Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-446/2025 17.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X5 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi, eyni zamanda zərərçəkmiş şəxs Qanuni nümayəndə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Dənizkənarı küçəsində nömrəsiz evdə yaşamış, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyanı tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorun tətbiq ediləcəyi hədəsi ilə basqın edərək quldurluq etmişdir. Belə ki, o, X6 və X13 ilə birlikdə 4 may 2023-cü il tarixdə saat 08 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarındakı cinayətkar sövdələşməyə əsasən Zərərçəkmiş şəxs1 ilə dostluq münasibətləri yaratmaqla basqın edərək talayacaqları sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə getmiş, həmin ünvanda hücuma məruz qalmış şəxs Zərərçəkmiş şəxs1 əl və ayaq zərbələri ilə vurmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq etməklə silah qismində istifadə edilən bıçaqla belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib evin birinci mərtəbəsində yerləşən qadın salonundakı dolabdan Qanuni nümayəndə məxsus 180 manat dəyərində üzərində mirvari qaşlar olan bir ədəd gümüş boyunbağı və bir ədəd gümüş qolbaqdan ibarət dəsti, evin ikinci mərtəbəsindəki yataq otağından çarpayının döşəyinin altındakı “Quran qabı”nın içərisindən 2200 manat pulu, həmin dövrün məzənnəsi ilə 1190 manat təşkil edən 700 ABŞ dolarını, 183 manat 25 qəpik təşkil edən 100 avro məbləğində pulu ələ keçirmiş, Təqsirləndirilən şəxs həmin yataq otağında dolabdakı xəzin cibindən hər biri 100 manat olan 02 ədəd 585 əyyarlı 200 manat dəyərində qızıl üzüyü, 01 ədəd 585 əyyarlı 325 manat dəyərində qızıl qolbağı, 250 manat dəyərində 01 ədəd 585 əyyarlı qızıl boyunbağını ələ keçirməsinə şərait yaradıb əldə edilmiş pulu və zinət əşyalarını aralarında bölüşdürməklə ümumilikdə zərərçəkmiş şəxs Qanuni nümayəndə 4528 manat 25 qəpik ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə danışdıqdan sonra Aslan və Şahlarla birlikdə çay içmək üçün zərərçəkmiş şəxsin yaşadığı Hövsan qəsəbəsində yerləşən evlərinə qonaq getmiş, evdə söhbət edən zaman aralarından bir nəfər evdəki pulları götürmüşdür. Aslan əvvəllər Hüseyngildə bir neçə dəfə olmuşdur. Zərərçəkmiş şəxs1 hər kəs tərəfindən təzyiq olunsa da heç birində bıçaq olmamışdır. Onlar Hüseynə qışqıraraq təzyiq etmişlər. Əldə edilmiş razılığa əsasən onlar Hüseyngilə pul oğurluğu üçün getmiş, pulları növbə ilə axtarmağa başlamışlar. Pulları əvvəlcə özü axtarmağa başlamışdır. Pulları tapa bilməyəndə Aslan Hüseynə qışqıraraq evdə olan pulların yerinin göstərməsini tələb etdikdən sonra Hüseyn yataq otağında “Quran qabı”nın içindəki pulların yerini onlara göstərmişdir. Evdən 100 avro və 4000 manat pul götürmüşlər. Əldə etdiyi pulları xərcləmiş və vurulmuş maddi ziyanın ödənilməsi istiqamətində hər hansı bir hərəkət etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadə verərək göstərmişdir ki, hadisədən bir həftə öncə Təqsirləndirilən şəxs oğlunun telefonuna səsli mesaj göndərərək onun videolarını “tiktok” sosial şəbəkəsində gördüyünü və dostluq etmək istədiyini bildirmişdir. Hüseyn “tiktok” sosial şəbəkəsində “vorovskoy” videolar paylaşmışdır. İşə gedən zaman Aslan, Şahlar və Ramiz evlərinə gələrək Hüseyni döymüş, evdə olan pulları götürmüşlər. Evdə Təqsirləndirilən şəxs narkotik vasitə də istifadə etmişdir. Bundan sonra evə gələn şəxslər evdə olan əşyaların yerini soruşmuşlar. Hüseynə bıçaq vasitəsilə təzyiq edilmiş, sonuncunun bədənində cüzi bıçaq cızıqlarının olmasını müşayiət etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs1 Elşən oğlunun hazırki cinayət işinin ayrıldığı X2 və X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirləndirildikləri cinayət işi üzrə məhkəmə baxışında verdiyi ifadələrindən görünür ki, X4 “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanımış, əvvəl ona özünü “Ağaəli” kimi tanıtmışdır. Ramiz, Şahlar və Aslan evə gəlmişlər, sonra yuxarı qalxıb çay içmişlər. Daha sonra Şahlar narkotik vasitələrdən istifadə etdikdən sonra ona evdə pul olduğunu deyib pulu istəmişdir. O, evdə pulun olmadığını dedikdə Şahlar bıçaqla onu hədələdikdə o da qorxub evdə, Quran qabının içərisində olan pulu Şahlara vermişdir. Hadisə 25 may 2023-cü il tarixdə, yaşadıqları ünvan, Maştağa qəsəbəsində baş vermişdir. Aslan da onların evinə gəlmişdir. Şahlar bıçaqla hədələyən zaman Aslanın görüb-görmədiyini bilmir. Təqsirləndirilən şəxslərin birinin, yəni Şahların əlində bıçaq olması, digərinin də pulu götürməsi doğrudur. Ramiz adlı şəxsin vasitəçiliyi ilə Şahlarla Aslan da onların evinə gəlmişdilər. X15 da gələcəyini demişdi. Hadisə olan zaman onun on yaşı olmuşdur. Şahlarla heç bir şərtlə barışmır. Aslanla isə barışmışdır. Şahlar ona zəng edib evə yanında bir şəxsi də gətirəcəyini dedikdə gəlmələrini demişdi. Aslanla pul ilə əlaqədar danışmamışlar. İstintaqda verdiyi ifadəni qəbul edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 24 may 2023-cü il tarixli ərizədən görünür ki, vətəndaş Qanuni nümayəndə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək yaşadığı evdən oğlu Hüseyn tərəfindən 2200 manat, 700 ABŞ dolları və 100 euro oğurlandığı barədə məlumat vermişdir ( cild 1, iş vərəqi 10). 24 may 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evi giriş qapısı küçəyə açılır və iki mərtəbədən ibarətdir. İkinci mərtəbə bir zaldan və üç otaqdan ibarətdir. Yataq otağının dolablarının qapısı açıq vəziyyətdə və əşyaların çarpayının üzərində olması müşahidə edilir (cild 1, iş vərəqi 11- 14). 28 iyun 2023-cü il tarixli üzləşdirmə protoklundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs, Şahlar Niftəliyev və Aslan Orucov tərəfindən yaşadığı ünvanda döyülərək bıçaqla hədələnməsini, Şahlar Niftəliyev tərəfindən bir ədəd gümüş boyunbağı və bir ədəd üzərində mirvari qaşlar olan qolbaqdan ibarət dəstin evin birinci mərtəbəsində yerləşən salondan, 2200 manat, 700 ABŞ doları, 100 avro məbləğində pulun evin birinci mərtəbəsində yerləşən Qanuni nümayəndə yataq otağındakı Quran qabının içərisindən götürülməsini, həmin otaqda dolabda anası Qanuni nümayəndə xəzinin cibindən onun iki ədəd 585 əyyarlı qızıl üzüyü, bir ədəd 585 əyyarlı qızıl qolbağı, bir ədəd 585 əyyarlı qızıl boyunbağını götürməsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 1, iş vərəqi 192-196). 20 avqust 2023-cü il tarixli görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs, X7 və X13 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 08 radələrində yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində çəkildiyi videoya baxış keçirilmiş, həmin vidoeda X8 Ramiz Baba oğlu, X7 və X13 tərəfindən döyülməsi, bıçaqla hədələnməsi, onun təsir altında “patı” kimi tanınan psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması, həmçinin ifadənin yerində yoxlanması zamanı müəyyən edilmiş sözü gedən evdə Rövşən İsgəndərlinin anası Qanuni nümayəndə yataq otağının dolabının qapısının açıq olması ilə bağlı görüntülər təsdiqini tapmışdır (cild 1, iş vərəqi 216-217). 13 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılmış və ifadənin yerində yoxlanması zamanı sonuncu istintaq zamanı vermiş olduğu ifadəsini hadisə yeri olan yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsi yaşayış massivi, nömrəsiz evdə əyani olaraq bir daha təsdiq edərək Ramiz, Şahlar və Aslan adlı şəxslər tərəfindən videosunun çəkildiyi həmin ünvanda döyülməsi və bıçaqla hədələnməsi yerini, Şahlar Niftəliyev tərəfindən bir ədəd gümüş boyunbağı və bir ədəd üzərində mirvari qaşlar olan qolbaqdan ibarət dəstin götürüldüyü evin birinci mərtəbəsində yerləşən salonu, 2200 manat, 700 ABŞ dolları, 100 avro məbləğində pulun götürüldüyü evin birinci mərtəbəsində yerləşən Qanuni nümayəndə yataq otağındakı, həmçinin həmin otaqda Təqsirləndirilən şəxs iki ədəd 585 əyyarlı qızıl üzüyü, bir ədəd 585 əyyarlı qızıl qolbağı, bir ədəd 585 əyyarlı qızıl boyunbağını götürdüyü yerləri göstərmişdir ( cild 2, iş vərəqi 61-64). 29 may 2024-cü il tarixli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 235-236). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqi 217-218). Bakı şəhər Probasiya İdarəsinin 27 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həmin cəzasını bugünə kimi çəkməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə, X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. 8 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs, X6 və X13 tərəfindən 24 may 2023-cü il tarixdə saat 08 radələrində yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində çəkildiyi videonu özündə əks etdirən bir ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir( cild 2, iş vərəqi 237-248). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuşdur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqına görə cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulsa da, qeyd olunan əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə 181.2.5-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Pelnumunun 3 mart 2005-ci il tarixli qərarının 10-cu bənində əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərara əsasən törədilmə üsuluna görə soyğunçuluq və quldurluq cinayətlərinin bir birindən fərqləndirilmə meyarı kimi zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə nəzərə alınmaqla həll edilməsi məsələsi əsas götürülmüşdür. Məsələn, zərərçəkmişi köməksiz vəziyyətə salmaq üçün onun iradəsinə zidd, yaxud aldatma yolu ilə orqanizminə güclü təsiredici, zəhərli və ya bihuşedici vasitələr yeridilməsi quldurluq, həmin məqsədlə zərərçəkmiş şəxsin orqanizminə onun həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan vasitələr, maddələrin yeridilməsi nəticəsindən asılı olaraq, zor tətbiq etməklə törədilən soyğunçuluq kimi , silahın yalnız nümayiş etdirilməsi və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələməsi və ya silah tətbiq etmə görüntüsü yaratması (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi, zərərçəkmiş şəxsin silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşdüyü təqdirdə əməlin soyğunçuluq kimi tövsif edilməsi müəyyən edilmişdir. Bundan başqa qərarda göstərilir ki, zərərçəkmişin zorakılıqla azadlığı məhdullaşdırılarkən şəxsin hərəkətində soyğunçuluq və ya quldurluq cinayətinin olması, zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmişin soyuq otaqda və ya kamerada saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Bundan başqa, quldurluq və soyğunçuluq cinayət əməlləri bir birindən bitmə anına görə fərqlənir. Belə ki, yuxarıda göstərilən Ali Məhkəmənin Plenum Qərarının 7-ci bəndinə əsasən quldurluq cinayətinin bitmə anı əmlakın götürülüb götürülməməsindən asılı olmayaraq zərərçəkmiş şəxsin əmlakının talanması məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılsa da soyğunçuluq cinayəti təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) bitmiş hesab edilir. Həmin Qərarın beşinci bəndinin məzmunundan aydın olur ki, təqsirləndirilən şəxsin açıq talama ilə bağlı hərəkətləri, yəni soyğunçuluq əməli həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda əməl quldurluq kimi tövsif edilməlidir. Göründüyü kimi quldurluq əməli iki obyektə –mülkiyyət və insan həyat və sağlamlığınin qorunması ilə bağlı ictimai münasibətlərə qəsd etdiyi etdiyindən cinayətin bitmə anı basqın andan başa çatır, soyğunçuluq əməli isə hətta zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olmayan zorakılıqla müşayiət edildiyi təqdirdə belə əmlak ələ keçirilə bilərsə bitmiş hesab olunur, talanmalı əmlak ələ keçirilə bilmədiyi təqdirdə isə təqsirləndirilən şəxsin əməli davam etdirilərək həyat və sağlamlıq üçün təhlükəli olan zorakılığa çevrildiyi və ya belə zorakılıq hədəsi ilə müşayiət edildikdə əməl quldurluq cinayət kimi tövsif edilir. Məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, cəzaların məqsədlərinə nail olunmasının mümkünlüyü nöqteyi nəzərindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir ) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə tutulmuş (cild 1, iş vərəqi 99), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyun 2023-cü il qərarı ilə dərhal həbsdən azad edilmiş (cild 1, iş vərəqi 184-188), 28 iyun 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 189-190). Təqsirləndirilən şəxs barəsində 22 yanvar 2024-cü il tarixində axtarış elan edilmiş ( cild 2, iş vərəqi 160-161), 25 may 2024-cü il tarixində tutulmuş (cild 2, iş vərəqi 167), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 192-198). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət, onun həbsdə saxlama müddətinə daxil edilir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158.2.1-ci və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 26 iyun 2023-ci il tarixdən 28 iyun 2023-cü il tarixədək həbsdə olduğu müddət ona təyin olunacaq cəzadan çıxılmalı, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 may 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs, X6 və X13 tərəfindən 24 may 2023-cü il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində çəkildiyi videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği 4528 (dörd min beş yüz iyirmi səkkiz) manat 25 (iyirmi beş) qəpik təşkil edir. Vurulmuş zərər ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 54 (əlli dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi ödənilməsi məqsədilə işlədiyi Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun hesabına 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 2 (iki) ay 28 ( iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə hazırki hökmlə təyin edilmiş 8(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyun 2023-cü ildən 28 iyun 2023-cü ilədək tutulduğu müddət ona təyin edilmiş 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 8 (səkkiz) il 11(on bir) ay 28 ( iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut: - Təqsirləndirilən şəxs, X6 və X13 tərəfindən 24 may 2023-cü il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində çəkildiyi videonu özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş 54 (əlli dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi “Zəfər” Vəkil Bürosunun hesabına 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-446/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-446/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver