Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-448/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X13 ibarət tərkibdə, X2 qızı və Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" QSC-nin Elektrik təchizatı xidmətinin Elektrik yarımstansiyaları distansiyasının Vİİİ sahəsində 8-ci dərəcəli elektrik mexaniki vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2nda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,303 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 08 aprel 2023-cü il tarixdə saat 16 radələrində ünvan 3 ünvanın qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 5 ünvanda yerləşən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilərək xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,303 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 08 aprel 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evin yaxınlığında həyətə çıxıb avtomobilinə əyləşmək istəyən zaman mülki geyimdə olan 3 nəfər polis əməkdaşı ona yaxınlaşmış, onlardan ikisi onun avtomobilinə əyləşmiş, biri isə avtomobili idarə etməyə başlamış və onu polis bölməsinə təhvil verib getmişlər. Bölmədə gözləyərkən ondan şəxsiyyət vəsiqəsini istəmişlər. Bundan sonra təxminən 1 saat gözləmiş, rəis gəldikdən sonra onu otağa aparmışlar. Müşfiq adlı polis əməkdaşı onun cibinə narkotik vasitə qoymuş, Emil adlı təhqiqatçı isə onu təhdid edərək, əgər narkotik vasitəni aldığını və üzərində saxladığını etiraf etməsə, dövlətə xəyanət maddəsi ilə tutulacağını və ömürlük azadlıqdan məhrum ediləcəyini bildirmişdir. Onu qorxutduqları üçün, o da məcbur olub polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Video çəkiliş zamanı təhqiqatçı tərəfindən ondan narkotik vasitəni haradan aldığı soruşulduqda o, polis əməkdaşlarının ona əvvəlcədən dediyi “Rza” adlı İran vətəndaşından aldığını və öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Onun iddia olunan iranlı şəxslə heç bir əlaqəsi olmamışdır. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, onu saxlayan polis əməkdaşları üzərinə baxış keçirilərkən orada iştirak etməmişlər. Onun üzərinə narkotik vasitəni otaqda olan Müşfiq adlı polis əməkdaşı qoymuşdur. O, narkotik vasitələrdən istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman maşın evin yaxınlığında olmuş, həmin vaxta qədər kimsə tərəfindən izlənildiyini hiss etməmişdir. Onu saxlayan 3 nəfər şəxs “Toyota Prado” markalı avtomobillə gəlmişlər. Onlardan ikisi onun avtomobilinə minmişlər. Evdən çıxarkən saat təqribən günorta 2-3 radələri olmuşdur. Tutulan zaman üstündə 2 telefonu olmuş, hər iki telefonu almışlar, “İphone” markalı telefonu söndürmüşlər, “Samsung” markalı telefon isə açıq qalmışdır. “Samsung” markalı telefondakı nömrə ***-***-**-**-dir. Onu 18-ci polis şöbəsinə gətirmişlər. Onu saxlayıb polis şöbəsinə gətirən şəxslər özləri onun gətirilməsini rəsmiləşdirməmişlər və onu orada növbətçiyə təhvil verib getmişlər. Onu saxlayıb öz avtomobillərinə mindirmələri tıxaca düşdükləri üçün təqribən 30-40 dəqiqə çəkmişdir. Onun avtomobili **-SD-*** dövlət qeydiyyat nömrəli, mavi rəngli maşın olmuşdur. Polis şöbəsində ona nə üçün saxlanıldığı ilə əlaqədar konkret məlumat verilməmişdir. O, polis şöbəsində olarkən şöbənin əməkdaşı Müşfiq adlı şəxsin cibinə narkotik vasitə qoyduğunu düşünür. Sağ tərəfində isə təhqiqatçı vəzifəsində çalışan Emil adlı şəxs dayanmışdır. Müşfiq adlı polis əməkdaşının narkotik vasitəni cibinə qoymasını qəbul etməsinin səbəbi, qəbul etməyəcəyi halda onu daha ağır cəza gözləməsi ilə hədə-qorxu gəlməsi olmuşdur. Narkotik vasitə qəbul etmədiyini dedikdən sonra, ona orada polislər tərəfindən fiziki təsir göstərilmişdir. Onun narkotik vasitə əldə etməsi ilə bağlı ifadədə yazılanları o deməmiş, onun adından özləri yazmışdır. Ona müdafiəçi təqdim olunmuş, ancaq çəkilişə qədər onunla təklikdə görüşüb danışmamışdır. Telefonu əlindən alındıqdan sonra telefonuna zəng gəlib-gəlmədiyi barədə məlumatı yoxdur. Polis şöbəsində olarkən tutulmağı ilə bağlı valideynlərinə məlumat verməyə icazə verməmişlər. O, aprel ayının 8-i tutulmuşdur. Həmin ayın 7-i Xətai rayonunda olmuş, ona deyilən vaxtda Neftçilər metrosunun yaxınlığında olmamışdır. Onun saxlanılma vaxtının ittiham aktında göstərilən 16.00-da deyil, daha tez olması ilə bağlı Nərimanov Rayon Məhkəməsində olarkən bildirmişdir. Təqribən 14.27 radələrində telefonu söndürülmüş, buna əsasən həmin saatlarda tutulduğunu bilir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, onu saxlayan 2 nəfər cavan şəxs olmuş, bir nəfər isə uzaqda olmuş, onu görməmişdir. 3-cü nəfər “Prado” markalı avtomobillə onların arxasınca gəlmişdir. Onu təxminən günorta 2 və ya 3-ün yarısı saxlamışlar. O, bölmədə olarkən koridorda gözləmiş, sonra rəis müvəqqəti saxlama yerində gözləməyi barədə göstəriş vermişdir. O, nə bölməyə aparılan zaman, nə də bölmədə olarkən əli bağlı olmamışdır. X15 gələndən sonra onu qəbul etmiş, ondan narkotik vasitədən istifadə edibetməməsini soruşmuşdur. Mənə narkotik vasitəni boynuna almasa, dövlətə xəyanətdə təqsirləndiriləcəyini, maşınından da 1 kq narkotik vasitə çıxaracaqlarını demişlər. Vəkil təxminən saat 7-nin yarısında gəlmiş, lakin ona vəkillə görüşməyə imkan verməmişlər. Onu maşınla aparanda üstünü axtarıb telefonunu götürmüşlər. Müvəqqəti saxlama yerində də üzərində heç nə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 aprel 2023-cü il tarixdə polis mayoru Müşviq Süleymanov ilə birlikdə xidmətdə olarkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşı olduqlarını bildirib, onu sorğu-suala cəlb etmişlər. Təqsirləndirilən şəxs suallarına cavab vermədiyi üçün onu bölməyə aparmış, şəxsin üzərinə vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən baxış keçirilərkən şalvarının cibindən bir büküm narkotik vasitə aşkar olunmuşdur. O, narkotik vasitəni İran vətəndaşı olan “Rza” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar təqsirləndirilən şəxsi Nərimanov rayonu, Ə.Əlizadə küçəsində saxlamışlar. O, özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. X7 birlikdə tutmuşlar. Xidməti ərazi inzibati ərazidir, yəni 18-ci PŞ-nin ərazisidir. Qabaqcadan Təqsirləndirilən şəxs ilə bağlı heç bir məlumat olmamışdır. Şəxs telefonla şübhəli şəkildə gəzişdiyi üçün ona yaxınlaşmışlar. Şəxsi hansı maşınla apardıqları tam olaraq yadında deyil. Onun maşını **-AE-*** nömrəli və “Nissan Sunny” markalıdır. Təqsirləndirilən şəxsin maşınını bölmə aparıb-aparmadıqlarını xatırlamır. Ola bilsin ki, şəxsi bölməyə apardıqdan sonra səhəri gün də maşınını aparmışlar. Təqsirləndirilən şəxsi bölməyə gətirdikdən sonra rəisə təhvil vermişlər. Şəxsi saxlayan zaman günorta saatları olmuşdur. ********** nömrəsi ona məxsusdur. Şəxsi gətirdikdən sonra dərhal təhqiqatçı və vəkil dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şahid1 ifadəsindəki xüsusatları özünə aid hissədə təsdiq etmiş, əlavə olaraq ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxs özü narkotik vasitəni İran vətəndaşından aldığını bildirmişdir. Onlara ayrılan ərazi Gənclikdən Təbriz küçəsinə qədər olan ərazidir. Şəxsin saxlanıldığı ərazi sahə müvəkkili Ruslan İlyasovun ərazisi olmuş, onlar başqa rayonun ərazisində xidmət apardıqda, şübhəli şəxs müəyyən edilən zaman həmin ərazinin sahə müvəkkilini dəvət edirlər. Təqsirləndirilən şəxs ilə bağlı heç bir əməliyyat tapşırığı olmamışdır. Onların başqa əraziyə keçməsi ilə bağlı məhdudlaşdırılma yoxdur. “Nissan” markalı maşınla hərəkətdə olmuşlar, sonra piyada davam etmişlər. Kənan onları gördükdə şübhəli vəziyyətdə dayanmış, sağasola şübhəli davranışlar sərgiləmiş, onlar da bundan şübhələnmişlər. Şəxsi bölməyə maşınla aparmışlar, həmin maşın Şahid1 maşını olmamış, hansı maşınla apardıqlarını xatırlamır. ********** onun istifadə etdiyi nömrədir. Təqsirləndirilən şəxsi günorta saat 3-ün yarısı, 4 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 08 aprel 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş və onun əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddə aşkar edilmişdir. Əlavə olaraq əynindəki şalvarın sağ yan cibindən «İphone X» markalı mobil telefonu təqdim etmişdir. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə hesab olunan «kakos» olduğunu, xx.xx.2023-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran vətəndaşı olan «Rza» adlı şəxsdən 50 manata aldığını bildirmişdir. (cild İ, i/v: 24-25). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Diskə baxış keçirilməsi haqqında» 30 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən içərisində qəhvəyi rəngli, toz halında maddə olan bir ədəd sellofan bükümün aşkar edilməsi faktı bir daha öz təsdiqini tapmışdır. (cild İ, i/v: 136) Cinayət işinin materiallarına əlavə edilmiş DVD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan video görüntü «şəxsi axtarış və götürmə aparılması haqqında» 08 aprel 2023-cü il tarixli və «Diskə baxış keçirilməsi haqqında» 30 may 2023-cü il tarixli protokolla eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2023-cü il tarixli 6/2073 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №224» dairəvi möhür əksi olan, «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş vəziyyətdə bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 5,303 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına» (Siyahı İ) daxildir. (cild İ, i/v: 32-36) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 üzrə 2099 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v: 141-142) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə 11 aprel 2023-cü il tarixli 977 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (cild İ, i/v: 122-124) İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 24 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,303 qram təşkil edən narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 5,253 qram narkotik vasitə heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i/v: 149-157) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin narkotik vasitənin onun üzərindən aşkar olunması tam sübuta yetirilmişdir. Bununla bağlı məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar olunmuş bükümün ona məxsus olmadığını, həmin bükümün polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu qeyd etmişdir. Bununla bağlı ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə polis əməkdaşları X3 və Şahid1 arasında üzləşdirmə keçirilmiş, iştirakçıların hər biri öz ifadəsini digərinin üzünə bildirmişdir. (cild İ, i/v: 141-144; 145-148) Bundan başqa məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən həm təqsirləndirilən şəxsin, həm də polis əməkdaşlarının mobil telefon nömrələrinin anten məlumatları götürülmüş, lakin həmin məlumatlarla cinayət işinin materialları arasında ziddiyyətli məqam aşkar edilməmişdir. Bundan başqa müdafiə tərəfinin vəsatətinə əsasən Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı X8 məhkəmə iclasında dindirilmiş, Şahid3 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, baş təhqiqatçı olduğu üçün adətən həmkarları onunla məsləhətləşir. Təqsirləndirilən şəxs saxlanılan zaman onu şöbədə görmüş, lakin keçirilmiş əməliyyat tədbiri, onun saxlanılması prosesi və üzərindən aşkar edilmiş predmetlə bağlı hər hansı bir məlumatı olmamışdır. O, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərməmiş, narkotik vasitəni boynuna götürməsi ilə bağlı Təqsirləndirilən şəxs heç bir məsləhət verməmiş, əks halda daha ağır maddə ilə məsuliyyətə cəlb ediləcəyi ilə bağlı təhdid edilməmişdir. Təqsirləndirilən şəxsin avtomobilinin şöbəyə gətirilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroinin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülər, məhkəmə kimyəvi-ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmiş, məhkəmə istintaqı zamanı həmin halları təkzib edən hər hansı bir sübut müəyyən olunmamışdır. Bununla da məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bununla belə, Təqsirləndirilən şəxs həmin külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsini təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onun narkotik vasitəni satdığı şəxs və ya şəxslər müəyyən edilməmiş, o, bilavasitə narkotik vasitənin satışını həyata keçirən zaman saxlanılmamış, narkotik vasitələrin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, həmçinin onun mənzilinə baxış keçirilməmiş və mənzilindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları hər biri öz ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir məlumatın olmadığını bildirmişlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi ilə» daşıyıbdaşımaması ilə bağlıdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroin bir bükümdə olmuş, həmçinin təqsirləndirilən şəxs ilkin sorğu-sual zamanı həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, onun üzərindən tərəzi və ya başqa avadanlıq aşkar edilməmiş, istehlakçı ilə hər hansı bir razılığının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin həmin narkotik vasitədən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin «sübutların kifayət etməsi»ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərədə tutulmuş minimum həddə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, i/v: 94) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını, 59.2-ci maddəsinə əsasən ailəli olmasını, gənc olmasını, ali təhsilli olub, daimi iş yeri və məşğuliyyətinin olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21 sentyabr 2022-ci il təvəllüdlü X4 adlı bir azyaşlı övladı var. Həmçinin müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi A/020 nömrəli 24 yanvar 2024cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2021ci il tarixədək "xxxx" QSC-nin Elektrik təchizatı xidmətinin Elektrik işıqlandırma və kabel şəbəkəsi distansiyasında elektrik montyoru peşəsində, elektrik mexaniki vəzifəsində çalışmış, xx.xx.2021-ci il tarixdən Elektrik yarımstansiyaları distansiyasının Vİİİ sahəsində 8-ci dərəcəli elektrik mexaniki vəzifəsində işləyir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,253 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 65 (altmış beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,253 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-448/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-448/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver