Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-441/2020 17.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X4 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Mənzərə Rövşən qızı Mustafayevanın müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1979-cu il sentyabrın 03-də Ermənistan SSR-in Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan və bir nəfər azyaşlı uşaqları olan, əvvəllər məhkum edilməmiş, «Global sistem» binasında gecə mühafizəçisi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu il oktyabrın 25-də saat 16 radələrində yaşadığı Bakı şəhəri Nəsimi rayonunun Şövqiyar Abdullayev küçəsindəki 50 nömrəli evin mətbəxində arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəminində yaranan mübahisə zamanı mətbəx bıçağı ilə sonuncunun qarın nahiyəsindən qəsdən vurub həmin şəxsə qarnın ön divarının daxilə nüfuz edərək qaraciyəri və onikibarmaq bağırsağı zədələyən bir ədəd, döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan, təpiklə sonuncunu qarın nahiyəsindən vurmaqla göstərilən şəxsə dalağın splenektomiyası (dalağın xaric edilməsi) ilə nəticələnən cırılmış yarası, bağırsaq müsariqələrində qansızmalar və səthi cırılmalarla müşayiət olunan insan orqanının itirilməsinə səbəb olan, ümumilikdə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs və iki azyaşlı qız övladı ilə birlikdə yaşayır. Yay aylarının əvvəllərindən arvadının onun evə gətirdiyi qazancından narazı olmasına görə aralarında problemlər yaranmağa başlamış, sonuncu hər dəfə ona qarşı ədəbsiz ifadələr işlətmişdir. 2019-cu il oktyabrın 25-də saat 16 radələrində Mənzərə yenə də onu nalayiq sözlərlə təhqir etdikdə dözməyərək paltaryuyan maşınının üzərindəki bıçağı götürməklə arvadının qarın nahiyəsindən bir dəfə zərbə endirmiş, əməlindən əsəbiləşdiyindən həmin alətlə öz qolunu da kəsmişdir. Hadisədən xəbər tutan qardaşı Şahid1 tez yola qaçıb gətirdiyi taksi ilə Mənzərəni «Semaşko» adlanan xəstəxanaya aparmışlar. Əməlindən çox peşmandır, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Mənzərə Rövşən qızı Mustafayeva ifadəsində göstərdi ki, qeyri-rəsmi olaraq xadimə işləyir. Təqsirləndirilən şəxs ilə 2001-ci ildə qurduğu ailə həyatı dövrundə maddi durumları həmişə çətin olduğundan aralarında problemlər yaranmış, son vaxtlar isə onun ərinin qazancından narazı qalması səbəbindən mübahisələri biraz olsa da artmışdır. 2019-cu il oktyabrın 25-də saat 16 radələrində evin həyətində qızı ilə oynayarkən əri onlardan aralı oturmaqla siqaret çəkirmiş, o, qızının skuterini gətirmək üçün deyinə-deyinə evə daxil olanda Rafail arxasınca gəlib durduğu yerdə onun tərəfindən söyüldüyünə görə mətbəxdən götürdüyü bıçaqla ona zərbə endirdikdə o, halsız vəziyyətdə divana yıxılaraq qalmış, bu anda əri öz qolunu da kəsmişdir. 3-5 dəqiqə ötmüş qayını Şahid1 içəri girməklə onu gördükdə Rafailin üstünə qışqırmışdır, qayının tutduğu taksi ilə qardaşlar onu «Semaşko» adlanan xəstəxanaya aparmışlar. Hadisə zamanı və bundan əvvəl o, ərinin ünvanına nalayiq ifadələr işlətdiyindən sonuncu bərk əsəbiləşmişdir. Qohumlarının təkidi ilə qaldırdığı iddiaya əsasən Rafailla onun nikahları pozulsa da hazırda əri ilə barışaraq ailə münasibətlərini bərpa etmişlər. O, tamamilə sağalıb səhhəti yaxşıdır, münaqişələri yox dərəcəsindədir, azyaşlı qız uşaqlarının və özünün göz yaşlarına ərini bağışlamasını, ailəsini təkbaşına qoymamasını, təqsirləndirilən şəxsə şərti cəza verilməsini məhkəmədən dönə-dönə xahiş edir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, qardaşı olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı evlilik müddəti ərzində bir neçə dəfə mübahisə olsa da heç vaxt böyüməmişdir. 2019-cu il oktyabrın 25-də o, nahar fasiləsində işdən çıxmaqla evə gəlmiş, yemək yeyərkən Rafail yaxınlaşıb təlaş içində qan axan biləyini tutaraq ondan kömək istəmiş, tez küçəyə qaçmaqla yoldan keçən taksilərdən birini saxlayıb qardaşının yaşadığı mənzilə gedərək gəlinlərinin üzəri qanlı şəkildə divanda uzandığını görmüşdür. O və Rafail Mənzərəni taksi ilə «Semaşko» adlanan xəstəxanaya aparmışlar. İş üzrə yetkinlik yaşına çatmayan şahid qismində dindirilən Şahid2a ifadəsində göstərdi ki, valideynləri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında ara-sıra narazılıqlar baş versə də atasının anasını döyməsinin heç bir zaman şahidi olmamışdır. 2019-cu il oktyabrın 25-də hazırlıqda olduğundan valideynlərinin mübahisə etməsini və atasının anasına xəsarət yetirməsini sonradan bilmişdir. Ailəsini başsız qoymamağı xahiş edir. İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 25 oktyabr tarixli protokoldan görünür ki, ünvan 1 ünvanındakı hadisə yerinə baxış keçirilərkən divan örtüyünün üzərində iki ədəd qana bənzər ləkə və kondisionerin çöl aparatının altında bir ədəd bıçaq aşkar edilməklə götürülmüş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 4-11). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 25 oktyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 2030-da Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 32). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 26 oktyabr tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan bir ədəd mayka, bir ədəd köynək və bir ədəd şalvar götürülmüşdür (iş vərəqi 57). İş materiallarında olan Bakı şəhəri Nəsimi Polis Rayon İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 26 oktyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edilmişdir (iş vərəqi 58-59). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 26 oktyabr və 2019-cu il 05 noyabr tarixli qərarlarının surətlərindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində əvvəli 2019-cu il oktyabrın 25-dən hesablanmaqla həbs seçilərək sonradan ev dustaqlığı ilə əvəz edilmişdir (iş vərəqi 78-80 və 99-104). İş materiallarındakı zərər çəkmiş şəxsin notariat qaydasında təsdiq olunan 2019-cu il 30 oktyabr və 2020-ci il 11 iyun tarixli, habelə məhkəməyə 2020-ci il iyunun 11-də təqdim olunan ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmış, ona vurulan zərər tam ödənilmişdir, sonuncuya qarşı heç bir şikayəti, maddi və mənəvi tələbi, iddiası yoxdur, gədəcəkdə də olmayacaqdır, ailə münasibətlərini bərpa edib davam etdirmiş, bir yerdə yaşayırlar, münaqişələri yoxdur (iş vərəqi 95 və sair). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 2019-cu il noyabrın 21-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 110). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon MKTB-nin 52 saylı MKİS-inin tərtib etdiyi 2019-cu il 21 noyabr tarixli 595 nömrəli arayışdan və 2019-cu il 21 noyabr tarixli 599 nömrəli xasiyyətnamədən, AZ-İİ seriyalı 979692 nömrəli və AZ-İ seriyalı 464199 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adlı arvadı, 2004-cü il 21 mart təvəllüdlü Şahid2a və 2012-ci il 19 noyabr təvəllüdlü X3 adlı övladları ilə birlikdə yaşayır, yaşadığı müddət ərzində onun barəsində qonşular tərəfindən sahəyə heç bir şikayət daxil olmamışdır (iş vərəqi 112-113 və 191). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin sağlamlığa zərərvurmanın təyininə dair 2019cu il 28 noyabr tarixli 1137 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlərdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid qarnın ön divarının daxilə nüfuz edən qaraciyəri və onikibarmaq bağırsağı zədələyən bir ədəd, döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənməklə 2019-cu il noyabrın 25-də, dalağın splenektomiyası (dalağın xaric edilməsi) ilə nəticələnən cırılmış yarası, bağırsaq müsariqələrində qansızmalar və səthi cırılmalar küt əşyanın (əşyaların) təsirindən törənməklə 2019-cu il noyabrın 24-25-də əmələ gələ bilərdi (iş vərəqi 118-120). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 28 noyabr tarixli qətnaməsinin surətindən, AZ-İ seriyalı 343423 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətlərindən görünür ki, Zərərçəkmiş şəxs iddiası ilə onun Təqsirləndirilən şəxs arasında Bakı şəhəri Nəsimi Rayon VVADQ Şöbəsində 2001-ci il oktyabrın 30-da nikahın bağlanması haqqında akt qeydləri kitabında 533 nömrə ilə qeydə alınan nikahın pozulması qət edilmiş, nikah ləğv olunandan sonra qadına Mustafayeva soyadı və bu soyadla yeni şəxsiyyət vəsiqəsi verilmiş dir (iş vərəqi 122-123 və sair). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair 2019-cu il 21 noyabr tarixli 835/2019-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qan qrupu AB (İİ) olmaqla sonuncuya məxsus şalvar, köynək, mayka və çubuqlu pambıq tampon üzərindəki insan qanı ləkələrində qan qrupu göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda yalnız A antigeni alındığından bu ləkələr AB (İİ) qruplu şəxsə, eləcə də Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqi 125-129). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 ambulator məhkəmə-psixiatrik ekspertizasının 2019-cu il 07 noyabr tarixli 2294 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri aşkar edilməklə sonuncu xasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meyillidir, onda ittiham olunduğu əməl dövründə hər hansı bir psixi xəstəliyin əlamətləri və psixi fəaliyyətin müvəqqəti pozulması aşkar edilməmiş, təqsirləndirilən şəxs həmin müddətdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də o, törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 135-136). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 26 dekabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 140-141). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair 2019-cu il 28 noyabr tarixli 560-MTKŞ/2019 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd və orta hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə kafi itilikdə ülgücü, özünü kafi biruzə etməklə küpü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, maykanın ön səthinin sağ yarısında aşkar edilən bir ədəd deşilmiş zədə iti uclu əşyanın (alətin) təsirindən, köynəyin arxa səthində, sol qolu üzərindəki bir ədəd zədə köynəyin müvafiq nahiyəsinin kəskin dartılaraq cırılması nəticəsində əmələ gəlmişdir; təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmaqla mətbəx bıçağıdır və soyuq silah hesab olunmur (iş vərəqi 144-152). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin sağlamlığa zərərvurmanın təyininə dair 2020ci il 16 yanvar tarixli 53 nömrəli ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində aşkar edilən sol saidin kəsilmiş yaranın izi olan çapığı iti kənarlı əşyanın (alətin), ola bilsin, bıçağın tiyəsinin kəsərinin təsirindən müayinədən 2-3 ay əvvəl əmələ gəlmişdir, sonuncunun tibbi yardım üçün Bakı Şəhər Baş X5 Tibbi Mərkəzinə müraciət etdiyi 2019-cu il oktyabrın 25-də əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir, xəsarətin xarakteri və lokalizasiyası nəzərə alınaraq şəxsin özü, eləcə də digər şəxs tərəfindən yetirilməsi mümkündür (iş vərəqi 155-156). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il sübutların qiymətləndirilməsi və təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 2020-ci il 31 yanvar tarixli qərarlarından görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə əlavə və dəyişikliklərlə yenidən ittiham elan edilməklə barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri nəzərə alınmış, Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci, 126.2.3.-cü, 126.2.4.-cü, 221-ci, 228.4.-cü və 29,120.1.-ci maddələri ilə, eləcə də Təqsirləndirilən şəxs qolunu kəsərək sağlamlığına yüngül zərər vurması faktı ilə bağlı Azərbaycan Respublikasının CM-nin 125-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, bir ədəd bıçaq, bir ədəd mayka, bir ədəd şalvar və bir ədəd köynək maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmişdir (iş vərəqi 192-201 və 203-204). Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törət-məsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün tam etirafedici, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaq olmasının, zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ağır ailə şəraitini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci,59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs 2019-cu il oktyabrın 25-dən 2019-cu il dekabrın 26-dək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 01 (bir) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmə-dən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. Məhkəmə təqsirləndirilən şəxslə zərər çəkmiş şəxsin barışmaqla sonuncunun hazırda Mustafayeva soyadını daşıdığını nəzərə alır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəyyən edilmədiyin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş bir ədəd bıçaq, zərər çəkmiş şəxs Mənzərə Rövşən qızı Mustafayevaya məxsus bir ədəd mayka, bir ədəd şalvar və bir ədəd köynək məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 28 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxsa göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 168 manat köçürülməlidir. Təqsirləndirilən şəxsa tətbiq olunacaq sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2019-cu il oktyabrın 25-dən 2019-cu il dekabrın 26-dək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 01 (bir) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 02 (iki) il 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın və barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhərinin Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxsa göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 168 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş bir ədəd bıçaq, zərər çəkmiş şəxs Mənzərə Rövşən qızı Mustafayevaya məxsus bir ədəd mayka, bir ədəd şalvar və bir ədəd köynək məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-441/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-441/2020
17.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver