Məhkəmə qərarları › İş №1(101)-441/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-441/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-441/2024 14.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs2 nümayəndəsi: Nümayəndə, Müdafiəçi: “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN-in Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 274, 281.3 və 283.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, 2022-ci ilin fevral ayında “TikTok” sosial şəbəkəsində Ermənistan Respublikası xüsusi xidmət orqanları ilə əlaqəli, şəxsiyyəti istintaqa Robert adı ilə məlum olan şəxslə tanış olmuş, onun təklifi ilə maddi maraq müqabilində Azərbaycan Respublikasının mənafeyi zərərinə düşmən tərəfinə keçərək “TikTok” sosial şəbəkəsində sonuncuya məxsus “q_u_a_t_t_r_o” adlı hesabda təşkil olunan canlı yayımlarda Azərbaycan Respublikasında milli, irqi və dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönələn çıxışlar etməyə razılıq verərək, Robert adlı şəxs tərəfindən verilmiş xüsusi mobil nömrədən istifadə etməklə “q_u_a_t_t_r_o” adlı “TikTok” hesabına qoşularaq 15 fevral 2022-ci il tarixdə Ukrayna Respublikasında, 06 iyul 2022-ci il, 09, 10 avqust 2022-ci il tarixlərdə Bakı şəhərində sonuncunun Ermənistan xüsusi xidmət orqanları ilə razılaşdırdığı mövzular üzrə Xankəndi şəhərinə tez-tez səfərlər edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı seperatçı çıxışları ilə tanınan erməni bloqer X3 məxsus “y Беллы” “YouTube” kanalında yayımlanmış “Мой тик токовский сынок Али” (https://www.youtube.com/watch?v=abRdKYW6JYU) başlıqlı, “Али вернулся, три ужасных месяца в Баку” (https://www.youtube.com/watch?v=QjExfV5QtM4) başlıqlı, “АлиБакинецсобственнойперсоны(1часть)”,https://www.youtube.com/watch?v=sHmDV8ga7T g) başlıqlı, “Али Бакинец (2часть)” (https://www.youtube.com/watch7v~-TFL_İZf5p0) başlıqlı, “Азербайджанец просит гражданство Армении и убежище” (https://www.youtube.com/watch?v=GY-TXH5ddgY) başlıqlı videomateriallarda və TikTok sosial şəbəkəsində aşkar olunmuş canlı yayımlarda sonuncu ilə birlikdə Türkiyədə və Azərbaycanda yaşayan əhalinin fərqli milli kimliyə və dini baxışlara malik olaraq tarixən müharibə şəraitində yaşadığını, Azərbaycanda yaşayan türk və talış etnik mənsubiyyəti olan şəxslərin eyni millət olmadığı, Azərbaycanda yaşayan milli azlıqlara, eləcə də Qarabağda yaşayan erməni etnik mənsubiyyətinə malik şəxslərin ərazi müstəqilliyi əldə etməli olmasını bildirərək, bu məqsədlə “Слава Арцаху” (Yaşasın Artsax) və digər oxşar məzmunlu ifadələr səsləndirərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmiş, bunların qarşılığında Robert adlı şəxsdən gizliliyi qorumaqla Rusiya Federasiyasındakı SberBank bank hesabından Azərbaycan Respublikasındakı Unibank bank hesabına göndərilmiş ümumilikdə 9500 (doqquz min beş yüz) rus rublu ekvivalentində olan 210 (iki yüz on) manat məbləğində pul vəsaitini əldə etmiş, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək etməklə kütləvi informasiya vasitələrindən istifadə edib Azərbaycan Respublikasında milli, irqi və dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər edərək dövlətə xəyanət etmişdir. Bundan başqa, o, qəsdən, tamah niyyəti və özgə əmlakını gizli olaraq talamaq məqsədilə 27 may 2022-ci il tarixdə saat 10 radələrində gündəlik ödəniş əsasında müvəqqəti yaşadığı, ünvan 2 ünvanında yerləşən “Sahil hostel” hotelinin 108-ci otağında olarkən onunla eyni otaqda qonaqlayan Pakistan İslam Respublikasının vətəndaşı X10 (pasport: E2479572) aid çarpayının alt hissəsində olan siyirmədən sonuncunun orada saxladığı özünə məxsus çantanın içərisindən Azərbaycan manatı məzənnəsi ilə 10200 (on min iki yüz) manat təşkil edən 100 ABŞ dolları nominala malik 60 ədəd əskinazı, yəni 6000 ABŞ dollarını gizli olaraq talayıb zərər çəkmiş şəxs X10 qeyd olunan məbləğdə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və özgə əmlakını gizli olaraq talamaq məqsədilə 04 iyul 2022-ci il tarixdə saat 01 radələrində Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən “Central Hostel" adlı mehmanxanada onunla birlikdə həmin mehmanxananın 210 nömrəli otağında gecələyən Çexiya Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 (pasport: ********) istifadəsində olan, saxlanc yeri hesab olunan şkafın qapısını qanunsuz açaraq oradakı sonuncuya məxsus pul qabından həmin dövr üçün avronun Azərbaycan manatına olan məzənnəsi ilə 531,81 manat dəyərində 300 Avro, həmin dövr üçün ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə 170 manat dəyərində 100 ABŞ dolları və 150 Azərbaycan manatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 851,81 (səkkiz yüz əlli bir manat səksən bir qəpik) manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrarən oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o əvvəllər 3 ilə yaxın Ukraynada yaşamış və müharibə başlayan ərəfədə oradan quru sərhədi vasitəsi ilə Azərbaycana təxliyə edilmişdir. Qardaşı DSX-a məxsus helikopterin qəzaya uğraması nəticəsində şəhid olmuşdur. Qardaşı şəhid olduqdan sonra o ailə üzvləri ilə danışmırmış. Azərbaycana gəldikdən sonra hosteldə qaldığı vaxt orada onunla birgə xarici vətəndaş da qalırmış. O bildiyi qədərilə o həm Pakistan, həm də Kanada vətəndaşı imiş. Çantasında 6 min dollar pul var imiş və o həmin pulu oğurlamışdır. Oğurladıqdan 3-4 gün sonra tutulmuşdur. Tutulan zaman üzərində 1100 dollar, 900 manat və xırda pullar var imiş. Tutulmamışdan əvvəl Yasamalda 1 otaqlı kiçik bir ev tutmuş, iki gün imiş ki, həmin evdə qalırmış. Polis əməkdaşları, yəni 39-cu bölmənin əməkdaşları onu evin içindən götürdükdən sonra ona işgəncə verərək döymüşlər və üzərində olan pulu qeydiyyata alarkən 700 dollar olaraq qeyd etmişlər. Daha sonra onu baş idarəyə aparmışlar, oradan sonra isə prokurorun yanına. Prokuror onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə qərar qəbul etmidir. Daha sonra oradan çıxıb evə getmişdir, ev sahibi və vasitəçi də orada olmuşdur, onlar ona bildirmişlər ki, polislər evin kirayəsi üçün verdiyi 450 manatı ev sahibindən geri alıb evin açarını təhvil vermişlər. Evsiz qaldığı üçün daha sonra Qubaya getmiş və orada bir neçə ay yaşamışdır. Ancaq 3-4 ay keçdikdən sonra istintaqdan yayındığı üçün onu axtarışa vermişlər. Halbuki polislər evi kirayələmək üçün verdiyi pula da, oğurladığı pula da şərik olub, üstündən götürmüşlər. Qubada qaldığı müddətdə işləmədiyi üçün anası ona pul yollayırmış, bu müddət ərzində də polislər onun ailəsinin yaşadığı evə gedərək onu axtarırmışlar. Bu müddət ərzində də qanunsuzluqları görüb “tiktok” adlı sosial şəbəkədə baş verənlər haqqında danışmağa başlamışdır. Tiktokda bloggerlik edən Şahid4 adlı şəxsin kanalında başına gələnlər haqqında danışmağa başlamışdır. Bundan sonra isə 39-cu bölmənin və DTX-nın əməkdaşları tərəfindən tutulmuşdur. Daha sonra onu oğurluq maddəsi ilə qeydiyyata alıb təcridxanaya göndərmişlər. 10-12 gün orada qaldıqdan sonra isə DTX-ya göndərmiş və orada 9 ay istintaq davam etmişdir. DTX əməkdaşları tərəfindən ona işgəncələr olunmuş, imzaladığı hər bir şeyi təsir altında qalaraq məcburi şəkildə imzalamışdır. Tiktokda Azərbaycanda baş verən qanunsuzluqlar haqqında danışırmış. Şahid4 öz fikirlərini deyərək onun kanalında diskussiya edirmiş. Türklərlə bağlı, Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini orada səsləndirirmiş. Tiktokda danışdığı fikirlərə görə pul qazanmırmış, müəyyən bir məbləğ olmalı imiş ki, pulu oradan çıxartsın. Bu vaxta kimi tiktokdan pul çıxartmamışdır. Onun “Artsax” adını çəkməkdə məqsədi aralarında olan diskussiyada qalib olmaq olmuşdur. Nömrə ona aid olsa da sonradan bloka düşmüşdür. Robert onun dostudur, milliyətcə erməni olsa da Rusiya vətəndaşı imiş. İstintaq müddəti ərzində artıq Azərbaycan nömrəsi işlətmirmiş və Robertdən onun üçün Rusiya nömrəsi ilə qeydiyyatdan keçməsini istəmiş, Robert də ona sim kart vermişdir. O hesabda heç bir şey yazmır, danışıqlar aparırmış. Milli, dini, irqi heç bir mövzuya toxunmurmuş, yalnız tarixi məsələlər haqqında danışırmış, orada “Artsax” adlı çıxışları nə pul qazanmaq, nə də ki, hər hansı bir şeyi təbliğ etmək üçün etmirmiş Məqsədi ürəyindən keçəni söyləmək imiş, yəni Kamranla aralarında prinsipial müzakirələr olurmuş. Orada aparılan söhbətlər birmənalı olaraq qarşılanmamalıdır, aralarında qalib seçmək üçün olmuşdur. “Youtube” kanalı üçün video çəkməmişdir, amma ola bilər ki, hansısa blogger sonradan o çıxışları götürüb öz kanalında yayımlasın. Öz törətdiyi cinayət əməlini qəbul edir, ancaq bu cür çıxışlar etməyinə səbəb qanunsuzluqlar olmuş, yəni onun üstündə olan pulların mənimsənilməsi və əməliyyatçıların tutduğu evin pulunu alması imiş. Bu hərəkətlər onda nifrət yaratmışdır. Müstəntiqin yanında o bir neçə dəfə Robertə yığmış və orada pul istəmişdi, ondan məcbur şəkildə onun instagram parolunu almışdılar, müstəntiq məcbur şəkildə istintaqda yazışmaları azaldıb və qol çəkdirib. Şəki şəhərində onun tərəfindən oğurluq olub. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Pakistanlı vətəndaş bildirmişdir ki, Azərbaycanı çox sevdiyi üçün bura gəlib-gedirmiş. Ancaq pandemiya dövrlərində gediş-gəliş olmadığı üçün gələ bilmirmiş. 27 may 2022-ci il tarixdə Sahil hostel deyilən yerdə qalırmış. Hosteldə təqsirləndirilən şəxsi görmüşdür. Baxışlarından şübhələndiyi üçün hostel rəhbərliyinə Orxan olmayan otağa keçirilməsini xahiş etmişdir. Ancaq sonradan Orxan onun keçdiyi digər otağa gəlmişdir. Bir gün hamamdan çıxdıqdan sonra 6000 dollarının olmadığını görmüşdür. Polisə müraciət etmiş və Orxan tutulmuşdur. Ancaq onun barəsində həbs qətimkan tədbiri seçilməmişdir. Sonradan məlum olmuşdur ki, təqsirləndirilən şəxs “Dövlətə xəyanət” maddəsi ilə tutulub. Odur ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə digər Zərərçəkmiş şəxs1 məhkəmə tərəfindən iclas barədə iş materiallarında qeyd olunan ünvanına bildiriş göndərilsə də, o məhkəmə iclasına gəlməmişdir, məhkəmə onun xarici vətəndaş olaraq, ünvanı və özü Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğunu və proses iştiraçıların fikirini nəzərə alıb, onun iştirakı olmadan məhkəmə proseslərini keçirilməsini mümkün hüsab etmişdir. İbtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Çexiya Respublikasının vətəndaşıdır və hazırda da Çexiya Respublikasında yaşayır. Rəsmi dilləri Çex dili olsa da, ikinci ana dilləri ingilis dilidir. İngilis dilində tam mükəmməl formada yazıb oxuya bilir. Onlarda ingilis dilini öyrənmək zəruridir. Buna görə də ona təqdim edilən sənədlərin ingilis dili müəllimi tərəfindən ona tərcümə edilməsinə etirazı yoxdur.30 iyun 2022-ci il tarixdə Çexiya Respublikasından Azərbaycan Respublikasına turistlik məqsədilə gəlmişdir. 30 iyun 2022-ci il tarixdə Bakı şəhərində yerləşən Beynəlxalq hava limanına təyyarədən enmişdir. Təyyarədən endikdən sonra Quba şəhərinə getmişdir. Quba şəhərində gəzdikdən sonra Şəki şəhərinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə Şəki şəhərinə avtobus ilə gəldikdən sonra təxminən 20 radələrində Şəki şəhərində Central Hostel adlı mehmanxanaya gəlmişdir. Şəki şəhərinə gəlməmişdən "booking’’ saytdan həmin mehmanxanada bir gecəsi 20 manata otaq sifariş vermişdir. Mehmanxaya gəldikdən sonra oraya daxil olub sifariş verdiyini bildirmiş və otağının açarını götürüb otağına qalxmışdır. Otağı 210 nömrəli olmuşdur. O, otağa daxil olduqda otaqda ondan başqa bir nəfər Azərbaycan Respublikasının vətəndaşı da olmuşdur. Həmin şəxsi əvvəllər tanımamışdır və onun anket məlumatlarını bilməmişdir. O, otağa daxil olduqdan sonra həmin şəxs iki mərtəbəli yatağın birinci mərtəbəsində istifadə etdiyindən yatağın ikinci mərtəbəsindən istifadə etmişdir. Otaqda hər birisinin istifadəsi üçün 2 şkaf verilmişdi və hər bir şkafın açarı fərqli olmuşdur. Onun şkafının nömrəsi 30, digər şəxsin şkafın nömrəsi isə 29 olmuşdur. O, otağa daxil olduqdan sonra həmin şkafa pul qabısını və planşetini qoymuş və qapısını açar ilə bağlamışdır. Həmin şkafların hər bir adam üçün açarları fərqli olmuş və özəl olduğu üçün digər şəxslərin girişi qadağan edilmişdir və icazə verilməmişdir. Həmçinin onda açarını heç kimə verməmişdir və həmin otaqdakı şəxsə də şkafından istifadə üçün icazə verməmişdir. Bundan sonra həmin şəxs ingilis dilini yaxşı bilmədiyinə görə onunla az söhbət eləmiş və təxminən saat 22 radələrində yatmışdır. Yatdıqdan sonra gecəni yuxudan oyanmış, lakin yataqdan düşməmişdir və qısa müddətdən sonra yenidən yatmışdır. Bundan sonra isə səhər saat təxminən 07:30 radələrində oyanmışdır. Oyandıqda otaqdakı digər şəxs otaqda olmamışdır və heç bir əşyasının olmadığını düşünmüşdür Bundan sonra isə hamama gedib duş almış və daha sonra mətbəxə gedib səhər yeməyi yemişdir. Bundan sonra isə o, piti yemək qərarına gəldiyi üçün otağa gedib şkafında olan pul qabını götürmək qərarına gəlmişdir. Otağına gedib şkafının qapısını ona verilən açar ilə açdıqdan sonra pul qabını götürdükdə onun içərisində pullarının olmadığını görmüşdür. Belə ki, həmin pul qabının içərisində 300 avro, 150 manat və 100 dollar pul olmuşdur O, həmin pulların pul qabında olmadığını görmüşdür. Həmin pul qabında pasportu və içərisində pul olan kartları olsa da onlar yerində olmuşdur. Həmçinin şkafdakı planşeti də yerində olmuşdur Bundan sonra isə o, hostelin adminstratoruna məlumat vermiş və administrator da polisə məlumat vermişdir. Bundan sonra isə polis əməkdaşları gəlib baxış keçirmişdirlər. Onunla eyni otaqda qaldığı şəxsin təxminən 26 yaşlarında, üzü saqqallı, orta boylu, orta çəkili oğlan olduğunu, həmin şəxsə şkafından istifadəyə, ondan icazə almadan şkafına daxil olmağa icazə verməmişdir. Məhkəmə tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv təhlil etdikdən sonra hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 274, 281.3 və 283.1-ci maddələri ilə tövsif edilib. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şəki şəhərində hadisə olan hostelin sahibidir. İstintaqda da ifadə vermişdir və həmin ifadəni təsdiq edir. Onların hostelində Orxan oğurluq edərək xarici vətəndaşlara ziyan vurmuş və qaçıb getmişdir. Onlara da Çexiya vətəndaşı şikayət etmiş və o Orxanın vurduğu ziyanı özü ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsə sosial şəbəkələrdə rast gəlmişdir. O BBC Azərbaycanda verİliş aparır və orada ermənilərlə siyasi və tarixi məsələləri müzakirə edirmiş. Təxminən 2 il əvvəl sosial şəbəkədə təqsirləndirilən şəxsin ermənipərəst fikirlər səsləndirməyə və onlara yaxınlıq etməyə çalışdığını görmüşdür. Orxan ermənilərlə yaxınlıq edir və onlarla müzakirələr aparırmış. O, Orxanın ona qarşı çıxışlarını da görmüşdür. Bu səbəblə də Orxanı tik-tok sosial şəbəkəsində canlı yayıma dəvət etmişdir. Orxan onunla danışan zaman onu və ailə üzvlərini də söymüşdür. Onu bu əməlinə görə bağışlayır. Orxan bildirmişdir ki, onun qardaşı şəhid deyil, ancaq şəhid statusu var. Onun bunu sübut edən 16 dəqiqəlik videoqeydi də var. Orxanın Robert adlı dəstəklədiyi bir şəxs var imiş. Hansı ki, indi o şəxs başqa azərbaycanlını dəstəkləyir. O əvvəlcə Orxanın ölkə ərazisində yaşamadığını düşünmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs ölkə ərazisində yaşayır. Orxan Robert adlı şəxslə ölkə əleyhinə çıxışlar edirmiş. Videoqeyddə olanları təsdiq edir. Orxandan niyə bu cür çıxışlar etdiyini soruşduqda o bildirmişdir ki, çox şeydən narazıdır və ermənilərlə də yaxındır. Erməni vətəndaşı Bellaya isə ana deyirmiş. Sosial şəbəkələrdə ermənilər ən çox ona nifrət edirmiş. Azərbaycanlılar onu söydükdə isə bu ermənilərə daha xoş olur. Aralarındakı ilk mübahisə Orxanın ermənilərin efirində oturub onların tərəfini saxlamağa başlaması olmuşdur. O, düşünür ki, Orxanın maddi vəziyyəti yaxşı olmadığı üçün ermənilər ona dəstək olmuşdur. O, ifadəsində “hələ o vaxt Xankəndi Stapanakert idi” deməmişdir. O, həmin platformadakı adamları dövlət televiziyası vasitəsilə axtarıb tapırmış. Ona bunun üçün şərait yaradılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi uşaqlıqdan tanıyır. Əmircan kəndində Orxanla birgə böyümüşlər. O ifadəsini tam xatırlamır, istintadakı ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2014-cü ildə X7 Yol Hərəkətinin təşkili ixtisasını bitirmiş, 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak etmişdir. Əmək fəaliyyətinə 2015-ci ildən North-West Construction şirkətində Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində çalışmaqla başlamışdır. Müxtəlif zamanlarda barmen, taksi sürücüsü, mühəndis kimi işləmişdir. Hazırda isə X8 lahiyəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində çalışmaqdadır. Təqsirləndirilən şəxs ilə uşaqlıqdan birlikdə böyümüşlər. Orxan əvvəlcə ali təhsil almaq məqsədilə 2014-cü ildə Rusiya Federasiyasının Kazan şəhərinə getmişdir. 2017-ci ildə isə təhsilində olan nöqsanlarla bağlı universitetdən xaric olaraq Azərbaycana qayıtmışdır. Azərbaycanda olduğu müddətdə müxtəlif hotel və restoranlarda aşbaz kimi çalışaraq özünü dolandırmışdır. Bu müddətdə Orxan əsasən iş yoldaşları ilə ünsiyyət saxlamaqda idi. 2020-ci ildə isə o, Ukraynaya yollanmışdır. Ukraynaya gedən zaman xəbəri olmamış, çünki o, müharibədə olmuşdur. Ukraynada olanda Orxanla bir neçə dəfə danışmışdır. Orxan özü ona zəng edib maraqlanmışdır. Orxan 2022-ci ildə Rusiya və Ukrayna arasında olan hərbi qarşıdurmalarla bağlı Azərbaycana gəldikdə bir neçə dəfə ona zəng edərək pul istəmişdir. Təxminən 2022-ci ilin iyul ayında Orxan ona zəng edərək sənədlərinin taksidə qaldığını bildirmiş və ondan götürməyini xahiş etmişdir. O, taksi ilə danışmışdır. Məşq etdiyi Ağ şəhər tərəfdə yerləşən FitCity zalından çıxaraq taksidən sənədləri götürmək istəyəndə polis əməkdaşları onu saxlamışlar. Sonra o, Orxanın yaşadığı Yeni Yasamalda yerləşən evin ünvanını demişdir. Orxan polis bölməsinə gətirildikdən sonra ifadəsi alınmış və onu buraxmışdırlar. Orada ona məlum olmuşdur ki, Orxan hansısa pakistanlı şəxsdən pul oğurlamışdır. Təxminən sentyabr ayında Orxana görə yenidən onu polislər axtarmışdır. Ona Orxanın müxtəlif sosial şəbəkələrdə Azərbaycan xalqına qarşı təxribatçı çıxışları nümayiş etdirilmişdir. Təxminən avqust ayının sonlarında artıq Orxanın maddi vəziyyətinin normallaşdığını görmüşdür. Buna nəyin səbəb olduğunu bilməmişdir. Lakin həmin müddətdə Orxan onu nalayiq ifadələrlə təhqir etməkdə davam etmişdir. Belə ki, o qədər bezmişdir ki, öz mobil telefon nömrəsini də dəyişmişdir. Sonra isə Orxana 100 manat pul göndərərək onunla razılaşma əldə etmişdir ki, daha zəng etməsin. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən “Sahil hostel” hotelinin 4-cü mərtəbəsində yerləşən 108-ci otaqdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Şəki şəhəri, Heydə Əliyev prospektində yerləşən “Central Hostel” mehmanxanasının 210 nömrəli otağıdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “könüllü təqdim etmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan bir ədəd İphone 13 markalı mobil telefonu, 1 ədəd portmanat içərisində 193 manat və 700 ABŞ dolları, şəxsiyyəti təsdiq edən sənəd, 2 ədəd şəhadətnamə, 1 ədəd övladlığa götürmə şəhadətnaməsi, 1 ədəd xarici pasport, 1 ədəd hərbi bilet, 1 ədəd də Ukranyadan Azərbaycana daxil olmaq üçün təxliyyə pasportunu təqdim etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubdan və məktuba əlavə olunmuş eyniləşdirməyə dair çıxarışdan görünür ki, Bakı şəhəri Səbail RPİ-nin xx.xx.2022-ci il tarixli 065-14129-1222 nömrəli məktub vasitəsi ilə, xx.xx.2022-ci il tarixdə, ünvan 4 ünvanında yerləşən "Sahil" hosteldə, Pakistan Respublikasının vətəndaşı, Arif Zərərçəkmiş şəxs2-ə qarşı baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022- ci il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 01 ədədinin (ADİS-in məlumat bankına Nəsimi RPİ-dən daxilolmuş) xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il “cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs yeri müəyyən edilənədək həmin iş üzrə icraat dayandırılmışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulduğundan icraat təzələnmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-346/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmətrasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1256 nömrəli rəyindən görünür ki, ********* №-li cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1,2,3 saylı daktilolentlərin səthlərindəki “a” əl-barmaq izləri, 4 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri, 5 saylı daktilolentin səthindəki əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdılar. -220020170 №-li cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ‘a” əl-barmaq izi Təqsirləndirilən şəxs sol oğlunun böyük barmağından, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi isə onun sağ əlinin şəhadət barmağından qalmışdır. -Tədqiqata təqdim edilmiş 3 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki “a" və “b” əl-barmaq izləri, 5 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. -Tədqiqata təqdim edilmiş 1,2,3,4,6,7,8 saylı daktilolentlərin səthindəki əl-barmaq, ovuc, papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdilar. (Ekspertiza tədqiqatının dəyəri 61,29(altmış bir manat iyirmi doqquz qəpik) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022ci il tarixli "xxxx" protokolundan görünür ki, formatı cd disk kimi göstərilmiş diskin daxilində Təqsirləndirilən şəxs və Şahid4 arasında “Tiktok” sosial şəbəkəsində keçirilən canlı mübahisənin video təsviri saxlanılmışdır. Video ümumilikdə 16 dəqiqə 52 saniyədən ibarətdir. Videoda əks olunanlara əsasən o qənaətə gəlmək olur ki, Təqsirləndirilən şəxs bu və digər çıxışlarında danışdığı məsələlərin üzərindən keçir və izləyicilər siyahısında olan şəxslərə müraciət edərək “Слава Арцаху” (Yaşasın Artsax) ifadəsindən istifadə edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022ci il tarixli "xxxx" protokolundan görünür ki, Kapital bank ASC-dən göndərilmiş 2 ədəd diskə baxış zamanı diskdə 27 may 2022-ci il tarixdə saat 11:30-11:50 müddətində qeydə alınmış 10 ədəd videonun olması müəyyən edilmişdir. Videolarda Kapital bankın Nizami filialının qarşısında yerləşdirilmiş ATM qurğularından istifadə edən şəxslərin görüntüləri əks olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022ci il tarixli "xxxx" protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İnstagram” hesabına keçirilmiş 08 oktyabr 2022- ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus “imperator_096” istifadəçi hesabının yazışmalar bölməsində Təqsirləndirilən şəxs Robert kimi tanıdığı “Foreve Yuong” adlı hesab istifadəçisi ilə yazışmaları müəyyən edilmişdir. Robert Orxana aşağıdakı məzmunda mətnlər yazmışdır: - “Давай эфир я открою а ты будешь в гостевой” “Canlı yayım açıram, sən də qonaq olacaqsan” - “Выйди срочна на связь я нашёл решение как тебе помочь” “Tez əlaqəyə çıx, sənə kömək eləmək üçün yol tapmışam” - “Где ты, набери или напиши каждый день пиши мне чтоб. Я знал что с тобой все хорошо” “Hardasan? Hər gün mənə zəng et ya da yaz ki yaxşı olduğunu bilim” - “У тебя есть два месяца чтобы заработать деньги и придумать как свалить оттуда." “Sənin pul qazanıb ordan çıxmaq üçün 2 ay vaxtın var” - “Через три месяца по законодательству тебя объявят в федеральный розыск.” “3 ay ərzində sən qanuna görə federal axtarış siyahısına düşəcəksən” - “Так что ищи лазейки как ты сможешь от туда выскочить” “Ona görə də oradan çıxmaq üçün variantlar axtar” məzmununda olmuş, Robertlə dəfələrlə danışıqları həyata keçirilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DTX Suraxanı rayon İdarəsindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 7238 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat və rəsmi mənbələrr tərəfindən mənfi xarakteriz olunur. Təqsirləndirilən şəxs qardaşı X6 2021-ci il 30 noyabr tarixində baş verən Qaraheybət helikopter qəzasında həlak olmuş, ona şəhid adı verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Suraxanı rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdə mənfi xarakterizə olunur, dövlətçilik əleyhinə sosial mediada tez-tez çıxışları olur. Sakinlər tərəfindən nümayəndəliyə dəfələrlə Təqsirləndirilən şəxs barəsində şifahi şikayətlər daxil olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “maddi ziyanın ödənilməsi barədə ” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 851,81 manat pulun oğurlanması faktı əsasında istintaqı aparılan cinayət işi üzrə Zərərçəkmiş şəxs1 vurulmuş 851,81 manat maddi ziynlıq “Central Hostel”-in rəhbərliyi tərəfindən tam ödənilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DTX X1 9-3316 saylı məktubla daxil olmuş məlumatlardan görünür ki, “quattro_a” adlı “Tiktok” hesabının quraşdırıldığı “Huawei” markalı “JSN-L22” modelli mobil smartfon KM-in laboratoriya şəraitində “UFED” proqram kompleksi vasitəsilə tədqiq olunmuşdur. Belə ki, tədqiqatlar zamanı smartfonun media fayllarında mövcud olan 214 ədəd fotolara keçirilmiş baxış nəticəsində erməni pərəstliyə dair bir neçə məzmunlar müəyyən edilmişdir. Bundan başqa, mobil smartfona quraşdırılmış “Tiktok” sosial media platformasında mövcud hesaba baxış keçirilmiş və baxış nəticəsində ekranda müşahidə edilən görüntülərinin təsvirləri (izləyicilərin siyahısı, hesabın əsas səhifəsi, yazışmaların ümumi siyasisi, yazışmaların hər birinin ayrılıqda məzmunu və s.) əldə edilmişdir. “Tiktok” sosial media platformasında şəxsin istifadəsində olan “quattro_a” (Quattro) adlı, +7****909 nömrə ilə qeydiyyatdan keçirilmiş əsas profılnən yanaşı əlaqəli olduğu hesab edilən “quattro_rs8” (QUATTRO), “quatroj.1” (TypMWk), “quattro” (alivelikiy727) adlı profillər müəyyənləşdirilmişdir. Həmçinin “quattro_a” hesabda paylaşıldığı “quatrro” (alivelikiy727) hesab vasitəsilə canlı videoçəkilişdə yayımlanan ekran görüntüləri müəyyənləşdirilmişdir. Həmin videogörüntüdə hesabın sahibi Şahid4 adlı şəxslə mübahisə zamanı, ermənlər ilə qardaş olduğunu, “artsax”ı başa düşdüyünü, dəstək verdiyini və “yaşasın artsax” vurğulamışdır. Bununla yanaşı, həmin hesabla əlaqəli olması hesab edilən ‘‘quattro_rs8”, “quatro_1.1 ”, “quattro” (alivelikiy727) adlı hesablar müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs əlaqə saxlaması müəyyən edilən +7 953 530-90-9 mobil nömrəsinin Martin Poqosyan adlı erməni əsilli şəxsə məxsus olması müəyyən edilmişdir. Aparılmış tədqiqatların nəticəsində şəxsin paylaşımlarında ermənipərəstliyə və separatçılığa xas əlamətlər aşkar edilmiş, məlumatların hər birinin adı, həcmi, “md5” nəzarət cəmləri hesablanmış və DVD diskə köçürülmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “baxış” protokolundan görünür ki, 9-3317 saylı məktublarla daxil olmuş məlumatlara baxış keçirilmişdir. Baxış zamanı “YouTube" internet saytında Təqsirləndirilən şəxs yer aldığı videoların yerləşdirildiyi “У Беллы" (https://wvw.youtube.eom/@b_e_l_l_a) kanalının ümumilikdə 2,418,763 baxışı, 4520 izləyicisi olduğu, Bella Babaxanyan adlı erməni əsilli şəxsə məxsus olmaqla onun istifadəsində olduğu, iş üzrə Təqsirləndirilən şəxs “Tiktok” sosial şəbəkəsində yayımlanmış çıxışlarının olduğu “Мой тик токовский сынок Али” (https://www.youtube.com/watch?v=abRdKYW6JYU) başlıqlı, “Али вернулся ,три ужасных месяца в Баку” (https://www.youtube.com/watch?v=QjExfV5QtM4) başlıqlı, “Али Бакинец собственной персоны(1часть)” (https://www.youtube.com/watch?v=sHmDV8ga7Tg) başlıqlı,‘‘Али Бакинец (2часть)” (https://www.youtube.com/watch?v=-TFL_İZf5pO) başlıqlı, “Азербайджанец просит гражданство Армении и убежище” (https://www.youtube.com/watch?v=GY-TXH5ddgY) başlıqlı videolar aşkar edilmişdir. Həmin videolara baxış zamanı ermənipərəstliyə, seperatçılığa xas əlamətlər aşkar edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasının DTX Əks-Kəşfiyyat İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 2/7638 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sosial şəbəkələr vasitəsilə yaxın əlaqə saxladığı şəxslər arasında aktiv olaraq Azərbaycan əleyhinə təbliğat fəaliyyəti aparan erməni əsilli Martin Poqosyan, Hraç Avaqyan, Karen Sadiyan, Daniel Meloyan, Arsen Kaqramanyan, Arsen Avaqyan, David Manukyan, Qevorq Sarqsyan, Taquhi Sirekanyan və s. şəxslər olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-portret ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1650 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Али Бакинец собственной персоны(1 часть)”, "Али Бакинец (2часть)” adlı videogörüntülər və "Tiktok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs və Şahid4 arasında baş tutmuş mübahisənin videogörüntüləri və ekspertizaya təqdim olunmuş görüntülər üzrə müqayisəli tədqiqatın nəticələri əsasında görüntülərdəki şəxsin Təqsirləndirilən şəxs olması nəticəsinə gəlinmişdir. (Ekspertiza tədqiqatının dəyəri 146(yüz qırx altı) manat) Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DTX Təhlil və proqnozlaşdırma baş idarəsindən daxil olmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs “Tiktok" sosial şəbəkəsində yayımlanmış görüntülərdə erməniləri “qardaş" adlandırmış, qondarma DQR-ə dəstək xarakterli fikirlər səsləndirməsi, onun düşmən tərəfdən dəstək istəmiş, habelə Martin Poqosyan adlı erməniyə “əllərindən öpürəm” kimi ifadə səsləndirmiş, X3 münasibətdə "ana” deyərək müraciət etmiş, iştirak etdiyi canlı yayımlarda milliirqi və etnik düşmənçilik və ayrı-seçkiliyin yayılmasına yönələn ifadələr istifadə etmiş, o cümlədən Vətən müharibəsi zamanı suriyalı muzdluların guya Azərbaycan tərəfdə döyüşməsinə dair fikirlərini ifadə etmişdir. Habelə Təqsirləndirilən şəxs müxtəlif sosial şəbəkə hesablarının təhlili nəticəsində onun ermənilərə açıq rəğbəti nümayiş etdirməsi, Ermənistan Respublikasından sığınacaq və vətəndaşlıq istəməsi kimi hallar müşahidə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməfonoskopik ekspertizasının xx.xx.2023-cü il tarixli 4/1651-4/1660-4/1661 nömrəli rəyindən görünür ki, “Tiktok” sosial şəbəkəsinin erməni seqmentində "Ali” adlı istifadəçi (Təqsirləndirilən şəxs) tərəfindən edilmiş çıxışlarda verilən informasiyalarda milli, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn "Tarix təkrarlansaydı, ermənilər Bakıya qədər gələrdi”, “Azərbaycanda normal veteran yoxdur, onlar yoxdur, mövcud deyil”, “Qarabağda döyüşən neçə nəfər veteran özünə qəsd edib”, “Azərbaycanın 71 hərbi qulluqçusu özünü asıb”, “bu gün Azərbaycanda yaşamaq mümkün deyil”, “Azərbaycanda yaxşı odur ki, insanlar acından ölür?”, “...xahiş edirəm ki, mənə Ermənistan vətəndaşlığı versinlər, çünki mən Azərbaycan Respublikasında yaşamaqdan qorxuram”, “Mən Azərbaycan imtina edirəm”, “anamın canına and içirəm, İrəvana uçub gələcəm”, "Mən başa düşə bilmirəm ki, niyə Azərbaycanda türk bayrağı qaldırılır”, “İndi biz türklərlə qardaş olduq? Heç vaxt”, “Türkiyə türkləri ilə oğuz türkləri fərqli şeylərdi, gör necə qoyundular”, “qaçqınlara nifrət edirəm", “heç biri azərbaycan dilində yazmayıb, azərbaycan dili olmayıb", “Qarabağ da bir zamanlar Azərbaycan idi, bir zamanlar”, "sən türk deyilsən, farsdan dönməsən”, “belə bir millət var, bakılı”, “siz azərbaycanlı deyilsiniz, heç vaxt azərbaycanlı olmamısınız”, "türk milləti tamam başqa, talış milləti isə tamam başqadır”, “talışlar türk ola bilməzlər”, “sizfarsdillisiniz, sizin diliniz azərbaycan dili deyil, fars dilidir”, "bakılı, belə bir millət var, bakılılar tamam başqadır”, "Azərbaycan dili deməzdim, deyərdim bakılı dili”, “siz türk, azərbaycan dilini son 100 il ərzində Azərbaycan ərazisində yaşadığınız üçün bilirsiz, buna qədər siz bu dili bilmirdiz, sizin milli bayrağınız da var, sizin diliniz fars dili olub”, "İlk öncə Azərbaycan olmayıb, İran olub” və s. ifadələr auditiv, linqvistik və instrumental tədqiqatların nəticələrini qiymətləndirərək danışıqların Təqsirləndirilən şəxs məxsus olması, “Мой тик токовский сынок Али”, "Али вернулся ,три ужасных месяца в Баку”, "Азербайджанец просит гражданство Армении и убежище” başlıqlı videomateriallarda Təqsirləndirilən şəxs çıxışlarında milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn ifadələr mövcuddur. (Ekspertiza tədqiqatının dəyəri 250(iki yüz əlli) manat) Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasının DTX Əks-Kəşfiyyat İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 2/1038 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sosial şəbəkələrdəki səhifələrində əlaqə saxladığı şəxslər arasında Bella, yəni xx.xx.1974-cü il təvəllüdlü X4 (mob: +375-298- 929-355 (getcontac: "Белла")) müəyyən edilmişdir. O, “У Беллы” “Yutub” kanalını idarə edir, kanal əsasən etnik azərbaycanlılara qarşı milli ayrı seçkiliyin salınması, Ermənistan- Azərbaycan münasibətlərinin təhrif olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində təbliğatla məşğul olur. B.Babaxanyanın ER XXO ilə əlaqələrinə dair təsdiqləyici məlumatlar əldə edilməsə də, paylaşımlarının məzmununun təhlilinə əsasən onun həmin orqanlar tərəfindən yönlədirilməsi ehtimal edilir. İstiadəsində @izabellas034 adlı tiktok sosial şəbəkə hesabı vardır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasının DTX Əks-Kəşfiyyat İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 2/1284 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaxın əlaqələri arasında olan “Foreve Yuong” adlı instagram hesabının istifadəçisi Robert adlı (+**********10 və +**********1 saylı mobil nömrələrin istifadəçisi) erməni əsilli şəxsin Ermənistan Respublikasının xüsusi xidmət orqanları ilə əlaqəli olması qənaətinə gəlinmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Şahid3 tərəfindən 14 mart 2023-cü il tarixdə istintaqa təqdim olunan bank çıxarışlarından görünür ki, 3500 rus rublu məbləğində pul vəsaiti 13 mart 2022-ci il tarixdə Əfqan Vüqar oğlu Q. Adlı şəxəs məxsus hesabdan Bəhram Eldaroviç M. adlı şəxsə məxsus hesaba, eyni tarixdə “Zolotaya Korona” ödəniş platforması vasitəsilə X5 məxsus hesabdan isə Şahid3 məxsus hesaba göndərilmişdir. Bununla yanaşı 26 avqust 2022-ci il tarixdə Araz Matevosoviç S. adlı şəxsə məxsus Sberbank bank hesabından, 29 avqust 2022-ci il tarixdə Rita Serqqevna S. adlı şəxsə məxsus bank hesabından Bəhram Eldaroviçə məxsus bank hesabına müvafiq olaraq hər biri üzrə 3000 rus rublu (ümumilikdə 164 manat) məbləğində pul köçürülmüşdür. Həmin pul vəsaitləri də 13 mart 2022, 26 və 29 avqust 2022-ci il tarixlərdə Şahid3 məxsus Unibank bank hesabına köçürülmüşdür. Şahid3 isə həmin pul vəsaitlərini Bakı şəhərində nağdlaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində həmin pul vəsaitinin Robert adlı erməni əsilli şəxs tərəfindən ona göndərildiyini təsdiq etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsindən 19 may 2023-cü il tarixdə daxil olmuş 18 aprel 2023-cü il tarixli 1071 nömrəli ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, hal-hazırkı dövrədək hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir, hazırda da psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. O, ona istinad edilən əməlləri törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməməsinə və idarə edə bilməməsinə səbəb olan hər hansı psixi pozuntu keçirməmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Dövlət Təhlükəsizliyi Xidməti “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnaməsindən Təqsirləndirilən şəxs dəfələrlə müxtəlif ölkələrə gedib qayıtması görünür. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 15 avqust 2020-ci il tarixdə Bakı Aeroportundan Azərbaycan sərhədini keçərək Türkiyə Respublikasına getmiş, 07 mart 2022-ci il tarixində isə Gürcüstan Respublikasından geri qayıtmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən xüsusi ilə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 457,29 (dörd yüz əlli yeddi manat iyirmi doqquz qəpik) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə 13 (on üç) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə 03 (üç) il müddətinə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, həmin gün təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 457,29 (dörd yüz əlli yeddi manat iyirmi doqquz qəpik) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar