Məhkəmə qərarları › İş №1(101)-448/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-448/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-448/2021 30.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, 29 avqust 1986-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkum olunmamış, ünvan 1 ünvanda da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, ünvan 2 ünvanda da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan , Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 başqa şəxslə külli miqdarda narkotik vasitənin, psixotrop maddənin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlanılması və daşınması barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 2020-ci ilin yanvar ayında qrupun digər üzvü olan başqa şəxs tərəfindən Biləsuvar rayonunun Əsgərabad kəndindəki məlumat lövhəsinin yanına daşınıb orada saxladığı külli miqdarda, yəni 1 kq 111,485 qram narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq bir bükümdə 0,738 qram narkotik vasitə tiryəki, bir bükümdə 0,135 qram psixotrop maddə hesab olunan metamfetamini, bir bükümdə üzərində «M 40» sözləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd metadon həblərini və güclü təsir edən maddə hesab olunan təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən 3 ədəd tramadol həblərini satış məqsədi ilə həmin yerdən 19 yanvar 2020-ci il tarixdə əldə edib əvvəlcə ünvan 3 ünvanda yerləşən evinə, daha sonra Abşeron rayonu Masazır qəsəbəsi Gənclər şəhərciyində kirayədə yaşadığı evə daşıyıb bir müddət saxladıqdan sonra 20 yanvar 2020-ci il tarixdə saat 16:00 radələrində qrupun başqa üzvündən telefon vasitəsi ilə aldığı tapşırığa əsasən saxladığı narkotik vasitə olan heroindən külli miqdarda, yəni 1108 qramını başqa şəxs tərəfindən 2000 manata satılması üçün ondan almağa razılaşmış Təqsirləndirilən şəxs2 çatdırılması məqsədi ilə avtomobilində Bakı şəhəri, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsinə daşıyıb həmin ünvanda məişət tullantıları qabının yanında gizlətmiş, qalan bir bükümdə olan külli miqdarda, yəni 3,485 qram heroini, şəxsi istehlak miqdarından artıq bir bükümdə 0,738 qram narkotik vasitə tiryəki, bir bükümdə 0,135 qram psixotrop maddə hesab olunan metamfetamini, bir bükümdə üzərində «M 40» sözləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd metadon həbləri və güclü təsir edən maddə hesab olunan təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən 3 ədəd tramadol həblərini özündə saxlamışdır. 20 yanvar 2020-ci il tarixdə Sabunçu RPİ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq həmin idarənin 13-cü polis bölməsinə gətirilib orada Təqsirləndirilən şəxs2 üzərindən polietilen torbada külli miqdarda, 1108 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan sonra, yəni 21 yanvar 2020-ci il tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Masazır qəsəbəsi Gənclər şəhərciyinin həyətində saxlanılaraq 13-cü polis bölməsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilərkən onun əynindəki şalvarın cibindən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni bir bükümdə 3,485 qram heroin, şəxsi istehlak miqdarından artıq bir bükümdə 0,738 qram narkotik vasitə tiryək, bir bükümdə 0,135 qram psixotrop maddə hesab olunan metamfetamin, bir bükümdə üzərində «M 40» sözləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd metadon həbləri və güclü təsir edən maddə hesab olunan təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən 3 ədəd tramadol həbləri aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 başqa şəxslə 2000 manat dəyərində narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin alınmasını razılaşdırdıqdan sonra, 20 yanvar 2020-ci il tarixdə narkotik vasitə heroini götürmək üçün razılığa gəldiyi şəxsin ona dediyi Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsinə gəlib orada «Sərham» marketin yaxınlığında başqa şəxsə 2000 manatı verərək bir ədəd polietilen torbada qablaşdırılmış külli miqdarda, yəni 1108 qram kustar üsulla hazırlanmış heroini qanunsuz olaraq satış məqsədilə əldə edib daşıyaraq oradan uzaqlaşarkən Sabunçu RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə aparılmış, orada onun əlindəki polietilen torbaya baxış keçirilərkən onun içərisindən satış məqsədi ilə başqa şəxsdən əldə edib saxlamaqla daşıdığı 1108 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.2.1-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli bilmyib ifadələrində göstərdi ki, iki aya yaxındır ki, heroindən istifadə edir. İstifadə etdiyi heroini başqa şəxslərdən alır. Həmin şəxsləri o, tanımır. O, narkotik vasitələrin satışı ilə məşqul olmur, onun evindən tiryək və metamfetamin çıxıb. İttihamda göstərilən digər narkotik maddələri, təsiri ediciləri vasitələri polis özü qoyub. Onun polislərlə ədavəti olmayıb. Polislərin belə hərəkət etmələrinin səbəbini bilmir və polis əməkdaşlarının belə hərəkət etmələrini təsdiq edən sübutu yoxdur. O, ittihamda göstərilən metofetamin və metodonu qəbul edir, bir kiloqram heroini qəbul etmir. Həmin heroinin ona aidiyyəti yoxdur. İttihamda adları göstrilən şəxsləri tanımır. Yanvar 20-də Rafiqi tutublar, həmin ayın 21-də isə onu tutublar. O, Rafiqin bu işlə əlaqəli olmasını bilmir. Rafiq ondan narkotik almayıb. Onu qızla tutublar. Onu cərimə edib buraxıblar. O, narkotiki satmaq barəsində heç kimlə söhbət etməyib. Onun adını da polisə Rafiq deməyib. O, telefonla danışanda polis əməkdaşları onu tutublar. Sonra da istədiklərini yazıb, onu ailəsi ilə hədələyib ona protokola imza etdiriblər. O, İranlı Fərşud adlı narkotik alverçisini tanımır. İttihamda göstərilən Əlihüseyni də tanımır. O, nə onunla, nə də başqası ilə İrandan Azəbaycana narkotik gətirib satmaq haqqında söhbət etməyib. Rafiq tutulanda ondan aşkar edilib götürümüş heroinin kimə məxsus olmasından məlumatı yoxdur. O bilmir ki, həmin heroin haradan gəlib, kim gətirib, necə gətirib, satan kimdir, alan kimdir. Özü narkotik istifadəçisi olduğundan əməlindən peşimandır. Onun ifadələrini nəzrə alıb ədalətli cəza verməyi xahiş edir. Məhkəmədə elan edilib araşdırmış Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadələrində o, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.2.1-cü maddəlri ilə özünü təqsirli bilməyib göstrmişdir: ”.. iki aya yaxındır ki, kokosdan istifadə edir. Qəbul etmək üçün narkotik vasitəni son vaxtda İran İslam Respublikası vətəndaşı Fərşüt adlı şəxsdən almışdır. Belə ki, Fərşüt adlı şəxslə İran İslam Respublikasında tanış olmuşdır.Atası xəstə olduğu üçün onu İrana həkimə aparıb-gətirmişdir. Fərşütü də taksi sürücüsü kimi İran İslam Respublikasında tanımışdır. X10 Respublikasında tanış olarkən Fərşut ona bildirmişdir ki, “paket göndərəcəkdir, qoyacaqlar Biləsuvar rayonu ərazisinə gəlib götürə bilərsənmi”. O da paketin nə olmasını soruşmadan onun təklifi ilə razılaşmışdır. Həmin vaxt öz mobil telefon nömrəsini Fərşüt adlı şəxsə vermişdir. Sonuncu dəfə tutulmamışdan təxminən 15-20 gün əvvəl Fərşüt adlı şəxs onunla mobil telefonla əlaqə saxlayıb onu İran İslam Respublikasına dəvət etmişdir.O da Fərşutla razılaşmış və tarixini dəqiq bilmədiyi gün İran İslam Respublikasına gedərək Fərşutla Ərdəbil rayonunda görüşmüşdür.Orada Fərşüt ona 500 manat pul verib demişdir ki, “paket göndərəcəkdir, Biləsuvardan qəbul edib Bakı şəhərinə apararsan gəlib götürəcəklər”. O da Fərşutla razılaşmışdır. O da həmin günü Cəlilabad rayonunda olan yaşadığı evə qayıtmışdır.19 yanvar 2020-ci il tarixdə gecə saatlarında Fərüşt adlı şəxs ona zəng edərək paketi göndərdiyini və gedib Biləsuvar rayonundan götürməsini bildirmişdir. O da həmin günü Biləsuvar rayonuna gedib Fərşutla əlaqə saxladıqda Fərşut ona paketi yol kənarında Cəlilabad rayonundan Biləsuvar rayonu istiqamətində Əsgərabad kəndi ərazisində məlumatdırıcı dirəyin yanında qoyulmasını bildirmişdir.O Fərşutun ona dediyi əlamətlərə görə Cəlilabad, Bakı- Astara avtomobil yolunun Cəlilabad rayonundan Biləsuar rayonu istiqamətində olan hissəsində Əsgərabad kəndi ərazisində yol kənarında olan məlumatdırıcı dirəyin yanına gedərək deyilən yerdən ağ rəngli selefon bükülü vəziyyətdə paketi götürmüşdür.Paketi götürməsi barədə Fərşüt adlı şəxsə zəng edərək demişdir. Fərşut paketin içərisində olan iri bağlamadan savayı olan bağlamada olan narkrotik maddələri ona pay olaraq qoymasını bildirmişdir. Həmin vaxt artıq 20 yanvar 2020ci il tarixə keçmişdi. O paketi götürüb yaşadığı evə gətirərək gizlətmiş və bu barədə heç kimə məlumat verməmişdir. O paketi yaşadığı evdə açıb içərisinə baxdıqda içərisində narkotik vasitə olmasını görmüşdür.O Fərşüt adlı şəxsdən paketin içərisində nə olmasını soruşmasa da paketdə narkotik vasitə olmasını bilmişdir.Səhəri günü 20 yanvar 2020-ci il tarixdə Cəlilabad rayonundan “Chevralet” markalı avtomobil kirayələmişdir.O həmin avtomobillə içərisində narkotik vasitə olan paketi götürüb yaşadığı evdən çıxaraq avtomobili ilə Bakı şəhərinə gəlmişdir. Narkotik vasitəni Abşeron rayonu Masazır qəsəbəsi ərazisində kirayə götürdüyü evə gətirmişdir. Gec olduğu üçün gecəni evdə yatmış və səhər açıldıqda Fərşüt adlı şəxslə əlaqə saxlayıb paketi kimə verəcəyini soruşduqda Fərşut ona həmin paketi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Sərham marketin yaxınlığına aparmasını bildirməklə ona paketi ondan götürəcək şəxs barədə hər hansı bir məlumat verməmişdir. Bakıxanov qəsəbəsi ərazisinə gəlib Sərham” adlanan marketin yaxınlığında dayanıb Fərşütə zəng edərək “Sərham” adlanan marketin yanında olmasını bildirmişdir. Fərşüt paketi zibil qablarının olduğu işıq dirəyənin altında yerə qoymasını və gəlib götürəcəklərini bildirmişdir. O paketi yerə qoymuş və oradan uzaqlaşmağa başlamışdır. Fərşüt adlı ona zəng edərək paketi götürəcək şəxsin paketi tapa bilmədiyini bildirmişdir. O yenidən paketi qoyduğu yerə qayıdıb paketi götürərək zibil qutularının olduğu işıq dirəyinin yanında qoyaraq getmişdir. Bundan sonra o kirayələdiyi avtomobilə əyləşib oradan uzaqlaşaraq Masazır qəsəbəsinə evə gəlmişdir. Həmin günün səhəri gün axşam radələrində kirayələdiyi avtomobili təmir etmək üçün evdən çıxdıqda bir neçə nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olmasını bildirmişlər və onu onlarla birlikdə polis bölməsinə getməyi təklif etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. PB-də üzərinə video çəkiliş aparılmaqla baxış zamanı artıq polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı narkotik vasitə və psixotrop maddələri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir.” Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, narkotik vasitə olan heroin qəbul edir. Qəbul etmək üçün narkotik maddəni tanımadığı şəxslərdən alır. Onun işlədiyi təkər təmiri sexi özünün yaşadığı ünvan 6 ünvanında yerləşir. Tutulmamışdan təxminən bir ay əvvəl o, təkər təmiri emalatxanasında narkotik vasitə qəbul edərkən bir nəfər tanımadığı şəxs təkər təmiri emalatxanasına daxil olaraq onun narkotik vasitə qəbul etməsini görmüşdür.Həmin şəxs ondan narkotik vasitə qəbul edib etməməsini soruşdqda o, tanımadığı şəxsə narkotik vasitə qəbul etməsini etiraf etmişdir. Həmin şəxs ona özünü Astara rayon sakini Əlihüseyn kimi təqdim edərək bildirmişdi ki, onda narkotik vasitə heroin var və həmin heroini satmaq istəyir. O da Əlihüseyndən özünün istifadəsi üçün heroin almağa razılaşmışdır. Əlihüseyn bildirdi ki, onda külli miqdarda narkotik vardır və həmin narkotik vasitənin hamısını bir dəfəlik 2.000 manata satmaq istəyir. O, ona bildirmişdir ki, hazırda pulu yoxdur, pul düzəldə bilər. Əlihüseyn mobil nömrəsini vermədi, bildirdi ki, özü onun iş yerinə gələcəkdir.15 yanvar 2020-ci il tarixdə Əlihüseyn yenidən onun işlədiyi təkər təmiri emalatxanasına gəldi. O da Əlihüseynə bildirmişdir ki, əlində 2000 manat nağd pulu vardır. Əlihüseyn pulu olduğu təqdirdə ona narkotik vasitəni satmağa razılaşmış və bildirmişdir ki, 20 yanvar 2020-ci il tarixdə saat 15-00-dan sonra Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Sərham” marketin yanında onunla görüşüb ondan narkotik vasitəni ala bilər. O, Əlihüseynlə razılaşdıqdan sonra Əlihüseyn çıxıb getdi. 20 yanvar 2020-ci il tarixdə saat təxminən 14:00 radələrində o, Bakıxanov qəsəbəsində yerləşən “Sərham” marketin qarşısına gəlmişdir. Həmin ünvana çatıb Əlihüseyni gözləməyə başlamışdır. Bir müddət sonra Əlihüseyn əlində bağlama ilə ora gəldi və o, Əlihüseynə 2.000 manat pul verib ondan içərisində heroin olan bağlamanı götürmüşdür. Əlihüseyn ondan aralanıb onun bilmədiyi istqamətə getdi. O, Əlihüseynlə görüş yerindən bir qədər aralandıqdan sonra 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etdilər. Polis əməkdaşları ona narkotik vasitənin istifadəsində və daşınmasında şübhəli olduğu üçün onlarla birlikdə 13-cü PB-ə getməsini bildirdilər. O da polis əməkdaşları ilə birlikdə onların müşayiəti ilə polis bölməsinə getmişdir. Polis bölməsində olarkən polis əməkdaşları ona video çəkiliş aparılmaqla uzərinə şəxsi axtarış aparacaqlarını bildirmişlər. Bundan sonra ona üzərindəki əşyaları çıxarıb stolun üstünə qoymasını təklif edildikdə əlində olan göy rəngli üzərində rus dilində “s novım qodom” sözləri yazılmış sellofan torbanı onlara təqdim etmişdir. Polis əməkdaşları ondan sellofan torbanın içərisində olan bükülünün içərisində nə olduğu soruşduqda o , həmin bükülünün içərisində heroin olduğunu və həmin heroini 20 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Bakıxanov qəsəbəsində yerlşən “Sərham” marketin yaxınlığında 2000 manata özünün istifadə etməsi üçün tanımadığı Əlihüseyn adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra onun üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edildi və ondan götürülmüş narkotik vasitə qablaşdırılaraq möhürləndi. O da polis əməkdaşları tərəfindən tərtib olunmuş protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Şahid1 ifadələrində göstərdi ki, o, Sabunçu RPİ 13-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. 20 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 barədə məlumatı yoxlamaq məqsədi əməliyyat qrupu təşkil edildi. Əməliyyat qrupu tərəfindən həmin tarixdə saat 13-00 radələrində ünvan 8 ünvanında yerləşən «Sərham» marketin yaxınlığında narkotik maddələrin saxlanılmasında və qəbulunda şübhəli olan Təqsirləndirilən şəxs2 saxlanılaraq Sabunçu RPİ-nin 13-ci polis bölməsinə gətirildi. Təqsirləndirilən şəxs2 Fəxrəddin oğlunun üzərinə vidio çəkiliş aparılmaqla axtarış keçirildi. Təqsirləndirilən şəxs2 üzərində saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etmək təklif edildikdə Təqsirləndirilən şəxs2 əlində olan polietilen torbanın içərisində yapışqan lentlə bükülmüş içərisində qəhvəyi rəngli maddə olan bağlamanı təqdim edərək təqdim etdiyi maddənin heroin olduğunu və öz istifadəsi üçün 20 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən «Sərham» marketin yaxınlığında Astara rayonundan olan Əlihüseyn adlı şəxsdən 2000 manata aldığını bildirdi. Təqsirləndirilən şəxs2 aşkar olunmuş maddə onların iştirakı ilə götürülərək qablaşdırılıb möhürləndi və bu barədə protokol tərtib olundu. Tərtib olunmuş protokolu polis əmkdaşları və Təqsirləndirilən şəxs2 da da imza etdilər.. Şahidlər Şahid3 və Şahid2 da ifadələrində Təqsirləndirilən şəxs2 narkotik vasitə heroinlə saxlanıldıqda Sabunçu RPİ-də xidmət etdiklərini bildiririb Şahid1 ilə eyni məzmunlu ifadə verərək 20 yanvar 2020-ci il tarixdə saat 13-00 radələrində Təqsirləndirilən şəxs2 şübhəli olduğuna görə tərəflərindən saxlanılıb Sabunçu RPİnin 13-cü PB-nə aparılmasını və orada onun üstünə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 əlində saxladığı bir ədəd sellofan torbanın içərisində narkotik vasitə heroinin aşkar edilərək götürülməsində iştirak etdiklərini göstərmişlər. Şahid Şahid4 ifadələrində göstərdi ki, o, Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşıdır. 21 yanvar 2020-ci il tarixdə saat 18-10 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları ilə birlikdə əməliyyat tədbiri keçirərkən Abşeron rayonu Masazır qəsəbəsi Gənclər şəhərciyinin həyətində narkotik maddələrin saxlanılmasında və qəbulunda şübhəli olan Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılaraq saat 19-15-də Sabunçu RPİ-nin 13-ci polis bölməsinə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs1 üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla axtarış keçirildi. Təqsirləndirilən şəxs1 üzərində saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs1 şalvarının cibindən 4 ədəd qəhvəyi rəngli həb, 3 ədəd qırmızı rəngli həb, 1 ədəd ağ rəngli sellofan parçasına bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş qara rəngli narkotik vasitəyə bənzər maddə və bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş ağ rəngli kristal şəklində maddəni təqdim edərək həmin maddələrin özünə məxsus olmasını, aşkar edilmiş maddələrin narkotik maddələr olduğunu və öz istifadəsi üçün 20 yanvar 2020-ci il tarixdə gecə saatlarında İran İslam Respublikasının vətəndaşı Fərşüt adlı şəxslə qabaqcadan əldə olunmuş razılığa əsasən yol kənarında olan məlumatdırıcı dirəyin dibinə qoyulduğunu və heç bir pul ödəmədən götürdüyünü bildirdi. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirdi ki, üstündən aşkar olunan narkotik maddələr qeyd olunan yerdən götürülən narkotik maddələrin bir hissəsidir qalan hissəsini isə Fərşud adlı şəxsin sifarişi ilə Bakı şəhəri Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən “Sərham” marketin yaxınlığında tanımadığı şəxsin götürməsi üçün orada olan zibil qutularının yanına qoymuşdur. Təqsirləndirilən şəxs1 aşkar olunmuş maddələr onların iştirakı ilə götürülərək qablaşdırılıb möhürləndi və bu barədə protokol tərtib olundu,sonra da imzalandı. Şahidlər Şahid6, Abbasov X5 RPİ 13-cü PB-nin əməkdaşı olduğlarını bildirib Şahid4 ilə eyni məzmunlu ifadə verərək 21 yanvar 2020-ci il tarixdə saat 18-10 radələrində Təqsirləndirilən şəxs1 şübhəli olduğuna görə tərəflərindən Sabunçu RPİ-nin 13-cü PB-nə aparılmasını və orada İlkin Mehdiyevin üstünə baxış keçirilərkən onun üzərindən narkotik vasitə hesab edilən heroinin və digər narkotik vasitələrin aşkar edilərək götürülməsində iştirak etməsini göstərdilər. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 20 yanvar 2020-ci il tarixdə Sabunçu RPi-nin 13-ci polis bölməsinin əməkdaşları tərəfindən tərib olunmuş şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, 20 yanvar 2020-ci il tarixdə saat 18:00 radələrində ünvan 9 ünvanında yerləşən “Sərham” marketin yaxınlığında Təqsirləndirilən şəxs2n narkotik vasitələrin saxlanılmasında və qəbulunda şübhəli olduğuna görə saxlanılıb üzərinə video çəkilişlə keçirilən axtarış zamanı Təqsirləndirilən şəxs2 əlində olan göy rəngli polietilen torbanın içərisindəki yapışqan lentlə bükülmüş narkotik maddə heroin aşkar olunuraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 21 yanvar 2020-ci il tarixdə Sabunçu RPi-nin 13-ci polis bölməsinin əməkdaşları tərəfindən tərtib olunmuş şəxsi axtarış keçirilməsi haqqında protokolun məzmunundan görünür ki, 21 yanvar 2020-ci il tarixdə saat 18-10 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Gənclər şəhərciyində həyətində saxlanılaraq saat 19:15 dəqiqədə Sabunçu RPİ-nin 13-ci polis bölməsinə gətirilmiş narkotik maddələrin satışında,saxlanılmasında və qəbulunda şübhəli olan Təqsirləndirilən şəxs1 üzərinə video çəkilişlə keçirilən axtarış zamanı ondan 01 ədəd bükümdə heroin, 01 ədəd bükümdə narkotik vasitə tiryək, 01 ədəd bükümdə psixotrop maddə hesab olunan metamfetamin, 01 ədəd kağız bükümdə üzərində «M 40» sözləri olan 4 ədəd metadon həbləri və güclü təsir edən maddə hesab olunan 3 ədəd tramadol həbləri aşkar olunuraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2020-ci il tarixli 1299 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş ..” yazısı olan zərfdə qablaşdırılmış bir ədəd polietilen torbada təmiz çəkisi 1108 qr (1 kq 108 qr) olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 21 yanvar 2020-ci il tarixli 1506 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs1 üzərindən ...” sözlər və imzalar olan 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,485 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,738 qram olan maddə xaş-xaş bitkisindən kustar hazırlanmış narkotik vasitə-tiryəkdir, 01 ədəd bükümdə təmiz çəkisi-0,135 qram olan ağ rəngli kristal formada maddələr metamfetamindir, 01 ədəd kağız bükümdəki üzərində “M 40” sözləri olan 4 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon adlı dərman preparatıdır və həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,16 qramdır (bir həbdə 0,04 qr), 3 ədəd qırmızı rəngli dairəvi formalı həblər Tramadol dərman preparatlarıdır və ümumi təsir edici maddəsinin miqdarı 0,675 qramdır. Metadon adlı preparat Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir. Tramadol 225 mg adlı dərman preparatları 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş (1 nömrəli əlavə) “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxildir. Metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxildir.(Siyahı İ) Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2020-ci il tarixli 3522 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 götürülmüş heroin və Təqsirləndirilən şəxs1 götürülmüş heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə narkoloji ekspertizasının 19 fevral 2020-ci il tarixli 436 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə narkoloji ekspertizasının 19 fevral 2020-ci il tarixli 442 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 20 yanvar 2020-ci il tarixli 1/ 179 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun məzmunundan görünür ki, qeyd olunan tarixdə tibbi müayinədən keçirilmiş Təqsirləndirilən şəxs2 sərxoşluq əlaməti olmadan narkotik maddənin qəbulu faktı müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 21 yanvar 2020-ci il tarixli 1/407 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun məzmunundan görünür ki, qeyd olunan tarixdə tibbi müayinədən keçirilmiş Təqsirləndirilən şəxs1 sərxoşluq əlaməti olmadan narkotik maddənin qəbulu faktı müəyyən edilmişdir. Məhkəmədə 20 yanvar 2020-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarışın aparılması “Nikon” markalı video kamera vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskinə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edildi ki, otaqda polis geyimində br nəfər şəxs və mülki geyimdə olan dörd nəfər şəxs görüntüyə gəlir. Polis baş leytenantı xüsusi geyimində olan şəxs özünü 13-cü PB-nin təhqiqatçısı İlham Məmmədov kimi təqdim edir və PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs2 üzərinə 20 yanvar 2020-ci il tarixdə saat 18-20 dəqiqədə baxış keçirilməsini bildirir. Bundan sonra baxışda iştirak edən şəxslər özlərini təqdim etmələrindən məlum olur ki, baxışda Sabunçu RPİ-nin 13-ci PB-nin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və saxlanılan Təqsirləndirilən şəxs2 iştirak edir. X6 polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs2 üstündə saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs2 əlində olan göy rəngli sellofan torbanın içərisindəki yapışqan lentlə bükülmüş içərisində qəhvəyi rəngli maddə olan bağlamanı təqdim edərək həmin maddənin narkotik maddə heroin olmaqla özünə məxsus olmasını bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik maddəni Əlihüseyn adlı şəxsdən özünün şəxsi istifadəsi üçün Bakı şəhəri Bakıxanov qəsəbəsi “Sərham” marketin yaxınlığında 2.000 manatın müqabilində əldə etməsini bildirir. Təhqiqatçı bükülünü açanda onun içində qəhvəyi rəngli maddə aşkar olunur. Təhqiqatçı həmin maddəni qablaşdırır, zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və bağlama zərfə qoyulur. Zərf möhürlənir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının Cinayət işinin materiallarına əlavə edilmiş 21 yanvar 2020-ci il tarixdə Sabunçu RPinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarışın aparılması “Nikon” markalı video kamera vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskinə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimində bir nəfər şəxs və mülki geyimdə olan dörd nəfər şəxs görüntüyə gəlir. Polis mayoru xüsusi geyimində olan şəxs özünü 13-cü PB-nin baş təhqiqatçısı Elşən Quliyev kimi təqdim edir və PB-nin əməkdaşları tərəfindən Rafiq adlı şəxsə narkotik vasitəni satmaqda şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərinə 21 yanvar 2020-ci il tarixdə baxış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və baxışda iştirak edən şəxslər özlərini təqdim etmələrindən məlum olur ki, baxışda Sabunçu RPİ-nin 13-ci PB-nin əməkdaşları Şahid4, Şahid6, Şahid5 və saxlanılan Təqsirləndirilən şəxs1 iştirak edirlər. X7 polis bölməsinə gətirilmiş İlkin Bənyətova üstündə saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs1 etiraz etmədən əynində olan cins çalvarın sağ yan cibindən 4 ədəd qəhvəyi rəngli həb, 3 ədəd qırmızı rəngli həb, 1 ədəd ağ rəngli sellofan parçasına bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş qara rəngli narkotik vasitəyə bənzər maddə və 1 ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş ağ rəngli kristal şəklində maddəni təqdim edərək həmin maddələrin özünə məxsus olmasını bildirdi. Sorğu zamanı İlkin Bənyətov ondan aşkar edilmiş maddələrin narkotik maddələr olduğunu və öz istifadəsi üçün İran İslam Respublikasının vətəndaşı Fərşüt adlı şəxslə qabaqcadan əldə olunmuş razılığa əsasən yol kənarında olan məlumatdırıcı dirəyin dibinə qoyulduğunu və heç bir pul ödəmədən götürdüyünü bildirdi. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirdi ki, üstündən aşkar olunan narkotik maddələr qeyd olunan yerdən götürülən narkotik maddələrin bir hissəsidir qalan hissəsini isə Fərşud adlı şəxsin sifarişi ilə Bakı şəhəri Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən “Sərham” marketin yaxınlığında tanımadığı şəxsin götürməsi üçün orada olan zibil qutularının yanına qoymuşdur. Təhqiqatçı həmin maddələri qablaşdırmaq üçün zərflərin üzərində qeydlər edir, iştirak edənlər zərfləri imzalayır və bükümlər zərflərə qoyulur. Zərflər möhürlənir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 əldə etdiyi 1108 qram çəkidə narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 əldə etdiyi 3,485 qram heroin, 01 ədəd bükümdə 0,738 qram narkotik vasitə tiryək, 01 ədəd bükümdə 0,135 qram psixotrop maddə hesab olunan metamfetamin, 01 ədəd kağız bükümdə üzərində «M 40» sözləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd metadon həbləri və güclü təsir edən maddə hesab olunan təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən 3 ədəd tramadol həbləri iş üzrə maddi sübut tanınb cinayət işinin materiallarna əlavə edilmişdir. İstintaq orqanı bu sübutlar əsasınqda Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ə tövsüf etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ifadələrində göstərdi ki, heroindən istifadə edir. O, narkotik vasitələrin satışı ilə məşqul olmur, onun evindən tiryək və metamfetamin çıxıb. O, ittihamda göstərilən metofetamin və metodonu qəbul edir, bir kiloqram heroini qəbul etmir. Həmin heroinin ona aidiyyəti yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ifadələrində göstərdikləri dəlilləri istintaq orqanının ittihamı təsdiq edən sübutlar kimi məhkəməyə təqdim etdiyi sübutlarla müqayisəli tədqiq etdikdə müəyyən olundu ki, o, 2020-ci ilin yanvar ayında başqa şəxs tərəfindən Biləsuvar rayonunun Əsgərabad kəndindəki məlumat lövhəsinin yanına daşınmış külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni həmin yerdən 19 yanvar 2020-ci il tarixdə əldə edib əvvəlcə ünvan 3 ünvanda yerləşən evinə, daha sonra Abşeron rayonu Masazır qəsəbəsi Gənclər şəhərciyində kirayədə yaşadığı evə daşıyıb bir müddət saxladıqdan sonra 20 yanvar 2020-ci il tarixdə saat 16:00 radələrində qrupun başqa üzvündən telefon vasitəsi ilə aldığı tapşırığa əsasən saxladığı narkotik vasitə olan heroindən külli miqdarda, yəni 1108 qramını başqa şəxs tərəfindən 2000 manata satılması üçün ondan almağa razılaşmış Təqsirləndirilən şəxs2 çatdırılması məqsədi ilə avtomobilində Bakı şəhəri, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsinə daşıyıb həmin ünvanda məişət tullantıları qabının yanında gizlətmiş, qalan bir bükümdə olan külli miqdarda, yəni 3,485 qram heroini, şəxsi istehlak miqdarından artıq bir bükümdə 0,738 qram narkotik vasitə tiryəki, bir bükümdə 0,135 qram psixotrop maddə hesab olunan metamfetamini, bir bükümdə üzərində «M 40» sözləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd metadon həbləri və güclü təsir edən maddə hesab olunan təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən 3 ədəd tramadol həblərini özündə saxlamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 özünün təqsirsiz olmamasını sübuta yetirməyə borclu olmamasını nəzər alır. Bununla bərabər məhkəmə, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəliləri sübuta yetirməli olduğunu əsaslı sayır. Çünki cinayət mühakimə icraatının çəkişmə prinsipi tərəflərin öz mövqelərinin müdafiəsi üçün gətirdikləri dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməli olmalarını ehtiva edir, lakin o,bunu etməmişdir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs1 bu davranışını onun prosessual hüququndan istifadə etməsi kimi qiymətləndirir, lakin onun öz müdafiəsi üçün irəli sürdüyü dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alıb bu ifadələri müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Məhkəmə, bu əsasla Təqsirləndirilən şəxs1 oğlunun ibtidai istintaq zamanı ona elan olunmuş ittihamın mahiyyəti üzrə verdiyi ifadələrində narkotik vasitələri Biləsüvar rayonu Əsgərabad kəndindəki məlumat lövhəsinin yanında əldə etməsi barəsindəki hissəsini həqiqətə uyğun, məhkəmədə həmin hallar barəsində verdiyi ifadələrini isə işin faktiki hallarına uyğun olmayan və özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmə, yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs1 hərəkətlərini başqa şəxslə külli miqdarda narkotik vasitənin, psixotrop maddənin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədilə əldə etmə, saxlama, daşıma və satma kimi qiymətləndirir. İstintaq orqanı göstərilənlərlə bərabər Təqsirləndirilən şəxs1 hərəkətlərini tamah niyyəti satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları olan “Fərşud ” adlı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmə kimi qiymətləndirmişdir. Məhkəmənin qənaətinə görə əşyanın satışı mənfəəti ehtiva edir. Alqı satqıda mənfəət güdülməsi isə tamah ilə müşahidə olunur. Bu səbəbdən də satış məqsədi ilə törədilən əməlin təkrar olaraq tamah məqsədi kimi qiymətləndirilməsini istisna olunur. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan «tamah» niyyəti sözlərinin xaric edilməsini əsaslı sayıb həmin hissəsini xaric edir. İstintaq orqanı Təqsirləndirilən şəxs1 hərəkətlərini göstərilənlərlə bərabər bu əməlin predmetini təşkil edən vasitə və maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları olan “Fərşud” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmə kimi qiymətləndirib onun əməlini həm də Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmənin qənaətinə görə istintaq orqanın Təqsirləndirilən şəxs1 əməllərini həmin maddə ilə tövsüf edilməsi üçün əsas təqsirləndirilən şəxsin ifadələri olmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs1 istintaqda verdiyi ittihamı etirf edici ifadələri araşdılarkən narkotik vasitələri qaçaqmalçıdlıq yolu ilə xarici dövlətdən Azərbaycan Respublikasına gətirilməsinə yönlən qəsdi olmasını və ya bu məqsədlə hərəkət etməsini göstərməsi müəyyən olunmadı. Məhkəmədə də həmin hallar araşdırılarkən Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirmək üçün digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib, həmin narkotik vasitələrin Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsində iştirakını təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs1 dəfələrlə İran İslam Respublikasında olması müəyyən olndu. Məhkəmədə, onun istintaq zamanı verdiyi ifadələri iş üzrə məhkəməyə təqdim olunmuş sübutların məcmusu ilə müqayisəli təhlil edildikdə Təqsirləndirilən şəxs1 oğlunun İslam Respublikasında olarkən orada onun başqa şəxslə qabaqcadan əlbir olub narkotik vasitələrin əldə olunub həmin həmin narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşmasını təsdiq edən sübutun olması müəyyən olunmadı. Məhkəmənin bu qənaəti təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 bu işin predmetini təşkil edən narkotik vasitələrin Azərbaycan Respublikasının dövlət sərhədindən kənar, gizli keçirməsinə xidmət edən əməlin obyektiv tərəfinə aid hərəkət və hərkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, cinayət əməlinin törədilməsinin vaxtını, yerini və şəraitini təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. Məhkəmənin mövqeyinə görə, qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razılaşması dedikdə, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə qarşılıqlı razılaşma əsasında və ya fərdi qaydada qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı olur. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi də Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasında göstərilmişdir. Həmin dispozisiyada nəzərdə tutulmuş bütün hərəkətlərin eyni şəxs tərəfindən törədilməsi digər şəxslərin həmin cinayətin törədilməsində iştirakını istisna edir. Qaçaqmalçılıq yolu ilə, yəni əşyanın gömrük sərhəddindən keçirilməsindən sonra həmin əmlakı qəbul etmiş şəxsin hərəkətlərində qaçaqmalçılığa görə cinayət məsuliyyəti nəzərdə tutan həmin maddənin dispozisiyasında göstərilmiş hərəkətlərdən hər hansı birinin olmaması şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkibini istisna edir. Məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlinin predmetini təşkil narkotik vasitələrin xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasında, daşınmasında, gömrük nəzarətindən Azərbaycan Respublikasının ərazisinə gizli keçirilməsində iştirak etməsini təsdiq edən sübut müəyyən olunmadı. İstintaq orqanı təqsirləndirilən şəxsin ifadələrinin bu hissəsinə hüquqi qiymət verərkən həm bu ifadələrdə həmin maddənin dizpozotiv əlamətlərinin olmamasını, həm də Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinin tələbləri baxımından həmin ifadənin başqa sübutlarla təsdiq olunmaması nəzərə alınmamışdır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan şəxslə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən gizli keçirmələri ilə bağlı hissəsinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1inun əməllərində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin xaric olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə gəldiyi bu nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarı baxımından da əsaslı sayır. Çünki həmin qərarda birbaşa göstərilmişdir ki, “əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir.” Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs1 başqa şəxslərlə külli miqdarda narkotik vasitənin, psixotrop maddənin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlanılması və daşınması barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 2020-ci ilin yanvar ayında başqa şəxs tərəfindən Biləsuvar rayonunun Əsgərabad kəndindəki məlumatlandırıcı nişanın yanına daşınmış külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni həmin yerdən 19 yanvar 2020-ci il tarixdə əldə edib əvvəlcə ünvan 3 ünvanda yerləşən evinə, daha sonra Abşeron rayonu Masazır qəsəbəsi Gənclər şəhərciyində kirayədə yaşadığı evə daşıyıb bir müddət saxladıqdan sonra 20 yanvar 2020-ci il tarixdə saat 16:00 radələrində qrupun başqa üzvündən telefon vasitəsi ilə aldığı tapşırığa əsasən saxladığı narkotik vasitə olan heroindən külli miqdarda, yəni 1108 qramını başqa şəxs tərəfindən 2000 manata satılması üçün ondan almağa razılaşmış Təqsirləndirilən şəxs2 çatdırılması məqsədi ilə avtomobilində Bakı şəhəri, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsinə daşıyıb həmin ünvanda məişət tullantıları qabının yanında gizlətməsi, qalan bir bükümdə olan külli miqdarda, yəni 3,485 qram heroini, şəxsi istehlak miqdarından artıq bir bükümdə 0,738 qram narkotik vasitə tiryəki, bir bükümdə 0,135 qram psixotrop maddə hesab olunan metamfetamini, bir bükümdə üzərində «M 40» sözləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd metadon həbləri və güclü təsir edən maddə hesab olunan təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən üç ədəd tramadol həblərini özündə saxlaması, 20 yanvar 2020-ci il tarixdə Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq həmin idarənin 13-cü polis bölməsinə gətirilməsi və orada Təqsirləndirilən şəxs2 üzərindən polietilen torbada külli miqdarda, 1108 qram narkotik vasitə heroin aşkar olunaraq götürülməsi 21 yanvar 2020-ci il tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi Gənclər şəhərciyinin həyətində saxlanılaraq 13-cü polis bölməsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan cins şalvarın cibindən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni bir bükümdə 3,485 qram heroin, şəxsi istehlak miqdarından artıq bir bükümdə 0,738 qram narkotik vasitə tiryək, bir bükümdə 0,135 qram psixotrop maddə hesab olunan metamfetamin, bir bükümdə üzərində «M 40» sözləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd metadon həbləri və güclü təsir edən maddə hesab olunan təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən 3 ədəd tramadol həblərinin aşkar edilib götürülməsi, Təqsirləndirilən şəxs2 başqa şəxslə 2000 manat dəyərində narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin alınmasını razılaşdırdıqdan sonra, 20 yanvar 2020-ci il tarixdə narkotik vasitə heroini götürmək üçün razılığa gəldiyi şəxsin ona dediyi Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsinə gəlib orada «Sərham» marketin yaxınlığında başqa şəxsə 2000 manatı verərək bir ədəd polietilen torbada qablaşdırılmış külli miqdarda, yəni 1108 qram kustar üsulla hazırlanmış heroini qanunsuz olaraq satış məqsədilə əldə edib daşıyaraq oradan uzaqlaşarkən Sabunçu RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə aparılıb orada onun əlindəki polietilen torbaya baxış keçirilərkən onun içərisindən satış məqsədi ilə başqa şəxsdən əldə edib saxlamaqla daşıdığı 1108 qram narkotik vasitə hesab edilən heroinin aşkar edilərək götürülməsi sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 oğlunun əməllərini isə həmin məcəllənin 234.4.3-cü maddələrinin tərkiblərinin əlamətlərinin olduğu qənaətinə gəlib onların əməllərini həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlir və onların təqsirli bilinmələrini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları qənaətinə gəldiyindən onların bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə İbtidai istintaq zamanı məhkəmə ekspertizasının keçirilməsinə 293 (iki yüz doxsan üç) manat xərclənməsi müəyyən olundu. Təqsirləndirilən şəxs2 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmədə 30(otuz) saat hüquqi yardım göstərilmişdir. Buna görə də ona 180 (yüz səksən) manat ödənilməlidir. Məhkəmə, dövlət büdcəsi hesabına həmin məbləqlərdən 293 (iki yüz doxsan üç) manatın Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 180 (yüz səksən) manat pulu isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının hüquqi yardım və tədris mərkəzinin hesabına ödənilməsini, ekspertiza keçirilməsinə sərf olunan 293 (iki yüz doxsan üç) manat pulun məhkəmə məsrəfləri qismində bərabər hissələrlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, 180 (yüz səksən) manat pulun isə Təqsirləndirilən şəxs2dan tutulub dövlət büdcsinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin məbləğin ödənilməsindən azad olunmaları üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş 1108 qram çəkidə narkotik vasitə heroini və 3,485 qram heroini, 01 ədəd bükümdə 0,738 qram narkotik vasitə tiryəki, 01 ədəd bükümdə 0,135 qram psixotrop maddə hesab olunan metamfetamini, 01 ədəd kağız bükümdə üzərində «M 40» sözləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd metadon həbləri və güclü təsir edən maddə hesab olunan təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən 3 ədəd tramadol həbləri sərəbst dövriyyələri qadağan olunmuş maddə və vasitə olduqlarını nəzərə alıb onların məhv edilməlisni əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış 15 avqust 2019-cu il tarixli DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onların qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onların barələrində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlandıqları müddətlərin onlara təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin Təqsirləndirilən şəxs2un X2 bu iş üzrə şübhəli şəxs tutulduğu 20 yanvar 2020-cu il tarixdən, X2 tutulduğu 22 yanvar 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2020-ci il tarixli 436 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2020-ci il tarixli 442 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X2 narkomaniyadan məcburi müalicə təyin olunmasını və onların narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını, təqsirli bilindiyi cinayət əməllərinin törədilməsi halları barəsində ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsini, törətdiyi əmələdən peşiman olmasını onun cəzasının yüngülləşdirici hal kimi qimətələndirir. Onun cəzasının ağırlaşdırıcı hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməllərinin törədilməsi halları barəsində ibtidai etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsini, törətdiyi əmələdən peşiman olmasını onun cəzasının yüngülləşdirici hal kimi qimətələndirir. Onun cəzasının ağırlaşdırıcı hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddətini təyin edərkən, onlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, onların cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına və ailə şəraitlərinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə 2 ( iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 22 yanvar 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 20 yanvar 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş bir bükümdə olan 1108 qram çəkidə heroin, digər bükümdə olan 3,485 qram heroin, 01 ədəd bükümdə 0,738 qram narkotik vasitə tiryək, 01 ədəd bükümdə 0,135 qram psixotrop maddə hesab olunan metamfetamin, 01 ədəd kağız bükümdə üzərində «M 40» sözləri olan ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd metadon həbləri və güclü təsir edən maddə hesab olunan təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən 3 ədəd tramadol həbləri sərbəst dövriyyələri qadağan olunmuş əşya kimi məhv edilsin. Dövlət büdcəsi hesabına məhkəmə ekspertizasının keçirilməsinə 293 (iki yüz doxsan üç) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 180 (yüz səksən) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının hüquqi yardım və tədris mərkəzinin hesabına ödənilsin. Ekspertiza keçirilməsinə sərf olunan 293 (iki yüz doxsan üç) manat pul bərabər hissələrlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, 180 (yüz səksən) manat pul isə Təqsirləndirilən şəxs2dan məhkəmə məsrəfləri qismində tutulub dövlət büdcsinə ödənilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar