvəldən tanımadığı sonradan adının Oman və “Qara” ləqəbli Asif tanışları ilə birlikdə obyektinə gəlmişlər. Kənan hazırda üstündə pulunun olmadığını, bir-iki saat sonra pulu gətirəcəyini bildirmiş, həmin avtomobilin icarə haqqının üstünə az miqdarda pul qoymağını xahiş etmişdir. O da Emin adlı şəxsdə olan “Camaro” markalı avtomobilə gündəlik 120 manat pul ödədiyini bildirib bir gün üçün 130 manata həmin avtomobili 5 Kənana verməyi təklif etmiş, Kənan da onunla razılaşmışdır. Bundan bir müddət sonra Amid özü də onların işlətdiyi obyektə gəlmişdir. Amid obyektə qara rəngli sedan tipli Tayota avtomobillə gəlmişdi. Həmin vaxt Kənan Amidin idarə etdiyi avtomobili götürmək istəsə də həmin avtoobilin icarə kimi rəsmi sənədləşməsi və kasko siğortası olmadığından həmin avtomobilin verilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra “Camaro” markalı avtomobili bir günlük Kənana vermişdir. Bir iki saat sonra Kənan və Osman avtomobillə geri qayıtsa da Kənan pulu götürə bilmədiyini demişdir. O, həmin vaxtı ayın sonu olduğu üçün işləriylə bağlı ona olan verəcəkləri toplamaq məqsədi ilə şəhərin müxtəlif yerlərinə getməli imiş. O, həmin günü artıq Kənangil obytektə qayıtdıqdan sonra bildirdiyi kimi borcları yəni, icarə haqlarını yığmaq üçün “Camaro” markalı avtomobillə tək halda yola düşmüşdür. O, “Nərimanov” sonra “20 Yanvar” metrosu yaxınlığına gedib müxtəlif müştərilərlə görüşmüşdür. O yolda olan zaman Zərərçəkmiş şəxs1 ona verəcəyi pula görə Maislə telefon əlaqəsi saxlayıb danışdıqları kimi hər zaman görüşdükləri evlərinin yaxınlığında olan Yasamal rayonu ərazisində “Bizim marketin” qarşısında Mais və qardaşı Rüfətlə görüşmüşdür. Mais pulu olmadığını, lakin götürmək üçün nəsə edə biləcəyini, atasının alacaqları olmasını demişdir. Maisgil ona çay içməyi təklf etmişlər və onun avtomobilinə əyləşmişlər. O, avtomobili idarə edib Yasamalda olan bir çay evinin qarşısında dayanmışlar, onlar maşından düşən zaman, arxadan Amidin idarə etdiyi qara rəngli avtomobili dayanmışdır. Bu avtomobildən Kənan və Osman düşərək onlara yaxınlaşmış və Kənan bir daşla iki quş vurduğunu bildirmişdir. Kənan onlara təklif etmişdir ki, hamısı birlikdə gedib çay içsinlər. Karantin rejimi olduğu üçün çay evləri bağlı olduğundan təklif olunmuşdur ki, Asifin işlətdiyi kafeyə getsinlər. Beləliklə o, Rüfət, Mais, Kənan, Amid, Asif və Osman həmin kafedə yeyib içmişlər və bir qədər söhbət etmişlər. Həmin vaxt Kənan və Maisgil arasında 2000 manat pul borcuna görə mübahisə düşmüşdü. Gec olduğu üçün Mais və qardaşı Rüfət evə getmək istəməmişlər. Beləliklə Kənan, Mais və Rüfət kafedə qalmışlar. O, Osman, Asif və Amid çıxıb getmişlər. Sonradan nələr baş verməsni bilməmişdir. Səhərisi gün Nail onunla əlaqə saxlayıb övladlarının “Camaro” markalı avtomobili ondan götürüb götürmədiyini soruşmuş, o da Kənanın götürməsini bidirmişdir. Nail onların harada olmasını soruşanda o, həmin şəxslərin Yasamalda kafedə olduqlarını demişdir. Sonradan isə Kənan və Osmanın tutulduğunu eşitmişdir. Zərərçəkmiş şəxs3 da "Kia Optima" markalı 90TE519 qeydiyyat nişanlı avtomobili icarəyə verdiyi zaman həmin avtomobili inzibati xətaya görə cərimə meydançasına aparıldığı üçün həmin avtomobilə görə Nailin əvəzinə pul ödəmişdir. Buna görə Nail həmin pulun müəyyən hissəsin oğlu Mais vasitəsilə verirmiş, qalan 100 manat cərimə icarə haqqı kimi isə 200 manat pulu da verəcəyini bildirmişdi. Həmin gün çay evində olarkən o Mais və Rüfətdən atası Nailin ona olan borcunu tələb etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 işlətdiyi kafedən müştəri kimi tanımış, kafenin icarə pulunu ödəyə bilmədiyi üçün Kənandan 200 manat borc verməsini xahiş etmişdir. Kənan isə ona alacağının olduğunu bildirmiş və həmin pulu alandan sonra ona 200 manat borc verəcəyini söz vermişdir. Kənanla sərxoş olduğu üçün Kənanı evə aparıb düşürmək üçün Osmanı yanlarına çağırmışdır. Osman ona etiraz etməyib özünün istifadəsində olan “Mersedes" markalı 90RX661 qeydiyyat nişanlı avtomobili ilə onun işlətdiyi çayxanaya gəlmişdir. X15 istifadəsində olan ağ rəngli “Kia” markalı avtomobillə Kənanı evlərinə yaxın düşürmüşlər özləri isə taksi sifariş verərək Hövsan qəsəbəsinə getmişlər. 30 dekabr 2019-cu il tarixdə saat 16-17 radələrində Osmana zəng vurub Fəridin işlətdiyi “Rent A Car" obyektə getmişlər, orada Kənan və Fərid olmuşlar. Həmin vaxtı Kənan telefonla kiminləsə pul verilməsi ilə bağlı danışırmış. Bundan sonra Kənan kiminləsə görüşmək üçün Yasamala getmək qərarına gəlmişdir. Həmin vaxt Fərid obyektdən çıxıb getmiş və Kənan Fəridin ona istədiyiyi maşını vermədiyi üçün Amiddən idarə etdiyi Tayota markalı avtomobillə Fəridin arxasınca getməyi ondan xahiş etmişdir. Fərid avtomobili Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi tərəfdə “101” çay evi yaxınlığına sürmüşdür. Bu zaman ilk dəfə Mail və qardaşı Rüfəti görmüşdür. Mais və Rüfət Fəridin avtomobilinin yanına yaxınlaşanda o, Kənan, Osman və Amid avtomobildən düşmüşlər. X23 və Rüfət söhbət etmişlər və hamısı birlikdə axşam saatları olduğu üçün kafelərin əksəriyyəti bağlı olduğundan onun işlətdiyi Hövsan qəsəbəsində olan kafeyə getmişlər. Daha sonra Fərid, o, Amid və Osman çıxıb getmişlər və kafedə Mais, Rüfət və Kənan qalmışlar. 30 dekabr səhərə yaxın Kənan ona zəng vurmuşdur ki, gecələmək üçün onlara yer tapsın. O da dostu Zakirlə danışmış və ona qarolçuluq etdiyi bağ evinin açarlarını 6 vermişdir. Osmana zəng vurmuş və onunla birlikdə kafeyə gəlmişlər. Kənan, Mais və Rüfəti bağ evlərinə düşürmüş oradan da evlərinə qayıtmışlar. Səhər Kənan ona zəng vurub bildirmişdir ki, pula görə adamla görüşmək üçün Lökbatan qəsəbəsinə getmək lazımdır. O, yenə Osmana zəng vurmuş və birlikdə bağ evindən Kənangili götürüb Lökbatan qəsəbəsinə getmişlər. Onlar orada saat 16 radələrinə kimi gözləsələr də həmin adam gəlib çıxmamışdır. X24 və Rüfətə getmələrini, pulu nə vaxt olsa gətirib verə biləcəklərini demişdir. Daha X22 Bakıxanov qəsəbəsinə getməyi və orada bir nəfər şəxsdən pulu götürüb Kənana verəcəyini bildirmişdir. X3 rayonu ərazisində olan evləri tərəfə getmiş, Rüfət evdəkilər narahat olmasın deyə evlərinə qalxmış və bu vaxt Mais maşında qalmışdır. Rüfət avtomobilə qaytıdıqdan sonra onlar Bakıxanov qəsəbəsində olan “Kabak” adlı kafeyə getmişlər. Daha sonra oradan çıxıb getmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs3 5-6 ildir ki, avtomobil İcarəsi ilə məşğul olan şəxs kimi tanımışdır. 2019-cu ilin dekabr ayının ortalarında 99PD971 qeydiyyat nişanlı qara rəngli “Tayota Camry" markalı avtomobili İslam adlı sahibi tərəfindən onun işlədiyi avtomobil icarəsi ilə məşğul olan obyektə verilmişdi. 29 dekabr 2019-cu il tarixdə təxminən 21 radələrində Fərid zəng vuraraq boş maşın olub-olmamasını soruşanda o da 30 dəqiqə sonra qeyd etdiyi avtomobilin boşalacağını bildirmişdir, Fərid də maşın boşalan kimi ondan ofislərinə gəlməyini xahiş etmişdir. O da həmin avtomobillə Fərdgilin ofisinə getmişdir. Bu vaxt orada sonradan adlarını bildiyi Kənan, Osman, “Qara" ləqəbli Asif olmuşlar. Kənan pivə spirtli içki qəbul edirmiş. O, Fəriddən müştəri ilə bağlı soruşanda o hələ zəng etmədiyini, zəngini gözlədiyini bildirmişdir. Bundan sonra Fərid Kənangillə aralarında bir qədər danışdıqdan sonra ona bildirmişdir ki, işləri ilə əlaqədar gedir. Fərid həmin vaxt obyektdə olan “Camaro” markalı 888 qeydiyyat nişanlı avtomobillə getmişdir. Kənan, Asif, Osman və o, “Toyota”ya əyləşmişlər. Kənan ondan xahiş etmişdir ki, Fəridin arxası ilə sürsün. Onlar Yasamal rayonu ərarzisində olan “Bizim marketin yanına çatanda bu zaman Fərid onun qarşısında avtomobilini saxlamış, o da Fəridin arxasında dayanmışdır. Bundan sonra kənardan iki nəfər adlarını bilmədiyi şəxs gələrək biri arxa oturacaqda digəri isə Fəridin yanında maşına əyləşmişlər. Fərid maşınla getdikdən sonra o da Fəridin arxası ilə hərəkət etmişdir. Bundan sonra Fərid maşınla “101” çay evinin qarşısına gəlmiş, o da Fəridin avtomobilinin arxasında dayanmış, Kənan, Osman və Asif düşərək “Camaro” markalı avtomobilə yaxınlaşmışlar. Orada bir qədər söhbət edikdən sonra Mais və Rüfət onun maşınına əyləşmişlər və onlar hamısı Suraxanı rayonunda yerləşən Asifin işlətdiyi kafeyə getmişlər. Çay evinə çatanda gecə saat 01 radələri olardı, ona həmin vaxtı zəng gəldiyi üçün o avtomobildə qalıb təxminən 15 dəqiqə telefonla danışmışdır. Bundan sonra maşından düşüb kafeyə daxil olanda Kənan, Asif, Osman, Fərid, Mais və Rüfətin biri-biri ilə söhbət etdiklərini görmüşdür. Onlar orada çay içəndən sonra Fəridlə birlikdə çıxıb evə getmişlər. Səhəri gün avtomobilin salonunda yerdə pul qabı tapmış, onun kimə məxsus olduğunu bilmədiyi üçün Fəridə zəng vurmuş lakin onun telefonuna zəng çatmamışdır. X12 Osmanın tutulduğunu öyrənmişdir. Bir neçə gün sonra Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi onu idarəyə dəvət etmiş və Suraxanı rayonunda yerləşən Asifin işlətdiyi kafeyə aparıb orada şəkilləri çəkilmişdir. Saxta pul əskinaz epizodunda bildirmək istəyir ki, X7 təxminən 4-5 ilə yaxın müddətdir ki, avtomobillərin kirayəsi işindən tanıyır. 2019-cu ilin dekabr ayının İlk günlərində Şahid11lə görüşüb söhbət etdiyi zaman, onlar bir neçə gündən sonra istirahət etmək məqsədilə Qusar rayonuna getməyi qərara almışlar. 04 dekabr 2019-cu il tarixdə o, ‘Turbo MMC”-dən kirayəyə götürdüyü 90- UA-505 dövlət qeydiyyat nişanlı ağ rəngli Toyota Prado markalı avtomobil ilə tanışı Şahid13 ilə birlikdə Bakı şəhəri Şamaxinka adlanan ərazidə Şahid11lə görüşmüşlər. Rəşadətin yanında da Türkan adlı tanışı olmuşdur. Onlar gecə saatlarında Bakı şəhərindən Qusar rayonuna istirahətə getmək üçün yola düşmüşlər. 05 dekabr 2019-cu il tarixdə səhər saatlarında Siyəzən rayonu ərazisində Gil-Gil çay qəsəbəsinin üzərində yerləşən Zərərçəkmiş şəxs4 adlı yanacaq doldurma məntəqəsindən 10 manatlıq benzin doldurmaq istəmişdir. Rəşadət 200 manat pulu ona vermişdir ki, həmin puldan çıxsınlar. Rəşadətin ona verdiyi pul əskinazını o da operatora uzatmış və operator 10 manat benzin yanacağının pulunu çıxdıqdan sonra ona 190 manat pul qaytarmışdır. O da həmin pulu Rəşadətə qaytarmışdır. Bir neçə gündən sonra onu Siyəzən RPŞ-nin əməkdaşları Bakı şəhərində saxlamışlar. Təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməllərini törətmələri təqsirləndirilən şəxslərin ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, 7 şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 29.12.2019-çu il tarixdə saat 24 radələrində atasının icarəyə götürdüyü “Kia Optima” markalı avtomobilin cərimə meydançasına yerləşdirildiyi üçün tanıdığı Fərid adlı şəxs ona zəng edərək görüşüb çay içməklərini təklif etmişdir. O da həmin vaxt qardaşı Rüfətlə Yasamal rayonu, Əsəd Əhmədov 24B-də yerləşən «Bizim Market»in yaxınlığında yerləşən «101 ÇAY EVİ» adlı çayxananın qarşısına gəlmişlər. Fərid idarə etdiyi **-HN-*** markalı «SHEVRALİT CAMARO» markalı avtomobilə gəlmişdir. Fərid telefonla danışa-danışa ona əli ilə işarə etmişdir ki, avtomobilə otursun, avtomobili «101 ÇAY EVİ» adlı çayxananın qarşısında saxlamışdır. Onlar avtomobildən düşəndə Fəridin avtomobilinin arxa tərəfində bir qara rəngli «Tayota» markalı avtomobil dayanmışdır. Həmin avtomobildən atasından pul tələb edən Kənan, sonradan adlarını bildiyi Osman, Asif və Amid aşağı düşmüşlər. Kənan və onun arasında atasının borcuna görə mübahisə düşmüş və Kənan təklif etmişdir ki, Suraxanı rayonunda yerləşən Asifin işlətdiyi kafeyə getsinlər və orada çay içib söhbət etsinlər. Rüfət və o, Amidin idarə etdiyi avtomobilə, Kənan isə Fəridin idarə etdiyi avtomobilə oturmuşlar. Kafedə Rüfət və Kənanın arasında mübahisə düşmüş, sonra Kənan ona demişdir ki, atası ona 2000 manat pul borcludur. Həmin vaxt Fərid demişdir ki, atasının borcuna görə pulu özü ödəyəcək və daha sonra ödədiyi pulu atasından alacaq. Daha sonra atası ilə danışmışlar və o, söz vermişdir ki, gələcək kafeyə. Xeyli vaxt keçməsinə baxmayaraq atası kafeyə gəlməmişdir. Kafedə bir neçə saat oturduqdan sonra uşaqlar çıxıb getmişlər və gec olduğu üçün qardaşı Rüfətlə qərara gəlmişlər ki, evə getməsinlər. Sonra Osman kafeyə gələrək onların hər üçünü “Camaro” markalı avtomobil ilə Hövsan qəsəbəsində yerləşən Asifin tanıdığı bir bağ evinin qarşısına getmişlər. Həmin vaxt həyətin dəmir darvazasını orada olan bir orta yaşlı kişi özündə olan açarla açmış və onlar həmin bağ evində gecələmişlər. Nə kafedə, nə də ki, bağ evində qardaşı ilə ona qarşı heç bir təzyiq göstərilməmişdir. Səhəri gün yenə Osmanın idarə etdiyi avtomobillə Lökbatan qəsəbəsinə Kənan və qardaşı Rüfətlə birlikdə yola düşmüşlər. Atası gəlib orada Kənana pul verəcəkmiş. Xeyli müddət gözlədikdən sonra atasının gəlmədiyini görüb Lökbatan qəsəbəsindən Yasamal rayonuna getmiş, Rüfət evdən götürdüyü 20 manat pulu Osmana vermişdir ki, avtomobilinə yanacaq doldursun. Daha sonra Kənan və Osman Rüfətlə onu “Kabak” kafesinə aparmışlar. Sonra polis əməkdaşları gəlib onları azad etmişlər. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 29.12.2019-çu il tarixdə saat 24 radələrində “Kia Optima” markalı avtomobilin cərimə meydançasına yerləşdirildiyi üçün atasının verəcəyi pulla bağlı müraciətlərindən tanıdığı Təqsirləndirilən şəxs3 qardaşı Maisə zəng edərək görüşüb çay içməyi təklif etmişdir. Fəridin zəngindən 10-15 dəqiqə sonra Fərid Yasamal rayonu, Əsəd Əhmədov 24B-də yerləşən «Bizim Market»in yaxınlığında yerləşən «101 ÇAY EVİ» adlı çayxananın qarşısına gəlmişdir. Həmin vaxtı Fərid telefonla danışa-danışa onlara əli ilə işarə etmişdir ki, avtomobilə otursunlar. Fərid telefonla danışığına davam edərək avtomobili 50-100 metr irəli sürərək «101 ÇAY EVİ» adlı çayxananın qarşısında saxlamışdır. Fərid də avtomobildən düşmüşdür. Onlar avtomobildən düşəndə Fəridin avtomobilinin arxa tərəfində bir qara rəngli «Tayota» markalı avtomobil dayanmış, həmin avtomobildən atasından pul tələb edən Kənan, sonradan adlarını bildiyi Osman, Asif və Amid adlı şəxslər aşağı düşmüşlər. Kənan və onun arasında atasının borcuna görə mübahisə düşmüş və Kənan təklif etmişdir ki, Suraxanı rayonunda yerləşən Asifin işlətdiyi kafeyə getsinlər və orada çay içib söhbət etsinlər. Onlar da hamısı kafeyə getməyə razılaşmışlar. Həmin vaxt qardaşı Mais və o, Amidin idarə etdiyi avtomobilə, Kənan isə Fəridin idarə etdiyi avtomobilə oturmuşlar. Kafedə onun və Kənanın arasında mübahisə düşmüşdür. Daha sonra Kənan onlara demişdir ki, atası ona 2000 manat pul borcludur. Həmin vaxt Fərid demişdir ki, atasının borcuna görə pulu özü ödəyəcək və daha sonra ödədiyi pulu atasından alacaq. Kafedə Osman, Kənan,Asif və o, qardaşı ilə aralarında əlbəyaxa mübahisə düşmüşdür. Amid mübahisə zamanı qapıda dayanmış, arabir gəlib onları sakitləşdirmişdir. Fərid isə davada iştirak etməmiş, sakit oturmuşdur. Daha sonra atası ilə danışmışlar və o, söz vermişdir ki, gələcək kafeyə. Xeyli vaxt keçməsinə baxmayaraq atası kafeyə gəlməmişdir. Kafedə bir neçə saat oturduqdan sonra uşaqlar çıxıb 8 getmişlər və çox gec olduğu üçün qardaşı Maislə qərara gəlmişlər ki, evə getməsinlər. Daha sonra Osman kafeyə gəlmiş, onlar “Camaro” markalı avtomobil ilə Hövsan qəsəbəsində yerləşən Asifin tanıdığı bir bağ evinin qarşısına getmişlər və bağ evində gecələmişlər. Səhəri gün yenə Osmanın idarə etdiyi avtomobillə Lökbatan qəsəbəsinə Kənan və qardaşı Maislə birlikdə yola düşmüşlər. Atası gəlib orada Kənana pul verəcəkmiş. Xeyli müddət gözlədikdən sonra atasının gəlmədiyini görüb Lökbatan qəsəbəsindən anası narahat olmasın deyə, həm də yanacaq bitdiyi üçün onların yaşadığı ünvana getmişlər. Mübahisə zamanı üzündən aldığı xəsarətlər qardaşı Maisin aldığı xəsarətlərdən daha az gözə çarpan olduğu və başındakı papaq xəsarətləri gizlətdiyi üçün qərara gəlmişlər ki, o, evə qalxıb 20 manat yanacaq pulu götürsün. Qalxıb anasından 20 manat pulu götürmüş və geri qayıtmışdır. Evdə öyrənmişdir ki, gecə evə gəlmədikləri üçün anası narahat olmuş və polisə şikayət etmişdir. Onlar yenidən avtomobilə əyləşmişlər və Kənan, o və Mais Osmanın idarə etdiyi avtomobillə yola düşmüşlər. Yolda atası zəng vurmuş və Kənan atasına bildirmişdir ki, 2000 manat borcu qaytarmayanadək onları sərbəst buraxmayacaqlar. Onlar yolda ikən yenidən evdən zəng gəlmiş və bildirmişlər ki, bibisi oğlu Vüqar İskəndərzadə 2000 manat puldan 1000 manat pulu gətirib verəcək. Vüqarla görüşü Bakıxanov qəsəbəsi, “Bakıxanov" ticarət mərkəzinin yaxınlığına təyin etmişlər. Təyin olunmuş ünvana çatmışlar və o, maşından düşüb bibisi oğlu Vüqardan 1000 manat pulu alıb avtomobildə Kənana vermişdir. Bir qədər qabaqda yerləşən “Kabak” adlı kafenin qarşısında polis əməkdaşları onları tutmuş və idarəyə gətirmişlər. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır. Digərlərini isə tanımır. Kənan və Fəridlə tanışlığı ortaq dostlarının vasitəsi ilə olub. 2019-cu il tarixdə Fəridin işlədiyi “rent acar”-dan icarəyə götürdüyü Kia Optima markalı avtomobili idarə etdiyi vaxt cərimələnmişdi. Bu səbəbdən də Fəridə borcu yaranmışdı. Həmin borcdan Fəridə verəcəkləri olduğu üçün hadisə baş verən tarixdə o, Maislə əlaqə saxlayıb görüşmüşdür. Hadisə baş verən günü yəni 29 dekabr 2019-cu il tarixdə o, Sabirabad rayonunda olmuşdur. Arvadı gecə saatlarında ona zəng vurub demişdir ki, oğlanları Mais və Rüfət evdən çıxmışlar və geri qayıtmamışlar. Həmin vaxt Fəridlə əlaqə saxlamış və oğlanların ondan icarəyə avtomobil götrüb– götürmədiklərini soruşmuşdur. Fərid ona bildirmişdir ki, onlara avtomobil verməyib, lakin oğlanları hazırda Kənangillə bir yerdədirlər. O, uşaqları ilə əlaqə saxlamış və onlar narahat olmamağını bildirmişlər. Səhəri gün o, evə qayıdanda arvadı demişdir ki, oğlanları gecə evə qayıtmadıqları üçün 102 çağrı mərkəzinə şikayət etmişdir. Vüsal adlı şəxs həqiqətən onun idarə etdiyi maşını əlindən almışdır. Lakin o, özü maşını tapmışdır. Kənan həmin maşına görə ondan pul istəməmişdir. Bu barədə müstəntiqin onun adından yazdığı ifadəni oxumadan imza etmişdir. Həqiqətən həbsdə olan Şahid9 Vüsaldan maşını qaytarması barədə xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs1 bu işdə heç bir köməklik etməmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 dekabr 2019-cu il tarixdə dayısı Nail onunla telefon əlaqəsi saxlayıb Mais və Rüfətin 29 dekabr 2019-cu il tarixdə saat 23 radələrində evdən çıxmasını və geri qayıtmamasını, həmin şəxslərin harada olmağı ilə bağlı onun məlumatının olub olmamasını soruşmuşdur. O da Maisgilin harada olmasından xəbəri olmamasını bildirmişdir. O dayısıgilin yaşadığı ünvana getdikdən sonra ona məlum olmuşdur ki, Mais və Rüfət evdən getdikdən sonra 30 dekabr 2019-cu il tarixdə səhər saatlarında Rüfətin istifadəsində olan telefonla Maisgilin anası Hicran Nəcəfovla əlaqə saxlanılaraq “Kənan” adlı şəxs övladlarını oğurladığını və həmin şəxslərin azad edilməsi müqabilində 2.000 manat pulun tələb etdiyini bildirməsi ona məlum olmuşdur. Bundan sonra Hicran DİN-İn 102 xidməti İlə əlaqə saxlayıb həmin hadisə barədə məlumat vermişdi. Hicran xanım həmin müraciəti ilə bağlı Yasamal RPl-nin 29-cu PŞ-ə dəvət edildikdən sonra polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində Mais və Rüfətin saxlanıldığı yerin müəyyən edilib azad edilməsi qərarı qəbul edilmişdir. Maisgili saxlayan şəxslər daha sonra da Hicran xanımla əlaqə saxlayıb 1.000 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov 9 qəsəbəsində aldıqdan sonra Maisgili azad edəcəklərini bildirmişdilər. Həmin şəxslərə də həmin 1.000 manat pulun onun tərəfindən veriləcəyini bildirilmişdi. O, 29-cu PŞ-İn əməkdaşlarına müraciət edib keçiriləcək əməliyyat tədbirində könüllü olaraq iştirak etməyinə razı olmağını bildirmişdir. Bundan sonra evdən götürülmüş Maisin özünə məxsus olan 1.000 manat məbləğində pul əskinaslarını polis əməkdaşlarına təqdim etmiş, pulların seriya və nömrələri qeyd edilmiş və 30 dekabr 2019-cu il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə getmişlər. O Rüfətin istifadəsində olan mobil telefonla danışdıqdan sonra Kənangilin onun Bakıxanov qəsəbəsi, “Bakıxanov" ticarət mərkəzinin yaxınlığına gəlməyini istəmişdir. O da həmin ticarət mərkəzinin qarşı tərəfinə gəlmiş, burada Kənan onunla telefonla danışmış, orada Rüfət onunla görüşmüş və onun gətirdiyi 1.000 manat pulu alaraq bir qədər kənarda dayanan 99NH888 qeydiyyat nişanlı ağ rəngli “Camaro” avtomobilə yaxınlaşmış və pulu vermişdir. Tanımadığı bir şəxs idarə edərək həmin yerdən uzaqlaşmış, əməliyyat qrupunun üzvləri də həmin şəxslərin arxası ilə getmişlər. Daha sonra ona məlum olmuşdur ki, Kənan və yanında olan Osman adlı şəxs polis əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsində yerləşən “Kabak” adlı restoranın qarşısında saxlanılmaqla Rüfət və Mais saxlanıldığı yerdən azad edilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Hövsan qəsəbəsində bağlar massivində “Simurq” istirahət mərkəzinin yaxınlığında olan yerləşən təmirsiz bağ evinin mühafizəsi işi ilə məşğul olmuşdur. O, “Qara” ləqəbli Asif adlı şəxsi bir ildir ki, Hövsan qəsəbəsində “Abu Petrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan avtomobil təmir sexlərinin yanında yerləşən kafeni işlətdiyi vaxtdan tanımışdır. 29 dekabr 2019-cu il tarixdən 30 dekabr 2019-cu il tarixə keçən gecə təxminən səhər saat 04 radələrində Asif telefon nömrəsindən onun istifadəsində olan telefon nömrəsinə zəng vuraraq bildirmişdir ki, rayondan qonaqları var, gecə vaxtı qalmağa yer tapa bilmir, səhərə kimi həmin qonaqların bağ evində qalmalarını xahiş etmişdir. O da həmin vaxtı evdə olduğunu bildirmişdir. 15 dəqiqə sonra yenidən “Qara” ona zəng vurub gəlib onu evdən götürəcəyini deyəndə evdən çıxmışdır. Bu zaman onun yaşadığı evinin yaxınlığında qara rəngli “Tayota” markalı avtomobilin dayandığını görmüş, o, avtomobilə yaxınlaşan zaman Asifi qabaq sərnişin oturacağında görmüş, bu zaman Asif ona avtomobilə əyləşməyini demişdir. O, avtomobilin arxa sağ oturacağı tərəfə yaxınlaşıb qapını açaraq avtomobilin arxa sərnişin oturacağına əyləşmişdir. Bu zaman arxa oturacaqda da iki nəfər şəxsin əyləşdiyini görmüşdür. O, yolu göstərib avtomobili onun mühafizə etdiyi bağa sürdürmüşdür. Bağın darvazasını açarla açmış, itlər onun yanında adama dəymədiyi üçün ümumiyyətlə iti də bağlamamışdır. Onlar birlikdə bağa daxil olmuş və onlarıevin ikinci mərtəbəsində olan otağa dəvət etmişdir. Onunla birlikdə avtomobilin arxa sərnişin otağında əyləşmiş sərnişinlərin üzlərində və bədənlərində çoxlu xəsarət izləri görmüşdür. O, bunun nə məsələ olmasını Asifdən soruşanda Asif ona səsini çıxarmamağını demişdir. Bundan sonra həmin şəxslər otaqda təxminən 2 saat qalmışlar, həmin vaxt o həmin şəxslərə çay vermişdir. Asif otaqdan çıxanda uşaqlardan yenə də onları kimin döyməsini soruşanda onlar ona Qaranın döydüyünü və onların valideynindən pul tələb etməsini demişlər. Bundan sonra Asif, Osman, Osmanla gələn şəxs və onu bağa gətirən avtomobilin sürücüsü səhərə yaxın bağdan çıxıb getmişlər. Sonradan adını bildiyi Kənan və xəsarət alan uşaqlar isə otaqda mürgəliyirmişlər. 30 dekabr 2019-cu il tarixdə saat 10 radələrində Osman yenidən idman markalı avtomobillə bağa geri qayıtmış, Kənanın xəsarət alan uşaqların atası ilə danışdığını, Kənan həmin şəxsə avtomobilini geri qaytardırdığı üçün 2.000 manat pul verməli olduğunu, yalnız pulu verəndən sonra həmin uşaqları azad edəcəyini bildirmişdir. Buna cavab olaraqda həmin uşaqların atası həmin şəxslərə uşaqlarla birlikdə gəlmələrini bildirmişdir. Həmin şəxslər maşına minib bağdan çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Hövsan qəsəbəsi, bağlar massivində yerləşən ABU Petrol yanacaq doldurma məntəqəsinin yanında yerləşən 8 ədəd avtomobil təmiri yeri, iki mağaza, bir ədəd kafe və bir ədəd alqı-satqı ofisi vardır. Həmin qeyri-yaşayış obyekti ümumilikdə ona məxsusdur. O, “Qara” ləqəbli Asifi 6-7 aydır ki, obyektində yerləşən kafeni icarəyə verdiyi vaxtdan tanımışdır. Asif əvvəlcə ona 2-3 ay həmin kafenin fəaliyyətini tam bərpa etmək üçün möhlət verməyini, bundan sonra tam olaraq icarə haqqını Ödəməsini desə də noyabr ayına qədər həmin kafeni işlətsə də ona heç bir məbləğdə icarə haqqı ödəməmiş, işığa görə 200 manat borcu da yaranmışdı. 2019-cu ilin noyabr ayının sonunda Asif birdən birə yoxa çıxmış, heç obyektin açarını da ona verməmişdir. O da 10 həmin kafenin kilidini 2019-cu ilin dekabr ayının əvvəlində dəyişmiş və Niyaməddin adlı şəxsə icarayə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi ev 18, mənzil 52-də kirayədə yaşayan Şahid8 30 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə və 29-cu PŞ-ə müraciət edərək övladları xx xxxxxx 1997-ci İl təvəlüldlü Zərərçəkmiş şəxs1 və xx xxxxxx 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 29 dekabr 2019-cu il tarixdə saat 23 radələrində evdən çıxmasını, bundan sonra geri qayıtmadıqlarını, 30 dekabr 2019- cu il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefon nörməsindən Hicranın mobil telefon nömrəsi ilə naməlum şəxs telefon əlaqə saxlayıb övladlarını oğurlanmasını və 2.000 manat pul müqabilində azad ediləcəyini bildirmişdir. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün müvafiq qaydada rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qurupu təşkil edilmişdi. Həmin qrupa o və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin baş əməliyat müvəkkili polis mayoru Şahid6, baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid5, əməliyyat müvəkkili polis baş leytenantı Şahid7 daxil edildikdən sonra qeyd etdiyi məlumatın yoxlanılması barədə əməliyyat-axtarış tədbirlərlərinin təxirəsalınmadan keçirilməsi barədə qərar qəbul edilmiş və qrup üzvləri yəni, öz aralarında hər kəsin davranış xətti izah edilmişdir. Rüfət və Zərərçəkmiş şəxs1 qardaşlarının qohumu Şahid1 özü könüllü ərizə verərək keçiriləcək əməliyyat-axtarış tədbirində polis əməkdaşlarına yaxından kömək etməyə hazır olduğunu, qohumları Mais və Zərərçəkmiş şəxs2 qardaşlarının saxlanıldıqları yerdən azad edilməsi tələb edilən 2.000 manat puldan 1.000 manat pulu həmin şəxsləri oğurlayaraq saxlayan “Kənan" adlı şəxslə 30 dekabr 2019-cu tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində görüşüb verəcəyi barədə bildirmişdir. Şahid1 özünün təqdim etdiyi əməliyyat-axtarış tədbirində istifadə edilməsi üçün əvvəlcədən seriya və nömrələri qeyd edilmiş 1000 manat məbləğində pul əsginasları əməliyyat-axtarış tədbirində istifadə edilməsi üçün Şahid1 təqdim etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı əməliyyat qrupunun üzvləri 30 dekabr 2019-cu il tarixdə saat 17:20-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Bakıxanov" ticarət mərkəzinin qarşısında mövqe tutmuş və Şahid1 kənardan müşahidə etmişdir. Həmin vaxt Şahid1 bir nəfər şəxs ilə görüşmüş və həmin şəxsə pulu verdikdən sonra və pulu alan Zərərçəkmiş şəxs2 bir qədər kənarda dayanmış “Chevrolet Camaro” markalı 99NH888 dövlət qeydiyyat nişanlı avtomobilə minərək digər şəxsin avtomobili idarə etməsi ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Kabak” adlı kafenin qarşısına gedildikdən sonra orada olan şəxslərə yaxınlaşıb özlərini təqdim etməklə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, həmçinin həmin şəxsləri girov götürüb hədə-qorxu ilə pul tələb etmiş “Kənan” və “Osman” adlı şəxslər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə gətirmişlər. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində saxlanılan “Kənan” adlı şəxsin 03,10.1995-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi ev 10, mənzil 44-də qeydiyyatda olan Təqsirləndirilən şəxs1, “Osman” adlı şəxsin 01,08.1987-ci İldə Şərur rayonu, Sədərək kəndində anadan olmuş Sədərək rayonu, Heydərabad qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 F.azil oğlu olması müəyyən edilmişdir. Bundan sonra dəvət edilmiş hal şahidləri və polis əməkdaşlarının işirakları ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirən zaman o özü Şahid1 ona Mais və Zərərçəkmiş şəxs2 qardaşlarının azad edilməsi müqabilində verdiyi 1.000 manat pulu könüllü olaraq təqdim etmişdir. Bu barədə tərtib edilmiş protokol baxış iştirakçıları tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid6, Şahid7 Şahid4 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 29 dekabr 2019-cu il tarixdə saat 23 radələrində övladları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evdən çıxaraq geri qayıtmamışlar. 30 dekabr 2019-cu il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs2 öz istifadəsində olan mobil telefon vasitəsilə onunla əlaqə saxlayıb telefonu atası Nailə verməyini demişdir. Nail telefonu götürən zaman Rüfətin yanında olan “Kənan” adlı şəxs telefonu götürüb övladlarını görmək istəyirsə 2.000 manat pul verməli olduqlarını bildirib həmin pulu hədəqorxu gələrək onlardan tələb etmişdir. O,övladlarının oğurlanaraq məcburi saxlanılmaları və azad edilmələri müqabilində 2.000 manat pul istənilməsi barədə DİN-in 102 xidmətinə və 29-cu polis 11 şöbəsinə müraciət edərək hadisə barədə məlumat vermişdir. 30 dekabr 2019-cu il tarixdə saat təxminən 16 radələrində oğlu Rüfət yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi ev 18, mənzil 52-yə gəlib həmin şəxslərə benzin pulu kimi vermək üçün 20 manat pul alaraq aşağı düşmüşdür. O da artıq övladlarının azad edilib evə gələcəklərini düşünsə də övladları evə gəlməmişlər. Bu barədə yenidən Rüfətlə əlaqə saxlayıb nə üçün gəlmədiklərini soruşduqda Rüfət özlərinin azad edilməsi məsələsinin alınmadığını bildirmiş, o da Maisə məxsus olan puldan götürüb həmin şəxslərə vermələrini demişdir. Növbəti dəfə Rüfətin telefonuna zəng vuran zaman həmin şəxsin uşaqların azad edilməsi üçün 1.000 manat pul almağa razı olmalarını bildirmiş, bir nəfər yaxın adamın həmin pulu Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gətirilməsini demişdir. Bu vaxt o baldızının oğlu Şahid1 onların yaşadıqları evdə olduğundan həmin pulu da Vüqarın həmin şəxslərə çatdıracağını bildirmişdir, Bundan sonra polis şöbəsinə gedərək həmin hadisəni də polis əməkdaşlarına bildirmişlər. Daha sonra 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən Vüqarın iştirakı ilə 30 dekabr 2019-cu il tarixdə saat 17- 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində övladları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsbəsində saxlanıldıqları yerdən azad edilmiş və həmin şəxslərə qarşı cinayət əməli törətmiş şəxslər polis tərəfindən saxlanılmışdır. Maisin burun çəpəri sınmış, boynundan ağır xəsarətlər almışdır. Maisin burnunu əməliyyat elətdirib və aldığı xəsarətlərə görə uzun müddət müalicə etdirmişlər. Rüfət yanacaq üçün pulu götürməyə gələndə sifətində xəsarətlər olmuşdur. Maisgilin dediklərinə görə onları Kənan, Osman, Asif döymüş və Kənangildə bıçaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 04 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs5 kirayəyə götürüb idarə etdiyi **-UA-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobil ilə istirahət məqsədilə Qusar rayonuna getmişlər. Onlarla Türkan və Lalə adlı qızlar olmuşlar. Yolda o, yatmış, ancaq yarı yuxulu vəziyyətdə yadına gəlirmiş ki, Amid yolda avtomobilə yanacaq doldurmaq üçün məntəqələrdən birinə girmişdir. Amidə və ona telefon zəngi gəldiyindən və onlar Bakı şəhərinə qayıtmalı olduqlarından yarı yoldan geri qaydıraq Bakı şəhərinə gəlmişlər. Bir neçə gündən sonra o, Siyəzən rayonunda yerləşən yanacaq doldurma məntəqələrindən birinə saxta 200 manatlıq pul verilməsi faktına görə Amidin Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını bilmiş, Amidin izahat verərək həmin pulu yanacaq doldurma məntəqəsində operatora özünün təqdim edərək 10 manatlıq benzin sifariş verdiyini etiraf etsə də, həmin pulun saxta olmasından guya ki xəbərinin olmadığını və həmin pulu onun verdiyini qeyd edərək, hər şeyi onun üstünə atmağa çalışmışdır. Hətta o bir neçə gündən sonra Amidlə Bakı şəhərində görüşüb söhbət etmiş, niyə görə həmin pulu onun verdiyimi dediyini, hər şeyi onun üzərinə yıxmağının səbəbini Amiddən soruşmuşdur. Amid də bildirmişdir ki, onun əvvəllər həm özünün, həm də ki, atasının polis işlədiyinə görə, onların bu vəziyyətdən çıxa biləcəklərinə əmin olduğu üçün, onun adını verdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, sözü gedən hadisədən 4-5 ay qabaq onunla eyni cəzaçəkmə müəssisəsində cəza çəkən Zərərçəkmiş şəxs3 həmyerlisi olan İlqarın yanına gəlib getdiyi vaxtdan tanıyır. Onların yaxşı münasibətləri yaranmış, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır.2019-cu ilin təxminən əvvəlində isə Kənanı çox yaxın münasibətdə olduğu onunla birlikdə cəza çəkən Şahvələd İmanov vasitəsilə onun yanına gəlib getdiyi vaxtlardan tanımışdır. Kənanla da yaxşı münasibətləri olmuş, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Həm Kənan həm də Nail bir tanış kimi onun yanına gəlib-getmiş və ona sovqatlar gətirmişlər. Həmin şəxslər onun yanına gəlmələri ilə yanaşı həm də cəzaçəkmə müəssəsində fəaliyyət göstərən telefon nömrələri vasitəsilə də onunla əlaqə saxlamışlar. 2019-cu ilin dekabr ayının ortalarında Nail onunla telefon əlaqəsi saxlayan zaman hər hansı bir problemi barəsində ona heçnə deməmişdir. Təbii olaraq o da Nailə hər hansı bir kömək etmək və yaxud bu məsələ ilə bağlı Kənanın kömək göstərməsi ilə bağlı heç bir vəd verməmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, Kənanla Nailin övladları arasında problem olub, buna görə də Kənan və Naillə birlikdə olan digər şəxlər tutulublar. Kənanın Nailin övladları ilə arasında yaranmış problemdən ümumiyyətlə xəbərsiz olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o Siyəzən rayonu Gil-Gil çay qəsəbəsində yerləşən 12 Zərərçəkmiş şəxs4 YDM- də operator vəzifəsində işləyir. İşi gün ərzində X6 daxil olan müştərilərin avtomobillərinə yanacaq doldurmaqdan ibarətdir. İş qrafikinə uyğun olaraq o bir sutka işdə, bir sutka isə evdə olur. 04-05 dekabr 2019-cu il tarixdə o sutkalıq işdə olmuşdur. 05 dekabr 2019-cu il tarixdə səhər saat 07 radələrində YDM-nə Bakı şəhəri istiqamətindən ağ rəngli **-UA- *** dövlət qeydiyyat nişanlı X20 markalı avtomobil daxil olmuşdur. Həmin avtomobil yanacaq doldurmaq üçün nəzərdə tutulan 4-cü posta yaxınlaşmışdır. Sürücü avtomobilin ön hissəsini bir qədər irəlidə saxlamışdır. Avtomobilin yanacaq çəni arxa sol tərəfdə yerləşirmiş. O avtomobilin salonuna fikir verməsə də, xatırladığı qədəri ilə sürücünün yanında təxminən 29-30 yaşlarında başqa bir nəfər kişi cinsindən olan şəxs də var imiş. Xatırladığı qədəri ilə həmin şəxs avtomobildə yarı yuxulu yatılı vəziyyətdə imiş. Sürücü ona 10 manatlıq Aİ 92 markalı benzin vurmağı sifariş etmişdir. O geri qayıdıb avtomobilin yanacaq çəninə benzin vurmaq istəyərkən sürücü pulun bütöv 200 manatlıq əskinas olduğunu deyərək ondan həmin pulun qalığını qaytara bilibbilməyəcəyinji soruşmuşdur. O da pulunun qalığını qaytara biləcəyini demişdir. Qeyd etmişdir ki, həmin vaxtı o avtomobilin arxa tərətində imiş. Sürücünün pəncərəsi açıq olduğundan bir-birlərini eşidə bilirmişlər. O avtomobilə yanacaq doldurmağa başlamışdır. Sürücüyə yaxınlaşdığında ona 1 (bir) ədəd 200 manatlıq pul əskinasını uzatmışdır. O sürücüdüən həmin pulu götürmüş, yanacaq avtomobilin çəninə dolana qədər cibindən qalıq 190 manat pulu hazırlamış, sürücüyə yaxınlaşaraq sonuncuya təqdim etmişdir. Yanacağı doldurub qurtardıqdan sonra həmin avtomobil YDM-dən üzü Şabran rayonu istiqamətə hərəkət başlayaraq çıxıb getmişdir. Yanacaq çəninin tutumu böyük olan cip markalı bir avtomobilin məntəqəyə daxil olaraq cəmi 10 manatlıq benzin yanacağı dolduraraq ona 200 manatlıq pul əskinası verməsi onda şübhə yaratmışdır. Ona görə də o hər ehtimala qarşı həmin avtomobilin dövlət qeydiyyat nişanını dəftərdə qeyd eləmişdir. Həmçinin 200 manatlıq pul əskinasları dövriyyəyə yeni buraxıldıqları üçün müştərilər tərəfindən yanacaq doldurma məntəqəsində çox nadir hallarda verilirmiş. Ona verilən həmin 200 manatlıq pul əskinasının kağızı təzə olduğundan həmin pul həqiqi pul əkinasından demək olar ki, fərqlənmirdi. Əgər həmin pul ələ alındıqda saxta olması açıq-aşkar fərqlənmiş olsa idi, o həmin pulu götürərəkən saxta olduğunu dərhal bilərmiş. Təxminən 1-2 saat sonra o növbəni təhvil verərək YDM-nin müdir əvəzi olan Nümayəndə növbə ərzində satılan yanacağın pulunu vermişdir. Həmin pulların İçərisində olan 1 ədəd 200 manatlıq əskinas Nümayəndə şübhə yaratmışdır, çünki, verilən pulların içərisində 200 manatılıq əskinaz bir ədəd imiş. Bundan sonra Nümayəndə ondan 200 manatı o və ya digər operatordan hansının aldığını soruşmuşdur. O da cavabında həmin pulu 05.12;2019-cu il tarixdə saat 07 radələrində X20 markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin tanımadığı sürücündən aldığını bildirmişdir. Bundan başqa o X20 Prado markalı 90 ÜA 505 dövlət qeydiyyat nişanlı avtomobilin tanımadığı sürücüsü tərəfindən həmin pulun 10 manatlıq Aİ 92 markalı benzin alan zaman verildiyini və həmin şəxsə 190 manat pulun qalığını qaytardığını bildirmişdir. Bundan sonra tərəflərindən YDM-nin videokamera görüntülərinə baxış keçirilmişdir. Onun dediyi həmin xüsusat öz təsdiqini tapmışdır. Bundan sonra Nümayəndə 102 xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermiş və həmçinin ərizə ilə Siyəzən RPŞ-nə müraciət etmişdir. Onlara verilmiş saxta 200 manatlıq pul əskinası da polis əməkdaşları tərəfindən müvafiq qaydada prokollaşdırılmaqla götürülmüşdür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əgər həmin pul həqiqi pul əskinasından açıq aşkar formada fəqrlənmiş olsaydı o həmin pulun saxta olmasını dərhal yerindəcə başa düşərmiş. Həmin pul həqiqi puldan açıq-aşkar formada fəqrlənmirmiş. Qeyd olunan 1 (bir) ədəd 200 manatlıq saxta pulu ona X20 Prado markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin tanımadığı sürücüsü təqdim etmişdir. O sürücüyə yaxınlaşdığı zaman pul artıq sürücünün əlində imiş, o pulu öz cibindən çıxarması və ya yanında əyləşmiş sərnişindən alması barədə dəqiq bir söz deyə bilməz. Çünki o həmin vaxtı avtomobilin arxa tərəfində imiş. Sürücüyə yaxınlaşdığında ona 200 manatlıq pul əskinasını təqdim etmişdir. O da sürücünün həmin pulu haradan götürüb ona təqdim etdiyini görməmişdir. Həmçinin onlar sonradan müşahidə kameralarına baxdıqlarında sürücü avtomobilin ön tərəfini bir xeyli irəlidə saxladığı üçün, avtomobilin salonu görünmədiyindən onlar müşahidə kamerasından həmin xüsusatı dəqiqləşdirə bilməmişlər. Avtomobilin arxa sol pəncərəsində asılqandan kostyum asıldığından avtomobilin arxa oturacağında sərnişin olub-olmamasını görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş X13 ifadəsində göstərmişdir ki, sözü gedən hadisəyə qədər 6-7 ildir ki, tanıyır. 28 mart 2019-cu 13 il tarixdən etibarən isə o Şahid11lə vətəndaş nikahında bir yerdə yaşayır. 04.12.2019- cu il tarixdə axşa saatlarında Rəşadət və Rəşadətin Amid adlı dostu və Amidin lalə adlı tanışı ilə birlikdə onlar Qusar rayonuna getmək üçün Amidin idarə etdiyi Tayota markalı avtomobillə Bakı şəhərindən Qusar rayonu istiqamətində yola düşmüşlər. Bir yol getdikləri zaman gec olduğu üçün hava qaranlıq imiş, avtomobili Amid idarə edirmiş. Rəşadət qabaq sağ tərəfdə, o isə arxa sağ tərəfdəlalə isə arxa sol tərəfdə əyləşmişlər. Onlar yola çıxdıqlarından bəri lalə Amidə məxsus mobil telefonla məşğul İmiş. O isə onu yol tutduğu üçün avtomobilin arxa hissəsiondə yatacaq yeri düzəldib yatmışdır. Ara bir başını qaldırıb bgaxsa da hər tərəf qaranlıq olduğu üçün o harada olduqlarını diqiqləşdirə bilməmişdir. Beləcə o yol boyu yatmışdır. O yuxudan ayıldıqda Amid yolda səhv ötmə əməliyyatı etdiyi üçün Siyəzən şəhərinin mərkəzi hissəsində səv ötmə əməliyyatı yerinə yetirdiyi üçün onları polis saxlanılmasını xatırlyır. Daha sonra onlar birlikdə həmin avtomobil ilə Bakı şəhərinə qayıtmışlar. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o yol boyu yatdığı üçün onların X6 daxil olmasını hiss etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs5la sözü gedən hadisəyə qədər 7 ildir ki, vətəndaş nikahında yaşayırmış. 04 dekabr 2014-cü il tarixdə Amid onunla əlaqə saxlayaraq dostu Rəşadət və onun qız tanışı ilə Qusar ryonuna getdiklərini, ona da birlikdə getməyi təklif etmişdir. O da razılaşmışdır. Bir neçə dəqiqə sonra həmin şəxslər onu yaşadığı evdən götürmüşlər. Daha sonra o həmin günü Amidə acıqlı olduğu üçün bütün yol boyu Amidin telefonu ilə məşğul olmuş, onun elektron poçt və sosial şəbəkələrdə olan profillərini yoxlamışdır. Onun yol boyu başı Amidin telefonuna qarışmışdır. Avtomobili Amid sürmüş, Rəşadət qabaq sağ tərəfdə onla iki xanım isə arxa oturacaqlarda əyləşmişlər. O Rəşadəti Amidin dostu kimi, onun yanında olan “Tünü” ləqəbli qızı isə bir ya iki dəfə Rəşadətin yanında görüb ordan tanımışdır. O yol boyu telefonla məşğul olduğu üçün hara gedib hardan nə vaxt gəldiklərini xatırlamamışdır. O bir də Bakı şəhəri Q.Qarayev metrosunun yaxınlığında dayandıqları zaman Bakı şəhərində olduqlarını anlamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun yol boyu başı Amidin telefonuna qarışdığı üçün yolda baş verənlərdən xəbəri olmamışdır. Lakin, Amidi 7 il yaxından tanıdığı bir adam kimi onu demişdir ki, Amiddə yalandan danışmaq yoxdur. O hər şeyi olduğu kimi düz danışan adamdır. Pulu Amidin və ya Rəşadətin verməsi barədə konkret söz deyə bilməz. İbtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o Siyəzən rayonu Gilgilçay qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 YDM-də müdir əvəzi, yəni iş icraçısı vəzifəsində işləyir. Vəzifəsi ümumilikdə YDM-in iş fəaliyyətinə nəzarət etməkdir. Gündəlik olaraq tərəfindən növbəni təhvil verən operatorların iştirakı ilə gün ərzində satılan dizel və benzin yanacağının miqdarını və həmin satışdan əldə olunan pulun təftişini aparırmış. Adəti üzə 05.12.2019-cu il tarixdə səhər saatlarında operatorlar onunla təhvil-təslim edən zaman ona verilən pulların içərisində 1 ədəd 200 manatlıq əskinasına diqqətlə baxdığında həmin pul əskinasının açıq aşkar hiss olunan formada olmasa belə, həqiqi pul əskinasından bir qədər fəqləndiyini hiss etmişdir. Həmin pulun-saxta olması ilə bağlı onda şübhə yaranmışdır. Həmçinin həmin 200 manatlıq əskinas verilən pulların içərisində bir ədəd olduğu üçün, onun diqqətini cəlb etmişdir. Bundan sonra operatorlar arasında bu barədə araşdırma aparmış və araşdırma nəticəsində həmin pulu Rəsul adlı operatorun aldığını müəyyən etmişdir. Rəsuldan bu barədə soruşduqda Rəsul ona 05.12.2019-cu if tarixdə saat 07 radələrində X20 Prado markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəllər tanımadığı sürücüsü tərəfindən həmin pulun 10 manatlıq Aİ 92 markalı benzin alan zaman verildiyini və həmin şəxsə 190 manat pulun qalığını qaytardığını bildirmişdir. Bundan sonra isə o 102 xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermiş, həmin saxta 200 manatlıq əskinası aidiyyəti üzrə Siyəzən RPŞ-nin əməkdaşlarına təqdim etmişdir. Məhkəmə-tibbi ekspertizasının 04 yanvar 2020-ci il tarixli 12 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ bazunun və sağ saidi əhatə edən sahənin hematoması, sağ və sol bazunun qançırları, sağ bazunun və sağ saidin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərada qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni 30.12.2019-cu il tarixdə qeyd olunan nahiyələrə yumruq təpik və taxta parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə-tibbi ekspertizasının 04 yanvar 2020-ci il tarixli 13 saylı rəyindən görünür ki, 14 Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol gözaltı nahiyənin, sol bel nahiyənin qançırları, döş qəfəsinin sağ yarısının sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, yəni 30.12.2019-cu il tarixdə qeyd olunan nahiyələrə yumruq, təpik v ə taxta parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə-ballistik ekspertizasının 08 may 2020-cİ il tarixli 3/355 saylı rəyindən görünür ki, 99HN888 qeydiyyat nişanlı “Chevrolet Camaro” markalı avtomobilə baxış keçirilməsi zamanı həmin avtombildən aşkar edilmiş “1” və “2” rəqəmi ilə işarələnmiş predmetlər zavod üsulu ilə istehsal edlmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə mail olan məişət təyinatlı mətbəx bıçaqlarıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmirlər. Tədqiqata təqdim edilmiş “3” rəqəmi ilə işarələnmiş predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. Məhkəmə-tibbi ekspertizasının 10.08.2020-ci il tarixli 16/12 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ bazunun və sağ saidi əhalə edən sahənin hematoması (yumşaq toxuma arasına qan yığılması) dərəcəsinə görə həm ayrıayrılıqda, həm də ümumilikdə sağlamlığım qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər yəni, sağ və sol bazunun qançırları, sağ bazunun və sağ saidin sıyrıqlan həm ayrı-ayrılıqda həm də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərcələri təyin edilmir. Göstərilən xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb göstərmək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Təqdim edilmiş tibbi sənəddə göstərilən diaqnoz hər iki göz ətafı nahiyələrin hematoması, sol qulaq seyvanının hematoması şəxsin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmadığından onları xəsarət kimi qiymətləndirmək mümkün deyildir. Məhkəmə-tibbi ekspertizasının 10.08.2020-ci il tarixli 16/12 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol gözaltı nahiyənin, sol bel nahiyənin qançırları, döş qəfəsinin sağ yarısının sıyrığı həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Göstərilən xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb göstərmək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Sənədlərin məhkəmə-texniki ekspertizasının 20 dekabr 2019-cu il tarixli 31212 saylı rəyindən görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə bir ədəd Azərbaycan Respublikası Mərkəzi Bankının 2018-ci il burxılışlı A seriyalı 06169315 nömrəli 200-lük Azərbaycan manatı əskinasına oxşar pul vahidi hər hansı texniki qurğusundan (skaner və s.) istifadə etməklə printer vasitəsilə çap olunaraq hazırlanmış, eyni növ pul əskinası üçün qəbul olunmuş standarta uyğun deyildir və həqiqi pul vahidlərindən açıq-aşkar olunan formada fərqlənmir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin X4 Xidmətinin 06.03.2020-ci il tarixli 003-3684-1220 saylı müşayiət məktubu ilə göndərilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, şərti olaraq nömrələnmiş 1- “Camaro 99HN888 gəldi dayandı", 2- “Camaro və Toyota biryerde dayandılar ve maşına adam mindirdilər”, 3- “Toyota ** PD *** gəldi dayandı gözləyir”, 4- “TŞ 2-093.3”, 5- “TŞ 2-094”, 6- “TŞ 2-099.3”, 7- “TŞ 2-125.3 toyota ve camaro dayandı ve qaqaşı toyotaya mindirdilər”, 8- “TŞ 4-004.2”, 9- “TŞ 4- 020.2”, 10- “TŞ 5-020.2”, 11- “TŞ 5-038.3”, 12- “TŞ 6-031.3”, 13-“TŞ 11-011.3 Camaro lokbatana girdi", 14-“ TŞ 11-031.1” adlı video görüntülərin olması müyyən edildi. Birinci video görüntü 31 saniyədən ibarət olub iş materialları ilə müyyən edildiyi kimi ağ rəngli 99HN888 qeydiyyat nişanlı “Chevrolet Camaro” markalı avtomobilin Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən “101” çay evinin yaxınlığına gəlib dayanması və arxası ilə qara rəngli “Tayota Camry” markalı 99PD971 dövlət qeydiyyat nişanlı avtombilin hərəkət edərək dayanması görünür. İkinci video görüntü 10 dəqiqə 54 saniyədən ibarət olub həmin görüntünün 07-ci dəqiqə 40-cı saniyəsindən sonra “Chevrolet Camaro” markalı avtomobilin qəza işıqlarını yandıraraq həmin ərazidə yerləşən keoskun yanında saxlaması həmçinin “Tayota Camry” markalı avtombilin həmin avtmobilin arxasında qəza işıqlarını yandıraraq dayanması görünür. Həmin görüntüdə 09-cu dəqiqə 44-cü saniyədən sonra “Tayota Camry” markalı avtombil avtomobil digər avtombilin sağ yan arxa tərəfindən dayanıb qəza işıqlarını söndürür, iş materialları ilə müəyyən edildiyi kim i Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 “Chevrolet Camaro” markalı avtomobilə yaxınlaşıb 15 həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs3 ilə danışdıqdan sonra həmin avtomobilə əyləşir, daha sonra “Chevrolet Camaro” markalı avtomobil öndə “Tayota Camry” markalı avtombil isə arxada hərəkət etməsi görünür. Üçüncü video görüntüdə 1 dəqiqə 13 saniyə davam edir. Bu görüntüdə “Tayota Camry” markalı avtomobilin yenidən qeyd edilən keoskun yaxınlığında dayanaraq gözləməsi müşahidə olunur. Dördüncü video görüntü 34 saniyə davam etməklə həmin avtomobillərin eyni qaydada küçədə dalqabaq hərəkət etməsi əks etdirir. Beşinci video görüntü 52 saniyə davam edir, həmin avtomobillərin küçə ilə hərəkət etməsini əks etdirir. Altıncı video görüntü 28 saniyə davam etməklə “Tayota Camry” markalı avtombil öndə digər avtombil isə arxada hərəkət etməsi müşahidə olunur. Yeddinci video görüntü 03 dəqiqə 31 saniyə davam edir. Həmin video görüntüdə “Chevrolet Camaro" markalı avtombilin hərəkət edib sağa dönərək 101 çay evinin qarşısında saxlaması, onun arxası ilə Tayota Camry" markalı avtombilin dayanması Mais və Zərərçəkmiş şəxs2lann Təqsirləndirilən şəxs3lə birgə avtomobildən düşməsi və iş materilları ilə müəyən edildiyi kimi digər avtomobildən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 düşərək Mais və Zərərçəkmiş şəxs2la bir qədər danışdıqdan sonra onlara fiziki zor tətbiq edərək zorla “Tayota Camry” markalı avtomobilə əyləşdirmələri həmçinin, Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs1 “Chevrolet Camaro” markalı avtombilə əyləşməsi müşahidə olunur, dah sonra həmin avtomobillər yola çıxıb dalqabaq hərəkət edirlər. Bundan sonra səkkizinci (20 saniyə), doqquzuncu (13 saniyə), onuncu (24 saniyə), on birinci (34 saniyə), on ikinci (yeddi saniyə) video görüntülərdə “Tayota Camry” markalı avtomobil öndə "Chevrolet Camaro” markalı avtombil isə arxada Hovsan qəsbəsi istiqamətində hərəkəti qeydə alınmışdır. On üçüncü video görüntü 27 saniyə, On dördüncü video görüntü 27 saniyə davam etməklə “Chevrolet Camaro” markalı avtomobilin Lökbatan qəsəbəsinə girişini qeydə alınmışdır (cild 04, iş vərəqə 164-165). Cinayət işinin materiallarına əlavə edilmiş “xxxx" ASC-nin 16 oktyabr 2020-ci il tarixli 15700/2-4306 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 416974*******7593 nömrəli kartın, balansında 10.24 manat olmuş, həmin kartın balansından 30.12.2019-cu il tarixdə saat 22:17-də “xxxx” ASC-nin Nizami filialının yaxınlığında yerləşən bonkomatdan əvvəlcə 9 manat və 1 manat olmaqla ümumilikdə 10 manat pul nağdlaşdırılmışdır. Həmin nağdlaşdırmanı həyət keçirən şəxsin fotoşəkilləri və iş materialları ilə müəyyən edilmişdir ki, bu şəxs Təqsirləndirilən şəxs5dur. Həmçinin “xxxx” ASC-nin 16 oktyabr 2020-ci il tarixli 41- 6293/2020 nömrəli mətktubundan görünür ki, Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 5167******3972 saylı olastik kartın balansı 0 manat təşkil edir, 29-12-2019-cu il tarixdən 01.10.2020-ci il tarixə qədər olan müddət ərzində heç bir əməliyyat aparılmamışdır (cild 05, iş vərəqə 68-71). Cinayət işinin materiallarına əlavə edilmiş Nümayəndə təqdim etdiyi 1 (bir) ədəd Compakt Diskin yaddaşında olan görüntülərə baxış keçirilən zaman disk açıldığında içərisində “1_02_R_**********30” 39358 KB və “2_03__R_**********30” 40145 KB yaddaşlarıda videcfayllar olduğu müəyyən olundu. “1_02_R_**********30” adlı video fayl baxış zamanı videonun mıntəqənin ön kamresının yaddaşında olan görüntüləri əks etdirdiyi və həmin videonun 37-ci saniyəsində ağ rəngli Toyoto Prado markalı avtomobilin X6 daxil olduğu və benzin yanacağı doldurmaq üçün məntəqənin 4-cü postunun yanında saxladığı görünür. Daha sonra operatorun sürücüyə yaxınlaşaraq qısa söhbətdən sonra avtomobilin yanacaq çənini açaraq avtomobilə yanacaq doldurmağa başaladığı və daha sonra sürücünün pəncərəsinə yaxınlaşdığı və sürücü tərəfindən ona yanacağın pulunun verdildiyi görünür. Daha sonra operator həmin pulu götürərək avtomobilə benzin yanacağını doldurub qurtardıqdan sonra yenidən sürücünün pəncərəsinə yaxınlaşaraq qalıq pulu sürücüyə qaytardığı görünür. Videonun 02:33-cü saniyəsində həmin avtomobil yanacaq doldurma məntəqəsindən çıxaraq üzü Şabran rayonu istiqamətində yolunu davam etdirir. Daha sonra “2_03_R_**********30” 40145 KB yaddaşa malik video fayl açıldığında, həmin videofaylın yanacaq doldurma məntəqəsinin arxa tərəfdən olan videokamerasının yaddaşındakı görüntüləri əks etdirdiyi məlum olmuş, həmin görüntülərlə birinci videofayladkı görüntülərin eynilik təşkil etdiyi müəyyən olunmuşdur (cild 03, iş vərəqə 95-96). Cinayət işinin materiallarına əlavə edilmiş Şahid9 adına tərtib edilmiş görüşlərin, sovqat, bağlama və banderolların qeydiyyat vərəqəsindən görünür ki, 29.12.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Şahid9 ilə 3 saat ərzində görüşdə olmuşdur (cild 02, iş vərəqə 141). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər 16 Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs5 Bakı şəhəri,Suraxanı rayon məhkəməsinin 29.04.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib , 02 il islah işləri cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28.12.2011-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş və 01 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. 28.12.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs4 Bakı şəhəri,Suraxanı rayon məhkəməsinin 07.06.2012-ci il tarixli hömünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2700 manat cərimə cəzasına məhkum edilmiş, Ağsu Rayon Məhkəməsinin 27.07.2016-cı il tarixli qərarı ilə cərimə cəzasından azad olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 31.12.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 01.01.2020-cİ il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 31.12.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 01.01.2020-cİ il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 19.01.2020-cİ il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 21.01.2020-cİ il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 29.04.2020-cİ il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 01.05.2020-cİ il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs5 25.01.2020-cİ il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 27.01.2020-cİ il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 məhkəmə iclasında verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, İbtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, Ceyhun ona zəng edərək Naillə görüşməyini demiş və bildirmişdir ki, problemi var və həmin problemin həll etməyini xahiş etmişdir. O da Naillə zəngləşib Qara Qarayevdə görüşmüşlər. Həmin vaxtı Nail ona demişdir ki, Vüsal adlı şəxs və yanında üç nəfər şəxslə Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Simpatiya MMC-nin binasının qarşısında bıçaqla hədə-qorxu gələrək idarə etdiyi **- PD-*** dövlət qeydiyyat nişanlı «Nissan Maxima» markalı avtomobilini alaraq sürüb getmişlər. O, həmin vaxtı Naillə Yasamalda yerləşən «Arzum» adlı kafeyə gəlmişlər. Ceyhun ora Ayxan və Elnur adlı şəxsləri də göndərmişdir. Həmçinin həmin şəxlərin yanında 4-5 nəfər də adlarını bilmədiyi şəxslər də var imiş. Nail olanlar barədə Ayxan və Elnura da danışmışdır. Həmin günü Vüsal avtomobili Nailə qaytarmışdır. Daha sonra Ceyhun ona demişdir ki, avtomobilin qaytarılmasına görə Naildən 2.000 manat pul alsın. O da bu barədə Nailə demişdir. Nail isə ona pul verməmişdir. Həmin 2.000 manat pul da Ayxan, Elnur, həmin adlarını bilmədiyi şəxslərlə onların aralarında bölünəcəkmiş. Nailin pul verməməsini görəndə məcbur olub oğlu Maisi girov kimi saxlamaq qərarına gəlmişlər. Onlar bu planı Fərid, Osman, Asif, Amid və o birlikdə qurmuşlar. Belə olan halda o Nailin oğlu Maisə zəng etmişdir ki, sonuncunu görüşə çağırıb götürsünlər. Lakin Mais onun zənglərinə cavab verməmişdir. 29.12.2019-cu il tarixdə saat 24 17 radələrində Fərid Maisə zəng edərək görüşüb çay içməyi təklif etmişdir. Fərid Yasamal rayon Əsəd Əhməd küçəsində yerləşən «Bizim Market»in yaxınlığında yerləşən «101 ÇAY EVİ» adlı çayxananın qarşısında Maislə görüşmüşdür. Fərid **-HN-*** markalı «SHEVRALİT. CAMARO» markalı avtomobilə gəlmişdir. O Osman, Asif Amidin idarə etdiyi qara rəngli «Tayota» markalı avtomobil ilə Fərdin arxası ilə hərəkətdə imiş. X14 yerləşən «101 ÇAY EVİ» adlı çayxananın qarşısında görüşmüşdür. Həmin vaxtı Maisin yanında Rüfət adlı qardaşı da var imiş. Həmin vaxtı o, Osman, Asif və Amid avtomobildən aşağı düşərək həmin şəxsləri qara rəngli «Tayota» markalı avtomobilə otuzdurmuş və dalqabaq Hövsan qəsəbəsinə gəlmişlər. 30.12.2019-cu il tarixə keçən gecə saat 02 radələrində Hövsanda çayxananın qarşısında həmin şəxsləri avtomobildən düşürtmüşlər. Həmin vaxtı Asif cibindən çıxardığı açarla işlətdiyi çayxananın qapısını açmışdır. Həmin şəxsləri çayxanaya salmışlar. Orada onlardan başqa heç kim yox imiş. Bu zaman onlar Maisgildən onlara çatası 2.000 manat pulu atasından alıb vermələrini istəmişlər. Mais demişdir ki, atası heç kimə pul borclu deyil. Bu zaman Asif çayxanadan çıxaraq əlində taxta parçası geri qayıtmış və Maisin qolundan zərbələr endirmişdir. Eyni zamanda o və Osman da Maisi və qardaşı Rüfəti yumuruq və təpiklə döymüşdür. Daha sonra həmin şəxsləri birinci mindirdikləri qaydada avtomobilə mindirməklə Hövsan qəsəbəsində yerləşən Asifin tanıdığı bir bağ evinin qarşısına gətirmişlər. Bağ evinə çatanda artıq saat 03 radələri olarmış. Asifin orada olan adını bilmədiyi tanışı həyətin dəmir darvazasını özündə olan açarla açmışdır. Mais və Rüfəti həmin evin 2-ci mərtəbəsinə qaldırmışlar. Təmirsiz bir kiçik otağa salmışlar və 2.000 manat çatana kimin girov qalacaqlarını demişlər. Həmin vaxtı Maisə Nail zəng etmişdir. Asif Maisdən telefonu alaraq demişdir ki, “övladlarını girov götürmüşük, 2000 manatı gətir və övlanlarını apar”, sonra telefonu söndürmüşdür. O, Maisin telefonuyla Nailə zəng edərək Ceyhunun cəza çəkdiyi kalona getməyi demiş və orada Ceyhunla görüşsünlər əgər Ceyhun Nailin onlara 2.000 manat verəcəyi olduğunu təsdiq etməsə onda uşaqlarının sərbəst olacağını Nailə demişdir. Nail təklifini qəbul etmiş və Lökbatanda görüşməyi bildirmişdir. Onlar Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən «Cənub» adlı kafenin qarşısna gəlmişlər. O, Maisin telefonuyla Nailə zəng etmişdir. Nail zəngə cavab verməmişdir. Belə olan halda həmin şəxsləri yenidən saxlandıqları yerə aparacaqlarını demişlər. Sonra görmüşlər ki, avtomobildə benzin yoxdu. Onlar benzin almaq üçün Maisgildən 20 manat pul istəmişlər. Maisgil demişlər ki, evin yanına sürsün, evdən pul götürüb versinlər. Maisgili yaşadıqları ünvana Yasamala gətirmişlər. Onlar saat 17 radələrində Yasamala evin yanına çatmışlar. Rüfət avtomobildən düşərək evə qalxmışdır. Rüfət evdən 20 manat götürərək yanlarına qayıtmışlar. Həmin 20 manat pulu Rüfət Osmana vermişdir. Həmin vaxtı Fərid ona zəng edərək bildirmişdir ki, onları 29-cu Polis şöbəsi axtarır. Belə olan halda onlar Maisgili Razin qəsəbəsinə gətirmişlər. Yolda olarkən Maisin anası Rüfətin telefonuna zəng etmişdir. Rüfət anasına demişdir ki, onları buraxmırlar. Anası Rüfətə demişdir ki, gəl evdən pul götür ver. Bu zaman Rüfət bibisi oğlu Vüqarla danışaraq evdən 1.000 manat pulu götürüb Razinə gətirməyi bildirmişdir. Rüfət demişdir ki, götürüb gəlir. Onlar həmin günü saat 19 radələrində Razin qəsəbəsinə çatmışlar. Onları orada «Kabak» adlı kafeyə getmişlər. Onlar kafedə oturmuşlar və çay sifariş etmişlər. Onlar ora çatdıqdan 25 dəqiqə sonra Vüqar zəng edərək bildirmişdir ki, Razindədir. Osman demişdir ki, Vüqar Razin bazarının yanına gəlsin və Rüfət də bu barədə Vüqara demişdir. Osman və o Rüfətlə birlikdə Vüqarla görüşmək üçün kafedən çıxaraq Razin bazarının yanına getmişlər. Mais isə Asiflə kafedə qalmışdır. X19 görüşdürmüşdür. Vüqar isə onları görməmişdir. Rüfət pulu Vüqardan alıb ona vermişdir. Onlar həmin kafeyə qayıtmışlar. Kafeyə təzəcə çatmışlar ki, mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını təqdim edərək 29cu PŞ-nə gətirmişlər. Asif isə qaçaraq getmişdir. Onlar orada etdikləri əməli etiraf etmişlər. Həmçinin, ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, onlar Maisgildən onlara çatası 2.000 manat pul atasından alıb vermələrini istəmişlər. Mais demişdir ki, atası heç kimə pul borclu deyil. Bu zaman Asif çayxanadan çıxaraq əlində taxta parçası geri qayıtmış və Maisin qolundan zərbələr endirmişdir. Eyni zamanda o və Kənan da Maisi və qardaşı Rüfəti yumruq və təpiklə döymüşlər. Bundan sonra Mais və Rüfəti eyni qaydada avtomobilə mindirməklə Hövsan qəsəbəsində yerləşən Asifin tanıdığı bir bağ evinin qarşısına gətirmişlər. Bağ evinə çatanda artıq saat 03 radələri olarmış. Asifin orada olan adını bilmədiyi tanışı həyətin dəmir darvazasının özündə olan açarla açmışdır. Mais və Rüfəti həmin evin 2-ci mərtəbəsinə qaldırmışlar. Təmirsiz bir kiçik otağa salmışlar və 2.000 manat çatana kimin girov qalacaqlarını 18 demişlər. Həmin vaxtda Maisə Nail zəng etmişdir. Asif Maisdən telefonu alaraq demişdir ki, "övladlarını girov götürmüşük, 2000 manatı gətir və övladlarını apar", sonra telefonu söndürmüşdür. Onlar saat 17 radələrində Yasamala evin yanına çatmışlar. Rüfət avtomobildən düşərək evə qalxmışdır. Rüfət evdən 20 manat götürərək yanlarına qayıtmışdır. Həmin 20 manat pulu Rüfət ona vermişdir. Həmin vaxtı Fərid Kənan zəng edərək bildirmişdir ki, onları 29-cu Polis şöbəsi axtarır. Belə olan halda onlar Maisgili Razin qəsəbəsinə gətirmişlər. Yolda olarkən Maisin anası Rüfətin telefonuna zəng etmişdir. Rüfət anasına demişdir ki, onları buraxmırlar. Anası Rüfətə demişdir ki, gəl evdən pul götür ver. Bu zaman Rüfət bibisi oğlu Vüqarla danışaraq evdən 1.000 manat pulu götürüb Razinə gətirməyi bildirmişdir. Rüfət demişdir ki, götürüb gəlir. Onlar həmin günü saat 19 radələrində Razin qəsəbəsinə çatmışlar. Onları orada «Kabak» adlı kafeyə getmişlər. Onlar kafedə oturmuşlar və çay sifariş etmişlər. Onlar ora çatdıqdan 25 dəqiqə sonra Vüqar zəng edərək bildirmişdir ki, Razindədir. Osman demişdir ki, Vüqar Razin bazarının yanına gəlsin və Rüfət də bu barədə Vüqara demişdir. Onlar Vüqarla görüşmək üçün kafedən çıxarmışlar, Razin bazarının yanına getmişlər. Mais isə Asiflə kafedə qalmışdır. X19 görüşdürmüşdür. Vüqar isə onları görməmişdir. Rüfət pulu Vüqardan alıb ona vermişdir. Onlar həmin kafeyə qayıtmışlar. Kafeyə təzəcə çatmışlar ki, mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını təqdim edərək 29-cu PŞ-nə gətirmişlər. Asif isə qaçaraq getmişdir. Onlar orada etdikləri əməli etiraf etmişlər. Həmçinin, ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, o, avtomobili idarə edib Yasamalda olan moykaların qarşısından keçib bir qədər fırlandıqdan sonra çay içmək üçün yenidən Yasamalda olan bir çay evinin qarşısında dayanmışlar, onlar maşından düşən zaman, arxadan Amidin idarə etdiyi əvvəldən qeyd etdiyi qara rəngli avtomobili dayanmışdır. Bu avtomobildən Kənan və Osman düşərək onlara yaxınlaşmışlar və Kənan bir daşla iki quş vurduğunu bildirmiş, Mais və qardaşı Rüfəti Tayota markalı avtomobilə əyləşməyə məcbur etmişlər. Kənan Maİsə bildirmişdir ki, Maisin də iştirak etdiyi söhbətdə Kənan və dostları atasının avtomobilini öz nüfuzlarından istifadə edib geri qaytarmışlar, buna görə də həmin şəxslərin atası Kənana 2000 manat pul verməli imişlər, lakin Mais Kənangildən qaçıb gizlənirmiş. Buna görə də elə bu məsələyə atalarının əvəzinə Maisgilin özü cavabdehdir və əziyyət çəkəcəklər. Daha sonra Kənanın göstərişi ilə “Qara” ləqəbli Asif, Osman, Mais və Rüfəti əl və ayaqları ilə döyməyə başlamışlar. Bundan sonra Asif çöldən odun parçası gətirib Mais və Rüfəti bununla bir qədər döymüşdür. Sonra Kənan özü həmin uşaqları əl və ayaqları ilə döymüşlər. Bundan sonra Kənan həmin uşaqları atası ilə telefonla danışdırmaq istəsə də danışa bilməmişlər. Həmin vaxt Maisgilin anası həmin şəxslərin telefonuna tez-tez zəng vurur, bu zaman Kənan Maisgilə danışaraq atasının tapılması üçün şərait yaratmışdır. Mais də anasından təcili atasının əlaqəyə girməsini demişdir. Sonradan Maisgilin atası yenə də əlaqəyə çıxmamışdır. Həmin vaxt o Maisgilə müraciət edib deyirmiş ki, həmin şəxslər nə istəyirlərsə həll etsinlər və onların çıxıb getməkləri üçün şərait yaratsınlar. Buna baxmayaraq Maisgil əlaqəyə çıxa bilmir və Asif, Osman, Kənan tərəfindən döyülmüşlər. O, dillənən zaman isə Kənan mənə səsini kəsməyini, onunla sonra məşğul olacaqlarını deyirmiş. Həmçinin, ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, o, kafenin qapısını açdıqan sonra onlar kafeyə daxil olmuşdur. Burada Kənangil həmin uşaqlarla mübahisə edib həmin şəxslərdən 2.000 manat pulu tələb edirmişlər. O isə həmin vaxtdan heç kimlə mübahisə etmir, heç kimdən pul tələb etmirmiş. Burada ona heç kim xəsarət yetirməmiş, o da heç kimə xəsarət yetirməmişdi. Burada Kənangil uşaqlardan pulu gətirmələrini tələb edən zaman həmin uşaqlarda ataları ilə danışıb pulu həmin yerə gətirmələrini istəyirmişlər. O, təxminən 1 saat orada qaldıqdan sonra Kənana səhərə yaxın buranı tərk etməli olduqlarını bildirmiş və özü yaşadığı piyada formada evə gedərək yatmışdır. Bir neçə saat sonra Osman ona zəng vurub onu oyatmış və Kənanın onu çağırmasını bildirmişdir. O da Osmanla birlikdə piyada halda yenə işlətdiyi kafeyə getmişdir. Bu vaxt Kənan uşaqların atası ilə danışdıqlarını, Kənanın pulu sabah gətirəcəyini bildirmişdir. Lakin həmin gecə qalmağa yer olmadığı üçün ondan qalacaqları yer təşkil etməyini xahiş etmişdir. O da 4-5 il ildir ki, tanışı Hövsan qəsəbəsində yerləşən bağların birində qarolçu olan, yaxşı münasibətinin olduğu Zakir adlı şəxslə əlaqə saxlayıb Zakirdən qohumları kimi təqdim etdiyi Kənangilin həmin iki qardaşla birlikdə qalmalarını xahiş etmişdir. 19 Zakir də onunla razılaşmışdır. O Zakirlə Hövsanda tanış olmuş və Zakirlə yaxşı münasibətləri yaranmışdı. O, Zakirin işlədiyi hələ yaşayış olmayan bağda dəfələrlə qonaqda olmuşdu. Beləliklə 30 dekabr 2019-cu il tarixdə təxminən saat 05 radələrində Zakirin işlədiyi bağa getmişlər. Burada olan fərdi yaşayış evinin ikinci mərbəsində otağa daxil olmuşlar. Burada 15 dəqiqə qaldıqdan sonra o və Osmanın idarə etdiyi “Camaro” markalı avtomobillə evə getmişdir. Osman isə işlədiyi “Qum” adasına getmişdir. Həmin günü saat 10 radələrinə Osman onu yaşadığı evdən çağırmış, o həyətə düşəndən sonra Kənan və həmin qardaşların avtomobildə əyləşdiyini görmüşdür. Kənan həmin uşaqların atasının Lökbatan qəsbəsində həmin şəxslərə pulu verəcəyini bildirib onunda həmin şəxslərlə getməyini təklif etmiş, o də razılaşmışdır. Onlar Lökbatan qəsəbəsinə gedib burada olan kafedə yemək yemişlər. Təxminən 1 saat orada olsa da uşaqların atası ora gəlməmişdir. Daha sonra onlar oradan Kənanın təklifi ilə Bakıxanov qəsəbəsinə getmişlər. Kənan ona bildirmişdir ki pulunu orada çatdıracaqlar. İbtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 hadisə ilə bağlı digər təqsirləndirilən şəxslərin ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə həmçinin zərərçəkmiş şəxslərin məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri təqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verdiklərini hesab edir. Belə ki, Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 8 saylı CÇM-də cəza çəkən Şahid9 sözü gedən hadisəyə qədər 1 İldir ki, ortaq tanışları vasitəsilə tanımış, münasibətləri yaxşı olmuşdur. O tez-tez Ceyhunun yanına gedir, imkanı çatandan Ceyhuna ərzaq və siqaret aparırdım. Təqsirləndirilən şəxs1 isə sözü gedən hadisədən 2-3 ay qabaq Ceyhuna görə tanımış, Kənanla da münasibətləri yaxşı olmuşdur. Sözü gedən hadisədən bir il qabaq bildiyinə görə Müşfiqabad qəsəbəsində olan qaçqınlar üçün tikilmiş Bakı-Şamaxı yolunda sol tərəfdə yerləşən binalarda yaşayan Vüsal adlı şəxsi hazırda xatırlamadığı ortaq tanışları vasitəsilə tanımışdır. Vüsalın haqqında başqa məlumatı yoxdur, istifadəsində olan mobil telefonda yadında deyil. Vüsalla da münsibətləri yaxşı olmuşdur. Lakin, 2019-cu ilin dekabr ayının ortalarında gecə saatlarında yaşadıqları Yasamal rayonu Yeni Yasamaln qəsəbəsi Simpatiya MMC-nin binanın qarşısında Vüsal və sonuncunun yanında olan tanımadığı adını bilmədiyi iki nəfər şəxslə birlikdə bıçaqla ona hədə-qorxu gələrək həmin vaxtı etibarnamə əsasında idarə etdiyi **-PD-*** dövlət qeydiyyat nişanlı «Nissan. Maxima» markalı avtomobilini alaraq sürüb getmişdir. O nə qədər Vüsala avtomobili geri qaytarmaq üçün müraciət etsə də Vüsal onun avtomobilini geri qaytarmamışdı. O Vüsalın avtomobili geri qaytarması üçün ümidli olduğundan bununla bağlı heç bir orqana şikayət etməmişdir. Lakin avtomobil aparıldıqdan sonra o 8 saylı CÇM-də cəza çəkən Ceyhun adlı tanışı ilə əlaqə saxlayaraq avtomobilinin Vüsal adlı şəxs tərəfindən hədə-qorxu gəlinərək avtomobilinin alındığı barədə məlumat verib Vüsaldan avtomobilinin qaytarılması üçün kömək istəmişdir. Çünki, Ceyhun həmin Vüsal adlı şəxsi və Vüsalın əhatəsini tanıyırmış. Bu xahişindən sonra Ceyhun Kənanı ona kömək etmək üçün göndərmiş, Kənanda tanımadığı 20 nəfərə yaxın şəxsləri başına yığsa da onun avtomobilinin geri qaytarılması üçün heç bir kömək edə bilməmişdi. Bundan sonra şəxsən özü təkcə Vüsalla görüşüb avtomobilini geri almışdır. Daha sonra Kənan ona müraciət edib 2.000 manat pulu guya zəhmət haqqı kimi verməlidir. O da buna etiraz edib, avtomobilimin geri qaytarılması üçün heç bir əməyinin olmamasını bildirmişdir. Kənan ondan yenə də 2.000 manat pulu tələb edəndə o Kənana bildirmişdir ki, Ceyhunun özündən soruşar, əgər Ceyhun Kənana pul verməyimi bildirsə bu zaman o Kənana həmin pulu verər. Bundan sonra Ceyhunla telefon vasitəsilə əlaqə saxlayıb avtomobilinin qaytarılmasında Kənanın heç bir əməyinin olmamasını, belə olan halda yenə də Kənanın ondan 2.000 manat pul tələb etməsini bildirmiş, həmin pulu Kənana verib verməməyini soruşmuşdur. Bu zaman Ceyhun özü də 2.000 manat pulu Kənana qəti şəkildə verməməyini bildirmişdi. Bundan sonra o özü Kənanla əlaqə saxlayıb Ceyhunla danışdığını, Ceyhunun həmin 2.000 manat pulu Kənana verməli olmadığım bildirmişdir. Lakin Kənan heçnəyə baxmayaraq 2.000 manat pulu 28 dekabr 2019-cu il tarixə qədər çatmalı olmasını bildirmişdir. Kənan bundan sonra da onunla əlaqə saxlayıb görüşmək istəsə də o Kənanla görüşməmişdir. 30 dekabr 2019cu il tarixə keçən gecə o yaşadığı evdə olan çox yorğun olduğu üçün yatmışdı. Gecə saatlarında yuxudan oyandığı zaman övladları Mais və Rüfət evdə olmadığını görmüşdür. Bu zaman narahat olub ailə üzvlərindən övladlarıyla maraqlanan zaman Fəridin Maislə əlaqə saxlayıb Fəridin 20 görüşə çağırmasını, daha sonra isə övladlarının istifadələrində olan telefonlarla əlaqə saxlaya bilmədiklərini, telefonlarına zəng çatmadığını bildirmişlər. Bu zaman o özü də həm Maisə həm də Rüfətlə əlaqə saxlamaq istəsə də övladlarının telefonlarına zəng çatmadığım görmüşdür. Bundan sonra Maisgil həyat yoldaşı Hicranla əlaqə saxlamışlar, bu zaman Kənan, Fərid və digər şəxslərin övladlarının deyə bilmədiyi yerə apardıqlarını, onun guya Kənana verməli olduğu 2.000 manat pula görə saxaldıqlarını, həmin pulu verdikdən sonra övladlarını buraxacağını demişlər. O özündə Kənanla danışıb onunla probleminin olmasını, övladlarını buraxmalarını bildirmişdir. Həm də Kənana demişdir ki, o heç bir məbləğdə pul verməli deyil, Ceyhun özü də bildirmişdi ki, Kənana heç bir pul verməsin. Bu danışıqlarından sonra övladları Mais və Rüfətlə danışa bitməmişdir. Həmin şəxslərin telfonlarına zəng çatmır, ya da zəng çatsa da telefonu götürmürlər. Bundan sonra 30 dekabr 2019-cu il tarixdə saat 06 radələrinə kimi övladlarıyla əlaqə saxlaya bilmədiklərini görəndə həyal yoldaşım Hicran öz istifadəsində olan mobil telefon nömrəsi ilə “102" zəng xidməti mərkəzinə zəng vurub övladları Mais və Rüfətin Kənan, Fərid və digər şəxslər tərəfindən oğurlandıqlarını, həmçinin həmin şəxslər tərəfindən onlardan övladlarının azad edilməsi müqabilində 2.000 manat pul tələb edilməsi məzmununda müraciət etmişdir. Bundan sonra 29-cu polis bölməsinə dəvət edilmişlər. Daha sonra polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bacısıoğlu X2 1.000 manat pulu Bakıxanov qəsəbəsində Kənana verdikdən sonra Kənan və sonradan adını bildiyi Osman polis əməkdaşları tərəfindən saxlanılmışdır və övladları Mais və Rüfət polis əməkdaşları tərəfindən azad edilmişdir. Övladları azad edildikdən sonra Mais və Rüfətin əl, ayaq, üz və bədəni digər nahiyələrindən xəsarətlər almasını görmüşdür. Övladlarının danışıqlarından ona məlum olmuşdur ki, övladları Mais və Rüfəti Kənan, Fərid və sonradan adlarını bildiyi Osman, qara ləqəbli Asif, Amid tərəfindən oğurlanıb əvvəlcə Hövsan qəsəbəsində çay evinə, daha sonra dəniz sahilində olan fərdi yaşayış evində saxlayıb övladlarını əl və ayaqları ilə, Asif isə odun parçası ilə döymüşdür. Həmçinin, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, həmin günü sonradan adı ona Kənan kimi məlum olan şəxs atasından 2.000 manat pul istəmişdi. Guya Ceyhunun göstərişi ilə avtomobil qaytarıldığı üçün bu işi görən adamlara 2.000 manat pul 28.12.2019-cu il tarixdə çatmalı imiş. Atası Kənanın pul istəməsi ilə bağlı təkrar Ceyhunla əlaqə saxlamışdı. Ceyhun isə heç kimə pul verilməyəcəyini atasına demişdir. Belə olan halda atası Kənana pul verməmişdir. 29.12.2019-cu il tarixdə saat 24 radələrində əvvəldən bir dəfə atasının rent a cardan avtomobil götürməsindən sonra icarəyə götürdüyü Kia Optima markalı avtomobilin cərimə meydançasına yerləşdirildiyi üçün rent a kar şirkətinə atasının verəcəyi pulla bağlı müraciətlərindən tanıdığı Fərid adlı şəxs ona zəng edərək görüşüb çay içməklərini təklif etmişdir. Fərid Nərimanov rayon ərazisində «Bürhan FF» adlı avtomobilərin icarəsi adlı yerdə avtomobillərin icarəsi ilə məşğul olurmuş. O da həmin vaxt qardaşı Rüfətlə imiş. Fəridin zəngindən 10-15 dəqiqə sonra Fərid Yasamal rayonu, Əsəd Əhmədov 24B-də yerləşən «Bizim Market»in yaxınlığında yerləşən «101 ÇAY EVİ» adlı çayxananın qarşısına gəlmişdir. Fərid idarə etdiyi **-HN-*** markalı «SHEVRALİT CAMARO» markalı avtomobilə gəlmişdir. Həmin vaxtı Fərid telefonla kimləsə danışa-danışa ona əli ilə işarə etmişdir ki, avtomobilə otursun. O həmin vaxt həmin avtomobildə qabaq sərnişin oturacağında, qardaşı isə arxa sərnişin oturacağında əyləşmişdir. Fərid telefonla danışığına davam edərək avtomobili 50-100 metr irəli sürərək qarşı tərəfdən geriyə qayıtmaqla avtomobili «101 ÇAY EVİ» adlı çayxananın qarşısında saxlamışdır. O və qardaşı avtomobildən aşağı düşmüşlər. Fərid də avtomobildən düşmüşdür. Həmin vaxta qədər Fərid bilmədiyi şəxslə telefonla danışdığı üçün bir kəlmə belə söz danışa bilməmişlər, sadəcə olaraq Fərid telefonla danışa-danışa harada oturub çay içə biləcəklərini demişdi. Onlar avtomobildən düşəndə Fəridin avtomobilinin arxa tərəfində bir qara rəngli «Tayota» markalı avtomobil dayanmışdır. Həmin avtomobildən atasından pul tələb edən Kənan, sonradan adlarını bildiyi Osman, Asif və Amid adlı şəxslər aşağı düşərək qardaşıyla onun üzərinə hücum çəkib avtomobilə minməkləri tələb etmişlər. Həmin vaxtı Asif və Osman onun qoluna girib onu “Tayota” markalı avtomobilə tərəf aparanda qardaşı Asifin qolundan tutub nə məsələ olmasını soruşan zaman Asif onun qardaşına kim olmasını soruşanda Rüfət də onun qardaşı olmasını demiş, bu vaxt Asif “Tayota” markalı avtomobilə fiziki zor tətbiq edərək əyləşməyə məcbur etmişdir. Ona elə gəlir ki, Asif və Osman onu həmin vaxta qədər tanımadıqlarından Kənangilin göstərişi ilə birbaşa ona yaxınlaşıb tutmuşdular. 30.12.2019-cu il tarixə keçən gecə saat 02 radələrində Hövsanda çayxananın qarşısında onları avtomobildən düşürtmüşlər. Onu da qeyd etmişdir ki, Asif 21 çayxananın açarını yolüstü haradansa bilmədiyi bir yerdən götürmüşdür. Həmin vaxtı Asif cibindən çıxardığı açarla çayxananın qapısını açmışdı. Onları yəni onu və qardaşını Kənangil məcburi çayxanaya salmışlar. Orada onlardan başqa heç kim yox imiş, çayxanada yalnız dəmir stullar və stollar var imiş. Onlar yolda olan zaman Asif onun və qardaşının telefonunu alaraq söndürmüş maşına qoymuşdu ki, heç kimlə əlaqə saxlaya bilməsinlər. Çayxanaya daxil olduqdan sonra ilkin olaraq Kənan pulunu atasının vermədiyini bildirib onları nafayiq ifadələrlə təhqir edirmiş, bu zaman isə o və qardaşı Kənanın dediyi sözlərə etiraz edib atasının pul verməli olmadığını bildirirmişlər. Onların bu hərəkətlərindən Kənangil əsəbləşib ilkin olaraq Asif və Osman yumruqlarıyla üz və bədən nahiyələrindən vurmağa başlamışlar, bu vaxtı qardaşı Rüfət də bu vəziyyətə etiraz edəndə Asif və Osman qardaşı Rüfətə yaxınlaşıb yumruq və təpikləri ilə üz və bədənindən vurmuşlar. Onları bu formada döyməkləri 10-15 dəqiqə davam etmişdir. Sonra Asif çayxanadan çölə çıxıb odun parçası gətürərək əlinin ağrıdığını deyib baş, qol və bədən nahiyəsindən vuraraq döymüşlər. Sonradan həmin taxta parçası ilə Asif Rüfəti bel nahiyəsindən vurmağa başlamışdır. Ondan sonra taxtanı kənara qoyyub yenə də onlardan pul tələb edərək onları nalayiq formada təhqir edirmişlər. Daha sonra Asif qardaşı Rüfəti otağın ortasına çəkib əvvəlcə yumruq və təpiklə döyüb sonra otaqda olan dəmir stulla onu döyməyə başlamışlar. Bu vaxt Rüfət Asifin üstünə gəlmişdir ki, qardaşını döyməsin, buna cavab olaraq Osman və Asif də onu əl və ayaqları ilə döymüşlər. Bundna sonra Kənan da həmin şəxslərə qoşulmuş və üçü onu və qardaşını 15-20 dəqiqə döymüşlər. Onlar heydən təmiz düşdükdən sonra Asif bıçaq çıxarıb ona başını kəsəcəyini bildirib həmin şəxslərə pul verməyi ilə razılaşmağını demiş, Kənangil onlardan pul tələb edən zaman 8 saylı CÇM-də cəza çəkən Ceyhunun həmin pulun Kənana çatmasını dediyini bildirirmiş. Həmçinin, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı qardaşı Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrin bir-birinə, cinayət işinin materiallarına, təqsirləndirilən şəxslərə verilən ittihamlara uyğun olduqlarına görə həmin ifadələri mötəbər sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər,zərərçəkmiş şəxslər və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5 və 182.2.1, 182.2.3-cü maddələri, Təqsirləndirilən şəxs5 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.3 və 204.1-ci maddələri ilə düzgün tövsif edilmiş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən 22 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs5 himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 31.12.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 31.12.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 19.01.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 29.04.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 25.01.2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- Bakı Şəhəri Baş Polis İdarəsində saxlanılan 03 ədəd bıçaq, bir ədəd saxta 200-lük Azərbaycan manatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 171 manat 16 qəpik Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5 və 182.2.1, 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 31 dekabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4,144.2.5, 144.2.6, 181.2.1, 181.2.5 və 182.2.1,182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 31 dekabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5 və 182.2.1, 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4,144.2.5, 144.2.6, 181.2.1, 181,2.5 və 182.2.1, 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4,144.2.5, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs4 qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 29 aprel 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.1, 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası 24 Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs5 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- Bakı Şəhəri Baş Polis İdarəsində saxlanılan 03 ədəd bıçaq, bir ədəd saxta 200-lük Azərbaycan manatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Ekspertiza xərcləri 171 manat 16 qəpik Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada dövlətin xeyrinə tutulsun. Mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV 25 26 27

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar