Məhkəmə qərarları › İş №1(101)-443/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-443/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-443/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 09:55-də Hakim Şahid3 Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs sosial şəbəkə səhifələrində əvvəlcədən düşünülmüş şəkildə istifadəçilərdən ibarət kütlənin marağına səbəb olacaq üslubda paylaşımlar edib ətrafına böyük izləyici kütləsi yığan və bu yolla media reytinqini artıran dostu Şahid7 əxlaqsız və tüfeyli həyat sürən qadınların yaşayış tərzini, digər şəxsi məlumatlarını işıqlandırması və bu fəaliyyəti ilə əlaqədar şəxsi maraqları naminə həmin qadınlara qarşı qanunsuz tələblər irəli sürməsi barədə məlumatlı olduqdan sonra Şahid7lə tamah niyyəti ilə özgənin əmlakım hədə- qorxu ilə əldə etmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşməklə 2022-ci ilin mart ayında istifadəsində olan +**********11 saylı mobil telefon nömrəsindən tanışı Zərərçəkmiş şəxs istifadəsində olan +**********28 saylı mobil telefon nömrəsinə “WhatsApp” ani mesajlaşma mübadilə sisteminin zəng xidməti vasitəsi ilə zəng edib Şahid7 yanında olduğunu zərərçəkmiş şəxsin nəzərinə çatdırmaqla Zərərçəkmiş şəxs ilə rəfiqələrinin mehmanxana və digər qapalı məkanlarda olan açıq-saçıq səhnəli, əxlaqsız tərzdə çəkilmiş foto və video görüntülərdən ibarət rüsvayedici məlumatların Şahid7 olmasını iddia edərək dediklərinin həqiqliyinə inandırmaq, hədə-qorxusunun təsirini daha da artırmaq və nəticə etibarı ilə cinayətkar məqsədinə çatmasını asanlaşdırmaq məqsədi ilə “WhatsApp” sistemi üzərindən yazdığı mesajlarda Zərərçəkmiş şəxs tələsdirib təcili şəkildə 3000 (üç min) manat məbləğində pul verməyəcəyi təqdirdə həmin məlumatların cinayətkar qrupun digər üzvü Şahid7 tərəfindən sosial şəbəkə səhifələrində yayılacağı hədəsi ilə həmin pul vəsaitini verməsini tələb edib zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 10 ildən çox olar ki tanıyır. Şahid7 isə cəmi iki dəfə, bir dəfə toy məclisində, bir dəfə də restoranda görmüş, birlikdə yeyib-içmişlər. Şahid7 söhbət əsnasında Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayacağını bildirərək, Zərərçəkmiş şəxs pul tələb edəcəyini bildirmişdir. Şahid7 onda Zərərçəkmiş şəxs tərəfindən gənc qızların fahişəliyə cəlb edilməsi barədə məlumatlar olmasını demişdir. Şahid7 onun Zərərçəkmiş şəxs ilə yaxın münasibətdə olduğunu bilərək, onun pul tələbini Zərərçəkmiş şəxs çatdırmasını ona tapşırmışdır. O, hətta Şahid7lə mübahisə edərək, Zərərçəkmiş şəxs qarşı pislik etməməsini bildirmişdir. Onun yalnız səhvi bundan ibarət olmuşdur ki, Şahid7 dediyi sözləri Zərərçəkmiş şəxs çatdırmışdır. Daha sonra Zərərçəkmiş şəxs ona zəng edərək, Şahid7 onun barəsində sosial şəbəkələrdə məlumatlar yaydığını bildirmişdir. O da bu səbəbdən Şahid7lə görüşərək onunla mübahisə etmiş və bundan sonra onunla bir daha danışmamışdır. Zərərçəkmiş şəxs 10 ildən artıqdır ki, tanıyır. Zərərçəkmiş şəxs ilə tez-tez əyləncə mərkəzlərində, ortaq dostlarının ad günlərində görüşmüşlər. Zərərçəkmiş şəxs nə işlə məşğul olmasını bilmir, onun hər hansı şəxsi fahişəliyə cəlb etməsini görməmiş, eləcə də, narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirməsinə şahid olmamışdır. Şahid7 “Nemət” adlı dostunun toyunda, ikinci dəfə isə restorandan çıxarkən görmüş, Şahid7 ondan qonaqlıq verməsini xahiş etmiş, o da Şahid7 etiraz etməmiş və birlikdə əyləşib yemək yemişlər. Sosial şəbəkələrdən gördüyü qədəri ilə Şahid7 müxtəlif şəxslərə hədə-qorxu gələrək pul tələb etmişdir. Şahid7 onun yanında Zərərçəkmiş şəxs pul tələb edəcəyini bildirmiş, o isə Zərərçəkmiş şəxs onun dostu olduğunu, yaxşı qız olduğunu bildirərək, Cəmili bu hərəkətlərdən daşındırmağa çalışmışdır. O, Zərərçəkmiş şəxs bildirmişdir ki, Şahid7 ona qarşı “oyun” qurmaq istəyir. O, Yeganəyə Şahid7 ondan yəqin ki, pul istədiyini demişdir. Zərərçəkmiş şəxs isə cavabında Şahid7 hər hansı məbləğdə pul verməyəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs pul istəməmiş, Şahid7 onun yanında Yeganədən pul istəməsini xatırlamır, həmin zaman o, içkili vəziyyətdə olmuşdur. Şahid7 Zərərçəkmiş şəxs və bir neçə qızların şəkillərini sosial şəbəkədə öz şəxsi səhifəsində paylaşaraq, əxlaqsızlıqla məşğul olmalarını yazmışdır. Zərərçəkmiş şəxs ona zəng edərək, Şahid7 bu əməli barədə məlumat vermişdir. O, Cəmildən nə üçün Zərərçəkmiş şəxs məxsus şəkilləri sosial şəbəkədə paylaşdığını soruşaraq irad bildirsə də, Şahid7 düzgün hərəkət etdiyini bildirmişdir. Onunla Şahid7 arasında Zərərçəkmiş şəxs pul tələb edilməsi və ya Yeganənin həyat tərzi ilə bağlı yazışmalar olmamışdır. Onunla Cəmil arasında olan yazışmalarda o, yalnız Şahid7 narazılığını bildirərək, onu söymüşdür. Cəmilin Zərərçəkmiş şəxs pul istəməsi ilə bağlı Yeganə ilə arasında yazışmalar olmuşdur. Daha sonra Şahid7 həbs edilmiş, Cəmili cəmi 2-3 dəfə görmüşdür. Şahid7 ona Zərərçəkmiş şəxs pul alaraq, pulun hər hansı hissəsini ona verəcəyini vəd etməmiş, onun bu işdə hər hansı maddi və ya digər marağı olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid7 ondan hədə-qorxu ilə pul tələb etmişdir. Təqsirləndirilən şəxs isə Şahid7 ondan 3.000 manat pul tələb etdiyini ona çatdırmışdır. O, 3.000 manatı verməmiş, ibtidai istintaq zamanı da düzgün ifadə vermişdir. Həmin ifadəsini təsdiq edir və ifadəsi kimi qəbul olunmasına etiraz etmir. Belə ki, tez-tez ani həyəcan vəziyyəti yaşadığı üçün yaddaşı müəyyən qədər pozulmuş, müəyyən detalları tam xatırlamaması mümkündür. Şahid7 sosial şəbəkədə “bloger” kimi tanımış, şəxsi tanışlığı olmamışdır. Şahid7 onu haradan tapmasını bilmir. Ona ilk olaraq Təqsirləndirilən şəxs zəng edərək, Şahid7 onun yanında olmasını bildirərək, Cəmilə 3.000 manat pul vermək lazım olduğunu demişdir. O, telefonda Cəmilin səsini eşitdiyindən, Şahid7 də Fuadın yanında olmasını bilmişdir. Həmçinin, Cəmil rəfiqələri ilə birlikdə onların yanına getməsini istəmişdir. O, etiraz edərək getməyəcəyini bildirmiş və Cəmil onun barəsində sosial şəbəkələrdə paylaşımlara davam ediləcəyini bildirmişdir. Şahid7 onun barəsində pozğunluqla məşğul olmasına dair məlumatları sosial şəbəkədə paylaşmışdır. Təqsirləndirilən şəxs onu tanıdığı üçün Fuadın ona xoş niyyətlə zəng etməsini başa düşmüşdür. Lakin, o, etmədiyi nəyəsə görə pul vermək istəməmişdir. Fuadın nə üçün Şahid7 adından ona zəng etməsini bilməmişdir. Fuadla telefonda danışan zaman kənardan Cəmilin yüksək səslə danışaraq, onun həmin yerə getməsini tələb etməsini eşitmişdir. O, Polisə şikayət edərkən, şikayətində Şahid7 şikayətçi olduğunu demişdir. Şahid7 yanından zəng etdiyi vaxtdan əvvəl və ya sonra Təqsirləndirilən şəxs ona zəng edərək pul tələb etməmişdir. Təqsirləndirilən şəxs ona Cəmilin şəkilini ataraq Şahid7 onun yanında olmasını demişdir. Təqsirləndirilən şəxs rəfiqələrini götürüb getməyini və ya 3.000 manat pul verməyini Şahid7 adından demişdir. Təqsirləndirilən şəxsla aralarında dostluq münasibəti olmuş, onunla ədavəti, düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Şahid7lə əlbirlik münasibətində olub-olmamasını, pulu aralarında bölüb-bölməyəcəklərini bilməmişdir. Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı şikayəti, tələbi yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “İnstagram" sosial şəbəkəsində “agayeva_yegiw” adı altında qeydiyyatdan keçərək şəxsi hesabı olmuş, həmin hesabda özünə məxsus müxtəlif fotoşəkilləri də yerləşdirmişdir. Səhifədə çoxlu sayda qız dostları olmuş, onlarla sadəcə rəfiqəlik münasibətləri olmuşdur. “İnstagram” sosial şəbəkəsində “jam_guliyev” adlı İstifadəçini isə ümumiyyətlə tanımamışdır. 2022-ci ilin əvvəllərindən sonra təxminən mart ayında “İnstagram” və “TikTok” sosial şəbəkələrində baxış sayına görə reytinqdə irəli çəkilmiş videolara baxan zamanı qarşısına bir videoçarx çıxmışdır. Həmin videoya baxanda görmüşdür ki, “jam_guliyev” adlı istifadəçi onun və digər qızların fotoşəkillərini ard-arda yığıb montaj edərək video hazırlamışdır. Qeyd edilən videogörüntüdə fotoşəkilləri əks olunan qızların bir hissəsini tanısa da, digər qismi ilə ümumiyyətlə hər-hansı bir tanışlığı olmamışdır. Tanıdığı qızlarla isə yalnız rəfiqəlik münasibətləri olmuşdur. "Jam_guliyev” hesabının istifadəçisi, adı ona sonradan məlum olan Şahid7 həmin videogörüntünün başlığında onu “mamaroza”, yəni pul müqabilində qızları kişilərlə görüşdürən vasitəçi, digər qızları isə fahişə kimi qələmə vermişdir. Həmin paylaşımdan bir neçə gün sonra soyadını və ata adını bilmədiyi “Fuad” adlı tanışı ********** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə “WhatsApp” proqramının zəng xidməti vasitəsi ilə zəng edərək Şahid7 tanıdığını, sonuncu ilə dost olduğunu, internetdə yayılmış videodan xəbərdar olduğunu və onun yaxşılığını istədiyi üçün onların olduğu yerə 5 nəfər qız göndərməyini tələb etmişdir. Fuad Cəmillə danışdığını, ona görə də onun həmin yerə qızları göndərməli olduğunu, ya da Cəmilə öz vasitəsilə 3000 (üç min) məbləğində pul verəcəyi təqdirdə Cəmilin onun haqqında daha paylaşım etməyəcəyini demişdir. Fuad bildirmişdir ki, qeyd edilən məbləği Cəmil istəmiş və məsləhət odur ki, pulu versin. Fuad həmçinin demişdir ki, əgər pul verilməsə Cəmil bu dəfə onun və rəfiqələrinin otellərdən və digər qapalı məkanlardan olan açıq-saçıq səhnəli, əxlaqsız tərzdə çəkilmiş video və fotoları sosial şəbəkədə yayacaqdır. O, isə qəti surətdə buna etiraz edərək Cəmilin paylaşdığı yalan məlumatlara görə kiməsə hər hansı məbləğdə pul verməyəcəyini demişdir. Özü isə buna görə çox narahat olmuşdur ki, birdən Cəmil kiməsə məxsus foto və ya videogörüntünü internetdən götürüb montaj edər və yayıb onları biabır edər. Fuadın özünü isə o, bir neçə dəfə birgə olduqları ortaq məclislərdən tanımışdır. Fuadın yaşadığı ünvan və məşğuliyyəti barədə məlumatı olmamışdır. Bundan sonra Cəmilin onun haqqında həqiqətə uyğun olmayan rüsvayedici və eyni məzmunlu müxtəlif paylaşımları daha da artmağa başlamışdır. Cəmil hər dəfə bunu edib, paylaşımların altında “ardı var” sözlərini yazmışdır. Hər dəfə barəsində yeni paylaşım olanda Fuad ona “WhatsApp” vasitəsi ilə zəng edərək Cəmilə pul verib bu işi qurtarmalı olduğunu demişdir. O, bu paylaşımlara görə tanışları, qohumları və ailə üzvləri arasında rüsvay olmuş və psixi gərginlik vəziyyətinə düşmüşdür. Bu səbəbdən Cəmilin əlaqə nömrəsini tapıb əlaqə saxlayaraq onun haqqında nə səbəbə rüsvayedici məzmunlu həqiqətə uyğun olmayan məlumatlar paylaşdığını maraqlanmış və aralarında bu zəmində sözlü mübahisə baş vermişdir. Bundan sonra o, Cəmillə əlaqə saxlamamışdır. 2022-ci ilin mart ayının sonu - aprel ayının əvvəllərində soyad və ata adını bilmədiyi “Əhməd” adlı başqa tanışı “WhatsApp” proqramının vasitəsi ilə ona zəng edərək barəsində internetdə yayılmış paylaşımlara görə narahat olduğunu, ona görə də Cəmillə onun arasında barışıq etmək istədiyini, bunun üçün birlikdə görüşməyi təklif etmişdir. O da razılaşmışdır ki, görüş zamanı ona qarşı nəyə görə belə haqsızlıq etməsini Cəmillə danışaraq öyrənsin. O, Əhmədlə birlikdə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən dəqiq bilmədiyi ünvanda fəaliyyət göstərən kafelərin birinə getmişdir. Kabinetə daxil olduğu zaman Cəmili və bir nəfər tanımadığı şəxsi görmüşdür. Həmin adamı Cəmil öz köməkçisi kimi təqdim etmişdir. Otaqda əyləşdiyi masanın üzərində videokamera olduğunu görmüş, lakin Cəmil həmin kameranın işləmədiyini ona bildirmişdir. Onlar kafedə söhbət edib aralarındakı problemləri müzakirə etməyə başlamışlar. Cəmil müxtəlif tanışlarının onun haqqında narkotik vasitələrin qanunsuz dövriyyəsi, fahişəlik və fahişəliyə cəlbetmə, qumar oyunlarının təşkili və ya keçirilməsi kimi cinayət əməlləri törətdiyinə dair məlumatlar verdiklərini demişdir. O da həmin məlumatların həqiqətə uyğun olmadığını, böhtan xarakterli olduğunu və Cəmilin özü haqda da xoşagəlməz informasiyaların gəzdiyini demişdir. Bundan sonra hər ikisi bir-birilərini narahat etməyəcəklərinə dair söz verərək qarşılıqlı üzr istəyib həmin kafedən ayrılmışlar. Bir neçə gün sonra Cəmilin həmin kafedə aralarında olmuş söhbətləri qeydə aldığını və qeydə aldığı videogörüntülərdən özü üçün sərfəli hissələrini kəsib “İnstagram” sosial şəbəkəsində paylaşdığını görmüşdür. Belə ki, guya o, Cəmilin iddia etdiyi cinayət əməllərini törtədiyini boynuna alaraq üzr istədiyinə dair video paylaşılmışdır. O, gördüklərindən şoka düşmüşdür. 07 aprel 2022-ci il tarixdə saat 16-17 radələrində rəfiqəsi Nuranə ilə telefonda danışarkən Cəmilin barəsində həqiqətə uyğun olmayan məlumatlar paylaşaraq onu hər yerdə rüsvay etdiyini, həyatdan bezdiyini, yaşamaq istəmədiyini deyib intihar edəcəyini bildirmiş və zəngi sonlandırmışdır. Bundan sonra evdə olan müxtəlif dərman həblərindən təxminən 50 ədədini içərək intihara cəhd etmişdir. Yaşadığı binalar yaxın olduğu üçün qısa müddətdə rəfiqəsi Nuranə onlara gələrək qapını döymüşdür. O, çətinliklə də olsa qapını aça bilmişdir. Nuranə evə gəlib stolun üzərində dərman qutularını görən kimi intihara cəhd etdiyimi bilmiş və dərhal təcili yardımla əlaqə saxlamışdır. Təcili yardım briqadası mənzilə gələrək onu 1 saylı X4 Toksikologiya bölməsinə aparmışlar. Həmin bölmədə tibbi müdaxilə edildikdən sonra o, evə buraxılmışdır. Əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, “Fuad” adlı tanışı Cəmilin foto şəklini çəkib ona göndərərək Cəmilin yanında olduğunu və həmin paylaşımları silmək, habelə gələcəkdə barəsində hər hansı paylaşım etməmək üçün ondan 3000 (üç min) manat pul İstədiyini demişdir. Bu barədə həm səsli danışıq, həm də yazışma baş tutmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahid7 10 ildən artıqdır ki tanıyır. Belə ki, Cəmillə Səbail rayonu, İstiqlaliyyət küçəsində yaşayan zaman bir qonşu kimi tanış olmuş və aralarında səmimi dostluq yaranmışdır. Bundan başqa Şahid7lə Bakı şəhəri 132-134 saylı tam orta məktəbdə paralel siniflərdə oxumuşlar. Cəmil azadlıqda olduğu vaxtlarda o, ara-sıra Cəmillə görüşürmüş və birgə vaxt keçirirmişlər. Cəmillə hər-hansı ədavəti və düşmənçiliyi olmamışdır. Şahid7 “İnstagram” və digər sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı hesabı işlədmiş və blogger, ictimai fəal kimi fəaliyyət göstərmişdir. Cəmilin şəxsi səhifəsində müxtəlif vaxtlarda tanımadığı qızlara, qadınlara aid fotoşəkillər və digər paylaşımlar edilmiş, habelə qadınların tüfeyli həyat tərzi sürmələri qeyd olunurmuş. Zərərçəkmiş şəxs da təxminən 2-3 il ərzində ortaq dostları vasitəsi ilə tanımışdır. Bir neçə dəfə həmin ortaq dostların iştirakı ilə Yeganə ilə görüşmüş, Yeganənin nə işlə məşğul olmasını isə bilmir. Yeganə ilə də hər hansı bir ədavəti və düşmənçiliyi yoxdur. 2022-ci ilin mart ayının sonu, aprel ayının əvvəllərində o, “İnstagram” sosial şəbəkəsində olarkən dostu Cəmilin özünə məxsus hesabda Zərərçəkmiş şəxs barəsində guya sonuncunun narkotik vasitələrin dövriyyəsi, insan alveri və bu kimi digər cinayət əməlləri ilə məşğul olması barədə paylaşımlar etdiyini görmüşdür. Həmin ərəfədə Yeganə ilə mobil telefonda danışanda yaxşılıq etmək məqsədi ilə Yeganəyə demişdir ki, Cəmillə münasibəti var və lazım gələrsə tərəfləri barışdıra bilər. Həmin vaxt Yeganə də barəsində edilmiş paylaşımlarla əlaqədar dilxor olmuşdur. Yeganə buna etiraz etmədiyi üçün o, dostu Cəmilə zəng edərək Yeganə ilə barışmağı, barəsində etdiyi paylaşımları silməyi və görüşməyi təklif etmişdir. Cəmil ilk əvvəl bunu istəməsə də, onun təkidindən sonra görüşməyə razılıq vermişdir. O, bu barədə Yeganəyə demişdir və onlar birlikdə Cəmilin müəyyən etdiyi görüş yerinə, yəni Səbail rayonu Badamdar qəsəbəsində yerləşən adını bilmədiyi restorana yollanmışlar. Orada yerləşən kabinet tipli otağa daxil olanda görmüşdür ki, Cəmil otaqda bir neçə kamera avadanlığı quraşdırıb və yanında təxminən 20-25 yaşında tanımadığı, adını və digər anket məlumatlarını bilmədiyi daha bir nəfər şəxs vardır. Cəmil bildirmişdir ki, həmin cavan oğlan onun köməkçisidir və otaqda videokameralar olsa da, çəkiliş aparılmayacaq və buna ehtiyac olarsa videoçəkilişi qoşacaq. O, Cəmildən xahiş etmişdir ki, kameralara ehtiyac olmadığı üçün normal tərzdə söhbət edib məsələyə aydınlıq gətirilsin və barışıq əldə olunsun. Görüş zamanı o, Yeganənin qadın olmasını nəzərə çatdırıb onun barəsində etdiyi paylaşımları silməsini Cəmildən xahiş etmişdir. Cəmil bu barədə fikirləşəcəyini demişdir. Cəmil Yeganədən tələb etmişdir ki, o, insan alveri, narkotik ticarəti və digər qanunsuz hərəkətlər etməsini təsdiq etsin. Yeganə isə həmin işlərlə məşğul olmadığını iddia etdiyi üçün Cəmilin dediklərini təsdiq etməmişdir. Yeganə görüşdən bir müddət öncə kiminsə yanında Cəmilin ünvanına nalayiq ifadələr işlətmiş, həmin məlumat isə Cəmilə çatmışdır. Ona görə də görüş zamanı Yeganə həmin ifadələrinə görə Cəmildən üzr istəmişdir. Görüşün özü çox mehriban tərzdə yekunlaşmış və barışıq əldə olunmuşdur. Cəmil bir daha Yeganənin barəsində paylaşım etməyəcəyini bildirmişdir. O, Cəmilin dediklərinə və səmimiyyətinə inanmışdır. Çünki Cəmillə heç vaxt aralarında narazılıq olmamış, həmişə səmimi dostluq münasibətlərində olmuşlar. Növbəti gün isə o, “İnstagram” sosial şəbəkəsində olarkən görmüşdür ki, Cəmil Yeganə ilə baş tutan birgə görüşü videoçəkilişlə qeydə alıb, öz maraqlarına uyğun hesab etdiyi hissəni kəsərək səhifəsində, böyük izləyici kütləsi qarşısında paylaşıb və videoda onun səsləri də eşidilib. O, dərhal Cəmillə əlaqə saxlayıb etdiyi paylaşımları silməsini sonuncudan tələb etmişdir. Çünki faktiki olaraq Yeganə ona xatir Cəmillə görüşməyə razılıq vermiş və məqsəd yalnız barışıq olmuşdur. Görüş də çox mehriban formada yekunlaşmışdır. Lakin Cəmil nəinki söz verdiyi köhnə paylaşımlarını silməmiş, hələ üstəlik onun da iştirak etdiyi görüşün videosounu öz səhifəsində paylaşaraq yaymışdır. Cəmil isə cavab olaraq ona demişdir ki, Yeganə ilə bağlı paylaşımların silinməsinə çox təkid edəcəyi halda guya Yeganəyə arxadayaq duraraq Cəmili hədələdiyi üçün barəsində polisə şikayət edəcəkdir. Həmin ərəfədən sonra onunla Cəmilin arasında münasibətlər kəskin soyumuşdur. Çünki o, özünə qarşı Cəmildən belə bir hərəkət gözləməmişdir. Bir neçə gün sonra isə eşitmişdir ki, Cəmilin etdiyi son paylaşımlardan sonra Yeganə dərman içərək intihar etmək istəmişdir. Yeganə ilə Cəmili görüşdürməkdə hər hansı maddi marağı olmamış və bir dost kimi yaxşılıq edib tərəfləri barışdırmaq istəmişdir. Paylaşımları silməsi üçün o, Cəmilə pul təklif etməmiş və ya bu məqsədlə Yeganədən pul tələbi olmamışdır. Zərərçəkmiş şəxs ilə Şahid7 arasında problemin nə üçün yaranmasını bilmir. O, bildiyinə görə Şahid7 Zərərçəkmiş şəxs gecə klubunda çəkilmiş videosunu sosial şəbəkədə yaymışdır. Şahid7lə görüş zamanı Cəmil videoçəkiliş aparılmadığını bildirsə də, sonradan məlum olmuşdur ki, aparılan danışıqları qeydə almışdır. Onun iştirakı ilə baş tutan görüşdə Şahid7 videonu silməsi qarşılığında Zərərçəkmiş şəxs hər hansı pul tələb etməmişdir. O, Təqsirləndirilən şəxs tanımır, onun adını ibtidai istintaq zamanı ifadə verən zaman eşitmişdir. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olan münasibətlərdən məlumatı yoxdur. Təqsirləndirilən şəxsla Şahid7 tanış olmalarını bilir, lakin, onların birlikdə Zərərçəkmiş şəxs qarşı hər hansı əməl törətmələrindən məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, hazırda barəsində olan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı davam etdirilir. O, Təqsirləndirilən şəxs cinayət işi üzrə şahid qismində hər hansı ifadə verməmiş, protokollara imza etməmişdir. Ona Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olaraq hədə-qorxu ilə pul tələb etmə üzrə ittiham verilmişdir. Təqsirləndirilən şəxs onun dostunun qardaşıdır. Fuadı o, ömründə 3 dəfə görmüşdür. Təqsirləndirilən şəxsla onun arasında Zərərçəkmiş şəxs barəsində səthi söhbəti olmuşdur. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nəsə tələb etməsini deməmiş, eləcə də, Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs nə isə tələb etməyi təklif etməmişdir. O, Daxili İşlər Nazirliyinin bir generalı ilə arasında olan narazılıq səbəbindən həbs edilmişdir. O, fahişəliyə, qadın alverinə qarşı mübarizə aparmışdır. Təqsirləndirilən şəxsla bir dəfə Nərimanov rayonu ərazisində dost kimi yeyib-içmiş, daha sonra “Koala” parkın yaxınlığında avtomobil alqı-satqısı ilə bağlı görüşləri olmuş, 3-cü dəfə isə Fuadla arasında olan anlaşılmazlığı aydınlaşdırmaq üçün görüşmüşlər. Təqsirləndirilən şəxsla ilk görüşlərində Zərərçəkmiş şəxs barəsində səthi söhbətləri olmuşdur. Çünki, o, qadın alveri ilə məşğul olan şəxslərə qarşı paylaşımlar etməklə mübarizə aparırmış. Təqsirləndirilən şəxs şəhərdə çox adamı tanıdığı üçün “Cəlal Mehdiyev” adlı şəxsin qadın alveri ilə məşğul olubolmamasına dair Fuaddan məlumat almışdır. Zərərçəkmiş şəxs qadın alveri ilə məşğul olan şəxs kimi tanımışdır. Fuadın Zərərçəkmiş şəxs ilə tanışlıqlarının olmasını bilsə də, onun Yeganə ilə telefonda danışıb-danışmamasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun adından 3.000 manat pul tələb etməsini istintaqda ifadə verən zaman bilmişdir. O, digər cinayət işi üzrə AR CM-in 182-ci maddəsi ilə ittiham olunur. Həmin iş üzrə 2 zərərçəkmiş şəxs vardır. Həmin şəxslər ona qarşı irəli sürülmüş ittihamı möhkəmləndirmək üçün zərərçəkmiş şəxs kimi cəlb edilmişlər. Təqsirləndirilən şəxs dedikləri yalandır, Fuad Zərərçəkmiş şəxs onun təşəbbüsü ilə zəng etməmişdir. Təqsirləndirilən şəxs telefonla zəng edərək Yeganədən pul istəyərkən və ya digər tələb irəli sürərkən o, Fuadın yanında olmamışdır. Təqsirləndirilən şəxs onunla birlikdə insan alverinə qarşı sosial mübarizə aparmaq üçün müraciət etməmişdir. “İşimizə bax valikləri vururuq...”, “valiklərə ölüm...” məzmunlu yazışmalar ona aid olmamışdır. Onun telefonu ondan başqa digər şəxslər tərəfindən istifadə olunmamışdır. O, Zərərçəkmiş şəxs ilə dostu Şahid3 təşəbbüsü ilə görüşmüşdür. O, həmin görüşü videoyazı ilə qeydiyyata almışdır. Zərərçəkmiş şəxs həmin görüşə barışıq məqsədi ilə gəlmişdir. Həmin görüşdən sonra Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin rəisi ona zəng edərək Yeganə ilə işinin olmamasını tapşırmışdır. Zərərçəkmiş şəxs ilə görüşü zamanı Təqsirləndirilən şəxs pul istəməsi ilə bağlı hər hansı söhbətləri olmamışdır. Zərərçəkmiş şəxs ilə görüşü zamanı aparılan çəkilişin müəyyən hissələrini o, paylaşmışdır. Lakin, həmin görüşdə Yeganə ilə aralarında pul söhbəti olmamışdır. Həmin görüşün videoyazısı tam şəkildə movcuddur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, O, Şahid7lə əlaqədar ifadə vermişdir. Zərərçəkmiş şəxs ilə tanışlıq münasibətləri vardır. İbtidai istintaq zamanı verdiyi ifadəsi ilə tanışdır, ifadəsini təsdiq edir. Həmin ifadəsində qeyd etdiklərinin ifadəsi kimi qəbul olunmasına etirazı yoxdur. “İnstagram” sosial şəbəkəsində Şahid7 Zərərçəkmiş şəxs ilə bağlı paylaşdığı videonu görmüşdür. Yeganəyə bu məsələ ilə bağlı zəng etmişdir. Zərərçəkmiş şəxs ona Şahid7 onu hədələyərək pul istədiyini bildirmişdir. Onda Şahid7 birlikdə Təqsirləndirilən şəxsla əlbir olaraq Zərərçəkmiş şəxs hədə qorxu yolu ilə pul tələb etmələrinə dair məlumat olmamışdır. Həmçinin, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2 ildən artıq müddət ərzində ortaq dostları və tanışlarının vasitəsi ilə tanımış, bir neçə dəfə ad günlərində və digər tədbirlərdə birgə iştirak etmişdir. Yeganə ilə münasibətləri həmişə səmimi olmuşdur. Şahid7 isə sosial şəbəkədə, daha dəqiq “İnstagram” sosial şəbəkəsində fəaliyyət göstərən bloger kimi tanımış, Cəmillə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2022-ci ilin mart ayında o, təsadüfən “İnstagram” sosial şəbəkəsində olarkən Şahid7 istifadə etdiyi “jam_guliyev” adlı hesabda bir video paylaşmasını görmüşdür. Həmin videogörüntüdə tanışı Zərərçəkmiş şəxs və tanımadığı başqa qızların fotoşəkilləri video halında paylaşılmış və videonun altında isə Yeganənin “mamaroza”, qızların isə fahişə olması qeyd edilmişdir. O, bunu görəndən sonra Zərərçəkmiş şəxs ilə əlaqə saxlamış və məlum olmuşdur ki, həmin videodan Yeganənin də xəbəri vardır. Sadəcə həmin məlumatlar özündə həqiqəti əks etdirmədiyindən və Cəmilin qərəzli münasibəti ucbatından bu paylaşımı etdiyi üçün Yeganə buna əhəmiyyət verməmişdir. Bir müddət sonra isə o, Zərərçəkmiş şəxs ilə telefonda danışarkən Yeganə bildirmişdir ki, Cəmil ortaq tanışının vasitəsi ilə Yeganəyə söz göndərib ki, 3000 manat pul versin. Əgər pul verilməsə Cəmil özündə olan, hardansa əldə etdiyi Yeganə barədə daha açıq-saçıq tipli, guya rüsvayedici məlumatları sosial şəbəkədə yayaraq Yeganəni ölkədə biabır edəcəkdir. O, Yeganəyə bildirmişdir ki, bu məsələni belə saxlamaq olmaz və polisə şikayət etmək lazımdır. Yeganə bu barədə düşünəcəyini desə də, həmin ərəfədə polisə şikayət etməmişdir. Bir neçə gün sonra isə o yenidən sosial şəbəkədə, daha dəqiq Şahid7 məxsus “jam_guliyev” adlı “İnstagram” hesabında daha bir paylaşımla rastlaşmışdır. Bu dəfə isə görmüşdür ki, Yeganə barışıq əldə edilməsi üçün Cəmillə kabinet tipli otaqda görüşmüş və Cəmil həmin görüşü videoya çəkərək orada Yeganəni “mamarozalıqda”, yəni kişilərə qız “çıxartmaqda”, qumar oyunlarında və narkotikdən istifadədə günahlandıraraq həmin əməlləri törətməsini etiraf etməsini Yeganədən tələb etmişdir. Yeganə isə heç nəyi boynuna almamışdır. O, özü də şəxsən Yeganənin elə işlərlə məşğul olmasının heç vaxt şahidi olmamış və bu barədə ortaq tanışlarından da nəsə eşitməmişdir. Az müddət sonra 2022-ci ilin aprel ayının əvvəllərində o, ortaq tanışlarından eşitmişdir ki, Cəmilin hədələrinə və etdiyi paylaşımlara görə Yeganə bezərək dərman içib intihar etmək istəmişdir. Yeganə özü həmin ərəfədə telefon zəngələrinə cavab verə bilmədiyi üçün o, Yeganə ilə əlaqə saxlaya bilməmişdir. Lakin bir neçə gün sonra o, Yeganə ilə əlaqə yarada bilib Cəmilin tələb etdiyi pulu verib-vermədiyini Yeganədən soruşmuşdur. Yeganə isə Cəmilə pul vermədiyini bildirmişdir. Bu sözlərdən sonra o, başa düşmüşdür ki, məhz buna görə Cəmil acığa düşərək Yeganənin barəsində paylaşım etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsindən “mexra” adı altında istifadə etmişdir. Hadisə baş verməzdən öncə o, özünə aid müxtəlif fotoşəkilləri şəxsi hesabında paylaşmışdır. Zərərçəkmiş şəxs təxminən son 6-7 ay ərzində “İnstagram” vasitəsi ilə tanımış və aralarında səmimi rəfiqəlik münasibətləri olmuşdur. Yeganə ilə bir neçə dəfə həyatda da görüşüb birgə vaxt keçirmişlər. Yeganə onun “İnstagram” sosial şəbəkə hesabında dostluğunda da olmuşdur. Son bir neçə ay ərzində maddi durumu yaxşı olmadığına görə bir neçə dəfə pul müqabilində cinsi əlaqə xidmətləri göstərmişdir. Həmin kişilər isə yalnız öz tanışları olmuşdur. 0, heç vaxt hansısa “mamaroza”, yəni vasitəçinin köməkliyi kişilərlə görüşə çıxmamışdır. “İnstagram” sosial şəbəkəsindəki “jam_guliyev” adlı hesabın istifadəçisi olan Şahid7 isə ümumiyyətlə tanımamış və barəsində heç vaxt eşitməmişdir. 2022-ci ilin mart ayının sonlarında o, yaşadığı evdə olan vaxt Yeganə və digər rəfiqələri ona “WhatsApp” vasitəsi ilə bir fotoşəkil yollamışlar. O, həmin fotonu yükləyib baxanda görmüşdür ki, fotoşəkil ona məxsusdur və hansısa videogörüntünün üzərindən fiksə edilmişdir. Onun fotosunun altında isə “MamaRoza Yegənə və gızları" başlığı yazılmışdır. Həmin fotonun videogörüntü halında “jam_guliyev” adlı istifadəçinin “İnstagram” hesabında yerləşdirilməsini bildikdən sonra öz “İnstagram” səhifəsindən dərhal oraya daxil olmuş və görmüşdür ki, başqa digər qızların fotoşəkillərini də oğurlayan Şahid7 onları birləşdirib bir video halında hazırlamışdır. Bu vəziyyət onun üçün çox gözlənilməz olmuşdur. O, nə edəcəyini bilməmiş, qorxmuşdur ki, bu paylaşımı yaxın ailə üzvləri və qohumları da görər, nəticədə onun üçün böyük problemlər yaranar. O, ilk öncə Cəmilə mesaj yazıb nəyə görə onu tanımaya-tanımaya fotoşəklini paylaşaraq böhtan atmasını soruşmaq istəmişdir. Lakin qorxmuşdur ki, aralarında olan yazışmanı da Cəmil öz səhifəsində paylaşıb onu bir daha biabır edər. Ona görə də qərara gəlmişdir ki, qanuni qaydada polisə şikayət etsin ki, Cəmilin bu qanunsuz hərəkətləri barədə bir ölçü götürülsün. Ona görə də elə həmin gün öz “İnstagram” hesabından Daxili İşlər Nazirliyinin rəsmi “İnstagram" hesabında fəaliyyət göstərən “polisazerbaycan” səhifəsinə şikayət ünvanlamışdır. Onda olan məlumata görə həmin videogörüntüdə fotoşəkilləri paylaşılmış qızlar da Cəmilin barəsində polisə şikayət etmişlər. O, Tanıdığı adamlardan xəbər almışdır ki, Şahid7 bəzi qızlardan pul da almışdır ki, barələrində olan məlumatları paylaşmasın. O, özü heç vaxt Şahid7lə real həyatda görüşməmiş və Cəmillə cinsi əlaqədə olmamışdır. Cəmil şəxsən ondan heç vaxt pul tələb etməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, son 1 (bir) il ərzində Dərnəgüldə yerləşən “Avrora” şirkətində merçendayzer vəzifəsində işləmiş, 2021 -ci İlin dekabr ayında iş yerini tərk etmişdir. Həmin vaxtdan etibarən daimi iş yeri olmadığı üçün şəhər ərazisində müxtəlif restoranlarda inzibatçı kimi işləyib pul qazanmışdır. “İnstagram” sosial şəbəkə səhifəsində “rosenar” adlı hesabı olmuş və orada özünə aid fotoşəkilləri yerləşdirmişdir. Həmin səhifə bütün istifadəçilər üçün açıq olmuşdur. 2021-ci ilin noyabr ayında “Elnur” adlı fotoqraf tərəfindən onun üçün fotosessiya həyata keçirilmiş, həmin fotosessiyada bikini, yəni çimərlik paltarlarında, ya da alt paltarlarında, yarıçılpaq şəkillər olmamış, sıradan adi gecə paltarlarında olan fotoşəkillər olmuşdur. “İnstagram”da o, “jam_guliyev" adlı blogeri izləmiş, həmin blogerin böyük tamaşaçı kütləsi olmuşdur. Cəmil müxtəlif qızların, modellərin və ya yüngül həyat tərzi keçirdiyini iddia etdiyi xanımların fotoşəkillərini səhifəsində paylaşaraq onları təhqir etmiş, müxtəlif təhdidlər etmiş, ifşa edəcəyi ilə hədələmişdir. 28 mart 2022-ci il tarixdə təsadüfən “jam_guliyev” istifadəçisinin hesabına daxil olanda bir videoçarxın paylaşıimasım görmüşdür. Həmin videoçarxda təxminən 35-40 nəfər qızın fotoşəkillərindən ibarət görüntü yaradılmışdır. Görmüşdür ki, orada ona aid iki ədəd fotoşəkil də yerləşdirilmişdir. Həmin fotoşəkillər isə fotosessiyasından əldə edilmiş şəkillər olmuşdur. Videogörüntünün altında isə “Yegiwin valikleri»cümləsi yazılmışdır. Onun üçün bu hadisə şok olmuş, çünki əvvəllər “jam_guliyev” adlı istifadəçi ilə hər-hansı problemi olmamış, münaqişə yaşamamışdır. Cəmillə ümumiyyətlə heç vaxt ünsiyyəti belə olmamışdır. Sonradan bilmişdir ki, həmin səhifənin istifadəçisi Şahid7dur. Bir neçə ay öncə maddi durumu yaxşı olmadığına görə məcbur qalıb bir neçə dəfə pul müqabilində kişilərlə görüşə getmiş, yəni cinsi əlaqədə olmuşdur. Həmin görüşlərin bir neçəsinə rəfiqəsi Yeganə ilə birlikdə getmişdir. Cəmil hər dəfə paylaşımlarında düzgünlük uğrunda mübarizə apardığını, yalana qarşı olduğunu, polisdən qorxmadığını, jurnalist olduğu üçün azad şəkildə məlumatları yaymaq hüququnun olduğunu demişdir. Ona görə də o, qorxmuşdur ki, şəxsi poçt qutusuna mesaj yazaraq videonu silməsini tələb etsə Cəmil daha da acıqlanıb başqa hərəkətlər edər. Bu səbəbdən də o, Cəmilə heç nə deməmişdir. Bunun əvəzinə o, Daxili İşlər Nazirliyinin “İnstagram” şəbəkəsində yerləşən səhifəsinə mesaj yazaraq şikayət etmişdir. Həmin ərəfədə bilmişdir ki, Cəmil Yeganəni neçə vaxtdır ki, hədələyir, pul tələb edir və deyir ki, Yeganə başqa qızları pul qarşılığında kişilərlə görüşə apardığı üçün pul verməlidir. Hətta yadına gəlir ki, Cəmil Yeganəni görüşə çağırıb bu mövzuda danışdırmış və videoya çəkmiş, bunun ardınca həmin videonu da səhifəsində paylaşmışdır. Yeganə rüsvayçılıqdan özünə qəsd edərək dərman içib zəhərlənmişdir. Onun və digər qızların barəsində olan, Şahid7 tərəfindən “İnstagram” səhifəsində paylaşılmış və şərh hissəsində təhqiramiz ifadələr yazılmış videogörüntünü telefonuna yükləməmişdir. Bunu lazım bilməmişdir. Sonradan isə Cəmilin barəsində çoxlu şikayətlər daxil olmuş və səhifəsi bağlanmışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, maddi imkanı yaxşı olmadığına görə ara-sıra pul qazanmaq məqsədi ilə kişilərlə görüşüb cinsi əlaqə xidmətləri göstərmişdir. Şahid7 tanımamış, kim olmasını əvvəlcə bilməmişdir. İlk ərəfələrdə “İnstagram”da “jam_guliyev” adlı səhifə tərəfindən paylaşılan və yayılan videolar təsadüfən onun qarşısına çıxmışdır. O da həmin videolara baxanda görmüşdür ki, Cəmil müxtəlif qızları videoya çəkərək danışdırmış, nalayiq suallar vermiş, cəmiyyət içində qızları rüsvay etmək istəmişdir. 0, həmin adamın kim olmasını bilməsə də, rəfiqələrindən maraqlananda ona demişlər ki, həmin şəxs Şahid7 ad soyadlı blogerdir. Ona məxsus “İnstagram” hesabı “nanul_l” adlandırılmışdır. Bir neçə ay öncə o, “İnstagram" hesabında olan zaman qarşısına videoçarx çıxmışdır. Həmin video “jam_guliyev” adlı səhifədə paylaşılmışdır. Videoya baxanda görmüşdür ki, Şahid7 qarşısında Zərərçəkmiş şəxs əyləşdirərək suallar vermiş, Yeganəni “mamarozalıqda”, yəni pul qarşılığında cinsi xidmətlər göstərən qızlar tapıb kişilərlə görüşdürmək üçün vasitəçilik etməkdə, ad günündə iştirak edən müğənnilər üçün “kokain” narkotik vasitəsini gətirməkdə, saxta pullardan istifadə etməkdə günahlandırmış, nəyə görə bu işlərlə məşğul olmasını soruşmuş və digər suallar vermişdir. Bütün bu prosesi isə Şahid7 videoya çəkmiş və geniş izləyici kütləsi olan “İnstagram” səhifəsində paylaşmışdır. Həmin video qısa zaman kəsiyində bütün sosial şəbəkələrdə yayılmışdır. Bundan sonra Yeganə hətta intihar etmək üçün dərman da içmişdir. Lakin həkimlərin müdaxiləsindən sonra Yeganə sağ qalmışdır. O özü şəxsən Şahid7lə heç vaxt görüşməmiş, cinsi əlaqədə olmamış, telefonla və ya digər sosial şəbəkə vasitəsi ilə söhbətlər aparmamışdır. Sadəcə Şahid7 sırf yüngül həyat tərzi keçirən qızlar barədə video və digər paylaşımları etdiyinə görə o da gizlincə Cəmilin səhifəsini izləməyə başlamışdır ki, birdən onun barəsində də nəsə paylaşılar. 2022-ci ilin yanvar ayından mart ayına qədər olan dövr ərzində Şahid7 ayrı-ayrı vaxtlarda öz “İnstagram” səhifəsində üç ədəd videoçarx yerləşdirmişdir. Həmin videolara baxanda görmüşdür ki, Şahid7 onun və digər qızların fotoşəkillərindən slayd tipli görüntü hazırlamış, bundan başqa müxtəlif "mamarozaların” kişilərlə apardığı yazışmaları, pulla görüşən qızların fotoşəkillərinin seçim üçün həmin kişilərə göndərilməsinə dair söhbətləri videolara yerləşdirib paylaşmışdır. Həmin videolarda o, özünə aid fotoşəkilləri də aşkar etmişdir. Halbuki, o, heç vaxt mamarozanın vasitəsi ilə heç bir kişi ilə görüşməmişdir. O qorxaraq Şahid7 özünə heç nə yazmamış, Cəmilin hirslənib prinsip düşərək barəsində başqa paylaşımlar da edəcəyindən ehtiyat etmişdir. 2022-ci ilin mart ayında Şahid7 sonuncunu videosunu paylaşandan sonra o, artıq öz canına qəsd etmək həddinə çatdığına görə Cəmilin barəsində “İnstagram” vasitəsi ilə polisə şikayət mesajı yazmışdır. Şahid7 ondan heç vaxt pul və ya başqa nəsə tələb etməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma övladıdır. 2022-ci ilin fevral-mart aylarında hazırda adlarını xatırlamadığı tanışları “Şahid7” ad soyadlı şəxsin özünə məxsus “jam_guliyev" adlı “İnstagram” hesabında guya qızı Zərərçəkmiş şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, fahişəlik, fahişəliyə cəlb etmə, qumar oyunlarının təşkili və keçirilməsi kimi qanunsuz hərəkətlərlə məşğul olmasına dair həqiqətə uyğun olmayan böhtan xarakterli payiaşımlarını onun mobil telefonuna göndərməyə başlamışlar. O bu barədə qızı Yeganədən maraqlananda Yeganə bildirmişdir ki, Şahid7lə aralarında ədavət olmuş və Cəmil həmin videoları paylaşmaq yolu ilə Yeganəni şantaj edib pul almaq istəmişdir. Lakin bu ədavətin və şantajların səbəbi barədə Yeganə bir söz deməmişdir. Bundan sonrakı ərəflərdə Şahid7 Yeganə barəsində olan bu sayaq paylaşımlan daha da artmağa başlamışdır. Yeganə ilə bu barədə danışarkən Yeganə, Cəmilin hərəkətlərinə görə artıq həyatdan bezdiyini, özünə qəsd edəcəyini demişdir. Hər gün olduğu kimi 07 aprel 2022-ci il tarixdə hal-əhval tutmaq üçün o, qızı Yeganəyə zəng etsə də, Yeganə zənglərə cavab verməmişdir. Yeganənin zənglərə cavab verməməsindən narahat olduğu üçün sonuncunun rəfiqələrinə də zəng edib Yeganənin harada olmasını maraqlanmışdır. Lakin rəfiqələri də Yeganənin harada olmasını, nəyə görə zənglərə cavab verməməsinin səbəbini bilmədiklərini demişlər. Həmin gün axşam saatlarında isə internet şəbəkəsi səhifələrinin birində Cəmilin etdiyi paylaşımlara görə Yeganənin dərman içərək intihara cəhd etdiyini və 1 saylı X2 Toksikologiya şöbəsinə yerləşdirildiyini görmüşdür. Bundan sonra dərhal xəstəxanaya gedib qızının səhhəti ilə maraqlanmışdır. Həmin gün Yeganəyə tibbi müdaxilə edildikdən sonra Yeganə evə buraxılmışdır. Yeganə ona demişdi ki, Şahid7 paylaşımlan etməmək üçün pu! almaq istəmişdir. Yeganə isə Cəmilə pul verməkən imtina etdiyini demişdi. İlk əvvəl Cəmil tərəfindən tələb olunan pulun dəqiq məbləği barədə məlumatı olmamışdır. Lakin 2022-ci ilin aprel ayında qızını xəstəxanadan çıxarıb evə gətirəndə Yeganəni sakitləşdirərək dilə tutub xahiş etmişdir ki, Cəmillə arasmda baş vermiş məsələ barədə ona bir az məlumat versin. Yeganə də demişdi ki, ortada “Fuad” adlı bir şəxs olmuşdur. Özünü Yeganəyə dost kimi göstərən həmin “Fuad” adlı şəxs Cəmillə yaxın dost olmuşlar. Cəmillə bir yerdə qonaqlıqda olarkən “Fuad” adlı şəxs Cəmilin fotosunu ona yollayaraq Cəmilin adından Yeganəyə söz göndərmişdir ki, Yeganə Cəmil üçün ya bir neçə nəfər qız, ya da 3000 (üç min) manat pul göndərsin. Yeganə isə buna qəti etiraz edərək deyilənləri etməmişdir. Fuad isə bildirmişdir ki, əgər Cəmilin dedikləri olmasa Yeganəni sosial şəbəkədə biabır edəcəklər. İş materiallarında olan Təqsirləndirilən şəxs və Şahid7 arasında keçirilmiş 02 iyun 2023cü il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, onlar hər hansı səbəb göstərmədən bir-biri ilə üzləşməkdən, ziddiyyətlərin aradan qaldırılması xidmət edən suallara cavab verməkdən imtina etmişlər. (cild 2, iş vərəqə 81-82) İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında keçirilmiş 02 iyun 2023-cü il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs əvvəl istintaqa verdiyi ifadəsini bütün hissələrdə tamamilə təsdiq etmiş, Təqsirləndirilən şəxs isə Şahid7 məxsus fotoşəkili Zərərçəkmiş şəxs göndərdiyini, ardınca zəng edərək Cəmilin sözünə istinadən onlar üçün pul və ya qız göndərməsini bildirdiyini etiraf etmiş, bununla bağlı Cəmil və Yeganənin arasında “WhatsApp” vasitəsi ilə yazışma da baş tutduğunu göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzləşdirmə zamanı şəxsən özünün həmin gün Yeganə ilə danışdığını, Cəmilin isə danışmadığını bildirmiş, pul və ya qızların istənilməsi isə onunla bağlı olmuşdur ki, bunun əvəzində Cəmil Yeganəni sosial şəbəkədə biabır etməsin. Hadisə günü özünün deyil, məhz Şahid7 ona məxsus mobil telefonla Zərərçəkmiş şəxs ilə “WhatsApp”-da yazışması barədə Təqsirləndirilən şəxs dəqiqləşdirici sual verilsə də, Təqsirləndirilən şəxs həmin suala cavab verməkdən imtina etmişdir. (cild 2, iş vərəqə 9-11) İş materiallarında olan “TikTok” sosial internet şəbəkəsi platformasında təqsirləndirilən şəxs Şahid7 istifadəsində olan “jam_guliyev” adlı hesaba baxış keçirilməsi barədə 02 iyun 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən hesab bütün sosial şəbəkə istifadəçiləri üçün sərbəst baxışa açıq olmaqla baxış anında səhifə 6035 (altı min otuz beş) nəfər istifadəçi tərəfindən izlənilmiş, Şahid7 isə cəmi 14 (on dörd) nəfər istifadəçini izləmişdir. Şəxsi hesabda ümumilikdə 22 (iyirmi iki) ədəd paylaşım edilmiş və həmin paylaşımlar cəmdə 62700 (altmış iki min yeddi yüz) bəyənmə sayı əldə etmişdir. Hesabın profil başlığında yerləşdirilmiş fotoda ağ rəngli, sedan tipli, operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulan iki ədəd sayrışan işıq avadanlıqları quraşdırılmış, arxa yük yerinin (baqajın) qapısı açıq vəziyyətdə olan “İnfinity” markalı, 10GY313 dövlət qeydiyyat nişanlı minik avtomobili əks olunmuşdur. Sosial şəbəkə səhifəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, hesaba yerləşdirilmiş videogörüntülərin əksər hissəsində barəsində araşdırma aparılan Şahid7 şəxsən görüntüləri və qeydə aldığı videoçarxları paylaşdığı mövzu ətrafında müzakirələr aparmaqla paylaşır. Bundan başqa Şahid7 Zərərçəkmiş şəxs videoçəkilişə alaraq sonuncunu narkotik vasitələrin qanunsuz dövriyyəsində və fahişəliyə cəlb etmə əməllərini törətməkdə ittiham edərək bu barədə Zərərçəkmiş şəxs davamlı sorğu-suallara tutur, 07 aprel 2022-ci il tarixdə “Tiktok” hesabına yerləşdirdiyi həmin 3 (üç) dəqiqə 6 (altı) saniyəlik videoçarxa isə “Narkotacir MamaRoza Ağayeva Yegane” başlığını qoymuşdur. Baxış anında qeyd edilən videoçarx 35200 (otuz beş min iki yüz) nəfərdən artıq izləyici tərəfindən izlənmişdir. Bundan başqa Şahid7 öz hesabında yerləşdirdiyi 26 yanvar 2022-ci il tarixli videoçarxlardan görünür ki, kabinet tipli otaqda əyləşən Zərərçəkmiş şəxs onu videoçəkiliş qurğuları ilə qeydə alan Şahid7 tərəfindən narkotik vasitələrin (kokain) və saxta pulların qanunsuz dövriyyəsində, habelə fahişəliyə cəlb etmə əməllərində ittiham edilir. Videoçəkilişlərdən açıq-aşkar məlum olur ki, Şahid7lə Zərərçəkmiş şəxs savayı həmin görüşdə başqa bir şəxs də iştirak etmişdir. Qeyd edilən videoçarxlardan birinin başlığında “Mama Roza yeqənə”, digərində isə “Yeqiş mamaroza” sözləri yazılmışdır. Baxış zamanı məlum olmuşdur ki, 26 yanvar 2022-ci il tarixli videoçarxlardan biri 355700 (üç yüz əlli beş min yeddi yüz), digəri isə 796900 (yeddi yüz doxsan altı min doqquz yüz) nəfərdən artıq izləyici tərəfindən izlənmişdir. (cild 1, iş vərəqə 68-69) İş materiallarında olan Şahid7 məxsus daimi istifadəsində olmuş 01 (bir) ədəd “Apple” markalı “İphone 13 Pro” modelli mobil telefona baxış keçirilməsi barədə 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən mobil telefon **********9764 imei şifrəli, smartfon tipli, açıq mavi rəngli korpuslu olmaqla, üzərində bir ədəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid mobil telefon nömrəsi simkartı vardır. Mobil telefonun xidmət menyusundan istifadə etmək və mobil tətbiqlərə daxil olmaq üçün istifadə edilən gizli şifrə “280887”-dir. Mobil telefonun yaddaşında (“Albums” adlı qovluq) ümumilikdə 431 (dörd yüz otuz bir) ədəd fotoşəkil və videogörüntü mövcuddur. Baxış zamanı məlum olmuşdur ki, həmin fotoşəkillərin içərisində iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, habelə şahid qismində dindirilmiş Şahid5, X1 və şəxsiyyətləri istintaqa məlum olmayan qadın cinsindən olan digər şəxslərə aid şəxsi fotoşəkillər mövcuddur. Bundan başqa “İnstagram” sosial şəbəkəsindən ekran çıxarışı edilərək foto və video faylı kimi telefonun yaddaşına həkk edilmiş 07 aprel 2022-ci il tarixli görüntüdən məlum olmuşdur ki, “twinsmom_ck” adlı istifadəçi Zərərçəkmiş şəxs fahişəliyə cəlb etmə əməllərini törətməsi barədə məlumatlı olduğunu iddia edib müxtəlif qızların, o cümlədən iş üzrə şahid qismində dindirilmiş qadınların bir qisminin fotoşəkilini Şahid7 mesaj şəklində yollayaraq həmin məlumatların sosial şəbəkədə paylaşılmasını istəmişdir. (cild 1, iş vərəqə 151-160) İş materiallarında olan Zərərçəkmiş şəxs təqdim etdiyi sosial şəbəkədə Təqsirləndirilən şəxs ilə arasında aparılmış yazışmaların çıxarış sənədlərinə baxış keçirilməsi barədə 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, yazışmaların 4 (dörd) vərəqəsi “İnstagram” sosial şəbəkəsi, qalan 2 (iki) vərəqəsi isə “WhatsApp” ani mesajlaşma mübadilə sisteminin vasitəsi ilə aparılmış danışıqlardan ibarətdir. “İnstagram” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalardan məlum olmuşdur ki, həmin sosial şəbəkədə “fuadhuseynovƏ” ləqəbi və “Təqsirləndirilən şəxs” ad soyadı ilə qeydiyyatda keçmiş şəxslə Zərərçəkmiş şəxs arasında aşağıdakı dialoq baş tutmuşdur: Fuad: Netersen Canı yanmıw Gözün aydın Peyser getdi aha rahatda Yeganə: X7 de 3 min pul istiyirdi o vaxt Yadindadi da? Fuad: Bilirəm Yeganə: Sene demişdi Serefsiz Vermedim deye Basima oyun acirdi Fuad: Hmm Axırı noldu? FaktVse sındıda Onun geci tezi varıydı onsuzda Yeganə: Axiri biyabr oldu da Fuad: Hee Sende deyirdin menim dostumdu Yeganə: Sen ne yaxsi onnan yaxiniydin ee? Yeganə: Menim dostum? O menim yox ee Senin dostun idi Ona gore sene demişdi ki 3 ki 3 min al getir baglayim söhbeti Mende vermedim Fuad: Yığacam danıwaq Nömrevi at Yeganə: Yaxsi Fuad: Domino gedir Yeganə: Yigacam sabah seni Fuad: Dostlarla Yığcam birazdan “WhatsApp” ani mesajlaşma və mübadilə sistemi üzərindən aparılmış yazışmalardan məlum olmuşdur ki, “Fuad” adlı şəxs təqsirləndirilən şəxs Şahid7 fotoşəkilini Zərərçəkmiş şəxs göndərmiş, sonuncu isə “Bidene Sebrun olsun” cavabını vermişdir. Bundan sonra tərəflər arasında aşağıdakı dialoq baş tutmuşdur: Fuad: X8. Son söz. Men buna ne deyim. Qızda göndermirsen. Mende demiwem qızlar gelecey. Mecbur gerey bawqa adama deyim göndersin. Birwey de Yeganə: Qız yox dedimde Fuad Fuad: Qiz yox yaxwı pulu gönderirsen ya yox konkret de ki bilim. (cild 1, iş vərəqə 103- 110) İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus daimi istifadəsində olmuş 01 (bir) ədəd “İphone 14 Pro” markalı mobil telefona baxış keçirilməsi barədə 23 aprel 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən mobil telefon **********39005 imei şifrəli, smartfon tipli, boz rəngli korpuslu olmaqla, üzərində bir ədəd “Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid mobil telefon nömrəsi simkartı vardır. Mobil telefonun xidmət menyusundan istifadə etmək və mobil tətbiqlərə daxil olmaq üçün istifadə edilən gizli şifrə “0907”-dir. Mobil telefonun “WhatsApp” mobil tətbiqinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əlaqələr siyahısında +**********29 saylı mobil telefon nömrəsi ilə qeyd edilmiş və istintaq materialları ilə barəsində cinayət təqibi aparılmış Şahid7 məxsus olmaqla daimi istifadəsində olması sübuta yetirilən abonent ilə istintaq əhəmiyyətli yazışmaların qeydə alınması aşkar edilmişdir. Yazışmalara keçirilmiş müfəssəl baxış zamanı müəyyən edilmişdir ki, Şahid7 tanımadığı qadın cinsindən olan şəxslərə aid fotoşəkilləri Təqsirləndirilən şəxs göndərərək həmin qadınların şəxsiyyəti barədə soraqlaşmış, sonuncu da öz növbəsində müxtəlif qadınlara məxsus ümumilikdə 48 (qırx səkkiz) ədəd fotoşəkili Şahid7 göndərərək “Gülşən” adlı qadının əvvəllər fahişəliklə məşğul olması barədə Şahid7 məlumat ötürməklə göndərdiyi şəkillərin bir nəfər şəxs tərəfindən ona yollanmasın bildirmişdir. Bundan başqa yazışma zamanı Şahid7 “iwimize bah valik vururuq” mesajına Təqsirləndirilən şəxs cavab mesajında “Valiklere ölüm” ifadəsini işlətmişdir. Bundan başqa barəsində cinayət təqibi aparılan Təqsirləndirilən şəxs məxsus “İphone 14 Pro” markalı mobil telefonunda olan “WhatsApp” sisteminə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs telefonunun əlaqələr siyahısında +**********54 nömrəsi ilə qeyd edilmiş, nömrənin profil başlığında olan və istifadəçi adı üçün nəzərdə tutulan qrafada isə “Firuzə” adı göstərilmiş şəxslə 29 mart 2022-ci il tarixdə apardığı yazışma zamanı Təqsirləndirilən şəxs bir daha Şahid7 dəstək olduğunu, sonuncunun pis videolar paylaşmadığını və çox şeyi haqqına etdiyini bildirmişdir. Bundan başqa +**********54 saylı mobil telefon nömrəsinin istifadəçisi olan “Firuzə” adlı qadınla barəsində cinayət təqibi aparılan Təqsirləndirilən şəxs arasında aparılmış yazışmaya keçirilən baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Firuzə” ilə otaq şəraitində görüşərək sərxoş (və ya digər bihuşedici maddənin təsiri altında) vəziyyətdə, açıqsaçıq geyimdə olan həmin qadının şəxsi həyat və intim mövzuda danışdıqlarını, onunla bölüşdüklərini videogörüntüyə alaraq telefonunun yaddaşında saxladıqdan bir müddət sonra həmin videgörüntünü 29 mart 2022-ci il tarixdə saat 05:58-də Firuzənin özünə göndərməklə qeyd edilən görüşlərini xatırladıb videonu hələ də silmədiyinə işarə etmiş, bunun ardınca davam edən söhbət zamanı isə qeydə aldığı videoçarxı Bakı şəhərinin görəcəyini, videoların paylaşılma məsələlərinə kimlərin baxdığını nəzərinə çatdıraraq bu barədə ona əvvəllər də xəbərdarlıq etdiyini bildirmiş, özünə qarşı hər-hansı səhv addım atılacağı hal üçün qarşılıq kimi videonu özündə saxlayıb qismətin həmin günə düşməsini göstərmişdir. (cild 2, iş vərəqə 61-65) İş materiallarında olan X6 X3 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə 4 saylı TTYSB-nin müşayəti ilə X5 gətirilmişdir. Xəstənin deməsinə görə o, dərmandan zəhərlənmişdir (cild 1, iş vərəqə 135) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun özünü müdafiə üçün irəli sürdüyü fikirlər zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə şahidlərin ifadələri, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında keçirilmiş 02 iyun 2023-cü il tarixli üzləşdirmə istintaq hərəkəti protokolu, Zərərçəkmiş şəxs təqdim etdiyi sosial şəbəkədə Təqsirləndirilən şəxs ilə arasında aparılmış yazışmaların çıxarış sənədlərinə baxış keçirilməsi barədə 16 iyun 2022-ci il tarixli protokol, Təqsirləndirilən şəxs məxsus daimi istifadəsində olmuş 01 (bir) ədəd “İphone” markalı mobil telefona baxış keçirilməsi barədə 23 aprel 2023cü il tarixli protokol və digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs hədə-qorxu gələrək pul tələb edilməsində heç bir iştirakının olmadığını bildirsə də, onun Şahid7lə arasında olan yazışmada Cəmilin “iwimize bah valik vururuq” mesajına Təqsirləndirilən şəxs cavab mesajında “Valiklere ölüüüm” ifadəsini işlətməsi, eləcə də, Şahid7lə bir-birilərinə müxtəlif qadınların şəkillərini göndərmələri onun qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etməsinə dəlalət edir. Həmçinin, məhkəmə iclasında da Təqsirləndirilən şəxs sosial şəbəkələrdən gördüyü qədəri ilə Şahid7 müxtəlif şəxslərə hədə-qorxu gələrək pul tələb etməsini bildirmiş, Şahid7 onun yanında Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb etdiyini inkar etməmiş, dolayı yolla da olsa Şahid7 tələbini Zərərçəkmiş şəxs çatdırmasını etiraf etmişdir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 dekabr 1998-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Hədənin zərərçəkmiş şəxsə çatdırılmasından sonra sonuncunun cinayətkar tələbi yerinə yetirməkdən, məsələn əmlakı verməkdən imtina etməsi də əməlin başa çatmayan cinayət kimi qiymətləndirilməsi üçün əsas vermir. Qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-in 178.1-ci maddəsi ilə AR CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət işinə xitam verilmiş, beləliklə, o, əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqə 80) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs cəza təqsirli bilindiyi AR CM-in 182.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. İş materiallarında olan “ittiham elan etmək üçün şəxsin tutulması və axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduqdan sonra müvəqqəti saxlanma yerinə yerləşdirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 208) İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə könüllü olaraq Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gəlmişdir. (cild 1, iş vərəqə 226) İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 164-167) İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild 1, iş vərəqə 66-71) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk, Zərərçəkmiş şəxs 16 iyun 2022-ci il tarixdə istintaq orqanına təqdim etdiyi 06 (altı) vərəqdən ibarət yazışma çıxarışları cinayət işinin materiallarında saxlanılmalı, cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd “İphone” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk, Zərərçəkmiş şəxs 16 iyun 2022-ci il tarixdə istintaq orqanına təqdim etdiyi 06 (altı) vərəqdən ibarət yazışma çıxarışları cinayət işinin materiallarında saxlanılsın, cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd “İphone” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şahid3 hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar