Məhkəmə qərarları › İş №1(101)-445/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-445/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-445/2022 08.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mirzəyev və Partnyorları» vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə 1981-ci il avqustun 19-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 və 1997-ci il iyulun 04-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib saxlamaqla daşımış və satmışlar. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 16,418 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuana və 5,806 qram təmiz çəkidə kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin əldə edib narkotik vasitə qurudulmuş marixuananın 13,262 qram çəkidə hissəsini öz üzərində saxlamaqla daşımış, narkotik vasitə qurudulmuş marixuananın qalan 3,156 qram çəkidə hissəsini və 5,806 qram çəkidə psixotrop maddə metamfetamini tanışı Təqsirləndirilən şəxs2 100 manat müqabilində satmış, sonuncunun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olan məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 2021-ci il sentyabrın 17-də saat 10:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanıb idarənin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılarkən əynində olan cins şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs1 ona satdığı, sonuncunun üzərindən aşkar edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli olan bir ədəd bükümdə 3,156 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda 2,865 qram təmiz çəkidə və 2,941 qram təmiz çəkidə, ümumilikdə 5,806 qram təmiz çəkidə kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin aşkar edilməklə götürülmüş, keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olan məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyataxtarış tədbirləri zamanı sonuncu 2021-ci il sentyabrın 27-də saat 18:10-da ünvan 4 ünvanının yaxınlığında saxlanıb idarənin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılarkən əynindəki açıq göy rəngli cins şalvarın sol arxa cibindən iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda 6,337 qram təmiz çəkidə və 6,925 qram təmiz çəkidə, ümumilikdə 13,262 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuana aşkar edilməklə götürülmüşdür. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 müraciət etdiyi tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin satmasını xahiş etdikdə Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı bir ədəd bükümdə 3,156 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananı və iki ədəd bükümdə külli miqdarda ümumi çəkisi 5,806 qram olan kustar üsulla hazırlanan psixotrop maddə metamfetamini 100 manat müqabilində Təqsirləndirilən şəxs2 satmış, sonuncu isə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq göstərilən çəkilərdə həmin narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olan məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı sonuncu 2021-ci il sentyabrın 17-də saat 10:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanıb idarənin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılarkən əynində olan cins şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs1 ona satdığı, sonuncunun üzərindən aşkar edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli olan bir ədəd bükümdə 3,156 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda 2,865 qram təmiz çəkidə və 2,941 qram təmiz çəkidə, ümumilikdə 5,806 qram təmiz çəkidə kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilən ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitə və psixotrop maddə istifadə etməmiş, eləcə də onların satışını həyata keçirməmişdir. Tutularkən üzərində heç bir qanuna zidd predmet olmamış, polis işçiləri tərəfindən ona təzyiq göstərilməsi nəticəsində istintaqdakı ifadələrini təsdiq edib imzalamış, bu haqda hər hansı bir rəsmi orqana şikayət etməmişdir. Polislər onun cibinə iki kibrit qutusunda narkotik vasitə marixuana qoymaqla göstərilən maddəni Bakı şəhərinin Yasamal rayonundakı «İnşaatçılar» metrostansiyasının üstündə tanımadığı şəxsdən aldığını söyləməsini tələb etmişlər. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xəstəliyinə görə arada narkotik vasitədən istifadə etsə də həmin maddələrin satışı ilə məşğul olmamışdır. Tutularkən üzərində daşınması qanunla qadağan edilən heç bir əşya olmamış, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi nəticəsində istintaqdakı ifadələrini təsdiqləyib imzalamış, bu haqda heç bir dövlət orqanına şikayət etməmişdir. Polislər ondan ittiham olunduğu narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 aldığını deməsini tələb etmişlər. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021ci il sentyabrın 17-də Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən tarixdə saat 10:30-da əməliyyat qrupunun üzvləri ilə birlikdə ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs2 bənzəyən şəxsi saxlamaqla özlərini təqdim edərək şəxsiyyətini dəqiqləşdirdikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Sonuncu etiraz etmədiyindən idarədə videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən üç ədəd sellofan bükümü, digər cibindən «Nokia» markalı mobil telefonu, köynəyin sol döş cibindən doqquz manat pulu çıxarıb təqdim etmiş, bükümlərdə psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddələri 2021-ci il sentyabrın 16-da axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 100 manat pul müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra aşkar edilən maddələr kağız zərfə qablaşdırılmaqla möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Doqquz manat pul Təqsirləndirilən şəxs2 özünə qaytarılmış, mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 2021-ci il sentyabrın 27-də Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə daxil olan məlumatı yoxlamaq üçün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanının yaxınlığında olduğunu öyrənib göstərilən tarixdə saat 18:10-da qeyd edilən ünvana gəlməklə sonuncunun orada «Chevrolet Cruze» markalı **-VZ-*** qeydiyyat nişanlı avtomobilin yanında dayandığını görmüşlər. Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edəndə sonuncu etiraz etməmiş, idarədə videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa, könüllü təqdim etməsi təklif olunduqda sonuncu əynindəki açıq göy rəngli cins şalvarın sol arxa cibindən iki ədəd kibrit qutusunu, sol yan cibindən bir ədəd avtomobil açarını və bir ədəd siqaret qutusunu, sağ arxa cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini və sağ yan cibindən bir ədəd «Texet» markalı mobil telefonu çıxarmaqla masanın üzərinə qoymuş, təqdim etdiyi kibrit qutularının içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni bir ay əvvəl Bakı şəhərinin Yasamal rayonunda yerləşən «İnşaatçılar» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 70 manat pul müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb daşıdığını bildirmişdir. Avtomobil açarı və siqaret qutusu sonuncuya qaytarılmış, kibrit qutularından aşkar edilən maddə, «Texet» markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 razılığı ilə idarə etdiyi avtomaşına videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən sübut əhəmiyyəti kəsb edən heç nə aşkarlanmamış, sonuncuya məxsus sürücülük vəsiqəsi və etibarnamə, avtomobilin qeydiyyat şəhadətnaməsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Tərtib olunan protokolların hər üçünün doğruluğu imzalarla təsdiq edilmişdir. Saxlanan şəxslərə qarşı heç bir fiziki zor və ya psixoloji təzyiq tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid4 2021-ci il sentyabrın 17-də Təqsirləndirilən şəxs2 üzərində aparılan axtarışda iştirak etdiyini bildirib Şahid1 ilə uyğun ifadə verdi. İş üzrə şahid qismində dindirilən hadisələr baş verdiyi ərəfədə polis kapitanı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 2021-ci il sentyabrın 17-də Təqsirləndirilən şəxs2 və 2021-ci il sentyabrın 27-də Təqsirləndirilən şəxs1 üzərlərində aparılan axtarışlarda, habelə 2021-ci il sentyabrın 27-də sonuncunun idarə etdiyi avtomobilə keçirilən baxışda iştirak etdiyini bildirərək Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş üzrə şahid qismində dindirilən hadisələr baş verdiyi ərəfədə polis baş leytenantı olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləmiş Şahid3 2021-ci il sentyabrın 27-də Təqsirləndirilən şəxs1 üzərində aparılan axtarışda və sonuncunun idarə etdiyi avtomobilə keçirilən baxışda iştirak etdiyini bildirməklə Şahid1 ilə uyğun ifadə verdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaqda elan olunaraq tədqiq edilən, verdiyi izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrdə ittiham olunduğu əməlləri qismən etiraf edib narkotik aludəçisi olduğunu, 2021-ci il sentyabrın 27də şəxsi axtarış aparılarkən üzərindən iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı təqdim etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız öz istifadəsi üçün əldə etdiyini, saxlanan zaman və sonradan polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını, Təqsirləndirilən şəxs2la yaxın münasibəti olmadığını, sonuncunun üzərindən aşkar edilən narkotik vasitəni və psixotrop maddəni onun satmadığını göstərmiş, 2021-ci il dekabrın 02-də ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə özünü təqsirli bilib-bilmədiyini bildirmədən ifadə verməkdən imtina etmişdir (1-ci cild, iş vərəqi 44-45, 56-60 və 89-92, 2ci cild, iş vərəqi 125-126). Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaqda elan olunmaqla tədqiq edilən, verdiyi izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrdə ittiham olunduğu əməlləri qismən etiraf edərək narkotik aludəçisi olduğunu, 2021-ci il sentyabrın 16-da axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 100 manat müqabilində bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və iki ədəd bükümdə psixotrop maddə metamfetamin aldığını, 2021-ci il sentyabrın 17-də şəxsi axtarış aparılarkən üzərindən qeyd edilən maddələri təqdim etdiyini, saxlanan vaxt və sonradan polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təzyiq tətbiq olunmadığını, bununla yanaşı 2021-ci il 02 dekabr tarixli ifadəsində ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə özünü yenidən qismən təqsirli bilərək narkotik vasitələri hazırda və dəfələrlə yalnız Təqsirləndirilən şəxs1 öz istifadəsi üçün əldə etdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 205- 206, 225-227 və 240-242, 2-ci cild, iş vərəqi 101-103). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2021-ci il 27 sentyabr və 2021-ci il 28 sentyabr tarixli raportlarından, 2021-ci il 27 sentyabr tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarından və eyni tarixli Ə221-007-21 №-li əmrindən, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 05 oktyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə göstərilən maddələri əldə edib saxlaması və daşıması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, adı çəkilən şəxs 2021-ci il sentyabrın 27-də saat 18:10-da ünvan 4 ünvanının yaxınlığında saxlanaraq idarənin inzibati binasına gətirilmiş, orada şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkarlanıb götürülmüş, həmin qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 3-9, 34 və 129-130). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 27 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 göstərilən tarixdə saat 18:10-da Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun atasına xəbər vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olunmamışdır (1-ci cild, iş vərəqi 18). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 27 sentyabr tarixli protokollardan və eyni tarixli ərizədən görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz hər hansı əşyanın olduğu halda təqdim edilməsi təklif edildikdə sonuncu əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən iki ədəd kibrit qutusunu, sol yan cibindən bir ədəd avtomobil açarını və bir ədəd siqaret qutusunu, sağ arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və sağ yan cibindən bir ədəd «Texet» markalı mobil telefonu çıxarmaqla təqdim etmiş, kibrit qutularında narkotik vasitə qurudulmuş marixuana olduğunu, göstərilən maddəni bir ay əvvəl Bakı şəhərinin Yasamal rayonundakı «İnşaatçılar» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 70 manat müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb daşıdığını bildirmiş, telefon, şəxsiyyət vəsiqəsi və aşkarlanan maddələr zərfə qablaşdırılmaqla götürülmüş, avtomobil açarı və siqaret qutusu Təqsirləndirilən şəxs1 qaytarılmış, sonuncunun razılığı ilə idarə etdiyi «Chevrolet Cruze» markalı **-VZ-*** qeydiyyat nişanlı avtomobilə baxış vaxtı iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet aşkarlanmamış, protokollar bütün iştirakçılar tərəfindən imzalanmış, şikayət, təklif və qeydlər daxil olunmamış, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild, iş vərəqi 27-33). İş materiallarında olan 2017-ci il 16 yanvar tarixli AC seriyalı 535062 №-li sürücülük vəsiqəsinin, 2020-ci il 25 fevral tarixli AD seriyalı 767931 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və 2021-ci il 11 iyul tarixli ƏN-V seriyalı 691172 №-li notariat qaydasında təsdiq edilən etibarnamənin kserosurətlərindən görünür ki, Abuzər Tağı oğlu X1 məxsus «Chevrolet Cruze» markalı **-VZ-*** qeydiyyat nişanlı avtomobili 2022-ci il mayın 11-dək qüvvədə olan etibarnamə əsasında idarə edir (1-ci cild, iş vərəqi 35-36). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 28 sentyabr tarixli 7/993 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən...» yazısı və imzalar olan kağız paketdəki iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda 6,337 qram və 6,925 qram, ümümilikdə 13,262 qram təmiz çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuanadır, təqdiqatdan sonrakı qalığı 13,162 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 78,82 manatdır (1-ci cild, iş vərəqi 47-48). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 29 sentyabr tarixli protokoldan görünür ki, iş üzrə şahid Təqsirləndirilən şəxs2 şübhəli şəxs Təqsirləndirilən şəxs1 ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiq edərək narkotik vasitəni və psixotrop maddəni Təqsirləndirilən şəxs1 aldığını, sonuncu isə onun dedikləri ilə razılaşmayıb narkotik aludəçisi olsa da həmin maddələrin satışı ilə məşğul olmadığını bildirmişlər (1-ci cild, iş vərəqi 73-76). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 29 sentyabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 77-79). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 29 sentyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində əvvəli 2021-ci il sentyabrın 27-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 110-115). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 04 oktyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 aşkarlanan narkotik vasitə qurudulmuş marixuananın təqdiqatdan sonrakı 13,162 qram çəkidə qalığı maddi sübut kimi tanınıb saxlanılması üçün idarəyə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 124-125). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 07 oktyabr tarixli 8559 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 orada müalicə almamışdır (1-ci cild, iş vərəqi 132). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon MKTB-nin 32 saylı MKİS-inin tərtib etdiyi 2021-ci il 13 oktyabr tarixli 1106 №-li və 1105 №-li arayışlardan, xasiyyətnamədən, habelə məhkəməyə təqdim olunan 2006-cı il 26 dekabr tarixli AZ-İ seriyalı 294552 №-li nikah, 2009-cu il 16 yanvar tarixli AZ-İİ seriyalı 229166 №-li və 2009-cu il 26 dekabr tarixli AZ-İİ seriyalı 380892 №-li doğum haqqında şəhadətnamələrin, AZE seriyalı 12512932 №li və AZE seriyalı 12512921 №-li şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Abuzər Tağı oğlu X2 ilə birgə nikahından 2008-ci il 04 noyabr təvəllüdlü X9 və 2009-cu il 18 dekabr təvəllüdlü X5 adlı övladları vardır, Təqsirləndirilən şəxs1 barəsində qeydiyyatda olduğu yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 135-137 və sair). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi tərtib etdiyi 2021-ci il 26 oktyabr tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 25 oktyabr tarixli BKC/LGL-18761/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkar olunmamışdır (1-ci cild, iş vərəqi 138-140). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 27 oktyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «Texet» markalı mobil telefona baxış vaxtı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 141). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2021-ci il 28 oktyabr tarixli 19/51-12247 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 orada müalicədə olmamış və qeydiyyatda yoxdur (1-ci cild, iş vərəqi 142). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 22 noyabr tarixli 7/1190 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərindən götürülən müvafiq qaydada polietilen paketdəki ilə bir ədəd siqaret sellofanındakı və iki ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuana tərkiblərinə görə eynidir, təqdiqatdan sonrakı qalığı 13,116 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 66,46 manatdır (1-ci cild, iş vərəqi 156-158). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2021-ci il 17 sentyabr tarixli raportlarından, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarından və Ə216-007-21 №-li əmrindən, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 04 oktyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda onları əldə edib saxlaması və daşıması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, adı çəkilən şəxs 2021-ci il sentyabrın 17-də saat 10:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanmaqla idarənin inzibati binasına gətirilmiş, orada şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən iki ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə və narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkarlanaraq götürülmüş, göstərilən qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 168-173, 199 və 2-ci cild, iş vərəqi 32). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 17 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 10:30-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 183). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 17 sentyabr tarixli protokoldan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hər hansı əşyanın olduğu halda təqdim edilməsi təklif edildikdə sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üç ədəd sellofan bükümü, sol yan cibindən bir ədəd «Nokia» markalı mobil telefonu və əynindəki köynəyin sol döş cibindən doqquz manat pulu çıxarıb təqdim etmiş, bükümlərdəki psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı 2021-ci il sentyabrın 16-da Bakı şəhərinin Yasamal Rayon Telefon Qovşağı yaxınlığında tanımadığı şəxsdən 100 manat müqabilində öz şəxsi istifadəsi üçün almaqla üzərində saxlayaraq daşıdığını bildirmiş, mobil telefon və aşkarlanan maddələr zərfə qablaşdırılıb götürülmüş, pul Təqsirləndirilən şəxs2 qaytarılmış, protokol bütün iştirakçılar tərəfindən imzalanmış, şikayət, təklif və qeydlər daxil olunmamış, bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild, iş vərəqi 192-195). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 17 sentyabr tarixli 6/4121 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddələr» yazısı və imzalar olan paketdəki iki ədəd kiçik ölçülü polietilen paketdə ayrı-ayrılıqda 2,865 qram və 2,941 qram, ümumilikdə 5,806 qram təmiz çəkidə ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanan psixotrop maddə metamfetamindir, təqdiqatdan sonrakı qalığı 5,706 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 208-212). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 17 sentyabr tarixli 7/949 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddələr və kütlə» yazısı və imzalar olan zərfdəki bir ədəd polietilen paketdə olan siqaret sellofanındakı təmiz çəkisi 3,156 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik narkotik vasitə qurudulmuş marixuana olmaqla təqdiqatdan sonrakı qalığı 3,136 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 66,46 manatdır (1-ci cild, iş vərəqi 215-216). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 18 sentyabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 228-229). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 18 sentyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində əvvəli 2021-ci il sentyabrın 17-dən hesablanaraq həbs qismində qətimkan tədbiri seçilmişdir (2-ci cild, iş vərəqi 6-8). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 18 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 aşkarlanıb götürülən psixotrop maddə metamfetaminin və narkotik vasitə qurudulmuş marixuananın təqdiqatdan sonrakı müvafiq qaydada 5,706 qram və 3,136 qram çəkidə qalıqları maddi sübut kimi tanınıb saxlanılması üçün idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (2-ci cild, iş vərəqi 9-10). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon MKTB-nin 85 saylı MKİS-inin tərtib etdiyi 2021-ci il 26 oktyabr tarixli 847 nömrəli arayışdan və eyni tarixli 46 nömrəli xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 ailəsi 1972-ci il təvəllüdlü atası X12, 1975-ci il təvəllüdlü anası X6 və 1999-cu il təvəllüdlü qardaşı X13 ibarətdir, Təqsirləndirilən şəxs2 barəsində qeydiyyatda olduğu yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır (2-ci cild, iş vərəqi 39-40). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 11 noyabr tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 04 noyabr tarixli AZF/LGL-27448/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış vaxtı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamışdır (2-ci cild, iş vərəqi 41-42 və 44). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 06 noyabr tarixli 9512 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 orada müalicədə olmamışdır (2-ci cild, iş vərəqi 43). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 30 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd «Nokia» markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkarlanmamışdır (2-ci cild, iş vərəqi 45). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 01 dekabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 aşkarlanıb götürülən narkotik vasitə qurudulmuş marixuananın təqdiqatdan sonrakı 13,122 qram çəkidə, Təqsirləndirilən şəxs2 aşkarlanıb götürülən psixotrop maddə metamfetaminin və narkotik vasitə qurudulmuş marixuananın təqdiqatdan sonrakı müvafiq qaydada 5,706 qram və 3,136 qram çəkidə qalıqları maddi sübut kimi tanınmaqla saxlanılması üçün idarəyə təhvil verilmişdir (2-ci cild, iş vərəqi 52-54). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 01 noyabr tarixli 4233 №-li və 2021-ci il 25 oktyabr tarixli 4116 №-li rəylərindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunaraq məcburi müalicəyə ehtiyacı vardır; Təqsirləndirilən şəxs1 kannabioidlərdən periodik istifadə olsa da müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkarlanmayıb məcburi müalicəyə ehtiyacı yoxdur, sonuncuların ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür (2-ci cild, iş vərəqi 57-60). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il dekabrın 01-də tərtib etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişlər (2-ci cild, iş vərəqi 61-64). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 01 dekabr tarixli sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və tövsif edilməsi, 2021-ci il 01 dekabr tarixli cinayət işi üzrə materialın ayrılması, 2021-ci il 02 dekabr tarixli təqsirləndirilən şəxslərə yenidən ittiham elan edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 dəyişiklik edilməklə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə yeni məzmunda, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif edilməklə təqsirləndirilən sonuncuya qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan edilmiş, cinayət işinin materiallarından sonuncuya aid hissədə külli miqdarda psixotrop maddə metamfetaminin və narkotik vasitə qurudulmuş marixuananın mənbəyini müəyyənləşdirmək üçün material ayrılmış, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.2.-ci maddələri, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CMnin 234.4.2.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs1 aşkarlanıb götürülən narkotik vasitə qurudulmuş marixuananın təqdiqatdan sonrakı 13,122 qram çəkidə, Təqsirləndirilən şəxs2 aşkarlanıb götürülən psixotrop maddə metamfetaminin və narkotik vasitə qurudulmuş marixuananın təqdiqatdan sonrakı müvafiq qaydada 5,706 qram və 3,136 qram çəkidə qalıqlarının saxlanılması üçün idarəyə təhvil verilməsi, habelə iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkarlanıb götürülən bir ədəd «Texet» və bir ədəd «Nokia» markalı mobil telefonların sonuncuların yaxın qohumlarına və ya müdafiəçilərinə qaytarılmasına qərar verilmişdir (2-ci cild, iş vərəqi 65-78, 80-81, 84-86 və 108-110). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 05 dekabr tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkarlanıb götürülən bir ədəd «Texet» və bir ədəd «Nokia» markalı mobil telefonların sonuncuların yaxın qohumlarına qaytarılmışdır (2-ci cild, iş vərəqi 132 «a»). Məhkəməyə təqdim olunan Milli Onkologiya Mərkəzinin 2022-ci il 21 yanvar tarixli ambulator kartdan arayışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 anası X10 ilk dəfə 2019-cu il fevralın 18-də «C73- Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1bN0M0 mərhələ 1 G1, diaqnoz qeydi: Qalxanabənzər vəzinin papilyar karsinoması, cərrahi əməliyyat və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət» və «Ağırlaşma: E89.0- Tibbi proseduralardan sonra meydana çıxan hipotiroidizm» diaqnozları qoyulmuşdur. Məhkəməyə təqdim olunan Bakı şəhərinin Yasamal rayonundakı 10 saylı Uşaq Poliklinikasının 2012-ci il 09 iyun tarixli ambulator xəstənin xəstəlik tarixindən çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 «əsəbilik, gecə sidiyi saxlaya bilməmək, yaddaş zəifliyi» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan «X21»in 2012-ci il 29 iyun tarixli müayinə protokolunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 «keçirilmiş beyin qan dövranının pozulmasının qalıqları (sol yarımkürədə 12 mm ölçüdə pliotik ocaq-travmatik etiologiya inkar olunmur)» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin Uşaq Nevroloji Xəstəxanasının 2012-ci il 06 iyul tarixli 1013 №-li X14 kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 «Vegetativ damar distoniyası. Simpatoadrenal kriz. Qalxanabənzər vəzinin diffuz hiperplaziyası. Sol payın xırda kistası. Neyroendokrin piylənmə İİ. Entireoz. Hiperinsulin. Hipoqlikemik vəziyyətlər» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan «Bakı Klinikası»nın 2012-ci il 23 iyun tarixli Krainal KT Müayinəsi protokolunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 «Solda kaudat nukleusda və internal kapsulanın genusunda 12 mm ölçüdə qliotik ocaq (postravmatik?)» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya və Statistik İdarəsinin 2012-ci il 02 iyul tarixli ambulator X16 çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 «Astereol Hiperleksiuya ikincili. Neyroendokrik piylənmə İİ dərəcə. Düyümlü toksik zob» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan «Bakı Klinikası»nın 2012-ci il 03 iyul tarixli Krainal MR Müayinəsi protokolunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 «Solda periventrikulyar dərin ağ maddədə sol lentiform nukleusa uzanan 15x7 mm ölçüdə xronik dövr lakunar infarkt sahəsi» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 6 saylı X15 2012-ci il 17 iyul tarixli 2098 №-li X16 Çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 «Hipotalamusun digər rubrikalarda təsnif olunmayan disfunksiyası E 23.3. Endokrin pozqunluqlarla münasibətinə görə ikimilli hipertenziya İ 15.2, piylənmə E 66.0.» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan «Medistyle Hospital»ın 2015-ci il 06 fevral tarixli Beyin MRT protokolunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 «Solda periventrikulyar dərin ağ maddədə sol putamenə uzanan 15 mm ölçüdə xronik dövr işemik sahə» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Səhiyyə İdarəsinin Prof. Ə. F. Qarayev adına 2 saylı X17 2015-ci il 22 may tarixli 1474 №-li Xəstəlik Tarixindən çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 «Dəqiqləşdirilməmiş qıcolma» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan X20 2015-ci il 02 iyun tarixli Kompüter EQQ Müayinəsi protokolunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 «Beynin paroksizmlərə (şik, anamnezini nəzərə alaraq qıcolma həddinin enməsi fonunda) meyilliliyi» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 saylı Şəhər Klinik Xəstəxanasının 2016-cı il 20 may tarixli kompüter-tomoqrafiya müayinəsinin protokolunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 baş-beynin kompütertomoqrafiya müayinəsi zamanı solda bazal qanqlionlar proyeksiyasında sol yan mədəciyin ön buynuzuna uzanan 7x14 mm ölçüsündə likvor tərkibli kist aşkarlanmaqla buna bağlı sol yan mədəciyin ön buynuzunun geniş izlənməsi müəyyənləşdirilmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 saylı Şəhər Klinik Xəstəxanasının 2016-cı il 20 may tarixli 3044 №-li çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 «Nevrotik reaksiyalar funksional qıcolma tutmaları» diaqnozu qoyulmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 5,806 qram psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 16,418 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla daşıması, psixotrop maddə metamfetaminin hamısının iki ədəd bükümdə və narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini, yəni 3,156 qramını Təqsirləndirilən şəxs2 satması, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq göstərilən çəkidə psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından az miqdarda həmin narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla daşıması sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə tövsif olunması yanlışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 üzərindən 3,156 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadan başqa aşkar edilən 5,806 qram çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil etdiyindən satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmaqla sonuncunun törətmiş olduğu cinayət əməlini düzgün olmayaraq Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə tövsif etmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib saxlamaqla daşıması və satması ittihamını elan edərkən ittihamı təsdiq edən sübut kimi şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, maddi sübutun mövcudluğuna və işin digər hallarına istinad etmişdir. Lakin iş üzrə ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilən şahidlər ittihamda satışla bağlı göstərilənləri təsdiq etsələr də Təqsirləndirilən şəxs2 saxlanarkən əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya və iki ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlələri satmaq niyyətinin olmadığını göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 aşkar edilən narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə etməsinin müəyyən olunması istiqamətində ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Göründüyü kimi, istintaq orqanının Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi şahid ifadələri ittihamın satışla bağlı hissəsini təsdiq etmir, əksinə onu tam təkzib edir. Bundan savayı ittiham tərəfinin Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi ekspertiza rəyləri narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkib-çəkmədiyini və buna görə müalicəyə ehtiyacının olubolmadığını müəyyən etmişdir. Qeyd edilən sübut növü ittihamı, yəni təqsirləndirilən şəxsin satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini heç bir halda təsdiq edə bilməz və etməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 satış məqsədi ilə həmin cinayəti törətməsini təsdiq edən sübut kimi qanunsuz olaraq əldə edib saxlayıb daşıdığı bir ədəd bükümdə yəni 3,156 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və iki ədəd bükümdə külli miqdarda, yəni 5,806 qram çəkidə psixotrop maddə metamfetaminin mövcudluğuna istinad edir. Hazırki iş üzrə maddi sübut hesab edilən və ekspertiza tədqiqatından sonra müvafiq qaydada 3,136 qram və 5,706 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin özü-özlüyündə şəxsin satış məqsədi ilə cinayəti törətməsini təsdiq edə bilməz. Məhkəmə yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, ibtidai istintaq orqanının istinad etdiyi sadalanan sübutlar Təqsirləndirilən şəxs2 aşkar edilib götürülən şəxsi istehlak miqdarından az miqdarda, yəni 3,156 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və külli miqdarda, yəni 5,806 qram çəkidə psixotrop maddə metamfetaminin onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilib saxlanılmasını təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.9.-1.0.11.ci maddələrinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir; narkotik vasıtələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri psixotrop maddə satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarında Təqsirləndirilən şəxs2 narkotik vasitənin və psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hər hansı bir hərəkət etməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin satış məqsədi ilə çəkilib xırda bağlamalara bükülməsini, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə bir sübut məhkəmə istintaqında da müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərdən keçirərək məhkəmə Təqsirləndirilən şəxs2 aşkar edilmiş 3,136 qram çəkidə şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitə qurudulmuş marixuanadan başqa psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən 5,706 qram olması amilindən yanaşılmaqla onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının CPM-nin 28.5.-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 145.3.-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 23-cü bəndində «məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir»; 37-ci bəndində «CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın»; 39-cu bəndində «məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir» göstərilmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 29-cu bəndinə görə, CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə («məlum olmayan», «istintaqla müəyyən edilməyən» kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məsələn, CM-in 206.1-ci maddəsinin dispozisiyasında qaçaqmalçılıq cinayəti alternativ üsullarla, o cümlədən gömrük nəzarətindən kənar və ya gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların gömrük sərhədindən xeyli miqdarda keçirilməsi kimi təsbit edildiyindən, cinayətin təsvirində əməlin bu üsullardan hansı biri ilə törədilməsini aşkarlayan hərəkətlər (faktiki hallar) CPM-in 353.2-ci maddəsi ilə tələb olunan qaydada aydınlığı ilə təsvir olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə törətdikləri cinayətdə özlərini təqsirli bilməyən təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 heç vaxt narkotik vasitə və psixotrop maddə istifadə etməməsi, onların satışını həyata keçirməməsi, tutularkən üzərində heç bir qanunsuz predmet olmadığı, polis işçiləri tərəfindən ona təzyiq göstərilməsi nəticəsində istintaqdakı ifadələrini təsdiq edib imzalaması, polislərin onun cibinə iki kibrit qutusunda narkotik vasitə marixuana qoymaqla göstərilən maddəni Bakı şəhərinin Yasamal rayonundakı «İnşaatçılar» metrostansiyasının üstündə tanımadığı şəxsdən aldığını söyləməsini tələb etmələri, Təqsirləndirilən şəxs2 isə xəstəliyinə görə arada narkotik vastitədən istifadə etsə də tutularkən üzərində qanunsuz heç bir əşya olmadığı, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi nəticəsində istintaqdakı ifadələrini təsdiqləyib imzalaması, polislərin ondan ittiham olunduğu narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 aldığını deməsini tələb etmələri barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onların bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrini təzyiq altında vermələri barədə ifadələrinə qiymət verməklə hesab edir ki, bunlar məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxslərin öz maraqlarına əsaslanaraq bəraət hökmünün çıxarılmasına nail olmalarına çalışmalarından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 4cü bəndinə görə, törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CMnin 234.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özlərinin ibtidai araşdırmadakı ilkin izahatları, qismən etirafedici ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsinin dispozisiyasında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla sonuncunun və Təqsirləndirilən şəxs2 ilk məhkumluqlarını, ailə vəziyyətlərini və qeydiyyatda olduqları yaşayış yerləri üzrə barələrində şikayət olmamasını cəzalarını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı və sonuncular ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən norğaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkarlanıb götürülən narkotik vasitə qurudulmuş marixuananın təqdiqatdan sonrakı 13,122 qram çəkidə, Təqsirləndirilən şəxs2 aşkarlanıb götürülən psixotrop maddə metamfetaminin və narkotik vasitə qurudulmuş marixuananın təqdiqatdan sonrakı müvafiq qaydada 5,706 qram və 3,136 qram çəkidə qalıqları məhv edilməli, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 325,74 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 112,05 manat və Təqsirləndirilən şəxs2 213, 69 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi müvafiq qaydada Bakı şəhəri «Mirzəyev və Partnyorları» vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər biri tərəfindən 50 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri «Mirzəyev və Partnyorları» vəkil bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 300 manat və 300 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları gündən, yəni müvafiq qaydada 2021-ci il sentyabrın 27-dən və 2021-ci il sentyabrın 17-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il sentyabrın 27-dən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il sentyabrın 17-dən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın, Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və onlar ərazi narkoloji dispanserdə qeydiyyata götürülsünlər. 325,74 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 112,05 manat və Təqsirləndirilən şəxs2 213, 69 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri «Mirzəyev və Partnyorları» vəkil bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 300 manat və 300 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkarlanıb götürülən narkotik vasitə qurudulmuş marixuananın təqdiqatdan sonrakı 13,122 qram çəkidə, Təqsirləndirilən şəxs2 aşkarlanıb götürülən psixotrop maddə metamfetaminin və narkotik vasitə qurudulmuş marixuananın təqdiqatdan sonrakı müvafiq qaydada 5,706 qram və 3,136 qram çəkidə qalıqları məhv edilsin, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar