Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-442/2024 16.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil X5 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2010 və 2015-ci il təvəllüdlü uşaqları olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 2-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Alı» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Alı» adlı şəxs və qeyriləri «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən külli miqdarda 7041,9 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, 2630,1 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını, külli miqdarda 7659,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən külli miqdarda 6239,5 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda Biləsuvar rayonunda istintaqla dəqiq müəyyən edilməmiş yerdə iki ədəd sintetik kisədə yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu özünə məxsus «Mutsubishi Pajero» markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu ərazisinə gedib şəxsiyyəti istintaqa məlum olmayan «Alı» adlı şəxsin tapşrığına əsasən istintaqa məlum olmayan şəxs tərəfindən həmin yerə qoyulmuş iki ədəd kisədəki 7041,9 qram narkotik vasitə heroini, 2630,1 qram narkotik vasitə həşiş qətranını, 7659,0 qram narkotik vasitə qurudulmuş marixuananı və 6239,5 qram psixotrop maddə metamfetamini əldə edib yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilə qanunsuz daşıyaraq orada saxlamış, əvvəlcədən satışa hazırlamaq məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin 254,8 qramını bir ədəd sellofan bükümdə, psixotrop maddə metamfetaminin 116,5 qramını bir ədəd sellofan bükümdə qablaşdırıb üzərində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə saat 00:10-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4darəyə aparılaraq həmin gün saat 01:15-də üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 254,8 qram çəkidə narkotik vasitə heroin əynindəki gödəkçənin sol yan cibindən bir ədəd bükümdə, külli miqdarda 116,5 qram çəkidə psixotrop maddə metamfetamin gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 02:30da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış massivində yerləşən 1 nömrəli 11A nömrəli mənzilinə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda ayrı-ayrılıqda çəkiləri 982,6 qram, 998,7 qram, 1009,1 qram, 954,1 qram, 923,5 qram, 919,8 qram və 999,3 qram olmaqla ümumi çəkisi 6787,1 qram narkotik vasitə heroin yeddi ədəd sellofan bükümdə, külli miqdarda ayrı-ayrılıqda 1475,0 qram, 1000,0 qram, 477,0 qram, 547,0 qram və 4160,0 qram olmaqla ümumi çəkisi 7659,0 qram narkotik vasitə qurudulmuş marixuana iki ədəd ağ rəngli sintetik torbada, külli miqdarda ayrı-ayrılıqda çəkiləri 630,1 qram, 1000,0 qram və 1000,0 qram olmaqla ümumi çəkisi 2630,1 qram narkotik vasitə həşiş qətranı üç ədəd polietilen bağlamada, külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1016,7 qram, 1030,5 qram, 1018,4 qram, 1021,6 qram, 1018,6 qram və 1017,2 qram olmaqla ümumi çəkisi 6123 qram psixotrop maddə metamfetamin altı ədəd bükümdə və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi eyvandakı iki ədəd ağ rəngli kisədən və bir ədəd qəhvəyi rəngli çantadan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü ona görə qismən təqsirli bilir ki, o, ittihamda göstərilmiş qanunsuz əşyaları Alı adı ilə tanıdığı şəxsin tapşırığı ilə Biləsuvardan Bakıya gətirib öz evinə qoymuşdur. Lakin polis idarəsində üzərinə axtarış keçirilən zaman aşkar edilmiş qanunsuz əşyalar onda olmamışdır, onları polis əməkdaşları üzərinə qoymuşlar. Belə ki, o, tutulmamışdan 3-4 ay əvvəl sosial şəbəkələrdə İİR-nın mobil nömrəsi ilə özünü Alı kimi təqdim edən şəxs ona dostluq təklif etmiş, o da həmin təklifi qəbul etmişdir. Bundan sonra Vatsapp proqramı vasitəsilə əlaqə saxlayıb dostluq münasibətləri yaratmışlar. Pandemiya ilə əlaqədar onun maddi imkanları zəifləmiş, uşağının əməliyyatı üçün pula ehtiyyacı olmuşdur. Banklara müraciət etsə də kredit ala bilməmişdir. Bu problemi ilə Alı ilə bölüşmüş və o, çıxış yolu kimi onun Azərbaycan ərazisinə çatdıracağı narkotik vasitə və psixotrop maddələri götürüb onun bildirdiyi ünvanlara və ya şəxslərə verilməsini, bunun müqabilində hər kq yük üçün 500 manat pulu onun kartına köçürəcəyini bildirmişdir. Qeyd etmək istəyir ki, o, narkoman deyil, heç vaxt narkotik qəbul etməyib və satışı ilə məşğul olmamışdır. Onun 8 və 13 yaşında azyaşlı uşaqları vardır. Fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, yer döşəmələri üzrə mütəxəssis olmuşdur. Uşağının əməliyyatına təcili pul lazım olduğu üçün Alının təklifini qəbul etmişdir. Bundan sonra 25 noyabr 2022-ci il tarixdə «Alı» onunla əlaqə saxlayıb Biləsuvar rayonundan bildirdiyi yerdən 2 ədəd ağ rəngli kisədə olan külli miqdarda narkotik vasitə və psixotrop maddəni götürməsini və Bakı şəhərinə gətirməsini tapşırmışdır. Bu məqsədlə Alı onun telefonuna həmin yerin konumunu atmışdır. Həmin gün günortadan sonra idarə etdiyi «Mutsubishi Pajero» markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsüvar rayonuna getmiş və «Alı»nın «WhatsApp» izahından sonra adı xatrında qalmayan kəndin ərazisindəki kanalın kənarından, kol dibindən içərisində narkotik vasitə heroin, həşiş qətranı, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olan iki ədəd ağ rəngli kisəni götürüb Bakıya gətirmiş və həmin narkotik vasitələri və psixotrop maddəni saxlamaq üçün yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanına aparmış və kisələri eyvanında və mənzilin qonaq otağındakı yeşiyin içərisində ailə üzvlərindən xəbərsiz olaraq saxlamışdır. Alı onunla əlaqə saxlayaraq kisədəki malları bildirdiyi ünvanlara paylamağı desə də o, bunu etməmiş, 5 gün ərzində həmin kisələr onun evində qalmışdır. Alı da onu hədələmişdir ki, onu tutduracaqdır, tutdurdu da. Onu 01 dekabr 2022-ci il tarixdə saat 00:10 radələrində yaşadığı binanın qarşısına gəlib evə qalxmaq istəyəndə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu bildirmişlər. O da artıq geriyə yolu olmadığını anlayaraq etiraf etmişdir ki, evində 2 kisədə qanunsuz əşyalar vardır. Bundan sonra polis əməkdaşları onunla birlikdə evinə keçmiş, həmin kisələri və onun özünü baş idarəyə aparmış, yalnız orada ona təqdim olunmuş müdafiəçi və təhqiqatçı ilə birlikdə yaşadığı Bakı şəhəri, ünvan 6 ünvanına gedərək həmin kisələri evdə götürdükləri yerə qaytarıb qoymaqla videoçəkilişlə baxış keçirib həmin kisələri idarəyə onunla birlikdə aparmış, orada yenə müdafiəçinin iştirakı ilə üzərinə özlərinin qoyduqları bir ədəd sellofan bükümdə 254,8 qram çəkidə narkotik vasitə heroini əynindəki gödəkçənin sol yan cibindən, bir ədəd sellofan bükümdə 116,5 qram çəkidə psixotrop maddə metamfetamin gödəkçəsinin sağ yan cibindən aşkar edərək götürmüşlər. Ona polis əməkdaşları heç bir fiziki zor tətbiq etməmişlər. Sadəcə evindən aşkar olunmuş külli miqdarda qanunsuz əşyaların təsiri altında polislərin onun ciblərinə qoyduqları əşyaları özünə məxsus əşyalar kimi baxış zamanı təhqiqatçıya təqdim etmişdir. Bununla bağlı müdafiəçiyə, prokurora, barəsində həbs qətimkan tədbiri seçmiş hakimə bir söz deməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışan zaman, yəni xx.xx.2022-ci il tarixdə həmkarı Şahid1 Bakı şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib Azərbaycan Respublikası ərazisində qanunsuz dövriyyəsi, yəni satışını həyata keçirməsi barədə məlumat daxil olmuşdur. 30 noyabr 2022-ci il tarixdə Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra Baş İdarə rəsinin əmri ilə ondan, həmkarları Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış massivi, bina biri gizli müşahidəyə alaraq noyabrın 30-dan dekabrın 1-nə keçən gecə saat 00:10-da onu ünvanın qarşısında saxlayaraq ona qanunsuz olaraq qarkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasından şübhələndiklərini bildirərək onlarla birlikdə Baş İdarəyə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək heç bir müqavimət göstərmədən könüllü olaraq onlarla birlikdə Baş İdarəyə getmişdir. Orada onlar Təqsirləndirilən şəxs Baş İdarənin Təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyevə təhvil vermişlər. Sonuncu tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli, uzunqol gödəkcənin sol yan cibindən bir ədəd sellofan bağlamanı, sağ yan cibindən bir ədəd sellofan bağlamanı, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd mənzil açarını, 20 qəpik pulu, iki ədəd «Samsung» markalı mobil telefon aparatlarını və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamalara baxış keçirilən zaman sol yan cibindən çıxardaraq təqdim etdiyi sellofan bağlamanın içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə, sağ yan cibindən aşkar edilmiş sellofan bağlamanın içərisində isə ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzi ilə çəkildikdə içərisində heroinə bənzər kütlə olan sellofan bağlamanın çəkisinin qablaşdırılma ilə birlikdə 257 qram, digər sellofan bağlamadakı ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin isə 118 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin bağlamalar bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamalardan birinin içərisində olan kütlənin narkotik vasitə heroin, digər bağlamadakı kütlənin isə psixotrop maddə metamftetamin olduğunu, həmin maddələri 25 noyabr 2022-ci il tarixdə Biləsuvar rayonu ərazisində «Alı» adlı İran İslm Respublikası vətəndaşının tapşırığı ilə əldə etdiyini, həmin maddələri ona deyilən yerlərə qoymaqla pul əldə etməli olduğunu, yaşadığı Suraxanı rayonunda yerləşən evində də narkotik vasitə və psixotrop maddə saxladığını, mənzilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilə Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə baxış keçirilmiş, orada təhqiqatçı tərəfindən edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddənin qalan hissəsini mənzilində saxladığını bildirərək mənzilin eyvanından iki ədəd ağ rəngli kisəni və bir ədəd qəhvəyi rəngli çantanı təqdim etmişdir. Həmin kisələrə və qəhvəyi rəngli çantaya baxış keçirilərkən ağ rəngli kisələrdən birinin içərisində dörd ədəd sellfoan bağlamada və digər ağ rəngli kisənin içərisində tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, qəhvəyi rəngli çantaya baxış keçirilərkən oradan yeddi ədəd sellofan bağlamada, qəhvəyi rəngli, narkotk vasitə heroinə bənzər kütlə, altı ədəd sellofan bağlamda, ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, üç ədəd sellofan paketdə narkotik vasitə həşiş qətranına bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzi ilə çəkildikdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələlərin ümumi çəkisinin 7 kiloqram 905 qram, heroinə bənzər kütlələrin ümumi çəkisinin 6 kiloqram 825 qram, həşiş qətranına bənzər kütlələrin ümumi təxmini çəkisinin 2 kiloqram 825 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin ümumi təxmini çəkisinin isə 6 kiloqram 155 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin kütlələr və bir ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixdə həmkarı Şahid1 Bakı şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib Azərbaycan Respublikası ərazisində qanunsuz dövriyyəsi, yəni satışını həyata keçirməsi barədə məlumat daxil olmuşdur. 30 noyabr 2022-ci il tarixdə Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra Baş İdarə rəsinin əmri ilə ondan, həmkarları Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış massivi, bina biri gizli müşahidəyə alaraq noyabrın 30-dan dekabrın 1-nə keçən gecə saat 00:10-da onu ünvanın qarşısında saxlayaraq ona qanunsuz olaraq qarkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasından şübhələndiklərini bildirərək onlarla birlikdə Baş İdarəyə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində qanunsuz narkotik vasitə və psixotrop maddələr vardır, onları zakladka etməyə gedirmiş. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən könüllü olaraq onlarla birlikdə Baş İdarəyə getmişdir. Orada onlar Təqsirləndirilən şəxs Baş İdarənin Təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyevə təhvil vermişlər. Sonuncu tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli, uzunqol gödəkcənin sol yan cibindən bir ədəd sellofan bağlamanı, sağ yan cibindən bir ədəd sellofan bağlamanı, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd mənzil açarını, 20 qəpik pulu, iki ədəd «Samsung» markalı mobil telefon aparatlarını və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamalara baxış keçirilən zaman sol yan cibindən çıxardaraq təqdim etdiyi sellofan bağlamanın içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə, sağ yan cibindən aşkar edilmiş sellofan bağlamanın içərisində isə ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzi ilə çəkildikdə içərisində heroinə bənzər kütlə olan sellofan bağlamanın çəkisinin qablaşdırılma ilə birlikdə 257 qram, digər sellofan bağlamadakı ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin isə 118 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin bağlamalar bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamalardan birinin içərisində olan kütlənin narkotik vasitə heroin, digər bağlamadakı kütlənin isə psixotrop maddə metamftetamin olduğunu, həmin maddələri 25 noyabr 2022ci il tarixdə Biləsuvar rayonu ərazisində «Alı» adlı İran İslm Respublikası vətəndaşının tapşırığı ilə əldə etdiyini, həmin maddələri ona deyilən yerlərə qoymaqla pul əldə etməli olduğunu, yaşadığı Suraxanı rayonunda yerləşən evində də narkotik vasitə və psixotrop maddə saxladığını, mənzilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilə Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə baxış keçirilmiş, orada təhqiqatçı tərəfindən edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddənin qalan hissəsini mənzilində saxladığını bildirərək mənzilin eyvanından iki ədəd ağ rəngli kisəni və bir ədəd qəhvəyi rəngli çantanı təqdim etmişdir. Həmin kisələrə və qəhvəyi rəngli çantaya baxış keçirilərkən ağ rəngli kisələrdən birinin içərisində dörd ədəd sellfoan bağlamada və digər ağ rəngli kisənin içərisində tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, qəhvəyi rəngli çantaya baxış keçirilərkən oradan yeddi ədəd sellofan bağlamada, qəhvəyi rəngli, narkotk vasitə heroinə bənzər kütlə, altı ədəd sellofan bağlamda, ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, üç ədəd sellofan paketdə narkotik vasitə həşiş qətranına bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzi ilə çəkildikdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələlərin ümumi çəkisinin 7 kiloqram 905 qram, heroinə bənzər kütlələrin ümumi çəkisinin 6 kiloqram 825 qram, həşiş qətranına bənzər kütlələrin ümumi təxmini çəkisinin 2 kiloqram 825 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin ümumi təxmini çəkisinin isə 6 kiloqram 155 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin kütlələr və bir ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs guya polis idarəsində üzərinə baxış keçirilən zaman paltarlarında heç bir şey aşkar edilməməsinə dair ifadəsi həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs özü saxlanılan zaman bildirmişdir ki, üzərində heroin və psixotrop maddə olan metamfetamin var, bunları zakladkaya, yəni başqa bir şəxsin götürməsi üçün yerləşdirməyə gedirdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavininə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi il əldə edərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan və eyni tarixli Ə410-008-22 nömrəli əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə Şahid1, Şahid2 və Şahid3 Etibar oğlundan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavininə ünvanlanmış xx.xx.2022ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 01 dekabr 2022-ci il tarixdə, saat 00:10 dəqiqəqədə ünvan 7 ünvanını yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, müdafiəçisi 22 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, vedoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə BNMİ-nin İnzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli uzunqol gödəkcəsinin sol yan cibindən 01 ədəd sellofan bağlamanı, sağ yan cibindən 01 ədəd sellofana bağlamanı, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd yaşadığı ünvanın açarını, 20 qəpik pulunu, 01 ədəd içərisində ***-***-**-** saylı GSM nömrə olan, digər telefonunun içərisində nömrə olmayan Samsung markalı mobil telefonlarını və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Üzərindən aşakr edilmiş 20 qəpik pul və yaşadığı mənzilini açarı özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi və 02 ədəd mobil telefon özünə izah edildikdən sonra götürülmüşdür. Sellofan bağlamalara baxış keçirilən zaman Təqsirləndirilən şəxs sol yan cibindən çıxardaraq təqdim etdiyi sellofan bağlamanın içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə, sağ yan cibindən aşkar edilmiş sellofan bağlamanın içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edildi. Sellofan bağlamanın çəkisinin qablaşdırılma ilə birlikdə 257 qram, digər sellofan bağlamadkı ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzə kütlənin çəkisi isə 118 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanan kütlələri xx.xx.2022-ci il tarixdə Biləsuvar rayonu ərazisində “Alı” adlı İİR-nın vətəndaşı vasitəsilə əldə etdiyini və onu 6 aya yaxındır ki tanıdığını, telefonunda nömrəsində qeyd etdiyini, ona deyilən ünvanlara həmin maddələri qoyaraq pul əldə etdiyini, evində də qanunsuz maddələr saxladığını və mənzilə baxış keçirməsinə etiraz etmədiyini, baş idarədə onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısına Təqsirləndirilən şəxs tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, o, narkotik vasitələrin qalan hissəsini saxladığı yaşadığı ünvan 8 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış və götürmə aparılan ünvan ünvan 8 ünvanıdır, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri təqdim etməsi təklif edildikdən sonra o, mənzilin eyvanından 02 ədəd ağ kisəni və 01 ədəd qəhvəyi rəngli çantanı təqdim etmiş və başqa heç bir yerdə narkotik saxlamadığını bildirmişdir. Ağ rəngli kisələrdən 04 ədəd sellofan bağlamada və digər ağ kisənin içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir.Qəhvəyi rəngli çantaya baxıç keçirilən zaman içərisində 07 ədəd sellofan bağlamada qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə, 06 ədəd sellofan bağlamada ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, 03 ədəd sellofan paketdə narkotik vasitə həşiş qətranına bənzər kütlə və 01 ədəd elektron tərəzi olması müəyyən edilmişdir.Həmin marixuanaya bənzər kütlələrin ümumi çəkisi 7 kq 905 qram, heroinə bənzər kütlənin çəkisi 6 kq 825 qram, həşiş qətranına bənzər kütlələrin ümumi təxmini çəkisi 2 kq 825 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin ümumi çəkisi isə 6 kq 155 qram olması müəyyən edilmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş qanunsuz maddələri “Alı” adlı İİR-nın vətəndaşı vasitəsilə Biləsuvar rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 01 dekabr 2022-ci il tarixli 6/6843 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 116,5 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 254,8 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasıtə heroindir. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...» və s. yazılar, imzalar olan çantadakı 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1016,7qram; 1030,5qram; 1018,4qram; 1021,6qram; 1018,6qram; 1017,2qram; ümumi təmiz çəkiləri 6123 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 982,6qram; 998,7qram; 1009,1qram; 954,1qram; 923,5qram; 919.8qram: 999,3qram; ümumi təmiz çəkiləri 6787,1qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasltə heroindir, elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş ümumi təmiz çəkiləri 7041,9 qram olan heroin kütlələri öz aralarında, həmçinin həmin şəxsin üzərindən və yaşadığı ünvandan aşkar edilmiş ümumi təmiz çəkiləri 6239,5 qram olan metamfetamin kütlələri də öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli 7/1365 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Təqsirləndirilən şəxs ünvanından aşkar olunmuş» yazılar və imzalar olan ağ rəngli sintetik torbada 4 ədəd üzərləri skoçla bağlanmış polietilen bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 1475,0qram; 1000,0qram; 477,0qram; 547,0qram, ümumi çəkisi 3499,0qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvanından aşkar edilmiş» yazılar və imzalar olan ağ rəngli sintetik torbada təmiz çəkisi 4160,0qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş marixuanaların ümumi çəkisi 7659,0qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş» yazılar və imzalar olan qəhvəyi rəngli əl çantasındakı 3 ədəd polietilen bağlamada, üzərində «MAFİA» yazısı olan alüminium folqa paketlərdə, sollafan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 630,1qram; 1000,0qram; 1000,0qram, ümumi çəkisi 2630,1qram maddələr (bitki mənşəli kütlələr), narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə həşiş qatranlarıdır. Təqdim olunmuş həşiş qətranları tərkiblərinə görə eynidir. Təqdim olunmuş əl çantasında olan 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Ekspertiza tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 7658,75 qram, həşiş qətranının qalıq çəkisi 2629,95 qram, heroinin qalıq çəkisi 7041,74 qram və psiotrop maddə metamfetaminin qalıq çəkisi 6239,36 qram təşkil etimişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 X11 X7 20 fevral 2023-cü il tarixli 963 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkimir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung Galaxy S9» markalı mobil telefon aparatına baxış keçirildi və müəyyən edildi ki, telefon aparatının «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs İran İslam Respublikasının mobil operatoruna məxsus +98 914 819 9960, +98 991 166 9434 və +98 936 462 4035 nömrələrlə əlaqə saxlamış, qeyd edilən nömrələrlə aparılan yazışmalar silinmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 ay həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə BNMİ-nin “əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 008-1042-1223 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti dəqiqləşdirilə bilməmiş İİR-ı vətəndaşı qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz yayılması ilə bağlı Təqsirləndirilən şəxsla qabaqcadan razılığa gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixtrop maddəni naməlum vaxtda Biləsuvar rayon ərazisindən əvvəlcədən təyin edilən yerdən götürərək Bakı şəhərinə qanunsuz daşıyaraq mənzilində saxlamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, narkotik vasitələrinin və psixotrop maddənin mənbəyini müəyyən etmək üçün cinayət işindən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materialları və maddi sübutlarla təqsirləndirilən şəxsin və onun müdafiəçisinin tanış etmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin materialları ilə tanış olmuş, heç bir etiraz və vəsatətlərinin olmadığını bildirmişdir. Məhkəmədə tədqiq olunmuş «maddi sübut kimi tanıma haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra 01 ədəd kisədə qablaşdırılmış ekspertiza tədqiqatından sonra çəkisi 7041,74 qram heroin, qalıq çəkisi 6239,36 qram metamfetamin, 02 ədəd ağ kisədə qablaşdırılmış qalıq çəkisi 7658,75 qram qurudulmuş marixuana, 01 ədəd qəhvəyi rəngli kağız torbada qablaşdırılmış çəkisi 2629,95 qram həşiş qətranı və bir ədəd elektron tərəzi BMCMİ-nin saxlanılma kamerasına təhvil verilmiş, 01 ədəd “Samsung Galaxy s9” markalı mobil telefon cinayət işinin materiallarında saxlanılmış və 02 ədəd DVD-R diski cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o ailəlidir, himayəsində 2010 və 2015-cü il təvəllüdlü uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsn Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə xx.xx.2022-ci il tarixli izahatından, eyni tarixli müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində və xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən müəyyən olunur ki, aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri o “Alı” adlı iranlının konum atdığı Biləsuvar rayonundan xx.xx.2022-ci il tarixdə gedib götürmüş və Bakı şəhərində yaşadığı ünvanda saxlamışdır.xx.xx.2022-ci il tarixdə gecə saat 00:10 dəqiqədə yaşadığı binanın qarşısında saxlanılmış, polis idarəsində üzərindən heroin və metamfetamin aşkar edilmiş, evində isə külli miqdarda heroin, metamfetamin, marixuana, həşiş qətranı və elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli həmçinin əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, videoçəkilişlə keçirilmiş baxış və axtarış protokolları və ona əlavə olunmuş DVD diskdəki görüntülərlə, telefonda aşkar edilmiş məlumatlarla, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda BMCMİ-nin saxlanılma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 01 ədəd kisədə qablaşdırılmış ekspertiza tədqiqatından sonra çəkisi 7041,74 qram olan heroin, qalıq çəkisi 6239,36 qram olan metamfetamin, 02 ədəd ağ kisədə qablaşdırılmış qalıq çəkisi 7658,75 qram olan qurudulmuş marixuana, 01 ədəd qəhvəyi rəngli kağız torbada qablaşdırılmış çəkisi 2629,95 qram olan həşiş qətranı və bir ədəd elektron tərəzi məhv edilməli, maddi sübuti əhəmiyyət kəsb etdiyindən 01 ədəd “Samsun Galaxy S9” markalı mobil telefon cinayət işinin materiallarında saxlanılmalı və 02 ədəd DVD-R diski cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 181 (bir yüz səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi1 üçün isə 500 AZN (beş yüz manat) pul “Verdiktum” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra 01 ədəd kisədə qablaşdırılmış çəkisi 7041,74 qram olan heroin, qalıq çəkisi 6239,36 qram olan metamfetamin, 02 ədəd ağ kisədə qablaşdırılmış qalıq çəkisi 7658,75 qram olan qurudulmuş marixuana, 01 ədəd qəhvəyi rəngli kağız torbada qablaşdırılmış çəkisi 2629,95 qram olan həşiş qətranı və bir ədəd elektron tərəzi məhv edilsin, maddi sübuti əhəmiyyət kəsb etdiyindən 01 ədəd “Samsun Galaxy S9” markalı mobil telefon cinayət işinin materiallarında saxlanılsın və 02 ədəd DVD-R diski cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 181 (bir yüz səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 500 AZN ( beş yüz manat) pul “Verdiktum” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-442/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-442/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver