Məhkəmə qərarları › İş №1(101)-441/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-441/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-441/2025 20.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6, X15, X10 və X66 oğlunun katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X36, Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 və onun nümayəndəsi De Fendo Vəkil Bürosunun vəkili Nümayəndə, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, tərcüməçilər X23, X16, X11, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşamış, Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)- 68/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 il 06 ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, üzərində qəti olaraq 01 il 06 ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 01 İl 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2010-cu ildən ədliyyə orqanlarında müxtəlif vəzifələrdə, 14 iyun 2017-ci il tarixdən 22 noyabr 2019-cu il tarixədək isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı istintaq təcridxanasının baş inspektoru (rəisin növbətçi köməkçisi) vəzifəsində işləyərkən, 2018-ci ilin payız aylarında həmin xidmətin Konvoy Taborunda işləyən və “ədliyyə çavuşu” xüsusi rütbəsi daşıyan tanışı Zərərçəkmiş şəxs4 ali təhsilli olduğunu bildikdən sonra, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyətilə ələ keçirmək məqsədi ilə hər hansı səlahiyyətlərinin olmamasına baxmayaraq, sonuncuya ədliyyə leytenantı rütbəsi verilməsini təşkil etmək üçün özünün kifayət qədər səlahiyyət və əlaqələrə malik olmasını bildirib, 10.000 manat pul müqabilində buna nail olacağını yalandan vəd etməklə etibarını qazanaraq, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə və aldatmaqla inandırıb razılaşdıraraq həmin məsələnin müsbət həlli üçün istintaqla dəqiq gününün və vaxtının müəyyən edilməsi mümkün olmayan 2019-cu ilin yanvar ayının sonları - fevral ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində Zərərçəkmiş şəxs4 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini nağd şəkildə sonuncudan götürüb, yerdə qalan 2.000 manat hissəni daha sonra veriləcəyi barədə razılaşaraq, öz cinayətkar niyyətini davam etdirib istintaqla dəqiq gününün və vaxtının müəyyən edilməsi mümkün olmayan 2019-cu ilin aprel ayının sonu - may ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində, “Qara Qarayev” metrostansiyasının yaxınlığında özünə məxsus “Hyundai Elantra” markalı avtomobildə qalan 2.000 (iki min) manat pul vəsaitini nağd şəkildə Zərərçəkmiş şəxs4 götürərək, sonuncudan etibardan sui-istifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaiti olan özgə əmlakını alıb ələ keçirdikdən sonra öz vədinə əməl etməyərək, əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs4 həmin məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2010-cu ildən ədliyyə orqanlarında müxtəlif vəzifələrdə, sonuncu dəfə isə 22 noyabr 2019-cu il tarixdən 20 dekabr 2022-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti X21 bölüyünün mühafizə tağımının komandiri vəzifəsində işləyərkən, onunla eyni məhəllədə yaşayan X30 vasitəsilə tanış olduğu Hacıyevə Hicran Zahid qızı 03 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Keşlə bazarı adlanan yerdə onunla görüşüb, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş övladı X2 məsuliyyətdən azad etdirmək xahişi ilə ona müraciət etdikdə, Pərvanə Məmmədəliyevanın cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı hər hansı səlahiyyətlərinin olmamasına baxmayaraq, o, təkrarən, etibardan sui-istifadə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək qərarına gələrək, həmin məqsədlə Zərərçəkmiş şəxs3 10.000 manat pul müqabilində qızını məsuliyyətdən azad etdirməyə nail ola biləcəyi barədə yalan vəd verməklə inandıraraq etibarını qazanıb aldatmaqla 10 yanvar 2021-ci il tarixdə sonuncunun yaşadığı ünvan 13 ünvanında Zərərçəkmiş şəxs3 3.000 (üç min) manat nağd pul vəsaitini alaraq, yerdə qalan hissənin isə daha sonra veriləcəyi barədə razılaşaraq, öz cinayətkar niyyətini davam etdirib istintaqla dəqiq günlərinin və vaxtlarının müəyyən edilməsi mümkün olmayan 2021-ci ilin yanvar ayının ortalarından sonunadək olan müddət ərzində müxtəlif vaxtlarda hər dəfəsində Zərərçəkmiş şəxs3 yaşadığı ünvanda hissə-hissə olmaqla qalan 7.000 (yeddi min) manat nağd pul məbləğini də sonuncudan almış, daha sonra öz qanunsuz hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs3 ona qarşı yaranmış etibarlı münasibətindən sui-istifadə etməklə Pərvanə Məmmədəliyevanın əlavə olaraq Azərbaycan Respublikası CM-nin 206-ci maddəsi ilə də cinayət məsuliyyətinə cəlb olunmağına qoymayacağı, qızının istintaq təcridxanasında saxlanılma şəraitinin yaxşılaşdırılmasına köməklik göstərəcəyi barədə yalan vədlər verib aldatmaqla inandıraraq Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə əlavə pullar istəyib istintaqla dəqiq günlərinin və vaxtlarının müəyyən edilməsi mümkün olmayan 2021-ci ilin mart ayının əvvəllərindən həmin ilin may ayının sonlananadək olan müddət ərzində müxtəlif vaxtlarda sonuncu göstərilən ünvanda hissə-hissə sonuncuya məxsus 12.500 (on iki min beş yüz) manat pul vəsaitini Zərərçəkmiş şəxs3 özündən və digər qızı Şahid4 vasitəsilə nağd şəkildə götürərək, Zərərçəkmiş şəxs3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 22.500 (iyirmi iki min beş yüz) manat məbləğində pul vəsaiti olan özgə əmlakını alıb ələ keçirdikdən sonra öz vədinə əməl etməyərək, əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs3 həmin məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 2010-cu ildən ədliyyə orqanlarında müxtəlif vəzifələrdə, sonuncu dəfə isə 22 noyabr 2019-cu il tarixdən 20 dekabr 2022-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti X21 bölüyünün mühafizə tağımının komandiri vəzifəsində işləyərkən, aralarında tanışlıq münasibəti olan Zərərçəkmiş şəxs5 övladı Şahid5 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə kompüter mütəxəssisi vəzifəsinə işə düzəltmək xahişi ilə ona müraciət etdikdə, Şahid5 qeyd olunan orqana işə düzəltməsi ilə bağlı hər hansı səlahiyyətlərinin olmamasına baxmayaraq, o, təkrarən, etibardan sui-istifadə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək qərarına gələrək, həmin məqsədlə Zərərçəkmiş şəxs5 ilkin olaraq 15.000 manat, Şahid5 işə başlayacağı ərəfədə isə 10.000 manat olmaqla ümumilikdə 25.000 manat pul müqabilində övladını işə düzəltməyə nail ola biləcəyi barədə yalan vəd verməklə inandıraraq etibarını qazanıb aldatmaqla 29 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən “Mali” adlı restoranda Zərərçəkmiş şəxs5 sonuncuya məxsus 15.000 (on beş min) manat nağd pul vəsaitini alaraq, yerdə qalan pul məbləğinin isə daha sonra veriləcəyi barədə razılaşaraq, öz cinayətkar niyyətini davam etdirib 2021-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs5la əlaqə saxlayaraq övladının işinin düzəlmək üzrə olduğunu, bir neçə günə işə çıxacağını, ona görə də yerdə qalan pulu da verməli olduğunu deyib 18 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Diamond” restoranında Zərərçəkmiş şəxs5 10.000 (on min) manat nağd pul vəsaitini götürməsinə baxmayaraq, öz qanunsuz hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs5 ona qarşı yaranmış etibarlı münasibətindən sui-istifadə etməklə X35 Təhlükəsizlik Xidmətində qabiliyyət imtahanından keçməsi üçün əlavə pul lazım olduğunu Zərərçəkmiş şəxs5 yalandan deyərək aldadıb inandırmaqla vahid niyyətlə əhatə olunan qəsdlə əlavə 4.000 manat pulu istintaqla dəqiq gününün və vaxtının müəyyən edilməsi mümkün olmayan 2022-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metro park” ticarət mərkəzinin yaxınlığında sonuncuya məxsus 4.000 (dörd min) manat nağd pul vəsaitini Şahid5 götürmüş, Zərərçəkmiş şəxs5 ona etibar etməsindən tam əmin olduğu üçün cinayətkar hərəkətlərini vahid niyyətlə əhatə olunan qəsdlə davam etdirərək 22 fevral 2022-ci il tarixdə sonuncu ilə yenidən əlaqə saxlayıb artıq oğlunun əmrinin verildiyini, lakin kadrlar şöbəsinə də 4.000 manat əlavə pul verilməli olduğunu demiş, Zərərçəkmiş şəxs5 pulunun olmadığını bildirib etiraz etdikdə isə 2.500 manat pulu sonuncunun verməsini, yerdə qalan 1.500 manatı özünün qoyacağını deyərək razı salıb aldatdıqdan sonra Zərərçəkmiş şəxs5 Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Samuray” adlı marketdə olan ödəmə terminalından 100 (yüz manat) və 2.400 (iki min dörd yüz) manat hissələrdən ibarət olmaqla ümumilikdə 2.500 (iki min beş yüz) manat pul vəsaitini ona aid bank kartı hesabına göndərmiş, bununla da sonuncudan etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 31.500 (otuz bir min beş yüz) manat məbləğində pul vəsaiti olan özgə əmlakını alıb ələ keçirdikdən sonra öz vədinə əməl etməyərək, əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs5 həmin məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1 (005)-68/2024 saylı ittiham hökmündə göstərilən Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini 2022-ci ilin may ayının əvvəllərindən həmin ilin sentyabr ayının 30-dək olan müddət ərzində törətdikdən sonra, təkrarən, 2010-cu ildən ədliyyə orqanlarında müxtəlif vəzifələrdə, sonuncu dəfə isə 22 noyabr 2019-cu il tarixdən 20 dekabr 2022-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti X21 bölüyünün mühafizə tağımının komandiri vəzifəsində işləyərkən, tanışı Şahid2 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs1 21 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd bəy Ağa oğlu küçəsində yerləşən “Kəndimiz” adlı kafedə onunla görüşüb, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-80/2018 saylı hökmü ilə 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş qardaşı X24 cəzadan vaxtından əvvəl azad etdirmək xahişi ilə ona müraciət etdikdə, Ceyhun Canıyevin cəzadan vaxtından əvvəl azad edilməsi ilə bağlı hər hansı səlahiyyətlərinin olmamasına baxmayaraq, o, təkrarən, etibardan sui-istifadə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək qərarına gələrək, həmin məqsədlə Zərərçəkmiş şəxs1 20.000 manat pul müqabilində qardaşını cəzadan vaxtından əvvəl azad etdirməyə nail ola biləcəyi barədə yalan vəd verməklə inandıraraq etibarını qazanıb aldatmaqla 22 oktyabr 2021-ci il tarixdə Şahid2 həmin vaxtlar işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən “Kəmalə market” adlı ərzaq mağazasında Zərərçəkmiş şəxs1 20.000 (iyirmi min) manat nağd pul vəsaitini alaraq, öz cinayətkar niyyətini davam etdirməklə vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1lə yenidən əlaqə saxlayıb qardaşının cəzadan vaxtından əvvəl azad olunmasına görə guya yuxarı vəzifəli şəxslərin həmin məbləğə razı olmadıqları üçün əlavə 5.000 manat pul da lazım olduğunu bildirib aldadaraq 05 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ağa Neymətulla küçəsinin kəsişməsində sonuncunun dostu Şahid1 avtomobilində Zərərçəkmiş şəxs1 5.000 (beş min) manat nağd pul vəsaitini götürərək, özgənin xeyli miqdarda əmlakının ələ keçirilməsinə yönəlmiş hərəkətlərini vahid niyyətlə əhatə olunan qəsdlə davam etdirməklə ona etibar etməsindən əmin olduğundan Zərərçəkmiş şəxs1 qardaşının azad olunması məsələsi ilə əlaqədar məhkəmə qərarının götürülməsi üçün 1.500 manat pul lazım olduğunu, həmin pulun 1.000 manatını öz hesabına verəcəyini deyib, 500 (beş yüz) manat məbləğində pulu isə məhkəmədə işləyən şəxsə verəcəyi adı ilə aldadaraq özünün borclu olduğu X37 “Kapital Banka” aid olan “**********590313” nömrəli kart hesabına 15 fevral 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən terminal vasitəsi ilə göndərtdirmiş, o, vahid niyyətlə əhatə olunan qəsdlə öz qanunsuz hərəkətlərini yenə də davam etdirərək, 2022-ci ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs1lə əlaqə saxlayıb qardaşının cəzadan azad olunması üçün əlavə 4.000 manat da verilməli olduğunu, əks halda işin alınmayacağını, əvvəldən aldığı pulların lazımi yerə çatdırıldığını bildirməklə aldadıb 28 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Memar Əcəmi” metrostansiyasının yanında Zərərçəkmiş şəxs1 4.000 (dörd min) manat pul vəsaitini nağd şəkildə götürsə də, Zərərçəkmiş şəxs1 əvvəllər qızıl alveri ilə məşğul olduğunu bildiyi üçün ona qarşı yaranmış etibardan sui-istifadə etməklə özgənin əmlakının ələ keçirilməsinə yönəlmiş qanunsuz hərəkətlərini vahid niyyətlə əhatə olunan qəsdlə davam etdirib 2022-ci ilin avqust ayında ailəsinə hədiyyə etmək adı ilə Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyaları alaraq ona verməsini istəmiş, Zərərçəkmiş şəxs1 isə qardaşına edəcəyini düşündüyü köməkliyin qarşılığında özünü ona borclu hiss etdiyi üçün 29 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, X69 küçəsində yerləşən “Moskva” adlı ticarət mərkəzində qızıl satışı ilə məşğul olan tanışı X25 onun bəyəndiyi 14.600 (on dörd min altı yüz) manat dəyərində qızıl-zinət əşyalarını alıb ticarət mərkəzinin qarşısında ona versə də, o Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 44.100 (qırx dörd min yüz) manat məbləğində özgə əmlakı olan pul vəsaitini və qızıl-zinət əşyalarını alıb ələ keçirdikdən sonra verdiyi vədlərə əməl etməyib, əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs1 həmin məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1 (005)-68/2024 saylı ittiham hökmündə göstərilən Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini 2022-ci ilin may ayının əvvəllərindən həmin ilin sentyabr ayının 30-dək olan müddət ərzində törətdikdən sonra, təkrarən, istintaqla dəqiq gününün və vaxtının müəyyən edilməsi mümkün olmayan 2023-cü ilin may ayının sonlarında tanışı X8 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının yanında onunla görüşüb, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş övladı X12 məsuliyyətdən azad etdirmək xahişi ilə ona müraciət etdikdə, o, təkrarən, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək qərarına gələrək, həmin məqsədlə sonrakı günlərdə Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlayıb 20.000 manat pul müqabilində oğlunu məsuliyyətdən azad etdirməyə nail ola biləcəyi barədə yalan vəd verməklə inandıraraq etibarını qazanıb aldatmaqla istintaqla dəqiq gününün və vaxtının müəyyən edilməsi mümkün olmayan 2023-cü ilin iyun ayının əvvəllərində sonuncunun yaşadığı ünvan 5 ünvanında Zərərçəkmiş şəxs2 20.000 (iyirmi min) manat nağd pul vəsaitini alaraq, öz cinayətkar əməlini vahid niyyətlə əhatə olunan qəsdlə davam etdirməklə bir neçə gün sonra Zərərçəkmiş şəxs2 ilə yenidən əlaqə saxlayıb Elçin Qurbanzadənin cinayət məsuliyyətindən azad olunması üçün əlavə 5.000 manat pul da lazım olduğunu bildirib istintaqla dəqiq vaxtı müəyyən olunmayan 2023-cü ilin iyun ayının ortalarında həmin məqsədlə eyni ünvanda guya 4.000 manat oğlunun məsuliyyətdən azad olunmağına, 500 manat oğlunun təcridxanada yerini dəyişməyə, 500 manat isə özünün digər xərclərinə lazım olduğunu deyib Zərərçəkmiş şəxs2 5000 (beş min) manat nağd pul vəsaitini götürərək, sonuncunun ona etibar etməsindən əmin olduğundan vahid niyyətlə əhatə olunan qəsdlə cinayətkar əməlini davam etdirərək bir daha eyni qaydada Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlayıb əlavə 7.000 manat pula da ehtiyac olduğunu bildirməklə 23 iyun 2023-cü il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs2 7.000 (yeddi min) manat pul vəsaitini nağd şəkildə götürərək, sonuncudan etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 32.000 (otuz iki min) manat məbləğində pul vəsaiti olan özgə əmlakını alıb ələ keçirdikdən sonra öz vədinə əməl etməyərək, əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs2 həmin məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1 (005)-68/2024 saylı ittiham hökmündə göstərilən Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini 2022-ci ilin may ayının əvvəllərindən həmin ilin sentyabr ayının 30-dək olan müddət ərzində törətdikdən sonra, təkrarən, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək qərarına gələrək, həmin məqsədlə 2022-ci ilin iyunavqust aylarında uzun illərdir ailəvi tanışlığı olan Zərərçəkmiş şəxs6 ilə söhbət edərək ünvan 6 ünvanı kimi tanıtdığı, əslində isə həmin küçənin yaxınlığındakı ünvan 7 ünvanında yerləşən təmirsiz iaşə obyektini ucuz qiymətə alıb, sənədlərini düzəltdirməklə, təmir etdirib birgə qazanc əldə etməklərini, həmçinin əldə olunacaq pul məbləği ilə sonuncunun qardaşı X38 olan borcunu ödəyəcəyini, qeyd etdiyi işlərin bir ildən qısa müddətə bitəcəyini bildirərək buna nail olacağını yalandan vəd etməklə etibarını qazanaraq, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə və aldatmaqla inandırıb razılaşdıraraq həmin məsələnin müsbət həlli üçün obyektin təmiri və ayrı-ayrı dövlət qurumlarından razılıqların alınması adları ilə istintaqla dəqiq günlərinin və vaxtlarının müəyyən edilməsi mümkün olmayan 2022-ci ilin iyun ayının ortalarında ünvan 8 ünvanının yaxınlığında Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrlərə aid məzənnəsi ilə 3.400 (üç min dörd yüz) manat dəyərində 2.000 (iki min) ABŞ dolları nağd pul vəsaiti, 2022-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 16 ünvanının yaxınlığında Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrlərə aid məzənnəsi ilə 34.000 (otuz dörd min) manat dəyərində 20.000 (iyirmi min) ABŞ dolları nağd pul vəsaiti, 2022-ci ilin iyul ayının ortalarında yenidən sonuncu göstərilən ünvanda Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrlərə aid məzənnəsi ilə 28.900 (iyirmi səkkiz min doqquz yüz) manat dəyərində 17.000 (on yeddi min) ABŞ dolları nağd pul vəsaiti, 2022-ci ilin iyul ayının sonlarında ünvan 9 ünvanının yaxınlığında Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrlərə aid məzənnəsi ilə 25.500 (iyirmi beş min beş yüz) manat dəyərində 15.000 (on beş min) ABŞ dolları nağd pul vəsaiti, 2022-ci ilin avqust ayının əvvəllərində sonuncu qeyd olunan ünvanda Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrlərə aid məzənnəsi ilə 5.100 (beş min yüz) manat dəyərində 3.000 (üç min) ABŞ dolları nağd pul vəsaiti, 2022-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində 13.500 (on üç min beş yüz) manat nağd pul vəsaiti, 2022-ci ilin avqust ayının sonlarında sonuncu göstərilən ünvanda 10.000 (on min) manat nağd pul vəsaiti, 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 18.400 (on səkkiz min dörd yüz) manat nağd pul vəsaiti olmaqla Zərərçəkmiş şəxs6 məxsus qeyd olunan məbləğlərdə pul vəsaitlərini sonuncudan götürmüş, bundan sonra öz cinayətkar əməlini vahid niyyətlə əhatə olunan qəsdlə davam etdirərək eyni məqsədlə Zərərçəkmiş şəxs6 yenidən ona pul vəsaitləri verməsini istəmiş, sonuncu isə 05 oktyabr 2022-ci il tarixdə ünvan 10 ünvanında yerləşən “Spar market” adlı mağazada) ödəmə terminalından 200 (iki yüz) manat pul vəsaitini, 06 oktyabr 2022-ci il tarixdə eyni ünvanda yerləşən terminaldan 1.490 (min dörd yüz doxsan) manat pul vəsaitini, 23 fevral 2023-cü il tarixdə ünvan 11 ünvanında yerləşən ödəmə terminalından 300 (üç yüz) manat pul vəsaitini ona məxsus “4169-7388-6785-0798” hesab nömrəli bank kartına göndərmiş, daha sonra o, öz cinayətkar əməllərini vahid niyyətlə əhatə olunan qəsdlə davam etdirib istintaqla dəqiq gününün və vaxtının müəyyən edilməsi mümkün olmayan 2023-cü ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 5.000 (beş min) manat nağd pul vəsaitini Zərərçəkmiş şəxs6 götürmüş, sonrakı tarixlərdə cinayətkar əməllərinin davamı kimi onun vahid niyyətlə əhatə olunan qəsdlə eyni məqsədli istəklərinə əsasən Zərərçəkmiş şəxs6 istintaqla dəqiq ünvanlarının müəyyən edilməsi mümkün olmayan Bakı şəhərində müxtəlif ünvanlardan 25 avqust 2023cü il tarixdə 50 (əlli) manat, 25 oktyabr 2023-cü il tarixdə 50 (əlli) manat, 25 oktyabr 2023cü il tarixdə 25 (iyirmi beş) manat, 04 dekabr 2023-cü il tarixdə 30 (otuz) manat, 05 dekabr 2023-cü il tarixdə 50 (əlli) manat, 06 dekabr 2023-cü il tarixdə 40 (qırx) manat, 08 dekabr 2023-cü il tarixdə 170 (yüz yetmiş) manat, 11 dekabr 2023-cü il tarixdə 120 (yüz iyirmi) manat, 11 dekabr 2023-cü il tarixdə 30 (otuz) manat pul vəsaitləri, sonuncu dəfə isə 12 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində “Azadlıq prospekti” metrostansiyasının yaxınlığında dayanaraq 30 (otuz) manat pul vəsaiti olmaqla qeyd olunan məbləğlərdə pul vəsaitlərini ona aid “4127-2093-0543-5346” hesab nömrəli bank kartına mobil tətbiq vasitəsilə elektron formada göndərmiş, bununla da, o, Zərərçəkmiş şəxs6 etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 146.385 (yüz qırx altı min üç yüz səksən beş) manat məbləğində pul vəsaiti olan özgə əmlakını alıb ələ keçirdikdən sonra öz vədinə əməl etməyərək, əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf edib, sonuncuya həmin məbləğdə, yəni külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilərək bildirmişdir ki, ona Azərbaycan Respublika CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilir, o, xx.xx.1986-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, uşaq yaşlarından Azərbaycan Respublikasına köçmüş və Nərimanov rayonunda yerləşən 88 saylı tam orta məktəbdə tam orta təhsil almışdır. 2002- 2006-cı illər ərzində Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq” ixtisası üzrə ali təhsil almışdır. Azərbaycan dili ana dilidir. Azərbaycan dilində tam sərbəst oxuyub-yazmağı bacarır, hər hansı psixi və ya sair ağır xəstəlikdən əziyyət çəkmir. ünvan 1 ünvanında anası - 1963-cü il təvəllüdlü Musayeva Hicran Əhməd qızı, arvadı - 1990-cı il təvəllüdlü X44, qızları - 2014-cü il təvəllüdlü Leyla Musayeva və 2019-cu il təvəllüdlü Ayla Musayeva ilə birgə yaşamışdır. Atası 1959-cu il təvəllüdlü X17 2023-cü il tarixdə vəfat etmişdir. Həbs olunmamışdan əvvəlki tarixlərdə heç yerdə işləmirmiş. Belə ki, 2010-cu ildə Ədliyyə Orqanlarında xidmət etməyə başlamışdır. xx.xx.2022-ci il tarixədək Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə xidmət etmiş, mayor xüsusi rütbəsi daşımışdır. Hərbi qulluqçu statusu yoxdur. Sonuncu dəfə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti X21 Bölüyündə Tağım komandiri vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1 şikayəti əsasında Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsində barəsində istintaqı aparılan cinayət işi üzrə xx.xx.2023-cü il tarixdəndir həbsdədir və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Övladlarının şəxsiyyət vəsiqələrinin surətini ifadəsinə əlavə etmişdir. Zərərçəkmiş şəxs1 barəsində olan şikayəti ilə əlaqədar bildirmişdir ki, Seymur ilə tanışları Şahid2, Elvin Şahverdiyev və Oqtay vasitəsilə tanış olmuşdur. Belə ki, 2021-ci ilin oktyabr ayını ortalarında Elvin və Oqtay Seymurun qardaşının, 2018-ci ildəndir, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini və cəzadan vaxtından əvvəl azad olunmasını istədiyini ona deyibmişlər. Onlara köməklik edə biləcəyini bildirmiş, beləliklə, Seymurla xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd bəy Ağa oğlu küçəsində Nərimanov rayon məhkəməsinin qarşısında görüşüb tanış olmuşlar. Bundan sonra həmin məhkəmənin yaxınlığında yerləşən adsız kafelərin birində oturub söhbət elədikdə Seymur ondan qardaşı Ceyhun Canıyevin cəza çəkməkdən vaxtından əvvəl azad olunmasında köməklik göstərməyini xahiş etmişdir. Seymurla görüşdüyü vaxt işlə əlaqədar Nərimanov Rayon məhkəməsində olduğundan, həmçinin xidmət vaxtı olduğundan xüsusi geyim formasında imiş. Söhbət əsasında Seymura qardaşı Ceyhunun cəzadan vaxtından əvvəl azad olunmasında köməklik göstərə biləcəyini demişdir. Seymur dostu Mətləblə birgə gəlmiş və Mətləb söhbətlərinin əvvəlindən axırına qədər yanlarında olmuşdur. Seymura qardaşının cəzadan azad edilməsi ilə maraqlandığını və bunun mümkün olduğunu, bunun üçün 20.000 (iyirmi min) manat pul lazım olduğunu demişdir. Həmin məbləğin müəyyən hissəsini Baş Prokurorluğun İttiham idarəsinə verəcəyini bildirmişdir. Lakin əslində Seymurun pulunu əvəzsiz olaraq əldə etmək istəyirmiş və heç kimə Seymurun qardaşını cəzadan azad etdirmək üçün pul vermək niyyəti olmamışdır və heç kimə pul verməmişdir. Sadəcə olaraq Seymuru aldatmaq üçün həmin epizodda və digər epizodlarda bu üsuldan istifadə etmişdir. Çünki həmin vaxtlar şəxsi ehtiyaclarım və borcları üçün pula ehtiyacı var imiş. Seymur razılaşaraq istədiyi məbləği verəcəyini demişdir. Təxminən xx.xx.2021-ci il tarixdə Seymurla ortaq tanışları Elvin Şahverdiyev onunla görüşərək Seymurun əvvəlcədən sonuncuya verdiyi puldan ona 11.000 manat pul vermiş və qalan pulu isə Oqtay adlı digər ortaq tanışlarıyla öz aralarında böldüyünü bildirmişdir. Seymur vaxtaşırı telefonla əlaqə saxlayırmış və hər dəfəsində işin davam etdirildiyini deyirmiş. Təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində şəxsi ehtiyacları və digər borcları üçün pul lazım olduğundan və Seymurun ona pul vermə imkanının olduğunu başa düşdüyümdən əlaqə saxlayıb əlavə 5.000 manata da ehtiyac olduğunu bildirmişdir. Təxminən 05 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu H.Əliyev prospekti ilə Ağa Neymətulla küçəsinin kəsişməsində Seymurla görüşmüş və Mətləbin maşınında Seymur ona əlavə olaraq 5.000 (beş min) manat nağd pul vermişdir. Pul məbləğini əlbəəl götürmüş, bu zaman Mətləb də yanlarında imiş və Seymurun ona pul verdiyini görmüşdür. Söhbət zamanı Seymur pulun nə üçün lazım olduğunu soruşduqda güya Baş Prokurorluğun İttiham idarəsinin əvvəlki məbləğlə razılaşmadığını əlavə 5.000 manat istədiyini, həmin səbəblə əlavə pul lazım olduğunu demişdir. Seymur onunla əlaqə saxladıqca müxtəlif bəhanələr gətirərək qardaşının həbsdən azad olunması ilə bağlı məsələnin həll olacağını deyirmiş. Elə təxminən həmin tarixlərdə Seymura məhkəmə qərarının götürülməsi üçün 1.500 manat pul lazım olduğunu, həmin məbləğin 1.000 manatını özü verəcəyini, qalan 500 manatı isə həmin məhkəmədə çalışan Cəlal Nəsirli adlı şəxsin bank kartına göndərməyini istəmişdir. Seymurdan həmin vaxt 1.500 manat pulu istəməmiş. Sadəcə olaraq Seymur özünü ona borclu hiss etsin və razılaşsın deyə yalandan bu cür demişdir. 15 fevral 2022-ci il tarixdə Seymurun mobil telefonuna Cəlal Nəsirlinin "xxxx" ASC tərəfindən verilmiş “5103 0714 4659 0313” seriyalı kartının fotoşəkilini göndərmiş və 500 (beş yüz) manat pul göndərməsini istəmişdir. Cəlalı bir neçə ildir tanıyır. Onun qardaşını həqiqətən işə düzəlməsinə köməklik etmək istəyirmiş. Lakin qardaşı sonradan işə girməkdən imtina etmişdir. Cəlaldan və ya başqasından sonuncunun qardaşını işə düzəltmək adı ilə pul almamışdır. Belə ki, Cəlalın anası Güllüdən təcili lazım olduğu üçün 15.000 manat borca pul almış və həmin pulu hissə-hissə geri ödəmişdir. Seymura da həmin 500 manatı elə borcunu bağlamaq üçün Cəlala məxsus bank hesabına göndərtmişdir. Həmçinin Cəlalın qardaşını işə düzəltdirmək üçün də hər hansı vəzifəli və ya başqa şəxslə sövdələşəmişdir. Sadəcə olaraq işə qəbulun hansı dövrlərdə olacağını və nə kimi prosedurların olması ilə maraqlanmışdır. 2022-ci ilin aprel ayının ortalarında şəxsi ehtiyacalarıyla əlaqədar yenidən pul lazım olduğu üçün Seymurla əlaqə saxlayıb Baş Prokurorluğun İttiham idarəsinə əlavə olaraq 4.000 manat da verilməli olduğunu bildirmişdir. Seymur əvvəlcə ondan şübhələnmiş və pullarını geri istəmişdir. O isə pulun lazımi yerə çatdırıldığını bildirib artıq gec olduğunu, lazım gələrsə həmin pulu öz hesabına qaytaracağını dedikdə Seymur inanıb razılaşmışdır. Sonuncu dəfə 28 aprel 2022-ci il tarixdə Seymurla Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Əcəmi” metrostansiyasının yanında Mətləbin avtomobilində görüşmüşlər. Seymur 4.000 (dörd min) manat nağd pulu Mətləbin iştirakı ilə ona vermişdir. Bundan sonra da Seymur onunla əlaqə saxladıqca işinin Ədliyyə Nazirliyinin rəhbərliyinin nəzarətində olduğunu bildirib inandırmağa çalışırmış. Bundan başqa dostlarının sözlərindən Seymurun əvvəllər qızıl mağazası işlətdiyini bilirmiş. Əvvəllər bir neçə dəfə Seymurdan qızıl alıb onların dəyərini ödəmişdir. Həmin qızılların ümumi dəyəri 6.000 manat olmuş və həmin qızılları əldə etməkdə heç bir dələduzluq niyyəti olmamışdır. Seymurun maddi imkanının yaxşı olduğunu və qardaşı ilə əlaqədar özünü ona borclu hiss etdiyini bildiyi üçün 2022-ci ilin avqust ayında ailəsinə hədiyyə edəcəyi adı ilə Seymurdan qızıl-zinət əşyaları tapmasını istəmişdir. Seymur isə özünün artıq qızıl satışı ilə məşğul olmadığını, tanışlarından alıb verə biləcəyini bildirmişdir. Qızılları Seymurun dostundan şəxsən götürməmiş, Seymur qızılların fotoşəklini ona göndərmiş və o, bəyəndiyi 14.600 manat dəyərində qızılları Seymur satın alıb 29 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, X69 küçəsində yerləşən “Moskva” adlı ticarət mərkəzinin qarşısında ona vermişdir. Həmin qızılları da əvvəlcədən əvəzsiz olaraq əldə etmək niyyətində olmuşdur. Seymura güya bir neçə günə qızılların dəyərini ödəyəcəyini demiş, lakin daha sonra müxtəlif bəhanələr gətirərək ödəməmişdir. Seymurdan qardaşını cəzadan azad etdirəcəyi adı ilə ümumilikdə 29.500 (iyirmi doqquz min beş yüz) manat pul almışdır. Həmçinin 14.600 (on dörd min altı yüz) manat dəyərində qızıl zinət əşyaları almışdır. Seymurdan aldığı pulları vəzifəli şəxslərə verəcəyini desə də, heç vaxt bu cür niyyəti olmamışdır. Sadəcə Seymuru aldatmaq üçün vasitə kimi istifadə etmişdir. Əvvəlki ifadələrində Barəsində cinayət işi istintaq olunmağa başlandığı ilkin vaxtlarda Seymurdan ələ keçirtdiyi pulları geri qaytara biləcəyini və Seymur barəsində şikayət etməsə məsuliyyətdən azad olunacağımı düşündüyü üçün Seymurun şikayətlərinin qarşısını almaq üçün qardaşının azad olunması ilə əlaqədar başqa şəxslərə müraciət etdiyini bildirmişdir. Hazırda isə etiraf etmişdir ki, əvvəlcədən Seymura köməklik etmək niyyəti olmamışdır. Seymurun qardaşını cəzadan azad etdirmək üçün heç kimlə danışmamış və ya heç kimə pul verməmişdir. Seymurdan maraqlandığına və özünün hüquqi biliyi olduğuna görə Ceyhunun mülki iddianı ödəməyənədək cəzadan azad olunmasının mümkün olmadığını bilirmiş və bu səbəblə əvvəlki ifadələrində istintaqa o cür bildirmişdir. Həmçinin ifadəsində bir yerdə səhvən pulu Ceyhundan aldığı qeyd edilmişdir. O Seymur demiş, sadəcə ola bilsin texniki olaraq yanlışlığa yol verilmişdir. Həmçinin eyni cür düşündüyü üçün əvvəlki ifadələrində qızıllarla bağlı Seymuru aldatmaq niyyəti olmadığını bildirmişdir. Hazırda isə etiraf edir ki, 14.600 manat dəyərində olan qızılları əvvəlcədən əvəzsiz olaraq əldə etmək niyyətində olmuşdur. Bundan başqa isə Seymurdan 20.600 manat dəyərində qızıl zinət əşyaları alaraq 2022-ci ilin sentyabr ayında 6.000 manat pul qaytartdığını bildirsə də, o, hələ 14.600 manat dəyərində qızılları almamışdan əvvəl 6.000 manat dəyərində başqa zinət əşyaları almış və onun pulunu ödəmişdir. 6.000 manat dəyərindəki qızılları dələduzluq etmək üçün almamışdır. Əvvəlki ifadələrində də elə həmin 6.000 manatı nəzərdə tutmuşdur. Həmçinin də 6.000 manat dəyərindəki qızılların pulunu 14.600 manat dəyərindəki qızılları almamışdan əvvəlki tarixdə, yəni 2022-ci ilin sentyabr ayında deyil, həmin ilin avqust ayının ortalarında qaytarmışdır. Əvvəlki ifadələrində göstərdiyi səbəblərə görə qızılların dəyərinin 20.600 manat olduğunu bildirmişdir. Aldığı qızıl-zinət əşyalarının növünü və qramını xatırlamır. Yalnız 14.600 manat dəyərində olduğunu xatırlayır. Həmçinin qızılların fotoşəkili əvvəllər istifadə etdiyi telefona İ göndərilmişdir və hazırda həmin telefon işləmədiyi üçün atmışdır. Bundan başqa Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs1lə xx.xx.2023-cü il tarixdə görüşənədək Zərərçəkmiş şəxs1 20.000 manat pulu Elvin Şahverdiyev və Oqtay Şirəliyevə verdiyini, xx.xx.2021-ci il tarixdə isə Elvin Şahverdiyevin onunla görüşərək Seymurun əvvəlcədən verdiyi puldan ona 11.000 manat pul verdiyini və qalan pulu isə Oqtayla öz aralarında böldüyünü dediyini bildirsə də, Zərərçəkmiş şəxs1 öz ifadələrində 20.000 manat pulu Şahid2 məxsus marketdə əlbəəl ona verdiyini bildirməsinə, həmçinin Elvin Şahverdiyev, Oqtay Şirəliyev, Nlyaz Hacıyev və Şahid1 da Zərərçəkmiş şəxs1 göstərdiyi xüsusatları təsdiq etməsinə dair ziddiyyətlərin aydınlaşdırılması barədə ona verilmiş suala “göstərilən ziddiyyətlər barədə hər hansı fikir söyləyə bilməyəcəm” deyə cavab vermişdir.Zərərçəkmiş şəxs2 barəsində etdiyi şikayət ilə əlaqədar bildirmişdir ki, Baloşun kürəkəni Ziyanı uzun illərdir tanıyır. Onunla ortaq tanışları olmuşdur. Əvvəllər bir neçə dəfə onunla bir yerdə oturub yeyib-içmişlər. 2023-cü ilin may aylarında Ziya ona zəng edib qaynı X9 16 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunduğunu və hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığını bildirmişdir. Xahiş etdiyi üçün birgə təcridxanaya getmişlər. Eyni zamanda təcridxanaya Baloş və əri Nazim də gəlmişdir. Onlara güya hələ də Ədliyyə Nazirliyi Penitensiar Xidmətində işlədiyini bildirmişdir. Təcridxanada Elçinin karantin rejimində saxlanıldığını demişlər. Elə təcridxanada olan zaman Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən təcridxananın yanında ailə üzvləri Elçinin məsuliyyətdən azad olunmasına görə köməklik etməyini xahiş etmişlər. Həmin vaxtlarda da konkret hansı olmasını xatırlamasa da, digər borcları üçün yenə pula ehtiyacı olduğundan Baloşa Nazimin və Ziyanın yanında məsələni maraqlanacağını demişdir. Bundan sonra 2023-cü may ayının sonlarında Baloşla əlaqə saxlayıb 20.000 (iyirmi min) manata oğlunu məsuliyyətdən azad etdirə biləcəyini demişdir. Dəqiq tarixini xatırlamadığı 2023-cü ilin iyun ayının əvvəllərində Baloşun yaşadığı ünvan 5 ünvanına gedib 20.000 (iyirmi min) manat nağd pulu əlbəəl Baloşdan almışdır. Pulu aldığı zaman Nazim də evdə olmuşdur. Bir neçə gün sonra yenə də şəxsi ehtiyacları üçün pul lazım olduğundan Baloşa zəng edərək əlavə 5.000 manat pul lazım olduğunu demişdir. İkinci dəfə dəqiq tarixini xatırlamadığı 2023-cü ilin iyun ayının ortalarında yenidən Baloşun yaşadığı evə getmiş və 5000 (beş min) manat nağd pulu Baloşdan əlbəəl almışdır. 5.000 manatı aldığı zaman Nazim yenə də evdə imiş. Həmin 5.000 manatı alan zaman Baloşa bildirmişdir ki, guya 5.000 manatdan 4.000 manatı oğlunun məsuliyyətdən azad olunması üçün əlavə lazımdır. 500 manat oğlunun təcridxanada yerini dəyişməyə qalan 500 manat isə özünün digər xərcləri üçün lazımdır. Lakin Baloşdan aldığı pulları tamamilə əvəzsiz formada əldə etmək niyyətində olmuşdur və həmin pulları qaytarmaq niyyəti olmamışdır, həmçinin də hər hansı şəxsə pul vermək niyyətim olmamış və heç kimə pul verməmişdir. Sonradan yenidən onunla eyni qaydada əlaqə saxlayıb əlavə 7.000 manat da pul lazım olduğunu demişdir. Sonuncu dəfə 23 iyun 2023-cü il tarixdə Baloşun yaşadığı ünvana getmiş və 7.000 (yeddi min) manat nağd pulu ondan almışdır. Həmin vaxt Nazim də evdə olmuşdur. Baloşdan dələduzluq yolu ilə ümumilikdə 32.000 manat nağd pul almışdır. Baloşdan aldığı pulları vəzifəli şəxslərə verəcəyini desə də, heç vaxt bu cür niyyəti olmamışdır. Sadəcə Baloşu aldatmaq üçün üsul kimi istifadə etmişdir. Eyni dövrlərdə bir neçə nəfər şəxsdən fərqli-fərqli vaxtlarda və fərqlifərqli məbləğlərdə pul aldığına görə konkret olaraq hansı tarixdə nə qədər aldığını dəqiq xatırlaya bilməmiş və sonradan xatırlamışdır ki, Baloşdan oğlunu məsuliyyətdən azad etdirmək adı ilə ümumilikdə 32.000 manat nağd pul almışdır. Belə ki, Baloşdan ilkin olaraq 20.000 manat, ikinci dəfə 5.000 manat, sonuncu dəfə isə 7.000 manat almışdır. İkinci dəfə 5.000 manat aldığı zaman, həmin pulun 4.000 manatını oğlunun məsuliyyətdən azad olunması üçün əlavə lazım olduğunu bildirmişdir. 500 manatını oğlunun təcridxanada yerini dəyişməyə, qalan 500 manatını isə özünün digər xərcləri üçün lazım olduğunu deyərək almışdır. Bu səbəbdən yanlış xatırladığı üçün ilkin ifadələrində ümumilikdə 31.000 manat aldığını bildirmişdir. Hacıyevə Hicran Zahid qızının barəsində etdiyi şikayət ilə əlaqədar bildirmişdir ki, Hicranın kürəkəni Elmar əvvəllər onun Nərimanov rayonu ərazisində yaşadığı qonşusu olub. 2021-ci ilin yanvar ayının əvvəllərində Elmarla yaşadığı məhəllədə görüşdüyü zaman ona baldızının, əri ilə birlikdə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 206-cı maddələri ilə təqsirli bilinib barələrində istintaq aparıldığını, həmin şəxslərin həbsə olduqlarını və onların cəzalarının yüngülləşdirilməsində köməklik göstərilməsini xahiş etmişdir. Onunla razılaşdıqdan sonra 03 yanvar 2021-ci il tarixdə Elmarla Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Keşlə bazarının yaxınlığında yol kənarında görüşmüşdür. Həmin vaxtı Hicran və Hicranın digər qızı Zərifə da Elmarla birlikdə gəlibmiş. Orada aralarında olan söhbət zamanı Hicran qızına köməklik göstərilməsini xahiş etmişdir. O da bu barədə maraqlanaraq ona bir söz deyəcəyini bildirmişdir. Bunun üçün 10.000 manat pul hazırlamasını istəmişdir. Hicranla razılaşdıqdan sonra ilk dəfə 10 yanvar 2021-ci il tarixdə Hicranın yaşadığı ünvan 13 ünvanına getmişdir. Həmin vaxtı Zərifə də evdə imiş. Hicran 3.000 (üç min) manat nağd pulu ona vermişdir. Yerdə qalan pulu əlinə düşdükcə hissə-hissə verəcəyini demiş və onunla razılaşmışdır. Sonrakı günlərdə demək olar hər gün Hicran zəng edərək əlaqə saxlayırmış. Bundan sonra təkrar şəxsi ehtiyacları üçün pula ehtiyacı olduğuna görə Hicrandan əlavə pullar lazım olduğunu da bildirərək konkret tarixini xatırlamadığı 2021-ci ilin yanvar ayının ortalarından sonunadək olan müddət ərzində müxtəlif vaxtlarda Hicranın yaşadığı ünvana gedərək ondan Zərifənin şahidliyi ilə 7.000 (yeddi min) manat nağd pulu da hissə-hissə olaraq almışdır. Lakin pulu hissə-hissə verdiyi üçün hər dəfəsində konkret olaraq neçə manat aldığını xatırlamır. Həmin pulları nağd şəkildə alırmış. Bundan sonra isə yenə də şəxsi ehtiyacları üçün pula ehtiyacı olduğundan və Hicran ona inandığına görə Pərvanənin əlavə olaraq Azərbaycan Respublikası CM-nin 206-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmağa qoymayacağını, istintaq təcridxanasında saxlanılma şəraitinin yaxşılaşdırılmasına köməklik göstərəcəyini deyərək Hicrandan əlavə pullar istəmişdir. Dəqiq tarixini xatırlamadığı 2021-ci ilin mart ayının əvvəllərində də yenə Hicranla əlaqə saxlayıb əlavə 3.000 manat pul istəmişdir. Elə dəqiq tarixini xatırlamadığı 2021-ci ilin mart ayının əvvəllərində Hicranın yaşadığı evə gedib 3.000 (üç min) manat nağd pulu da ondan əlbəəl almışdır. 2021-ci ilin aprel ayının əvvəllərindən may ayının sonlarınadək olan müddət ərzində Hicrandan onun yaşadığı evdə özündən və qızı Zərifə vasitəsilə hissəhissə omaqla əlavə 9.500 (doqquz min beş yüz) manat nağd pulunu da almışdır. Həmin pullardan sonuncu hissəni, yəni 700 manatını 2021-ci ilin may ayının sonunda almışdır. Pərvanə məhkəmənin hökmü ilə məhkum olunduqdan sonra Hicran ondan pulları geri istəməyə başlamışdır. Hicranın ondan şikayət edəcəyindən ehtiyat etdiyi üçün Apellyasiya məhkəməsinin yekun hökmü çıxana qədər məsələni həll edəcəyini deyirmiş. Apellyasiya məhkəməsinin hökmü çıxana qədər isə artıq həbs olunmuşdur. Hicrandan onu aldadaraq ümumilikdə 22.500 (iyirmi iki min beş yüz) manat pul almışdır. Hicrandan hər dəfə pul alanda qızı Zərifə də yanlarında olmuşdur. Həmin epizodlardan birində, deyəsən sonuncu 700 manatı Zərifənin özündən götürmüşdür. Həmin pulu da Hicran Zərifəyə vermişdir. Hicrandan aldığı pulları vəzifəli şəxslərə verəcəyini desə də, heç vaxt bu cür niyyəti olmamışdır. Sadəcə Hicranı aldatmaq üçün üsul kimi istifadə etmişdir. Eyni dövrlərdə bir neçə nəfər şəxsdən fərqli-fərqli vaxtlarda və fərqli-fərqli məbləğlərdə pul aldığına görə konkret olaraq hansı tarixdə nə qədər aldığını dəqiq xatırlaya bilməmiş, sonradan xatırlamışdır ki, ilk dəfə 10 yanvar 2021-ci il tarixdə Hicranın yaşadığı ünvan 13 ünvanında Zərifənin şahidliyi ilə Hicrandan 3.000 (üç min) manat, konkret tarixini xatırlamadığı 2021-ci ilin yanvar ayının ortalarından sonunadək olan müddət ərzində müxtəlif vaxtlarda Hicranın yaşadığı ünvanda Zərifənin şahidliyi ilə hissə-hissə olaraq 7.000 (yeddi min) manat, dəqiq tarixini xatırlamadığı 2021-ci ilin mart ayının əvvəllərində də yenə Hicranın yaşadığı evdə 3.000 (üç min) manat, 2021-ci ilin aprel ayının əvvəllərindən may ayının sonlarınadək olan müddət ərzində Hicrandan onun yaşadığı evdə özündən və qızı Zərifə vasitəsilə hissəhissə omaqla əlavə 9.500 (doqquz min beş yüz) manat pul almışdır. Həmin pullardan sonuncu hissəni, yəni 700 manatını 2021-ci ilin may ayının sonunda almışdır. Qeyd etdiyi 700 manatı Hicran Zərifəyə verdiyindən o, həmin məbləği Zərifədən götürmüşdür. Zərərçəkmiş şəxs4 barəsində etdiyi şikayət ilə əlaqədar bildirmişdir ki, Sadiqi təxminən 2018-ci il tarixdə ortaq tanışları vasitəsilə tanımışdır. Təxminən 2018-ci ilin sentyabr ayının ortalarında söhbət edən zaman Sadiq onun çavuş rütbəsində olduğunu və ali təhsilli olduğunu bildirərək zabit rütbəsi verilməsini istədiyini bildirmişdir. O da həll edə biləcəyini və 10.000 (on min) manat pul lazım olduğunu demişdir. Lakin əslində bunun mümkün olmayacağını bilirmiş və həmin vaxtlarda da pula ehtiyacı var imiş. Ona görə də ondan pul alıb sonra işinin alınmadığını deyəcəkmiş. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Dəqiq tarixini xatırlamadığı təxminən 2019-cu ilin yanvar ayının sonları - fevral ayının əvvəllərində Vergilər Nazirliyinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən binasının yaxınlığında Sadiq 8.000 (səkkiz min) manat nağd pul məbləğini ona vermişdir. Həmin vaxt orada yalnız ikisi olmuşlar. Sadiq yerdə qalan 2.000 manat pul məbləğini də toplayıb verəcəyini bildirmişdir. Daha sonra dəqiq tarixini xatırlamadığı 2019cu ilin aprel ayının sonu - may ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində, “Qara Qarayev” metrostansiyasının yaxınlığında Sadiqlə görüşmüşlər və özünə məxsus “Hundai Elantra” markalı avtomobildə 2.000 (iki min) manat nağd pul məbləğini Sadiqdən almışdır. Pulu aldığı zaman avtomobildə yalnız ikisi olmuşlar. Bundan sonra Sadiq ondan maraqlandıqca hər dəfəsində işinin hələ davam etdiyini, alınacağını deyərək onu aldadırmış. Sadiqdən dələduzluq yolu ilə ümumilikdə 10.000 manat nağd pul almışdır. Sadiqdən aldığı pulları vəzifəli şəxslərə verəcəyini desə də, heç vaxt bu cür niyyəti olmamışdır. Sadəcə Sadiqi aldatmaq üçün üsul kimi istifadə etmişdir. Zərərçəkmiş şəxs5 barəsində etdiyi şikayət ilə əlaqədar bildirmişdir ki, Məhəmmədin oğlu Şahid5 həqiqi hərbi xidmətini Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X21 bölüyündə keçmişdir. Həmin yerdə Rüfətin komandiri olmuşdur. Həmin vaxtlar Rüfətlə münasibəti yaranmışdır. Rüfətlə söhbətləri zamanı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində tanışları olduğunu, ehtiyac olsa onu da işə düzəldə biləcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Rüfət həqiqi hərbi xidmətini başqa vuraraq tərxis olduqdan Məhəmməd onunla əlaqə saxlayıb Rüfəti DTX-ya işə düzəlməkdə ona köməklik etməyini xahiş etmişdir. O isə telefon danışığı zamanı bunun üçün ümumilikdə 25.000 manat pul lazım olduğunu, ilkin olaraq 15.000 manat, daha sonra isə 10.000 manat verməli olduqlarını demişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən “Mali” adlı restoranda Məhəmmədlə görüşmüşlər. Görüş zamanı Rüfət də yanlarında olmuşdur. Məhəmmədlə təkrar söhbət edib dostunun DTX-da general olduğunu, onun vasitəsilə Rüfəti rahatlıqla işə düzəldəcəyini demişdir. Lakin əslində belə bir dostu yoxdur. Həmin vaxt Məhəmməd 15.000 (on beş min) manat nağd pul vəsaitini Rüfətin yanında əlbəəl ona vermişdir. Həmçinin yerdə qalan 10.000 manat pulun | daha sonra, yəni Rüfət işə çıxdığı ərəfələrdə verilməsi barədə təkrar razılaşmışlar. Məhəmməd və Rüfət onunla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda hər dəfə işlərin qaydasında olduğunu, narahat olunası heç nə olmadığını, tez bir zamanda Rüfətin işə çıxacağını deyirmiş. 2021-ci ilin noyabr ayının əvvəllərində yenidən pula ehtiyacı olduğu üçün Məhəmmədlə əlaqə saxlayıb Rüfətin işinin düzəlmək üzrə olduğunu, bir neçə günə işə çıxacağını, ona görə də yerdə qalan pulu da verməli olduğunu demişdir. 18 noyabr 2021-ci il tarixdə yenə də Məhəmməd və Rüfətlə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Diamond” restoranında görüşmüşlər. Məhəmməd Rüfətin yanında 10.000 (on min) manat nağd pul vəsaitini əlbəəl ona vermişdir. Daha sonra 2022-ci ilin yanvar ayında yenə də şəxsi ehtiyacları üçün pul lazım olduğundan Məhəmmədə zəng edib DTX-nın qabiliyyət imtahanından keçmək üçün əlavə 4.000 manat pul lazım olduğunu demişdir. 2022-ci ilin yanvar ayının ortalarında Rüfətlə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində, “Metro park” ticarət mərkəzinin yaxınlığında görüşmüş və Rüfət 4.000 (dörd min) manat nağd pul vəsaitini orada əlbəəl ona vermişdir. Həmin vaxt Məhəmmədin işi olduğu üçün özü gələ bilməmişdir. 22 fevral 2022-ci il tarixdə yenə də eyni məqsədlə Məhəmmədlə əlaqə saxlayıb artıq Rüfətin əmrinin verildiyini, DTX-nın kadrlar şöbəsinə 4.000 manat da əlavə pul verməli olduqlarını demişdir. Məhəmməd pulunun qalmadığını bildirmişdir. O isə heç olmasa 2.500 manat pulu onun verməyini, yerdə qalan 1.500 manatı özünün qoyacağını demişdir. Məhəmməddən konkret olaraq hər hansı məbləğdə pul ələ keçirtmək niyyəti olmamışdır. Sadəcə olaraq ona inamından istifadə edib bacardıqca artıq məbləğ əldə etmək istəyirmiş. Həmin gün Məhəmməd hazırda dəqiq xatırlamadığı bank hesab kartına 2.500 (iki min beş yüz) manat pul vəsaiti göndərmişdir. Məhəmməddən ümumilikdə 31.500 (otuz bir min beş yüz) manat pul vəsaiti almışdır. Sonradan 2023-cü ilin iyun ayında Məhəmməd ondan şikayət etməsin deyə 6.000 manat hissəsini qaytarmış, həmçinin sonradan 2.000 manat məbləğində pul vəsaitini də poçt vasitəsilə Məhəmmədə göndərmişdir. Yəni Məhəmmədə dəymiş zərərdən ümumilikdə 8.000 manat pul vəsaitini geri qaytarmışdır. Yerdə qalan hissəni isə pulu az olduğundan qaytarmamışdır. Məhəmməddən aldığı pulları vəzifəli şəxslərə verəcəyini desə də, heç vaxt bu cür niyyəti olmamışdır. Sadəcə Məhəmmədi aldatmaq üçün üsul kimi istifadə etmişdir. Əvvəlki ifadələrində ola bilər fikrini düzgün ifadə edə bilməmişyərək Məhəmməddən pul alan zaman heç yerdə işləmədiyini bildirmişdir. Əvvəlki ifadələrində Rüfəti işə düzəltmək üçün dostlarından maraqlanmağını deməyinin səbəbi odur ki, Məhəmməd ondan verdiyi pulları geri tələb etməyə başladıqdan sonra o, Rüfəti bəlkə qanuni yollarla işə düzəlməsinə nail ola biləcəyini düşünmüşdür. Lakin buna nail ola bilməmişdir. Həmin məsələ ilə əlaqədar da heç kimlə qeyri-qanuni formada əlaqəyə girməmişdir. Sadəcə dostlarından şifahi olaraq qaydaları maraqlanmışdır. Məhəmməddən pulu almamışdan əvvəl isə Rüfəti işə düzəltmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs6 barəsində etdiyi şikayəti ilə əlaqədar bildirmişdir ki, Lalənin qardaşı tələbə yoldaşı olmuşdur. Lalənin qardaşından təxminən 2017-ci il tarixdə 26.000 manat borc almışdır. Həmin pulu almaqda heç bir aldatma niyyəti olmamışdır. Bunu Lalə və ailə üzvləri də təsdiqləyə bilərlər. Sonradan onun 2.000 manatını qaytarsa da, mütəmadi olaraq şəxsi ehtiyacları üçün pullar lazım olduğundan yerdə qalan borcunu qaytara bilməmişdir. Borcu olduğuna görə Nərimanov rayon məhkəməsinin qətnaməsi ilə ona qarşı qaldırılan iddia təmin olunmuşdur. Lakin hazırki vaxtadək o, həmin borcu ödəyə bilməmişdir. Lalə ilə 2022-ci ilin yay aylarından o, şübhəli şəxs qismində tutulduğu vaxtadək, yəni xx.xx.2023-cü il tarixədək yaxın münasibəti olmuşdur. O heç vaxt Zərərçəkmiş şəxs6 aldadaraq pulunu ələ keçirməmişdir. Onunla münasibəti olduğu müddətdə Lalədən ümumilikdə təxminən 4.000 manat borc almış və onu hissə-hissə olmaqla ona geri qaytarmışdır. (Mən bunu bank kartı vasitəsi ilə etmişəm. Xahiş edirəm mənim bank kartımı yoxlayın) Bundan İ başqa münasibətləri olduğundan həmişə bir-birinə maddi yardımlar etmiş, işləri barəsində Laləyə danışmışdır. Zərərçəkmiş şəxs6 tanımadığı şəxslərə külli miqdarda borclu olsa da, bu borcunun necə yaranması ona məlum deyildir. Hazırda Zərərçəkmiş şəxs6 qardaşına məxsus külli miqdarda pulu ona verdiyini, yəni onun həmin pulu dələduzluq yolu ilə ələ keçirdiyini şikayətində bildirərək özünü valideynlərinin yanında müdafiə etməyə çalışır. Hətta Lalə onun qiymətini maraqlanması üçün göndərdiyi obyektin şəklindən istifadə edərək guya həmin obyekti birlikdə alıb sənədləşdirib sataraq gəlir əldə edəcəkləri adı ilə onun pulunu ələ keçirdiyini qeyd etsə də, hər hansı bir məbləğdə pulunu ələ keçirməmişdir. Lalə hazırda onun həbsdə olmağından istifadə edərək tanımadığı şəxslərə verdiyi pulları onun ələ keçirdiyini deyib özünü qohumları yanında təmizə çıxarmağa çalışır. Onlar həmişə bir-birinə pulu kart vasitəsilə göndərmişlər və hazırda onun istifadəsində olmuş bank kartlarına dair hesabdan çıxarışlar istintaq tərəfindən əldə edilib təhlil olunarsa ondan əvəzsiz olaraq heç bir məbləğdə pulunu ələ keçirmədiyi məlum olar. Bundan başqa Zərərçəkmiş şəxs6 və onun istifadəsində olmuş mobil nömrələrin anten məlumatları müvafiq operatorlardan götürülüb təhlil olunarsa, Lalənin ona pul verdiyini bildirdiyi vaxtlarda onların müxtəlif ünvanlarda olduqları müəyyən olunar. Bu da, Laləyə qarşı dələduzluq etmədiyinin sübutu ola bilər. O cümlədən Zərərçəkmiş şəxs6 ilə aralarında olan “whatsapp” danışıqları barədə bildirmişdir ki, Lalə hazırda xatırlamadığı mobil nömrə ilə onunla əlaqə saxlayıb, yanında müştərilər olduğunu, onunla guya obyekt işləri ilə məşğul olmaqları məzmununda mesajlar yazmağını xahiş edirmiş. O da aralarında olan səmimi dostluq münasibətlərinə görə Lalənin istəyinə uyğun olaraq ona mesajlar yazırmış. Həmçinin onunla Lalənin atası Vaqif arasında 24.000 manata görə məhkəmə mübahisəsi olub. O, həmin pulu ödəyə bilmədiyinə görə icraçı tərəfindən barəsində müxtəlif tədbirlər görülüb. Belə olan təqdirdə necə olur ki, onların pul mübahisəsi ola-ola atası yenidən ona pul verməkdən ötrü maşınını lombarda qoyub. Lalənin ayrı-ayrı tanımadığı şəxslərə borcu vardır və həmin borcları ailəsinə bildirmək istəmir. Ona görə də guya onu aldadaraq əldə etdiyini bildirir. Lalədən xırda məbləğlərdə borca pul alıb qısa müddət sonra qaytarmışdır. Lalə qardaşına olan borcunu belə qaytarmadığı halda heç vaxt ona 100.000 dollar və ya 146.385 manat pul verməz. İfadələrindən də göründüyü kimi etdiyi bütün əməlləri etiraf etmişdir və törətdiyi əməllərə görə peşmandır. Lakin Lalədən dələduzluq yolu ilə hər hansı məbləğdə pul vəsaiti və ya digər əmlak ələ keçirtməmişdir. Bundan başqa bildirmişdir ki, hazırda istintaq olunan cinayət işi üzrə əldə etdiyi bütün pul məbləğlərini və qızıl zinət əşyalarını şəxsi ehtiyacları üçün xərcləmişdir. Qızıl zinət əşyalarını da eyni qaydada sataraq pulunu xərcləmişdir. Həmin pulları müxtəlif vaxtlarda, müxtəlif ehtiyaclarına sərf etmişdir. Lakin konkret olaraq hansı məqsədlərlə nə qədər pul xərclədiyini xatırlamır. Həmçinin əldə etdiyi pul vəsaitləri ilə daşınar və ya daşınmaz əmlak satın almamışdır. Sözü gedən cinayət əməllərinin törədildiyi dövrlərdə istifadəsində olan bank kartlarını hazırda atdığı üçün heç birinin hesab nömrəsini xatırlamır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, özünü CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilir, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs6 ilə bağlı aparılan istintaq faktlara və mötəbər dəlillərə əsaslanmalı olduğu halda yalnız söz və ziddiyyətli məqamlardan ibarət olmaqla qərəzli və qeyri-obyektiv olmuşdur. Zərərçəkmiş şəxs6 ilə bağlı olan epizoddan başqa, ona elan olunmuş ittiham üzrə bütün əməlləri etiraf edir, bu səbəbdən özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittihamla isə qəti şəkildə razı deyil və bunun əsassız olduğunu bəyan edir. Məhkəmənin diqqətinə çatdırır ki, Zərərçəkmiş şəxs6 və qardaşı Amid Cəfərov onunla birgə BDU-nun hüquq fakültəsində təhsil almış, onlar qrup yoldaşları olmuşlar. 2017-ci ilin dekabr ayında o, Amiddən 26000 (iyirmi altı min) manat borc pul götürmüşdür. Qaytara bilmədiyi üçün Amidin ailəsi onu məhkəməyə vermişdir. Bu barədə məhkəmədə Amidin xeyrinə qətnamə çıxarılmış və məhkəmə aktı icraya yönəldilmişdir. Bu ərəfələrdə onun həmin şəxslər ilə münasibətləri pozulmuşdur. Lalə ərizəsində bildirirmişdir ki, ailəsinin razılığı ilə 2022-ci ilin iyun ayından xx.xx.2023-cü il tarixədək ona 100000 (yüz min) dollar pul vermişdir. Məhkəməyə bildirir ki, necə ola bilər ki, 26000 (iyirmi altı min) manat pula görə ona dəfələrlə zəng olunur, lakin 100000 (yüz min) dollar pula görə bir dəfə də olsa ona zəng edilməyib. Lalənin ərizəsi, ilk ifadəsi, üzləşmə zamanı və ondan sonra verdiyi ifadələr də ziddiyyətlidir. İlk ifadəsində Lalə 2022-ci ilin iyun ayından xx.xx.2023-cü il tarixədək 100000 (yüz min) dollar pul verdiyini, lakin üzləşmədən sonra 146.385 (yüz qırx altı min üç yüz səksən beş) manat pul olduğunu bildirmişdir. 146.385 (yüz qırx altı min üç yüz səksən beş) manat pulla 100000 (yüz min) dollar arasında 24000 (iyirmi dörd min) manat fərq var. Lalə ilk ifadəsində qardaşından 26000 (iyirmi altı min) manat pulu işə düzəltmək adı ilə aldığını desə də sonradan iş qurmaq üçün borc aldığını bildirmişdir. Bu hal da ziddiyətlidir. Bundan başqa o, pulu verməsinin vaxtı və yerini dəqiq xatırlamadığını söyləmişdir. Lakin sonrakı ifadəsində yerləri və zamanı xatırlamış və müstəntiqə bildirmişdir. Üzləşmə zamanı Lalə 20000 (iyirmi min) dollar, 15000 (on beş min) dollar, 10000 (on min) dollar, 10000 (on min) dollar öz yaşadığı ünvanda verdiyini söyləmiş, üzləşmədən 2000 (iki min) dollar, 20000 (iyirmi min) dollar, 17000 (on yeddi min) dollar, 15000 (on beş min) dollar, 3000 (üç min) dollar pulu müxtəlif ünvanlarda verdiyini bildirmişdir. Lalə verdiyi böyük məbləğlərin heç birində dəqiq gün göstərməmişdir. Lalə 05 oktyabr 2022-ci il tarixdə kart vasitəsilə ona 200 (iki yüz) manat pul göndərdiyini göstərmiş və bildirmişdir ki, 18500 (on səkkiz min beş yüz) manat pulu isə oktyabrın əvvəlində vermişdir. Lalə pullar verilən zaman şahid olmadığını bildirmişdir. Valideynləri, qardaşı bu qədər pulu məhkəmə mübahisələri ola-ola necə vermişdir?! Həmçinin, əgər verilmişsə bu zaman niyə kimsə bu proseslərdə iştirak etməmişdir? Bu müddət ərzində zəng belə etməmişlər, söz verilən obyektin olub-olmadığını öyrənməmişlər. Lalənin şahidləri atası,anası, qardaşıdır. Onlar görmədiklər hadisəyə necə şahidlik edə bilərlər?! Lalə daşınmaz əmlak şirkətində çalışır və uzun müddətdir ki, obyektlərin kirayəsi və alqı-satqısı ilə məşğul olur. O bütün obyektləri tanıdığını bildirir. Həmçinin Lalənin validenləri də onun obyekt işindən yaxşı anlayışığının olduğunu bildirmişlər. Lalə ərizəsində obyektin Nərimanov rayonu, Şahid2 A/B ünvanında yerləşdiyini bildirir. Belə bir ünvan ola bilməz. Təbriz, Nazim Hacıyev, F.Yusifov özünün yaşadığı ərazidir. Lalə orada dəfələrlə olmuşdur. Daşınmaz əmlak agentliyinin işçisi necə olur ki Nərimanov rayonunda və bu küçələrdə obyektlərin qiymətinin neçəyə olduğunu bilmir?! Lalə ilk ifadəsində ona obyektlərin heç vaxt göstərilmədiyini, üzləşmədə ona uzaqdan göstərildiyini söyləmişdir. Lalə ifadəsində obyekti 300000 (üç yüz min) manatdan baha satıldığını, başqa ifdadəsində pulu banka qoyub daha artıq pul götürəcəklərini, son ifadəsində isə əmlakı icarəyə verərək gəlirin bölünəcəyini demişdir. Əgər icarəyə verib əldə olunan gəlir bölünürsə, bu zaman Lalənin verdiyi 100000 (yüz min) dollar vəsaitin aqibəti necə olur? 05 iyul 2024-cü il tarixli baxış protokolunda Lalə 2023-cü ilin oktyabrında ona göndərdiyi obyektin yerini göstərmişdir. Həmin obyekt ünvan 15 ünvanında yerləşir. Laləyə telefonla şəkil göndərməyinə səbəb o olmuşdur ki, Lalə 2023-cü ilin aprel-may aylarında ona borclarının çox olduğunu bildirmiş, borc yiyələrinə vaxt almaq üçün obyekt işində olduğu üçün obyekt aldığını, onu təmir etdirdiyini və satıb pullarını qaytaracağını deməsi olmuşdur. Daha sonra evlərini girov qoyandan bir qədər sonra Lalə ona demişdir ki, borcu çox olduğu üçün evi satır. O zamana qədər hamı bilməlidir ki, obyekti var. 05 oktyabr 2023-cü il tarixdə o, diş həkimində olarkən Lalə ona: “Təcili obyekt şəkili at” demişdir. O isə həmin diş klinikası ilə üzbəüz olan Təbriz 124 saylı ünvanda yerləşən obyektin şəklini atmışdır. Lakin 05 iyul 2024-cü il tarixli protokolda Lalə həmin obyekti ona kənardan göstərildiyini və bu obyekt Nazim hacıyev A/B olan obyekt olduğunu demişdir. Necə olur ki, Lalə pul verdiyi ünvanın Təbriz küçəsi olduğunu bilir, lakin obyekti göstərdiyi küçənin Nazim Hacıyev olduğunu bildirir. Daha sonra Lalə əvvəlki ifadələrində heç vaxt obyektə aparılmadığını deyir. Lalə şəkildəki obyektin qiymətini bilmir?! Ora getdiyi tarixi niyə göstərmir?! Lalə ifadəsində bildirir ki, xx.xx.2023-cü il tarixdə o həbs olunduğu gün Nazim Hacıyev küçəsinə gedib və guya orada obyektin ona aid olmadığını deyiblər. X78 küçəsi 124 ünvanına aparmışdısa, Lalə oraya niyə getmirdi? Lalə sms yazışmaların 2023-cü ilin oktyabrından sonrakı tarixə aid olduğunu bildirmişdir. Lalə və ailəsi şəkili görüb və pulu verdiklərini bildirmişlər. Onlar pulu 2022-ci ilin iyun ayında vermişlər. Şəkil isə xx.xx.2023-cü il tarixində göndərilib. Lalə qəsdən oktyabrın 23-dək olan yazışmaları silmişdir. Lalə ilə kiçik məbləğləri kart vasitəsilə bir-birlərinə alıb-vermişlər. Ondao olan qəbzlər silinməyib. Lalə və onun ailəsi şəkli göndərilən obyektlərə niyə gəlməyib? Aralarında olan “whatsapp” yazışmalarında o Lalədən kiçik məbləğlərdə pul istəmişdir. Lalə əvvəlcədən başqa nömrədən səs göndərərək borc sahiblərinə göstərərək zaman qazanmaq üçün ona qeyd olunan məzmunlu mesajlar yazılmasını istəmişdir. Həmin vaxt Lalənin atası və qardaşı ondan acıqlı idilər. X80 yoldaşının pullarını gizli yolla götürərək həmin pul ilə borcunu vermişdi. O Laləyə demişdir ki, “Amid kimdir ki, mənim obyektimə baxsın.” Əgər obyekti Lalə görübsə niyə Amid və Vaqif oraya getmirdi? Amid onun qrup yoldaşı olmuşdur. Belə ki, o, Lalə olmadan da onunla əlaqə saxlaya bilərdi. Şəkildəki təmirsiz obyektdir. Laləyə şəkil xx.xx.2023-cü ildə gəlibsə, nəyə görə o, pulu 2022-ci ilin iyun ayında verirdi? xx.xx.2022-ci ildə icra məmuru tutmanı əmlakı olmadığı üçün onun maaşına yönəltmişdir. O xx.xx.2022ci il tarixdə ədliyyə orqanlarından çıxaraq Moskvaya köçmüş və xx.xx.2023-cü ildə ailə vəziyyəti ilə əlaqədar qayıtmışdır. O Rusiyada olarkən qarşı tərəf bir dəfə də olsun ona zəng etməmişdir. Lalə üzləşmə zamanı bir nömrəsi olduğunu bildirmişdir. Lakin o, bir neçə nömrədən zəng vurmuşdur. Bunlar ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və digər nömrələrdir. Bir daha vurğulayır ki, Lalənin bu qədər pulu heç kimin iştirakı olmadan ona verməsi inandırıcı deyil. Lalə verilən pulların mənbəyini belə göstərmir. 97000 (doxsan yeddi min) manat pul Amidin Şərifzadə küçəsində satdığı evin pulu olduğunu bildirmişdir. Həmin evi olan iş üzrə şahid qismində dindirilmiş Muradova Sevinc sözügedən evi 2017-ci ilin yaz-yay aylarında Cəfərova Vaqifdən 97000 (doxsan yeddi min) manat məbləğində aldığını bildirib. Lakin həmin vaxt Cəfərovların yaşadığı ev girovda olub. Həmin girov “VTB” bankda olub və 17000 (on yeddi min) manat götürülərək 361 gün girovun gecikməsi olub. Cəfərovlar 2017-ci ilin yaz-yay aylarında evi sataraq girovda olan evlərini xx.xx.2017-ci il tarixdə girovdan azad etmişlər. Həmin ev xx.xx.2014-cü ildə 36 aylıq – xx.xx.2017-ci ilədək müqavilə ilə qoyulub, gecikib və 361 gün gecikmə ilə bağlanıb. Onlar evi maddi sıxıntıları olduğu üçün girov qoyublar. Lalə evi 2017-ci ildə satdıqlarını, 2022-ci ildə isə pulu ona verdiyini demişdir. Həmin ev satılan zaman Cəfərovlar ailəsinin əlavə 30000 (otuz min) manat kredit borcu olmuşdur və həmin kreditlər vaxtından əvvəl bağlanmışdır. Evin pulu ilə Amid Cəfərovun 2400 (iki min dörd yüz) manat, 1080 (bir səksən) manat, Vaqifin 1700 (min yeddi yüz) manat, Lalənin 4000 (dörd min), 1000 (bir min), 480 (dörd yüz səksən), 2275 (iki min iki yüz yetmiş beş) manat borcu ödənilib. Lakin ev satıldıqdan sonra da Lalənin borcu bitməmişdir. Lalə 2017-ci ilin avqust ayında “Uni bank” dan 3665 (üç min altı yüz altmış beş) manat məbləğinə pul götürmüş və 422 gün gecikmə ilə pulu 2020-ci ildə bağlamışdır. 1030 (min otuz) manat pulu 680 gün gecikmə ilə, 2275 (iki min iki yüz yetmiş beş), 642 (altı yüz qırx) manat məbləğində kreditlər götürmüşdür. Amidin 2020-ci ildə 2000 (iki min) manat, Nəsibənin 2016-xx.xx.2020-ci ilədək 2000 (iki min) manat, 2019-cu ildə 3350 (üç min üç yüz əlli) manat kredit almağı evdə 97000 (doxsan yeddi min) manat məbləğinə pul olmadığını göstərir. Digər pul mənbəyi Lalənin və Nəsibənin qızıllarını lombarda qoyaraq salon açmaq məqsədilə əldə olunan 13500 (on üç min beş yüz) manat məbləğində pulu da ona verdiyini bildirir. Əgər evdə 97000 (doxsan yeddi min) manat məbləğində pul varsa niyə Lalə və anası qızıllarını lombarda qoyaraq gərəksiz faiz ödəyirlər?! 2020-2023-cü illərdə Cəfərovlar qızıllarını lombarda müxtəlif vaxtlarda qoymuşlar. Bu da külli miqdar olmağını təkzib edir. Pulu olsaydı qızılını lombarda qoymazdı və ayda boş yerə faiz ödəməzdi. Digər mənbə Lalənin anası və atasının illər ərzində yığdıqları pensiya puludur. Əgər pensiya pulu yığılırsa, niyə lombarda qızıl qoyulur?! Evdə 97000 (doxsan yeddi min) və 10000 (on min) manat pul olan lombarda qızılını qoymur. Digər mənbə Nəsibə və Vaqifin xx.xx.2022-ci ildə birgə götürdükləri 4350 (dörd min üç yüz əlli) manat kreditdir. 8460 (səkkiz min dörd yüz altmış), 2500 (iki min beş yüz) manat xalası Səyyarə, 5000 (beş min) manat bibisi qızı Aytacdan və 2000 (iki min) manat Vaqifin dostundan, ümumilikdə 18500 (on səkkiz min beş yüz) manat pul verdikləridir. Nəsibənin artıq 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində krediti olmuş və o, onu yeniləyərək Vaqiflə birgə hərəsinə 4350 (dörd min üç yüz əlli) manat kredit almışlar. Lalə xalası Səyyarədən 2022-ci ilin sentyabr ayında 2500 (iki min beş yüz) manat pul aldığını bildirmişdir. Lalənin xalası xx.xx.2022-ci ildə rəhmətə getmiş və onun oğlu şahidlik etmişdir. CPM-nin 126.3-cü maddəsinə əsasən şahidin özgənin sözlərindən verdiyi məlumatlar sübut kimi qəbul edilə bilməz. Aytac, Vaqifin dostunun da istintaqda verdiyi ifadə sübut kimi qəbul edilə bilməz. Digər mənbə Vaqifin 2023-cü ilin aprelində öz maşınını girov qoyaraq guya 5000 (beş min) manat pul verməsidir. 2023-cü ilin aprelindən bəri borcu ödəmədiyinə görə axtarışa verilmiş, xx.xx.2023-cü ildə Vaqifə zəng edərək vəkilinə şikayəti geri götürməsini demişdir. Vaqif onunla savaşaraq telefonda razı olmamış və həmin gün 500 (beş yüz) manat cərimə olunmuşdur. 31 may 2023-cü ildə Cəfərovlar yaşadıqları A.Məhərrəmov, 42 saylı evi girov qoymuşlar. Onlar evi girov qoyur, lakin onunla heç bir əlaqəyə çıxmır. xx.xx.2023-cü ildə Şahid7 yenidən 5800 (beş min səkkiz yüz) manat kredit götürür. Bu ailə Lalə başda olmaqla uzun müddətdir ki, maddi sıxıntılar yaşamışdır. Həbs olunmağını bəhanə gətirərək Lalə bütün problemlərini özünü ailəsinin yanında təmizə çıxarmaq üçün onun üstünə atmışdır. Lakin şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bunu isə Binəqədi rayonunda aparılan istintaq zamanı nəzərə almamışlar. Sübutların qiymətləndirilməsində kobud pozuntular mövcuddur, bu qədər uyğunsuzluq, ziddiyyət varsa, bu, əsaslı şübhələrin olması deyilmi? Hər bir sübut mümkünlük, mötəbərlik üzrə qiymətləndirilməli olduğu halda ibtidai istintaq buna Lalə ilə bağlı əməl etməmişdir. Lalənin göstərdiyi vaxtlarda, ünvanlarda onunla anten məlumatları uyğun olub-olmamasını araşdırılsa göstərilən ziddiyyətlər, Lalə, onun ailəsinin ifadələrinin uyğunsuzluğu təhlil edilsə yəni vaxtlar, yerlər, məbləğlər, ilk ifadə, üzləşmə, sonrakı ifadəsində ziddiyyətlər, Cəfərovların evlərinin 2017-2023-cü illərdə girovda olub-olmaması, 2014-2023-cü illərdə olan kreditlər, həmçinin Şahid6 və Şahid7 hansı vaxtlarda pensiyada olduqlarını müəyyən edilsə bütün məsələlər aydınlaşar. Qeyd olunanlara əsasən məhkəməyə bir daha bildirir ki, Zərərçəkmiş şəxs6 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir. Bundan əlavə məhkəməyə bildirir ki, Zərərçəkmiş şəxs4lə bağlı epizodla bağlı özünü təqsirli bilir. Zərərçəkmiş şəxs4 10000 (on min) manat məbləğində pulu rütbə verilməsi üçün almışdır. Maddi imkanının olmaması səbəbindən vurulmuş 10000 (on min) manat məbləğində ziyanı ödəyə bilməmişdir. Hicran Hacıyevdən qızıl işi ilə bağlı 22500 (iyirmi iki min beş yüz) manat məbləğində pul almış həmin aldığı pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs5 münasibətdə isə oğlunu DTX-yə düzəltmək adı ilə 31500 (otuz bir min beş yüz) manat məbləğində pul almış, həmin puldan 8000 (səkkiz min) məbləğində ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs1lə bağlı epizod üzrə də özünü təqsirli bilir. Belə ki, ondan 41100 (qırx bir min yüz) manat məbləğində pulu ona təyin edilmiş 09 (doqquz) il azadlıqdan məhrum etmə cəzası ilə bağlı almışdır. Həmin puldan Zərərçəkmiş şəxs1 ödəniş etməmişdir. Zərərçəkmiş şəxs2 32000 (otuz iki min) manat məbləğində zərər vurmuş, lakin dəymiş ziyandan 10000 manatını ödəmiş, qalan 22000 manat maddi ziyanı isə azadlığa çıxdıqdan sonra ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirmişdir ki, oğlu X70 Musayevin işlədiyi penitensiar müəssisədə hərbi xidmətdə olmuşdur. Təqsirləndirilən şəxs oğlu X54 Təhlükəsizlik Xidmətinə işə düzəltmək üçün xx.xx.2021-ci il tarixdə Nərimanov metrostansiyası yaxınlığında 31.500 manat pul verilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə pulun digər hissəsi olan 10.000 manat Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonuncu dəfə isə 2022-ci ilin fevral ayında Beyləqanda yerləşən “Samuray” marketdə quraşdırılmış ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs bank kartına pul göndərilmişdir. Təqsirləndirilən şəxs oğlu X54 Təhlükəsizlik Xidmətinə hansı şəxsin vasitəsilə işə düzəldəcəyini deməmiş, lakin Dövlət Təhlükəsizlik Xidmətində işləyən general dostunun olduğunu bildirmişdir. Cinayət məsuliyyətinə cəlb edilməmişdən öncə vurulmuş ziyanın 8.000 manatını geri qaytarmışdır. Şikayət ərizəsi verildiyi zaman 23.500 manat hissə ödənilməmiş qalmışdır. Hazırda vurulmuş ziyan tam ödənildiyindən, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oğlu ifadəsində qeyd etmişdir ki, qardaşı X39 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və həmin tarixlərdən etibarən cəzaçəkmə müəssisəsində cəza çəkir. Qardaşının vaxtından əvvəl cəza çəkməkdən azad edilməsi üçün dostu ona Təqsirləndirilən şəxs adlı tanışının mobil nömrəsini vermiş, onunla əlaqə saxlayıb görüşməsini, Vüsalın Ədliyyə Nazirliyinin əməkdaşı olduğunu bildirmişdir. Görüş vaxtı qeyd etdiyi məsələ ilə bağlı söhbət etdikdə o, özünü Ədliyyə Nazirliyin Təşkilati-Nəzarət Baş İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. Həmin vaxtı Vüsal qeyd etdiyi nazirliyə aid xüsusi formada gəlmiş və mayor rütbəsində imiş. O, xüsusi formada olduğundan onun qardaşını həbsdən azad etdirəcəyinə inanmışdır. Qardaşını həbsdən çıxarması müqabilində ona 29500 (iyirmi doqquz min beş yüz) manat pul və 14600 (on dörd min altı yüz) manat məbləğində isə qızıl vermişdir. Pul məbləğini Vüsala əlbəəl vermişdir. Sonradan Vüsal ona müxtəlif bəhanələr gətirərək qardaşının həbsdən azad olunması ilə bağlı məsələnin gecikdiyini bildirmişdir. Hazırda məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli **********772 nömrəli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər ödənildiyindən onunla barışmış və hazırda heç bir tələbi olmadığını bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq ibtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki, 2018-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taborunda, 2021-ci il tarixdən həmin taborda manqa komandiri vəzifəsində işləmiş, baş çavuş xüsusi rütbəsi daşıyır. 2014-cü il tarixdə “Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsini “İnşaat mühəndisliyi ixtisası üzrə bitirmişdir. 2018-ci il tarixdə hazırda işlədiyi işə başladıqdan sonra təsadüfən ortaq tanışları vasitəsilə Vüsalla tanışlığı yaranmışdır. Vüsalla tanış olduqda öyrənmişdir ki, Vüsal özü də Penitensiar Xidmətdə işləyir. Onunla təxminən 2018-ci ilin payız aylarında hazırda dəqiq xatırlamadığı tarixdə və yerdə söhbət edən zaman onun çavuş rütbəsində olduğunu və ali təhsilli olduğunu bildikdən sonra təklif etmişdir ki, ona zabit rütbəsi verilməsini təşkil etsin. Bunun müqabilində nələr etməli olduğunu soruşduqda həmin işlər üçün 10.000 (on min) manat pul lazım olduğunu demişdir. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Vüsalla razılaşıb atası X13 məlumat vermişdir. Bundan sonra atası 8.000 manat pul məbləğini toplayıb ona vermişdir. Vüsalla dəqiq tarixini xatırlamadığı təxminən 2019-cu ilin yanvar ayının sonları - fevral ayının əvvəllərində Vergilər Nazirliyinin Nərimanov rayonunda yerləşən binasının arxası tərəflərdə yerləşən məhəllənin içində küçədə görüşüb 8.000 (səkkiz min) manat pul məbləğini Vüsala vermişdir. Həmin pul məbləği 100 və 50 manatlıq əskinaslardan ibarət olmuşdur. Pulu Vüsala verdiyi zaman orada yalnız ikisi olmuşdurlar. Yerdə qalan 2.000 manat pul məbləğini isə hələ toplaya bilmədiyini və toplayan kimi həmin məbləği də verəcəyini bildirmişdir. Vüsal onunla razılaşmışdır və onun yanından çıxıb evə gəlib pulu Vüsala verməyi barədə atasına məlumat vermişdir. Daha sonra Vüsala verməyi üçün atası yerdə qalan 2.000 manat pulu da toplayıb ona vermişdir. Vüsalla dəqiq tarixini xatırlamadığı 2019-cu ilin aprel ayının sonu - may ayının əvvəllərində “Qara Qarayev” metrostansiyasının yaxınlığında təkrar görüşmüşdürlər və elə Vüsala məxsus “Hundai Elantra” markalı avtomobildə 2.000 (iki min) manat pul məbləğini ona vermişdir. Həmin pul məbləği də 100 və 50 manatlıq əskinaslardan ibarət olmuşdur. Pulu Vüsala verdiyi zaman avtomobildə yalnız ikisi olmuşdurlar. Vüsalın istədiyi ümumi 10.000 manatı ona verdikdən sonra ona bildirmişdir ki, narahat olmasın, qısa müddətdə işini düzəldəcək və ona leytenant rütbəsi veriləcəkmiş. Vüsaldan leytenant rütbəsinin necə veriləcəyini soruşduqda ona verdiyi pulu “ağsaqqal” deyə adlandırdığı bir nəfər tanışına verəcəyini və “ağsaqqal”ın onun işini həll edəcəyini demişdir. Lakin həmin şəxsin adını və harada işləməsini deməmişdir. Pulu Vüsala verdikdən sonra mütəmadi olaraq Vüsalla əlaqə saxlayıb rütbəsinin nə vaxt veriləcəyini maraqlanmışdır. Vüsal isə hər dəfəsində müxtəlif bəhanələr gətirmiş, guya ondan əvvəl başqa şəxslərin olduğunu və onların işini həll edən kimi ona da rütbə veriləcəyini demişdir. Təxminən bir ilə yaxın rütbə verilməsini gözləmişdir. Daha sonra “korona” virusu ilə əlaqədar karantin rejimi tətbiq edilmişdir və Vüsal rütbə verilmələrinin dayandırıldığını demişdir. Ona görə karantin rejiminin ləğv olunmasına qədər gözləmişdir. Karantin rejimi ləğv edildikdən sonra da bir neçə ay Vüsalın öz vədinə əməl edəcəyini gözləsə də, rütbə verilmədiyini görmüş onu aldatdığını başa düşərək Vüsaldan verdiyi pul məbləğini geri istəməyə başlamışdır. Vüsal isə verdiyi pullan “ağsaqqaldan geri ala bilmədiyini, öz ailəsinin Gürcüstan Respublikasında olduğunu və ailəsi ölkəyə qayıdan kimi ailəsindən pul götürüb ondan aldığı 10.000 manatı tam şəkildə qaytaracağını bildirmişdir. Ailəsi ölkəyə qayıtdıqdan sonra yenidən onunla əlaqə saxladıqda isə atasıgildə də pul olmadığını, özünün Rusiya Federasiyasında biznes işinə başladığını və həmin biznesdən əldə edəcəyi gəlirlə pulunu qaytaracağını demişdir. Bu formada uzun müddət gözləsə də, Vüsal ondan götürdüyü 10.000 manat pul məbləğindən heç nə qaytarmamışdır. 2024-cü ilin aprel ayında iş yoldaşlarının sözlərindən öyrənmişdir ki, Vüsal dələduzluq cinayətləri törətdiyi üçün həbs olunmuşdur. Cinayət işinin Binəqədi rayon prokurorluğunda olduğunu öyrəndikdən sonra özünün də cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmağı üçün müraciət etmişdir. Həmçinin Vüsalın məndən pul götürməsinə dair məndə “Whatsapp” səs yazıları vardır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq ibtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, ünvan 16 ünvanında qızı Şahid4 və azyaşlı nəvəsi ilə birlikdə yaşayır. Digər qızı X4 xx.xx.2020-ci il tarixdə sərhəddən qanunsuz olaraq narkotik vasitələr keçirməsində təqsirli bilindiyi üçün cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bundan sonra isə qızı və digərləri barəsində istintaq aparılmışdır, Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Belə ki, qızı Pərvanənin baş verən hadisədən əvvəlcədən heç bir xəbəri olmadığı halda o da digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir şəxs kimi cinayət məsuliyyətinə cəlb edilmişdir. Qızının günahsız olduğunu bildiyindən onun cinayət məsuliyyətindən azad olunması üçün tanış adam maraqlanmışdır. Bu məqsədlə öz yaxınlarına və qohumlarına da müraciət etmişdir. Digər qızı Şahid4 keçmiş əri X3 məsuliyyətinin yüngülləşdirilməsinə köməklik edəcək Vüsal adlı tanışının olduğunu bildirmişdir. Belə ki, adını sonradan öyrəndiyi Musayev X34 qonşusu imiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə çalışırmış. Vüsalın həmin xidmətdə çalışmasından istifadə edərək qızına köməklik göstərəcəyinə inanmışdır. 03 yanvar 2021ci il tarixdə qızı Zərifə və onun keçmiş əri Elmarla birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Keşlə bazarının yanında Vüsalla görüşmüşlər. Orada aralarında olan söhbət zamanı Vüsal Pərvanənin cinayət məsuliyyətindən azad olunmasına köməklik göstərəcəyinə dair söz vermiş və ondan bu məqsədlə 10.000 manat pul istəmişdir. Vüsalla razılaşdıqdan sonra Vüsal ilk dəfə 10 yanvar 2021-ci il tarixdə onun yaşadığı ünvan 13 ünvanına gəlmişdir. Həmin vaxt Vüsal tək gəlmiş, evlərində isə qızı Zərifə də olmuşdur. Qızının yanında Vüsala 3.000 (üç min) manat nağd pul vermişdir. Vüsala qalan pulu əlinə düşdükcə hissə-hissə verəcəyini demiş, Vüsal da onunla razılaşmışdır. Sonrakı günlərdə Vüsal öz istifadəsində olan “***-***-**-**” saylı mobil nömrədən istifadəsində olan “***-***-**- **” zəng edərək onunla demək olar hər gün əlaqə saxlamışdır. Bundan sonra 2021-ci ilin yanvar ayının sonunadək müxtəlif vaxtlarda Vüsal yaşadığı ünvana gələrək ondan qızı Zərifənin yanında qalan 7.000 (yeddi min) manat nağd pulu da hissə-hissə olaraq almışdır. Bundan sonra isə Vüsal Pərvanənin əlavə olaraq Azərbaycan Respublikası CM-nin 206-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmağa qoymayacağı, qızının istintaq təcridxanasında saxlanılma şəraitinin yaxşılaşdırılmasına köməklik göstərəcəyi adı ilə ondan əlavə pullar istəmişdir. Dəqiq tarixini xatırlamadığı 2021-ci ilin mart ayının əvvəllərində yenə onunla əlaqə saxlamış əlavə 3.000 manat pul da lazım olduğunu bildirmişdir. Elə 2021-ci ilin mart ayının əvvəllərində Vüsal yaşadığı evə gəlmiş və 3.000 (üç min) manat nağd pulu Vüsala əlbəəl vermişdir. Bundan sonra da dəfələrlə onunla əlaqə saxlamış dəqiq tarixlərini xatırlamadığı müxtəlif vaxtlarda elə 2021-ci ilin mart ayının əvvəllərindən may ayının sonlarınadək olan müddət ərzində Bakı şəhərində, yaşadığı evdə olmaqla onun özündən və qızı Zərifə vasitəsilə hissə-hissə olmaqla əlavə 9.500 (doqquz min beş yüz) manat nağd pulunu almışdır. Yəni Vüsal 2021-ci ilin mart ayının əvvəllərindən həmin ilin may ayının sonlarınadək olan müddət ərzində hər dəfəsində yaşadığı evdə olmaqla qızının cinayət məsuliyyətindən azad olunması, istintaq təcridxanasında saxlanılma şəraitinin yaxşılaşdırılması adları ilə ondan ümumilikdə 12.500 (on iki min beş yüz) manat da əlavə pul almışdır. Həmin pullardan sonuncu hissəni, yəni 700 manatını 2021-ci ilin may ayının sonunda vermişdir. Bundan sonra isə o, qızına köməklik göstərilməsi ilə bağlı dəfələrlə Vüsalla əlaqə saxlamış və o, hər dəfəsində ona müxtəlif bəhanələr gətirib qızının işinin danışdıqları kimi həll olunacağını bildirsə də, heç bir nəticə olmamışdır. Yekunda isə qızı Pərvanənin məhkəmənin hökmü İlə ağır cəzaya məhkum olunduğunu gördüyü üçün Vüsalın onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Daha sonra isə Apellyasiya məhkəməsinin yekun hökmü çıxana qədər həll edəcəyini demişdir, lakin orada da alınmamış və Vüsalla əlaqə saxlaya bilmədikdə onun digər şəxslərə qarşı etdiyi dələduzluq cinayətinə görə məsuliyyətə cəlb olunaraq həbs olunduğunu Öyrəndiyi üçün o da onun barəsində Nəsimi rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 22.500 (iyirmi iki min beş yüz) manat pul vermişdir. Bunu təsdiq edən Vüsalla onun və qızı Zərifənin arasında olan "Whatsapp” vasitəsilə aparılmış danışıqlara aid səs yazıları vardır. Təqsirləndirilən şəxs verdiyi pulun bir qismini qızı Zərifə vasitəsilə göndərsə də, həmin pulların hamısı ona məxsus olduğundan maddi ziyan özünə dəymişdir. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etmişdir ki, oğlu - X26 məhkəmənin qərarına əsasən həbs olunmuşdur. Həbsindən sonra bir müddət onun harada olması barədə məlumat ala bilməmişdir. Bununla əlaqədar kürəkəni - X27 2023-cü ilin may ayının sonlarında onunla əlaqə saxlayaraq, bir nəfər tanışı ilə Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına getdiyini və onun da əri ilə birlikdə oraya gəlməli olduğunu demişdir. Təcridxanaya gedəndə Ziyanın tanışı Təqsirləndirilən şəxs özünü təqdim edib Ədliyyə Nazirliyi Penitensiar Xidmətində işlədiyini bildirmişdir. Vüsal təcridxanaya keçib geri qayıtmış və Elçinin karantin rejimində saxlanıldığını, karantindən çıxarılması üçün əməkdaşlardan xahiş etdiyini demişdir. Həmçinin, Elçini cinayət məsuliyyətindən azad edə biləcəyini bildirmişdir. Sonrakı günlərdə Vüsal “Whatsapp” sosial şəbəkəsi vasitəsilə onun istifadə etdiyi “***-***-**-**” nömrəsinə zəng edərək 20.000 (iyirmi min) manata oğlunu məsuliyyətdən azad edə biləcəyini demişdir. O, həmin məbləği toplamış və 2023-cü ilin iyun ayının əvvəllərində Vüsal yaşadığı ünvan 5 ünvanına gələrək Vüsala 20.000 manat nağd pulu əlbəəl vermişdir. Pulu verdiyi zaman əri də evdə olmuş, pulu Vüsala verməsinin şahidi olmuşdur. Bir neçə gün sonra Vüsal yenidən “vhatsapp” vasitəsilə zəng edərək əlavə 5.000 manat pul tələb etmişdir. O, həmin məbləği də toplamış və Vüsal iyun ayının ortalarında yaşadığı evə gəlmişdir. 5.000 manat nağd pulu da evdə ona əlbəəl vermişdir. Sonra Vüsal əlavə 7.000 manat pul lazım olduğunu bildirmiş və o bu məbləği də toplayaraq 23 iyun 2023-cü il tarixdə Vüsala yaşadığı ünvanda vermişdir. Pulun verilməsindən sonra Vüsal hər dəfə müxtəlif bəhanələr gətirərək; oğlunun üzərindən çıxan narkotikin miqdarını azaltmağa çalışacağını, vəkilə ehtiyac olmadığını, istintaqın davam etdiyi üçün işin uzandığını demişdir. Hər dəfə ona inanmış, lakin 12 dekabr 2023-cü ildən etibarən Vüsalla əlaqə saxlaya bilməmiş və aldadıldığını başa düşmüşdür. Vüsala ümumilikdə 32.000 manat nağd pul vermişdir. Vüsal 32.000 manat maddi ziyanın müəyyən hissəsini geri qaytarmış, qalan ziyanı isə azadlığa çıxdıqdan sonra ödəyəcəyini bildirdiyindən ona qarşı şikayəti yoxdur. 32.000 manat pulu Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirilib azadlığa çıxarılması üçün vermişdir. Oğlu narkotik vasitələrlə bağlı ittihamla azadlıqdan məhrum edilmişdir. Vüsal 32.000 manat pulun 10.000 manatını geri qaytarmış, qalanını isə azadlığa çıxdıqdan sonra ödəyəcəyinə söz vermişdir. Bu səbəbdən ona qarşı şikayəti yoxdur və ziyanın qalan hissəsini ödəməsə belə mövqeyi dəyişməyəcək. Bu səbəbdən, təqsirləndirilən şəxsə qarşı irəli sürdüyü mülki iddiadan imtina edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Amidin vasitəsilə ilə tanımışdır. Onlar biri-birlərinin evlərinə gedib-gəlmiş və yaxın tanışlıqları olmuşdur. O, hadisə vaxtı daşınmaz əmlakın alqı-satqısı işində operator vəzifəsində işləmişdir. Vüsal ona iaşə obyekti açaraq birlikdə iş görməyi təklif etmiş, aralarında olan razılaşmaya əsasən, obyektin təmiri və dövlət orqanlarının rəsmi ödənişləri onun tərəfindən ödənilməli olmuşdur. Bu məqsədlə o, əvvəlcə 2.000 manat, sonra 15.000 manat, daha sonra isə 17.000 manat və digər məbləğlərdə pul vermis, Təqsirləndirilən şəxs obyekt hazır olduqdan sonra onu icarəyə verə və ya sataraq mənfəət götürə biləcəklərini bildirmişdir. Vüsal sənədləşdirmə işlərini öz üzərinə götürmüş, ondan da sərmayə verməsini tələb etmişdir. Bundan başqa, obyekt hazır olduqdan sonra onu banka qoyub pul götürə biləcəklərini də demişdir. o, obyektə bir dəfə gedib uzaqdan baxmış, lakin Vüsal yaxından bağmağa şərait yaratmamışdır. Ümumilikdə o, Vüsala 146.000 manat pul vermişdir. Bu məbləğ onun yığdığı pul, atasının pensiyası, qızıl müqabilində lombarddan götürülmüş pullar və bibisiqızından alınan vəsaitdən ibarət olmuşdur. O Vüsala güvəndiyi üçün ardıcıl olaraq istədiyi pulu vermişdir. Lakin Vüsal verdiyi pullar qarşılığında vədinə əməl etməmiş və 146.000 manat pulu obyekt alınmasına onu da şərik edəcəyi adı ilə mənimsəmişdir. Vüsalın bu biznes plan əsasında 500-600 min manat pul əldə edəcəyini vəd etmiş, lakin o sonradan anlamışdır ki, Vüsal onu aldadır. Vüsal obyektdə təmir işləri getdiyi üçün paraya baxmağın mümkünsüz olduğunu bildirmiş, bu səbəbdən o sözügedən obyektə baxa bilməmişdir. Vüsala verdiyi pulu müxtəlif yerlərdə 2022-ci ilin iyul-avqust aylarında Elmlər Akademiyası, Nərimanov və obyektin yaxınlığında vermişdir. Kiçik məbləğdə olan pulları Vüsalın ondan kommunal, FHN, yanğından mühafizə və digər sənədləşdirmə işləri üçün almışdır. Bir obyekt açmaq üçün bir çox sənədin lazım olduğunu və bu işlərin görülməsi üçün ondan pul almışdır. Ailə üzvləri onlara məxsus evi satdıqları üçün onda 57.000 dollar pul olmuşdur. Bundan başqa qohumları Səyyarə və Aytacdan da pul almışdır. Vüsal onun evində nə qədər pul olduğunu bilmiş, obyektlə bağlı danışarkən ona özündə olan pul barədə məlumat vermişdir, Vüsal da əlavə qazanc əldə edəcəyini vəd etmiş, bu səbəbdən o həmin pulları da Vüsala vermişdir. Lakin, Vüsal həmin pulları ondan almasına baxmayaraq vədinə əməl etməmiş, ondan əlavə pul lazım olduğunu demişdir. Artıq pulu bitdiyi üçün atası maşınını lombarda qoyaraq pul götürmüş və həmin pulu da Vüsala vermişdir. Vüsal obyektin təmiri və digər ödənişlər üçün dayanmadan pul istəmiş və bütün olanlar WhatsApp yazışmalarda olmuşdur. Vüsal bu yolla, hətta ondan 25-50 manat, bəzən daha çox pul almış, bu pulları kabel çəkilişi və obyektə aid digər məqsədlər üçün vermişdir. Vüsal ayrı-ayrı şəxslərə qarşı dələduzluq etdiyi üçün həbs olunmuş, BİT-də saxlanılarkən ona dəfələrlə zəng edib onun əleyhinə ifadə verməməsini istəmişdir. Onun etdiyi zənglər telefonunda da qalır. Vüsal ona obyekti banka qoyacağını və götürülən pulu daha sonra bölüşdürəcəklərini demişdir. Obyekti kənardan görmüş, sahəsinin 80-100 kvadrat metr olduğunu təxmin etmişdir. Vüsal obyekti ona uzaqdan göstərmiş və obyektin olduğu yerə onu dolayı yolla aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Sahab oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı Dövlət Universitetində övladları ilə birlikdə təhsil almışdır. Təqsirləndirilən şəxs onların evə gedib-gəlmiş, Vüsalı öz övladı kimi olmuşdur. Təqsirləndirilən şəxs qızı Laləyə obyekt alıb-satmağı təklifi etmiş, Lalə də onunla razılaşmışdır. 70 yaşı olduğu üçün verilən məbləği dəqiq xatırlamır, lakin 140000 manatdan çox Təqsirləndirilən şəxs pul vermişlər. Onun icazəsi ilə Lalə hissə-hissə olmaqla 2 ilə yaxın müddət ərzində Təqsirləndirilən şəxs pul vermişdir. Bu hadisələr baş verməmişdən əvvəl evini 97.000 manata sataraq həmin pul evində olmuşdur. Vüsal da bu barədə məlumatlı olduğu üçün obyekt almaq adı ilə həmin pulu Lalədən almış, daha sonra bu əməllərini davam etdirərək ayrı-ayrı məbləğləri də, obyektin təmiri, sənədləşmə işləri adı ilə almışdır. Vüsal bu yolla 140.000 manatdan yuxarı olan pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Hətta vəziyyət o yerə çatmışdır ki, o özünə məxsus “Mersedes” markalı avtomobili lombarda qoyub pul götürmüş, həmin pul da Vüsala verilmişdir. Lombarda olan borcu ödəyə bilmədiyindən lombard da sonradan maşını satmışdır. Vüsala inandığı üçün obyektə gedib baxmamış, Vüsal əvvəlki borcunu da qaytaracağını dediyi üçün ona inanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, Zərərçəkmiş şəxs6 onun qızıdır. Təqsirləndirilən şəxs oğlunun BDU dan tələbə yoldaşı olmaqla evlərinə gediş-gəlişi olmuşdur. Vüsalı oğlu kimi görmüş, ona oğlu kimi qayğı göstərmişdir. O təxminən hadisədən 4 il əvvəl satdığı evinin pulunu 57.000 dollar (97.000 manat) şəklində yaşadığı evdə saxlamış, Vüsalən da bundan məlumatı olmuşdur. 2022-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs6 Nərimanov rayonu ərazisindən obyekt almağı təklif etmiş və demişdir ki, əldə edəcəyi gəlir ilə onlara olan borcunu qaytara bilər, hətta əlavə külli miqdarda gəlir götürə bilərlər. Təqsirləndirilən şəxs oğlunun yaxın dostu olduğundan, evə gedib-gəldiyindən ona inanıb, sununcunun təklifi ilə razılaşmışlar. Beləliklə o qızı Zərərçəkmiş şəxs6 vasitəsi ilə hissə-hissə olmaqla 4 dəfəyə ümumilikdə 57.000 dollar pulu Vüsala vermişlər. Qızı Zərərçəkmiş şəxs6 Vüsala xırdavat, təmir işləri , sənəd işləri üçün pul lazım olduğunu demiş birinci dəfə üçün 2.000 dollar, sonra 20.000, 15.000, 17.000 dollar olmaqla bütün evin pulunu Təqsirləndirilən şəxs vermişdir. Onlar Təqsirləndirilən şəxs pulları 4 dəfəyə 3 ay ərzində vermişlər. Sonradan əlavə olaraq əri Vaqiflə yığdıqları pensiya pulundan 10.000 manat pulu da Təqsirləndirilən şəxs eyni məqsədlə vermişlər. Sonra qızı Zərərçəkmiş şəxs6 obyektin sənəd işləri ilə əlaqədar Təqsirləndirilən şəxs 20.000 manat pul lazım olduğunu demişdir. Əgər 20.000 manat pul verməsələr əvvəl verdikləri pullar da batacaqmış. Onlar da 20.000 manat pul olmadığından həmin pulu bütün imkanlarını səfərbər edib toplamağa başlamışlar. Belə ki, həyat yoldaşı maşınını lombarda qoyaraq 5.000 manat pul almış, o və yoldaşı “Kapital Bank”-dan 8.000 manat kredit götürmüşlər. Sonra da qohumuları Aytac adlı qızdan 5.000 manat borc almışlar. Əlavə olaraq 2.500 manat və 2.000 manat pulu da başqalarından borc alaraq cəmi 18.400 manat pul yığıb Təqsirləndirilən şəxs vermişlər. Zərərçəkmiş şəxs6 lombarda qızıl qoyaraq 13.500 manat pul götürmüş və həmin pulu da Təqsirləndirilən şəxs vermişdir. 12 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutulmuş, lakin onlar bundan xəbərsiz olmuşlar. Onlar 2023-cü ilin yay aylarında Təqsirləndirilən şəxs tutulduğunu bilmişlər. Ümumilikdə Təqsirləndirilən şəxs 146.385 manat pul vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasına ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq orqanına Zərərçəkmiş şəxs1lə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 dostudur və onu uzun illərdir tanıyır. Seymurun qardaşı Ceyhun 2018-cı il tarixdə 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Seymur qardaşının vaxtından əvvəl cəza çəkməkdən azad edilməsi üçün köməklik göstərə biləcək adam axtarırmış. Belə ki, bu məqsədlə ortaq dostları Şahid2 də məlumat vermişdir. Niyaz isə Təqsirləndirilən şəxs adlı tanışının mobil nömrəsini Seymura verib Vüsalın Ədliyyə Nazirliyinin əməkdaşı olduğunu bildirmişdir. X49 əlaqə saxlamışdır. Təxminən 21 oktyabr 2021-ci il tarixdə Seymur onunla əlaqə saxlayıb demişdir ki, Vüsal onunla görüşmək istəyir, o da onunla birlikdə getsin. Seymurla birgə gedib Vüsalla Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin qarşısında görüşmüşdürlər. Həmin yerin yaxınlığında yerləşən kafelərin birində oturub söhbət etdikdə Vüsal Ədliyyə Nazirliyin Təşkilati-Nəzarət Baş İdarəsinin əməkdaşı olduğunu, araşdırma apardığını və Ceyhunun cəzadan vaxtından əvvəl azad edilməsi üçün 20.000 (iyirmi min) manat pul lazım olduğunu, həmin məbləğin müəyyən hissəsini Baş Prokurorluğun İttiham idarəsinə verəcəyini, qardaşının üç ay müddətində azad olunacağını bildirmişdir. Vüsal görüşə nazirliyə aid xüsusi formada gəlmişdir və mayor rütbəsində imiş. Seymur Vüsalın sözü ilə razılaşmışdır. 22 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektinin yaxınlığında yerləşən və dostları Niyazin o vaxtlar işlətdiyi ərzaq mağazasında Vüsalla görüşmüşlər. Orada onun yanında Seymur Vüsala 20.000 (iyirmi min) manat nağd pul vermişdir. Həmin pullar 100 manatlıq əskinaslardan ibarət imiş və iki dəstədə yığılmışdır. Həmin hadisənin Niyaz da şahidi olmuşdur. Sonradan Seymurla söhbət etdikləri zaman tez-tez Vüsalla əlaqə saxladığını Vüsalın isə məsələni həll etmək istiqamətində davam etdirildiyini dediyini bildirirmiş. Təxminən 05 dekabr 2021-ci il tarixdə Seymur yenə onunla əlaqə saxlayıb Vüsalla görüşməyə getdiyini, onun da yanında olmağını istədiyini bildirmişdir. Təkrar Seymurla birgə getmişlər və Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ağa Neymətulla küçəsinin kəsişməsində Vüsalla görüşmüşlər və onun “Range Rover” markalı “**-RO-***” dövlət qeydiyyat nömrəli avtomobilində söhbət etmişlər. Vüsal guya Baş Prokurorluğun İttiham idarəsinin əvvəlki məbləğlə razılaşmadığını və ona görə əlavə 5.000 manat da lazım olduğunu bildirmişdir. Bu zaman Seymur onun yanında 5.000 (beş min) manat nağd pulu Vüsala vermişdir. Həmin pul məbləği 200 manatlıq əskinaslardan ibarət olmuşdur. Daha sonra 28 aprel 2022-ci il tarixdə yenə də eyni qaydada Seymurun xahişi ilə onunla birgə gedib Vüsalla görüşmüşdür. Seymur ona bildirmişdir ki, Vüsal əlavə 4.000 manata da ehtiyac olduğunu demişdir. Vüsalla Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Əcəmi” metrostansiyasınm yanında ona məxsus “Range Rover” markalı "**-RO-***" dövlət qeydiyyat nömrəli avtomobilində görüşmüşlər. Seymur onun yanında 4.000 (dörd min) manat nağd pulu Vüsala vermişdir. Həmin pul məbləği 100 manatlıq əskinaslardan ibarət olmuşdur. Vüsal həmin pulu da Ceyhunun azad olunması üçün zəruri olduğunu deyirmiş. Vüsal aldığı pullan konkret olaraq kimə verəcəyi barədə heç nə demirmiş. Sadəcə olaraq guya rəhbər orqanlarda tanışlarının olduğunu və onların vasitəsilə işi həll edəcəyini deyirmiş. Sonradan istər Seymur, istərsə də, özü Vüsalla danışdıqca hər dəfə müxtəlif bəhanələr gətirib Ceyhunu həbsdən azad etdirəcəyini bildirirmiş. Həmçinin şəxsən şahidi olmasa da, Seymurun sözlərindən bilir ki, Vüsal ona Ali Məhkəmənin Plenum qərarının götürülməsi adı ilə guya məhkəmədə çalışan Cəlal Nəsirli adlı şəxsin bank kartına 500 manat pul göndərtdirmişdir. Bundan başqa şəxsən şahidi olmasa da. Seymurun sözlərindən bilir ki, Vüsal Seymura bir nəfər şəxsdən özü üçün qızıl-zinət əşyaları aldırmış, həmin qızılların dəyəri olan 14.600 (on dörd min) manatı Seymur ödəmiş və Vüsal dəfələrlə söz versə də, həmin 14.600 manat pulu Seymura qaytarmamışdır. Seymur Vüsala qardaşını cəzadan azad etdirməsi üçün ümumilikdə 29.500 (iyirmi doqquz min beş yüz) manat pul vermişdir. Həmin vaxtı yanlarında o olmuşdur, həmçinin dostları Şahid2 də məsələlərdən xəbərdar imiş. Həmçinin 14.600 (on dörd min altı yüz) manat dəyərində qızıl zinət əşyalarını da almış və vəd etdiyi kimi pulunu qaytarmamışdır. O cümlədən sonradan Seymurla birgə Vüsalla görüşüb öz xətti ilə Seymurdan aldığı pullara və zinət əşyalarında dair iltizam yazmasını tələb etmişlər, o da, xx.xx.2023-ci il tarixdə öz xətti ilə iltizam yazaraq Seymurdan 14.600 manat dəyərində qızıl- zinət əşyaları aldığını, xx.xx.2023-cü il tarixdə isə iltizam yazaraq Ceyhunu həbsdən azad etdirəcəyi adı ilə 29.500 manat pul aldığını qeyd etmişdir. Həmin vaxtı Vüsalın öz xətti ilə iltizam yazmasını mobil telefonu ilə video çəkərək qeydə alsa da, sonradan həmin video telefonundan silinmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasına ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 Zərərçəkmiş şəxs1lə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 dostudur və onu uzun illərdir tanıyır. Təqsirləndirilən şəxs da uzun illərdir tanıyır. Vüsalı ilk dəfə tanıyandan Ədliyyə Nazirliyinin özündə işlədiyini demişdir. Penitensiar Xidmətdə işləməsindən məlumatı yox imiş. Çox vaxtı görüşlərə də xidməti formada gəlirmiş. Seymur qardaşının vaxtından əvvəl cəza çəkməkdən azad edilməsi üçün köməklik göstərə biləcək i adam axtardığı üçün ona da məlumat vermiş, o da Vüsalın Ədliyyə Nazirliyində işləməsini bildiyi üçün Seymura kömək edə biləcəyini düşünmüş, Vüsaldan bu barədə soruşduqda əvvəlcə alınıb-alınmayacağını maraqlanıb dəqiq bir söz deyəcəyini bildirmişdir. Seymura Vüsalın əlaqə nömrəsini vermişdir ki, danışıb özləri görüşsün. Seymur və Mətləbin sözlərindən məlumatı olmuşdur ki, onlar Vüsalla 21 oktyabr 2021-ci il tarixdə görüşüb 20.000 manata razılaşmışdırlar. 22 oktyabr 2021-ci il tarixdə Vüsal, Seymur və Mətləb həmin vaxtlar işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektinin yaxınlığında yerləşən “Kəmalə market” adlı ərzaq mağazasına gəlib görüşmüşlər. Orada onun yanında Seymur Vüsala 20.000 (iyirmi min) manat nağd pul vermişdir. Həmin hadisənin Mətləb də şahidi olmuşdur. Sonradan Mətləb və Seymurun sölərindən məlumatı olmuşdur ki, Vüsal Seymura qardaşının cəzadan vaxtından əvvəl azad olunmasını vəd edərək aldadıb Vüsaldan əlavə olaraq 05 dekabr 2021-ci il tarixdə 5.000 (beş min) manat nağd pul, daha sonra 28 aprel 2022-ci il tarixdə yenə də eyni qaydada əlavə 4.000 (dörd min) manat nağd pul almışdır. Son iki halda Seymur və Mətləb hər iki hadisədən sonra bu barədə məlumat vermişdirlər. Həmçinin Seymurun sözlərindən bilir ki, Vüsal ona Ali Məhkəmənin Plenum qərarının götürülməsi adı ilə guya məhkəmədə çalışan Cəlal Nəsirli adlı şəxsin bank kartına 500 manat pul göndərtdirmişdir. Bundan başqa Seymurun sözlərindən bilir ki, Vüsal Seymura bir nəfər şəxsdən özü üçün qızıl-zinət əşyaları aldırmış, həmin qızılların dəyəri olan 14.600 (on dörd min) manatı Seymur ödəmiş və Vüsal dəflərlə söz versə də, həmin 14.600 manat pulu Seymura qaytarmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasına ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. X7 16 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234 4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə həbs olunmuşdur. Oğlu həbs olunduqdan sonra bir müddət onun harada olması barədə məlumat ala bilməmişlər. X1 2023-cü may ayının sonlarında Baloşla əlaqə saxlayıb bildirmişdir ki, bir nəfər tanışı ilə Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına gedir, o və arvadı da ora gedib Elçinin təcridxanada olub-olmadığını maraqlansınlar. Təcridxanaya getdikdə Ziyanın tanışı olan Təqsirləndirilən şəxs özünü təqdim edib Ədliyyə Nazirliyi Penitensiar Xidmətində işlədiyini, Elçini cinayət məsuliyyətindən azad edə biləcəyini bildirmişdir. Həmin vaxt yanlarında Ziya və Baloş da olmuşdur. Sonrakı günlərdə Vüsal Baloşa zəng edərək 20.000 (iyirmi min) manata oğlunu məsuliyyətdən azad etdirə biləcəyini demiş, onlar həmin məbləği toplamışlar və dəqiq tarixini xatırlamadığı 2023-cü ilin iyun ayının əvvəllərində Vüsal yaşadıqları ünvan 5 ünvanına gəlmişdir. X56 istədiyi 20.000 (iyirmi min) manat nağd pulu əlbəəl vermişdir. Baloş pulu verdiyi zaman evdə imiş və Baloşun Vüsala pulu verməsinin şəxsən şahidi olmuşdur. Bir neçə gün sonra Baloş ona demişdir ki, Vüsal zəng edərək əlavə 5.000 manat pul lazım olduğunu bildirmiş, ikinci dəfə dəqiq tarixini xatırlamadığı 2023-cü ilin iyun ayının ortalarında Vüsal yenidən yaşadıqları evə gəlmiş, Baloş əlavə 5000 (beş min) manat nağd pulu da evlərində ona əlbəəl vermişdir. 5.000 manatı Baloş Vüsala verən zaman da evdə imiş və Baloşun Vüsala pulu verməsinin şəxsən şahidi olmuşdur. Həmin 5.000 manatı verən zaman Vüsal Baloşa bildirmişdir ki, güya 5.000 manatdan 4.000 manatı oğlunun məsuliyyətdən azad olunması üçün əlavə lazımdır. 500 manat oğlunun təcridxanada yerini dəyişməyə, qalan 500 manat isə özünün digər xərcləri üçün lazımdır. Sonradan Vüsal yenidən Baloşla eyni qaydada əlaqə saxlayıb əlavə 7.000 manat da pul lazım olduğunu demiş, sonuncu dəfə dəqiq xatırlayır ki, 23 iyun 2023-cü il tarixdə Vüsal yaşadıqları ünvana gəlmiş və Baloş evin zalında istədiyi 7.000 (yeddi min) manat nağd pulu ona vermişdir. Sonuncu dəfə pulu Vüsala verən zaman da evdə imiş və Baloşun Vüsala pul verməsinin şəxsən şahidi olmuşdur. Bundan sonra Vüsalla əlaqə saxladıqda hər dəfə müxtəlif bəhanələr gətirirmiş. Qeyd etmişdir ki, Vüsalın aldığı pullar arvadı Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Ona şəxsən hər hansı maddi ziyan dəyməmişdir, özü ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyi üçün danışıqları da arvadı aparırmış. Vüsal Baloşdan ümumilikdə 32.000 (otuz iki min) manat pul ələ keçirtmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasına ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, o, iş üzrə Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, İdman Akademiyasını bitirmişdir. O, 16 yaşından kibertəhlükəsizlik sahəsini öyrənmiş, əvvəllər onlayn qaydada kibertəhlükəsizlik sahəsi ilə məşğul olmuş, daha çox oğurlanmış sosial şəbəkə hesablarını bərpa etmişdir. Zərərçəkmiş şəxs5 onun atasıdır. O hərbi xidmətdən qayıtdıqdan sonra 2021-ci ilin oktyabr-noyabr aylarında Nərimanov rayonu, “Metro Park” Ticarət Mərkəzinin yaxınlığında “Mado” restoranın yanında Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs5 onu işə düzəltmək adı ilə 32.500 manat pul almışdır. Təqsirləndirilən şəxs onu DTX-da Kiber Təhlükəsizlik şöbəsində işə düzəldəcəyini vəd etsə də onu işə düzəltməmişdir. Təqsirləndirilən şəxs öz qardaşını DTX-a işə düzəltdiyini bildirdiyi üçün ona inanmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, Zərərçəkmiş şəxs6 onun dayısının qızıdır. Lalə ilə Vüsalın arasinda olan problemlərdən xəbəri olmamışdır. Laləyə 2023-cü ildə oktyabr ayında 5000 manat borc vermişdir. Lalə ona pula ehtiyacı olduğunu demiş, buna görə də Laləyə borc vermişdir. Pulu nəyə xərcləmək istədiyini Lalə ona deməmiş, buna dair məqsədini bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Nərimanov RPİ-nin NH-nin məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, vətəndaşş Zərərçəkmiş şəxs5 məlumat verərək oğlunu işə düzəltməsi üçün Təqsirləndirilən şəxs adlı şəxsə ümumilikdə 31500 manat pul verib aldanılmasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs göndərdiyini bildirdiyi xx.xx.2022-ci il tarixli, ********** əməliyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** əməliyyat nömrəli ödəniş qəbzlərdən görünür ki, həmin tarixdə M***** V***** m***“ istifadəsində olan “Kapital Bank”a aid “540408******2207” nömrəli plastik karta, Beyləqan rayonu, Magistral küçəsində yerləşən 21020 nömrəli terminal vasitəsi ilə müvafiq olaraq 100 (yüz) manat və 2.400 (iki min dörd yüz) manat hissələrdən ibrarət olmaqla ümumilikdə 2.500 (iki min beş yüz) manat pul vəsaiti köçürülmüşdür Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “Məcburi gətirilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Musayev X20 rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-68/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 01 il 06 ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, üzərində qəti olaraq 01 il 06 ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 01 İl 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə saat 17:50-də ********* saylı cinayət işi üzrə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X28 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Nəsimi RPl-nin İŞ-nin müstəntiqi, polis kapitanı X28 tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-597/2023 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 dekabr 2023cü il tarixdən hesablanmaqla 03 ay müddətədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X29 Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə adı göstərilən xəstəxanaya stasionar müalicə üçün müraciət etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Mühafizə Alayından daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/15/2-773/2023 saylı məktubdan görünür ki, xx.xx.1986-cı İl təvəllüdlü Təqsirləndirilən şəxs 2010-cu ildən ədliyyə orqanlarında, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci İl tarixədək isə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə alayında “ədliyyə mayoru” xüsusi rütbədə tağım komandiri vəzifəsində qulluq edib. Penitensiar xidmətin xx.xx.2022-ci il tarixli 888/K saylı əmri ilə Penitensiar xidmətin Mühafizə alayı intendant bölüyünün mühafizə tağımın komandiri ədliyyə mayoru Təqsirləndirilən şəxs “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.1-ci maddəsinə müvafiq olaraq (öz arzusu ilə) tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ünvanlayaraq tanışı Təqsirləndirilən şəxs 2022-2023-cü illər ərzində birlikdə iş qurmaq məqsədi ilə ümumilikdə 100.000 ABŞ dolları verərək aldanılması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-1403/2022 saylı qətnaməsi ilə Şahid6 iddiası qismən təmin edilərək cavabdeh Təqsirləndirilən şəxs iddiaçının xeyirinə 24.150 (iyirmi dörd min yüz əlli) manat və 146,40 (146 manat 40 qəpik) manat tutulması qət edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs adrndan əlyazma ilə yazılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli iltizamlardan görünür ki, sonuncu Zərərçəkmiş şəxs1 14.600 manat dəyərində qızıl-zinət əşyaları və 29.500 manat pul vəsaiti götürmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs göndərdiyini bildirdiyi xx.xx.2022-ci il tarixli, ********** əməliyyat nömrəli ödəniş qəbzdən və X45 məxsus olduğu görünən plastik kartın fotoşəklindən görünür ki, həmin tarixdə N***** C***** A***** (X37) istifadəsində olan “Kapital Bank”a aid “510307*******0313” (**********590313) nömrəli plastik karta, ünvan 4 ünvanında yerləşən 22066 nömrəli terminal vasitəsi ilə 500 (beş yüz) manat pul vəsaiti köçürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Nəsimi RPl-nin İŞ-nin müstəntiqi, polis kapitanı X28 tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 mart 2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Nəsimi RPl-nin İŞnin müstəntiqi, polis kapitanı X28 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Nəsimi rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 4(006)-107/2024 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay müddətinədək, yəni 12 may 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dələduzluq yolu ilə maddi ziyan vurulduğu üçün zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 aprel 2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət İşi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs adından əlyazma ilə yazılmış xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, sonuncu Zərərçəkmiş şəxs4 10.000 manat pul vəsaiti götürmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli diskə baxış protokolundan görünür ki, diskin içərisində 10 ədəd səs faylı vardır. Hicran Hacıyevə həmin səs fayllarının Təqsirləndirilən şəxs “whatsapp” mobil tətbiqi ilə ona göndərdiyi səs yazılan olduğunu bildirdi. Qeyd olunan səs fayllan açılaraq qulaq asıldıqda həmin səslərin Təqsirləndirilən şəxs aid olduğu görünür. Təqsirləndirilən şəxs həmin səslərdə Zərərçəkmiş şəxs3ynın ifadəsində qeyd etdiyi kimi övladının Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə cinayət məsuliyyətindən azad etdirəcəyi, Apellyasiya məhkəməsində məsləni həll edəcəyi məzmunlarında danışıqlar aparır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli diskə baxış protokolundan görünür ki, 01 ədəd “WhatsApp Chat – 994-50 *** ** ** 10” adlı zip fayl və 08 ədəd fotoşəkil vardır. Zərərçəkmiş şəxs2 həmin zip faylının Təqsirləndirilən şəxs ilə “whatsapp" mobil tətbiqi vasitəsilə apardığı yazılı və səsli mətnlər olduğunu bildirdi. Qeyd olunan zip fayl açıldıqda Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**" saylı mobil nömrə ilə aparılmış danışıqlar olduğu görünür. Təqsirləndirilən şəxs həmin danışıqlarda Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi kimi övladının Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli ilə əlaqədar cinayət məsuliyyətindən azad etdirəcəyi, işlərin qaydasında olduğu və Elçin Qurbanzadəni məsuliyyətdən azad olunmasının dəqiq olması məzmunlarında danışıqlar aparır. Qeyd olunan fotoşəkillərə baxıldıqda həmin fotoşəkillərin yuxarıda göstərilən danışıqlara aid ekran görüntüləri olduğu görünür. Həmin fotoşəkillər çap olunaraq protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-68/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək və həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə ona 01 il 06 ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, istintaq zamanı tutma altında saxlanıldığı bir gün müddət Azərbaycan respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 il 06 ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkməsinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmaqla, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş və həmin tarixdə hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixdə Binəqədi rayon Prokurorluğuna ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ondan 146.385 (yüz qırx altı min üç yüz səksən beş) manat məbləğ pulunu (bir qismi ABŞ dolları olmaqla) ələ keçirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs6 mobil telefonuna baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**-10” saylı mobil nömrə ilə aparılmış danışıqlara daxil olduqda danışıqların xx.xx.2023-cü il tarixdən sonrakı tarixlərə aid hissəsinin mövcud olduğu görünür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**-10” saylı mobil nömrə ilə aparılmış danışıqlarda qarşı tərəfdən göndərilmiş səs fayllarının və yazı mətnlərinin Təqsirləndirilən şəxs tərəfindən, hazırda baxış keçirilən mobil telefondan göndərilmiş səs fayllarının və yazı mətnlərinin isə özü tərəfindən icra olunduğunu, xx.xx.2023-cü il tarixdən əvvəlki tarixlərə aid danışıqların mobil telefonun yaddaşından silindiyini, mövcud danışıqların ifadəsində bildirdiyi xüsusatlara uyğun olaraq Təqsirləndirilən şəxs onunla birgə obyekti təmir etdirib banka qoyaraq pul götürəcəklərini, həmçinin icarəyə verərək gəlir əldə edəcəklərini vəd verməsinə aid danışıqlar olduğunu bildirmişdir. Səs və yazı mətnləri ilə aparılmış danışıqların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 ilə iaşə obyektinin təmiri ilə əlaqədar pul vəsaitlərinin lazım olması, “işığın qoşulmasının lazım olması”, “sayğac quraşdırması”, ”bank”dan, 'jek”dən gəlib obyektə baxacaqları, işlərin tezliklə yekunlaşacağı barədə söhbətlər aparır. Danışıqlardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 təmir işləri aparılan iaşə obyekti foto-şəkli göndərmiş və ardınca səs faylı göndərərək “Ala, gör nəyə çevirmişəm buranı, bu boyda obyektə deyirsən pul verməyəcəklər? Görürsən burada nə qədər iş gedir?, Bax indi bunun işığını çəkirlər, işləyir orada” deyə bildirmiş, ardınca Zərərçəkmiş şəxs6 “oranı icarəyə verəcəksən?” sualına səs faylları göndərərək “Hə, verəcəm, oradan da pul gələcək, onu da böləcəm, oranı deyəndə, ora səninlə mənimdi, başqa adam var burada? Görürsən elə bilərsən obyekt işləyir, sənə nə var beynindən min dənə fikir keçir” məzmununda cavab vermişdir. Ardınca Zərərçəkmiş şəxs6 “mütləq o obyekt ikimizindi, icarəni də bölürük də, işimiz nə vaxt bitir?” sualını verdikdə Təqsirləndirilən şəxs “segodna bitir, əlbəttə” deyə cavab vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs6 “inşallah banka nə vaxt gedeceksen?” sualına Təqsirləndirilən şəxs səs faylı göndərərək "Lalə işləyirlər də, deyirsən e, qurtarsınlar gedəcəm də” deyə cavab vermişdir. Bundan başqa həmin tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 “sənin doğrudan başın çatmır, yəni usta yanımdaydı, prosda, doğrudan da sənin psixoloji problemin var, mənim obyektimi Amidə zada niyə göstərirsən, xəstəsən e qurana and olsun, e Allah haqqı, Lalə vallah səndə çatmır, sən sabah oradan arenda götürəcəksən, lap pul götürdük, pul çıxartdıq, ora normalni obyektdi, mən yaxşılığı itirən adam deyiləm, dolyan var alacaqsan, Amid səni öldürəsi deyil, atan öldürəsi deyil” məzmununda səs faylı göndərmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 “Saat 1 icra gəlir?” sualına Təqsirləndirilən şəxs səs faylı göndərərək “kamerakabel zad, aldım, tok zad hazırdı, icra gəlib səhər yandıracaq, yoxlayacaq saat bir üçün, materialları nisyə götürdüm oradan o heç, 150 manat indi verdim, 100 manat axşama kimi gətirəcəklər, o ustalara, obyektin iki mərtəbəsinə də çəkdi” məzmununda səs faylı göndərmişdir. Danışıqlarda həmçinin eyni məzmunda çoxsaylı başqa səs və yazı mətnləri, o cümlədən Zərərçəkmiş şəxs6 tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş pul vəsaitlərinə aid qəbzlər və sonuncuya aid bank kartları vardır. Danışıqlarda Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs işlərin yekunlaş ıb-yelunlaşmaması barədə maraqlandıqca, sonuncu hər dəfəsində müxtəlif əsaslar gətirib işlərin sonrakı günlərdə yekunlaşacağını bildirir. Zərərçəkmiş şəxs6 danışıqlarda olan Vüsal Muayevə göndərilmiş pul vəsaitlərinə dair qəbzlərin öz ifadəsində qeyd etdiyi kimi sonuncuya obyektlə əlaqədar göndərdiyi pul vəsailərinə dair qəbzlər olduğunu bildirmişdir.” Həmin danışıqlara aid yazı mətnlərinin zəruri hissələrinin fotoşəkilləri, o cümlədən pul vəsaitlərinin göndərilməsinə dair qəbzlər və Təqsirləndirilən şəxs aid bank kartlarının fotoşəkilləri çap olunaraq, danışıqlarda olan səs fayllarından zəruri olanları 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs göndərdiyini bildirdiyi xx.xx.2022-ci il tarixli, ********** əməliyyat nömrəli ödəniş qəbzindən görünür ki, həmin tarixdə M***** V***** M***** (Təqsirləndirilən şəxs) istifadəsində olan “Kapital Bank”a aid “416974******8843” nömrəli plastik karta, ünvan 10 ünvanında yerləşən “Spar market” adlı mağazadakı 3311 nömrəli terminal vasitəsi ilə 1.490 (min dörd yüz doxsan) manat pul vəsaiti köçürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs göndərdiyini bildirdiyi xx.xx.2023-cü il tarixli, ********** əməliyyat nömrəli ödəniş qəbzindən və Təqsirləndirilən şəxs məxsus olduğu görünən plastik kartın fotoşəklindən görünür ki, həmin tarixdə M***** v***** M***** (Təqsirləndirilən şəxs) istifadəsində olan “Kapital Bank”a aid “**********850798” nömrəli plastik karta, ünvan 11 ünvanındakı 93005 nömrəli terminal vasitəsi ilə 300 (üç yüz) manat pul vəsaiti köçürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs6 mobil telefonuna baxış protokoluna əlavə edilmiş və sonuncunun Vüsal Cəfərova obyektlə bağlı göndərdiyi pul vəsaitlərinə aid ödəniş qəbzləri olduğunu bildirdiyi qəbzlərdən və Təqsirləndirilən şəxs məxsus olduğu görünən plastik kartın fotoşəklindən görünür ki, 25 avqust 2023-cü il tarixdə 50 (əlli) manat, 25 oktyabr 2023-cü il tarixdə 50 (əlli) manat, 25 oktyabr 2023-cü il tarixdə 25 (iyirmi beş) manat, 04 dekabr 2023-cü il tarixdə 30 (otuz) manat, 05 dekabr 2023-cü il tarixdə 50 (əlli) manat, 06 dekabr 2023-cü İl tarixdə 40 (qırx) manat, 08 dekabr 2023-cü il tarixdə 170 (yüz yetmiş) manat, 11 dekabr 2023-cü il tarixdə 120 (yüz iyirmi) manat, 11 dekabr 2023-cü il tarixdə 30 (otuz) manat, 12 dekabr 2023-cü il tarixdə 30 (otuz) manat pul vəsaitləri “**********435346” nömrəli plastik karta göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 iyun 2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Binəqədi rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairə üzrə nümayəndəliyinin 23 may 2024-cü il tarixli 5-14/2/2-25/2024 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X40 və xx.xx.2019-cu il təvəllüdlü X46 adlı 2 azyaşlı övladı var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-181/2377 saylı arayış ve xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.1975-ci il tarixdə Ağsu şəhərində anadan olub. ünvan 19 ünvanında qeydiyyatdadır. Ailə tərkibi həyat yoldaşı 1981-ci il təvəllüdlü X31, qızı 2002-ci il təvəllüdlü X32, oğlu - 2009-cu il təvəllüdlü X33 və oğlu - 2014-cü il təvəllüdlü X18 ibarətdir. Göstərilən ünvanda qeydiyyatda olduğu müddətdə qonşulardan Bakıxanov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmayıb. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X58 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs5 Binəqədi rayon Prokurorluğuna ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs ona dəymiş ziyandan ümumilikdə 8.000 (səkkiz min) manat hissəsini qaytarmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşmə protokolu, maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş elektorn məlumat daşıyıcıları olan 03 ədəd disk, ödəniş qəbzləri, bank çıxarışları, audioyazılar, məktublar və digər prosessual sənədlərin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 iyun 2024-cü il tarixli “Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Binəqədi rayon Prokurorluğunun müstəntiqi, Əli İbrahimov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşmə protokolu, baxış protokolları, maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş elektorn məlumat daşıyıcıları olan 03 ədəd disk, ödəniş qəbzləri, bank çıxarışları, audioyazılar, məktublar və digər prosessual sənədlərin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs4 tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli **********547 nömrəli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və hazırda heç bir tələbi olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs1 tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli **********772 nömrəli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər ödənildiyindən onunla barışmış və hazırda heç bir tələbi olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs3 tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli **********736 nömrəli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən borcu tam olaraq ödənildiyindən heç bir tələbi olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə əldə etdiyi 32000 (otuz iki min) manat, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilən 186 (bir yüz səksən altı) manat məbləğində dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 10000 manat dəymiş zərər ödənilmiş, 22000 manat isə daha sonra ödəniləcəyi üçün şikayətini geri götürərək mülki iddiadan da imtina etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən 6 epizoddan 5 epiozod üzrə özünü tamamilə təqsirli bilmiş, yalnız Zərərçəkmiş şəxs6 ilə bağlı olan epizod üzrə özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs6 qarşı heç bir dələduzluq əməli törətmədiyini, sonuncudan sadəcə təxminən 4000 manat məbləğində borc pul aldığını və geri qaytardığını, Zərərçəkmiş şəxs6 sonuncuya sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün iaşə obyekti təhvil vermək, eləcə də həmin obyektin faəliyyətə başlaması üçün zəruri olan digər bütün işləri görmək müqabilində ittihamda qeyd olunan 146.385 manat məbləğində pul almadığını, Zərərçəkmiş şəxs6 və onun valideynlərinin ümumiyyətlə bu məbləğdə pul vəsaitinə sahib olmadıqlarını, Lalənin şəxsiyyəti ona məlum olmayan digər şəxslərə olan borclarının aşkara çıxmaması, həmin borcların ört-basdır edilməsi məqsədi ilə qeyd olunan məzmunda ifadə verdiyini bildirmişdir. Məhkəmə, aşağıda qeyd olunanlara əsasən, sözügedən epizod üzrə Təqsirləndirilən şəxs ifadəsini cinayət işi materialları ilə təkzib olunan, cəzadan yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və ifadəsinə tənqidi yanaşır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs6 mobil telefonuna baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs6 arasında whatsapp mobil tətbiqində iaşə obyektinin təmir və quraşdırılma işləri ilə bağlı, eləcə də yeni fəaliyyətə başlayacaq olan iaşə obyektinin qanuna müvafiq olaraq çoxsaylı dövlət qurumları tərəfindən müəyyən edilmiş norma və standartlara uyğun tələblərə cavab verən müvafiq sənədlərin hazırlanması məzmununda (məsələn: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 yazdığı mesajlarda sanki bəhs etdiyi iaşə obyektində işıq xətlərinin çəkilməsi, sayğac quraşdırılması, bank, jek, icra hakimiyyətindən nümayəndələrin obyektin təmiri gedişatına baxaraq, tələb olunan normalara uyğun şəkildə təmir aparılıb-aparılmadığının yoxlanılacağı və s) çoxsaylı danışıqlar mövcuddur. Danışıqların məzmununda nəzər saldıqda görmək mümkündür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 iaşə obyektində təmir-tikinti işlərinin getdiyini və həmin işlərin səaliyyətli orqanlar tərəfindən yoxlanılacağını bildirərək, bir növ zaman qazanmağa çalışmış, cinayətkar fəaliyyətini və niyyətini bu formada ört-basdır etmək və gizlətmək məqsədi güdmüşdür. (Məsələn: “Ala, gör nəyə çevirmişəm buranı, bu boyda obyektə deyirsən pul verməyəcəklər? Görürsən burada nə qədər iş gedir?, Bax indi bunun işığını çəkirlər, işləyir orada” “kamerakabel zad, aldım, tok zad hazırdı, icra gəlib səhər yandıracaq, yoxlayacaq saat bir üçün, materialları nisyə götürdüm oradan o heç, 150 manat indi verdim, 100 manat axşama kimi gətirəcəklər, o ustalara, obyektin iki mərtəbəsinə də çəkdi” Bundan başqa, məhkəmə xüsusilə qeyd etməyi vacib hesab edir ki, Təqsirləndirilən şəxs eləcə də, dələduzluq yolu ilə Zərərçəkmiş şəxs6 pul vəsaitlərini ələ keçirmək məqsədi ilə sözügedən iaşə obyektinin tikintisi və digər işləri tamamlandıqdan sonra həmin obyektin icarəyə veriləcəyini, icarə haqqından gələn vəsaiti Zərərçəkmiş şəxs6 ilə böləcəyi məzmununda vədlər verərək, onu şirnikləndirmiş və vahid zaman kəsiyində ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs6 müxtəlif məbləğlərdə pul vəsaitlərini ona verməyinə nail olmuşdur. (Məsələn: Zərərçəkmiş şəxs6 “oranı icarəyə verəcəksən?” sualına səs faylları göndərərək “Hə, verəcəm, oradan da pul gələcək, onu da böləcəm, oranı deyəndə, ora səninlə mənimdi, başqa adam var burada? Görürsən elə bilərsən obyekt işləyir, sənə nə var beynindən min dənə fikir keçir” məzmununda cavab vermişdir. Ardınca Zərərçəkmiş şəxs6 “mütləq o obyekt ikim izindi, icarəni də bölürük də, işimiz nə vaxt bitir?” sualını verdikdə Təqsirləndirilən şəxs “segodna bitir, əlbəttə” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs6 arasında keçən, qeyd olunan mesajların məzmunundan bu nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 arıdıcıl yalan vədlər vermək və sanki iaşə obyektində işlər gedirmiş kimi görüntü yaratmış, və bu hərəkətləri edərkən niyyəti bəri başdan sonuncunun külli miqdarda pul vəsaitini ələ keçirmək olmuşdur. Məhkəmə tərkibi, eləcə də, məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Sahab oğlu və Şahid7 ifadələrini də qeyd olunan epizod üzrə sübut qismində qiymətləndirir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Sahab oğlu və Şahid7 ifadələrində Təqsirləndirilən şəxs qızları Zərərçəkmiş şəxs6 olan həm əvvəlki borclarını qaytarmaq, həm də əlavə gəlir əldə etmək məqsədi ilə bəhsetdiyi iaşə obyektinin fəaliyyət göstərməsi üçün ayrı-ayrı zamanlarda 146.385 manat pul verdiklərini təsdiq etdilər. Bildirdilər ki, Təqsirləndirilən şəxslə aralarında məhkəmə mübahisəsi olmasına baxmayaraq, ona yenidən pul vermələri sırf Vüsalın əvvəlki borclarını qaytara bilməsi, eləcə də əlavə gəlir əldə edəcəklərini vəd etməsi ilə bağlı olmuş, bir növ Təqsirləndirilən şəxs onları aldadaraq, manipulyasiya etmiş, bunun nəticəsində hətta onlar mülkiyyətlərində olan avtomobili və qızılları lombarda qoymuş, eləcə də qohumları Şahid8 eyni məqsədlə 5000 manat borc almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 məhkəmədə ona verilən suallara cavab olaraq qohumu Zərərçəkmiş şəxs6 5000 manat pul məbləğində borc verdiyini təsdiq etdi. Məhkəmə tərkibi nəzərə alır ki, təqsirləndirilən şəxs ittihamda qeyd edilənlərlə bağlı uydurma vəd vermiş, yalan danışmış, aldığı pulları da sonda öz şəxsi məqsədlərinə görə sərf etmişdir. Təqsirləndirilən şəxsin əlavə gəlir əldə etməklə bağlı bu vədləri zərərçəkmiş şəxsin ona hər dəfəsində əlavə pul verməsində hərəkətverici amil olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə tərkibi belə hüquqi nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 məxsus pul vəsaitlərini dələduzluq niyyəti ilə ələ keçirmişdir. Məhkəmə tərkibi qeyd olunanlara əsasən hesab ki, təqsirləndirilən şəxsin qəsdi birbaşa və məhz əvəzsiz olaraq əmlakın ələ keçirilməsinə yönəlmişdir. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs6 və onun valideynlərinin 146.385 manat məbləğdə pul vəsaitinə sahib olmadıqlarını, Lalənin şəxsiyyəti ona məlum olmayan digər şəxslərə olan borclarının aşkara çıxmaması, həmin borcların ört-basdır edilməsi məqsədi ilə qeyd olunan məzmunda ifadə verdiyinə dair dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatlara dair məhkəməyə hər hansı tutarlı dəlil təqdim etməmişdir. Odur ki, məhkəmə, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu xüsusatları öz təxəyyülü əsasında uydurduğu, reallıqla uyğun gəlməyən ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxsun əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı faktiki tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə gəldiyi qənaətlə bağlı eyni zamanda aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin cinayət hüquqi tövsifi düzgün olmuşdur. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsifini düzgün hesab edir və qeyd edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli külli miqdarda özgənin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsindən ibarətdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməli nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 66.5-ci maddəsinə əsasən, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-68/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası cinayətlərin məcmusu qaydasında hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs5 dəymiş ümumilikdə 31.500 manat miqdarında ziyandan qismən, yəni 8.000 manat hissəsini, Zərərçəkmiş şəxs2 dəymiş ümumilikdə 32000 (otuz iki min) manat məbləğində ziyandan qismən, yəni 10000 manat hissəsini zərərçəkmiş şəxslərə ödəməsini, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs ilə barışması və sonuncunun heç bir şikayət və tələbinin olmaması məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs-mülki cavabdehə qarşı irəli sürdüyü mülki iddiadan imtina etdiyi üçün mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 86.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməli ilə bağlı epizodu, cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini, vurulmuş ziyanın ödənilməməsini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəza həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 66.5-ci maddəsinə əsasən, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-68/2024 saylı hökmü ilə ona təyin edilmiş Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası cinayətlərin məcmusu qaydasında hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2 108 (yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə dövlət və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-68/2024 saylı hökmü ilə ona təyin edilmiş Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu qaydasında ona qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılmış cəzanın əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 irəli sürdüyü mülki iddia üzrə icraata xitam verilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Alyans Vəkil Bürosunun vəkili https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2968751Müdafiəçi2 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar