Məhkəmə qərarları › İş №1(101)-444/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-444/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-444/2023 24.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Məhəmmədi kəndində yeni yaşayış massivində yaşamış,13 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qeyrisi ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma, habelə tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmək barədə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan razılaşmaya əsasən cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün qeyrisinin təşkilatçılığı ilə onun anası - cinayətdən xəbəri olmayan Şahid3 adına AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq məqsədi ilə aldığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evinin həyətyanı sahəsində hazırlatdırdığı istixanada qeyrisinin məlum olmayan vaxtda və mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə əkilib becərilməsi qadağan olunmuş 8853 ədəd külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə onlara aqrotexniki qaydada qulluq göstərib 13 aprel 2022-ci il tarixədək kultivasiya etmiş, həmçinin aralarında olan razılaşmaya əsasən qeyrisinin məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı 7264,264 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın 7020 qram olan hissəsini sonuncunun tapşırığına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evində saxlamış, qeyrisinin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Mehdiabad yolunun yaxınlığındakı yaşadığı evə daşıyıb saxladığı narkotik vasitə qurudulmuş marixuananın 244,264 qram təşkil edən bir hissəsini isə 13 aprel 2022-ci il tarixdə məlum olmayan alıcıya çatdırmaq üçün həmin ünvanda satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Qaçqın şəhərciyi, 810 saylı binanın yaxınlığına kimi daşımış, həmin gün saat 14:15 radələrində orada özünü şübhəli apardığından qeyd olunan ünvanda xidmət aparan Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, orada videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılarkən əlində saxladığı üzərində «NEWYORKER» yazısı olan qara rəngli selofan torbanın içərisindən 4 ədəd şəffaf selofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 6,120 qram, 45 qram, 45 qram, 135 qram, 3 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,984 qram, 4,162 qram və 4,998 qram, ümumi təmiz çəkisi 244,264 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, habelə polis bölməsində onun ətrafında keçirilmiş əməliyyat tədbiri nəticəsində əldə edilmiş məlumat əsasında yuxarıda qeyd edilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evində keçirilmiş axtarış, baxış və götürmə zamanı evin qonaq otağında yerləşən stolun üzərindəki ağ rəngli plastik qabda təmiz çəkisi 7020 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkibinə görə üzərindən aşkar edilənlərlə eynilik təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və həyətyanı sahəsində olan istixanadan isə əkilib yetişdirilərək kultivasiya edilmiş, əkilib-becərilməsi qadağan olunmuş yaş vəziyyətdə ümumi təmiz çəkisi 7105 qram olmaqla 8853 ədəd külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Cabir Quliyev onun qohumudur. Belə ki, Cabirin qardaşı onun xalası qızını almışdır. Cabir özünün həyətini onları aldadıb öz anasının adına keçirmişdir. Birinci dəfə Cabir həmin bağda narkotik bitkilər əkib becərəndə onun xəbəri olmamışdır. Həmin vaxt o, moykada işləmişdir. Sonra ikinci dəfə Cabir parnikdə narkotik bitkilər əkmiş, bu zaman onun xəbəri olmuşdur. Həmin vaxt o, Cabirin həyətində fəhlə kimi işləmiş, daş daşımış və Cabir bu işlərə görə onun gününə 10-15 manat pul vermişdir. Rolis işçiləri tərəfindən saxlanılıb 14-cü Polis bölməsinə aparılarkən onun üstündə 3 kibrit qutusu nəşə çıxmışdır, lakin ittihamda yazıblar ki, guya 7 kq narkotik çıxmışdır. Sonra polis işçiləri Cabiri tutub bölməyə gətirmişlər. Daha sonra Cabiri buraxmışlar, onu isə saxlamışlar. Səhər gətirib Cabiri onun yanına saxlanıldığı kameraya salmışlar. Cabir 10 dəqiqə onun yanında qalmış, daha sonra Cabiri buraxmışlar. Bir yerdə olanda Cabirin özü ona demişdir ki, ondan 30.000 manat pul alaraq onu buraxmışlar. Bu zaman o, Cabirdən bəs özünün taleyinin necə olacağını soruşmuş, Cabir də onu arxayın edərək, yaxşı olacağını, onu da çıxaracağını demiş və səbrli olmağı məsləhət görmüşdür. Polis işçiləri o, tutulandan sonra Cabirin narkotik bitkilər əkdiyi parniki tapmışlar. Cabiri buraxdıqdan sonra onu parnikə çəkiliş etməyə aparmışlar. Orada içərisində marixuana olan ağ baçok olmuş, lakin narkotikin çəkisi ittihamda göstərilən miqdarda olmamış, bir kiloqrama yaxın olmuşdur. Polis işçiləri özləri ona demişlər ki, narkotikin çəkisini artırmalıdırlar. Buna görə də polislər özləri narkotikin çəkisini 7 kiloqram etmişlər. İttihamda həmçinin 8853 ədəd narkotik bitkisi olması göstərilmişdir. Orada nə qədər ağac olduğunu o, bilməmişdir, çünki əvvəlcədən onları saymamışdır. Ola bilər ki, həqiqətən də həmin sayda narkotik bitkiləri olmuşdur. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs göstərdi ki, həmin parnik Mehdiabad yolunda yerləşir və yeri Cabir onun anasının adına almışdır. Lakin nəyə görə yeri anasının adına aldığını deməmişdir. Torpağı nə vaxt aldığını dəqiq bilməsə də, təxminən özü tutlmamışdan bir il əvvəl alındığını deyə bilər. Həmin torpaq sahəsi daş hasarın içində olmuş, həyətdə ev də olmuşdur. Ora nə özü, nə anası, nə də qardaşı gedib-gəlməmişdir. Həmin həyətin və evin açarları ancaq Cabirdə olmuşdur. Həmin həyətə o, mart ayında getmiş, Cabirin dediyindən bilmişdir ki, narkotik bitkilərini martın 16-da əkmişdir, aprelin 13-də isə polislər onu evdən tutmuşlar. O, həmin həyətdəki evdə qalmamış, hər gün özünün yaşadığı evə gedib-gəlmişdir. Cabirin özü də hər gün həmin həyətə gəlmiş, bitkilərə su verilməsində iştirak etmişdir. Parnikdə işlədiyi müddətdə o, içərisində nəşə olan baçoku orada görməmişdir. O, 14-cü Polis bölməsində olanda polis işçiləri oraya getmişlər, ona görə də hesab edir ki, bəlkə həmin vaxt Cabir özü aparıb baçoku oraya qoymuşdur. O, Cabirin 10 ildir ki, narkotik vasitə satdığını bilmişdir. Həmin parnikdə işlədiyi üçün Cabir ona gündəlik 10-15 manat pul vermişdir. Bölmə tərəfindən birinci Cabir tutulmuş, sonra isə onu tutmuşlar. Tutularkən o, Cabirin adını çəkməyi özünə sığışdırmamışdır. Cabir həmin torpağı alanda orada parnik olmamış, həmin parniki sonradan Cabir özü orada quraşdırmışdır. Parnikin içində əkilmiş bitkilərə o, qulluq etməmiş, bunu Cabir özü etmişdir. Bölmədə olarkən onun üstünə günorta videoçəkilişlə baxış keçirilmişdir. Həmin çəkilişdə polis işçiləri parnikdən götürdükləri torbanı ona vermişlər ki, çəkiliş zamanı təqdim etsin. İstintaq təcridxanasına gələndə həkim müayinəsindən keçirilmiş, lakin üzərində heç bir xəsarət olmamışdır. Polis bölməsinə aparılarkən onda cəmi 3 kibrit qutusunda marixuana olmuş, qalan narkotik vasitələr barədə məlumatı olmamışdır. Bütün işlərin başında dayanan Cabir Quliyev adlı qohumudur, Pirşağı qəsəbəsindəki həyətyanı sahə də Cabirə məxsus olmuşdur, həyətdəki parniki də Cabir quraşdırmışdır. Orada əkilmiş külli miqdarda narkotik tərkibli bitkilər Cabir Quliyev tərəfindən əkilmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. O, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamda 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilmədiyini, 237.2.1 və 237.2.3-cü maddələri ilə qismən təqsirli bildiyini göstərmiş və ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olsa da, hazırda Abşeron rayonu, Məhəmmədi kəndində yeni yaşayış massivində ailəsi ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir. Narkotik vasitə aludəçisi olmasa da, 2022-ci ilin mart ayının əvvəlindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni yaşayış massivində yerləşən özünə məxsus yaşayış olmayan bağ evinin həyətyani sahəsində quraşdırdığı istixanada narkotik vasitə marixuana əkib becərmiş, həmin marixuana yetişdikdən sonra onu yığıb qurudaraq satmışdır. Əkib becərdiyi narkotik vasitə marixuananı qurutmaq üçün Pirşağı qəsəbəsindəki bağ evində saxlamışdır. 13 aprel 2022-ci il tarixdə səhər saatlarında qurudulmuş marixuananın bir qismini müxtəlif şəxslərə sataraq pul əldə etmək qərarına gəlmiş və bu səbəbdən 3 kibrit qutusu və 4 ədəd selofan torbaya bir qədər marixuanadan yığaraq hamısını başqa bir selofan torbaya qoyub Pirşağı qəsəbəsindəki bağ evindən çıxmışdır. Həmin gün günorta saatlarında Kürdəxanı qəsəbəsi, Qaçqın şəhərciyindəki binaların yaxınlığında olan zaman iki nəfər mülkü geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar. Bu zaman əlində olan torbanın içərisindəki marixuanadan narahat olduğu üçün torbanı yerə ataraq onlardan yayınmaq istəmişdir. Polis əməkdaşları onunla sorğu-sual edərkən o, verilən suallara dolğun cavab verə bilmədiyindən, onu həmin yerdə saxlayaraq şübhəli şəxs qismində 14-cü Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əlində olan selofan torbanı təqdim edərək həmin torbanın içərisində 4 ədəd şəffaf rəngli selofanda və 3 ədəd kibrit qutusunda narkotik maddə marixuana olduğunu və həmin marixuananı satış məqsədi ilə Pirşağı qəsəbəsi ərazisindəki yaşayış olmayan bağ sahəsində əkdiyini və qurutduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən razılığı əsasında Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən bağ sahəsinin həyatyanı sahəsinə və bağ evinə baxış keçirilmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş və o, təxminən bir ay bundan öncə həyatyanı sahəsində əkdiyi çox sayda çətənə kolu və bağ evindən isə su bidonunun içərisində saxladığı qurudulmuş marixuananı polis əməkdaşlarına göstərmişdir. Bundan sonra polis əməkdaşları aşkar edilmiş çətənə bitkiləri və qurudulmuş halda olan marixuananı ayrı-ayrı paketlərə qablaşdırmışlar. Narkotik vasitə və çətənə kolları ekspertizaya göndərilmişdir. Daha sonra onun razılığı əsasında hazırda yaşadığı, Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən evinə yenə də videoçəkilişlə baxış keçirilmiş, lakin orada heç bir qanunsuz əşya aşkar edilməmişdir. Axtarışların keçirilməsi ilə bağlı protokollar tərtib edilmiş, o, iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Üzərindən və Pirşağı qəsəbəsindəki bağ evindən aşkar edilərək götürülmüş qurudulmuş marixuananı həmin bağ evinin sahəsində əkib-becərdikdən sonra yığmış və özü qurutmuş, həmin narkotik vasitəni başqa yerdən əldə etməmiş və başqa bir şəxsdən almamışdır. Üzərində daşıdığı və bağ evində saxladığı narkotik vasitə qurudulmuş marixuanadan heç kimə sata bilməmişdir. Belə ki, əkib-becərib və qurutduğu həmin partiya narkotik vasitələr keyfiyyətsiz çıxdığı üçün onları sata bilməmişdir. Lakin əvvəllər başqa narkotik vasitələrdən tanımadığı şəxslərə satmışdır. Narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə və sonradan qurudaraq satmaqda ona hər hansı bir şəxs köməklik göstərməmişdir. Bunu özü tək halda etmişdir. Pirşağı qəsəbəsindəki bağ evində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməyi barədə, habelə qurudaraq marixuananı saxlamağı barədə yaxın qohumları və başqa bir şəxs bilməmişdir. Bu barədə heç kimə bildirməmiş, həmin işi heç kimin xəbəri olmadan gizli şəkildə görmüşdür. Başqa cinayət törətməmiş, bu ərəfədə 077 ***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Lakin istintaqın gedişində Təqsirləndirilən şəxs əlavə ifadə verərək göstərmişdir ki, 2022-ci ilin mart ayının əvvəlindən qardaşı Zaur Babayevin qaynatası Şahin Quliyevin kiçik qardaşı X7 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni yaşayış massivində yerləşən anası Şahid3 adına sənədləşdirilmiş, yaşayış olmayan bağ evinin həyətyanı sahəsində quraşdırdığı istixanada narkotik vasitə marixuana əkib becərmiş, həmin marixuana yetişdikdən sonra məqsədi onu yığıb qurudaraq satmaq olmuşdur. Həmin çətənə bitkilərini əkib-bəcərməkdə o, Cabirə köməklik göstərmiş və sonuncunun göstərişi ilə müəyyən işlər görmüşdür. Belə ki, o, çətənə bitkilərini əkib becərməyi bacarmır, bunu Cabir özü etmiş, lakin bununla bağlı qurd-quşun bitkiləri yeyə bilməməsi üçün Cabir ona həmin müddət ərzində balaca plastik qablarda içində qırmızı maye olan adını xatırlamadığı qan dərmanları aldırırmış və həmin dərmanı Cabir bağ sahəsində quraşdırdığı 200 litrlik göy plastik çəndə olan su ilə qarışdırıb motorla həmin suyu kolların diblərinə vurmuşdur. Həmin dərmanları o, Cabirin sözlərinə əsasən Kürdəxanı qəsəbəsində yerləşən bitki dərmanları mağazasından almışdır. Bundan başqa su şlanqları cırıldığı halda o, Cabirin sözləri ilə Zabrat qəsəbəsində yerləşən məscidin yanından mağazadan su şlanqı alıb gətirmişdir. Bu şəkildə o, Cabirə çətənə bitkilərini əkib-yetişdirməkdə köməklik göstərmiş, Cabir isə bunun müqabilində gündəlik ona 10-15 manat zəhmət haqqı vermişdir. Bundan başqa Cabir özü haradansa qurudulmuş marixuana əldə edib selofan torbalarda və kibrit qutularında 3-5 qram, 100 qram və 1 kq-dək olan müxtəlif çəkilərdə qablaşdırmaqla ona verib ayrı-ayrı ünvanlara göndərmiş, o da, Cabirin sözlərinə əsasən həmin marixuanaları özünün tanımadığı, lakin Cabirin tanıdığı şəxslərə təqdim edib pulunu almaqla Cabirə vermişdir. Həmin pullardan da Cabir ona 50-100 manat arası pul vermişdir. Cabir marixuananın 100 qramını fərqli şəxslərə təxminən 500-600 manatdan satmışdır. O, Cabirin verdiyi marixuananı əsasən Ramana qəsəbəsi ərazisində yol kənarında və ya Pirşağı qəsəbəsində yerləşən Şuşa qəbirstanlığının yanında satmış, görüş yerlərini Cabir qeyd etdiyi ünvanlara təyin etmişdir. Tanımadığı şəxslər onunla orada görüşərək narkotik maddəni alırmış, lakin onların anket məlumatları və mobil nömrələrini bilməmiş, həmin şəxslərlə Cabir özü hansısa şəkildə əlaqə saxlamışdır. Bu şəkildə o, 2020-ci ilin dekabr ayından Cabirə marixuananı satmaqda köməklik göstərmişdir. O zaman Cabir ona bu işi pul müqabilində görməyi təklif etmişdir. 13 aprel 2022-ci il tarixdə o, tutularkən əlində olan selofan torbanın içərisində 3 kibrit qutusu və 4 ədəd selofan torbada aşkar edilərək götürülmüş marixuanaları da Cabir ona həmin gün tutulmamışdan təxminən bir saat əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Mehdiabad yolunun yaxınlığındakı yaşadığı evin həyətində vermişdir ki, həmin kibrit qutularını və sellofan torbaları Cabirin dediyi şəxsə təqdim edib pulunu götürməklə sonuncuya versin. O, həmin tanımadığı şəxslə Pirşağı qəsəbəsində yerləşən Şuşa qəbirstanlığının yanında görüşməli imiş. Bu səbəbdən selofan torbadakı marixuanaları özü ilə daşımışdır. Əvvəlki ifadələrində qeyd etdiyi kimi həmin gün günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Qaçqın şəhərciyi yaxınlığında olan zaman iki nəfər mülkü geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, bu zaman əlində olan torbanın içərsindəki marixuanadan narahat olduğu üçün torbanı yerə ataraq onlardan yayınmaq istəmiş, buna baxmayaraq polis əməkdaşları onunla sorğu-sual edərkən onların verdiyi suallara dolğun cavab verə bilmədiyindən onu həmin yerdə saxlayaraq şübhəli şəxs qismində 14-cü PB-nə dəvət etmişlər və orada vəkil təqdim olunmaqla, habelə hüquq və vəzifələri izah edildikdən sonra üzərində axtarış aparılmışdır. Öz razılığı ilə vəkilin iştirakı olmadan üzərində axtarış aparılarkən selofan torbalarda və kibrit qutulardakı narkotik vasitə marixuananı çəkiliş zamanı təqdim etmişdir. Cabir əvvəllər də çətənə bitkilərini əkib becərmiş, lakin həmin zaman o, Cabirə köməklik göstərməmişdir, ilk dəfədir ki, bunu etmişdir. 13 aprel 2022-ci il tarixdə tutularkən əvvəlcə polis əməkdaşlarına Pirşağı qəsəbəsindəki bağ evinin yerini göstərmək və bu barədə bildirmək istəməmişdir. Lakin arvadı Şahid4 onun tutulmağını bildikdən sonra polis bölməsinə gəlmiş və bağ evinin yerini polis əməkdaşlarına göstərmişdir. Aysel onun orada Cabirlə birlikdə nə işlə məşğul olduğunu, orada çətənə bitkilərini əkib becərilməsini, narkotik vasitənin saxlanılmasından məlumatı olmamışdır. O, sadəcə Cabirlə tez-tez görüşdüyünə görə Aysel ona narazılıq etmiş və Cabirdən xoşu gəlməmişdir. Aysel özü heç vaxt Pirşağıdakı bağ evinə gəlməmiş, lakin həmin bağ evinin yerini və onun oraya mütəmadi olaraq gedib-gəldiyini bilmişdir. Özü isə Ayselə orada nə işlə məşğul olduğu barədə deməsə də, sonuncu nədənsə şübhələnmişdir. Aysel polis əməkdaşlarına gizlin şəkildə elə bir bağ evinin olduğunu dediyi üçün o da, polis əməkdaşlarına bağ evinin həyətyani sahəsində çətənə bitkilərinin əkib becərilən yeri, habelə həmin bağ evində qonaq otağında yerləşən stolun üzərində Cabirin satış məqsədi ilə ağ rəngli plastik qabda saxladığı marixuananı da göstərərək təqdim etmək qərarına gəlmişdir və elədə də etmişdir. Aysel onun həmin işdə hər hansı bir iştirakının olduğunu bildiyi halda bağ evini göstərməyəcəkdir, sonuncu, sadəcə Cabirin qanunsuz işlərlə məşğul olduğundan şübhələnib bunu etmişdir. O, əvvəllər dindirilərkən Cabirlə bağlı bunları deməmişdir. Belə ki, tutulmamışdan əvvəl Cabir ona demişdir ki, gördükləri işlərə görə tutulduğu halda onun adını çəkməsin, həmin cinayət əməlini yalnız öz üzərinə götürsün. Bunun müqabilində isə maddi cəhətdən onun ailə üzvlərinə, körpə uşağına baxacağını, həmçinin həbsxanada olduğu müddətdə ona da maddi cəhətdən dəstək olaraq yeməyini və sair ehtiyaclarını ödəyəcəkdir. O da, bunu etməyə Cabirlə əvvəlcədən razılaşmışdır. Lakin neçə müddətdir ki, tutulsa da, Cabir nə ailə üzvlərinə, nə də ki, ona maddi cəhətdən dəstək olmamış, əksinə, heç onun barəsində düşünməmiş və əlaqə saxlamamışdır. Bu səbəbdən o, Cabirlə birlikdə törətdiyi cinayət əməli barədə hazırda düzgün ifadə vermişdir. Çətənə bitkiləri yetişdirdikləri bağ evini Cabir 2021-ci ilin yaz aylarında alaraq onun anası Şahid3 adıa sənədləşdirmiş və anası Xatirəyə bildirmişdir ki, guya bağ evini kirayə verərək oradan qazanc əldə edəcəkdir. Lakin Cabirin əvvəlcədən məqsədi orada çətənə bitkilərini əkib becərib yetişdiridikdən sonra toplayıb qurudaraq marixuananı satmaqla qazanc əldə etmək olmuşdur. Həmin ərəfədə o, «Koroğlu» metrostansiyasının yaxınlığında yerləşən “Bravo” hipermarketin dayanacağındakı avtoyuyucuda işləmişdir. O zaman eşitdiyinə görə Cabir bir neçə partiya çətənə bitkilərini yetişdirib qurudaraq özü realizasiya etmişdir. Bu partiya istixananı qurmamışdan Cabir 2022-ci ilin fevral ayında onu Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Mehdiabad yolunun yaxınlığında yaşadığı evə çağırmış və görüşərək çətənə bitkilərini əkib bəcərməkdə, habelə onun nəticəsində yetişdirib dərərək qurutduğu marixuananı satmaqda köməklik göstərməyini təklif etmiş, köməyinin müqabilində ona qazanc verəcəyini demişdir. O da, Cabirlə razılaşdıqdan sonra ilk olaraq 2022-ci ilin mart ayının əvvəlində ona istixananın qurulmasında köməklik göstərmişdir. Dəqiq tarixi yadındadır, 16 mart 2022-ci il tarixdə Cabir çətənənin ilk toxumlarım torpağa vurmuşdur. Həmin vaxt o, orada olmasa da, tarixi ilə dəqiq bunu ona Cabir özü demişdir. Daha sonra isə o, 14-cü PBnin əməkdaşları tərəfindən tutulmuş və çətənə bitkilərinin əkildiyi bağ evinin həyətyani sahəsini, habelə Cabirin qurudaraq yığdığı marixuanaların yerini göstərmişdir. Hazırda bu işin Cabirin rəhbərliyi ilə görüldüyünü təsdiq edir, o isə, Cabirə bu işin görülməsində pul qazanmaq məqsədi ilə köməklik göstərmişdir. Belə ki, qazancı zəif olduğuna görə, kirayə evdə yaşadığına görə ailəsini dolandıra bilməmiş və bu səbəbdən Cabirlə razılaşıb istixana quraşdırıb çətənə bitkisini əkibbecərməkdə, narkotik satışı ilə məşğul olmaqda ona razılıq vermişdir. O, tutulduqdan bir qədər sonra Bakı İstintaq Təcridxanasında olduğu müddətdə Cabir onun anasının adına sənədləşdirilən bağ evini tezliklə satmışdır. Anası Xatirə ilə Heydər Əliyev prospektində «Koroğlu» metrostansiyasının yaxınlığında olan ASAN xidmətə gedərək çətənə bitkiləri aşkar edilən həmin bağ evini anasının tanımadığı şəxslərə alqı-satqı müqaviləsi əsasında satmışdır. Bağ evini hansı qiymətə satması barədə onun və anası Xatirənin məlumatı olmamışdır. Anası sadəcə orada sənədlərə imza etmiş, pul anasına verilməmişdir. X7 ilə birlikdə narkotik vasitələrin satışı və çətənə bitkilərinin əkib becərilməsində başqa bir şəxsin iştirakı olmamış, Cabir Quliyev bütün bu işlərin təşkilatçısı olmuş, istər narkotik vasitə marixuanaların alınması, istərsə də istixananın qurulması, çətənə bitkilərinin əkib-becərilməsi və sair xərcləri Cabir özü çəkmiş, o isə, Cabirin göstərişi ilə bu işdə hərəkət etmiş və Cabirin hesabına qazanc əldə etmişdir. X7 ilə birlikdə narkotik vasitələrin satışı və çətənə bitkilərinin əkib becərilməsində yaxın qohumları və başqa şəxslərin məlumatı olmamışdır. O, bu barədə ailə üzvlərinə və başqa tanışlarına bildirməmişdir. Pirşağı qəsəbəsindəki bağ evinə başqa bir şəxs gəlib-getməmiş, oraya yalnız özü və Cabir getmişlər. Bağ evi isə anası Xatirənin adına sənədləşdirilsə də, onu Cabir öz vəsaiti hesabına almışdır. O, istifadəsində olan 077 ***-**-** saylı mobil nömrə ilə X3 istifadəsində olan 077 ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. 077 ***-**-** saylı mobil nömrəni də istifadə etmək üçün Cabir özü ona vermişdir. Həmin nömrəni Cabir ona tutulmamışdan təxminən 1-2 ay qabaq vermişdir (cild 1, iş vərəqi 68-70, 79-81, 179-182, cild 2, iş vərəqi 94-97). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs onları qismən təsdiq etdiyini, Cabir Quliyevlə bağlı verdiyi ifadələrinin doğru olduğunu, həmin narkotik tərkibli bitkilərə Cabirin təklifi ilə qulluq göstərdiyini, əvvəlcə ifadə verərkən Cabirin adını çəkmədiyini, Cabirin ona tutulacağı halda hər cür köməklik göstərəcəiyini bildirdiyini, lakin bunu etmədiyinə görə hər şeyi olduğu kimi danışmaq qərarına gəldiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 13 aprel 2022-ci il tarixdə saat 14:15 radələrində əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən, Kürdəxanı qəsəbəsi, «Qaçqın şəhərciyi»ndə 810 saylı binanın yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb onu saxlamışlar. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Bu zaman şəxs üzərində sənədləri olmadığını bildirərək əlində saxladığı torbanı ataraq yayınmaq istəmiş, eləcə də dağınıq cavab verməyi onlarda şübhə yaratmışdır. Bundan sonra onlar həmin şəxsi 14-cü polis bölməsinə dəvət etmiş, bölmədə şəxsin 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə etməklə axtarış aparılmış, bu zaman Elnur əlində saxladığı selofan torbanı təqdim etmiş, torbanın içərisində 4 ədəd şəffaf selofan torbalarda və 3 ədəd kibrit qutusunda qurudulmuş marixuana olduğunu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin torba və kibrit qutularının içərisində marixuana olduğunu, həmin marixuananı satış məqsədi ilə Pirşağı qəsəbəsi ərazisində yerləşən yaşayış olmayan bağ sahəsində əkərək qurutduğunu bildirmişdir. Bundan sonra torba və kibrit qutularında olan maddələr qablaşdırılaraq möhürlə möhürlənmiş, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərf, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Bundan sonra aqronom Ramis Bayramovun iştirakı ilə Təqsirləndirilən şəxs razılıq ərizəsinə əsasən Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən bağ sahəsinə getmişlər və orada axtarış, baxış və götürmə aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs həmin bağ sahəsindəki evin qonaq otağında yerləşən stolun üstündə ağ rəngli plastik qabın içərisindəki ot kütləsini göstərərək marixuana olduğunu, marixuananı bağ evinin həyətində əkib qurutduğunu və satmaq üçün saxladığını bildirmişdir. Həmin plastik qabın içərisinə baxıldıqda həqiqətən də içi dolu ot şəklində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan sonra içərisində narkotik vasitə olan plastik qab qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə bağ evinin həyətyanı sahəsinə çıxmışlar. Elnur həyətdə kənarları polietilen torba ilə bağlanmış istixananı göstərərək, həmin istixanada çətənə bitkiləri əkib becərdiyini bildirmişdir. Aqronomun iştirakı ilə baxış zamanı istixanada 8853 ədəd çətənə bitkilərinə bənzər bitki kolları aşkar edilərək götürülmüşdür. Baxış zamanı aqronom Ramis Bayramov həmin bitkilərin əkilməsi və becərilməsi qadağan olunmuş çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq olunduğunu təsdiq etmişdir. Daha sonra həmin bitkilər iki ədəd kisəyə qablaşdırılmış, möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş kisələr, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Məhəmmədi kəndi, yeni yaşayış massivindəki mənzilə getmişlər və oraya baxış keçirmişlər. Lakin mənzildən cinayət təqibi üzrə əhəmiyyət kəsb edəcək əşya və sənədlər aşkar edilməmişdir. Şahid1 ifadəsinə görə, 13 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularkən özünü Cabir kimi təqdim edən şəxs polis bölməsinə gələrək onun qohumu olduğunu bildirmiş və Elnurun nə səbəbə görə tutulmağı ilə maraqlanmışdır. Lakin həmin vaxt Cabir adlı şəxsin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təşkilatçısı olduğu barədə hər hansı əməliyyat məlumatları olmamışdır. Çünki Təqsirləndirilən şəxs tutularkən qeyd olunan cinayət əməlinin tək törətdiyini, bağ evinin anasının adına olmasına baxmayaraq qanunsuz əməlləri barədə heç kimin xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəlcə bağ evində çətənə bitkilərinin əkildiyi, habelə orada da narkotik vasitənin saxlanılması barədə söyləmək istəməmişdir. Lakin Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbiri nəticəsində əldə edilmiş məlumat əsasında, həmçinin onun arvadı Şahid4 köməyi ilə həmin bağ evini müəyyən etmişlər, Təqsirləndirilən şəxs artıq bunu bildikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən və əlində saxladığı sellofanın içərisində 4 selofan və 3 kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülərkən bağ evində törətdiyi qanunsuz əməlləri barədə danışaraq etiraf etmiş və öz razılığı ilə onları bağ evinə apararaq narkotik vasitələrin olduğu yeri, həmçinin narkotik tərkibli çətənə bitkilərinin əkib becərildiyi istixananı da göstərmişdir. Bununla bağlı da videoçəkiliş aparılmış, narkotik vasitə və narkotik tərkibli çətənə bitkiləri tərəflərindən götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin sabiq baş əməliyyat müvəkkili Şahid2 oxşar məzmunlu ifadə verərək, həmkarı Şahid1 məhkəmədə göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun kiçik oğludur. 13 aprel 2022-ci il tarixdə ona məlum olmuşdur ki, polis əməkdaşları tərəfindən Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində onun adına sənədləşdirilmiş bağ evində axtarış aparılmış və həmin bağ evində narkotik vasitə və çətənə kolları aşkar edildiyi üçün oğlu Elnur tutulmuşdur. Həmin bağ evini gəlininin əmisi X8 almış, lakin özünün adına sənədləşdirmişdir. 2021-ci ilin aprel ayında Cabir kirayə vermək üçün bağ evi almaq istədiyini bildirmiş, bağ evini etibar etdiyi qohum kimi onun adma sənədləşdirməyi xahiş etmiş, o da, bu məsələdə heç bir problem olmayacağmı düşünüb Cabirə etiraz etməmişdir. Cabir özü bağ evini satan şəxslərlə razılığa gəlmiş, özü isə heç bağ evinin yerini bilməmişdir. Bundan sonra Cabirin sözlərinə əsasən 05 aprel 2021-ci il tarixdə sonuncunun qardaşı Şahin Quliyevlə birlikdə «Koroğlu» metrostansiyasmm yaxınlığında yerləşən ASAN xidmətin binasındakı notariat kontoruna getmişlər. Orada Şahin özü bağ evini aldıqları bir nəfər tanımadığı kişi ilə nədənsə söhbət etmiş və pulu da ödədikdən sonra onunla həmin şəxsin arasında alqı-satqı müqaviləsi bağlanmış, sənədləri imzalamışlar və sonradan çıxıb getmişlər. Cabirin həmin bağ evini hansı qiymətə alması barədə də məlumatı olmamışdır. Cabir və Elnurdan eşitmişdir ki, orada həyətyanı sahəni ot basmış, həmçinin təmirsiz ev olmuşdur. Bu səbəbdən Elnur Cabirə həmin evin təmirində və otların təmizlənməsində köməklik göstərmişdir. Yalnız 13 aprel 2022-ci il tarixdə Elnur polis əməkdaşları tərəfindən tutulduqdan sonra ona məlum olmuşdur ki, həmin bağ evinin həyətyanı sahəsində çətənə bitkiləri əkib-becərilmiş, bu işin başında duran Cabir olmuş, Elnur isə Cabirin sözləri ilə ona kömək etmiş, bunun müqabilində Cabir ona dolanmaq üçün pul vermişdir. Lakin Elnur tutulduqdan sonra o, oğlundan nə baş verdiyi barədə maraqlanmış, Elnur ona bildirmişdir ki, bu işin təşkilatçısı Cabirdir, o isə, Cabirin tapşırığı ilə sonuncuya köməklik etmişdir. Lakin Elnur ona demişdir ki, Cabir onun buraxılmasında köməklik göstərəcəyinə söz vermiş, bu səbəbdən Cabirin adını verməyəcəkdir. O, Elnurun məsləhəti ilə onun işinə qarışmaq istəməmiş, həm də ki, oğlunun işinə görə narahat olduğu üçün və Cabirin Elnurun işində köməklik göstərəcəyinə söz verdiyi üçün oğlunun işini düşünmüşdür. Həmçinin Elnur tutulduqdan sonra Cabir onunla əlaqə saxlayaraq bildirmişdir ki, Elnurun işinə kömək üçün, həmçinin həbsxanada olduğu müddətdə onun ailəsinə yardım etmək üçün adına sənədləşdirdiyi bağ evini satmaq qərarına gəlmişdir. O da, yenə Elnuru düşünüb Cabirə etiraz etməmiş, hesab etmişdir ki, Cabir bağ evini satdığı halda Elnura köməklik göstərəcəkdir. 23 aprel 2022-ci il tarixdə Cabirin qardaşı Şahin onun yaşadığı evə gəlmiş və onunla birlikdə yenə «Koroğlu» metrostansiyasının yaxınlığında yerləşən ASAN xidmətə notariusa getmişlər. Orada qarşı tərəfdən iki qadın və bir kişi gəlmiş, onların bağ evini aldıqlarını başa düşmüşdür. Lakin o, həmin şəxslərlə heç nə danışmamışdır. Şahin həmin şəxslərlə danışmış, razılıq əldə etmiş və pulu da özü həmin şəxslərdən götürmüşdür. Daha sonra onunla bağ evini alan şəxslərdən bir qadınla aralarında alqı-satqı müqaviləsi bağlanmış, sənədləri imzalamış və sonradan çıxıb getmişlər. Çətənə bitkilərinin əkib-becərilməsinin başında duran məhz qohumu X8 olmuş, Cabir özü narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Məhəmmədi kəndində yeni yaşayış massivində əri Təqsirləndirilən şəxslə və azyaşlı uşağı ilə yaşayır. 13 aprel 2022-ci il tarixdə Elnur polis əməkdaşları tərəfindən tutulmuş, sonuncunun anası Xatirənin adına Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində sənədləşdirilmiş bağ evində axtarış aparılmış və həmin bağ evində narkotik vasitə və çətənə kolları aşkar edildiyi üçün Elnur tutulmuşdur. Bütün bunların başında duran Elnurun qohumu X4r. Belə ki, 2021 -ci ilin aprel ayında Cabir kirayə verib qazanc əldə etmək üçün bağ evi almaq istəmiş, bağ evini onun qaynanası Şahid3 adma sənədləşdirməyi xahiş etmiş, Xatirə də bu məsələdə heç bir problem olmayacağını düşünüb Cabirə etiraz etməmişdir. Bundan sonra Cabir bağ evini alaraq qaynanası Xatirənin adına sənədləşdirmişdir. Həmin bağ evi alından sonra oraya heç vaxt getməmiş, ümumiyyətlə harda yerləşdiyini bilməmişdir. Yalnız Elnurdan eşitmişdir ki, orada həyətyanı sahəni ot basmış, həmçinin təmirsiz ev olmuşdur. Bu səbəbdən Elnur Cabirə həmin evin təmirində və otların təmizlənməsində köməklik göstərmişdir. Yalnız 13 aprel 2022-ci il tarixdə Elnur polis əməkdaşları tərəfindən tutulduqdan sonra ona məlum olmuşdur ki, həmin bağ evinin həyətyanı sahəsində çətənə bitkiləri əkib becərilmiş, bu işin başında duran Cabir olmuş, Elnur isə Cabirin sözləri ilə ona köməklik etmiş, bunun müqabilində Cabir ona dolanmaq üçün pul vermişdir. O, polis bölməsində olarkən Elnur həmin bağ evini yerini göstərmək istəməmişdir. Elnur yaşadıqları Məmmədli qəsəbəsindəki gümüşü rəngli “Mercedes” markalı son rəqəmləri 546 olan avtomobilin taksi sürücüsü Samir adlı şəxslə tez-tez müxtəlif ünvanlara gedib-gəlmişdir. 14-cü polis bölməsinin tanımadığı əməkdaşlarına həmin bağ evini tapacağını bildirmiş, polis əməkdaşları da onun arxasınca gəlməyə başlamışlar. Bundan sonra polis bölməsinin yaxınlığında bir taksiyə əyləşərək Məmmədli qəsəbəsinə yollanmış və Samiri taparaq ondan Elnuru mütəmadi olaraq Pirşağı qəsəbəsində hansı ünvana apardığını soruşmuşdur. O, Samirə yalandan demişdir ki, guya Elnur deyib onu həmin ünvana aparsın, Elnur onu orada gözləyəcəkdir. Samir əslində nə baş verdiyindən məlumatlı olmamış, ona inandığı üçün etiraz etməmiş və Pirşağı qəsəbəsində Elnuru tez-tez düşürtdüyü yerə aparmışdır. Həmin vaxt polis əməkdaşları arxalarınca gəlmişlər. Samir onu Elnuru apardığı həmin bağ evinin yaxınlığına sürüb düşürtmüşdür. Orada o, polis əməkdaşlarına çöldən bağ evini göstərmiş və sonradan onlar polis bölməsinə qayıtmışlar. Həmin gün Cabir də polis bölməsinə gəlmiş, lakin nəyə görə gəldiyini bilməmişdir. Cabirin özü ilə onun heç bir münasibəti olmamışdır. Cabir yalnız bir neçə dəfə onların evinə Elnurun yanına gəlmiş, başqa vaxt onu görməmişdir. 13 aprel 2022-ci il tarixdə polis bölməsinin yanında qucağında körpə uşaqla olduğu vaxt üstündən bir qədər keçdikdən sonra Elnur polis əməkdaşları ilə çıxaraq həmin bağ evinə getmişlər. Sonradan bilmişdir ki, Elnur bağ evində istixanada əkilib becərilən çətənə kollarının yerini polis əməkdaşlarına göstərmişdir. Daha sonra Elnur tutulmuş və həbsdə saxlanılması üçün Bakı istintaq Təcridxanasma göndərilmişdir. Bundan sonra qaynanası Xatirə ona bildirmişdir ki, Elnur çətənə kolları və narkotik vasitələrlə tutulmağına baxmayaraq bu işin təşkilatçısı Cabir olmuş, lakin Elnur ona Cabirin onların ailəsinə, uşağına maddi cəhətdən köməklik göstərəcəyinə görə sonuncunun adını çəkməyəcəyini demişdir. Elnur tutulduqdan sonra Cabirin polis bölməsindən çıxıb getdiyini gördükdə, gizlincə onun arxasınca getmiş və telefonda videoya çəkərək ona hara getdiyini soruşduğu vaxt Cabir ondan qaçmağa başlamışdır. Onda tam əmin olmuşdur ki, Cabir bütün bu işlərin təşkilatçısıdır. Lakin buna baxmayaraq Elnurun Cabir barədə əsl həqiqəti söyləməyini gözləmiş və sonradan Elnur həqiqəti danışmışdır. Elnur tutulduqdan bir neçə gün sonra Cabir qaynanası Xatirə ilə əlaqə saxlamış, Elnurun işinə kömək üçün, həmçinin həbsxanada olduğu müddətdə onun ailəsinə yardım etmək üçün Xatirənin adına sənədləşdirdiyi bağ evini satmaq qərarına gəlmişdir. Xatirə də Cabirə inandığı üçün evi satmışlar. Lakin Cabir qaynanası Xatirəni aldatmış, nə Elnurun işində köməklik etmiş, nə də ki, onlara yardım etməmişdir. Halbuki, çətənə bitkilərinin əkib becərilməsinin başında duran məhz X8 olmuş, Cabir özü narkotik vasitələrinin satışı ilə məşğuldur, əri Elnur isə ona xırda pul müqabilində yalnız fəhlə kimi köməklik göstərmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiştəqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Beləki, iş materiallarına əlavə edilmiş 13 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, habelə videogörüntülərin əks olunduğu bir ədəd DVD diskə keçirilmiş baxış protokoluna əsasən, həqiqətən də Təqsirləndirilən şəxs üzərindən axtarış zamanı əlində saxladığı «NEWYORKER» yazısı olan qara rəngli selofan torbanın içərisindən 4 ədəd şəffaf selofan torbalarda və 3 ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 24-25, 139). Cinayət işində olan 13 aprel 2022-ci il tarixli axtarış, baxış və götürmə haqqında protokoldan və DVD diskə keçirilmiş baxış protokolundan görünür ki, həqiqətən də Təqsirləndirilən şəxs göstərdiyi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evinin qonaq otağında yerləşən stolun üzərindəki ağ rəngli plastik qabın içərisindən narkotik vasitə qurudulmuş marixuana, habelə həmin bağ evinin həyətyanı sahəsindəki istixanadan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 33-34, 140). Cinayət işində olan aqronom-mütəxəssis X5 tərəfindən tərtib olunmuş 13 aprel 2022-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evinin həyətyanı sahəsində təxminən 350 kv.m. sahəsi olan polietilen örtüklə bağlanmış, damcı suvarma sistemi ilə təchiz olunmuş istixana mövcuddur. Həmin istixanada əkilməsi və becərilməsi qadağan olunan narkotik tərkibli 10-15 sm müxtəlif ölçülərdə 8853 ədəd çətənə bitkisi əkilmişdir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuş və suvarılmışdır (cild 1, iş vərəqi 35). Məhkəmə-bioloji ekspertizasının 14 aprel 2022-ci il tarixli 7/360 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki polietilen torbanın içərisində 4 (dörd) ədəd şəffaf selofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 45 qram, 135 qram, 45 qram, 6,120 qram və 3 (üç) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri: 4,998 qram, 3,984 qram, 4,162 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 244,264 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 1, iş vərəqi 53-56). Məhkəmə-bioloji ekspertizasının 14 aprel 2022-ci il tarixli 7/361 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs bağ sahəsindəki evindən...” yazısı və imzalar olan sintetik torbadakı 1 (bir) ədəd ağ rəngli plastik qabda təmiz çəkisi - 7020 qram (7 kq 20 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş hər torbanın ağ vərəq üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...” yazıları və imzalar olan 2 (iki) ədəd sintetik torbalardakı ümumi sayı 8853 (səkkiz min səkkiz yüz əlli üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi -7105 qram (7 kq 105 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir (cild 1, iş vərəqi 58-61). Məhkəmə-bioloji ekspertizasının 12 may 2022-ci il tarixli 7/402 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidir. 1.1 Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkiləri və marixuanalar eyni növ bitkilərə aiddir. 1.2 Təqdim edilmiş çətənə (kannabis) bitkiləri ilkin fazada olduğu üçün təqdim olunmuş marixuanalar ilə müqayisəli tədqiqat aparılmadı (cild 1, iş vərəqi 149-151). İbtidai istintaq orqanının 28 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 6,120 qram, 45 qram, 45 qram, 135 qram, 3,984 qram, 4,162 qram və 4,998 qram, habelə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evinin qonaq otağında yerləşən stolun üzərində saxladığı təmiz çəkisi 7020 qram, ümumi təmiz çəkisi 7264,264 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin həmin bağ evinin həyətyani sahəsində kənarları polietilen torba ilə bağlanmaqla quraşdırılmış istixanada ümumi sayı 8853 ədəd, ümumi təmiz çəkisi 7105 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qurudulmuş marixuananın 7263,314 qram qalığı, həmçinin ümumi sayı 8853 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarına qədər saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 2, iş vərəqi 64-81, 111). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 aprel 2022-ci il tarixli 2091 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 147-148). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 aprel 2022-ci il tarixli 1059 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 153- 154). Məhkəmə iclasında təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, polis işçiləri tərəfindən bölməyə aparılarkən onda cəmi 3 kibrit qutusunda marixuana olduğunu, qalan narkotik vasitələr barədə məlumatı olmadığını, bütün işlərin başında Cabir Quliyev adlı qohumunun dayandığını, Pirşağı qəsəbəsindəki həyətyanı sahəsinin Cabirə məxsus olduğunu və həyətdəki parnikin də Cabir tərəfindən quraşdırıldığını, orada əkilmiş külli miqdarda narkotik tərkibli bitkilərin Cabir Quliyev tərəfindən əkildiyini, əvvəlcə ifadə verərkən Cabirin adını çəkmədiyini, Cabirin ona tutulacağı halda hər cür köməklik göstərəcəiyini bildirdiyini, lakin bunu etmədiyinə görə hər şeyi olduğu kimi danışmaq qərarına gəldiyini bildirərək, müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış, həmçinin Pirşağı qəsəbəsindəki həyətyanı sahəsinə və evə baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həyətyanı sahədə yerləşən içərisinə narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkilmiş parniki polis işçilərinə göstərmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Yalnız istintaqın sonunda və məhkəmə iclası zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs külli miqdarda qurudulmuş vəziyyətdə olan narkotik vasitə marixuananın qohumu Cabir Quliyev adlı şəxsə məxsus olduğunu, onun təklifi ilə həmin narkotikləri ayrı-ayrı bükümlərə ayırıb dediyi şəxslərə aparıb çatdırdığını, həmçinin həyətyanı sahədə olan parnikdə əkilmiş narkotik tərkibli bitkilərin Cabir Quliyev tərəfindən əkildiyini, özünün Cabir tərəfindən bu işlərə cəlb edildiyini və gündəlik verdiyi pul müqabilində həmin işlərin görülməsində Cabir Quliyevə köməklik göstərdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, iş materiallarına görə hazırkı cinayət işinin istintaqı zamanı X6 şübhəli şəxs qismində tutulması və barəsində axtarış elan olunması haqqında 29 avqust 2022-ci il tarixli qərar qəbul edilmiş, həmçinin 28 oktyabr 2022-ci il tarixli qərarla Cabir Quliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ziddiyyətli ifadələr verərək özünü təqsirli bilməməsi və bütün işlərin başında Cabir Quliyev adlı qohumunun dayanması, saxlanılarkən üzərində cəmi 3 kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olması və qalan narkotik vasitələrdən məlumatsız olması barədə gətirdiyi dəlilləri onun tərəfindən məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm külli miqdarda qurudulmuş marixuana şəklində, həm də ayrı-ayrı bükümlərə bükülmüş vəziyyətdə olmasını, eləcə də parnikdə əkilib gələcəkdə satış məqsədilə kultivasiya edilib becərdilməsini, aşkar olunmuş narkotik vasitələrin və əkilib kultivasiya edilməkdə olan narkotik tərkibli bitkilərin kütləsinin külli miqdar anlayışından dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağın olması təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdlr, məhkəmədə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 13 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyinolunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 27 aprel 2022-ci il tarixli 2091 №-li rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olsa da, müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından, narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçininmaddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evinin qonaq otağında yerləşən stolun üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7264,264 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, həmçinin həmin bağ evinin həyətyani sahəsində kənarları polietilen torba ilə bağlanmaqla quraşdırılmış istixanada ümumi sayı 8853 ədəd, ümumi təmiz çəkisi 7105 qram narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış qurudulmuş marixuananın 7263,314 qram hissəsi, həmçinin ümumi sayı 8853 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun şəxsi axtarışı, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evinə və həyətyanı sahəyə baxış və götürmə istintaq hərəkətləri zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabat arayışından görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında 40 saat vaxt sərf etməklə Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi2 ödəniləcək 240 iki (yüz qırx) manat pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatları 234 (iki yüz otuz dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 234 (iki yüz otuz dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinintələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə, Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs üzərindən və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evinin qonaq otağından aşkar edilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 7263,314 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin ümumi sayı 8853 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - videogörüntüləri əks etdirən 5 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 234 (iki yüz otuz dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi2 ödəniləcək 240 iki (yüz qırx) manat pul vəsaiti Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar