Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-443/2023 07.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X4 və Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X5, Dövlət ittihamçısı və X2 Təqsirləndirilən şəxs müdafiəçisi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmyan, ünvan 2, mənzil 61-də qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 04 ədəd bükümdə ümumi təmiz çəkisi 2,253 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 30 avqust 2022-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanda yerləşən binanın yaxınlığında həmin psixotrop maddə olan metamfetamindən 01 ədəd bükümdə 0,556 qram çəkidə olan hissəsini Şahid1 10 manat müqabilində satmış, həmin tarixdə Şahid1 Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncunun üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 15;00-da ünvan 2 ünvanın qarşısında saxlanılıb, ünvan 3şən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarının sol içəri cibindən 03 ədəd şəffaf rəngli sellofan bükümdə, ayrı- ayrılıqda çəkiləri 0,625 qram, 0,561 qram və 0,511 qram olmaqla, ümumi təmiz çəkisi 1,697 qram olan ağ rəngli kristal şəkilli kütlələr kimyəvi tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o 2022-ci ilin 28 avqust tarixində səhər saat 09:30-da siqaret və çörək almaq üçün çölə çıxmışdır. Bu vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onlar onu polis bölməsinə xidməti otaqlardan birinə aparmışlar. Sonra başqa bir şəxsi də bölməyə gətirmişlər. Həmin şəxsin adı Cavid olmuşdur. Polis əməkdaşları onun üstünə qışqırmışlar. Cavid adlı şəxs də qorxub guya onun Cavidə narkotik vasitə satdığını demişdir. Sonra onun qarşısına bir ədəd büküm qoyaraq onu cibinə qoymağını istəmişlər. Əvvəlcə, o həmin bükümü cibinə qoymaqdan imtina etmişdir. Ona təzyiq göstərildiyi üçün, bükümü cibinə qoymuşdur. Videoçəkiliş olmuşdur. O cibinə qoyduğu 1 ədəd bükümü çıxarıb vermiş və guya onun olduğunu demişdir. Çünki təzyiq altında olmuşdur. Aprel ayında narkotik vasitədən istifadə etmişdir. Bundan başqa heç vaxt narkotik vasitədən istifadə etməmişdir. ********** saylı mobil nömrə ona məxsusdur. İstifadəsində olan ********** saylı mobil nömrəyə sms yazıla bilər, amma o heç kəsə sms yazmamışdır. Ona bəzi şəxslər “ağrıyıram”, “xəstəyəm” məzmunlu mesajlar yazmışlar. Həmin şəxslər onun nömrəsini tapıb yazmışlar, həmin şəxslərə heç vaxt cavab verməmişdir. Onun nömrəsi internetdə olmamışdır. Nömrəsini bilənlər vasitəsilə nömrəsini başqa şəxslər də tapmışlar. Çox güman ki, dostlarının dostlarıdır. Ona mesaj yazan şəxsin adını bilmir. Ona mesaj yazan şəxslərlə heç vaxt bir yerdə oturub narkotik vasitə istifadə etməmişdir. Ona mesaj yazıb narkotik vasitə istəməklərinə səbəb, onun narkotik vasitə istifadə etdiyini görməkləri və ağrıları olduğu üçün onda da narkotik vasitə olduğunu ehtimal etmələridir. O həmin şəxslərin heç birinə yazmamışdır ki, onda narkotim vasitə var və ya satır. O heç onlara cavab da yazmamışdır. O Whatsaap mobil tətbiqindən istifadə etməmişdir, saxlanılarkən üzərində olan mobil telefon smartfon deyilmiş. Barəsində həbs qətimkan tədbiri seçilməsi zamanı məhkəmədə görmüşlər ki, üzəri qandır. İstintaq təcridxanasına daxil olarkən üzərində xəsarət izləri var imiş, izlərin qeydiyyatının aparılıb-aparılmadığını bilmir. Üzərində xəsarət izləri olduğunu fikirli olduğu üçün onlara demək yadından çıxmışdır. O özü ona təzyiq olunduğu barədə heç bir orqana şikayət etməmişdir. Məhkəmədə ona təzyiq olduğunu demişdir. O marixuana istifadə etdiyinə görə məhkum olmuşdur. Aprel ayında narkotik vasitədən istifadə etmişdir. Bəlkə də ona mesaj yazan şəxslər əvvəlki məhkumluğunu eşidib onda narkotik vasitə olduğunu ehtimal etmişlər. O heç bir smsə cavab yazmamışdır. Təcridxanada ona təzyiq olunmayıb, sadəcə olaraq qolunda və dizində olan xəsarət izlərini onlara demək yadından çıxmışdır. Lakin yəqin edir ki, onlar üzərindəki izləri görmüşlər. Polis əməkdaşları onu üzərinə 1 kiloqram narkotik vasitə yerləşdirməklə hədələmişlər. Onlar üzərinə bir ədəd büküm yerləşdirmişlər, evinə baxış keçirməmişlər. O heç kimə narkotik vasitə pay verməmiş və satmamışdır. O İnstagram sosial şəbəkəsi vasitəsilə heç kəsə narkotik vasitə satmamışdır. Onun heç İnstagram sosial şəbəkəsində istifadəçi hesabı da yoxdur. Polis şöbəsinin kamerasında onun həmin tarixdə oraya gətirildiyini əks edən videogörüntülər vardır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyi Xətai rayon Polis idarəsinin 34-cü Polis şöbəsinin əməliyyat müvəkkili işləyir, 3 ay əvvəl avtoqəza keçirmiş, kəllə-beyin travması almışdır. Bununla əlaqədar hadisəni xatırlamır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Təqsirləndirilən şəxsi nə vaxt saxladıqlarını xatırlamır. Şahid3lə birgə əməliyyat tədbiri keçirmişlər. Şəxsi saxladıqdan sonra 34-cu Polis şöbəsinə aparmışlar, vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona hüquqları elan edilmiş, o da könüllü şəkildə təqdim etmişdir. Şəxsi axtarışın keçirilməsi zamanı təhqiqatçı, Şahid3, vəkil və o iştirak etmişdir. Axtarış təhqiqatçının otağında videoçəkilişlə keçirilmişdir. Şəxsin üzərində haradan və nə çıxdığını xatırlamır. Əməliyyat məlumatı məxfidir. Məlumat rəhbərliyə məruzə olunmuşdur. Tərəflərindən təqsirləndirilən şəxsə təzyiq göstərilməmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxsi tanımır. O narkotik vasitədən istifadə etmir. Əvvəllər narkotik vasitədən istifadə etmişdir. Həmin vaxtlar narkotik vasitə metamfetamindən istifadə edirmiş. Metamfetamini Fuad adlı şəxsdən telefon vasitəsilə danışmaqla alırmış. Yəni həmin şəxsin üzünü görməmişdir. Ona Fuad adlı şəxsin nömrəsini məhəllədə vermişlər. Fuad adlı şəxsin nömrəsini tanımadığı şəxs ona vermişdir. Fuad adlı şəxslə telefon vasitəsilə danışmışdır. Fuad adlı şəxsin nömrəsi yadında deyil. İstintaqda nömrəni düz bildirmişdir. Telefonunda danışıqları da var imiş. Pulu karta köçürürmüş. Telefonla danışdığı Fuad adlı şəxs ona kart nömrəsi göndərmişdir. O həmin karta 10 manat pul köçürürmüş. O yeni istifadə etməyə başlamışdır. 10 manata ona bir dəfəlik istifadə üçün patı veriləcəkmiş. Patını məhəllədə çardağın yanından götürəcəkmiş. O Əhmədlidə yaşayırmış, patı götürəcəyi yer də Əhmədlidə yerləşirmiş. Polis əməkdaşları gəlib onu tutub aparmışlar. O patını götürmüşdür. Fuad adlı şəxsin nömrəsini polis əməkdaşlarına vermişdir. O patını haradan və necə götürdüyünü xatırlamır. Şok vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxsdən əlbəəl narkotik vasitə almamışdır, onu əvvəllər görməmişdir. O ancaq telefonla danışmışdır, heç kəsi üzbəüz görməmişdir. İstintaqda təqsirləndirilən şəxslə üzləşməmişdir. Polis onları bir yerdə polis bölməsinə aparmışdır. Polis əməkdaşlarına üzərindəki aşkar edilmiş patını Fuad adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan, təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 30 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis leytenantı X3 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 30 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının və vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol içəri cibindən 03 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ağ rəngli, kristal formalı, narkotik vasitəyə bənzər maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin metamfetamin adlandırılan psixotrop maddə olduğunu bildirmişdir. Qeyd olunan maddəni haradan olduğunu soruşduqda o tanımadığı şəxsdən aldığını və həmin gün Cahid adlı şəxsə bir büküm satdığını demişdir. Təqdim olunmuş kütlə elektron tərəzidə çəkilmiş və ümumilikdə 3 bükümdə 1,95 qram olması müəyyən olunmuşdur. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD disk protokola əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4645 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün No 152” möhür əksi, "Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,625 qram; 0,561 qram və 0,511 qram, ümumi təmiz çəkiləri 1,697 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 03 ədəd bükümdə olan metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: metamfetaminin üm. təmiz çəkisi- 1,697 qr, tədqiqata sərf edildi- 0,12 qram, qalıq-1,577 qram. (ekpertiza tədqiqatın dəyəri 110 manatdır) Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid1 bir daha istintaqda verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da, Şahid1 dediklərini təsdiqləyərək sonuncuya 10 manata bir büküm psixotrop maddə metamfetamin satdığım bildirmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı Xətai RPl-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis leytenantı Ülvi Qəhrəmanlı özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif etmişdir. Təqsirləndirilən şəxs özünü təqdim edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığını bildirir və ona CPMnin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edilir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol içəri cibindən 03 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri təqdim edərək masaya qoyur və 03 ədəd şəffaf rəngli sellofanda olan bükümlərin "şüşə” metamfetamin olmasını söyləyir. Bundan sonra təhqiqatçı psixotrop maddələri haradan və hansı məqsədlə əldə etdiyini soruşur. Cavabında Təqsirləndirilən şəxs 1 ilə yaxın müddətdir ki, həmin maddələrin satışı ilə məşğul olmasını həmin gün 01 bükümü Cahid adlı şəxsə 10 manata satdığını bildirir. Daha sonra təqdim olunan psixotrop maddəyə bənzər kütlələr elektron tərəzidə çəkilir, 03 ədəd şəffaf rəngli sellofan bükümdə olan metamfetaminə bənzər kütlələrin çəkisinin ümumilikdə 1,95 qram olması müəyyən edilir. Həmin psixotrop maddəyə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(011)-445/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə narkotikdən istifadə etdiyini, və saxlanılarkən üzərində narkotik vasitə olduğunu etiraf etmişdir, barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azerfon MMC-dən AZF/LGL-9088/22 saylı, xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş CD diskə əlavə edilmiş SMS-lərdə narkotikin dövriyyəsi ilə bağlı mətnlər aşkar olunmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4646 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid1...” və s. Soyadlar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,556 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4787 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, vətəndaş Təqsirləndirilən şəxs aşkar edilən 03 bükümdə olan metamfetamin kütlələri ilə ( №1; 6/45/46 saylı ekspert rəyi) Şahid1 aşkar edilən 01 bükümdə olan metamfetamin kütləsi (№2 6/4646 ekspert rəyi) kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edirlər. Qeyd: metamfetaminin ümumi çəkisi-1,577 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-1,477 qram. (ekpertiza tədqiqatın dəyəri 110 manatdır) Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin xx.xx.2022-ci il tarixli, 5207 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrə kartına dair məlumatları əks etdirən Azerfon MMC”-dən daxil olmuş 18 oktyabr 2022-ci il tarixli 19088/22 nömrəli məktuba əlavə edilmiş 01 ədəd "xxxx" diskə Xətai RPl-nin MSY-də baxış keçirilmişdir. Azerfon MMC”-dən daxil olmuş 18 oktyabr 2022-ci il tarixli 19088/22 nömrəli məkuba əlavə edilmiş 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə kartından xaric olunan və həmin mobil nömrə kartına daxil olan sms-lərə baxış zamanı +99***-***-**-**; +99***-***-**-**; +99***-***-**-**; +99***-***-**-**; +99***-***-**-**; +99***-***-**-**; +99***-***-**-**; +99***-***-**-**; +99***-***-**-**; +99***-***-**-**; +99***- ***-**-**' +99***-***-**-**; +99***-***-**-**; +99***-***-**-**; +99***-***-**-**; +99***-***-**-**; +99***-***-**-**; +99***-***-**-** saylı mobil nömrələrlə narkotik vasitələrin dövriyyəsinə dair danışıqların əks olunduğu müəyyən edilmiş həmin danışıqları özündə əks etdirən materialları 23 səhifədə çap edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Baxış zamanı aşkar edilmiş “ağ", “qara”, “mal”, "torpax", “kola", “patı", "qiram” kimi terminlər heroin, metamfetamin və digər narkotik vasitələri əvəz edən şifrəli sözlər kimi işlədilmişdir. Məhkəmə eyni zamnda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan, təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan məhkəmə sorğusu əsasında Bakı şəhəri Xətai rayon Prokurorluğundan daxil olmuş xx.xx.2022-ci il tarixli, ********* saylı məktubda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan məhkəmə sorğusu əsasında Bakı İstintaq Təcridxanasından xx.xx.2022-ci il tarixli, 17/389126 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən təqdim olunan məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, baxış zamanı dəri səthində sol saidin ön səthində çoxsaylı, sağ döş nahiyəsində tək köhnə çapıq toxuması, hər iki yuxarı və aşağı ətrafda postinyeksiyon yaralar, sol budun ön səthində köhnə çapıq toxuması aşkar olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi hallarını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 30 avqust 2022-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1,477 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin və "xxxx" MMC-dən əldə edilmiş 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 220(iki yüz iyirmi) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 30 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 220 (iki yüz iyirmi) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1,477 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin və "xxxx" MMC-dən əldə edilmiş 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-443/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-443/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver