Məhkəmə qərarları › İş №1(101)-442/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-442/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-442/2025 23.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri, X1, X4, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X5, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi “Alyans” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1998-ci ildə Saatlı rayonu, Sımadakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Saatlı rayonu, Sımadakənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, ev 192, blok E, nömrəsiz mənzildə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə başqa şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən X11 Universitetinin Orta Asiya və Qafqaz üzrə nümayəndəsi kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək heç bir səlahiyyətə malik olmadığı halda, onun xx.xx.2005-ci il təvəllüdlü övladı X22 tələbə kimi X11 Universitetinin Tibb Fakültəsinin bakalavr pilləsinə qəbul etdirəcəyinə dair yalandan vəd verib aldadaraq 28 aprel 2023-cü il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən «Tech Plaza» biznes mərkəzinin 2-ci mərtəbəsindəki 209 nömrəli ofis otağında Zərərçəkmiş şəxsnm milli valyuta ilə 98600 (doxsan səkkiz min altı yüz) manat ekvivalentində 58000 (əlli səkkiz min) ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 98600 (doxsan səkkiz min altı yüz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Təqsirləndirilən şəxs ifadələrində ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o beş ildir ki, bu işlə məşğul olur. Birinci dəfədir ki, problemlə qarşılaşır. Onun Zərərçəkmiş şəxs aldatmaq niyyəti olmayıb. O, qarşı tərəflə İstanbul Cerrahpaşa Universitetində övladlarını tibb fakültəsinə qəbul etdirmək barədə razılaşmışlar. Türkiyədə uşaqları instttuta düzəltməklə məşqul olan şəxslər üç ildir ki, işləyib uşaqları institutlara düzəltməklə məşqul olumuşdur. Sonuncu dəfə problemlə qarşılaşmışdır. Zərərçəkmiş şəxspn aldığı pulu alıb işi düzəltmədilər. Həmin şəxslər iki-üç aya problemi həll edəcəklərini demişdilər, lakin həll edə bilmədilər. O, pulun qaytarılmasını tələb etmiş, lakin həmin şəxslər qaytara bilməmişdirlər. Qeyd edir ki, o, zərərçəkmiş şəxsdən 50 min dollar almışdır, həmin məbələğin on buş min dollar qaytarmışdır. Həmin vaxto, "xxxx" MMC-də işləmişdir. O, 2019-cu ildən bu işlə məşğul olurdu. Türkiyədə fond var idi, bu fonda iyanə etməklə, tələbə qəbul olunurdu. Tələbə qəbulu imtahansız həyata keçirilirdi. O, özünə həmin puldan 10 min dollar pul götürmüşdür. O, ilk öncə 58 min dollar almış, həmin puldan 8 min dollar Fatih bəy özünə götürmüşdür. 50 min dollar notariat qaydada ona verilib. Görüntüdə 58 min dollar almış, sonradan 50 min dollar notariat qaydada almışdır. Elza xanım əvvəlcə Fatih bəy ilə danışmışdı. 8 min dolların Fatih bəyə verdiyini Elza xanıma demişdir. X33 iş gördüyü şəxsdir. O, X44 göndərmişdir. Kaya Yılmaza 40 min dollar göndərmişdir. X46 Bakıya gələndə onun özünə vermişdir. X44 verdiyindən Elza xanımın sonradan xəbəri olmuşdur. Elgiz adlı şəxs onun şəriki idi, şirkətdə ikisi də təsisçi idilər. Bu işi görməyə başlayanda Elgizlə yolları artıq ayrılmışdı. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Əvvəllər universitetə tələbə qəbul etmişdir. Həmin adamları məhkəməyə şahid kimi dəvət edə bilər. Elza xanıma övladının universitetə qəbul etdirmıyi o, özü vəd etmişdir. 58 min dollardan 40 min dollarını Türkiyə tərəfi, 10 min dollarını o, 8 min dolları isə Fatih bəy götürb. O bu işləri birbaşa görə bilməzdi. 2021-ci ildən həmin şəxslərlə işləyirdi deyə, onlara güvənmişdir. İndiyə qədər Kaya Yılmaza köçürülən pula görə qəbz verilməyib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı göstərmişdir ki, Saatlı rayonu, Sımadakənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, ev 192, blok E, nömrəsiz mənzildə yaşayır. 2016-2020-ci illərdə əyani qaydada Türkiyə Respublikası Konya X18 Universitetinin səhiyyə idarə etməsi ixtisası üzrə bakalavr pilləsində təhsil almışdır və 2020-ci ildə həmin universitetin qeyd olunan ixtisas üzrə bakalavr pilləsini bitirmişdir. 2020-ci ildə tanışı Şahid4 ilə birlikdə Bakı şəhərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişlər. "xxxx" MMC-nin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası vətəndaşı olan abituriyentlərin Türkiyə Respublikasında fəaliyyət göstərən universitetlərə qəbulu ilə bağlı zəruri təşkilati işlərin görülməsindən, o cümlədən abituriyentlərə qəbul imtahanları və qəbuldan sonra yataqxana və sair məsələlər barədə zəruri informasiyanın verilməsindən ibarət olmuşdur. "xxxx" MMC-nin ofisi ünvan 2 ünvanında - «AAF Mall» ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşir. İnternet şəbəkəsində "xxxx" MMC-yə aid reklam xarakterli «osmanligroup.az» saytı, «İnstagram» sosial şəbəkəsində isə «Elektron ünvan » səhifəsi fəaliyyət göstərir. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Tech Plaza» biznes mərkəzində fəaliyyət göstərən «X37 Merkezleri» Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiçi və direktoru, Türkiyə Respublikasının vətəndaşı Şahid3 2022-ci ilin iyun ayından etibarən tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. Şahid3 uzun müddətdir ki, Bakı şəhərində Azərbaycan Respublikası vətəndaşı olan abituriyentlərin Türkiyə Respublikasında fəaliyyət göstərən universitetlərə qəbulunun təşkili ilə məşğul olur. Məhz bununla əlaqədar Şahid3la 2022-ci ildə Bakı şəhərində aralarında tanışlıq münasibətləri yaranmışdır. Şahid3 təsisçisi və direktoru olduğu «X37 Merkezleri» MMC-nin fəaliyyəti ilə bağlı «İnstagram» sosial şəbəkəsində reklam xarakterli «cağdas.edu.az» səhifəsi mövcuddur. Bakı şəhər sakini Zərərçəkmiş şəxs 2023-cü ilin aprel ayından etibarən tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. 2023-cü ilin aprel ayında Şahid3 ona zəng edərək Zərərçəkmiş şəxs 2005-ci il təvəllüdlü övladı X16 X11 Universitetinin tibbi fakültəsinə tələbə kimi qəbul olunmasına köməklik göstərməsini xahiş etmişdir. Bununla əlaqədar Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən tanışı, Türkiyə Respublikasının vətəndaşı olan Kaya Yılmaza zəng vurub onunla ətraflı danışmışdır. Kaya Yılmaz 40000 (qırx min) ABŞ dolları müqabilində X22 qəbul imtahanı vermədən X11 Universitetinin tibbi fakültəsinə tələbə kimi qəbul etdirəcəyini vəd etmişdir. X40 əvvəllər dəfələrlə Azərbaycan Respublikası vətəndaşı olan bir neçə abituriyenti Türkiyə Respublikasında fəaliyyət göstərən universitetlərə qəbul etdirdiyi üçün ona arxayın olub Şahid3la danışaraq Zərərçəkmiş şəxs 50000 (əlli min) ABŞ dolları verəcəyi təqdirdə onun övladı X22 X11 Universitetinin tibbi fakültəsinə tələbə kimi qəbul etdirə biləcəyini vəd etmişdir. Qərara gəlmişdir ki, həmin vəsaitin 40000 (qırx min) ABŞ dollarını Kaya Yılmaza göndərib yerdə qalan 10000 (on min) ABŞ dollarını qazanc kimi özünə götürsün. Şahid3 onunla razılaşaraq bu barədə Zərərçəkmiş şəxs ilə danışacağını bildirmişdir. Elə həmin ərəfələrdə Şahid3 bu barədə Zərərçəkmiş şəxs ilə danışaraq onun 50000 (əlli min) ABŞ dolları verməyə razılaşdığını demişdir. Bu söhbətdən bir müddət sonra 27 aprel 2023-cü il tarixdə axşam saatlarında Şahid3, Zərərçəkmiş şəxs və sonuncunun əri X12 rayonu, Təbriz küçəsində yerləşən «Bakı» restoranında görüşüb şam etmişlər. Söhbət zamanı Zərərçəkmiş şəxs İstanbul şəhərində yaşayan tanışının vasitəsilə X22 X11 Universitetinin tibbi fakültəsinə tələbə kimi qəbul etdirəcəyini söyləmişdir. Zərərçəkmiş şəxs minnətdarlıq edərək bu məqsədlə tezliklə istədikləri məbləği təşkil edəcəyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs ilə aralarında konkret məbləğ barədə danışıq olmasa da, övladının tələbə kimi X11 Universitetinin tibb fakültəsinə qəbul olunması üçün Şahid3 Zərərçəkmiş şəxs 50000 (əlli min) ABŞ dolları istədiyini yəqin etmişdir. Yemək əsnasında Elza xanımın xahişi ilə birlikdə xatirə üçün fotoşəkil çəkdirmişlər. Zərərçəkmiş şəxs və əri Ramil Binnətovla danışıb razılaşdıqdan sonra növbəti gün, yəni 28 aprel 2023-cü il tarixdə saat 12 radələrində Şahid3 ofisində görüşməyi qərara almışlar. 28 aprel 2023-cü il tarixdə saat 12 radələrində Şahid3la onun Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Tech Plaza» biznes mərkəzinin ikinci mərtəbəsindəki ofisdə görüşmüşlər. Həmin vaxt Şahid3 Zərərçəkmiş şəxs övladının X11 Universitetinin tibb fakültəsinə qəbul olunması üçün 58000 (əlli səkkiz min) ABŞ dolları istədiyini bildirib həmin məbləğin 8000 (səkkiz min) ABŞ dollarını zəhməthaqqı kimi özünə götürəcəyini demişdir. Fatihlə razılaşaraq ona etiraz etməmişdir. Fatihlə görüşdən bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs anası Tərlan xanımla birlikdə Fatihin ofisinə gəlmişlər. Hal-əhval tutduqdan sonra Elza anası Tərlanın çantasından 58000 (əlli səkkiz min) ABŞ dolları pul çıxarıb Şahid3la birlikdə ona verərək saymalarını xahiş etmiş və hər ehtimala qarşı öz mobil telefonu ilə videoçəkiliş aparmaq istədiyini demişdir. O, heç bir etiraz etməmiş və Şahid3la birgə pulu sayarkən Elza xanım öz mobil telefonu ilə onların videogörüntülərini çəkmişdir. Həmin vaxt Şahid3 Elza xanıma həmin məbləği notarial qaydada müqavilə bağlamaqla ona verəcəyini demişdir. Elza və anası Tərlan getdikdən sonra Şahid3 həmin vəsaitdən 8000 (səkkiz min) ABŞ dolları məbləğində pulu sayıb özünə götürərək ona notarial qaydada borc müqaviləsi bağlamaqla cəmi 50000 (əlli min) ABŞ dolları verəcəyini demişdir. Həmin vaxt Fatihdən niyə görə pulu ona notarial qaydada borc müqaviləsi bağlayaraq vermək istədiyini soruşduqda Fatih özünü sığortalamaq üçün belə qərara gəldiyini bildirmişdir. Etiraz etməyərək həmin gün saat 15 radələrində Fatihin dəvəti ilə onunla birlikdə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən 3 saylı notariat ofisinə getmişdir. Orada Şahid3la kredit müqaviləsi bağlamışlar və Fatih notarius vasitəsilə ona 84850 (səksən dörd min səkkiz yüz əlli) manat məbləğində pul vermişdir. Notariat ofisindən çıxdıqdan sonra Fatihlə birlikdə yaxınlıqda yerləşən «Coffeemania» kafesində əyləşib kofe içmişlər. Bu zaman Fatih verdiyi məbləğin 34000 (otuz dörd min) manatını ona qaytarmasını xahiş edərək həmin məbləği ümumi tanışları, əvvəllər onun şəriki olmuş Şahid4 yanında ona verəcəyini vəd etmişdir. Etiraz etməyib razılaşaraq notariat ofisində aldığı 84850 (səksən dörd min səkkiz yüz əlli) manat pulun 34000 (otuz dörd min) manatını sayıb Fatihə vermişdir. Növbəti gün, yəni 29 aprel 2023-cü il tarixdə Fatihin təklifi ilə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Mado» restoranında Fatihlə birlikdə Şahid4 ilə görüşmüşlər. Fatih Elza xanımın övladı X16 işi ilə bağlı Elgizə danışaraq Kamal Qocalının X11 Universitetinin tibb fakültəsinə qəbul olunması üçün Elza xanımın ona 50000 (əlli min) ABŞ dolları pul verdiyini bildirmişdir. O, bunu təsdiq edərək Elgizə həqiqətən də bu məqsədlə notarial qaydada Fatihdən 84850 (səksən dörd min səkkiz yüz əlli) manat pul aldığını, lakin Fatihin həmin vəsaitin 34000 (otuz dörd min) manatını ondan geri alaraq həmin məbləği onun iştirakı ilə vermək istədiyini demişdir. Bundan sonra Fatih Elgizin yanında ona 33000 (otuz üç min) manat pul vermişdir. Sonradan bu barədə Fatihlə danışaraq etirazını bildirdikdə Fatih ehtiyacı olduğu üçün həmin 1000 (bir min) manatı özünə götürdüyünü demişdir. Elzanın verdiyi məbləğin 8000 (səkkiz min) ABŞ dollarını və 1000 (bir min) manatını beləcə, Fatih özünə götürmüşdür. Elə həmin ərəfələrdə Elza xanımdan əldə etdikləri pulu yenidən ABŞ dollarına dəyişib 40000 (qırx min) ABŞ dolları təşkil edərək tanımadığı şəxsin vasitəsilə İstanbul şəhərində yaşayan Kaya Yılmaza göndərmişdir. Yerdə qalan təxminən 9400 (doqquz min dörd yüz) ABŞ dolları məbləğində pulu isə qazanc kimi özünə götürmüşdür. Həmin məbləği qısa müddət ərzində öz şəxsi ehtiyaclarına sərf edib xərcləmişdir. Kaya X3 2023-cü ilin sentyabr ayında X11 Universitetinin tibb fakültəsinin İ kursunda tələbə kimi əyani olaraq təhsil almağa başlayacağını vəd etsə də, ona dəqiq məlum olmayan səbəblərdən Kamal Qocalı universitetə qəbul olunmamışdır. 2023-cü ilin sentyabr ayında Kaya Yılmazla zəngləşərək bunun səbəbini soruşduqda Kaya Yılmaz həmin universitet tərəfindən xarici vətəndaşların tələbə kimi qəbulunun müvəqqəti olaraq dayandırıldığını bildirmişdir. Kaya Yılmaz tezliklə Zərərçəkmiş şəxs məxsus 40000 (qırx min) ABŞ dollarını qaytaracağını vəd etsə də, həmin pulu qaytarmamışdır. 40000 (qırx min) ABŞ dolları məbləğində pul vəsaitini Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan Kaya Yılmaza göndərdiyi həmin şəxsi tanımır. Həmin şəxs Türkiyə Respublikasının vətəndaşı olmuş və həmin şəxsin telefon nömrəsini Kaya Yılmazdan əldə etmişdir. Bundan sonra 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhərində həmin şəxslə görüşüb Kaya Yılmaza çatdırması üçün həmin şəxsə 40000 (qırx min) ABŞ dolları pul vermişdir. Həmin şəxsin telefon nömrəsini xatırlamır. Kaya Yılmazla adətən «WhatsApp» vasitəsilə əlaqə saxlayıb danışmışlar, lakin onun mobil telefon nömrəsini xatırlamır. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs öz oğlunu Türkiyədə universitetə qəbulu ilə bağlı tanımışdır. Bir gün “İnstaqram” sosial şəbəkəsində İstanbul Cərrahpaşa Universitetinə qəbulla bağlı “Çağdaş Eğitim” şirkətinin elanı çıxdı. O, telefon vasitəsi ilə əlaqə saxlayıb, oranın rəhbəri Şahid3la görüşmüşdür. O, digər Türkiyə universitlərinə necə qəbul olunmaqla maraqlanmış, lakin İstanbul Cərrahpaşa Universitetinə qəbulla bağlı heç nə tapa bilmədiyinə görə, onlardan maraqlanmaq istəmişdir ki, qəbul necə olur. Fevral ayı idi, ona hazırda ora qəbul olmadığını, olanda onunla əlaqə saxlayacaqlarını bildirmişlər. O, bir ay sonra yenidən onlarla əlaqə saxlamışdır. Ona tələbə qəbulunun həyata keçirildiyini bildirdilər. Əvvəlcə Fatih bəylə universitetə qəbulun hansı qaydada olması barədə telefon vasitəsi ilə mesajlaşmışlar, sonra da Fatih bəylə görüşdülər. Fatih bəy hazırda aktiv qəbullarının olduğunu və 100 faiz qəbul veriləcəyini bildirdi. Fatih bəy əvvəlcə 60 min dollar istədi, sonradan 58 min dollara razılaşmışlar. Fatih bəy onlara dedi ki, bu işi «X28» həyata keçirir, onları həmin şirkətin nümayəndəsi ilə tanış edəcək. Fatih bəy X13 nümayəndəsi kimi Təqsirləndirilən şəxs ona təqdim etdi. Onlar Şəxsət bəylə tanış olub razılaşmışlar. Sonra onlardan sənədləri istədilər, onlar da öz növbələrində sənədləri təqdim etdilər. Pulun əvvəlcədən ödənilməsini istədilər və onlara yüksək vəzifəli şəxslərin övladlarının universitetə qəbul sənədlərini göstərdilər. Şəxsət bəy onlara bildirdi ki, əgər alınmasa sentyabr ayında pulu geri qaytaracaq, lakin qaytarmadı. O, 2023-cü ilin noyabr ayında hüquq mühafizə orqanlarına şikayət etmişdir. İndi də pulunun qayatarılmasını tələb edir. Şahid3 özünü “X34”-nin rəhbəri kimi təqdim etmişdir. Şəxsət bəy özünü «X19» nümayəndəsi kimi təqdim etmişdir. Onun verdiyi 58 min dollar pulun bölüşdürülməsindən xəbəri olmayıb. Elgiz ona Şəxsət bəylə artıq işləmədiyini bildirmişdi. O, Pulu Fatih bəyə və Şəxsət bəyə vermişdir. Pulu geri qaytarmağı hər ikisi vəd etmişdi. Şəxsət bəy universitetə qəbul etdirdiyi şəxslər barədə sənədləri telefonda göstərmişdi.. Pulu övladının universitetə qəbul edilməsi üçün vermişdir. Fatih bəy və Şəxsət bəylə borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsi bağlamağı onlar təklif etmişdilər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Ona dedilər ki, notariat qaydada pulu verməyə ehtiyac yoxdur, ona görə video çəkiliş vasitəsi ilə pulu vermişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, ünvan 3 ünvanda yaşayır. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 85K ünvanında yerləşən "xxxx" MMC- də həkim-uroloq vəzifəsində işləyir. 2005-ci il təvəllüdlü övladı X32 14 iyun 2023-cü ildə ünvan 5 ünvanında yerləşən X20 Respublika Liseyini bitirmişdir. Övladı Kamal hələ X20 Respublika Liseyində təhsil alarkən onun liseyi bitirdikdən sonra Türkiyə Respublikasının dövlət universitetlərinin birində tibb fakültəsində ali təhsil almasını istəmiş, Kamal özü də bunu arzu etmişdir. 2023-cü ilin mart ayında yaşadığı ünvanda «İnstagram» sosial şəbəkəsində təsadüfən Bakı şəhərində fəaliyyət göstərən «cağdas.edu.az» saytının instaqram səhifəsində həmin şirkət tərəfindən Türkiyə Respublikasının tanınmış 10 universitetində - Atatürk, Eskişehir Osmangazi, X42, Bolu Abant, Bursa Uludağ, X29, İzmir 9 Eylül, Mersin, Alanya və X11 universitetlərində bakalavr və magistr təhsili üçün qəbul təşkil etməsinə dair reklam xarakterli məlumatların yerləşdirildiyini görmüşdür. Oğlu Kamahn liseyi bitirdikdən sonra X11 Universitetinin tibbi fakültəsində təhsil almasını istədiyi üçün əvvəlcə «İnstagram» sosial şəbəkəsində «cağdas.edu.az» saytının instaqram səhifəsinə yazaraq X11 Universitetinin Tibb Fakültəsinin bakalavr pilləsinə qəbulla bağlı maraqlanmışdır. Özünü ona «X37 Merkezleri» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edən Şahid3 adlı şəxs «İnstagram»-da onun suallarını cavablandırıraq bu məqsədlə onu həmin şirkətlə müştərək fəaliyyət göstərən digər şirkətin nümayəndəsi Şəxsət adlı şəxslə tanış edəcəyini bildirmişdir. Şahid3 ***-***-**-** mobil telefon nömrəsini ona verərək hər hansı sualı olarsa, «WhatsApp» vasitəsilə həmin nömrəyə yazmasını təklif etmiş və ətraflı söhbət etmək üçün onu Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Tech Plaza» biznes mərkəzindəki ofisinə dəvət etmişdir. 2023-cü ilin mart ayının sonlarında bununla əlaqədar Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Tech Plaza» biznes mərkəzinə gedib orada 2-ci mərtəbədə yerləşən ofisdə Şahid3la görüşmüşdür. Söhbət əsnasında oğlu Kamalın barəsində ətraflı məlumat verərək onun X20 Respublika Liseyində təhsil aldığını və 2023-cü ilin iyun ayında artıq liseyi bitirəcəyini bildirib X11 Universitetinin Tibb Fakültəsinin bakalavr pilləsinə xaricdən tələbə qəbul limitinin bitibbitmədiyini soruşmuşdur. Şahid3 cavabında X11 Universitetinin Tibb Fakültəsinin bakalavr pilləsinə xaricdən tələbə qəbulu üçün hələ kontenjanm, yəni limitin açılmadığını bildirib bir müddət gözləməyi tövsiyə etmişdir. Həmin ərəfələrdə, yəni 2023-cü ilin aprel ayında «WhatsApp» vasitəsilə oğlu Kamala məxsus sənədlərin şəkilini Şahid3 göndərmiş və ona yazaraq X11 Universitetinin Tibb Fakültəsinin bakalavr pilləsinə xaricdən qəbul üçün limitin açılıb- açılmadığmı soruşmuşdur. Şahid3 cavabında X11 Universitetinin Bakı şəhərində nümayəndəsinin fəaliyyət göstərdiyini bildirib həmin şəxslə əlaqə saxlayaraq X11 Universitetinə xaricdən tələbə qəbulu üçün limitin açılıb-açılmadığını və qəbul üçün tələb olunan məsrəflər barədə maraqlanıb ona cavab verəcəyini bildirmişdir. Elə həmin gün Şahid3 «WhatsApp» vasitəsilə ona yazaraq X11 Universitetinin Bakı şəhərində fəaliyyət göstərən nümayəndəsi ilə danışdığını, universitetdə xaricdən tələbə qəbulu üçün limitin açıldığını və tibb fakültəsində tələbə qəbulu üçün boş yerlərin mövcud olduğunu bildirib qəbul üçün 65000 (altmış beş min) ABŞ dolları tələb olunduğunu demişdir. Bu zaman onun tərəddüd etdiyini görən Şahid3 65000 (altmış beş min) ABŞ dolları müqabilində oğlu Kamalın imtahan vermədən X11 Universitetinin Tibb Fakültəsinin bakalavr pilləsinə qəbul olunacağını, yataqxana, habelə digər məsrəflərin də həmin məbləğə daxil olduğunu və Kamalın həmin universitetə qəbulu üçün tam əminliklə 100 faiz qarantiya verdiyini demişdir. Şahid3 yazaraq 65000 (altmış beş min) ABŞ dollarına gücü çatmadığını bildirib ona mümkün qədər güzəşt etməsini xahiş etmişdir. Şahid3 bir qədər düşündükdən sonra 58000 (əlli səkkiz min) ABŞ dolları müqabilində oğlu Kamalı X11 Universitetinin Tibb Fakültəsinin bakalavr pilləsinə qəbul etdirəcəyini vəd etmişdir. Bu zaman onun yenə tərəddüd etdiyini görən Şahid3 X11 Universitetinə tələbə qəbulu ilə bağlı onunla müştərək fəaliyyət göstərən şirkətin nümayəndəsi ilə birlikdə görüşüb ətraflı söhbət etməyi təklif etmişdir. Razılaşmış və təxminən 2-3 gün sonra axşam saat 19 radələrində əri Şahid2lə birlikdə Nərimanov rayonu ərazisində yerləşən «Şuşa» restoranında Şahid3la görüşmüşlər. Həmin vaxt Şahid3 yanında olan Təqsirləndirilən şəxs ilə onları tanış edərək X11 Universitetinə tələbə qəbulu ilə bağlı Şəxsətlə müştərək fəaliyyət göstərdiklərini və əvvəllər Şəxsətlə birlikdə bir neçə abituriyenti həmin universitetə tələbə kimi qəbul etdirdiklərini bildirmişdir. Söhbət əsnasında Şəxsət özü barədə ətraflı danışaraq tələbə qəbulu üzrə X11 Universitetinin Orta Asiya və Qafqaz regionu üzrə nümayəndəsi vəzifəsində işlədiyini bildirib müxtəlif şəxslərin X11 Universitetinə qəbulu ilə bağlı bəzi sənədləri onlara təqdim etmişdir. Əri Ramillə birlikdə Şəxsətin təqdim etdikləri sənədlərlə tanış olduqdan sonra daha heç bir tərəddüd etməmişlər. Söhbət zamanı Şəxsət Şahid3 dediklərini təsdiq edərək 58000 (əlli səkkiz min) ABŞ dolları verəcəkləri təqdirdə övladları Kamah imtahan vermədən X11 Universitetinin Tibb Fakültəsinin bakalavr pilləsinə qəbul etdirəcəyini və 2023-cü ilin sentyabr ayının birinci həftəsində Kamalın həmin universitetə qəbulu ilə bağlı onlara rəsmi cavab təqdim edəcəyini vəd etmişdir. Əri ilə birlikdə Şahid3 və Şəxsətə inanaraq razılaşıb pulu vermək üçün növbəti gün, yəni 28 aprel 2023-cü il tarixdə saat 12 radələrində Fatihin ofisində görüşməyi qərara almışlar. 28 aprel 2023-cü il tarixdə saat 12 radələrində evdən 100-lük əskinaslardan ibarət 58000 (əlli səkkiz min) ABŞ dolları məbləğində pul götürüb anası Şahid1 ilə birlikdə idarə etdiyi avtomobillə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Tech Plaza» biznes mərkəzinə getmişlər. Mərkəzin birinci mərtəbəsində Şahid3 hazırda adını xatırlamadığı qadın işçisi onları qarşılayıb lift vasitəsilə ikinci mərtəbəyə qaldırmışdır. Şahid3 Şəxsətlə birlikdə onu və anasını öz ofisində qəbul etmişdir. Haləhval tutduqdan sonra Şahid3la Şəxsətə üzünü tutaraq oğlu X9 Dövlət Universitetinin Tibb Fakültəsinin bakalavr pilləsinə qəbul olunması üçün 58000 (əlli səkkiz min) ABŞ dolları məbləğində pulu gətirdiyini bildirib hər ehtimala qarşı notariat ofisinə gedib notarial qaydada müqavilə bağlamaqla həmin vəsaiti onlara verəcəyini demişdir. Həmin vaxt Şahid3 və Şəxsət narahatçılığa əsas olmadığını bildirsələr də, onlardan tələb etmişdir ki, pulu qəbul etmələrinə dair mütləq ona hər hansı bir sənəd təqdim etsinlər. Bunu görən Şahid3 və Şəxsət arxayın olması üçün 58000 (əlli səkkiz min) ABŞ dollarını ondan guya X43 Mərkəzinin filialının açılışı üçün borc qismində aldıqlarına dair əlyazma sənəd tərtib edib verəcəklərini bildirib pulu verən zaman öz mobil telefonu ilə videoçəkiliş aparmasını təklif etmişlər. Daha tərədüdd etməyib razılaşmış və Şahid3la Şəxsətə 58000 (əlli səkkiz min) ABŞ dolları verməsinə dair öz dəsti-xətti ilə A4 formatlı vərəqdə yazıb imzalamışdır. Şahid3 və Şəxsət həmin vərəqi imzaladıqdan sonra ofisdə onlara 58000 (əlli səkkiz min) ABŞ dolları vermişdir. Şahid3 və Şəxsət pulu qəbul edib sayan zaman «Samsung 8S» markalı mobil telefonu ilə onların videogörüntülərini çəkmişdir. Şahid3 və Şəxsət 58000 (əlli səkkiz min) ABŞ dollarını sayıb qəbul etdikdən sonra ona bir daha arxayın olmasını bildirib övladı Kamalı imtahan vermədən X11 Universitetinin Tibb Fakültəsinin bakalavr pilləsinə qəbul etdirəcəklərini və 2023-cü ilin sentyabr ayının birinci həftəsində Kamalın həmin universitetə qəbulu ilə bağlı rəsmi cavab təqdim edəcəklərini vəd etmişlər. Bundan sonra o, anası ilə birlikdə sağollaşıb ofisi tərk etmişdir. 2023-cü ilin sentyabr ayında Şəxsət və Şahid3 xəbər çıxmadığını görüb narahat olmuşdur. Bununla əlaqədar həmin şəxslərlə əlaqə saxlayıb narazılığını bildirdikdə onlar X9 Dövlət Universitetinin Tibb Fakültəsinin bakalavr pilləsinə qəbul olunduğunu, lakin bu barədə universitetdən hələ rəsmi cavabın verilmədiyini bildirib bir-iki həftə gözləməsini istəmişlər. 2023-cü ilin oktyabr ayında bir neçə dəfə Şəxsət və Şahid3la görüşüb məsələnin nə yerdə olduğunu soruşmuşdur. Hər dəfə onlar müxtəlif bəhanlər gətirib gözləməsini istəmişlər. Növbəti görüşlərinin birində Şahid3 və Şəxsət «X28»nun rəhbəri Elgiz Mütəllibovun və onun işçisi Sahib adlı şəxsin bu işlə yaxından məşğul olduqlarını söyləmişlər, həmçinin Şəxsət Elgizlə şərik kimi birgə işlədiklərini bildirmişdir. Vəziyyətin belə olduğunu görüb Şəxsət və Şahid3 tələb etmişdir ki, onu həmin şəxslərlə görüşdürsünlər. 2023-cü ilin oktyabr ayının sonlarında Şəxsət və Şahid3 iştirakı ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində Elgiz Mütəllibovla görüşmüşlər. Söhbət əsnasında Elgiz onun övladı Kamalın universietə qəbul olunması üçün Şəxsətlə Fatihin ondan 58000 (əlli səkkiz min) ABŞ dolları məbləğində pul aldıqları barədə məlumatının olduğunu bildirsə də, X24 işi ilə bağh ona hər hansı sənəd təqdim etmədiklərini və pul vermədiklərini demişdir. Bundan sonra Şəxsətlə Şahid3 onu aldatdıqlarını başa düşüb onlardan pulunu qaytarmalarını tələb etmişdir. 02 noyabr 2023-cü il tarixdə Şəxsət, Şahid3, Elgiz və sonuncunun işçisi Sahiblə Nəsimi rayonu, «28 Mall» ticarət mərkəzində yerləşən «Mado» restoranında növbəti dəfə görüşərək Şəxsət və Şahid3 pulunu qaytarmalarını xahiş etmişdir. Şəxsət pulunu qaytaracaqlarını vəd edərək əks təqdirdə şəxsi istifadəsində olan «Range Rover» markalı avtomobilini Fatihlə birgə ondan aldıqları 58000 (əlli səkkiz min) ABŞ dollarının müqabilində onun adma rəsmiləşdirəcəyini vəd etmişdir. Lakin Şəxsət və Şahid3 onun pulunu qaytarmamış və onu aldadaraq 58000 (əlli səkkiz min) ABŞ dolları məbləğində pulunu ələ keçirmişlər. Övladı Kamal öz təşəbbüsü ilə 2023-cü ilin iyun və iyul aylarında X30 tərəfindən Bakı şəhərində təşkil olunmuş tələbə qəbulu üzrə dövlət imtahanlarında iştirak edərək müvəffəqiyyət əldə etmiş və Bakı Dövlət Universitetinin ingilis dilində Ekologiya Fakültəsinin bakalavr pilləsinə qəbul olunmuşdur. Kamal həmin imtahanın nəticələri üzrə həmçinin X15 Universitetinin Tibbi Fakültəsinin bakalavr pilləsinə qəbul olunmuşdur və hazırda İstanbul şəhərində həmin universitetin birinci kursunda tələbə kimi təhsil alır. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır, Zərərçəkmiş şəxs isə onun həyat yoldaşıdır. Onlar Türkiyədə təhsil aldıqlarına görə övladlarının da Türkiyədə təhsil almağını istəyirdilər. Elza xaricdə təhsillə bağlı araşdırma aparıb, bir şirkət tapdı. X38 Mərkəzinin rəhbəri Şahid3, onları X13 nümayəndəsi Təqsirləndirilən şəxslə tanış etdi. Onlar internetdə X21 araşdırdılar və həqiqətəndə belə bir şirkət var idi və Şəxsət bəyin də şəkli var idi. Şəxsət bəy həyat yoldaşından 58 min dollar pul alıb. Şəxsət bəy özünü Türkiyə türkü kimi təqdim etmişdi, onlar Şəxsətin Saatlı rayonundan olduğunu bilməyiblər. Şəxsət bəy onlara yüksək vəzifəli şəxslərin övladlarının Universitetə qəbul olunması barədə sənədlər göstərdiyi üçün ona inandılar. Fatehlə onu həyat yoldaşı Elza tanış etmişdir. O, bir dəfə Fatehlə, bir dəfə də Şəxsət bəylə söhbət etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid1 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Onlar əvvəlcə Şahid3 yanında olmuşlar. Şahid3 Şəxsəti onlara başqa şirkətin nümayəndəsi kimi təqdim etdi. Onlar nəvəsinin X11 Universitetinə qəbul edilməsi üçün Şahid3 58 min dollar vermişlər, lakin uşaq Universitetə qəbul olunmadı. Sonra onlar verdikləri pulu geri qaytarılmasını tələb etsələr də, pulu qaytarmadılar. Onlar pulu çəkiliş vasitəsi ilə vermişdilər. Nəvəsi savadlı uşaq idi, sonradan özü imtahan verdi və Universitetə qəbul oldu. Pulu Fatihin ofisində ona vermişlər. Fatih «X38 Mərkəzinin» rəhbəri idi. Fateh və Şəxsət hər ikisi pulu saydılar və hər ikisi pulu götürdülər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 7 ünvanda yaşayır. xx xxxxx 1991-ci ildə Türkiyə Respublikasının Bitlis şəhərində anadan olmuşdur. 2010-cu ildə Türkiyə Respublikasından Bakı şəhərinə köçmüş və həmin vaxtdan Bakı şəhərində yaşayır. 2015-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin coğrafiya müəllimliyi ixtisası üzrə bakalavr pilləsini, 2017-ci ildə Bakı Slavyan Universitetinin Pedaqoqika tarixi və nəzəriyyəsi fakültəsinin magistratura pilləsini, 2022-ci ildə isə Bakı Slavyan Universitetinin Ümumi psixolgiya fakültəsinin doktorantura pilləsini bitirmişdir. 2021-ci ilin iyul ayında Bakı şəhərində «X37 Merkezleri» Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edərək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Tech Plaza» biznes mərkəzinin ikinci mərtəbəsində ofis otağı icarəyə götürməklə müəyyən ödəniş müqabilində azərbaycanlı abituriyent və tələbələrin Türkiyə universitetlərinə qəbulu üçün zəruri sənədlərin hazırlanması, Türkiyə Respublikasında fəaliyyət göstərən universitetlərdə əyani və ya qiyabi formada ali təhsil almaq üçün müraciət edən şəxslərə dair zəruri sənədlərin müvafiq universitetlərin internet saytlarına yüklənməsi, Türkiyə universitetlərində müraciətlərin qeydiyyatı, imtahanlara hazırlıq, müraciət edən şəxslərə zəruri tövsiyələrin verilməsi, habelə qəbulla bağh digər zəruri işlərlə, qəbuldan sonra isə tələbələrin Türkiyədə qarşılanması və yataqxana ilə təmin edilməsi ilə məşğul olmuşdur. Adətən bunun müqabilində müraciət edən şəxslərdən 300-500 (üç yüz - beş yüz) manat məbləğində zəhmət haqqı almışdır. Bu sahədə fəaliyyət göstərdiyi müddət ərzində təxminən 100 (bir yüz) nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşına Türkiyə Respublikasında fəaliyyət göstərən universitetlərə qəbul üçün zəruri köməklik göstərmiş və bununla əlaqədar hər hansı şəxslə aralarında narazılıq olmamışdır. Vətəndaşların rahat müraciət edə bilmələri və reklam üçün «İnstagram» sosial şəbəkəsində «cağdas.edu.az» səhifəsini təsis edərək həmin səhifədə əlaqə üçün özünə məxsus ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələrini qeyd etmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən «AAF Mall» ticarət mərkəzinin ikinci mərtəbəsindəki ofisdə fəaliyyət göstərən «X28»-nun direktoru Təqsirləndirilən şəxs 30 iyun 2022-ci ildən tanıyır, onunla qohumluğu yoxdur, aralarında ədavət və ziddiyyət olmamışdır. «X28» vətəndaşların Avropa ölkələrində, eləcə də Türkiyə, Ukrayna və Rusiyada yerləşən universitetlərə tələbə kimi qəbulu ilə əlaqədar zəruri təşkilati işlər görür. Şirkətə məxsus internet şəbəkəsində reklam xarakterli «osmanligroup.az» saytı, «İnstagram» sosial şəbəkəsində isə «Elektron ünvan » səhifəsi fəaliyyət göstərir. 30 iyun 2022-ci ildə özünü «X28»nun direktoru kimi təqdim edən Təqsirləndirilən şəxs «WhatsApp» vasitəsilə ona mesaj yazaraq Elgiz adlı dostu ilə birlikdə Türkiyə Respublikasında fəaliyyət göstərən universitetlərə, o cümlədən Atatürk, Eskişehir Osmangazi, X42, Bolu Abant, Bursa Uludağ, X29, İzmir 9 Eylül, Mersin, Alanya və X11 universitetlərinə tələbə qəbulu ilə məşğul olduğunu və bununla əlaqədar həmin universitetlərlə zəruri müqavilələr bağladığını bildirib Türkiyədə təhsil almaq istəyən şəxslər ona müraciət edəcəyi təqdirdə həmin şəxsləri «X28»-na yönləndirməsini xahiş etmişdir. Etiraz etməyib razılaşmışdır. Şəxsətdən onun telefon nömrəsini haradan əldə etdiyini soruşduqda Şəxsət onun nömrəsini «İnstagram» sosial şəbəkəsində «cağdas.edu.az» səhifəsindən əldə etdiyini bildirmişdir. Həmin vaxtdan Türkiyə universitetlərinə tələbə qəbulu üçün Şəxsətlə əməkdaşlıq etməyə başlamışlar. Bakı şəhər sakini Zərərçəkmiş şəxs 2023-cü ilin mart ayından etibarən tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs «İnstagram» sosial şəbəkəsində onun təsis etdiyi «cağdas.edu.az» səhifəsinə yazaraq 2005-ci il təvəllüdlü övladı X16 Bakı şəhərində X20 Respublika Liseyində təhsil aldığını bildirib onun liseyi bitirdikdən sonra imtahan vermədən X11 Universitetinin tibb fakültəsinə tələbə kimi qəbul olunmasına köməklik göstərməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs imtahan vermədən hər hansı şəxsin X11 Universitetinə qəbul olunmadığını bildirib belə bir işlə məşğul olmadığını, Türkiyə universitetlərinə tələbə qəbulu ilə əlaqədar müraciət edən şəxslərə yalnız zəruri sənədləri toplamaq və digər bu kimi işlərlə əlaqədar köməklik etdiyini demişdir. Bu söhbətdən bir müddət sonra, 2023-ccü ilin mart ayında Zərərçəkmiş şəxs onun ofisinə gəlmiş və tanış olduqdan sonra söhbət əsnasında təkrarən övladı X16 imtahan vermədən X11 Universitetinin tibbi fakültəsinə tələbə kimi qəbul olunmasına köməklik göstərməsini xahiş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs heç vaxt hər hansı şəxsə X11 Universitetinin tibbi fakültəsinə qəbul üçün köməklik etmədiyini və həmin universitetlə əlaqəsinin olmadığını bildirib kömək üçün «X28»-nun direktoru Təqsirləndirilən şəxs müraciət etməsini məsləhət görmüşdür. Elzanın xahişi ilə həmin vaxt onun yanında Şəxsətə zəng edərək bu barədə ona danışdıqda Şəxsət 65000 (altmış beş min) ABŞ dolları müqabilində X25 X11 Universitetinin tibbi fakültəsinə tələbə kimi qəbul etdirə biləcəyini deyib həmin məbləğin 2000 (iki min) ABŞ dollarını zəhmət haqqı kimi ona verəcəyini vəd etmişdir. Bu barədə Elzaya söylədikdə Elza cəmi 60000 (altmış min) ABŞ dolları verə biləcəyini söyləmişdir. Elzaya həmin məbləğin 2000 (iki min) ABŞ dollarının zəhmət haqqı kimi ona çatmalı olduğunu və bu barədə artıq Şəxsətlə danışıb razılaşdıqlarını bildirib Şəxsətə cəmi 58000 (əlli səkkiz min) ABŞ dolları verməsini təklif edərək saçı töküldüyü üçün yerdə qalan 2000 (iki min) ABŞ dollarının müqabilində işlədiyi klinikada onun başına saç əkməsini xahiş etmişdir. Elza razılaşdıqdan sonra o, Şəxsətə zəng vuraraq bu barədə ona məlumat vermişdir. Şəxsət Elza ilə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Bakı» restoranında görüşüb bu barədə ətraflı söhbət etmək istədiyini bildirmişdir. 27 aprel 2023-cü il tarixdə saat 20 radələrində Şəxsətlə birlikdə Zərərçəkmiş şəxs və sonuncunun əri Ramillə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Bakı» restoranında görüşmüşlər. Söhbət zamanı Şəxsət Kamalın barəsində ətraflı maraqlanaraq bir daha onun yanında Zərərçəkmiş şəxs və əri Ramilə 58000 (əlli səkkiz min) ABŞ dolları verəcəkləri təqdirdə övladları Kamalı X11 Universitetinin tibbi fakültəsinə tələbə kimi qəbul etdirəcəyini deyib 2023-cü ilin sentyabr ayının əvvəllərində bu barədə onlara universitetdən qəbul barədə rəsmi sənəd alıb təqdim edəcəyini vəd etmişdir. Elza və əri Ramil Şəxsətlə razılaşmışlar. Aralarında səmimiyyət yarandığı üçün Ramilin təklifi ilə həmin vaxt xatirə üçün «Bakı» restoranında fotoşəkil çəkdirmişlər. Restoranı tərk edən zaman Elza ilə pulu verməsi üçün 28 aprel 2023-cü il tarixdə saat 12 radələrində onun ofisində görüşməyi qərara almışlar. 28 aprel 2023-cü il tarixdə saat 12 radələrində Elza anası Tərlan xanımla birlikdə onun Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Tech Plaza» biznes mərkəzinin ikinci mərtəbəsindəki ofisinə gəlmişdir. Onlardan bir neçə dəqiqə sonra Şəxsət də onun ofisinə gəlmiş və Şəxsət gəldikdən sonra Elza anası Tərlanın çantasından 58000 (əlli səkkiz min) ABŞ dolları pul çıxarıb Şəxsətlə birlikdə ona vermişdir. Şəxsətə kömək üçün onunla birlikdə Zərərçəkmiş şəxs verdiyi pulu saymışdır. Bu zaman Zərərçəkmiş şəxs hər ehtimala qarşı öz mobil telefonu ilə videoçəkiliş aparmaq istədiyini demişdir. Onlar etiraz etməmiş və pulu sayarkən Zərərçəkmiş şəxs öz mobil telefonu ilə Şəxsətlə onun videogörüntülərini çəkmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs verdiyi məbləği öz növbəsində notarial qaydada müqavilə bağlamaqla Şəxsətə verəcəyini demişdir. Elza və anası Tərlan getdikdən sonra o, Şəxsətlə birlikdə Nərimanov rayonu ərazisində yerləşən 3 saylı notariat ofisinə getmiş və orada Şəxsətlə kredit müqaviləsi bağlayaraq ona 85000 (səksən beş min) manat ekvivalentində 50000 (əlli min) ABŞ dolları pul vermişdir. Pulun 8000 (səkkiz min) ABŞ dollarını isə özündə saxlayaraq Şəxsətə hər ehtimala qarşı həmin məbləği ona birlikdə işlədiyi Elgiz adlı dostunun yanında verəcəyini demişdir. Şəxsət razılaşmışdır. Təxminən bir həftə sonra, yəni 2023cü ilin may ayının əvvəllərində Elgizin iştirakı ilə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Mado» restoranında Şəxsətlə görüşərək həmin 8000 (səkkiz min) ABŞ dollarını da ona vermişdir. Lakin ona məlum olmayan səbəblərdən Şəxsət Elzanın övladı Kamalı X11 Universitetinin tibbi fakültəsinə qəbul etdirə bilməmişdir. Bu səbəbdən 2023-cü ilin sentyabr ayından etibarən dəfələrlə Şəxsətlə əlaqə saxlayaraq Zərərçəkmiş şəxsnm verdiyi 58000 (əlli səkkiz min) ABŞ dollarını qaytarmasını tələb etmiş, lakin Şəxsət Zərərçəkmiş şəxsnm pulunu qaytarmamışdır. Şəxsətin Zərərçəkmiş şəxs məxsus 58000 (əlli səkkiz min) ABŞ dollarını kimə verdiyini və ya hara sərf edib xərclədiyini bilmir. Həmin vəsaitdən Şəxsət ona hər hansı məbləğdə pul verməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2016-cı ildə Türkiyə Respublikasının Bayburt şəhərində təhsil alarkən tanış olmuşdur. Belə ki, 2017- ci ildə Bayburt şəhərində olan zaman Təqsirləndirilən şəxs «Facebook»da ona yazaraq Türkiyə Respublikasının Konya şəhərində yerləşən Necmettin Erbakan adma Konya Dövlət Universitetinə tələbə kimi qəbul olmaq istədiyini bildirib bir həmyerli kimi ona köməklik göstərməsini xahiş etmişdir. Etiraz etməyərək Necmettin Erbakan adına Konya Dövlət Universiteti barədə maraqlanıb qəbul imtahanları barədə Təqsirləndirilən şəxs ətraflı məlumat vermişdir. Şəxsət bir müddət sonra 2016-cı ildə Necmettin Erbakan adma Konya Dövlət Universitetinə qəbul olunmuş və 2016-2020-ci illərdə həmin universitetin səhiyyə idarəetməsi ixtisası üzrə bakalavr pilləsində əyani təhsil almışdır. 2020-ci ildə Bakı şəhərində olan zaman Şəxsətin təklifi ilə Bakı şəhərində görüşüb yaxından tanış olmuşlar. Görüş zamanı Şəxsət kifayət qədər nüfuzlu tanışlarının olduğunu bildirib qazanc əldə etmək üçün birlikdə azərbaycanlı abituriyentlərin Türkiyədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbulu ilə məşğul olmağı təklif etmişdir. Razılaşmış və bu məqsədlə 2020-ci ildə Şəxsətlə birlikdə Bakı şəhərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişlər. Bundan sonra ünvan 2 ünvanında - «AAF Mall» ticarət mərkəzinin ikinci mərtəbəsində ofis icarəyə götürmüşlər. Əsas fəaliyyət istiqamətləri müəyyən məbləğdə zəhməthaqqı müqabilində Azərbaycan Respublikası vətəndaşı olan abituriyentlərin Türkiyə Respublikasında fəaliyyət göstərən universitetlərə qəbulu ilə bağlı zəruri təşkilati işlərin görülməsindən, o cümlədən abituriyentlərə qəbul imtahanları və qəbuldan sonra yataqxana və sair məsələlər barədə zəruri informasiyanın verilməsindən ibarət olmuşdur. Bununla əlaqədar Şəxsətlə birlikdə internet şəbəkəsində "xxxx" MMC-yə aid reklam xarakterli «osmanligroup.az» saytı, «İnstagram» sosial şəbəkəsində isə «Elektron ünvan » səhifəsi təşkil etmişlər. Bir müddət Şəxsətlə birlikdə işlədikdən sonra Şəxsətin məsuliyyətsiz biri olduğunu və işə laqeyd yanaşdığını görüb onunla iş birliyinə son qoymaq qərarına gəlmişdir. 2022-ci ilin ortalarında bu barədə Şəxsətlə danışıb daha onunla birlikdə işləmək istəmədiyini demiş və həmin vaxtdan təkcə fəaliyyət göstərməyə başlamışdır. 2022-ci ilin avqust ayında isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdir. Hazırda həmin cəmiyyətin qanuni təmsilçisi və direktoru kimi fəaliyyət göstərir. 2023-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs «Facebook» sosial şəbəkəsində ona yazaraq övladı X16 tələbə kimi Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən X11 Universitetinin Tibb Fakültəsinin bakalavr pilləsinə qəbul olunması üçün 2023-cü ilin aprel ayında Şəxsətin Fatih adlı Türkiyə vətəndaşı ilə birlikdə sonuncunun ofisində ondan 58000 (əlli səkkiz min) ABŞ dolları məbləğində pul aldığını, lakin uzun müddət keçməsinə baxmayraq, Kamalın universitetə qəbul olunmadığını və Şəxsəti axtarıb tapa bilmədiyini deyərək onu tapmaq üçün köməklik göstərməsini xahiş etmişdir. Əvvəlcə təəccüblənərək Elzaya bu məsələnin ona aidiyyətinin olmadığını bildirmişdir. Elza cavabında onun Şəxsətlə şərik işlədiyini bildirmiş və bu barədə Fatihin ona məlumat verdiyini demişdir. Bununla əlaqədar narahat olub dərhal Şəxsətin mobil telefonuna zəng vuraraq niyə görə Elzadan pul aldığını və onun adını hallandırmasınm səbəbini soruşmuşdur. Şəxsət qısa cavab verərək bu məsələnin ona aidiyyətinin olmadığını bildirmişdir, işgüzar nüfuzuna xələl gəlməsin deyə Şəxsətdən Elzanın və Fatih adlı şəxsin iştirakı ilə görüşüb məsələni aydınlaşdırmağı tələb etmişdir. Şəxsət razılaşmış və 2023-cü ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində Şəxsət, Fatih və Elza ilə görüşüb söhbət etmişlər. Həmin vaxt birlikdə işlədiyi Şahid5 da onunla birgə olmuşdur. Söhbət əsnasında Şəxsətə və Fatihə irad tutaraq bu məsələnin ona heç bir aidyyətinin olmadığını bildirib niyə görə onun adını hallandırdıqlarını soruşmuşdur. Həmçinin Elzaya üzünü tutub onun övladı Kamalı tanımadığını, belə bir şəxsin universitetə qəbulu üçün Şəxsətin ona müraciət etmədiyini və ona hər hansı məbləğdə pul vermədiyini demişdir. Şəxsət də həmin vaxt onun dediklərini təsdiq etmişdir. Bunu görən X10 pulunu qaytarmalarını tələb etmişdir. Elzanın təşəbbüsü ilə 02 noyabr 2023-cü il tarixdə Şəxsət, Fatih və Elza ilə Nəsimi rayonu, «28 Mall» ticarət mərkəzində yerləşən «Mado» restoranında növbəti dəfə görüşmüşlər. Həmin vaxt birlikdə işlədiyi Şahid5 də onunla birgə olmuşdur. Hal-əhval tutduqdan sonra Elza Şəxsət və Fatihdən onun pulunu qaytarmalarını tələb etmişdir. Şəxsət Elzaya onun pulunu qaytaracaqlarını vəd edərək əks təqdirdə özünə məxsus «Range Rover» markalı avtomobilini 58000 (əlli səkkiz min) ABŞ dollarının müqabilində onun adına rəsmiləşdirəcəyini vəd etmişdir. Sonra Şəxsət bununla bağlı öz dəsti-xətti ilə Elzaya iltizam yazıb vermişdir. O, Şəxsət, Fatih və Elza ilə yanaşı şahid kimi həmin iltizamı imzalamışdır. Bu söhbətdən sonra bir neçə dəfə Şəxsətə zəng vurub Elzanın pulunu qaytarıb-qaytarmadığını soruşmuş, Şəxsət tezliklə pulu qaytaracağını vəd etsə də, vədinə əməl etməmişdir. Bir müddət sonra isə Şəxsət ümumiyyətlə onun telefon zənglərinə cavab verməmişdir. Onun bu məsələyə heç bir aidiyyəti yoxdur. Elzadan pulu Şəxsətlə Fatih almışlar. Şəxsətlə Fatihin hansı səbəbdən onun adını hallandırdıqlarını bilmir. O, sadəcə olaraq Elzaya ürəyi ağrıdığı üçün onun təklifi ilə Şəxsət və Fatihlə birlikdə görüşüb söhbət etməyə razılıq vermişdir. Nə Fatih, nə də ki, Şəxsət Elzadan pul alacaqları barədə ona bir söz deməmişlər. Həmçinin Fatih ona zəng vuraraq onun yanında Şəxsətə pul verəcəyini deməmişdir və bununla bağlı Fatihlə aralarında söz-söhbət olmamışdır. Ümumiyyətlə, X35 ilə aralarında olan bu söz-söhbətdən 2023-cü ilin oktyabr ayında Elzanın ona deməsindən sonra xəbər tutmuşdur. 2023-cü ilin may ayının əvvəllərində Şəxsətin xahişi ilə onunla və Şahid3la «28 Mall» ticarət mərkəzindəki «Mado» restoranında görüşüb çay içmişlər. Həmin vaxt Fatih bir-iki dəqiqə onlarla birlikdə əyləşdikdən sonra stolun üzərinə sellofan paket qoyaraq bu barədə heç bir söz demədən sağollaşaraq çıxıb getmişdir. Şəxsət də həmin paketin ona çatacağını bildirib paketi götürərək cibinə qoymuşdur. Həmin vaxt paketin içərisində pul olduğunu bilməmiş, bu barədə nə Fatih, nə də ki, Şəxsət ona bir söz deməmişlər. Şəxsət həmin gün onu «28 Mall» ticarət mərkəzindəki «Mado» restoranına məhz çay içmək üçün dəvət etmiş, o da bir tanış kimi etiraz etməyərək Şəxsətin bu təklifini qəbul etmişdir. Fatihin ümumiyyətlə həmin vaxt ora gələcəyini bilməmiş və bu barədə Şəxsət ona qabaqcadan bir söz deməmişdir. Elza ilə Fatih və Şəxsət arasında olan söz-söhbətin ona heç bir aidiyyəti yoxdur. Şəxsətin Elzaya məxsus 58000 (əlli səkkiz min) ABŞ dolları məbləğində pul vəsaitini hara sərf etdiyini və ya konkret olaraq kimə verdiyini bilmir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 ibtidai istintaq zamanı göstərmişdir ki, Şahid4 və Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır, həmin şəxslərlə qohumluğu yoxdur, aralarında ədavət və ziddiyyət olmamışdır. Şahid4 və Təqsirləndirilən şəxs 2020-ci ildə Bakı şəhərində birlikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişlər. Bundan bir müddət sonra Elgizin təklifi ilə direktor yardımçısı kimi "xxxx" MMC-də işə başlamış və bununla əlaqədar Elgizlə öz aralarında əmək müqaviləsi bağlamışlar. Şəxsət işə məsuliyyətsiz və laqeyd yanaşdığı üçün 2022-ci ilin ortalarında Elgiz Şəxsətdən ayrılmış, 2022-ci ilin avqust ayında isə Elgiz "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdir. 2023-cü ilin oktyabr ayında Elgiz Elza adlı xanımın övladının işi ilə bağlı Şəxsəti axtardığını bildirib məsələni aydanlaşdırmaq üçün birlikdə Elzanm iştirakı ilə Şəxsətlə görüşməyi təklif etmişdir. Etiraz etməyib razılaşmışdır. 2023- cü ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində Elgizlə birlikdə Şəxsət, Fatih və Elza adlı həmin xanımla görüşüb söhbət etmişlər. Söhbət zamanı ona məlum olmuşdur ki, Şəxsət Elza xanıma övladı X22 tələbə kimi Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən X11 Universitetinin Tibb Fakültəsinə qəbul etdirəcəyini vəd edib bu məqsədlə 2023-cü ilin aprel ayında Fatihlə birlikdə sonuncunun Nərimanov rayonunda yerləşən ofisində Elzadan 58000 (əlli səkkiz min) ABŞ dolları pul almış, lakin onu aldadaraq vədinə əməl etməmişdir. Məsələni aydınlaşdırdıqdan sonra Elgiz Şəxsət və Fatihə irad tutaraq bu söhbətin ona heç bir aidiyyətinin olmadığını bildirib niyə görə onun adını hallandırdıqlarını soruşmuş, lakin onlar heç bir cavab verməmişlər. Elgiz həmçinin Elzaya onun övladı Kamalı tanımadığını və belə bir şəxisin universitetə qəbulu üçün Şəxsətin və ya Fatihin ona müraciət etmədiklərini, eləcə də ona hər hansı məbləğdə pul vermədiklərini demişdir. Şəxsət də həmin vaxt Elzanm yanında Elgizin dediklərini təsdiq etmişdir. Elza həqiqəti bildikdən sonra Şəxsətlə Fatihdən onun pulunu qaytarmalarını tələb etmişdir. X17 pulunu qaytaracaqlarını söz vermişlər. Bu söhbətdən sonra Elzanm təşəbbüsü ilə 02 noyabr 2023-cü il tarixdə Elgizlə birlikdə Şəxsət, Fatih və Elza ilə Nəsimi rayonu, «28 Mall» ticarət mərkəzində yerləşən «Mado» restoranında növbəti dəfə görüşmüşlər. Həmin vaxt Elza Şəxsət və Fatihdən bir daha onun pulu qaytarmalarını tələb etmişdir. Şəxsət Elzaya onun pulunu qaytaracaqlarını vəd edərək əks təqdirdə özünə məxsus «Range Rover» markalı avtomobilini 58000 (əlli səkkiz min) ABŞ dollarının müqabilində onun adma rəsmiləşdirəcəyini vəd etmişdir. Şəxsət bu barədə öz dəsti-xətti ilə Elzaya iltizam yazıb vermişdir. O, Elgiz, Şəxsət, Fatih və Elza ilə yanaşı şahid kimi həmin iltizamı imzalamışdır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş: Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş CD diskə xx.xx.2024-cü il tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı Şahid3 ilə birlikdə sonuncunun ünvan 1 ünvanında yerləşən «Tech Plaza» biznes mərkəzindəki ofisində Zərərçəkmiş şəxs sonuncunun anası Şahid1 iştirakı ilə 100-lük əskinaslardan ibarət 58000 (əlli səkkiz min) ABŞ dolları məbləğində pul vəsaitini alaraq sayıb qəbul etmələrinə dair videogörüntünün mövcud olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. xx.xx.2024-cü il tarixdə tərəfimdən Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. xx.xx.2024-cü il tarixdə tərəfimdən Zərərçəkmiş şəxs ilə Şahid3 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1318 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək, törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı xroniki psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması qeyd olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək, idarə etmək və bunun məsuliyyətini başa düşmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini əyani olaraq göstərməklə cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq təsvir etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Onun bu ifadələri məhkəmədə araşdırmış zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, ifadənin yerində yoxlanılması haqqında protokol, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən ittihamda göstərilən miqdarda pul vəsaitini qanunsuz olaraq ələ keçirməsini əks elətdirən CD diskə baxış keçirilməsi haqqında protokol, maddi sübutlarla və işin faktiki halları ilə öz təsdiqini tapdı. Bu səbəbdən də məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında işin faktiki halları fonunda yaranmış obyektiv təsəvvür baxımından Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlib onun əməllərinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddələri ilə tövsif olunmasını və Təqsirləndirilən şəxs təqsirli bilinib bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrində Zərərçəkmiş şəxs aldığı pul vəsaitini dələduzluq niyyəti ilə ələ keçirmədiyini, əvvəllər də bu tip işlər gördüyünü, lakin bu dəfə bir sıra problemlər yaşandığını, bu səbəbdən də, zərərçəkmiş şəxsə maddi ziyan dəydiyini göstərmişdir. Bu hallarla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi həmin hallar bilavasitə dələduzluq əməlinin obyektiv cəhətini özündə əks elətdirir. Məhkəmənin bu mövqeyi “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarı baxımından da əsaslıdır. Belə ki, həmin plenum qərarının 36-cı bəndinə əsasən, hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərər çəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi yalnız dələduzluq kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ilə müraciət edərək ona dəymiş zərərin qalıq hissəsini təşkil edən 43.000 (qırx üç min) ABŞ dollarının və mənəvi zərər olaraq 5000 (beş min) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs mülki iddia verildikdən 25000 (iyirmi beş min) dollar ödəmə etdiyiyni, bu ödəmədən sonra ödənilən məbələğin 40000 (qırx min) dollar, maddi ziyanın qalıq hissəsini təşkil edən 18.000 ABŞ dollarının əməlin törəldiyi dövrdə dolların kürsu ilə münasibətədə 30.600 manat təşkil etdiyi müəyyən olundu, Məhekəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlin törədilməsinin sübuta yetirildiyi qənəaətinə gəlir və onun əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi zərərin Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs ödənilməsini əsəaslı sayır. Məhkəmə, mülki iddianın mənəvi zərər hissəsində münasibətdə qeyd edir ki, zərərçəkmiş şəxs ona mənəvi zərər vurduğunu iddia etsə də, həmin mənvi zərəinin hansı hissələrdən ibarət olmasını, ona hansı mənəvmi zərər görə məhzə bkş min manat zərər vurmasulmasını bildirmədi və əsaslandırmadı. Bununla əlaqədar məhkəmə, əlavə olaraq qeyd edmp ki, məhkəmə hüquq və vəzifələri müəyyən edərəkən ehtimallara və özlüyündə «in abstrakto» da ehtiva olunan iddianı qiymətələndirmək səçləahiyyətinə malik deyildir. Çünkü İddiaçı ona hansı iztirab və hissə görə nəyə görə hansı zərərin vurulmasını təsdiq edən sübutları özü təqdim etməlidir. Bu işdə isə zərərçəkmiş şəxs isə bunu etmədi. Bu səbəbədəndə məhkəmə, zərərçkmiş şəxsin iddiasının ona dəymiş mənvəvi zərər hissəsini baxılmamış saxlanılmasını və iddianın bu hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olmasının Zərərçəkmiş şəxs izah olunmasını əsaslı sayır. Məhkəmədə dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 60 (altmış) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 360 (üç yüz altmış) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına ödənilməli olması müəyyən olundu. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmə iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi, ibtidai istintaq zamanı cinayət əməlinin törədilmə halları, şəraiti, üsulu barədə ətraflı ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsi, məhkəmə baxışı zamanı etirafedici ifadələr verməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən böyük hissəsini ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməli başqa şəxslə birlikdə törətdiyi sübuta yetirildi, lakin zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsinin ondan tələb olunması müəyyən olundu. Təqsirləndirilən şəxs da həmin zərərin ödənilməsini vəd edib, bu məbləğin əsas hissəsini ödədi, digər hissəsini də ödəməyi vəd etdi. Məhkəmə, bu halı da Təqsirləndirilən şəxs təyin olunacaq cəzaya təsir edən əsas yüngülləşdirdiyi amil kimi qəbul edir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs onun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərəçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini, cinayətin tördilməsi hallarını, təqsirli bilindiyi əməllərin törədilməsi halları barəsində ətraflı ifadələr verib cinayətin üstünün açılmasında fəal iştirak etməsini, məsuliyyətlərini yüngülləşdirən halların məcmusunu, ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın qisas deyil, islah etmək məqsədi daşıdığını əsas götürərək məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasını əsaslı sayır. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs həbsdə olduğu müddətdə ardıcıl mövqe nümayiş etidirməsi, onun davranışına intesiv müdaxilə olmadan müstəqil islah olunmağa meyilli olmasını təsdiq edən davranış nümayiş etdirməsi baxımından da əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin şəxsiyyətinin təhlülükəlilik dərəcəsinə və islah olunmasına əsaslı şübhələr olduqda tətbiq olunmasına yol verilən cəzadır. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallarda və onun davranışlarında belə hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın şərti tətbiq edilməsi qənaətinə gəldiyindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinə əsasən, sınaq müddətinin başlanğıcının hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın şərti tətbiq edilməsi qənaətinə gəldiyindən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək vəzifəsinin qoyulmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edib onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib təyin ediləcək cəzaların şərti tətbiq olunması qənaətinə gəldiyindən barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunaraq Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsini və seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində o, daimi yaşayış yerində probasiya qeydiyyatına alınsın və onun üzərində nəzarəti həyata keçirən probasiya orqanının icazəsi olmadan yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal azad olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 360 (üç yüz altmış) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs onun tərəfindən vurulmuş maddi ziyanın ödənilməmiş hissəsini təşkil edən 18.000 (on səkkiz min) ABŞ dollarının ekvivalenti kimi 30.600 (otuz min altı yüz) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia mənəvi zərər hissəsində baxılmamış saxlanılsın. İddianın bu hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması Zərərçəkmiş şəxs izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı andan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar