Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-447/2021 11.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Bəşirov Yelmar Buludxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4, Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkil X5 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, orta təhsilli, əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş qalan 03 ay 22 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və götürülməyən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 79, mənzil 45-də yaşayan və qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə məhkum olunmasına baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə məhkum olunmasına baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 10,123 qram təmiz çəkidə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin birinci siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs bu qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 20:45-də ünvan 1 ünvanında yerləşən “Gentleman” geyim əşyaları mağazasının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edildikdən sonra orada həmin gün saat 22:21-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən həmin külli miqdarda ümumilikdə 10,123 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ayrı-ayrılıqda 4,023 qram və 6,100 qram təmiz çəkilərdə olmaqla Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə evdən çıxıb pul çıxarmaq üçün bankomatın qarşısına gəlmiş, o, bankomatın qarşısında olarkən, polis əməkdaşları ona yaxınlaşaraq onu saxlamışlar. Polis əməkdaşları onun üzərində şəxsi axtarış həyata keçirmiş, lakin onun üzərindən narkotik vasitə aşkar etməmişlər. O, narkotik vasitələrdən istifadə etsə də, heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İlk dəfə polis əməkdaşları onu həbs edəndə ona demişlər ki, onu öldürəcəklər, onu öldürəcək şəxs həbs edildikdən sonra onu həbsdən azad edəcəklər. O daha əvvəl də polis əməkdaşları tərəfindən tutulmuşdur. xx xxx 2020-ci il tarixdə onu tutan polislər onu daha əvvəl tutan polislər olmuşlar. Ona polis əməkdaşları tərəfindən hər hansı zor tətbiq edilməmiş, polis əməkdaşları ifadəsini yazmış, o da ona hörmətsizlik olunmasın deyə imzalamışdır. Polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən, üzərindən narkotik vasitə aşkar edilməmişdir. O, narkotik vasitə olan kokaini tanışı olan bir qadınla qəbul edirmiş. Təqsirləndirilən şəxs bildirmişdir ki, istifadəsində ***-***-**-** mobil nömrəsi olan «İphone 11 Pro» markalı mobil telefon aparatı olmuşdur. Elan olunan «sms» mətnləri ona məxsusdur. O, smslərin məzmunu ilə bağlı bildirmişdir ki, o narkotik vasitələri heç kimə satmamış, bəzən dostlarını qonaq etmişdir. Məhkəmədə verdiyi ifadələrlə ibtidai araşdırma zamanı verdiyi ifadələr arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadələr elan olunmuşdur. Həmin ifadələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2019cu ilin dekabr ayında azadlığa çıxmışdır. Təxminən 3 ilə yaxın olar ki, «şüşə» adı ilə tanınan psixotrop maddədən, yəni metamfetamindən istifadə edir, metamfetamini yanıdırıb tüstüsünü çəkmə yolu ilə qəbul edir. xx xxx 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində öz yaşadığı evin yaxınlığında olarkən küçədə yolun kənarında yerdə təsadüfən iki ədəd sellofan büküm olduğunu görüb maraq üçün həmin bükümləri götürmüşdür. Hər iki bükümü açıb baxanda onların hər birinin içində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Belə ki, özü həmin maddəni çəkən olduğu üçün əvvəldən tanımışdır. İçində metamfetamin olan həmin iki ədəd bükümləri də özü qəbul etmək məqsədilə götürüb şalvarının cibində saxlamışdır. Onları kiməsə vermək, yaxud satmaq fikri olmamışdır. xx xxx 2020-ci il tarixdə axşam saat təxminən 20-21 radələrində Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində «Gentleman» geyim mağazasının yaxınlığında gəzərkən özünə tərəf mülki geyimdə iki-üç nəfər yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və ona izah edib demişlər ki, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat var, özü ilə bağlı əməliyyat-axtarış tədbiri keçirilir. Həmin vaxt əvvəldən yerdən tapdığı iki büküm metamfetamin öz üzərində olmuşdur. Ona görə də polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Polis əməkdaşları onu özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Orada hüquqlarının müdafiəsi üçün vəkil də dəvət olunub ona təqdim olunmuş, etiraz etməmişdir. Həmin idarədə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılarkən ona təklif olunmuşdur ki, üzərində qanunsuz saxladığı, eləcə də hər hansı əşya, predmet varsa təqdim etsin. Özü əynindəki göy rəngli cins şalvarının sol yan cibindəki özünə məxsus bir ədəd «İphone 11 Pro» markalı mobil telefonunu, həmin şalvarının sağ yan cibində saxladığı içində metamfetamin olan iki ədəd sellofan bükümləri, əynindəki qəhvəyi gödəkçəsinin sol yan cibindən bir ədəd Kent markalı siqaret qutusunu və bir ədəd qırmızı alışqanını çıxarıb stolun üstünə qoymuşdur. Polis əməkdaşları özləri də onun üzərində şəxsi axtarış aparmışlar, lakin başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları onun təqdim etdiyi həmin iki ədəd sellofan bükümlərə baxış keçirib hər birinin içində metamfetamin olduğunu aşkar etmişlər və həmin bükümləri götürüb zərfə qoyaraq qablaşdırmışlar. Polis əməkdaşları onun mobil telefonunu da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürmüşlər, Kent markalı siqaretini və alışqanını isə ona qaytarmışlar. Bundan sonra aşkar olunanlar barədə protokol yazılaraq ucadan oxunmuş, özü də digər iştirakçılar kimi həmin protokolu imzalamışdır. Psixotrop maddə metamfetamini özü heç kimdən əldə etməmiş, yuxarıda göstərdiyi kimi həmin metamfetamin bükümlərini küçədə yerdən tapıb götürmüş və özü qəbul etmək üçün saxlamış, heç kimə satmaq, vermək niyyəti olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib orada üzərində şəxsi axtarış aparılarkən özünə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. İstifadəsində olan mobil nömrə ***-***-**-** mobil nömrəsidir, həmin mobil nömrə ilə danışıqlar aparır, başqa mobil nömrəsi yoxdur. Özü heç vaxt ruhi-psixi xəstəlikdən müalicə almamış və belə xəstəliklərdən əziyyət çəkmir. O ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etməmiş, həmin ifadələri təyziq altında verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili X7 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə xidmət etdiyi Baş İdarəyə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 79, mənzil 45-də yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz şəkildə külli miqdarda narkotik və psixotrop maddələr əldə edib saxlaması, üzərində daşıması və satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O bu barədə Baş İdarənin rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs bu qanunsuz əməllərinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilərək onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zərurəti ilə əlaqədar əməliyyat qrupu olaraq həmin gün axşam saat 20 radələrində Təqsirləndirilən şəxs olduğu yer barədə aldıqları məlumat üzrə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsinə getmişlər. Həmin gün saat 20:45-də Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Gentleman” paltar satışı mağazasının yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsi saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini ona təqdim etmişlər. Sorğu-sual zamanı həmin şəxs Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. Sonra ona saxlanılmasının səbəbini izah edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla da tanış edərək Təqsirləndirilən şəxs özləri ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarənin inzibati binasına gələndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bu prosesi həyata keçirən, Baş İdarənin təhqiqatçısı Mahir Gülməmmədli tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edilmiş, vəkilin və əməliyyat qrupu üzvlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. X1 tərəfindən