Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-445/2025 23.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X3, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi küçəsi ev 11-V-də qeydiyyatda olmaqla Sabunçu rayonu, Şəhər Şossesi döngə 1 ev 1-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs naməlum mənbədən və tarixdə bir bükümdə ümumi təmiz çəkisi 3,205 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, bir bükümdə ümumi təmiz çəkisi 1,391 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək əynindəki şalvarın cibində saxlamış və daşımış, bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs naməlum vaxtda və mənbədən satış məqsədi ilə kulli miqdarda ümumi təmiz çəkisi 3,353 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, xeyli miqdarda 1,437 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, saxlamaqla daşımış, 16 mart 2024-cü il tarixdə saat 10 radələrində əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin 0,148 qram hissəsini və xeyli miqdarda psixotrop maddə metamfetaminin 0,046 qram hissəsini bükümlərə ayıraraq Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi adlanan ərazidə tanışı Şahid1 verməklə satmış, 3,205 qram qəhvəyəri rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, xeyli miqdarda 1,391 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini özündə saxlamaqla daşımış, həmin gün saat 10 radələrində Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi döngə 1 ünvanın qarşısında özü və Emin Məmmədov şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞnə gətirilmiş, PŞ-də xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, Şahid1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 0,148 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,046 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 bükümdə ümumi təmiz çəkisi 3,205 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 bükümdə ümumi təmiz çəkisi 1,391 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, narkotik vasitələrin və psixotrop maddələrin satışında istifadə olunan üzərində narkotik vasitə heroinin izi olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. «Şəxsi axtarış və götürmə aparılması haqqında» 16 mart 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofanda olan tünd qəhvəyi rəngli və bir ədəd sellofana bükülmüş ağ rəngli kristal formalı maddələri, şalvarının sol yan cibindən ismə bir ədəd «Xiaomi» markalı mobil telefon aparatını və bir ədəd elektron tərəzini təqdim edərək bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri İran İslam Respublikası vətəndaşının kartına 180 manat pul köçürməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir.
4. «Şəxsi axtarış və götürmə aparılması haqqında» 16 mart 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Şahid1 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofanda olan tünd qəhvəyi rəngli və bir ədəd ağ kağıza bükülmüş bükülmüş ağ rəngli kristal formalı maddələri, şalvarının sol yan cibindən isə bir ədəd «Samsung A10» markalı mobil telefon aparatını təqdim edərək bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri pay qismində xx.xx.2024-cü il tarixdə dostu Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir.
5. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/1570 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N°159» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,205 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlnmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 1,391 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkildə olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir.
6. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/1569 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N°159» dairəvi möhür əksi və « Şahid1» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,148 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlnmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,046 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir.
7. «Diskə baxış keçirilməsi barədə» 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 16 mart 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin İbrahimovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Elvin İbrahimov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofanda olan tünd qəhvəyi rəngli və bir ədəd sellofana bükülmüş ağ rəngli kristal formalı maddələri, şalvarının sol yan cibindən ismə bir ədəd «Xiaomi» markalı mobil telefon aparatını və bir ədəd elektron tərəzini təqdim edərək bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri İran İslam Respublikası vətəndaşının kartına 180 manat pul köçürməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir.
8. Diskə baxış keçirilməsi barədə» 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 16 mart 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin İbrahimovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Elvin İbrahimov tərəfindən şübhəli şəxs Şahid1 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofanda olan tünd qəhvəyi rəngli və bir ədəd ağ kağıza bükülmüş bükülmüş ağ rəngli kristal formalı maddələri, şalvarının sol yan cibindən ismə bir ədəd «Samsung A10» markalı mobil telefon aparatını təqdim edərək bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri pay qismində xx.xx.2024-cü il tarixdə dostu Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir.
9. “Telefon danışıqları cədvəlinə baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokolan görünür ki, «Bakcell» GSM şirkətindən xx.xx.2024-cü il tarixli BKC/LGL- 9442/24 nömrəli müşayiət məktubu ilə daxil olmuş telefon danışıqları cədvəlinə baxış keçirilərkən SMS tarixçəsi papkasında iş üçün əhəmiyyət kəsb edən xx-xx-2024-cü il tarixdə saat 23:18:49 dəqiqətə **********86 mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********95 nömrəsinə «Qaqaw men sennen incjyende bele elemirdim ala sen vapwe knakret kusmusen Mennen ozunde gorursen ki men yetim 1 cetin dalina duwmuwem sende ele incjmisenk i hec cavab vermirsən mene hecne lazim deyil amma incikli qalma .», xx-xx- 2024-cü il tarixdə saat 23:18:49 dəqiqədə **********55 mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********95 nömrəsinə «Salam qaqa Əli di Rəsadin dosdu kola alinarimkan olsa mene yazarsanda vatcapda yada vzf atarsan qaqa», xx-xx-2024-cü il tarixdə saat 21:59:13 dəqiqədə **********98 mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********95 nömrəsinə «Qaqaş cavab verda bi qaqa bu nedi verdin mana sen bilsin o pulu nazulumnan 3 oğlan bir zulumnan tapip 0.2 atip vurdug duxda mal verm sen» mətnli SMS-lər göndərilmişdir ki, bu da iş üzrə təqsirlənqdirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edir.
10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadələrində göstərdi ki, 16 mart 2024cü il tarixdə saat 10 radələrində Sabunçu rayonu, Şəhər Şossesi 1 inzibati ərazidə xidmət apararkən 2 nəfər şəxsin şübhəli olduğunu görərək, onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələri istədilər, həmin şəxslər sənədlərinin üzərlərində olmadıqlarını bildirərək, yayınmağa çalışdıqlarından həmin şəxsləri Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etdilər. Bundan sonra həmin şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs adlı şəxslər olmaları müəyyən edildi. Bundan sonra ilk əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış keçirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bir ədəd sellofanda olan tünd qəhvəyi rəngli və bir ədəd sellofana bükülmüş ağ rəngli kristal formalı maddələri və bir ədəd elektron tərəzini təqdim edərək, bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri İran İslam Respublikası vətəndaşının kartına 180 manat pul köçürməklə şəxsi istifadəsi üçün aldığını bildirdi. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış zamanı şübhəli şəxs Şahid1 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Şahid1 bir ədəd sellofanda olan tünd qəhvəyi rəngli və bir ədəd ağ kağıza bükülmüş bükülmüş ağ rəngli kristal formalı maddələri təqdim edərək bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri pay qismində xx.xx.2024-cü il tarixdə dostu Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün götürdüyünü bildirdi. Nurlan və Elminin hansı hərəkətlərinin şübhəli gəldiyi yadında deyil. Nurlan və Elmini xidməti maşınla bölməyə aparmışdılar. Şəxsi axtarış aparılarkən iştirak etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir qeyri-prosessual hərəkət olmayıb. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir.
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadələrində göstərdi ki, 16 mart 2024cü il tarixdə saat 10 radələrində Sabunçu rayonu, Şəhər Şossesi 1 inzibati ərazidə xidmət apararkən iki nəfər şəxsin şübhəli olduğunu görərək, onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələri istədilər, həmin şəxslər sənədlərinin üzərlərində olmadıqlarını bildirərək, yayınmağa çalışdıqlarından həmin şəxsləri Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Bundan sonra həmin şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs adlı şəxslər olmaları müəyyən edildi. Bundan sonra ilk əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış keçirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bir ədəd sellofanda olan tünd qəhvəyi rəngli və bir ədəd sellofana bükülmüş ağ rəngli kristal formalı maddələri və bir ədəd elektron tərəzini təqdim edərək, bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri şəxsi istifadəsi üçün aldığını bildirdi. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış zamanı şübhəli şəxs Şahid1 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Şahid1 bir ədəd sellofanda olan tünd qəhvəyi rəngli və bir ədəd ağ kağıza bükülmüş bükülmüş ağ rəngli kristal formalı maddələri təqdim edərək bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri pay qismində xx.xx.2024-cü il tarixdə dostu Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün götürdüyünü bildirdi. Nurlan narkotik vasitəni iranlıdan aldığını bildirdi. Nurlanın üzərində telefon və elektron tərəzi də var idi. Nurlan narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirdi. Nurlandan tərəzi barədə soruşduqda, öz istifadəsi üçün ölçdüyünü bildirdi. Şəxsi axtarışdan sonra Nurlandan tərəzi barədə soruşdular. Nurlanın yanındakı şəxsin narkoman olması bəlli idi. Saxlanılan şəxsləri təhqiqatçının yanına apardılar. Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdə saxlanılıb. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir.
12. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, iki ilə yaxındı ki, narkotik vasitə istifadə edir. üç ilə yaxındır ki, Təqsirləndirilən şəxs Əlövsəd oğlu ilə dostluq edir. xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs Əlövsəd oğlu ilə görüşmüş və sonuncudan narkotik vasitə istəmiş, Nurlan ona pay qismində bir büküm kakos bir büküm patı vermişdir. O, Nurlandan həmin kakos və patını götürmüş və istifadə etmək üçün üzərində saxlamışdır. Sonra onlar birlikdə Sabunçu rayonu, Şəhər Şossesi döngə 1-də piyada hərəkət edən zaman iki nəfər şəxsi görmüşdür. Həmin şəxslər onlara yaxınlaşaraq özlərin polis əməkdaşı kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərərək şəxsiyyəti təsdiq edən sənəd istəmişlər. Üzərlərində heç bir sənəd olmadığından və ifşa olunmağından qorxaraq onlar polis əməkdaşlarından yayınmağa çalışmışlar. Lakin polis əməkdaşları onlardan şübhələndilər və 12-ci PŞ-də dəvət etmişlər. Onlar birlikdə 12-ci PŞ-nə gəlmişlər. 12-ci PŞ-də inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən o, göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitə olan Kakos və bir büküm narkotik vasitə olan patını təqdim etmişdir. Həmin şalvarın sol yan cibindən bir ədəd Samsung markalı telefon təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o, və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar.
13. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3278 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
14. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,205 qram narkotik vasitə heroin, 1,391 qram psixotrop maddə metamfetamin, Şahid1 üzərindən aşkar edilmiş 0,148 qrami narkotik vasitə heroin, 0,046 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürməni özündə əks etdirən 2 ədəd CD markalı disk, 1 ədəd «Xiaomi» və 1 ədəd «Samsung A10» markalı mobil telefon aparatları, «Bakcell» GSM şirkətindən 21,06.2024-cü il tarixli BKC/LGL-9442/24 nömrəli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd CD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,155 qram narkotik vasitə heroin, 1,341 qram psixotrop maddə metamfetamin, Şahid1 üzərindən aşkar edilmiş 0,128 qrami narkotik vasitə heroin, 0,026 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və 1 ədəd «Xiaomi» və 1 ədəd «Samsung A10» markalı mobil telefonlar maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 3 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 171-181).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
15. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Vətən müharibəsində yaralanmışdı, ağrılarına görə narkotik vasitə istifadə etmişdir. O, martın 15-i tutulmuşdur. O, qonşuda televizora baxırdı, qonşu Elmin bayıra çıxanda polis əməkdaşları onu tutmuşdu. O, Elminə zəng etdi, zəng çatmadı, sonra polis əməkdaşları qapını açıb içəri girdilər və onu saxladılar. O saxlanılarkən üzərində narkotik vasitə olmayıb. Müharibə zamanı travma almışdır. Heroin və metamfetamin istifadə edirdi. Tutulmazdan əvvəl taksi sürücüsü işləyirdi. Narkotik vasitəni Ramana qəsəbəsindən alırdı. O heç kimə narkotik vasitə verməmişdir. Elminlə birlikdə narkotik vasitə istifadə etmişlər. Narkotik vasitəni Elminlə birlikdə alırdılar. Həmin gün üzərində narkotik vasitə yox idi. Həftədə 2-3 dəfə 0.5 qram qəbul edirdi. Öz evində narkotik vasitə qəbul edirdi. Narkotik vasitə alüdəçisi olduğunu ailəsi bilmirdi. Telefonunda “whatsapp” proqramı olub. Ona qarşı fiziki təzyiq olmayıb. Onu aldatdılar ki, çəkilişdə onların istədiyi kimi desin. Bir gün polis idarəsində saxlanılmışdır. İdarədə olarkən telefonu üzərində idi. Çəkilişdə vəkil yox idi, sonra gəldi. Ona dedilər ki, çəkilişdə belə desin, o da demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
16. CM-nin 234.4.3. maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
17. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
18. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
19. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
20. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
22. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
23. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
24. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
25. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
26. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
27. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
28. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
29. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
30. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
31. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetamin və Heroin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
32. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
33. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
34. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
35. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
36. Qərarın 8-ci bəndi. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir.
37. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
38. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
39. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
40. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin başqa şəxslərlə apardığı sms yazışmaları və həmin yazışmaların mətni təsdiq edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı qarşı tərəflə əvvəlcədən razılığa gəlmiş, həmçinin narkotik vasitə satdığı şəxs tərəfindən ona narkotik vasitənin keyfiyyəti ilə bağlı irad mesajları göndərilmişdir. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və növ müxtəlifliyi olması, təqsirləndirilən şəxsin üzərindən elektron tərəzi aşkar olunması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Həmçinin məhkəmə, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi barədə ifadələrini də təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hal kimi nəzərə alır.
41. Narktoik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 24-cü bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
42. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 31-35-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
43. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilmədiyini, narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, onu polis idarəsində aldatdıqlarını, 1 gün polis bölməsində saxlanıldığını, narkotik vasitənin yalnız istifadəçisi olduğunu və Şahid1 ilə birlikdə yalnız narkotik vasitə istifadə etdiyini bildirərək özünü təqsirli bilməmişdir.
44. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin bu ifadələri öz müdafiəsinə yönələn, faktiki əsası olmayan, heç bir dəlilə söykənməyən, uydurma ifadələrdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə polis əməkdaşları tərəfindən aldadılmasına dair iddia özü-özlüyündə əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
45. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 26, 36, 37, 38, 39-cu bəndlərindəki aktlara əsasən).
46. Həmçinin məhkəmə, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrinə və üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona verilən suallara verdiyi cavablara münasibətdə qeyd edir ki, onun Nurlandan pulsuz olaraq, pay kimi, narkotik vasitə alıb, istifadə etməsi özüözlüyündə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsinə dəlalət edən haldır. Məhkəmənin gəldiyi bu qənaət Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 8-ci bəndi baxımından da əsaslıdır (Qərarın 36-cı bəndi).
47. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, Təqsirləndirilən şəxs məxsus mobil telefonda narkotik vasitələrin satışı ilə ilə bağlı mesaj mətnləri olmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.
48. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 23-cü bəndi).
49. Təqsirləndirilın şəxsin təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
50. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 17, 18, 19, 20-ci bəndləri).
51. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi əvvəllər məhkum olunmaması, ibtidai istintaq zamanı özünü təqsirli bilərək cinayətin törədilmə halları və şəraiti barədə ətraflı ifadələr verib cinayətin üstünün açılmasında iştirak etməsi müəyyən olundu.
52. Həmçinin məhkəmədə Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində iştirak etməsi, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunması, Azərbaycan Respublikasının ərazi bütovlüyünü müdafiə edərəkən “barotravma” xəsarətləri alması, xidmət keçdiyi N saylı hərbi hissənin 3-cü taborunun qərərgah rəisi tərəfindən müsbət xarakterizə olunması müəyyən olundu. Məhkəmə həmin halları təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin məhkəmədə, Təqsirləndirilən şəxs atası X6 müharibə iştirakçısı olması, Təqsirləndirilən şəxs dayısının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olması müəyyən olundu. Məhkəmə həmin halları Təqsirləndirilən şəxs ailə tərkibini müəyyən edən hallar kimi nəzərə alır.
53. Məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməsinin səbəbi, hal və şəraiti araşdırılarkən onun Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 21713 nömrəli 23 oktyabr 2021-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”-yə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi travma-“barotravma” alması müəyyən olundu. Məhkəmə hesab edir ki, bunun arzuolunmaz nəticəsi olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrə meyl etmişdir. Məhkəmə bu halı nəzərə alır.
54. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
55. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən ayrı-ayrı halların məcmusunu, ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası üçün müəyyən edilmiş aşağı həddən daha az cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası üçün müəyyən edilmiş aşağı həddən daha az cəza təyin edilməsini əsaslı sayır.
56. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 21-ci bəndi).
57. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 18 mart 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 22, 27 və 28-ci bəndləri).
58. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 16 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
59. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
60. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,155 qram narkotik vasitə heroin, 1,341 qram psixotrop maddə metamfetamin, Şahid1 üzərindən aşkar edilmiş 0,128 qrami narkotik vasitə heroin, 0,026 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzinin məhv edilməli, 1 ədəd «Xiaomi» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 1 ədəd «Samsung A10» markalı mobil telefon Şahid1 qaytarılmalı, 3 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 29-cu bəndi).
61. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (qərarın 13-cü bəndi).
62. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 30-cu bəndi). Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardıma görə “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 510 (beş yüz on) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X5 və Tədris mərkəzinin hesabına ödənilməli, Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmalıdır.
63. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların məcmu halında olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 16 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 110 ( yüz on ) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ekspertiza xərcələrini təşkil edən 110 ( yüz on ) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 510 (beş yüz on) manat pul vəsaiti, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 3,155 qram narkotik vasitə heroin, 1,341 qram psixotrop maddə metamfetamin, Şahid1 üzərindən aşkar edilmiş 0,128 qram narkotik vasitə heroin, 0,026 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsinlər. 01 ədəd «Xiaomi» markalı mobil telefon Təqsirləndirilən şəxs iradəsinə uyğun olaraq yaxın qohumlarına, 01 ədəd «Samsung A10» markalı mobil telefon isə Şahid1 qaytarılsın. 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən hakim: Novruz Kərimov
Hakimlər Rasim Sadıxov
Leyla Əsgərova-Məmmədova