Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-440/2023 13.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X11 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquq varisi X7, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Bakı şəhəri 5 saylı ” Vəkil Bürosunun vəkilləri X12 və Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta ixtisas təhsilli, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180,2.1 və 29, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həbsdə saxlanıldığı 1(bir) gün təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3(üç) il 5(beş) ay 29(iyirmi doqquz) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.2-ci maddələri ilə, xx xxxxxxx 1987-ci il tarixdə Rusiya Federasiyası, Amur vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi həyatdan məhrum etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1, 13 iyul 2022-ci il tarixdə vəfat etmiş X2nın yas mərasimində qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə iştirak edərkən, həmin mərasimdə həmçinin iştirak edən, onlara qarşı qərəzli münasibətdə olmasını ehtimal etdiyi əmisi Oqtay Yusubovun qaynı Zərərçəkmiş şəxs qardaşı Rafaelə baxmasını tərs baxış kimi qəbul edib, onun həm də bunu nənəsinin yas mərasimində etməsini əsaslı səbəb olmadan özünə və qardaşına qarşı təhqir və hədə hesab edərək, 17 iyul 2022-ci il tarixdə axşam saatlarında yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 28A, mənzil 7-də qardaşı Təqsirləndirilən şəxs2la söhbət zamanı Zərərçəkmiş şəxs Rafaelə yas mərasimində tərs-tərs baxdığına görə öldürülməsi barədə Təqsirləndirilən şəxs2 təklifini qəbul edib, Zərərçəkmiş şəxs onun iş yerində, xx.xx.2022ci il tarixdə qəsdən, cüzi səbəbdən xuliqanlıq niyyəti ilə, öldürülməsini Təqsirləndirilən şəxs2la razılaşdıraraq qəti qərara gəldikdən sonra onunla həmin məqsədlə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən hazırladıqları plana uyğun olaraq Təqsirləndirilən şəxs2 evdə olan, cinayət zamanı istifadə edəcəkləri, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağının kəsiciliyinin artırılmasından ötrü bıçağın tiyəsini daşla itiləmiş, səhəri gün, yəni 18 iyul 2022-ci il tarixdə saat 14 radələrində qardaşı Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 1 may yeni yaşayış massivi ərazisində yerləşən “Eurohome” ticarət mərkəzinə gedərək, orada onlar ticarət mərkəzində tanımadıqları şəxsdən Zərərçəkmiş şəxs işlədiyi 4-cü sıra, 146 nömrəli santexnik mallarının satışını həyata keçirən dükanın yerini öyrəndikdən sonra dükanın qarşısına birlikdə gəlib, razılaşdıqları plana uyğun olaraq Təqsirləndirilən şəxs2 kənar şəxslərin hadisəyə müdaxilə edərək Zərərçəkmiş şəxs öldürülməsinə mane ola bilməsinin qarşısının alınması üçün dükanın qarışısında dayanmış, o isə dükanın içərisinə daxil olub, həmin vaxt dükanda stolun arxasında oturmuş Zərərçəkmiş şəxs yaxınlaşaraq, sellofan torbada özü ilə gətirdiyi mətbəx bıçağını çıxarıb sağ əlində tutaraq həmin bıçaqla Zərərçəkmiş şəxs bədəninin həyat üçün mühüm əhəmiyyəti olan müxtəlif nahiyələrinə ardıcıl çoxsaylı zərbələr vuraraq xəsarətlər yetirən zaman Təqsirləndirilən şəxs2 dükana daxil olaraq onun zərərçəkmiş şəxsə əlavə xəsarətlər yetirməsini asanlaşdırmaq, zərərçəkmiş şəxsin ölümünü tezləşdirmək, daha sonra hər ikisinin hadisə yerindən qaçmalarına şərait yaratmaq məqsədi ilə Zərərçəkmiş şəxs yıxılıb qapının qarşısını kəsməməsinə görə sağ ayağı ilə onun çiyin nahiyəsini sıxıb saxlamasından istifadə edərək o, Zərərçəkmiş şəxs bıçaqla bir xəsarət də yetirmiş-ümumilikdə Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol yarısında döşyanı xətt üzrə ll-lll qabırğalararası sahədən plevra boşluğuna nüfuz edən, divar plevrasını, sol ağciyərin yuxarı payının divararalığı kənarını və qalxan aortanı zədələyən, döş qəfəsinin ön səthinin sol yarısında döşyanı xətt üzrə İV-V qabırğalararası sahədən döş boşluğuna nüfuz edən və sol ağciyəri zədələyən, döş qəfəsinin ön səthinin sol yarısında döşyanı xətt üzrə V-Vl qabırğalararası sahədən plevra boşluğuna nüfuz edərək divar plevrasını, sol ağciyərin yuxarı payının aşağı-iç yarısında divararalığı kənarını və diafraqmanın sol kümbəzini zədələyərək qarın boşluğuna keçən, qaraciyərin sol payını zədələyən, qarının ön divarında göbəkdən sağda qarın boşluğuna nüfuz edən, qarının ön divarının yumşaq toxumalarını, peritonu və nazik bağırsaq ilgəklərini zədələyən, dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid; kəskin daxili (sol plevra boşluğunda 400- 500 ml, qarın boşluğunda 250-300ml qan) və xarici qanaxmaya səbəb olmuş, döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə lll-İV qabırğalar arası sahədə və V qabırğa səviyyəsindəki, qarının ön divarında şərti orta xətt boyu epiqastral (qarınüstü) nahiyədəki boşluqlara nüfuz etməyən, yumşaq toxuma və əzələləri zədələyən, kəskin xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş, sağ əl pəncəsinin ovuc səthində V daraq sümüyünün distal ucu proyeksiyasının kəsilmiş yarasından ibarət olmaqla dərəcəsinə görə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid və döş qəfəsinin sağ yan divarında, orta qoltuqaltı xətlə ön qoltuqaltı xətt arasında qoltuqaltı nahiyə səviyyəsində lll-İV qabırğalararası sahənin sıyrıq-cızığından ibarət olmaqla sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən-ümumilikdə həyati əlamətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri olan çoxsaylı xəsarətlər yetirdikdən sonra hər ikisi birlikdə hadisə yerindən qaçmış, Zərərçəkmiş şəxs isə Respublika Kliniki Xəstəxanasının X14 Yardım şöbəsinə aparılmasına baxmayaraq döş qəfəsinin ön səthinin sol və qarının ön divarının sağ yarısının döş və qarın boşluqlarına nüfuz edən, sol ağciyəri, qalxan aortanı, diafraqmanı, qaraciyərin sol payını və nazik bağırsaq ilgəklərini zədələyən çoxsaylı deşilmiş-kəsilmiş yaralarının törətdiyi kəskin daxili və xarici qanitirmə nəticəsində xx.xx.2022-ci il tarixdə saat 14:50-də Respublika Kliniki Xəstəxanasının X14 Yardım şöbəsində ölmüşdür, bununla da Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub bir qrup şəxs halında və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi həyatdan məhrum etmişdir. Məhkəmədə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadə verməkdən və sualları cavablandırmaqdan imtina etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunan ifadəsindən görünür ki, ünvan 4 ünvanda iki ədəd fərdi yaşayış evi vardır. Bu evlərdən birində qardaşı Təqsirləndirilən şəxs2la o, digərində isə əmisi Oqtay və onun ailəsi yaşayır. X2 da vəfat edənə kimi əmisi Oqtayla birlikdə yaşamışdır. Həmin evlər və həyətyanı torpaq sahəsi nənəsi Bahara məxsus olmuşdur. Əvvəllər marixuanadan istifadə etsələr də, sonradan patıdan istifadə etməyə başlamışlar. Onlar yalnız narkotik vasitələrdən istifadə etmişlər. 2022-ci ilin yanvar ayının əvvəllərində Oqtayın təkidi ilə qardaşı ilə narkotik vasitəni tərgitmək qərarına gəlmiş və bu səbəblə müxtəlif vaxtlarda Respublika Psixatriya Xəstəxanasında, o cümlədən Respublika Narkoloji Mərkəzdə palatada yatmaqla müalicədə olmuşlar. Müalicədən sonra narkotik vasitədən istifadə etməmişlər. 13 iyul 2022-ci il tarixdə nənəsi vəfat etmişdir. Nənəsi vəfat etməmişdən əvvəl Nərimanov rayonunda yerləşən qeyd olunan iki ədəd fərdi yaşayış evini qardaşı və ona vəsiyyət etmişdir. Nənəsinin bu mirasından bütün qohumlarının, o cümlədən əmisinin ailəsinin də xəbəri olmuşdur. Nənəsinin evləri və torpağı onlara miras qoyması Oqtay və onun ailə üzvlərinin düşmənçilik etməsinə səbəb olmuşdur. Belə ki, həm qardaşı, həm də o, onlar tərəfindən güdülmüşlər. Bundan başqa Oqtay onları müalicədən sonra sağalsalar da yenə məcbur edib müalicəyə göndərmək istəmişdir. Oqtay qəsdən onları müalicəyə yerləşdirib onlardan xilas olmaq niyyətində olmuşdur. Şəmiddinin nənəsinin yas mərasimində ona, əsasən də qardaşına tərs-tərs baxması pisinə gəlmişdir. Onun bu tərs baxışlarından Rafael də, o da Şəmiddin onlardan birini öldürmək istəməsini anlamışdır. Üstəlik Şəmiddinin nənəsinin yasında bu tərs-tərs baxması onun pisinə gəlmişdir. Onun üçün fərqi olmamışdır ki, Şəmiddin ona ya qardaşına tərs-tərs baxmış, əsas odur ki, tərs-tərs baxmışdır, həm də yas yerində. Bunu özünə qəbul etdirə bilməmişdir. Bundan başqa Şəmiddin qardaşı Rafaellə təkilikdə söhbət edərəkən torpaq sahəsi alıb, ev tikib başqa evə köçməyi məsləhət bilmişdir. Rafael bu barədə ona sonra danışmışdır. Təqsirləndirilən şəxs1 hadisə barəsində bildirmişdir ki, 17 iyul 2022-ci il tarixdə qardaşı Rafaellə birlikdə evdə olmuşlar. Axşam saatlarında söhbət zamanı Şəmiddinin onları öldürmək istəməsi barədə danışmışlar. Buna onlar axırıncı dəfə nənəsinin yas mərasimində Şəmiddinin onlara tərs-tərs baxmasından sonra əmin olmuşlar. Həmin vaxt Rafael ona Şəmiddini öldürməyin vacib olmasını bildirmişdir. Buna qədər aralarında onların düşmənçilik etmələri barədə söhbətləri olsa da Şəmiddini və ya digər şəxsi öldürmək barədə danışmamışlar. Bundan sonra o, qardaşına Şəmiddini özü tərəfindən öldürəcəyini bildirmişdir. Rafaelə Şəmiddini öldürdükdən sonra mirasa sahib çıxmasını bildirmişdir. Rafael də onu bu fikirilə razılaşmışdır. Rafael Şəmiddini öldürmək üçün gündəlik istifadə etdikləri, qatlanmayan bıçağın kəsiciliyini daha da artırmaq üçün daşla itiləmişdir. Həmin bıçaq mətbəx bıçağı olub, qatlanmayan, tilişkələri olmayan, ümumi uzunluğu 25-30 sm, tiyəsinin uzunluğu isə 15 sm olmuşdur. Tutacaq hissəsi isə göy rəngli lentlə örtülmüşdür. 18 iyul 2022-ci il tarixdə Şəmiddinin işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzinə getmək qərarına gəlmişlər. Birlikdə yemək yeyib təxminən saat 12-13 radələrində həmin bıçağı görünməsin deyə ağ-göyümtül rəngli dəsmala büküb, onu da bir sellofan torbaya qoyub evi tərk etmişlər. Təxminən 1 saatdan sonra, saat 14:20 radələrində avtobusdan düşüb Şəmiddinin işlədiyi mağazaya doğru getmişlər. Bıçaq olan sellofan torba onda olmuşdur. Yolda qardaşına "Şəmiddin bizimlə pis danışsa onu vuracam” demişdir. Belə deyəndə o, çox gözləmədən dərhal Şəmiddini vuracağını nəzərdə tutmuşdur. Həm də o vurmasa qardaşının Şəmiddini vuracağını bilmişdir. Bazarın içində tanımadığı bir nəfərdən Şəmiddinin işlədiyi mağazanın yerini öyrənmişlər. Şəmiddinin işlədiyi mağazaya çatmışlar, Rafael mağazanın qarşısında qapıdan biraz aralıda dayanmışdır. O isə içəri daxil olub Şəmiddinlə salamlaşmışdır. Həmin vaxt içəridə Şəmiddin və ondan başqa heç kəs olmamışdır. Şəmiddin qapıdan dükana girişdə sağ tərəfdə stulda oturmuş, masa da qarşısında olmuşdur. Şəmiddindən “bizdən nə istəyirsiz” soruşmuş, sonuncu ona nəsil söyüşü söyməyə başlamış, onun söyüşlərinə dözməmiş və bıçağı torbadan çıxarıb sağ əlinə alıb onun bədən nahiyəsinə tam olaraq sayını xatırlamasa da ard-arda çoxsaylı zərbələr endirmişdir. Şəmiddin təpik atmağa başlamış, təpiklə masanı itələmiş, təpiklərdən bir neçəsi də onun qarın nahiyəsinə dəymiş, lakin o, xəsarət almamışdır. O, Şəmiddini bıçaqlayanda sonuncu “məni niyə öldürürsən, mənim nə günahım var" deyə qışqırmışdır. Şəmiddini bıçaqlayanda Rafael içəri daxil olmuş, həmin vaxt Şəmiddinin çıxış qapısına doğru yıxılacağını görüb Rafael sağ ayağını onun çiyin nahiyəsinə dayayıb tutanda o, sonuncu bıçaq zərbəsini də Şəmiddinin bədən nahiyəsinə vurmuşdur. Rafael bu hərəkəti onun Şəmiddinin ölümünü tezləşdirməyi üçün etmişdir. Qısa müddətdən sonra bazardakı mağazalardakı insanlar səs-küyə gəlmiş, onların nəsə edəcəyindən ehtiyat edib oradan qaçmışlar. Həmin vaxt ətrafda olan insanlar onları tutmaq istəsələr də buna nail olmamışlar. Qaçmaq istəyəndə Rafael bazarın içində yıxılmış, lakin köməkliklə dərhal ayağa qalxmışdır. Onlar birlikdə Bakı-Sumqayıt yolunun əks tərəfinə keçib “525” nömrəli marşruta minmişlər. Avtobusa minməmiş o, bıçağı asfalt yola atmışdır. İçərisində olan dəsmal torbanı hara qoyduğunu bilməmişdir. Təxminən yarım saat sonra Şamaxinka adlanan ərazidə düşüb taksiyə əyləşib Kənd Əhmədlidə yaşayan bibisi Leylanın evinə getmişlər. Qardaşı bibisinə Şəmiddini öldürmələrini bildirmiş, bibisi ağlamağa başlamış və kim deyə soruşduqda “o” demişdir. Bundan sonra bibisi əmisi Oqtaya zəng vurub onların Şəmiddini öldürmələrini bildirmişdir. O, əynində olan qanlı köynəyi evdə olan köynəklərdən biri ilə dəyişmiş və qısa müddət ərzində oranı tərk etmişlər. Daha sonra Nərimanov rayonunda yerləşən bərbərxanaya getmiş, qardaşı Rafael tanımadığı ustaya üzünü təraş etdirdikdən sonra aralarında razılaşıb Nərimanov rayon polis İdarəsinə gedib törətdikləri hadisə barədə məlumat verib təslim olmuşlar. Məhkəmədə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadə verməkdən və sualları cavablandırmaqdan imtina etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilən ifadəsindən görünür ki, o, orta məktəb vaxtlarından narkotik vasitə olan marixuanadan, daha sonralar isə patıdan daimi olaraq istifadə etmişdir. Həmçinin qardaşı Vüsal da narkotik vasitə istifadəçidir. Onların hər ikisi də bununla bağlı Respublika Narkoloji Mərkəzdə müalicə olunmuş və bundan sonra o, narkotik vasitələrdən istifadə etməmişdir. ünvan 5 ünvanında həm onun ailəsinə, həm də ki, əmisi Oqtaya məxsus fərdi yaşayış evləri vardır. Atası və digər qardaşı X10 yaşayırlar. Son vaxtlara qədər həmin evdə qardaşı Təqsirləndirilən şəxs1, anası Şahid8, bacısı Fidan Yusubova ilə birlikdə yaşamışdır. 2021-ci ilin dekabr ayının ortalarında anası Vera ilə aralarında olan mübahisədən sonra anası bacısı Fidanla evdən ayrılaraq kirayədə yaşamağa başlamışdır. Bundan sonra həmin evdə o və qardaşı Vüsal yaşamağa davam etmişdir. Əmisi Oqtaya məxsus evdə isə onun ailəsi və mərhum nənəsi Bahar Yusubova yaşamışdır. Hər iki fərdi yaşayış evi və torpaq sahəsi nənəsi Bahara məxsus olmuşdur. Nənəsi vəfat etməmişdən əvvəl hər iki fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini ona miras qoyacağını bildirmişdir. Lakin, rəsmi olaraq mirası ona vəsiyyət etməmişdir. Bundan da hamının xəbəri olmuşdur. Həmin torpaq sahəsi və fərdi yaşayış evi ümumilikdə 5 sot təşkil edir. Nənəsinin həmin torpaq sahəsini ona miras qoymasından sonra sanki əmisi Oqtay və onun ailə üzvlərində onlara qarşı paxıllıq hissi yaratmışdır. Əmisi Oqtay var gücü ilə çalışmışdır ki, onları əvvəllər narkotik vasitələrdən istifadə etmələrini bəhanə edərək müalicə adı ilə dispanserə yerləşdirib öldürtsün ya da tutdursun. Nəticədə özü mirasa yiyələnsin. Çünki onların müalicəyə ehtiyacları olmasa da Oqtay onları zorla müalicəyə aparmışdır. Bunu da məlum məqsədə görə, mirasa görə etmişdir. Əmisinə daha çox təsiri arvadı Zərifə və onun qardaşı Şəmiddin etmişdir. Belə ki, onlar onun boşanmağına görə artıq həyatının bitdiyini, yaşamamağını demişlər. Əvvəlcə Şəmiddin bacısıgilə gəldiyi günlərin birində ona özünə torpaq sahəsi alıb ev tikib başqa evə köçməyi məsləhət bilmişdir. Sonra da Şəmiddin nənəsinin yas mərasimində ona tərs-tərs baxmışdır. Onun bu tərs baxışlarından anlamışdır ki, Şəmiddin sanki onu öldürmək istəyir. Şəmiddinin nənəsinin yasında, camaatın yanında ona tərs-tərs baxması qardaşı Vüsala da ləzzət etməmişdir. Şəmiddin onu və qardaşını mirasdan məhrum etməyə çalışmışdır. Təqsirləndirilən şəxs2 hadisə barəsində bildirmişdir ki, 17 iyul 2022-ci il tarixdə qardaşı Vüsal və o, yaşadığı evdə Şəmiddingilin onlara qarşı olan fikirlərin barəsində söhbət etmişlər. Onlar Şəmiddinin birbaşa özü olmasa da killer vasitəsilə ilə sifarişlə onu və qardaşını öldürdəcəyi fikrində olmuşlar. Bu nəticəyə axırıncı dəfə nənəsinin yas mərasimində Şəmiddinin ona tərs-tərs baxmasından sonra gəlmişlər. Qərara gəlmişlər ki, onları öldürənədək qabaqlayıb Şəmiddini öldürsünlər. İlk dəfə o, bunu qardaşı Vüsala həmin gün evdə təklif etmişdir. O, böyük qardaş olduğundan Vüsal həmişə onun sözündən çıxmamış, dediklərilə razı olmuşdur. Həmin günü də söhbət zamanı Vüsal onunla razılaşmışdır. Vüsal özünün Şəmiddini öldürəcəyini bildirmişdir. Vüsal demişdir ki, “mən Şəmiddini öldürərəm, ikimizdə tutulsaq miras heç birimizə qalmayacaq, sən evdə qal miras da sənə qalsın". O, Vüsalın bu fikri ilə razılaşmış, 18 iyul 2022-ci il tarixinə Şəmiddinin İşlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “EuroHome” ticarət mərkəzinə getməyi planlaşdırmışlar. Axşam saatlarında Vüsalla razılaşmalarına əsasən Şəmiddini öldürmək üçün mətbəxdə gündəlik istifadə etdikləri bıçağın kəsiciliyini daha da artırmaq üçün itiləmiş və Vüsal da bıçağı itilədiyinin şahidi olmuşdur. Daşı da pəncərənin qarşısına qoymuşdur. 18 iyul 2022-ci il tarixdə onlar yemək yedikdən sonra təxminən saat 12 radələrində həmin bıçağı görünməsin deyə ağgöyümtül rəngli dəsmala büküb, onu da bir sellofana qoyub “525” nömrəli marşrut xətti ilə “Eurohome” ticarət mərkəzinə yola düşmüşlər. Yolda olarkən “bizim də həyatımız bu imiş, nə edək?!" deyərək bir-birilərinə təsəlli vermişlər. Avtobusdan düşüb Şəmiddinin işlədiyi mağazaya doğru gedəndə bıçaq sellofanda Vüsalın əlində olmuşdur. Vüsal mağazaya doğru gedəndə “Şəmiddin artıq-əskik danışsa vuracam” deyə bildirəndə o da gülərək “Get” demişdir. Vüsal dediyi kimi Şəmiddini vuracağından əmin olmuşdur. Şəmiddinin dükanının yerini bilməmişlər, ona görədə bazarda tanımadıqları bir nəfərdən Şəmiddinin işlədiyi mağazanın yerini öyrənmişlər. Şəmiddinin işlədiyi mağazanın qarısına gəldikdə o, Vüsala “Get gör Şəmiddin mağazadadırmı?” deyib özü isə həmin mağazanın qarşısında dayanmışdır. Vüsal mağazaya daxil olduqdan təxminən 1 dəqiqə sonra “Ay Allah məni niyə öldürürsən, mənim nə günahım varki” deyə Şəmiddinin səsini eşitmiş və tez mağazaya daxil olmuş, həmin vaxt orada Şəmiddin və Vüsaldan başqa heç kim olmamışdır. O, içəri daxil olanda Şəmiddin divara söykənmiş, dizləri yarıyadək qatlanmış vəziyyətdə olmuş, yıxılmamaq üçün ayaqlarını da iş masasına dayamışdır. Şəmiddinin bütün bədəni qan içində olmuşdur. Həmin vaxt Vüsalın ona çoxsaylı bıçaq zərbələri vurmasını anlamışdır. Vüsal isə Şəmiddinin qarşısında sağ əlində bıçaq dayanmışdır. Vüsalın əli və bıçaq qanlı olmuşdur. Şəmiddin çıxış qapısına doğru yıxılmaq istəyəndə sağ ayağını onun çiyin nahiyəsinə dayamışdır ki, qapı tərəfə yıxılmasın və Vüsal onun ölümünü tezləşdirsin, bu anda Vüsal da bundan istifadə edib bir dəfə də bıçaqla Şəmiddinin bədən nahiyəsinə zərbə endirmişdir. Həmin vaxt qarşı mağazalardakı insanlar səs-küyə gələndə o, qapını içəridən tutub saxlamışdır ki, heç kəs içəri daxil ola bilməsin. Qısa müddətdə dükanın qapısının qarşısına xeyli sayda adamlar toplaşmışdır. Adamların onları döyməsindən qorxub qaçmağı qərarlaşdırmışlar. Vüsalın əlində bıçaq olduğu üçün qapıdan əvvəlcə o, çıxmışdır. Bundan sonra o da Vüsalın arxasınca bayıra çıxmışdır. Həmin vaxt ətrafda olan insanlar onları tutub saxlamağa çalışmış, hətta arxasınca bir nəfər şəxs taxta parçası və ya bilmədiyi cism atmış, refleks olaraq əyilmiş, taxta parçası ona dəyməsə də tarazlığını itirib yerə yıxılmışdır. Bu zaman sol əlinin iç hissəsi asfalt yer səthinə dəyməsi nəticəsində sıyrılmışdır. O, dərhal ayağa durmuş qardaşı ilə qaçaraq ticarət mərkəzindən çıxaraq birgə Bakı-Sumqayıt yolunun əks tərəfinə keçmişlər. Orada “525” nömrəli marşruta minib Şamaxinka adlanan yerə getməyə başlamışlar. Avtobusda olan zaman Vüsal cinayəti törədərkən, yəni Şəmiddini vurarkən istifadə etdiyi bıçağı avtobusa minən zaman yola, avtobusun altına atmasını bildirmişdir. Amma qanlı dəsmal sellofanın içində olmuşdur. Şamaxinka adlanan ərazidə düşüb dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı ağ rəngli taksi ilə bibisi Şahid5 Xətai rayonu, Kənd Əhmədli adlanan ərazidəki fərdi yaşayış evinə getmişlər və bibisinə “Şəmiddini öldürmüşük” demişdirlər. Əvvəlcə bibisi onlara inanmamış, lakin Vüsalın üzərində olan köynəyin qanlı olmasını gördükdən sonra inanmışdır. Onlar üzərlərində olan ürək dərmanı “Karvalol” bibisi Leyla üçün düzəltmiş, lakin həmin vaxt onun və Vüsalın da ürəyi bulandığı üçün onlar da həmin dərmandan qəbul etmişlər. Bibisi ağlaya-ağlaya əmisi Oqtaya zəng vurub onların Şəmiddini öldürmələrini bildirmişdir. Həmin vaxt Vüsal əynindəki qısaqol göy kofta qanlı olduğundan bibisindən təzə kofta istəmiş və bibisi gəlini Vüsal üçün boz qısaqol kofta gətirmiş və Vüsal da onu geyinmişdir. Onlar qısa müddətdə bibisinin evini tərk etmişlər. Aşağı düşüb siqaret almış və Nərimanova gedib 18-ci polis bölməsinə təslim olmağı qərarlaşdırmışlar. Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektində adını xatırlamadığı kafedə çay içmişlər. Orada bir qədər çay içib dərdləşdikdən sonra yaxınlıqdakı bərbərxanaların birində təraş olmuş, daha sonra Vüsalla birlikdə təslim olmaq üçün Nərimanov rayon polis idarəsinə yollanmış və təslim olmuşlar. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə ona zəng edilərək bildirmişdirlər ki, qardaşı Şəmiddin çalışdığı “Eurohome” bazarında öldürülmüşdür. O xəstəxanaya çatan zaman qardaşı artıq vəfat etmişdi. Bu şəxslərin qardaşı Şəmiddinlə aralarında nəinki düşmənçilik münasibəti, heç salamsağolları belə olmamışdır. Zərərçəkmiş şəxsin Yusubov qardaşları ilə tanışlığı sonuncuların onun bacısının ailəsi ilə eyni həyətdə yaşaması ilə əlaqədar olmuşdur. Qardaşı Şəmiddin səhər sübh tezdən pul qazanmaq üçün evdən çıxıb, axşam saatlarında evə gələn çalışqan, zəhmətkeş bir şəxs olmuşdur. Bu şəxslərin onun qardaşını öldürməsini, hadisə baş vermə səbəblərini hələ də başa düşə bilmir. Bütün yaxınlar və qohumlar olaraq bu şəxslərə ən ağır cəza verilməsini xahiş edirlər. Bu şəxslərin öz əmiləri ilə miras barəsində də heç bir problemi olmamışdır. Əgər miras olsa belə, Zərərçəkmiş şəxs o mirasdan pay götürmək hüququ olmamışdır. Heç təqsirləndirilən şəxslərin öz əmiləri ilə miras barəsində problemi olmamışdır. Hadisə baş verən günü bacısı həmin şəxslərə səhər yeməyi hazırlamışdır. Hadisədən bir gün əvvəl baş tutan yas mərasimində o da iştirak etmiş, orada bu şəxslərlə qardaşı arasında hər hansı bir gərginlik yaşanmasının şahidi olmamışdır. Qardaşı Şəmiddin yas mərasiminə saat 18:00-dan sonra gəlmişdir. Qardaşı Zərərçəkmiş şəxslə bu iki qardaşın heç bir problemi olmamışdır. O, zərərçəkmiş şəxsin hüquqi varisi olaraq təqsirləndirilən şəxlərə ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin hər ikisi onun qardaşı uşaqlarıdır. Qardaşı Məhəmmədəli 18 ildir ki, Rusiya Fedarasiyasında yaşayır, 18 ildir ki, o, bu uşaqların əziyyətini çəkir. Bu şəxslərin fikri onu və onun ailəsini öldürmək olmuşdur. Lakin hadisədən qabaqkı gün yas mərasimində evlərinə gəlibgedən çox olduğu üçün bu şəxslər onu öldürə bilməmişdirlər. Ona yaxın olduğu üçün Zərərçəkmiş şəxs öldürmüşdürlər. Bu şəxslər narkotik vasitələrdən daimi olaraq patıdan istifadə edirdilər. Bu barədə bildikdən sonra dəfələrlə onları bu yoldan çəkindirməyə çalışsa da buna müvəffəq olmamışdır. Vüsalı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına, üç dəfə isə Respublika Narkoloji Mərkəzə, həmçinin bir dəfə də Rafeli Respublika Narkoloji Mərkəzə müalicə olunması üçün yerləşdirmişdir. Belə ki, Rafaeli həyətdə çılpaq vəziyyətdə o tərəfə, bu tərəfə qaçdığını gördükdə ona hansı səbəbdən qaçdığını soruşanda sonuncu polislərin onun arxasınca düşdüyünü bildirmişdir. O, bu səbəbdən təcili tibbi yardımın psixiatrik briqadasını çağırmışdır. Yəni, bu uşaqlar həddən artıq azğınlaşmışdırlar. Bu şəxslərdən dəfələrlə polisə şikayət edilmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər də məhkum olunsa da, şərti olaraq azadlığa buraxılmışdır. Bu şəxslər analarını və bacılarını evdən didərgin salmışdır. Bu cinayətin əsas təşkilatçısı Təqsirləndirilən şəxs2dur. Çünki Təqsirləndirilən şəxs2 hər dediyini Vüsal icra etmişdir. Bu şəxslərə 5 il, 10 il cəza verilsə, azadlığa çıxan zaman onu və yaxınlarını öldürəcəklər. Təqsirləndirilən şəxs2 nə qədər amansız olmasına misal olaraq deyə bilər ki, əvvəllər onların nənəsindən qalan mirasın ona çatması üçün balaca qardaşını öldürməyə cəhd etmişdir. Bu barədə Nərimanov rayonun 18-ci Bölməsinə müraciət etmiş onlar isə sadəcə olaraq Təqsirləndirilən şəxs2 izahatını almışdırlar. Zərərçəkmiş şəxs X22 və Təqsirləndirilən şəxs2la aralarında heç bir münasibət olmamışdır. Təqsirləndirilən şəxs2 son vaxtlar ona qarşı münasibəti dəyişmişdir. Vüsal və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı heç bir “pretenziyası” ola bilməzdi. Şəmiddin işlərinin çoxluğu ilə əlaqədar olaraq ildə bir dəfə onların evə qonaq gəlmişdir. Bu şəxslər onu ancaq xeyirdə-şərdə görmüşdürlər. Vüsal və Təqsirləndirilən şəxs2 anaları ilə belə normal münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs2 anasının üzünə yastıq basaraq onu öldürməyə cəhd etmiş, lakin bacısının onun üzünə isti çay vurması səbəbindən əməlini başa çatdıra bilməmişdir. Bu hadisədən sonra bu şəxslərin anası və bacısı evdən qaçıb başqa yerlərdə kirayə yaşamağa başlamışdırlar. Bu şəxslər narkotik vasitənin aludəçisidirlər. Anası bu şəxslərə evi miras qoymadığı üçün onunla düşmən olmuşdurlar. Şəmiddinlə onun arasında Vüsal və Təqsirləndirilən şəxs2 öldürmək üçün “killer” axtarmaq barədə söhbət olmamışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Şəmiddini öldürməyə təhrik etmişdir. Şəmiddinin ölümünün əsas səbəbkarı Təqsirləndirilən şəxs2dur. Təqsirləndirilən şəxs2 planı əsasında Təqsirləndirilən şəxs1 Şəmiddini öldürmüşdür. Rafael Vüsala o qədər narkotik vasitə vermişdir ki, Rafael öl desə, Vüsal ölərdi. Təqsirləndirilən şəxslərlə birlikdə yaşadığı ev rəhmətlik anasının adınadır. Vəsiyyətnamə əsasında miras ona qalmışdır. Vüsal və Təqsirləndirilən şəxs2 atasına o həyətində ev tikmək üçün torpaq verdiyi üçün onlar onunla eyni həyətdə ev tikdilər. Anasının mirası ilə əlaqədar digər övladlar mirasın ona qalmasına etiraz etməmişdirlər. Vəsiyyətnamə ilə əlaqədar Vüsal və Təqsirləndirilən şəxs2 atası Məhəmmədəli mirasdan imtina etmişdir. Təqsirləndirilən şəxslərlə Şəmiddin arasında onların yaşadığı evlə bağlı heç bir söhbət olmamışdır. Şəmiddinin evinin mətbəxi təqsirləndirilən şəxslərin yaşadığı ev böyüklüyündədir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 5-də ailəsilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs qardaşıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qayını oğullarıdır. Qeyd etdiyi ünvanda iki ədəd fərdi yaşayış evi vardır, evlər biri-birinə bitişikdir. Bu evlərdən birində hazırda o, ailəsilə yaşayır, digərində isə Məhəmmədəlinin ailəsi yaşamışdır. X1 onlarla birlikdə yaşamışdır. Həm qeyd etdiyi evlər, həm də torpaq sahəsi Bahara məxsus olmuşdur. Bahar Yusubova notarial qaydada vəsiyyətnamə yazıb yaşadığı evi, yəni ünvan 5 ünvanında yerləşən evi əri Oqtaya bağışlamışdır. Bununla bağlı Oqtayın qardaşları, o cümlədən Rafael və Vüsalın atası Məhəmmədəli, həmçinin hər iki bacısı notarial qaydada ərizə verərək həmin evə dair vərəsəlik hüquqlarından imtina etmişlər. 14 iyul 2022-ci il tarixdə qayınanası vəfat etmişdir. Onların Rafaellə və ya Vüsalla aralarında həmin evlə bağlı heç vaxt mülk söhbəti və ya mübahisələri olmamışdır. Vüsal və Rafaelə az yaşlarından Oqtay baxmışdır, onları yeməklə, paltarla təmin etmiş, hər problemlərində yanlarında olmuşdur. Həm o, həm Oqtay onları öz övladlarından ayırmamışlar. Rafael və Vüsal narkotik vasitə aludəçiləridilər. Oqtay onları bu yoldan çəkindirməyə çox çalışsa da bacarmamışdır. Oqtay onlara buna görə acıqlı olmuşdur. Lakin gözünün qabağında böyüdüklərindən Oqtaydan xəbərsiz onların yeməyini vermişdir. Oqtay onları narkoloji və psixoloji dispanserlərə də yerləşdirib müalicə etdirmişdir. Lakin göstərilən müalicələrin müsbət nəticəsi olmamışdır. Bundan başqa özləri ilə evə narkomanları gətirib birlikdə narkotik qəbul etmişlər. Oqtay bir neçəsini tutub evdən qovmuşdur. Onları narkotik vasitədən istifadədən çəkindirmək cəhdləri onlarda Oqtaya qarşı düşmənçilik yaratmış və ədavət saxlamağa başlamışlar. 2022-ci ilin iyun ayının sonunda Şəmiddin qayınanası Baharın sağlığında ona baş çəkmək üçün gəlmişdir. Həmin vaxt onunla Vüsal və Rafael arasında mübahisə və ya dava-dalaş olmamışdır. Sonuncu dəfə isə Şəmiddin Bahar vəfat etdikdən sonra yas mərasiminə gəlmiş, o, təxminən bir saat məclisdə iştirak etmişdir. Həmin vaxt Vüsal da, Rafael də orada olmuşdur. Lakin orada da onların arasında hər hansı bir mübahisə, dava-dalaş olmamışdır, ümumiyyətlə onlar heç söhbət belə etməmişlər. Şəmiddin ehsandan yeyib tez vaxtda da işinə getmişdir. 18 iyul 2022-ci il tarixdə günorta saatlarında evdə olduğu zaman qardaşının ölüm xəbərini eşitmişdir. Sonradan ona məlum olmuşdur ki, Rafaellə Vüsal plan qurub qardaşını iş yerində öldürmüşlər. Oqtay evi və ya həyət yanı torpaq sahəsini satmaq istəməmişdir, bundan Şəmiddinə pay vermək fikri olmamışdır. Onlar qardaşı Şəmiddini əsassız olaraq öldürmüşlər. Təqsirləndirilən şəxs2 ümumiyyətlə məclisdə Şəmiddinlə söhbət etməmişdir, ona köçməsi ilə bağlı məsləhət verməmişdir. Şəmiddinin təqsirləndirilən şəxslərə tərs- tərs baxması üçün əsas olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o hələ məəttəldir ki, onlar niyə günahsız adamı qətlə yetirmişdirlər. Bu ailə ilə qohumdurlar, çox qardaşlar, bacılar belə qohumluq edə bilmir. Zərərçəkmiş şəxs onun kiçik qardaşı Oqtayın qaynıdır. Heç bir səbəb olmadan günahsız adamı özü də xüsusi amansızlıqla qətlə yetirmişlər. Ona görə də əməlləri həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Belə ki, adamın ürəyinə 1 bıçaq vurub əl çəkməmiş, 6 bıçaq vurmuş, hər vuranda onu burub çıxarmışdırlar. Meyidi görməmiş, ekspertlə söhbət etməmiş, lakin bıçağın burulub çıxarılması barədə məlumatı işin araşdırılması ilə bağlı onların həyətinə gəlmiş operativ qrupun üzvlərindən eşitmişdir. Məhz bu səbəbə görə də, onların cəzası çox sərt olmalıdır. Təqsirləndirilən şəxslərə ömürlük azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. Belə ki, cəmiyyət arasında bu insanlara yer yoxdur, onlar çox böyük alçaqlığa yol vermişdirlər. Cəmiyyətin qara ləkəsidirlər. Atası bunların tərbiyəsi ilə məşğul ola bilməmişdir. Onun kiçik qardaşı bunlara atalıq etmişdir. Zərəçəkmiş şəxslə təqsirləndirilən şəxslərin heç bir əlaqəsi, münasibəti, ünsiyyəti olmamışdır. Mərhum anasının yas mərasimində də heç 10 dəqiqə otura bilməmiş, demək olar ki, heç kəslə ünsiyyətdə olmamış, mal gəldiyini, iş yerinə tələsdiyini bildirərək yas mərasimini qısa müddətdə tərk etmişdir. Qardaşı uşaqları ilə balaca qardaşı Oqtayın evlə, evdən çıxarılma ilə, mirasla bağlı heç bir mübahisəsi olmamış, onlar evdə istədikləri kimi yaşamışdırlar. Evdə Oqtay müəllim yaşamışdır. Anası evi ona vəsiyyət etmişdir. Əvvəllər Məcnun özü də həmin evdə yaşamışdır. Sonra evin kiçik oğlunun, yəni Oqtayın anası ilə qalmalı olduğunu düşünərək özünə ev alıb köçmüşdür. Cinayət hadisəsini törədənə qədər onun təqsirləndirilən şəxslər ilə şəxsən münasibəti olmuş, tez-tez yanlarına getmişdir. Onların narkotik vasitə istifadə etdiklərini görməmişdir. Təqsirləndirlən şəxslərin heç bir xəstəlikləri olmamış, sonuncularla mərhumun uşaqları arasında heç bir münaqişəsi, münasibəti olmamışdır. Onları tərbiyə edən zaman şəxsiyyətlərinə toxunan ifadələr işlədilməmiş, mərhumun onlarla heç bir ünsiyyəti olmamış, mərhum ticarət adamı olmuşdur. Rafael evlidir, ailəsi var və bir böyük qızı var. Lakin məhkəmə qaydasında Rafaelin nikahına xitam verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər həmin hadisəni törədən gün, günorta saatlarında o, Əhmədlidə yerləşən öz evində olmuşdur. Evdə olarkən qapının döyüldüyünü eşitmiş, qardaşı oğlanları Rafael və Vüsalın gəldiyini, Rafaelin üst başının bir tərəfinin yıxılıb süründüyünün, torpaq olduğunu görmüş, sonuncudan onu kimin döydüyünü, polisdən qaçıb –qaçmadığı soruşduqda o, polisdən qaçmadığını bildirərək hamam otağına keçmiş, əlini, üzünü yumuşdur. Daha sonra Vüsal hamam otağına keçmişdir. Sonra təqsirləndirilən şəxslərin özləri ilə 2 litrlik su gətirdiyini görmüşdür. Onlar suyun içinə karvolol tökərək içmişlər. Hər ikisinin rəngləri ağarmış vəziyyətdə olmuşdur. Hər ikisi karvolollu sudan içdikdən sora belə bir cinayət hadisəsi törətdiklərini, Şəmiddini qətlə yetirib ora gəldiklərini bildirmişdirlər. Qardaşlardan Şəmiddini nəyə görə öldürdüklərini soruşduqda başlarını aşağı salaraq niyə mərhumu öldürdüklərini bilmədiklərini demişdirlər. Onlardan “bəlkə dalaşdınız, hadisə elə oldu ?” soruşduqda qardaşlar “yox bibi biz getdik, Şəmiddini onun iş yerində öldürdük” demişdirlər. Əvvəl inanmaq istəməmiş, daha sonra ağlamış və özünü itirmişdir, harayına qonşular gəlmişdirlər. Qonşuların çağırışına əsasən onun üçün təcili tibbi yardım gəlmiş, sonuncu da qardaşı uşaqlarının gətirdiyo karvololdan içdikdən sonra özünə gəldikdən sonra Rafael və Vüsalın getdiyini görmüşdür. Gəlinindən onların harada olduğunu soruşduqda gəlini ona qardaşların siqaret almağa getdiklərini demişdir. O, gəlininə Oqtayı yığmasını, polisə məlumat verməsini bildirmişdir. Oqtaydan harda olduğunu soruşduqda anasına ehsandan mal almaq üçün Gənclikdə olduğunu bildirmişdir. Oqtaya “Vüsal sənin qaynını öldürüb gəl bura” dedikdən sonra X27 harda olduğunu soruşmuş, sonuncu onların siqaret almağa getdiklərini bildirmişdir. Əvvəllər təqsirləndirilən şəxslər onun yanında Şəmiddin haqqında heçnə deməmişdirlər. Əgər belə bir fikirləri olduğunu bilsəydi, onları bu fikirdən çəkindirib polisə, qardaşına və ya Şəmiddinin özünə deyərdi. Onlar həmişə yaxşı qohum olmuş, Zərifə isə 30 ildir ki, onları gəlinidir. Şəmiddinin bacısı qardaşı Oqtayın yoldaşıdır. Aralarında heç bir ədavətləri olmamış, hamısını da çox istəmişlər. Vüsalla Rafael nəyinsə təsiri altında bu cinayəti törətmişdirlər, belə ki, rəhmətlik anasından onların narkotik vasitədən istifadə etdiklərini eşitmişdir. Hadisə olan yerlə onun evi arasında məsafə uzaq olsa da qardaşı uşaqlarının hadisə günü niyə birinci onun evinə gəldiklərini bilmir. Qardaşı uşaqlarını həmişə çox istəyib. O, qardaşların evdə qan- qaraçılıq açmaları ilə bağlı hər hansı məlumat eşitməmişdir. Qardaşı uşaqlarının narkotik vasitədən istifadə etdikləri səbəbindən anaları qızını götürüb başqa yerə getmişdir. Rəhmətlik anasından Rafaelin anasının ağzına yastıq sıxmasını eşitmişdir. Rafaelin anası onun ağlının başında olmadığını demişdir. O, bu günə qədər qardaşı uşaqlarından inciməmişdir. Onlar həmişə hamıya qarşı yaxşı olmuş, nə qonşuları, nə də onları incitməmişdirlər. Qardaşı Oqtayla təqsirləndirilən şəxslər arasında ev məsələsi olmamışdır. Onun kiçik qardaşı Oqtay anası ilə birgə ermənidən qalan evdə birlikdə yaşamışdır. Anası ona Rafael və Vüsalın atası Məhəmmədəlinin kənardan bir az pul gətirdiyini, Rusiyadan ev almaq istədiyini, lakin Məhəmmədəlinin arvadının rus olması səbəbindən buna icazə vermədiyini, evin böyük olması səbəbindən ona bir yerdə yaşamalarını təklif etdiyini bildirmişdir. Bu səbəbdən anası ermənidən qalan evi qardaşı Oqtaya vermiş, digər evdə Məhəmmədəlinin ailəsi yerləşmişdir. Qardaşları Oqtay və Məhəmmədəli arasında heç bir ədavət olmamışdır. O, qardaşlara üstlərini dəyişmək üçün heç bir paltar verməmişdir. Vüsal həyətdəki asqıdan onun oğlunun paltarını götürərək dəyişmişdir. Qardaşı uşaqları hadisədən sonra onlarda 10 dəqiqə qalmışdırlar. Əmiləri Oqtayla təqsirləndirilən şəxslərin arasında evlə bağlı heç bir mübahisə olmamıdır. Qardaşı Oqtay narkotik vasitənin istifadəsi ilə bağlı təqsirləndirilən şəxsləri xəstəxanaya yerləşdirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 5-də ailəsilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs dayısıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əmisi oğullarıdır. Qeyd etdiyi ünvanda iki ədəd fərdi yaşayış evi vardır, bu evlərdən hazırda birində o, ailəsi ilə yaşayır, digərində isə əmisi Məhəmmədəlinin ailəsi yaşamışdır. X2 onlarla birlikdə yaşamışdır. Həm qeyd etdiyi evlər, həm də torpaq sahəsi nənəsinə məxsus olmuşdur. Nənəsi notarial qaydada vəsiyyətnamə yazıb yaşadığı evi atasına bağışlamışdır. 14 iyul 2022-ci il tarixdə nənəsi vəfat etmişdir. Onların Rafaellə və ya Vüsalla aralarında həmin evlə bağlı heç vaxt mülk söhbətləri və ya mübahisələri olmamışdır. Vüsal və Rafaelə az yaşlarından atası Oqtay baxmışdır. Rafael və Vüsal narkotik vasitə aludəçiləridilər. Atası onları bu yoldan çəkindirməyə çox çalışmış, lakin bacarmamışdır. Atası onları narkoloji və psixoloji dispanserlərə də yerləşdirib müalicə etdirmişdir. Lakin göstərilən müalicələrin müsbət nəticəsi olmamışdır. Bundan başqa özləri ilə evə tanımadıqları narkomanları gətirib birlikdə narkotik qəbul etmişlər. Atası bir neçəsini tutub qovmuşdur. Atasının onları narkotik vasitə istifadəsindən çəkindirmək cəhdləri sonuncuların atasına qarşı düşmənçilik hisslərini yaratmışdır. 16 iyul 2022-ci il tarixdə nənəsinin yas mərasiminə Şəmiddin gəlmiş, o, təxminən bir saat məclisdə iştirak etmiş, həmin müddət ərzində o, dayısının yanında olmuşdur. Həmin vaxt Vüsal da, Rafael də orada olmuşdur. Lakin orada da onların arasında hər hansı bir mübahisə, dava- dalaş olmamışdır, ümumiyyətlə onlar heç söhbət belə etməmişlər. Dayısı Şəmiddin ehsandan yeyib tez vaxtda da işinə getmişdir. 18 iyul 2022-ci il tarixdə günorta saatlarında evdə olduğu zaman dayısının ölüm xəbərini eşitmişdir. Sonradan onlara məlum olmuşdur ki, Rafaellə Vüsal plan qurub dayısını iş yerində öldürmüşlər. Lakin onlar dayısını heç bir əsas olmadan öldürmüşlər. Çünki dayısının onlarla ədavəti, dava-dalaşı olmamışdır. Onun dayısı məclisə gələndən gedənə qədər onun yanında olmuşdur, o, nə Rafael, nə də Vüsalla söhbət etməmişdir. Habelə Rafaelə köçməsi ilə bağlı məsləhət verməmişdir. Həmçinin Şəmiddin onlara tərs-tərs baxmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 37 ildir ki, Məhəmmədəli Yusubovla evlidir. Onların birgə nikahdan Fidan Yusubova adlı qız və Ramil Yusubov, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı oğlu vardır. Yaşadığı- ünvan 5 ünvanında iki yaşayış evi vardır. Bu evlərdən birində onlar, digərində X1 və Oqtay ailəsi ilə yaşamışdır. Onlar qohumluqda çox mehriban olmuşlar. Təxminən 18 il bundan əvvəl Məhəmmədəli işləmək üçün Rusiya Fedarasiyasına köçüb orada yaşamağa başlamışdır. Məhəmmədəli oradan pul göndərmiş, o da uşaqlara baxmışdır. Məhəmmədəli ilə rəsmi olaraq boşanmasalar da ayrılmışlar. Məhəmmədəli burada olmayanda uşaqlarına böyüklüyü əmiləri Oqtay etmişdir. Oqtay hər cəhətddən onların ailəsinə kömək etmiş, övladlarını, o cümlədən Rafaeli, Vüsalı öz övladlarından ayrı tutmamışdır. Mərhum Zərərçəkmiş şəxs eltisinin qardaşı olmuşdur. Zərərçəkmiş şəxs onların ailəsilə düşmənçiliyi və ya ədavəti olmamışdır. Rafael və Vüsal öz demələrinə görə gənc yaşlarından narkotik vasitədən istifadə etmişlər. Lakin onun bundan xəbəri iki ildir ki olmuşdur. O, Oqtayın köməyi ilə dəfələrlə onları narkotikdən uzaqlaşdırmaq istəmiş, lakin bunu bacarmamışdır. Müalicə məqsədi ilə bir dəfə Vüsal 1 saylı Respublika Psixiatriya Xəstəxanasına, üç dəfə isə Respublika Narkoloji Mərkəzə yerləşdirilmiş, Vüsal orada stasionar qaydada müalicə almışdır. Həmçinin bir neçə dəfə də Rafael Respublika Narkoloji Mərkəzdə müalicə olunmuşdur. Lakin bunun heç bir xeyri olmamışdır. Vaxt keçdikcə artıq onlar özlərini idarə edə bilməmişlər. Vüsal narkotik vasitənin təsiri altında onun, bacısının yanında evdə çılpaq gəzmişdir. Rafael ona, bacısına qarşı çox aqressiv olmuşdur. X23 təsiri altında olmuşdur. Rafael Vüsala nə desə sonuncu etmiş, yəni onun sözü ilə hərəkət etmişdir, hətta Vüsal yemək yeyəndə, çay içəndə Rafaeldən icazə almışdır. Onlardan ayrı yaşadıqdan sonra o, bəzən Vüsalla telefonla əlaqə saxlamışdır. Xadimə işləyib onlara da pul göndərmişdir. Rafaelin Masazırda olan evi də kirayədə olmuş, oradan da onlara pul gəlmişdir. 14 iyul 2022-ci il tarixdə Bahar vəfat etdikdə o, yasda iştirak etmişdir. Axırıncı dəfə orada Vüsalı və Rafaeli görmüş, onlarda söhbət zamanı hal-əhval tutmuş, hər şeyin yaxşı olmasını bildirmişlər. 18 iyul 2022-ci il tarixdə günorta saatlarında axşama doğru tanımadığı nömrədən Vüsal ona zəng etmiş və telefonda ona üç kəlmə "biz gedirik türməyə” demiş və danışığı sonlandırmışdır. O, heçnə başa düşməmişdir. Qısa müddətdən sonra Leyla ona zəng edib Vüsal ilə Rafaelin Zərərçəkmiş şəxs öldürməsini bildirmişdir. Əvvəlcə inanmamış, həmin vaxt Leylanın çətinliklə danışmasından xəbərin doğru olmasını bilmişdir. O, bu hadisədən şoka düşmüşdür. Hazırkı vaxta qədər də övladlarının nə üçün Şəmiddini öldürməsini anlamamışdır. Onlar səbəbsiz yerə Şəmiddini öldürmüşlər. Həmçinin Rafael bu cinayəti planlaşdırıb Şəmiddini də öldürməyi Vüsala tapşırmışdır. X36 idarəçiliyində olmuşdur, nə deyərdisə Vüsal edərdi. Baş vermiş hadisədən sonra qohumlardan eşitmişdir ki, onlar Şəmiddini nənələrindən qalan evə görə öldürmüşlər. Lakin bu mümkünsüzdür. Çünki Şəmiddinin həmin evlərlə bağlı əlaqəsi olmamışdır. Şəmiddinlə onlar arasında ədavət və ya düşmənçilik olmamışdır. Nə Şəmiddin, nə də Oqtay onları mirasdan məhrum etməmişlər. Oqtay uşaqlıqlarından onlara baxmışdır, o, evi tərk edəndən sonra da onları yeməklə təmin etmişdir. Oqtay və ya onun ailə üzvlərindən kimsə, o cümlədən Şəmiddin onları evdən çıxartmamışlar. Belə olan halda onlar Şəmiddini heç bir əsas olmadan öldürmüşlər. X37 ünvan 7 ünvanında yerləşən evləri Şahid2 miras qoymasından məlumatı vardır, bu sənədləşmə üçün edilmiş hərəkətdir. Gerçəkdə evlərdən birində həmişə onların ailəsi yaşamışdır, həmin ev də onlara məxsus olmuşdur, Oqtay və ya onun ailəsi heç vaxt bunun əksinə nəsə danışmamışdır. Ümumiyyətlə evlə bağlı heç vaxt onların ailəsilə Oqtayın arasında mübahisə olmamışdır. Ümumiyyətlə evlərin kimə miras qalmasının heç kimə fərqi olmamışdır. Hamı bilmişdir ki, evlərdən biri Oqtayın ailəsinin, biri isə onların ailəsinindir. Bununla bağlı bir dəfə olsun mübahisələri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 Natiq oğlu ibtidai istintaq dövründə verdiyi ifadəsini təqsdiq edərək bildirmişdir ki, Mərhum Zərərçəkmiş şəxs qonşu mağazada işləmişdir. O da səs-küyə çölə çıxmış, sonra bir oğlanın əlində bıçaq olduğunu, qaçdığını, Şəmiddini bıçaqladıqlarını görmüşdür. Həmin oğlan hündür olmuşdur, lakin onun zalda olan təqsirləndirilən şəxslərdən birinin olub-olmadığını bilmir. Dükanlar yanbayan olmuş, səs də oradan gəlmişdir. Mərhumun dükanı ilə onun dükanı üzbəüz olmuşdur. Onun səsi eşitməsi ilə çölə çıxması arasındakı zaman intervalı 5-6 dəqiqə çəkmişdir. Dükanlar arasındakı məsafə 20- 30 metr olmuşdur. O, dükandan ətrafdakıların “kömək edin” səsini eşidərək çıxmışdır. O, öz mağazasından çıxaraq, görmüşdür ki, şəxslər əlində bıçaq qaçır və onların arxasınca ağac atmışdır. Taxtanı qaçan şəxslərin arxasınca atdıqdan sonra onlardan kiminsə yıxıldığını görməmişdir.Hadisə yerinə ümumilikdə 10-15 nəfər şəxs yığışmışdır. O, rəhmətlik Şəmiddinin səsini eşitməmiş, ərazidə olan şəxslərin səsini eşitmişdir. Səs küy 3-5 dəqiqə davam etmiş, o, taxtanı qaçan şəxslərin arxasınca atdıqdan sonra Şəmiddin olan dükana daxil olmuşdur. Bazar uşaqları təqsirləndirilən şəxslərin arxasınca qaçmışdırlar. Qaçan şəxsin hündürlüyünə çox fikir verə bilməmişdir. Əlində bıçaq olan adamla onun arasında məsafə olduğundan şəxsin üzünü görə bilməmişdir. Məhkəmə iclasında Şahid12 Natiq oğlunun elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, təxminən 12 ildir ki, “Eurohome” tikinti materialları bazarında dükan icarəyə götürüb işlədir. İcarəyə götürdüyü dükan bazarın 4-cü sıra, 203 A-da yerləşir. X6 işlədiyi bazardan tanıyır. Belə ki, Şəmiddinin satıcı işlədiyi dükanla onun icarəyə götürdüyü dükan üzbəüz yerləşir. Şəmiddin Quliyevlə yaxın münasibəti olmuş, sakit, mehriban, ziyansız insan olmuşdur. Bazarda hamı onun xətrini istəmişdir. Onun kiminləsə ədavətli olmasını, düşmənçilik etməsini görməmiş və ya eşitməmişdir. 18 iyul 2022-ci il tarixdə saat 14:45 radələrində dükanda olduğu zaman Şəmiddinin işlədiyi dükandan onun “qoyma öldürdü” səsini eşitmiş və dərhal dükanın qarşısına getmiş, dükanın içərisinə daxil olmaq istəyən zaman xarici əlamətlərinə görə boyca hündür, gənc yaşlarında, əynində dəqiq xatırlamasa da açıq mavi rəngli köynəkli, sağ əlində üzəri qanlı bıçaq olan kişi cinsli şəxslə qarşılaşmışdır. Ardınca isə orta yaşlarında bir nəfər kişi cinsli şəxsdə dükandan çıxmış, onun əlində bıçaq və ya digər kəsici alət olub-olmamasını görməmişdir. Onlar qaçmağa başlamışdırlar. O, ilkin olaraq həyəcanlı olsa da daha sonra özünü toplayaraq yandakı dükandan taxta götürərək onlara tərəf atmış, lakin taxta onlara dəyməmişdir. Bundan sonra o dükana daxil olanda Şəmiddinin yerdə qanlar içərisində xırıldamasını, onun bədənində çoxsaylı bıçaq zərbələrinin olduğunu görmüşdür.Qısa müddət sonra hadisə yerinə adlarını xatırlamadığı bazarda işləyəmlər gəldilər. Şəmiddini bazarda işləyən Zülfüqarla Pərviz xəstəxanaya apardılar. Qısa müddət sonra isə Şəmiddinin xəstəxanada ölmöəsini eşitdi. Bildirir ki, Şəmiddinin hansı səbəbə öldürülməsi barədə məlumatı yoxdur. Şahid12 Natiq oğlunun ibtidai istintaq dövründə və məhkəmə iclasında verdiyi ifadələri arasındakı ziddiyətlərin səbəbi müəyyənləşdirilərkən sonuncu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslərin əlində bıçaq gördüyünü, “qoymayın kömək edin öldürdü” səsini eşitsə də həmin səsin Şəmiddinə və ya bazardakı şəxslərdən kiməsə aid olduğunu bilmədiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, günorta vaxtı nahar etdikdən sonra eşitmişdir ki, mərhum Şəmiddin öldürülmüşdür. Ətrafdan qonşular mağazaya Şəmiddinin başına yığışmış, işdəki qonşularla Şəmiddini maşına qoyaraq xəstəxanaya aparmışdırlar. Təqsirləndirilən şəxsi uzaqdan qaçarkən müşahidə etdiyindən üzlərini görə bilməmişdir . Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 18 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 1 may yeni yaşayış massivi ərazisində yerləşən “Eurohome” ticarət mərkəzi, 4-cü sıra, 146 nömrəli mağazadır. Həmin mağazanın qarşısında santexnik materialları- müxtəlif ölçüdə dəmir və plastik borular, su çənləri yerləşdirilmişdir. Mağazanın sol tərəfində 59 metr məsafədə 217 nömrəli mağazanın üzərində, “K.A.S” hərflərinin alt hissəsində 01 ədəd təhlükəsizlik kamerası vardır. Mağazanın sağ ön tərəfində 20 metr məsafədə “Gilan” mağazasının üzərində 02 ədəd təhlükəsizlik kamerası vardır. Hadisə baş vermiş mağazanın giriş qapısına 3,90 metr məsafədə selofan torbaya bükülmüş plastik boruların üzərində 01 ədəd “Samsung” markalı planşet vardır. Mağazaya giriş qapısı iki taylı olmaqla plastik və pəncərəlidir, eni 1,60 metr, hündürlüyü isə 2,30 metrdir. Mağaza iki otaqdan- santexnik materiallarının satışının aparıldığı ümumi otaq və istirahət, ofis kimi istifadə olunan digər otaqdan ibarətdir. Mağazada kombi, istilik cihazları, metal krantlar, müxtəlif ölçülü borular və s. santexnik malları yerləşdirilmişdir. Obyektin uzunluğu 11,90 metr, eni 4,80 metr, hündürlüyü isə 3,50 metrdir. Mağazaya girişdə döşəmə üzərində qanabənzər ləkələr, habelə giriş qapıdan 90 sm məsafədə 01 ədəd üzərində qanabənzər ləkələr olan post terminal vardır. Həmçinin giriş qapısından 2,78 metr məsafədə qeyri-sabit, yarımaşmış vəziyyətdə masa vardır. Masanın eni 85 sm, uzunluğu 1,30 metr, hündürlüyü isə 90 sm-dir. Masanın sağ tərəfindən divara qədər məsafə 1,70 metr, sol tərəfindən divara qədər məsafə 2,13 metrdir. Masanın qarşısında döşəmə üzərində içərisində mağazaya aid sənədlər olan qovluq, sərinləşdirici elektro cihaz vardır. Yarımaşmış vəziyyətdə olan masanın altında zibil qabı, Zərərçəkmiş şəxs məxsus çəkələk, qaima-faktura vərəqləri qalmışdır. Masanın gözlərinə baxış zamanı 1, 5, 20, 50, 100 manat əskinaslardan ibarət cəmi məbləğ 368 AZN aşkar edildi. Giriş qapısından sol tərəfdə bir ədəd üzərində qanabənzər ləkələr olan aşmış vəziyyətdə olan kreslo vardır. Həmin kreslonun qarşısında döşəmənin üzərində qanabənzər ləkələr, 01 ədəd post terminal cihazı, Zərərçəkmiş şəxs məxsus çəkələk, 02 ədəd plastik stəkan, 01 ədəd içi boş plastik butulka, 01 ədəd adapter, 01 ədəd yanğın söndürmə balonu və s. vardır. Mağazaya girişdə sol pəncərədə qanabənzər ləkələr aşkar edildi. Baxış zamanı hadisə yerindən 01 ədəd “Samsung" markalı planşet, Zərərçəkmiş şəxs məxsus bir cüt çəkələk, 368 AZN, üzərində qanabənzər ləkələr olan 02 ədəd post terminal cihazı və 02 ədəd plastik stəkan, qanabənzər ləkələr müvafiq qaydada götürülərək qablaşdırılmışdır (cild 1 iş vərəqə 4-19). 18 iyul 2022-ci tarixli “Meyitə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, baxış zamanı mərhum Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd şalvar, 01 ədəd trusik, bir cüt corab, 6213 AZN pul, 01 ədəd saat və 01 ədəd “Samsung” markalı mobil telefon, habelə saç və qan nümunəsi götürülüb müvafiq qaydada qablaşdırılmışdır. ( cild 1, iş vərəqə 22-33). 18 iyul 2022-ci il tarixli “Şübhəli şəxsin paltarlarının götürülməsi və baxış aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olmuş şalvarı könüllü olaraq təqdim etmiş və həmin əşya götürülmüşdür (cild 1, iş vərəqə 78). 19 iyul 2022-ci il tarixli “Şübhəli şəxsin paltarının könüllü təqdim edilməsi və götürülməsi haqqında” protokoldan və on əlavə edilmiş foto şəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 hadisə vaxtı əynində olmuş qaramtıl rəngli “pola” emblemli cins şalvarı, üzərində “club, autentic” yazısı həkk olunmş göy rəngli köynəyi könüllü olaraq təqdim etmiş və həmin əşyalar götürülülərək cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqə 134-137). 19 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”nin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokollarına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müayinə zamanı ayıq olmuş, alkoqol qəbulu əlamətləri olmamışdır ( cild 1, iş vərəqə 138-139). 19 iyul 2022-ci il tarixli “Paltarın götürülməsi və baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş foto şəkildən görünür ki, Şahid5 01 ədəd köynəyi və 01 ədəd dəsmalı könüllü olaraq təqdim etmiş və həmin əşyalar götürülmüşdür ( cild 1, iş vərəqə 146-149). 19 iyul 2022-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may yeni yaşayış massivi ərazisində yerləşən “Eurohome” ticarət mərkəzində, 4-cü sıra, 146 nömrəli dükana daxil olaraq ifadəsində verdiyi xususatları bir daha təsdiq etmişdir. İstintaq hərəkətinin aparılması zamanı Təqsirləndirilən şəxs1 bıçağı tulladığı yer üzrə ətrafa baxış keçirilsə də cinayətin aləti olan bıçaq aşkar edilməmişdir (cild 1, iş vərəqə 150- 151). 19 iyul 2022-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may yeni yaşayış masivi ərazisində yerləşən “Eurohome” ticarət mərkəzində, 4-cü sıra, 146 nömrəli dükana, yəni hadisə yerinə gedərək ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. ( cild 1, iş vərəqə 153-155). 19 iyul 2022-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərərək bildirmişdir ki, 18 iyul 2022-ci il tarixdə saat 14:20 radələrində Şəmiddinin işlədiyi mağazaya doğru qardaşı ilə getmiş, bıçaq olan sellofan torba onda olmuşdur. Rafael mağazanın qarşısında qapıdan biraz aralıda dayanmış, o, isə içəri daxil olub Şəmiddinlə salamlaşmışdır. Həmin vaxt Şəmiddin qapıdan dükana girişdə sağ tərəfdə stulda oturmuş, masa da qarşısında olmuşdur. Şəmiddindən “bizdən nə istəyirsiz” deyə soruşmuş, sonuncu cavabında nəsil söyüşü söyməyə başlamışdır. Bundan sonra artıq sağ əlində olan bıçaqla onun bədən nahiyəsinə tam olaraq sayını xatırlamasa da çoxsaylı zərbə endirmişdir. Şəmiddin stuldan durmaq istəsə də ona imkan verməməmiş, Şəmiddin təpik atmağa başlamış, təpiklə masanı itələmiş, təpiklərdən bir neçəsi də qarın nahiyəsinə dəymişdir, lakin o, xəsarət almamışdır. Şəmiddinə sonuncu bıçaq zərbəsini vuran zaman qardaşı içəri daxil olmuşdur. Qısa müddətdən sonra bazardakı mağazalardakı insanlar səs-küyə gəlmiş, onlar oradan qaçmışlar. Həmin vaxt ətrafda olan insanlar onları tutmaq istəsələr də buna nail olmamışlar. Onlar birlikdə Bakı-Sumqayıt yolunun əks tərəfinə keçmiş, orada “525” nömrəli marşruta minmişlər. O, bıçağı asfalt yola atmışdır( cild 1, iş vərəqə 150-151). 19 iyul 2022-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs1la “Eurohome” ticarət mərkəzinə gəldiklərini, orada tanımadıqları bir mağazadan Şəmiddin işlədiyi yeri öyrənmiş, bundan sonra hadisənin baş verdiyi 4-cü sıra, 146 saylı mağazaya doğru getməyə başladı. Həmin mağazadan sol tərəfdə olan birinci dükan baxdıqlarını, lakin Şəmiddinin orada olmadığı bildirir. Daha sonra 4-cü sıra, 146 saylı mağazanın qarşısına gedərək Vüsal ilə birgə orada dayanıb, siqaret yandırdığını Vüsala “get gör ordadı?" deyə dediyini, Vüsalın isə "artıq-əskik danışsa vuracam” deyə cavab verdiyini bildirir. Özü isə Vüsala gülərək "get” deyir. “Get” deməkdə məqsədinin Şəmidini öldürmək olması ilə izah edir. Şəmiddini öldürmək istəmələrinin səbəbin isə sonuncunun ona torpaq sahəsi alaraq ev tikməsi, hazırda yaşadıqları evin köhnə olması səbəbindən təmir xərclərinin yeni evin tikintisindən daha baha başa gələcəyini bildirərək məsləhət verməsi, bu yolla Şəmiddinin ona məxsus evi ələ keçirmək istəməsi ilə izah etmişdir. Daha sonra qardaşının 146 saylı mağazaya daxil olduğunu, özünün isə siqaret çəkdiyini göstərir. “Ay Allah məni niyə öldürürsən, mən nə etmişəm” deyə səs eşitdikdən sonra özünün də həmin mağazaya daxil olduğunu, mağazadan içəri daxil olduqdan sonra Vüsalın bir dəfə də Şəmiddinin bədən nahiyəsinə zərbə endirdiyini bildirmişdir. Həmin vaxt Şəmiddin divara söykənmiş vəziyyətdə dizləri yarıyadək qatlanmış formada dayanmış, yıxılmamaq üçün ayaqlarını iş masasına dayamışdır. Şəmiddinin bütün bədəni qan içində imiş. Vüsal isə onun qarşısında sağ əlində bıçaq dayanmışdır. Vüsalın sonuncu bıçaq zərbəsindən sonra Şəmiddin çıxış qapısına doğru yıxılmaq istəyəndə o, Şəmiddin qapı tərəfə yıxılmasın deyə sağ ayağını Şəmiddin çiyin nahiyəsinə dayamışdır ki, oradan qaça bilsinlər. Bu vaxt qarşı mağazalardakı insanlar səs-küyə gələndə o, qapını içəridən tutub saxlamışdır ki, heç kəs içəri daxil ola bilməsin. Vüsalın əlində bıçaq olduğu üçün qapıdan birinci çıxmış, onun əlində bıçaq olduğunu görən camaat biraz qorxub aralaşmışlar. Bundan sonra hər ikisi qaçaraq əsas giriş qapısından bayıra çıxmışlar. Həmin vaxt ətrafda olan insanlar da onları tutub saxlamağa çalışırmışlar. Hətta arxalarınca bir nəfər şəxs taxta parçası atan zaman əyilmiş, taxta parçası ona dəyməsə də tarazlığını itirib yerə yıxılmışdır. Bu zaman sol əlinin iç hissəsi asfalt yer səthinə dəyməsi nəticəsində sıyrılmışdır. Mağazanın qarşısında gözləməkdə məqsədinin Şəmiddinin orada olubolmadığı öyrənmək olduğunu, orada olduğunu bildikdə özünün də qardaşı ilə birgə içəri gedəcəyini, hadisəni törədilmə aləti olan bıçağın isə Vüsalın avtobusa minərkən tulladığını, Zərərçəkmiş şəxs əlində hər hansı kəsici-deşici alətin olmamasını, cinayəti törətməkdən onlara heç kimin köməklik etmədiyini bildirir( cild 1, iş vərəqə 153-154). 20 iyul 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto şəkildən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 28 A, 7 nömrəli mənzilin həyətinə giriş iki taylı olmaqla dəmir darvazadandır. Həyətə girişdə sağ tərəfdə bir mərtəbəli olmaqla bitişik və qapıları ayrı olan iki mənzil vardır. Birinci mənzil təmirli olmaqla, kənardan divarı çəhrayı rəngə boyanmışdır, qarşısında çardaq vardır, çardağın altında stol-stul yerləşdirilmişdir. Həmin evdə Şahid2 ailəsinin yaşadığı məlum oldu. Digər mənzil kənardan və daxildən təmirsizdir. Həmin ev üç otaqdan ibarətdir. Həmin evdə Rafael və Təqsirləndirilən şəxs1 qardaşlarının yaşaması məlum oldu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 yataq otağındakı pəncərənin altında olan cinayətin alətinin itiliyinin artırılması üçün istifadə etdiyi daşı göstərərək bildirdi ki, 17 iyul 2022-ci il tarixdə axşam saatlarında evdə olarkən həmin daşla Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs xəsarət yetirərkən istifadə etdiyi bıçağı itiləmişdir. Baxış zamanı 01 ədəd metal itiləmək üçün istifadə olunan daş müvafiq qaydada götürülərək qablaşdırılmışdır ( cild 1, iş vərəqə 243-251). 18 iyul 2022-ci il tarixli Məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin ön səthinin sol yarısında döşyanı xətt üzrə ll-lll qabırğalararası sahədən plevra boşluğuna nüfuz edən, divar plevrasını, sol ağciyərin yuxarı payının divararalığı kənarını və qalxan aortanı zədələyən 1№-li, döş qəfəsinin ön səthinin sol yarısında döşyanı xətt üzrə İV-V qabırğalararası sahədən döş boşluğuna nüfuz edən və sol ağciyəri zədələyən 3№-li, döş qəfəsinin ön səthinin sol yarısında döşyanı xətt üzrə V-Vİ qabırğalararası sahədən plevra boşluğuna nüfuz edərək divar plevrasını, sol ağciyərin yuxarı payının aşağı-iç yarısında divararahğı kənarını və diafraqmanın sol kümbəzini zədələyərək qarın boşluğuna keçən, qaraciyərin sol payını zədələyən 5№-li, qarının ön divarında göbəkdən sağda qarın boşluğuna nüfuz edən, qarının ön divarının yumşaq toxumalarını, peritonu və nazik bağırsaq ilgəklərini zədələyən 7№-li, kəskin daxili (sol plevra boşluğunda 400-500 ml, qarın boşluğunda 250-300 ml qan) və xarici qanaxmaya səbəb olmuş, döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə lll-İV qabırğalararası sahədə və V qabırğa səviyyəsindəki 2 və 4№-li, qarının ön divarında şərti orta xətt boyu epiqastral (qarınüstü) nahiyədəki 6№-li boşluqlara nüfuz etməyən, yumşaq toxuma və əzələləri zədələyən, kəskin xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş, sağ əl pəncəsinin ovuc səthində V daraq sümüyünün distal ucu proyeksiyasının kəsilmiş yarası (8№-li yara) və döş qəfəsinin sağ yan divarında, orta qoltuqaltı xətlə ön qoltuqaltı xətt arasında qoltuqaltı nahiyə səviyyəsində lll-İV qabırğalararası sahənin sıyrıq-cızığı xəsarətləri aşkar edilmişdir. Göstərilmiş bədən xəsarətlərindən döş qəfəsinin ön səthinin sol yarısından sol döş boşluğuna (1, 3 və 5 №-li) və qarının ön divarının sağ yarısından qarın boşluğuna nüfuz edən (7 №-li) 4 (dörd) ədəd, döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə lll-İV qabırğalararası sahənin və V qabırğa proyeksiyasının 2 (iki) ədəd (2 və 4№- li), qarının ön divarında şərti orta xətt boyu epiqastral (qarınüstü) nahiyənin 1 (bir) ədəd (6№-li) boşluqlara nüfuz etməyən deşilmiş-kəsilmiş, sağ əl pəncəsinin ovuc səthinin kəsilmiş yarası (8 №-liyara) deşici-kəsici əşyanın (əşyaların) deşici-kəsici və kəsici, döş qəfəsinin sağ yan divarında qoltuqaltı nahiyə proyeksiyasının sıyrıq-cızığı iti uclu əşyanın (alətin) təsirindən mərhumun ölümündən az əvvəl törənmişdir, həyati əlamətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 18 iyul 2022-ci il tarixdə qeyd olunan nahiyələrə bıçaqla çoxsaylı zərbələr nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə sol döş və qarın boşluğuna nüfuz edən, daxili orqanları zədələyən 4 (dörd) ədəd deşilmiş-kəsilmiş yaraların (1, 3, 5 və 7№-li yaralar) hər biri ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın, döş qəfəsinin ön səthinin sol yarısındakı 2 (iki) ədəd (2 və 4 Ns-li), qarının ön divarında epiqastral nahiyədə yerləşən 1 (bir) ədəd (6 №-li) boşluqlara nüfuz etməyən deşilmiş- kəsilmiş və sağ əl pəncəsinin ovuc səthinin 1 (bir) ədəd kəsilmiş yarası (8 №-li yara) həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın, döş qəfəsinin sağ yan divarında qoltuqaltı nahiyə proyeksiyasının sıyrıq-cızığı sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin ön səthinin sol və qarının ön divarının sağ yarısının döş və qarın boşluqlanna nüfuz edən, sol ağciyəri, qalxan aortanı, diafraqmanı, qaraciyərin sol payını və nazik bağırsaq ilgəklərini zədələyən çoxsaylı deşilmiş-kəsilmiş yaraları nəticəsində inkişaf etmiş kəskin daxili və xarici qanitirmə olmuşdur. Tibbi sənəddəki məlumatlara əsasən demək olur ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 14:50-də Respublika Kliniki Xəstəxanasının X14 Yardım şöbəsində ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir. Zərərçəkmiş şəxs xəsarətlər qısa müddət ərzində yetirildiyindən xəsarətlərin yerinə yetirilmə ardıcıllığı barədə hər hansı bir mülahizə yürütmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin müəyyən edilmiş oxşar xarakterik xüsusiyyətlərinə (yara kənarları, divarları və ucların xarakterinə, ölçülərinə və formasına görə) əsaslanıb yaraların eyni bir deşici- kəsici alətin təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. Bununla belə, suala daha konkret cavab vermək üçün Zərərçəkmiş şəxs xəsarətlər yetirilən anda əynində olmuş paltarlarının və əgər müəyyən edilmişdirsə iz törədən alətin (bıçağın) birgə tibbi- kriminalistik müayinəsi əhəmiyyət kəsb edə bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir( cild 2, iş vərəqə 103-107). 13 sentyabr 2022-ci il tarixli Materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən şalvarın üzərində aşkar edilmiş açıq boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən köynəyin üzərində aşkar edilmiş açıq boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər( cild 3, iş vərəqə 33-38). 12 avqust 2022-ci il tarixli Məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının rəyinə əsasən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxsna məxsus köynəyin ön səthində cəmi 07 (yeddi) ədəd və maykanın ön səthində cəmi 06 (altı) ədəd deşilmiş- kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsicialətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Bu zədələrin eyni bir alətin, o cümlədən eyni bir bıçağın tiyəsinin təsirindən əmələ gəlmələri istisna olunmur. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus şalvar, kəmər, tuman, bir cüt corab və bir cüt ayaqqabıların, Təqsirləndirilən şəxs1 məxsus köynəyin və şalvarın, Təqsirləndirilən şəxs2 məxsus köynək və şalvarın üzərində əhəmiyyət kəs edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmışdır, qatlanan tipli, məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim olunmuş bıçaq hazırki vəziyyətində istifadəyə yararlı deyildir ( cild 2, iş vərəqə 90-101). 18 iyul 2022-ci il tarixli Məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid və fenilalkilamin qrupuna aid olan Amfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkoloidlər, fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. ( cild 2, iş vərəqə 130-133). 18 iyul 2022-ci il tarixli Məhkəmə-kimyəvi ekspertizası rəyinə əsasən Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin və tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan təbii mənşəlli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməmişdir ( cild 2, iş vərəqə 126-129). 19 iyul 2022-ci il tarixli Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində psixoaktiv maddələrin qəbulu müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hövsələsizlik, inadkarlıq, kinlilik, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik müşahidə olunmur. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir ( cild 3, iş vərəqə 41-45). 19 iyul 2022-ci il tarixli Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri olan şəxsdə psixoaktiv maddələrin qəbulu nəticəsində davranış pozuntuları müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona) ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi fərdi- psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik müşahidə olunmur. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. ( cild 3, iş vərəqə 46-49). Telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən digər zəng və ya sms mətni aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 3, iş vərəqə 134-135). “Eurohome” ticarət mərkəzində qeydə alınan görüntüləri özündə əks etdiən fləşkartdakı görüntülərə 31 mart tarixli məhkəmə iclasında baxış keçirilərkən təqsirləndirilən şəxslərin hadisə yerinə gəlməsi, Təqsirləndirilən şəxs1 içəri girməsi, Təqsirləndirilən şəxs2 əvvəlcə bayırda gözləməsi, sonra onun da mağazadan içəri girməsi, sonra onların hadisə yerindən qaçması halları müşahidə olundu. Zərərçəkmiş şəxsin hüquq varisinin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilən və cinayət işi materiallarına əlavə edilərək 31 mart tarixli məhkəmə iclasında tədqiq edilən Zərərçəkmiş şəxs məxsus telefonda sonuncunun öldürülməsi ərəfəsində başqa şəxslə telefonla danışığı zamanı səs yazılarını özündə əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 mağazadan içəri daxil olaraq zərərçəkmiş şəxsi telefonla danışdığı yerdə sonuncunun qışqırıqlarına məhəl qoymadan qətlə yetirmişdir. Diskdən həmçinin görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı hər hansı təhqiramiz sözlərdən istifadə etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olubolmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət- Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti həmin əməl qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsində, xuliqanlıq niyyətilə törədildikdə Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsində nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 5-ci bəndində qeyd edilir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Həmin qərarın 6-cı bəndində isə göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini təqsirli bilmələri, Zərərçəkmiş şəxs, 13 iyul 2022-ci il tarixdə vəfat etmiş X2nın yas mərasimində Rafaelə baxmasını tərs baxış kimi qəbul etməklə, onun həm də bunu nənəsinin yas mərasimində etməsini əsaslı səbəb olmadan özlərinə qarşı təhqir və hədə hesab edərək, zərərçəkmiş şəxsin öldürülməsi barədə Təqsirləndirilən şəxs2 təklif verməsi, sonuncunun öldürülməsi barədə qəti qərara gəldikdən sonra onunla həmin məqsədlə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən hazırladıqları plana uyğun olaraq Təqsirləndirilən şəxs2 evdə olan, cinayət zamanı istifadə edəcəkləri, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağının kəsiciliyinin artırılmasından ötrü bıçağın tiyəsini daşla itiləməsi, razılaşdıqları plana uyğun olaraq Təqsirləndirilən şəxs2 kənar şəxslərin hadisəyə müdaxilə edərək Zərərçəkmiş şəxs öldürülməsinə mane ola bilməsinin qarşısının alınması üçün dükanın qarışısında dayanması,Təqsirləndirilən şəxs1 isə dükanın içərisinə daxil olub, Zərərçəkmiş şəxs özü ilə gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs bədəninin həyat üçün mühüm əhəmiyyəti olan müxtəlif nahiyələrinə ardıcıl çoxsaylı zərbələr vuraraq xəsarətlər yetirən zaman Təqsirləndirilən şəxs2 dükana daxil olaraq onun zərərçəkmiş şəxsə əlavə xəsarətlər yetirməsini asanlaşdırmaq, zərərçəkmiş şəxsin ölümünü tezləşdirmək, daha sonra hər ikisinin hadisə yerindən qaçmalarına şərait yaratmaq məqsədi ilə Zərərçəkmiş şəxs yıxılıb qapının qarşısını kəsməməsinə görə sağ ayağı ilə onun çiyin nahiyəsini sıxıb saxlaması, Vüsalın bundan istifadə edərək Zərərçəkmiş şəxs bıçaqla bir xəsarət də yetirməsi barədə ifadələrini məhkəmə istintaqı zamanı araşdırılmış digər sübut növləri ilə birgə qiymətləndirərək ittiham olunduqları Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Belə ki, onların etiraf edici ifadələri yuxarıda göstərilən sübutlarla - zərərçəkmiş şəxsin hüquqi varisinin və çoxsaylı şahidlərin ifadələri ilə, ifadələrin yerində yoxlanılması protokolları, hadisə yerinin videogörüntüləri özündə əks etdirən fləşkarta baxış, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər sübutların məcmusu ilə təsdiq olunur. Təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi, sonuncunun onlara nəsil söyüşləri söydükləri səbəbindən öldürməsi barədə ifadələri isə zərərçəkmiş şəxsin hüquq varisinin nümayəndəsi tərəfindən təqdim olunan mərhum Zərərçəkmiş şəxs məxsus telefondakı səs yazıları ilə təkzib olunmüşdur. Belə ki, cinayət işi materiallarına əlavə edilməklə tədqiq edilən həmin səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin iş otağına daxil olan kimi sonuncunun qışqırıq səslərinə məhəl qoymadan bıçaq zərbələri yetirməyə başlamış, zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə qarşı hər hansı nalayiq ifadələrdən istifadə edilməmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, heç bir səbəb olmadan Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə qəsdən həyatdan məhrum etməsi, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (Cild 3, iş vərəqə 132-133). Göründüyü kimi Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2020ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180,2.1 və 29, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həbsdə saxlanıldığı 1(bir) gün təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq saxlanılmış 3(üç) il 5(beş) ay 29(iyirmi doqquz) müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. (Cild 2, iş vərəqə 240-245). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2.1-ci maddəsinə əsasən barəsində şərti məhkum edilmiş şəxslər sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair 8 dekabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 sınaq müddəti başa çatmadığı dövrdə yenidən qəsdən xüsusilə ağır cinayət törətdiyindən əməlində cinayətlərin residivi vardır. Məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə işin faktiki hallarını, barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.2-ci maddələrində nəzərdə tutulmuş sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə barəsində cəzanı yüngülləşdirən halların olmamasını, habelə cinayətin residivi kimi cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.2-ci maddələrində nəzərdə tutulmuş sanksiyası həddində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsininin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq saxlanılmış 3(üç) il 5 (beş) ay 29(iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının barəsində Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə 3 il sınaq müddətinə şərti hesab olunması ləğv edilməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş və çəkilməmiş 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 18 iyul 2022-ci il tarixində şübhəli şəxslər qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 18 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 194-197; 220-225). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 10 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görülür (cild 3, iş vərəqə 28). Məhkəmə-narkoloji ekspertizasının 10 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görülür (cild 3, iş vərəqə 31). Məhkəmə qeyd edilən rəyləri və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş 03 ədəd pambıq tampon, 02 ədəd kağız stəkan, 01 ədəd əl-üz dəsmalı, Təqsirləndirilən şəxs1 məxsus kofta, şalvar, Təqsirləndirilən şəxs2 məxsus kofta, şalvar, X8 məxsus 01 cüt rezin yay başmağı, şalvar, kəmər, 01 cüt corab, alt mayka, köynək, trusik və bıçaq itiləmək üçün istifadə edilən 01 ədəd daş məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.17 və 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10, ) məsələlərdən biri də verilmiş mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə xərcləri haqqında məsələni həll edərkən, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinin tələblərin rəhbər tutaraq hesab edir ki, iş üzrə 89 manat ekspertiza xərci bərabər paylarla təqsirləndirilən şəxslərin üzərinə qoyulmalı, başqa sözlə desək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 44 (qırx dörd) manat 50 (əlli) qəpik və Təqsirləndirilən şəxs2 44 (qırx dörd) manat 50 (əlli) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 3, iş vərəqə 34-38). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X15, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi isə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən, məhkəmə zamanı isə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X20, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi isə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 75 iş saatı həcmində hüquqi yardımla bağlı X15 və X9 vəkil kimi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına hər bir vəkil üçün 450 (dörd yüz əlli) manat olmaqla ümumi 900 manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 28 iş saatı həcmində hüquqi yardımla bağlı X20 və Müdafiəçi oğlunun vəkil kimi işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına hər bir vəkil üçün ödənilməsi üçün 168 (bir yüz altmış səkkiz) manat olmaqla ümumi 336(üç yüz otuz altı) manat məbləğində pul köçürülməlidir. Mülki iddianın həlli ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 179-cu maddəsindən göründüyü kimi cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilməsinə, sübut olunmasına və həll olunmasına baxmayaraq mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Zərərçəkmiş şəxsin hüquq varisi mülki iddia ərizəsi təqdim edərək ailə başşısının itirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi olaraq 440 manat miqdarında hər uşağa ayrı-ayrılıqda hər ay 220 manat olmaqla 13 iyul 2022-ci il tarixdən başlayaraq X3 və X4 həddi buluğa çatanadək həmin məbləğdə vəsaitin Təqsirləndirilən şəxs1, vurulmuş zərərin əvəzi olaraq 440 manat miqdarında hər uşağa ayrı-ayrılıqda hər ay 220 manat olmaqla 13 iyul 2022-ci il tarixdən başlayaraq X3 və X4 həddi buluğa çatanadək həmin məbləğdə vəsaitin Təqsirləndirilən şəxs2 tutularaq qardaşı X6 ailəsinin xeyrinə tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1122-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin həmin Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Göründüyü kimi zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsinə mülki iddianın həlli üçün əsas olan, ölən zərərçəkmiş şəxsin gəlirinin tərkibinə daxil olan qazanc (gəlir),onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər barədə müvafiq sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən yuxarıda göstərilən tələblərə riayət edilmədən verilmiş iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ailə başçısının itirilməsinə görə zərərçəkmiş şəxslərə ödənilməli olan zərərin hesablanması üçün zəruri olan sənədlər məhkəməyə təqdim edilmədiyindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə onu da qeyd edir ki, cinayət mühakimə icraatı zamanı verilmiş mülki iddianın baxılmamış saxlanılması, Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən şəxsi mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdən məhrum etmir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.2-ci maddələri ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail rayon məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq saxlanılmış 3 (üç) il 5 (beş) ay 29(iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 3 il sınaq müddətinə şərti hesab olunması ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin hökmlə Təqsirləndirilən şəxs1 təyin edilmiş və çəkilməmiş 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilmək yolu ilə üzərində qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 18 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.2 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.2-ci maddələri ilə 17(on yeddi) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 18 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Ona müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah olunsun. İş üzrə maddi sübutlar: -Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş 03 ədəd pambıq tampon, 02 ədəd kağız stəkan, 01 ədəd əl-üz dəsmalı, Təqsirləndirilən şəxs1 məxsus kofta, şalvar, Təqsirləndirilən şəxs2 məxsus kofta, şalvar, Zərərçəkmiş şəxs məxsus 01 cüt rezin yay başmağı, şalvar, kəmər, 01 cüt corab, alt mayka, köynək, trusik və bıçaq itiləmək üçün istifadə edilən 01 ədəd daş məhv edilsin. Təqsirləndirilən şəxs1 44 (qırx dörd) manat 50 (əlli) qəpik və Təqsirləndirilən şəxs2 44 (qırx dörd) manat 50 (əlli) qəpik manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına vəkil X15 üçün 450 (dörd yüz əlli) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına vəkil X20 üçün 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. İbtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına vəkil X17 üçün 450 (dörd yüz əlli) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Bakı şəhəri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-440/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-440/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver