Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-440/2025 10.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X7 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi3, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «GÜVƏN» Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 06 avqust 1982-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, Masallı rayonu, Bədalan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Köhnə bazar yolu” yaşayış sahəsi, nömrəsiz ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə xx xxxxxxxx 1970-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən ünvansız fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə saat 15:20-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda və külli miqdarda ziyan vurmaqla, təkrar dələduzluq etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmə məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, X12 ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin özünün adına olmasına dair Abşeron rayon X12 üzrə 09 dekabr 2000-ci il tarixli çıxarış sənədi hazırlayıb, Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsinin özünə məxsus olmasını və ona sataca biləcəyinə dair yalan vəd verib aldadaraq, 08 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən ofisində 20.000 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 20.000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. 3.Bundan başqa, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin sonuncunun adına olmasına dair Abşeron rayon X12 üzrə 09 dekabr 2000-ci il tarixli çıxarış sənədi hazırlamış, bundan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsinin özünə məxsus olmasını və ona sataca biləcəyinə dair yalan vəd verib aldadaraq, 23 avqust 2023-cü il tarixdə Bakı şəhər 25 saylı notariat ofisində 30.000 manat dəyərində “Range Rover” markalı “Sport” modelli, **-GN-*** qeydiyyat nişanlı avtomobilini və həmin tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən, ünvansız fərdi yaşayış evində 30.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 60.000 manat, yəni külli miqdarda ziyan vurmaqla, təkrar dələduzluq etmişdir. 4.Bundan başqa, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin sonuncunun adına olmasına dair Abşeron rayon X12 üzrə 09 dekabr 2000-ci il tarixli çıxarış sənədi hazırlamış, bundan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 həmin torpaq sahəsinin özünə məxsus olmasını və ona sataca biləcəyinə dair yalan vəd verib aldadaraq, 23 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində 32.450 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 32.450 manat, yəni xeyli miqdarda ziyan vurmaqla, təkrar dələduzluq etmişdir. 5.Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda və xeyli miqdarda ziyan vurmaqla, təkrar dələduzluq etmişdir. 6.Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin özünün adına olmasına dair Abşeron rayon X12 üzrə 09 dekabr 2000-ci il tarixli çıxarış sənədi hazırlayıb Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsinin özünə məxsus olmasını və ona sataca biləcəyinə dair yalan vəd verib aldadaraq, 23 avqust 2023-cü il tarixdə Bakı şəhər 25 saylı notariat ofisində 30.000 manat dəyərində “Range Rover” markalı “Sport” modelli, 99- GN-043 qeydiyyat nişanlı avtomobilini və həmin tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən, ünvansız fərdi yaşayış evində 30.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 60.000 manat, yəni külli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. 7.Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin özünün adına olmasına dair Abşeron rayon X12 üzrə 09 dekabr 2000-ci il tarixli çıxarış sənədi hazırlayıb Zərərçəkmiş şəxs3 həmin torpaq sahəsinin özünə məxsus olmasını və ona sataca biləcəyinə dair yalan vəd verib aldadaraq, 23 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində 32.450 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 32.450 manat, yəni xeyli miqdarda ziyan vurmaqla, təkrar dələduzluq etmişdir. Sübutların tədqiqi: 8.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 işi üzrə özünü təqsirli bilir. O, Suraxanı Rayon Polis İdarəsinə aparılmış, orada heç bir sorğu-sual edilmədən Katibə ilə üzləşdirmişlər, Katibə də pulu ona verdiyini bildirmişdir. Torpaq onun olmuş və Katibəyə satmışdır. O, Ramid və Əvsərin işlərinin heç birində iştirak etməmiş, torpaq satmamış, sənəd və pul verməmişdir. O, qaz xəttini qaldırmış və orada gəlib pulu ona vermişlər. Zərərçəkmiş şəxs1 torpaq satmış, həmin torpaq sahəsini Şahid3 sənədsiz almış, orada problem olduğundan başqa torpaq sahəsinə aparmış, baxıb oranı bəyənsə də sonra istəməmişdir. Şahinə on iki mindən yuxarı pul qaytarmış və məhkəmə iclasından sonra yenə də Şahinə pul qaytarmışdır. Zərərçəkmiş şəxs3 dəymiş ziyanı isə Katibə xanım ödəmişdir. O, 23 avqust 2023-cü il tarixində Katibəgilin evində olmuş və Katibəgilin evində ona hansısa pul verilməmişdir. Məhkəmə iclasında dindirilən şahidlər Şahid2, Şahid6 və Orxan pulun ona verilməsini yalan danışmışlar. O, Əvsərə torpaq sahəsini öz torpağı kimi təqdim etməmişdir. Katibə ilə Əvsərə satılan torpaq sahəsində tanış olmuş, orada o, qaz xəttini qaldırmış və Əvsər də buna şahid olmuşdur. O, torpaq alqı-satqısı ilə məşğul olmamış, torpaq sahəsini özü üçün almış, sonra isə imkan olmadığından satmışdır. O, Katibəgilə pulu almaq üçün yox, Şahinin torpaq sahəsi ilə bağlı getmiş, evini satıb pulunu verəcəyini demiş, Şahin əvvəl razılaşsa da sonra pulu götürməmişdir. Zərərçəkmiş şəxs1 torpaq sahəsi iki nəfərə, həm ona, həm də başqa şəxsə satılmışdır. Həmin torpaq sahəsini Kəmalə ona on dörd minə sənədlə satmış, torpaq sahəsi ilə bağlı ona bələdiyyə sənədi verilmiş, həmin sənədi də istintaqa təhvil vermişdir. Başqa adamda isə qanuni çıxarışlı sənəd olmuşdur. Həmin torpaq sahəsini 5-6 aydan sonra Şahinə iyirmi minə satmışdır. Bir müddət sonra Şahin həmin torpaq sahəsində iş görməyə başlamış və sonra ona zəng edərək bir nəfərin torpaq sahəsinin özünə məxsus olmasını dediyini bildirmişdir. O, aydınlaşdıranda Anar adlı başqa şəxsin həmin torpaq sahəsini alması məlum olmuş, sonra həmin torpaq sahəsi ilə bağlı Kəmalədən pulunu istəsə də verməmişdir. O, Ramidə hansısa torpağın satılmasında iştirak etməmiş və ona otuz min manat pul verilməmişdir. 9.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində bildirmişdir ki, Şahid3 təxminən 10 ildən çoxdur ki, tanıyır. O, əvvəllər Binə qəsəbəsində camaşırxanada işləmişdir. Kəmalə həmin vaxtlar ona demişdir ki, Binə qəsəbəsində torpaq sahəsi almaq istəyir. Həmçinin Kəmalə ondan xahiş etmişdir ki, bu işdə ona köməklik etsin. Bunun üçün maraqlanmış və Binə qəsəbəsində işlədiyi yerin yaxınlığında torpaq alqı-satqısı ilə məşğul olan Şəhriyar adlı şəxsin ofisinə getmiş, sonuncu ona satışda 6.000 ABŞ dollarına 0,05 ha torpaq sahəsinin olduğunu bildirmişdir. Bunu Kəmaləyə dedikdə sonuncu razılaşmışdır. Sonra onları tanış etmiş və onlar öz aralarında alqı-satqı etmişlər. Buna baxmayaraq həmin vaxt Kəmalənin sənədlərində nə isə problemlər olduğuna görə torpaq sahəsi özünün adına sənədləşdirilmişdir. 2023-cü ilin iyun ayında Kəmalə ona bildirmişdir ki, həmin torpaq sahəsini satmaq istəyir, mümkünsə müştəri tapsın, satılsa onun da hörmətini edəcəkdir. Özü də Binə qəsəbəsində torpaq sahəsi alqı-satqısı ilə məşğul olan şəxslərə elan vermişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Şahin adlı müştərini Ramazan adlı vasitəçi onun yanına göndərmişdir ki, həmin torpaq sahəsini almaq istəyir. Şahinlə birlikdə gedib həmin torpaq sahəsinə baxmışlar, Şahin torpaq sahəsini bəyənmiş və qiymətini danışıb 0,05 ha torpaq sahəsini 20.000 manata razılaşmışlar. Bunu Kəmaləyə dedikdə Kəmalə ona bildirmişdir ki, “20.000 manata istəyirlərsə özün sat, onsuz da torpaq sahəsi sənin adındadır, satsan sənin də hörmətini edərəm”. Beləliklə, xx.xx.2023-cü il tarixdə Şahin ona zəng vurub Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən ofisinə çağırıb bildirmişdir ki, torpaq sahəsini almaq istəyir, özü də oraya gedib Şahinin ofisində görüşmüşlər. Həmin ofisdə Şahin, onun qardaşı və Ramazan adlı maklerin iştirakı ilə videoçəkilişlə bütün məsuliyyəti üzərinə götürmək şərti ilə Şahindən 20.000 manat pul almışdır. Həmin gün Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinə getmişlər və öz adından Zərərçəkmiş şəxs1 adına 70 il müddətinə etibarnamə vermiş, həmin etibarnaməni, eləcə də Şəhiryardan o vaxt torpaq sahəsini alanda ona verdiyi çıxarışı Şahinə vermiş və oradan da sağollaşıb ayrılmışdır. Həmin gün Kəmalə ilə Binə qəsəbəsində görüşmüş, 20.000 manatı ona vermiş və 1.000 manat özünə zəhmət haqqı götürmüş, 2.000 manat torpaq sahəsinin illər boyu yığılmış digər xərclərinə ödənilmiş, 17.000 manat Kəmalənin özündə qalmışdır. Torpaq sahəsinin satdığı gündən təxminən 20 gün sonra Şahin ona zəng vurub bildirmişdir ki, ondan aldığı torpaq sahəsində tikinti işləri aparmaq istəyir, orada kimsə nömrə yazıb divara yapışdırıb, altında da yazıbdır ki, torpaq sahəsi ona məxsusdur, bu nə məsələdir. Tez gedib onunla görüşüb torpaq sahəsi olan yerə getmiş, həmin mobil nömrəyə zəng vurub danışmış, həmin şəxs ona bildirmişdir ki, “adım Anardır, 2016-cı ildə torpaq sahəsini Şəhriyar adlı maklerdən almışam, hazırda çıxarışım da var, lazım olsa gətirib göstərərəm”. Bundan sonra Kəmaləyə bunu bildirmiş və iki gündən sonra özü, Kəmalə və Şahin Xırdalan şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyesrtri Xidmətinin inzibati binasının qarşısında Anarla görüşmüşlər. Orada həmin sənəd yoxlanılmış və oradan bir nəfər nümayəndə onlarla Binə qəsəbəsinə gəlmiş, nümayəndə tərəfindən torpaq sahəsi yerində yoxlanılıb müəyyən edilmişdir ki, həmin torpaq sahəsi həqiqətən də rəsmi olaraq Şahid10 məxsusdur. Ondan sonra Şahin ondan 20.000 manat pulunu tələb etmiş, özü də ona bildirmişdir ki, “bir az möhlət ver sənin pulunu düzəldib verərəm”. Təxminən 15-20 gün keçdikdən sonra özü və Kəmalə pul düzəldə bilmədiklərinə görə pulu qaytara bilməmişlər, Şahin isə pulunu təcili tələb etmişdir. Məcbur olub xx.xx.2023-cü il tarixdə yazılı olaraq Şahinə söz vermişlər ki, 20.000 manat pulu 20 gün müddətinə qaytaracaqlar. Buna baxmayaraq həmin müddətdə də pulu qaytara bilmədiklərinə görə Şahin onun barəsində şikayət etmişdir. Bundan başqa Nizam adlı şəxsi təxminən 5-6 il olar ki tanımışdır. Belə ki, Binədə kafe işlədən vaxt Nizam onun kafesinə müştəri kimi gəlib-getmişdir. Nizamı torpaq alveriçisi kimi tanımışdır. Təxminən 5- 6 ay əvvəl Nizam ona Katibə adlı qadının torpağının olmasını və həmin torpağı satmaq istədiyini bildirmişdir. Həmin torpaq sahəsinin harada yerləşdiyini soruşduqda Nizam ona həmin torpağın Binə qəsəbəsi, Südçülük sovxozu “sağa gedən yol”da yerləşdiyini bildirmişdir. Özü də həmin ərazidə yaşadığından soruşan olsa maraqlanıb deyəcəyini bildirmişdir. Bundan bir gün sonra Katibə ona zəng edərək Nizamın dediyi adam olduğunu bildirmiş və onu həmin torpaq sahəsinə dəvət etmişdir. Oraya çatdıqda Katibəni görüb onunla tanış olmuşdur. Bundan sonra Katibə torpağın qarşısından keçən qaz xəttini qaldırmaq lazım olduğunu bildirmiş, bu zaman qaz idarəsinin işçilərini çağırıb onlarla danışaraq həmin qaz xəttini yuxarıya qaldırtmışdır. Bundan sonra heç bir məsələdən xəbəri olmamışdır. Bir müddət sonra xəbəri olmuşdur ki, həmin torpaq sahəsi Katibə tərəfindən satılmışdır və müəyyən olmuşdur ki, həmin torpaq sahəsi Katibəyə deyil başqa şəxslərə məxsusdur (İİİ cild, səh. 128-130). 10.Məhkəmədə təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, makler kimi tanıdığı Nizam zəng edərək dostunun torpağı olduğunu demiş və bazarda işlədiyi üçün tanışları çox olduğundan ona torpağı satmağı təklif etmişdir. O, Anarı əvəllər tanımamış, Anarla ancaq Ramid və Əvsərin torpaq sahəsinin satışı ilə bağlı bir yerdə olmuşlar. Sonra Nizam onu Anarla tanış etmiş, Anar da torpağı göstərərək onun nömrəsini hasara yazmışdır. Anar ona pul verəcəyini dediyindən hasarın üzərinə nömrəsinin yazılmasına etiraz etməmişdir. Anar torpaq çox satdığından nömrəsini tanıdıqlarını, ona görə də nömrəsini yaza bilmədiyini demişdir. Həmin vaxt orada olan üç-dörd nəfər həqiqətən də torpağın Anara məxsus olduğunu təsdiq etmişlər. O, daha əvvəl heç bir torpaq alqı-satqısı ilə məşğul olmamışdır. Xeyli müddət sonra Əvsər ona zəng etdikdə torpağın Anarla Nizamın olduğunu, həmçinin torpağın sənədinin olmadığını bildirmişdir, Əvsər də bildiyini demişdir. Torpağın qiymətini telefonda razılaşmışlar. Əvsər ona öz torpağı üçün otuz min, Ramidin torpağı üçün otuz min manat vermişdir. Əvsər pulu verəndə onlar ikisi olmuşlar. Maşının verilməsini də telefonda razılaşmışlar, Anar da buna razılaşmışdır. Anar gəlmədiyindən Əvsər ona otuz min manat və bir maşın, Ramid isə otuz iki min dörd yüz əlli manat vermişdir. Həmin pulu sellofanda evə aparmış, Nizamla Anar gəlib pulu götürərək getmişlər. O, Ramid və Əvsərin verdiyi pulları Anara vermiş, həmin pullardan özünə heç nə xərcləməmişdir. O, hadisələrin hansı tarixdə olmasını xatırlamır. Bələdiyyə sənədini ona Anar vermişdir. Maşını həyətdə saxlamış, sonra Anara zəng edərək torpağın başqasının olduğunu və polisə şikayət etdiklərini dedikdə, Anar yalan olduğunu və özünün həll edəcəyini bildirmişdir. Bu torpaqların satışından ona dörd min manat verilməli olmuşdur. Torpağın pulunu alan gün maşın onun adına keçirilmişdir. Anar pulu götürüb gedəcəyini deyərək maşının onun adında qalmasını, sonra maşını satıb ona dörd min manat verəcəyini bildirmiş, ona görə də Əvsərlə birlikdə notariusa gedərək maşını adına keçirmişdir. Maşın təxminən bir ay onda qalmışdır. Alqı-satqıdan təxminən on beş gün sonra polis ona zəng etmiş, bu səbəbdən maşını Anara verməmişdir. Sonradan maşını qohumu Elçinin adına keçirmişdir. İşi müstəntiqdə olanda onu həbs edərək pulu ödəməli olduğunu demişlər, o da tutulmamaq üçün tələsik evini sataraq Ramidin pulunu qaytarmışdır. Faktiki ziyana düşmüşdür. O, maşını Əvsərə qaytarmaq üçün polisə zəng etmiş, polis əməkdaşı da ona “nə vaxt deyəcəm onda gətirib mənim əlimlə maşını qaytararsan” demişdir. İbtidai istintaqda ona qarşı hansısa təzyiq olmamış, ifadə verərkən müdafiəçisi orada olmamışdır. 11.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində bildirmişdir ki, Nizam adlı şəxsi 20 ildir ki, tanıyır. Belə ki, təxminən 30 il olar ki, Binə qəsəbəsi, Südçülük Sovxozunda yaşayır. Orada yaşamağa başladıqdan Nizam adlı şəxsi torpaq alverçisi kimi tanımışdır. Təxminən iyul ayında Nizam adlı şəxsdən borca pul istəmiş, Nizam isə onun evinə gələrək Binə qəsəbəsi, Südçülük sovxozu, “Sağa gedən yol” Y/S-də 18 sot torpaq sahəsinin olmasını və həmin torpaq sahəsini satacaqları təqdirdə ona pul verəcəyini bildirmişdir. Nizamdan həmin torpaq sahəsinin kimə məxsus olmasını soruşduqda Nizam bildirmişdir ki, həmin torpaq sahəsi Anar adlı şəxsə məxsusdur. Həmin torpaq sahəsini hansı səbəbdən özünün satmadığını soruşduqda, çox torpaq sahəsi satdığından artıq ondan torpaq almadıqlarını bildirmişdir. Bu səbəbdən torpağı onun satmağını istəmişdir. Nizam həmin torpağı satacağı təqdirdə ona 25.000 manat çatacağını əlavə etmiş və onunla razılaşmışdır. Torpağa baxmaq istədiyini bildirmiş, həmin vaxt Nizam adını sonradan bildiyi və daha əvvəllər tanımadığı Anar adlı şəxsi ona qoşaraq torpağı ona göstərməsini demişdir. Bundan sonra Anarla birlikdə taksi ilə Südçülük Sovxozunda yerləşən qeyd olunan torpaq sahəsinə getmişlər. Torpaq sahəsinə baxdıqda həmin 18 sot torpağın hasarın içərisində və iki hissəyə, 6 sot və 12 sot olaraq bölünmüş vəziyyətdə olmasını müəyyən etmişdir. Bundan sonra Anar özü ilə gətirdiyi boya ilə hasarın üzərinə onun mobil nömrələrini qeyd etmişdir. Oradan çıxdıqdan sonra Nizama zəng edərək torpağı satacağını bildirmiş, bir neçə gün sonra təxminən avqust ayının ortalarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə tanımadığı şəxs tərəfindən zəng olunmuş və adının Əvsər olduğunu bildirmişdir. Əvsər ona torpağı almaq istədiyini bildirdikdə ona həmin vaxt rayonda olduğunu demiş və torpağı satmaq üçün Bakıya yollanmışdır. Yolda olan zaman Nizamın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək torpağı almaq istəyənin olmasını bildirmişdir. Bu zaman Nizam sənədi onun adına hazırladığını bildirərək onunla görüşməyini istəmişdir. Nizamdan sonra Anarla telefonla danışmış, Anarla danışıq zamanı ondan torpağı neçəyə istədiklərini soruşmuşdur. Əvsər adlı şəxsin özünə 12 sotunu istədiyini həmin torpağın müqabilində isə “Land Rover-Range Rover markalı” avtomobil və 30.000 manat pul verəcəyini, həmin avtomobili də 30.000 manat olaraq qiymətəndirdiyini bildirmişdir. Əlavə olaraq digər 6 sotdan ibarət torpaq sahəsini isə Əvsərin dostu olan Ramid adlı şəxsin almaq istədiyini və onunla 32.450 manata razılaşdığını demişdir. Bundan sonra Binə qəsəbəsində Əvsər ilə görüşüb ondan şəxsiyyətini təsdiq edən sənədi götürmüş, razılaşmalarına əsasən notariusa gedərək Əvsərin adına və Ramidin bibisi kimi tanıdığı X1 adına sənədetibarnamə çıxardacaqdır. Əvsərdən ayrıldıqdan sonra Binə qəsəbəsində yerləşən “Bazarstore”nin qarşısında Nizam ilə görüşmüş, Nizam görüş zamanı ona sənədi təqdim etmişdir. Həmin sənədin onun adına olan Südçülük Sovxozunda yerləşən torpaq sahəsi haqqında çıxarışın olmasını görmüşdür. Bir qədər Nizamla birlikdə gözlədikdən sonra Anar taksi ilə onlara yaxınlaşmış, bu zaman Anarla birlikdə Buzovna qəsəbəsində yerləşən notariusa getmiş, Nizam isə Binədə qalmışdır. Buzovnada yerləşən notairusda müvafiq etibarnamələri çıxardıqdan sonra qayıtmışlar. Binədə Ramid və Əvsərlə görüşmüş, görüş zamanı onlara müvafiq sənədlərini vermişdir. Ramid 32.450 manatı sayaraq Əvsərə vermiş, sonuncu isə həmin pulu “Range Rover” markalı avtomobilə qoyaraq onunla birlikdə Buzovnada yerləşən notairusa getmişlər. Notariusda Əvsər avtomobilə dair baş etibarnaməni ona vermişdir. Bundan sonra birlikdə onun yaşadığı Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən evinə getmişlər. Evə çatdıqda avtomobili evinin həyətində saxlamış, evə daxil olaraq Ramidin verdiyi 32.450 manatı və 30.000 manatı sayıb Əvsərdən təhvil almışdır. Əvsər qapıdan çıxar çıxmaz Anar və Nizam yaşadığı ünvana gəlmiş, razılaşmaya əsasən nağd şəkildə 32.450 manat və 30.000 manat pulları Anar sayaraq ondan təhvil almışdır. Avtomobil isə pulun əvəzinə ona verilmişdir. Bundan sonra Gəncə şəhərinə gedərək orada avtomobili qohumu Elçinin adına sənədləşdirmişdir. Elçin avtomobili sataraq ona pulunu verəcəkdir. Lakin, Elçin avtomobili satmamışdır. Bundan bir qədər sonra istifadəsində olan mobil nömrəyə adını sonradan bildiyi Yeganə adlı şəxs zəng etmiş və satdığı torpaq sahəsinin ona məxsus olmasını bildirmişdir. Onlara torpağın Anara məxsus olmasını bildirdikdə, Yeganə polisə şikayət edəcəyini demişdir (İİİ cild, səh. 140-142). 12.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, keçən il Anardan beş sot torpaq almış və Anar torpaq sahəsinin özünə məxsus olduğunu deyərək ona etibarnamə vermişdir. Üzərindən bir həft keçəndən sonra torpağın başqasına aid olduğunu bilmiş, bundan sonra Anara zəng etmiş, bir-iki gün araşdırmış, başqasının torpağı olduğu üçün şikayət etmişdir. O, iyirmi min torpaq, üç min də material üçün pul vermişdir. O, Anarla Ramazan adlı şəxsin vasitəsilə tanış olmuş, səhv etmirsə Anar ona yetmiş illik etibarnamə vermişdir. O, hasar çəkdirəndən sonra oraya qapı qoyduranda “tikmə, sökəcəm, mənimdir” yazıldığını görmüşdür. Bu səbəbdən Anara zəng etmiş, Anar da ola bilməz deyərək gəlib həmin adamla danışmış, o özü də həmin şəxslə iki dəfə görüşmüşdür. Bələdiyyədən torpaq sahəsinin Anara aid olması barədə kağız gətirmişlər, sonradan da Kəmalə adında bir xanım ortaya çıxmış və Anar torpağı ona Kəmalənin verdiyini bildirmişdir. Kəmalə xanım torpağı Anara satdığını demişdir. Kəmalə xanımla sonradan telefon əlaqəsi olmuş, bir-iki dəfə də zəng edərək “Anarla siz gətirin mənim pulumu verin” demişdir. Şikayət edəndən sonra isə ona “xahiş edirik şikayətinizi geri çəkin, biz çalışacağıq ki, pulunuzu verək” demişlər. O, Kəmaləni görməmiş, Anarı tanımış və torpağı Anardan almışdır. Torpaq sahəsində problem olanda Anar onu başqa torpaq sahəsinə aparmış, həmin torpaq sahəsinə baxanda xanım gələrək “bu torpaq sahəsi mənimdir” demişdir. Sonradan torpaq sahəsinin Əvsərgilə satıldığını bilmişdir. Anarla Katibə həmin torpağın onların olduğunu demişdir. Anar onu Katibə xanımın torpağına gətirmiş, Katibə də həmin torpağın ona məxsus olduğunu demişdir. Zərərçəkmiş şəxs1 hazırda Anarla barışdıqlarını, şikayətçi olmadığını və maddi tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 13.Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2023-cü ilin iyul ayında Xəzər rayonu, Binə qəsəbəsi ərazisində torpaq sahəsi almaq qərarına gəlmiş, bunun üçün Binə qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olan maklerlərlə əlaqə saxlamışdır. Bir neçə gündən sonra Ramazan adlı makler ona bildirmişdir ki, “Anar adlı bir nəfər Binə qəsəbəsi, X12 ərazisində “Azərsun" parnikləri adlı ərazidə 0,05 ha torpaq sahəsini 20.000 manata satır, istəsən gedib baxarıq”. Həmin gün Ramazan və qardaşı Elşənlə birlikdə həmin torpaq sahəsi olan yerə gedib Anarla görüşmüş, birlikdə torpaq sahəsinə baxmışlar və orada torpaq sahəsini Anarla 20.000 manata razılaşmışlar. xx.xx.2023-cü il tarixdə Anarı Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən ofisinə dəvət etmişdir ki, orada pulu ona versin və sənədləşmə işlərini etsinlər. Anar ofisinə gəlmiş və orada qardaşı Şahid1, makler Şahid11 və Təqsirləndirilən şəxs1 iştirakları ilə gələcəkdə sübut olunması üçün videoçəkilişlə Anara 20.000 manat pul vermişdir. Anar da öhdəsinə götürüb bildirmişdir ki, gələcəkdə hər hansı bir problem olarsa cavabdehdir. Beləliklə, həmin gün Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinə gedib orada Anar ona 70 illik etibarnamə vermişdir. Bundan əlavə özünün adına olan Abşeron rayon Südçülük Sovxozu üzrə xx.xx.2000-ci il tarixli 16 nömrəli əmrdən çıxarışı verib sağollaşıb getmişdir. Bir neçə gündən sonra orada mişar daşları töküb tikinti işləri aparmağa başlamışdır. Növbəti dəfə ora gedəndə görmüşdür ki, kimsə divara bir kağız yapışdırıb, orada mobil nömrəsi qeyd olunub və altında da yazılıbdır ki, “tikmə torpaq mənimdir”. Dərhal zəng vurub Anara bunu bildirmiş, Anar tez onunla görüşmüş və birlikdə həmin torpaq sahəsi olan yerə getmişlər. Orada Anar həmin mobil nömrə ilə danışmış və həmin şəxs torpaq sahəsinin ona məxsus olduğunu, çıxarışı olduğunu adının da Anar oluğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 də ona bildirmişdir ki, “narahat olma mənlikdir, araşdırıb yoluna qoyaram, torpaq sahəsini Binə qəsəbə nümayəndəsi olan Ərəstun müəllimdən almışıq gedək aydınlaşdıraq”. Bundan sonra Anar onu Binə qəsəbə nümayəndəliyinə aparmış, orada onu Ərəstun müəllimlə görüşdürmüş, həmin vaxt oraya Kəmalə adlı qadın da gəlmişdir. Lakin, Kəmalənin onların işi ilə necə əlaqəsi olmasını bilməmişdir. Ərəstun müəllim ona bildirmişdir ki, ya torpaq sahəsi, ya da pulu geri qaytarılacaq. Sonradan məsələni araşdırmaq üçün həmin şəxslə, yəni Şahid10la Xırdalan şəhərində Daşınmaz Əmlakın Dövlət Reyesrtri Xidmətinin inzibati binasının qarşısında görüşmüşlər, Kəmalə adlı qadın da ora gəlmişdir. Orada Şahid10 sənədləri yoxlanılmış və nümayəndə ilə həmin torpaq sahəsinə getmişlər. Yerində yoxlama aparıldıqda məlum olmuşdur ki, həmin torpaq sahəsi Şahid10 məxsusdur, yəni torpaq sahəsi bir neçə il bundan əvvəl həmin şəxsə satılmışdır. Buna görə Anardan pulunu tələb etmiş, Anar və Kəmalə adlı qadın ona söz vermişlər ki, möhlət ver pulunu düzəldib qaytaraq. Onlara bir müddət möhlət vermiş, lakin onlar pulunu qaytarmamışlar (İ cild, səh. 218-220). 14.Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, maşını ilə hərəkətdə olarkən hasarın üzərində nömrələr görmüş, həmin nömrə ilə əlaqə saxlayaraq torpağı almaq istədiyini demiş və problem olmadığını bildirmişlər. O, torpağı alanda maşın və otuz min manat da nağd pulu Katibə xanıma vermişdir. Torpaqla bağlı müəyyən sənədlər ona təqdim olunmuş və pulu Katibənin evində vermiş, yanında da bir xanım olmuşdur. Bir müddət sonra Koroğlu adında bir şəxs ona zəng edərək torpağın onların olduğunu bildirmişdir. Sonra həmin sənədin onların olması qonşular tərəfindən təsdiq olunmuşdur. Katibəyə zəng etmiş, lakin Katibə gəlməmiş, xeyli müddət gecikdirəndən sonra pulu Anara verdiyini demişdir. O, avtomobili Katibənin həyətində qoyanda Anarın Katibənin evindən çıxdığını görmüşdür. Torpaqla bağlı ilkin söhbətləri Katibə ilə olmuşdur. Katibə söhbətlərində torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Verdiyi otuz min manatdan yeddi yüz yetmiş manat Katibə tərəfindən ona qaytarılmışdır. O, çıxarışsız və sənədsiz torpaq almışdır. Avtomobilin qiymətini otuz min bazar qiyməti ilə müəyyyən etmişdir. Həmin maşını əlli dörd minə almış, bazar qiymətini də saytla müəyyən etmişdir. Problem məlum olandan 5-6 ay sonra avtomobil ona qaytarılmışdır. Avtomobil ona müstəntiq tərəfindən təqdim edilmişdir. Katibədən maşını alandan sonra görüşmüş və Katibə pulu Anara verdiyini bildirmişdir. O, həmin puldan nə qədər vəsaitin Katibənin xərclədiyini bilmir. O, bir dəfə Anara dörd yüz əlli manat vermiş, Katibə Anarın qaz işçisi olduğunu deyərək həmin puldan sayıb verməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 15.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2023-cü ilin avqust ayında oğluna ev tikdirmək üçün torpaq almaq qərarına gəlmiş, yaşadığı ünvanın yaxınlığında “Sağa gedən yol” adlı ərazidə 12 sotdan ibarət torpaq sahəsinin olduğunu görmüşdür. Həmin torpaq sahəsinin üzərində 051- ***-**-** və ***-***-**-** saylı mobil nömrələr yazılmışdır. Həmin nömrələrə zəng etdikdə bir nəfər qadın zəngə cavab vermiş və adının Katibə olduğunu bildirmişdir. Katibə torpaq sahəsinin özünə məxsus olduğunu və Məcid adlı şəxsdən aldığını deyərək, sotunu 6 mindən satdığını bildirmiş, həmin vaxt ona özünə məxsus olan “Range Rover” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili verə biləcəyini və əlavə olaraq 30.000 manat verə biləcəyini bildirmişdir. Avtomobilini 30.000 manat olaraq qiymətləndirmişdir. Biraz düşündükdən sonra Katibə ona zəng edərək görüşüb söhbət edə biləcəklərini demiş, Katibə rayonda olduğunu və növbəti gün gələcəyini bildirmişdir. 19-20 avqust 2023-cü il tarixdə saat 11 radələrində Binə qəsəbəsi, Şam Bağı restoranının yaxınlığında Katibə ilə görüşmüş, görüş zamanı Katibəyə bir daha təklifini bildirmiş, həmçinin avtomobili ona göstərmişdir. Katibə onunla razılaşmış, pulu çatmadığından 3 gün vaxt istəmişdir. Oradan Katibə ilə birlikdə həmin torpaq sahəsinə getmiş, həmin vaxt həmin torpaq sahəsində olan qaz turbaları qaldırılmalı olduğundan, torpaq sahəsinə çatdıqda orada Anar və tanımadığı bir nəfər şəxsin qaz turbalarını kəsərək yuxarıdan apardıqlarını görmüşdür. Anarın həmin vaxt adını bilməsə də, onu həmin ərazidə görmüşdür. Katibə Anarı yanına çağıraraq ondan aldığı 400 manatı Anara vermişdir. Anar isə pulu götürüb işini davam etdirmişdir. Bundan sonra Katibəni yaşadığı ünvana düşürmüş və şəxsiyyətini təsdiq edən sənədi vermişdir ki, 3 gün sonra hazır torpağın sənədi ilə gəlsin. Katibə ilə razılaşmalarına uyğun olaraq xx.xx.2023-cü il tarixdə saat təqribən 15 radələrində Katibəni yaşadığı Binə qəsəbəsi, “Kanalüstü” adlı ərazidə yerləşən evdən götürmüş və birlikdə Buzovna qəsəbəsində yerləşən notariusa getmişlər. Belə ki, Katibə ilə görüşdükdə o, artıq torpağa dair sənədi və etibarnaməni hazır etmişdir. Katibə ilə birlikdə Buzovnada yerləşən notariusa getmiş, notariusda özünə məxsus olan “Range Rover” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Katibəyə baş etibarnamə vermişdir. Notariusdan qayıtdıqda saat 17 radələrində Ramid ilə “Rahat” marketin qarşısında görüşmüşlər. Ramidi gördükdə xəbəri olmuşdur ki, onun almaq istədiyi torpaq sahəsinə bitişik 6 sotdan ibarət torpaq sahəsini Ramid alır. Katibə avtomobildə arxada oturmuş, Ramid isə qarşıda oturmuşdur. Ramidlə görüşdükdən sonra Katibə Ramidə aid olan sənədləri ona uzatmışdır. Bu zaman Ramid sənədlərə baxdıqdan sonra özü ilə gətirdiyi 32.450 manat nağd pulu sayaraq Katibəyə uzatmışdır. Katibə də, Ramid pulu sayanda baxdığından həmin pulları götürüb çantasına qoymuşdur. Bundan sonra Ramid sağollaşaraq çıxıb getmiş, sonra Katibə ilə birlikdə sonuncunun yaşadığı ünvana getmişlər. Orada Katibənin tanışı olan adını bimədiyi digər qadını götürüb Katibənin xahişi ilə onları “Rahat” marketə düşürmüşdür. Katibə ona avtomobili və pulları götürüb onlara gəlməyini demiş, bundan sonra yaşadığı evinə gedərək 30.000 manatı götürüb avtomobili idarə edərək Katibənin yaşadığı ünvana getmişdir. Həmin ünvana çatdıqda Anarın Katibənin yaşadığı ünvandan çıxdığını görmüş, Katibə isə qapını gec açmışdır. Avtomobili evin həyətinə salmış və açarları Katibəyə təqdim etmişdir. Bu zaman Katibədən “qaz çəkən oğlan burda nə edirdi?” deyə soruşduqda Katibə oğlanı görmədiyini bildirmişdir. Bundan sonra Katibənin dəvəti ilə evə daxil olmuş, evdə üzərində gətirdiyi 30.000 manat nağd pulu sayaraq Katibəyə vermiş, sonra isə evdən çıxıb getmişdir. Bir müddət sonra torpağın əsil sahiblərinin başqa şəxslər olduğunu öyrəndikdə Katibəyə bu barədə bildirmiş, lakin nəticə vermədiyindən polisə şikayət etmişlər (İ cild, səh. 94-96). 16.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Binə Sovxoz deyilən ərazidə torpaq sahəsində satılmasına dair nömrə yazıldığını görmüş və həmin nömrə ilə əlaqə saxlayaraq xanımla danışmışdır. Qiymətdə razılaşmadıqları üçün bir həftə sonra təkrar danışmışdır. Xanım torpağın özünə məxsus olduğunu və övladı universitetə girdiyi üçün pul lazım olduğundan satdığını bildirmişdir. Görüşdükdə torpaqdan keçən qaz trubasını qaldırtsa alacağını demiş, qaz turbasını qaldırtmış, lakin o, həmin vaxt orada olmamışdır. Sonra Katibə etbarnamə vermiş, sənədini verdikdə o da otuz iki min dörd yüz əlli manat pulu Katibə xanıma təqdim etmişdir. Ona verilən sənədləri müstəntiqə təqdim etmişdir. O, Əvsərin də torpaq aldığını bilməmiş, iki bitişik torpaq sahəsi olmuş, 12 sot ərazini Əvsər, 6 sot ərazini isə o almışdır. Həmin ərazidə olan torpaqlarda heç kimdə çıxarış olmamış və qabaqcadan çıxarış olmadan torpaq sahəsi aldığını bilmişdir. O, digər təqsirləndirilən şəxsi görməmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq qaytarılmış, təqsirləndirilən şəxslə barışmış, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 17.Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2023-cü ilin iyul-avqust aylarında torpaq almaq qərarına gəlmişdir. Bu zaman yaşadığı ünvanın yaxınlığında bir ədəd torpaq sahəsinin olmasını görmüşdür. Həmin torpaq sahəsinin üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin olmasını görmüş və həmin nömrə ilə əlaqə saxlamışdır. Zənginə bir nəfər qadın cavab vermiş, həmin qadının adını sonradan bilmişdir ki, Katibədir. Katibə ilə danışdığı zaman sonuncu ona bildirmişdir ki, həmin torpaq sahəsi onun özünə məxsusdur və o, həmin torpaq sahəsini Məcid adlı şəxsdən almışdır. Bu zaman 6 sotdan ibarət olan torpaq sahəsini almaq istədiyini bildirmiş, həmin vaxt Katibə ona sotunu 6 mindən satdığını demişdir. Ondan torpağa dair hansı sənədlərinin olmasını soruşduqda Katibə bildirmişdir ki, torpağa dair bələdiyyə sanədi vardır. Bu zaman ona torpağın baha olmasını bildirmiş, lakin Katibə qiymətdə endirim edə bilməyəciyini və qiymətin sonunun sotu 6 mindən olmasını demişdir. Katibə ilə razılaşmamış, bir neçə gün sonra Katibə ilə yenidən əlaqə saxlayaraq konkret olaraq həmin 6 sotdan ibarət torpaq sahəsini 32.000 manata verib verməyəciyni soruşduqda Katibə biraz düşündükdən sonra onunla razılaşmışdır. Katibəyə torpağın girişinin qarşısından keçən qaz turbasını qaldırmasını bildirdikdə o, bunun üçün əlavə 500 manat pul istəmiş, lakin ona qaz turbasını qaldırtmağa görə 400 manat verəcəyini bildirmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 11 radələrində Binə qəsəbəsində yeləşən “leon” şadlıq sarayının qarşısında Katibə ilə görüşmüş, görüş zamanı Katibə notariusda adamların sayının çox olmasını və onunla görüşdən sonra həmin torpaq sahəsinə gedərək orada qaz turbasını qaldırdacağını bildirmişdir. Bu zaman anasına məxsus olan şəxsiyyəti təsdiq edən sənədi Katibəyə vermişdir ki, torpağa dair etibarnaməni anasının adına versin. Həmin vaxt şəxsi işləri olduğundan Katibə ilə gedə bilməmiş və şəxsi işlərinin arxasınca getmişdir. Həmin gün saat təxminən 17 radələrində Katibə onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə zəng etmiş və sənədin hazır olduğunu bildirmişdir. Bu zaman Binə qəsəbəsində yerləşən “Rahat” marketin qarşısında onu gözlədiyini demiş, az sonra Katibə əvəllər tanıdığı Əvsərlə həmin yerə gəlmişlər. Onlar çatdıqda məlumatı olmuşdur ki, onun almaq istədiyi torpaq sahəsinə bitişik olan 12 sotdan ibarət torpaq sahəsini də Əvsər alır. Avtomobili Əvsər idarə etmişdir. Katibə isə arxada oturmuşdur. Avtomobildə salonun ön hissəsində Əvsərin yanında oturmuş, Katibə sənədi ona uzatdıqda sənədi götürüb baxmış və sənədin bələdiyyə sənədi olmadığını görmüşdür. Ancaq həmin ərazidə hamıda həmin sənəddən olduğundan həmçinin notarial qaydada təsdiq edilmiş etibarnamə də artıq anasının adına yazılmış olmasını gördüyündən, hər hansı bir problem olmayacağını düşünərək özü ilə gətirdiyi 32.450 manat pulu Katibəyə vermişdir. Katibə də pulu götürüb çantasına qoymuşdur. Bundan sonra torpağa dair sənədi, etibarnaməni və anasına məxsus şəxsiyyəti təsdiq edən sənədi götürüb avtomobildən çıxaraq Əvsər və Katibə ilə sağollaşıb həmin ərazidən uzaqlaşmışdır. Təxminən 1 həftə, 10 gün sonra Əvsər ona zəng edərək Katibənin onları aldatdığını və torpağın başqa adama məxsus olmasını bildirmişdir. Sənədin olmasını bildirdikdə Əvsər sənədin saxta olduğunu demiş, bu zaman özü və Əvsər Katibəyə zəng edib torpağın sahiblərinin ortaya çıxdığını bildirmişlər. Həmin vaxt Katibə torpağın özünə məxsus olduğunu, rayonda olduğunu və qısa zamanda gələrək məsələyə aydınlıq gətirəcəyini demişdir. Təqribən 3 gün sonra Katibə gəlmiş, Əvslərlə birlikdə Katibənin onlara satdığı torpaq sahəsinin yaxınlığında Katibə ilə görüşmüşlər. Bu zaman Katibə onlardan məsələnin nə yerdə olmasını soruşduqda ona torpaq sahəsinin başqa şəxsə aid olduğunu bildirmişlər. Həmin şəxslərin mobil nömrəsini Katibəyə verdiklərində Katibə həmin nömrəyə zəng edərək torpaq sahəsinin yanına gəlmələrini tələb etmiş, həmin şəxslər gəlməkdən imtina etmişlər. Bu zaman Katibə onlara “görürsünüz, gəlmirlər” deyə sözlər işlətmişdir. Bundan bir qədər sonra məsələ problemli olduğundan özü və Əvsər polisə müraciət etmişlər. Anarı orada torpaq satan şəxs kimi tanımış, Anarın torpaq məsələsində başqa şəxsləri də aldatdığını eşitmişdir. Ancaq bu məsələdə onun əlinin olmasını iş artıq polisdə olanda bilmişdir. Nizam adlı şəxsi isə ümumiyyətlə tanımır (İ cild, səh. 86-88). 18.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, torpaq alqı-satqısı ilə məşğul olmuş, Anarla Katibəni torpaqla bağlı tanış etmişdir. Həm torpağı alan, həm də satanın ona pul verməsi ilə bağlı razılamışlar. Torpağı satan Anar olmuş və Anarın ona nə qədər pul verəcəyini danışmamışlar. O, torpağın sənədinə baxmamış və Anar torpağın ona məxsus olduğunu demişdir. Torpaq sahəsinin neçəyə satılmasını bilməmişdir. Pul Katibənin evində verilmiş və pul verilərkən Anar da orada olmuşdur. Orada başqa şəxslər qonşular olmuş, onların adlarını bilməmişdir. Həmin şəxslərdən ancaq Elçini tanımışdır. O, divanda əyləşmiş və yanında Elçin əyləşmişdir. Pul verilən masada isə Anarla Katibə əyləşmişdir. Hadisənin hansı tarixdə olması onun yadında qalmamış, həmin vaxt o, televizorda xəbərlərə baxmışdır. Pulların hansı əskinaz və hansı valyutada olmasını görməmişdir. Oradan çıxandan sonra taksi ilə Binəyə getmiş, taksini Elçin çağırmışdır. Hava qaranlıq olduğundan taksi şoferi onun yadında qalmamışdır. Katibənin Anara verdiyi puldan ona heç bir şey verilməmişdir. O, Anarın pulu Katibədən aldığını birbaşa görməmişdir. O, Anarla birlikdə çıxıb taksidə getmiş, taksidə harada oturması yadında qalmamış, Anarın taksidə sürücüyə yüksək məbləğdə pul verməsi halı olmamışdır. Taksiyə minəndə Anarın əlində nə isə olması yadında qalmamışdır. Taksinin pulunu o vermişdir. O, ibtidai istintaq dövründə olan ifadəsində müstəntiqin suallarına yazdığı cavabı təsdiq edir. 19.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2023-cü ilin yay aylarında Katibə ona torpaq almaq istədiyini bildirdikdə ona bu barədə maraqlanacağını demişdir. Bir qədər sonra əvəllər “Borçalı” kafesini işlədən Anar adlı şəxsi görmüş, Anar ara-sıra torpaq alveri ilə məşğul olduğundan Anardan münasib torpaq olub-olmadığını soruşmuş, bu zaman Anar Hövsan qəsəbəsi, Südçülük Sovxozunda “sağa gedən yol”da 18 sot torpağının olduğunu, həmin torpağın iki hissədən, 6 sot və 12 sotdan ibarət olmasını bildirmişdir. Bundan sonra Katibə ilə Anarı görüşdürmüşdür. Daha sonra onda olan məlumata görə Katibə Anarla birlikdə torpağa baxmış və aralarında olan razılaşmaya əsasən Katibə Anardan torpağı almışdır. 23 avqust 2023-cü il tarixdə Anarla birlikdə Katibənin yaşadığı Südçülük sovxozunda yerləşən evinə getmişdir. Orada divanda oturub televizora baxmış, Katibə isə müəyyən məbləğdə pulu Anara vermişdir. Anara pulun verilməsini görsə də, hansı məbləğdə pulun Katibə tərəfindən Anara verilməsini bilməmişdir. Bundan bir qədər sonra Katibənin Anardan aldığı torpaq sahəsini ayrı-ayrı iki şəxsə satdığını, ancaq sonradan həmin torpaq sahəsinin Anara yox, başqa şəxslərə aid olduğundan aralarında mübahisə yaranması barədə məlumatı olmuşdur. Həmçinin bildiyi qədər qeyd olunan torpaq sahələrinin sənədlərini Katibəyə Anar vermişdir. Qeyd olunan alqı-satqı məsələsi ilə bağlı Anar və Katibə ona hər hansı bir məbləğdə pul verməmişdir (İ cild, səh. 46-48). 20.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 23 avqust 2023-cü il tarixdə Elçin “Avtovağzal”dan Binəyə taksi sifariş etmiş, o, Elçini on beş manata aparmış və Elçin düşəndə ona “sənin nömrəni götürüm, nəsə lazım olsa gedib gəlməyə əlaqə saxlayım səninlə” demiş, o da nömrəsini Elçinə vermişdir. Bir qədər sonra Elçin ona zəng edərək “burada iki nəfər var, gəl onları götür demişdir. Həmin yerə getdikdən sonra maşına iki nəfər əyləşmiş və onlar dedikləri ünvana getməyərək yarı yolda düşmüşlər. Təqsirləndirilən şəxs Anar sellofan paketdən pul çıxarıb ona yüz manat verdikdə pulun qalanını qaytara bilməyəcəyini demiş, bundan sonra arxadakı ona on manat vermiş və o, beş manat qaytarmışdır. O, Katibəni tanımır. 21.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanımır. Şahid6 xx.xx.2023-cü il tarixdə tanımışdır. Özü taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında ona sifariş gəlmiş və Bakı Beybəlxalq avtovağzalına getmişdir. Orada adını Elçin kimi təqdim edən şəxs avtomobilə əyləşmiş və onu Xəzər rayonu, Binə sovxozu adlanan yerə aparmağı bildirmişdir. Yolda Elçin adlı şəxs ondan mobil nömrəsini almış, Elçin ünvana çatdıqda yol pulunu verib avtomobildən düşmüşdür. Bundan sonra küçədə müştəri gözləmiş, bir neçə dəqiqə sonra Elçin ona zəng vurub iki nəfər müştəri olduğunu və onları aparmağını xahiş etmişdir. Sonra iki nəfər kişi gəlib avtomobilinə əyləşmiş, yaşca cavan olan şəxs əlində sellofan torba tutmuşdur. Ünvana çatdıqda həmin oğlan əlindəki sellofan torbadan 100 manat pul çıxarıb ona vermiş, yol pulunu çıxmaq üçün xırdası olmadığı üçün yaşca böyük olan kişi yol pulunu ödəmişdir (İİ cild, səh. 166- 167). 22.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 23 avqust 2023-cü il tarixində Bakı şəhərinə gəlmiş, avtovağzaldan taksi ilə Binə Sovxoz deyilən yerə Katibgilə getmişdir. Evdə o, Katibə, Anar, Aynur və Nizam olmuşdur. Təxminən 5-10 dəqiqə sonra onlar taksi çağırıb getmək istəmişlər, o, taksidən indicə düşdüyünü, taksinin nömrəsini götürdüyünü, istəsələr zəng edib çağıra biləcəyini demişdir. Razılaşdıqlarından zəng etmiş və beş dəqiqə keçəndən sonra Orxan gəlib bunları aparmışdır. O, Katibədən nə pul olduğunu soruşmuş, Katibə də Anarın torpağının pulu olduğunu bildirmişdir. Üzərindən biraz keçəndən sonra Orxan zəng edərək Anarla Nizamın maşında dalaşdıqlarını demişdir. Pulun nə qədər olduğunu soruşduqda Katibə altmış iki min dörd yüz əlli manat olduğunu bildirmişdir. Onun yanında hansısa pul məbləği sayılmamışdır. Anar qabağında olan pulu sellofana qoyub Nizamla birgə aparmışdır. O, həmin gün Katibə ilə mağazaya getmiş, Katibənin pulu olmamış, çörək, pomidor və xiyar almaq üçün Katibə ondan pul almışdır. Onun yanında olan söhbətə əsasən Əvsər və Ramidə satılan torpaqlar Anarın torpağı olmuşdur. Pullar Anara verilmiş, amma maşın məhəllədə qalmışdır. Maşın baş etibarnamə ilə Katibənin adına olmuş və o, satacağından maşını onun adına keçirmişlər. O, maşının torpağı alanlara məxsus olduğunu bilmişdir. Katibə bazarda işlədiyindən maşını baş etibarnamə ilə yox, başqasının adına keçirməklə satmaq istəmişdir. Katibənin maşını nəyə görə satmaq fikri olmadığını bilməmiş, Anar pulu istəyəndən sonra Katibə maşını satmaq fikrinə düşmüşdür. Ona maşının torpaq sahəsi ilə bağlı Anara verilməsi deyilmişdir. Maşını ada keçirəndə Anara zəng edib məlumat verməmişdir. Maşın otuz minə satılmalı olmuş və qiymətini Katibə demişdir. Maşının satılmasında başqa heç bir məsələ olmamışdır. Maşının rəsmiləşdirilməsi xərcini Katibə özü çəkmişdir. Katibənin maşını Əvsərə qaytarmamaq niyyəti olmamış, birinci deyilən kimi maşını gətirib qaytarmışdır. Maşını polis deyəndə qaytarmışlar, polisə kimi qaytarılmamışdır. O, Gəncədən maşın üçün gəlmişdir. Müstəntiq istintaq dövründə verdiyi ifadəsində səhv qeyd etmiş, verilən məbləğ altımış iki min dörd yüz yox, altımış iki min dörd yüz əlli manat olmuşdur. 23.Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qohumudur. Təqsirləndirilən şəxs1 Katibənin evinə gəlib gedəndə görüb tanımışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Gəncə şəhərindən Bakı şəhərinə gəlmiş, avtovağzalda avtomobildən düşüb taksi fəaliyyəti ilə məşğul olan sonradan adını bildyi Orxan adlı şəxsin avtomobili ilə Katibənin Xəzər rayonu, Binə sovxozu adlı yerdəki evinə getmişdir. Yolda lazım olar deyə Orxanın mobil nömrəsini götürmüş, ünvana çatdıqdan sonra avtomobildən düşüb Katibənin evinə daxil olmuşdur. Evə daxil olduqda Anar və Nizam adlı şəxsin Katibənin evində olduğunu görmüşdür. Həmin zaman Anar masanın üzərində sellofan torbada olan pulları götürüb Katibə ilə sağollaşmışdır. Anar taksi çağırmaq istədikdə ona özünün taksi ilə gəldiyini və yəqin ki, yaxınlıqda olacağını deyib Orxan adlı şəxsə zəng vurmuş, təxminən 5 dəqiqə sonra Orxan gəlmiş, Anar da sellofanda olan pulları götürüb Nizamla birlikdə getmişdir. Həmin zaman Katibənin evində tanışı Aynur adlı qadın da olmuşdur. Katibədən Anarın götürdüyü pul ilə bağlı maraqlandıqda sonuncu bildirmişdir ki, Anara məxsus torpağı satmışdır, pulu isə 62.400 manat olmuşdur (İİ cild, səh. 169-170). 24.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təxminən 2003-2004-cü illərdə torpaq sahəsi onun atasına pay kimi verilmiş, atası da həmin sahəni onlara vermişdir. Qonşuları onlarla əlaqə saxlayaraq torpağı satıb-satmadıqlarını soruşmuşlar. Onlar satmadıqlarını bildirmişlər. Torpaq sahəsinə gedib baxanda divarda nömrə yazıldığını görərək həmin nömrə ilə əlaqə saxlamışlar. Nömrə ilə əlaqə saxladıqdan sonra Katibə adlı şəxslə əlaqə saxlayaraq torpağı necə satdığını soruşmuş və həmin torpağın onlara məxsus olduğunu bildirmişdir. O, Katibə ilə danışanda “102” Xidmətinə müraciət edəcəklərini demiş, Katibə də cavabında polisə müraciət etməyə tələsməmələrini, rayonda yasda olduğunu bildirmişdir. Onlar sentyabr ayında belə bir hal barədə polisə xəbər vermişlər, səhv etmirsə onları Suraxanı rayonu 32-ci Polis Bölməsinə dəvət etmişlər və orada da iş açılmışdır. Həmin torpaq sahəsinin sovxoz tərəfindən verilən sənədi onlarda olmuş və həmin sənədi istintaqa təqdim etmişdir. Torpaq sahəsinin ona aid olması ilə bağlı çıxarışı yoxdur. Zərərçəkmiş şəxs Əvsərə həmin torpaq sahəsini altmış min manata notarius vasitəsi ilə o satmışdır. Pay torpaqlarına heç bir çıxarış verilməmiş, ona görə də çıxarış olmadan torpaq sahəsini satmışdır. Heç bir sənəd və müqavilə olmadan aralarında razılaşaraq torpaq sahəsini satmışdır. 25.Məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, atası X6 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük Sovxozunda “briqadir” vəzifəsində işləmişdir. Uzun illər atası həmin Sovxozda işlədiyindən bir müddət sonra sovxoza aid olan torpaqlardan orada işləyən şəxslərə, həmçinin əməyi olan digər dövlət qulluqçularına pay torpaqlar verilmişdir. Həmin ərəfədə, təxminən 2000-ci illərin əvvələrində həmin torpaqlardan atasına da, 24 sot torpaq verilmişdir. Həmin 24 sot torpağı atası yarı bölərək hasara almış və bacısı Gülnarə ilə aralarında bölmüş, hərəsinə 12 sot torpaq vermişdir. Bir müddət sonra bacısı şəxsi ehtiyyaclarına görə özünə aid olan hissədən 6 sotu torpağı satmış və hazırda Gülnarənin 6 sot torpağı qalmışdır. Özünün isə 12 sot torpağı olduğu kimi qalmışdır. 2023-cü ilin sentyabr ayının əvvələrində həmin torpaq olan ünvanda yaşayan qonşulardan məlumat almışlar ki, torpağı kimsə satmışdır. Bundan sonra bacısı Gülnarə ilə həmin ünvana yollanaraq baxdıqda, həqiqətən onlara məxsus olan torpağın hasarının üzərində tanımadığı mobil nömrənin qeyd olunduğunu görmüşlər. Bu zaman həmin mobil nömrəyə zəng edərək həmin şəxslərin kimliyi barədə məlumat vermələrini istəmişlər. Məsələ barədə soruşduqda məsələnin onlara məxsus olan torpaqlarla əlaqədar olmasını bildirmişlər. Bu zaman adını sonradan bildiyi Katibə adlı qadın polisə müraciət etməmələrini və rayonda olduğunu bildirirək, Bakı şəhərinə gələcəyini və məsələyə öz aralarında aydınlıq gətirməyi bildirmişdir. Lakin onun dediklərinə etimad göstərmədiklərindən baş vermiş hadisə barədə polisə məlumat vermişlər. Sonradan onlara məlum olmuşdur ki, Katibə və Anar adlı şəxslər dələduzluq yolu ilə onlara məxsus olan torpaqları Əvsər və Ramid adlı şəxslərə satmağı vəd verərək onlardan pullar almışlar (İİİ cild, səh. 04-05). 26.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, torpaq sahəsinə bir neçə dəfə gedib baxmış və həmin vaxt Əvsərin orada ev tikdiyini görmüşdür. Anasının işi polisdə olan zaman nə baş verməsi ilə bağlı heş nə deyə bilməz, çünki həmin vaxt burada olmamışdır. Anası tutulmazdan əvvəl zəng edərək torpaq alqı-satqısı olduğunu və torpağın Anar adlı şəxsin olduğunu demişdir. 27.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir (İİİ cild, səh. 23-25). 28.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, X9 onun rəfiqəsidir və həmyerlisidir. Təxminən 2023-cü ilin iyul ayında Gülnar və Gülnarın tanışı olan Seymurun avtomobilində olarkən Gülnar və Seymur ona bildirmişdir ki, onun Anar adlı dostu var və həmin Anar Binə qəsəbəsində bir nəfərə torpaq satıbdır, həmin torpağın sənədlərində problem olub və torpağı alan şəxs ondan torpağın pulunu istəyir. Buna görə də Seymur və Gülnar ondan xahiş etmişdir ki, Binə qəsəbəsinə gedib Anarla söhbət etsinlər və ona köməklik göstərsin. Həmin vaxt onlara “mənim Anara necə köməklik göstərəcəyimi soruşduqda” onlar da, Anarın özü bu məsələ ilə bağlı məlumat verəcəyini demişlər. Bundan sonra Gülnar və Seymurun idarə etdiyi avtomobil ilə Binə qəsəbəsində yerləşən “Dərələyəz” kafesinə getmişlər. Həmin yerdə Anar və Nizam adlı şəxs onları gözləmişdir. Gülnar, Seymur, özü, Anar və Nizam adlı şəxs kafedə oturub söhbət etməyə başlamışlar. Həmin vaxtı şəxsiyyətini sonradan bildiyi Təqsirləndirilən şəxs1 ona Şahin adlı bir şəxsə 20.000 manata torpaq satdığını və həmin torpaq sahəsinin səndələrində problem olduğunu, ona görə də Şahin adlı şəxs torpağa görə ona verdiyi 20.000 manat pulu ondan istədiyini, lakin həmin pulun onda olmadığını bildirmiş, Anar Şahinlə görüşüb həmin torpaq sahəsinin guya özünün olduğunu torpağın pulunu 20 günə qaytaracaqları ilə bağlı vaxt almasını xahiş etmişdir. Həmin məsələ biraz qorxulu olduğu üçün ilkin olaraq razılaşmamış və həmin vaxt Seymur, Nizam və Gülnar da ondan Anara kömək etməyini xahiş etdikləri üçün və maksimum Anarın həmin pulu 20 günə qaytaracağını dediklərindən razılaşmışdır. X19 arasında torpaq alqı-satqısı zamanı hansı sənəd problemi olmasını ona deməmişlər. Həmin vaxt Anar ona bu məsələdə Şahinə deyəcəklərinə görə və vaxt istəyəcəyinə görə ona 1500 manat pul verəcəyini bildirmişdir. Lakin sonradan Anar ona heç bir məbləğdə pul verməmişdir. Səhəri günü Anar ona zəng vurmuş və onu Binəyə Şahinlə görüşməyə çağırmışdır. Anara ora gəlmək üçün pulu olmadığını bildirdikdə Anar da ona taksi tutub gəlməyini və pulunu özü ödəyəcəyini bildirmişdir. Anar ona taksi çağırmış, həmin taksi ilə Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən Dərələyəz adlı kafeyə getmişdir. Orada Anar bildirmişdir ki, torpağın ona məxsus olduğunu Şahin adlı şəxsə desin və 20 gün vaxt istəsin. Bundan sonra Şahin gəldikdə kafedən çıxıb yolun kənarında Şahinlə söhbət etmiş, Şahinə Anardan aldığı torpaq sahəsinin ona məxsus olduğunu demiş və xahiş etmişdir ki, 20 gün gözləsin, Anar ona pulunu qaytaracaqdır. Şahin də ona 20 gün gözləməyə söz vermişdir. Şahin getdikdən sonra Anara onu yalançı çıxarmamasmı, dediyi vaxtda Şahinin pulunu düzəldib verməsini demişdir. Bundan təxminən bir gün sonra Anar onu Binə qəsəbəsində İcra nümayəndəsi olan Ərəstun adlı şəxsin yanına aparmışdır. Anar ona öyrətmişdir ki, Ərəstuna ondan 0,05 ha torpaq sahəsi aldığını, lakin onun həmin torpağı ona vermədiyini deyib ondan torpaq tələb etsin. Bundan sonra Anarla İcra nümayəndəliyinə gedib orada Ərəstunla görüşmüş, Anar da həmin zaman onun yanında olmuşdur. Ərəstuna təxminən 8 il əvvəl ondan 0,05 ha torpaq sahəsi aldığını, lakin onun həmin torpağın pulunu ona vermədiyini demiş, Ərəstun ona bir qədər baxıb onu tanıdığını demişdir. Halbu ki, Ərəstun onu tanımamışdır. Belə ki, həmin vaxt Ərəstun Anarla söhbət edərək ona "Kəmaləyə de ki, mənim heç bir yerdə adımı hallandırmasın və sizə verdiyim sənədin saxta olmasını heç bir yerdə deməsin, gedək Kəmaləyə Qala qəsəbəsində 0,08 ha torpaq sahəsi verim" deyə bildirmişdir. Bundan sonra özü və Anar Ərəstuna məxsus avtomobillə Qala qəsəbəsinə getmişlər. Oraya çatanda Anar ona gizlincə demişdir ki, Ərəstunun onlara verəcəyi torpaq sahəsində həmin yeri video kameraya çəksin. Özü də mobil telefon ilə həmin yerdə video çəkmişdir. Bundan sonra Anarla birlikdə oradan çıxıb getmişlər. Bir daha Ərəstunla görüşməmişdir. Şahinlə görüşdən 20 gündən çox vaxt keçsə də Anar Şahinin pulunu verməmiş, buna görə də Şahin ona zəng edib Anarın pulu qaytarmadığını demişdir. Həmin vaxt ona Anarla danışıb məlumat verəcəyini demişdir. Bundan sonra Anara zəng etmiş, lakin sonuncu zənglərinə cavab verməmişdir. Təxminən üç gün sonra Anar ona zəng vurub evini satışa çıxardığını və satıb Şahinin pulunu qaytaracağını bildirmişdir. Anar həmin məsələ ilə bağlı ona heç bir məbləğdə pul verməmiş və Anarın saxta sənəd hazırlayıb guya özünə məxsus torpaq sahəsini Şahinə satıb pulunu ələ keçirməsindən əvvəlcədən heç bir məlumatı olmamışdır (İİ cild, səh. 146- 149). 29.Məhkəmə iclasında Şahid4 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 10 ildir ki, tanıyır. Katibə ilə 8-ci kilometr bazarında ticarətlər məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 Katibənin yaşadığı evə gəlib gedərkən tanımışdır. Anarla Katibənin nə kimi münasibəti olmasını bilmir. Belə ki, 23 avqust 2023-cü il tarixdə axşam saatlarında Katibənin yaşadığı evdə olarkən, Anar və Nizam kimi tanıdığı kişi Katibənin yaşadığı evə gəlmiş, çay hazırlayıb masaya qoymuşdur. Həmin vaxt Anar masada Katibənin ona verdiyi pulları saymışdır. Lakin, Anarın nə qədər pul saydığına fikir verməmişdir. Anar pulu sayıb əvvəlcə masanın üzərinə, sonra isə sellofana qoymuşdur. Anar pulu sayıb qurtardıqdan sonra Katibənin qohumu Elçin gəlmiş, sonuncu gəldikdən sonra Anar taksi çağırıb getmək istəmişdir. Anar içərisində pul olan sellofan torbanı götürüb evdən çıxıb getmişdir. Nizam da onunla birlikdə getmişdir. Anar getdikdən sonra özü və X17 verdiyi pul barədə soruşduqda Katibə bildirmişdir ki, Anara məxsus torpaq sahəsini satıblar və həmin torpaq sahəsinin ödənişi ilə bağlı puldur. Həmçinin Katibə bildirmişdir ki, Anarın sayıb götürdüyü pul 62.450 manat olmuşdur. Həmin gecəni Katibənin yaşadığı evdə qalmış, səhəri günü isə öz yaşadığı evə getmişdir (İİ cild, səh. 163-164). 30.Məhkəmə iclasında Şahid7 Ağadin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2016-cı il tarixdən Xəzər RİH-nm Binə qəsəbəsi üzrə icra nümayəndəsi müavini, 2022-ci il tarixdən isə icra nümayəndəsi işləmişdir. xx.xx.2023-cü il tarixdə işdə olarkən, Təqsirləndirilən şəxs1 və sonradan tanıdığı Kəmalə adlı xanım və bir nəfər adını bilmədiyi qadın onun iş otağına gələrək, çox kobud formada onu təhqir edib guya 2015-ci ildə ondan Binə qəsəbəsində torpaq almaq üçün müraciət etdiklərini bildirmişlər. Həmçinin guya həmin vaxt torpaq alqısatqısı ilə məşğul olan Şəhriyar adlı şəxsi yanına çağırıb ona həmin şəxslərə torpaq tapmasını xahiş etmişdir. Şəhriyar guya onların dediklərinə görə Südçülük sovxozunda torpaq sahəsi tapmışdır. Onlardan həmin torpaqla bağlı nə qədər pul verdiklərini və hansı sənəd təqdim edildiyini soruşduqda Anar və Kəmalə adlı şəxslər heç bir sənəd təqdim etməmişlər. Eyni zamanda onların demələrinə görə aldıqları həmin torpaq sahəsində hasar tikərkən kimsə gəlib torpağın ona məxsus olduğunu demişdir. Həmin zaman Kəmaləyə onu tanımadığını və birinci dəfədir ki, gördüyünü dedikdə Kəmalə onu təhqir və şantaj etmişdir. Bundan sonra onlardan idarəni tərk etmələrini xahiş etmişdir. Kəmalə adlı qadın heç bir şey əldə edə bilmədiyini görüb guya özünü pis hiss etdiyini və həkim çağırılmasını bildirmişdir. Həmin zaman oraya təcili tibbi yardım çağırmış, həkimlər gəldikdən sonra ona müayinə etmiş və səhhətində heç bir problem olmadığını bildirmişlər. Sonradan Kəmalə yenə də, onu təhqir etməyə başlamış, həmin vaxt onlara yenə də idarəni tərk etmələrini bildirmişdir. Sonradan Kəmalə demişdir ki, 2015-ci ildə guya idarəyə gəlib ondan torpaq almışdır. Həmin vaxt Kəmalə demişdir ki, 2015-ci ildə həmin idarədə özü işləməmişdir. Bundan sonra Anar və Kəmalə nümayəndəlikdən çıxıb getmişlər. Bir müddət sonra Anar ona zəng vurub Qala qəsəbəsində onun dostuna aid torpaq sahəsinə müştəri olduğunu demiş və onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra Anarla görüşmüş, həmin vaxt Kəmalə də Anarın yanında olmuşdur. Üçü birlikdə Qala qəsəbəsində dostu Coşquna məxsus torpaq sahəsinə getmiş, həmin vaxt Anar ona bildirmişdir ki, həmin yerdən 0.05 ha torpaq sahəsi istəyən var. Anara dostu Coşqunla danışıb bir söz deyəcəyini bildirmişdir. Sonradan Anarın dələduz olduğunu və hər kəsi aldatdığını eşitmiş, ona görə də, Anar ona zəng vuranda birdə ona zəng vurmamasını bildirmişdir (İİ cild, səh. 180-182). 31.Məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid8 ilə eyni məzmunlu ifadə vermişdir (İİİ cild, səh. 08-09). 32.Məhkəmə iclasında Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Xəzər rayonu, X12 ərazisində “Azərsun” istixanalarının yanında özünə məxsus 0,05 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsini 2016-cı ilin yay aylarında X5 almışdır. Qeyd olunan torpaq sahəsini aldıqdan sonra Daşınmaz Əmlakın Dövltə Reyestr Xidmətindən xx.xx.2016-cı il tarixli çıxarışı sənədi ilə öz adına sənədləşdirmişdir. Dəqiq tarix yadında deyil, 2023-cü ilin yay ayında qeyd olunan ona məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasını görmüşdür. Bundan sonra torpaq sahəsinin hasarına “tikmə sökərəm” yazısını yazıb öz mobil nömrəsini qeyd etmişdir. Təxminən 1-2 gün sonra ona əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs1 zəng vurub bildirmişdir ki, həmin torpaq sahəsini özü Anar adlı şəxsdən almışdır. Özü də, torpağın ona məxsus olmasını bildirib çıxarış sənədinin fotoşəklini ona göndərmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ona məxsus torpaq sahəsinin guya özünə məxsus olmasını bildirib Şahin adlı şəxsə sataraq dələduzluq yolu ilə pulunu ələ keçirmişdir. Həmin torpaq sahəsinin ona məxsus olmasına dair çıxarış sənədini təqdim etmişdir (İİİ cild, səh. 17-18). 33.Məhkəmə iclasında Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, torpaq sahələrinin və evlərin alqısatqısında vasitəçi kimi fəaliyyət göstərir. 2023-cü ilin iyul ayında Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb bildirmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, X12nda özünə məxsus 0,05 ha torpaq sahəsi vardır, həmin torpaq sahəsini 20.000 manata satmaq istəyir və müştəri tapmaqda köməklik etməyini xahiş etmişdir. Ondan torpaq sahəsinin kimə məxsus olmasını bildirdikdə Anar demişdir ki, torpaq sahəsi özünə məxsusdur, öz adına da sənədi vardır. Sonra Anar ona torpaq sahəsinin sənədini göstərmiş, həqiqətən görmüşdür ki, torpaq sahəsi Anarın adınadır. Bundan sonra torpaq sahəsinə müştəri axtarmışdır. Bir neçə gün sonra əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs1 ona yaxınlaşıb həmin torpaq sahəsini almaq istədiyini bildirdikdə ona torpaq sahəsinin Anar adlı şəxsə məxsus olduğunu və birlikdə görüşüb söhbət etmələrini demişdir. Bundan sonra Anar, özü, Şahin və sonuncunun qardaşı Elşən adlı şəxs birlikdə torpaq sahəsinə gedib baxmışlar. X18 torpaq sahəsinin kimə məxsus olmasını soruşduqda Anar bir daha qeyd etmişdir ki, torpaq sahəsi özünə məxsusdur, gələcəkdə hər hansı bir problem olarsa özü cavabdehlik daşıyır. Həmin zaman Şahin də video çəkiliş etmişdir. Daha sonra Şahinin ofisinə getmişlər. Qeyd olunan şəxslərin iştirakları ilə Şahin Anara 20.000 manat pul vermişdir. Orada video çəkilişlə Anar bir daha təsdiq etmişdir ki, torpaq özünündür, cavabdehlik daşıyan şəxs özüdür. Gələcəkdə həmin torpaq sahəsi ilə bağlı hər hansı bir şəxsin iddiası olmayacaqdır. Aradan bir müddət keçdikdən sonra məlum olmuşdur ki, əslində torpaq sahəsi başqa bir Anar adlı şəxsə məxsus olmuşdur. Təqsirləndirilən şəxs1 saxta sənəd hazırlayıb həmin torpaq sahəsinin guya özünə məxsus olmasına onları inandırıb Şahin adlı şəxsə satmaqla, pulunu ələ keçirmişdir. Sonradan Anar bildirmişdir ki, guya həmin torpaq sahəsini Kəmalə adlı qadın alıb, sonuncu Anara deyibdir ki, torpağı öz adına sənədləşdirsin, sonra ondan satmağı xahiş etmişdir. Əgər Kəmalə torpaq almışdırsa nə üçün öz adına sənədləşdirməmişdir. Anarın deməsinə görə Anar torpağı özü öz adına sənədləşdirib, əslində isə həmin sənəd saxtadır. Sonradan maraqlandıqda məlum olmuşdur ki, Anar bu kimi dələduzluq əməllərini törədib gələcəkdə başqa bir şəxsin üzərinə yıxmaq üçün Kəmalə kimi qadınları da aldadır. Bir daha qeyd edir ki, həmin torpaq sahəsini Anar özünə məxsus olmasını, özü aldığını, cavabdehlik daşıyan şəxsin özü olmasını, gələcəkdə hər hansı bir problem olarsa dəymiş ziyanı özünün ödəyəcəyini bildirmişdir. Anar Kəmalə adlı qadının adını ümumiyyətlə çəkməmişdir. Həmçinin Kəmalə adlı qadın nə ona, nə də ki, Şahinə həmin torpaq sahəsinin satılması ilə bağlı heç bir vəd verməmiş və heç bir söhbət etməmişdir (İİİ cild, səh. 20-22). 34.«Təqdim edilmiş CD diskə baxış keçirilməsi və götürülməsi barədə» 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 ona torpaq sahəsi satmaq adı ilə 20.000 manat pul almasına dair video görüntülər olan 01 ədəd CD diski təqdim etmişdir. Həmin diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12 ərazisində yerləşən torpaq sahəsində Zərərçəkmiş şəxs1 video çəkilişi zamanı sonuncunun qardaşı Şahid1 və vasitəçi Ramazan adlı şəxsin iştirakları ilə həmin torpaq sahəsinin özünə məxsus olduğunu, gələcəkdə hər hansı bir şəxsin həmin torpaq sahəsinin ona məxsus olması ilə bağlı heç bir iddiası olmayacağını, həmin torpaq sahəsinin ona satılması ilə bağlı cavabdehlik daşıyan şəxsin özü olduğunu, gələcəkdə əgər hər hansı bir problem olarsa dəymiş ziyanı özünün ödəyəcəyini bildirir. Həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən ofisində yuxarıda adları qeyd olunan şəxslərin iştirakları ilə bir daha həmin torpaq sahəsinin özünə məxsus olmasını və cavabdehlik daşıyan şəxsin özü olmasını təsdiq edərək, qeyd olunan torpaq sahəsinin Zərərçəkmiş şəxs1 satması ilə bağlı 20.000 manat pulu təhvil alır (İ cild, səh. 222). 35.«Diskə baxış keçirilməsi barədə» 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilmiş, diskə baxış zamanı müəyyən olunmuşdur ki, diskin içərisində Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs2 aralarında olan telefon danışıqlarına dair 22 ədəd səs yazma faylları vardır. Qeyd olunan səs yazma fayllarına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 ona satdığı torpaq sahəsi ilə bağlı başqa bir şəxsin həmin torpaq sahəsinin ona məxsus olmasını bildirdiyini deyir, Təqsirləndirilən şəxs2 isə ona narahat olmamasını, həmin şəxsin ona yalan dediyini, gəlib məsələni həll edəcəyini, torpaq sahəsini özünün ona satdığını, həmin yeri özünün ona verəcəyini bildirir. Bundan başqa Zərərçəkmiş şəxs3 pulunu, avtomobilini tələb etdikdə Təqsirləndirilən şəxs2 bildirir ki, avtomobil durur, avtomobili satmamış, pulunu qaytarılacaqdır (İİ cild, səh. 156-157). 36.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 14 iyun 2024-cü il tarixli, 7544 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İİİ cild, səh. 80). 37.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 14 iyun 2024-cü il tarixli, 7543 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İİİ cild, səh. 79). 38.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 14 iyun 2024-cü il tarixli, 1/2781 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməyib (İİİ cild, səh. 81). 39.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 14 iyun 2024-cü il tarixli, 1/2782 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməyib (İİİ cild, səh. 82). 40.«Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 28 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 69). 41.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 4(010)- 450/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 28 noyabr 2023cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 122-126). 42.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 1(103)-1125/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 4(010)-450/2023 nömrəli qərarı ləğv edilmişdir (İ cild, səh. 136-146). 43.«Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair» 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 11 dekabr 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 148-150). 44.«Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 18 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, səh. 4). 45.«Qətimkan tədbirinin seçilməsi haqqında» 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 20 dekabr 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 37-38). 46.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 4(010)- 8/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 08 yanvar 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 138-145). 47.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 4(010)- 8/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 4(010)-8/2024 nömrəli qərarında olan yalnışlıq aradan qaldırılmaqla, qərarın nəticəvi hissəsinin 2-ci abzası “Həbsdə saxlama müddəti istintaq müddətinin sonunadək, yəni 28 mart 2024-cü il tarixədək müəyyən edilsin” kimi oxunması qeyd edilmişdir (İİ cild, səh. 218-219). 48.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 4(010)- 83/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri eyni müddətə, yəni 28 mart 2024-cü il tarixədək "ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilmişdir (İİ cild, səh. 212-217). 49.«Qətimkan tədbirinin seçilməsi haqqında» 28 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 28 mart 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 227-230). 50.«Şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 06 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, səh. 72). 51.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 4(010)- 7/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 06 yanvar 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 130-137). 52.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 4(010)- 14/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 4(010)-7/2024 nömrəli qərarı ilə seçilmiş 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri eyni müddətdə "ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilmişdir (İİ cild, səh. 158-162). 53.«Qətimkan tədbirinin seçilməsi haqqında» 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 06 may 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİİ cild, səh. 36-39). 54.«Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilərək başqa qətimkan tədbiri seçilməsi haqqında» 23 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 06 may 2024-cü il tarixdə seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilərək "polisin nəzarəti altma vermə" qətimkan tədbiri seçilmişdir (İİİ cild, səh. 88-89). 55.Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 1(101)-2049/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilmiş və barəsində «həbs» qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilmiş və barəsində «həbs» qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilmişdir. 56.İş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 iddia ərizəsi ilə müraciət edərək, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi onun - yəni Zərərçəkmiş şəxs2 xeyrinə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 29300,00 (iyirmi doqquz min üç yüz) manat əsas borc, “Bank Respublika” ilə bağladığı 31 avqust 2023-cü il tarixli Razılaşmaya əsasən 2 il müddətə qaytarmaq şərtilə götürdüyü kreditə görə əsas borcdan əlavə 2024-cü ilin dekabr ayı da daxil olmaqla faiz olaraq ödədiyi 2942,67 (iki min doqquz yüz qırx iki, altmış yeddi) manat, ibtidai istintaq zamanı hüquqi yardımla əlaqədar Bakı şəhəri «GÜVƏN» Vəkil Bürosunda vəkillə bağladığı müqaviləyə əsasən ödədiyi 500,00 (beş yüz) manat, Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqi yardımla əlaqədar Bakı şəhəri 15 saylı Vəkil Bürosunda vəkillə bağladığı müqaviləyə əsasən ödədiyi 520,00 (beş yüz iyirmi) manat, vəkilə etibarnamə verilməsi ilə əlaqədar notariusda ödədiyi 17,25 (on yeddi, iyirmi beş) manat, mənəvi zərərə görə 2000.00 (iki min) manat, dövlət rüsumu olaraq ödədiyim 196,00 (yüz doxsan altı) manat olmaqla, cəmi 35475,92 (otuz beş dörd yüz yetmiş beş, doxsan iki) manat pul vəsaitinin tutulub ödənilməsinin təmin edilməsini xahiş etmişdir. 57.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 223). 58.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 159). 59.İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, hər hansı şikayət və tələbinin olmadığını, ona dəmiş ziyanın tam olaraq ödənildiyini bildirmişdir. 60.İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 qarşı hər hansı şikayətinin və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. 61.İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir şikayətinin, iddiasının və tələbinin bildirmişdir. 62.İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayətinin və maddi tələbinin olmadığını bildirmişdir. 63.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2017-ci il və xx.xx.2019-cu il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 64.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 65.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 66.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 67.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onların törətmiş olduqları cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. 68.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 69.Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların ittiham olunduqları cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, təqiq edilmiş istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri üçün gətirdikləri dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 70.Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 71.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 72.Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 73.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 74.Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 75.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 76.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 77.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 78.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 79.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 80.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.14-cü maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 81.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 82.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.14-cü maddələrinin tələblərini rəhbər tutaraq, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 83.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 84.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 85.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. 86.Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. 87.Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 88.Təqsirləndirilən şəxslərin ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmaması kimi yüngülləşdirici halların məcmusunu nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkmələri cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onları və ailələrini ciddi məhrumiyyətlərə düçar edər, eləcə də zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasına dair xahişinin nəzərə alınmaması ilə nəticələnə bilər və faktiki mahiyyətini itirə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsləri cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onların cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilmələrini məqsədə müvafiq hesab edir. 89.Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. 90.Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. 91.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 92.Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 93.Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onların üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. 94.Məhkəmə, Təqsirləndirilən şəxs1 üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. 95.Məhkəmə, Təqsirləndirilən şəxs2 üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. 96.Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. 97.Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilmələrini, barələrində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin seçilməsini və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 98.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 25-ci bəndinə qeyd olunur ki, «Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir». 99.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 100.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 101.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır.
102. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 103.Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 104.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 105.İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs2 qarşı mülki iddia verərək, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi onun - yəni Zərərçəkmiş şəxs2 xeyrinə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 29300,00 (iyirmi doqquz min üç yüz) manat əsas borc, “Bank Respublika” ilə bağladığı 31 avqust 2023-cü il tarixli Razılaşmaya əsasən 2 il müddətə qaytarmaq şərtilə götürdüyü kreditə görə əsas borcdan əlavə 2024-cü ilin dekabr ayı da daxil olmaqla faiz olaraq ödədiyi 2942,67 (iki min doqquz yüz qırx iki, altmış yeddi) manat, ibtidai istintaq zamanı hüquqi yardımla əlaqədar Bakı şəhəri «GÜVƏN» Vəkil Bürosunda vəkillə bağladığı müqaviləyə əsasən ödədiyi 500,00 (beş yüz) manat, Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqi yardımla əlaqədar Bakı şəhəri 15 saylı Vəkil Bürosunda vəkillə bağladığı müqaviləyə əsasən ödədiyi 520,00 (beş yüz iyirmi) manat, vəkilə etibarnamə verilməsi ilə əlaqədar notariusda ödədiyi 17,25 (on yeddi, iyirmi beş) manat, mənəvi zərərə görə 2000.00 (iki min) manat, dövlət rüsumu olaraq ödədiyi 196,00 (yüz doxsan altı) manat olmaqla, cəmi 35475,92 (otuz beş dörd yüz yetmiş beş, doxsan iki) manat pul vəsaitinin tutulub ödənilməsinin təmin edilməsini xahiş etmişdir. 106.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci madəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. 107.Belə olan halda məhkəmə mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizəni mülki iddianın qaytarılması kimi qiymətləndirərək hesab edir ki, Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılmalı, mülki iddiaçıya ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunamlıdır. 108.Beləliklə də, məhkəmə hesab edir ki, mülki iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, mülki cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia baxılmamış saxlanmalıdır. 109.İş üzrə maddi sübut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 110.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 111.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «GÜVƏN» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 112.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «GÜVƏN» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «GÜVƏN» Vəkil Bürosunun hesabına ödənilməlidir. 113.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılsın. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «GÜVƏN» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev