Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-441/2021 24.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri X14 və X4 qızı, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Əhəd qızı və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə Masallı rayonu, Hacıtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Masallı rayonu, Hacıtəpə kəndində qeydiyyatda olmaqla ünvan 4-da kirayədə yaşamış, əvvəllər məhkum olunmuş, barəsində «həbs» qətimkan tədbiri seçilmş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 185.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, habelə talama məqsədi olmadan özgəsinə məxsus avtomobili qanunsuz olaraq ələ keçirmişdir (qaçırmışdır). Belə ki, Təqsirləndirilən şəxs 22 fevral 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, "xxxx" QSC-nin «M.Əcəmi» metrostansiyasının yaxınlığında öz tanışları Şahid2 və Şahid1 ilə görüşərək avtomobillərin alqı-satqısı ilə bağlı birgə fəaliyyətləri ilə bağlı Şahid1la aralarında yaranmış mübahisəyə həmin vaxt Şahid1 yanında olmuş tanışı, öz həmyerlisi olmaqla yaxın münasibətlərdə olmadığı Zərərçəkmiş şəxs müdaxilə etməsi ilə bağlı sonuncu ilə aralarında mübahisə baş vermiş, bundan bir qədər sonra Təqsirləndirilən şəxs həmin gün, yəni 22 fevral 2020-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nümrəsi ilə öz istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsi ilə danışan zaman həmin gün saat 19 radələrində «Memar Əcəmi» metrostansiyasının yaxınlırğında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəyə aydınlıq gətirilməsi bəhanəsi ilə Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan şəhəri, “Xırdalan dairəsi” adlanan ərazidə yerləєən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısana görüşə çağırmışdır. Öz növbəsində Zərərçəkmiş şəxs onunla həmin yerdə görüşməyə razılaşdıqdan sonra, Təqsirləndirilən şəxs özünə qarşı həmin mübahisə ilə barlı edilmiş rəftara görə qanunazidd yolla, yəni heç bir əsaslı səbəb olmadan sonuncunu xuliqanlıq niyyəti ilə öldürməklə, təfəkküründə yaratdığı tələbatını cinayət törətməklə təmin etmək məqsədilə istintaq zamanı müəyyən edilməmiş vaxtda və mənbədən qanunsuz olaraq əldə edib saxladığı zavod üsulu ilə istehsal olunmaqla istifadəyə yararlı olan «Makarov» konstruksiyalı «PM» modelli «PH-3046M» nömrəli 9 mm. kalibrli yivli odlu silahı -tapançanı, onun komplekt hissələrini və daraqda olan döyüş sursatı hesab edilən həmin silaha aid üç ədəd 9 mm. kalibrli patronları özü ilə götürüb gödəkcəsinin sağ cibinə qoyub üzərində qanunsuz gəzdirərək, şəxsiyyəti və avtomobilinin dövlət nömrə nişanı istintaq zamanı müəyyən edilməmiş taksiyə əyləşib həmin tapançanı daşımaqla görüş yeri kimi təyin etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan dairəsi” adlanan ərazidə yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısına saat 22 radələrində gedib çatmışdır. Həmin yerə gəldikdə Zərərçəkmiş şəxs yanında öz dostu Şahid3 Əlövsət oğlu, tanışları Şahid1 və Şahid2 olduğunu görüb onların yanında qabaqcadan planlaşdırdığı cinayət əməlinin törətməyin mümkün olmadığını başa düşərək, Zərərçəkmiş şəxs kənar yerdə sühbət etmək istədiyini bildirib orada olan tanışlarına onların yanına gəlməmələrini, Zərərçəkmiş şəxslə söhbət edəcəyini bildirmiş, öz növbəsində Zərərçəkmiş şəxs həmin tanışlarından ayrılıb idarə etdiyi “VAZ-2121” markalı **-ZH-*** dövlət nömrə nişanlı avtomobildə Təqsirləndirilən şəxsla birlikdə əhalinin seyrək məskunlaşdığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Vulkan dağının ətəyi” adlanan əraziyə getmiş, həmin yerdə hər ikisi avtomobildən düşdükdən sonra aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs öz cinayətkar məqsədini reallaşdırmaq üçün üzərində gəzdirdiyi tapançanı çıxarıb döyüş vəziyyətinə gətirərək Zərərçəkmiş şəxs ondan dəfələrlə üzr istəməsinə baxmayaraq hər hansı əsaslı səbəb olmadan ictimai qaydalara açıq etinasızlıq göstərərək, özünün Zərərçəkmiş şəxs üstünlüyünü nümayiş etdirməklə qəsdən öldürmək məqsədilə “Makarov” konstruksiyalı odlu silah hesab edilən tapançadan istifadə edərək özündən təxminən 5-6 metr aralıda dayanmış Zərərçəkmiş şəxs bədən nahiyyəsinə tuşlayaraq xuliqanlıq niyyəti ilə üç dəfə atəş açaraq, Zərərçəkmiş şəxs üç ədəd, o cümlədən: Sol bazunun aşağı 1/3-nin mil sinirinin zədələnməsi ilə müşaiyət olunan dəlib-keçən odu silah -güllə yarası; Sol budun dəlib-keçən odlu silah güllə yarası; Sağ budun dəlib-keçən odlu silah güllə yarası, -kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmağa aid bədən xəsarətləri yetirmişdir. Atəş zamanı atılmış güllələrdən biri həmçinin Zərərçəkmiş şəxs məxsus “VAZ-2121” markalı, **-ZH-*** dövlət nömrə nişanlı avtomobilin sağ ön qanadına dəymişdir. Hadisə vaxtı patronların bitməsi və Zərərçəkmiş şəxs hadisə yerindən qaçaraq ondan uzaqlaşdığı və daha sonra isə sonuncunun telefon əlaqəsi saxladığı öz tanışlarının köməkliyi ilə xəstəxanaya çatdırılaq ona vaxtında ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə həmin cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs hadisə yerində sahibsiz olmaqla Zərərçəkmiş şəxs məxsus “VAZ- 2121” markalı, **-ZH-*** dövlət nömrə nişanlı avtomobili sonuncunun razılığını almadan talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmaqla ünvan 1 ünvana kimi sürüb orada maşını tərk eməklə hadisə yerindən uzaqlaşmış, qanunsuz əldə edib saxlamaqla daşıyıb gəzdirdiyi odlu silah hesab edilən “Makarov” konstruksiyalı tapançanı isə Xızı rayonunun Yaşma qəsəbəsi ərazisindəki ünvansız yarımtikilidə mişar daşının altında basdırmaqla, həyata keçirilmiş tədbirlər zamanı aşkar edildiyi 13 may 2020-ci il tarixədək həmin silahı qanunsuz olaraq saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 228.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs təxminən 2018-ci ildən tanıyır və hadisə gününə qədər aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Belə ki, onun özü 2015-ci ildən etibarən fərdi qaydada maşın alqısatqısı ilə məşğul olmuş, müəyyən məbləğə muxtəlif markalı avtomobillər alaraq, həmin avtomobillərin təmirə ehtiyacı oldğu halda onları təmir etdirib bir qədər baha qiymətə satmaqla öz ailəsini dolandırmışdır. Zərərçəkmiş şəxs ilə avtomobil satışı ilə bağlı təxminən 2018-ci ildə tanış olmuş, lakin sonrakı dövrdə hadisə gününə qədər onunla heç bir münasibəti olmamışdır. Hadisə günü, yəni 22 fevral 2020-ci il tarixdə saat 12 radələrində o, öz tanışı Şahid2 ilə zəngləşərək onunla «Azadlıq» metrostansiyasının yanında görüşərək birlikdə lombarda aylıq ödənişi ödəmək məqsədi ilə ünvan 3 ünvanda yerləşən Ayxan Mollayevin ofisinə getmiş və Üzeyirin adına lombarda 840 manat pul ödəyərək qəbz almış, sonra isə öz şəxsi işləri ilə məşğul olmuşdur. Daha sonra həmin gün təxminən saat 14-15 radələrində tanışı Üzeyirlə birlikdə «Azadlıq» metrostansiyasının yaxınlığda yerləşən kafelərin birinə gedərək birlikdə çay içmişlər. Orada olan zaman o, Üzeyirə ümumi tanışları olan Şahid1la əlaqə saxlayaraq onu görüşə çağırmasını və sonuncudan “Hyundai Sonata” markalı **-OJ-*** dövlət nömrə nişanlı avtomobilin tapılması üçün verdiyi pulu hansı tarixdə ona geri qaytaracağını öyrənmək istədiyini bildirmişdir. Buna görə də Üzeyir öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan Sərxanın istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Sərxan isə Üzeyirə tanışı Əli ilə birlikdə olduğunu, Badamdar qəsəbəsinə çörək yeməyə getdiklərini və sonra onunla əlaqə saxlayacağını bildirmişdir. Lakin, sonra Sərxanla telefon əlaqəsi saxlaya bilməmiş və ona zəng çatmamışdır. Həmin gün saat 19 radələrində Üzeyir növbəti dəfə Sərxana zəng etdikdə Sərxan zəngə cavab verərərək Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis bölməsində olduğunu və az sonra əlaqə saxlayacağını bildirmişdir. Onun da bildtirmək istəyir ki, o zaman həmin polis bölməsində onun, eləcə də Sərxan və Üzeyirin birlikdə satışını həyata keçirdikləri “Toyota Land-Crusier Prado” markalı **-RA-*** dövlət nömrə nişanlı avtomobillə əlaqədar yaranmış problemlərlə bağlı həmin avtomobilin sahibinin ərizəsi əsasında araşdırma aparılmışdır. Həmin söhbətdən az sonra Sərxan özü Üzeyirə zəng edərək həmin polis bölməsindən çıxdığını və «M.Əcəmi» metrostansiyasının yaxınlığında görüşə biləcəklərini demiş və həmçinin Üzeyirdən öz tanışları Əliyə zəng edərək sonuncunun onu həmin polis bölməsinin qarşısından götürüb həmin metrostansiyasının yanına aparmasını deməsini xahiş etmişdir. Buna görə də Üzeyir Əliyə zəng edərək bu barədə demişdir. Bundan sonra o, Üzeyirlə birlikdə həmin yerə gedərək təxminən saat 19-45 radələrində «M.Əcəmi» metrostansiyasının yaxınlığında Sərxan və Əli ilə görüşmüşlər. Görüş zamanı o, Əliyə tanışlıq verərək onu təxminən 2018-ci il tarixdə aralarında olan maşın alqı-satqısı ilə bağlı tanıdığını bildirmiş və Əli onun kim olmasını xatırlamışdır. Onu da bildirmək istəyir ki, həmin vaxt o, Əli və Sərxanın içkili vəziyyətdə olduqlarını görmüşdür. Orada o, Sərxanla “Toyota Land-Crusier Prado” markalı 90-R.A-411 dövlət nömrə nişanlı, eləcə də “Hunday Sonata” markalı **-OJ-*** dövlət nömrə nişanlı avtomobillərin alışı-satışı ilə əlaqədar yaranmış problemlərlə bağlı öz aralarında söhbət aparmışdır. Həmin vaxt Üzeyir onların yanlarında dayanmış, Əli isə onlardan təxminən 4-5 metr aralıda dayanaraq kiminləsə mobil telefonda danışmışdır. Sərxanla aralarında olan söhbət əsnasında o, Sərxandan ona verdiyi cəmi 3000 manat pulu geri qaytarmasını xahiş etmiş və həmçinin Sərxana öz iradını bildirirək hansı səbəbdən onu “Toyota Land-Crusier Prado” markalı **- RA-*** dövlət nömrə nişanlı avtomobilin satışı işinə cəlb etdiyini soruşmuşdur. Sərxan əvvəlcə ondan aldığı pulu xərclədiyini demiş, sonra isə sözünü dəyişərək ondan aldığı pulu Üzeyirə verdiyini və pulunu Üzeyirdən istəməsini bildirmişdir. O isə Sərxana pulu ona verdiyini, pulunu təcili olaraq geri qaytarmasını demiş və bununla bağlı onunla aralarında mübahisə yaranmış və hər ikisi bir-birinin yaxasından yapışmaqla dartışmağa başlamışlar. Həmin vaxt Əli onların söhbətinə müdaxilə etmiş və onun ünvanına söyüş söyərək onun üzərinə doğru gəlmişdir. Bu zaman Üzeyir Əlinin qarşısına keçərək onun sinəsindən tutmaqla saxlayıb geri itələmişdir. Həmin vaxt Əli Üzeyirlə qarşılıqlı şəkildə itələşməyə başlamış və Əli onun ünvanına söyüş söyməyə davam etmişdir. Həmin vaxt o və Sərxan bir-birindən aralaşmış və yaxınlıqda olan tanımadığı şəxslər Əli və Üzeyiri aralamış və bundan sonra onun özü Üzeyirlə, Əli isə Sərxanla birlikdə həmin yerdən çıxıb getmişlər. Onu da bildirmək istəyir ki, həmin vaxt Əli onun ünvanına söyüş söyərək onunla təklikdə görüşmək istədiyini demiş, lakin o, buna əhəmiyyət verməyərək oradan uzaqlaşmışdır. Lakin, o, Üzeyirlə birlikdə həmin yerdən taksi maşınında Saray qəsəbəsi istiqamətdə çıxıb getdikdən az sonra Əli öz mobil telefonundan Üzeyirin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Üzeyirin və həmçinin onun ünvanına yenə pis söyüşlər işlətmişdir. Həmin telefon danışığı zamanı Əli Üzeyirə telefonu ona verməsini və onunla danışmaq istədiyini demiş, lakin Üzeyir Əlinin ünvanına söyüş söyərək sonuncu ilə danışığı bitirmiş və telefonu ona verməmişdir. Lakin, həmin telefon danışığından təxminən 20 dəqiqə sonra Əli bir neçə dəfə də Üzeyirə zəng etmiş, lakin Üzeyir onun zənginə cavab verməmişdir. Əlinin həmin hərəkətləri onu bərk əsəbləşdirdyinə görə o, Sərxana zəng edərək özünün mobil nömrəsini Əliyə bildirməsini və onunla danışmaq istədiyini demiş və həmin vaxt Sərxanın mobil telefonu ilə Əli onunla danışdıqda o, Əlinin özünə də Sərxandan onun mobil nömrəsini alıb özünə zəng etməsini demişdir. Bir qədər sonra Əli onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək aralarında olan məsələni aydınlaşdırmaq üçün “Şamaxinka” adlanan əraziyə onu görüşə çağırmışdır. O isə Əliyə avtomobilinin olmadığını deyib istədiyini təqdirdə görüş üçün Abşeron rayonu Saray qəsəbəsinə gələ biləcəyini bildirmişdir. Əli isə Xırdalan şəhərindək gələ biləcəyini bildirmiş və buna görə də o, Əliyə Xırdalan şəhərindəki “Xırdalan dairəsi” adlanan ərazidə yerləşən “Lukoil” adlanan yanacaqdoldurma məntəqəsinin qarşısına görüşə gəlməsini demişdir. Əli buna razılıq verərək bir qədər sonra həmin yerə gələcəyini ona demişdir. Həmin vaxt onun yanında olan Üzeyir ona Əlinin içkili olduğu üçün özünü idarə edə bilmədiyini deyərək onu Əli ilə görüşə getməkdən yayındırmağa çalışmış və o, Üzeyirin təkidlərindən sonra ona Əli ilə görüşə getməyəcəyini demiş və Abşeron rayonu Saray qəsəbəsinə “İnternat” adlanan əraziyə çatdıqda hər ikisi sürücüsünü tanımadıqları taksi maşınından düşmüş və orada Üzeyir onunla sağollaşaraq onun yanından çıxıb getmişdir. Üzeyir getdikdən az sonra Əli yenidən onun mobil telefon nömrəsinə zəng edərək təyin etdikləri görüş yerinə gəlib-gəlməyəcəyini soruşmuş, o isə özünü ona qorxaq göstərməmək üçün Əliyə görüşə gələcəyini demişdir. Bundan sonra o, Əlinin içkili olduğu və həmçinin fiziki cəhətdən ondan güclü olduğu, həm də o zaman ayağında olan problemlə bağlı rahat yeriyə bilmədiyi üçün görüş zamanı aralarında mübahisə yarandığı halda Əlinin ona qarşı fiziki zor tətbiq edəcəyi və ya onu öldürə biləcəyini fikirləşmişdir. Buna görə də özünü qorumaq məqsədi ilə o, 2019-cu ilin təxminən ortalarında Gürcüstan Respublikasının vətəndaşı olmaqla Sumqayıt şəhərində maşın bazarında tanış olduğu Sənan adlı şəxsdən 700 manat pula Qazax rayonunda satın aldığı «Makarov» markalı tapançanı Əli ilə görüşməmişdən əvvəl özü ilə götürmək qərarına gəlmişdir. Buna görə də o, həmin tapançanı əvvəllər gizlətdiyi Saray qəsəbəsindəki qəbirstanlığa gedərək, qəbirstanlığın kənarındakı iydə ağacının gövdəsinin yanında yerə basdırmaqla gizlətdiyi həmin «Makarov» markalı tapançanı, həmçinin üzərində cəmi iki ədəd patron olan həmin silahın darağını götürüb darağı tapançaya taxmış, lakin silahı döyüşə hazır vəziyyətə gətirməyərək onu o zaman əynində olan gödəkçəsinin sağ cibinə qoymuşdur. Bundan sonra isə o, tanımadığı bir taksi maşınında görüş yerinə, yəni Xırdalan şəhərindəki “Xırdalan dairəsi” adlanan ərazidə yerləşən “Lukoil” adlanan yanacaqdoldurma məntəqəsinin qarşısına getmişdir. Həmin görüş yerinə çatdıqda təxminən saat 22-10 radələri olmuş və həmin yerə gəldikdə tanışları Üzeyir, Sərxan və onu görüşə çağıran Əlinin, həmçinin öz dostu olmaqla Fəqan adı ilə tanıdığı Sənən Hüseynovun da həmin yerdə olduqlarını görmüşdür. Həmin şəxslərə yaxınlaşdıqdan sonra o, ilkin olaraq Fəqanla görüşüb salamlaşmış və onun nə səbəbə ora gəlməsindən təəccüblənmişdir. Onu da bildirmək istəyir ki, o zaman Fəqan Rusiyadan Azərbaycana yenicə gəldiyindən onunla öz aralarında danışıb həmin gün birlikdə çörək yemək üçün görüşməli olmuşlar. Lakin, bir qədər əvvəl özünün mobil telefonu söndüyünə görə Fəqanla əlaqə saxlaya bilməmişdir. Sonra ona məlum olmuşdur ki, Fəqan ona zəng edərək əlaqə saxlaya bilmədiyinə görə ümumi tanışları olan Üzeyirə zəng etmiş və sonuncudan onun Xırdalan dairəsinə gəldiyini öyrənib Üzeyirlə birlikdə həmin yerə gəlmişdir. Bundan sonra o, Əliyə öz maşınına oturub təklikdə söhbət etmələrini demişdir. Həmin vaxt tanışları Sərxan və Üzeyir etiraz edərək mübahisəyə ehtiyac olmadığını demiş, o isə onlara narahat olmamalarını, Əli ilə həmyerli olduqlarını, bir-birini tanıdıqlarını və aralarında heç bir problem olmayacığını bildirmişdir. Əli buna etiraz etməyərək idarə etdiyi “VAZ 2121” markalı **-ZH-*** nömrəli avtomobilin sükan arxasına, onun özüisə qağaq sağ oturacaqda əyləşmişdir. O həmin vaxt Əlinin maşınında ikilikdə sakitcə söhbət edəcəklərini zənn etmiş, lakin o, avtomobilə əyləşdikdən sonra Əli avtomobili onun tanımadığı istiqamətdə sürmüşdür. O buna etiraz etməmiş və Əlinin heç bir səbəb olmadan onun ünvanına söyüş işlətdiyinə görə ondan üzr istəyəcəyini və barışacaqlarını düşünmüşdür. Yol boyu onların arasında heç bir söhbət olmamış, Əli avtomobili bərk sürdüyünə görə ona avtomobli yavaş sürməsini demişdir. Əli avtomobili onun özü əvvəllər tanımadığı bir əraziyə, yəni hadisədən sonra “Vulkan dağının ətəyi” kimi adlanan əraziyə sürərək orada avtomobili kimsəsiz yerdə saxlamışdır. Həmin vaxt hava bir qədər qaranlıq olmaqla təxminən saat 23 radələri olmuşdur. Orada əvvəlcə Əli, onun ardınca isə onun özü avtomobildən yerə düşmüşlər. Onu da bildirmək istəyir ki, Əli avtomobildən düşərkən avtomobilin qapısının cib yerindən nəsə götürərək gödəkçəsinin cibinə qoymuşdur. Bundan sonra Əli avtomobilin sağ yan hissəsinə keçərək ona yaxınlaşaraq ondan təxminən bir metr məsafədə dayanıb ona bir qədər kobud tərzdə «nə deyirdin» deyə soruşmuşdur. O isə Əliyə onunla heç bir problemi olmadığını, Əlinin özünün ona söyüş söydüyünü və onunla görüşmək istədiyinə görə onunla görüşə gəldiyini demişdir. Həmin söhbət vaxtı onlar avtomobilin sağ yan tərəfindən oradakı təpəlik yerə tərəf bir qədər hündürlüyə qalxaraq avtomobildən təxminən 7-8 metr aralıda yan-yana dayanmışlar. Orada onların arasında sözlə mübahisə yaranmış və o, mübahisənin böyüməməsi üçün Əlini sakitləşdirmək istəmişdir. Buna görə də Əliyə mübahisə etmək lazım olmadığını, onunla dalaşmaq istəmədiyini və ayağının şikəst halda olmasını demişdir. Əli isə onun sözlərinə məhəl qoymayaraq «sən mənə nə demək istəyirsən” deyə soruşmuş, o isə Əliyə ondan heç nə istəmədiyini, onunla heç bir alıb-verəcəyi olmadığını demişdir. Həmin vaxt Əli onun üstünə hücum edərək baş nahiyəsi ilə onun alın nahiyəsindən bir zərbə vurmuşdur. Sonra isə sol əli ilə onun boyun nahiyəsindən tutaraq onun ünvanına söyüş söyərək “Sərxana zəng edirəm ondan üzr istə” demiş və həmin vaxt gödəkçəsinin sağ cibindən dəstəyi sarı rəngdə olan vintaçanı çıxartmışdır. Sonra isə sağ əlində tutduğu həmin vintaçanı onun sol böyür nahiyəsinə doğru irəli verib “bunu sənə soxub öldürərəm” deyib onu hədələmişdir. Bununla əlaqədar onların arasında sözlə mübahisə yaranmış və o, özünü müdafiə etmək üçün sol əli ilə Əlinin sağ əlini tutaraq onun vintaçanı bədən nahiyəsinə toxundurmasına imkan verməmişdir. Həmin vaxt Əlinin mobil telefonuna zəng gəlmiş və Əli zəngə cavab verdikdə o, zəng edənin Əlinin dostu Sərxan olduğunu başa düşmüşdür. Həmin vaxt Əli Sərxana “telefonu verirəm Pərvizə səndən üzr istəyəcək” deyərək sol əli ilə mobil telefonunu onun qulağına tutub saxlamış, sağ əlində isə vintaçanı saxlamışdır. Həmin an o, Əlinin vintaçanı tutduğu əlindən yapışmış və Əlinin dediklərini etməsə sonuncunun əlində olan vintaçanla onu vuraraq xəsarət yetirəcəyindən və ya onu öldürə biləcəyindən qorxub telefonda Sərxana “qardaş səndən üzr istəyirəm məni bağışla” demişdir. Sərxan isə «nəhlət şeytana, ikiniz də mənim qardaşımsınız, yerinizi deyin gələk ora» demişdir. Bundan sonra Əli telefonu onun qulağından çəkmişdir. Həmin vaxt Əli ona vintaçanı tutduğu əlini nəzərdə tutaraq əlini buraxmasını demiş və o, Əlinin əlini buraxmış, lakin vintaçan Əlinin əlində qalmışdır. Onun əlini buraxdıqdan sonra Əli ondan bir qədər aralanaraq avtomobilə doğru ondan bir qədər aralanmışdır. Həmin vaxt o, Əlinin yenə ona hücum edə biləcəyindən çəkinərək və həmçinin Əlinin ona qarşı zorakı hərəkət edərək Sərxandan üzr istəməyə məcbur etdiyinə görə özünün şəxsiyyətini alçaldılmış hiss etmişdir. Buna görə də gödəkçəsinin sağ cibində saxladığı tapançanı çıxardıb çaxmağını çəkərək həmin silahı atışa hazır vəziyyətə gətirmiş və Əlini çağırmışdır. Həmin vaxt Əli ona tərəf döndükdə təxminən iki-üç metr məsafədən Əlini qorxutmaq məqsədi ilə onun ayaq nahiyəsi istiqamətində bir dəfə atəş açmış, daha sonra həyacanlı olduğuna görə yenə onun ayaq nahiyəsi istiqamətində ikinci dəfə atəş açmışdır. Həmin vaxt Əli qışqıraraq həmin yerdən aşağı istiqamətdə qaçıb uzaqlaşmışdır. Həmin vaxt hava qaranlıq olduğuna görə atdığı güllələrin Əliyə dəyib-dəymədiyini dəqiq bilməmişdir. Bundan sonra o, sol ayağı əvvəllər zədələndiyinə görə rahat şəkildə piyada gəzə bilmədiyi, həmçinin Əlinin geri qayıdaraq ona qarşı zorakı hərəkət edəcəyindən çəkindyinə görə hadisə yerindən tez çıxıb getmək üçün Əliyə məxsus həmin “VAZ 2121” markalı avtomobilin sükanı arxasına əyləşmiş və açar avtomobilin üstündə olduğuna görə avtomobili işə salıb hadisə yerinə gəldikləri yolla ərazini tərk etmişdir. Onu da bildirmək istəyir ki, hadisə yerinin yaxınlığında olan yolla hərəkət edən zaman o, Əlinin bir qədər uzaqda dayanıb əlində olan mobil telefonla kimləsə danışdığını görmüş, lakin ona yaxınlaşmayaraq Əliyə məxsus avtomobili hadisə yerindən təxminən üç kilometr uzağa Biləcəri qəsəbəsi istiqamətdə sürüb orada tanımadığı bir yerdə dalanların birində saxlamışdır. Avtomobili saxladıqdan sonra kənar şəxslərin avtomobili talamaması üçün isə avtomobilin qapılarını bağlayıb avtomobilin açarını özü ilə götürmüşdür. Sonra isə o, həmin yerdən bir qədər aralanaraq tanımadığı bir taksi maşınına oturub öz ailəsi ilə birlikdə kirayədə yaşadığı ünvan 4 ünvana getmişdir. Evə gəldikdə öz həyat yoldaşı Turanə Əlizadə və qardaşı Şahid6 evdə olmuşlar. O, əvvəlcə hadisə barədə bir söz deməyərək evdə yuyunduqdan sonra hadisə vaxtı əynində olan paltarlarını dəyişib başqa paltar geyinmişdir. Sonra isə hadisə barədə təklikdə qardaşı Fəhminə qısa məlumat verərək, Əli adlı bir həmyerlisinin heç nədən onun ünvanına söyüş söydüyünə görə onu tapança ilə vurduğunu, lakin həmin adamın ölmədiyini bildirmişdir. Bundan sonra o, gedəcəyi yeri bildirmədən qardaşı Fəhminin mobil telefonunu özü ilə götürüb evdən çıxıb getmişdir. Onu da bildirmək istəyir ki, hadisə vaxtı özündə olmuş “İphone 5” markalı mobil telefonu o vaxt bilmədiyi şəraitdə cibindən düşüb itmiş və buna görə də qardaşı Fəhminin mobil telefonunu özü ilə götürmüşdür. O zaman bərk həyacanlı olduğu və baş vermiş hadisəyə görə polis əməkdaşları onun yaşadığı evə gələrək onu axtaracağını bilərək, haradasa qaçıb gizlənmək məqsədi ilə tanımadığı yol maşınları ilə qismən tanıdığı Xızı rayonunun Yaşma qəsəbəsinə çıxıb getmişdir. Həmin qəsəbədə o, ayrı-ayrı yerlərdə, yəni kimsəsiz tikililərdə təxminən iki aydın artıq vaxt ərzində qalıb gizlənmişdir. Sonra isə orada qalıb yaşamaq üçün şərait olmadığına görə, 12 may 2020-ci il tarixdə daimi yaşadığı Masallı rayonunun Hacıləpə kəndinə çıxıb getmişdir. Elə həmin gün orada Bakı şəhəri Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhərinə gətirilmiş və o, hər şeyi etiraf edərək hadisənin necə baş verdiyini bildirmişdir. Həmçinin hadisə vaxtı istifadə etdiyi tapançanı Yaşma qəsəbəsində gizlətdiyini könüllü olaraq bildirmişdir. Sonra isə tapançanı gizlətdiyi yeri, yəni həmin qəsəbədə tapança silahını selofana bükərək kimsəsiz yarımtikilidə mişar daşının altında basdırmaqla gizlətdiyi yeri göstərərək həmin silahı könüllü olaraq istintaqa təqdim etmişdir. Beləliklə, hadisə vaxtı onun Əlini öldürmək niyyəti olmamışdır. Hadisədən əvvəl Əli onun ünvanına söyüş söydüyü, hadisə yerində onunla kobud davranaraq telefonda Sərxandan üzr istəməyə məcbur etdiyinə görə onu qorxutaq üçün onun ayaqları istiqamətdə cəmi iki dəfə atəş açaraq onu yaralamışdır. Həmçinin onun Əlinin avtomobilini mənimsəmək niyyyəti olmamışdır və buna görə Əliyə məxsus avtomobili tanımadığı bir yerdə saxlayıb çıxıb getmişdir. Baş vermiş hadisə görə çox peşmandır.Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, özünü yalnız qanunsuz olaraq tapança silahı əldə edib onu üzərində daşımaqda təqsirli bilir. Həmçinin Zərərçəkmiş şəxs avtomobilini onun icazəsi olmadan hadisə yerindən sürüb başqa bir yerdə qoyub getməkdə təqsirli bilir. O, özünü Əlini öldürəyə cəhd etməkdə təqsirli hesab etmir. Onun niyyəti Əlini qorxutmaq olmuşdur və özünü müdafiə etmək üçün onun ayaqları istiqamətdə tapançadan cəmi iki dəfə atəş açmışdır. O, Əli Ağbıyevi hadisədən təxminən iki il əvvəl görmüş və onunla maşın alveri ilə bağlı tanış oluşdur. Lakin, Əlini yaxından tanımamış və yalnız adını bilmiş və hadisə gününə qədər onunla heç bir əlaqəsi olmamışdır. Hadisə vaxtı istifadə etdiyi «Makarov» markalı tapançanı və ona aid patronla birlikdə 2018-ci ildə Sumqayıtda maşın bazarında tanış olduğu «Sənan» adlı şəxsdən 700 manat pula Qazax rayonunda almışdır. Həmin «Sənan» adlı şəxsin şəxsiyyəti barədə onun heç birm məlumatı yoxdur. Həmin şəxsin yaşadığı, ünvanı, telefon nömrəsini və soyadını bilmir. Hadisə günü o, Əl ilə görüşə getməzdən əvvəl həmin «Makarov» markalı tapançanı onu gizlətdiyi yerdən, yəni Saray qəsəbəsindəki qəbirstanlıqdan götürən zaman onun üzərində olmaqla içərisində cəmi iki ədəd patron olan həmin silahın darağını götürüb darağı silaha taxmış, lakin silahı döyüşə hazır vəziyyətə gətirməyərək onun o zaman əynində olan gödəkçəsinin sağ cibinə qoymuşdur. Həmin tapançam satın aldığı zaman silahın darağında yalnız cəmi iki ədəd patron olmuşdur. Həmin silahı hadisə vaxtınadək heç vaxt istifadə etməmiş, lakin silahı aldığı şəxsin izahına əsasən silahın atəşə yararlı olduğunu bilmişdir. Avtomiobillərin alqı-satqısı işi ilə bağlı tanışı Sərxanın Qəhrəmanovun ona cəmi 3000 manat borcu olmuşdur. Sərxan həmin məbləğdə pula ondan on günə qaytaracağı adı ilə hadisədən təxminən dörd ay əvvəl almış, lakin sonra muxtəlif bəhanələr gətirərək pulu ona qaytarmamışdır. Buna görə də o, hadisə günü Üzeyir adlı dostuna həmin borc məsələsi ilə bağlı təklif etmişdir ki, ümumi tanışları olan Sərxanı «Əcəmi» metrostansiyasına dəvət edib borcu nə zaman qaytaracağını aydınlaşdırsınlar və buna görə də həmin gün, yəni 22 fevral 2020-ci il tarixdə, axşam saat 19 radələrində Bakı şəhəri «M.Əcəmi» metrostansiyasının yaxınlığında Üzeyirlə birlikdə Sərxan ilə görüşmüşlər. O zaman zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs özü Sərxanla birlikdə oraya gəlmişdir. Orada görüşüb söhbət edən zaman Sərxan bildirmişdir ki, pulu vermək üçün ona müəyyən vaxt versin, lakin o, öz pulunu Sərxandan tələb etdiyinə görə Sərxanla onun arasında mübahisə yaranmışdır. Həmin vaxt Əli özü onu söyərək onun üzərinə yerimiş və Üzeyir Əliyə ona yaxınlaşmasına imkan verməmişdir. Həmin vaxt orada olan tanımadığı adamlar onları aralamış və orada dava-dalaş olmamışdır. Həmin mübahisə vaxtı Əli onun ünvanına söyüş söyərək sonra ikilmikdə görüşmələrini demiş və bundan sonra onlar ayrılıb ayrı-ayrılıqda oradan çıxıb getmişlər. Daha sonra Əli özü Üzeyirə zəng edərək onunla görüşmək istədiyini bildirirmişdir. Sonradan onun özü Əliyə zəng etmiş və buna görə də həmin gün təxminən 22-10 radələrində onlar «Xırdalanın kruqu»nda Əli ilə görüşmüş və sonra hadisə yerinə getmişlər və sonra həmin hadisə baş vermişdir. Hadisə yerinə gedən zaman tanança silah artıq onun özündə olmuş və bu barədə Əliyə bir söz deməmişdir. Onlar «Xırdalanın kruqu»nda Əli ilə görüşən zaman o, Əlidən harasa gedib ikilikdə söhbət etmələrini tələb etməmişdir. O, Əliyə onun maşınında oturub söhbət etməyi demişdir. Bundan sonra Əli özündə olan etdiyi “VAZ 2121” markalı avtomobilin sükan arxasına oturmuş və dərhal maşını sürüb onunla birlikdə oradan uzaqlaşmış və maşını hadisə yerinə sürmüşdür. Həmin vaxt Əli bir qədər içkili vəziyyətdə olmuşdur. Maşında söhbət edə-edə gedərkən o, Əlini sakitləşdirməyə çalışmışdır. Həmin zaman Əli ona kəllə atmışdır. Hadisə yerində olan zaman Əlinin əlində vintaçan olmuş və vintaçanı ona tərəf tutmuşdur. Həmin vaxt o, Əlinin əlini tutaraq sakit olmasını bildirmişdir. Yuxarıda bildirdiyi kimi həmin vaxt Əli öz mobil telefonundan Sərxana zəng etmiş və sonra isə telefonu onun qulağına tutaraq Sərxandan üzr istəməsini tələb etmişdir. Aralarında mübahimsə böyüməməsi üçün o, həmin vaxt Sərxandan üzr istəmişdir. Bir daha bildirir ki, hadisə yerində olan zaman Sərxandan üzr istəmək üçün Əli ona təzyiq göstərmişdir. Hadisə vaxtı qaranlıq yerdə baş verdiyinə görə o, Əlinin əlində isə nəsə olmasını görmüşdur. Belə heab edir ki, həmin əşya vintaçan oluşdur. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerindən sarı dəstəyi olan vinaçan aşkar olunduğu ona məlumdur. Belə hesab edir ki, hadisə vaxtı Əli məhz həmin vintaçanı əlində tuturaq onu vuracağı ilə hədləmişdir. Həmin gün Əli ilə görüşə getməzdən əvvəl o, tapança silahını Əlini qorxutmaq üçün özü ilə götürmüşdür. Hadisə vaxtı Əli onu Sərxandan üzr istəməyə məcbur etidiyi və hadisədən əvvəl özü onunla mübahisə edib onu söydüyünə görə üçün onu qorxutdmaq istəmiş və buna görə də tapançadan onun ayaqları istiqamətdə iki dəfə atəş açmışdır. Onun Əlini öldürmək niyyəti olmamışdır. Hadisə zamanı Əlini öldürmək istəsəydi, yaxın məsafədən onu rahatlıqla baş və ya sinə nahiyələrinə atəş aça bilmək imkanı olmuşdur. Bir daha bildirir ki, onun Zərərçəkmiş şəxs öldürmək fikri olmamışdır. Etdiyi əməldən peşmandır. Hadisə vaxtı o, Zərərçəkmiş şəxs tərəf birinci və ikinci dəfə atəş açan zaman atdığı güllələrin Əlinin bədəninin hansı nahiyyəsinə dəyib-dəymədiyini görməmişdir. Lakin, ikinci dəfə atəş açdıqdan sonra Əli qışqırmış və o, Əlini yaraladığını başa düşmüşdür. Bundan sonra Əli oradan uzaqlaşıb qaçmağa başlamışdır və hava qaranlıq oldğuna görə onun hara getdiyini dəqiq görməmişdir. İkinci atəşdən sonra o, bir daha tapançadan atəş açmamışdır. Əli qaçıb oradan uzaqlaşan zaman o, Əlini təqib etməmiş və onun dalınca getməmişdir. Hadisə oradakı təpəlik yerin aşağı hissəsində baş vermişdir. Tapançadan atəş açan zaman Əli ondan təxminən beş-altı metr aralıda maşına tərəf olmuş, onun özü isə üzü ona tərəf bir qədər hündür yerdə oolmuşdur. Hadisə yerinin birbaşa yaxınlığında yaşayış evələri və ya başqa tikililər yoxdur və onların yanında kənar bir şəxs olmamışdır. Tapançadan Əliyə tərəf atəş açdıqdan sonra Əlinin yerə yıxılıb-yıxılmadığını xatırlamır. Atəş açandan sonra Əli qışqırıb oradan qaçdığına görə o, Əliyə ciddi bir xəsarət yetirmədiyini başa düşmüşdür. Yuxarıda göstərdiyi kimi hadisədən sonra, yəni Əli ondan uzaqlaşıb çıxıb gedəndən sonra, oradan çıxıb getmək üçün o, Əlinin maşınına otrub oradan uzaqlaşmış, sonra isə onun avtomobilini Biləcəri qəsəbəsində bir dalanda saxlayıb yaşadığı evə çıxıb getmişdir. Evə getdikdən sonra isə həbs olunacağını başa düşərək paltarını dəyişib Xızı rayonunun Yaşma qəsəbəsinə çıxıb getmiş və orada muxtəlif tikililərdə iki aydan artıq müddətdə gizlənmişdir. Hadisə vaxtı tapançadan açdığı atəş nəticəsində Zərərçəkmiş şəxs ciddi bir xəsarət yetirmədiyini zən etdiyi və hadisədən sonra onun sağ qaldığını başa düşdüyü halda, həmin hadisə ilə bağlı hüququ-mühafizə orqanlarına gedib təslim olmamasının səbəbini izah etməkdə çətinlik çəkir. Bir daha bildirir ki, hadisə vaxtı Zərərçəkmiş şəxs atəş açıdığı tapançanın darağında cəmi iki ədəd patron olmuş və o, Əlinin ayaqlarına tərəf istiqamətdə cəmi iki dəfə atəş açmış və onu öldürmək niyyəti olmamışdır Hadisə günü «M.Əcəmi» metrostansiyasının yaxınlığında öz tanışları Şahid2, Şahid1 və Zərərçəkmiş şəxslə görüşüb arlarında mübahisə baş verib oradan çıxıb getdikdən sonra arlarında olan telefon söhbəti zamanı Zərərçəkmiş şəxslə bir-birlərinin ünvanına söyüş işlətdiklərinə görə onun özünün Zərərçəkmiş şəxs ikilikdə görüşməyə çağırdığı və məhz bundan sonra Xırdalan şəhəri “Xırdalan dairəsi” adlanan ərazidə yerləşən “Lukoil” adlanan yanacaqdoldurma məntəqəsinin qarşısında görüş təyin etdikləri barədə Zərərçəkmiş şəxs dediklərini təsdiq etmir. Onlar telefonda danışıb bir-birlərinin ünvanına söyüş işlətdikləri vaxt onun özü yox, Zərərçəkmiş şəxs ikilikdə görüşüb məsələni aydındlaşdırmağı Əli özü demişdir. Hadisə baş verməzdən bir qədər əvvəl, yəni «Xırdalan dairəsi» adlanan yerin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında öz tanışları Üzeyir, Sərxan və Fəqan adı ilə tanıdığı Sənən Hüseynovdan ayrılaraq Zərərçəkmiş şəxslə ikilikdə söhbət etmək üçün sonuncunun idarə etdiyi “VAZ-2121” markalı avtomobildə X21 inzibati binasının yerləşdiyi istiqamətə hərəkət edərkən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili X21 inzibati binasının yaxınlığında saxlayaraq orada söhbət etməyi ona təklif etdiyi, lakin onun Zərərçəkmiş şəxs təklifi ilə razılaşmayaraq avtomobili kənar şəxslərin olmadığı bir yerə sürməsini ona dediyini və məhz buna görə də avtomobili Binəqədi rayonu ərazisində yerləşən “Vulkan dağının ətəyi” kimi tanıdığı ərazinin yaxınlığına yaşayış evlərinin az olduğu əraziyə sürdüyü barədə Zərərçəkmiş şəxs dediklərini təsdiq etmir. Yolda gedərkən Əli idarə etdiyi avtomobili heç yerdə saxlamamış və onu özü əvvəllər tanımadığı “Vulkan dağının ətəyi” adlanan əraziyə özü aparmışdır. Onlar «Vulkan dağının ətəyi” adlanan əraziyə çatıb avtomobildən düşdükdən sonra öz aralarında söhbət edən zaman Zərərçəkmiş şəxs onun ünvanına söyüş söydüyünə görə ondan üzr istədiyi, sonra isə ondan öz növbəsində Şahid1 üzr istəməsini dediyi və bundan sonra Zərərçəkmiş şəxs telefonu ilə Şahid1la söhbət edən zaman sonuncudan üzr istədiyi barədə Zərərçəkmiş şəxs dediklərini təsdiq etmir. Onlar hadisə yerində olan zaman Zərərçəkmiş şəxs ondan üzr istəməmişdir. Əksinə o vaxt Əli öz əlində olan vintaçanla onu vuracağı ilə hədələyərək ondan Sərxandan üzr istəməsini tələb etmiş və Əli Sərxanla telefonda danışan zaman özü Sərxandan üzr istəmişdir. Hadisə vaxtı özündə olmuş tapançadan atəş açan zaman güllələrdən həmçinin Zərərçəkmiş şəxs məxsus “VAZ-2121” markalı, **-ZH-*** dövlət nömrə nişanlı avtomobilin sağ ön qanadına dəyərək avtomobilin həmin hissəsini zədələdiyi ona məlumdur. Hadisə vaxtı o, qəsdən Əlinin maşınına tərəf atəş açmamışdır. Ola bilsin ki, Əlini qorxutmaq üçün onun ayaqlarına tərəf atəş açan zaman güllənin biri təsadüfən həmin maşının qanadına dəymişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin müvafiq olaraq birinci cildinin 252-254-cü vərəqlərində olmaqla iş üzrə keçirilmiş məkhəmə-tibbi ekspertizasının 19 mart 2020-ci il tarixli 500 saylı, həmçinin cinayət işinin üçüncü cildinin 112-120-ci vərəqlərində olmaqla iş üzrə keçirilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 20 oktyabr 2020-ci il tarixli T276/2020 saylı ekspertiza rəyləri ona tanışdır və iş üzrə ibtidai istintaq zamanı öz müdafiəçisinin iştirakı ilə həmin ekspertiza rəyləri ilə tanış olmuşdur. Həmin ekspertiza rəyləri ilə bağlı onun heç bir etirazı yoxdur. İş üzrə keçirilmiş məkhəmə-tibbi ekspertizasının 19 mart 2020-ci il tarixli 500 saylı rəyinə əsasən iş üzrə Zərərçəkmiş şəxs bədənin üzərində üç ədəd dəib-keçən odlu silah- güllə yarası aşkar edildiyi, həmin xəsarətlərin,- sol bazunun aşağı 1/3-nin mil sinirinin zədələnməsi ilə müşaiyət olunan dəlib-keçən odu silah - güllə yarası, sol budun dəlib-keçən odlu silah güllə yarası və sağ budun dəlib-keçən odlu silah güllə yarasından ibarət olduğu, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş həmin odlu silah- güllə yaralarının patronuna güllə qoyulmuş odlu silahdan açılan üç atəş nəticəsində əmələ gəldikləri və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmağa aid olduğu və həmçinin Zərərçəkmiş şəxs bədənində deşici-kəsici alətlə (əşya) ilə və eləcə də yumruq, təpiklə yetirilə bilən xəsarət aşkar olunmadığı müəyyən olunduğu ona aydındır. Həmçinin iş üzrə keçirilmiş təkrar məhkəmətibbi ekspertizasının T276/2020 nömrəli, 20 oktyabr 2020-ci il tarixli ekspertiza rəyinə əsasən iş üzrə Zərərçəkmiş şəxs bədəni üzərində qeyd edilən, həmin üç ədəd dəlib-keçən güllə yaraları olduğu təsdiq olunduğu və həmin xəsarətlərin patronu güllə ilə doldurulmuş odlu silahdan bir metrdən yuxarı məsafədən açılmış üç atəş nəticəsində törənmiş olduqları müəyyən olunduğu ona aydındır. Hadisə vaxtı bərk həyacanlı vəziyyətdə olduğuna görə o, hal-hazırda hər şeyi tam dəqiqliyi ilə xatırlamır. Lakin, belə hesab edir ki, hadisə vaxtı o, Zərərçəkmiş şəxs tərəf tapançadan cəmi iki dəfə atəş açmışdır. Bir daha bildirir ki, onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Onun özü əvvəllər bir dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Belə ki, 2018-ci ilin may ayında o, Abşeron rayon Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum olunmuşdur. Lakin, fərdi fəaliyətlə məşğul olmaqla daimi iş yeri olmadığına görə həmin cəzanı çəkib qurtarmamışdır. Son olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxslə əvvəllər heç bir münasibəti və aralarında heç bir ədavət olmadığı halda, hadisə günü Bakı şəhəri «M.Əcəmi» metrostansiyasının yaxınlığında öz tanışları Üzeyir və Sərxan ilə ilə görüşüb o, Sərxandan öz pulunu geri verməsini tələb edən zaman onunla aralarında yaranmış mübahisə zamanı həmin məsələnin Əliyə heç bir aidiyyəti olmadığı halda, sonuncunun onların söhbətinə müdaxilə edərək onun ünvanına nalayiq söyüşlər işlətməsəydi, daha sonra isə onu söyüb təhqir edərək ikilikdə görüşməyə dəvət etdiyinə görə baş vermişdir. Hadisə vaxtı Əlinin ona qarşı etdiyi kobud hərəkətlərindən bərk əsəbləşdiyinə görə o, məhz onu qorxutmaq məqsədi ilə onun ayaqlarına tərəf tapançadan təxminən iki dəfə atəş açmış və onun bərk yaralandığını bilməmişdir. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Buna görə də belə hesab edir ki, ona qarşı Cinayət Məxəlləsinin 29,120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham tam əsasızdır. Baş vermiş hadisəyə görə çox peşmandır. Ailəli olmaqla himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübüt, ekspertiza rəyləri, sənədlər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən tanıyır. Belə ki, həmin dövrdə aralarında olan maşın alqı- satqısı ilə bağlı Pərvizlə tanış olmuş, lakin sonrakı dövrdə Pərvizlə hər hansı bir münasibəti və əlaqəsi olmamış, həmçinin aralarında düşmənçilik və ya ədavət də olmamışdır. Belə ki, onun özü 2015-ci ildən fərdi qaydada maşın alqı-satqısı ilə məşğul olur. Belə ki, müəyyən məbləğə avtomobil alıb, sonra həmin avtomobili saz vəziyyətə saldırıb nisbətən baha qiymətə sağtmaqla məşğul olmuşdur. Hadisə ilə bağlı bildirir ki, hadisə günü, yəni 22 fevral 2020-ci il tarixdə saat 11 radələrində yaxın tanışı olmaqla maşın alqı-satqısı ilə məşğul olan Şahid1 öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək həmişə olduğu kimi görüşüb söhbət etməyi təklif etmiş və o, razılıq verərək həmin gün saat 13 radələrində özünə məxsus “VAZ 2121” markalı **-ZH-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu İnqilab küçəsində yerləşən “ASAN” xidmət mərkəzinin yaxınlığına gedərək orada Sərxanla görüşmüşdür. Sonra isə birlikdə Nəsimi rayonu M.Əcəmi metrostansiyasının yaxınlığında yerləşən çay evlərinin birində oturub çay içib söhbət etmişlər. Az sonra ümumi tanışları olan Üzeyir Sərxana zəng edərək onunla görüşmək istədiyini demiş, Sərxan isə Üzeyirə olduqları çay evinin ünvanını deyib onu öz yanlarına dəvət etmişdir. Lakin, Üzeyir Sərxana ora gələcəyini desə də, ora gəlməmişdir. Buna görə də təxminən saat 14-30 radələrində həmin çay evindən çıxmış və o, öz dostu Sənan İmanova zəng edərək Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən «AF» adlanan iaşə obyektində oturub birlikdə çörək yeməyə dəvət etmiş və həmçinin onun da tanışı olan Sərxanla birlikdə olduğunu demişdir. Sənan isə Sərxanla birlikdə ora gəlməsini bildirmişdir. Bundan sonra Sərxanla birlikdə həmin yerə getmək istəyərkən Sərxan Üzeyirə zəng edərək ondan harada olduğunu soruşmuş, Üzeyir isə «8ci kilometr» adlanan ərazidə maşın bazarında olduğunu bildirmişdir. Sərxan isə Üzeyirə onunla birlikdə olduğunu və Badamdar qəsəbəsinə çörək yeməyə getdiklərini və sonra onunla əlaqə saxlamasını demişdir. Bundan sonra o, idarə etdiyi “VAZ 2121” markalı avtomobildə Sərxanla birlikdə Badamdar qəsəbəsində yerləşən həmin iaşə obyektinə getmiş və orada öz dostu Sənan və Sərxanla birlikdə yemək yeyib birlikdə bir litrlik araq içmişlər. Orada birlikdə yeyib spirtli içki qəbul etdikdən sonra saat 19 radələrində o və Sərxan Sənanla sağollaşıb ondan ayrılmışlar və o, idarə etdiyi həmin avtomobidə Sərxanı sonuncunun yaşadığı evə aparmaq üçün Nəsimi rayonu istiqamətdə gedən zaman, Üzeyir Sərxana zəng edərək harada olduğunu soruşmuş, Sərxan isə Üzeyirə yalandan Binəqədi rayon Polis idarəsinin 7-ci polis bölməsində olduğunu bildirmişdir. Onu da bildirmək istəyir ki, bununla bağlı ətraflı məlumatı olmasa da, həmin polis bölməsində Sərxanın, eləcə də Üzeyir və Pərvizin birlikdə satışını həyata keçirdikləri “Toyota Land-Crusier Prado” markalı avtomobilin satışı ilə əlaqədar yaranmış problemlərlə bağlı həmin avtomobilin sahibinin şikayət ərizəsi ilə bağlı araşdırma aparıldığını eşidib bilmişdir. Sərxan Üzeyirlə danışdıqdan sonra ondan avtomobili həmin polis bölməsinin yanına sürməsini ondan xahiş etmiş və o, Sərxanı həmin polis bölməsinin qarşısına aparmışdır. Orada Sərxan avtomobildən düşdükdən sonra onu bir qədər gözləməsini, həmin polis bölməsinə bir neçə dəqiqəlik girib çıxacağını ona bildirmişdir. Buna görə o, idarə etdiyi avtomobili həmin polis bölməsindən təxminən 200-300 aralıda saxlayaraq Sərxanın gəlməsini gözləmişdir. Təxminən 5-10 dəqiqə sonra Üzeyir özü ona zəng edərək Sərxanı həmin polis bölməsinin qarşısından götürüb onunla görüşməsi üçün «Memar Əcəmi» metrostansiyasının çıxışına gətirməsini xahiş etmişdir. Buna görə də o, idarə etdiyi avtomobili 7-ci polis bölməsinin qarşısına sürmüş və oradan Sərxanı götürüb avtomobili «M.Əcəmi» metrostansiyasının çıxışı istiqamətində sürmüş və təxminən saat 19-45 radələrində həmin yerə çatmışlar. Onlar «M.Əcəmi» metrostansiyasının yaxınlığına gədib çatdıqda ümumi tanışları olan Üzeyirin ora Pərviz ilə birlikdə gəldiyini görmüşlər. Onlar yaxınlaşıb salamlaşdıqdan sonra Pərviz ona tanışlıq verərək onu 2018-ci ildə aralarında olan maşın alqı-satqısı ilə bağlı tanıdığını demiş və o da Pərvizi çoxdan görmədiyinə görə bunu xatırlamışdır. Bundan sonra Sərxan, Üzeyir və Pərvizin öz aralarında “Toyota Land-Crusier Prado” markalı, eləcə də “Hunday Sonata” markalı avtomobillərin alışı-satışı ilə əlaqədar yaranmış problemlərlə bağlı söhbət aparmışlar, o isə onlardan təxminən 4-5 metr aralıda dayanaraq başqa bir tanışı ilə mobil telefonla söhbət etmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs Sərxanın ünvanına söyüş işlədərək onları polisdə rasxoda verdiyini deməsini eşitmişdir. Həmin vaxt Sərxanla Pərvizin arasında mübahisə yaranmış və onların hər ikisi bir-birinin yaxasından yapışıb dartışmağa başlamışlar. Həmin vaxt Üzeyir onların yanında dayanaraq heç nə etməmişdir. O, Pərviz və Sərxanın dalaşa biləcəklərini düşünüb onları ayırmaq məqsədi ilə onlara tərəf yaxınlaşan zaman Pərviz Üzeyirə onun özünü nəzərdə tutaraq və həmçinin ünvanına nalayiq ifadə işlədərək onu vurmasını demişdir. Həmin vaxt Üzeyir onun burun nahiyəsindən bir yumruq zərbəsi vurmuş, sonra isə əynində olan gödəkçəsinin yaxasından tutaraq gödəkçəni baş nahiyəsinə çəkərək ona bir neçə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt onun özü Üzeyirə müqavimət göstərə bilməsə də, Üzeyirin ünvanına söyüş söymüşdür. Bundan sonra ordakı tanımadığı adamlar onları sakitləşdirərək aralamışlar. Onu da bildirmək istəyir ki, həmin hadisə vaxtı Üzeyir ona ciddi bir xəsarət yetirməmişdir. Bundan sonra o, Sərxanla birlikdə idarə etdiyi avtomobilə əyləşmiş və hadisə vaxtı Üzeyirin ona qarşı səbəbsiz yerə zor tətbiq etməsinə görə ona qarşı əsəbi olduğundan istifadəsində olan 070-764- 99-09 saylı mobil nömrə ilə Üzeyirin istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə zəng edərək Üzeyirin, eləcə də Pərvizin ünvanına ağır söyüşlər söymüşdür. Üzeyir də cavab olaraq onun ünvanına ağır söyüşlər söymüşdür. Bundan az sonra o, bir neçə dəfə də Üzeyirə zəng etmiş, lakin Üzeyir onun zənglərinə cavab verməmişdir. Bir qədər sonra Pərviz özü Sərxana zəng edərək onun özünün mobil nömrəsini ona deməsini və onunla danışmaq istədiyini bildirmişdir. Həmin vaxt Sərxan öz mobil telefonunu ona vermiş və Pərvizlə danışan zaman sonuncu onun mobil nömrəsini götürüb öz nömrəsinə zəng etməsini demişdir. Bundan sonra o, Sərxanın mobil telefonundan Pərvizin mobil nömrəsini götürüb öz mobil telefonundan Pərvizin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. Həmin telefon söhbəti zamanı Pərviz ondan hansı səbəbdən onun və Üzeyirin ünvanına söyüşlər söydüyünü soruşmuş, o isə Pərvizə onunla heç bir işi olmadığını və Üzeyirlə işi olmasını demiş və ondan onu söymüşdürsə buna görə ondan üzr istədiyini demişdir. Sonra o, Pərvizdən Üzeyir onu nə səbəbə vurduğunu soruşmuş və həmin vaxt bir qədər içkili və əsəbi vəziyyətdə olduğuna görə Üzeyirin ünvanına söyüş söymüşdür. Bu zaman Pərviz heç bir səbəb olmadan onun özünün ünvanına ağır söyüşlər söymüş və o da cavab olaraq Pərvizin ünvanına pis söyüşlər söymüşdür. Həmin vaxt Pərviz telefonda bərk əsəbləşərək ona ikilikdə görüşməyi təklif etmiş və o, buna etiraz etməyərək «Şamaxinka» deyilən yerdə olduğunu demişdir. Pərviz isə ona Saray qəbirstanlığının yanına gəlməsini və orada görüşmələrini demişdir. O isə Pərvizə Saray qəsəbəsinə gələ bilməyəcəyini demişdir. Bundan sonra Pərviz ona Xırdalan şəhərindəki “Xırdalan dairəsi” adlanan ərazidə yerləşən “Lukoil” adlanan yanacaqdoldurma məntəqəsinin qarşısına onunla görüşə gəlməsini demiş və o, razılaşaraq həmin yerə gələcəyini demişdir. Bu danışıqdan sonra o, Sərxanla birlikdə idarə etdiyi “VAZ 2121” markalı avtomobildə “Xırdalan dairəsi” adlanan ərazidə yerləşən “Lukoil” adlanan yanacaqdoldurma məntəqəsinin qarşısına getmişdir. Həmin yerə çatdıqda saat 22-10 radələri olmuşdur. Ora çatdıqdan sonra o, Pərvizin mobil nömrəsinə zəng etsə də, mobil telefonu sönülü olduğundan Pərvizlə danışa bilməmişdir. Orada təxminən on dəqiqə gözlədikdən sonra Pərvizin görüşə gəlməyəcəyini düşünüb o, avtomobilə minib Sərxanla birlikdə oradan bir qədər uzaqlaşmıqlar. Lakin, həmin vaxt Üzeyir Sərxana zəng edərək onlar olan avtomobili gördüyünü, geri qayıtmaqlarını və onların da görüş yerində olduğunu demişdir. Buna görə də o, avtomobilini “Lukoil” adlanan yanacaqdoldurma məntəqəsinin qarşısına geri sürmüş və həmin yerə gəldikdə Üzeyirin və əvvəllər tanımadığı Fəqan adlı şəxsin ağ rəngli, üzərində taksi nişanı olan “Priora” markalı avtomobilin qarşısında dayandıqlarını görmüşdür. Sərxanla avtomobildən düşdükdən sonra hər ikisi onlara yaxınlaşmış, həmin vaxt Fəqan özünü təqdim etmiş və söhbət əsnasında o, Fəqanın da Masallı rayonunda olmaqla onun və Pərvizin həmyerli olmasını bilmişdir. Orada dayanıb bir-iki dəqiqə söhbət etdtikdən sonra o, Pərvizin yaxınlıqda olan evakuatr maşınının arxa hissəsindən keçərək onların yanına gəldiyini görmüşdür. Pərviz onlarınm yanına gəlib öz tanışı olan həmin Fəqan adlı şəxslə görüşdükdən sonra ona “otur maşınına gedək təklikdə söhbət edək” demiş və o, Pərvizin təklifi ilə razılaşmışdır. Həmin vaxt Sərxan Pərvizə öz iradını bildirərək mübahisəyə ehtiyac olmadığını demişdir. Pərviz isə Sərxana və həmçinin digərlərinə narahat olmamaqlarını, onunla həmyerli olduqlarını və aralarında heç bir problem olmayacağını demişdir. Bundan sonra o, özünə məxsus həmin “VAZ 2121” markalı **-ZH-*** dövlət nömrə nişanlı avtomobildə sükan arxasına, Pərviz isə qabaq sağ oturacaqda əyləşmişdir. Bundan sonra o, avtomobili işə salaraq oradan bir qədər uzaqlaşmaq üçün avtomobili “Xırdalan dairəsi” adlanan yerin yaxınlığından X21 binası yerləşən küçə istiqamətdə sürmüşdur. Onlar həmin istiqamətdə yolda olan zaman Sərxan istifadəsində olan mobil nömrəsindən ona zəng edərək ondan hansı istiqamətə getdiklərini soruşmuş, o isə X21 binasının yerləşdiyi istiqamətə getdiklərini və ona narahat olmamamasını demişdir. Onlar X21 inzibati binasının yerləşdiyi əraziyə çatdıqdan sonra o, idarə etdiyi avtomobili orada yolun kənarında saxlamışdır. Lakin, bu zaman Pərviz avtomobili ikilikdə söhbət etmək üçün başqa şəxslərin olmadığı yerə sürməsini istəmiş, buna görə Bakı şəhəri Binəqədi rayonu ərazisini yaxşı tanıdığı üçün avtomobili “Vulkan dağının ətəyi” kimi tanıdığı ərazinin yaxınlığına, ətrafda yaşayış evlərinin az olduğu əraziyə sürmüşdür. Orada dağətəyi olan yerdə avtomobil yolu bitdiyindən avtomobili saxlayaraq mühərriki söndürmüş, lakin avtomobilin açarını maşının üstündə saxlamışdır. Həmin vaxt saat təxminən 22-20 radələri olmuşdur. Onlar hər ikisi avtomobildən düşdükdən sonra o, avtomobilin sağ yan hissəsinə keçərək Pərvizə yaxınlaşmış və ondan təxminən bir metr aralıda durmuşdur. Həmin vaxt Pərviz ondan nə səbəbə görə onu söydüyünü soruşmuş, o isə Pərvizə Üzeyiri söyən vaxt onu da söydüyü üçün onu söydüyünü demiş və onu söydüyünə görə Pərvizdən üzr istəmişdir. Sonra isə Pərvizə Sərxanla danışıb ondan üzr istəməsini və həmin məsələni yoluna qoymağı demişdir. Pərviz isə heç bir problem olmadığını və Sərxana zəng etməsini və onunla danışacağını bildirmişdir. Bu zaman Sərxan özü ona zəng etdiyinə görə Sərxanla danışaraq etdiklərinə görə Pərvizdən üzr istədiyini və telefonu ona verəcəyini və Pərvizin də ondan üzr istəyəcəyini bildirib telefonu Pərvizə vermişdir. Pərviz də Sərxanla danışıb onun üzr istədiyini demiş və Pərviz özü də Sərxandan üzr istəmişdir. Həmin vaxt onlar avtomobilin sağ yan hissəsindən hündürlüyə doğru təxminən 7-8 metr qalxmaqla avtomobildən aralanmış və o, Pərvizdən təxminən iki metr aşağıda dayanmışlar. Onlar telefonda danışıb qurtardıqdan sonra o, Pərvizə həmin tanışlarının yanına qayıtmağı deyərək arxasını Pərvizə dönərək avtomobilinə doğru aşağı istiqamətdə getmişdir. Bu zaman Pərvizin dayandığı istiqamətdən şakıltı səs eşitmiş və arxaya dönərək Pərvizin aşağı doğru əyildiyi görmüşdür. Həmin vaxt Pərviz başını qaldırıb ona “Əli” deyə onu səslənmiş və sağ əlində olan tapançanı onun qarnı istiqamətdə tuşlayaraq onu soymüş və sonra ona bir dəfə atəş açmışdır. Həmin vaxt aralarında təxminən 5-6 metr məsafə olmaqla Pərvizin açdığı ilk güllə onun sol bud nahiyəsinə dəymiş və o, bir qədər ağrı hiss etmişdir. Həmin vaxt Pərviz tapançanı yenə ona tərəf tuşlayaraq ikinci dəfə atəş açmış və Pərvizin açdığı ikinci güllə onun sağ bud nahiyəsinə dəymiş və o, həmin nahiyədə bərk ağrı hiss etmişdir. Bu vaxt o, Pərvizin onu öldürə biləcəyindən qorxaraq hər iki əlini havaya qaldırıb Pərvizə doğru təxminən üç-dörd metr qalxaraq hərəkət edə-edə bir neçə dəfə Pərviz sakitləşməsini və onu atmamasını xahiş etmişdir. Elə həmin vaxt Pərviz arxaya doğru iki-üç addım ataraq silahı yenə onun sinəsi istiqamətdə tuşlayaraq və yenə onun ünvanına söyüş söyüb silahdan daha bir dəfə də atəş açmışdır. Pərvizin açdığı üçüncü güllə onun sol qol nahiyəsinə dəymiş və o, möhkəm ağrı hiss etdiyindən qışqırmağa başlamış və təpəlik yerdən aşağı doğru qaçmağa başlamışdır. Bir qədər aralandıqdan sonra qaça bilmədiyinə görə yerə yıxılmış və buna görə də oradan sürünərək uzaqlaşmağa başlamışdır. Oradan bir qədər uzaqlaşan zaman öz atomobilinin işə salınmasının səsini eşitmiş və bu zaman Pərvizə doğru baxdıqda Pərvizin onun “VAZ 2121” markalı avtomobilin sükan arxasına əyləşərək avtomobili həmin əraziyə gəldikləri avtomobil yoluna doğru sürdüyünü görmüşdür. Bundan sonra o, yaralı vəziyyətdə çətinliklə avtomobil yoluna doğru getmiş və orada olan qaz xəttinin üzərindən keçməyə çalışsa da, keçə bilməyərək turbanın alt hissəsindən sürünüb keçərək avtomobil yoluna çatmışdır. Bu zaman Sərxan ona zəng etmiş və o, Sərxana Pərvizin tapança silahından atəş açmaqla onu yaraladığını demişdir. Sərxan ondan harada olduğunu soruşmuş, o izah versə də Sərxan onun olduğu yeri tanıya bilməmişdir. Buna görə də o, Sərxana taksi sürücüsü olan tanışı Vüsala zəng edib ora çağıracağını demiş və bundan sonra tanışı olmaqla taksi sürücüsü işləyən Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək olduğu yeri ona izah edib təcili olaraq onun yanına gələrək onu götürməsini xahiş etmişdir. Bundan təxminən on dəqiqə sonra o, həmin yolda olan çörək sexinin yanına çatdıqda Şahid5 idarə etdiyi “Daevo Centra” markalı avtomobildə onun yanına gəlıb çıxmış və Vüsala onu Binəqədi rayonu “Mərkəz” adlanan ərazidə yerləşən 16 saylı X24 Stansiyasına aparmasını demişdir. Vüsal ondan nə baş verməsini soruşduqda ona ağrıdığını deyərək onu tez həkimə çatdırmasını xahiş etmişdir. O, Vüsalın maşınıda yolda olarkən Sərxan yenə ona zəng edərək harada olduğunu soruşmuş, lakin danışa bilmədiyi üçün mobil telefonunu Vüsala verib getdikləri yeri izah etməsini bildirmişdir. Onlar həmin X24 Stansiyasına çatdıqda orada ona tibbi yardım göstərilməsi üçün həkim tapa bilməmişlər. Həmin vaxt Sərxan da həmin X24 Stansiyasına gəlib çıxmışdır. Sonra onlar birlikdə Vüsalın avtomobilində onu X11 aparmış və həmin xəstəxanada o, üç həftə stasionar qaydada müalicə aldıqdan sonra evə buraxılmışdır. Onu da bildirmək istəyir ki, onlar xəstəxanaya gedərkən o, hadisə barədə Sərxana və Vüsala danışaraq Pərvizin ona tapança silahından üç dəfə atəş açdığını və Pərvizin onu orada qoyub onun maşınını da sürüb çıxıb getdiyini bildirmişdir. Beləliklə, hadisə yerində olan zaman onun özü Pərvizə qarşı heç bir pis hərəkət etməyərək ondan üzr istəmişdir. Lakin, bunu ondan gözləmədiyi halda Pərviz onun üstünə tapança çıxarıb yaxın məsafədən ona üç dəfə atəş açaraq onu bərk yaralmış və ona heç bir köməklik etməmişdir. Verilmiş sualara cavab olaraq bildirmişdir ki, hadisə baş verməzdən əvvəl Binəqədi rayonu “Vulkan dağının ətəyi” adlanan ərazidə olan zaman aralarında olan söhbət zamanı o, Pərvizə həmyerli olmaqla Masallı rayonundan olduğunu demiş və aralarında olan narazıçılıq, yəni onun ünvanına söyüş işlətdiyinə görə Təqsirləndirilən şəxs üzr istəmişdir. O, Pərvizdən üzr istədiyi vaxt Sərxan ona zəng vurmuş və o, Sərxana Pərvizdən üzr istədiyini demiş və Pərviz də Sərxanla danışıb sonuncudan üzr istəmişdir. Pərvizlə danışıb ondan üzr istədikdən sonra o, Pərvizə uşaqların yanına qayıtmalarını demişdir. Bundan sonra o, avtomobilinə tərəf gedərək Pərvizdən təxminən beş-altı metr aralanmışdır. Bu zaman Pərviz onu arxadan səsləmiş və o geri çevrilib ona tərəf baxan zaman Pərviz ona tərəf atəş açmış və birinci güllə onun sol bud nahiyəsinə dəymişdir. Bundan iki-üç saniyə sonra Pərviz ikinci dəfə atəş açmış və ikinci güllə onun sağ bud nahiyəsinə dəymişdir. Bundan bir-iki saniyə sonra Pərviz üçüncü dəfə atəş açmış və əllərini yuxarı qaldırdığına görə güllə onun sol qol nahiyəsinə dəymiş və bundan sonra o, oradan qaçıb uzaqlaşmağa başlamışdır. Atəş açan zaman Pərviz onu öldürəcəyi ilə hədələməmişdir. İkinci dəfə atış açandan sonra o, Pərvizə sakitləşməsini və onu atmamasını demişdir. Pərvizin onu vurmasının səbəbini onun həmin gün Pərvizə söyüş söyməsi ilə bağlı olmasını izah edir. Hadisə vaxtı Təqsirləndirilən şəxs onu öldürməklə hədələməyib. Pərviz hadisə yerində silahı ona tərəf tutarkən Pərvizə demişdir ki, “özünü də, məni də bədbəxt etmə, at silahı.” Pərviz cəmi üç dəfə atəş açıb və güllələr onun qolundan və həmçinin hər iki bud nahiyyəsindən dəymişdir. Onun özü sürünərək yaxınlıqdakı trubaya doğru getmişdir, trubaya çatanda isə Pərvizin oradan maşınla uzaqlaşdığını eşitmişdir. Onun özü isə trubanın yanında dostu Vüsala zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra dostu Vüsal oraya gələrək onu xəstəxanaya aparmışdır. Hadisə yerində olan və Pərvizin sürüb apardığı maşın onun özünə məxsusdur. Hadisə vaxtı Pərvizin onun maşınını necə qaçırtdığını görməmişdir, sadəcə maşın səsi eşitmişdir. Onun sol bazusundakı yara güllə yarasıdır və Pərviz üçüncü dəfə atəş açan zaman güllə onun sol qoluna dəymişdir. O hadisə yerindən qaçıb uzaqlaşan zaman Pərviz ona bir daha atəş açmamışdır. Hadisə günü onun dostu Sərxanla Pərviz arasında mübahisə düşmüşdü. O isə onları ayırmağa çalışmışdır. Həmin vaxt o, Üzeyiri söymüş, Pərviz isə Üzeyiri söydüyünə görə onu söyüşlə təhqir etmişdir. Sonra hamı oradan çıxıb getmişlər. axşam saat 8-9 radələrində o, Sərxanla bir yerdə olarkən Pərviz Sərxana zəng vuraraq onun nömrəsini istəmişdir. O telefonu alıb Pərvizə bildirmişdir ki, onunla işi yoxdur. Pərviz isə onu telefonda söymüşdür. Onlar görüş təyin etmişlər. Üzeyir, Sərxan, Pərviz və o görüşmüşlər. Pərviz ona təklif etmişdir ki, kənarda ikilikdə öz söhbətlərini özləri həll etsinlər və buna görə də onun maşınına minərək getmişlər. Maşında gedərkən o, Pərvizə demişdir ki, ondan üzr istəyir və o da Sərxandan üzr istəsin. Hadisə yerində Sərxan ona zəng edəndə o, telefonu Pərvizə vermişdir ki, Sərxandan üzr istəsin və Pərviz də Sərxandan iüzr istəmişdir. Atəş açmazdan əvvəl Pərviz onu arxadan çağırmış və o Pərvizə tərəf dönəndə görmüşdür ki, Pərviz tapançanı onun bədəninin aşağı tərəfinə tuşlayıb və bundan sonra Pərviz atəş açmışdır. Həmin vaxt Prviz onu öldürməklə hədələməyib. Pərviz onun başından da vurmaq iqtidarında olub, lakin vurmayıb. Atəş açıvlan zaman aralarında təxminən 2-3 metr məsafə olmuşdur. Həmin hadisəyə qədər Pərvizin onu hədələyibhədələmədiyini xatırlamır. Pərvizi hadisə günündən iki il əvvəl görmüşdür. Hal-hazırda onun Pərvizə qarşı onun heç bir şikayəti yoxdur və onunla barışmışlar. Hadisə günü «M.Əcəmi» metrostansiyasının yaxınlığında öz tanışları Şahid2, Şahid1 və Zərərçəkmiş şəxslə görüşüb arlarında mübahisə baş verib oradan çıxıb getdikdən sonra aralarında olmuş telefon söhbəti zamanı Zərərçəkmiş şəxslə bir-birlərinin ünvanına söyüş işlətdiklərinə görə bununla bağlı ikilikdə görüşməyi Pərvizə onun özü yox, Pərviz özü təklif etmiş və bununla bağlı öz aralarında razılaşaraq az sonra Xırdalan şəhəri “Xırdalan dairəsi” adlanan ərazidə görüşmüşlər. Həmin yerə gəldikdən sonra onun avtomobilinə oturub ikilikdə söhbət etməyi onun özü yox, Pərviz təklif etmişdir. Onlar hadisə yerində olan zaman Zərərçəkmiş şəxs ondan üzr istəməmişdir. Hadisə yerində olan zaman onun əlində heç bir vintaçan və ya başqa bir əşya olmamışdır. Hadisə vaxtı əlində olan vintaçanla onu vuracağı ilə hədələyərək ondan Sərxandan üzrə istəməsini tələb etdiyi barədə Təqsirləndirilən şəxs dediklərini təsdiq etmir. Hadisə yerində onun ünvanına söyüş söydüyünə görə onun özü Pərvizdən üzr istəmiş və onun xahişi ilə Pərviz Sərxanla telefonda danışaraq ondan üzr istəmişdir. İş üzrə ibtidai istintaq zamanı iş üzrə dindirilən zaman müstəntiq tərəfindən ona qarşı heç bir təzyiq olmamış və o, hadisənin yuxarıda göstərdiyi şəraitdə baş verdiyini demişdir. Elan edilməklə ona təqdim edilmiş müvaafiq olaraq cinayət işinin üçüncü cildinin 11-22-ci vərəqlərində olmaqla iş üzrə zərərçəkmiş şəxsm qismində dindirilməsi haqqında 08 oktyabr 2020-ci il tarixli protokol ona tanışdır və protokolun sonunda azərbaycan dilində latın əlifbası ilə «İfadəmi oxudum. Sözlərimlə düzgün yazılıb, doğruluğunu imzamla təsdiq edirəm» ədyazma mətnini şəxsən özü yazıb həmin protokolu imzalamışdır. Müstəntiq tərəfindən dindirilən zaman o, hadisə günü nə baş vermişdirsə hamısını təraflı danışmışdır və həmin protokolu oxuyaraq onu imzalamışdır. Hadisə ilə bağlı həmin ifadəsində göstərdiklərini, yəni hadisə günü «M.Əcəmi» metrostansiyasının yaxınlığında öz aralarında mübahisə yaranıb həmin yerdən çıxıb getdikdən sonora aralarında olmuş telefon söhbəti zamanı Təqsirləndirilən şəxsla bir-birlərinin ünvanına söyüş işlətdikləri və bununla bağlı görüş təyin edən zaman Təqsirləndirilən şəxs telefonda bərk əsəbləşərək ona «gəl görüşək, səni öldürəcəm» deyə onu hədələdiyi, onun isə Pərvizə «mən Şamaxinkadayam öldürürsən gəl öldür” deyə cavab verdiyi hissədə olan ifadələrini əsasən təsdiq edir, lakin həmin vaxt Pərviz onu öldürməklə hədələməsini xatırlamır. Hadisə yerində olduqları zaman Təqsirləndirilən şəxs əlində olan tapança silahını ona tərəf tuşlayaraq ona atəş açmazdan əvvəl ona «sənə demişdim axı səni öldürəcəm” sözlərini deyərək bir dəfə atəş açdığı və ilk güllənin onun sol bud nahiyəsinə dəydiyi, bundan 2-3 saniyə sonra Pərvizin silahdan ikinci dəfə atəş açdığı və Pərvizin açdığı ikinci güllənin onun sağ bud nahiyəsinə dəydiyi, bundan sonra Pərvizi onu öldürmək fikrindən daşındırmaq üçün hər iki əlini havaya qaldırıb Pərvizə doğru təxminən üç-dörd metr qalxaraq hərəkət edə-edə bir neçə dəfə “Pərviz sakitləş, salamatçılıqdı atma” deyə bildirdiyi, elə həmin vaxt Pərviz arxaya doğru iki-üç addım ataraq silahı onun sol ürək-çiyin nahiyəsinə tuşlayıb onun ünvanına ağır söyüşlər söyüb silahdan bir daha atəş açdığı və Pərvizin açdığı üçüncü güllənin onun sol qol nahiyəsinə dəydiyi və həmin vaxt möhkəm ağrı hiss etdiyindən qışqıraraq olduqları bir qədər hündür yerdən aşağı doğru qaçıb ordan uzaqlaşdığı barədə ibtidai istintaq zamanı verdiyi ifadələrini əsasən təsdiq edir. Hadisə həmin şəraitdə baş vermiş və Pərviz ona yaxın məsafədən üç dəfə atəş açmışdır. Lakin, həmin vaxt Pərviz onu öldürməklə hədələməmişdir. Onun özü əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuşdur. Belə ki, 2018ci ilin may ayında o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il ona bir ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur və hal-hazırki vaxta qədər cəzasını çəkib qurtarmamışdır. Hadisə vaxtı onun özü bir qədər içkili vəziyyətdə olmuşdur. O, hər-hansı bir narkotik vasitədən istifadə etmir. Bir daha bildirir ki, baş vermiş hadisə ilə bağlı onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxur. Onunla barışmışdır və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşayır və uzun müddətdir ki, fərdi qaydada avtomobillərin alqı-satqısı ilə məşğul olur. İş üzrə təqsirləndirilən şəxs Pərviz Mayıiovu 2016-cı ildən tanıyır. Belə ki, o zaman Pərviz Mayıiov Sumqayıt şəhərində yerləşən “Avtosalon-200” adlanan avtomobil satışı ofisində satıcı işləmiş və o, həmin il qeyd etdiyi avtosalondan avtomobil alarkən Pərvizlə tanış olmuş, həmin vaxtdan Pərvizlə münasibətləri həmişə yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. İş üzrə Zərərçəkmiş şəxs isə təxminən 2013-cü ildən tanıyır. Əli də avtomobillərin alqısatqısı ilə məşğul olduğuna görə onunla o zaman ondan avtomobili satın alarkən tanış olmuş, həmin vaxtdan münasibətləri yaranmış və hal-hazırda da münasibətləri çox yaxşıdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, hadisə günü, yəni 22 fevral 2020-ci il tarixdə saat 11-12 radələrində öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs mobil nömrəsinə zəng edərək vaxt keçirmək üçün görüşüb bir yerdə çay içmələrini təklif etmiş və Əli də razılıq verərək təxminən saat 13 radələrində idarə etdiyi “VAZ 2121” markalı avtomobildə onun yanına gələrək onu götürmüş, sonra isə «M.Əcəmi» metrostansiyasının yaxınlığında yerləşən çay evlərinin birində oturub çay içmişlər. Həmin vaxt ümumi tanışları olan Şahid2 ona zəng edərək onunla görüşmək istədiyini demiş, o isə olduqları çay evinin ünvanını deyərək onu öz yanlarına dəvət etmişdir. Üzeyir isə həmin yerə gələcəyini desə də, ora gəlib çıxmamış və buna görə də təxminən saat 14-30 radələrində Əli ilə birlikdə həmin çay evindən çıxaraq Əlinin və onun ümumi tanışları olan Sənan Əliyevin dəvəti Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən “AF” adlanan iaşə obyektinə getmiş və orada Sənan ilə birlikdə orada yeyib içərək birlikdə bir litrlik araq içmişlər. Onu da bildirmək istəyir ki, Sənanla görüşə getməzdən bir qədər əvvəl onun özü Üzeyirə zəng edərək onun harada olduğunu soruşmuş, Üzeyir isə «8-ci kilometr» adlanan ərazidə olan maşın bazarında olduğunu ona demiş, o isə Əli ilə birlikdə olduğunu və Badamdar qəsəbəsinə çörək yeməyə getdiklərini və öz işlərini bilirdikdən sonra onunla əlaqə saxlamasını xahiş etmişdir. O, Əli və Sənanla birlikdə Badamdar qəsəbəsinə olan həmin iaşə obyektində yeyib-içdikdən sonra, təxminən saat 19 radələrində Sənanla sağollaşıb ondan ayrılmışlar. Bundan sonra Əli öz avtomobilində onu yaşadığı ünvana aparan zaman Üzeyir ona zəng edərək harada olduğunu soruşmuş, o isə Üzeyirə yalandan Binəqədi rayon Polis idarəsinin 7-ci polis bölməsində olduğunu bildirmişdir. Belə ki, o zaman onun, eləcə də Üzeyir və Pərvizin birlikdə satışını həyata keçirdikləri “Toyota Land-Crusier Prado” markalı **-RA-*** dövlət nömrə nişanlı avtomobillə bağlı maşının sahibi şikayət etdiyinə görə həmin polis bölməsində araşdırma aparılmışdır. Onu da bildirmək istəyir ki, Üzeyirə həmin polis bölməsində olmasını yalandan o niyyətlə bildirmişdir ki, Üzeyir və Pərviz həmin avtomobilin satışı ilə bağlı yaranmış problemin həlli ilə məşğul olsunlar, çünki bununla bağlı onların arasında o vaxt müəyyən narazıçılıq olmuşdur. Bundan sonra onun xahişi ilə Əli onu aparıb həmin polis bölməsinin qarşısında düşürmüşdür. Maşından düşən zaman o, Əliyə onu bir qədər gözləməsini və həmin bölməyə girib tez çıxacağını demişdir. Buna görə də Əli öz maşının həmin bölmədən təxminən 300 metr aralıda saxlamışdır. Onu da bildirmək istəyir ki, Əlinin həmin avtomobilin satışına heç bir aidiyyəti olmadığına görə o, bu barədə ona bir söz deməmiş və həmçinin Üzeyirə də Əlinin onun yanında olmasını bildirməmişdir. Əli ondan uzaqlaşdıqdan sonra o, həmin polis bölməsinə girməyərək orada yaxınlıqda təxminən on dəqiqə gözləmişdir. Bundan sonra o, Üzeyirə zəng edərək guya həmin polis bölməsindən çıxdığını deyib onun harada olduğunu soruşmuş, Üzeyir isə «M.Əcəmi» metrostansiyasının qarşısında olduğunu ona demişdir. Həmin vaxt o, Üzeyirə maşınsız olduğunu və Əliyə zəng edərək onu həmin polis bölməsinin qarşısından götürüb onun yanına aparmasını demiş və Üzeyir Əliyə zəng edib bu barədə deyəcəyini ona bildirmişdir. Bu yolla o, Üzeyiri onun 7-ci polis bölməsində olduğuna inandırmaq istəmişdir. Bundan sonra Əli idarə etdiyi avtomobildə həmin polis bölməsinin qarşısına gələrək onu götürərək avtomobili «M.Əcəmi» metrostansiyasının çıxışının yaxınlığında sürmüşdür. Həmin yerə gəldikdə Üzeyirin Təqsirləndirilən şəxs ilə birlikdə olmalarını görmüş və söhbət zamanı Təqsirləndirilən şəxs Əliyə tanışlıq verərək onunla 2018-ci ildə maşın alqı-satqısı ilə bağlı tanış olduğunu, lakin sonra bir-birlərini görmədiklərini demiş və Əli də Pərvizin kim olmasını xatırlamışdır. Bundan sonra onun özü, Üzeyir və Pərviz öz aralarında “Toyota Land-Crusier Prado” markalı 90-RA- 411 dövlət nömrə nişanlı, eləcə də “Hunday Sonata” markalı **-OJ-*** dövlət nömrə nişanlı avtomobillərin bir müddət əvvəl alışı-satışı ilə əlaqədar yaranmış problemlərin həlli ilə bağlı söhbət etmiş, Əli isə onlardan bir qədər aralıda dayanaraq onların söhbətinə qarışmamışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs onunla kobud tərzdə danışaraq Binəqədi RPİ-nin 7-ci polis bölməsində verdiyi izahatında onun adını çəkərək, həmin “Toyota Land-Crusier Prado” markalı avtomobili onun və Üzeyirin vasitəçiliyi ilə satdığını bildirdiyini demiş, o isə Pərvizə polis bölməsində verdiyi izahatında nə onun, nə də ki, Üzeyirin adını çəkmədiyini və həmin avtomobilin başqa bir adama satıldığını bildirdiyini desə də, Pərviz ona inanmamışdır. Həmin vaxt Pərviz ondan satışını həyata keçirmək istədikləri həmin “Hunday Sonata” markalı avtomobilin tapılması üçün verdiyi pulu nəzərdə tutaraq, bununla bağlı onun 1000 manat pulunu geri qaytarmasını ondan tələb etmişdir. O isə Pərvizə maşın alveri ilə bağlı əslində onun özünün ona borclu qaldığını və bunu hesablamaq lazım olduğunu demişdir. Həmin vaxt Pərviz bərk əsəbləşərək onun ünvanına söyüş işlətmiş və «polisdə bizi rasxoda vermisən» deyərək onu sinəsindən itələmiş və onlar bir-birləri ilə tutaşıb dartışmağa başlamışlar. Bu zaman Əli ayırmaq üçün onlara tərəf yaxınlaşdıqda Pərviz Əlinin ünvanına söyüş işlədərək Üzeyirə Əlini vurmasını demişdir. Həmin vaxt Üzeyir Əlinin burun nahiyəsindən bir yumruq zərbəsi vurmuş və onlar da tutaşmışlar. Bu zaman orada olan tanımadığı şəxslər onları bir-birlərindən ayırmışlar. Bundan sonra Pərviz və Üzeyir bir taksi maşınına oradan çıxıb getmişlər. Həmin hadisə vaxtı Əli yerə yıxıldığına görə o, ona yaxınlaşaraq onu yerdən qaldırmış və Əli özünə gəldikdən sonra sonra o, Əlinin idarə etdiyi avtomobilə əyləşmişdir. Həmin hadisə zamanı Əli Üzeyirin ona qarşı səbəbsiz olaraq zor tətbiq edib onu yumruqla vurduğuna görə əsəbi vəziyyətdə olduğundan öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Üzeyirin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Üzeyirin və eləcə də Pərvizin ünvanına ağır söyüşlər işlətmiş və həmin telefon danışığı zamanı Üzeyir də Əlinin ünvanına ağır söyüşlər işlətmişdir. O, Əlini sakitləşdirməyə çalışmış, lakin sonradan Əli bir neçə dəfə də Üzeyirə zəng elmiş, lakin Üzeyir telefona cavab verməmişdir. Bu zaman Pərviz özü ona zəng edərək onun mobil nömrəsini Əliyə bildirməsini və Əli ilə danışmaq istədiyini ona demişdir. O isə Əlinin onun yanında olduğunu deyərək öz mobil telefonunu Əliyə vermişdir. Onların telefon söhbətindən o, Pərvizin Əlidən onun öz mobil nömrəsinə zəng etməsini dediyini bilmiş və bundan sonra Əli onun mobil telefonundan Pərvizin mobil nömrəsini götürüb öz nömrəsi ilə Pərvizin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Həmin telefon söhbəti zamanı Əli Üzeyirin ünvanına pis söyüşlər söyməyə başlamış və son nəticədə Pərviz və Əli bir-birlərinin ünvanına ağır söyüşlər söymüşlər. Həmin telefon söhbəti zamanı Pərviz Əliyə ikilikdə görüşməyi demiş və telefon söhbəti zamanı Pərviz və Əli Xırdalan şəhərindəki “Xırdalan dairəsi” adlanan ərazidə yerləşən “Lukoil” adlanan yanacaqdoldurma məntəqəsinin qarşısında görüşmək barədə razılaşmışlar. Onu da bildirmək istəyir ki, həmin telefon danışıqları zamanı Əlinin yanında avtomobildə olduğundan və Əlinin danışdığı mobil telefonun səsi yüksək çıxdığından onların nə danışmalarını eşitmişdir. Həmin telefon danışıqlardan bir az sonra yəni, saat təxminən saat 22-10 radələrində o, Əli ilə birlikdə sonuncunun idarə etdiyi həmin “VAZ 2121” markalı avtomobildə “Xırdalan dairəsi” adlanan ərazidə yerləşən “Lukoil” adlanan yanacaqdoldurma məntəqəsinin qarşısına getmişlər. Ora gəldikdən sonra Əli Pərvizin mobil nömrəsinə zəng etsə də, Pərvizin nömrəsinə zəng çatmamışdır. Orada bir qədər gözlədikdən sonra Pərvizin görüşə gəlməyəcəyini düşünürək oradan uzaqlaşan zaman Üzeyir özü ona zəng edərək görüş yerində olduğunu və geri qayıtmalarını ona demiş və buna görə Əli avtomobili “Lukoil” adlanan yanacaqdoldurma məntəqəsinin qarşısına geri sürmüşdür. Ora gəldikdə orada Üzeyirin onun özü əvvəllər tanımadığı Fəqan adlı şəxsin üzərində taksi nişanı olan “Priora” markalı avtomobilin qarşısında dayandıqlarını görmüşdür. Əli ilə avtomobildən düşdükdən sonra hər ikisi onlara yaxınlaşmışlar. Söhbət zamanı o, həmin Fəqan adlı şəxsin Masallı rayonunda olmaqla Pərvizin dostu olmasını bilmişdir. Orada bir neçə dəqiqə dayanıb söhbət edən zaman o, Pərvizin onlara yaxınlaşdığını görmüşdür. Pərviz onların yanına çatdıqa onlarla görüşərək Əliyə “otur maşınına gedək təklikdə söhbət edək” demiş, o isə Pərvizə mübahisəyə ehtiyac olmadığını demişdir. Pərviz isə onlara narahat olmamalarını, Əli ilə həmyerli olduqlarını və aralarında heç bir problem olmayacağını bildirmişdir. Bundan sonra Əli Pərvizin təklifi ilə razılaşaraq idarə etdiyi “VAZ 2121” markalı avtomobildə sükan arxasına, Pərviz isə qabaq oturacağa əyləşdikdən sonra onların yanından həmin avtomobildə ikisi çıxıb getmişlər. Bundan təxminən üç dəqiqə sonra o, öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Əlinin mobil telefon nömrəsinə zəng edərək hansı istiqamətə getdiklərini soruşmuş, Əli ona X21 inzibati binasının yerləşdiyi istiqamətə getdiklərini və ona narahat olmamasını deyib söhəti bitirmişdir. Həmin vaxt Fəqan Pərvizə zəng etməyə çalışsa da, Pərvizin mobil nömrəsinə zəng çatmamışdır. Buna görə Fəqan onlardan Əlinin mobil nömrəsini soruşub Əliyə zəng edərək harada olduqlarını soruşmuş və onların yanına gəlmək istədiklərini bildirmişdir. Lakin, Əli buna ehtiyac olmadığını deyərək danışığı bitirmişdir. Bundan sonra onun özü və Üzeyir Fəqanın idarə etdiyi “Priora” markalı avtomobilə əyləşib X21 inzibati binası istiqamətdə getmiş, lakin Əlinin avtomobilini görə bilmədikləri və onların hara getdiklərini bilmədiklərinə görə əvvəlki yerə geri qayıtmışlar. Onlar geri qayıdan zaman, təxminən saat 22-20 radələrində o, yenidən Əliyə zəng etmiş və Əli onun zənginə cavab verərək Pərvizdən üzr istədiyini, Pərvizin də ondan üzr istəyəcəyini və telefonu Pərvizə verdiyi bildirmişdir. Bundan sonra Pərviz özü onunla telefonda danışaraq Əlinin ondan üzr istəyini bildirib ondan üzr istəmişdir. Telefonu səsli etdiyinə görə həmin söhbəti həmin vaxt onun yanında olan Üzeyir və Fəqan da eşitmişlər. Bundan təxminən iki-üç dəqiqə sonra onların yanını gəlib-gəlmədiklərini dəqiqləşdirmək üçün yenidən Əliyə zəng etmiş, lakin Əli tənginəfəs halda zəngə cavab verərək Pərvizin tapança silahından atəş açmaqla onu yaraladığını ona demişdir. O, Əlidən harada olduğunu soruşmuş, Əli harada olmasını ona izah etsə də, o, həmin yeri tanıya bilməmişdir. Həmin vaxt Əli ümumi tanışları olan taksi sürücüsü Vüsala zəng edib öz yanına çağıracağını deyərək danışığı bitirmişdir. Bundan təxminən on dəqiqə sonra o, yenidən Əliyə zəng edərək harada olduğunu soruşduqda Əli danışa bilməyərək mobil telefonunu Vüsala vermişdir. Vüsal ona Əlinin halsız olduğunu və onu Binəqədi rayonunda “Mərkəz” adlanan ərazidə yerləşən 16 saylı X24 Stansiyasına aparıdığını demişdir. Bundan sonra o, dərhal həmin X24 Stansiyasına getmiş və orada Əlinin hər iki ayaqlarının bud nahiyyələrindən və sol qolundan yaralandığını və üst-başının qan içində olmasını görmüşdür. Həmin stansiyada Əliyə tibbi yardım göstərilməsi üçün həkim tapa bilmədiklərinə görə o, Vüsalla birlikdə sonuncunun idarə etdiyi taksi maşınında Əlini Bakı şəhəri X11 çatdırmışlar. Onu da bildirmək istəyir ki, onlar xətəxanaya gedərkən Əli onlara onunla telefonda danışıdıqdan sonra gözləmədiyi halda Əlinin qəflətən üzərindən tapança çıxararaq ona üç dəfə atəş açaraq onu yaraladığını və çox çətinliklə hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Əli həmçinin onlara Pərvizin ona atəş açdıqdan sonra onun maşınını da sürüb oradan çıxıb getdiyini bildirmişdir. Buna görə o, Binəqədi rayon Polis idarəsinə zəng edərək hadisə ilə bağlı məlumat vermiş və həmçinin Pərviz Abıyevin hadisə yerindən “VAZ 2121” markalı **-ZH-*** dövlət nömrə nişanlı avtomobillə qaçdığını bildirmişdir. Beləliklə, həmin hadisədən əvvəl o, Pərvizdə tapança silahı olmasını bilməmiş və həmin hadisə onun üçün gözlənilməz olmuşdlur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Hadisə günü «M.Əcəmi» metrostansiyasının yaxınlığında görüşüb söhbət edən zaman maşın alveri ilə bağlı onunla Təqsirləndirilən şəxs arasında mübahisə yaranmışdır. X26 öz aralarında mübahisə etməmişlər. Onlar tutaşan zaman Əli onları ayırmaq üçün onlara yaxınlaşmış və həmin vaxt Üzeyir Əlinin onlara yaxınlaşmasını imkan verməmişdir. Həmin vaxt Pərviz Əlinin ünvanına söyüş işlətdikdən sonra Üzeyir Əlini yumruqla vurmuş və bununla bağlı onların arasında da mübahisə yaranmışdır. Həmin mübahisə vaxtı onların heç biri hər-hansı bir xəsarət almamışdır. Yaxınlıqda olan adamlar onları ayırdıqdan sonra Pərviz və Əli oradan çıxıb getmişlər. Hadisə vaxtı Zərərçəkmiş şəxs bir qədər içkili vəziyyətdə olub, lakin Əlinin huşu başında olmuşdur. Təqsirləndirilən şəxsla Əlinin arasında əvvəllər heç bir ədavət olmamışdır. Onun özü ilə də Əli Mayılovun arasında nə hadisə zamanı, nə də hadisədən əvvəlki tarixlərdə heç bir mübahisə olmayıb. Onlar «Xırdalan» dairəsi adlanan yerin yaxınlığında olarkən onun özü Əli ilə Pərvizi barışdırmaq istəmişdir. Pərviz Əliyə maşına oturub söhbət etmələrini dedikdə, onların hər ikisi ikilikdə söhbət etmək istədiklərini bildirib Əlinin idarə etdiyi maşında oradan uzaqlaşmışlar. Sonradan növbəti dəfə ona zəng vuran zaman isə Əli ona Pərvizin onu tapança ilə vurub yaraladığın bildirmişdir. Əli hadisədən qabaq zəng etdikdə Pərviz onunla telefonda danışaraq ondan üzr istəmişdir. Pərviz həmin vaxt Əli ilə bir yerdə olmuşdur. Əlinin özü də Pərvizdən üzr istədiyini bildirmişdir. Hadisə günü «M.Əcəmi» metrostansiyasının yaxınlığında Şahid2lə görüşməkdə onun fikri maşın alveri ilə bağlı yaranmış problemi aydınlaşdırmaq olmuşdur. O, Zərərçəkmiş şəxs ilə bir yerdə Üzeyirin yanına həmin yerə getmişlər. Pərvizin də oraya gələcəyini onun özü əvvəlcədən bilməmişdir. Onların, yəni Şahid2, Təqsirləndirilən şəxs və onun özünün arasında maşın alveri ilə bağlı yaranmış məsələyə Zərərçəkmiş şəxs heç bir aidiyyəti olmamışdır. Zərərçəkmiş şəxs onunla ora bir yol yoldaşı kimi öz maşınında gəlmişdir. Həmin vaxt onun özü və həmçinin Əli bir qədər içkili olmuşlar. «M.Əcəmi» metrostansiyasının yaxınlığında ilk mübahisə onun özü və Təqsirləndirilən şəxs arasında yaranmışdır. Lakin, Pərviz onunla tutaşan zaman Əli onlara tərəfə gələn zaman Əli ilə əvvəlcə Üzeyirin, sonra isə Əli ilə Pərvizin arasında sözlə mübahisə yaranmışdır. Lakin, olnlar həmin metrostansiyasının yaxınlığında olan zaman orada Əli ilə Pərvizin arasnda heç bir dava-dalaş olmamışdır. Əli içkili olduğuna görə əllə-qolla danışmışdır. Hadisə günü Xırdalan şəhəri “Xırdalan dairəsi” adlanan ərazidə yenidən görüşməzdən əvvəl aralarında olan telefon söhbəti zamanı Zərərçəkmiş şəxs əvvəlcə Üzeyirin, sonra isə həmçinin Pərvizin ünvanına pis söyüşlər söymüşdür. Həmin vaxt telefon səsli oldğuna görə onların söhbətlərini eşitmişdir. Telefon söhbəti zaman Pərviz də Əlinin ünvanına pis söyüşlər söymüş və ikilikdə görüşməyi demişdir. Həmin telefon söhbəti zamanı Pərviz və Əlinin ünvanına pis söyüşlər söyərək Əliyə “səni öldürəcəm” sözlərini demişdir. Bundan bir qədər sonra onlar «Xırdalan dairəsi» adlanan yerin yaxınlığında olan “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında yenidən görüşmüşlər. Onlar həmin yerdə olan zaman Pərviz ilə Əlinin arasında heç bir mübahisə və ya dava-dalaş olmamışdır. Hadisədən əvvəl o, Əlinin idarə etdiyi avtomobildə “Lukoil” adlanan yanacaqdoldurma məntəqəsinin qarşısına gəlib orada maşından düşüb Üzeyir və Pərvizin Fəqan adlı tanışı ilə dayanıb söhbət edən zaman Pərviz ora gələrək Fəqan ilə salamlaşmış, sonra isə Əliyə maşına oturub ikilikdə söhbət etmələrini demiş və Əli də buna etiraz etməmişdir. Həmin vaxt onun özü buna etiraz edərək mübahisə etmək lazım oladığını demiş, Pərviz isə cavab olaraq narahat olmamalarını və aralarında heç bir problem olmayacağını bildirmişdir və bundan sonra onlar ikisi onların yanından uzaqlaşıb çıxıb getmişlər və sonra onların arasında nə baş verdiyi barədə Əli ilə aralarında əvvəlcə olan telefon söhbəti, sonra isə onu xəstəxanaya aparan zaman bilmişdir. Təqsirləndirilən şəxs tapança silahı olması barədə onun özünün heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həmin silahı haradan, nə vaxt əldə etdiyi, hadisə günü silahı üstündə harada saxladığı barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 hadisələrin baş vermə yeri, vaxtı və şəraiti barədə Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək, hadisə günü, yəni 22 fevral 2020-ci il tarixdə öz tanışları Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 ilə hansı şərəaitdə telefon əlaqəsi saxlayaraq həmin 19-45 radələrində Bakı şəhəri «M.Əcəmi» metrostansiyasının yaxınlığında görüşdükləri, həmin görüş zamanı Təqsirləndirilən şəxsla Şahid1 arasında maşın alveri ilə bağlı aparılan söhbət zamanı aralarında mübahisə yaranaraq həmin şəxslərin bir-birləri ilə tutaşdıqları, həmçinin onun özü ilə Zərərçəkmiş şəxs arasında həmin yerdə mübahisə baş verib həmin yerdən aralanıb Təqsirləndirilən şəxsla birlikdə taksi maşınında Abşeron rayonu Saray qəsəbəsi istiqamətdə gedərkən Zərərçəkmiş şəxs öz istifadəsində olan mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək əvvəlcə onun, sonra isə Təqsirləndirilən şəxs ünvanına ağır söyüşlər işlətdiyini, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək həmin şəxslərin bir-birlərinin ünvanına nalayiq söyüşlər işlətdikləri və ikilikdə görüşüb söhbət etmək üçün son nəticədə həmin şəxslərin Xırdalan şəhəri “Xırdalan dairəsi” adlanan ərazidə yerləşən “Lukoil” adlanan yanacaqdoldurma məntəqəsinin qarşısına görüş təyin etdiklərini bildirmişdir. Bununla yanaşı Şahid2 göstərmişdir ki, həmin söhbətdən sonra o, Təqsirləndirilən şəxsla birlikdə Abşeron rayonu Saray qəsəbəsinə olan zaman o, Təqsirləndirilən şəxs sakitləşdirərək Zərərçəkmiş şəxslə görüşə getməməsini xahiş etmiş və sonuncu həmin görüşə getməyəcəyini bildirdtikdən sonra ondan ayrılaraq «20 Yanvar» metrostansiyasınm yaxınlığında “Şamaxinka” adlanan əraziyə getmişdir. Oradan olan zaman o, öz istifadəsində olan mobil telefondan Sərxana zəng edərək Əlini evlərinə aparmasını və Pərvizlə görüşmələrinə imkan yaratmamasını bildirmişdir. Lakin, Sərxan ona Əli ilə birlikdə Xırdalan şəhərindəki “Xırdalan dairəsi” adlanan ərazidə yerləşən “Lukoil” adlanan yanacaqdoldurma məntəqəsinin qarşısına Pərvizlə görüşə getdiklərini ona demişdir. O isə Sərxana özünün də oraya gələcəyini bildirmiş və Əli ilə Pərvizin arasında mübahisənin böyüməsinin qarşısı almaq məqsədi ilə o, həmin yerə getməyə qarara almışdır. Həmin vaxt Pərvizin dostu Fəqan adı ilə tanıdığı, sonradan əsl adının Şahid3 bildiyi tanışı ona zəng edərək Pərvizin onun yanında olub-olmadığını soruşmuş, o isə Pərvizin onun yanında olmadığını bildirmişdir. Fəqan isə ona Pərvizlə həmin gün görüşməli olduqlarını, lakin Pərvizin mobil telefonu sönülü olduğundan onunla əlaqə saxlaya bilmədiyini ona demişdir. O isə Fəqana “Xırdalan dairəsi” adlanan yerin yaxınlığında olan “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısına Pərvizlə görüşə getdiyini bildirmişdir. Fəqan isə Pərvizlə görüşmək istədiyini ona demiş, o isə maşınsız olduğuna görə Fəqandan onu özü ilə götürməsini ondan xahiş etmişdir. Az sonra Fəqan ağ rəngli, üzərində taksi nişanı olan “Priora” markalı avtomobildə “Şamaxinka” adlanan əraziyə gələrək onu oradan götürmüş və onlar birlikdə Xırdalan şəhərindəki “Xırdalan dairəsi” adlanan ərazidə yerləşən “Lukoil” adlanan yanacaqdoldurma məntəqəsinin qarşısına getmişlər. Həmin vaxt təxminən saat 22-10 radələri olmaqla o, Əlinin idarə etdiyi “VAZ 2121” markalı avtomobilin “Xırdalan dairəsi”nə tərəf hərəkət etdiyini görüb Sərxana zəng edərək onları gördüyünü və oradakı yanacaqdoldurma məntəqəsinin yanında olmasını bildirmişdir. Sonra Əli özünün idarə etdiyi avtomobildə Sərxanla birlikdə həmin yerə gəlmiş və maşından düşdükdən sonra onlarla salamlaşıb söhbət etməyə başlamışlar. Onlar həmin yerə gəldikdən təxminən 5-6 dəqiqə sonra Pərviz həmin yerə gəlib çıxaraq onlara yaxınlaşmış, sonra isə Əliyə “otur maşınına gedək təklikdə söhbət edək” deyə bildirmişdir. Həmin vaxt onun özü və Sərxan Pərvizə mübahisəyə ehtiyac olmadığını demiş, Pərviz isə onlara narahat olmamalarını, Əli ilə həmyerli olduqlarını və aralarında heç bir problem yaşanmayacağını demişdir. Bundan sonra Əli idarə etdiyi “VAZ 2121” markalı avtomobilin sükanı arxasına, Pərviz isə qabaq sağ oturacağa əyləşərək onların yanlarından ayrılmışlar. Bundan təxminən 2-3 dəqiqə sonra Sərxan Əliyə zəng edərək ondan hansı istiqamətə getdiklərini soruşmuş, Əli isə X21 binası istiqamətdə getdiklərini və narahat olmamalarını bildirmişdir. Bundan sonra Fəqan Pərvizə zəng etməyə çalışsa da, Pərvizin telefonuna zəng çatmamışdır. Daha sonra X16 mobil telefon nömrəsini alaraq ona zəng edərək harada olduqlarını soruşmuş və onların yanına gəlmək istədiklərini bildirmişdir. Əli buna ehtiyac olmadığını bildirmişdir. Buna görə də onlar narahat olaraq Fəqanın idarə etdiyi “Priora” markalı avtomobilə əyləşərək həmin istiqamətdə yola düşmüşlər, lakin onları tapa bilmədiklərinə görə həmin yanacaqdoldurma məntəqəsinin yanına qayıtmışlar. Onu da bildirmək istəyir ki, onlar geri qayıdan zaman, təxminən saat 22-20 radələrində Sərxan növbəti dəfə Əliyə zəng edib onunla danışan zaman o, onların söhbətindən Əli ilə Pərvizin barışdıqlarını başa düşmüş və həmin telefon söhbti zamanı Pərviz Sərxanla danışaraq onlar da bir-birlərindən üzr istəmişlər. Həmin telefon söhbətindən bir neçə dəqiqə sonra Sərxan növbəti dəfə Əliyə zəng edən zaman X12 tapançadan ona atəş açıb onu yaraladığını bildirmişdir. Həmin vaxt Sərxan Əli ilə telefonda danışaraq onun harada olmasını soruşmuş, lakin Əlinin Sərxana nə dediyini bilməmişdir. Bundan sonra Sərxan onlara bir söz demədən bir taksi avtomobilinə əyləşərək onların yanından çıxıb getmişdir. Bundan sonra o, Fəqanla birlikdə Biləcəri qəsəbəsinə gedərək orada olan çay evində oturub çay içmişlər. Həmin vaxt o, Sərxana zəng edərək harada olduqlarını soruşmuş, Sərxan isə X5qlarını, Əlini yaralı vəziyyətdə həmin xəstəxanaya apardıqlarını və sonuncunun vəziyyətinin yaxşı olduğunu ona bildirmişdir. X13 görmədiyini və hadisə barədə polisə məlumat verdiyini ona bildirmişdir. Beləliklə, hadisənin hansı şəraitdə baş verdiyi və Pərvizin Əliyə tapançadan nə səbəbə atəş açdığı ona məlum deyil. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ilk dəfə mübahisə «M.Əcəmi» metrostansiyasının yaxınlığında baş vermişdir. Lakin, orada Əli ilə Pərvizin arasında heç bir dava-dalaş olmamışdır. Hadisə günü Əli içkili vəziyyətdə olmuşdur və söyüşlə danışmışdır. Əvvəlcə mübahisə Sərxanla Pərvizin arasında olmuşdur. Sonra isə Əli onlara yaxınlaşmaq istədiyinə görə o, Əlinin qarşısına keçərək buna imkan verməmiş və bununla bağlı onunla Əlinin arasında mübahisə yaranmışdır. Həmin vaxt Əli onun və Pərvizin ünvanına söyüş işlətmişdir. Lakin, həmin vaxt Əli ilə Pərvizin arasında dava-dalaş olmamışdır. Hadisə baş verməzdən əvvəl onun özü Sərxana zəng edərək Əli içkili olduğundan onu evə aparmasını demiş, Sərxan isə Əlinin Pərvizlə görüşə getdiyini ona demişdir. Onlar “Xırdalan dairəsi” adlanan yerlin yaxınlığındakı “Lukoil” adlanan yanacaqdoldurma məntəqəsinin qarşısında yenidən görüşən zaman ikilikdə görüşüb söhbət etməyi Pərviz təklif etmiş və Əli də buna razılıq verərək öz maşınına oturmuşdur. Onlar maşına oturduqdan sonra Əli maşını sürüb getmiş və onların yanından uzaqlaşmışlar. Mübahisə əvvəlcə Sərxanla Pərviz arasında yaranmışdır. Maşın alveri ilə bağlı Sərxanın Pərvizə borcu oluşdur və buna görə də onların arasında mübahisə olmuşdur. Əlinin həmin söhbətə heç bir aidiyyatı olmamışdır. Bir daha bildirir ki, hadisə vaxtı Əli içkili vəziyyətdə olmuşdur. Pərvizin üzərində silah olması barədə onun özünün heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsində yaşayır və fərdi qaydada taksi sürücüsü işləyir. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. İş üzrə Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır və yaxın tanış kimi onunla həmişə yaxşı münasibətlərdə olmuşdur. Hadisə ilə bağlı bildirir ki, hadisə günü, yəni 22 fevral 2020-ci il tarixdə təxminən saat 22-25 radlərində tanışı Əli Abiyev öz istifadəsində olan mobil telefonundan onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək həyacanlı vəziyyətdə onun silahla vurulduğunu və yaralarından qan axdığını demiş və ona kömək etməsi üçün Binəqədi yolu, «Vulkan Dağının ətəyi» deyilən yerə doğru gəlməsini ondan xahiş etmişdir. Taksi sürücülüyü ilə məşğul olduğu və həmin ərazikni yaxşı tanıdıbına görə o, idarə etdiyi «Daevo Centra» markalı **-UZ-*** dövlət nömrə nişanlı avtomobillə təcili olaraq həmin ünvana getmiş və orada yolun kənarında yerləşən çörək sexinin yanında Əlini axsaya- axsaya yuxarıdan aşağıya doğru hərəkət etdiyini görmüşdür. O, avtomobili saxlayıb Əliyə yaxınlaşdıqda, Əlinin üst-başının qana bulaşmış vəziyyətdə olmasını demişdir. O, Əliyə köməklik edərək onu avtomobilin qabaq oturacağına əyləşdirmişdir. Avtomobildə olan zaman Əlidən nə baş verdiyini soruşduqda, Əli ona bir nəfər tanışının onu tapança ilə vurulduğunu və onun avtomobilinin qaçırıldığını bildirmişdir. O, Əlidən həmin adamın kimliyi barədə soruşduqda, səhv etmirsə Əli bir ad demiş, lakin onun özü həmin adamın kim olmasını bilməmişdir.Əliyə köməklik edilməsi üçün o, Əlini Binəqədi rayonu 16 saylı poliklinikaya çatdırmışdır. Həmin poliklinikaya gedən zaman yolda ümumi tanışları olan Sərxan Əlinin istifadəsində olan mobil telefona zəng etmişdir. Həmin vaxt Əli halsız vəziyyətdə olduğuna görə o, Əlinin telefonunda Sərxan ilə danışaraq Binəqədi rayonunun mərkəzdə yerləşən poliklinikaya getdiklərini ona bildirmişdir. Onlar həmin poliklinikaya çatdıqdan az sonra Sərxan ora gəlib çıxmışdır. Həmin poliklinikada ixtisaslı həkim olmadığına görə o, Sərxan ilə birlikdə Əlini özünün idarə etdiyi taksi maşınının arxa oturacağına əyləşdirrək onu birlikdə X20 çatdırmışlar. Yolda gedən zaman Əli hadisə barədə Sərxana da məlumat vermiş və o, Sərxanın həmin adamı tanıdığını başa düşmüşdür. Həmin vaxt Sərxan hadisə barədə polisə zəng edərək məlumat vermişdir. Onlar Əlini həmin Əlini xəstəxanaya yerləşdirdikdən sonra həkimlər Əliyə tibbi yarım göstərmişlər. Sonradan ona məlum olmuşdur Əli ilə sonuncunun tanışı olan Pərviz adlı şəxsin arasında mübahisə olmuş və onlar Əlinin maşınında «Yanar dağın ətəyi» deyilən kimsəsiz yerə getdikdən sonra Pərviz özündə olan tapança silahdan atəş açaraq onu ağır yaralmış, özü isə hadisə yerindən Əlinin maşınında qaçıb getmişdir. Hadisənin necə baş verdiyi və sonradan adını bildiyi Prəviz Mayılovun nə səbəbə Əliyə tapançadan atəş açıdığı onun özünə məlum deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs onun doğma qardaşıdır və hadisədən əvvəlki dövrdə sonuncunun ailəsi ilə birlikdə Xırdalan şəhərində kirayədə yaşamışlar. İş üzrə Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla münasibəti olmamışdır. Onun özü muxtəlif yerlərdə günəmuzd qaydada fəhləlik etməklə məşğuldur. Qardaşı Pərviz isə maşınların alqı satqısı ilə məşğul olmuşdur. Onda olan məlumata görə, hadisədən əvvəlki dövrdə qardaşı Pərviz öz tanışları Üzeyir və Sərxan adlı şəxslərlə birlikdə «Hyundai Sonata» markalı avtomobil alıb daha daha baha qiymətə satmaq istəmişlər və bununla bağlı qardaşı Pərviz də pul qoymuşdur. Onun özü qardaşı Pərvizin işlərinə qarışmadığına görə onların həmin işə nə qədər pul sərf etdikləri və bununla bağlı onların arasında narazıçılıq olub-olmadığı, həmçinin qardaşı Pərvizin tanışı olan Əli adlı şəxsin həmin məsələyə nə səbəbə müdaxilə etdiyi barədə onun özünün məlumatı yoxdur. Hadisə ilə bağlı bildirmək istəyir ki, hadisə günü, yəni 22 fevral 2020-ci il tarixdə axşam saat 24 radələrində qardaşı Pərviz bir qədər həyacanlı vəziyyətdə kirayədə qaldıqları evə gələrək harasa çıxıb getmək istədiyini ona demişdir. Həmin vaxt qardaşı Pərvizin həyat yoldaşı və uşaqları da evdə olmuşlar. Qardaşı Pərviz əvvəlcə bir söz demədən əynində olan şalvar və köynəyini dəyişərək başqa paltar geyinmişdir. Sonra isə ailəsi ilə görüşərək bir müddət evdə olmayacağını demişdir. Sonra o, qardaşı Pərvizlə ikilikdə söhbət edib ondan nə baş verdiyini soruşduqda, qardaşı Pərviz ona Əli adlı bir şəxsin onun ünvanına pis söyüşlər söydüyünə görə onu tapança ilə vurub yaraladığını demişdir. O, qardaşı Pərvizdən nə səbəbə həmin şəxsi vurduğunu soruşduqda, Pərviz ona əgər onun özü vurmasaydı Əli adlı şəxsin onu vuracağını bildirmişdir. O, qardaşı Pərvizdən həmin silahı haradan əldə etməsini soruşmuş, lakin Pərviz bu barədə ona bir söz deməmişdir. Onu da bildirmək istəyir ki, Pərviz evdən gedəndə onun özünün istifadəsində olan «Samsunq» markalı mobil telefonu da özü ilə götürmüşdür. O, qardaşı Pərvizdən hara gedəcəyini soruşduqda, Pərviz hara gedəcəyini dəqiq bildirməsə də, hadisə barədə hüquq mühafizə orqanlarına məlumat vercəyini və təslim olacağını da bildirmişdir. Bundan sonra qardaşı Pərviz onlarla sağollşaraq evdən çıxıb getmişdir. Onu da bildirmək istəyir ki, qardaşı Pərviz evdən çıxıb gedəndən sonra o, qardaşı Pərvizin dediklərini, yəni Əli adlı şəxsi tapança ilə vurduğunu Pərvizin həyat yoldaşı Turanəyə bildirmişdir. Qardaşı Pərviz belə bir hadisə törətdiyinə görə onlar pis vəziyyətə düşmüş və aillərinə qarşı pis hərəkət ola biləcəyindən çəkinərək, növbəti gün qardaşı Pərvizin həyat yoldaşını övladları ilə birgə Sumqayıt şəhərində yaşayan qohumlarının evinə, daha sonra isə Abşeron rayonu Saray qəsəbəsində yaşayan qohumlarının evinə aparmış və b ir müddət qohumlarının evində qalmışlar. Onu da bildirmək istəyir ki, sonradan ona məlum olmuşdur ki, qardaşı Pərviz çəkindiyinə görə polisə gedib təslim olmamış və onlara harada qaldığı barədə məlumat vermədən muxtəlif yerlərdə qaçıb gizlənmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, 2020-ci ilin may ayında qardaşı Pərviz onların valideynləri yaşadığı Masallı rayonuna gedən zaman orada həbs edilmişdir. Onu da bildirmək istəyir ki, sonradan ona məlum olmuşdur ki, qardaşı Əlinin yaraladığı şəxs, yəni Əliı Abıyev onların həmyerlisidir. X22 Abıyevin və həmçinin ailələri arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Belələlikl, hadisənin nə səbəbə və hansı şəraitdə baş verdiyi barədə onun özünün məlumatı olmamış və hadisə barədə hadisədən sonra qardaşı Pərvizin deməsindən ona məlum olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, qardaşı Pərvizin tapança silahı nə vaxt və hansı şəraitdə əldə etdiyi və həmin silahı harada saxladığı barədə onun öznün və ailə üzvlərinin heç bir məlumatı olmamışdır. Onlar yaşadıqları evdə heç vaxt hər-hansı bir odlu silah və yaxud patron olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonunda daimi qeydiyyatda olsa da, on ildən çoxdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi- Xırdalan şossesi, döngə 8 ünvanda «Vulkan dağının ətəyi» adlanan ərəzidə ünvansız fərdi yaşayış evində yaşayır. Hadisə günü, yəni 22 fevral 2020-ci il tarixdə evdə olan zaman gecə saat 22-20 radələrində iki dəfə ardıcıl qurultulu səsi eşitmiş və səsi eşidən kimi evdə olan saata baxıb vaxtı dəqiqləşdirmişdir. Səsi eşidib dağın ətəyi istiqamətinə baxan evin pəncərəsini açdıqda bir nəfərin söyüş söyərək «Niva» markalı avtomaşının qarşısından maşının sükanı arxasına oturub mühəriki işə salaraq yüksək sürətlə yol istiqamətində hərəkət etməsini görmüşdür. O, tez həyətə çıxaraq hasarın üstünə qalxaraq avtomaşının dövlət nömrə nişanına baxıb yaddaşında saxlamaq istəsə də, həmin avtomaşının sürətlə hərəkət etməsindən və əsas yol istiqamətində hərəkət edən məhəllənin yolu enişli yoxuşlu olduğundan avtomaşının dövlət nömrə nişanını görə bilməmişdir. Bu vaxt hasardan baxıqda məhəllənin qarşısından təbii qazın verilməsi üçün nəzərdə tutulmuş marşrut qaz xəttinin yanından bir nəfər şəxsin də iti yerişlərlə əsas yol istiqamətinə doğru hərəkət etməsini görmüşdür. O, həmin an nə baş verdiyini anlaya bilməmiş və hər hansı hadisənin olub- olmamasını bilmək üçün məhəlləyə çıxaraq dağın ələyinə doğru qalxmışdır ki, nə baş verdiyini aydınlaşdırsın. Lakin, dağın ətəyində nəsə görməmişdir. Belə başa düşmüşdür ki, orada mübahisə olmuşdur. Lakin, dəqiq nə baş verdiyini anlaya bilməmiş, çünki hadisə yerinə yaxınlaşdıqda yerdə meyit və yaxud yaralı bir şəxs görməmişdir. Hadisənin mahiyyətini dəqiqliklə bilmədiyi üçün hüquq mühafizə orqanlarına məlumat verməmiş, gurultulu səsin nə səsi olmasım bilməmiş, ona görə məhəlləyə çıxaraq orada nəsə görə bilmədikdə məlumat verməyinin lüzumsuz və mahiyyətsiz olduğunu anlamışdır. Yaşadığı məhəllənin dağ ətəyi hissəsinə hadisə günü avtomaşının haradan və kimlə gəlməsini və orada neçə nəfərin olması barədə məlumatı yoxdur. Hadisə yeri məhəllənin sonunda yerləşir, oradan irəliyi doğru avtomaşınla hərəkət etmək mümkün deyil, yalnız avtomaşınla qət edilən yolun əks istiqamətinə doğru hərəkət etmək mümkündür. Hadisə yerinə gəlmiş hüquq mühafizə orqanlarının əməkdaşları ətrafda geniş miqyaslı baxış keçirən zaman oradan odlu silaha məxsus iki ədəd giliz tapıldıqdan sonra ona məlum olmuşdur ki, gecə eşitdiyi gurultu səs odlu silaha məxsus olmuşdur. (cild 1, iş vər. 92-94). Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olmaqla «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 22 fevral 2020-ci il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi həmin tarixdə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi Tamirlan Baqiyev tərəfindən Zərərçəkmiş şəxs çoxsaylı odlu silahla atəş yarası alması faktı üzrə toplanmış c-106-20 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə başlanaraq icraata qəbul edilib istintaq aparılmışdır. (cild 1, iş vər. 1). «Telefon məlumatlarının qəbul edilməsi haqqında» 22 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-dən 22 fevral 2020-ci il tarixdə saat 22- 30 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi Binəqədi yolunda istintaqa tam şəxsiyyəti məlum olmayan Pərviz adlı tanışı ilə aralarında baş vermiş mübahisə nəticəsində Səbail rayonu, Ə.Nəzərov küçəsi, ev 3, mənzil 29-da yaşayan xx xxxx 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs markası və çapı məlum olmayan odlu silahla atəş açaraq hər iki ayağının bud və sol qol nahiyyəsinə güllə yarası xəsarəti yetirdiyi, hadisə baş verdikdən sonra Pərviz adlı şəxsin hadisə yerindən Zərərçəkmiş şəxs məxsus olan “VAZ- 2121” markalı 90-ZH-96 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşmış olduğu və X8 almış olduğu xəsarətlərlə əlaqədar Səhiyyə Nazirliyi KTM-nə yerləşdirildiyi barədə Binəqədi rayon rayon prokurorluğuna məlumat daxil olmuşdur. (cild 1, iş vər. 2). «Avtomaşına baxış keçirilməsi haqqında» 23 fevral 2020-ci il tarixli protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 00-40 radələrindən saat 01- 30 radələrinədəke Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi T.N.Baqiyev tərəfindən dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs məxsus olan “VAZ- 2121” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ünvan 8 ünvanda aşkar olunduğu həmin yerdə baxış keçirilmişdir. Həmin avtomobilə baxış zamanı avtomobilin ön sağ qanadının üzərində bir ədəd 1,1 sm-lik radiuslu dəlik və həmin dəliyə paralel çəpinə vəziyyətdə yerləşən dəmir örtüyünün üzərində 02 sm-lik radiuslu dəlik olduğu aşkar olunmuşdur. Həmçinin avtomobilin qapıları bağlı yolun kənarında hərəkətsiz vəziyyətdə saxlanıldığı və avtomobilin başqa hissələrində zədələr mövcud olmadığı müəyyən edilmişdir. (cild 1, iş vər 3-4, 5). “Baxış keçirilməsi haqqında” 23 fevral 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, həmin tarixdə saat 08-00 radələrindən saat 10-00 radələrinədək Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi T.N.Baqiyev tərəfindən Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri N.İmanov, Binəqədi RPİ-nin KTQ-nın inspektoru, polis kaptanı F.F.Cəbrayılov, Şahid4 və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə hadisə yerinə, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, «Vulkan dağının ətəyi» adlanan ərazidə yerləşən yaşayış massivinin kanar hissəsinə baxış keçirilmişdir. Baxış zamanı hadisə yerinin dağətəyi yer olmaqla geniş ölçüsü otlaq sahədən ibarət olduğu, hadisə yerinin ətrafında yaşayış evləri olsa da, onların sıx olmadığı, hadisə yerinə doğru hərəkət edən yol enişli yoxuşlu olmaqla, yer səthi döşəmə qırıntısı, çınqıl və qarışıq torpaqla örtüldüyü və hadisə yerinin artıq avtomaşınların hərəkət etməsi üçün son dayanacaq olduğu müəyyən edilmişdir. Hadisə yerinin yaxınlığında üç fərdi yaşayış evi olmaqla, həmin evlərdən ikisinin bitişik, digərinin isə 25 metr məsafədə yerləşdiyi, həmin evlərdən yalnız birində yaşayış olduğu müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman qeyd edilən İki bitişik evin yaxınlığından yuxarı istiqamətdə, yəni dağətəyi əraziyə doğru 40 metr məsafədə otlaq sahəsinin üzərində iki ədəd giliz aşkar olunmuş və həmin gilizlərin arasındakı məsafənin dörd metr təşkil etdiyi müəyyən edilmişdir. Həmin gilizlər qablaşdırılaraq götürülmüşdür. Ətrafda geniş sahəyə baxış keçirilən zaman təxminən 50-60 metr radiusda müfəssəl baxış keçirməklə odlu silah və ya ona aid olan sursat aşkar edilməmişdir. İki evin yerləşdiyi sahənin ortasından 60 metr aşağıya doğru, yəni yol istiqamətində evlərin təbii qazla təmin edilməsi üçün nəzərdə tutulmuş marşrut qaz xəttinin keçməsi və həmin qaz xəttinin üzərində qanabənzər ləkələr olduğu aşkar edilmişdir. Həmin qaz xəttinin üzərindən taxta nərdivandan yolun qarşı istiqamətinə keçən zaman beton döşəmənin üzərində məsafəli, yəni davam edən istiqamətli qanabənzər ləkələr aşkar edilmiş və həmin qanabənzər ləkələrin istiqaməti ilə hərəkət edən zaman hadisədən sonra zərərçəkmiş şəxsin piyada hərəkət etməklə yol istiqamətində getməsi və həmin istiqamətdə ayrı-ayrı yerlərdə qanabənzər ləkələrin olması aşkar edilmişdir. İlk aşkar edilmiş qanabənzər ləkələrdən yol istiqamətində təxminən 525 metrlik məsafəyədək qanabənzər ləkələrin davam davam etdiyi, daha sonra isə həmin izlərin olmadığı müəyyən edilmiş və həmin qanabənzər ləkələrdən nümunələr götürülərək qablaşdırılmışdır. Həmçinin sonuncu qanabənzər ləkələrin həmin ərazidə yerləşən çörək sexinin qarşısında olduğu aşkar edilmişdir. Hadisə yerindən həmin sahəyə olan məsafənin 525 metr təşkil etdiyi müəyyən edilmtişdir. Baxış keçirilməsində iştirak edən şahid X15 22 fevral 2020-ci il tarixdə evdə olan zaman iki dəfə gurultulu səs eşitdiyini və orada yaşadığı evin pəncərəsindən «Vulkan dağı»nn ətəyinə baxan zaman bir nəfərin “Niva” markalı avtomaşının sükanına minərək yüksək surətlə məhəlləni tərk etdiyini, həmin vaxt məhəlləyə çıxıb hadisə yerinə yaxınlaşanda yerdə nəsə görmədiyi və o zaman nə baş verdiyini dərk edə bilmədiyini götərmişdir. Hadisə yerinə bazış keçirilən zaman hadisə yerində, yəni gilizlərin aşkar olunduğu sahədə dəstəyi sarı rəndə olan bir ədəd vintaçan aşkar olunaraq qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vər. 7-10. 11-20). «Baxış keçirilməsi haqqında» 23 fevral 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotocəldşəkillərdən görünür ki, həmin tarixdə tarixdə saat 10-30 radələrindən saat 11-15 radələrinədək Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi T.N.Baqiyev tərəfindən Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri N.İmanov, Binəqədi RPİ-nin KTQ-nın inspektoru, polis kaptanı F.F.Cəbrayılov və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati ərazisinə yerləşdirilmiş “VAZ 2121” markalı 902496 dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq hissəsinin üst örtüyü (kapotu) açılıb həmin hissəyə baxış keçirilən zaman avtomaşının sağ ön qanadının, yəni dəmir parçasının üzərində 1,1 sm. radiuslu dairəvi dəlik olduğu aşkar edilmiş, həmin dəliyə paralel çəpinə vəziyyətdə yerləşən dəmir örtüyün üzərində isə 2 sm. radiuslu dairəvi dəlik olduğu aşkar olunmuşdur. Həmin dəliklərin arasındakı məsafənin 30 sm. təşkil etdiyi müəyyən edilmişdir. Qeyd edilən dəliklərin istiqamətində baxış keçirilərək avtomaşının mühərrikinə paralel yerləşən filtrinə keçən borunun üzərində zədə aşkar edilmiş və həmin boru çıxarılan zaman onun içərisində 9 mm. kalibirl bir ədəd güllə aşkar edilərək, həmiin güllə müvafiq qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vər. 21-23, 24-29). İşdə olmaqla “Şübhəli şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 23 fevral 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Masallı rayonu, Hacıtəpə kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi YYM-də yaşayan, xx xxxxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla tutulması, onun olduğu yer müəyyən edildikdə onun Binəqədi rayon prokurorluğuna təqdim edilməsi, onun axtarışının elan edilməsi və tutulması haqqında qərar qəbul edilmiş və qərarın icrası Binəqədi RPİ-nə həvalə olunmuşdur. (cild 1 iş vər. 46-47). İşdə olmaqla «Paltarların götürülməsi və baxış keçirilməsi haqqında» 23 fevral 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Binəqədi rayonu prokurorluğunun müstəntiqi T.Baqiyev tərəfindən dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi, bir ədəd qara rəngli süni dəri materialdan kombinə şəkildə tikilmiş, qollarının azad kənarı və aşağı azad kənarına daxildən rezin keçirilib tikilmiş, ön tərəfdən zəncirbəndlə bağlanan, iki ədəd xarici yan cibi və bir ədəd daxili sol döş cibi olan, astarı narın xovlu sintetik materialdan, yaxalığı isə mex tipli materialdan olan gödəkçənin bütün nahiyəsində qanabənzər ləkələr aşkar edilmişdir. Həmçinin bir ədəd göy rəngli cins materialdan, ön tərəfdən bir ədəd düymə və zəncirbəndlə bağlanan, bel hissəyə kəmər keçirmək üçün beş ədəd ilgək tikilmiş və qara kəmər salınmış, iki ədəd yan cibi sağdakının daxilində əlavə kiçik cib də olmaqla və iki ədəd arxa cibləri olan, ciblərin astarı ağımtıl rəngli sintetik materialdan olan şalvarın üzərində qanabənzərə ləkələr aşkar edilmişdir. Bundan başqa, yaşımtıl rəngdə olmaqla, ön tərəfində qartal təsvir olan, boyun nahiyəsində içərisində «Osulor» yazılı etiket tikilmiş poluverin üzərində qanabənzər ləkələr olduğu, həmçinin qara rəngli olmaqla dəri materialdan olan, ön tərəfdən dörd cüt ilgəyə keçirilmiş qara iplə bağlanan ayaqqabının hər iki tayı üzərində qanabənzər ləkələrin olduğu və qara rəngli pambıq materialdan olan bir cüt corab üzərində də qanabənzər ləkələr olduğu aşkar edilmişdir. (cild 1, iş vər. 67-68). İşdə olmaqla «Axtarış aparılması haqqında» 24 fevral 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 23-05 radələrindən saat 23-40 radələrinədək Binəqədi rayon prokurorluğunun müstəntiqi T.Baqiyev tərəfindən dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanda axtarış aparılmışdır. Axtarış zaman həmin ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs arvadı X1 cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs yeri və ona dair əşyaların cinayət təqibi üzrə əhəmiyyət kəsb edən predmetlərin könüllü surətdə verilməsi təklif edilmiş, Turanə Əlizadə bildirmişdir ki, əri Təqsirləndirilən şəxs axırıncı dəfə 23 fevral 2020-ci il tarixdə gecə saat 01 radələrində evə gəlməklə əynində olan qara rəngli damalı şalvarı və qara rəngli düyməli köynəyini evdə dəyişərək qaynı Fəhmin və onun özü ilə görüşüb onlara bir söz demədən evdən getmişdir. Axtarış aparılan ünvanda Təqsirləndirilən şəxs məxsus hadisə gecəsi evində soyunmuş olduğu paltarları, yəni şalvarı və düyməli köynəyini, bundan başqa Təqsirləndirilən şəxs Emidar oğluna məxsus şəxsiyyət vəsiqəsi, ** ED ***, 90 SU047, 99XD709, 90RA411 dövlət qeydiyyat nişanlı avtomaşınların qeydiyyat şəhadətnaməsi, habelə ** TO *** dövlət qeydiyyat nişanları aşkar edilərək cinayət təqibi üzrə əhəmiyyətli hesab edildiyindən geyim əşyaları və avtomaşına dair dövlət qeydiyyat nişanları, dövlət qeydiyyat şəhadətnamələri götürülmüşdür. Həmin mənzildə odlu silah və ya odlu silaha hər hansı sursat aşkar edilməmişdir. X6 yaşadığı ünvanda heç bir zaman odlu silah və sursatın olmadığını və Təqsirləndirilən şəxs sonuncu dəfə 23 fevral 2020 tarixdə gördüyünü bildirmişdir. Axtarış zamanı tapılan əşyalar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vər. 85-86, 87-88). İşdə olaqla Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı polis kapitanı Nəsimi Musayev tərəfindən tərtib edilmiş raportdan görünür ki, 22 fevral 2020-ci il tarixdə KTM-dən Zərərçəkmiş şəxs çox saylı güllə yarası alması diaqnozu ilə daxil olduğu barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəq 100). İşdə olan Binəqədi RPİ-nin 6-cı PB-nin məsul növbətçisi polis kapitanı Elxan Əliyev tərəfindən verilmiş 2 NK-524 saylı raportdan görünür ki, 22.02.2020-ci il tarixdə saat 23-55 radələrində KTM-dən tibb bacısı Mürsəlova telefonla zəng vuraraq Biləcəri qəsəbəsi, DSK yolu Dəyirmanın yaxınlığı 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs «çox sayda güllə yaraları» xəsarəti ilə həmin xəstəxanaya gətirildiyi barədə məlumat vermişdir. (cild 1, iş vər.101). İşdə olaqla Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 5(001)- 188/2020 saylı qərarından görünür ki, Binəqədi rayon prokurorluğunun müstəntiqi, Tamirlan Baqiyev tərəfindən qəbul edilməklə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4-da təxirə salınmadan axtarış aparılmasınına dair qərar qanuni hesab edilmişdir. (cild 1, iş vər. 112-114) . İşdə olan «Cinayət işinin icraatının dayandırılması haqqında» 01 aprel 2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə istintaq icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunanadək dayandırılmışdır. (cild 1, iş vər. 188). İş üzrə təyin edilməklə Azərbaycan Respublikası Ədlmiyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 26 mart 2020-ci il tarixli 3/79; 3/80; 3/81 nömrəli məhkəmə ballistik ekspertizasının rəyinə əsasən: -Tədqiqata təqdim edilən 2 (iki) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9 mm. kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, "PK59”, “P61" konstruksiyalı tapançalarda, “Steçkin" (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş və öz kalibrinə və təyinatına uyğun silahdan atılmış patronun atəşlə ayrılmış hissəsidir gilizidir, döyüş sürsatı hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd güllə, zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “PK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatlarına aid olan patronun atəşlə ayrılmış hissəsidir - gülləsidir, öz təyinatına və kalibrinə uyğun silahdan atılmışdır, onun üzərində əzilmə zədəsi vardır, həmin zədə güllənin iti bucaq altında hərəkətdə olmaqla, ucluq hissəsi tərəfdən başlayaraq nisbətən bir üzü üstə meyilli vəziyyətdə bərk hədəfə, o cümlədən canlı hədəfin bədən toxumalarına (sümüklərinə) təsir edərkən də yarana bilər, üzərində sivişmə (rikoşet) izi aşkar edilməmişdir. Tədqiqata təqdim edilməklə iş Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli gödəkçə, bir ədəd açıq yaşıl rəngli sviter və bir ədəd belində qara rəngli kəməri olan cins şalvarın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ülçüdə zədələr vardır. (Rəyin tədqiqi hissəsində qeyd edildiyi kimi: -gödəkçənin üzərində aşağıdakı zədələr vardır: -gödəkçənin sol qolluğunun ön iç hissəsində qolluğun aşağı son kənarından 350 mm yuxarıda bir ədədik 8 mm. ölçüdə deşib - keçən zədə; -gödəkçənin sol qolluğunun arxa hissəsində qolluğun aşağı son kənarından 290. mm yuxarıda bir ədəd 7x12 mm. ölçüdə deşib - keçən zədə vardır. Sviterin üzərində aşağıdakı zədələr vardır: sviterin sol qolluğunun ön hissəsində qolluğun aşağı son kənarından 290 mm. yuxarıda bir ədəd 6x8 mm. ölçüdə deşib - keçən zədə; -Sviterin sol qolluğunun arxa hissəsində qolluğun aşağı son kənarından 270 mm. yuxarıda bir ədəd 6x8 mm ölçüdə deşib - keçən zədə vardır. Şalvarın sol ayaqlığının ön yuxarı hissəsində bel tikişindən 200 mm. aşağıda yan tikişdən 125 mm. solda bir ədəd 7x10 mm. ölçüdə deşib - keçən zədə: şalvarın sağ ayaqlığının ön yuxarı hissəsində bel tikişindən 350 mm. aşağıda sağ yan tikişi üzrəində bir ədəd 7x10 mm ölçüdə deşib -keçən zədə vardır). Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış barıt hissəciklərinin və mis metal izinin aşkar edilməməsinə əsasən gödəkçənin və sviterin sol qolluğunun.cins şalvarın hər iki ayaqlığının ön hissəsində olan zədələr giriş, gödəkçənin və sviterin sol qolluğunun arxa hissəsində olan zədələr çıxış zədəsi olmaqla, odlu silahdan açılmış atəş nəticəsində güllənin təsirindən, 1 metrdən yuxarı məsafədən , doğru istiqamətdə yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt qara rəngli ayaqqabı, bir cüt qara rəngli corab, Təqsirləndirilən şəxs, Qoçayev Üzeyir və Şahid1 məxsus geyim əşyalarının üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt qara rəngli ayaqqabı, bir cüt qara rəngli corab, Qoçayev Üzeyir və Şahid1 məxsus geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiє “VAZ-2121” markalı **- ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Avtomobilin ön sağ qanadının, filterinin borusunun üzərində olan zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərinin və mis metal izinin aşkar edilməməsinə əsasən həmin zədələr giriş zədələri, avtomobilin qanadının iç hissəsində ön təkərin yan divarı üzərində olan zədə çıxış zədəsi olmaqla, odlu silahdan açılmış atəş nəticəsində, diametri təxminən 9 mm. olan güllənin təsirindən, 1 metrdən yuxarı məsafədən, sağdan sola doğru istiqamətdə yetirməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli dəri gödəçkçə və Şahid2 məxsus bir ədəd tünd göy-qəhvəyi rəngli gödəkçənin sathində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardgr. Həmin zədələrdən Zərərçəkmiş şəxs məxsus gödəkçənin səthində olan “a”, “b” zədələri, Şahid2 məxsus gödəkçənin səthində olan “z” zədəsi fiziki qğvvənin təsiri nəticəsində yaranmara xarakterik dartılıb-cırılma zədəsi, Şahid2 gödəkçəsinin səthində olan “c” zədəsi isə ilişmə nəticəsində yaranmara xarakterik cırllma zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Şahid2 məxsus digər geyim əşyaları, Təqsirləndirilən şəxs, Şahid1 məxsus geyim əşyalarının səthində hər hansı trasoloji zədələr aşkar edilmədi. (cild 1, iş vər. 192-197). İşdə olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 2389 nümrəli, 26 mart 2020 tarixli məktubundan gürünür ki, xx.xx.1986-cı il təvəllüdlü, Masallı rayonu, Hactəpə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən həmin xəstəxanada müalicədə olmayıb. (cild 1, iş vər. 200). İşdə olan 1228 nömrəli, 17 mart 2020-ci il tarixli məktubdan görünür ki, ünvan 10 ünvanda qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs 10.12.0219-cu il tarixindən digər stimulyatorların (kofein də daxil olmaqla) qəbulu nəticəsində yaranan psixi və davranış pozuntusu diaqnozu ilə Bakı şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. (cild 1, iş vər. 201). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 2392 nömrəli, 26 mart 2020-ci il tarixli məktubundan gürğnğr ki, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 11 ünvanda qeydiyyatda olan Zərərçəkmiş şəxs arxiv məlumatına əsasən həmin xəstəxanada müalicədə olmayıb. (cild 1, iş vər. 202) İşdə olmaqla 22 aprel 2020-ci il tarixli “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 228.1, 185.1, 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi zərurəti olduğundan icraat təzələnərək icraata qəbul edilib istintaqın aparılması qərara alınmışdır. (cild 1, iş vər. 220). İşdə olan 22 aprel 2020-ci il tarixli «İttiham elan etmək üçün şəxsin axtarışı və tutulması haqqında” qərardan görünür ki, həmin tarixdə iş üzrə Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 228.1, 185.1 va 318.1-ci maddələri ilə təqsirləndirilən şəxsxx.xx.1986-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Masallı rayonu, Hacıtəpə kəndində qeydiyyatda olmaqla, ünvan 4-da kirayədə yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 29,120.1, 185.1, 228.1 və 318.1-ci maddələri ilə ittiham elan edilmasi üçün onun barəsində axtarış elan edilərək tutulması barədə qərar qəbul edilmişdir. (cild 1, iş vər. 226-227). İşdə olmaqla Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2020-ci il tarixli, iş № 4(001)- 372/2020 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 16 (on altı) gün müddətə «həbs» qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin məhkəmə qərarının icra edildiyi andan hesablanması qərara alınmışdır. (cild 1, iş vər. 241-244). İşdə olan 22 aprel 2020-ci il tarixli «Cinayet işinin materiallarına əlavə olunmuş DiN-nin Azərbaycan Respublikası DiN-nin X2 Xidmətindən daxil olmuş DVD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, həmin diskə Binəqədi rayon prokurorluğunun müstəntiqi Tamirlan Baqiyev tərəfindən baxış keçmirilən zaman 22 fevral 2020-ci il tarixde saat 19.33.45 radələrində «VAZ-2121» markalı avtomaşının «M.Əcəmi» metrostansiyasının qarşısında yerləşən dairənin ətrafından keçərək səkinin kənarında hərəkətsiz vəziyyətdə dayandığı, saat 19-40 radələrində öz xarici görkəmlərinə görə Zərərçəkmiş şəxs ilə Şahid1 oxşar şəxslərin həmin maşının kənarında bir biriləri ilə söhbət etmələri müşahidə olunduğu, saat 19.45 radələrində öz xarici görkəmlərinə görə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Şahid1 ve Şahid2 oxşar şəxslərin bir biriləri ilə söhbət etdikləri, saat 19.56 radələrində isə həmin şəxslərin aralarında mübahisə baş verməklə orada insanların toplaşması və kənarda olan şəxslərin onları ayırması müşahidə edildiyi müəyyən edilmişdir. (cild 1, iş vər. 246). İşdə olmaqla 29 aprel 2020-ci il tarixli «Cinayət işinin icraatının dayandırılması haqqında» qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmadığına AR görə həmin cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 1, iş vər. 247-249) İş üzrə keçirilmiş məkhəmə-tibbi ekspertizasının 19 mart 2020-ci il tarixli 500 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və onun adına tərtib olunmuş tibbi sənəddə yazılanalara əsasən: 1. Zərərçəkmiş şəxs bədənində 3 (üç) ədəd dəib-keçən odlu silah- güllə yarası aşkar edilmişdir, o cümlədən:- Sol bazunun aşağı 1/3-nin mil sinirinin zədələnməsi ilə müşaiyət olunan dəlib-keçən odu silah - güllə yarası. Yaranın çıxış dəliyi sol bazunun aşağı 1/3-nin iç səthində, giriş dəliyi isə bazunun aşağı 1/3-nin ön səthində yerləşmişdir. Yara kanalının istiqaməti soldan-sağa, öndən arxaya və bir qədər yuxarıdan aşağıya doğrudur. - Sol budun dəlib-keçən odlu silah güllə yarası. Yaranın giriş dəliyi sol budun yuxarı 1/3-nin ön səthində, çıxış dəliyi isə giriş dəliyindən 12,0 sm. aralıda –sol budun yuxarı 1/3-nin ön-iç səthində yerləşmişdir. Yara kanalının istiqaməti soldan-sağa, yuxarıdan aşağıya və bir qədər öndən-arxaya doğrudur. Sağ budun dəlib-keçən odlu silah güllə yarası. yaranın giriş dəliyi sağ budun orta 1/3 –nin ön-bayır səthində, çıxış dəliyi isə budun yuxarı orta 1/3-nin ön-iç səthində yerləşmişdir. Yara kanalının istiqaməti sağdan-sola, aşağıdan yuxarıya doğrudur. Sağ budun dəlibkeçən yarasını törədən güllə buddan çıxdıqdan sonra xayalığın dərisinə sürtülərək orada 4,0 x1,5 sm ölçüdə sıyrığın yaranmasına səbəb olmuşdur. Vət. E.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş odlu silah- güllə yaraları patronuna güllə qoyulmuş odlu silahdan açılan üç atəş nəticəsində əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmağa aiddirlər. 2. Vət. E.Zərərçəkmiş şəxs bədənində deşici-kəsici alətlə (əşya) ilə və eləcə də yumruq, təpiklə yetirilə bilən xəsarət aşkar olunmadı. 3. Vət. E.Zərərçəkmiş şəxs bədənindəki odlu silah yaralarının yara kanallarının istiqamətlərini və hadisə vaxtı onun əynində olmuş şalvardakı giriş və çıxış dəliklərinin lokalizasiyalarını nəzərə alaraq demək olar ki, sol bazunun və sol budun odlu silah yaraları yetirilərkən xəsarət yetirən şəxsin əlindəli odlu silahın lüləsi şaquli vəziyyətdə olan zərərçəkmişə tərəf soldan-sağa doğru istiqamətdə yönəlmiş vəziyyətdə olmuşdur. Sağ budun dəlib- keçən odlu silah -güllə yarası və xayalığın sıyrığı kimi xəsarətlər yetirilərkən vət. E.Zərərçəkmiş şəxs çox güman ki, sağ aşağı ətrafı budçanaq və diz oynaqlarında bükülməklə sol böyrü ustə uzanmış vəziyyətdə olmuşdur və atəş açan şəxs onun ayaqları tərəfdə dayanaraq aşağıdan-yuxarıya və sağdan sola doğru istiqamətdə atəş açmışdır. Vət. E.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi qeyri-mümkündür. Vət. E.Zərərçəkmiş şəxs xəsarət yetirildikdən sonra məqsədyönlü hərəkətlər (danışmaq və hərəkət etmək və s.) etmə iqtidarında olmuşdur. (cild 1, iş vər. 252-254). İş üzrə keçirilməklə 01 may 2020-ci il tarixli 297/2020-MTBŞ nömrəli, «Maddi sübütların ekspertizası» rəyindən görünür ki, təqdim edilmiş şəxsiyyət vəsiqələrinin kserosurətinə əsasən Zərərçəkmiş şəxs qan qrupu – A/İİ/; Təqsirləndirilən şəxs qan qrupu - O/İ/; Şahid1 qan qrupu -A/İİ/; Şahid2 qan qrupu - A /İİ/-dir. Ekspertizaya təqdim olunmuş Şahid1 məxsus gödəkçə, Zərərçəkmiş şəxs məxsus gödəkçə, şalvar, poluver, 01 cüt ayaqqabı üzərində və hadisə yerindən 06 ədəd çubuqlu pambıq tamponlara götürülmüş ləkələrdə insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız “A” antigeni alındı. Bu qan ləkələri Abeta /İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs, Şahid2 və ya Şahid1 məxsus ola bilər. əgər sonuncularda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan çubuqlu tampon üzərində qan, Şahid2 məxsus sviter, şalvar, gödıkcı, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək, Şahid1 məxsus şalvar, köynək, Zərərçəkmiş şəxs məxsus 01 cüt corab üzırində isə qana şübhəli ləkələr aşkar olunmadı. (cild 2, iş vər. 7-8). İşdə olan 12 may 2020- ci il tarixli məktub və “Axtarışda olan şəxsin tutulmasına dair” protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin tarixdə yaşadığı Masallı rayonu, Hacıtəpə kəndində tutularaq Bakı şəhəri Binəqədi RPİ-nə gətirilərək MSY-nə təhvil verilmişdir. (cild 2, iş vər. 9, 10). İşdə olan 12 may 2020 ci il tarixli “Cinayət işi üzrə icraatı təzələməklə icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzəzlənərək istintaq davam etdirilmişdir. (cild 2, iş vər. 11-12). İşdə olan 12.05.2020-ci il tarixli «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1, 228.1 və 185.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək müdafiəçinin iştirakı ilə ona həmin maddələrlə ittiham elan olunmuşdur. (cild 2, iş vər. 23-24). İşdə olmaqla «Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında» 13 may 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Binəqədi rayon prokurorluğunun müstəntiqi T.N.Baqiyev tərəfindən müdafiəçisinin və həmçinin Binəqədi RPİ-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmışdır. İfadəsi hadisə yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs Abşeron rayonu Saray qəsəbəsində yerləşən qəbirstanlığı göstərərək, hadisə vaxtı istifadə etdiyi odlu silahı təxminən bir il əvvəl Gürcüstan Respubltkasının vətəndaşı olan «Sənan» adlı şəxsdən 700 mnata aldığını və həmin silahı Saray qəsəbəsindəki qəbirstanlıqda olan ağacların birinin dibində basldırıb gizlətdiyini və hadisədən əvvəl həmin yerə gələrək silahı həmin yerdən götürdüyünü, həmin silahı özü ilə götürməkdə özünü müdafiə etmək məqsədi olduğunu, Zərərçəkmiş şəxslə öz arasında olan telefon söhbəti zamanı sonuncunun onun ünvanına söyüş söyərək onu görüşə çağırdığına görə həmin silahı özü ilə götürərək «Xırdalan dairsəsi» adlanan yerin yaxınlığına onunla görüşə getdiyini, sonra isə həmin yerə gedərək sonuncunun idarə etdiyi «VAZ-2121» markalı avtomobildə birlikdə hadisənin baş verdiyi Binəqədi rayonu ərazisində “Vulkan dağının ətəyi” kimi adlanan kənar şəxslərin olmadığı yerə gəldiklərini bildirmişdir. Pərviz Maylov həmin hadisə yerini göstərərək, Zərərçəkmiş şəxslə birlikdə həmin avtomobildən düşdükdən sonra avtomobildən 7-8 metr aralandıqlarını, həmin vaxt Zərərçəkmiş şəxs onu nə səbəbə həmin yerə gətirdiyini soruşuduğun və bu zaman onunla üzbəüz dayandıqlarını, həmin vaxt Zərərçəkmiş şəxs onun alnıdan kəllə ilə vurduğunu və əli ilə onun boyun nahiyyəsindən tutaraq, Sərxana zəng edəcəyini və onu sonuncudan üzr istədəcəyini dediyini bildrmişdir. Sonra isə Zərərçəkmiş şəxs ondan bir qədər irəli keçib yanakı dayanıb Sərxana zəng etdiyini, bundan sonra o, öz gödəkçəsinin sağ cibindən odlu silahı çıxardaraq Əlini səslədiyini, sonuncu üzünü ona tərəf çevirdikdə isə onun ayaq nahiyyəsinə bir dəfə atəş açıdığını, ikinci dəfə də atəşi Əlinin ayaq nahiyyəsindən atsa da, Zərərçəkmiş şəxs həmin vaxt dağı meyilli olaraq aşağı istiqamətdə surətlə qaçdığını, hadisə vaxtı Zərərçəkmiş şəxs odlu silahdan xəsarət yetirmədiyini zənn etdiyini, hadisə vaxtı özündə olan odlu silahda cəmi iki ədəd patron olduğunu bildirmişdir. Həmçinin ifadəsi yerində yoxlanan zaman Təqsirləndirilən şəxs ayağı zədəli oldğuna görə həmin hadisədən sonra Zərərçəkmiş şəxs məxsus həmin «VAZ-2121» markalı avtomobilə əyləşərək həmin avtomobili ünvan 12 ünvana sürdüyünü, sonra isə vtomobili orada qoyub bir taksi maşınına əyləşər oradan çıxıb getdiyni bildirmiş və həmin yerin hadisə yerindən təxminən iki-üç kilometr aralıda yerləşdiyi müəyyən edilmişdir. (cild 2, iş vər. 59-63). Cinayət işinin materiallarında olmaqla "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında istintaqa təqdim edilmiş bir ədəd CD formatlı optik diskə baxış keçirilməsi haqqında 13 may 2020-ci il tarixli protokoldan görünür ki, həmin SD diskdə olmaqla telefon əlaqələri barədə məlumatlara baxış keçirilən zaman, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 22 fevral 2020-ci il tarixdə saat 20:56:45-də zəng daxil olmaqla aralarında 4 saniyə müddətində danışıq olduğu, habelə həmin tarixdə saat 21:13:23-də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng daxil olaraq aralarında 9 saniyə, saat 21:44-də isə 418 saniyə danışıqlar olmaqla, ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi «Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1», ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsinin isə «Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 51 K»-da olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 22.02.2020-ci il tarixdə saat 20:50:59-da 214 saniyə danışıq olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında 01.02.2020-ci il tarixdən 22.02.2020-ci il tarixədək çoxsaylı danışıqların olması, sonuncu dəfə isə həmin şəxslər arasında 22.02.2020-ci il tarixdə saat 22:11:28- də 85 saniyə müddətində danışıq olması müəyyən edilmiş, həmin vaxtı ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi «Bakı şəhəri, 4-cü Meden Binəqədi şossesi» ərazisində olduğu müəyyən edilmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 22.02.2020-ci il tarixdə saat 21:24:27-də zənglər daxil olaraq aralarında 38 saniyə, həmin tarixdə saat 21:29:19-da 25 saniyə, saat 21:38:28-də 282 saniyə, sonuncu dəfə isə saat 21:53:37-də 16 saniyə müddətlərində danışıqlar olduğu, Zərərçəkmiş şəxs məxsus olan mobil telefonun anten dairəsi «Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi, Sumqayıt şosesi» ərazisində olduğu, Təqsirləndirilən şəxs mobil telefonun lokallığı «Bakı şəhəri, Binəqədi rayonu. Xırdalan qəsəbəsi, Zeynalabdin T. küçəsi, dalan 1» ərazisində olduğu müəyyən edilmişdir. Sonuncu vaxtdan sonra Təqsirləndirilən şəxs istifadəsində olan həmin mobil telefonla kimləsə əlaqə saxlamadığı, həmin mobil telefon internet şəbəkəsində olmaqla 22.02.2020-ci il tarixdə saat 21:54:38də «Bakı şəhəri, Binəqədi rayonu. Xırdalan qəsəbəsi, Zeynalabdin T. küçəsi, dalan l»-də olması, sonuncu dəfə 23.02.2020-ci il tarixdə saat 10:24:59-da isə lokallıq «ünvan 13 ünvanın ərazisində olduğu müəyyən edilmişdir. (cild 2, iş vər. 71-73). Azərbaycan Respubltikası DİN BƏSİİ-dən verilmiş 15.05.2020-ci il tarixli tələbnamə və məhkəmə hökmünün surətindən görünür ki, xx xxxxxxx 1986-cı il tarixdə Masallı rayonu, Hacıtəpə kəndində anadan olmuş, Mayılov X3 Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli iş № 1(012)-61/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayonu İcra şöbəsinə həvalə olunmuşdur. (cild 2, iş vər. 145-146, 233-234). Azərbaycan Respubltikası DİN BƏSİİ-dən verilmiş 15.05.2020-ci il tarixli tələbnamə və məhkəmə hökmünün surətindən görünür ki, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş Abıyev X9 Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudulaşdırılması cəzasına məhkum edilmişdir. (cild 2, iş vər. 148-149, 166- 171). İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 08 iyun 2020-ci il tarixli 759 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sağ dirsək çuxurunda aşkar olunmuş nöqtəşəkilli yaracıq həmin nahiyəyə iynə vurulması nəticəsində əmələ gələ bilərdi. (cild 2, iş vər. 184-185). İş üzrə təyin edilmiş məhkəmə-kriminalistik ekspertizasının 23 iyun 2020-ci il tarixli 20/313 R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd PH-3046M nömrəli silah zavod üsulu ilə keçmş SSRİ dövlətində istehsal olunmuş 9 mm. kalibrli PM modelli, «Makarov» konstruksiyah tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyah tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd güllə zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) Steçkin (APS) konstruksiyah və həmin kalibrli PA-63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş 9x18 mm kalibrli patronların bir hissəsidir atılmış-gülləsidir. Həmin güllə tədqiqata təqdim edilmiş PH-3046M nömrəli 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı tapançadan atılmışdır.Tədqiqata təqdim edilmiş 02 ədəd giliz zavod üsulu ilə Azərbaycan dövlətində 1998-ci ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və həmin kalibrli PA-63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir atılmışgilizləridir. Həmin gilizlər tədqiqata təqdim edilmiş 9 mm kalibrli PH-3046M nömrəli «Makarov» konstruksiyalı PM modelli tapançadan atılmışdır. (cild 2, iş vər. 187-196). İş üzrə təyin edilməklə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 25 iyun 2020-ci il tarixli 438/2020-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizayə təqdim edilməklə Təqsirləndirilən şəxs məxsus gödəkçə üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. (cild 2, iş vər. 218-220). Cinayət işinin materiallarında olmaqla "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında istintaqa təqdim edilmiş bir ədəd CD formatlı optik diskə baxış keçirilməsi haqqında 27 iyul 2020-ci il tarixli protokoldan görünür ki, həmin SD diskdə telefon əlaqələri barədə məlumatlara baxış keçirilən zaman Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 22.02.2020-ci il tarixdə saat 21:24:27-də zənglər daxil olaraq aralarında 38 saniyə, həmin tarixdə saat 21:29:19-da 25 saniyə, saat 21:38:28-də 282 saniyə, sonuncu dəfə isə saat 21:53:37-də 16 saniyə müddətində danışıqlar olduğu və Zərərçəkmiş şəxs məxsus olan mobil telefonun anten dairəsi «Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi» ərazisində, Təqsirləndirilən şəxs mobil telefonun lokallığı «Bakı şəhəri, Binəqədi rayonu Xırdalan qəsəbəsi, Zeynalabdin T. küçəsi, dalan 1» ərazisində olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs məxsus ***-***- **-** saylı mobil telefon nömrəsi ilə Şahid2 Emay oğluna məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 22.02.2020-ci il tarixdə saat 20:18:10-da 48 saniyə müddətində danışıq olduğu, Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid2 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə 22.02.2020-ci il tarixdə saat 19:24:53-də zəng daxil olmaqla aralarında 38 saniyə, həmin tarixdə saat 20:03:07-də 34 saniyə, saat 20:04:39-da 35 saniyə, saat 20:06:35-də 2 saniyə, saat 20:07:36-da 59 saniyə, saat 20:14:16-da 20 saniyə müddətində danışıqlar olduğu, sonuncu danışıq zamanı Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 40B ərazidə olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə Şahid1 məxsus ***- ***-**-** sayı mobil telefon nömrəsindən 22.02.2020-ci il tarixdə saat 22:20:36-da zəng daxil olmaqla aralarında 55 saniyə, habelə saat 22:22:15-də 18 saniyə, saat 22:28:02-də 25 saniyə müddətində danışıqların olması müəyyən edilmişdir. Habelə, Zərərçəkmiş şəxs həmin nömrədən ifadəsində göstərmiş olduğu hadisədən sonra taksi sürücüsü Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 22.02.2020-ci il tarixdə saat 22:23:35-də zəng etməklə aralarında 34 saniyə, saat 22:26:08-də 36 saniyə, saat 22:28:51-də 7 saniyə, saat 22:29:24-də 18 saniyə, daha sonra isə Şahid1 məxsus ***-***- **-** saylı mobil telefon nömrəsindən 22.02.2020-ci il tarixdə təkrar Ə.A.Abıyevə məxsus mobil telefon nömrəsinə saat 22:31:23-də zəng daxil olmaqla aralarında 25 saniyə, saat 22:33:00- da 15 saniyə müddətlərində danışıqlar qeydə alındığı müəyyən edilmişdir. (cild 2, iş vər. 230-231). İşdə materiallarında olmaqla Masallı rayon İHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21.08.2020-ci il tarixli 148 saylı məktub və xasiyyətnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xx xxxxxxx 1986-cı il tarixdə Masallı rayonu, Hacıtəpə kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. Təqsirləndirilən şəxs barəsində həmin nümayəndəliyə hüquq pozulmalarına dair məlumat daxil olmamışdır. (cild 2, iş vər. 290, 291). İş üzrə təyin edilməklə keçirilmiş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 23 iyun 2020-ci il tarixli 1153 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən və etdiyi hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs özünü müdafiəyə etməyə meyillilik, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, çılğınlıq və s. kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekl halında olmamışdır. (cild 2, iş vər. 299-301). Cinayət işi üzrə təyin edilməklə keçirilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 12 iyul 2020-ci il tarixli 278/2020-MTKŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs mil sinirinin zədələnməsi ilə müşayiət olunan giriş dəliyi bazunun ön səthində, çıxış dəliyi içəri səthində yerləşən sol bazunun dəlib-keçən odlu silah güllə yaralanması olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxsdə giriş dəlikləri sol budun ön və sağ budun içəri səthlərində, çıxış dəlikləri isə sol budun içəri və sağ budun bayır səthlərində yerləşən hər iki budun dəlib-keçən odlu silah güllə yaralanması olmuşdur. Qeyd edilən xəsarətlər patronu güllə ilə doldurulmuş odlu silahdan 1 metrdən yuxarı məsafədən açılmış üç atəş nəticəsində törənmişlər, qərarda göstərilən şəraitdə baş verməsi inkar olunmur, törənmə müddətləri 22 fevral 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs sol bazu və sol bud nahiyələrinin dəlib-keçən odlu silah güllə yaralarının giriş dəliklərinin yerləşmə yerlərinə əsasən atəşlər zamanı xəsarət alan atəş açana münasibətdə müxtəlif duruş vəziyyətlərində (əsasən də sol yan tərəfdə və bir qədər solda üzbə-üzə) ola bilərdi. Zərərçəkmiş şəxs həm 19 mart 2020-ci il tarixli ilkin, həm də 30 iyun 2020-ci il tarixli təkrar məhkəmə tibbi müayinələri zamanı bədən səthində odlu silah güllə yaralarından başqa digər alətlərlə yetirilməyə xarakterik xəsarətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs xəsarətləri aldıqdan sonra məqsədyönlü hərəkətlər etmək (danışmaq, hərəkət etmək və s). iqtidarında olmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sol ayağının ön yuxarı səthində bir ədəd aşkar edilmiş zədə (giriş dəliyi), şalvarın sol cibinin astarında bir ədəd zədə var (çıxış dəliyi), şalvarın sağ ayağının ön səthində aşkar edilmiş bir ədəd zədə (giriş dəliyi), şalvarın sol cibinin astarında bir ədəd zədə (çıxış dəliyi), sviterin sol qolunun ön səthində aşkar edilmiş bir ədəd zədə (giriş dəliyi), sviterin sol qolunun arxa səthində isə aşkar edilmiş bir ədəd zədə (çıxış dəliyi), gödəkcənin sol qolunun ön səthində aşkar edilmiş bir ədəd zədə (giriş dəliyi), gödəkcənin sol qolunun arxa səthində aşkar edilmiş bir ədəd zədə (çıxış dəliyi) odlu silah zədələnməsidir, mis tərkibli mərmi (güllə) doldurulmuş odlu silahdan açılmış üç atəş nəticəsində əmələ gəlmişlər. Paltarlar üzərində aşkar edilmiş odlu silah zədələnmələri onun bədəni üzərində olan odlu silah yaraları ilə yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol qolunun ön səthində bir ədəd və gödəkçənin sol qolunun arxa səthində bir ədəd aşkar edilmiş sökülmə zədələri, gödəkçənin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilibdartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, şalvar və köynək üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus poluver və şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Şahid2 məxsus gödəkçənin sağ qolunun arxa səthində aşkar edilmiş bir ədəd sökülmə zədəsi, gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. (cild 2, iş vər. 309-317). 11 sentyabr 2020-ci il tarixdə həmin cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə göndərilmiş, 14 sentyabr 2020-ci il tarixdə cinayət işi həmin idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi, V.K.Əliyev tərəfindən icraata qəbul edilərək iş üzrə istintaq davam etdirilmiş və həmin tarixli qərarla iş üzrə müvafiq qaydada istintaq qrupu yaradılmaqla istintaq qrupuna rəhbərlik V.K.Əliyevə həvalə edilmişdir. (cild 3, iş vər. 4, 5, 6-7). İşdə olmaqla Bakı şəhər MKETD-nin 144 saylı MKİS-dən verilmiş 14 oktyabr 2020ci il tarixli xasiyyətnamədən görünür ki, iş üzrə zərərçəkmiş şəxs Abıyev X19 rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi ev 3, mənzil 29 ünvanında pasport qeydiyyatdadır və daimi yaşayış yeri üzrə müsğət xarakterizə olunur. (cild 3, iş vər. 88). İş materiallarında olmaqla Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt şəhər Probasiya şöbəsi tərəfindən verilmiş 23 oktyabr 2020-ci il tarixli 47 saylı məktubdan görünür ki, Abşeron rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli 1(012)-61/2018 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 01 (bir ) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən islah işləri cəzası həmin tarixə qədər icra edilməmişdir. (cild 3, iş vər. 91). İşdə olmaqla 26 oktyabr 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq məhkəmə qərarı əsasında "xxxx" MMC-dən istintaqa təqdim edilmiş bir ədəd SD formatlı optik diskdə olan olan telefon əlaqələri barədə məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olması müəyyən edilmiş ***-***-**-** saylı mobil nömrə ilə hadisənin baş verdiyi tarixdə, yəni 22 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, Şahid2 istifadəsində olmuş ***-***-**-** və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələr arasında 22.02.2020-ci il tarixdə saat 19:26:00-dan 20:50:59–a qədər müxtəlif vaxtlarda və müxtəlif müddətlərdə danışıqların olması müəyyən edilmişdir. Bundan başqa Şahid2 istifadısində olmuş ***-***-**-** saylı mobil nömrə ilə hadisənin baş verdiyi tarixdə, yəni 22 fevral 2020-ciil tarixdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-**, Şahid1 istifadəsində olması müəyyən edilmiş ***-***-**-** və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələr arasında 22.02.2021-ci il tarixdə saat 00:39:36-dan 21:51:28 rədələrinədək müxtəlif vaxtlarda və müddətlərdə danışıqların olması müəyyən edilmişdir. (cild 3, iş vər. 107-109). İş üzrə təyin edilməklə keçirilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının T276/2020 nömrəli, 20 oktyabr 2020-ci il tarixli ekspertiza rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs mil sinirinin zədələnməsi ilə müşayiət olunan giriş dəliyi bazunun ön səthində, çıxış dəliyi içəri səthində yerləşən sol bazunun dəlib-keçən odlu silah-güllə yaralanması olmuşdur ki, yara kanalının istiqaməti soldan-sağa, öndən arxayavə bir qədər yuxarıdan-aşağıya doğru olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs giriş dəlikləri sol budun ön və sağ budun içəri səthlərində, çıxış dəlikləri isə sol budun içəri və sağ budun bayır səthlərində yerləşən hər iki budun dəlib-keçən odlu silah-güllə yaralanması olmuşdur ki, bu yara kanallarının istiqaməti sağdan sola, yuxarıdan aşağıya doğru olmuşdur. Qeyd edilən xəsarətlər patronu güllə ilə doldurulmuş odlu silahdan 1 metrdən yuxarı məsafədən açılmış üç atəş nəticəsində törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş verməsi mümkündür, törənmə müddətləri 22.02.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs almış olduğu dəlib-keçən odlu silah – güllə yaralarının giriş dəliklərinin yerləşmə yerlərinə əsasən atəşlər açılarkən xəsarət alan atəş açana münasibətdə müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Odlu silah-güllə yaralarının 9 mm. kalibrli “Makarov” markalı tapançadan Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi şəraitdə açılmış atəşlər nəticəsində yaranması istisna edilmir. (cild 3, iş vər. 112-120). İşdə olan “Sübutların qiymətləndiriməsi” haqqında 26 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 29, 120.1, 228.1 və 185.1-ci maddələrindən CM-nin 29, 120.2.2, 228.1 və 185.1-ci maddələrinə tövsif edilməsi və barəsində həmin maddələrlə təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərar qəbul edilməklə ona həmin maddələrlə yenidən ittiham elan olunması, 22 fevral 2020-ci il tarixdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz gəzdirdiyi “Makarov” konstruksiyalı tapançadan atəş açmaqla Zərərçəkmiş şəxs məxsus “VAZ-2121” markalı, **-ZH-*** dövlət nömrə nişanlı avtomobili zədələsə də, zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği 200 manat müəyyən edildiyindən həmin xüsusatlar üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186 və ya 187-ci maddələrinin tərkibi olmadığı üçün barəsində həmin maddələrlə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs 22 fevral 2020-ci il tarixdə törətdiyi xüsusi ilə ağır cinayət hadisəsi barədə qardaşı Şahid6, sonuncu isə bu barədə Təqsirləndirilən şəxs həyat yoldaşı X1 məlumat verməsinə baxmayaraq, sonuncuların məlumatlı olduqları xüsusilə ağır cinayət hadisəsi barədə hər hansı hüquq mühafızə orqanına məlumat verməmələrindən ibarət əməlləri Azərbaycan Respublikası CM-nin 307-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadığından Şahid6 və Turanə Əlizadənin əməllərində CMnin 307.1 -ci maddəsinin tərkibi olmadığı üçün barələrində həmin maddə ilə cinayət işinin başlanılmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, həmin ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində istifadə etdiyi «Makarov» konstruksiyalı «PM» modelli «PH- 3046M» nömrəli 9 mm. kalibrli yivli odlu silahı-tapançanın, onun komplekt hissələrinin və daraqda olan döyüş sursatı hesab edilən həmin silaha aid 3 ədəd 9 mm. kalibrli patronların mənbəyinin, təqsirləndirilən şəxs tərəfindən əldə edilmə şəraitinin, bu əməllərə aidiyyəti olan bütün şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsinə dair fakta görə Azərbaycan Respublikası CM-nin 228.1 -ci maddəsi ilə cinayət işinin ayrıca icraata ayrılaraq icraata qəbul edilməsi, Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs “Hyundai Sonata” markalı **-OJ-*** dövlət nömrə nişanlı avtomobilin tapılması ilə bağlı hərəkətlərinə, “Toyota Land-Crusier Prado” markalı **-RA-*** dövlət nömrə nişanlı avtomobilin satışını həyata keçirmələri, 22 fevral 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, "Bakı Metropoliteni” QSC-ııin Memar Əcəmi metrostansiyasının yaxınlığında aralarında yaranmış mübahisə, o cümlədən axtarış zamanı ünvan 4 ünvanında yerləşən mənzildə aşkar edilərək götürülmüş **-ED-***, **-SU-***, **-XB-*** və 90- RA-411 dövlət nömrə nişanlı avtomobillərə aid qeydiyyat şəhadətnamələri, **-TO-*** dövlət nömrə nişanına dair xüsusatlara, Şahid1 götürülmüş bir ədəd poluver, bir ədəd şalvar, Şahid2 götürülmüş məxsus bir ədəd gödəkçə, bir ədəd köynək və bir ədəd şalvar ********* nömrəli cinayət işindən ayrılacaq cinayət işinin materiallarına əlavə edilməsi və Təqsirləndirilən şəxs ittiham edilməsi ilə əlaqədar olmayan digər bütün faktlarla bağlı xüsusatlara ayrılacaq cinayət işinin materiallarında hüquqi qiymət verilməsinin təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsi qərara alınmışdır. (cild 3, iş vər. 123-178) İşdə olan 26 oktyabr 2020-ci il tarixli «Maddi sübut qismində tanıma haqqında» qərardan görünür ki, “Makarov” kostruksiyalı “PM” modelli PH-3046 nömrəli 9 mm kalibrli yivli odlu silah-tapança, hadisə yerindən götürülmüş 2 ədəd giliz, qan nümunələri, Zərərçəkmiş şəxs məxsus “VAZ-2121” markalı **-ZH-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı götürülmüş 1 ədəd 9 mm-lik güllə, Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli gödəkçə, bir ədəd açıq yaşıl rəngli sviter və bir ədəd belində qara rəngli kəməri olan cins şalvar, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli köynək və bir ədəd qara rəngli şalvar maddi sübut qismində tanınmışdır. (cild 3, iş vər. 184-188). İş üzrə 26 oktyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 29, 120.1, 228.1 və 185.1-ci maddələrindən CMnin 29,120.2.2, 228.1 və 185.1-ci maddələrinə tövsif edilmiş və həmin tarixdə barəsində təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərar qəbul edilməklə ona müdafiəçisinin iştirakı ilə həmin maddələrlə yeni ittiham elan olunmuєdur. (cild 3, iş vər. 190-192). . İş materiallarında olmaqla 26 oktyabr 2020-ci il tarixli «Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» qərarın surətindən görünür ki, hazırkı ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində istifadə etdiyi «Makarov» konstruksiyalı «PM» modelli «PH-3046M» nömrəli 9 mm kalibrli yivli odlu silahı-tapançanın, onun komplekt hissələrinin və daraqda olan döyüş sursatı hesab edilən həmin silaha aid 3 ədəd 9 mm. kalibrli patronların mənbəyinin, təqsirləndirilən şəxs tərəfindən əldə edilmə şəraitinin, bu əməllərə aidiyyəti olan bütün şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsinə dair fakta görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir. (cild 3,iş vər. 211-216, 217-218). Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək, məhkəmə iclasında iştirak etməyən şahidlərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini elan etməklə tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığı ilə bağlı işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri, maddi sübut, hadisənin baş verməsini özündə əks etdirən videogörüntü və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti olmadığı, onu öldürməyə cəhd etmədiyi, hadisə vaxtı onun niyyətinin Zərərçəkmiş şəxs qorxutmaq olduğu və özünü müdafiə etmək üçün onun ayaqları istiqamətdə tapançadan cəmi iki dəfə atəş açdığı, hadisə vaxtı istifadə etdiyi «Makarov» markalı tapançanın sandıqçasında üç ədəd deyil, cəmi iki ədəd patron olduğu və hadisə vaxtı həmin silahadna Əli Ağbıyevə tərəf üç dəfə deyil cəmi iki dəfə atəş açıdığı, hadisə vaxtı Zərərçəkmiş şəxs məxsus “VAZ-2121” markalı, **-ZH-*** dövlət nömrə nişanlı avtomobili qəsdən qaçırmadığı, hadisə yerindən çıxıb getmək həmin avtomobildən istifadə etdiyi, həmçinin hadisədən birbaşa əvvəl Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan dairəsi” adlanan ərazidə yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxslə görüşən zaman sonuncudan avtomobilə oturub harasa gedib ikilikdə söhbət etmələrini tələb etmədiyi, sonra avtomobilə əyləşib X28 İdarəsinin inzibati binası istiqamətdə hərəkət edən zaman Zərərçəkmiş şəxs avtomobili kimsəsiz bir yerə sürməsini tələb etmədiyi, sonuncunun özü avtomobili Binəqədi rayonu “Vulkan dağının ətəyi” adlanan əraziyə sürdüyü, hadisə yerində olan zaman Zərərçəkmiş şəxs aralarında olan narazıçılıq ilə bağlı ondan üzr istəmədiyi, əksinə Zərərçəkmiş şəxs öz əlində olan vintaçanla onu vuracağı ilə hədələyərək ondan Şahid1 üzr istəməsini tələb etdiyi və məhz buna görə Sərxan Abıyevlə telefonda danışan zaman sonuncudan üzr istədiyi barədə hissədə olan ifadələrinə tənqidi yanaşaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır və onun yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş olduğu, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, habelə talama məqsədi olmadan özgəsinə məxsus avtomobili qanunsuz olaraq ələ keçirməkdə təqsirli olması özünün ibtidai istintaq və məhkəmə iclasında verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, hadisə günü Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs istifadələrində olan mobil telefon nömrələrindən istifadə etməklə öz aralarında və həmçinin iş üzrə şahid qismində keçən digər şəxslərlə telefon əlaqələri barədə məhkəmə istintaqa zamanı tədqiq edilmiş məlumatlar, maddi sübutlar, ekspertiza rəyləri və məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Yuxarıda qeyd olunduğu kimi, həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hadisədən birbaşa əvvəl Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayonu, Bakı şəhəri «Memar Əcəmi» metrostansiyasının yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəyə aydınlıq gətirilməsi bəhanəsi ilə görüşə çağırsa da, həmin xüsusatlarla bağlı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Vulkan dağının ətəyi” adlanan ərazidə arlarında olan söhbət əsnasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs aralarında yaranmış narazılıqla bağlı üzr istədiyini bildirib maşına əyləşmələrini və tanışlarının yanına qayıtmağı təklif etdikdən sonra həmin an artıq aralarında əvvəlcədən yaranmış narazılıq bitməsinə, eləcə də mübahisənin davam etməməsinə, habelə Zərərçəkmiş şəxs arxasını Təqsirləndirilən şəxs dönərək avtomobilinə doğru getməsinə baxmayaraq Təqsirləndirilən şəxs üzərində qanunsuz gəzdirdiyi tapança silahdan yaxın məsafədən Zərərçəkmiş şəxs üç dəfə atəş açaraq onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Göstərilən hallar ona dəlalət edir ki, hadisəyədək Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaransa da, hadisə zamanı Təqsirləndirilən şəxs odlu silahdan Zərərçəkmiş şəxs atəş açarkən onun cinayətkar niyyəti həmin mübahisəyə görə Zərərçəkmiş şəxs qisas almaq deyil, əksinə onun cinayətkar niyyəti hər hansı əsaslı səbəb olmadan ictimai qaydalara açıq etinasızlıq göstərərək, özünün Zərərçəkmiş şəxs üstünlüyünü nümayiş etdirməklə, yəni məhz xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək olmuşdur. Məhkəmə belə hesab edir ki, həmin iş üzrə obyektiv subutların məcmusu üzrə, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs yaxın məsafədən Zərərçəkmiş şəxs üç dəfə atəş açaraq, məhz onda olan odlu silahdakı patronların qurtarması ilə bağlı onun bu kimi hərəkətlərini davam etdirməyə imkanı olmasa da, sonuncu qanunsuz olaraq əldə edib saxlayıb daşıdığı tapança silahdan açıdığı atəşlər nəticəsində Zərərçəkmiş şəxs ağır yaralandığını başa düşdüyü halda, yəni öz əməlinin ictimai təhlükəli olduğunu dərk etdiyi, törətdiyi əməlin ictimai təhlükəli nəticəsini, yəni törətmiş olduğu əməl ictimai təhlükəli olmaqla ağır nəticələrə, yəni Zərərçəkmiş şəxs hadisə yerində köməksiz halda qalmaqla sonuncunun almış olduğu xəsarətlərdən hadisə yerində, yəni gecə vaxtı, yaxınlıqda kənar şəxslərin olmadığı kimsəsiz ərazidə qalaraq ölə biləcəyini dərk etdiyi və belə bir nəticənin baş verəcəyini qabaqcadan gördüyü halda, belə bir bir nəticənin baş verməsini arzu etməsə də, belə bir nəticənin baş verməsinə şüurlu surətdə yol vermiş olduğu öz təsdiqini tapmışdır. Belə ki, hadisənin baş vermə yeri, vaxtı və şəraiti, hadisə vaxtı və bundan dərhal sonra Təqsirləndirilən şəxs aktif və məqsədyönlu hərəkətləri ilə bağlı müəyyən edilmişdir ki, göstərilən şəraitdə Təqsirləndirilən şəxs məhz qəsdən öldürmək məqsədi ilə Əli Mayılova odlu silahdan üç dəfə atəş açıb onu ağır yaraladıqdan sonra, yəni hadisədən birbaşa sonra zərərçəkmiş şəxsə heç bir yardım göstərməyərək, əksinə Zərərçəkmiş şəxs məxsus avtomobili də hadisə yerindən qaçırdaraq hadisə yerindən uzaqlaşaraq həmin avtomobili hadisə yerindən təxminən üç kilometr aralıda atıb çıxıb getdiyi, habelə baş vermiş hadisə barədə bir qədər əvvəl görüşmüş olduqları öz tanışlarına belə məlumat vermədiyi, hadisədən dərhal sonra verməsinə şürurlu surətdə dərhal yaşadığı ünvana gedərək baş vermiş hadisə barədə yalnız öz qardaşına bildirdikdən sonra baş vermiş hadisə barədə hüqüq mühafizə orqanlarına məlumat vermədən uzun müddət ərzində naməlum ünvanlarda istintaq orqanından qaçıb gizləndiyi təsdiq olunmuşdur. Bununla yanaşı, Zərərçəkmiş şəxs isə gecə vaxtı yaxınlıqda kənar şəxslərin olmadığı kimsəsiz ərazidə hadisə yerindən bir qədər uzaqlaşaraq və məhz öz istifadəsində olan telefondan istifadə etməklə baş vermiş hadisə ilə bağlı öz tanışlarına məlumat verməyə imkan tapdığı, sonra isə telefon əlaqəsi saxladığı öz tanışnın köməkliyi ilə son nəticədə xəstəxanaya çatdırılaq ona vaxtında ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən onun həyatının xilas olunduğu və beləliklə təqnsirləndirilən şəxs Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə həmin cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Bununla yanaşı, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 6-cı bəndindən görünür ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1№-li Qərarının 2, 5-ci bəndlərinə əsasən Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsinin məcmusunda göstərilmişdir ki, xuliqanlıq niyyəti ilə adam öldürmə təqsirkarın davranışı və ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsi həyatdan məhrumetmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı, ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-açıq hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmə, belə zor tətbiqi ilə hədələmə, özgə əmlakını məhv etmə, yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci və 221-ci maddələri ilə cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı 22 fevral 2020-ci il tarixdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ondan dəfələrlə üzr istəməsinə baxmayaraq hər hansı əsaslı səbəb olmadan ictimai qaydalara açıq etinasızlıq göstərərək, özünün Zərərçəkmiş şəxs üstünlüyünü nümayiş etdirməklə qəsdən öldürmək məqsədilə “Makarov” konstruksiyalı odlu silah hesab edilən tapançadan istifadə edərək özündən 5-6 metr aralıda dayanmış Zərərçəkmiş şəxs bədən nahiyyəsinə tuşlayaraq xuliqanlıq niyyəti ilə ardıcıl olaraq iki dəfə atəş açmış, güllədən biri Zərərçəkmiş şəxs sol, digəri sağ bud nahiyyəsinə dəyib, dəlibkeçən odlu silah güllə yaralanması ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra, sonuncunun ölmədiyini, hərəkət etdiyini görüb həyat üçün vacib orqanlarının yerləşdiyi və yetirildiyi anda ölümünə səbəb ola biləcək sinə nahiyyəsini nişan alaraq növbəti üçüncü dəfə atəş açmış və Zərərçəkmiş şəxs hərəkətdə olmaqla yerdəyişmə etdiyindən güllə onun sol bazu nahiyyəsinə dəyib, dəlib-keçən odlu silah güllə yaralanması ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmiş, həmin an patronların bitməsi, sonuncunun isə hadisə yerindən qaçaraq ondan uzaqlaşması və vaxtında ixtisaslı tibbi yardım alması səbəbindən iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməmişdir. Beləliklə, 22 fevral 2020-ci il tarixdə gesə vaxtı Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Vulkan dağının ətəyi” adlanan kimsəsiz ərazidə üzərində qanunsuz gəzdirdiyi tapança silahdan Zərərçəkmiş şəxs üç dəfə atəş açaraq onu qəsdən həyatdan məhrum etməyə cəhd etməsindən ibarət əməli zamanı onun cinayətkar niyyəti, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-nin 25.1-25.3-cü maddələrinin müddəalarına əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iş üzrə 22 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Vulkan dağının ətəyi” adlanan ərazidə xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə üzərində qanunsuz gəzdirdiyi tapança silahdan Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi və yetirildiyi anda ölümünə səbəb ola biləcək nahiyyələrinə cəmi 3 dəfə atəş açması bu zaman həmin an patronların bitməsi, sonuncunun isə hadisə yerindən qaçaraq ondan uzaqlaşması və vaxtında ixtisaslı tibbi yardım alması səbəbindən iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməməsindən ibarət əməlləri Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi kimi qiymətləndirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsinin məcmusunda göstərilmişdir ki, nəzərdə tutulan cinayətin obyektiv cəhəti avtomobili və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirmədə (qaçırmada) ifadə olunmuşdur. Qaçırılan avtomobil və ya nəqliyyat vasitəsi özgəsinin olmalıdır, yəni təqsirkarın onlardan istifadə etməyə icazəsi və ya hüququ olmamalıdır. Avtomobili və ya başqa nəqliyyat vasitəsini qaçırma mahiyyətcə həmin nəqliyyat vasitələrinin mülkiyyətçisinə və ya sair qanuni sahibinə məxsus istifadə və sahiblik hüququnu pozan hərəkətlərdən ibarətdir. Nəqliyyat vasitəsi dayandığı yerdən aparıldığı andan qaçırma başa çatmış hesab olunur. Şərh edilən cinayətin subyektiv cəhəti birbaşa qəsdlə və talama məqsədinin olmamasından ibarətdir. Yuxarıda qeyd edildiyi kimi, həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 22 fevral 2020-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs odlu silahdan Zərərçəkmiş şəxs 3 dəfə atəş açmaqla onu xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etdikdən sonra hadisə yerində olan Zərərçəkmiş şəxs məxsus “VAZ-2121” markalı, **-ZH-*** dövlət nömrə nişanlı avtomobili sonuncunun razılığını almadan qanunsuz ələ keçirib qaçırmaqla ünvan 1 ünvanına kimi sürüb orada maşını tərk eməklə hadisə yerindən qaçıb getmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “VAZ-2121” markalı, **- ZH-*** dövlət nömrə nişanlı avtomobili sonuncunun razılığını almadan qanunsuz ələ keçirib qaçırmaqda məqsədi avtomobili talamaq deyil, hadisə yerindən uzaqlaşmaq olmuşdur. Odur ki, şərh olunanlara əsasən 22 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs odlu silahdan Zərərçəkmiş şəxs üç dəfə atəş açmaqla onu xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etdikdən sonra hadisə yerində olan Zərərçəkmiş şəxs məxsus “VAZ- 2121” markalı, **-ZH-*** dövlət nömrə nişanlı avtomobili sonuncunun razılığını almadan qanunsuz ələ keçirib qaçırmaqdan ibarət əməli talama məqsədi olmadan özgəsinə məxsus avtomobili qanunsuz olaraq ələ keçirmə (qaçırma) kimi qiymətləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin məcmusunda göstərilmişdir ki, nəzərdə tutulan cinayətin obyektiv cəhəti qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmədə ifadə olunur. Şərh olunan cinayətin predmeti odlu silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğulardır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 saylı Qərarının 12-ci bəndində göstərilmişdir ki, təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya CM-in 228.1 -ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi CM-in 228.1 -ci maddəsi ilə tövsif edilməlidir. İstintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq «Makarov» konstruksiyalı «PM» modelli «PH- 3046M» nömrəli 9 mm kalibrli yivli odlu silahı-tapançanı, onun komplekt hissələrini və daraqda olan döyüş sursatı hesab edilən həmin silaha aid 3 ədəd 9 mm kalibrli patronları əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq «Makarov» konstruksiyalı «PM» modelli «PH-3046M» nömrəli 9 mm kalibrli yivli odlu silahı-tapançanı, onun komplekt hissələrini və daraqda olan döyüş sursatı hesab edilən həmin silaha aid üç ədəd 9 mm kalibrli patronları əldə etdib, saxlayıb, daşımaqla gəzdirməsindən ibarət əməlləri vahid cinayət kimi CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin tövsifi məsələsini müzakirə edərək Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı tövsiyələrini işin faktiki halları ilə, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmə motivinin olmasını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yetirdiyi üç ədəd olmaqla biri Zərərçəkmiş şəxs sol, digəri sağ bud nahiyyəsinə dəyməklə dəlib keçən odlu silah güllə yaralanması ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər yetirməsini, sonuncunun ölmədiyini görərək həyat üçün vacib olan orqanların yerləşdiyi və yetirildiyi anda ölümünə səbəb ola biləcək sinə nahiyyəsini nişan alaraq növbəti atəş açaraq zərərçəkmişin sol bazu nahiyyəsinə dəyərək dəlib keçən oldu silah güllə yaralanması ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməsi, atılmış güllələrdən birinin zərərçəkmiş şəxsə məxsus avtomobilə dəydikdən sonra patronların bitməsi, sonuncunun hadisə yerindən qaçaraq ondan uzaqlaşması, zərərçəkmiş şəxsə vaxtında tibbi yardım göstərilməsi nəticəsində sağ qalmasını, bundan başqa Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra zərərçəkmişə məxsus olan avtomobili zərərçəkmişin razılığı olmadan talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmaqla ünvan 15 ünvanına kimisürüb orada maşını tərk etməklə hadisə yerindən uzaqlaşması, qanunsuz əldə edib saxlamaqla daşıyıb gəzdirdiyi odlu silah hesab edilən “Makarov” kostruksiyalı tapançanı isə Xızı rayonunun Yaşma qəsəbəsi ərazisindəki ünvansız yarımtikilidə mişar daşının altında basdırmaqıa aşkar olunduğu 13 may 2020-ci il tarixədək qanunsuz saxlaması və iş materiallarında olan obyektiv sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, onun yuxarıda qeyd olunan törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 185.1 və 228.1-cü maddələri ilə tövsif edilmiş, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd edildiyi kimi həmin iş üzrə təqnsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər də cinayət məsuliyyətinə cəlb edilməklə Abşeron Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edildiyi və həmin cəzanın hal-hazırki vaxta qədər icra edilmədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyinə görə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğu və əvvəlki məhkəmə hökmü üzrə ona təyin edilmiş cəzanı çəkib qurtarmadan yenidən qəsdən xüsusilə ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin müddəalarına əsasən onun əvvəlki məhkumluğu götürülmədiyi və ödənilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, o, məhkum olunmuş şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələblərinə əsasən residivin müəyyən edilməsi zamanı o cümlədən böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır: Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə cəza təyin edilərkən onun əməlində cinayətlərin residivi müəyyən edilmədiyi nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alırıq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi və eləcə də Azərbaycan Respublikasg CM-nin 185.1, 228.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin Abşeron Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş islah işləri cəzasının çəkilməmiş qalan 1 (bir) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən dörd günə bir gün hesabı ilə hesablanmaqla, 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə təyin ediləcək cəzaya tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən eyni zamanda başa çatmayan cinayətə görə cəza təyin edilməsini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə görə, cinayətə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə əhatə olunan cinayətin odlu silahdan istifadə etməklə törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs qəsdən xüsusilə ağır cinayət törətməyə cəhd etməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu nəzərə alınaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəzaçəkmə müddətinin əvvəli 12 may 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar,- Baş Prokurorluğun İstintaq İdarəsində saxlanılan “Makarov” kostruksiyalı “PM” modelli “PH-3046M” nömrəli 9 mm kalibrli yivli odlu silah-tapança, hadisə yerindən götürülmüş 2 ədəd giliz, Zərərçəkmiş şəxs məxsus “Vaz-2121” markalı **- ZH-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı götürülmüş 1 ədəd 9 mm-lik güllə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq Şöbələrinə təhvil verilməli, Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli gödəkçə, bir ədəd açıq yaşıl rəngli sviter və bir ədəd belində qara rəngli kəməri olan cins şalvar, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli köynək və 1 ədəd qara rəngli şalvar, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyaları dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 242 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 185.1 və 228.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CM-in 29,120.2.2-ci maddəsi ilə 14 (on dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 185.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına və CM-in 228.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 15 (on beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Abşeron Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının çəkilməmiş qalan hissəsi 1 (bir) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən dörd günə bir gün hesabı ilə hesablanmaqla, 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 15 (on beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 may 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar,- Baş Prokurorluğun İstintaq İdarəsində saxlanılan “Makarov” kostruksiyalı “PM” modelli “PH-3046M” nömrəli 9 mm kalibrli yivli odlu silah-tapança, hadisə yerindən götürülmüş 2 ədəd giliz, Zərərçəkmiş şəxs məxsus “Vaz-2121” markalı **- ZH-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı götürülmüş 1 ədəd 9 mm-lik güllə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq şöbələrinə təhvil verilsin, Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli gödəkçə, bir ədəd açıq yaşıl rəngli sviter və bir ədəd belində qara rəngli kəməri olan cins şalvar, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli köynək və bir ədəd qara rəngli şalvar, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyaları dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri 242 (iki yüz qırx iki) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-441/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-441/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver