Məhkəmə qərarları › İş №1(101)-444/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-444/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-444/2021 12.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Əliyev Oqtay Mamedoviçin iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, Biləsuvar rayonu, Bəydili kəndində qeydiyyatda olmaqla faktiki olaraq yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, daşıma, saxlama və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Cabir” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Cabir” adlı şəxsin naməlum şəraitdə Biləsuvar rayonu ərazisinə daşıdığı külli miqdarda “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən təmiz çəkisi 99,493 qram və 184,540 qram olmaqla 2 ədəd bükümdə ümumi təmiz çəkisi 284,033 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən təmiz çəkisi 26,390 qram olmaqla bir ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini naməlum vaxtda satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Biləsuvar rayonu, Bəydili kəndində yerləşən fərdi yaşayış evində saxlamış, Şahid6 İran İslam Respublikasının vətəndaşı “Cabir” adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli müraciət əsasında dərhal başlanmış əməliyyat-axtarış tədbirləri zamanı “şərti alıcı” qismində cəlb edilmiş Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə İran İslam Respublikası vətəndaşı “Cabir” adlı şəxsin +98***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlayıb narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş verdikdən sonra sonuncunun məlumatı əsasında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs həmin gün saat 12 radələrində Biləsuvar rayonu, Bəydili kəndində Şahid6la görüşüb “Cabir” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ayrı-ayrılıqda çəkiləri 99,493 qram və 184,540 qram olmaqla, ümumilikdə 284,033 qram narkotik vasitə heroin və 26,390 qram olmaqla bir ədəd bükümdə psixotrop maddə metamfetamini 1150 manat pul müqabilində “şərti alıcı” Şahid6 satmış, əməliyyat tədbirinin davamında qeyd edilən kütlələr həmin gün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Cabir” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Cabir” adlı şəxsin naməlum şəraitdə Bakı şəhərinə daşıdığı külli miqdarda “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən təmiz çəkisi 48,364 qram, 97,435 qram və 107,364 qram olmaqla ümumilikdə 3 ədəd bükümdə 253,163 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əməliyyat tədbirində “şərti alıcı” qismində iştirak edən Şahid6 satmaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 23.30-da Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən 241 saylı binanın birinci mərtəbəsində quraşdırılmış bankomat aparatının arxa tərəfindən təkrarən satış məqsədilə əldə edib üzərində saxlamaqla daşıyarkən polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı onun “Cabir” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ayrıayrılıqda təmiz çəkiləri 48,364 qram, 97,435 qram və 107,364 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 253,163 qram olan narkotik vasitə heroin əynində olan gödəkçəsinin sol iç cibində saxladığı üzəri yapışqan lentlə bağlanmış 03 ədəd politilen kəsiyi bükümündə aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitə heroin istifadə edir. İran İslam Respublikası vətəndaşı Cabiri uzun müddətdir ki, tanıyır. Həmin şəxslə İran İslam Respublikasında tanış olmuşdur. Cabir ona təklif etmişdir ki, əgər narkotik vasitə istəyən müştəri olsa Cabirə məlumat versin. Həmçinin ona bildirmişdir ki, müəyyən qədər pul vəsaiti qarşılığında göndərdiyi narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirsin, həmçinin müxtəlif şəxslərə versin. Bunun müqabilində Cabir ona 100-150 manat pul vəsaiti verirmiş. Mahiyyəti üzrə bildirmiş ki, bir neçə dəfə Cabirin sözü ilə müxtəlif yerlərdən narkotik vasitələr götürüb ya özündə saxlamış, yaxud hansısa ünvana yerləşdirmiş, ya da həmin narkotik vasitələri müxtəlif şəxslərə vermişdir. Mahiyyəti üzrə bildirmiş ki, Cabir xx xxxxxx 2020-ci il tarixdə ona zəng vuraraq bir nəfər Zamin adlı şəxsin mobil nömrəsini verib həmin şəxslə əlaqə saxlamasını bildirmişdir. Cabirin sözü ilə 21 fevralda o, Zamin adlı şəxslə əlaqə saxlamışdır. Həmin gün Zaminlə görüşüb Biləsuvar rayonu, Bəydili kəndində görüşüb yaşadığı evə gəlmişlər. Evə çatandan sonra Zamin bayırda gözləmiş, o, isə evə gedib üç bağlama narkotik vasitəni kağız qutu içərisində gətirib Zaminə vermişdir. Zamin həmin malın qarşılığında ona 1150 manat pul vermişdir. 1150 manatı Cabirə göndərmişdir. Bu işin müqabilində Cabir ona 100 manat pul vermişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə Cabir ona zəng vurub Bakı şəhərində narkotik vasitə olmasını, Zaminlə birlikdə həmin ünvana gedib qeyd edilən maddəni götürmələrini və həmin narkotiki Zaminə verməsini bildirmişdir. Bundan sonra Cabirin dediyi kimi edib Zaminlə əlaqə saxlamışdır. Zaminlə görüşüb Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində 28 May metrostansiyası yaxınlığında Cabirin dediyi ünvandan narkotik vasitəni götürüb əynində olan gödəkcənin iç sol cibinə qoymuşdur. Bundan sonra Zaminin avtomobilinə əyləşmişdir. Avtomobilə əyləşən zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxslər onu əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra tədbirin davamı olaraq polis əməkdaşları İran İslam Respublikası vətəndaşı Şəhriyar adlı şəxsin tanışları Arif və Şirməmməd adlı şəxsləri saxlayıb onların üzərindən narkotik vasitə aşkar etmişlər. Bundan sonra polis əməkdaşları onları Cənub Bölgəsində Regional Şöbəsinə dəvət etmişlər. Orada baş verənlər barədə protokol tərtib edilmişdir. Zaminin ona verdiyi 1150 manat pulu Cabirin bank hesabına göndərəcəyini, Arif və Şirməmməd adlı şəxsləri, həmçinin, iranlı Şəhriyar adlı şəxsi tanımadığını və həmin şəxslərlə arasında heç bir münasibət olmadığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından ailə üzvlərinin və ya başqa şəxslərin xəbərinin olmadığını qeyd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə özünü təqsirli bilmir. Ona görə ki, o narkotik maddəni Azərbayca Respublikasını Gömrük Sərhəddindən Gömrük Nəzarət xidmətində kənar keçirməmişdir və narkotik maddələrin satışı ilə məşqul olmamışdır. İranlı Cabiri bir ildir tanıyır. Cabirlə İranda tanış olmuş, amma Cabir ona satmağa narkotik verməyib. Cabir ona narkotik alverinə görə pul verməmişdir. O, Cabirlə İrandan ərzaq gətirib satırmış. Cabir ona pulu şəkər almaq üçün vermişdi. Məhkəmədə şahid qismində ifadə vermiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbədə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. Mahiyyəti üzrə bildirmişdir ki, Şabran rayonu, Şahnəzərli kənd sakini Şahid6 xx xxxxxx 2020-ci il tarixdə Şöbəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, təsadüfən tanıdığı Cabir adlı İran İslam Respublikasının vətəndaşı ona istədiyi qədər narkotik vasitə təşkil edə biləcəyini demiş və həmin narkotik vasitələri Azərbaycan Respublikası ərazisində satmağı təklif etmişdir. Şahid6 ərizəsində həmin şəxsin ifşa olunmasına köməklik göstərə biləcəyini də qeyd etmişdir. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə edildikdən sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Həmin qərara əsasən əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi o, həyata keçirmiş və qrup üzvləri Şöbənin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Şöbənin sürücü polis nəfəri, polis baş serjantı Şahid4 ibarət imiş. Həmçinin, Şahid6 da şərti alıcı qismində əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat qrupunun üzvləri və şərti alıcı qismində iştirak edən Şahid6 əməliyyataxtarış tədbiri ilə bağlı təlimatlandırılmışlar. Əməliyyat tədbirinin keçirilməsi üçün Şahid6 Cabir ilə əlaqə saxlamış və narkotik vasitə almaq istədiyini ona bildirmişdir. Cabir adlı şəxs də ona Rafiq adlı şəxsin vasitəsilə narkotik vasitə satacağını bildirmişdir. Rafiq adlı şəxsin əməllərini ifşa etmək üçün xx xxxxxx 2020-ci il tarixdə əməliyyat balansında olan 1150 manat pul-23 ədəd 50 manatlıq pul əskinası tədbirdə şərti alıcı qismində iştirak edəcək Şahid6 verilmiş və sonuncu tədbirlə bağlı təlimatlandırılmışdır. Bununla bağlı protokol tərtib edilmiş və təhvil verilmiş pulların kserosurəti çıxarılaraq protokola əlavə edilmişdir. Rafiq adlı şəxs Zaminlə əlaqə saxlayaraq Biləsuvar rayonu, Bəydili kəndində görüş təyin etmişdir. Bununla bağlı olaraq tədbir iştirakçıları ilə xx xxxxxx 2020-ci il tarixdə həmin kəndə getmişlər və əməliyyat müşahidəsinə başlamışlar. Müşahidə zamanı müəyyən olunmuşdur ki, narkotik vasitəni Zaminə verəcək şəxs Zaminin idarə etdiyi avtomobilə əyləşmiş və onlar hərəkətə başlamışlar. Müşahidə zamanı Zaminin idarə etdiyi avtomobilin bir küçəni təkrar-təkrar bir neçə dəfə keçməsi müəyyən olunmuş və bilinmişdir ki, Rafiq adlı şəxs izləmənin olub-olmamasından şübhələnir. Buna görə də, müşahidə dayandırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 16:05-də Zamin qabaqcadan müəyyən edilmiş yerə gəlmiş və demişdir ki, 1150 manatı verərək Rafiq adlı şəxsdən narkotik vasitəni almışdır. Zaminin aldığı narkotik vasitələrə nəzər salan zaman müəyyən edilmişdir ki, narkotik vasitələr üç bükülüdədir. Həmin bükülülərdən ikisinin içərisində narkotik vasitə heroinə bənzər maddə, digərinin içərisində isə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Həmin maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı Cabir adlı şəxs yenidən Zaminə zəng edərək narkotik vasitələr satmağı təklif etmiş və yenə də narkotik vasitələri Rafiq adlı şəxsin vasitəsi ilə çatdıracağını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 16:49 dəqiqədə Rafiq Zaminə zəng edərək narkotik vasitələri vermək üçün Biləsuvar rayonu ərazisində görüş təyin etmişdir. Görüş zamanı Rafiq Zaminin idarə etdiyi avtomaşına əyləşmişdir. Bundan sonra həmin avtomaşın müşahidəyə götürülmüşdür. Müşahidə zamanı müəyyən edilmişdir ki, Rafiq və Zamin Bakı şəhəri istiqamətində hərəkət edirlər. Bakı şəhərinə çatandan sonra onlar Səməd Vurğun bağının yaxınlığında, Dilarə Əliyeva küçəsində yerləşən 241 nömrəli binanın yanına yaxınlaşmışlar. Rafiq həmin binanın birinci mərtəbəsində yerləşən “Azərpoçt” məntəqəsinin giriş qapılarının yanında quraşdırılmış bankomat aparatının arxa tərəfində gizlədilmiş qara rəngli sellofan torbanı götürüb Zaminin avtomaşınına əyləşmişdir. Həmin vaxtı onlar yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər və Rafiqdən də özünü təqdim etməsini xahiş etmişlər. Rafiq özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra əməliyyat-atxarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərar Rafiqə təqdim edilərək tanış edilmişdir. Rafiqin üzərinə baxış zamanı qara rəngli selofan torba aşkarlanmış və həmin torbanın içərisində ümumi çəkisi 250 qram olan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin maddə qablaşdırılmış və üzəri möhürlənmişdir. Şifahi sorğu zamanı Rafiq bildirmişdir ki, narkotik vasitə İranlı Cabir adlı şəxsə məxsusdur, həmin narkotik vasitəni Zaminə verməlidir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin əməkdaşları Şahid2, Şahid4 və Nəsirov X4 Məmməd Əkrəm oğlu ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid6 ifadəsində bildirmişdir ki, bir neçə müddətdir ki, İran İslam Respublikasının vətəndaşı olan Cabir adlı şəxslə tanış olmuşdur. Cabir söhbət zamanı ona demişdir ki, istədiyi miqdarda narkotik vasitə və ya psixotrop maddə təşkil edə bilər və narkotik vasitə heroinin bir qramını 14 manata verəcək. Cabir həmçinin öz mobil nömrəsini ona verərək xahiş etmişdir ki, Azərbaycan ərazisində onun üçün müştəri tapsın və bu nömrə ilə onunla əlaqə saxlasın. Cabir ona demişdir ki, narkotik vasitələri ona müxtəlif şəxslərin vasitəsilə çatdıracaq. O da həmin şəxslərin ifşa olunub məsuliyyətə cəlb edilməsi üçün xx xxxxxx 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəyə ərizə ilə müraciət etmiş və ərizəsində həmin şəxslərin məsuliyyətə cəlb edilməsi üçün polis əməkdaşlarına kömək edə biləcəyini qeyd etmişdir. Bundan sonra polislər onu şərti alıcı qismində cəlb edərək keçiriləcək tədbirlə bağlı təlimatlandırmışlar. Əməliyyat tədbirinin keçirilməsi üçün o, istifadəsində olan ***-***-**-** nömrə vasitəsi ilə Cabir ilə əlaqə saxlayıb ondan narkotik vasitə istəmişdir. Bir neçə dəqiqədən sonra Cabir İran nömrəsi ilə onunla əlaqə saxlamış və ona nömrə verərək demişdir ki, bu nömrə Rafiq adlı şəxsə məxsusdur, onunla danışıb narkotik vasitəni götürə bilər. Danışıq zamanı Cabirdən 285 qram heroin və 30 qram metamfetamin istəmişdir. Bunun qarşılığında isə hələlik 1150 manat verəcəyini, qalan pulu isə sonra verəcəyini demişdir. O da razılaşmışdır. Bundan sonra o, Rafiq adlı şəxslə əlaqə saxlamış və Rafiq ona saat 12-13 radələrində Biləsuvar rayonu, Bəydili kəndində görüşmələrini demişdir. O da razılaşmışdır. Şöbədə olan zaman polis əməkdaşları ona 1150 manat-23 ədəd 50 manatlıq pul əskinası verərək həmin pulları narkotik vasitə alan zaman istifadə etməyini bildirmişlər və onu tədbirlə bağlı təlimatlandırmışlar. Pulların ona verilməsi ilə bağlı protokol tərtib edilmiş və o da həmin protokolu imzalamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində onlar tədbir iştirakçıları ilə Bəydili kəndinə getmişlər. Polis əməkdaşları onu kənardan müşahidə edirmişlər və o da öz avtomobili ilə hərəkət edirmiş. Rafiq ilə əlaqə saxlayıb onun yanına gəlmişdir. Rafiq ətrafa nəzər salaraq onun avtomobilinə əyləşmiş və hərəkət etməyini bildirmişdir. Hərəkət edən zaman Rafiq ona asta sürətlə hərəkət etməsini və bir küçəni bir neçə dəfə təkrarən getməsini demişdir. O, bunun səbəbini soruşduqda bildirmişdir ki, izlənib-izlənilməməsini yoxlayır. Bundan sonra Bəydili kəndində bir evin qarşısında dayanmışlar. Rafiq avtomobildən düşüb evə girmiş və bir neçə dəqiqədən sonra geri qayıtmışdır. Rafiqin əlində kağız qutu var idi. O, həmin qutunu alıb 1150 manat pulu ona vermişdir. Bundan sonra qabaqcadan razılaşdırılmış yerə gəlib narkotik vasitələri polis əməkdaşlarına təhvil vermişdir. Polis əməkdaşları gətirdiyi narkotik vasitələrə nəzər salan zaman müəyyən etmişlər ki, narkotik vasitələr üç bükülüdədir. Həmin bükülülərdən ikisinin içərisində narkotik vasitə heroinə bənzər maddənin, digərinin içərisində isə psixotrop maddə metamfetaminə bənzər maddənin olmasını bildirmişlər. Həmin maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Cabir yenə ona zəng edərək narkotik vasitələr satmağı təklif etmiş və yenə də narkotik vasitələri Rafiq adlı şəxsin vasitəsi ilə çatdıracağını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Rafiq ona zəng edərək narkotik vasitələri vermək üçün Biləsuvar rayonu ərazisində görüş təyin etmişdir. Polis əməkdaşları ilə görüş yerinə gəlmişlər. O, görüşə öz avtomobili ilə gəlmiş və görüş zamanı Rafiq yenə də onun avtomobilinə əyləşmişdir. Rafiq avtomobildə olan zaman Cabirlə danışmış və Cabir narkotikin Bakıda olduğunu demişdir. Buna görə də, onlar Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Bakıya çatandan sonra onlar Səməd Vurğun bağının yaxınlığında, Dilarə Əliyeva küçəsində yerləşən 241 nömrəli binanın yanına yaxınlaşmışlar. Rafiq həmin binanın birinci mərtəbəsində yerləşən “Azərpoçt” məntəqəsinin giriş qapılarının yanında quraşdırılmış bankomat aparatının arxa tərəfində gizlədilmiş qara rəngli sellofan torbanı götürüb avtomobilə əyləşmişdir. Həmin vaxtı polislər avtomobilə yaxınlaşaraq Rafiqi avtomobildən düşürtmüşlər və xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Rafiqdən də özünü təqdim etməsini xahiş etmişlər. Rafiq özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Rafiq qəbul edilmiş qərarla tanış edilmişdir. Rafiqin üzərinə baxış zamanı götürdüyü qara rəngli selofan torba aşkarlanmışdır. Polis əməkdaşları sellofan torbanın içərisində bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmasını bildirmişlər. Həmin maddə qablaşdırılmış və üzəri möhürlənmişdir. Şifahi sorğu zamanı Rafiq bildirmişdir ki, narkotik vasitə İranlı Cabir adlı şəxsə məxsusdur, həmin narkotik vasitəni ona vermək üçün ələ keçirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli “əməliyyat tədbirində müşahidə və şərti alıcının sübutu könüllü təqdim etməsi haqqında” protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12:10-da şərti alıcı qismində cəlb edilmiş Şahid6 əməliyyat balansında olan 1150 manat pul verilir və sonuncu Rafiq adlı şəxsdən narkotik vasitə almaq üçün onunla Biləsuvar rayonu, Bəydili kəndində görüşmüşdür. xx xxxxxx 2020-ci il tarixdə saat 16:05-də Şahid6 qabaqcadan müəyyən edilmiş yerə gələrək Rafiq adlı şəxsdən aldığı içərisində narkotik vasitə olan kağız qutunu təqdim etmişdir. Həmin qutuya baxış keçirilən zaman qutunun içərisində üç ədəd bükülünün olması müəyyən edilmişdir. Bükülülərdən ikisinin içərisindən narkotik vasitə heroinə bənzər maddə, digərinin içərisindən isə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 16). İş materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə iranlı Cabir adlı şəxs şərti alıcı Şahid6la əlaqə saxlayıb Rafiqin vasitəsilə ona narkotik vasitə satacağını bildirir. xx xxxxxx 2020-ci il tarixdə X11 rayonu ərazisində görüşür və birlikdə Bakı şəhərinə gəlirlər. Bakıya çatdıqdan sonra onlar Nəsimi rayonu, D.Əliyeva küçəsi, 241 nömrəli binanın yanına gəlirlər. Rafiq avtomobildən enib binanın birinci mərtəbəsində yerləşən bankomat aparatının arxa tərəfində gizlədilmiş sellofan torbanı götürüb avtomobilə əyləşir. Həmin vaxtı polis əməkdaşları gələrək Rafiqi saxlayırlar və üzərinə keçirilmiş baxış zamanı həmin sellofan torbanı götürürlər. Torbaya baxış zamanı bir ədəd bükümdə 250 qram çəkdiə narkotik vasitə heroinə bənzər maddə aşkar edilir. Həmin maddə qablaşdırılaraq üzəri möhürlənir. (cild 1, iş vərəqə 19-22). İş materiallarına əlavə edilmiş Aərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 248 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “.... şərti alıcı qismində iştirak etmiş Şahid6 naməlum şəxsdən....” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd karton qutuda; - Üzəri yapışqan lentlə bağlanmış 02 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 99,493 qram, 184,540 qram, ümumi təmiz çəkisi- 284,033 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir - Üzəri yapışqan lentlə bağlanmış 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi- 26,390 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 258 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “....Təqsirləndirilən şəxs....satmaq istədiyi....” sözləri və imzalar olankağız paketdə üzəri yapışqan lentlə bağlanmış 03 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-48,364 qram, 97,435 qram, 107,364 qram, ümumi təmiz çəkisi- 253,163 qram olan maddələr kustar üsulla hazırlanmışeyni tərkibli narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürüldüyü və şərti alıcı qismində iştirak etmiş Şahid6 təqdim etdiyi qeyd edilən heroinlər eyni tərkiblidir. İş materiallarındakı Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1522 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “mobil telefona baxış keçirilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli protokola əsasən istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş “Nokia” markalı mobil telefona baxış keçirilmiş və telefonda iş üçün əhəmiyyətli məlumatların olması müəyyən edilmişdir. Belə ki, mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonda olan “Kontaktı” qovluğunda “Cabir” adı ilə qeyd olunmuş ***-***-**-** saylı GSM nömrənin istifadəçinin olması müəyyən olunmuşdur. Bundan başqa baxış zamanı mobil telefon vasitəsilə qeyd edilən “Cabir” adlı şəxslə çoxsaylı danışıqların olması müəyyən edilmişdir. Buna görə də, “Nokia” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs DİN-in İAMAS-dan götürülmüş MAPSuçot xəritələrinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2002-ci ildən etibarən mütəmadi olaraq dövlət sərhədlərini tərk edərək İran İslam Respublikasına keçmiş və ölkəyə qayıtmışdır. Konkret olaraq 2019-cu ilin dekabr ayından etibarən isə özünə məxsus olan C02642633 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 11:03-də Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X8 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 18:08-də həmin sənəddən istifadə etməklə Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur; xx.xx.2019-cu il tarixdə saat 12:51-də Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X8 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 20:02-də həmin sənəddən istifadə etməklə Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur; xx.xx.2019-cu il tarixdə saat 10:50-də Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarətburaxılış məntəqəsindən X8 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 20:10-da həmin sənəddən istifadə etməklə Biləsuvar sərhəd nəzarətburaxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur; xx.xx.2019-cu il tarixdə saat 11:38-də Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X8 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2019cu il tarixdə saat 15:27-də həmin sənəddən istifadə etməklə Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur; xx.xx.2020-ci il tarixdə saat 16:19-da Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X8 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 22:45-də həmin sənəddən istifadə etməklə Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur; xx.xx.2020-ci il tarixdə saat 14:51-də Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X8 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 19:21-də həmin sənəddən istifadə etməklə Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur; xx.xx.2020-ci il tarixdə saat 11:04-də Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X8 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 17:03-də həmin sənəddən istifadə etməklə Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur; xx.xx.2020-ci il tarixdə saat 09:55-də Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X8 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 17:37-də həmin sənəddən istifadə etməklə Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur; xx.xx.2020-ci il tarixdə saat 08:31-də Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X8 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 11:39-da həmin sənəddən istifadə etməklə Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur; sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə saat 10:06-da Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X8 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 19:37-də həmin sənəddən istifadə etməklə Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Qeyd edilən tarixdən etibarən Təqsirləndirilən şəxs tərəfindən ölkə hüdudlarının tərk edilməsi müəyyən edilməmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs və digərlərinin ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı protokollar tərtib edilərkən mobil telefon aparatı ilə video çəkiliş aparılmış və həmin video çəkilişlər disklərə əlavə olunmuşdur. Qeyd olunan disklər maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020 və xx xxxxxx 2020-ci il tarixlərdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı götürülmüş ümumi təmiz çəkisi 284,033 qram olan narkotik vasitə heroinin, ümumi təmiz çəkisi 26,390 qram olan psixotrop maddə metamfetaminin, ümumi təmiz çəkisi 253,163 qram olan narkotik vasitə heroinin, ümumi təmiz çəkisi 48,875 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması, qalıq çəkisi 283,833 qram olan narkotik vasitə heroinin, qalıq çəkisi 26,340 qram olan psixotrop maddə metamfetaminin, qalıq çəkisi 253,013 qram olan narkotik vasitə heroinin və qalıq çəkisi 48,825 qram olan narkotik vasitə heroinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İstintaq materiallarındakı yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 2, iş vərəqə 175) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxx 2020-ci tarixli tələbnaməsindən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 33) İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 206.3.1 və 206.3.2-ci maddələri ilə ittiham irəli sürülərək göstərilmişdir ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Cabir” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş və onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmişlər. Lakin məhkəmə baxışında aparılmış hərtərəfli araşdırma zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrii ilə nəzərdə tutulmuş əməlləri törətməsi, belə bir əməllərin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdləri sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2 və 234.4.3cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə ittiham irəli sürməkdə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Cinayət Məcəlləsinin 206.1ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən qeyd olunan hərəkətlərdən hər hansı birinin törədilməsi, yəni qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etmə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etmə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratma, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etmə və sair bu kimi hərəkətlər müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. X1rşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar, X13rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrinin xaric edilməsini qanuni və əsaslı hesab edir. O, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətmələri təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd olunan maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon şöbəsi tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs qardaşı X9 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qardaşı X5 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmnasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarına əlavə edilmiş tutma haqqında protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2020ci il tarixdən hesablanmışdır. Göstərilənlərə əsasən, həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.5-ci maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar da sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş iş üzrə maddi sübutlar - bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq çəkisi 283,833 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 26,340 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 253,013 qram olan narkotik vasitə heroin məhv edilməli, bir ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, 04 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertizalar üzrə məhkəmə məsrəfi xərcləri 99,48 (yüz qırx doqquz manat iyirmi iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Əliyev Oqtay Mamedoviçin tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı Əliyev Oqtay Mamedoviçin vəkil işlədiyi Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına 210 manatmanat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci 234.4.2-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8(səkkiz) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri xaric edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş iş üzrə maddi sübutlar - bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq çəkisi 283,833 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 26,340 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 253,013 qram olan narkotik vasitə heroin məhv edilsin, bir ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın, 04 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İbtidai araşdırma zamanı keçirilmiş ekspertizalar üzrə məhkəmə məsrəfi xərcləri 99,48 (yüz qırx doqquz manat iyirmi iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına vəkil X12 üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar