Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-444/2022 21.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Dövlət ittihamçısı3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, 12 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 avqust 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan ərazidən naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda 16,547 qram çəkidə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və külli miqdarda 2,629 qram çəkidə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıyarkən, 12 avqust 2021-ci il tarixdə, saat 18:00-da Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin (bundan sonra: RPİnin PB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində yerləşən “Evrohome” tikinti bazarının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılıb Binqəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 65 ünvanda yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə aparılmış və orada şübhəli şəxs qismində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan açıq göy rəngli şalvarın sol yan cibindən “Vinston” markal siqaret qutusunun içərisindən iki bükümdə, ayrı ayrılıqda çəkisi 0,110 qram və 16,437 qram olmaqla ümumi çəkisi 16,547 qram təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, bir ədəd bükümdə isə təmiz çəkisi 2,629 qram təşkil edən metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və külli miqdarda metamfetamin psixotrop maddəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 12 avqust 2021-ci il tarixdə, saat 17-18 radələrində özünə məxsus avtomaşınla Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən 13 saylı CÇM-də cəza çəkən qardaşının yanına gedərkən polis əməkdaşları tərəfindən Bakı-Sumqayıt yolunun üzərində yerləşən «Ekalogiya postu»nda pandemiya ilə əlaqədar karantinə görə saxlanılmışdır. Həmin vaxt onun yanında qonşuları olan Leyla adlı qadın və onun uşağı olmuşdur. Belə ki, onun şəxsiyyət vəsiqəsi olmadığından o, qonşunun uşaqlarını özüylə götürmüş, qardaşına apardığı sovqatı onların şəxsiyyət vəsiqələrini təqdim etməklə verə biləcəyini planlaşdırmışdır. Həmin vaxt onun üstündə yarım qram narkotik vasitə heroin olmuşdur. Polislər onu Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aparmış, orada 16 qram heroini və 2 qram metamfetamini onun üstünə qoymuşlar. Narkotiki boynuna götürməyəcəyi halda, onun maşınında olan uşaqları da cəlb edəcəklərini bildirmişlər. Odur ki, məcburiyyətdən üstünə qoryulanları boynuna götürmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, əvvəllər narkotik və oğurluq cinayəti ilə bağlı 3-4 dəfə tutulmuşdur. Üzərində faktiki olan narkotiki də şəxsi istifadəsi üçün Papanin adlanan yerdən almışdır. Onun üzərinə şəxsi axtarış aparıldıqdan sonra tərtib olunan protokolda göstərilənlər doğru deyildir, video görüntülərdəki çəkiliş isə həqiqəti əks etdirmir. O, təklif olunan sənədləri imzalasa da, əsil həqiqət onun məhkəmədə göstərdiyi kimidir. Saxlanılarkən və ya sonra ona qarşı fiziki təsirlər olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq edildi. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamla qismən razıdır. Belə ki, həqiqətən ondan külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilmişqdir. Lakin o, həmin maddələri satmaq məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etmişdir. Sosial şəbəkədə adını bilmədiyi, mobil telefon nömrəsini xatırlamadığı və heç vaxt görüşmədiyi şəxslə tanış olmuş və ondan özünün istifadəsi üçün iki büküm heroin və bir büküm metamfetamin istəmişdir. O, razılıq verdikdən sonra ona “Papanin” adlanan yerə gəlməsini demişdir. Bundan sonra o, 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adalan ərazidə təxminən 25-30 yaşlarında, orta boylu, sifətində tibbi maska olan bir oğlanla görüşmüş və ondan 150 manata 2 bükümdə narkotik vasitə olan heroin və bir bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Bundan sonra şəxsi işi ilə bağlı Binəqədi rayonu Biləcəri qəsəbəsinə getmiş və həmin ərazidə yerləşən “Evrohome” tikinti bazarının yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona polis əməkdaşları kimi təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, hüquq və vəzifələrini izah edərək onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. O, onlarla razılaşmış və 6-cı PB-nə getmişdir. Orada baş təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra dəvət edilmiş müdafiəçimin iştirakı olmadan onun üzərinə şəxsi-axtarış keçiriləcəyi bildirilmiş və o, müdafiəçinin iştirakı olmadan video çəklişlə üzərinə şəxsiaxtarışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra şəxsi-axtarış başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynindəki açıq göy rəngli şalvarın sol yan cibindən içərisində siqaret dənələri olmayan bir ədəd “Vinston” markalı siqaret qutusunu masanın üzərinə qoymuş və onu açaraq siqaret qutusunun içərisindən 2 bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə hesab olunan heroin və bir bükümdə şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamin təqdim etmişdir. O, sorğu-sual zamanı aşkar olumuş narkotik maddəni və metamfetamini tanımadığı şəxsdən Nəsimi rayonu «Papanin» adlanan ərazidən 150 manata şəxsi istifadəsi üçün əldə etdiyini, həmin narkotik maddələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş maddələr boş zərfə qoyularaq qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və imzalanaraq götürülmüşdür. Əlavə olaraq şalvarına, ayaqqabısına və corablarına baxılmış, əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Protokolla tanış olduqdan sonra o özü və iştirakçılar imzalanmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, Onun üzərinə şəxsi axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, ondan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməmişdir. Narkotiki ona satmış şəxs barəsində onun heç bir məlumatı olmamışdır. O, uzun illərdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini folqada və yaxud başqa bir əşya üzərində yandırıb tüstüsünü nəfəsinə çəkmiş və yaxud ineksiya yolu ilə, yəni iynə ilə vurmaqla istifadə etmişdir. O, heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik və psixotrop maddələrin sadəcə aludəçisi olmuşdur. Ondan aşkar edilmiş həmin narkotik və psixotrop maddələri o, satmaq üçün deyil, özünün istifadəsi üçün üzərində saxlamışdır. O, saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən polislər tərəfindən mənə qarşı heç bir zor və ya təzyiq tətbiq edilməmişdir (iş vərəqə: 71-73). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarış (bundan sonra: CA) xətti üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstədi ki, 12 avqust 2021-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə etimad doğuran, qərəzsiz mənbədən xx xxxxxx 1979-cu il təvəlludlü Sumqayət şəhəri, Corat qəsəbəsi ev 13A ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud tərətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə raportla polis bölməsinin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 12 avqust 2021-ci il tarixdə müvafiq qərar qəbul olunmuş, əməliyyat tədbirinin keçirilməsinə dair qrupun təşkil edilməsi haqqında protokol tərtib edilmişdir. Həmin qrupa o, və PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 daxil olmuşdur. Bundan sonra, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Binəqədi rayonu Biləcəri qəsəbəsi, 1 may küçəsində yerləşən “Eurohome” tikinti materialları satış bazarının qarşısında bir qədər gizli müşahidə aparıldıqdan sonra əlverişli şərait yarandığı zaman, saat 18-00 da həmin yerdə piyada hərəkət edən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış, ona polis əməkdaşları olduqları bildirilmiş, ona hüquq və vəzifələrini izah etdilmişdir. Ona üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməsində şübhəli olduğunu demiş və o, 6-cı PBnə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs təklifi qəbul etmiş və onlarla birlikdə polis bölməsinə getmişdir. Bu barədə bölmənin rəhbərliyinə raportla məruzə edilmiş və həmin faktın araşdırılması PB-nin baş təhqiqatçısı polis mayoru İsmət Musayevə həvalə olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs baş təhqiqatçının xidməti otağında şübhəli şəxs qismində saxlanılmış, ona hüquq və vəzifələri izah edilmiş, onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmişdir. Onun üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Qeyd olunanlardan sonra baş təhqiqatçı İsmət Musayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi şəxsi axtarışın keçirilməsinə dair qərarla tanış edilmişlər. Bundan sonra o, müdafiəçisinin iştirakı olmadan üzərinə video-çəkilişlə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş və bu barədə yazılı formada baş təhqiqatçıya ərizə təqdim etmişdir. Müdafiəçinin video-çəklişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışda iştirak etməməsinə dair onların iştirakı ilə protokol tərtib edilmişdir. Bundan sonra ona üzərində qanunsuz saxlanılan hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və olduğu halda həmin əşyanın könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli şalvarın sol yan cibindən “Vinston” siqaret qutusu çıxardaraq tədim etmiş və onu açaraq içərisindən şəffaf sellofana bükülmüş bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə axtarış davam etdirilmiş lakin, hər hansı bir əlavə əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onun özünə məxsus olmalarını, həmin kütləni şəxsi istifadəsi üçün bir neçə gün qabaq Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidə əvvəllər tanımadığı, sosial şəbəkədə tanış olduğu şəxsdən 150 manat pul müqabilində aldığını bildirmişdir. Həmin maddənin çəkisini, ölçüsünü müəyyən etmək məqsədi ilə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı tərəfindən bu barədə tərtib edilmiş protokol ucadan oxunmuş, onlar və Təqsirləndirilən şəxs tərəfindən protokol imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor və təziq edilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 6-cı PBdə CA-üzrə baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı tədqiq olunan Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 12 avqust 2021-ci il tarixdə tərtib edilmiş raportdan görünür ki, həmin tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən xx xxxxxx 1979-cu ildə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsi 1 May küçəsində yerləşən «Evrohome» tikinti materialları satışı bazarının qarşısında bir qədər gizli müşahidə etdikdən sonra əlverişli şərait yandığı zaman saat 18:00 radələrində saxlanılaraq Binqdi RPİ-nin 6-ci PB-nə gətirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur (iş vərəqə: 8). Cinayət işinin materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı polis mayoru İsmət Musayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə 12 avqust 2021-ci il tarixdə keçirilmiş şəxsi axtarış və götürməyə dair tərtib edilmiş protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl baş təhqiqatçı tərəfindən barəsində axtarış və götürmənin aparılması haqqında şübhəli şəxs Təqsirləndirilən şəxs məlumat verilmiş, iştirakçıların hər birinə təhqiqatçının bütün hərəkətlərini müşahidə etmək və şəxsi axtarış ilə əlaqədar ərizə ilə müraciət etmək, protokola öz qeydlərini etmək hüquqlarının olması izah edilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs öncə üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim edilməsi təkif olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli şalvarın sol yan cibindən l ədəd “Winston” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual olunmuş, həmin şəxs üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının arxa ciblərini açması tələb olunmuşq, onun şalvarının içərisindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Bundan sonra şübhəli Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret qutusunun içərəsindən 3 ədəd şəffaf sellofana bükülmüş bükülülər aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bükümləri sosial şəbəkədə tanış olduğu tanımadığı şəxsdən 150 manata Nəsimi rayonu Papanin adlanan ərazidən aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət, əlavə daxil olmamış və vəsatət qaldırılmamışdır (iş vərəqə: 32-35). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə baxış keçirilməsi haqqında 14 avqust 2021-ci il tarixli protokoldan görünür ki, tədqiq olunan protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 12 avqust 2021-ci il tarixli protokolun məzmunu ilə eynidir(iş vərəqə: 74). Bundan başqa, məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə yerləşdirilmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 12 avqust 2021-ci il tarixli protokolun və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə baxış keçirilməsi haqqında 14 avqust 2021-ci il tarixli protokolun məzmununa uyğundur və hər hansı prosesual pozuntuya yol verilməmişdir (iş vərəqə: 35). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizanın 13 avqust 2021-ci il tarixli, 6/3480 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°175’’ dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,110 qram qəhvəyi rəngli toz şəkilində maddə, digər bir bükümdə 16,437 qram olan qəhvəyi rəngli axıcı kütlə ümumilikdə iki ədəd bükümdə ümumi təmiz çəkisi 16,547 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 2,629 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiq olunan rəyin qeydinə əsasən heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin isə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildirlər (iş vərəqə 44-49). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməpsixiatrik ekspertizasının 29 oktyabr 2021-ci il tarixli, 2528 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda öz əməlinin faktiki xarakterini və onları ölçüb-biçmək cinayəti törədən anda düzgün qavarayıb, təcvir edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. X4 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (iş vərəqə: 140-142). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın 23 noyabr 2021-ci il tarixli, 4618 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (iş vərəqə: 147-148) Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 24 noyabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərinə 12 avqust 2021-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş 01 ədəd DVD formatlı disk və Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan iki ədəd bükümdə 16,447 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2,579 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, narkotik vasitə və psixotrop maddə isə Binəqədi Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanca verilmişdir(iş vərəqə: 150-158). Ən nəhayət, işdə olan Binəqədi rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 “Əməliyyat tədbirlərinin həyata keçirilməsi” barədə 12 avqust 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqə: 53-54) Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: 161-162). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 16,547 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi isə 2,629 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 16,547 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin isə 2,629 qram olmaqla külli miqdar təşkil etməsi, heroin narkotik vasitəsinin 0,110 qram və 16,437 qram olmaqla iki ədəd bükümlərdə ayrı-ayrı qablaşdırılması, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olması və təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması prosesində təqsirləndirilən şəxsin ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən özünün istifadəsi ilə yanaşı, həm də satışı ilə məşğul olması barədə səmimi etirafları, əməliyyat orqanının bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin ona aid olmaması, həmçinin satışı ilə məşğul olmaması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından, işdə olan məhkəmə hökmündən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17-saylı CÇM-dən daxil olmuş 13 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunsa da onun həmin işlər üzrə o cümlədən sonuncu - Binəqədi rayon Məhkəməsinin 08 iyul 2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Belə ki, təqsirləndirilən şəxs Əliyev X3 rayon Məhkəməsinin 08 iyul 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 234.1 və 326.2-cü maddələri ilə 04 il 10 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 14 mart 2018-ci ildə qərarı ilə cəzası 4 il 7 aya endirilmiş və Təqsirləndirilən şəxs 17 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: 59,109-112,127-139). Təqsirləndirilən şəxs barəsində tərtib olunan ittiham aktından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin 08 iyul 2015-ci il tarixli hökmü uzrə olan məhkumluğunu ödənilməmiş məhkumluq, həmçinin əməlində cinayətlərin residivin olması və bu residivin onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs bütün məhkumluqları, o cümlədən Binəqədi rayon Məhkəməsinin 08 iyul 2015-ci il tarixli hökmü uzrə olan məhkumluğu ödənilmiş və Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (iş vərəqə: 59,109-112,127-139). Belə ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin 08 iyul 2015-ci il tarixli hökmü uzrə məhkum olunduğu daha ciddi əməl təsnifatına görə az ağır cinayətlər (Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri) kateqoriyasına aiddir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs sonuncu hökm üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzasının sonu ilə 17 sentyabr 2018-ci il tarixdə azad olunduğunu və hazırda baxılan cinayət işi üzrə cinayət hadisəsinin 12 avqust 2021-ci il tarixdə, yəni cəzadan azad olunduqdan təqribən 2 il 11 ay sonra törədildiyini nəzərə alıb, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin 08 iyul 2015-ci il tarixli hökmü uzrə olan məhkumluğu hələ 17 sentyabr 2020-ci il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən isə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 23 noyabr 2021-ci il tarixli, 4618 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun məhkumluğunun ödənilməsindən sonra ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 12 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 12 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 14 avqust 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 avqust 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 12 avqust 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş Binəqədi Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 16,447 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2,579 qram kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin maddi sübut növü kimi qiymətləndirilən və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65 (altmış beş) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 12 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Binəqədi Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan iki ədəd bükümdə 16,447 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2,579 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması prosesini özündə əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-444/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-444/2022
21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver