Məhkəmə qərarları › İş №1(101)-445/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-445/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-445/2023 30.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Binəqədi rayonu, H.Seidzadə küçəsi, ev 11 A, mənzil 119-da qeydiyyatda olan, həbs olunanadək ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq odlu silahı, həmin silaha aid 1 (bir) ədəd patronu əldə edib, saxlamaqla daşımış və gəzdirmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında Bakı şəhəri, Yasamal rayonu, “Yasamal qəbiristanlığı” kimi adlanan ərazidə istintaqa məlum olmayan şəraitdə 1 (bir) ədəd, sonradan lüləsi və qundağı kustar üsulla kəsilərək qısaldılmış, ilkin təyinatı dəyişdirilmiş, təklüləli, ”LjK” modelli, H-97983 nömrəli, xarici çaxmaqlı, patronluğunun uzunluğu 70 mm olan, İjevsk silah zavodunda 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş, lüləaltı yatağının içindəki metal lövhə kustar üsulla hazırlanmış, odlu silah hesab edilən saz vəziyyətdə və atəş üçün yararlı ov tüfənginin kəsiyini və həmin silaha aid 1 (bir) ədəd patronu qanunsuz olaraq əldə edib daşımaqla gəzdirib yaşadığı ünvan 1 ünvanında giriş qapısının kənarında olan divar içi dolabda saxlamış, bundan başqa, 28 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Qurd qapısı” kimi adlanan ərazinin yaxınlığındakı qəbiristanlıqda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 23,410 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib yaşadığı həmin ünvana daşıyaraq orada saxlamış, 29 iyul 2022-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla saxladığı narkotik vasitə olan həmin heroindən 2,215 qramını ayırıb istifadə etmək üçün əlverişli yer tapmaq məqsədi ilə yaşadığı evdən çıxmış, həmin tarixdə saat 04:20 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 2,215 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və 1 (bir) ədəd narkotik vasitələrin istehlakı üçün nəzərdə tutulmuş kolba şəkilli şüşə borucuq aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 07:00 dəqiqədə yaşadığı ünvana baxış keçirilərkən qanunsuz olaraq satış məqsədi olmadan əldə edib daşımaqla mətbəxin eyvanında olan 1 (bir) ədəd gül dibçəyinin içərisində saxladığı külli miqdarda təmiz çəkisi 21,195 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin, mənzilin giriş qapısının kənarında divariçi dolabda saxladığı 1 (bir) ədəd, sonradan lüləsi və qundağı kustar üsulla kəsilərək qısaldılmış, ilkin təyinatı dəyişdirilmiş, təklüləli, "LjK” modelli, H-97983 nömrəli, xarici çaxmaqlı, patronluğunun uzunluğu 70 mm olan, İjevsk silah zavodunda 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş, lüləaltı yatağının içindəki metal lövhə kustar üsulla hazırlanmış, odlu silah hesab edilən saz vəziyyətdə və atəş üçün yararlı ov tüfənginin kəsiyi və həmin silaha aid 1 (bir) ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, iyul ayının axırlarında yaşadığı ünvanın tam qarşısında tutulmuşdur. O, Şərifzadə küçəsi 18A ünvanında 7-ci mərtəbədə yaşamışdır. Onu düz qapısının ağzında axşam saat 21:00- 21:30 radələrində tutmuşlar. Onun üzərində yalnız şüşə boru olmuş, lakin narkotik vasitə olmamışdır. Onu həmin günün sabahı Polis İdarəsinə aparmışlar. Bütün sənədlərə şantajla ona qol çəkdirmişlər. Gedib onun qardaşını gətirəcəklərini, evindən narkotik vasitə çıxacağını, evdəkiləri (ailə üzvlərini) gətirəcəklərini deyərək onu hədələmişlər. Ondan silah istəmişlər. O da bildirmişdir ki, “var, gedək gətirim”. Onun üzərində şüşə boru olmuşdur. O, narkotik vasitə istifadə etmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Yalnız onun üzərində aşkar edilmiş şüşənin dibində metamfetamin olmuşdur. Ondan silah istəmişlər. Onu silaha görə saxlamışlar. Onun arxasınca səhər saat 06:00-07:00-yə kimi gəzmişlər. Sonra onlar Polis İdarəsinə getmişlər və idarədə o, demişdir ki, “varımdır, gedək verim silahı”. Dindirilən şahidlərdən başqa Habil adlı bir şəxs daha olmuşdur. Onun evində çəkiliş aparan şəxs və ona narkotik vasitə verən şəxs də Habil olmuşdur. Ailəsi və qardaşı ilə onu hədələmişlər. O da məcbur qalıb qol çəkmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə isə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə heroin olmaması, polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qalaraq ibtidai istintaq zamanı etirafedici ifadə verməsi ilə bağlı hissədə məhkəmə istintaqında onun verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında qeyd edilən hissədə verdiyi ifadəsinə tənqidi yanaşır və göstərilən hissədə ifadəni mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ona Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında onlar Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirmişlər. 29 iyul 2022-ci il tarixdə, gecə saat 03:00- 04:00 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı ünvanın yanında, yəni Şərifzadə küçəsi 18 ünvanının qarşısında saxlayıb Polis İdarəsinə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən sonuncunun üzərindən narkotik vasitə aşkar edilmişdir. Onlarda Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olması barədə məlumat olmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu təsdiq etmiş və bundan sonra onlar evə baxış keçirmək məqsədi ilə həmin ünvana getmişlər. Sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş və orada olan gül dibçəyinin dibindən 20-21 qram narkotik vasitə heroin aşkar edilmişdir. Həmçinin evdə qapının giriş hissəsində olan saxlanc yerindən ov tüfəngi aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 6) görünür ki, həmin gün saat 04:20 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 10) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 21) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 30) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 31-32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli polietilen bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin heroini 28 iyul 2022-ci il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində yerləşən və “Qurd qapısı” kimi tanınan ərazidəki qəbiristanlıqda sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsdən aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən “Redmi T9” markalı mobil telefon və həmin telefonun üzərindəki ***-***-**-** mobil nömrə, 1 (ədəd) şüşə borucuq, 1 (bir) ədəd limon duzu aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 34-35) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və baxış zamanı evdə mətbəxin eyvanında olan 1 (bir) ədəd gül dibçəyinin dibindən narkotik vasitə heroinə bənzər kütlə, mənzilin giriş qapısının kənarında divariçi dolabda saxladığı 1 (bir) ədəd lüləyi kəsilmiş vəziyyətdə ov tüfəngi və 1 (bir) ədəd dairəvi formalı patron aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 22/935a nömrəli arayışından və ona əlavə edilmiş fotoşəkildən (cild 1, iş vərəqə 46-48) görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd H-97983 nömrəli silah, keçmiş SSRİ dövlətində 1959-cu ildə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli LjK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli öv tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronudur, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır, təyinatı üzrə istifadə və atəş üçün yararlıdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4085 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 53-55) görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №42 dairəvi möhür əksi, “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs yazısı və imzalar olan 2 (iki) ədəd zərfdəki” – 1 (bir) ədəd bükümdə təmiz çəkisi 21,195 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,215 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd kolba şəkilli şüşə borucuğun içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş 2 (iki) ədəd zərfdə olan heroinin ümumi təmiz çəkisi 23,410 qramdır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2022-ci il tarixli Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 5(004)-777/2022 saylı qərarından (cild 1, iş vərəqə 57) görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əməkdaşı Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 29 iyul 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 72-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-636/2022 saylı qərarından (cild 1, iş vərəqə 99-104) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni 29 iyul 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/1193,1194 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 179-180) görünür ki, tədqiqata təqdim edilmiş silah - zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm, 16 kalibrli, “ИжК” modelli, H 97983 nömrəli, xarici çaxmaqlı, təklüləli odlu ov tüfənginin kəsiyidir, lüləaltı yatağının içindəki metal lövhə kustar üsulla hazırlanmışdır, sonradan lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş - odlu silah hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 16 mm kalibrli, “İjevsk” modelli, H 97983 nömrəli yivsiz ov tüfənginin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmiş, bu da onu göstərir ki, həmin silahdan sonuncu təmizləmədən (yağlanmadan) sonra atəş (lər) açılmışdır, lakin müvafiq elmi metodika olmadağından silahdan sonuncu dəfə açılmış atəşin vaxtını müəyyən etmək mümkün deyildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 126) görünür ki, "xxxx" MMC tərəfindən istintaq orqanına təqdim edilmiş diskə baxış keçirilmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrə barədə verilmiş məlumatlarda onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən hər hansı bir məlumat aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 131) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla cəzalandırılsa da, əvvəlki cinayətlərə görə onun məhkumluğu ödənilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 oktyabr 2022-ci il tarixli əməliyyat tapşırığına dair verilmiş Yasamal rayon Polis İdarəsinin cavab məktubundan (cild 1, iş vərəqə 156) görünür ki, əməliyyat yolu ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, habelə onun odlu silahı nə zaman və haradan əldə etməsi, həmin silahla cinayət törədilib-törədilməməsi halları araşdırılmış, lakin araşdırma müsbət nəticə verməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qəraqrdan (cild 1, iş vərəqə 157) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 228.1 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 165- 168) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 6572 nömrəli rəyindən (cild 1, iş vərəqə 181-182) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” X6 2923 nömrəli rəyindən (cild 1, iş vərəqə 183-184) görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Hadisəni törədən zaman anlaqlı hesab olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 189-193) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1ci maddələri ilə elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması, onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri olmadığından bu hissədə cinayət təqibinin başlanmasının rədd edilməsi, ekspertiza təddiqatından sonra qalıq çəkisi 20,995 qram və 2,215 qram təşkil edən narkotik vasitə heroinin, 16 kalibrli, “İjevsk” modelli, H 97983 nömrəli yivsiz ov tüfənginin və 1 (bir) ədəd 16 kalibrli ov patronunun eksperimental atəş zamanı istifadə olunduğundan həmin patronun atılmış gilizinin, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Redmi T9” markalı mobil telefonun maddi sübut qismində tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilməsi, habelə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışı əks etdirən 1 (bir) ədəd diskin, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini əks etdirən 1 (bir) ədəd diskin və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2013-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 153) görünür ki, həmin gün Təqsirləndirilən şəxs X5 ilə rəsmi nikaha daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 aprel 2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 154) görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2013-cü il təvəllüdlü Sultanov Hikmət adlı uşağı var. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 dekabr 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 155) görünür ki, 27 avqust 2018-ci il tarixdə Təqsirləndirilən şəxs Sultanov Hüseyn adlı uşağı doğulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən (Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə nisbətdə) mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, 29 iyul 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal rayon Polis İdarəsinə aparılmışdır. Onun saxlanılmasına səbəb isə barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı olmuşdur. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə çəkisi külli miqdar təşkil edən 2,215 qram çəkidə narkotik vasitə heroin və narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş 1 (bir) ədəd şüşə borucuq aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün Təqsirləndirilən şəxs yaşadığı evə, yəni ünvan 1 ünvanına baxış keçirilmiş və həmin vaxt evin mətbəxində olan eyvandan külli miqdarda təmiz çəkisi 21,195 qram təşkil edən narkotik vasitə heroin, habelə mənzilin giriş qapısının kənarında divariçi dolabdan 1 (bir) ədəd "LjK” modelli, H- 97983 nömrəli, İjevsk silah zavodunda 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş, odlu silah hesab edilən, saz vəziyyətdə və atəş üçün yararlı olan ov tüfəngi və həmin silaha aid 1 (bir) ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək 29 iyul 2022-ci il tarixdə onun yaşadığı evdən 1 (bir) ədəd ov tüfənginin və həmin silaha aid 1 (bir) ədəd patronun aşkar edilməsini təsdiq etməklə bu hissədə ittihamı etiraf etmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs yaşadığı evdən 1 (bir) ədəd "LjK” modelli, H- 97983 nömrəli, İjevsk silah zavodunda 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş, saz vəziyyətdə və atəş üçün yararlı olan ov tüfəngi və həmin silaha aid 1 (bir) ədəd patronun aşkar edilərək götürülməsi cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsində və cinayət prosesi iştirakçılarının suallarına cavab verərək bildirmişdir ki, o, bir müddət Rusiya Federasiyasında yaşadığından orada onun düşmənləri olmuş və həmin düşmənlərindən özünü müdafiə etmək məqsədi ilə Bakı şəhərinə qayıtdıqdan sonra odlu silah, habelə odlu silahın ləvazimatını (patronu) qanunsuz şəkildə əldə edərək saxlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində dəfələrlə iddia etmişdir ki, o, polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik vasitə olmamış, habelə polis əməkdaşları onu tutduqdan sonra onda silah olubolmamasını soruşmuşlar, daha sonra daha da irəli gedərək ondan silah tələb emtişlər, o da öz növbəsində yaşadığı evdə odlu silah olduğunu bildirərək həmin silahı təqdim etməyə razılıq vermişdir. Qeyd edilən 2 (iki) halı məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilərkən evdən 1 (bir) ədəd "LjK” modelli, H-97983 nömrəli, İjevsk silah zavodunda 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş, saz vəziyyətdə və atəş üçün yararlı olan ov tüfəngi və həmin silaha aid 1 (bir) ədəd patron aşkar edilərək götürülmüşdür. İttiham üzrə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında odlu silah və patron əldə etməsi nəticəsinə gəlsə də, məhkəmə istintaqında bunu təsdiq etmək mümkün olmamışdır. Belə ki, ibtidai istintaq orqanı qeyd edilən hissədə gəldiyi nəticəni yalnız təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə əlaqələndirmiş, bununla əlaqədar əlavə araşdırma aparmamış, gəldiyi nəticəni başqa sübutlar əsasında sübuta yetirməmişdir. Bu səbəbdən də məhkəmə istintaqında Təqsirləndirilən şəxs nə zaman, haradan, kimdən, hansı şəraitdə, habelə əvəzli və ya əvəzsiz qaydada odlu silah və patron əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin 29 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduqdan sonra onun yaşadığı evə baxış keçirilməsi və həmin vaxt evdən 1 (bir) ədəd ov tüfənginin və həmin silaha aid 1 (bir) ədəd patronun aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamasını, habelə yaşadığı evdə də narkotik vasitə olmamasını iddia etsə də, məhkəmə təqsirləndirilən şəxsin iddia etdiyi bu hallarla razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb Polis İdarəsinə aparılarkən və orada onun üzərinə şəxsi axtarış keçirilərkən həmin vaxt onun üzərində 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,215 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş şüşə borucuq, habelə onun yaşadığı evə baxış keçirilərkən evdən 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 21,195 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmçinin məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən 1 (bir) ədə şüşə borucuq aşkar edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində şəxsi axtarış keçirilərkən şüşə borucuğun aşkar edilməsini, habelə həmin borucuğun dibində çox az miqdarda psixotrop maddə metamfetaminin olmasını etiraf etmişdir. Göstərilənlərdən başqa, ekspertiza rəyi ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və onun yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinlə tərkiblərinə görə eynidirlər. Belə olduğu halda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən polis əməkdaşları tərəfindən tutulmamışdan bir müddət əvvəl, lakin dəqiq tarixi məlum olmayan gündə külli miqdarda narkotik vasitə heroin əldə etmiş, daha sonra həmin vasitənin bir hissəsini üzərində saxlamaqla daşımış, qalan hissəsini isə yaşadığı evdə saxlamış, 29 iyul 2022-ci il tarixdə üzərində şəxs axtarış keçirilərkən həmin vaxt 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,215 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş şüşə borucuq, habelə onun yaşadığı evə baxış keçirilərkən evdən 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 21,195 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yuxarıda göstərilən halları məhkəmə istintaqında qəti şəkildə mübahisələndirsə də, iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, habelə iddia etdiyi halların həqiqiliyini sübuta yetirə bilməmişdir. Yuxarıda izahlı şəkildə təhlil edilmiş hallar isə ona dəlalət edir ki, 29 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həmin vaxt 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,215 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş şüşə borucuq, habelə onun yaşadığı evə baxış keçirilərkən evdən 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 21,195 qram təşkil edən narkotik vasitə heroin aşkar edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində tutulduqdan sonra polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə onun yaxın qohumlarının əsassız yerə polis əməkdaşları tərəfindən tutulacaqları və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə də Təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Bu hallar isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitələrlə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna baxmayaraq, məhkəmə obyektiv araşdırma apararaq həqiqəti müəyyən etmişdir. Həqiqət isə ondan ibarətdir ki, 29 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həmin vaxt 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,215 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş şüşə borucuq, habelə onun yaşadığı evə baxış keçirilərkən evdən 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 21,195 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən hissədə irəli sürülmüş ittihamı mübahisələndirməsini uğursuz özünümüdafiə taktikası kimi qiymətləndirir və bu səbəbdən də onun məhkəmə istintaqında narkotik vasitələrlə bağlı hissədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni yoxlayıb, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən və yaşadığı evdən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilən hissədə törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Sözügedən Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli isə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, məhkəmədə qismən etirafedici ifadə verməsini, evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Həmçinin yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində cinayətlərin məcmusu var və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən - bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri, habelə aşkar edilmiş narkotik vasitələrin növünü, çəkisini, insan orqanizminə verə biləcək ziyanı və iş üzrə digər halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,995 qram və 2,215 qram təşkil edən narkotik vasitə heroin, 1 (bir) ədəd şüşə borucuq, 1 (bir) ədəd 16 kalibrli ov patronu eksperimental atəş zamanı istifadə olunduğundan həmin patronun atılmış gilizi məhv edilməli, 1 (bir) ədəd 16 kalibrli, “İjevsk” modelli, H 97983 nömrəli yivsiz ov tüfəngi isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Redmi T9” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışı əks etdirən 1 (bir) ədəd disk, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 252 (iki yüz əlli iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 252 (iki yüz əlli iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,995 qram və 2,215 qram təşkil edən narkotik vasitə heroin, 1 (bir) ədəd şüşə borucuq, 1 (bir) ədəd 16 kalibrli ov patronu eksperimental atəş zamanı istifadə olunduğundan həmin patronun atılmış gilizi məhv edilsin, 1 (bir) ədəd 16 kalibrli, “İjevsk” modelli, H 97983 nömrəli yivsiz ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Redmi T9” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışı əks etdirən 1 (bir) ədəd disk, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 252 (iki yüz əlli iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar