Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-447/2020 27.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Həmidov Seymur Əli oğlunun katibliyi ilə Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1992-ci ildə Xaçmaz rayonu, Həsənqala kəndindəanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində Xaçmaz şəhəri, Bakı prospektində, “İlham bulağı” ilə üzbə-üz yolun sağ kənarında yerləşən, X2 və Zərərçəkmiş şəxs birlikdə şifahi razılıq əsasında icarəyə götürərək işlətdikləri kafedə müştəri kimi əyləşməklə pivə sifariş edib içdikdən sonra, Zərərçəkmiş şəxs onların əyləşdiyi masaya yaxınlaşaraq yararlandıqları xidmətə görə hesabı ödəmələrini istəməsinə görə, əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs ondan hesab istəməyə haqqı olmadığını əsas gətirib, Zərərçəkmiş şəxs kafedən çıxıb Şahid2la söhbət etdiyi zaman öz üstünlüyünü və eqoizimini nümayiş etdirərək, xuliqanlıq niyyətilə üzərində olan istintaqla müəyyən edilməmiş deşici alətlə Zərərçəkmiş şəxs sol gözündən qəsdən vuraraq, sonuncuya “sol gözdə görmənin tam itməsinə səbəb olan sol göz almasının dəlib-keçən yarası, sol göz almasında və sol göz ətrafında qansızıma” ilə nəticələnən ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin (35%) dayanıqlı itirilməsinə səbəb olmaqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində nənəsi və dayısı ilə birlikdə yaşamış, anası Məryəm isə Quba şəhərində işlədiyi üçün orada kirayə evdə yaşamış, o da arabir Quba şəhərinə gedib anasının yanında qalmışdır. 2014-cü ildə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2017-ci ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamına əsasən azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra fəhləliklə məşğul olub dolanışığını təmin etmişdir. xx xxxxxx 2019-cu il tarixdə, axşam saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Mətanət adlı qadının işlətdiyi kafeyə müştəri kimi tək getmiş və masalardan birinin arxasında əyləşərək pivə sifariş edib içdiyi zaman Zərərçəkmiş şəxs qapını sərt şəkildə açıb içəri keçmiş və bu zaman qapı onun üz nahiyəsinə dəymişdir. Həmin vaxt o, Turala sakit şəkildə qapını sərt şəkildə açdığı üçün qapının üzünə dəydiyini desə də, Tural əsəbi şəkildə onu kafedən bayıra çağıraraq orada onu döymüş və çıxıb getmişdir. O da həmin gün pərt şəkildə qayıdıb evə gəlmişdir. Növbəti gün, yəni xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində işdən çıxdıqdan sonra dostlarının dəvəti ilə uşaqlıq dostu Anar, tanışları Laçın və Səmədlə birlikdə Xaçmaz şəhəri, Xudat yolunda yerləşən “Dərbənd” kafesinin yanındakı “Moyka" kimi tanınan Məhəbbət adlı qadının işlətdiyi kafeyə pivə içməyə getmişlər və onlar masalardan birinin arxasında əyləşmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs də kafeni işlədən Məhəbbətin yanında oturduğunu görmüş, bir qədər sonra isə digər tanışları Ceyhun da kafeyə gələrək onlarla əyləşmişdir. Digər masada əyləşən tanışlarından 2-3 nəfəri onların masasına gəlib salamlaşmış və onlar masada əyləşərək özləri üçün pivə sifariş etmiş və pivələrini onların masasında içdikdən sonra kafeni tərk etmişlər. Bundan sonra o, kafenin həyətində yerləşən ayaqyoluna getmək üçün masadan durub kafedən çölə çıxmışdır. Ayaqyolundan qayıdıb gələndən sonra Tural onlara yaxınlaşaraq hesabı vermələrini tələb etmiş, bu zaman o, sonuncuya yaxşı olacaq deyə bildirmişdir. Həmin vaxt Tural əsəbi halda ona qarşı söyüş söyərək,- “nə yaxşı olacaq, pulu verib gedin də" deyə bildirmişdir. Bundan sonra o, Turalı kafenin qarşısına çağırıb məsələyə burada aydınlıq gətirməsi məqsədi ilə kafedən çölə çıxmışdır. Onun arxasınca Anar, Laçın, Səməd və Ceyhun da narahat olaraq gəlmiş, o da Laçından Turalı kafedən çağırmasını xahiş etmiş, özü də çöldə gözləmişdir. Bir neçə dəqiqə sonra Laçın və Tural kafedən çıxmış və onlardan 3-4 metr kənarda olmaqla ikisi birlikdə kafenin qapısının qarşısında dayanıb söhbət etməyə başlamışlar. Bu zaman o, sonuncular tərəfə gedərək yumruğu ilə birinci zərbəni Turalın ağız nahiyəsinə, ikinci zərbəni isə baş nahiyəsinə endirmişdir. Həmin vaxt barmağında üzük olmuş və həmin zərbələrdən sonra Tural sifətini tutub yerə oturmuşdur. Bundan sonra o, oradan uzaqlaşaraq getmiş, Anar, Səməd və Ceyhun da onunla gəlsələr də, Laçın Turalın yanında qalmışdır. Bir qədər yol ilə getdikdən sonra isə Anargillə sağollaşaraq evə getmişdir. Növbəti gün səhər saatlarında Laçınla telefon əlaqəsi saxlayaraq Turalın vəziyyəti barədə soruşmuşdur. Laçın həmin gecə Turalı xəsətəxanaya apardığını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs üzük olan əli ilə ağız nahiyəsindən barəsində olduqca pis söyüş söydüyü üçün vurmuşdur. Turalın işlətdiyi ifadələr ağzından çıxdığı üçün zərbəni məhz ağız nahiyəsinə endirmək istəsə də, yumruğu ilə vurduğu ilk zərbə Turalın ağızına deyil, gözünə dəymişdir. Birinci zərbə Turalın ağzından dəymədiyi üçün əsəbləşərək ikinci zərbəni dərhal baş nahiyəsindən endirmiş və bundan sonra Tural sifətini tutub yerə oturmuşdur. O, Turalı yerə oturan zaman yenə də vurmağa imkanı olsa belə, vurmağı davam etdirmədən oradan uzaqlaşaraq getmişdir. Turalın onların masasına yaxınlaşaraq onlardan hesab istəməsinə əsası olmamış, belə ki, Tural həmin kafenin sahibi olmamış və oranı icarə əsasında işlətməmişdir. Belə düşünmüşdür ki, Tural orada onu görüb məhz ona görə onların əyləşdiyi masaya yaxınlaşıb, onunla mübahisə etmək üçün onlardan hesabı istəmişdir. Bu zaman o, mədəni şəkildə Turala cavab versə də, Tural onun ünvanına nalayiq söyüşlər söymüşdür. Kafenin qarşısında Turalı vuran zaman yanlarında Anar, Laçın, Səməd və Ceyhun olmuşdur. Məhəbbət kafenin içərisində olduğu üçün hadisəni görməmişdir. Həmin vaxt gecə saatları başladığı üçün kafedə müştəri qismində əyləşən və kənardan hadisəni görə biləcək şəxslər olmamışdır. Hadisə konkret olaraq xx xxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində Xaçmaz şəhəri, Bakı prospektində Xudat şəhəri istiqamətində yolun sağ tərəfində, “İlham bulağı" ilə üzbə-üz yerləşən, Məhəbbət adlı qadının işlətdiyi kafenin qarşısında baş vermiş, başladığı yerdə də bitmiş, təxminən 1-2 dəqiqə müddətində davam etmişdir. Dəqiq olaraq bildirir ki, Turalı vintaçan və ya digər alətlə vurmamışdır, həmin vaxt onun əlində barmağına taxılı canavar başı formasında üzük olmuşdur. Turalı yumrğu ilə vurmuşdur. Elan edilməklə ona təqdim edilmiş, canlı şəxsin ekspertizasına dair xx xxxxx 2019-cu il tarixli, 118 nömrəli ekspert rəyi və xx xxx 2019-cu il tarixli, 161/2019 nömrəli ekspert rəyləri ona tanışdır, həmin ekspert rəylərinin məzmununa əsasən Zərərçəkmiş şəxs aldığı xəsarətin “sol gözdə görmənin tam itməsinə səbəb olan sol göz almasının dəlib-keçən yarası, sol göz almasında və sol göz ətrafında qansızma" olması və həmin xəsarətin deşici alətin təsirindən törənmiş olmasının müəyyən edilməsi ona aydındır. Həmin ekspertiza rəylərinə əsasən Zərərçəkmiş şəxs aldığı xəsarətin ifadəsində qeyd etdiyi kimi barmağındakı üzüklə deyil də, deşici alətlə törədilməsinin müəyyən edilmə səbəblərini izah etməkdə çətinlik çəkir. Bildirir ki, hadisədən bir gün əvvəl Tural ilə arasında yaşanmış dava zamanı hadisənin şahidi olmamış, onlar ikisi olduqlarından kənar şəxslərin, eləcə də hadisə günü birlikdə kafedə əyləşdiyi dost və tanışlarının şahid olmaması təbii haldır. Tural obyekt yiyəsi olmamışdır, bu səbəbdən ona pul verməməli olmuşdur. Son olaraq göstərdi ki, Zərərçəkmiş şəxs müalicə xərclərini onun anası Məryam ödəmişdir. Zərərçəkmiş şəxs onun ünvanına söydüyü söyüşə görə vurmuş, bu səbəbdən əməlində xuliqanlıq niyyətinin olmamasını qeyd etməklə, əməlinin düzgün tövsif edilməsini və əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün mahiyyət etibarı ilə hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığı ilə bağlı iş materialları ilə nisbətən uzlaşan qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, Aşıq Ələsgər küçəsi, ev 22-də anası, arvadı, iki azyaşlı uşağı, qardaşı, qardaşının arvadı və bir azyaşlı uşağı ilə birlikdə yaşayır. Hal-hazırda gözünün görmə səviyyəsi tam şəkildə aşağı düşdüyü üçün heç bir yerdə işləyə bilmir. 2019-cu ilin yanvar ayının əvvəllərindən Xaçmaz şəhəri, Bakı prospektində Xudat şəhəri istiqamətində yolun sağ tərəfində, “İlham bulağı” ilə üzbə-üz yerləşən Nadir adlı şəxsə məxus kafeni tanışı Xaçmaz şəhər sakini Şahid5 ilə birlikdə icarəyə götürərək işlətməyə başalamışdır. Məhəbbəti 2018-ci ilin yay aylarından əvvəllər işlətdiyi Xaçmaz şəhərində yerləşən kafelərdən birində müştəri kimi əyləşdiyi zaman tanımış və həmin vaxtdan onların münasibətləri yaranmışdır. Məhəbbətlə işlətdiyi kafenin konkret olaraq adı olmamış, yanında avtoyuma olduğu üçün camaat bu kafeni "Moyka kafe" kimi adlandırmışdır. Kafeni Məhəbbətlə bilrikdə ikisi işlətmiş, Məhəbbət çay dəmləmək, yemək bişirmək və qab yumaqla, o, isə ofisantlıq və kafeyə ümumi nəzarət etməklə məşğul olmuşdur. Orada müştərilərə çay, pivə və yemək vermiş, kafeni hər gün saat 11 radələrində açmış və saat 23 radələrində bağlamışlar. xx xxxxxx 2019-cu il tarixdə, saat 21:30 radələrində kafeyə üzdən tanıdığı 5 nəfər Xaçmaz şəhər sakini müştəri qismində gələrək masalardan birinin arxasında əyləşmişlər. Onlar kafeyə daxil olarkən davranışlarından sərxoş vəziyyətdə olduqlarını hiss etmişdir. Həmin şəxslərin hamısını üzdən tanısa da, Təqsirləndirilən şəxs və Laçın Abasbovun adını bilmiş, hətta Laçınla hərdən biri-birini görəndə salamlaşmışlar. Əhməd və Laçınla aralarında düşmənçilik, ədavət, mübahisə və ya sözləşmə olmamışdır. Əhməd və Laçının birlikdə oturduğu, onun adını bilmədiyi həmin şəxslərdən ikisi oturduqları masaya 5 nəfərlik pivə, pendir və çipsi sifariş etmişlər, Əhmədgil kafeyə daxil olan zaman kafedə müştəri qismində tanımadığı üç nəfər şəxs əyləşmişdir. Əhmədgil kafeyə daxil olandan təxminən 30 dəqiqə sonra onlardan adını bilmədiyi biri çıxıb getmiş, təxminən 10-15 dəqiqə sonra isə adını bilmədiyi digər iki nəfər şəxs də çıxıb getmişdir. Əhməd və Laçın ikisi qalaraq pivə içməkdə davam etmiş, hətta onlar həmin üç nəfər şəxs gedəndən sonra adama bir bakal da pivə sifariş edib, içmişlər. Əhməd və Laçın ikisi birlikdə təxminən yarım saat oturandan sonra artıq kafedə onlardan başqa müştəri qalmamışdır. Pivələrin çoxunu sifariş etmiş şəxslər getdiyi üçün hesabın ödənilməsi ilə bağlı problemin yarana biləcəyini düşünərək Əhmədgilin masasına yaxınlaşıb hesabın neçə manat etdiyini qeyd edib,- "zəhmət olmasa hesabı verin, kafeni yavaş-yavaş bağlayıb getmək istəyirik" deyə bildirmişdir. Bu zaman Əhməd ona,- "sifariş edənlər gəlib verəcəklər" deyə cavab vermişdir. Bu zaman o zənn etmişdir ki, Əhməd məhz adını bimədiyi, sonucu ilə birlikdə bir masada əyləşmiş və bir qədər əvvəl kafeni tərk etmiş həmin iki nəfər şəxsi nəzərdə tutmuşdur. Bu səbəbdən Əhməddən həmin şəxslərin hesabı nə vaxt verəcəklərini soruşmuş, Əhməd isə ona cavabında,- "yaxşı olacaq, hesabı gəlib ödəməsələr, gedib evlərindən çıxarıb alarıq" deyə bildirdiyi zaman o, Əhmədə,- "mən onları tanımıram, mən kiməm ki, onların evinə gedib pul istəyim, birlikdə gəlib oturmusunuzsa, siz də verməlisiniz, hesabı beşinizin və ya birinizin ödəməsi öz işinizdir" deyə bildirmişdir. Bu zaman Əhməd ona "yaxşı olacaq" deyə cavab verdiyi üçün, yaxın masada oturan Məhəbbət Əhmədə,- "nə yaxşı olacaq, pulu verib gedin" deyə bildirmişdir. Bu dəfə də Əhməd onlara "narahat olmayın" deyə cavab vemriş və təxminən iki dəqiqə sonra Laçınla birlikdə oturduqları masadan durub, kafedən çıxarkən ona,- "narahat olma, 20 dəqiqədən sonra pulu gətirəcəyik" deyə bildirmişdir. Bundan sonra o və Məhəbbət kafeni bağlayıb evə getmək üçün hazırlaşmağa başlamış, təxminən 15-20 dəqiqə sonra isə Laçın kafeyə daxil olub,- "Tural, bir dəqiqə olar səni?" deyərək onu kafedən bayıra çağırmışdır. Bu səbəbdən o, Laçının arxasınca gedərək kafenin qarşısına çıxdığı zaman Xudat istiqamətində olmaqla kafenin sağ tinində, təxminən 10 metr kənarda Əhmədin iki nəfər şəxslə söhbət etdiyini görmüş, lakin kafenin qarşısındakı işıq lampası Əhmədgilin dayandığı yeri yaxşı işıqlandırmadığı üçün Əhmədin yanındakı iki nəfər şəxsi tanıya bilməmişdir. Çölə çıxdıqdan sonra Laçınla söhbət etmək üçün iki addım irəli gedərək üzünü Laçına tərəf çevirib, Laçınla üzbə-üz dayanmışdır. Bu zaman Əhmədgil onun sol tərəfində qalmış, o, Laçınla yanaşı, kafe ilə də üzbə-üz olmuşdur. Laçın hesabın ödənməsi ilə bağlı söhbətə başladığı zaman, sol tərəfindən kiminsə ona tərəf qaçdığını hiss edib, nə baş verdiyini bilmək üçün başını sola çevirən zaman qaçaraq ona tərəf gələn Əhməd gözləmədiyi şəkildə əlindəki görə bilmədiyi, lakin vintaçan və ya biz olduğunu düşündüyü alətlə sifətinə tərəf zərbə endirmiş və zərbə onun sol gözünü tutmuşdur. Zərbədən sonra sol gözünə istilik gəlmiş və hər iki gözü qaralmışdır. O, əlləri ilə gözlərini tutaraq bir az qabağa əyilmiş formada dayanmış və bu zaman Əhmədin onun başından da vurduğunu hiss etmiş, amma gözündə yaranmış istiliyə görə başında bir o qədər də ağrı hiss etməmişdir. Əlləri ilə gözlərini tutaraq kafeyə daxil olub, birtəhər stullardan birində oturaraq Əhmədin haraya getdiyini soruşmuş, Laçın isə ona Əhmədin qaçıb çıxıb getdiyini bildirmişdir. Onun vəziyyətini görən Məhəbbət özünü itirib, təcili tibbi yardım çağırmış və sonuncunun köməkliyi ilə əl-üzünü yuyandan az sonra gələn təcili tibbi yardım maşınında Məhəbbətlə birlikdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına getmiş, orada həkimlər ona tibbi yardım göstərdikləri vaxt Laçın da oraya gəlmişdir. Xaçmaz rayon Mərkəzi Xəstəxanasında ilkin yardım edildikdən sonra Bakı şəhərinə gəlmiş və Milli Oftalmologiya Mərkəzində əməliyyat olunmuşdur. Hadisə dəqiq olaraq xx xxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində Xaçmaz şəhəri, Bakı prospektində Xudat şəhəri istiqamətində yolun sağ tərəfində, “İlham bulağı” ilə üzbə-üz yerləşən kafenin qarşısında baş vermiş, başladığı yerdə də bitmiş, təxminən bir dəqiqə müddətində davam etmişdir. Əhməd sərxoş olduğu üçün içdikləri pivənin hesabını ondan istəməyini qəbul etməyib onu vurmuşdur. Belə hesab edir ki, Əhməddən nəzakətlə, müştəri ilə davranış qaydalarına riayət edərək hesab istəməyi sonuncunun onu vurması üçün səbəb kimi çıxış edə bilməz. O, Əhmədlə kobud rəftar etməmişdir. Əhmədin əlindəki alətlə gözündən vurduqdan sonra hansı məqsədlə ikinci dəfə başından vurmasının, yəni bir zərbə deyil, məhz iki zərbə vurmasının səbəbini bilmir. Əhmədin ona zərbə yetirdikdən sonra həmin aləti nə etdiyi bilməmişdir. 2019-cu ilin avqust ayında Laçınla Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "qoşa qapı" adlanan yerdə rastlaşaraq söhbət edərkən Laçın ona demişdir ki, "həmin vaxt səni kafedən bayıra ona görə çağırmışdım ki, Əhmədin səni vuracağı barədə xəbərdarlıq edim, amma xəbərdarıq etməyə Əhməd imkan vermədi və səni gözlənilmədən vurdu". Əhməd onu vuran zaman yanlarında Laçından başqa heç kim olmamışdır. Amma 10 metr kənarda Əhmədin onu vurmamışdan əvvəl dayanaraq söhbət etdiyi tanımadığı iki nəfər şəxs olmuşdur. Gecə vaxtı olduğu üçün hadisəni görə biləcək kənar şəxslər olmamışdır. Əhmədin onu vuraraq xəsarət yetirdiyi deşici aləti dəqiq olaraq görə bilməmiş, lakin həmin alətin vintaçan və ya biz formasında deşici alət olduğunu düşünmüş, elə bu məzmunda da ilkin olaraq xəstəxanaya aparılarkən məlumat vermişdir. Əhmən Nəbiyevlə hadisədən əvvəl aralarında heç bir mübahisə və münaqişə olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində guya hadisədən bir gün əvvəl aralarında mübahisə olması və guya onun sonuncuya xəsarət yetirməsi barədə ifadəsində göstərdiyi hallar tamamilə yalandır. Belə bir hal olduğu təqdirdə, Təqsirləndirilən şəxs və tanışları onun işlətdiyi kafeyə gəldiyi zaman aralarında münaqişə yaranardı ki, belə bir hal baş verməmiş, Əhməd öz tanışları ilə bir neçə saat kafedə müştəri qismində əyləşib heç bir hadisəsiz istirahət etmişdir. Əhməd məhz onun sonunculardan hesabı ödəmələrini xahiş etmələrindən sonra səbəbsiz yerə ona deşici alətlə vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs anası Şahid6 onu Bakı şəhərində yerləşən Z.Əliyeva adına oftomoloji mərkəzə aparmış, onu orada əməliyyat elətdirmişdir, lakin müalicəsi tam qutarmamış,onun gözünün görmə qabiliyyəti tam bərpa olunmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxslə barışmamışdır, sonuncuya qarşı şikayətçidir. Ona vurulmuş zərərin tam olaraq ödənəcəyi təqdirdə təqsirləndirilən şəxslə barışa bilər. Məhkəmədən təqsirləndirilən şəxs barəsində qanun çərçivəsində cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, H.Əliyev küçəsi, ev 30, mənzil 6-da anası ilə birlikdə yaşayır. Rəsmi olaraq işləməsə də, fərdi əmək fəaliyəti ilə məşğul olmaqla, dolanışığını təmin edir. xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində uşaqlıq dostu Əhməd, sonuncunun tanışları Laçın və Səmədlə birlikdə Xaçmaz şəhəri, Xudat yolunda yerləşən “Dərbənd” kafesinin yanındakı “Moyka” kimi tanınan Zərərçəkmiş şəxs və Şahid5 işlətdiyi kafeyə pivə içməyə gedərək, orada masalardan birinin arxasında əyləşmişlər. Həmin vaxt Xaçmaz şəhər sakini kimi tanıdığı Turalın da Məhəbbətin yanında oturduğunu görmüşdür. Az sonra Əhmədin digər tanışı Ceyhun da kafeyə gələrək onlarla əyləşmiş, həmçinin kafedə onlardan başqa tanımadığı müştərilər də əyləşmişlər. Onlar birlikdə bir neçə bakal pivə içmişlər. Təxminən bir saat sonra o, Ceyhun və Səməd hava almaq, təbii ehtiyaclarını ödəmək və siqaret çəkib özlərinə gəlmək üçün kafedən çölə çıxaraq, kafenin sağ tini tərəfdə getmişlər. Bir neçə dəqiqə orada qaldıqdan sonra, Əhməd və Laçın da kafedən çölə çıxaraq onların yanına gəlmiş və söhbət zamanı başa düşmüşdür ki, Tural Əhməd və Laçına yaxınlaşaraq hesabı ödəmələrini istəmiş və aralarında narazıçılıq yaranmışdır. Bu zaman həmçinin Əhmədin dilindən Turalın hesabı ödəməyənlərin ünvanına söyüş də söydüyünü eşitmişdir. Bir qədər söhbət etdikdən sonra Əhməd Laçına gedib Turalı çağırmasını, sözü olduğunu bildirmişdir. Bundan sonra Laçın Turalı çağırmaq üçün kafeyə getmiş, onlar isə kafenin qapısının qarşısından Xudat İstiqamətinə nəzərən 10-15 metr aralında dayanmışlar. Bir neçə dəqiqə sonra Laçın və Tural kafedən çıxaraq ikisi birlikdə kafenin qapısının qarşısında dayanıb söhbət etməyə başlamışlar. Əhməd yavaş-yavaş kafenin qapısına tərəf getdiyi zaman o, Ceyhun və Səməd də narahat olaraq Əhmədin arxasınca getmişlər. Əhməd Laçıngilə təxminən 2 metr məsafə qalmış sürətli şəkildə Turalın üstünə getmiş və qaranlıq olduğu üçün görə bilmədiyi şəraitdə əl hərəkəti ilə birinci zərbəni Turalın sifət nahiyəsinə, ikinci zərbəni isə baş nahiyəsinə endirmiş, zərbələrdən sonra Tural sifətini tutub yerə oturmuşdur. Əhməd dərhal oradan uzaqlaşaraq getdiyi üçün o, Səməd və Ceyhun da narahat olaraq Əhmədin arxasınca getmiş, Laçın isə Turalla münasibəti olduğu üçün Turala kömək etmək üçün orada qalmışdır. Onlar piyada Əhmədlə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "Xəzər" parkının qarşısına doğru gedərkən, yol boyu Əhməddən Turalı vurmasının səbəbini soruşsalar da, sonuncu onlara heç nə deməmişdir. Parkın qarşısına çatdıqdan sonra sağollaşaraq ayrılmışlar və hər kəs öz evinə getmişdir. Növbəti gün eşitmişdir ki, Laçın həmin gecə Turalı xəsətəxanaya aparmışdır. Hadisə vaxtı Həmin vaxt Əhməd əlindəki onun görə bilmədiyi şəraitdə əl hərəkəti ilə Turalı gözləmədikləri vəziyyətdə və sürətli şəkildə vurduğu üçün o və yanındakı şəxslər hadisənin qarşısını almağa belə macal tapmamışlar. Əhməd ard-ardınca iki dəfə zərbə endirəndən sonra özü vurmağı davam etdirmədən oradan uzaqlaşaraq getmişdir. X19r ayırmamış, Əhməd özü ikinci zərbəni endirəndən sonra oradan çıxıb getmişdir. Qeyd etdiyi kimi, Əhmədin deməsindən bilmişdir ki, Tural onların kafedə yararlandıqları xidmətin qarşılığını ödəmədiklərindən, hesabı ödəməyənlərin ünvanına söyüş söymüşdür və belə düşünür ki, məhz Turalın o hərəkətinə görə Əhməd Turalı vurmuşdur.Əhmədin əlində hər hansı alətin olmasını qaranlıq olduğundan görə bilməmiş, əl hərəkəti ilə vurduğunu dəqiq görmüşdür. Kafedə oturduqları vaxt Əhmədin əlində hər hansı alətin olduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 68B-də ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Xaçmaz şəhəri, Xudat yolunda yerləşən “Dərbənd” kafesinin yanındakı “Moyka” kimi tanınan, Məhəbbət adlı qadının işlətdiyi kafeyə getmiş və orada onu gözləyən tanışı Əhməd, sonuncunun uşaqlıq dostu Anar və digər tanışları Laçın və Səmədlə eyni masada əyləşmişdir. Həmin zaman Xaçmaz şəhər sakini, tanışı Turalın kafeni İşlədən Məhəbbətin yanında oturduğunu, eyni zamanda kafedə onlardan başqa tanımadığı müştərilər əyləşdiklərini müşahidə etmişdir. Bir qədər sonra digər masada əyləşən, ötəri tanışlığı olan və adını unutduğu şəxsin yanına gedib oturaraq söhbət etməyə başlamışdır. Təxminən 20 dəqiqə sonra əvvəlcə Əhməd, arxasınca isə Anar, Laçın və Səməd də kafedən çıxmışlar. Onların çıxmasını görüb o da adını unutuduğu tanışı ilə sağollaşaraq kafedən çıxmışdır. Onlar Xudat istiqamətinə nəzərən 10-15 metr kafenin qarşısından kənarda dayanmışlar.O, onların yanına getmiş və orada dayanmayıb ayaqyoluna getmişdir. Ayaqyolundan çıxanda görmüşdür ki, Əhmədgil dayandıqları yerdən uzaqlaşaraq gedirlər. O da onların arxasınca getməyə başlamışdır. Amma Laçın onlarla birlikdə olmamışdır. Yolda ona məlum olmuşdur ki, Əhməd o, ayaqyolunda olan zaman Turalın gözündən vurub. Laçın isə orada qalmışdır ki, Turala kömək etsin. Onlar piyada Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "Xəzər" parkının qarşısına gəlmişlər. Yol boyu Əhməddən Turalı vurmasının səbəbini soruşsalar da, Əhməd heç nə deməmişdir. Burada sağollaşaraq ayrılmışlar və hər kəs öz evinə getmişdir. Növbəti gün eşitmişdir ki, Laçın həmin gecə Turalı xəstəxanaya aparmışdır. O, kafedə oturan zaman Turalla Əhmədin mübahisə etməsini görməmiş, bir qədər oturduqdan sonra digər masaya keçərək aralıda əyləşmişdir. Bundan başqa Əhmədin Turalı vurmasının şahidi olmamış, həmin vaxt ayaqyolunda olmuş və bu barədə sonradan eşitmişdir ki, Əhməd Turalı söyüş söydüyü üçün vurmuşdur. Həmin vaxt hesabın ödənilməsi ilə bağlı hər hansı bir mübahisə və ya sözləşmə olması ona məlum deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Qobuqırağı kəndində atası, anası, qardaşı və bacısı ilə birlikdə yaşayır. Rəsmi olaraq işləməsə də, fərdi əməklə məşğul olmaqla dolanışığını təmin edir. xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində tanışı Əhməd, sonuncunun tanışları Anar və Səmədlə birlikdə Xaçmaz şəhəri, Xudat yolunda yerləşən “Dərbənd” kafesinin yanındakı “Moyka" kimi tanınan kafeyə pivə içmək məqsədilə gedərək, masalardan birinin arxasında əyləşmişlər. Bu zaman kafeni birlikdə işlədən şəxslər olan Xaçmaz şəhər sakini kimi ötəri tanıdığı Zərərçəkmiş şəxs və Şahid5 bir masa arxasında əyləşdiklərini görmüşdür. Az sonra Əhmədin digər tanışı Ceyhun da kafeyə gələrək onlarla bir masa arxasında əyləşmiş, həmin vaxt kafedə onlardan başqa tanımadığı müştərilər də olmuşlar. Kafedə birlikdə əyləşib pivə içib fərqli məzələrdən daddıqdan sonra Tural onlara yaxınlaşıb hesab barədə məlumat vermiş və Əhmədə müraciət edərək onlardan hesabı ödəmələrini istəmişdir. Bu zaman Əhməd Turala,- "yaxşı olacaq" deyə cavab vermişdir. Bir az söhbət edəndən sonra Ceyhun və Səməd hava almaq üçün çölə çıxmış, bir neçə dəqiqə sonra isə Əhməd də çıxmışdır. O, Anarla kafedə qalaraq pivə içməkdə davam etmiş, hətta onlar çıxandan sonra ikisi adama bir bakal pivə sifariş etmişlər. Bu zaman Tural təkrar olaraq onlardan içdikləri əvvəlki pivlərin pulunu kimin verəcəyini soruşmuş, o isə özünün də qonaq çağırıldığını, yəqin ki, Əhmədgilin gəlib hesabı verəcəyini bildirmişdir. Bu zaman Məhəbbət əsəbləşərək pulu verməyəcəkləri təqdirdə polisə şikayət edəcəyini bildirdiyi üçün, o sonuncuya narahat olmamalarını, uşaqlar pulu gətirməyəcəkləri təqdirdə özünün gətirib çatdıracağını bildirmişdir. Bu zaman Tural ona,- “eybi yox, səni tanıyıram, onlar gətirməsələr, səhər sən verərəsən" deyə bildirmiş və həmçinin Məhəbbətə onu tanıdığını və narahat olmamasını izah etmişdir. Bundan sonra o, və Anar Turalla sağollaşaraq kafenin qarşısına çıxmış, həmin vaxt Əhməd, Ceyhun və Səmədin kafenin qapısının qarşısından 10-15 metr kənarda dayanıb söhbət etdiklərini görüb onlara yaxınlaşmışlar. Əhmədgildən hesabı kimin verəcəyini soruşduğu zaman, sonuncular ona,- "üstümüzdə pulumuz yoxdu, biri-birimizdə pul olmasına arxayın olub gəlmişik" deyə cavab vermişdir. Bu zaman o, Turaldan ayıb olduğunu düşünərək, sonunculara,- "onda gedib Turalı başa salım ki, polisə şikayət etməsin, bu günə bizi gözləməsin, pulu sabah gətirib özüm verəcəm" deyə bildirib, kafenin qapısının qarşısına getmiş, lakin kafedən sağollaşıb çıxdıqları üçün içəri keçmək istəməyib Turalı bir dəqiqəlik kafedən bayıra çağırmışdır. Kafenin qarşısında dayanıb Turalla hesabı səhər gətirib verəcəyi ilə bağlı söhbət etməyə başlamışdır ki, onlardan bir qədər aralıda dayanıb uşaqlarla söhbət edən Əhməd sürətli şəkildə Turalın üstünə gəlmiş və qaranlıq olduğu üçün həmin anda görə bilmədiyi əlindəki əşya ilə birinci zərbəni Turalın sifət nahiyəsinə, ikinci zərbəni isə baş nahiyəsinə endirmiş, zərbələrdən sonra Tural sifətini tutub yerə oturmuşdur. Bu zaman Əhməd dərhal oradan uzaqlaşaraq getmiş, Anar, Səməd və Ceyhun da narahat olaraq Əhmədin arxasınca getmişlər. O isə Turala kömək etmək üçün orada qalmış, Tural da əlləri ilə gözlərini tutub kafeyə daxil olduqda o da Turalın arxasınca içəri keçmişdir. Tural stullardan birində oturub Əhmədi nəzərdə tutaraq,- "Əhməd məni vurub hara getdi?" deyə soruşmuş, o da Turala Əhmədin çıxıb getdiyini bildirmişdir. Turalın vəziyyətini görən Məhəbbət özünü itirmiş şəkildə təcili tibbi yardım çağırmış, bir qədər sonra Tural və Məhəbbət oraya gələn təcili tibbi yardım avtomobilinə əyləşib Xaçmaz rayon Mərkəzi Xəstəxanasına getmişlər. O da yoldan keçən tanımadığı avtomobilə əyləşib xəsətəxanaya getmişdir. Xəstəxanada həkimlər Turala tibbi yardım göstərmişlər. Növbəti gün səhər saatlarında Əhməd ona zəng edərək Turalın vəziyyəti barədə soruşduqda, o Əhmədə həmin gecə Turalı xəsətəxanaya apardıqlarını bildirmişdir. Hadisə konkret olaraq xx xxxxxx 2019-cu i! tarixdə, saat 23 radələrində Xaçmaz şəhəri, Bakı prospektində, Xudat şəhəri istiqamətinə nəzərən yolun sağ tərəfində, “İlham bulağı" ilə üzbə-üz yerləşməklə “Dərbənd" kafesinin yanındakı “Moyka” kimi tanınan, Məhəbbət və Turalın işlətdikləri kafenin qarşısında baş vermiş, başladığı yerdə də bitmiş, təxminən 2-3 dəqiqə müddətində davam etmişdir. Əhməd həmin vaxt Turalı gözləmədikləri vəziyyətdə və sürətli şəkildə vurduğu üçün o və yanındakı şəxslər hadisənin qarşısını almağa belə macal tapmamışlar. Əhməd ardardınca iki dəfə zərbə endirəndən sonra özü vurmağı davam etdirmədən oradan uzaqlaşaraq getmişdir. Əhmədin Turalı vurmasının konkret səbəbini bilmir. Həmin vaxt hesabın ödənilməsi ilə bağlı hər hansı bir mübahisə və ya sözləşmə olmamışdır. Əhmədin dediyinə görə Turalı söyüş söydüyü üçün vurmuşdur. Lakin o, belə bir hadisənin yəni Turalın Əhmədi söyməsinin hadisə günü şahidi olmamışdır. Həmin vaxt kafenin qarşısında Əhməd Turalı vuran zaman hadisənin şahidi kimi orada o, Anar, Səməd və Ceyhun olmuşdur. Məhəbbət kafenin içərisində olduğu üçün hadisənin baş vermə anını görməmişdir. Həmin vaxt gecə saatları başladığı üçün kafedə müştəri qismində əyləşən və kənardan hadisəni görə biləcək şəxslər olmamışdır. 2019-cu ilin avqust ayında Turalla Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "qoşa qapı" adlanan yerdə rastlaşaraq söhbət edərkən Turala,- "ikiniz də mənim üçün eynisiz, aranızda ayrıseçkilik salmıram" demişdir. Həmin ifadəni Turala deməkdə məqsədi qanun qarşısında heç bir yalan söyləyə bilməyəcəyini, istintaqa ifadəsində hər şeyi necə olubsa elə danışacağını Turala bildirmək olmuşdur Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, A,Səlimov küçəsi, ev 55-də 17 yaşlı qızı və 20 yaşlı oğlu ilə birlikdə yaşayır. 17 ildir ki, əri ilə boşanmışdır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. Xaçmaz şəhər sakini 2019-cu ilin yanvar ayının ortalarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsinin girişində yerləşən, icarəyə götürərək Tural ilə birliktə "Vüsal" adlı kafeni işlətmişlər. Tural ilə hər hansı bir yaxın münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. Xaçmaz rayon sakini Əhməd adlı şəxsi 2019-cu ilin fevral ayının ortalarında, hadisədən təxminən bir həftə əvvəl icarəyə götürərək tək işlətdiyi "Vüsal" adlı kafeyə müştəri qismində gələn zaman tanımışdır. Əhməd ilə hər hansı bir yaxın münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə,saat 23:30 radələrində işdə olduğu zaman Əhmədin dostları işlətdiyi kafeyə gələrək söhbət əsnasında demişlər ki, Əhməd yarım saat əvvəl Turalı Xaçmaz şəhəri, Bakı prospektində “İlham bulağı” ilə üzbə-üz yerləşən kafenin qarşısında söyüş söydüyü üçün gözündən vurub. X26 gözünü nə ilə vurmasını eşitməmişdir. Hadisədən xeyli müddət keçdiyi üçün Əhmədin həmin dostlarının kimlər olmasını xatırlamır. Hadisənin səhəri günü Əhməd onun işlətdiyi kafeyə müştəri kimi gələn zaman Turalı vurmasının səbəbini soruşduğu zaman, Əhməd cavabında Turalı söyüş söydüyü üçün vurduğunu bildirmişdir. Ümumiyyətlə Əhməd və Tural ikisi birlikdə onun işlətdiyi kafedə olmamışlar, o, onların mübahisəsini işlətdiyi kafedə və kafedən kənarda şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisədən sonra Zərəçəkmiş şəxsin evinə getmiş ona xəstəxanaya 1500 manat xərc çəkdiklərini demişllər. O, Turalı Z.Əliyeva adına Milli Oftalmologiya mərkəzinə aparmış, gözünü bütün müayinələrdən keçirmiş, bütün xərclərini ödəmişdir. Evlərinə ərzaq yardımı köməyi etmiş, zərərçəkmiş şəxsə dəymiş bütün zərər onun tərəfindən ödənilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsindən görünür ki, o, Xaçmaz şəhəri, Koroğlu küçəsi, ev 5-də qızı və oğlu İlə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. 2019-cu ilin yanvar ayının əvvəllərindən Xaçmaz şəhəri, Bakı prospektində Xudat şəhəri istiqamətində yolun sağ tərəfində, “İlham bulağı” İlə üzbə-üz yerləşən Nadir adlı şəxsə məxus kafeni tanışı Xaçmaz şəhər sakini Tural ilə birlikdə icarəyə götürərək işlətməyə başlamışdır. Turalı 2018-ci ilin yay aylarından əvvəllər onun işlətdiyi Xaçmaz şəhərində yerləşən kafeyə müştəri kimi gəldiyi zaman tanımış və həmin vaxtdan onların münasibətləri yaranmışdır. Turalla birlikdə işlətdiyi həmin kafenin konkret olaraq adı olmamış, yanında avtoyuma olduğu üçün camaat bu kafeni "Moyka kafe" kimi adlandırır. Kafeni ikisi işlətmiş, yəni özlərinə işçi götürməmişlər. Burada müştərilərə çay, pivə və yemək vermişlər. O, çay dəmləmək, yemək bişirmək və qab yumaqla, Tural isə ofisantlıq və kafeyə ümumi nəzarət etməklə məşğul olmuşdur. Kafeni hər gün saat 11 radələrində açmış və saat 23 radələrində bağlamışlar. xx xxxxxx 2019-cu il tarixdə, saat 21:30 radələrində kafeyə tanımadığı 5 nəfər müştəri gələrək masalardan birinin arxasında əyləşmişlər. Onlar kafeyə daxil olan zaman kafedə müştəri qismində tanımadığı bir neçə şəxs əyləşmişdir. Həmin 5 nəfər şəxsdən biri oturduqları masaya 5 nəfərlik pivə, pendir və çipsi sifariş etmişdir. Onlar kafeyə daxil olandan təxminən 30 dəqiqə sonra onlardan biri çıxıb getmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra digər iki nəfər şəxs də çıxıb getmişdir. İki nəfər isə qalaraq pivə içməkdə davam etmişlər, hətta onlar həmin üç nəfər şəxs gedəndən sonra adama bir bakal pivə sifariş etmişlər. Həmin iki nəfər şəxs təxminən yarım saat oturandan sonra artıq kafedə onlardan başqa müştəri qalmamışdır. Tural həmin iki nəfər şəxsə yaxınlaşıb hesabı istəmişdir. Onlardan biri cavab vermişdir ki, "sifariş edənlər gəlib verəcəklər". Tural demişdir ki, "nə vaxt verəcəklər?". Həmin şəxs cavab varmişdir ki, "yaxşı olacaq". O da bu şəxsə öz iradını bildirərək demişdir ki, "nə yaxşı olacaq, pulu verib gedin də". Bu şəxs yenə də onları yola verərək cavab vermişdir ki, "narahat olmayın". Təxminən iki dəqiqə sonra həmin iki nəfər şəxs oturduqları masadan durmuş və kafedən çıxarkən bildirmişlər ki, "narahat olmayın, hesabı gətirib ödəyəcəklər”. O və Tural kafeni bağlayıb evə getmək üçün hazırlaşmağa başlamışlar. Təxminən 15-20 dəqiqə sonra sonuncu dəfə çıxan şəxslərdən onlarla hesab barəsində danışmayanı kafeyə daxil olub Turalı kafedən bayıra çağırmışdır. Təxminən 5 dəqiqədən sonra Tural əlləri ilə gözlərini tutub "başımda biz var" deyərək kafeyə daxil olmuşdur. 5 dəqiqə əvvəl Turalı çölə çağıran şəxs də arxasınca gəlmişdir. Kafeyə qayıdan Turalın gözündən qan axmasını görəndə özünü itirmiş və "təcili tibbi yardım çağıraq" deyərək qışqırmağa başlamışdır. Sonra o, kafenin qarşısına çıxmışdır ki, baxıb görsün nə baş verib, Turalı bu hala kim salıb. Lakin kafenin qarşısında və yaxınlığında heç kimi görməmişdir. O, kafeyə qayıdıb gələndə Turalın başında heç nə olmamış və artıq Tural üzünü yumuşdur. O, həmin anda qorxaraq təşvişə düşdüyü üçün Turaldan başındakı bizi necə çıxarması, başına batanın həqiqətən də biz olmasını və bu bizi çıxarıb hara qoyması barədə soruşmamışdır. Yəni Turalın başına nə batdığını görməmişdir. Az sonra təcili tibbi yardım gəlmiş və Turalla təcili tibbi yardım avtomobilinə əyləşib Xaçmaz rayon Mərkəzi Xəstəxanasına getmişlər. Xəstəxanada olanda həmin şəxsin də arxalarınca xəstəxanaya gəlməsini görmüşdür. Həkimlər Turala tibbi yardım göstərməyə başlamışlar. Sonradan Tural ona demişdir ki, həmin vaxt kafeyə daxil olan beş nəfərdən Əhməd adlı şəxs onu kafenin qarşısında “biz" formasında olan balaca ölçülü vintaçanla vurmuşdur. O, Turaldan Əhmədin onu vurmasının səbəbini soruşsa da, Tural ona heç bir açıqlama verməmişdir və aralarında nə baş verməsi barədə deməmişdir. O, özü də Əhmədin Turalı vurmasının səbəbini bilmir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, həmin beş nəfər şəxs kafedə oturandan bir qədər sonra digər masadakı müştərilərdən gəlib onlarla birlikdə əyləşən 2-3 nəfər şəxs olmamışdır. Turalı vuran Əhməd adlı şəxsin kafedə oturduqları vaxt kafedən çıxıb ayaqyoluna getməsini, Əhməd ayaqyolunda olarkən Turalın nalayiq ifadələr işlətməklə söyüş söyərək Əhmədin arxasınca danışmamasını görməmiş və eşitməmişdir. Çünki həmin vaxt o, kafenin zal otağının baş tərəfində yerləşən mətbəxində olmuş və bu zaman onun mətbəx işlərinə başı qarışmışdır. Tural və Əhmədin heç biri İlə aralarında düşmənçilik və ya ədavət yoxdur. (cil 02, iş vər. 129-133) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” xx xxxxx 2019-cu il tarixli qərardan görünür ki, xx xxxxxx 2019-cu il saat 01:50-də Xaçmaz MRX-dən daxil olmuş məlumatda Xaçmaz şəhəri, A.Ələsgərov küçəsi ev 22-də yaşayan 1993-cü il təvəllüdlü X3 “sol göz almasının dəlib deşilmiş yaralanması” diaqnozu ilə xəstəxanaya daxil olması bildirilmişdir və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır.(cild 01, iş vər 01) Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Fehruz Qasımovun həmin şöbənin rəisinə olan xx.xx.2019-cu il tarixli raportundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 01:50 radələrində Xçmaz MRX-dan Xaçmaz rayon Polis Şöbəsinin növbətçi hissəsinə Xaçmaz şəhəri, A.Ələsgər küçəsi, ev 22 ünavnında yaşayan, 1993-cü il təvəllüdlü X3 “sol göz almasının dəlib deşilmiş yaralanması” diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə məlumata daxil olmuşdur. (cild 01, iş vər. 5) xx xxxxxx 2019-cu il tarixli “Şifahi ərizə protokolu”ndan görnür ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən həmin protokol tərtib olunmaqla, vətəndaş Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 23.45 radələrində Xaçmaz şəhəri ərazisində yerləşən icarə əsasında işlətdiyi kafenin qarşısında, sifariş etdikləri pivənin hesabını ödəməməsi üstündə, kafeyə gələn üzdən tanıdığı, Xaçmaz şəhər sakini Əhməd adlı şəxs tərəfindən döyüldüyünü bildirməsi və həmin şəxs barəsində qanuni tədbir görülməsini və cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 01, iş vər. 06) Xaçmaz RPŞ-nin məsul növbətçisinin həmin şöbənin rəisinə olan xx.xx.2019-cu il tarixli raportundan görünür ki, məsul növbətçi raportla məruzə edərək, xx.xx.2019-cu il tarixdə, saat 01.50 radələrində Xaçmaz MRX-nin tibb bacısı Məmmədovanın əzng edərək, 1993-cü il təvəllüdlü, Xaçmaz şəhəri, Aşıq Ələsgər 22 ünvanında yaşayan X1 göz almasının dəlib-deşilmiş yaralanması xəsarəti ilə xəstəxayana daxil olduğu, xəstənin dediyinə görə 20 dəqiqə əvvəl tanımadığı şəxslər tərəfindən “atvertka” ilə vurulduğunu bildirməsi barədə məlumat vermişdir. (cild 01, iş vər. 07) “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Xaçmaz şəhərində yerləşən X5 icarə əsasında işlətdiyi çayxanaya baxış keçirilmiş, baxış nəticəsində hər hansı iş üçün əhəmiyyət kəsb edən hər hansı iz və predmet aşkar edilməmişdir.(cild 01, iş vər. 15) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və PatolojiAnatomiya Elmi-Təcrübi və X20 rayon Şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxx 2019-cu il tarixli, 118 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - “sol göz almasının dəiib-keçən yarası, sol gözdə görmənin tam itməsi” deşici alətin əşyanın təsirindən törənməklə yetirilmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Bir gözdə görmənin tam itməsi əmək qabiliyətinin üçdə birindən çox hissəinin dayanıqlı itməsinə səbəb olur. Bu əlamətə görə də həmin xəsarət ağır dərəcəli bədən xəsarətlərinə aid edilir. (cild 01, vər 25) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X22- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx xxx 2019- cu il tarixli, T 161/2019 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs “sol gözdə görmənin tam itməsinə səbəb olan sol göz almasının dəlib-keçən yarası, sol göz almasında və sol göz ətrafında qansızma" olmuşdur. Həmin xəsarət deşici alətin təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin (35%) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir. (cild 01, vər. 44-46) “Baxış keçirmə və götürmə barədə” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2019-cuil tarixdə X5 tanışı X15 ilə aralarında yaranmış mübahisə zamanı sonuncuları bir-birindən ayıran zaman ehtiyatsızlıqdan sol əlinin ikinci barmağında olan canavar başı formalı üzük T.Bünyətəliyevin sol gözündən dəymiş və sonuncu ağır dərəcəli bədən xəsarəti almışdır, Təqsirləndirilən şəxs X5 gözündən dəyən sol əlindəki canavar başı formalı üzüyü könüllü olaraq təqdim edərək bildirdi ki, Tural Bünyəətliyevin gözündən həmin üzük dəymişdir.Təqdim olunan əşyaya baxış zamanı 01 ədəd metal materialdan hazırlanmış üzük, gümüşü rəngli, üst hissəsi ağzı açıq vəziyyətdə olmaqla üst-üstə bitişikdir, həmin üzük iş üçün əhəmiyyət kəsb edə biləcək dəlil sübut kimi qablaşdırılaraq götürülmüşdür.(cild 01, iş vər. 65-66) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx xxxx 2016-ci il tarixli tələbnamə və məhkəmə hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 1(101)-750/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3 maddələri ilə təqsirli bilinib AR CM-nin 66.3-cü maddəsinə əsasən 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ittihamdan xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilərək 04( dörd) il müddətinə aazadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2017-ci il tarixli 2744 saylı Əfv Sərəncamına əsasən azad olunmuşdur. (cild 01, 83, 86-100). Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Müşkür kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakerizə olunur. ( cild 01, iş vər. 85) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 106-107, 118) “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə elan olunmuş ittiham öz qüvvəsini saxlamaqla məhkəmə məsuliyyətinə verilmiş, X7, Şahid2, Şahid1, X12, X9 barələrində cinayət təqibinin başlanılması rədd edilmiş, hadisə zamanı Təqsirləndirilən şəxs barmağında olan 01 ədəd canavar başı formalı metal üzük cinayət işi üzrə maddi sübut kimi tanınmış və müvafiq qaydada qabalaşdırırlıb, möhürlənmiş vəziyyətdə saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (cild 01, iş vər. 142-150) Azərbaycan Respublikası Xaçmaz Rayon Prokurorluğunun xx xxxx 2019-cu il atrxili məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı tamamlanmış ********* nömrəli cinayət işi ittiham aktı ilə birliktə baxılması üçün aidiyyatı üzrə Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir.(cild 01, iş vər. 169) Xaçmaz Rayon Məhkəməsinin 1(067)-100/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilmiş və həmin cinayət işi baxılması çün ibtidai prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır.(cild 01, iş vər.191-195) “Təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə dair” xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsində olan ********* saylı cinayət işi üzrə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü madddəsinə tövsif edilmişdir.(cild 02, iş vər 2-7) “Qətimkan tədbirinin şərtlərini pozduğun agörə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs tutulması qərara alınmış və barəsində axtraış elan edilmişdir.(cild 02, iş vər. 90-91) “Axtarışda olan şəxsin tutulması barədə” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində 780209 saylı axtarış işi üzrə axtarış elan olunmuş, Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində qeydiyytada olan, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2019-cu il tarixdə Xaçmaz şəhəri ərazisində tutularaq Xaçmaz RPŞnin növbətçi hissəsinə təhvil verilmişdir.(cild 02, iş vər 102) Xaçmaz rayon Məhkəməsinin 4(067)-155/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vər 115- 116) “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020ci il tarixlli qərardan görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd canavar başlı üzük maddi sübut hesab edilməmiş, Təqsirləndirilən şəxs əməlində “qanunsuz olaraq soyuq silahı əldə etmə və ya gəzdirmə” cinayətini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş “xuliqanlıq” cinayətinin tərkib əlamətləri olmadığı üçün həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş “xuliqanlıq niyyəti” ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməsi və ona həmin maddə ilə ittiham verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,120-ci maddəsində nəzərdə tutulmuş “qəsdən adam öldürməyə cəhd’ cinayətinin tərkib əlamətləri olmadığı üçün həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. (cild 02, 144-166) Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutları müqayisəli qaydada tədqiq edərək, sübutlara hərtərəfli və obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs X10 özünü qismən təqsirli hesab edərək, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa xəsarət yetirmədiyi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən-qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli, 3 saylı qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti iə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürməkdən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı ilk növbədə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında hər hansı münaqişə baş verməmiş, zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə qarşı hər hansı nalayiq ifadələr işlədilməmişdir. Əksinə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və digərlərinə kafedə göstərilmiş xidmətə görə hesabı onlardan istəməsi, bu zaman Təqsirləndirilən şəxs və digərlərinin hesabı ödəməmələri elə təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxs və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, iş üzrə keçirilmiş ekspertiza rəyləri və digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan, Tural Bünyətəliyevin onun ünvanına söyüş söyməsi ucbatından, barmağına üzük taxılı vəziyyətdə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurduğuna, yuxarıda qeyd olunan cinayəti törətməsinə səbəb kimi və eyni zamanda əməlində xuliqanlıq niyyətinin olmadığına dəlalət edən hal kimi qeyd etdiyi zərərçəkmiş şəxsin ondan hesab istəyərkən ünvanına nalayiq ifadələr işlətməsinə dair ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa xəsarət yetirmədiyini bildirsə də, verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa və məsuliyyətini yüngülləşdirməyə cəhd kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək sanksiya həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda qeyd edildiyi kimi, Nəbiyev X16 Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 1(101)-750/2014 saylı hökmü dəyişdirilməklə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilərək 04 il müddətinə aazadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2017ci il tarixli, 2744 saylı Əfv Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Hazırki cinayət işi üzrə ağır cinayət əməlini isə xx xxxxxx 2019-cu il tarixdə törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə qəsdən ağır cinayət əməli törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu, lakin Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin müddəalarına əsasən müvafiq vaxt keçməməklə onun əvvəlki məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq o, əvvəllər məhkum olunmuş şəxs hesab olunmaqla, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi müəyyən edildiyinə görə ona cəza təyin edilərkən təhlükəli residivə görə cəzanın müddətinin törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməzliyinə dair Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddianın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-447/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-447/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver