Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-441/2022 26.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X3 və X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X7 və Dövlət ittihamçısı, müdafiəçilər, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Ramiz oğlunun iştirakları ilə, 23 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 2 azyaşlı uşaq olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi, 1C nömrəli evdə kirayədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 13 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi, 1C nömrəli evdə kirayədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup halında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, Təqsirləndirilən şəxs2 tapşırığı əsasında sonuncunun, şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Mahal” adlı şəxsdən və məlum olmayan vaxtda əldə etdiyi külli miqdarda ümumi təmiz çəkisi 8,568 qram narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 8,710 qram psixotrop maddə metamfetamini 24 avqust 2021-ci il tarixdə, saat 17-18 radələrində birgə kirayədə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 evdə satış məqsədi ilə götürüb qanunsuz əldə edərək göy rəngli parça materialdan hazırlanmış zəncirbəndli əl çantasının içərisinə qoyub üzərində saxlamaqla daşımış, 25 avqust 2021-ci il, saat 10:00-da Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu, ünvan 3 ünvanın qarşısında saxlanılıb, 13-cü PB-nə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman üzərində olmuş göy rəngli parça materialdan hazırlanmış zəncirbəndli əl çantasının içərisindən altı ədəd bükümdə ayrı-ayrılıqda külli miqdarda təmiz çəkisi 0,378 qram, 0,361 qram, 0,296 qram, 0,330 qram, 0,682 qram, 6,521 qram, ümumi təmiz çəkisi 8,568 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,149 qram, 1,748 qram, 5,813 qram, ümumi təmiz çəkisi 8,710 qram olan ağ rəngli kristalik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni təkrar əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Mahal” adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, “Mahal” adlı şəxsin göndərdiyi və sonuncunun “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi məlum olmayan ünvandan ümumi təmiz çəkisi 0,476 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,839 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 24 iyul 2021-ci il tarixdə, saat 02:00-da Sabunçu rayonu, ünvan 4 ünvanın qarşısında Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman əynində olmuş qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,476 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,839 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Mahal” adlı şəxslə və qeyri-rəsmi ərarvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, “Mahal” adlı şəxsin göndərdiyi və sonuncunun “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi məlum olmayan ünvandan və vaxtda külli miqdarda ümumi təmiz çəkisi 9,201 qram narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 9,763 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlayaraq daşımış, 24 avqust 2021-ci ildə, saat 17-18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 evdə “Mahal” adlı şəxsin göndərdiyi altı ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,378 qram, 0,361 qram, 0,296 qram, 0,330 qram, 0,682 qram, 6,521 qram, ümumi təmiz çəkisi 8,568 qram külli miqdarda narkotik vasitə heroini və üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,149 qram, 1,748 qram, 5,813 qram, ümumi təmiz çəkisi 8,710 qram külli miqdarda psixotrop maddə metamfetamini satışını həyata keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 vermiş, ümumi təmiz çəkisi 0,633 qram heroini və ümumi təmiz çəkisi 1,053 qram metamfetamini satmaq məqsədi ilə üzərində saxlayıb daşımış, 25 avqust 2021-ci il tarixdə, saat 10:00-da Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət qrupun üzvü olan Təqsirləndirilən şəxs1 Sabunçu rayonu, ünvan 3 ünvanın qarşısında saxlanılıb, 13-cü PBnə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman üzərində olmuş göy rəngli parça materialdan hazırlanmış zəncirbəndli əl çantasının içərisindən Təqsirləndirilən şəxs2 satış məqsədi ilə 24 avqust 2021-ci il tarixdə qanunsuz olaraq əldə etdiyi altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,378 qram, 0,361 qram, 0, 296 qram, 0,330 qram, 0,682 qram, 6,521 qram, ümumi təmiz çəkisi 8,568 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroin və üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,149 qram, 1,748 qram, 5,813 qram, ümumi təmiz çəkisi 8,710 qram olan ağ rəngli kristalik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüş və Təqsirləndirilən şəxs1 onda aşkar edilmiş, narkotik vasitə və psixotrop maddənin mənbəyinə dair verdiyi məlumata əsasında əməliyyat tədbirləri davam etdirilərək həmin tarixdə, saat 12:00-da Sabunçu rayonu, ünvan 6 ünvanın qarşısında Quliyev X9 RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,307 qram, 0,326 qram ümumi təmiz çəkisi 0,633 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,665 qram, 0,388 qram, ümumi təmiz çəkisi 1,053 qram olan ağ rəngli kristalik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, ünvan 7 ünvanında qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1lə kirayədə yaşamışdır. O, tutulmazdan əvvəl icarəyə götürdüyü avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, psixotrop maddə olan metanfetamindən istifadə etmiş, metamfetamini tanımadığı şəxslərdən almışdır. Tutulduqları gün polis əməkdaşları yaşadıqları mənzilin qapısını sındıraraq içəri girmiş, Nərminlə onu birlikdə bölməyə aparmışlar. Onlara bölmədə təzyiq olunmuş, onları döymüşlər. Sonra videoçəkiliş olmuş, onun əlinə bir çanta verib, məcbur edilmiş və çantanın içində olan narkotiki boynuna götürmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təzyiq altında verdiyindən onları təsdiq etmir. O, Mahalı tanımır. Son 1 il ərzində narkotik vasitədən istifadə etmişdir. Əvvəlcə nəşə çəkmiş, sonra tutulana kimi 5-N ay metamfetamindən istifadə etmişdir. 1-2 dəfə heroin də istifadə etmişdir. Narkotik vasitələri üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən almışdır. Nərminlə 4-5 ildir ki, birlikdə kirayədə yaşamışlar. Onun üzərində 17 qram metamfetamin olmamış, bölmədə üzərinə qoymuşlar. Onun plastik kartı olmamış, heç kimlə narkotiklə bağlı yazışmamışdır. Nərmin narkotikdən arabir istifadə etmişdir. O, birinci dəfə tutulanda üzərində narkotik olmamışdır. İkinci dəfə onları Nərminlə birlikdə saxlamışlar. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməklə yanaşı, satışı ilə məşğul olur. Belə ki, bir müddət əvvəl internet sosial şəbəkədə təsadüfən, özünü İran İslam Respublikasının vətəndaşı, Mahal kimi təqdim etmiş, anket məlumatlarını bilmədiyi şəxslə tanış olmuşdur. Bir neçə dəfə Mahalın ona bildirdiyi, hazırda nömrəsini xatırlamadığı kart hesabına pul göndərdikdən sonra Mahal onun üçün Mərdəkan qəsəbəsi ərazisində dəqiq bilmədiyi ünvanda yol kənarında gizlin bir yerə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qoyub, “WhatsApp” proqramı vasitəsi ilə ona mesaj göndərib həmin yer barədə məlumat vermişdir. O, da gedib həmin ünvandan maddələri götürüb istifadə etmişdir. Sonradan Mahal ona birlikdə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olub gəlir əldə etməyi təklif etmişdir. Mahal heroinlərin və metamfetaminlərin satışından əldə olunacaq puldan ona faiz ödəməyə söz vermişdir. Lakin hansı məbləğdə pul verəcəyini deməmişdir. O, da Mahal ilə razılaşmışdır. Beləliklə, iki və ya üç dəfə Mahal satmaqdan ötrü Mərdəkan qəsəbəsi ərazisində dəqiq bilmədiyi ünvanda yol kənarında gizlin bir yerdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin qoymuş, sonra ona “WhatsApp”la mesaj yazıb həmin yer barədə məlumat vermiş və o, gedib həmin maddələri oradan götürüb müxtəlif, anket məlumatlarını bilmədiyi şəxslərə satıb əldə olunmuş pulları Mahalın nömrəsini xatırlamadığı kart hesabına köçürmüşdür. Əvəzində Mahal ona özü istifadə etməsi üçün heroin və metamfetamin vermişdir. Bu barədə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs1 məlumatı olmuş, hətta Nərminin vasitəsi ilə də heroin və metamfetaminlərin satışını həyata keçirmişdir. Nərminlə əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən heroinin və metamfetaminin satışını həyata keçirdiyi üçün narkotik vasitələrin aludəçisi olduğundan əvəzində Nərminə özü istifadə etmək üçün heroin və metamfetamin vermişdir. Nərminin kimlərə heroin və metamfetamini satması barədə məlumatı olmamışdır. 24 iyul 2021-ci il tarixdə saat 02:00-da Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən ünvan 8 ünvanın qarşısında saxlanılıb, 13-cü PB-nə aparılıb üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,476 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,839 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin faktla bağlı barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb istintaq aparılmış, təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Həmin iş üzrə Mahalın adını qeyd etmək istəməyib, ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 23 iyul 2021-ci il tarixdə Suraxanı rayonu Bülbülə qəsəbəsində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən ümumilikdə 30 manata öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Həqiqətdə isə həmin narkotik vasitəni də Mahaldan öz istifadəsi üçün əldə etmişdir. 25 avqust 2021-ci il tarixdə saat 12 radələrində ünvan 7 ünvanın qarşısında Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə apanlaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 0,633 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr narkotik vasitə heroin və iki ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin faktla bağlı barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb istintaq aparılmış, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Üzərindən aşkar edilib götürülmüş heroini və metamfetamini ona Mahal göndərmişdir. Həmin maddələri satmaq və lazım olduqda özü istifadə etmək üçün üzərində saxlayıb daşımışdır. Mahalın göndərdiyi heroin və metamfetaminin bir qismini isə yəni içərisində narkotik vasitə heroin olan altı ədəd və içərisində psixotrop maddə metamfetamin olan üç ədəd ayrı-ayrı bükümləri satmaq üçün 24 avqust 2021-ci ildə saat 17-18 radələrində Nərminə kirayədə yaşadıqları Sabunçu rayonu, ünvan 6 evdə vermişdir. Nərminlə onun arasında olan razılaşmaya əsasən o, həmin maddələrin böyük bir qismini satmalı, az bir qismini isə qazanc kimi özü istifadəsi üçün götürməli idi. Lakin polis əməkdaşları Nərminin narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi və satışı ilə məşğul olduğunu müəyyən edib onu saxlamışlar. Nərmin də həmin maddələri ondan aldığını demiş və bundan sonra polis əməkdaşları onu da tutmuşlar (cild 1, iş vərəqi 126-128, 136-138, 207- 209, 219-221, cild 2, iş vərəqi 72-75, 160-162, 218-220). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, ünvan 7 ünvanında Təqsirləndirilən şəxs2la kirayədə yaşamışdır. Son 1 il ərzində heroindən istifadə etmişdir. Tutulduqları gün polislər qapını qırıb içəri girmiş və onları bölməyə aparmışlar. Polis əməkdaşları onu bölmədə döymüş, saçını yolmuş və toka vermişlər. Onu təhdid etmişlər, çəkiliş zamanı üstünə qoyduqları narkotiki məcbur olub boynuna götürmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, 4-5 ildir ki, Ayxanla birlikdə yaşayır, heç yerdə işləməmişdir. Onunla bir həyətdə yaşayan şəxslər, onların narkotik aludəçi olduqlarını bilmişlər, buna görə də onlar ağrıyan kimi ağrılarının keçməsi üçün narkotik vasitə vermişlər. O, Mahalı tanımamış, onlarda plastik kart olmamışdır. O, plastik kartdan istifadə etməmişdir. O, narkotik satmamışdır. Polis idarəsində polis əməkdaşları onun başına qara kulyok keçirib döymüş, toka vermiş və dişini qırmışlar. Onu və Ayxanı polis əməkdaşları yaşadıqları ünvandan 25 avqust 2021-ci il tarixdə saat 9-10 radələrində 13-cü Polis bölməsinə aparmış, o, polis bölməsində olarkən telefonunu polis əməkdaşları ondan götürmüş, polis bölməsində olarkən telefonuna gələn zənglərə polis əməkdaşları cavab vermişlər. Dəqiq saatı deyə bilmir, amma yadımdadır ki, o, polis bölməsində olarkən polis əməkdaşlarından kimsə onun bacısı Pərvanə ona zəng etdiyini, polis əməkdaşının Pərvanə ilə danışdığını demişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə təxminən 1 il olar ki, tanış olmuş, onunla qeyri-rəsmi ər-arvad münasibətində ünvan 7 ünvanda kirayədə yaşamışdır. Özü 2-3 ay olar ki, narkotik vasitə heroin və psioxotrop maddə metamfetamin istifadə edir. Ayxan da onun kimi narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir. Narkotik vasitələri Ayxanla birlikdə kirayədə qaldıqları mənzildə qəbul etmişlər. Bir neçə ay öncə Ayxandan eşidib bilmişdir ki, internet sosial şəbəkədə təsadüfən İran İslam Respublikasının vətəndaşı, özünü Mahal kimi təqdim etmiş, anket məlumatlarını bilmədiyi şəxslə tanış olmuşdur. Bir neçə dəfə Ayxan Mahalın ona bildirdiyi, kart hesabına pul göndərdikdən sonra Mahal Ayxan üçün Mərdəkan qəsəbəsi ərazisində yol kənarında gizlin bir yerə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qoyub, “WhatsApp” proqramı vasitəsi ilə Ayxana mesaj göndərib həmin yer barədə məlumat vermişdir. Ayxan da gedib oradan həmin maddələri götürüb istifadə etmişdir. X16 birlikdə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olub gəlir əldə etməyi təklif etmişdir. Mahal heroinlərin və metamfetaminlərin satışından əldə olunacaq puldan Ayxana faiz ödəməyə söz vermişdir. Lakin hansı məbləğdə pul verəcəyini deməmiş, Ayxan da onunla razılaşmışdır. Beləliklə iki və ya üç dəfə Mahal satmaqdan ötrü Mərdəkan qəsəbəsi ərazisində dəqiq bilmədiyi ünvanda yol kənarında gizlin bir yerdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin qoymuş, sonra Ayxana “WhatsApp”la mesaj yazıb həmin yer barədə məlumat vermiş, Ayxan da gedib həmin maddələri oradan götürüb müxtəlif, anket məlumatlarını bilmədiyi şəxslərə satıb əldə olunmuş pulları Mahalın kart hesabına köçürmüşdür. X17 özü istifadə etməsi üçün heroin və metamfetamin vermişdir. Hətta onun vasitəsi ilə də Ayxan heroin və metamfetaminlərin satışını həyata keçirmişdir. Belə ki, Ayxanla əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən heroinin və metamfetaminin satışını həyata keçirdiyi üçün Ayxan ona istifadə etməkdən ötrü heroin və metamfetamin vermişdir. O, heroin və metamfetamini tanımadığı, anket məlumatlarını bilmədiyi şəxslərə müxtəlif məbləğlərə satıb pulunu Ayxana nağd şəkildə vermişdir. 24 avqust 2021-ci il tarixdə saat 17-18 radələrində kirayədə yaşadıqları Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi, ev 1C ünvanda olarkən Ayxan ona satmaq üçün içərisində narkotik vasitə heroin olan altı ədəd və içərisində psixotrop maddə metamfetamin olan üç ədəd ayrı-ayrı bükümlər vermişdir. O, da həmin bükümləri üzərində saxlayıb daşımışdır. 25 avqust 2021-ci il tarixdə saat 10:00-da Bakı şəhəri Sabunçu rayonu, ünvan 6 evin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona birlikdə Sabunçu RPİnin 13-cü PB-nə getməyi təklif etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Barəsində toplanmış material üzrə araşdırmanın aparılması 13-cü PB-nin təhqiqatçısı Şahid5 həvalə edilmişdir. Polis bölməsində hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan dövlət hesabına vəkil dəvət olunaraq, vəkil ona təqdim edilmişdir. Daha sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Qadın olduğu üçün narkotik vasitələrin, psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olduğunu çox adamın bilməsini istəməyib vəkildən utanıb vəkilin iştirakı olmadan üzərinə axtarış aparılmasına razılıq vermiş və bu barədə ərizə yazmışdır. Razılığı əsasında vəkilinin iştirakı olmadan polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra o, sağ qolunun altında saxladığı göy rəngli parça materialdan hazırlanmış zəncirbəndli əl çantasını çıxarıb, çantanın içərisindən bir ədəd özünə məxsus “Redmi” markalı mobil telefonu, ümumilikdə doqquz ədəd bükümləri çıxarıb təqdim etmişdir. Səmimi olaraq bildirmişdir ki, təqdim etdiyi altı ədəd bükümlərin içərisində narkotik vasitə heroin, üç ədəd bükümlərdə isə psixotrop maddə metamfetamindir, həmin maddələri ona qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs2 əksər hissəsini satmaq, az bir qismini isə istifadə etmək üçün vermişdir. Bükümlərə təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən təqdim etdiyi əşyalardan başqa qanunla daşınması və saxlanılması qadağan olunan hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi maddələr və bir ədəd “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu onun və polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 52-54, 62-64; cild 2, iş vərəqi 68-71, 157-159, 205-207). Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri ilə bağlı qismən etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 13cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 24 iyul 2021-ci il tarixdə saat 02:00-da həmin bölmənin əməliyyat müvəkkili Şahid1lə ərazidə xidmət aprararkən ünvan 10 ünvanın qarşısında əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmayan Təqsirləndirilən şəxs2 onları gördükdə özünü həyəcanlı və şübhəli aparması diqqətlərini cəlb etmiş, Təqsirləndirilən şəxs2 yaxınlaşdıqda sonuncu qaçıb getmək istədikdə onlar Ayxana yaxınlaşıb, özlərini təqdim etdikdən sonra şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs2 üzərində heç bir sənəd olmadığını bildirib, onlardan yayınmağa çalışmış, üzərində qanunla daşınması və saxlanması qadağan olan əşya və predmetin olmasından şübhələnib Ayxana onlarla birlikdə 13-cü PB-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs2 də onlarla birlikdə polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs2 polis bölməsinə gətirilib təhvil verilməsi ilə bağlı tərəflərindən 13-cü PB-nin rəhbərliyinə raport təqdim olunmuşdur. Daha sonra araşdırmanın aparılması tapşırılmış bölmənin təhqiqatçısı X22 Quliyevə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, üzərində saxlanması və daşınması qanunla qadağan olunan əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd mobil telefon, şalvarın sağ yan cibindən isə gümüşü rəngli kağıza bükülmüş iki ədəd ayrı-ayrılıqda bükümlər çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, 23 iyul 2021-ci tarixdə Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində anket məlumallarını bilmədiyi şəxsdən öz istifadəsi üçün ümumilikdə 30 manata alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmin maddələrə baxış keçirilmiş və təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 bölmədə heç bir işgəncə verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 tanıyır, onu Bakıxanov qəsəbəsində küçədə piyada hərəkət edərkən saxlamışar. Şəxsin üzərində neçə büküm narkotik vasitə olduğunu tam xatırlamır. Əməliyyat-axtraış tədbirinin keçirilməsindən uzun müddət keçməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 üzərində neçə büküm narkotik vasitə olduğunu tam xatırlamır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs2 Bakıxanov qəsəbəsində küçədə piyada hərəkət edərkən axşamtərəfi saxlamışlar, o, tutulanda tək olmuşdur. Tutularkən müqavimət göstərməmişdir. Onu 13-cü Polis bölməsinə dəvət etmişlər. Əməliyyat narkotik vasitənin dövriyyəsi ilə məşğul olduğu üçün keçirilmişdir. Ayxan narkotik vasitəni könüllü təqdim etmiş və şəxsi istifadəsi üçün üzdən tanıdığı, adını bilmədiyi şəxsdən aldığını demişdir. Ayxan 2-ci dəfə tutulanda o, əməliyyat tədbirində iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etməsi və şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb, daşıması barədə bölməyə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 25 avqust 2021-ci il tarixdə saat 10:00-da Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində Təqsirləndirilən şəxs1 onlar tərəfindən müəyyən olunmuş və polis bölməsinə gətirilmişdir. Bölmədə Nərminə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 sağ qolunun altında saxladığı göy rəngli parça materialdan hazırlanmış zəncirbəndli əl çantasını çıxarıb, çantanın içərisindən bir ədəd mobil telefonu, ümumilikdə doqquz ədəd bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi altı ədəd bükümlərin içərisində narkotik vasitə heroin, üç ədəd bükümlərin içərisində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri ona qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs2 əksər hissəsini satmaq, az bir qismini isə istifadə etmək üçün ona verdiyini, mobil telefonun isə ona məxsus olduğunu demişdir. Bükümlərə təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən təqdim etdiyi əşyalardan başqa qanunla daşınması və saxlanılması qadağan olunan hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddələr və bir ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 barədə Təqsirləndirilən şəxs1 alınmış məlumat əsasında təxirə salınmayan əməliyyat tədbirləri keçirilmiş və onlar tərəfindən Təqsirləndirilən şəxs2 şəxsiyyəti və olduğu yer müəyyən edilmiş, 25 avqust 2021-ci il tarixdə saat 12:00-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi 1 C saylı evin qarşısında saxlanılmış, 13-cü PB-nə gətirilmiş, Ayxanın üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olubolmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu, iki ədəd şəffaf sellofana bükülmüş içərisində kristal şəkilli maddə olan bükümləri və iki ədəd bənövşəyi rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik maddə olan bükümləri çıxarıb təqdim edərək bənövşəyi rəngli sellofanın içərisində narkotik vasitə heroin, ağ rəngli sellofanın içərisində isə psixotrop maddə metamfetamin olduğunu, onları 23 avqust 2021-ci il tarixdə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə danışdığı, anket məlumatlarını bilmədiyi Mahal adlı İran İslam Respublikası vətəndaşından, Mahalın ona bildirdiyi, lakin nömrəsini xatırlamadığı kart hesabına 100 manat pul köçürməklə bir qismini satmaq, bir qismini isə özü istifadə etməkdən ötrü aldığını, həmin maddələri Mahalın dediyi ünvandan, yəni Mərdəkan qəsəbəsi ərazisində yol kənarından götürüb üzərində saxlayıb daşıdığını, mobil telefon onun özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərin içərisinə baxış keçirilmiş, həmin maddələr və bir ədəd “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bölmədə Təqsirləndirilən şəxs1 heç bir işgəncə verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları tam təsdiq etdi. Şahid eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis bölməsinə aparılarkən və polis bölməsində olduqları müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmadıqlarını bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Sabunçu rayon Polis İdarəsinin təhqiqatçısı vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə təhqiqatı o, aparmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid5 bildirdi ki, Təqsirləndirilən şəxs1 səhər saatlarında, təxminən saat 10-da tutmuş, şübhəli şəxsin tutulma protokolunu saat 10:25də tərtib etmiş, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə hərəkəti saat 10:30-da başlanmış, şəxsi axtarış öz razılığı ilə vəkilin iştirakı olmadan keçirilmişdir. Nərminin üzərində çanta olmuş, həmin çantadan narkotik vasitə aşkarlanmış, kimdən aldığını soruşduqda, Nərmin narkotiki münasibətdə olduğu Təqsirləndirilən şəxs2 aldığını demişdir. O, Ayxanı tutulan günü görmüş, Nərminlə Ayxanın bir yerdə gətirilməsini dəqiq bilmir. Polis bölməsində olarkən Nərminin telefonuna zəng gəlib-gəlməməsini dəqiq xatırlamır. Yavər Əliyev küçəsi ilə Oskar Əfəndiyev küçəsi kəsişdiyindən, GPS ən azından 1 kilometr səhv göstərə bilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25.08.2021-ci il tarixli raportdan görünür ki, 25.08.2021-ci il tarixində, Sabunçu RPİ-nin 13-cü PB-nə qərəzsiz və etibarlı mənbədən "Nərmin" adlı şəxsin Bakıxanov qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatında Nərmin adlı şəxsin xüsusi əlamətləri də bildirilmişdir. Məlumatın ilkin yoxlanılması zamanı "Nərmin" adlı şəxsin xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 25.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 müəyyən edilməsi və zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25.08.2021-ci il tarixli raportdan görünür ki, 25.08.2021-ci il tarixidə saat 10:00-da, Sabunçu RPİ-nin 13-cü PBnə qərəzsiz və etibarlı mənbədən daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlumatda qeyd olunan əlamətlərə uyğun gələn - xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 12 ünvanında qeydiyyatda olan və ünvan 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın qarşısında saxlanılaraq 25.08.2021-ci il tarixdə saat 10:15-də Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25.08.2021-ci il tarixli raportdan görünür ki, 25.08.2021-ci il tarixidə saat 12:00-da, PB-nin əməkdaşları tərəfindən saxlanılmış və üzərindən narkotik vasitələr aşkar olunan Təqsirləndirilən şəxs1 izahatı əsasında üzərindən aşkar olunan narkotik vasitələri əldə etdiyini bildirdiyi xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 13 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 ünvan 14 ünvanının qarşısında saxlanılaraq 25.08.2021-ci il tarixdə saat 12:15-də Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmişdir (cild 1, iş vərəqi 82). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24.07.2021-ci il tarixli raportdan görünür ki, 24.07.2021-ci il tarixdə saat 02:00 radələrində inzibati ərazidə xidmətdə olarkən Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi 15 ünvanın qarşısında bir nəfər şəxsin polis əməkdaşlarını gördükdən sonra özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmış, bu zaman həmin şəxs qaçmağa başladıqda, polis əməkdaşları tərəfindən həmin şəxs saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün 13-cü PB-nə gətirilmişdir. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1995ci il təvəllüdlü, Bakı şəhərində anadan olan, AR vətəndaşı, orta təhsilli, subay, əvvəllər AR CM-nin 332.1 və 70-ci maddələri ilə məhkum edilmiş, ünvan 15 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi, ev 1C-də yaşayan vət. Təqsirləndirilən şəxs2dur (cild 1, iş vərəqi 159). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 25.08.2021-ci il tarixli protokoldan və görüntüləri əks etdiən DVD diskdən görünür ki, həmin gün saat 10:30-da Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əlində saxladığı göy rəngdə olan kiçik əl çantasının içərsində olan 3 ədəd şəffaf sellofana bükülmüş kristal şəkilli psixotrop maddəyə bənzər maddələri və 1 ədəd şəffaf, 5 ədəd bənövşəyi rəngli sellofana bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddələri təqdim edərək həmin maddələrin narkotik vasitə və psixotrop maddələr olduğunu, onları 24.08.2021-ci il tarixdə, axşam saatlarında qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs2 ona deyəcəyi şəxslərə satması, kiçik bir hissəsini isə öz istifadəsi üçün pulsuz olaraq ona verdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş "Redmi" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərində iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar edilməmişdir (cild 1, iş vərəqi 30-32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 15.09.2021-ci il tarixli protokoldan görünür ki, diskdə “VİD-20210825_165910” adlı bir ədəd fayl vardır. Həmin fayl açıldıqda 06 dəqiqə 22 saniyə davam edən videogörüntünün olduğu müəyyən edilmişdir. Baxış keçirildikdə görüntüdə Sabunçu RPİnin 13-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid5 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirildiyi və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulduğu, bundan sonra Təqsirləndirilən şəxs1 sağ qolunun altında saxladığı göy rəngli parça materialdan hazırlanmış zəncirbəndli əl çantasını çıxartması, çantanın içərisində olan ümumilikdə doqquz ədəd bükümləri və bir ədəd “Redmi” markalı mobil telefonu təqdim etməsi, altı ədəd bükümlərin içərisində narkotik vasitə heroin, üç ədəd ağ rəngli sellofana bükülmüş bükümlərin içərisində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri ona qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs2 əksər hissəsini satmaq, az bir qismini isə istifadə etmək üçün ona verdiyini, “Redmi” markalı mobil telefon ona məxsus olduğunu bildirməsi, bükümlərə təhqiqatçı tərəfindən baxış keçirildiyi, daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildiyi, lakin üzərindən təqdim etdiyi əşyalardan başqa qanunla daşınması və saxlanılması qadağan olunan hər hansı bir digər əşya və predmet aşkar edilmədiyi, Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddələrin təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürüldüyü əks olunur (cild 1, iş vərəqi 246). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 26.08.2021-ci il tarixli, 6/3707 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №160» dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,378 qram, 0,361 qram, 0, 296 qram, 0,330 qram, 0,682 qram, 6,521 qram ümumi təmiz çəkisi 8,568 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,149 qram, 1,748 qram, 5,813 qram ümumi təmiz çəkisi 8,710 qram olan ağ rəngli kristalik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 38-41). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 25.08.2021-ci il tarixli protokoldan və görüntüləri əks etdiən DVD diskdən görünür ki, həmin gün saat 12:30-da Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofana bükülmüş kristal şəkilli psixotrop maddəyə bənzər maddəni və 2 ədəd bənövşəyi rəngli sellofana bükülmüş qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddələri təqdim edərək həmin maddələrin narkotik vasitə olan "kakos" və "şüşə” olduğunu, həmin maddələri 23.08.2021-ci il tarixdə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə danışdığı Mahal adlı İran vətəndaşının ona bildirdiyi Mərdəkan qəsəbəsi ərazisində yol kənarından xatırlamadığı kart hesabına 100 manat pul köçürərərək götürdüyünü, satmaq və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş "Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən istintaq aidiyyatı üzrə verilməsi üçün götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərində iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar edilməmişdir (cild 1, iş vərəqi 106- 108). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 18.09.2021-ci il tarixli protokoldan görünür ki, “VİD-20210825_173321” adlı bir ədəd fayl açıldıqda 05 dəqiqə 54 saniyə davam edən videogörüntünün olduğu müəyyən edilir. Fayla baxış keçirdildikdə görüntüdə 25.08.2021-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Kənar Əliyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu RPİ nin 13-cü PB-nin əməkdaşlarının iştiraklanı ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirildiyi və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulduğu, bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, iki ədəd bənövşəyi rəngli sellofana və iki ədəd ağ rəngli sellofana bükülmüş ümumilikdə dörd ədəd bükümləri təqdim etməsi, iki ədəd bənövşəyi rəngli sellofana bükülmüş bükümlərin içərisində narkotik vasitə heroin, iki ədəd ağ rəngli sellofana bükülmüş bükümlərdə isə psixotrop maddə metamfetamiin olduğunu, həmin maddələri anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı Mahal adlı şəxsdən Mahalın nömrəsini xatırlamadığı kart hesabına 100 manat ödədikdən sonra, Mahalın dediyi ünvandan, yəni Mərdəkan qəsəbəsində yol kənarından bir qismini satmaq, bir qismini isə özü istifadə etməkdən ötrü götürüb üzərində saxlayıb daşıdığını, “Samsung” markalı mobil telefonun ona məxsus olduğunu bildirməsi, bükümlərə təhqiqatçı tərəfindən baxış keçirildiyi, daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildiyi, lakin üzərindən təqdim etdiyi əşyalardan başqa qanunla daşınması və saxlanılması qadağan olunan hər hansı bir digər əşya və predmet aşkar edilmədiyi, Təqsirləndirilən şəxs2 təqdim etdiyi maddələr təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürüldüyü əks olunur (cild 1, iş vərəqi 245). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 26.08.2021-ci il tarixli, 6/3706 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №160” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,307 qram, 0,326 qram, ümumi təmiz çəkisi 0,633 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,665 qram, 0,388 qram, ümumi təmiz çəkisi 1,053 qram olan ağ rəngli kristalik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 113-118). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 24.07.2021-ci il tarixli protokoldan və görüntüləri əks etdiən DVD diskdən görünür ki, həmin gün saat 02:40-da Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın yan cibindən bir ədəd “Nokia” markalı mobil telefon, sağ yan cibindən isə iki ədəd gümüşü rəngli kağıza bükülmüş birinin içərisində şəffaf rəngli kristal formada olan maddə, digərinin içərisində qəhvəyi rəngli toz halında olan maddələri çıxarıb təqdim edərək həmin maddələrin narkotik vasitə olan "şüşə” və "heroin" olduğunu bildirərək, həmin narkotik vasitələri 23.07.2021-ci il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən ümumilikdə 30 manata alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərǝk götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 181-183). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 26.07.2021-ci il tarixli protokoldan görünür ki, diskdə “VİD-20210724” adlı bir ədəd fayl var. Həmin fayl açıldıqda 05 dəqiqə 04 saniyə davam edən videogörüntünün olduğu müəyyən edilmişdir. Baxış keçirdikdə görüntüdə Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı, polis mayoru Rafiq Babayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirildiyi və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub olmaması soruşulduğu, bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefon, şalvarın sağ yan cibindən isə gümüşü rəngli kağıza bükülmüş iki ədəd ayrı-ayrılıqda bükümlər çıxarıb təqdim etməsi, təqdim etdiyi bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, 23 iyul 2021-ci il tarixdə Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün ümumilikdə 30 manata alıb üzərində saxlayıb daşıdığını bildirməsi, bükümlərə təhqiqatçı tərəfindən baxış keçirildiyi, daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildiyi, lakin üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilmədiyi, Təqsirləndirilən şəxs2 təqdim etdiyi maddələr tahqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürüldüyü əks olunur (cild 1, iş vərəqi 236). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 24.07.2021-ci il tarixli, 6/3058 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №160” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,476 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - digər bir ədəd bükümdə təmiz çəkisi 0,839 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 190-195). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 20.10.2021-ci il tarixli, 6/4275 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs2 üzərindən ...” sözləri olan 1 №-li zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,789 qram, üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən ...” sözləri olan 2 №-li zərfdəki 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,953 qram, 3 №-li zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 8,590 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər, 2 №-li zərfdəki 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,533 qram və üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri olan 3 №-li zərfdəki 6 ədəd bükümdə ümumi təmiz çəkisi 8,328 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər, 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,426 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə 2 və 3 №-li zərfdəki heroinlərdən fərqlidir. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səkən iki qəpik) manat təşkil edir (cild 2, iş vərəqi 129-134). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompyuter texniki ekspertizasının ekspertizasının 20.10.2021-ci il tarixli, 5/1081 nömrəli rəyindən görünür ki, “Samsung Galaxy S7 edge” markalı “SM-G935FD” modelli smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrələrlə mühafizə olunan ekran kilidindən keçidə əldə olundu. Təqdim edilmiş “Nokia” markalı “105” modelli “**********99451” İmei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi7” markalı “M1810F6LG” modelli **********28941,**********28958 İmei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Təqdim edilmiş sensor ekranlı “Android 9.0” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy S7 edge” markalı “SM-G935FD” modelli **********32776, **********32774 İmei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Nokia” markalı “105” modelli mobil telefonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar və sairə fayllar) mövcud olan məlumatlar müəyyən olundu. Təqdim edilmiş “Xiaomi Redmi7” markalı “M1810F6LG” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, foto, video, audio, “WhatsApp”, “WhatsApp Business” proqram təminatları vasitəsi ilə apanlmış məlumat mübadiləsi və sairə fayllar) mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu. Təqdim edilmiş “Samsung Galaxy S7 edge” markalı “SM-G935FD” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, foto, video, audio, “WhatsApp”, proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə fayllar) mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu. “Nokia” markalı “105” modelli mobil telefonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, SMS mesaj və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “Nokia” markalı “105” modelli mobil telefonun texniki göstəriciləri “WhatsApp” sosial şəbəkələrə aid proqram təminatları vasitəsi ilə məlumat mübadiləsinin, foto və videoçəkiliş aparılmasına imkan vermədiyindən qeyd olunan məlumatlar mobil cihazın yaddaşında müəyyən olunmadı. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir (cild 2, iş vərəqi 135-139). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 06.10.2021-ci il tarixli, 2313 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Hazırda və cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilir (cild 2, iş vərəqi 125-127). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 22.11.2021-ci il tarixli, 2752 saylı rəyindən görünür kii, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmiş, hal-hazırda onda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 cinayət törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir, onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlıdır (cild 2, iş vərəqi 144- 146). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 04.11.2021-ci il tarixli, 4296 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 142-143). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 20.08.2021-ci il tarixli, 2999 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 113-118). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş üzləşdirmə haqqında 30.09.2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar bir-birilərini narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmasında ifşa edib, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş heroini və metamfetamini ona Təqsirləndirilən şəxs2 tərəfindən bir qismini satmaq, bir qismini isə istifadəsi üçün verildiyini bildirmişdir (cild 2, iş vərəqi 76-79). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş axtarış və götürmə aparılması haqqında 24.09.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 18 ünvanda yaşayan X4 evində axtarış zamanı narkotik vasitə, psixotrop maddə və ya digər iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir (cild 2, iş vərəqi 41). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirlməsi haqqında 22.10.2021-ci il tarixli protokoldan və BKC/LGL-15266-21 nömrəli CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 adına qeydiyyata alındığı, ***-***-**-** saylı nömrə ilə günün müxtəlif saatlarında, müxtəlif mobil nömrələrlə danışıqların və SMS yazışmaların aparıldığı müəyyən edilərkən aşağıdakı məzmunda SMS yazışmalar aşkar edilmişdir:
1. 16 iyul 2021-ci il saat 09:25-də ***-***-**-** saylı nömrə ilə “Brat anamcani deyrem axsam cekdiyimiz temadandi o ozunde gordunki olan temami senen boldum qardawim”,
2. 17 iyul 2021-ci il saat 03:02-də ***-***-**-** saylı nömrə ila “Brat anamcani deyrem ozumun temam ola diyerem gel verim bele ozume aid 1 dene cetim var isdiyirsen gel onu verim ged cix veziyyetden bu q*ndona da borcum”,
3. 17 iyul 2021-ci il saat 03:17-də ***-***-**-** saylı nömə ilə “Qaqaw men ceti sene pulnan demedim verirem qaqaw dedimki agridasansa gel verim ged veziyyetden cix bu menim hormetim buda senin menen incimeyin neyse ee qaqae”,
4. 17 iyul 2021-ci il saat 02:59-da ***-***-**-** saylı nömrə ilə “Qaqa sen allah meni agrida qoyma indi gelib dusmusem rayonan butun qohum eqraba rayonda yasda heckim qalmiyib bakida pul alim hemde gejdi mene el tut var”,
5. 17 iyul 2021-ci il saat 03:13-də ***-***-**-** saylı nömrə ilə “Qaqa cete 10 manat verecem saba lomkada qalacam axi 5 azn de taksiye 1 dene yarinin pulu s*kdirecey oncun deyirem sabah sene 10 manat verecem bes lomkada”,
6. 17 iyul 2021-ci il saat 06:59-da ***-***-**-** saylı nömrə ilə “Ayxan ac qaqa tez 20 az duzeltdim pisem qaqa hal yoxdu gelem yari duz qosd”,
7. 18 iyul 2021-ci il saat 21:16-da ***-***-**-** saylı nömrə ilə “X27 X19 Elemir Dunenki 1cetin X13 X20 Nese Edim! X23 X14”,
8. 18 iyul 2021-ci il saat 22:48-da ***-***-**-** saylı nömrə ilə “Ayxan 2 kola alinar ne deyim bir kelme de 15 deyqeye kimi gedecey ne deyim”,
9. 18 iyul 2021-ci il saat 23:54-də ***-***-**-** saylı nömrə ilə “Qaqa 40 manata 1,04 alinar te,z xeber denem de qaqaw” ,
10. 20 iyul 2021-ci il saat 02:03-də ***-***-**-** saylı nömrə ilə “Ayxan 17 azn nen kola isdesen yig meni”,
11. 27 iyul 2021-ci il saat 15:49-da ***-***-**-** saylı nömrə ilə “X24 X18 X25 Zadi Doqramisam” ,
12. 28 iyul 2021-ci il saat 17:47-də ***-***-**-** saylı nömrə ilə “X28 Puluynan Hecolmasa 03kola X21 Qardasimsan”,
13. 03 avqust 2021-ci il saat 06:23-da ***-***-**-** saylı nömrə ilə “Qaqa demen bidenede 5 manatliq narmalni pati versin mendekinin usdune tokum verum pulun veren 5”,
14. 03 avqust 2021-ci il saat 15:05-də ***-***-**-** saylı nömrə ilə “Ozvu qoyma gijdiye nermine de 5diy kola 5diy pati gondersin.bayaqdan millet gelir goturur gedir. And ola Allaha ozumuz hecne elemirik” ,
15. 11 avqust 2021-ci il saat 16:01-də ***-***-**-** saylı nömrə ilə “Allahaqi yoxdu qaqaw falqada oz cekdiyimi saxladim ki sene verim catram su tikintinin yolundayam”,
16. 12 avqust 2021-ci il saat 02:04-də ***-***-**-** saylı nömrə ilə “Qaqa anamincani hecne tapa bilmirem ozum qivrilib qalmiwam agridan Allah wahidi ki buna day kimlere yigmiwam biri burcudur biri deyir yoxdu irnlda unvan”. (cild 2, iş vərəqi 96-99). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirlməsi haqqında 30.10.2021-ci il tarixli protokoldan və 073-36234-1221 nömrəli CD diskdən görünür ki, 1. 19 iyul 2021-ci il saat 15:50-də ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Neynisen qaqa berk tincixiram imkan var gelsem mene balkonan veziyetden cixmaga az maz biwey atarsan” məzmunlu mesaj, 2 .19 iyul 2021-ci il saat 21:15-də ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Ayxan kartiva iyirmi manat pul atim kol pati lazimdi atim qaqa kartiva mene bir cvb tez gozduyurem” məzmunlu mesaj göndərilmişdir.
3. 16 iyul 2021-ci il saat 00:23-də ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Nermin kamrandi 20 azn var yari kola var gelim mene xais elem cvb de bilim”, 4. 17 iyul 2021-ci il saat 02:47-də ***-***-**-** sayli nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Nermin salam.menem Resul Patisin vermediyin oglan”, 5. 21 iyul 2021-ci il saat 02:21-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrədən ***-***-**-** saylı nömrəyə “Tez gelki tema getiren usaq gedecek indi neqedeki burdadi gel gotur” ,
6. 21 iyul 2021-ci il saat 02:07-də ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “NerMiN 20.MaMatlq patı, 10.M.kola. 20M.zdaçı göNdererseN.Mende Eliliydi” 7. 21 iyul 2021-ci il saat 04:31-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrədən ***-***-**-** saylı nömrəyə “Petux bes axsam deirfin 50likdi kimnen mezelenirsen ...(söyüş) bariqa senin neslindekilerfi baronda anon narkaman petux”, 8. 22 iyul 2021-ci il saat 03:51de ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Bariqa patı paYıMı hergünCeMiledeN göNder.Özüvü doğrud.vazaleN vuruM”, 9. 22 iyul 2021-ci il saat 14:57-de ***- ***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Nemis menem letif qapidayam 1 dene dobru cet pati bide colani gonder”,
10. 22 iyul 2021-ci il saat 17:13-də ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Menem kamran 25 manat pulum var gelim bir soz de”,
11. 22 iyul 2021 - ci il saat 17:34-də ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Nermin yari kolani 03 bir fuzelt 02 bir duzelt yaxsi qurban sene”; 12. 22 iyul 2021-ci il saat 19:07-də ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Nermin pulum var dunen ki kimi istiyirem bidene elage saxla gedim goturumde qurban sene inanisan bidene kanalim yoxdu senen bawka ozum olum nermin”, 13. 23 iyul 2021-ci il saat 02:25-də ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Nermin 15 manat var gelim yari kola”,
14. 24 iyul 2021-ci il saat 17:23-də ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** nömrəli nömrəyə “Nermin menem Keledi, hesret de bayaq senden goturduyu temanin pulu mende idi, men koddayam deye ozum. kontakt qura bilmirem sennen”,
15. 25 iyul 2021-ci il saat 04:54-də ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**- ** nömrəli nömrəyə “Nerm qolumu dogramisam pis meni ac koddam ya buni ac gwilib ele nermin caqiracam bunun neminler duracaq mene kelediye 10manat tema hazir wlw elim”,
16. 25 iyul 2021 - ciil saat 23:24-də ***-***- **-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “NERMİN MENEM RESUL NECESEN.BURDAYAM İMKAN VARSA BİRDENE 05 AYANA VER GETİRSİN.20 MANATİM VAR.SEN ATA CANİ NARMALNİ ELE.PATİDA OLSUN USDUNDE”,
17. 01 avqust 2021-ci il saat 21:19-da ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Nemis menem letif yoldayam 15 deq ordayam 2 qram kola ayri ayri 2dene de pati”,
18. 02 avqust 2021-ci il saat 02:13-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**- ** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Salam mene nermib taryer 20 pat ver hesret bir cekib cola gelir”, 19. 03 avqust 21 - ci il saat 22:32-də ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “MENEM REWAD NERMİN 05 P LAZİMDİ AC TELEFONU”,
20. 04 avqust 2021 - ci il saat 16:17de ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Salam rasatdi gonsu 1 g torpag lazimdi”,
21. 04 avqust 2021-ci il saat 23:46-da ***- ***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Zang vur rasad 1g lazimdi bayaxki kimi 40 manat,”
22. 13 avqust 2021-ci il saat 20:00-da Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Salam elcin qurban olum nuraya diki iranya pulu atmyam kola goturme men gozlyire imkan varsa mene alaq saxlasin tez tez” ,
23. 14 avqust 2021-ci il saat 04:47-də ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Deqiqdi sen allah nermin bayaqda yarim saat demiwdin xeber cixmadi senen ama cox pis agridayam vallah nermin”,
24. 15 avqust 2021-ci il saat 09:46-da ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Sabahun xeyirli olsun ay nemiw 30.manat pulvar 20.mi .10.daki bizi zombiye conderen pati” ,
25. 20 avqust 2021-ci il saat 13:31-də ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli nömrəyə “Ay nermin 30 qram vere bilersen de” məzmunlu mesajlar göndərilmişdir (cild 2, iş vərəqi 100-103). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirlməsi haqqında 22.10.2021-ci il tarixli protokoldan və BKC/LGL-15266-21 nömrəli CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrə ilə günün müxtəlif saatlarında, müxtəlif mobil nömrələrlə danışıqların və SMS yazışmaların aparıldığı müəyyən edilərkən aşağıdakı məzmunda SMS yazışmalar aşkar edilmişdir:
- 16 iyul 2021-ci il saat 09:25-də ***-***-**-** saylı nömrə ilə “Brat anamcani deyrem axsam cekdiyimiz temadandi o ozunde gordunki olan temami senen boldum qardawim”, - 17 iyul 2021-ci il saat 03:02-də ***-***-**-** saylı nömrə ila “Brat anamcani deyrem ozumun temam ola diyerem gel verim bele ozume aid 1 dene cetim var isdiyirsen gel onu verim ged cix veziyyetden bu q*ndona da borcum”,
- 17 iyul 2021-ci il saat 03:17-də ***-***-**-** saylı nömə ilə “Qaqaw men ceti sene pulnan demedim verirem qaqaw dedimki agridasansa gel verim ged veziyyetden cix bu menim hormetim buda senin menen incimeyin neyse ee qaqae”, - 17 iyul 2021-ci il saat 02:59-da ***-***-**-** saylı nömrə ilə “Qaqa sen allah meni agrida qoyma indi gelib dusmusem rayonan butun qohum eqraba rayonda yasda heckim qalmiyib bakida pul alim hemde gejdi mene el tut var”,
- 17 iyul 2021-ci il saat 03:13-də ***-***-**-** saylı nömrə ilə “Qaqa cete 10 manat verecem saba lomkada qalacam axi 5 azn de taksiye 1 dene yarinin pulu s*kdirecey oncun deyirem sabah sene 10 manat verecem bes lomkada”, - 17 iyul 2021-ci il saat 06:59-da ***-***-**-** saylı nömrə ilə “Ayxan ac qaqa tez 20 az duzeltdim pisem qaqa hal yoxdu gelem yari duz qosd”, - 18 iyul 2021-ci il saat 21:16-da ***-***-**-** saylı nömrə ilə “X27 X19 Elemir Dunenki 1cetin X13 X20 Nese Edim! X23 X14”, - 18 iyul 2021-ci il saat 22:48-da ***-***-**-** saylı nömrə ilə “Ayxan 2 kola alinar ne deyim bir kelme de 15 deyqeye kimi gedecey ne deyim”, - 18 iyul 2021-ci il saat 23:54-də ***-***-**-** saylı nömrə ilə “Qaqa 40 manata 1,04 alinar te,z xeber denem de qaqaw” , - 20 iyul 2021-ci il saat 02:03-də ***-***-**-** saylı nömrə ilə “Ayxan 17 azn nen kola isdesen yig meni”, - 27 iyul 2021-ci il saat 15:49-da ***-***-**-** saylı nömrə ilə “X24 X18 X25 Zadi Doqramisam” , - 28 iyul 2021-ci il saat 17:47-də ***-***-**-** saylı nömrə ilə “X28 Puluynan Hecolmasa 03kola X21 Qardasimsan”, - 03 avqust 2021-ci il saat 06:23-da ***-***-**-** saylı nömrə ilə “Qaqa demen bidenede 5 manatliq narmalni pati versin mendekinin usdune tokum verum pulun veren 5”, - 03 avqust 2021-ci il saat 15:05-də ***-***-**-** saylı nömrə ilə “Ozvu qoyma gijdiye nermine de 5diy kola 5diy pati gondersin.bayaqdan millet gelir goturur gedir. And ola Allaha ozumuz hecne elemirik” ,
- 11 avqust 2021-ci il saat 16:01-də ***-***-**-** saylı nömrə ilə “Allahaqi yoxdu qaqaw falqada oz cekdiyimi saxladim ki sene verim catram su tikintinin yolundayam”, - 12 avqust 2021-ci il saat 02:04-də ***-***-**-** saylı nömrə ilə “Qaqa anamincani hecne tapa bilmirem ozum qivrilib qalmiwam agridan Allah wahidi ki buna day kimlere yigmiwam biri burcudur biri deyir yoxdu irnlda unvan” (cild 2, iş vərəqi 96-99). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş yaddaş daşıyıcısına baxış keçirilməsi haqında 30.11.2021-ci il tarixli protokoldan və yaddaş daşıyıcısından görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Nokia” markalı “105” modelli və “Samsung Galaxy S7 edge” markalı “SM-G935FD” modelli mobil telefonunda, həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Xiaomi Redmi7” markalı “M1810F6LG” modelli mobil telefonundakı məlumatlar həmin yaddaş daşıyıcısına köçürülmüşdür. Qeydə alınmış məlumatlardan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin və psixotrop maddə metamfetamininin satışı ilə məşğul olduqları müəyyən edilmişdir. İş üçün əhəmiyyət kəsb edən SMS mesajlar aşağıdakı məzmunda olmuşdur: 31 iyul 2021-ci il saat 11:30-da ***-***-**-** saylı nömrə ilə «AYXAN MENİM OYUN OYNAMAQA VAXDİM YOXDUYE BU DEQİQE BİRİNİ 20MANA VEREM AMA MENE DEDİM HAZİR ТЕМА OLSUN VAXDİM YOXDU VARYOXUNU ... (söyüş) ÇATİRAM UJE ADBOYNEDİYE EH» 15 avqust 2021-ci il saat 05:46-da ***-***-**-** saylı nömrə ilə “Sabahun xeyirli olsun ay nemiw 30.manat pulvar20.mi yarm. 10.daki bizi zombiye conderen pati”; 24 avqust 2021-ci il saat 12:56-da ***-***-**-** saylı nömrə ilə “Ayxan men pulu goturdum qaqaw ac gorey teli lomkadayam eeee men qaqaw”; 25 avqust 2021-ci il saat 18:27-də ***-***-**-** saylı nömrə ilə “Goren kimi Mahanla elaqe saxlayin sizden zeng gozdeyir” (cild 2, iş vərəqi 140-141). Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin müvafiq sorğusuna "xxxx" MMCdən verilmiş 13.05.2022-ci il tarixli, AZF/LGL-5540/22 saylı məktubdan görünür ki, UBBK5959D/UBBK5959 ünvanında yerləşən CeİİİD-nin Yavər Əliyev küçəsi 26C, Stimul Hospitalın ərazisində yerləşməsini nəzərə alaraq Sabunçu rayon 13-cü Polis bölməsi ilə aralarındakı məsafə qısa olduğundan həmin ərazini əhatə etməsi mümkündür (cild 3, iş vərəqi 135-138). Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs1 saxlanılan zaman istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə 25.08.2021-ci il tarixdə daxil olan və çıxan zənglərə dair "xxxx" MMC-dən əldə edilmiş 13.05.2022-ci il tarixli, AZF/LGL-5546/22 saylı məktubdan və ona əlavə edilmiş CD diskin məzmunundan görünür ki, həmin nömrədən 25.08.2021-ci il tarixdə saat 10:44:15-də, 10:50:26-da və 13:50:26-da naməlum nömrələrə zənglər edilmiş, saat 12:19:40-da həmin nömrəyə ***-***-**-** mobil nömrədən zəng vurulmuşdur (cild 3, iş vərəqi 132-134). İşdə olan Bakı şəhəri Sabunşu Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN Sabunçu RPİ-nin 13-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid4 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 25 avqust 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 45). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 23.09.2021-ci il tarixli, 1/1730 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 son 10 ildə stasionar müalicə üçün xəstəxanaya müraciət etməmişlər (cild 2, iş vərəqi 35). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" X15 24.09.2021-ci il tarixli, 8088 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs1 və xx.xx.1995-ci il təvəllüdlü, ünvan 19 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar (cild 2, iş vərəqi 42). İşdə olan Azərbaycan Respublikası DİN Sabunçu RPİ-nin 13-cü PB-nin 09.10.2021-ci il tarixli, 075-12306-1221 nömrəli məktubundan görünür ki, verilmiş əməliyyat tapşırığı nəticəsində Təqsirləndirilən şəxs2 ətrafında narkotik maddənin əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən edilməsi və kimə satması istiqamətində əməliyyat-axtarış tadbirlər keçirilmiş müsbət nəticə əldə edilməmişdir (cild 2, iş vərəqi 94). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" X15 09.10.2021-ci il tarixli, 19/51-11282 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və ünvan 15 ünvanda qeydiyyatda olan, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olunmamışlar və qeydiyyatda yoxdurlar (cild 2, iş vərəqi 95). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 03.12.2021-ci il tarixli qərardan və raportdan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 8,568 qram narkotik vasitə heroin və umumi təmiz çəkisi 8,710 qram psixotrop maddə metamfetamin, həmçinin teqsirləndirilan şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,109 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,892 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 10,032 qram metamfetamin və 8,987 qram heroin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verillmişdir. Həmçinin şəxsi axtarış zamanı qeydə alınmış və yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 03 ədəd DVD disk, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**- ** və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı nömrələr ilə aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatları əks etdirən 02 ədəd CD disk, 01 ədəd yaddaş daşıyıcısı (fləşkart) iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 173-190, 223). İşdə olan cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 06.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməklə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə bir icraatda ********* nömrə altında davam etdirilmişdir (cild 1, iş vərəqi 73-76). İşdə olan cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 17.09.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməklə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə bir icraatda ********* nömrə altında davam etdirilmişdir (cild 1, iş vərəqi 73-76). İşdə olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 03.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olduğu “Mahal” adlı şəxsin müəyyən edilib, cinayət məsuliyətinə cəlb edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild 2, iş vərəqi 192-193). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərinin yalnız narkotik vasitəsi aludəçisi olmaları, belə vasitələrin satışı ilə məşğul olmamaları, üzərlərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməməsi, onlara isnad edilən narkotik vasitə və psixotrop maddələri polis əməkdaşlarının onları döyməsi və hədə-qorxusu altında məcbur olub boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzalarını yüngülləşdirmək məqsədi daşıyır və öz ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, habelə ayrı-ayrı bükümlərə bükülməsi hallarını, onların narkotik vasitələrin satışına dair işdə olan SMS yazışmalarını, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroini və metamfetamini məhz satış məqsədilə əldə edib daşımış və saxlamışlar. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis əməkdaşıları tərəfindən döyülmələri barədə ifadələrini “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-28-ci bəndlərindəki tövsiyələrinə uyğun şəkildə təhlil etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxslər döyülmələri ilə bağlı ilk dəfə məhkəmədə verdiyi ifadələrində bildirmişlər. Lakin, onlar döyülmələrini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişlər. Bundan başqa, məhkəməyədək icraat zamanı nə təqsirləndirilən şəxslərin özləri, nə də ki, onların müdafiəçiləri tərəfindən təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə heç bir müraciət edilməmişdir. Bütün bunlar onu göstərir ki, döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Müdafiə tərəfi Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin 25.08.2021-ci il saat 10:44:15-də və saat 10:50:26-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 26C"/Sabunchu UBBK5959D/UBBK5959 Stimul Hospital/ ərazi anten əhatə dairəsində, həmin tarixdə saat 12:19:40-da isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 6v"/Sabunchu UBBK5577A/UBBK5577 Hotel Sabunchu/" ərazi anten əhatə dairəsində, yəni müxtəlif ünvanlarda qeydə alınmasına istinad edərək, təqsirləndirilən şəxsin müxtəlif yerlərdə olduğuna israr etmiş, onun həmin tarixdə polis bölməsinə gətirilməsi, tutulması, üzərində şəxsi axtarış və götürmə aparılması, aparılmış hərəkətlərlə bağlı tərtib edilmiş sənədlərin və hərəkətlərin işin faktiki halları əks etdirməməsinə istinad edərək Təqsirləndirilən şəxs1 təqsirli olmasını mübahisələndirmişdir. Bununla bağlı məhkəmənin müvafiq sorğusuna cavab olaraq "xxxx" MMC-dən verilmiş 13.05.2022-ci il tarixli, AZF/LGL-5540/22 saylı məktubdan görünür ki, UBBK5959D/UBBK5959 ünvanında yerləşən CeİİİD-nin Yavər Əliyev küçəsi 26C, Stimul Hospitalın ərazisində yerləşməsini nəzərə alaraq Sabunçu rayon RPİ 13-cü Polis bölməsi ilə aralarındakı məsafə qısa olduğundan həmin ərazini əhatə etməsi mümkündür. Bundan başqa Təqsirləndirilən şəxs1 özü həmin hallara aydınlıq gətirərək onun və Ayxanın polis əməkdaşları tərəfindən yaşadıqları ünvandan 25 avqust 2021-ci il tarixdə saat 9-10 radələrində 13-cü Polis bölməsinə aparılması, polis bölməsində olarkən telefonunun polis əməkdaşları tərəfindən ondan götürülməsi, polis bölməsində olarkən telefonuna gələn zənglərə polis əməkdaşlarının cavab verdiyini bildirmişdir. Qeyd edilənlərdən məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 saxlanması, polis bölməsinə aparılması, tutulması və onun iştirakı ilə aparılmış istintaq hərəkətlərinə və bu hərəkətlərin nəticələri barədə tərtib edilmiş sənədləşməyə dair hər hansı pozuntuya təhqiqat orqanı tərəfindən yol verilməmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni təkrar əldə edib saxlamaqla daşıması, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.03.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 21.07.2014-ci ildə Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 332.1-ci maddəsi ilə təqsirli bilinərək 0N ay inzibati xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və 0N ay sınaq müddəti təyin edilmişdir (cild 1, iş vərəqi 243-244). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 3-5). Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, qadın olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin və Təqsirləndirilən şəxs2 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 25 avqust 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində 27 avqust 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 avqust 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 18, 70-72; cild 2, iş vərəqi 116- 119). İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 24 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 iyul 2021-ci il tarixdə barəsində polisin nəzaqrəti altına vermə qətimkan tədbiri seçilmiş, 25 avqust 2021-ci ildə yenidən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində 27 avqust 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 avqust 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 93, 144-147; cild 2, iş vərəqi 120-124). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 25 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 birinci dəfə şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün günə gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun ikinci dəfə şübhəli şəxs qismində tutulduğu 25 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 10,032 qram metamfetamin və 8,987 qram heroin məhv edilməli, təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarışın videgörüntüləri özündə əks etdirən 03 ədəd DVD disk, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil nömrələrlə aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatları əks etdirən 02 ədəd CD disk, 01 ədəd yaddaş daşıyıcısı (fləşkart) iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 336 (üç yüz otuz altı) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 1 (bir) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 10,032 qram metamfetamin və 8,987 qram heroin məhv edilsin. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışın videgörüntüləri özündə əks etdirən 03 ədəd DVD disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil nömrələrlə aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatları əks etdirən 02 ədəd CD disk, 01 ədəd yaddaş daşıyıcısı (fləşkart) iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 336 (üç yüz otuz altı) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.