Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-448/2022 18.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 iyun 2015ci ildə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 1(007)-20/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.5 və 66.3-cü maddələri tətbiq edilməklə 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 29 noyabr 2018-ci ildə Xəzər Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli, 7(003)-2006/2018 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilib, cəzası 04 il təyin edilmiş, 21 aprel 2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə heroini əldə edib, saxlamaqla daşımışdır. Belə ki, o, 16 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Vüqar” adlı şəxsdən, satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda 01 ədəd şəffaf sellofana və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş ümumi təmiz çəkisi 2,025 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 04 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 3,378 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 16 avqust 2021-ci il tarixdə saat 19:00 radələrində Xətai RPİ-ni 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsinin yaxınlığında saxlanılıb Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qırmızı rəngli, qısa idman şalvarının sağ yan cibindən bir ədəd üzərində «Coffee» sözləri yazılmış qəhvəyi rəngli plastmas qutunun içərisində 01 ədəd şəffaf sellofana və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,019 qram və 2,006 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2,025 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 04 ədəd şəffaf sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 2,528 qram və 0,343 qram, 0,250 qram və 0,257 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 3,378 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş itiihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 16 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostansiyasının yaxınlığında olan zaman, əvvəllər də bir neçə dəfə «kakos» adlandırılan narkotik vasitə olan heroin aldığı, uzaq qohumu X3 ilə görüşmüşdür. Həmin vaxt Vüqardan «kakos» adlandırılan narkotik vasitə olan heroin istəmişdir. Razılaşdıqdan sonra Vüqardan 23 manat məbləğində bir büküm ümumi çəkisi 1,4 qram heroin almışdır. Bundan sonra Vüqardan aldığı heroinin 0,2 qramını istifadə edərək qalan hissəsini, yəni, 1,2 qramını hər birini 0,4 qram olmaqla 3 hissəyə bölərək idarə etdiyi “Tofaş” markalı, **-NY-*** dövlət nömrə nişanlı avtomaşının sürücü tərəfdə olan “qol altı” adlandırılan saxlanc yerinə qoymuşdur. 16.08.2021-ci il tarixdə günorta radələrində 5-ci Rezervuar küçəsinin yaxınlığında olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onu Xətai RPİ-nin 34-cü PB-nə dəvət etmişlər. O, həmin şəxslərlə razılaşaraq polis şöbəsinə getmişdir. Polis Şöbəsinə gedərkən o, həmin şəxslərə məxsus olan avtomaşına əyləşmiş, onun idarə etdiyi avtomobilini isə başqa bir poliis əməkdaşı polis şöbəsinə sürərək aparmışdır. Həmin vaxt onun üzərində nakrotik vasitə olmamışdır. Narkotik vasitə atomobildə olmuşdur. Bundan sonra onu şöbənin birinci mərtəbəsinə apararaq xidməti otaqların birinə salmamışdan əvvəl kofe qabı verərək cibinə qoymağını demişlər. O da həmin kofe qabını cibinə qoyandan sonra otağa daxil olmuşdur. Otağa daxil olandan sonra çəkiliş getdiyini görüb məcburiyyətdən polis əməkdaşlarının cibinə qoyduğu kofe qabını əynində olan qırmızı rəngli idman şalvarının cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin kofe qabı polis əməkdaşları tərəfindən açıldıqdan sonra, həmin qabın içərisindən ona məxsus olmayan digər narkotik vasitələr də çıxarılmışdır. Həmin narkotik vasitələrin içərisində ona məxsus olan üç balaca büküm narkotik vasitə heroin də var imiş. Lakin digər bükümdə olan narkotik vasitələr ona məxsus olmamış və onların heç biri onun tərəfindən əldə olunmamışdır. O, etiraz bildirdikdən sonra, onu həmin otaqdan çölə çıxararaq başqa otağa aparmışlar. Əməliyyatçılar onunla söhbət edərək bildirmişlər ki, narahat olmasın, 234.1-ci maddə ilə onu sənədləşdirəcəklər. O, inanaraq 234.1-ci maddə ilə məsuliyyət yaradan bəzi sənədlərə imza etmişdir. Lakin, 234.4.3-cü maddə ilə məsuliyyət nəzərdə tutan hər hansı bir sənədə imza etməmişdir. Həmin narkotik vasitələrdən yalnız üç balaca sellofana bükülmüş hər biri 0,4 qram olmaqla ümumi çəkisi 1,2 qram olan “kakos” adlandırılan heroin ona məxsus olmuşdur. Onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini demişlər. Aşkar olunmuş üç balaca büküm ümumi çəkisi 1,2 qram olan narkotik vasitə heroin ona məxsusdur, qalanları ona məxsus deyil. 1,2 qram heroini yalnız şəxsi istifadəsi üçün əldə etmiş və heç kimə narkotik vasitə satmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona narkotik vasitəni satan Vüqarın telefonunu unutmuşdur. Onun Vüqardan aldığı narkotik vasitə maşında qoltuq altında olmuş, üzərində olmamışdır. Avtomobilin qoltuq altından onu polislər götürüb onun üzərinə qoyduqları digər narkotik vasitələrlə birgə qoymuşlar. O, heç kəsə narkotik vaistə satmamışdır. Elan olunmuş cinayət işinin 34-35-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və təqdim edilmiş protokolda imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdm olunmuş imza onun imzası deyil, həmin protokolu təsdiq etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan edilmiş və ifadələrinin və izahatın sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 140-41-ci vərəqələrində olan izahatında Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... Baxış zamanı mən polis əməkdaşlarına şalvarımın sağ cibində olan narkotik vasitəni təqdim etdim. Həmin narkotik vasitə şüşə və kokos adlanan maddədir. Bildirim ki, həmin maddəni Əhmədli metrostansiyası yaxınlığından Vüsal adlı şəxsdən almışdım. » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olumuş imza onun imzası deyil, təsdiq etmir. Nicat, Xəyal məhlə uşaqlarıdır, onlar da narkotik vasitə istifadəçiləridir. Onlar ondan nakrotik vasitə istəmiş amma verməmişdir. Onun telefon danışıqları var. Həmin şəxslərdən bəziləri məhlə uşaqlarıdır, onların telefonlarını bilmir. Ondan narkotik istəsələr də, o, heç kəsə narkotik vasitə verməmişdir. Vüqarla onun SMS yazışmaları olmuş, o, Vüqardan narkotik vasitə istəmişdir. Həmçinin, cinayət işinin 52-53 və 62-63-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... Sonra mənə üzərimdə nə varsa təqdim etməyimi bildirdikdə, mən əynimdəki qırmızı rəngli, qısa idman şalvarının sağ yan cibindən içərisində bir ədəd şəffaf sellofana bükülmüş və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə metamfetamin, həmçinin dörd ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin olan bir ədəd üzərində Coffee sözləri yazılmış qəhvəyi rəngli plastmas qutunu çıxararaq polis əməkdaşlarına təqdim etdim. Daha sonra üzərimdən aşkar olunaraq götürülmüş içərisində bir ədəd şəffaf sellofana bükülmüş və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə metamfetamin, həmçinin dörd ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin olan bir ədəd üzərində Coffee sözləri yazılmış qəhvəyi rəngli plastmas qutu zərfə qoyularaq möhürləndi, həmçinin bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalandı. ...Mən polis əməkdaşları tərəfindən saxlanılan zaman mənə hər hansı fiziki təsir göstərilməmişdir. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzası deyil. Təsdiq etmir. Vəkil olmuşdur, lakin vəkil ona heçnə izah etməmişdir. Elan olunmuş cinayət işinin 257-ci vərəqəsində olan təqsirləndirilən şəxsə yeni məzmunlu ittihamın elan olunması haqqında qərara və təqdim olunmuş imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, əlyazmanı da o, yazmış, digər sənədlərə o, imza etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin 34-cü PB-də CA üzrə əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs barəsində narkotik maddələrin qəbulu və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 16 avqust 2021-ci il tarixdə ondan və Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 19:00-da Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi yaxınlığında Təqsirləndirilən şəxs müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və onu Xətai RPİ-nin 34-cü PB-nə dəvət etmişlər. O, etiraz etməmiş, onalrla birlikdə Xətai RPİ-nin 34-cü PB-nə gəlmişdir. Orada dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Videoçəkilişdən əvvəl ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qırmızı rəngli qısa idman şalvarının sağ yan cibindən bir ədəd üzərində “Coffee” yazılmış, qəhvəyi rəngli, plastik materiallı, kiçik ölçülü qabın içərisində olan biri nisbətən böyük olmaqla 04 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik ”kakos” adlanan narkotik vasitəyə bənzər maddə, 01 ədəd şəffaf rəngli sellofan torba və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli, kristal şəkilli spesifik iyə malik “şüşə” adlanan narkotik vasitəyə bənzər maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı X2 təqdim etdiyi bükümlərin içərisində olan narkotik maddələri 16 avqust 2021-ci il tarixdə günorta saatlarında uzaq qohumu olan Vüqardan 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələri özü təqdim etmişdir. Təqsirləndirilən şəxs özü könüllü olaraq protokolu öz imzası ilə təsdiq etmişdir. İzahatı onlar Sədirxandan almışlar, müdafiəçinin yanında, özü narkotik vasitələrin ona məxsus olmasını könüllü etiraf etmiş, onların yanında özü və vəkil həmin izahatda qol çəkmişdir. Təqsirləndirilən şəxsi o, və digər əməkdaş Şahid2 saxlayaraq PB-nə aparmışlar. Təqsirləndirilən şəxs yolu keçərkən saxlamışlar. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Xətai RPİ-nin 34-cü PB-nin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 16 avqust 2021-ci il tarixli raportundan görünür ki, “Sədirxan” adlı şəxsin Xətai rayonu ərazisində baş vermiş oğurluqlarda şübhəli bilinən və qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 16 avqust 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, “Sədirxan” adlı şəxsin Xətai rayonu ərazisində baş vermiş oğurluqlarda, narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 34-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli, qısa idman şalvarının sağ yan cibindən bir ədəd üzərində «Coffee» sözləri yazılmış qəhvəyi rəngli plastmas qutunun içərisində olan biri nisbətən böyük olmaqla 04 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik “kokos” adlandırılan narkotik vasitəyə bənzər maddə, 01 ədəd şəffaf rəngli sellofan torba və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik “şüşə” adlandırılan narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd sellofan bükümdə olan maddənin, “kokos” adlandırılan narkotik vasitə olduğunu, 01 ədəd şəffaf rəngli sellofan torba və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli, kristal şəkilli maddənin “şüşə” adlı narkotik vasitə olduğunu, həmin maddələri “Əhmədli” metrostansiyası yaxınlığında “Vüqar” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Xiaomi” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 43-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2021-ci il tarixli, 6/3543 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 2(iki) ədəd bükümdə ümumi təmiz çəkisi 2,025 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir və 4(dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 3,378 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin Arəzbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in və metamfetaminin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Cinayət işinin 54-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 avqust 2021-ci il tarixli videoyazıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsünü özündə əks etdirən 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qırmızı rəngli, qısa idman şalvarının sağ yan cibindən bir ədəd üzərində «Coffee» sözləri yazılmış qəhvəyi rəngli plastmas qutunun içərisində 01 ədəd şəffaf sellofana və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş ümumi təmiz çəkisi 2,025 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, 04 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 3,378 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Cinayət işinin 136-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 sentyabr 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrələrinə 01.01.2021 -ci il tarixdən 19.08.2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısını əks etdirən 1 ədəd “CD” diskə baxış keçirilən zaman aşağıdakı məzmunda sms yazışmaları müəyyən edilmişdir: -Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 07.05.2021 -i il tarixdə saat 19.54.52-də ***-***-**-** saylı nömrədən “SALAM_ALEYKUM bratka necesen?nevar?neyox?yaxwisan?, oxudunsa dimey yaxwisan! SUKUR narahatiydiq sene gore eger imkan olsa mene 15m.p.var.kola.pati ok?”, -08-05-2021-ci ildə saat 02:52:35-də ***-***-**-** saylı nömrədən “Bu telfona baxda qaqaw mehledeyem ehmedde burfa di 20m pul var”, -09-05-2021-ci ildə saat 23:30:14-də ***-***-**-** “Brat sen hazirla 2dq ordayam 17m puldu”, -10-05-2021-ci ildə saat 18:45:52-də ***-***-**-** saylı mobil nömrədən “ayqa 19m.bayagki kimi 2nende verirsen narmalni gelim?tez xeber di vzv at gelim mehleye bilimki alinir”, -14-05-2021-ci ildə saat 15:43:17-də ***-***-**-** saylı mobil nömrədən “Sedirxan vüqara diyebilersen 10liq kola versinde mehlevizdeyem.Ramildi”, -17-05-2021-ci ildə saat 16:34:45-də ***-***-**-** saylı mobil nömrədən “ayqa 12m.versey bize yari kola verersen Siracnan ikimiziy alinar?bidene xeber dinen hara geley harda goruwey?axwamda 5m,vererem sene borclu qalim sene okey?”, -31-05-2021-ci ildə saat 17:34:59-da ***-***-**-** saylı mobil nömrədən “salam brat menem xeyal nicatin dostu topuw vere oğlan brat mene birdene yarbala lazimdi 20mda pul var gele bileremlər”, -07-06-2021-ci ildə saat 22:06:37-də ***-***-**-** saylı mobil nömrədən “Ayqa menem .Nicat 15m.Varimdi mene yari kola bidamcida pati vere bilersen?Gelim tez xeber di qardawimsan”, -08-06-2021-ci ildə saat 20:47;53-də ***-***-**-** saylı mobil nömrədən “Sedirxan emişdir mene yari 51ik p birde temiz qr kola alinir atam mektebin qabaqindayiq ama qaqasim temiz olsuna qaqasim yeni temiz olsun qaqasimsab gzle”, -09-06-2021-ci ildə saat 21:34:58-də ***-***-**-** saylı mobil nömrədən “Axsamin xeyir qaqas necesen qaqas gelim bir dene 10 nuq koku goturumde amma meni orda saxlama gozdedmede olar qaqas”, -10-06-2021-ci ildə saat 18:57:06-da ***-***-**-** saylı mobil nömrədən “ayqa tez meni yig:!16m.var bizde..0/!!yari kola ver patida versen bize mende sencun sixib saxlamiwam tropin”, -13-06-2021-ci ildə saat 19:16:10-da ***-***-**-** saylı mobil nömrədən “ala teli acda yeke cailsen bir soz di adama kola pati var?alinir”, -14-06-2021-ci ildə saat 17:55:47-də 070-359-29- 89 saylı mobil nömrədən “ayqa bayaqkinan alinar?gelim ama aziydi bayaqki qardawimsan imkan daxilinde onu narmalni ele kolani bidamcida bayagki kimi patpress.verersen qaqaya gelim?;)ok” məzmunlu mesajlar. Cinayət işinin 226-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-dən daxil olmuş 22 oktyabr 2021-ci il tarixli, ***-**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 233-238-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2021-ci il tarixli, 6/3654 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan paketdəki, üzərində : “Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdə olan 2(iki) ədəd bükümdə ilkin tədqiqat zamanı ümumi təmiz çəkisi 2,025 qram (ayrıayrılıqda 0,019 qr və 2,006 qr) olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə eynidir, 4(dörd) ədəd bükümdə ilkin tədqiqat zamanı ümumi təmiz çəkisi 3,378 qram (ayrı-ayrılıqda 2,528 qr, 0,343 qr, 0,250 qr, 0,257 qr) narkotik vasitə heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə eynidirlər. (“17” avqust 2021 -ci il tarixli 6/3543 saylı ekspert rəyi). Cinayət işinin 239-240-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 18 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı təhqiredici ifadələrə məruz qalması barədə daxil olmuş şikayəti üzrə aparılmış araşdırma zamanı, cinayət hadisəsi olmadığından 554-C-21 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 251-252-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 18 noyabr 2021ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması barədə qərarından görünür ki, ********* nömrəli cinayət işinin istintaq materiallarından Təqsirləndirilən şəxs istintaqa məlum olmayan Vüqar adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etməsi xüsusatının araşdırılması məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxan sms və zəng məlumatlarını özündə əks etdirən CD diskə baxış keçirilməsi zamanı aşağıdakı məzmunda sms mətnləri müəyyən edilmişdir: -08-05-2021-ci ildə saat 02:00:41-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Yari lazimdi qerdew vezyet pisdi gelim goturum yatmag isdiyirem bele yata bilmeremde brat seher coox pis olacam bide cavab ver”; 10-05-2021-ci ildə saat 04:16:00-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qaqaw cet alinir”; -10-05-2021-ci ildə saat 18:36:07-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə "ayqa bide yari alinar 15m varimdi bidamcida pati qaqaya imkan var vzv at gelim kontr yoxdu”; -14-05-2021-ci ildə saat 19:16:32-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qaqaw bidene yari pati lazim idi”; -18-05-2021-ci ildə saat 03:16:04-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qardawim canim agriyir pisdi vezyetim yari alinir gelim”; -22-05-2021-ci ildə saat 17:48:13-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Ay qaqa menem samirdi qiram yarim tema lazimdi goturde telefonu”; -26-05-2021-ci ildə saat 23:00:28-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Ayqa tropin var istiyirsen deyiwey kolaynan”; -02-06-2021-ci ildə saat 14:32:40-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Ala sedirxan bu nedi trixat mali vermisen camahata ba wun gedib qaqaw hardasan zeng vururam teli ac sen ol camahat olur yeke kiwisen bile bile xeste mali camaha a vermek olar gelirem qapi ya pulu yada narmalni te ma ver veziyet kotudu”; -13-06-2021-ci ildə saat 17:55:21-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Pati kola var?ayqa ikisinende lazimdi bidee xeber di!”; -13-06-2021-ci ildə saat 19:56:26-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Salam qaqas necesen qaqas gorusekde yari kola lazimdi cavab ver bilimde qardasim”; -15-06-2021-ci ildə saat 02:02:57-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “inoqludur sene 10 manat verecem yerine gelim qaqas nolar 5 manatliq kola ver ..... vezihhetim lisdir qardasimin goru pisem umidim senedir”; -18-06-2021-ci ildə saat 15:35:23-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Sedi Kontur yoxdu Yiqmaga gelirem Mehleye 10nuq pati..kolaynan deyiwek..4.5 deq mehledeyem viziv atanda cixarsan”; -19-06-2021-ci ildə saat 03:55:01-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Menem terlandi 0.5 kola lazimdi alinir.alinirsa xeber ele tez,” -19-06-2021-ci ildə saat 05:33:52-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qaqaw oyaqsan acda..20manat pulum var yari kola lazimdi..Alinirsa gelim tez goturum qayidim evev”; -21-06-2021-ci ildə saat 01:39:27-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qaqash 05.kola lzimdi alinir gelim”; -23-06-2021-ci ildə saat 14:07:24-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Ayqa 20m mene pati kola verersen?”; -23-06-2021-ci ildə saat 22:04:18-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə "ayqa_mene 18m.verim kola pati verde qardawimsan burdayam xeber.di!mene hara gelim pul indi tapmiwam, veziyetimiz pisdi senol qadan alaram cvb_gozdyurem"8-)”; -28-06-2021-ci ildə saat 20:03:24-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə "brat 5m pul varimdi agriyiram mene imkan daxilinde cet vere bilersen?5manata?he ? Yox? Yes?No?”; -30-06-2021-ci ildə saat 13:37:38-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə "sende lap qeribe adamsan 20m.verirem diyirsen pulu duz vermirsen dunen verende didim indide diyirem 20m varimdi kola pati verirsen?gelim?he tez xbr di!ayqa"; -01-07-2021-ci ildə saat 20:27:07-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Ayqa 5det pati vere bilersen?mene”; -08-07-2021-ci ildə saat 17:43:01-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “SALAM bratka hardasan?imkan daxilinde menen elaqe saxlada qardawimsan qonagim var bidee kola pati lazimdi yari kola 5diy pati 20m var mende razindesen?me”; -09-07-2021-ci ildə saat 13:25:23-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə "ayqa hardasan?mene yari kola bidenede pati lazimdi 20m.pulum var evdeyem harda goruwe bilerik?qonagim var qardawimsan xbr di!,” -10-07-2021-ci ildə saat 18:41:57-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Menem qabil brat 20m pul var yari birazda pati alinar”; -11-07-2021-ci ildə saat 17:52:50-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qaqas 5manat usaqdan aldim xborc atam gelim 5lik pati verde qardasimsan senol oqrasdi rayina cuxiram qaqasina komeklik ele sen Allah”; -13-07-2021-ci ildə saat 22:41:52-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə "bratka cox az qoymuwdun oz aramizdi,bele elemede sencani ozun bilirsenki biz nece neferik!doza nedi neqederdi,men pulu duz diyirem gorursen?soruwanda yetim"8-)”; -15-07-2021-ci ildə saat 16:59:55-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə "bu nedi bratka nece gundu az qoyursan temani niye bele edirsen?burda hecne yox idi ayqa sen cani ozun gorursen bu temani?yoxsa kimse qoyur ...haqqhesaba”; -17-07-2021-ci ildə saat 14:29:53-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “sedi isadi katvnin yanindayam 1 cet gore bilersen gelim”; -26-07-2021-ci ildə saat 17:25:51-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə "ayqa var tema?gelim 18m.var mende hara gelimn”; -31-07-2021-ci ildə saat 15:45:52-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “17m.var mende tez de hara gelim kola lazimdi” məzmunlu mesajlar göndərilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs onda yalnız 1,2 qram narkotik vasitə heroin olduğunu, narkotik vasitəni öz şəxsi istifadəsi üçün aldığını və narkotik vasitəni satmaq məqsədi olmadığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istintaqda tərtib olunmuş sənədlərə onun imza etmədiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, cinayət işinin 21-ci vərəqəsində olan 002166 nömrəli, 16 avqust 2021-ci il tarixli vəkil orderindən və cinayət işinin 23-cü vərəqəsində olan 16 avqust 2021-ci il tarixli vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X5 cinayət prosesində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün sonuncuya təqdim edilmiş və işə buraxılmışdır. Cinayət işinin 34-35-ci vərəqələrində olan 16 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və cinayət işinin 40-41-ci vərəqələrində olan izahatda, həmçinin cinayət işinin 52-53-cü vərəqələrində olan ifadəsindən də göründüyü kimi, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı, həmçinin, Təqsirləndirilən şəxs izahat və şübhəli şəxs qismində ifadə verən zaman, sonuncunun müdafiəçisi X5 həmin proseslərdə iştirak etmiş və həmin sənədlərdə həm Təqsirləndirilən şəxs, həm də müdafiəçi imza etmişdir. Bundan əlavə iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 bildirmişlər ki, onların və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs özü axtarış və götürmə protokolu, izahatı imzalamışdır, narkotik vasitələrin ona məxsus olmasını qeyd etmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə göndərilmiş SMS mətnlərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən heroinin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, «metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 121-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 iyun 2015-ci ildə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cinayət işinin 124-129-cu vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 1(007)-20/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.5 və 66.3-cü maddələri tətbiq edilməklə 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 29 noyabr 2018-ci ildə cinayət işinin 130-132-ci vərəqələrində olan Xəzər Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli, 7(003)-2006/2018 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilib, cəzası 04 il təyin edilmiş, 21 aprel 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətlərin residivini yaradır. Cinayət işinin 231-232-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 sentyabr 2021-ci il tarixli 3188 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən, cinayətlərin residivi zamanı, qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 16 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 24-cü vərəqəsində olan 16 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 83-86-cı vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 4(011)-350/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,904 qram psixotrop maddə metamfetamin və 3,218 qram narkotik vasitə olan heroin məhv edilməli, iki ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,904 qram psixotrop maddə metamfetamin və 3,218 qram narkotik vasitə olan heroin məhv edilsin. İki ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-448/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-448/2022
18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver