Məhkəmə qərarları › İş №1(101)-446/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-446/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-446/2021 30.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə xx xxxxx 1983-cü ildə Füzuli rayonunda doğulmuş, Azəbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx xxxx 1994-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1, 18 iyul 2020-ci il tarixdə, saat 15:25-də ünvan 2 ünvanında yerləşən «Happy» otelinin qarşısında Təqsirləndirilən şəxs2 250 manat müqabilində aldığı «Parlament Carat» sözləri yazılmış siqaret qutusunun içərisində olan şəffaf sellofana bükülmüş bir büküm külli miqdarda təmiz çəkisi 9,938 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlamaqla, daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 37ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında saxlanılaraq 37-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində üzərində keçirilmiş axtarış zamanı, əynində olan qara rəngli şalvarın sağ cibindən şəffaf sellofana bükülmüş bir büküm külli miqdarda təmiz çəkisi 9,938 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 18 iyul 2020-ci il tarixdə, saat 02 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin əldə edərək üzərində saxlamaqla ünvan 2 ünvanında yerləşən «Happy» otelinə daşımış, həmin gün üzərində «Parlament Carat» sözləri yazılmış siqaret qutusunun içərisində olan şəffaf sellofana bükülmüş bir büküm külli miqdarda təmiz çəkisi 9,938 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini «Happy» otelinin qarşısında tanışı Təqsirləndirilən şəxs1 250 (iki yüz əlli) manata satmış və saat 15:25-də daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ- nin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında saxlanılaraq 37-ci PŞ-nin inzibati binasına gətirilərək üzərində keçirilmiş axtarış zamanı əynində olan açıq göy rəngli şalvarın sağ cibindən Təqsirləndirilən şəxs1 satdığı psixotrop maddə metafetaminin müqabilində aldığı bir ədəd A92930443 nömrəli yüz manatlıq, bir ədəd A42069187 nömrəli yüz manatlıq və bir ədəd A55691520 nömrəli əlli manatlıq əskinaslar olmaqla ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitənin aludəçisidir və son zamanlar «şüşə» kimi adlandırılan, psixotrop maddə olan metafetamin qəbul edir. Təqsirləndirilən şəxs2 bir neçə müddətdir ki, tanıyır, onunla aralarında normal münasibətlər vardır. O da narkotik vasitələrdən istifadə edir. O Kənandan narkotik vasitə almamışdır. 18 iyul 2020-ci il tarixdə, təxminən saat 14 radələrində Kənan ona zəng edərək bildirmişdir ki, psixotrop maddə metafetamini satan adam var və Xətai rayonu, Neftçilər Xəstəxanasının arxasında yerləşən «Happy» otelin qarşısına getmək üçün Şahid1 zəng etmiş, Səbuhinin idarə etdiyi «Hyundai Elantra» markalı, avtomobillə təxminən saat 15 radələrində «Neftçilər» Xəstəxanasının arxasına getmişdir. Orada Səbuhidən xahiş etmişdir ki, onu bir neçə dəqiqə gözləsin işlərini yekunlaşdırıb qayıdacaqdır. Bundan sonra avtomobildən düşərək «Happy» otelin qarşısında Kənanla görüşmüş və orada Nicat adlı şəxsdən metafetamini almışdır. O, Səbuhiyə yaxınlaşan zaman polis əməkdaşları onlara yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmişlər, daha sonra onu, Səbuhini, Kənanı və Kənanın yanında olan bir nəfər qızı 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis idarəsində o üzərində olan bir büküm psixotrop maddə metafetamini polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, bir neçə müdətdir ki, psixotrop maddə olan metafetamin qəbul edir. Həmin psixotrop maddə olan metafetamini dostu X1 əldə edir. Belə ki, Nicat həmin psixotrop maddə olan metafetaminin satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs1 bir neçə müddətdir ki, tanıyır, aralarında normal münasibətlər vardır. Hadisədən əvvəl Səfaillə görüşən zaman ondan xahiş etmişdir ki, şəxsi istifadəsi üçün ona psixotrop maddə olan metafetamin lazımdır. Belə ki, Səfail də onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş və bu səbəbdən ondan belə bir xahiş etmişdir. O da söz vermişdir ki, dostu Nicatdan soruşar onda olarsa xəbər edər. Bundan başqa Şahid2 ilə təxminən dörd il bundan əvvəl tanış olmuş və aralarında yaxın münasibətlər vardır. Ayşəmlə birlikdə də bir neçə dəfə psixotrop maddə olan metafetamin istifadə etmişlər. 13 iyul 2020-ci il tarixdə o, Ayşəmlə birlikdə qalmaq üçün ünvan 2 ünvanında yerləşən «Happy» otelinə getmiş orada qalmağa başlamışlar. 14 iyul 2020-ci il tarixdə o, Ayşəmlə birlikdə olan zaman onlar Əhmədli qəsəbəsinə getmiş və «Bakı kinotetrı»nm yaxınlığında Nicatla görüşmüşlər. Həmin vaxt o, Nicata qaldıqları otelə gəlməyi təklif etmiş və Nicat onun təklifi ilə razılaşaraq onlarla birlikdə otelə getmişdir. Qaldıqları otağa daxil olduqdan sonra Nicat özündə olan psixotrop maddə olan metafetamini çıxarmış və onlar üçü ondan istifadə etmişlər. Daha sonra Nicat çıxıb getmiş və o, Ayşəmlə birlikdə oteldə qalmışdır. Bundan bir neçə gün sonra Nicat yenə də qaldıqları otelə gəlmiş və onlar yenə də birlikdə, yəni Nicatın gətirdiyi psixotrop maddə olan metafetamindən istifadə etmişlər. 18 iyul 2020-ci il tarixdə gecə saat 02 radələrində o, Ayşəmlə birlikdə Əhmədli qəsəbəsinə gəlmiş və «Bakı kinotetrı»nın yaxınlığında Nicatla görüşmüşlər. Həmin vaxt Nicatın yanında sevgilisi Fidan da olmuşdur. Onlar birlikdə olan zaman o, təklif etmişdir ki, dördü də, qaldıqları otelə getsinlər və bir yerdə orada əylənsinlər. Nicat təkliflə razılaşmış və Fidanla birlikdə öz avtomobili ilə onların qaldıqları otelə tərəf hərəkət etmişlər. O isə Ayşəmlə birlikdə onun idarə etdiyi avtomobillə getmişlər. O, Ayşəmlə birlikdə otelə çatdıqdan sonra Nicat gəlmiş o, Nicata bildirmişdir ki, Səfail adlı tanışı var və ona metafetamin almaq istəyir. Nicatla avtomobilin yanına getmişlər. Saat təxminən 15 radələrində Nicat avtomobilin arxa yük yerini açaraq psixotrop maddə olan metafetamindən elektron tərəzi vasitəsi ilə çəkmiş və Bundan bir qədər sonra Səfail gəlmiş və Nicatdan metafetamini almışdır. Bir neçə dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmişlər, daha sonra onu, Ayşəmi, Səfaili və Səfailin yanında olan adı sonradan ona məlum olan Səbuhi adlı şəxsi 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt Nicat onların polis əməkdaşları tərəfindən tutulduqlarını gördüyü üçün oteldən qaçaraq getmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, heç vaxt narkotik vasitə satmamış, özü istifadə edəndir, üzərindən aşkar olunan pul özünə məxsusdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Nizami Rayon Polis İdarəsinin 37-ci Polis bölməsinin sahə rəisi vəzifəsində çalışır. Səfail adlı şəxsin qanunsuz olaraq narkotik maddələrin qəbuli ilə məşğul olması barədə məlumat daxil olmuşdur. 2020-ci ilin iyul ayının 18-də əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyatr tədbiri nəticəsində həmin gün saat 15 radələrində Səfail adlı şəxsi Xətai rayonunda yerləşən “HAPPY” oteldə nömrə götürərək qaldığı yerdə saxlanılıb bölməyə gətirilmişdir. Daha sonra polis əməkdaşları Kənanla və Ayşəni polis bölməsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı və video çəklişlə Səfailin üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman Səfailin şalvarın sol cibindən bir ədəd telefon və həmin şalvarın sağ cibində siqarət qutusu aşkar olunmuşdur. Siqaret qutusuna baxış keçirilən zaman, qutunun içərisindən bir əddəd şəffaf sallofana bükülmüş bir büküm kristal formalı kütlə aşkar olunmuş, sorgu zamanı Səfail bildirmişdir ki, həmin maddə metafetamindir və həmin maddəni otelin yanında Kənan adlı şəxsdən 250 manata almışdır. Daha sonra digər şəxsin, Kənanın üzərində axtarış keçirilən zaman onun üzərində hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra aşkar olunmuş əşyaları qablaşdıraraq protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayının 18 də, saat 17:30 radələrində “Happy” otelin qarşısından keçən zaman iki nəfər polis əməktaşları ona yaxınlaşmış və bildirmişlər ki, “Happy” otelin otağında keçiriləcək baxışda hal şahidi kimi iştrak etməlidir, o, razılaşmış və daha sonra ona hüquq və vəzifələr izah olunmuşdur. Sonra digər hal şahidlərlə birgə o “Happy” otelin 206 nömrəli otağına daxil olmuşlar, polis əməktaşları otağa baxış və axtarış keçirmişdir. Baxış keçirilən zaman otağdan heç bir qanunsuz əşya aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid6 Firudin oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayının 18 də təxminən saat 19:00 radələrində qardaşı Samir ilə birlikdə ünvan 3 ünvanının qarşısından keçən zaman, onlara iki polis əməktaşı yaxınlaşaraq bildirmişlər ki, ünvan 3 də keçiriləcək baxışda şahid qismində iştrak etsinlər. Onlar razılaşdıqdan sonra hüququ və vəzifələri izah edilmiş, sonra polis əməktaşlarının və onların iştrakları ilə qeyd olunan ünvana yaxınlaşmışlar. Onlar həmin ünvana çatan zaman qapını bir nəfər açmışdır. Sonra məlum olmuşdur ki, bu şəxs Kənan adlı şəxsin anasıdır. Sonra polis əməktaşları və onların iştrakı ilə mənzilə baxış və axtarış keçirilmiş, axtarış bitdikdən sonra mənzildə heç bir qanunsuz əşya aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 18 iyul 2020-ci il tarixdə təxminən saat 16 radələrində polis əməkdaşları ona zəng edərək oğlu Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik maddə ilə məşğul olması barədə məlumat verib şübhəli şəxs qismində tutulmasını bildirmişlər. Bir neçə müddətdən sonra polis əməkdaşları iki nəfər tanımadığı mülki geyimli şəxslərlə birlikdə yaşadığı mənzilə gəlmişlər, həmin mülki geyimli şəxslərin hal şahidləri olduqlarını bildirib mənzilə baxış keçiriləcəyini demişlər. Polis əməkdaşları hal şahidlərinin iştirakı ilə mənzilə baxış keçirmişlər. Lakin baxış zamanı mənzildən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakıçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik maddələrin qəbulu və satışı ilə məşğul olması barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə təxminən dörd il bundan əvvəl tanış olmuşdur. Təxminən üç ildir ki, narkotik vasitə marixuana və «şüşə» kimi adlandırılan narkotik vasitədən istifadə edir. Həmçinin Kənanla birlikdə də bir neçə dəfə «şüşə» kimi adlandırılan narkotik vasitədən istifadə etmişdir. Təxminən bir aydır ki, Nicat adlı şəxsi Kənanın dostu kimi tanıyır və Kənan Nicatdan «şüşə» kimi adlandırılan narkotik vasitə almışdır. 13 iyul 2020-ci il tarixdə, Kənanla birlikdə Bakı şəhəri, Xətai rayonunda yerləşən oteldə qalmışlar. 14 iyul 2020-ci il tarixdə, Kənanla birlikdə olan zaman Əhmədli qəsəbəsinə gəlmişlər və «Bakı kinotetrı»nın yaxınlığında Nicatla görüşmüşlər. Həmin vaxt Kənan Nicata qaldığıqları otelə gəlməyi təklif etmiş və Nicat Kənanın təklifi ilə razılaşaraq birlikdə otelə gəlmişlər. Qaldıqları otağa daxil olduqdan sonra Nicat özündə olan narkotik vasitə «şüşə»ni çıxarıb və üçü istifadə etmişlər. Daha sonra Nicat çıxıb getmiş və o, Kənanla birlikdə oteldə qalmışlar. Bundan bir neçə gün sonra Nicat yenə də qaldıqları otelə gəlmiş və yenə də birlikdə Nicatın gətirdiyi narkotik vasitə «şüşə»dən istifadə etmişlər. 18 iyul 2020-ci il tarixdə gecə saat 02 radələrində, Kənanla birlikdə Əhmədli qəsəbəsinə gəlmiş və «Bakı kinotetrı»nın yaxınlığında Nicatla görüşmüşlər. Həmin vaxt Nicatın yanında sevgilisi Fidan da olmuşdur. Onlar birlikdə olan zaman Kənan təklif etmişdir ki, dördü də, qaldıqları otelə getsinlər və bir yerdə orada əylənsinlər. Nicat təkliflə razılaşmış və Fidanla birlikdə öz avtomobili ilə qaldıqları otelə tərəf hərəkət etmişlər. Kənanla birlikdə otelə çatdıqdan sonra Nicat gəlmiş, lakin Fidan onunla olmamışdır. Bundan sonra Nicat Kənana narkotik vasitə olan «şüşə» vermiş, özü isə otaqda yatmışdır. O da digər otaqda yatmış, lakin, Kənan həmin «şüşə»dən özü tək istifadə etmişdir. Saat təxminən 15 radələrində Kənan onu yuxudan oyadaraq polislərin gəldiyini və ona da hazırlaşmasını deyib getmişdir. O isə Nicatla birlikdə otaqda tək qalmışdır. Həmin vaxt Nicat birlikdə qaçmağı təklif etsə də, Nicatla razılaşmamış və hamam otağına keçərək əl üzünü yumuşdur. Hamam otağından çıxdıqdan sonra isə Nicatın otaqda olmadığını və getdiyini görmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2007-ci ildən Əhmədli qəsəbəsindən tanıyır, lakin onunla sıx münasibəti olmamışdır. «Hyundai Elantra» markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobili günü 50 (əlli) manat olmaqla «xxxx» MMC-dən icarəyə götürüb idarə etmişdir. 18 iyul 2020-ci il tarixdə təxminən saat 14 radələrində Səfail öz istifadəsində olan 055 ***-**-** GSM nömrəsindən onun istifadəsində olan 070 ***-**-** GSM nömrəsinə zəng edərək harada oluğunu və avtomobili olub-olmamasını soruşmuşdur. O isə bildirmişdir ki, Rentacardan avtomobil götürmüş və həmin avtomobili hazırda təhvil vermək üçün aparır. Həmin vaxt Səfail vacib işinin olduğunu və onu «Neftçilər» Xəstəxanasının yaxınlığına aparmağı, həmçinin Əhmədli qəsəbəsinə qaytarmasını xahiş etmişdir. O, əvvəlcə etiraz etsə də, Səfail təkid etdiyi üçün sonuncu ilə razılaşmış və Bakıxanov qəsəbəsində yerləşən «Buta» marketin qarşısında Səfaillə görüşərək birlikdə təxminən saat 15 radələrində «Neftçilər» Xəstəxanasının yanma gəlmişdir. Xəstəxanın arxasında avtomobili saxladıqdan sonra Səfail avtomobildən düşərək getmiş və ondan xahiş etmişdir ki, bir neçə dəqiqəlik onu gözləsin və işini bitirib qayıdacaqdır. O da Səfailin xahişi ilə orada gözləmişdir. Təxminən 10 dəqiqədən sonra Səfail ona yaxınlaşmış və həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq, Səfaillə birlikdə onu Xətai RPİ-nin 37-ci PŞ-yə aparmışlar. Həmin vaxt ona məlum olmuşdur ki, Səfail 250 manat müqabilində Kənan adlı şəxsdən narkotik vasitə olan «şüşə» almışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, lakin təxminən iki ay əvvəl narkotik vasitə olan marxuana çəkmişdir. Həmin narkotik vasitə olan marixuananı tanımadığı şəxsdən alıb istifadə etmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 psixotrop maddə metafetamin alan zaman o, idarə etdiyi avtomobildə Səfaili gözləmişdir. Səfail ona heç vaxt narkotik vasitə satmamış, o, sonuncudan heç vaxt narkotik vasitə almamış və Səfailin kiməsə narkotik vasitə satmasının şahidi olmamışdır İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından ünvan 2 ünvanında yerləşən «Happy» oteldə iş icraçısı işləyir. 13 iyul 2020-ci il tarixdə gecə saat 03 radələrində Kənan adlı şəxs, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs2 otelə daxil olaraq qalmaq üçün otaq sifariş vermişdir. Onun sifarişi əsasında otelin ikinci mərtəbəsində yerləşən 206 №-li otağı, sutkası 40 (qırx) manat olmaqla təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 bir nəfər tanımadığı qızla birlikdə həmin otaqda qalmışlar. Sonuncular 13 iyul 2020-ci il tarixdən 18 iyul 2020-ci il tarixə kimi olan müddətdə sutkası 40 manat olmaqla, ümumilikdə 200 manat məbləğində pul ödəyib 206 №-li otaqda qalmışlar. 18 iyul 2020-ci il tarixdə təxminən saat 15 radələrində polis əməkdaşları otelə daxil olaraq Təqsirləndirilən şəxs2 qaldığı otağı soruşmuş və o, bildirmişdir ki, sonuncular 206 №-li otaqda qalırlar. Bundan sonra polis əməkdaşları tərəfindən həmin otağa baxış keçiriləcəyi bildirilmiş və o, ərizə yazaraq buna etiraz etmədiyini qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 və sonuncunun yanında olan tanımadığı qız polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 37-ci PŞ-yə aparılmış, bundan sonra otelin 206 №-li otağına hal şahidi qismində dəvət olunmuş iki nəfər tanımadığı mülki geyimli şəxslərlə birlikdə baxış keçirilmişdir. Lakin baxış zamanı həmin otaqdan hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakıçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 19 iyul 2020-ci il tarixli, 6/1335 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN-ə məxsus “Zərflər üçün №153” möhür əksi və “ Nuriyev Səf ail Qasım oğlunun üzərindən aşkar olunub götürülmüş...” və s. yazılar olan zərfdəki 01 ədəd siqaret qutusunda 01 ədəd bükümdə təmiz çəkiləri 9.938 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 07 sentyabr 2020-ci il tarixli 2458 nömrəli rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 07 sentyabr 2020-ci il tarixli 2466 nömrəli rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir büküm 9,938 qram psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd A92930443 nömrəli yüz manatlıq, bir ədəd A42069187 nömrəli yüz manatlıq və bir ədəd A55691520 nömrəli əlli manatlıq əskinaslar olmaqla ümumilikdə 250 (iki yüz əlli) manat, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk, eyni zamanda Azərbaycan Respublikası DİN-in Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd «CD» disk iş üzrə maddi sübut qismində tanınmış, təqsirləndirilən şəxslərin cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 9,888 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd A92930443 nömrəli yüz manatlıq, bir ədəd A42069187 nömrəli yüz manatlıq və bir ədəd A55691520 nömrəli əlli manatlıq əskinaslar olmaqla ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində pul, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk, eyni zamanda Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd «CD» diskin isə iş materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu onlara elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətmələri kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Xətai Rayon Məhkəməsinin 01.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il sınaq müddəti müəyyən edilməklə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11.05.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək, ona 01 (bir) il sınaq müddəti müəyyən edilməklə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası şərti olaraq və 300 (üç yüz) manat miqdarında cərimə növündə cəza tətbiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində çəkilməmiş cəzaları qalmamış və məhkumluqları ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqlarının olmaması, cinayət əməlini etiraf edib səmimi peşimançılıq hislərini keçirmələrini onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməllərində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 18 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşlar. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onların şübhəli şəxs qismində tutulduqları, yəni 18 iyul 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Xətai RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 9,888 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin satışından əldə olunmuş bir ədəd A92930443 nömrəli yüz manatlıq, bir ədəd A42069187 nömrəli yüz manatlıq və bir ədəd A55691520 nömrəli əlli manatlıq əskinaslar olmaqla ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində pul dövlət nəfinə müsadirə olunmalıdır. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk, eyni zamanda Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd «CD» disk iş materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 109,90 (bir yüz doqquz manat doxsan) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında müştərək qaydada bölünməklə 54,95 (əlli dörd manat doxsan beş) manat Təqsirləndirilən şəxs1 və 54,95 (əlli dörd manat doxsan beş) manat Təqsirləndirilən şəxs2 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi3, yardım göstərdikləri üçün dövlət büdcəsinin hesabından Müdafiəçi2 yardım göstərdiyi üçün 240 (iki yüz qırx) anat, Müdafiəçi3 yardım göstərdiyi üçün 300 (üç yüz) manat Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına, Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 570 (beş yüz yetmiş) manat pul ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi möalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın.. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi möalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın.. İş üzrə maddi sübut olan və Xətai RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 9,888 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin məhv edilsin. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin satışından əldə olunmuş bir ədəd A92930443 nömrəli yüz manatlıq, bir ədəd A42069187 nömrəli yüz manatlıq və bir ədəd A55691520 nömrəli əlli manatlıq əskinaslar olmaqla ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində pul dövlət nəfinə müsadirə olunsun. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk, eyni zamanda Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd «CD» disk iş materiallarında saxlanılsın. İş üzrə evkspertiza xərcləri 109,90 (bir yüz doqquz manat doxsan) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında müştərək qaydada bölünməklə 54,95 (əlli dörd manat doxsan beş) manat Təqsirləndirilən şəxs1 və 54,95 (əlli dörd manat doxsan beş) manat Təqsirləndirilən şəxs2 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Müdafiəçi1, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 570 (beş yüz yetmiş) manat, Müdafiəçi2 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat, Müdafiəçi3 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı vəkil bürosunun hesabına 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar