Məhkəmə qərarları › İş №1(101)-447/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-447/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-447/2022 25.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı –Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü İldə Sabirabad rayonu, Salmanlı kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu, Salmanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, 26.10 1997-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Araz» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Araz» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Araz» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 10623,566 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 1440 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 200 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 3360 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 200 ədəd narkotik vasitə metadonu istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən «Araz» adlı şəxsin və qeydlərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin külli miqdarda 58,830 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, külli miqdarda 74,736 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs2 öz üzərində, qalan külli miqdarda 10490 qram heroini, külli miqdarda 1440 qram psixotrop maddə metamfetamini, külli miqdarda 200 qram narkotik vasitə tiryəki, külli miqdarda 200 ədəd üzərilərində "F/M40” yazısı həkk olunmuş metadon tərkibli dərman preparatlarını və külli miqdarda 3360 qram narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hundai Sonata” markalı, 99- HV-038 qeydiyyat nişanlı avtomobilin arxa oturacaq hissəsində Təqsirləndirilən şəxs2 ilə birlikdə gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 26 avqust 2021-ci il tarixdə 10:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 8 ünvanının yaxınlığında saxlanılaraq sonuncunun idarə etdiyi “Hundai Sonata” markalı, **-HV-*** qeydiyyat nişanlı avtomobili ilə birlikdə BNMİ-yə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 58,830 qram, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman qara rəngli qısa şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 74,736 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 26 avqust 2021 ~ci İl tarixdə saat 13:00- dan etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz könüllü razılıqları və birlikdə iştirakları ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hundai Sonata” markalı, **-HV-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin sağ arxa oturacağında olan üç ədəd sellofan torbanın içərisindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1440 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, on ədəd bükümdə külli miqdarda təmiz çəkisi 10490 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 200 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, təsiredici maddəsinin ümumi miqdarı 8 qram olan üzərində "Methadone" markalanma göstəricisi olan 20 ədəd konvalyutda hər konvalyutda 10 ədəd olmaqla ümumi 200 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən metadon tərkibli dərman preparatları və üç ədəd polietilen bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1180 qram, 800 qram və 1380 qram olmaqla ümumi çəkisi 3360 olan qram tərkiblərinə görə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Araz» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Araz» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Araz» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 10623,566 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 1440 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 200 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 3360 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 200 ədəd narkotik vasitə metadonu istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən «Araz» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin külli miqdarda 58,830 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, külli miqdarda 74,736 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs2 öz üzərində, qalan külli miqdarda 10490 qram heroini, külli miqdarda 1440 qram psixotrop maddə metamfetamini, külli miqdarda 200 qram narkotik vasitə tiryəki, külli miqdarda 200 ədəd üzərilərində “F/M40" yazısı həkk olunmuş metadon tərkibli dərman preparatlarını və külli miqdarda 3360 qram narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hundai Sonata” markalı, 99- HV-038 qeydiyyat nişanlı avtomobilin arxa oturacaq hissəsində Təqsirləndirilən şəxs2 ilə birlikdə gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 26 avqust 2021-ci il tarixdə 10:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 8 ünvanının yaxınlığında saxlanılaraq sonuncunun idarə etdiyi “Hundai Sonata" markalı, **-HV-*** qeydiyyat nişanlı avtomobili ilə birlikdə BNMİ-yə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 58,830 qram, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman qara rəngli qısa şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 74,736 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 26 avqust 2021-ci il tarixdə saat 13:00- dan etibarən Təqsirləndirilən şəxs1 və Əİİ Mirzəyevin öz könüllü razılıqları və birlikdə iştirakları ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hundai Sonata” markalı, **-HV-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin sağ arxa oturacağında olan üç ədəd sellofan torbanın içərisindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1440 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, on ədəd bükümdə külli miqdarda təmiz çəkisi 10490 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 200 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, təsiredici maddəsinin ümumi miqdarı 8 qram olan üzərində “Methadone” markalanma göstəricisi olan 20 ədəd konvalyutda hər konvalyutda 10 ədəd olmaqla ümumi 200 ədəd üzərilərində “F/M40" yazısı həkk olunmuş xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən metadon tərkibli dərman preparatları və üç ədəd polietilen bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1180 qram, 800 qram və 1380 qram olmaqla ümumi çəkisi 3360 olan qram tərkiblərinə görə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun dostudur. O, 26 avqust 2021-ci il tarixdə səhər saat 10 radələrində Xırdalan şəhərində ailəsi ilə birgə avtomobildə olarkən onu polis əməkdaşları tutmuşlar, həmin vaxt polis əməkdaşları onu avtomobillə vurmuşlar, orada olan zibil yeşiyinə dəymiş və ayğından zədə almışdır. Sonra onu idarəyə aparmışlar və daha sonra Təqsirləndirilən şəxs2 də gətirmişlər. Onlar ayrı-ayrı vaxtlarda və ayrı-ayrı avtomobillərdə tutulmuşlar. Onlara idarədə həmin narkotik vasitələri öz üzərlərinə götürməkləri barədə təzyiqlər göstərilmişdir. O, narkotik vasitələrin istifadəçisi olmamışdır. Tutulmamışdan 7-8 ay əvvəl avtoyuma məntəqsi götürüb işlətmiş, dostu Əli isə taksi sürücüsü kimi fəlaiyyət göstərmişdir. Onu əvvəllər də Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər, lakin o, getməmişdir. İdarədə ona işgəncələr vermişlər və o, bu barədə Baş prokurorluğa və Prezident Aparatına ərizələr yazmışdır. Saxlanılarkən nə onun nə də dostu Təqsirləndirilən şəxs2 üzərindən və avtomobillərindən narkotik vasitə çıxmamışdır. İbtidai istintaq zamanı adından yazılan ifadəni təsdiq etmir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 sonuncu avtoyuma məntəqəsi işlədən zaman tanımış və dostluq münasibətləri o vaxtan yaranmışdır. Tutulmamışdan öncə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 26 avqust 2021-ci il tarixdə səhər saatlarında Xırdalan şəhərinə müştəri aparmış və Abşeron rayon Üzeyir Hacıbəyov 8 ünvanının yaxınlığında olarkən Mehrangildə çay içmək qərarına gəlmişdir. Həmin vaxt Mehrana zəng etmiş, sonuncu evdə olmadığını, lakin evə döndüyünü və onu orada gözləməyini bildirmişdir. O, Mehrangilin yaşadıqları ünvanın həyətində avtomobilini saxlayarkən 8-9 nəfər avtomobilinin pəncərəsini döymüş, özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmiş və onu zorla avtomobilin kopotunun üstünə otuzdurmuşlar. Həmin vaxt ondan Mehran barədə soruşanda o, sonuncu ilə telefonla əlaqə saxladığını bildirmiş və polis əməkdaşları həmin vaxt onu sürücü ilə tək qoyaraq Mehranın üzərinə qaçmışlar. Onu idarəyə aparmışlar və orada ona işgəncələr vermişlər. Orada ondan narkotik vasitələri haradan əldə etdiyini soruşanda, o, Türkiyə Respublikasında təhsil alan zaman narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirmişdir. Bundan başqa ifadəsində bildirmişdir ki, üzərinə baxış Xırdalan şəhərində keçirmişlər, nə üzərindən nə də avtomobilindən narkotik vasitə aşakar olunmamışdır. Həmin narkotik vasitələri təzyiqlər nəticəsində çəkiliş zamanı öz üzərinə götürmüşdür. Araz adlı şəxsi tanımır. İbtidai istintaq zamanı adından yazılan ifadəni təsdiq etmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. 25 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 8 ünvanının yaxınlığında olduğunu bildikləri üçün 26 avqust 2021-ci il tarixdə saat 10:00 radələrində həmin ünvana gəlmişlər. Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxsin həmin ünvanın yaxınlığında başqa bir nəfər şəxs ilə Hundai Sonata markalı, **-HV-*** qeydiyyat nişanlı avtomobilin qarşısında dayandıqlarını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və anket məlumatlarını bildirmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Həmin şəxslərə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişlər. Həmin şəxslər etiraz etmədən razılaşıb birlikdə Baş İdarəyə gəlmişlər Eyni zamanda Hundai Sonata markalı, **-HV-*** qeydiyyat nişanlı avtomobil də Baş idarənin həyətinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi təyin edilmişdir. Müdafiəçilər gəldikdən sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşlar. Onların üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra ilk öncə Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Aşkar olunmuş heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli qısa şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, bir ədəd açar isə Təqsirləndirilən şəxs1 qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Araz” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən əldə etmişdir, həmin narkotik maddələri “Araz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacaqdı. Bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olmuşdur, qazanacağı pulun bir qismini Təqsirləndirilən şəxs2 verəcəkdi. Əlavə olaraq bildirmişdir ki, idarə etdiyi, "Hundai sonata” markalı, ** VH *** nömrəli avtomobildə narkotik maddə saxlayır, orada saxladığı narkotik maddələri təqdim edə bilər. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edir, üzərindən aşkar olumuş heroin özünə məxsusdur, həmin narkotik maddəni “Araz” adlı İran İslam Respublikası vətəndaşının deyəcəyi yerə çatdırmaq üçün Mehranla birlikdə əldə etmişdir, narkotik maddələri Mehran ilə birlikdə “Araz" adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacaqdı. Bu işləri görməkdə Mehran ilə əlbir olmuşdur. Mehranın idarə etdiyi, “Hundai sonata” markalı, ** VH *** nömrəli avtomobildə olan narkotik maddəni Mehran ilə birlikdə əldə etmişdir. Bundan sonra videoçəkiliş qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra avtomobildə baxış keçirmək üçün Baş İdarənin həyətinə düşmüşlər. Həmin gün saat 13:00 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobilə baxış keçirmək üçün etirazlarının olmadığı barədə ərizə yazmışlar. Baş idarənin həyətində videoçəkilişlə avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin sağ arxa oturacağında gizlətdiyi üç ədəd sellofan torbanı təqdim etmişdir. Torbaların içinə baxış keçirilmişdir. Baxış zamanı həmin torbaların içərisindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, bir ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər, on ədəd bükümdə narkotik vasitə heroinə bənzər, üç ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, iki yüz ədəd metadon həbinə bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən və avtomobildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Araz” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən əldə etmişdir, həmin narkotik maddələri “Araz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacaqdı, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olmuşdur, qazanacağı pulun bir qismini Təqsirləndirilən şəxs2 verəcəkdi. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edir, üzərindən aşkar olumuş heroin özünə məxsusdur, həmin narkotik maddəni “Araz” adlı İran İslam Respublikası vətəndaşının deyəcəyi yerə çatdırmaq üçün Mehranla birlikdə əldə etmişdir, narkotik maddələri Mehran ilə birlikdə “Araz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacaqdı, bu işləri görməkdə Mehran ilə əlbir olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİU baş əməliyyat müvəkkili Şahid1 da yuxarıda qeyd olunan şahid ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2021-ci il tarixli, 6/3718 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” yazısı olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 74,736 qram (Təqsirləndirilən şəxs2 götürülmüş) və təmiz çəkisi 58,830 qram (Təqsirləndirilən şəxs1 götürülmüş) qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən yazısı olan bağlamadakı -10 ədəd bükümdə ümumi təmiz çəkisi 10490 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -bir ədəd bükümdə təmiz çəkisi 1440 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -bir ədəd bükümdə təmiz çəkisi 200 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyi maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir. -üzərində “Methadone 40 markalanma göstəricisi olan 20 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumi 200 ədəd üzərlərində “F/M40" yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkib dərman preparatıdır və 2800 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 8 qramdır (konvalyutun üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qr metadon olmaqla) Həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərindən və avtomobildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 10623, 566 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Qeyd: üzərindən: heroinin təmiz çəkisi: 74,736 qr və 58,830 qr, tədqiqata sərf edildi.hər maddədən 0,1 qr, qalıqlar: 74,636 qr, 58,730 qr 2) avtomobildən: heroinin ümumi təmiz çəkisi 10490 qr, tədqiqata sərf edildi: ümumi 0,3 qr (hər maddədən 0,03qr) qalıq 10489,7 -metamfetaminin təmiz çəkisi: 1440 qr, tədqiqata sərf edildi ; 0,2 qr, qalıq: 1439,8 -tiryəkin təmiz çəkisi: 200 qr, tədqiqata sərf edildi: 0,1 qr, qalıq 199,9 qr -200 ədəd həbdən 10 həb tədqiqata sərf edildi, qalıq 190 həb İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2021 -ci il tarixli, 7/838 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: tədqiqata təqdim olunmuş ağ kağız üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar olunmuş.” sözləri yazılmış qara rəgli polietilen torbada skoçla bağlanmış 03 (üç) ədəd poiietilen bağlamada ayrıayrılıqda təmiz çəkiləri: 1) 1180 qr, 2) 800 qr və 3)1380 qr bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 3360 qramdır.

2. Tədqiqata təqdim olunmuş 03 (üç) ədəd polietilen bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın təmiz çəkisi -3360 qram, tədqiqata sərf edildi - 0,3 qram, qalıq - 3359,7 qramdır. 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in İ siyahısına daxildirlər. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 11 noyabr 2021 -ci il tarixli 3879 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabiodlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 25 noyabr 2021ci il tarixli 4119 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Kannabiodlərin istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş 27 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə deyərək bir daha ifadələrini təsdiqləmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 26 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri keçirilmiş 26 avqust 2021 -ci il tarixdə saat 10:00-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 8 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşlar. İdarədə müdafiəçilərin iştirakları ilə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə və Təqsirləndirilən şəxs2 əynində olan qısa şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş “avtomobilə baxış və götürmə aparılması haqqında” 26 avqust 2021-ci il tarixli protokoldan görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı X5 və müdafiəçilər X4 və X2 iştirakları ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hundai Sonata” markalı, **-HV-*** qeydiyyat nişanlı avtomobilin sağ arxa oturacağında olan üç ədəd sellofan torbanın içərisindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, on ədəd bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər, 200 ədəd metadona bənzər və üç ədəd polietilen bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 mobil telefon aparatına baxış keçirilməsi haqqında 11.09.2021 -ci il tarixli protokoldan görünür ki, “Samsung” markalı mobil telefonun Vatsap ani mesajlaşma sistemində +98-912-038- 5141 saylı nömrə ilə əlaqə yaratması, ancaq iranlının Təqsirləndirilən şəxs1 Vatsap nömrəsinə iran hərfləri ilə yazması, narkotik vasitənin qanunsuz dövriyəsi ilə bağlı Təqsirləndirilən şəxs1 ilə aralarında səs yazma, yazışmaların olması, İran İslam Respublikasına məxsus mobil nömrədən narkotik vasitənin atıldığı yerin və içərisində narkotik vasitə olan çantanın şəklinin Təqsirləndirilən şəxs1 göndərilməsi müəyyən edilmişdir. Həmin hissədə fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 13 oktyabr 2021 -ci il tarixli, 008-9219-1221 saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən və sonuncunun idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitələrin satış məqsədi ilə əldə edib, saxladığına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan “Araz” adlı şəxslə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərməsinə, “Araz” adlı şəxsin həmin narkotik vasitəni cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə irandan qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göndərdiklərinə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satış məqsədi İlə qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmalarına və qanunsuz saxlamalarına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin "Araz" adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Musayev X1 rayon məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə 02 il sınaq müddəti tədbiq edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadələri onların ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, təxminən üç ildir ki, narkotik vasitənin nəşə növündən istifadə edir. Nəşəni siqaretə doldurub çəkir Lakin son zamanlar maddi vəziyyəti yaxşı olmamışdır. Buna görə də asan yolla pul qazanmağın yollarını axtarmışdır. Buna görə də hansısa sosial şəbəkədə Araz adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Araz adlı İran islam Respublikasının vətəndaşı narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bilmişdir. Belə ki, İran İslam Respublikasının vətəndaşı Araz adlı şəxs Azərbaycan Respublikasının ərazisinə narkotik vasitə göndərməli o isə həmin narkotik vasitələri götürüb bir yerdən aparıb başqa yerə qoymalı, bunun müqabilində isə pul əldə edəcəkdir. Buna görə də dostu Təqsirləndirilən şəxs2 bu barədə bildimişdir. Çünki bilirmişdir ki, Təqsirləndirilən şəxs2 də pul qazanmaq üçün iş axtarır. Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövriyyəsi barədə dedikdə o razılaşmışdır. Bundan sonra Araz adlı şəxsin mobil nömrəsini götürüb Vatsap sosial şəbəkəsində danışmağa başlamışdır. Məqsədi Əli ilə birlikdə narkotik vasitəni götürüb iranlı Araz adlı şəxsin dediyi ünvanlara çatdırmaq olmuşdur. İlk dəfə bu işlə 15 avqust 2021-ci il tarixdə məşğul olmuşdur. İranlı Araz adlı şəxs Vatsap sosisal şəbəkəsində ona zəng edərək narkotik vasitə göndərmiş və həmin narkotik vasitələri götürməyini bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 ilə birlikdə gedib həmin narkotik vasitəni götürüb iranlı Araz adlı şəxsin dediyi ünvanlara çatdırmışdır. Həmin narkotik vasitə qurtarandan sonra iranlı Araz adlı şəxs yenidən əlaqə saxlayaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Sumqayıt- Biləcəri yazılan plakatın altına narkotik vasitə qoyduğunu bildirmişdir. Əli ilə məsləhətləşib onunla birlikdə həmin yerə idarə etdiyi “Hundai Sonata” markalı, 99-HV- 038 qeydiyyat nişanlı avtomobillə getmişdir. 25 avqust 2021-ci il tarixdən 26 avqust 2021-ci il tarixə keçən gecə həmin narkotik vasitələri Əli ilə birlikdə götürmüşdür. Həmin narkotik vasitəni götürüb maşının arxa oturacağına qoymuşdur. Həmin narkotik vasitələrin üzərindən Əli ilə birlikdə hərəsi bir büküm götürmüşdür ki, iranlı hara desə ora qoyar. Qalan narkotik vasitlər isə maşının arxa oturacağında qalmışdır. 26 avqust 2021-ci il tarixdə səhər saat 10:00 radələrində Abşeron rayonu, Xırdalan şəhərində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdiyi Hundai sonata markalı, ** VH *** nömrəli avtomobilin qarşısında dayanarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Əlini Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdirlər. Etiraz etmədən razılaşıb onlarla birlikdə getmişdir. Həmin vaxt idarə etdiyi avtomobili də baş idarənin həyətinə aparmışdırlar Baş İdarədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona və daha sonra Əliyə üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkildi və qablaşdırılıb möhürləndi. Qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalandı. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli qısa şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən “Samsung" markalı mobil telefon aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılıb möhürlənmişdir. Qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır.İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, bir ədəd açar geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Araz” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən əldə etmiş, həmin narkotik maddələri “Araz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacaqdır, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olmuş, qazanacağı pulun bir qismini Təqsirləndirilən şəxs2 verəcəkdir, əlavə olaraq idarə etdiyi, “Hundai sonata” markalı, ** VH *** nömrəli avtomobildə narkotik maddə saxlayır, orada saxladığı narkotik maddələri təqdim edə bilər, həmin avtomobilə baxış keçirilməsinə etirazı yoxdur. Bundan sonra idarə etdiyi Hunday Sonata markalı avtomobilə baxış keçirmək üçün idarənin həyətinə düşmüdşürlər. İdarənin həyətində onun və Təqsirləndirilən şəxs2, eyni zamanda vəkillərin və polis işçilərinin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə qanunsuz hər hansısa əşya varsa təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o həmin avtomobilin sağ arxa oturacağında gizlətdiyi üç ədəd sellofan torbanı təqdim etmişdir. Torbaların içindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin, bir ədəd bükümdə narkotik vasitə tiryək, on ədəd bükümdə narkotik vasitə heroin, üç ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 200(iki yüz) ədəd metadon həbi aşkar olunmuşdur. Daha sonra həmin narkotik vasitə və psixotrop maddələr elektron tərəzidə çəkilərək qablaşdırılmış, üzəri möhürlənərək götürülmüş, daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq heçnə aşkar olunmamışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Araz” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən əldə etmiş, həmin narkotik maddələri “Araz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacaqdır, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olmuşdur, qazanacağı pulun bir qismini Təqsirləndirilən şəxs2 verəcəkdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitənin nəşə növündən istifadə edir. Nəşəni siqaretə doldurub çəkir. Lakin son zamanlar maddi vəziyyəti yaxşı olmamışdır. Buna görə də asan yolla pul qazanmağın yollarını axtarmışdır. İş tapmaq üçün dostu Təqsirləndirilən şəxs1 da bildirmişdir. Təqsirləndirilən şəxs1 də narkotik vasitənin qanunsuz dövriyyəsi ilə birlikdə məşğul ola biləcəklərini bildirmişdir. Çünki Mehran ona bildirmişdir ki, iranlı Araz adlı şəxslə tanış olubdur, Araz adlı şəxsdə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğuldur. Pul qazanacağı üçün razılıq vermişdir. Bundan sonra Mehran ilə birlikdə İran islam Respublikasının vətəndaşı Araz adlı şəxslə Vatsap sosial şəbəkəsində danışmağa başlamışdırlar. Belə ki, İran İslam Respublikasının vətəndaşı Araz adlı şəxs Azərbaycan Respublikasının ərazisinə narkotik vasitə göndərməli, onlar isə həmin narkotik vasitələri götürüb bir yerdən aparıb başqa yerə qoymalı, bunun müqabilində isə pul əldə edəcəkdilər. İlk dəfə bu işlə 15 avqust 2021-ci il tarixdə məşğul olmuşdurlar. İranlı Araz adlı şəxs Vatsap sosisal şəbəkəsində Mehrana zəng edərək narkotik vasitə göndərdiyini və həmin narkotik vasitələri götürməyi bildirmişdir. Buna görə də Mehran ilə birlikdə gedib həmin narkotik vasitəni götürüb iranlı Araz adlı şəxsin dediyi ünvanlara çatdırmışdır. Həmin narkotik vasitə qurtarandan sonra iranlı Araz adlı şəxs yenidən əlaqə saxlayaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Sumqayıt- Biləcəri yazılan plakatın altına narkotik vasitə qoyduğunu bildirmişdir. Mehran ilə məsləhətləşib onunla birlikdə həmin yerə Mehranın idarə etdiyi “Hundai Sonata” markalı, **-HV-*** qeydiyyat nişanlı avtomobillə getmişdirlər. 25 avqust 2021-ci il tarixdən 26 avqust 2021-ci il tarixə keçən gecə həmin narkotik vasitələri Mehran ilə birlikdə götürmüşdür. Lakin saatı kankret olaraq deyə bilmir. Həmin narkotik vasitəni götürüb maşının arxa oturacağına qoymuşdurlar. Həmin narkotik vasitələrin üzərindən Mehran ilə birlikdə hərəsi bir büküm götürmüşdür ki, iranlı Araz adlı şəxs hara desə ora qoysunlar. Qalan narkotik vasitlər isə maşınının arxa oturacağında qalmışdır. 26 avqust 2021-ci il tarixdə səhər saat 10:00 radətərində Abşeron rayonu. Xırdalan şəhərində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə onun idarə etdiyi Hundai sonata markalı, ** VH *** nömrəli avtomobilin qarşısında dayanarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Mehrana narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Mehranı Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdirlər. Etiraz etmədən razılaşıb onlarla birlikdə getmişdirlər. Həmin vaxt Mehranın idarə etdiyi avtomobili də baş idarənin həyətinə aparmışdırlar. Baş İdarədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onların üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Mehrana və daha sonra onun üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra Mehran əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan şalvarının sol yan cibindən bir ədəd “Samsung" markalı mobil telefon və bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Heroinelektron tərəzidə çəkilmiş və qablaşdırılıb möhürlənmişdir. Qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, əynində olan qara rəngli qısa şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən "Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Heroinelektron tərəzidə çəkilmiş və qablaşdırılıb möhürlənmişdir. Qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmşdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, bir ədəd açar geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Araz" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən əldə etmişdir, həmin narkotik maddələri "Araz" adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacaqdır, bu işləri görməkdə mənim ilə əlbir olmuşdur, qazanacağı pulun bir qismini mənə verəcəkdir, əlavə olaraq idarə etdiyi, “Hundai sonata” markalı, ** VH *** nömrəli avtomobildə narkotik maddə saxlayır, orada saxladığı narkotik maddələri təqdim edə bilər, həmin avtomobilə baxış keçirilməsinə etirazı yoxdur. O isə verilən suallara cavab olaraq bildirmişdir ki, Mehranın dediklərini təsdiq edir, üzərindən aşkar olumuş heroin özünə məxsusdur, həmin narkotik maddəni “Araz” adlı İran İslam Respublikası vətəndaşının deyəcəyi yerə çatdırmaq üçün Mehran ilə birlikdə əldə etmişdir, narkotik maddələri Mehran ilə birlikdə “Araz" adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacaqdır, bu işləri görməkdə Mehran ilə əlbirdir, əlavə olaraq Mehranın idarə etdiyi “Hundai sonata" markalı, ** VH *** nömrəli avtomobildə olan narkotik maddəni Mehran ilə birlikdə əldə etmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokola imza etmişdir. Bundan sonra Mehranın idarə etdiyi Hunday Sonata markalı avtomobilə baxış keçirmək üçün idarənin həyətinə düşmüşdürlər. İdarənin həyətində onun və Təqsirləndirilən şəxs1, eyni zamanda vəkillərin və polis işçilərinin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə qanunsuz hər hansısa əşya varsa təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Mehran həmin avtomobilin sağ arxa oturacağında gizlətdiyi üç ədəd sellofan torbanı təqdim etmişdir. Torbaların içindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin, bir ədəd bükümdə narkotik vasitə tiryək, on ədəd bükümdə narkotik vasitə heroin, üç ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 200(iki yüz) ədəd metadon həbi aşkar olunmuşdur. Daha sonra həmin narkotik vasitə və psixotrop maddələr elektron tərəzidə çəkilərək qablaşdırılmış üzəri möhürlənərək götürülmüş, daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq heçnə aşkar olunmamışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Mehranın dediklərini təsdiq edir, üzərimdən aşkar olumuş heroin özünə məxsusdur, həmin narkotik maddəni “Araz" adlı İran İslam Respublikası vətəndaşının deyəcəyi yerə çatdırmaq üçün Mehran ilə birlikdə əldə etmişdir, narkotik maddələri Mehran ilə birlikdə “Araz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacaqdır, bu işləri görməkdə Mehran ilə əlbirdir. Bundan sonra avtomobilə baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokola imza etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədəki ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onların əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Beləliklə, məhkəmə istintaqında şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluqları olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və234.4.3-cü maddələri ilə ayrı-ayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 26 avqust 2021ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və234.4.3-cü maddələri ilə ayrı-ayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 26 avqust 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 74,636 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tətqiqatından sonra qalıq qalan 58,730 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertiza tətqiqatından sonra qalıq qalan 10489,7 qram çəkidə narkotik vasitə heroin, 1439,8 qram çəkidə psixotrop maddə metamfetamin, 199,9 qram çəkidə narkotik vasitə tiryək, 190 ədəd metadon həbi və 3359,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə şəxsi axtarış və götürməni və avtomobilə baxış keçirilməni özündə əks etdirən iki ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 101,50 ( yüz bir manat əlli qəpik) manat olmaqla cəmi 203 ( iyi yüz üç) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından müdafiəçilər: Müdafiəçi1 üçün 150 (yüz əlli) manat pul və Müdafiəçi2 üçün 150 (yüz əlli) manat pul onların vəkil işlədiyi 5 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 ( on bir ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 -cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 Nuraqğa oğluna qəti olaraq 14 (on dörd) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzsını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 ( on bir ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 -cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 14 (on dörd) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza sonra qalıq qalan 74,636 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 58,730 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 10489,7 qram çəkidə narkotik vasitə heroin, 1439,8 qram çəkidə psixotrop maddə metamfetamin, 199,9 qram çəkidə narkotik vasitə tiryək, 190 ədəd metadon həbi və 3359,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə şəxsi axtarış və götürməni və avtomobilə baxış keçirilməni özündə əks etdirən iki ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 101,50 ( yüz bir manat əlli qəpik) manat olmaqla cəmi 203 ( iyi yüz üç) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından müdafiəçilər: Müdafiəçi1 üçün 150 (yüz əlli) manat pul və Müdafiəçi2 üçün 150 (yüz əlli) manat pul onların vəkil işlədiyi 5 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar