Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-440/2024 09.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Azərbaycan-rus dillərinin tərcüməçiləri X2 və X5 iştirakları ilə, xx xxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yerləşən “X13” hosteldə nömrəsiz mənzildə müvəqqəti yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr, külli miqdarda psixotrop maddə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tanışı “Ziko” adlı şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitələr, külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr əldə edib satmaq məqsədi ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, “Ziko” adlı şəxsə məxsus narkotik vasitə olan marixuananı, külli miqdarda narkotik vasitə olan tiryəki və metadonu, külli miqdarda psixotrop maddə hesab edilən MDMA tərkibli həbləri, o cümlədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda preqabalinin satışını mənfəət olaraq 250 manat pulun müqabilində həyata keçirəcəyi barədə razılığa gəlib sonuncunun tapşırığı ilə 14 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonunda şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş ümumilikdə təmiz çəkisi 59,491 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryəki, ümumilikdə təmiz çəkisi 128,37 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş maruixananı, 82 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 3,28 qram təşkil edən külli miqdarda narkotik vasitə olan “Metadnone 40” həbini, müxtəlif rəngli boz, bənövşəyi və göy rəngli ümumilikdə tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 6,210 qram təşkil edən külli miqdarda psixotrop maddə olan 27 ədəd həbi, ümumi sayı 42 ədəd ağqəhvəyi rəngli kapsulun tərkibində preqabalinin üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 12,6 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda “Preqabalin krka 300” maddəsini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək müvəqqəti yaşadığı ünvan 3 ünvanında yerləşən “X13” hostelinin 3-cü mərtəbəsindəki otağa daşımaqla orada saxlamış, 17 fevral 2023-cü il tarixdə saat 14:15 radələrində “Ziko” adlı şəxsin tapşırığına əsasən müvəqqəti yaşadığı hosteldəki otaqda saxladığı ümumi çəkisi 59,491 qram olan külli miqdarda narkotik vasitə tiryəkdən ayrı-ayrılıqda təmiz çəkisi 4,891 qram və 5,008 qram olmaqla ayrı-ayrı bükümlərə ayıraraq ümumi təmiz çəkisi 9,899 qram çəkidə iki ədəd sellofan bükümü və ümumi çəkisi 128,37 qram olan miqdarda narkotik vasitə marixuanadan bir bükümə ayırmış 24,65 qram çəkidə bir ədəd sellofan bükümü satış məqsədi ilə üzərində saxlamaqla daşımış, müvəqqəti yaşadığı hosteldən çıxaraq ünvan 3 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirmiş olduqları əməliyyat tədbiri nəticəsində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofanda təmiz çəkisi 24,65 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 4,891 qram və 5,008 qram, ümumi təmiz çəkisi 9,899 qram olan, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, əməliyyat təbdirlərinin davamı olaraq 17 fevral 2023-cü il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 3 ünvanında yerləşən “X13” hostelinin 3-cü mərtəbəsindəki otağa Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən baxış aparılan zaman həmin otağın yataq otağındakı qəhvəyi rəngli oturacağın üstündən bir ədəd ağ rəngli plastik qabda təmiz çəkisi 63,37 qram, bir ədəd sarı rəngli karton qutunun içərisindən qara rəngli yapışqan lentlə bağlanmış 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,51 qram, 2,03 qram, 2,29 qram, 2,83 qram, 2,31 qram və 20 kağız bükülüdə qara rəngli yapışqan lentlə bağlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 1,61 qram, 2,01 qram, 1,78 qram, 1,67 qram, 1,73 qram, 1,27 qram, 1,22 qram, 1,65 qram, 1,25 qram, 1,43 qram, 1,26 qram, 1,54 qram, 1,34 qram, 1,25 qram, 1,27 qram, 1,23 qram, 1,15 qram, 1,28 qram, 1,18 qram, 1,26 qram olmaqla ümumi təmiz çəkisi 103,72 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 10 ədəd bükümdə ayrı-ayırhqda təmiz çəkisi 4,849 qram, 4,834 qrarm, 5,062 qram, 4,820 qram, 4,828 qram, 4,830 qram, 5,094 qram, 5,137 qram, 4,897 qram, 5,241 qram olan ümumi təmiz çəkisi 49,592 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan tiryək, 82 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 3,28 qram təşkil edən külli miqdarda narkotik vasitə olan “Metadnone 40” həbi, müxtəlif rəngli boz, bənövşəyi və göy rəngli ümumilikdə tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 6,210 qram təşkil edən külli miqdarda psixotrop maddə olan 27 ədəd həb, ümumi sayı 42 ədəd ağ-qəhvəyi rəngli kapsulun tərkibində preqabalinin üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 12,6 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda “Preqabalin Krka 300” maddəsi və üzərində narkotik vasitə tiryəkin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, mütəmadi olaraq narkotik vasitə hesab edilən marixuanadan istifadə etmişdir. O, əvvəllər Yasamalda yaşayayarkən ona narkotik satan adam da narkotiki həmin əraziyə, Nərimanov rayonu ərazisinə köçdükdən sonra narkotik satan şəxsə narkotik vasitəni “Gənclik” metrostansiyası ərazisinə atmışdır. O, tutulandan iki gün öncə narkotik satan şəxs ona Yasamal rayonunda yerləşən “Bravo” supermarketin yaxınlğına narkotik vasitə qoyduğunu bildirmişdir. O, özünə aid olan sellofanı götürən zaman orada qara rəngli sellofan görmüş, həmin qara rəngli sellofanı da götürmüşdür. O, daha sonra “X14” adlanan otelə qayıtmışdır. Həmin bağlamanı açdıqda onun içində marixuana, tiryək və həblər olduğunu görmüşdür. Narkotik satan adam ona mesaj yazaraq səhv sellofanı götürdüyünü, onu geri qaytarmalı olduğunu demişdir. O da narkotik satan şəxsin dediklərinə əhəmiyyət verməmişdir. İki gün sonra o, polis əməkdaşları tərəfindən çöldə saxlanılmış, daha sonra qaldığı otağa baxış keçirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, “Ziko” ləqəbli şəxsi şəxsən tanımadığını, internet vasitəsilə tanıdığını, həmin şəxsdən narkotik aldığını, əldə etdiyi bağlamanın ona aid olmadığı halda götürdüyünü, ailə vəziyyəti ilə əlaqədar 4-5 aydır ki, hosteldə yaşadığını, hostelin otağında narkotik vasitələrin aşkar olunduğunu, hosteldə qalmaq üçün aylıq 600 manat pul ödədiyini, ona narkotik satan adamın götürdüyü bağlamanın ona aid olmadığını deyəndən sonra narkotik satan şəxsin nömrəsini bloka atdığını, həmin narkotik satan adamın dəfələrlə ona pulun qarşılığı olmayan mal satdığını, narkotik satan şəxsin onun hosteldə qaldığını bildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Elvin barəsində narkotik vasitənin gəzdirilməsi və saxlanılması barədə əməliyyat məlumatı daxil olmuşdur. Fevral ayında onlar tərəfindən tədbir keçirilmiş, Elvin “Gənclik”də qaldığı hostelin yaxınlığında saxlanılmışdır. İdarədə üzərinə baxış keçirildikdən sonra qaldığı hostelin otağına da baxış keçirilmişdir. Şübhəli şəxsin üzərindən və otağından tiryək, marixuana, metadon, ekstazi həbləri aşkar olunmuş və o, həmin narkotik vasitələri türk vətəndaşından əldə etdiyini söyləmişdir. Təqsirləndirilən şəxs özünün dediyinə görə narkotik vasitələri türk vətəndaşının dediyi yerlərə qoymuş və sonra bunun müqabilində pul almışdır. Aşkarlanan narkotik vasitə təhqiqatçının və vəkilin iştirakı ilə videoçəkilişlə qablaşdırılmış, sənədləşdirildikdən sonra isə ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid1 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yerləşən “X13” hosteldə nömrəsiz mənzildə müvəqqəti yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq öz şəxsi istifadəsi üçün narkotik vasitəni əldə edərək Bakı şəhəri Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yerləşən “X13” hosteldə nömrəsiz mənzildə müvəqqəti yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 17 fevral 2023-cü il tarixdə saat 14:15 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 80 ünvanının yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, iki ədəd bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə tiryəkə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin gödəkçənin sol yan cibindən bir ədəd açar, bir ədəd içərisində ***-***-**-** və ***-***-**-** sim kart nömrələri olan “Samsung” markalı mobil telefon, bir ədəd üzərində “5243 7544 4116 8356” nömrəli plastik bank kartı aşkar olunaraq götürülmüş, şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya və tiryəkə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş maixuanaya bənzər kütlənin çəkisi 28 (iyirmi səkkiz) qram, tiryəkə bənzər kütlənin çəkisi 11 (on bir) qram olmuş, aşkar olunmuş həmin kütlələrin içərisi boş olan aö rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, bir ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır (cild 1, iş vərəqi 31- 33). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı hostelin üçüncü mərtəbəsində yerləşən mənzilə baxış keçirilmiş, mənzilin yataq otağındakı qəhvəyi rəngli oturacağın yanından içərisində açıq yaşıl rəngli spesifik iyə malik narkotik väsitə olan marixuanaya bənzər kütlə olan 1 (bir) ədəd ağ rəngli qutunu, 1 (bir) ədəd sarı rəngli qutunun içərisindən 1 (bir) ədəd elektron tərəzi, 20 (iyirmi) ədəd sellofan bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 5 (beş) ədəd kibrit qutusunda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 10 (on) ədəd bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan tiryəkə bənzər kütləni, 42 (qırx iki) ədəd “Pregabalin krka 300” həblərinə bənzər kütləni, üzərində “4098 5844 6706 1782" saylı 1 (bir) ədəd plastik bank kartı, 82 (səksən iki) ədəd “Metadone 40" həblərinə bənzər kütləni, 27 (iyirmi yeddi) ədəd ekstazi həblərinə bənzər kütləni təqdim etdi. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya bənzər kütlələrin ümumillikdə çəkisi 255 qram (iki yüz əlli beş) qram, tiryəkə bənzər kütlənin çəkisi 50 (əlli) qram oldu. Daha sonra həmin kütlələr, eletron tərəzi qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, iştirakçı, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyindən bir ədəd bank kartı sonuncuya izah verildikdən sonra götürülmüşdür (cild 1, iş vərəqi 37-39). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/997 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd sellofan bağlamada olan: - üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,891 qram, 5,008 qram, ümumi təmiz çəkisi 9,899 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. - üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamada 10 ədəd bükümdə ayrı-ayırlıqda təmiz çəkisi 4,849 qram, 4,834 qrarm, 5,062 qram, 4,820 qram, 4,828 qram, 4,830 qram, 5,094 qram, 5,137 qram, 4,897 qram, 5,241 qram olan ümumi təmiz çəkisi 49,592 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış maddə narkotik vasitə tiryəkdir. Təqdim edilmiş 12 ədəd bükümdə olan tiryək xarici görünüş əlaməltərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Təqdim olunmuş ümumi sayı 82 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 3,28 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. - üzərində “Preqabalin-krka 300” göstəricisi olan ümumilikdə 42 ədəd ağ-qəhvəyi rəngli kapsulun tərkibində preqabalinin üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 12,6 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsiin miqdarı 0,3 qramdır) olduğu müəyyən edildi. Təqdim olunmuş müxtəlif rəngli boz, bənövşəyi və göy rəngli ümumilikdə 27 ədəd həbin tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 6,210 qram olduğu müəyyən edildi. - Bir ədəd elektron tərəzidə narkotik olan tiryəkin izləri vardır. Tiryək iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. MDMA 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 45-51). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/247 nömrəli rəyindən görünür ki:
1. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə yapışqan lentlə bağlanmış bir ədəd sellofanda təmiz çəkisi 24,65 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.
2. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...” sözləri yazılmış polietilen bağlamada bir ədəd ağ rəngli qabda təmiz çəkisi 63,37 qram, qara rəngli yapışqan lentlə bağlanmış 05 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 2,51 qram, 2,03 qram, 2,29 qram, 2,83 qram, 2,31 qram; qara rəngli yapışqan lentlə bağlanmış 20 kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) 1,61 qram, 2) 2,01 qram, 3) 1,78 qram, 4) 1,67 qram, 5) 1,73 qram, 6) 1,27 qram, 7) 1,22 qram, 8) 1,65 qram, 9) 1,25 qram, 10) 1,43 qram, 11) 1,26 qram, 12) 1,54 qram, 13) 1,34 qram, 14) 1,25 qram, 15) 1,27 qram, 16) 1,23 qram, 17) 1,15 qram, 18) 1,28 qram, 19) 1,18 qram, 20) 1,26 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 103,72 qramdır. 2.1. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Marixuananın hissəcikləri olmadığına görə təqdim edilmiş marixuana ilə müqayisəli tədqiqat aparılmadı.
3. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə və bir ədəd polietilen bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 52-56). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 75-76). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A32” markalı, “SM-A325F/DS” modelli, “**********74942, **********74949” imei kodlu mobil telefon aparatına “HP” markalı komputerdə baxış keçirilmiş, cinayət işi üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir (cild 1, iş vərəqi 159-160). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş disklərə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı məlum olmuşdur ki, 1-ci “DVD” diskdə Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını özündə əks etdirən videogörüntülər 01 ədəd qovluqda yerləşdirilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, görüntüdə olan şəxs onun özüdür və hər hansı bir montaj edilməmişdir, görüntü reallığı əks etdirir. DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Təqsirləndirilən şəxs və şəxsi axtarışın digər iştirakçılarına hüquq və vəzifələri izah etdikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla daşınması qadağan edilən əşya və maddənin olub olmadığı, olduğu halda isə onları təqdim etməsini izah etmişdir. Təqsirləndirilən şəxs əynində olan əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofanda bitki mənşəli kütləni, iki ədəd sellofan bükümdə qəhvəyi rəngli maddəni, əynində olan həmin gödəkçənin cibindən 01 ədəd açarı, “Samsung Galaxy A32” markalı, “SM- A325F/DS” modelli mobil smartfonu və "xxxx" ASC-yə aid “5243 7544 4116 8356” hesab nömrəsi olan “Sənin kartın” bank kartını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs 01 bükümdəkinin marixuana və 2-ci bükümdəkinin tiryək olduğunu bildirmişdir. Hər üç büküm təhqiqatçı tərəfindən elektron tərəzidən istifadə etməklə çəkilmişdir və 1-ci bükümün çəkisinin 28 qram, 2-ci bükümün çəkisinin 11 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş bükümlər, pul kartı və mobil telefon aparatı təhqiqatçı tərəfindən zərflərə qoyularaq qabalşırılmış, şəxsi axtarış və götürmə haqqında protokolla iştirakçılar tanış olduqdan sonra hər bir iştirakçı protokola imza etmişdir. Qapıya aid açar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. 2-ci “DVD” diskdə Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 80 küçəsində yerləşən “X13” hostelin 3-cü mərtəbəsində yerləşən nömrəsiz mənzilə aparılmış “baxış və götürmə” istintaq hərəkətinin gedişatını özündə əks etdirən videogörüntülər 01 ədəd qovluqda yerləşdirilmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, görüntüdə olan şəxs onun özüdür və hər hansı bir montaj edilməmişdir, görüntü reallığı əks etdirir. DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Təqsirləndirilən şəxs və baxışın digər iştirakçılarına hüquq və vəzifələri izah etdikdən sonra Təqsirləndirilən şəxs ki, hosteldəki otağında narkotik vasitə və dərmanların olduğunu bildirmişdir. Otağa daxil olduqdan sonra mənzilin yataq otağındakı qəhvəyi rəngli oturacağın üstündən içərisində açıq yaşıl rəngli spesifik iyə malik ot şəkilli maddə olan bir ədəd ağ rəngli 1 qutunu, həmin oturacağın yanından içərisində bir ədəd elektron tərəzi, 20 ədəd sellofan bükümdə açıq yaşıl rəngli spesifik iyə malik ot şəkilli maddə, 5 ədəd kibrit qutusunda açıq yaşıl rəngli spesifik iyə malik ot şəkilli maddə, 10 ədəd bükümdə qəhvəyi rəngli maddə, 42 ədəd “Pregabalin krka 300" həbi, plastik bank kartı, 82 ədəd “Metadnone 40" həbi, 27 ədəd ekstazi həbi olan bir ədəd sarı rəngli kardondan olan qutunu təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, açıq yaşıl rəngli spesifik iyə malik ot şəkilli maddələr marixuanadır, qəhvəyi rəngli maddələr isə tiryəklərdir. Maddələr təhqiqatçı tərəfindən elektron tərəzidən istifadə etməklə çəkildi. Təqsirləndirilən şəxs açıq yaşıl rəngli spesifik iyə malik ot şəkilli maddələr olduğunu dediyi marixuananın çəkisinin 255 qram, qəhvəyi rəngli maddələrin isə çəksinin 50 qram olduğu müəyyən edilmişdir. Bundan sonra bank kartı, elektron tərəzi, maddələr və dərman həbləri təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş və möhürlənmişdir. Baxış və götürmə haqqında prtokolla iştirakçılar tanış olduqdan sonra hər bir iştirakçı protokola imza etmişdir (cild 1, iş vərəqi 204-215). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023cü il tarixli, 3991 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə adı yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 216). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 217-218). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin hansı mənbədən əldə etməsini və o cümlədən onun kimlərlə cinayət əlaqələri saxlamasını müəyyən etmək üçün tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, maraq doğuran məlumat əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 241). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 693 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Bunun cinayət işi materialları, anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, hər hansı psixi pozuntu əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisəni tödərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi təbdirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqi 1-4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/495 nömrəli rəyindən görünür ki,
1. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 13” markalı əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A32” markalı, “SM-A325F/DS” modelli, “**********74942, **********74949” imei kodlu mobil smartfon işlək vəziyyətdə olmuşdur.
2. Tədqiq olunan “Samsung Galaxy A32” markalı, “SM-A325F/DS” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zəng (buraxılmış)), “SMS” mesaj (gələn), audio, foto fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olunmuşdur.
3. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A32” markalı, “SM-A325F/DS” modelli mobil smartfonun yaddaşında hər hansı bir məlumatın (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllarvə digər informasiya) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır.
4. Təqdim edilmiş “Samsung Galaxy A32” markalı, “SM-A325F/DS” modelli mobil smartfonun yaddaşında “Whatsapp” və digər social şəbəkələrə aid proqram təminatları müəyyən olunmamışdır. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 2, iş vərəqi 5-9). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2561 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 10- 11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə aid texniki məlumatları özündə əks etdirən “CD” diskdə iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir (cild 2, iş vərəqi 14). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə aid texniki məlumatları özündə əks etdirən “CD” diskdə iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir (cild 2, iş vərəqi 17). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı və Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Bakı şəhəri Nərimanov rayonu, Məsud Əlizadə 80 küçəsində yerləşən “X13” hostelin 3-cü mərtəbəsindəki mənzildə aparılmış baxış və götürmə istintaq hərəkəti zamanı götürülmüş ümumilikdə təmiz çəkisi 59,491 qram narkotik vasitə olan heroin, ümumilikdə təmiz çəkisi 128,37 qram narkotik vasitə olan qurudulmuş marixuana, 42 ədəd “Pregabalin krka 300” həbi, 82 ədəd qəhvəyi rəngli dairəvi formalı olan “Metadnone 40” həbinin, müxtəlif rəngli boz, bənövşəyi və göy rəngli ümumilikdə tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 6,210 qram olan 27 ədəd həbi və üzərində narkotik vasitə tiryəkin izləri olan 01 ədəd elektron tərəzi, şəxsi axtarış və götürmə, o cümlədən baxış və götürmə istintaq hərəkətinin gedişatını əks etdirən videogörüntülər olan 02 ədəd “DVD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd zərfdə 59,131 qram çəkidə narkotik vasitə tiryək, 01 ədəd zərfdə 77 ədəd qəhvəyi rəngli dairəvi formalı olan “Metadnone 40” həbi, müxtəlif rəngli boz, bənövşəyi və göy rəngli ümumilikdə tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 6,210 qram olan 24 ədəd həb, 39 ədəd “Pregabalin krka 300” həbi, 127,02 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, 02 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 18-49). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən “Ziko” adlı və istintaqa məlum olmayan digər şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 2403.2-ci maddələri ilə yeni cinayət işi ayrılmış, "xxxx" mobil operatoruna aid ***-***-**-** mobil telefon nömrəsinə aid texniki məlumatlarla və "xxxx" ASC-yə aid 5243 7544 4116 8356 hesab nömrəsi olan “Sənin kartın” bank kartının və "xxxx" ASC-yə aid 4098 5844 6706 1782 hesab nömrəsi olan “LEO” bank kartına məxsus bank məlumatları ilə bağlı xüsusatlara X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.43 və 240.3.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən ayrılmış yeni cinayət işində qiymət verilmişdir (cild 1, iş vərəqi 51-55). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən MDMA-nın təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qramdan artıq miqdarı külli miqdar, tiryəkin təmiz halda 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qramdan artıq miqdarı külli miqdar, qurudulmuş marixuananın təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanununa əsasən preqabalin preparatı həmin siyahıya daxildir və 5 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs yalnız narkotik vasitənin istifadəçisi olması, marixuanadan istifadə etməsi, özünə marixuana sifariş etdikdən sonra onu götürən yerdə ona aid olmayan başqa narkotiklərin də olması, onun həmin narkotikləri götürməsi, daha sonra narkotik satan şəxsin ona mesaj yazaraq səhv sellofanı götürdüyünü, onu geri qaytarmalı olduğunu deməsi, onun da narkotik satan şəxsin dediklərinə əhəmiyyət verməməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir, həmçinin onun ifadəsində göstərdikləri heç bir sübutla təsdiq olunmadığından onları qəbul etmir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını və çoxlu sayda xırda bükümlərə bükülməsini, ondan narkotikin çəkilməsində istifadə olunan avadanlığın – elektron tərəziin aşkar olunmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda maddəni əldə edib daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddələrinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 19 fevral 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23, 109-115). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 17 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 59,131 qram çəkidə narkotik vasitə olan tiryək, 77 ədəd qəhvəyi rəngli dairəvi formalı olan “Metadnone 40” həbi, ümumilikdə tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 6,210 qram olan 24 ədəd həb, 39 ədəd “Pregabalin krka 300” həbi, 127,02 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 234 (iki yüz otuz dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 59,131 qram çəkidə narkotik vasitə olan tiryək, 77 ədəd qəhvəyi rəngli dairəvi formalı olan “Metadnone 40” həbi, ümumilikdə tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 6,210 qram olan 24 ədəd həb, 39 ədəd “Pregabalin krka 300” həbi, 127,02 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin Digər maddi sübutlar - 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 234 (iki yüz otuz dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (Sədrlik edən) Telman Hüseynov
Əhməd Quliyev
Fərid Namazov