onun, əməliyyat qrupunun digər üzvlərinin və vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri həyata keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs əvvəlcə şəxsi axtarış və götürmə aparılması barədə qərarla da tanış edilmiş, ona üzərində, paltarlarında, əşyalarında dövriyyəsi qadağan olunmuş, qanunsuz saxladığı hər hansı əşya və ya predmet varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü sərbəst şəkildə əynində olan göy rəngli cins şalvarının sol yan cibindən özünün bir ədəd «İphone 11 Pro» markalı mobil telefonunu, həmin şalvarının sağ yan cibindən içərisində şübhəli maddələr olan iki ədəd şəffaf sellofan bükümləri, həmçinin əynindəki qəhvəyi gödəkçəsinin sol yan cibindən bir ədəd «Kent» markalı siqaret qutusunu və alışqanını çıxarıb stolun üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da başqa heç bir əşya, predmet aşkar olunmamışdır. Aşkar edilmiş həmin iki ədəd şəffaf sellofan bükümlərdə olan maddələr barədə Təqsirləndirilən şəxs soruşulduqda Təqsirləndirilən şəxs səmimi şəkildə bildirmişdir ki, həmin bükümlərdə olan maddələr «şüşə» adı ilə tanınan psixotrop maddə metamfetamindir, həmin maddələri iki gün əvvəl yaşadığı evin yaxınlığında tapıb götürmüş və öz istifadəsi üçün üzərində saxlamışdır. Qeyd olunan həmin iki ədəd şəffaf sellofan bükümlər təhqiqatçı Mahir Gülməmmədov tərəfindən ardıcıl olaraq açılıb baxışa təqdim olunmuş, həmin bükümlərin hər birinin içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddələr olmuşdur. Aşkar edilmiş içində metamfetaminə bənzər maddələr olan həmin iki ədəd bükümlər götürülüb zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs bir ədəd «İphone 11 Pro» markalı mobil telefonu da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sonda şəxsi axtarış və götürmə hərəkəti başa çatmış elan olunaraq videoçəkiliş dayandırılmış, bu prosesə dair və aşkar edilənlərlə bağlı Baş İdarənin təhqiqatçısı Mahir Gülməmmədli tərəfindən protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı onun mütəmadi olaraq külli miqdarda narkotik və ya psixotrop maddələri qanunsuz əldə edib üzərində saxlamaqla daşıması və satışını həyata keçirməsi barədə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərkən və yaxud orada ona qarşı heç bir təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 oğlu və Şahid1 ifadələrində şahid X3 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli 4(005)-555/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamə və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(005)-361/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmaqla 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 7(003)-1327/2019 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 03 ay 22 günündən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Cinayət işinə əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxx 2020-ci il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 20:45-də ünvan 1 ünvanında yerləşən “Gentleman” geyim əşyaları mağazasının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edildikdən sonra orada həmin gün saat 22:21-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərin hər birinin içərisində psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Cinayət işinin materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/716 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,023 qr və 6,100 qr, ümumi təmiz çəkisi 10,123 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir. Həmin ekspert rəyinə əsasən ümumi təmiz çəkisi 10,123 qram olan metamfetaminin ümumi 0,2 qramı tədqiqata sərf edildikdən sonra qalıq 9,923 qram metamfetamin qalmışdır. Cinayət işinin materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1852 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş 994 77-217-77-77 mobil nömrəsi üzrə telefonla aparılan danışıqların və məlumatların «xxxx» MMC-dən ələ keçirilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən «xxxx» MMC-dən xx.xx.2020-ci il tarixli AZF/LGL-7377/20 nömrəli məktubla əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmişdir. Baxış protokolundan məlum olur ki, baxış zamanı 994 77-217-77-77 mobil nömrənin «xxxx» MMC-də Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçdiyi müəyyən edilməklə onun istifadəsində olmuş həmin mobil nömrədən istifadəçisi məlum olmayan 994 ********* mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 09:08-də “Ağaşka telfona cavab ver. Saz kokum var. Götrüm səni qoyağ gedəy bazara ordanda işə. Əgər getmirsənsə götür denən getmirəm işmi bilim” məzmunlu, istifadəçisi məlum olmayan 994 ********* mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 00:12-də “get o pula iki dənə meti al. Beş altı gün böl at 25 nə qədər sağal» məzmunlu, istifadəçisi məlum olmayan 994 ********* mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 01:18-də “Şeyə adboy. Qərdeş çalış sən də 22 si başda üç gün meti zad elə. Bir ay oruc tut. Sonra da Allah köməy olar heç eləmərsən in şa Allah» məzmunlu, həmin mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 01:58-də “Qərdeş saxlamağ fikrin varsa mən meti 2-3 alım səçün. Birinci gün bütöv sonra günə yarı yarı atsan polnı beş günə gedəcəy hər şey. Fikrin varsa ayn 20 sindən başda ağrı bitsin 25 də oruc saxlıyax. Ramazan ən gözəl fürsətdi belə şeylərçün» məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş 994 77-217-77-77 mobil nömrəsinə istifadəçisi məlum olmayan 994 ********* mobil nömrədən xx.xx.2020-ci il tarixdə saat 02:04-də “Meti eziyet verir mene su gedir mennen konkret. yay da deyilki gunde 3-4 defe girim hamamda cimim. pregabalin var 150lik. lirika terkibli dermandi. oynan cox rahat cixiram. listi 25-40 manat arasidi. hem derman tapa bilmirem hem de elim asagidi. duz deyirsen ramazan ayi en yaxsi fursetdi. calisacam orucluga qeder hell edim” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş protokoldan məlum olur ki, iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanıldıqdan sonra üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılarkən Təqsirləndirilən şəxs götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “İphone 11 Pro” markalı 077 217 77 77 nömrəli mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq zamanı baxış keçirilmişdir. Baxış zamanı “İphone 11 Pro” markalı həmin mobil telefon aparatının yaddaşında olan “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində istintaqa məlum olmayan +994 77 467 77 79 mobil nömrənin istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs naməlum tarixdə saat 18:50-də “Qaqaş əlavə də oldu bəlkə”, “4 dənə də mənə lazımdı” məzmunlu SMS mətninin göndərilməsi, Təqsirləndirilən şəxs tərəfindən həmin mobil nömrə istifadəçisinə saat 18:51-də “Başıva dönərəm, belə düzgün deyil e, mən sənin əziyyətini çəkirəm e çəkməyinə, o bir qoyacaq, iki mən danışacam, hər dəfə danışmaq üçün iyirmi otuz dəfə mən dalbadal yığıram e onu, özü də bir dəfə mənə qayıtdı ki kokain qurtarmağına qurtarmışdır, bilirəm onu, bir dənə danışım deyərəm sənə, sonra da yığdı ki bir dənə, iki-üç dənə qalıb, indi bilmirəm nə deyəcək-deməyəcək, dörd dənəni gərək yığım deyim də qaqaş, mənim bildiyimə görə qalmalı deyil, Esi deyirsən?, Esi deyirsən? Neynirsən e onu, yenə də deyərəm, ama mən uje zakazı vermişəm, təzəldən zakaz verməliyəm, o ora qoymalıdı, bax da, mənə konrket bir fikir, bir cavab denən, sonra da bu SMS-ləri sil” məzmunlu səs mesajının göndərilməsi, +994 77 467 77 79 mobil nömrə istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs saat 18:53-də “4 dənə eki”, “Mənə də başıva dönərəm” məzmunlu SMS mətninin göndərilməsi, saat 18:56-da “Qaqaş mən bayaqdan bilmirdim e söhbət nədi, Kənan mənə dedi ki, Zülfi yer atacaq sənə gedəcəyik onun yanına, bilmirdim temanı, sonradan soruşuram deyir belə-belə, deyirəm ki mənə də lazımdı, mənə niyə deməmisən, dedi deyirəm də, gör nə deyirəm başıva dönərəm, birinci narahat olma siləcəm bu yazışmanı, saxlayan deyiləm, ikincisi də gör alınırsa, əgər zakaz vermiyibsə, alınırsa dörd dənə də eki mənim üçün denən də nə olar ki, 60 manat vuraq da hara lazımdısa, bildin necə qardaşım, alınmırsa da alınmasın, alınsa gedib götürərəm” məzmunlu səs mesajının göndərilməsi, Təqsirləndirilən şəxs tərəfindən həmin mobil nömrə istifadəçisinə saat 19:05-də “Oldu qaqaş, oldu, vsyo da, demişəm, qoyur indi, sənə də deyəcəm pulu vuracaqsan, səbrli ol bir az qaqaş” məzmunlu səs mesajının göndərilməsi, eləcə də saat 20:19-da ox işarəsi ilə qeyd edilmiş yerin fotoşəklinin və altında “Nərimanovda Avis apteklə üzbəüzdəki 5 mərtəbənin 144 –cü blok 3-cü mərtəbəyə çıxanda LD paçkasında 1 kokain. 5 red bul”, “Qaqaş pulu gətir ver mənə götürəndən sonra” məzmunlu SMS mətnlərinin göndərilməsi, +994 77 467 77 79 mobil nömrə istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs saat 20:21-də “Oldu brat”, “Bildim” məzmunlu SMS mətninin göndərilməsi, saat 20:21-20:22-də Təqsirləndirilən şəxs tərəfindən həmin mobil nömrənin istifadəçisinə “Mən ona bojdu qalacam”, “Qaqaşdan şey alacam pulun ona verərsən. Deyəcəm sənə” məzmunlu SMS mətninin göndərilməsi, +994 77 467 77 79 mobil nömrə istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs saat 20:46-20:52-də “Ok, qaqaş, götürdük uje, öpürəm var ol, qaqaş mən onsuz da cəbiyə 70 manat verməliyəm” SMS mətninin göndərilməsi, saat 20:53-də Təqsirləndirilən şəxs tərəfindən həmin mobil nömrənin istifadəçisinə “Qaqaş sən Cəbiyə nə verməlisən, nə verməməlisən onun mənə dəxli yoxdu, sən səbrli ol, o altmışı saxla özündə mən sənə deyəcəm neynəmək lazımdı, sənin Cəbiyə borcun var onun söhbətə nə dəxli ki, sən səbri ol, mən sənə deyəcəm, mən özüm ona demişəm də, şey götürməliyəm ondan” məzmunlu səs mesajının göndərilməsi, +994 77 467 77 79 mobil nömrə istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs saat 20:58-də “bilirəm brat, nəyə görə deyirəm, yəni deyirəm mən indi onunla polyubomu görüşüb pulu verməliyəm də, bildin ?, yəni ona pulu verib, borcumu verib, bir iki baş da şey alıb gedirəm bağa da, ona görə deyirdim ki, sən əgər istəyirsənsə sənə çatan altmışı da verim Cəbiyə də, sənə altmış manata bir karobka şey verər də, istəyirsən deyim Cəbi, ala bu altmışı da, Zülfi özü gələcək, özünüz söhbət edərsiz, bildin necə?” məzmunlu səs mesajının göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, şəxsi axtarış və götürmə aparılarkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonrakı ümumi 9,923 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, içərisində ***-***-**-** mobil nömrəsi ilə birlikdə 01 ədəd “İphone 11 Pro” markalı mobil telefon aparatı iş üzrə maddi sübutlar hesab edilmişdir. Maddi sübutlardan şəxsi axtarış və götürmə aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonrakı ümumi 9,923 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, içərisində ***-***-**-** mobil nömrəsi ilə birlikdə 01 ədəd “İphone 11 Pro” markalı mobil telefon aparatı isə saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi, onda psixotrop maddələrin aşkar edilməməsi barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsi ilə nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_11.htm Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzası 06 ildən az ola bilməz Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməsinə, əməlində cinayətin sadə residivi olmasına və əvvələr azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş içərisində ***-***-**-** mobil nömrəsi ilə birlikdə 01 ədəd “İphone 11 Pro” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılmalı, ekspertiza tədqiqatından sonrakı ümumi 9,923 qram qalıq çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 08 may 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş içərisində ***-***-**-** mobil nömrəsi ilə birlikdə 01 ədəd “İphone 11 Pro” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılsın, ekspertiza tədqiqatından sonrakı ümumi 9,923 qram qalıq çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-447/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-447/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver