Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-444/2020 10.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x21, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsi ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs nümayəndələri Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Nümayəndə və x6, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1971-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “xxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işləmiş, Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Şəmsi Rəhimov 3/18 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətmkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, “xxxxxxxxxxxx” MMC-nin təsisçisi və direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı olmaqla sahibkalıq fəaliyyəti ilə məşğul olan x13 ilə xarici ölkələrdən Azərbaycan Respublikasına iri buynuzlu heyvan, balıq və toyuq məhsulları idxal edilərək satışını həyata keçirib gəlir əldə etmək barədə bağlanmış 02 sentyabr 2019-cu il tarixli “müştərək iş birliyi” haqqında müqavilənin şərtlərinə uyğun olaraq bir sıra xarici ölkələrdən iri buynuzlu heyvan, toyuq və balıq məhsullarını idxal etdikdən sonra, imza etdiyi müqavilənin 3-ci bəndini, yəni “malların satılması haqqında digər tərəflə razılıq əldə edilməsi” barədə müddəalarını pozaraq, həmin məhsulların satışı zamanı sonuncu ilə arasında yaranmış mülki mübahisə ilə əlaqədar Camaləddin Quluyevin “dəymiş maddi və mənəvi ziyan” tələbinə dair Quba Rayon Məhkəməsinə 21 oktyabr 2019-cu il tarixli iddia ərizəsi ilə müraciəti üzrə məhkəmənin 21 oktyabr 2019-cu il tarixli qərardadı əsasında idxal edilən iri buynuzlu heyvanların satılmasının qadağan edilməsinə və bu barədə məlumatlı olmasına baxmayaraq, Camaləddin Quluyevlə bağladığı 02 sentyabr 2019-cu il tarixli “müştərək iş birliyi” müqaviləsinin 2-ci bəndini, yəni “üçüncü tərəflə aparılan ortaq biznesin yalnız iki tərəfin razılığı ilə ola bilməsi» bəndini pozaraq, iri buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs qeyd edilən heyvanların hamısının şəxsən özünə məxsus olmasını, heyvanların şəriki Camaləddin Quluyevə heç bir aidiyyatı olmamasını, onun sonuncu ilə guya cəmi 5-10 min manatlıq mübahisəsi olduğunu, heyvanlarla bağlı hər hansı bir mübahisənin mövcud olmamasını yalandan bildirməklə, rəhbərlik etdiyi müəssisəsinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə külli miqdarda borcu olmasını gizlədərək Zərərçəkmiş şəxs inandıraraq, 22 oktyabr 2019-cu il tarixdən 23-nə keçən gecəyə kimi Zərərçəkmiş şəxsla həmin heyvanları saxladığı Abşeron rayonu, x17 yerləşən fermada görüşüb 80 baş iri buynuzlu şərikli heyvanı satmaq adı ilə sonuncunun etibarından sui-istifadə edərək ondan cəmi 107.744 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək özgəyə, yəni Zərərçəkmiş şəxs məxsus 107.744 manat pul vəsaitini aldatma yolu ilə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, keçmiş «Texnikabank» İdarə heyətinnin sədri Etibar Əliyevlə 2015-ci ildə «Aqro- invest və istehsalat» müəssisəsi açıb, ortaq olmuşlar. Həmin müəssisə 2019-cu ilə kimi fəaliyyət göstərib, sonra Etibarla onun arasında mübahisə yarandığı üçün, onların şərikliliyi pozulmuşdur. «xxxxxxxxxxxx» MMC-nin direktoru Şahid3 Etibarın yaxın dostu və ortağı olduğu üçün, onlar ona qarşı müxtəlif təziqlər və təqiblər etmişlər. Müəssisə bağlandıqdan sonra o, “xxxxxxxxxxxx” x10 təsis etmiş və həmin cəmiyyətin direktoru vəzifəsində işləmişdir. Müəssisə Bakı şəhərində 2019-cu il tarixdə təsis olunub. Müəssisənin təqribən 12-15 nəfər işçisi olub. Müəssisənin direktor müavini Şahid2, baş mühasibi soyadını xatırlamadığı Ziyafət adlı şəxs, anbardarı Əlizadə Zamin olmuş, xəzinədarın səlahiyyətlərini isə Ziyafət icra etmişdir. Müəssisənin 4 hesablaşma hesabı «xxxxxxxxxxx» ASC-nin Abşeron filialında olmuşdur. Müəssisə xarici ölkələrdən mal-qara, balıq, quş məhsullarını alıb müxtəlif şirkətlərə satmaq ilə məşğul olmuşdur. Onlar xarici ölkələrdə olan hüquqi şəxslərlə müqavilə bağlayıb, Respublikaya mal gətirib satırmışlar. Müəssisə əlavə dəyər vergisi ödəyicisidir və cəmiyyətə aid qanuna uyğun vergilərini mütəmadi olaraq ödəmişlər. Bütün mallar müəssisəyə mədaxil olunmuş, satdıqları mallar isə məxaric olunaraq, vergilər departamentinə bu barədə hesabatlar verilmişdir. Ona qarşı irəli sürülmüş ittihamla bağlı aşağıdakıları bildirmişdir: Onun x13 ilə bağladığı 02 sentyabr 2019-cu il tarixli “müştərək iş birliyi” müqaviləsində balıq və toyuq məhsulları, həmçinin iri buynuzlu heyvan ticarəti nəzərdə tutulmuşdur. Lakin ilk başda ortaya qoyduqları məbləğ yalnız balıq və toyuq məhsullarının alınmasına kifayət etmiş, iri buynuzlu heyvan alınmasını isə əlavə gəlir əldə etmək üçün planlaşdırmışlar. İri buynuzlu heyvanların alınması üçün kifayət qədər məbləğ olmadığından o, öz şəxsi vəsaiti hesabına iri buynuzlu heyvanları sonradan satmaq üçün sifariş etmişdir. Camaləddin Quluyev isə nədənsə ötrü həmin mal-qaraya də «gözünü tikmişdir». İri buynuzlu malqaranın Camaləddinə aidiyyatı olmayıb. O, bütün mal-qaranı öz vəsaiti hesabına almışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 17 oktyabr 2019-cu ildə qəssab işləyən Telman adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, Telman ona bir nəfər müştərinin olduğunu, dana almaq istədiyini bildirmişdir. Həmin vaxt onların anbarında Qazaxıstan Respublikasından aldığı mal-qara olub və o, Telmana bildirib ki, həmin heyvanları Kamrana sata bilər. O, sonradan bilib ki, bu iş qurmadır, Zərərçəkmiş şəxs «Texnika Bank»ın keçmiş müdiri Etibar ilə onu «tələyə» salmışlar. Zərərçəkmiş şəxs mal-qaranı 19.10.2019-cu il tarixdə aparmalı olsa da, gəlib malları aparmamışdır. O, bu barədə zəng edib Telmana bildirmiş, Telman ona deyib ki, zəng edib Kamrandan soruşub onunla əlaqə saxlayacaq. Telman ona zəng edib Kamranın oktyabr ayının 20-də gəlib malları aparacağını demişdir. Lakin nə ayın 20si, nə də 21 oktyabrda Kamran gəlib malları aparmamışdır. 22.10.2019-cu il tarixdə saat 14:15 radalərindən sonra gəlib 80 baş dananı çəkib aparmağa başlamışdır. Kamran ona 107.744 manat deyil, cəmi 107.500 manat pul verib. Kamran ona pulu 22 oktyabrdan 23nə keçən gecə malları aparandan sonra vermişdir. Həmin gün Camaləddinin qardaşı oğlu fermaya gəlib maşınları getməyə buraxmayıb. Bu barədə işçilər ona zəng edib bildirmişlər. O, işdən çıxıb gecə təxmini saat 21:00-da fermaya getmişdir. O, gələndən sonra Kamran da gəlmişdir. Fermaya Əfqan və Camaləddinin 5-6 nəfər adamı gəlmişlər, həmin vaxt Kamranın orada olub-olmamasını xatırlamır. Gedib onlarla söhbət etmiş və onlar çıxıb getmişlər. Kamran malları almaqdan imtina etməsini ona deməyib. Kamran ondan Camaləddinlə nə problemi olduğunu soruşmuş, o da Camaləddinlə öz aralarında olan iş olduğunu və ona aid olmadığını bildirmişdir. O, işçilərinə Kamran onlardan nə isə soruşsa Camaləddinlə hər hansı bir probleminin olmamasını Kamrana bildirmələrini deməmişdir. Həmin gün Camaləddin ondan Xəzər Rayon Polis İdarəsinə şikayət etmişdir ki, guya o, Camaləddini bıçaqla vurmaq istəyib. Yalandan ona böhtan atmışdır. 102-yə də Əfqan zəng etmiş və Əfqan sonradan ona dayısının dediyinə görə zəng vurduğunu demişdir. O, Xəzər RPİ-də izahat vermişdir. Bu söhbət 22-dən 23-nə keçən gecə olub. Həmin gün əllərində heç bir qərardad olmayıb. Bu qərərdadı nə 22 oktyabr, nə də 23 oktyabr 2019-cu il tarixdə görməmişdir. Ona Quba Rayon Məhkəməsindən 21-22 və 23 oktyabr 2019-cu il tarixində heç kim zəng vurub mal-qaranı satmamasını və qərardadın çıxarıldığını deməyib. O, həqiqətən 21.10.2019-cu il tarixdə elə bir qərardadın çıxdığını bilsəydi, danaları satmazdı. Camaləddinlə onlar 22 oktyabr 2019-cu il tarixdə RPŞ-də olarkən danışmışlar, lakin Camaləddin ona məhkəmənin həmin qərardadından bəhs etməyib. Camaləddin ona onu məhkəməyə verəcəyini deməmişdir. O, ilk dəfə Quba Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qərardadını 25 oktyabr 2019-cu il tarixdə təxminən saat 16-17 radələrində Bakı şəhəri, Nizami RPİ-nin müstəntiqi soyadını bilmədiyi Cəmşidin otağında görmüşdür. Müstəntiq Cəmşid ona mal-qaraya aid qərardad olduğunu demişdir. Səhv etmirsə həmin gün Quba Rayon Məhkəməsinin hakimi Rahim Həsənova zəng edib ondan bunun nə qərar olduğunu soruşmuş, hakim isə ona bunun boş şey olduğunu, narahat olmamasını bildirmişdir. Oktyabr ayının 28-də onun adamı gedib imza edib həmin qərardadı götürmüşdür. Portala isə həmin qərardad 25 oktyabr 2019-cu il tarixdə vurulub. Bunun hamısının sifarişli və qurma olduğunu, həmçinin, Etibarın işi olduğunu bildirmişdir. O, Kamranın bu işləri etmək üçün onların nümayəndəsi olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs qarşı dələduzluq etməmiş və mallarını satıb pulunu almışdır. O, heç bir cinayət törətməmişdir. Həmin iri buynuzlu heyvanlar onun şəxsi şirkətinə məxsus olub, həmin heyvanların Camaləddinlə şərikliyinə heç bir aidiyyatı olmayıb. Həmin malları Kamrana satıb və pulunu almışdır. Mallara görə bütün vergi və gömrük xərclərini də öz vəsaiti hesabına ödəmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Camaləddin Quluyev hər gün onun ofisinə gəlməyə başlayıb, birlikdə müştərək iş qurmağı ona təklif etmişdir. Onu Camaləddinlə 5 il əvvəl «Texnika Bank» ın müdiri Etibar Əliyev tanış etmişdir. Camaləddin ona onsuz da «Caspian» şikətinin dağıldığını, həmin şirkətin «Gilan»ın əlindən çıxdığını bildirmişdir. O, birinci Camaləddinin təklifi ilə razı olmamışdır. Ona Etibarın onu göndərdiyini və başına problem açacağını demişdir. Camaləddin balalarının canına and içərək elə bir şey olmadığını demişdir. Bundan sonra onlar iş birliyi müqaviləsi yazmağa başlamışlar. O, nə isə bir problem olacağını bilmiş, ona görə də hər bir sənədə imza etmişdir. Müqavilədə həm onun, həm də Camaləddinin imzası olub. Fermanı və mal daşıyan maşını o, vermiş, Camaləddin isə 246.000 manat pul qoymuşdur. Həmçinin, yüz neçə min manat da o, qoymuşdur. Müqaviləyə əsasən balıq və toyuq məhsullarını gətirib «Caspian» ın anbarına boşaltmışlar. 240.000 manatlıq mal Camaləddinin anbarında olub. Camaləddin öz imzası ilə bu malların onda olduğunu yazmışdır. O, Camaləddinə bu malları şərikli satmağı desə də, Camaləddin ona bu maldan pul verməyəcəyini demişdir. Bundan sonra onların söz-söhbəti yaranmışdır. Həmin maldan ona da xeyir çatmalı imiş. O, Camaləddinə onu məhkəməyə verib balıq və toyuqla bağlı ondan özünə düşən xeyiri alacağanı demiş, həmin vaxt isə Camaləddin gülüb ondan xeyir ala bilməyəcəyini bildirmişdir. Bu da ona qarşı bir qurma iş olub. Etibar ona, onu tutduracağını demiş, ona qarşı bütün bu işlər də Etibarın işidir. Etibarla Camaləddin dostdurlar, ona görə də ona qarşı əlbir olublar. O, Camaləddinlə problemi olaola Kamrana mal satmamışdır. Həmin dövrdə istifadə etdiyi telefon nömrəsi ***-***-**-** olub. Başqa nömrəsi olmayıb. Məhkəmənin növbəti iclaslarında Təqsirləndirilən şəxs bildirmişdir ki, danaların bir hissəsini satdıqdan sonra 42 baş dana qalmış, onu satmamışdır. Zərərçəkmişdən aldığı pulu seyfə qoymuşdur. O, hüquqi şəxsdir. Kassa kitabı, mədaxil, məxaric orderi də var. Danaların ölkəyə gətirilməsi ilə bağlı bütün sənədləri var. Danaları Qazaxıstandan gətirmişdir. Ziraət adlı şəxsdən almışdır. Onlarla bu barədə müqavilələri var. Həmçinin danaların gətirilməsinə dair bəyənnamə, rüsumun ödənilməsinə dair sənədləri, x8 arayışı, danaların gətirilməsi ilə bağlı yol vərəqəsi və s. bütün sənədləri vardır. Sənədlər onun müavini Şahid2 olmalıdır. Ona təqdim edilmiş cinayət işinin 22-23-cü vərəqələrində olan sənədlərə əsasən bildirir ki, onunla x13 tərəfindən rəhbərlik etdiyi müəssisəsi ilə 02 sentyabr 2019-cu il tarixli, 01 №-li “Müştərək iş birliyi müqaviləsi” bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən onunla x13 birlikdə ortaq biznesini (yəni balıq, qoyun, dana, at və toyuq) ixrac və idxalının həyata keçirilməsi öhdəçiliyi götürmüşlər. Müqavilənin 2-ci bəndinə əsasən, onların biznes əməliyyatları ancaq iki tərəfin razılığı ilə həyata keçirilməlidir. 3-cü tərəflə aparılan ortaq biznes ancaq iki tərəfin razılığı ilə ola bilər. Əks halda belə bir hal müşayiət edilərsə, qarşı tərəfin 50.000 AZN miqdarında cərimə olunması qeyd edilmişdir. Müqavilənin 4-cü bəndinə əsasən Tərəflərdən birinin irəli sürdüyü biznes təklifi digər Tərəflə yazılı surətdə razılaşdırılmalı imiş. Müqavilənin 5-ci bəndində qeyd edilmişdir ki, tərəflər arasında razılaşdırılmış, layihə üzrə həyata keçirilmiş biznes əməliyyatları yekunlaşdıqdan sonra meydana çıxan aldatma, yalan danışma, biznes fırıldaqçılığı üzə çıxarsa, aldadan Tərəf qarşı Tərəfə dəymiş zərərin 100% həcmi ödəməyə məcburdur. Bunun miqdarı 100.000 manat dəyərində qiymətləndirilməli imiş. Həmçinin, müqavilənin 11-ci bəndinə əsasən Hər iki tərəfin razılığı ilə gəlir Tərəflər arasında bərabər (yəni 50% hər bir tərəf üçün) bölünməli olub. O, müqavilədə əks olunan bütün şərtləri yerinə yetirmişdir. Danaları o Qazaxstan Respublikasından öz hesabına gətirmiş, həmin danaların Camaləddin Quluyevə heç bir aidiyyatı olmayıb. O, Camaləddin Quluyevə onun özünə məxsus danaları Zərərçəkmiş şəxs satacağını deməmiş, o, Camaləddinə hesabat vermir. O, özünə məxsus danaların satılmasının x13 ilə 02 sentyabr 2019-cu il tarixli, 01 №-li “Müştərək iş birliyi müqaviləsi”-nə zidd olduğunu hesab etmir. Bundan başqa ona təqdim edilmiş cinayət işinin 24-cü vərəqəsində olan akta əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 04 sentyabr 2019-cu il tarixli 1 №-li Aktda olan imza ona məxsusdur. x13 “xxxxxxxxxxxx” MMC-nin xəzinədarlığına 02 sentyabr 2019-cu il tarixli iş birliyi müqaviləsinin №1 şərtlərinə əsasən malların alınıb gətirilməsindən ötrü pul köçürmüşdür. Lakin onun x11 244,584 ABŞ dolları borcu qalmamışdır. Cinayət işinin 25-ci vərəqəsində olan akta əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, aktda olan imza onun imzasıdır, lakin onun x11 244,584 ABŞ dolları borcu qalmayıb. Ümumiyyətlə bu məsələlərin hazırki cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs ona təqdim edilmiş cinayət işinin 17-ci vərəqəsində olan qəbzə əsasən bildirmişdir ki, elan olunmuş qəbzi o, yazıb, imza onun imzasıdır. Qəbzdə 107.744 manat yazsa da əslində zərərçəkmiş şəxs ona 107.500 manat verib, verdiyi pul əksik olub, sonra qalan pulu verməliymiş. Ona görə də o, həmin məbləği yazmışdır. Pulun alınmasını rəsmiləşdirməkdən ötrü zərərçəkmiş şəxsə səhər şəxsiyyət vəsiqəsini gətirməsini bildirmiş, lakin o, şəxsiyyət vəsiqəsini gətirib çıxarmamışdır. Zərərçəkmiş şəxsdən aldığı pul mədaxil olub. Lakin zərərçəkmiş şəxs gəlmədiyindən o, Kamrana mədaxil orderi verə bilməmişdir. Zərərçəkmiş şəxsdən aldığı pulun təxminən 54.000 manatı ilə gətirilən balığın gömrük rüsumunu vermiş, qalan pulları da müəyyən yerlərə xərcləmişdir. 25 oktyabr 2019-cu il tarixdə zərərçəkmiş şəxs ona zəng edib Camaləddinin ona zəng edərək danaların onun olduğunu dediyini bildirmiş və zərərçəkmiş şəxs onunla görüşmək istəmiş, lakin, o, Kamranla görüşməmişdir. 34.000 manat depozitə pulu ona görə qoyub ki, onu həbs edirmişlər, ona puldan ödəməsə onu tutacaqlarını bildiriblər. O da qorxudan həmin pulu depozitə qoymuşdur. Camaləddinlə onun arasında mülki mübahisə olub. Həmin mülki işdə o uduzmuşdur. Zərərçəkmiş şəxs 22 oktyabr 2019-cu il tarixdə günortadan sonra danaları aparmağa başlayıb. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. O, 2008-ci ildən Bakı şəhəri, Maştağa qəsəbəsində fermer təsərrüfatı ilə məşğul olur, arıq iri buynuzlu heyvanları alıb, fermada kökəldəndən sonra ət və ət məhsulları satışı ilə məşğul olan şəxslərə satır. 19 oktyabr 2019-cu il tarixdə saat 10 radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsində Telman adlı şəxsin ət dükanında olan zaman Telmanın vasitəsi ilə Təqsirləndirilən şəxslə tanış olmuşdur. Pərviz onda satılıq danalar olduğunu deyib, həmin danaların diri çəkisinin son qiymətinin 1 kq-nı 5,20 manata satdığını bildirmişdir. O, 21 oktyabr 2019-cu il tarixdə Pərvizin Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən fermasına getmişdir. Həmin fermada olan danalara baxdıqdan sonra danaları almağı planlaşdırmışdır. Təqsirləndirilən şəxs bildirib ki, həmin mal-qara onun özünə məxsusdur və həmin malları özü satır. O, ümumilikdə təqsirləndirilən şəxsə 107.744 manat pul vermişdir. 22 oktyabr 2019-cu il tarixdə saat 16 radələrində danaları götürmək üçün iri avtomobillə fermaya gedib və fəhlələrin köməkliyi ilə 30 baş iri buynuzlu heyvanı avtomobilə yüklədib öz fermasına göndərmişdir. İkinci dəfə avtomobilə yenidən heyvanları yüklədib fermadan çıxmaq istəyən zaman işçisi Şakir ona kimlərinsə fermanın qarşısındakı yolu avtomobillə kəsib, heyvanları çıxarmağa qoymadıqlarını bildirmişdir. O, təcili özü həmin yerə yaxınlaşaraq, adlarını sonradan bildiyi Pərvizin işçiləri Adnan və Dəyanət adlı şəxslərdən nə məsələ olduğunu soruşub. Həmin şəxslər bildiriblər ki, Pərviz müəllimlə şərikinin arasında 5-10 min manat pul söhbətləri var, ona görə şəriki malların buraxılmasına icazə vermir. O, onlardan Təqsirləndirilən şəxs harada olmasını soruşmuş, onlar isə Pərvizin yolda olduğunu və fermaya çatdığını bildirmişlər. O, qapıya yaxınlaşaraq bir nəfər Əfqan adlı şəxslə görüşmüşdür. Əfqan ona Pərvizin Camaləddin adlı şəxslə şərik olduğunu və Camaləddinə pul borclu olduğunu bildirmişdir. Ona görə də danaların aparılmasına mane olduqlarını demişdir. Daha sonra o, Əfqanın mobil telefonu ilə Camaləddin adlı şəxslə danışmışdır. Camaləddin müəllim bildirib ki, Pərvizin ona borcu var və borcu qaytarmasa, mallar fermadan çıxa bilməz. Bundan sonra o, Pərvizlə əlaqə saxlamışdır. Pərviz ona bildirib ki, Camaləddinlə aralarında 5-10 min manat pul söhbəti var, gəlib həll edəcəkdir. Adnan, Dəyanət və Pərvizin sözləri üst-üstə düşdüyündən onda inam yarandığından avtomaşına yüklənmiş malların da fermadan onun fermasına aparılmasına razılıq vermişdir. Sonra işçilər ac olduğundan onlara yemək alıb gətirəndə artıq Əfqan və onun yanındakı şəxslər getmişlər. Pərviz isə fermaya yaxınlaşaraq ona heç bir problem olmadığını demişdir. O, Pərvizdən nədən ötrü malların şərikli olduğunu bildirmədiyini soruşmuş, Pərviz isə yənə də, onu inandırmağa çalışıb ki, həmin malların Camaləddin adlı şəxsə aidiyyəti yoxdur, onların arasında balıq və toyuq məmulatlarına görə 5-10 min manat pul söhbəti var və danalar Pərvizin özünə məxsusdur. O da Pərvizə inanmışdır. Eləcə də, onun yüklü maşını yola düşdüyündən o, fikirləşib ki, pulu verib, mal alır, ona görə daha heç bir tədbir görməmişdir. Lakin ürəyində yenə də xal qalmış və buna görə Təqsirləndirilən şəxs pulun alınmasına dair sənəd tələb etmişdir. Pərviz əvvəl tərəddüd etmiş, sonra isə ona iltizam yazıb verib, ondan 107.744 manat pul götürmüşdür. Pərviz ona heç bir mədaxil kassa orderi verməmiş və onun şəxsiyyət vəsiqəsini tələb etməmişdir. İlk partiya mallar boşaldılandan sonra avtomaşın qayıtmış və digər malları da yüklətdirmişdir. Ümumiyyətlə 22 oktyabr 2019-cu il tarixdə saat 16-da malların avtomobillərə yüklənərək daşınması başlanmış və bu proses 23 oktyabr 2019-cu ilin gecə yarısına kimi davam etmişdir. Mallar tam yüklənəndən sonra, Pərviz təxminən 2 saatlıq fermadan uzaqlaşmışdır. O, Pərvizə zəng etmiş, Pərviz isə tanışlarını yola salıb gələcəyini demişdir. Malları Pərviz ona satandan sonra, yəni 28 və ya 29 oktyabr 2019-cu il tarixdə Abşeron Rayon Polis İdarəsində olan zaman bilib ki, həmin mal-qaraya Camaləddin Quluyev şərik olmuşdur. Təqsirləndirilən şəxs də onu aldadaraq, guya danaların şəxsən onun özünə məxsus olmasını bildirərək, şərikli malları satıb pulunu almışdır. Onu Abşeron Rayon Polis İdarəsindən zəng edib çağırdıqlarını Pərvizə demişdir. Pərviz isə onun narahat olmamasını, özünün gedib yoluna qoyacağını desə də Pərviz Abşeron RPİ-nə belə gəlməmişdir. 01 noyabr 2019-cu il tarixli Quba Rayon Məhkəməsinin qərardadına əsasən icra məmurları onu dəvət edəndə o, bu barədə də təqsirləndirilən şəxsə demişdir. Təqsirləndirilən şəxs ona malların pulunu qaytaracağını desə də, qaytarmamışdır. İcraçılar həmin malları ondan alıb Camaləddin Quluyevə saxlanca vermişlər. Saxlanc barəsində icra məmurları akt tərtib etmişlər. O, və Camaləddin müəllim həmin aktı imzalamışlar. O, 80 baş iri buynuzlu mallara görə təqsirləndirilən şəxsə 107.744 manat pul vermişdir. Malların daşınması ilə bağlı da 2500 manat xərcləmişdir. Həm də təqsirləndirilən şəxsə verdiyi pulları bankdan götürmüşdür. Bu vaxta qədər o, həmin pulların faizlərini də verir. Ona görə də ona dəymiş ziyan ümumilikdə 134.000 manat təşkil edir. Dəymiş maddi ziyanı təqsirləndirilən şəxsdən tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, gərək ki, ilk dəfə x18 İdarəsinə şikayət etmişdir. Daha doğrusu yadına düşür ki, əvvəlcə Baş Prokurorluğa şikayət etmiş, sonra onlar da şikayətini x18 İdarəsinə göndərmişlər. Yazdığı şikayəti müdafiəçisinin köməyi ilə yazmışdır. Quba Rayon Məhkəməsinin qərarı barədə təqsirləndirilən şəxs də telefon vasitəsi ilə ona bildirmişdir. Camaləddini əvvəllər tanımamışdır. Məhkəmənin sonrakı iclaslarında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş,sonuncu barəsində onun şikayəti və tələbi yoxdur. 20 may 2020-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə kollegiyasına notariat qaydasında təsdiq olunmuş ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənilməsini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş x13 ifadəsində göstərmişdir ki, o, hüquqi şəxsdir. 2014-cü ildən «xxxxxxxxxxxx» MMC-nin direktoru vəzifəsində işləyir. Cəmiyyətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəridir. Təqsirləndirilən şəxs «xxxxxxxxxxxx» MMC-nin direktoru vəzifəsində işləyən zaman, yəni təqribən 2014-cü ilin oktyabr ayından tanıyır. Həmin dövrdə Təqsirləndirilən şəxs «xxxxxxxxxxx» MMC-nin direktoru olmuşdur. «xxxxxxxxxxxx» MMC ilə «xxxxxxxxxxx» MMC-nin arasında təxminən 2.000.000 manatdan yuxarı ticarət olmuşdur, yəni «xxxxxxxxxxxx» «xxxxxxxxxxx» ə qeyd olunan məbləğdə balıq məhsulları satmışdır. Həmin satışdan Təqsirləndirilən şəxs onun müəssisəsinə təqribən 433.078 manatdan çox məbləğdə borcu qalmışdır. Pərviz həmin MMC-dən işdən çıxarıldıqdan sonra onlar MMC-dən pulunu tələb etmiş və MMC-nin Nemət adlı yeni direktoru tərəfindən onlara bildirilmişdir ki, balıq məhsulları tam satılmışdır və müəssisənin hesabında Təqsirləndirilən şəxs 433.078 manat çatışmazlıq aşkar olunmuşdur. Daha sonra mütəmadi olaraq o və «xxxxxxxxxxxx» in hüquqşünası Rövşən Yusifov və baş mühasib x32 Pərvizdən satılan malların pullarını tələb etmişlər. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, «xxxxxxxxxxx» müəssisəsindən ayrılmışdır və həmin borcu o, qaytara bilməyəcək. Bununla belə, Pərviz demişdir ki, o, yeni bir “xxxxxxxxxxxx” müəssisəsini təsis etmiş, onun «Araz» market şirkəti ilə yaxşı kommersiya əlaqələri vardır, həmin market vasitəsilə balıq və digər məhsullarının sərfəli qiymətə satışını təşkil edə bilər. Pərviz ona təklif etmişdir ki, onunla ümumi iş birliyi yaradaraq, birgə balıq, ət və toyuq məmulatlarının satışını təşkil edib, əldə edilmiş gəlirdən tədricən «xxxxxxxxxxxx» MMC-yə olan borcu qaytaracaqdır. Pərviz onu inandırmışdır ki, tez bir zamanda ona olan borcu tam bağlayacaqdır. O, Pərvizin təklifinə inanaraq onunla razılaşmışdır. “xxxxxxxxxxxx” MMC iki dəfə «xxxxxxxxxxxx» MMC-dən balıq məhsullarını qəbul edərək satışını təşkil edib, pullarını ona vermişdir. Beləliklə onun inamını qazanaraq Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onu «Araz» market ticarət şəbəkəsinin rəhbərləri ilə tanış etmək istəyir, onların ona yaxşı təklifləri vardır. Bundan sonra, Pərviz onu, «Araz» market ticarət şəbəkəsinin rəhbərləri ilə tanış etmişdir. Öz növbəsində onlar ona təklif etmişlər ki, balıq məhsullarından savayı onların müəssisəsi «Araz» market ticarət şəbəkəsinə həmçinin ət və toyuq məhsullarını da versinlər. Bu zaman Pərviz ona bildirmişdir ki, o, iri buynuzlu mal-qara satışı ilə də məşğul olmuşdur. Ona təklif etmişdir ki, Qazaxıstandan mal-qara gətirsin, balıq məhsulları ilə işlədiyi ticarət obyektlərinə paylasın. Pərviz ondan kəsim yerinin olub-olmamasını soruşmuşdur, o da bildirmişdir ki, «xxxxxxxxxxxx» MMC-nin nəznində ət kəsimi üçün yeri vardır və əvvəllər MMC bu işlə məşğul olmuşdur. Pərviz kəsim yerinə baxmaq istəmişdir. O, istehsalat sahəsinin müdiri Zahib Rzayevi çağırmış, birlikdə kəsim sexinə baxmışlar. Pərviz bəyənərək bildirmişdir ki, Türkan qəsəbəsində ferması var. Gətirilən malları fermaya yığıb kəsərək ticarət obyektlərinə paylayar. Bacısı oğlu Əfqan Pərvizin təklifi ilə Türkan qəsəbəsində yerləşən Pərvizin fermasına getmişlər. Növbəti gün Əfqan onun iş yerinə gələrək demiş ki, həmin fermaya baxıb, bəyənmişdir. O, Əfqana bu işlə məşğul olmağını, maddi cəhətdən də kömək edəcəyini bildirmişdir. Əfqan ona mal-qara işinə qoşulacağına söz vermşdir. 01.09.2019-cu il tarixdə Pərvizlə yekun söhbətləri o olub ki, bu işdə bir partiya malqaradan 10.000 ABŞ dollar xeyirləri olacaqdır. Lakin yenə də Pərvizin sözlərinə inanmayaraq, ona bildirmişdir ki, bütün birgə əməliyyatları rəsmiləşdiriləcəkdir. Onun təşəbbüsü ilə 02 sentyabr 2019-cu il tarixli “müştərək iş birliyi” müqaviləsi bağlanmışdır. Həmin müqavilə balıq və toyuq məhsulları, həmçinin iri buynuzlu heyvanların alqı-satqısını nəzərdə tutmuşdur. 02.09.2019-cu il tarixdə Xırdalan şəhərində yerləşən “xxxxxxxxxxxx” MMC-nin ofisində Pərvizə onun işçiləri Adnan və baş mühasibi Ziyafətin iştirakı ilə malqaranın Qazaxıstandan gətirilməsi üçün 60.000 manat (35.295 ABŞ dolları) pul verib. Pul veriləndə o, Təqsirləndirilən şəxs mədaxil kassa orderi tələb edib. Lakin Pərviz və onun mühasibi bildirmişlər ki, onlarda belə bir sənəd yoxdur, lakin onlar mətbəədə «mədaxil kassa order» blanklarını sifariş edib, həmin sənədi ona təqdim edəcəklər. Bundan sonra, növbəti gün həmin yerdə eyni şəxslərin iştirakı ilə 20.000 ABŞ dolları vermişdir. 05.09.2019-cu il tarixdə Pərviz ona bildirmişdir ki, Qazaxstana gedir təcili olaraq xərc üçün 30.000 ABŞ dollara yaxın pul lazımdır. O, isə bildirmişdir ki, təcili pul tapa bilməyəcəkdir. Əfqan yanında olduğundan ona demişdir ki, onda evdə pul var gətirib verər. Əfqan evə gedərək 20.000 ABŞ dolları gətirərək ona vermişdir. O da həmin günün axşamı 20 yanvarda Pərvizlə görüşərək həmin pulu Əfqanın iştirakı ilə əlbəəl Pərvizə vermişdir. Pərviz tək olmuşdur və hava limanına tələsdiyini bildirərək getmişdir. Pərviz növbəti gün ona zəng edərək bildirmişdir ki, mal-qara tapmışdır, təcili ona məxsus olan, mal-qara daşımaq üçün aldığı «DAV» markalı yük maşınına sürücü taparaq ekspeditor Dima ilə birlikdə Qazaxıstana göndərsin. Əfqan Elşən adlı sürücü tapıb, ona 400 ABŞ dolları zəhmət haqqı verərək Dima ilə birlikdə onları Qazaxıstana yola salmışdır. Daha sonra Pərviz Əfqana zəng edərək bildirmişdir ki, fermaya yonca və mala baxan şəxslər lazımdır. Əfqan Namiq adlı mala baxan şəxs tapmış və həmin şəxsin vasitəsi ilə 4.730 manat dəyərində yonca alaraq fermaya aparmışdır. Təxminən 10.09.2019-cu il tarixdən sonra 73 baş iri buynuzlu mal-qara gəlmiş, Pərvizə məxsus olduğunu bildiyi Türkan qəsəbəsində yerləşən fermaya mallar yerləşdirilmişdir. Bundan sonra gömrük rüsumu üçün Adnana 8.000 manat pul vermişdir. Əfqan isə fermada texniki işlər üçün 575 manat pul xərcləmişdir. Həmin məbləğ də Pərvizlə razılaşdırılmışdır. Bundan sonra 15.09.2019-cu il tarixdən sonra Pərviz 2-ci dəfə Qazaxstandan mal-qara gətirmək üçün ondan 18.000 ABŞ dolları istəmişdir. O da Pərvizin ofisində Adnan və Ziyafətin iştirakları ilə ona 18.000 ABŞ dolları vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs mərhələ-mərhələ bir neçə dəfə cəmi 93.500 ABŞ dolları vermişdir. Tarixini xatırlamadığı vaxtda Dima Qazaxıstana gedərək təxminən 76 baş mal-qara gətirmişdir. O, Türkiyədə olduğundan Əfqan Dimanın gətirdiyi malların yerləşdirilməsində iştirak etməkdən ötrü zavodun işçiləri Rövşən və Elsevərlə birlikdə 08.10.2019-cu il tarixdə həmin fermaya gediblər. Bu zaman görüblər ki, ilkin gətirilmiş mallar tanımadığı bir şəxsə satılır. Əfqan Pərvizə zəng edərək şərikinin, yəni onun bundan məlumatı olmadan, niyə malları satmasını təşkil etdiyini soruşub. Pərviz isə ona bildirib ki, Cəmaləddinin, yəni onun bu barədə xəbəri vardır. Halbuki, onun bu barədə heç bir məlumatı olmamışdır. Əfqan ona da zəng edərək malların satıldığını bildirmişdir. Malların satışından sonra o, Pərvizə zəng edərək malların pulunu verməsini tələb etmişdir. Lakin Pərviz müxtəlif bəhanələr gətirmişdir. O, da Pərvizə bildirmişdir ki, haqq-hesabı yaxşı bilir və borcunun nə qədər olduğunu da bilir. Pərviz «whatsapp»la ona 316.000 ABŞ dolları borcu olduğunu yazmış, lakin 20.000 ABŞ dollarını göstərməmişdir. Təqsirləndirilən şəxs ona cəmi 336.000 ABŞ dolları borcu olmasını bir daha Pərvizə xatırlatmışdır, Pərviz isə bildirmişdir ki, pulu tez bir zamanda qaytaracaq. 09 oktyabr 2019-cu il tarixdə yenə də «whatsapla» Pərvizlə danışmış, sonuncu bu səfər ona bildirmişdir ki, onun cəmi 5-10 min manat borcu vardır. Pərvizin hərəkətlərində dələduzluq hiss etdiyindən, onunla bacara bilmədiyini dərk edərək, ona bildirmişdir ki, hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət edəcəkdir. Beləliklə Pərviz borclu olan pulları verməkdən imtina etdiyindən onu məhkəməyə vermək qərarına gəlmişdir. Onun tapşırığı ilə səhv etmirsə 17.10.2019-cu il tarixdə zavodun hüquqşünası Rövşən Pərvizi və direktoru olduğu MMC-ni məhkəməyə vermişdir. 21 oktyabr 2019-cu il tarixdə Quba rayon məhkəməsi malların satışına qadağa qoyması barədə qərardad çıxarmışdır. 22.10.2019-cu il tarixdə axşam radələrində Əfqan ona zəng edərək fermadakı çobana zəng çatmadığını və şübhəli hal olduğunu bildirmişdir. O, Əfqana tapşırmışdır ki, təcili fermaya getsin. Həmin tarixdə, yəni 22 oktabr 2019-cu il tarixdə təqribən saat 20:30-da Pərvizə zəng etmişdir. Pərviz ondan narazı şəkildə, onu niyə məhkəməyə verməsini və məhkəmə tərəfindən niyə mal-qaranın satışına qadağa qoyulması barədə qərar çıxarılmasını soruşmuşdur. Yəni həmin tarixdə onunla telefon əlaqəsində Təqsirləndirilən şəxs özü məhkəmənin qərar çıxarması barədə sorğu aparmış və həmin qərardan onun tam məlumatı olmuşdur.O, təkidlə telefon vasitəsilə Pərvizə bildirmişdir ki, onun borcu var və məhkəmənin qərarı ilə malları satmaq olmaz, məhkəmənin növbəti iclasında borcun ödənilməsi şərtləri aydınlaşdırılacaq. Pərviz isə əlaqəni kəsərək daha əlaqə yaratmamışdır. Bir neçə dəqiqə sonra, yəni 22 oktyabr 2019cu il tarixdə saat təqribən 22 radələrində Əfqan ona zəng edərək bildirmişdir ki, fermanın qarşısındadır, qapı bağlıdır, lakin Adnanın maşını qapının qarşısındadır. Əfqanın telefonunu Adnan və Pərviz götürmürlər. Böyük itləri də açaraq həyət buraxıblar, ona görə həyətə də girməkdən qorxur. Əfqan hasardan boylanaraq görmüşdür ki, içəridə yük maşını var, mallar maşına yüklənir. Bu zaman o, Əfqana bildirmişdir ki, qapını möhkəm döy və Pərvizgili səslə. Əfqan səslənəndə, bir nəfər qapıya yaxınlaşaraq nə məsələ olduğunu soruşub və Əfqana bildirib ki, mal alandır, adı da Kamrandır. Əfqan bildirmişdir ki, malların əsas sahibinə zəng vurub danışsın. O, Əfqanın vasitəsi ilə Kamranla danışmışdır. Kamrana bildirmişdir ki, məhkəmənin qərarı var, həmin mallar satıla bilməz. Kamran ona bildirmişdir ki, malların pulunu əvvəlcədən Pərvizə vermişdir və malları almalıdır. O, isə ona bildirmişdir ki, mallara əl vurmasın, məhkəmənin qərarını səhər təqdim edəcək. Pulu verdiyinə görə narahat olmasın, əgər danaları satsa, ona təklif edəcəkdir. Kamran onunla razılaşmışdır və sağollaşıblar. Bir neçə dəqiqə sonra Kamran fermadan çıxıb şəxsi maşını ilə çıxıb gedib. O, Əfqana bildirmişdir ki, Pərvizlə əlaqə saxlasın və malların satışını dayandırsın, həmçinin maşınla qapının ağzını kəssin və tərpənməsin hüquqşünasla gəlir. Əfqan sonradan ona bildirib ki, özü Pərvizlə telefon əlaqəsi saxlayıb və sonuncu ona bildirib ki, məhkəmə qərarından xəbəri vardır, lakin mallar onundur, kimə istəyir ona da malları satır. O, vəziyyətin ciddiliyini hiss etmiş və «102» polis xidmətinə zəng edərək hal-vəziyyəti izah etmişdir. Bir müddətdən sonra polislər gəliblər. O, polislərə mallar barədə ətraflı məlumat verərək satışın qadağan olunduğuna dair məhkəmənin qərardadının olduğunu demişdir. O, Xəzər rayon polis idarəsinin 1-ci polis bölməsinə getmiş və 3 nəfər polis əməkdaşı fermaya gediblər. Təxminən, yarım saat sonra bir otağa keçəndə Pərvizin də həmin otaqda olduğunu görmüşdür. O, başına gələnləri izahatında bildirmişdir, əlavə olaraq danaların satışına məhkəmə tərəfindən qadağa qoyulduğunu da qeyd etmişdir. O gedəndə Pərviz orada olub. Pərvizi saxlayacaqlarını fikirləşmişdir. Sonra ona məlum olmuşdur ki, həmin gecə Pərviz malları Kamrana satmışdır. Həmçinin sonradan Kamran pulun Pərvizə verilməsi barədə videoçəkilişi ona «whatsapp»la göndərmişdir. Öz ifadələrinə şahid Quluyev Camaləddin cinayət işinin materiallarına əlavə edilməsi üçün müxtəlif sənədlərin kserosurətlərini əlavə etmişdir. Məhkəmə iştirakçılarının suallarını cavablandıraraq şahid Camaləddin Quluyev bildirmişdir ki, həqiqətən 02 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxslə 01 №-li “Müştərək iş birliyi müqaviləsi” bağlamışdır. Onun təkidi və təklifi əsasında müqavilənin 2ci bəndində onların biznes əməliyyatları ancaq iki tərəfin razılığı ilə həyata keçirilməsi, 3cü tərəflə aparılan ortaq biznes ancaq iki tərəfin razılığı ilə ola bilməsi qeyd olunmuşdur. Müqavilənin 4-cü bəndinə əsasən Tərəflərdən birinin irəli sürdüyü biznes təklifi digər Tərəflə yazılı surətdə razılaşdırılmalıymış. Lakin göründüyü kimi, Təqsirləndirilən şəxs, həmin müqavilənin şərtlərinə zidd olaraq onun məlumatı və xəbəri olmadan onlara məxsus şərikli malları üçüncü tərəfə, yəni, Zərərçəkmiş şəxs satmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən «xxxxxxxxxxxx» MMC-də sürücü vəzifəsində işləyir. Cəmiyyətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəridir. Təqsirləndirilən şəxs firması var və hüquqi şəxs olaraq, onun işlədiyi şirkətdən müxtəlif malların, yəni balıq, toyuq və digər malların alqı-satqısı ilə məşqul olmuşdur. Təqsirləndirilən şəxs «xxxxxxxxxxxx» MMC-yə böyük məbləğdə borcu yaranmışdır, lakin hansı məbələğdə borcu olmasını dəqiq bilmir. Təqsirləndirilən şəxs Camaləddin Quluyevə mal-qara alqısatqısı ilə məşğul olmağı təklif etmiş və Camaləddin onunla iş birliyinə başlamışdır. Bu barədə hətta müqavilə bağlamışlar. Camaləddinin göstərişinə və Pərvizin təklifi ilə o, Türkan qəsəbəsində yerləşən Pərvizin fermasına getmişlər. Fermaya baxdıqdan sonra, o, Camaləddinə demişdir ki, həmin fermaya baxmış və bəyənmişdir. Camaləddin ona bu işlə məşğul olmağını, maddi cəhətdən də kömək edəcəyini bildirmişdir. O, Camaləddinlə razılaşaraq mal-qara işinə qoşulacağını söz vermşdir. Pərvizlə danışığa əsasən birinci partiya mal-qaraya görə 10.000 ABŞ dollar xeyirləri olmalı imiş. Camaləddinin təşəbbüsü ilə 02 sentyabr 2019-cu il tarixli “müştərək iş birliyi” müqaviləsi bağlanmışdır. Həmin müqavilə balıq və toyuq məhsulları, həmçinin iri buynuzlu heyvanların alqı-satqısını nəzərdə tutmuşdur. Camaləddin 02.09.2019-cu il tarixdə Xırdalan şəhərində yerləşən “xxxxxxxxxxxx” MMC-nin ofisində Pərvizə onun işçiləri Adnan və baş mühasibi Ziyafətin iştirakı ilə mal-qaranın Qazaxıstandan gətirilməsi üçün 60.000 manat (35.295 ABŞ dolları) pul verib. Bundan sonra, növbəti gün həmin yerdə eyni şəxslərin iştirakı ilə Camaləddin Pərvizə 20.000 ABŞ dolları vermişdir. 05.09.2019-cu il tarixdə Pərviz Camaləddinə bildirmişdir ki, Qazaxıstana gedir təcili olaraq xərc üçün 30.000 ABŞ dollara yaxın pul lazımdır. O, isə bildirmişdir ki, təcili pul tapa bilməyəcəkdir. Həmin söhbət onun yanında olmuş və o, Camaləddinə bildirmişdir ki, onda evdə pul var gətirib verər. O, evə gedərək 20.000 ABŞ dolları gətirərək Camaləddinə, sonuncu isə onun yanında həmin 20.000 ABŞ dollarını Təqsirləndirilən şəxs vermişdir. Pərviz tək olmuşdur və hava limanına tələsdiyini bildirərək getmişdir. Pərviz növbəti gün Camaləddinə zəng edərək bildirmişdir ki, mal-qara tapmışdır, təcili ona məxsus olan mal-qara daşımaq üçün aldığı «DAV» markalı yük maşınına sürücü taparaq ekspeditor Dima ilə birlikdə Qazaxıstana göndərsin. Camaləddin bu söhbəti ona çatdırmış,o, isə Elşən adlı sürücü tapıb ona 400 ABŞ dolları zəhmət haqqı verərək Dima ilə birlikdə onları Qazaxıstana yola salmışdır. Daha sonra Pərviz ona zəng edərək bildirmişdir ki, fermaya yonca və mala baxan şəxslər lazımdır. O, Namiq adlı mala baxan şəxs tapmış və həmin şəxsin vasitəsi ilə 4.730 manat dəyərində yonca alaraq fermaya göndərmişdir. Təxminən 10.09.2019-cu il tarixdən sonra 73 baş iri buynuzlu malqara gəlmişdir. Pərvizə məxsus olduğunu bildiyi Türkan qəsəbəsində yerləşən fermaya mallar yerləşdirilmişdir. Bundan sonra gömrük rüsumu üçün Camaləddin Adnana 8.000 manat pul vermişdir. O, isə fermada texniki işlər üçün 575 manat pul xərcləmişdir. Həmin məbləğ də Pərvizlə razılaşdırılmışdır. Bundan sonra 15.09.2019-cu il tarixdən sonra Pərviz 2-ci dəfə Qazaxstandan mal-qara gətirmək üçün Camaləddindən 18.000 ABŞ dolları istəmişdir, Camaləddin Pərvizin ofisində ona 18.000 ABŞ dolları vermişdir. x16 Hacıyevə mərhələ-mərhələ bir neçə dəfə cəmi 93.500 ABŞ dolları vermişdir. Dima Qazaxıstana gedərək təxminən 76 baş mal-qara gətirmişdir. Camaləddin Türkiyədə olduğundan o, Dimanın gətirdiyi malların yerləşdirilməsində iştirak etməkdən ötrü zavodun işçiləri Rövşən və Elsevərlə birlikdə Türkan qəsəbəsində yerləşən fermaya gediblər. 22 oktyabr 2019-cu il tarixində, təqribən 21 radələrində yenə də Türkan qəsəbəsində yerləşən fermaya gediblər və görüblər ki, bir «Cip» markalı avtomaşın və səhv etmirsə 1 yük maşını fermanın qarşısında dayanmışlıar. O, müşahidə etmişdir ki, gətirilmiş mallar tanımadığı, sonradan adını bildiyi Kamran adlı şəxsə satılır. Bu məsələni aydınlaşdırmaq üçün o, Pərvizə zəng vurmuşdur. Onun istifadəsində 3 telefon nömrəsi vardır . Səhv etmirsə öz istifadəsində olan “***-***-**-**” nömrəli telefonla Pərvizin istifadə etdiyi “***-***- **-**” nömrəli telefona zəng vurmuşdur. Pərvizdən soruşmuşdur ki, Camaləddinin və onun məlumatı olmadan, niyə malların satılmasını təşkil edir. Pərviz isə ondan soruşmuşdur ki, nədən ötrü fermaya gəlib, o, isə yenə də malların onların xəbəri olmadan satılmasını nədən ötrü təşkil etdiyini bir daha soruşmuşdur. Sonra Pərviz telefonda ona deyib ki, Camaləddin onu verib məhkəməyə, bu barədə artıq məhkəmədə qərar çıxarılıb və məhkəmədə bütün məsəllələri həll edəcəklər. Səhv etmirsə telefon danışıqlarını əks etdirən yazısı vardır. Buna baxmayaraq, o, malları alan Kamran adlı şəxsə izah etmişdir ki, bu şərikli mallardı, həmin malların alınmasını dayandırsın, sonradan problemləri yaranacaqdır. Sonra, o, Camaləddin müəllimə zəng vurmuş və bütün əhvalatları ona danışmış və telefonu Kamrana uzatmışdır. Camaləddin Kamranla danışmışdır. Camaləddinin tapşırığına əsasən idarə etdiyi maşınla qapının ağzını kəsmişdir. Lakin Kamranın təkidi ilə maşını oradan çəkib və onlar malları yükləyib fermanı tərk etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Təqsirləndirilən şəxs “xxxxxxxxxxxx” MMC-nin direktoru olub. O, hal-hazırda işləmir. Əvvəllər, 2019-cu ilin may ayından, yəni “xxxxxxxxxxxx” MMC təsis olunandan 2020-ci ilin yanvar ayına kimi direktor müavini kimi işləmişdir. İşlədiyi dövrdə ona nə tapşırıq verilsə onu icra etmişdir. “xxxxxxxxxxxx” MMC balıq, mal-qoyun əti və toyuq əti satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs Camaləddin Quluyevlə iş birliyi olmuşdur. Camaləddin Quluyev «xxxxxxxxxxxx» MMC-nin direktorudur. Belə ki, təxminən 2019-cu ilin sentyabr ayının əvvəlləri Camaləddin Quluyev “xxxxxxxxxxxx” MMC-nin ofisinə gələrək direktor Təqsirləndirilən şəxslə görüşüb. Həmin vaxt o da Pərvizlə Camaləddinin söhbətlərində iştirak etmişdir. Söhbət zamanı ona məlum olub ki, Camaləddin Quluyev üçün Təqsirləndirilən şəxs Qazaxıstan Respublikasından mal-qara gətirəcək. Həmin ay onlar arasında şəriklilik barədə müqavilə bağlanıb. Onlar arasında müqavilə bağlandıqdan sonra həmin ay Xırdalan şəhərində yerləşən “xxxxxxxxxxxx” MMC-nin ofisində x23 Hacıyevə onun və MMC-nin baş mühasibi Ziyafət Mirzəyevin iştirakı ilə mal-qaranın Qazaxıstandan gətirilməsi üçün bir neçə dəfə müxtəlif məbləğlərdə pullar verib. Təqsirləndirilən şəxs söhbət zamanı gətirilən malların “xxxxxxxxxxxx” MMC-nin adından Türkan qəsəbəsində yerləşən icarəyə götürdüyü fermaya yerləşdirilməsini demişdir. “Türkan” ərazisindəki ferma icarə əsasında “xxxxxxxxxxxx” ə məxsus olmuşdur. Camaləddinin həmin fermaya aidiyyatı olmamışdır. Bundan sonra təxminən 2019-cu ilin sentyabr ayının əvvəlləri 73 baş iri buynuzlu mal-qara gətirilib “Türkan” qəsəbəsində yerləşən fermaya yerləşdirilmişdir. Birinci dəfə gələn malın satışında Camaləddinin qohumu Əfqanda iştirak etmişdir. Lakin, həmin vaxt nə qədər mal satıldığını dəqiq bilmir. Həmin satış barədə məlumatlar “xxxxxxxxxxxx” MMC-nin hesabatlarında olmalıdır. Ancaq bu barədə dəqiq MMC-nin baş mühasibi Ziyafət Mirzəyev deyə bilər. İkinci dəfə təxminin 2019-cu ilin sentyabr ayında Pərviz Qazaxıstandan mal gətirmək üçün Camaləddindən yenidən pul almış və bu dəfə 76 baş mal-qara gətirilmişdir. 195 baş dana Qazaxıstandan şərikli gətirilmişdir. Ancaq kimin nə qədər pul verdiyini dəqiq bilmir. Bundan sonra Camaləddinlə Pərviz arasında şəriklilik barədə mübahisələr olmuşdur. Camaləddin Quluyev “xxxxxxxxxxxx” MMC-yə 5 nəfərlik komisiyya göndərmişdir ki, ona olan borcun məbləği müəyyənləşdirilsin. Təqsirləndirilən şəxs Camaləddinə danaları satıb onun pulunu qaytaracağını bildirmişdir. 22 oktyabr 2019-cu ildə Pərvizin göstərişi ilə malların bir qismi Kamrana satılmışdır. Danaların satılması barədə Kamranla danışıq telefonla aparılmışdır. Danışıqların uzanmasına səbəb pul ilə bağlı olub. Çünki Kamran birinci dəfə pulun yarısını verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt “xxxxxxxxxxx” lə mübahisəsi olmuşdur. “xxxxxxxxxxx” in sahibi Etibar Əliyev olub. Həmin gün axşamtərəfi Kamran fermadan gəlib heyvanları aparanda Əfqan da fermaya gəlmişdir. Əfqan həmin malqaranın satılmağına mane olmağa çalışmışdır. O, bu barədə dərhal Pərviz müəllimə məlumat vermişdir. Əfqan gələndə Kamran ondan nə məsələ olduğunu soruşmuşdur. Bu vaxt Əfqan Camaləddin müəllimə zəng vurmuşdur. Kamran Əfqandan telefonu alıb Camaləddinlə danışmışdır. Onun Camaləddinlə nə danışdığını bilmir. Kamran Camaləddinlə danışandan sonra ona deyib ki, Camaləddin müəllim deyir bu danalarda onun da payı var. Kamrana deyib ki, Pərviz müəllim indi gəlib məsələni özü həll edəcək. Həmçinin, Pərviz müəllimin tapşırığı ilə bildirib ki, Pərvizin Camaləddinə biraz borcu var və danaları Kamrana satıb borcunu ödəyəcək. Camaləddinlə Pərviz arasında hansı məbləğdə borc olduğunu bilməmişdir. Bir müddət sonra Əfqangil çıxıb getmişdir. Bundan sonra Pərviz müəllim fermaya gəlib Camaləddinlə razılaşmasının olduğunu Kamrana bildirmişdir. Mal-qaranın aparılması prosesi gecəyə kimi çəkmişdir. Bundan sonra səhərə yaxın Kamran Pərviz müəllimə apardığı malların pulunu vermişdir. Pulun verilməsində o, iştirak etməmişdir. Sonrakı danışıqlardan bilib ki, pul həmin vaxt verilib. Təxmini 70 ya 80 baş dana Kamrana satılmışdır. Mallar satılandan sonra onlara məlum olub ki, “xxxxxxxxxxxx” MMC-nin məlumatı olmadan 17.10.2019-cu il tarixdə «xxxxxxxxxxxx» MMC-nin hüquqşünası Rövşən Pərvizi və “xxxxxxxxxxxx” MMC-ni məhkəməyə verib. Bundan sonra Quba rayon məhkəməsi malların satışına qadağa qoymuşdur. Kamranın malları apardığı gün Camaləddinin adamlarıda fermada olmuşdur. Bir müddət sonra məhkəmə icraçıları fermaya gəlib qərardadın olduğunu və malların «xxxxxxxxxxxx» MMCnin saxlancına götürülməli olduğunu demişlər. Pərviz müəllim onlara qalan malların burada olduğunu, satılan malların isə Zərərçəkmiş şəxs olduğunu demişdir. Sonra icraçılar fermada qalan mallarıda aparmışlar. Elə bundan sonra da Təqsirləndirilən şəxs Kamran və Camaləddinlə mübahisəsi yaranmışdır. Proses iştirakçıların suallarını cavablandıraraq Şahid2 ona təqdim olunmuş cinayət işinin 22-23-cü vərəqəsində olan 02 sentyabr 2019-cu il tarixli “Müştərək iş birliyi” müqaviləsini nəzərdən keçirib bildirmişdir ki, müqavilədə olan imza və əlyazma ona məxsusdur. “xxxxxxxxxxxx” lə Quluyev Camaləddin arasında olan müqavilədən xəbəri olub. Həmin müqavilənin bəndlərini dəqiqliklə bilmir, müqavilədən ümumi xəbəri olmuş, onun yanında həmin müqaviləni Təqsirləndirilən şəxs imza etmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan 04 sentyabr 2019-cu il tarixli Akta əsasən Şahid2 bildirmişdir ki, aktdakı imza ona məxsusdur və akt onun iştirakı ilə tərtib olunmuşdur. Həmin akta Təqsirləndirilən şəxs onun yanında imza atmışdır. Həmin aktdan görünür ki, “xxxxxxxxxxxx” MMC-nin Quluyev Camaləddinə 244,584 ABŞ dolları borcu vardır. O, da Təqsirləndirilən şəxs göstərişinə əsasən həmin aktı imzalamışdır, lakin borcun haradan yaranmasını o, bilmir. Şahid2 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 188-193-cü vərəqələrində olan ifadəsində Şahid2 aşağıdakıları göstərmişdir: «...Mən Pərviz müəllimin tapşırığı ilə malları alan Zərərçəkmiş şəxs bildirdim ki, Pərvizlə Camaləddinin arasında 5-10 min manat mübahisələri var…» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, ifadədə olan imza və əlyazma onundur. O, Kamrana Pərviz müəllimin tapşırığı ilə Pərvizin Camaləddinə 5-10 min manat borcu olduğunu deməyib. O, ifadə verəndə kimsə komputerdə yazmışdır. İfadəni ümumi oxuyub qol çəkmişdir. 5-10 min manat dəqiq rəqəm deyil, borcun məbləğini təxmini demişdir. Məhkəmənin ona təqdim etdiyi «xxxxxxxxxxxx» MMC-dən mühasibat sənədlərinin götürülməsi barədə 04 mart 2020-ci il tarixli qərarı icra edə bilmir. Belə ki, “xxxxxxxxxxxx” MMC-yə məxsus sənədlərin harada olmasını bilmir. O, hesab edir ki, “xxxxxxxxxxxx” MMC-nin sənədləri hal-hazırda MMC-nin baş mühasibi Ziyafət Mirzəyevdə olmalıdır. Lakin Ziyafətin tam anket məlumatlarını - əlaqə nömrəsini, ünvanını, ata adını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin sentyabr ayından 2019-cu ilin dekabr ayınadək Bakı şəhəri Maştağa qəsəbəsində fermer təsərrüfatı ilə məşğul olan Təqsirləndirilən şəxs fermasında malqaraya baxıcılıq etmişdir. 2019-cu il tarixdə iri buynuzlu heyvanlar həmin fermaya gətirilmişdir. Təqsirləndirilən şəxs də həmin ərəfələrdə fermaya gələrək ona malların ona məxsus olduğunu və yaxşı baxılmasını tapşırmışdır. Pərviz həmin malların ona məxsus olduğunu və satacağını da bildirmişdir. Təxminən 1 ay o, həmin mallara baxmışdır. Danaların çəkisi və qiyməti barədə onun məlumatı olmamışdır. 21 oktyabr 2019-cu il tarixdə fermaya danaları almaq üçün bir şəxs gəlmişdir. Onun satışa aidiyyəti olmadığından heç kimə yaxınlaşıb söz soruşmamışdır. Çünki gələn adamların arasında Pərvizin də adamları olmuşdur. Növbəti gün günorta saatlarında yenə həmin şəxslər gəmişlər. İri bir avtomobil fermanın qapısının yaxınlığında saxlayaraq iri buynuzlu heyvanları avtomobilə yüklədiblər və gediblər. İkinci dəfə həmin şəxslər yenə gəliblər və avtomobilə yenidən heyvanları yüklədiblər. Artıq gecə saatları idi. Nəsə çöldə həmin şəxslər mübahisə edərək telefonla danışırdılar. Sonra bir-birlərinə nəsə deyərək sakitləşmişlər. Həmin vaxt Pərviz müəllim də fermaya gəlmişdi, malları alan şəxslərlə söhbətləşmişdir. Lakin o, nə söhbət etdiklərini bilməmişdir, çünki kənarda dayanıb seyr etmişdir. İkinci dəfə də malları aparıblar. Həmin gün üçüncü dəfə malları aparmaq üçün geri qayıtmışlar. Həmin vaxt fermaya polislər gəliblər və Pərviz müəllimlə birlikdə gediblər. Malları alan şəxs telefonla danışmışdır, bir neçə saat sonra Pərviz müəllim gəlmişdir və həmin şəxs malları aparmışdır. Malların satışı 22 oktyabr 2019-cu il tarixdə olub. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 22-23-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 sentyabr 2019-cu il tarixli, 01 №-li “Müştərək iş birliyi müqaviləsi”ndən görünür ki, “xxxxxxxxxxxx” MMC-nin təsisçisi Təqsirləndirilən şəxs və Azərbaycan Respublikasının vətəndaşı x13 öz aralarında ortaq biznes müqaviləsi yazaraq 02 sentyabr 2019-cu ildən 01 sentyabr 2029-cu ilədək razılığa gələrək müqaviləni imzalamışlar. Müqavilənin 1-ci bəndinə əsasən “xxxxxxxxxxxx” MMC-nin təsisçisi Təqsirləndirilən şəxs təşəbbüsü ilə birlikdə ortaq biznesini (yəni balıq, qoyun, dana, at və toyuq) ixrac və idxalının həyata keçirilməsi öhdəçiliyini x13 ilə qərara alırlar. Müqavilənin 2-ci bəndinə əsasən, Bu biznes əməliyyatları ancaq iki tərəfin razılığı ilə həyata keçirilməlidir. 3-cü tərəflə aparılan ortaq biznes ancaq iki tərəfin razılığı ilə ola bilər. Əks halda belə bir hal müşayiət edilərsə, qarşı tərəf 50.000 AZN miqdarında cərimə olunacaqdır. Müqavilənin 3-cü bəndə əsasən Tərəflərdən birinin irəli sürdüyü bisnes təklifi digər Tərəflə yazılı surətdə razılaşdırılmalıdır. (razılaşmada alınan, satılan, barter edilən, əvəzsiz verilən və sair bütün əməliyyatların maya dəyəri, satış qiyməti, digər xərclər, əksikgəlmələr, mal fazlası, gəlirlər, zərərlər və sair dürüst olaraq göstərilməlidir) . Müqavilənin 4-cü bəndinə əsasən Tərəflərdən birinin irəli sürdüyü biznes təklifi digər Tərəflə yazılı surətdə razılaşdırılmayıbsa bu Müqavilənin predmeti deyil. Müqavilənin 5-ci bəndinə əsasən Tərəflər arasında razılaşdırılmış, layihə üzrə həyata keçirilmiş biznes əməliyyatları yekunlaşdıqdan sonra qiymətdə, çəkidə, müştəridə və sairdə meydana çıxan aldatma, yalan danışma, biznes fırıldaqçılığı illər keçsə də üzə çıxarsa və təsdiq olarsa aldadan Tərəf qarşı Tərəfə dəymiş zərərin 100% həcmi ödəməyə məcburdur. Yuxarıda göstərilən xoşagəlməz hallar təkrarlanarsa, o zaman aldadılan Tərəfə dəymiş zərərin 200%-ni ödəməyə borcludur. Bunun miqdarı 100.000 manat dəyərində qiymətləndiriləcəkdir. Müqavilənin 8-ci bəndinə əsasən Bu bizneslər üçün qoyulan pul vəsaiti hər hansı bir tərəfin adına götürülmüş “Bank krediti” və yaxud şəxsi borc olduqda qarşı tərəf bu məbləğə 100%-lik şərik olur. Bu zaman özünə və eyni zamanda müəssisəyə aid mülk və avadanlıqları girov qoyur. Götürülən məbləğə uyğun girov müəyyənləşir və hər bir hal üçün iki tərəfli girov zaminlik müqaviləsi imzalanır. Müqavilənin 11-ci bəndinə əsasən Hər iki tərəfin razılığı ilə gəlir Tərəflər arasında bərabər (yəni 50% hər bir tərəf üçün) bölünür. Cinayət işinin 24-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 sentyabr 2019-cu il tarixli 1 №-li Aktdan görünür ki, Şahid3 Yunus oğlu tərəfindən “xxxxxxxxxxxx” MMC-nin xəzinədarlığına 02 sentyabr 2019-cu il tarixli iş birliyi müqaviləsinin №1 şərtlərinə əsasən aşağıda qeyd olunan malların alınıb gətirilməsindən ötrü pul vəsaiti köçürülmüşdür: 1.Skumbriya balığı – 75,990 kq üçün – 154,290 ABŞ dolları; 2.Toyuq əti üçün – 35,000 ABŞ dolları; 3.Dana və qoyun diri gətirmək üçün – 60,000 AZN (35,294 ABŞ dolları ekvivalent); 4.Dana və qoyun üçün nəğd şəklində Qazaxıstan Respublikasında əlavə xərclər – 20,000 ABŞ dolları. Cəmi verilib: 244,584 ABŞ dolları (iki yüz qırx dörd min beş yüz səksən dörd) Akta əsasən 04 sentyabr 2019-cu il tarixdə “xxxxxxxxxxxx” MMC-nin x11 244,584 ABŞ dolları borcu olduğu müəyyən edilmişdir. Akt Təqsirləndirilən şəxs, Mirzəliyev Ziyəddin və Şahid2 tərəfindən imzalanmışdır. Cinayət işinin 25-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 sentyabr 2019-cu il tarixli, 2 №-li Aktdan görünür ki, “xxxxxxxxxxxx” MMC-nin təsisçisi Təqsirləndirilən şəxs və digər tərəfdən x13 04 sentyabr 2019-cu il tarixdə “xxxxxxxxxxxx” MMC-nin x11 244,584 ABŞ dolları (iki yüz qırx dörd min beş yüz səksən dörd) borcu olduğunu Akt tərtib edərək, imzaları ilə təsdiq etmişlər. Cinayət işinin 26-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Camaləddin Quluyev və Təqsirləndirilən şəxs tərəfindən tərtib edilərək, imzalanmış 26 oktyabr 2019-cu il tarixli sənəddən görünür ki, Təqsirləndirilən şəxs və Camaləddin Quluyev arasında şərikli mallara görə «xxxxxxxxxxxx»in anbarında olan mallar kimi aşağıdakılar göstərilmişdir: -Toyuq – cəmi 10022,4– dəyəri 19243.0 ABŞ dolları; -Toyuq file – cəmi 4785– dəyəri 13972,2 ABŞ dolları; -Skumbriya – cəmi 75930 – dəyəri 196319.0 ABŞ dollar. Anbarda olan bütün malların ümümi dəyəri 229.534,2 ABŞ dolları müəyyən edilmişdir. Cinayət işinin 27-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 sentyabr 2019-cu il tarixli Gömrük bəyannaməsindən görünür ki, malı göndərən tərəf “TOO ZİRAET” (Qazaxıstan Respublikası-Uralsk şəhəri), malı qəbul edən tərəf kimi isə “xxxxxxxxxxxx” MMC (AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Binəqədi şosesi-5, ev 34H) müəyyən edilmişdir. Həmin gömrük bəyannaməsinə görə ümumi dəyəri 49997 AZN olan, çəkisi 160 kq-dan çox olan, lakin 300 kq-dan çox olmayan 75 ədəd ətlik diri iribuynuzlu heyvanlar Azərbaycan ərazisinə gətirilməsi əks olunmuşdur.Lakin, göstərilən gömrük bəyannaməsində Dövlət Gömrük Komitəsinə məxsus, malın giriş və ya çıxışını əks etdirən hər hansı bir möhür həkki əks olunmamışdır. Cinayət işinin 28-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 oktyabr 2019-cu il tarixli Gömrük bəyannaməsindən görünür ki, malı göndərən tərəf “TOO ZİRAET” (Qazaxıstan Respublikası-Uralsk şəhəri), malı qəbul edən tərəf kimi isə “xxxxxxxxxxxx” MMC (AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Binəqədi şosesi-5, ev 34H) müəyyən edilmişdir. Həmin gömrük bəyannaməsinə görə ümumi dəyəri 52540,20 AZN olan, çəkisi 160 kq-dan çox olan, lakin 300 kq-dan çox olmayan 75 ədəd ətlik diri iribuynuzlu heyvanlar Azərbaycan ərazisinə gətirilməsi əks olunmuşdur. Göstərilən gömrük bəyannaməsinin aşağı hissəsində üzərində 25.09.2019 yazılmış, “Kapital Bank” Abşeron rayon filialına məxsus, 25 sentyabr tarixli (ili müəyyən etmək mümkün olmamışdır) möhür vardır. Həmçinin, gömrük bəyannaməsinin yuxarı sağ hissəsində hansı orqan və ya təşkilata məxsusluğu bilinməyən 6 yazılmış möhür həkki əksini tapmışdır. Lakin, göstərilən gömrük bəyannaməsində Dövlət Gömrük Komitəsinə məxsus, malın giriş və ya çıxışını əks etdirən hər hansı bir möhür həkki əks olunmamışdır. Cinayət işinin 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 sentyabr 2019-cu il tarixli Gömrük bəyannaməsindən görünür ki, malı göndərən tərəf “AO RUSSKAYA RİBNAYA KOMPANİYA” (Rusiya Federasiyası –Moskva şəhəri), malı qəbul edən tərəf kimi isə “xxxxxxxxxxxx” MMC (AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Binəqədi şosesi-5, ev 34H) müəyyən edilmişdir. Həmin gömrük bəyannaməsinə görə ümumi dəyəri 72252,72 AZN olan, 200-300 qr çəkidə, 1 ədədi/30 kq.lıq karton qutularda- 632 qutu olmaqla, cəmi 18960 kq dondurulmuş skumbriya balığının (başsız) Azərbaycan ərazisinə gətirilərək Müşfiq qəsəbəsində yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin anbarına təhvil verilməsi əks olunmuşdur. Göstərilən gömrük bəyannaməsinin aşağı hissəsində üzərində 05.09.2019 yazılmış, “Kapital Bank” Abşeron rayon filialına məxsus, 05.09.2019 tarixli möhür həkki vardır. Lakin, göstərilən gömrük bəyannaməsində Dövlət Gömrük Komitəsinə məxsus, malın giriş və ya çıxışını əks etdirən hər hansı bir möhür həkki əks olunmamışdır. Cinayət işinin 36-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 sentyabr 2019-cu il tarixli Gömrük bəyannaməsindən görünür ki, malı göndərən tərəf “AO RUSSKAYA RİBNAYA KOMPANİYA” (Rusiya Federasiyası –Moskva şəhəri), malı qəbul edən tərəf kimi isə “xxxxxxxxxxxx” MMC (AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Binəqədi şosesi-5, ev 34H) müəyyən edilmişdir. Həmin gömrük bəyannaməsinə görə ümumi dəyəri 72469,53 AZN olan, 200-300 qr çəkidə, 1 ədədi/30 kq.lıq karton qutularda- 632 qutu olmaqla, cəmi 19020 kq dondurulmuş skumbriya balığının (başsız) Azərbaycan ərazisinə gətirilərək Müşfiq qəsəbəsində yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin anbarına təhvil verilməsi əks olunmuşdur. Göstərilən gömrük bəyannaməsinin aşağı hissəsində üzərində 05.09.2019 yazılmış, “Kapital Bank” Abşeron rayon filialına məxsus, 05.09.2019 yazılmış möhür həkki vardır. Lakin, göstərilən gömrük bəyannaməsində Dövlət Gömrük Komitəsinə məxsus, malın giriş və ya çıxışını əks etdirən hər hansı bir möhür həkki əks olunmamışdır. Cinayət işinin 42-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 sentyabr 2019-cu il tarixli Gömrük bəyannaməsindən görünür ki, malı göndərən tərəf “AO RUSSKAYA RİBNAYA KOMPANİYA” (Rusiya Federasiyası –Moskva şəhəri), malı qəbul edən tərəf kimi isə “xxxxxxxxxxxx” MMC (AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Binəqədi şosesi-5, ev 34H) müəyyən edilmişdir. Həmin gömrük bəyannaməsinə görə ümumi dəyəri 72252,72 AZN olan, 200-300 qr çəkidə, 1 ədədi/30 kq.lıq karton qutularda- 632 qutu olmaqla, cəmi 18960 kq dondurulmuş skumbriya balığının (başsız) Azərbaycan ərazisinə gətirilərək Müşfiq qəsəbəsində yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin anbarına təhvil verilməsi əks olunmuşdur. Göstərilən gömrük bəyannaməsinin aşağı hissəsində üzərində 05.09.2019 yazılmış, “Kapital Bank” Abşeron rayon filialına məxsus, 05.09 (ili müəyyən etmək mümkün olmamışdır) tarixli möhür həkki vardır. Lakin, göstərilən gömrük bəyannaməsində Dövlət Gömrük Komitəsinə məxsus, malın giriş və ya çıxışını əks etdirən hər hansı bir möhür həkki əks olunmamışdır. Cinayət işinin 47-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Vergilər Nazirliyinin 26 sentyabr 2019-cu il tarixli, **********400393 №-li “Köçürmənin aparılması haqqında” bildirişindən görünür ki, ********** №-li VÖEN-i olan “xxxxxxxxxxxx” MMC-nin ƏDV sub-uçot hesabından, ********** VÖEN-li Bakı Baş Gömrük İdarəsinin hesabına “gömrük edv odenisi avans” təyinatı əsasında 28300 AZN pul vəsaiti köçürülmüşdür. Bildirişdə “xxxxxxxxxxxx” MMC-nin möhürün həkki öz əksini tapmışdır. Cinayət işinin 48-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 sentyabr 2019-cu il tarixli Gömrük bəyannaməsindən görünür ki, malı göndərən tərəf “AO RUSSKAYA RİBNAYA KOMPANİYA” (Rusiya Federasiyası –Moskva şəhəri), malı qəbul edən tərəf kimi isə “xxxxxxxxxxxx” MMC (AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Binəqədi şosesi-5, ev 34H) müəyyən edilmişdir. Həmin gömrük bəyannaməsinə görə ümumi dəyəri 72361,13 AZN olan, 200-300 qr çəkidə, 1 ədədi/30 kq.lıq karton qutularda- 632 qutu olmaqla, cəmi 18990 kq dondurulmuş skumbriya balığının (başsız) Azərbaycan ərazisinə gətirilərək Müşfiq qəsəbəsində yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin anbarına təhvil verilməsi əks olunmuşdur. Göstərilən gömrük bəyannaməsinin aşağı hissəsində üzərində 05.09.2019 yazılmış, “Kapital Bank” Abşeron rayon filialına məxsus, 05.09 (ili müəyyən etmək mümkün olmamışdır) tarixli möhür həkki vardır. Lakin, göstərilən gömrük bəyannaməsində Dövlət Gömrük Komitəsinə məxsus, malın giriş və ya çıxışını əks etdirən hər hansı bir möhür həkki əks olunmamışdır. Cinayət işinin 54-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 sentyabr 2019-cu il tarixli Gömrük bəyannaməsindən görünür ki, malı göndərən tərəf “TOO ZİRAET” (Qazaxıstan Respublikası-Uralsk şəhəri), malı qəbul edən tərəf kimi isə “xxxxxxxxxxxx” MMC (AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Binəqədi şosesi-5, ev 34H) müəyyən edilmişdir. Həmin gömrük bəyannaməsinə görə ümumi dəyəri 49997 AZN olan, çəkisi 160 kq-dan çox olan, lakin 300 kq-dan çox olmayan 75 ədəd ətlik diri iribuynuzlu heyvanlar Azərbaycan ərazisinə gətirilməsi əks olunmuşdur. Göstərilən gömrük bəyannaməsində Dövlət Gömrük Komitəsinə məxsus, malın giriş və ya çıxışını əks etdirən hər hansı bir möhür həkki əks olunmamışdır. Cinayət işinin 55-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Vergilər Nazirliyi 25 sentyabr 2019-cu il tarixli, **********398546 №-li “Köçürmənin aparılması haqqında” bildirişindən görünür ki, ********** №-li VÖEN-i olan “xxxxxxxxxxxx” MMC-nin ƏDV sub-uçot hesabından, ********** VÖEN-li Bakı Baş Gömrük İdarəsinin hesabına “**********3117 saylı YGB əsasən EDV” təyinatı üzrə 9042,66 AZN pul vəsaiti köçürülmüşdür. Cinayət işinin 60-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 oktyabr 2019-cu il tarixli Gömrük bəyannaməsindən görünür ki, malı göndərən tərəf “TOO ZİRAET” (Qazaxıstan Respublikası-Uralsk şəhəri), malı qəbul edən tərəf kimi isə “xxxxxxxxxxxx” MMC (AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Binəqədi şosesi-5, ev 34H) müəyyən edilmişdir. Həmin gömrük bəyannaməsinə görə ümumi dəyəri 52540,20 AZN olan, çəkisi 160 kq-dan çox olan, lakin 300 kq-dan çox olmayan 75 ədəd ətlik diri iribuynuzlu heyvanların Azərbaycan ərazisinə gətirilməsi əks olunmuşdur. Göstərilən gömrük bəyannaməsinin aşağı hissəsində üzərində 25.09.2019 yazılmış, “Kapital Bank” Abşeron rayon filialına məxsus, 25.09 (ili müəyyən etmək mümkün olmamışdır) tarixli möhür həkki vardır. Həmçinin, gömrük bəyannaməsinin yuxarı sağ hissəsində hansı orqan və ya təşkilata məxsusluğu bilinməyən 6 yazılmış möhür həkki əksini tapmışdır. Lakin, göstərilən gömrük bəyannaməsində Dövlət Gömrük Komitəsinə məxsus, malın giriş və ya çıxışını əks etdirən hər hansı bir möhür həkki əks olunmamışdır. Cinayət işinin 65-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 sentyabr 2019-cu il tarixli Gömrük bəyannaməsindən görünür ki, malı göndərən tərəf “OOO TK RESURS-YUQ” (Rusiya Federasiyası-Nevinnomıssk şəhəri), malı qəbul edən tərəf kimi isə “xxxxxxxxxxxx” MMC (AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Binəqədi şosesi-5, ev 34H) müəyyən edilmişdir. Həmin gömrük bəyannaməsinə görə ümumi dəyəri 58947,84 AZN olan, (file ÇB 15 kq/9 palet/360 qutu/dondurulmuş) 5400 kq sümükdən ayrılmış toyuq əti filesinin Azərbaycan ərazisinə gətirilməsi əks olunmuşdur. Göstərilən gömrük bəyannaməsinin aşağı hissəsində üzərində 17.09.2019, “Kapital Bank” Abşeron rayon filialına məxsus möhür həkki əks olunmuşdur. Cinayət işinin 73-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Kapital Bank” a məxsus Ref №123OPEX193040022, 31.10.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, “xxxxxxxxxxxx” MMC-yə məxsus AZ60AİİB******************** №-li bank hesabından, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin AZ10AZFİ******************** №-li bank hesabına “alınmış balığın pulu EVHF İF 427160” ödəniş təyinatına əsasən 9769,5 (doqquz min yeddi yüz altmış doqquz manat əlli qəpik) manat pul vəsaiti köçürülmüşdür. Cinayət işinin 74-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Kapital Bank” a məxsus Ref №123OPEX193040021, 31.10.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, “xxxxxxxxxxxx” MMC-yə məxsus AZ60AİİB******************** №-li bank hesabından “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin AZ48CTRE******************** №-li bank hesabına “EDV odeme. EVHF İF N427160” ödəniş təyinatına əsasən 1758,51 (min yeddi yüz əlli səkkiz manat əlli bir qəpik) manat pul vəsaiti köçürülmüşdür. Cinayət işinin 75-76-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 oktyabr 2019-cu il tarixli, 755613 nömrəli elektron qaimədən görünür ki, “xxxxxxxxxxxx” MMC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə “balıq və toyuq satışı” müqaviləsinə əsasən ümumilikdə 13552,15 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Cinayət işinin 77-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sənəddən görünür ki, Təqsirləndirilən şəxs x7 21.08.2019-cu il tarixdən 31.10.2019-cu il tarixədək olan müddət ərzində ümumilikdə 112.672,8 manat dəyərində külli miqdarda skumbriya, çapaq, maslennoy və.s mallar almış, ümumilikdə həmin məbləğdən 42.672,8 manat ödəniş etmiş, dövrün sonuna isə 70.000 manat borcu qalmışdır. Cinayət işinin 32-35, 37-41, 43-46, 49-53, 56-59, 61-64, 67-72-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ödəniş qəbzlərindən görünür ki, “xxxxxxxxxxxx” MMC-nin bank hesabından müxtəlif vaxtlarda ödənişlər həyata keçirilmişdir. Cinayət işinin 8-10-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı şikayət ərizəsindən görünür ki, o, anası ilə birlikdə kənd təsərrüfatı fəaliyyəti ilə məşğuldur və 22 oktyabr 2019-cu ildə o, Təqsirləndirilən şəxs 80 baş dana alaraq, əvəzində 107,744 manat pulu ona nəğd ödəmişdir. Lakin, 04 noyabr 2019-cu il tarixdə onun aldığı danaları Xəzər Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru x13 və polis əməkdaşları ilə birlikdə Quba Rayon Məhkəməsinin qərardadına əsasən aparmışlar. Sonradan ona məlum olub ki, Təqsirləndirilən şəxs Camaləddin Quluyevə borcu olduğundan məhkəmə onun aldığı danaların üzərinə həbs qoyub və saxlanca “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə təhvil verilməsini müəyyən etmişdir. Odur ki, bu hadisə nəticəsində ona aldığı mala verdiyi 107,444 manat, həmçinin danalara 22.10.2019-cu il tarixdən 04.11.2019-cu il tarixə qədər edilən peyvəndlər və qulluğa (yem, baytar müayinəsi və.s) görə 2.500 manat olmaqla, cəmi 110.244 manat ziyan vurulduğunu bildirmişdir. Cinayət işinin 128-131-ci vərəqələrində olan Azərbaycan Beynəlxalq Bankının 20 dekabr 2018-ci il tarixli, 5977 №-li Kredit Müqaviləsindən, cinayət işinin 132-135-ci vərəqələrində olan Azərbaycan Beynəlxalq Bankının 20 dekabr 2018-ci il tarixli 5978 №-li “x29” ndən, həmçinin cinayət işinin 136-139-cu vərəqələrində olan 20 dekabr 2018-ci il tarixli “İpoteka Müqaviləsi” ndən və Azərbaycan Beynəlxalq Bankının FJB**********008 №-li “Məxaric Orderi” ndən görünür ki, zərərçəkmişin anası Yusifova Səmərqənd Ömər qızına iribuynuzlu mal-qaranın alınması üçün 60 ay müddətində, illik 7% ödəmək şərtilə 150000 (yüz əlli min) manat kredit müəyyən edilmişdir. Cinayət işinin 17-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 oktyabr 2019-cu il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs qəbz verərək Türkan qəsəbəsində yerləşən fermadan 80 baş iri buynuzlu, ümumi çəkisi 20720 kq , 1 kq-nın qiyməti 5,20 AZN, ümumi dəyəri isə 107,744 manat olan malı Zərərçəkmiş şəxs satdığını bildirmişdir. Qəbz Təqsirləndirilən şəxs və onun işçisi Həşimov Dəyanət tərəfindən imzalanaraq təsdiq edilmişdir. Cinayət işinin 207-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 dekabr 2019-cu il tarixli “Maqnit daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş materiallarına əlavə edilmiş 1 ədəd “CD” diskdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs sonuncudan aldığı iri buynuzlu heyvanların (mal-qara) pullarını saydığı görüntülər müşahidə edilmişdir. Cinayət işinin 78-79-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Quba Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(027)-2547/2019 №-li qərardadından görünür ki, iddiaçı tərəfin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, x14, Şahid4, cavabdeh tərəfin isə Təqsirləndirilən şəxs, “xxxxxxxxxxxx” MMC olduğu iş üzrə məhkəmə pul, dəymiş maddi və mənəvi ziyan tələbinə dair iddiaçının ərizəsini qismən təmin edərək, qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh “xxxxxxxxxxxx” MMC-nin bank hesabında olan pul vəsaitinin – VÖEN: **********, KAPİTAL BANK ASC Abşeron filialı H/h: AZ60AİİB006001944**********, VÖEN: **********, Kod: 200231, SWİFT: AİİBAZ2X, M/H AZ37NABZ013501**********1944 iddia məbləği həcmində, yəni, 294.749, 68 manat məbləğində hissəsinə həbs qoymuş; -İddiaçının və cavabdehlərin Abşeron rayonu, Türkan Üzümçülük sovxozu ünvanında, ümumi sahəsi 2 ha torpaq sahəsindəki fermada saxladıqları mübahisə predmeti olan 122 baş dananın satılması cavabdehlər Təqsirləndirilən şəxs və “xxxxxxxxxxxx” MMC-yə qadağan etmiş; -“xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən götürülən, Quba rayonunun İ Nügədi kəndində yerləşən balıq emalı müəssisəsində olan balıq və balıq məhsullarının satışı cavabdehlər Təqsirləndirilən şəxs və “xxxxxxxxxxxx” MMC-yə qadağan etmişdir. Cinayət işinin 80-82-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Quba Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2(027)-2547/2019 saylı qərardadından görünür ki, iddiaçı tərəfin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, x13, Şahid4, cavabdeh tərəfin isə Təqsirləndirilən şəxs, “xxxxxxxxxxxx” MMC olduğu iş üzrə məhkəmə pul, dəymiş maddi və mənəvi ziyan tələbinə dair iddiaçının ərizəsini təmin edərək iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Maştağa, Buzovna sahəsində Zərərçəkmiş şəxs sahibliyində olan 80 baş dana və Abşeron rayonu, Türkan Üzümçülük sovxozu ünvanında, ümumi sahəsi 2 ha torpaq sahəsindəki fermalarda iddiaçıların və cavabdehlərin saxladıqları 42 baş dana ümumilikdə 122 baş dana Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və “xxxxxxxxxxxx” MMC-dən götürülərək idiaçılara məxsus “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə verilməsi qərara almışdır. Cinayət işinin 229-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış x13 tərəfindən Xəzər RPİ-nin 1-ci PŞ-nə verilmiş 23 oktyabr 2019-cu il tarixli ərizədən görünür ki, onun şəriki olan Təqsirləndirilən şəxs ona məlumat vermədən ona məxsus iri buynuzlu mal-qaranı icazəsiz satmış və ona satışdan alınan puldan verməmişdir. Həmçinin, C.Quluyev ərizəsində göstərib ki, Təqsirləndirilən şəxs ona zəng edərək onu məhkəməyə verməsi barədə soruşduqda, o bu halı təsdiqləmişdir. Cinayət işinin 242-245-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Quba Rayon Məhkəməsindən daxil olmuş 09 dekabr 2019-cu il tarixli, 2(027)- 2547/2019 saylı məktubdan və məktuba əlavə edilmiş məhkəmə bildirişlərinin siyahısından görünür ki, iddiaçılar x13, Şahid4 və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin cavabdehlər “xxxxxxxxxxxx” MMC-yə və Təqsirləndirilən şəxs qarşı pul, dəymiş maddi və mənəvi ziyan tələbinə dair mülki iş 21 oktyabr 2019-cu ildə Quba Rayon Məhkəməsində icraata daxil olmuş və iş üzrə məhkəmə hazırlıq iclası 04 noyabr 2019-cu il tarixə, məhkəmə baxış iclası isə 19 noyabr 2019-cu il tarixə təyin edilmişdir. Mülki iş üzrə keçirilmiş məhkəmə iclasları ilə bağlı iş üzrə digər tərəflərlə yanaşı Təqsirləndirilən şəxs həm yazılı bildirişlər, həm də şifahi olaraq ***-***-**-** telefon nömrəsi ilə əlaqə yaradılaraq məlumat verilmiş, lakin məhkəmə baxışı iclasında iştirak etməmişdir. Həmin mülki iş üzrə Quba Rayon Məhkəməsinin iddianın təmini barədə 21 oktyabr 2019-cu il tarixli və 01 noyabr 2019-cu il tarixli, 2(027)-2547/2019 saylı qərardadından maraqlı şəxslər Yusifova Səmərqənd Ömər qızı və Zərərçəkmiş şəxs tərəfindən şikayət verildiyi üçün iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli, 2(105)-4841/2019 №-li qərardadına əsasən, Quba Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(027)-2547/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, x13 ilə bağladığı 02 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən ortaya qoyduqları məbləğ yalnız balıq və toyuq məhsullarının alınmasına kifayət etmiş, iri buynuzlu mal-qaranın isə Camaləddinə aidiyyatı olmayıb. Camaləddin Quluyevə heç bir borcu yoxdur. Həmin iri buynuzlu heyvanlar onun şəxsi şirkətinə məxsus olub, həmin heyvanların Camaləddinlə şərikliliyinə heç bir aidiyyatı olmayıb. Həmin malları Kamrana satıb və pulunu almışdır. Quba Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qərardadından yalnız 25 oktyabr 2019-cu il tarixdə məlumatı olmuşdur. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxsin elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, Quba Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qərardadının çıxarılması barədə yalnız 25 oktyabr 2019-cu il tarixdə təxminən saat 16-17 radələrində xəbər olması barədə Təqsirləndirilən şəxs dəlilləri şahidlər: x9, Şahid4 ifadələri, Quba Rayon Məhkəməsindən daxil olmuş sənədlərlə və digər sübutlarla tam təkzib olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi” ndən əldə edilmiş çıxarışa əsasən Təqsirləndirilən şəxs adına aşağıdakı nömrələrin olduğu müəyyən edilmişdir: -***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**- **; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**. Lakin, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində həmin dövrdə yalnız “***-***-**-**” mobil nömrəsindən istifadə etdiyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2020-ci il tarixli 1(101)-444/2020 saylı təqisrləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə aparılan telefon danışıqlarının, sms mətnlərinin və nömrənin anten dairələrinin “xxxxxxxxxxxxxxxx” MMC-dən götürülməsi barədə qərarın icrası ilə bağlı “xxxxxxxxxxxxxxxx” MMC-dən 01 may 2020-ci il tarixli, 7052 №-li məktubla daxil olmuş CD diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı telefon nömrəsi ilə Quba Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(027)-2547/2019 saylı qərardadının çıxarılmasından danaların satıldığı tarixə qədər müxtəlif şəxslərlə telefon danışıqları olmuşdur: -18.10.2019-cu il tarixdə saat 19:08:07 –də Quba Rayon Məhkəməsinin hakimi Rahim Həsənovun istifadəsində olan “***-***-**-**” mobil nömrəsi ilə Təqsirləndirilən şəxs arasında telefon danışığı; -19.10.2019-cu il tarixdə saat 14:52:55 –də Quba Rayon Məhkəməsinin hakimi Rahim Həsənovun istifadəsində olan “***-***-**-**” mobil nömrəsi ilə Təqsirləndirilən şəxs arasında telefon danışığı; -18.10.2019-cu il tarixdə saat 11:42:45; 11:43:41 və 16:26:14 –də x9 istifadəsində olan “***-***-**-**” mobil nömrəsi ilə Təqsirləndirilən şəxs arasında telefon danışığı; -22.10.2019-cu il tarixdə saat 21:34:49 –da x9 istifadəsində olan “***-***-**-**” mobil nömrəsi ilə Təqsirləndirilən şəxs arasında telefon danışığı; -22.10.2019-cu il tarixdə saat 22:08:19 –da x9 istifadəsində olan “***-***-**-**” mobil nömrəsi ilə Təqsirləndirilən şəxs arasında telefon danışığı; -22.10.2019-cu il tarixdə saat 21:23:44 –də Şahid4 istifadəsində olan “***-***-**-**” mobil nömrəsi ilə Təqsirləndirilən şəxs arasında telefon danışığı. Bu isə şahidlər x9 və Şahid4 məhkəmədə verdiyi ifadələri bir daha təsdiq edir. CD diskdə olan anten dairəsi məlumatlarından görünür ki, 21.10.2019-cu il tarixində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə anten dairəsi Quba rayonu qeyd edilmiş nömrə arasında telefon danışığı qeydə alınmışdır. Həmçinin 22.10.2019-cu il tarixdə, saat 21:23 radələrində Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi “Türkan qəsəbəsi” göstərilmiş və həmin ərazidə olarkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə telefon danışığı qeydə alınmışdır. Cinayət işinin 242-245-ci vərəqələrində olan Quba Rayon Məhkəməsinin böyük məsləhətçisi Əlisahib Əsədullayev tərəfindən imzalanmış 09 dekabr 2019-cu il tarixli, 2(027)-2547/2019 saylı məktubdan görünür ki, 21 oktyabr 2019-cu il tarixli qərardad qəbul edilmiş mülki iş üzrə keçirilmiş məhkəmə iclasları ilə bağlı Təqsirləndirilən şəxs şifahi olaraq ***-***-**-** telefon nömrəsi ilə əlaqə yaradılaraq məlumat verilmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-444/2020 saylı, 04.03.2020-ci il tarixli sorğusuna cavab olaraq Quba rayon məhkəməsindən daxil olmuş 19 mart 2020-ci il tarixli, 2(027)-272/2020 saylı məktubdan görünür ki, 2(027)-272/2020 saylı mülki iş üzrə 21.10.2019-cu il tarixdə çıxarılmış qərardadla bağlı müəyyən müddət keçdiyindən həmin qərardad barədə məhkəmənin hansı əməkdaşı və hansı nömrə ilə Təqsirləndirilən şəxslə əlaqə saxlandığını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, “xxxxxxxxxxxxxxxx” MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin telefon danışıq və anten dairələrinin məlumatlarından, həmçinin Quba rayon məhkəməsindən daxil olmuş məktublardan bir daha görünür ki, Təqsirləndirilən şəxs 21.10.2020-ci il tarixli qərardad barədə 22 oktyabr 2020-ci il tarixdə tam məlumatlı olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs göstərmişdir ki, iri buynuzlu heyvanlar onun şəxsi şirkətinə məxsus olub, həmin heyvanların Camaləddinlə şərikliliyinə heç bir aidiyyatı olmayıb. Cəmaləddin Quluyevə heç bir borcu yoxdur. İttihamda əks olunan mal-qara onun şirkətinə məxsus olub və həmin malları Kamrana satıb pulunu almışdır. Mallara görə bütün vergi və gömrük xərclərini də öz vəsaiti hesabına ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 28.4-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq; təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq. Azərbaycan Respublikası CPM-nin 143.2-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası x4 göstərilən müddəalarına əsasən Təqsirləndirilən şəxs əməlinə aid bütün dəlilləri yoxlamaqdan ötrü verilmiş ittihamla əlaqədar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə Bilmən oğlunun vəsatəti ilə «xxxxxxxxxxxx» MMC-dən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən «xxxxxxxxxxxx» MMC-yə aid hesabatların götürülməsi barədə qərarlar çıxarmışdır. Cinayət hadisəsinin 22 oktyabr 2019-cu il tarixdən 23-nə keçən gecə baş verməsinə, Zərərçəkmiş şəxs 107.744 manat alınmasına baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 29 mart 2020-ci il tarixli, **********343300 №-li məktubundan görünür ki, 2019-cu il tarixdə oktyabr-dekabr aylarında «xxxxxxxxxxxx» MMC-nin təqdim etdiyi hesabatına görə əlavə dəyər vergisi «sıfır» kimi göstərilmişdir. Belə ki; -18 noyabr 2019-cu il tarixli “x30 Bəyannaməsi” ndən görünür ki, 2019-cu ilin oktyabr ayı üzrə “xxxxxxxxxxxx” MMC-nin büdcəyə ödəniləcək hər hansı əlavə dəyər vergisi göstərilməmişdir. -15 dekabr 2019-cu il tarixli “x30 Bəyannaməsi” ndən görünür ki, 2019-cu ilin noyabr ayı üzrə “xxxxxxxxxxxx” MMC-nin əlavə dəyər vergisi “0” göstərilmişdir. -08 yanvar 2020-ci il tarxli “x30 Bəyannaməsi” ndən görünür ki, 2019-cu ilin dekabr ayı üzrə “xxxxxxxxxxxx” MMC-nin əlavə dəyər vergisi “0” göstərilmişdir. -“Mənfəət vergisinin bəyannaməsi” ndən görünür ki, 2019-cu il üzrə “xxxxxxxxxxxx” MMC-nin ümumi mənfəət vergisi “20” manat müəyyən edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 1(101)-444/2020 saylı “xxxxxxxxxxxx” MMC-nin 2019-2020-ci illərə dair idxal-ixrac əməliyyatları barədə məlumatların göndərilməsi ilə bağlı məktubunun icrası ilə əlaqədar, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən 26 mart 2020-ci il tarixli, 1000-170/170- 22/006211 nömrəli məktubla daxil olmuş “Gömrük Bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqqında məlumatdan” görünür ki, 27 sentyabr 2019-cu il tarixli, **********3117 nömrəli bəyannamə ilə 75 ədəd, 17300 kq çəkidə, 29410,00 ABŞ dollarlıq diri iribuynuzlu heyvanlar (çəkisi 160 kq-dan çox olan, lakin 300 kq-dan az olmayan, ətlik) “TOO ZİRAET” Qazaxıstan Respublikası-Uralsk şəhərindən “xxxxxxxxxxxx” MMC-yə gətirilmiş; həmçinin, 23 oktyabr 2019-cu il tarixli, **********3632 nömrəli bəyannamə ilə 75 ədəd, 16370 kq çəkidə, 30906,00 ABŞ dollarlıq diri iri buynuzlu heyvanlar (çəkisi 160 kq-dan çox olan, lakin 300 kq-dan çox olmayan, ətlik) “TOO ZİRAET” Qazaxıstan Respublikası –Uralsk şəhərindən “xxxxxxxxxxxx” MMC-yə gətirilmişdir. Təqsirləndirilən şəxs malların «xxxxxxxxxxxx» MMC-yə mədaxil və məxaric edilməsi, kassa əməliyyatlarının aparılması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Həmin müəssisənin direktor müavini işləmiş Şahid2 isə sənədlərin onda olmamasını göstərərək, sənədləri məhkəməyə təqdim etməmiş və bunun nəticəsi olaraq «xxxxxxxxxxxx» MMC-nin həqiqətən «xxxxxxxxxxxx» cəmiyyətinə borcunun olubolmamasını «xxxxxxxxxxxx» MMC-nin mühasibat sənədləri əsasında müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəməyədək icraat zamanı və məhkəmə istintaqında Təqsirləndirilən şəxs rəhbərlik etdiyi “xxxxxxxxxxx və İstehsalat” MMC-nin və “xxxxxxxxxxxx” MMC-nin «xxxxxxxxxxxx» MMC-yə və şəxsən x2 miqdarda borcu olması tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinin 24 və 25-ci vərəqələrinə əlavə edilmiş 04 sentyabr 2019-cu il tarixli 1 №-li Aktdan görünür ki, x3 Pərviz Aləm oğluna cəmi 244,584 (iki yüz qırx dörd min beş yüz səksən dörd) ABŞ dolları vermişdir.Həmin akta əsasən 04 sentyabr 2019-cu il tarixdə “xxxxxxxxxxxx” MMC-nin x11 244,584 ABŞ dolları borcu olduğu müəyyən edilmişdir. Həmin akt Təqsirləndirilən şəxs təqdim olunmuş və o, həmin akta özü imza etməsini etiraf etmişdir. Bundan başqa, x13 şahid qismində dindirilərkən məhkəməyə Təqsirləndirilən şəxs imzası ilə olan bir neçə sənədlərin kserosurətini təqdim etmiş və məhkəmə iştirakçılarının etirazı olmadığı üçün həmin sənədlər cinayət işinə əlavə edilmişdir. Əlyazma ilə olan iltizamın kserosurətindən görünür ki,02.09.2019-cu il tarixdə Camal Pərvizə 35.295 ABŞ dolları, 03.09.2019-cı il tarixdə «dana üçün» 38.000 ABŞ dolları, «Skumbriya üçün» 154.290 ABŞ dolları, «Gömrük üçün» 24.119 ABŞ dolları, «Camal-Pərvizə» 35.000 ABŞ dolları və 5000 ABŞ dolları vermişdir. Məhkəmənin sonrakı iclaslarında həmin iltizam Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu bildirmişdir ki, həmin iltizamdakı imzalar ona məxsusdur və o, iltizamda göstərilən məbləğdə pul vəsaitini həmin vaxt Camaləddin Quluyevdən almasını təsdiq edir. Bundan başqa, cinayət işinə əlavə edilmiş Quba Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(027)-272/2020 nömrəli iş üzrə (hakim x20) çıxarılmış qətnamədən görünür ki, İddiaçılar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Yusifov Rövşən Mahmud oğlunun, Şahid4 iddiası qismən təmin edilərək,Təqsirləndirilən şəxs “xxxxxxxxxxx və İstehsalat” MMC-nin adına olan 432668,43 manat borc pul tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilməsi; “xxxxxxxxxxxx” MMC-dən 83552,28 manat məbləğində borc pul tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi, Təqsirləndirilən şəxs toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211.846,4 manat məbləğində pul tutularaq x11 verilməsi; Sumqayıt Apellyasiya Məhkəməsinin 20.12.2019-cu il tarixli qərardadı ilə saxlanması üçün müvafiq şəxsə təhvil verilmiş 122 baş dana və ya onların dəyəri 80 danaya nisbətdə Zərərçəkmiş şəxs və 42 danaya nisbətdə Təqsirləndirilən şəxs alınaraq x11 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası CPM-nin 142.2-ci maddəsinin tələbinə görə mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Azərbaycan Respublikası CPM-nin 65.7-ci maddəsində qeyd edilmişdir ki, məhkəmənin mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir. Cinayət işinin 22-23-cü vərəqələrində olan “xxxxxxxxxxxx” MMC-nin təsisçisi Təqsirləndirilən şəxs ilə x13 02 sentyabr 2019-cu il tarixli, 01 №-li “Müştərək iş birliyi müqaviləsinin 2-ci bəndində aşağıdakılar əks etdirilmişdir: «…Biznes əməliyyatları ancaq iki tərəfin razılığı ilə həyata keçirilməli, 3-cü tərəflə aparılan ortaq biznes ancaq iki tərəfin razılığı ilə ola bilər…». Müqavilənin 3-cü bəndinə əsasən«…Tərəflərdən birinin irəli sürdüyü bisnes təklifi digər Tərəflə yazılı surətdə razılaşdırılmalıdır (razılaşmada alınan, satılan, barter edilən, əvəzsiz verilən və sair bütün əməliyyatların maya dəyəri, satış qiyməti, digər xərclər, əksikgəlmələr, mal fazlası, gəlirlər, zərərlər və sair dürüst olaraq göstərilməlidir). Hətta, müqavilənin 2-ci və 5-ci bəndində qeyd edilmişdir ki, «…hər iki tərəfin razılığı olmadan biznes əməliyyatlarının 3-cü tərəflə aparıldığı halda qarşı tərəf 50.000 AZN miqdarında cərimə olunmalı və tərəflər arasında aparılan razılaşdırılmış biznes əməliyyatlar vaxtı qiymətdə, çəkidə, müştəridə və sairdə meydana çıxan aldatma müşahidə olunduğu təsdiq olarsa aldadan Tərəf qarşı Tərəfə dəymiş zərərin 100% həcmini ödəməyə məcburdur…» Müqavilənin 11-ci bəndinə əsasən Hər iki tərəfin razılığı ilə gəlir Tərəflər arasında bərabər (yəni 50% hər bir tərəf üçün) bölünür. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadıb, sonuncudan həqiqi məlumatları: yəni onun rəhbərlik etdiyi müəssisəsinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə külli miqdarda borcu olmasını,Camaləddin Quluyevlə bağlanmış 02 sentyabr 2019-cu il tarixli “müştərək iş birliyi” haqqında müqavilənin şərtlərinə uyğun olaraq bir sıra xarici ölkələrdən 145 baş iri buynuzlu heyvan, toyuq və balıq məhsullarını idxal edərək, imza etdiyi müqavilənin 2-ci və 3-cü bəndlərini, yəni “malların satılması haqqında digər tərəflə razılıq əldə edilməsi” və “üçüncü tərəflə aparılan ortaq biznesin yalnız iki tərəfin razılığı ilə ola bilməsi» müddəalarını pozaraq, iri buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs qeyd edilən heyvanların hamısının şəxsən özünə məxsus olmasını, heyvanların şəriki Camaləddin Quluyevə heç bir aidiyyəti olmamasını, onun sonuncu ilə guya cəmi 5-10 min manatlıq mübahisəsi olduğunu, heyvanlarla bağlı hər hansı bir mübahisənin mövcud olmamasını yalandan bildirməklə, həqiqi məlumatları gizlədərək Zərərçəkmiş şəxs inandıraraq, 22 oktyabr 2019-cu il tarixdən 23-nə keçən gecə 80 baş iri buynuzlu şərikli heyvanı sataraq, sonuncunun etibarından sui-istifadə edərək ondan cəmi 107.744 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmişdir. Bu isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs ona istinad olunan və yuxarıda şərh olunan cinayət əməlini həqiqətən də təqsirli olaraq törətmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barəsində müəyyən halların araşdırılması üçün müəyyən orqanlara sorğular ünvanlanmış və həmin sorğulara cavablar verilmişdir. Cinayət işinin 205-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş x1 daxil olmuş 26 noyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 204-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş x1 daxil olmuş 26 noyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 201-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 06 dekabr 2019-cu il tarixli, 8709 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanda müalicədə olmayıb. Cinayət işinin 210-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 dekabr 2019-cu il tarixli maddi ziyanın qismən ödənişinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 107.000 (yüz yeddi min) manat puldan ödəniş edilməsi məqsədilə 11 dekabr 2019-cu il tarixdə istintaqa təqdim etdiyi 20.000 (iyirmi min) ABŞ dolları pulu, yəni 2 ədəd bükülü, hər bükülüdə 100 ədəd yüzlük dollar əskinazı pulu Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına təhvil verilməsi üçün Baş prokuror yanında x18 Baş İdarəsinin dindirmə otağında müstəntiqə təhvil vermişdir. 20 may 2020-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə kollegiyasına notariat qaydasında təsdiq olunmuş ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan (Azərbaycan Respublikası Baş Prokuroru yanında x18 Baş İdarəsində depozitdə saxlanılan 20.000 ABŞ dolları nəzərə alınmaqla) tam olaraq ödənilməsini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə vurulmuş ziyanın ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tamamilə ödənilməsi və zərərçəkmiş şəxslə barışıq əldə olunması CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar olduğundan və əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyindən onun barəsində CM-in 60.1-ci maddəsi tətbiq edilməlidir. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqlarının və x19 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. Cinayət nəticəsində Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin hazırda Təqsirləndirilən şəxs şikayətçi olmamasını, onunla barışmasını nəzərə alaraq məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər. Onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və ona şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Göstərilənlərlə yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilməli və o, həbsdən dərhal azad edilməlidir. Onun barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Cinayət işinin 288-289-cu vərəqələrində olan Azərbaycan Respublikasının Baş prokuroru yanında x18 Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri x15 07 yanvar 2020-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 1(101)-444/2020 saylı hazırlıq iclasının qərarına əsasən, Zərərçəkmiş şəxs qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin edilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs 26 fevral 2020-ci il tarixdən 10 iyun 2020-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay 15 (on beş) gün müddət cəza müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD diskin, 1 ədəd Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 107.744 manat pul vəsaitini almasına dair 22.10.2019-cu il tarixli razılıq sənədinin surəti və 16 dekabr 2019-cu il tarixli mədaxil üzrə kassa orderinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Cinayət işinin 247-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş 11 dekabr 2019-cu il tarixli, **********45 №-li məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə tətbiq olunmamalıdır. Cinayət işinin 208-209-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında x18 Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri x15 11 dekabr 2019-cu il tarixli “Pulların depozitə təhvil verilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2019-cu il tarixli protokolla qəbul edilmiş 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti və dəyəri olmayan digər əşyalar olmadıqda isə məhv edilməlidir; maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hal-hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs qəbul edilmiş 20.000 (iyirmi min) ABŞ dolları pul vəsaiti cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilərək zərərçəkmiş Zərərçəkmiş şəxs verilməlidir. Həmçinin, məhkəmə kollegiyası belə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 1(101)-444/2020 saylı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından götürülməsinə dair qərarının icrası ilə bağlı, Bakı İstintaq Təcridxanasından 11 mart 2020-ci il tarixli, 17/38-2242 nömrəli məktubla məhkəmə daxil olmuş Təqsirləndirilən şəxs məxsus 1 ədəd «İphone 6S» markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən. törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” 14 noyabr 2011ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhküm edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 26 fevral 2020-ci il tarixdən 10 iyun 2020-ci il tarixə kimi həbsdə olduğu 03 (üç) ay 15 (on beş) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD diskin, 1 ədəd Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 107.744 manat pul vəsaitini almasına dair 22.10.2019-cu il tarixli razılıq sənədinin surəti və 16 dekabr 2019-cu il tarixli mədaxil üzrə kassa orderinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs qəbul edilmiş 20.000 (iyirmi min) ABŞ dolları pul vəsaiti cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilərək zərərçəkmiş Zərərçəkmiş şəxs verilsin. Təqsirləndirilən şəxs məxsus “İphone 6S” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-444/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-444/2020
10.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver