Məhkəmə qərarları › İş №1(101)-442/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-442/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-442/2022 28.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin Qanuni nümayəndə, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1994-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Naxçıvan MR-nın Şərur rayonunun, Danyeri kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə xx xxxxxx 1992-ci İl tarixdə Naxçıvan MR-nın Şərur rayonunun Şəhidməmməd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan MR-nın Şərur rayonunun, Danyeri kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ona görə ki, onlar özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etməklə, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 11 avqust 2021-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs2 əvvəllər kirayə yaşadığı Şahid1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi həyət evinin həyətyanı sahəsinə açıq qapıdan qanunsuz daxil olaraq, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 kənar şəxslərin gəlməsini xəbər vermək məqsədi ilə evin həyətində gözləyib müşahidə aparmış, Təqsirləndirilən şəxs1 isə evə qapının açıq olmasından istifadə edib qanunsuz daxil olaraq, evin dəhlizindəki kiçik dolabın üzərində olan və Zərərçəkmiş şəxs məxsus bir ədəd daxilində 10 (on) manat dəyərində ***-***-**-** GSM nömrə olan 480 manat dəyərində **********28522 İmei kodlu, «X8 8» markalı mobil telefonu gizli olaraq talayıb evdən qaçmaq istəyən zaman, otaqda yatmış əmlakın sahibi Zərərçəkmiş şəxs yuxudan oyanaraq onu gördükdən sonra, Təqsirləndirilən şəxs1 bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirmiş, lakin Zərərçəkmiş şəxs qışqıraraq kömək çağıran zaman Təqsirləndirilən şəxs1 üzərində olan bıçağı çıxarıb sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək, zərərçəkmiş şəxs Humay Mütəilimovaya ümumilikdə 490 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 86A ünvanda fərdi tikilidə yaşamaqla, avtoyuma məntəqəsində işləyib şəxsi ehtiyaclarını ödəmişdir. Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanımış və bir kənddə yaşamışlar. 10 avqust 2021-ci il tarixdə axşam saat 21 radələrində işlədiyi avtoyuma məntəqəsində təsadüfən Təqsirləndirilən şəxs2lə görüşmüş, sonuncu ilə biraz söhbət etdikdən sonra avtoyuma məntəqəsini bağlayıb kafelərin birinə yeməyə getmişlər. Saat 22 radələrində «8-ci km» adlanan ərazidə xatırlamadığı kafelərin birində yeyib içib söhbət etdikdən sonra gecə saat 12 radələrində hesabı ödəyib kafedən çıxdıqdan sonra gəzişib söhbət etmişlər. Söhbət əsnasında Samir Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli adlanan ərazidə bir ünvandan oğurluq edə biləcəklərini demişdir. Samirlə razılaşmış və birlikdə Kənd Əhmədli ərazisinə getmişlər. Xətai rayonu, Kənd Əhmədlidə yerləşən 5-ci Rezervuar küçəsinə getmişlər. Samirlə həmin ünvana çatan zaman sonuncu ona oğurluq edə biləcəkləri evin qapısını göstərmiş və qapıdan içəri girdikdən sonra həyətdə 2 ev olduğunu və sağdakı evə girməli olduğunu demişdir. Həyətin dəmir darvazasını açıb Samirlə birlikdə həyətə daxil olmuş, sonuncu ona sağdakı evi əli ilə işarə edərək oradan oğurluq edəcəyini demişdir. Samirə çöldə gözləməli olduğunu bildirib evə daxil olmuş, pilləkənlərlə yuxarı qalxmış və evin qapısını əli ilə itələyərək açmışdır. Evin qapısı bağlı olmadığından qapını rahat aça bilmiş və içəridə kimsənin olmadığını görüb ətrafa göz gəzdirmiş və qapının yanındakı şkafın üzərində olan mobil telefonu görmüşdür. Həmin telefonu cəld götürərək evi tərk edib qaçaraq həyətdən çıxmış və Samirin onu gözlədiyini görüb sonuncuya telefon oğurladığını və sabah görüşəcəklərini demişdir. Samirlə sağollaşdıqdan sonra oğurladığı telefonun içərisində olan nömrəni çıxarıb Əhmədli qəsəbəsində xatırlamadığı ünvanda zibil qutusuna atmışdır. 12 avqust 2021-ci il tarixdə telefonu satmaq məqsədilə “20 yanvar” metrostansiyasına getmiş, telefon dükanlarını gəzib telefonu daha münasib qiymətə satmaq istəmiş və adını xatırlamadığı dükanların birinə daxil olaraq özünə məxsus telefonu pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Həmin mağazada işləyən oğlan telefona baxıb yoxlamış və telefonun oğurluq olub-olmadığını soruşmuşdur. Həmin oğlanı telefonun oğurluq olmadığına inandırdıqdan sonra həmin oğlan onun şəxsiyyət vəsiqəsini tələb etmiş və telefonu 171 manata alacağını demişdir. Razılaşıb şəxsiyyət vəsiqəsini vermiş və mağazada işləyən oğlan onun şəxsiyyət vəsiqəsinin kserosurət çıxarmış, sonra mobil nömrəsini istəmiş və daha sonra şəxsiyyət vəsiqəsinin kserosurətinin altına imza etdirdikdən sonra telefonu ondan almışdır. Telefonu satdıqdan sonra ələd etdiyi puldan Təqsirləndirilən şəxs2 heç bir məbləğdə pul verməmiş və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Şahid1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə girərək, evin dəhlizindəki kiçik dolabın üzərində olan Zərərçəkmiş şəxs məxsus «X8 8» markalı mobil telefonu götürərəkən, Zərərçəkmiş şəxs qarşı həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət olunan hərəkətlər etməmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam olaraq ödənilmiş və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanımış və sonuncu ilə bir kənddə böyümüşlər. 10 avqust 2021-ci il tarixdə Ruslanın «Neftçilər» metrostansiyası yaxınlığında avtoyuma məntəqəsində işlədiyini bilib həmin yerdə Ruslanla görüşmüşdür. Onlar birlikdə Bakı şəhəri, Nizami rayonu, «8-ci km» adlanan ərazidə kafelərin birində yemək yeyərək söhbət etmişlər. Spirtli içki içmədiyinə görə Ruslan tək spirtli içki qəbul etmişdir. Gecə saat 12 radələrində kafedən çıxmışlar və həmin vaxt Ruslan ona Kənd Əhmədli qəsəbəsinə getməli olduğunu və orada kirayə yaşadığı evdən tanıdığı qadından pul götürəcəyəni demişdir. Onlar həmin ünvana təxminən gecə saat 02 radələrində çatan zaman Ruslan evi ona göstərdikdə sonuncuya həmin evdə bir neçə il əvvəl kirayə qaldığını bildirmişdir. Ruslan ona çöldə gözləməyi və sonuncu ilə getdiyi təqdirdə şübhə doğuracağını bildirib, evə tək girib pul götürəcəyini demişdir. Ruslanı həyətin qarşısında gözləmiş, sonuncu qapını açıb həyətə daxil olmuş və bir neçə dəqiqə sonra Ruslan həyətdən çıxıb onun yanına çatan zaman evdə hansısa əşyanın qaldığını bildirib yenidən təkrar həyətə qayıdarkən onunla sağollaşmış və həmin hadisədən sonra Ruslanı görməmişdir. Ruslanın həmin mənzildən oğurluq etməsindən məlumatı olmamış, sonuncunun xahişi ilə həmin ünvana getmiş və Ruslanın oğurluğa girdiyi ev təsadüfən onun əvvəllər kirayə yaşadığı ev olmuşdur. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anası ilə birlikdə xalası Şahid1 evində qonaq qalarkən, 10 avqust 2021-ci il tarixdə gecə saat 12 radələrində xalası qızı Əsmərlə yatmaq üçün 2 mərtəbəli evin ikinci mərtəbəsinə qalxmış, Əsmər öz otağına keçmiş, özü isə qonaq otağında divanda arxası üstə uzanıb yatmışdır. Bir neçə saat sonra əlinə nə isə batdığını hiss edib cəld yuxudan oyanmış və bir nəfər üzü tüklü, uzun saçlı (çeçenka) kişi cinsindən olan şəxsin sol əli ilə onun boğaz nahiyəsindən tutduğunu görmüşdür. Həmin şəxsi tanımadığından bərk qışqırıb digər otaqda olan xalası qızı Əsməri çağırmış, bu zaman həmin şəxs onun qışqırdığını görüb əli ilə ona “sus" işarəsi göstərib əlində olan bıçağı ona tərəf uzatmışdır. Həyəcandan daha da bərk qışqırmağa başlamış, həmin şəxs onun bərk qışqırdığını və ağladığını görərək qaçıb evi tərk etmişdir. Həmin şəxsin əynində qara rəngli köynək (futbolka), qara rəngli kənarında ağ rəngli xətiər olan qısa idman şalvarı, ayağında isə şəp-şəp olmuşdur. Əsmər onun yatdığı otağa gəlib ağladığını görüb xalasına zəng vurmuşdur. Xalası yuxarı evə qalxıb ondan nə baş verdiyini soruşduqda, baş vermiş hadisəni olduğu kimi xalasına danışmışdır. Xalası DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermiş, hadisədən sonra telefonunu axtardıqda, telefonun qoyduğu yerdə olmadığını müəyyən etmişdir. Evə daxil olan şəxsin atasının ona hədiyyə etdiyi və daxilində 10 manat danışıq balansı olan 070 ***-**-** mobil nömrəli **********28522 İMEİ kodlu 480 manat dəyərində «Xiaomi Note 8» markalı telefonu götürərək qaçdığını başa düşmüşdür. Hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda yerləşən həyət evində ailə üzvləri ilə birlikdə yaşayır və həyətyanı sahədə iki ev mövcuddur. Bir evdə atası və anası, digər evdə isə qızı Şahid3 ilə birlikdə yaşayır. 07 avqust 2021 -ci il tarixdə bacısı X2 öz qızı Zərərçəkmiş şəxs ilə birlikdə onlara qonaq gəlmişdir. 10 avqust 2021 -ci il tarixdə axşam saatlarında bacısı, bacısının yoldaşı və anası yaşadığı evin həyətində çay süfrəsinə yığışmışlar. Təxminən gecə saat 12 radələrində qızı və bacısının qızı Humay yatmaq üçün evin 2-ci mərtəbəsinə qalxmışlar. Qızı Əsmərə qapını arxadan bağlayıb sakitcə yerlərində uzanıb yatmağı tapşırmışdır. Çöl qapını bağlamamasına səbəb həyətdə ailə üzvləri ilə birlikdə oturub çay içmələri olmuşdur. Təxminən gecə saat 02 radələrində qızı Əsmər onun istifadəsində olan nömrəyə zəng vuraraq təcili yuxarı qalxmasını və evə oğru girməsindən şübhələndiyini demişdir. Cəld yuxarı qalxaraq bacısı qızının yatağında ağladığını, qızı Əsmərin isə Humayın yanında olduğunu görmüşdür. Nə baş verdiyini soruşduqda, bacısı qızı Humay evə oğru girdiyini və səsə ayıldığını demişdir. Dərhal DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermiş və evə baxış keçirərkən Humaya məxsus «Xiaomi Note 8» markalı telefonun dolabın üzərində yerində olmadığını aşkar etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Polislər hadisə yerini müayinə edən zaman evə tanımadığı şəxsin girdiyini və bacısı qızına məxsus telefonun oğurlandığını demişdir. Humay evə daxil olan şəxsin əlinə bıçaq batırdığını, sol əli ilə boğazından tutduğunu, qışqırdıqdan sonra həmin şəxsin qaçdığını, həmin şəxsin əynində qara rəngli köynək (futbolka), qara rəngli, kənarında ağ rəngli xətlər olan qısa idman şalvarı və ayağında şəp-şəp olduğunu demişdir. X3 ümumiyyətlə tanımamış, Təqsirləndirilən şəxs2 isə hadisədən bir il qabaq ailə üzvləri ilə birlikdə onun həyətində olan evdə kirayə qalmış, kirayə qaldığı müddətdə özünü sakit aparmış, avtoyuma məntəqəsində çalışmış və hər gün səhər evdən çıxıb axşam evə qayıtmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, yaşadıqları ünvan 5 ünvanda iki ev mövcuddur. Bir evdə nənəsi və babası, digər evdə isə anası ilə birlikdə yaşayır. 07 avqust 2021-ci il tarixdə xalası X2 öz qızı Zərərçəkmiş şəxs ilə birlikdə onlara qonaq gəlmişdir. 10 avqust 2021-ci il tarixdə axşam saatlarında anası, xalası, xalasının yoldaşı və xalası qızı Humayla yaşadıqları evin həyətində çay süfrəsinə yığışmışlar. Təxminən gecə saat 12 radələrində Humayla birlikdə yaşadığı evin 2-ci mərtəbəsinə yatmaq üçün qalxmışdır. Anası onlara qapını arxadan bağlamağı və sakitcə yerilərində uzanıb yatmağı tapşırmışdır. Evə qalxdıqdan sonra öz otağına keçmiş, Humay isə evin qonaq otağındakı divanda uzanıb yatmışdır. Təxminən gecə saat 02 radələrində Humayın qışqırıq səsini eşitmiş və cəld qonaq otağına keçmişdir. Humayın yanına çatan zaman sonuncunun həyəcanlı olduğunu görmüş və nə baş verdiyini soruşduqda Humay evə oğru girdiyini demişdir. Dərhal anasına zəng vurub yuxarı evə qalxmasını demiş, anası gəlib Humayla söhbət etmiş və nə baş verdiyini soruşmuşdur. Humay evə oğru girdiyini, ona bıçaq göstərdiyini və bıçaqla onu hədələdiyini bildirmişdir. Anası DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermiş və polis əməkdaşları gələrək evi müayinə etmişlər. Polis əməkdaşları getdikdən sonra xalası qızı Humaya məxsus mobil telefonun evə girən şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 işin faktiki hallarına və iş üzrə dindirilmiş şahidlərin ifadələrinə uyğun ifadə vermişdir. İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 göstərmişdir ki, “20 yanvar” metrosu yaxınlığında yerləşən Azercell №2 telefon dükanında satıcı işləmiş, yeni və işlənmiş telefonların alqı-satqısı ilə məşğul olmuşdur. Müştəri olduqda köhnə telefonları şəxsiyyət vəsiqələrinin kserosurətini və mobil nömrəsini götürməklə pul verib almışdır. 12 avqust 2021-ci il tarixdə günorta saatlarında bir nəfər şəxs işlədiyi mağazaya yaxınlaşaraq özünə məxsus telefonu satmaq istədiyini bildirmişdir. Həmin şəxsdən telefonun oğurluq olub-olmadığını soruşmuş, sonuncu telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Həmin «Xiaomi Note 8» markalı mobil telefonu 171 manata alacağını demişdir. Həmin şəxs razılaşmış və sonuncunun şəxsiyyət vəsiqəsinin surətini və mobil nömrəsini götürüb telefonu 171 manata almışdır. Ruslan adlı həmin şəxsdən aldığı telefonu mağazada satmaq üçün vitrinə qoymuşdur (1-ci cild iş vərəqi 58-60). İşdə olan üzləşdirmə istintaq hərəkəti haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, hər iki şəxs qarşılıqlı şəkildə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 yalan danışdığını bildirmişdir (1-ci cild iş vərəqi 64-67). İşdə olan üzləşdirmə istintaq hərəkəti haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hə iki şəxs qarşılıqlı şəkildə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 yalan danışdığını bildirmişdir(1-ci cild iş vərəqi 231-235). İşdə olan üzləşdirmə istintaq hərəkəti haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, hər iki şəxs qarşılıqlı surətdə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 dediklərinin bəzilərində həqiqət olmadığını, xalası gilin evinin ünvanını məhz Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 deyə biləcəyini, bu qədər təsadüfün ola bilməməsini qeyd etmişdir(1-ci cild iş vərəqi 236-238). İşdə olan ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani olaraq təsvir etmişdir(1-ci cild iş vərəqi 133-135). İşdə olan xx.xx.2021-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınma istintaq hərəkəti keçirilən otağa dəvət olunaraq, 03 saylı nömrə altında dayanmış Təqsirləndirilən şəxs1 göstərərək onu tanıdığını, xx.xx.2021-ci il tarixdə evdə yatan zaman məhz həmin şəxsin ona qarşı cinayət əməli törətdiyini bildirmişdir (1-ci cild iş vərəqi 88-91). İşdə olan xx.xx.2021-ci il tarixli təqdim etmə barədə protokoldan görünür ki, Şahid4 A4 formatlı kağıza, Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi mobil telefonu ona satan zaman, Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarmış, məhz həmin kağıza Təqsirləndirilən şəxs1 öz telefon nömrəsini və imzasını qeyd etmişdir. Baxış zamanı A4 formatlı kağız üzərində Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti, imzası, mobil nömrəsi və «Redmi Note 8» markalı telefonun İ M E İ kodu əks olunmuşdur (1-ci cild iş vərəqi 61-63). İşdə olan xx.xx.2021-ci il tarixli təqdim etmə barədə protokoldan görünür ki, təqdim edilmiş sənədlərin surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir(1-ci cild iş vərəqi 49-58). İşdə olan məhkəmə-psixoloji ekspertizası üzrə 27 oktyabr 2021-ci il tarixli 2509 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ünsiyyətçilik, həssaslıq, tez təsirlənmək, gec uyğunlaşmaq kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin və öz hərəkətlərinin mənasını anlayır. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, onunla yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur(1-ci cild iş vərəqi 216-218). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən və məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (1-ci cild iş vərəqi 163-165). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 162). İşdə olan 26 avqust 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 26 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 29-30) İşdə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablanmışdırdir (1-ci cild iş vərəqi 153- 154). İşdə olan 26 avqust 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 26 avqust 2021 -ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 47-48). İşdə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablanmışdırdir (1-ci cild iş vərəqi 155- 158). İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir və himayəsində iki azyaşlı övladı vardır. Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrini müqayisəli şəkildə təhlil edərək, onun oğurluq məqsədilə Şahid1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə girərək, evin dəhlizindəki kiçik dolabın üzərində olan Zərərçəkmiş şəxs məxsus «X8 8» markalı mobil telefonu gizli olaraq talayarkən, Zərərçəkmiş şəxs qarşı həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət olunan hərəkətlər etməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, törətdiyi cinayət əməlinin iş üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş mümkün sübutlarla tam təsdiq olunduğunu nəzərə alaraq səmimi saymır və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək qəbul etmir. Məhkəmə kollegiyası eyni zamanda Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrini müqayisəli şəkildə təhlil edərək, onun əvvəllər kirayə yaşadığı Şahid1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən oğurluq etməyi Təqsirləndirilən şəxs1 təklif etməməsi barədə ifadəsinə tənqidi yanaşaraq, törətdiyi cinayət əməlin iş üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş mümkün sübutlarla tam təsdiq olunduğunu nəzərə alaraq səmimi saymır və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək qəbul etmir. Məhkəmə zamanı dövlət ittihamçısı istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamdan qismən imtina edərək, Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinin Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə davam etdirilməsini təklif etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının təklifini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından qiymət verərək hesab edir ki, iş üzrə ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və həmin sübutların müqayisəli təhlili ilə aparılmış məhkəmə istintaqının nəticələrinə görə Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə yekun ittiham elan olunsa da, məhkəmə araşdırmasının nəticələrinə görə həmin ittiham öz təsdiqini tapmamış, iş üzrə toplanmış və biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə tam şəkildə təkzib olunmuşdur. Məhkəmə kollegiyası ilk öncə vurğulayır ki, ümimi ittihama əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etməklə, Təqsirləndirilən şəxs2 əvvəllər kirayə yaşadığı Şahid1 məxsus ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evindən oğurluq etmək barədə aralarında olan razılaşmaya uyğun olaraq cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün rolların bölüşdürülməsi və icrası fonunda öz hərəkətləri ilə ayrı-ayrılıqda müxtəlif növ cinayət əməlləri törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər Şahid1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində kirayədə yaşaması və onun ev sahibəsi tərəfindən tanınması səbəbindən qurupun digər üzvü Təqsirləndirilən şəxs1 ilə cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün rolların bölüşdürülməsi ilə bağlı razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 tərəfindən icra olunan oğurluq cinayətinin törədilməsində rolu, gələn olarsa xəbər vermək məqsədi ilə evin həyətində gözləyib müşahidə aparmaqla məhdudlaşmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə aralarında olan razılaşmaya əsasən, oğurluq etmək məqsədilə Şahid1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə tək daxil olmuş, cinayətin gedişində qrupun digər üzvü Təqsirləndirilən şəxs2lə razılaşdırılmadan və sonuncunun xəbəri olmadan, ümumi niyyətdən kənara çıxmaqla zərərçəkmiş şəxsə məxsus «X8 8» markalı mobil telefonu gizli olaraq talayıb evdən qaçmaq istəyərkən, otaqda yatmış əmlakın sahibi Zərərçəkmiş şəxs yuxudan oyanaraq onu gördükdən sonra, bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirmiş və Zərərçəkmiş şəxs qışqıraraq kömək çağıran zaman üzərində olan bıçağı çıxarıb hədə-qorxu gələrək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək quldurluq yolu ilə zərərçəkmiş şəxsə məxsus mobil telefonu götürmüşdür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Qərarda həmçinin vurğulanır ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Qərarda habelə vurğulanır ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Qərarda eyni zamanda vurğulanır ki, bir qrup şəxsin özgə əmlakını oğurlamaq barədə qabaqcadan razılığa gəldiyi hallarda birgə icraçılardan hər hansı biri əldə edilmiş razılıqdan kənara çıxaraq, soyğunçuluq və ya quldurluq kimi hüquqi qiymət verilən əməl törətmişsə, həmin şəxsin əməli müvafiq olaraq CM-in 180 və ya 181-ci maddəsi ilə tövsif edilməlidir. Qərarda həmçinin vurğulanır ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası CM-in 35-ci maddəsinə əsasən, icraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur. İcraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsinin şərh edilməsinə dair” 19 iyul 2002-ci il tarixli Qərarında çəkişmə prinsipi ilə əlaqədar qeyd edilmişdir ki, qanunverici tərəfindən cinayət mühakimə icraatının çəkişmə prinsipinə müvafiq olaraq həyata keçirilməsinin müəyyənləşdirilməsi, tərəflərin müəyyən hədlərdə prosessual müstəqilliyinin təmin olunmasına, onların prosessual mövqe və məqsədlərinin konkretləşdirilməsinə, həmçinin prosessual funksiyaların tarazlaşdırılmasına yönəlmişdir. İttiham və müdafiə tərəflərinin çəkişməsi cinayət mühakimə icraatının bütün mərhələlərini əhatə edir və məhkəmə tərəfindən qanuni, əsaslı və ədalətli hökm çıxarılmasına şərait yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin qeyd olunur ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam yə obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının izahlarına uyğun olaraq, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuş işin faktiki hallarına əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsinin tələbinə əsasən, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin tələblərini, Azərbaycan Respublikasının Kostitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edildiyi qənaətinə gəlir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası eyni zamanda qeyd olunan halları nəzərə alaraq, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif olunmuş cinayət əməllərini, müvafiq olaraq həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edərək, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən etmir. Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ağır cinayətlər kateqoriyasına, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri isə az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi və cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı olan şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hallar qismində nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2018-ci il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəza çəkməsi üçün ciddi cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası eyni zamanda, Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini, üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını və cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İşdə olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs2 26 avqust 2021-ci il tarixdən hal hazıradək həbsdə saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 1 (bir) il 1 (bir) ay 2 (iki) gün müddət azadlığın məhdulaşdırılmasının 2 il 2 ay 4 gününə bərabər tutulmaqla və həmin müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 9 (doqquz) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Miyusif oğlu məhkəmənin iclas zalında həbsdən dərhal azad olunsun. Təqsirləndirilən şəxs2 Miyusif oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan 07:00-dək olan müddət ərzində yaşayış yerini tərk etməmək, cəza çəkdiyi dövrdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2nın cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2nın faktiki yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddanın, maddi sübutların və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar