Məhkəmə qərarları › İş №1(101)-448/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-448/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-448/2025 04.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X7 (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 28 avqust 1997-ci ildə Lənkəran şəhəri, Kirov qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yerləşən yataqxanada qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Kazımağa Kərimov küçəsi, nömrəsiz evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində və avtomobilində saxlamışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və yerdən 6315,28 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və tanışı Şahid4 məxsus, onun istifadəsində olan “Kia Rio” markalı, ** OU *** nömrəli avtomobilin yük yerində daşıyaraq saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında, 16 mart 2024-cü il tarixdə, saat 01:10 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Kia Rio” markalı, ** OU *** nömrəli avtomobilin yanında şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 4 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin inzibati binasına gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan iç cibindən 01 ədəd bükümdə təmiz çəkisi 80,28 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq BNMİ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 04:15-də Nizami Rayon Polis idarəsinin 25-ci Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan “Kia Rio” markalı, ** OU *** nömrəli avtomobilə onun iştirakı ilə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən 7 ədəd bağlamada eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 525,0 qram, 1075,0 qram, 1000,0 qram, 655,0 qram, 995,0 qram, 995,0 qram və 990,0 qram, ümumi təmiz çəkisi 6235,0 qram külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmək məqsədilə şəxsiyyəti istintaqa “Keyvan” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Keyvan” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın satışını həyata keçirəcəyi barədə razılığa gəlib o, istintaqa məlum olmayan vaxtda və yerdən “Keyvan” adlı şəxsin istintaqa şəxsiyyəti məlum olmayan şəxs vasitəsilə qoydurduğu 6315,28 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edib həmin narkotik vasitəni digər şəxslərə çatdırmaq üçün müvafiq yerə qoymaq məqsədilə üzərində və tanışı Şahid4 məxsus, onun istifadəsində olan “Kia Rio” markalı ** OU *** nömrəli avtomobilin yük yerində daşıyaraq saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında, 16 mart 2024-cü il tarixdə, saat 01:10 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Kia Rio” markalı ** OU *** nömrəli avtomobilin yanında şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 4 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin inzibati binasına gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan iç cibindən 1 ədəd bükümdə təmiz çəkisi 80,28 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq BNMİ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 04:15-də Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan “Kia Rio” markalı ** OU *** nömrəli avtomobilə onun iştirakı ilə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən 7 ədəd bağlamada eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 525,0 qram, 1075,0 qram, 1000,0 qram, 655,0 qram, 995,0 qram, 995,0 qram və 990,0 qram, ümumi təmiz çəkisi 6235,0 qram külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, əslən Lənkəran rayonundan olsa da Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu üçün NZS qəsəbəsində uzaq qohumları olan Yunus və Yusiflə kirayə tutduqları evdə yaşamışdır. Lənkəran rayonundan həmkədlisi olan Cavidlə isə bir yerdə böyüdüyündən onunla hərdən əlaqə saxlamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, təxminən 8 il öncə marixuanadan istifadə etsə də, hazırda heç bir narkotik vasitədən istifadə etmir. O, həbs olunan gün, “20 Yanvar” metrostansiyası ərazisinə, yəni 3-cü mikrorayon dairəsinə gedib orada Lənkərandan onun üçün göndərilən çantanı götürmüş, bu vaxt Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olan Vüqar adlı şəxs ona “Whatsapp” vasitəsilə zəng edərək onu Q.Qarayev metrostansiyasının yanına, Ə.Hacıyev küçəsi 5 ünvanına çağırmışdır. Vüqar Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından biridir. O, Vüqarı bu işdən əvvəl tanımış, ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, bu hadisədən bir ay öncə o icarə əsasında idarə etdiyi “Opel” markalı avtomaşını ilə Biləcəri qəsəbəsindən Badamdar qəsəbəsindəki avtomobil bazarına Bəxtiyar adlı bir müştərini aparmış, yolda Bəxtiyarın halının özündə olmadığını görüb onun narkotik vasitə istifadə etdiyini bilmişdir. Bəxtiyarla avtomobillərə baxıb çıxan zaman polis əməkdaşları, həmçinin Vüqar onlara yaxınlaşmış, Bəxtiyarı və onu saxlayaraq bölməyə aparmışlar. Lakin araşdırılandan sonra onun işlə heç bir əlaqəsi olmadığı üçün sərbəst buraxılmışdır. Vüqar ona saxlanılan Bəxtiyarla yaxın əlaqədə olmağını, hər hansısa bir yerdən narkotik vasitə əldə edərsə ona xəbər verməyi və bunun qarşılığında ona 5.000 manat pul vəsaitini mükafat kimi verəcəyini təklif etmiş, lakin o bunu qəbul etməmişdir. Vüqar onun əlaqə nömrəsini götürmüşdür. Həmin günü də Vüqar “Whatsapp” vasitəsilə ona zəng edərək Lənkərandan olan Fərid adlı şəxsi tanıyıb tanımadığını soruşmuş, o isə ona tanımadığını, “Whatsapp”dan ona həmin şəxsin şəklini göndərməsini demiş, Vüqar ona həmin şəxsin şəklinin rəsmi sənəd içərisində olduğuna görə göndərə bilməyəcəyini, lakin göstərə biləcəyini deyib görüş üçün ünvan təyin etmişdir. O, deyilən ünvana getmiş və idarə etdiyi tanışı Yunusa məxsus avtomobili Vüqarın gəldiyi “Hyundai Aİ 30” markalı, nömrəsini xatırlamadığı avtomobilin arxasında saxlamışdır. Hava soyuq olduğundan Vüqar ona avtomobildə əyləşməyi təklif etmişdir. O avtomobilin sol arxa hissəsində əyləşdikdə avtomobilin içində sonradan adlarını bildiyi İlqar və Fərid adlı digər əməkdaşların əyləşdiklərini görmüşdür. Avtomaşına əyləşən kimi İlqar qandalı sol əlinə taxmış və telefonunu əlindən alıb onu Ramana qəsəbəsinə, Şuşa şəhərciyi adlanan yerə aparacaqlarını demişdir. Bu vaxt Fərid adlı digər əməkdaş onun avtomobilini yolun kənarına çəkmiş, kilidləyərək avtomobilin açarını götürmüşdür. Avtomaşında ona heç bir təzyiq olmamış, belə ki, həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. O, onlardan onu niyə Ramana qəsəbəsinə apardıqlarını soruşanda, onlar ona “gedək, görərsən” demişlər. Ramana qəsəbəsində onlar ona nömrəsini xatırlamadığı “Chevrolet Cobalt” markalı avtomobilin baqajındakı narkotik vasitələrini göstərərək, onların Badamdarda saxlanılan müştərisinə, yəni Bəxtiyara məxsus olduğunu söyləməyi tələb etmiş, söyləməsə həmin narkotik vasitələrini onun adına rəsmləşdirəcəklərini demişlər. O, bununla razılaşmamış, Bəxtiyarla heç bir əlaqəsi olmadığını bildirmiş, bu vaxt isə polislər ona təzyiqlər edib onunla qeyri-etik rəftar etmək istəmişlər. O da məcbur qalaraq polislərin dedikləri ilə razılaşmış, bundan sonra onun idarə etdiyi avtomaşın Ramana qəsəbəsində ustada olduğu üçün “Chevrolet Cobalt” markalı avtomobilin baqaj hissəsində olan narkotik vasitəsini onun avtomobilinə qoymaları üçün Ramana qəsəbəsində ustanın sexinə getmişlər, avtomobilinin açarları ustada olduğundan onlar ondan ustanın nömrəsini alıb zəng etmiş, lakin usta zəngə cavab verməmişdir. Bundan sonra onu, tanışı Yunusa məxsus olan və həmin günü idarə etdiyi avtomaşını Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə aparmışlar. Həmin vaxt avtomobildə narkotik vasitə olmamış, lakin polis əməkdaşları Ramana qəsəbəsində “Chevrolet Cobalt” markalı avtomobilin baqaj hissəsində olan narkotik vasitəni onun avtomaşınına yerləşdirmiş, təhqiqatçının çantasından çıxarılmış ağ salafana bükülü narkotik vasitəni isə onun cibinə qoymuşlar. Sonra İlkin və Emin adlı digər polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı o, narkotik vasitələrin ona məxsus olmasını, Keyvan adlı şəxsdən aldığını etiraf etmişdir. Halbuki o, Keyvan adlı şəxsi ümumiyyətlə tanımır, etirafının səbəbi isə polislərin onu məcbur etmələri olmuşdur. Həmin vaxt onun idarə etdiyi avtomaşında yalnız Lənkəran rayonundan sovqat kimi göndərilmiş çanta olmuş və polislər çantanın içərisində sadə əşyalar olduğunu gördükləri üçün çəkiliş zamanı həmin çanta göstərilməmişdir. Taksi sürücüsü olduğundan daim müştəriləri müxtəlif ünvanlara aparıb-gətrimişdir. Valideynləri Lənkəran rayonunda yaşadığından müştəri olduqda oraya gedən zaman valideynlərinin yanında qaldığı vaxtlar olmuşdur. Lakin o rayondan heç bir narkotik vasitə gətirməmişdir. İdarə etdiyi avtomobildə və üzərində heç bir narkotik vasitə olmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 15 mart 2024-cü il tarixdə ona Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə qərərsiz mənbəndən əməliyyat məlumatı daxil olmuş, həmin məlumat idarə rəhbərliyinə məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra tədbirin həyata keçirilməsi üçün ondan və idarənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat tədbiri nəticəsində 16 mart 2024-cü il tarixdə, təxminən saat 01:10-da ünvan 3 ünvanının yaxınlığında zahiri görünüşü Təqsirləndirilən şəxs uyğun gələn şəxs idarə etdiyi «Kia Rio» markalı, ** OU *** nömrə nişanlı avtomobilin yanında tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs onlarla 25-ci Polis Şöbəsinə getməli olduğunu bildirdikdə o, etiraz etməmiş, onu şöbənin inzibati binasına gətirmişlər, idarə etdiyi avtomobil isə şöbənin həyətinə yerləşdirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilmiş, onların və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan iç cibindən bir ədəd bükümü çıxardaraq masanın üstünə qoymuşdur. Təhqiqatçı bükümü açdıqda onun içərisində açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu görünmüş, həmçinin Elgün əynində olan şalvarın sol yan cibindən bir ədəd avtomobil açarını, bir ədəd «Honor» markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən isə bir ədəd qızılı rəngli plastik bank kartını, bir ədəd alışqanı və 91 manat nağd pulu da çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da başqa hər hansı əşya tapılmamışdır. Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, həmin kütləni İran vətəndaşı “Keyvan” adlı şəxsin vasitəsilə 2 gün əvvəl Masallı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən onun göstərişi ilə müəyyən ünvanlara qoymağına görə götürdüyünü, bunun üçün “Keyvan” adlı həmin şəxsin ona 2000 manat pul verəcəyini bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyulub möhürlənmiş və həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, iştirakçılar zərfin üzərini və protokolu imzalamışlar. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində də narkotik vasitə saxladığını etiraf etdiyindən sonuncunun razılığı ilə 25-ci Polis şöbəsinin həyətində saxlanılan onun idarə etdiyi «Kia Rio» markalı, ** OU *** nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs özü kilidli vəziyyətdə olan avtomobili açarı ilə açaraq avtomobilin yük yerindən 07 ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə ilə yanaşı həmin 7 ədəd bağlamaları da 2 gün əvvəl Masallı rayonu ərazisində İran vətəndaşı “Keyvan” adlı şəxsin vasitəsilə əvvəlcədən təyin edilmiş yerdən onun göstərişi ilə müəyyən ünvanlara qoymağına görə götürdüyünü, bunun üçün “Keyvan” adlı həmin şəxsin ona 2000 manat pul verəcəyini bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş 7 ədəd bağlama qablaşdırılmış və onlar zərfin üzərinə imza etmişlər. Yekunda baxışla bağlı protokol tərtib edilmiş və onlar hamısı protokolu imzalamışlar. Təqsirləndirilən şəxs onlar tərəfindən “Ruslan-93” adlı marketin yaxınlığında, avtomobilin yanında saxlanılmış və oradan da yaxın olduğu üçün Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs Ramana qəsəbəsinə aparılması, avtomobilinə və üzərinə narkotik vasitə qoyulması halları olmamışdır. Eyni zamanda onlar və ya digər şəxslər tərəfindən Təqsirləndirilən şəxs döyülməsi və ya ona qarşı hər hansı qeyri-qanuni hərəkətə yol verilməsi halları da olmamışdır. Əməliyyat tədbirində o və Şahid2 iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan bir həmkəndlisi kimi tanımış və aralarında normal münasibət olmuşdur. Onunla hər hansı qohumluğu və ya ədavəti yoxdur. O yaşadığı Ramana qəsəbəsində plastik qapı-pəncərə sexində usta işləyir. Elgün taksi sürücüsü kimi fəaliyyət göstərdiyindən rayona gedib-gələrkən, həmçinin Bakı şəhərində də onun avtomobilindən taksi kimi istifadə etmişdir. 2024-cü il mart ayının əvvəllərində Elgün onun evindən təxminən 2 km məsafədə olan yarımtikili vəziyyətdə bir evi 9.000 manata almış, lakin sonradan həmin evin sənədlərinin saxta olması məlum olmuş və Elgün pulunu geri ala bilmədiyindən polisə də şikayət etmişdir. Bu ərəfədə o, Elgünlə demək olar ki, hər gün telefonla danışmışdır. 15 mart 2024-cü il tarixdə, günün birinci yarısında o evdə olarkən Elgün ona zəng edərək onların evinin yaxınlığına müştəri gətirdiyindən demiş, o da Elgünü çörək yemək üçün evinə dəvət etmişdir. Təxminən 10 dəqiqə sonra Elgün onun yaşadığı ünvana gəlmişdir. Elgün tək olmuş və «Toyota Corolla» markalı avtomaşınla gəlmişdir. Söhbət əsnasında Elgün həmin maşını təmir məqsədilə Ramana qəsəbəsində hansısa ustanın yanına qoyacağını demişdir. Sonra Elgün onunla birlikdə onların evində yemək yemiş və təxminən bir saat sonra başqa bir müştərini götürüb həmin «Toyota Corolla» markalı maşınla çıxıb getmişdir. Həmin günü təxminən saat 18:00 radələrində Elgün yenidən ona zəng edib bir qədər əvvəl gətirdiyi müştərini yenidən aparması üçün gəldiyini bildirmiş və onu aldadıb pulunu geri qaytarmayan ev sahibinin nömrəsini tapdığından ona verməyi üçün onun evinə gəlmişdir. Elgün bu dəfə də «Toyota Corolla» markalı avtomaşınla gəlmişdir. Həmin vaxt o ev sahibinin nömrəsini Elgünə vermiş və Elgün çıxıb getmişdir. Bir qədər sonra isə o öz iş yerinə getmiş və gecə saatlarında Masallı rayonuna sifariş əsasında plastik qapı-pəncərə aparmışdır. 16 mart 2024-cü il tarixdə səhər saatlarında o, Masallı rayonunda olarkən ona zəng olunmuş və özünü polis əməkdaşı kimi təqdim edən şəxs Elgünün Bakı şəhərində həbs olunduğunu bildirib ona yemək gətirməyini istəmiş, o, isə hazırda rayonda olduğunu bildirmiş və Elgünün qohumu kimi tanıdığı Yusifə zəng edib bu barədə məlumat vermişdir. Sonradan o, Yusiflə əlaqə saxladıqda onun Elgünə yemək apardığını öyrənmişdir. Elgünün narkotik vasitə istifadə etməsi və ya satışı ilə məşğul olub-olmaması barədə heç bir məlumatı yoxdur. Onun evinə gəldiyi gün Elgün qutuda qurban əti gətirmiş, qutunu açmaq üçün ondan bıçaq istəmiş, o da bıçağı vermiş, Elgün qutunu açaraq qurban ətini çıxarıb paylamışdır. Şahid3 məhkəmədə verdiyi ifadəsi ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ziddiyət təşkil etdiyindən Azərbaycan Respublikası CPM-nin 327.1.3 və 329-cu maddələrinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. Şahid3 həmin ifadəsindən görünür ki, 070 *** ** ** saylı nömrə ona məxsusdur və uzun müddətdir ki, özü istifadə edir. Özü yaşadığı Ramana qəsəbəsində plastik qapıpəncərə sexində usta işləyir. Təqsirləndirilən şəxs uşaqlıqdan bir həmkəndlisi kimi tanımış və aralarında normal münasibət olmuşdur. Elgün taksi kimi fəaliyyət göstərdiyindən rayona gedib-gələrkən, həmçinin Bakı şəhərində də onun taksisindən istifadə etmişlər. Bildirir ki, 2024-cü il mart ayının əvvəllərində Elgün onun evindən təxminən 2 km məsafədə olan yarımtikili vəziyyətdə bir evi 9000 manata almışdır. Lakin sonradan həmin evin sənədlərinin saxta olmasını bilmiş və Elgün pulunu geri ala bilmədiyindən səhv etmirsə polisə də şikayət etmişdir. Bildirir ki, o, Elgünlə demək olar ki, hər gün telefonla danışmışdır. 15 mart 2024-cü il tarixdə saat təxminən 18 radələrində o evdə olarkən Elgün ona zəng edərək onların evinin yaxınlığına müştəri gətirdiyindən onunla da görüşmək istədiyini bildirmişdir. O, etiraz etməmiş və təxminən 10 dəqiqə sonra Elgün onun yaşadığı ünvana gəlmişdir. Elgün tək olmuş və qırmızı rəngli, nömrəsini xatırlamadığı «Opel» markalı avtomaşınla gəlmişdir. Söhbət əsnasında Elgün həmin maşını təmir məqsədilə Ramana qəsəbəsində hansısa ustanın yanına qoyacağını demişdir. Sonra Elgün onunla birlikdə onların evində yemək yemiş və təxminən 1 saat sonra başqa bir müştərini götürüb həmin «Opel» markalı maşınla çıxıb getmişdir. Həmin günü təxminən 1 saat sonra Elgün yenidən ona zəng edib bir qədər əvvəl gətirdiyi müştərini yenidən aparması üçün gəldiyini bildirmiş və onu aldadıb pulunu geri qaytarmayan ev sahibinin nömrəsini tapdığından ona verməyi üçün onun evinə gəlmişdir. Elgün bu dəfə qara rəngli, nömrəsini bilmədiyi «Toyota Corolla» markalı avtomaşınla gəlmişdir. Bildiyi qədər «Toyota Corolla» markalı maşın Elgünün özünün olmuş, «Opel» markalı maşını isə icarə əsasında idarə etmişdir. Həmin vaxt o ev sahibinin nömrəsini Elgünə vermiş və Elgün çıxıb getmişdir. Bir qədər sonra isə o, öz iş yerinə getmiş və gecə saatlarında Masallı rayonuna sifariş əsasında plastik qapıpəncərə aparmışdır. 16 mart 2024-cü il tarixdə səhər saatlarında o, Masallı rayonunda olarkən ona zəng olunmuş və özünü polis əməkdaşı kimi təqdim edən şəxs Elgünün Bakı şəhərində həbs olunduğunu bildirib ona yemək gətirməyini istəmişdir. O, isə hazırda rayonda olduğunu bildirmiş və Elgünün qohumu kimi tanıdığı Yusifə zəng edib bu barədə məlumat vermişdir. Sonradan o, Yusiflə əlaqə saxladıqda onun Elgünə yemək apardığını öyrənmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21:33-də Elgün istifadəsində olan ********** saylı nömrədən onun ********** saylı nömrəsinə «Cix ged eve bidene pucaq gotur gellem bidend sunka qalib mende onu qoyaciq» məzmununda mesaj yazdığını xatırlamır, ona görə də həmin mesajda nə demək istədiyini bilmir. O, ********** saylı nömrəsindən Elgünün ********** saylı nömrəsinə 15 mart 2024-cü il tarixdə, saat 23:07-də zəng edib 30 saniyə danışdığı zaman Elgünə zəng edib aldığı evin sahibi ilə danışa bilib-bilmədiyini soruşmuş, o da danışdığını bildirmişdir. Elgün ona harada olması, eləcə də polislər tərəfindən tutulub-tutulmaması barədə heç nə deməmişdir. Elgünün narkotik vasitə istifadə etməsi və ya satışı ilə məşğul olub-olmaması barədə heç bir məlumatı yoxdur (cild 1, i.v. 226-228). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. O, qardaşı Yusif və uzaq qohumu olan Elgünlə birlikdə Bakı şəhəri, NZS qəsəbəsində kirayədə yaşamışdır. İnşaat mağazasında işlədiyindən hər gün səhər saat 08:00-dan axşam saat 20:00-a qədər işdə olmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, Elgün müxtəlif markalı avtomobilləri icarəyə götürüb taksi kimi işləmişdir. Son vaxtlar Elgün qırmızı rəngli «Opel» markalı maşın sürmüş, həmçinin özünə «Toyota Carolla» markalı maşın almışdır. O, özünə kreditlə «Kia Rio» markalı, ** OU *** nömrəli avtomobil almış, işdə olduğu müddətdə maşın daima həyətdə olmuşdur və Elgün həmin avtomobili bir çox hallarda idarə etmişdir. 15 mart 2024cü il tarixdə, təxminən saat 22:00 radələrində Elgün ona zəng edib maşınında nasazlıq olduğu üçün idarə edə bilmədiyini və buna görə də onun maşınını götürməyini xahiş etmiş, o, etiraz etməmiş və Elgün evdən onun maşınının açarını götürüb maşını sürüb getmişdir. Səhər saat 09 radələrində Baş Narkotiklərlə Mübarizə idarəsindən ona zəng olunmuş və Elgünün onun maşını ilə birlikdə saxlanılması barədə məlumat verilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili X8 verdiyi ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti olmamış, həmçinin qohumluğu və düşmənçiliyi yoxdur. Elgin Şərifzadə ilə hər hansı formada əlaqə saxlamamış və həmçinin onu əvvəllər görməmişdir. Polis əməkdaşı kimi çox saylı əməliyyat tədbirlərində iştirak edir. Avtomobil satışı bazarında hər hansı şübhəli şəxsin saxlanılmasını xatırlamır. Onun 15 mart 2024-cü il tarixdə Elgünlə Whatsapp üzərindən danışması, Fərid adlı şəxs barəsində soruşması, onu Qara Qarayev metrostansiyası yaxınlığında görüşə çağırması və onunla birlikdə Ramana qəsəbəsinə getməsi kimi hallar olmamışdır. Ümumiyyətlə onun tərəfindən Təqsirləndirilən şəxs ilə bağlı hər hansı əməliyyat tədbiri keçirilməmişdir. Onun istifadəsində “Mercedes”, “Range Rover” və “Toyota Avalon” markalı üç avtomobili var, lakin əməliyyat tədbirləri zamanı həmin avtomobillərdən istifadə etmir. Həmçinin təqsirləndirilən şəxsin bildirdiyi mobil nömrələr ona məxsus deyildir. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq məqsədi ilə yalan ifadə verir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X5 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 38 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən imzalanmış 16 mart 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdə, saat 01:10 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Kia Rio” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına gətirilmiş, avtomobil isə şöbənin həyətinə yerləşdirilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan iç cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd avtomobil açarı, 1 (bir) ədəd içərisində 050\070 ***-**-** simkart nömrələri olan “Honor” markalı mobil telefon, əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində 5243 7544 4169 3742 nömrəsi olan plastik bank kartı, 1 (bir) ədəd alışqan və 91 (doxsan bir) manat pul aşkar edilərək götürüldü. Sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 96 (doxsan altı) qram oldu. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi tərəfindən imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Honor” markalı mobil telefon, 1 (bir) ədəd bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürüldü, 91 (doxsan bir) manat pul və 1 (bir) ədəd avtomobil açarı isə özünə geri qaytarıldı. 1(bir) ədəd alışqan isə təhlükəsizlik baxımından kənara qoyuldu. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Keyvan” adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl Masallı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə Bakı şəhərində deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Keyvan” adlı şəxsin ona 2000 (iki min) manat pul verdiyini, daha sonra da 2000 (iki min) manat pul verəcəyini, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə BNMİ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən video çəkiliş aparıldı. Şəxsi axtarış 02:50 dəqiqədə başladı, 03:01 dəqiqədə bitdi (cild 1, i/v 29-30). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X5 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 38 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən imzalanmış 16 mart 2024-cü il tarixli “Avtomobilə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdə, saat 01:10 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Kia Rio” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına gətirilmiş, avtomobil isə şöbənin həyətinə yerləşdirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş kütlələr aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik maddə saxladığını, avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «avtomobilə baxış və götürmə aparılması haqqında» 16 mart 2024-cü iİ tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin yük hissəsindən 7 (yeddi) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etdi. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 6 (altı) kq 745 (yeddi yüz qırx beş) qram oldu. Sonra həmin kütlələr qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı imzalandı. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirildi və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Keyvan” adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl Masallı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə Bakı şəhərində deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Keyvan” adlı şəxsin ona 2000 (iki min) manat pul verdiyini, daha sonra da 2000 (iki min) manat pul verəcəyini bildirdi. Avtomobilə baxış və götürmə zamanı «Sony» markalı videokamera vasitəsi ilə BNMİ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən video çəkilişi aparıldı. Baxış 04:15 dəqiqədə başladı, 04:31 dəqiqədə bitdi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, protokola içində video çəkiliş olan 1 (bir) ədəd DVD disk əlavə olundu və imzalarla təsdiqləndi (cild 1, i/v 34-35). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınmış DVD disklərə baxış keçirilmiş və baxış zamanı 16 mart 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və həmin tarixli “Avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokollarda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 5(007)-145/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Ələkbər Xələfov tərəfindən təsdiq edilmiş 15 mart 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, i/v 80-81). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 16 mart 2024-cü il tarixli, 3-16-16/2-7/441 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə” yazılar və imzalar olan kağız paketdə 1 ədəd üzəri skoçla bağlanmış sellofan bükülüdə təmiz çəkisi - 80,28 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “......Təqsirləndirilən şəxs” yazılar və imzalar olan ağ rəngli sintetik torbada ümumi sayı 7 (yeddi) ədəd: 1 ədəd göy rəngli polietilen torbada təmiz çəkisi - 525,0 qram, həmin torbada 1 ədəd üzəri skoçla bağlanmış ağ rəngli sellofan bağlamada təmiz çəkisi - 1075,0 qram, 5 ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda (2 ədəd ağ, 3 ədəd qara rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri 1000,0 qram; 655,0 qram; 995,0 qram; 995,0 qram; 990,0 qram, ümumi çəkisi – 6235,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi - 6315,28 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidir. Marixuanaların ümumi çəkisi – 6315,28 qram, (1-8 №-li ob.), tədqiqata 0,40 qram sərf edildi (hər obyektdən 0,05 qram), qalıq – 6314,88 qram (cild 1, i/v 43-46). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X10 X3 10 may 2024-cü il tarixli, 3120 nömrəli ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan müalicəyə ehtiyacı yoxdur (cild 1, i/v 200-201). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 234 nömrəli ekspert rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs müayinəsi zamanı bədən səthində xəsarət və xəsarət izi aşkar olunmadı (cild 1, i/v 198- 199). - xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan “Honor” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, “Honor” markalı mobil telefonda 050 *** ** ** və 070 *** ** ** saylı nömrələr vardır. Mobil telefona daxil olan zənglər siyahısında 010 *** ** ** və ya 010 *** ** ** saylı nömrədən zəng və mesaj daxil olması müyyən edilmədi. Mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilmədi (cild 1, i/v 143). - 24.04.24-cü il tarixli “Sənədə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, «Azercell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 050 597 93 saylı mobil nömrəyə 01 oktyabr 2023-cü il tarixdən 17 mart 2024-cü il tarixədək daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa, anten məlumatlarına və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmişdir. Baxış zamanı həmin nömrəyə 010 *** ** ** və ya 010 *** ** ** saylı nömrədən zəng və mesaj daxil olması müəyyən edilmədi. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən digər şəxsə yazdığı pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik vasitə dövriyyəsi ilə məşğul olmasını təsdiq edən aşağıdakı mesaj aşkar edildi: xx/xx/2024, 21:33:35, **********17, **********42, Cix ged eve bidene pucaq gotur gellem bidend sunka qalib mende onu qoyaciq. xx/xx/2024, 21:36:43, **********42, **********17, Ok. Baxış zamanı məlum oldu ki, Təqsirləndirilən şəxs istifadəsində olan *** ** ** saylı nömrə ilə sonuncu dəfə 15 mart 2024-cü il tarixdə, saat 23:07-də 070 *** ** ** saylı nömrə ilə 30 saniyə danışıq aparmış və həmin zaman onun mobil sonunun anteni ünvan 9 ünvanında olmuşdur. Bundan başqa 050 *** ** ** saylı nömrə 15 mart 2024-cü il tarixdə, saat 19-20 radələrində Ramana qəsəbəsində, daha sonra 22:00 radələrində Babək prospektində, sonra isə Nərimanov rayonu, Ziya Bünyadov prospekti, sonra isə 8-ci mikrorayon ərazisində mobil operatorun anten dairəsinə düşmüşdür. Baxış zamanı “Azercell” şirkətindən daxil olmuş məlumatlarda iş üçün əhəmiyyət kəsb edən başqa xüsusat aşkar edilmədi və məlumatlar çap edilərək protokola əlavə edildi (cild 1, i/v 146- 159). - Qeyd olunan CD diskdə olan məlumatlar məhkəmə baxışı zamanı tədqiq edilmiş, 24.04.24-cü il tarixli “Sənədə baxış keçirilməsi haqqında” protokolda qeyd olunanlar və həmin protokola əlavə edilmiş məlumatlar öz təsdiqini tapmış, eyni zamanda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsi üzrə xx.xx.2024-cü ildə saat 21:12-də Salyan rayonu Kursəng kəndi, 22:19-da Masallı rayonu, Çaxırlı kəndi, 22:41-də Lənkəran rayonu, Girdüni kəndi üzrə anten dairələrdə qeydə alınmışdır. - xx.xx.2024-cü il tarixli “Sənədə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, «Azerfon» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** saylı mobil nömrəyə 01 oktyabr 2023-cü il tarixdən 17 mart 2024-cü il tarixədək daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa, anten məlumatlarına və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirildi. Baxış zamanı həmin nömrəyə 010 *** ** ** və ya 010 *** ** ** saylı nömrədən zəng və mesaj daxil olması müəyyən edilmədi. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə daxil olan və onun digər şəxsə yazdığı pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik vasitə dövriyyəsi ilə məşğul olmasını təsdiq edən aşağıdakı mesajlar aşkar edildi: xx-xx-2024 00:58:42 1.1.**********89 1.1.**********17 Uşaqların yanında məni pərt eləmə sən canın. xx-xx-2024 00:59:09 1.1.**********89 1.1.**********17 İsdirsen yerini də mən gəlim. xx-xx-2024 00:59:34 1.1.**********89 1.1.**********17 Sən allah lomkaciliqdi. xx-xx-2024 01:04:41 1.1.**********89 1.1.**********17 Mən geliremde hara desən. xx-xx-2024 01:05:20 1.1.**********89 1.1.**********17 Yada mencin saat fərq eləməz gözləyirəm əgər gelersense. xx-xx-2024 01:02:14 1.1.**********17 1.1.**********89 Ay iney bağda ekmemiwem mende gerek gedim goturum verim sene. xx-xx-2024 01:02:32 1.1.**********17 1.1.**********89 Oda hele alinmir oteldeyem. Baxış zamanı “Azerfon” şirkətindən daxıl olmuş məlumatlarda iş üçün əhəmiyyət kəsb edən başqa xüsusat aşkar edilmədi və məlumatlar çap edilərək protokola əlavə edildi (cild 1, i/v 171-175). - Qeyd olunan CD diskdə olan məlumatlar məhkəmə baxışı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sənədə baxış keçirilməsi haqqında” protokolda qeyd olunanlar və həmin protokola əlavə edilmiş məlumatlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 223-224). - 16 mart 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2024-cü il tarixli, 4(007)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 4(007)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 4(007)-195/2024 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Bəhərm oğlu 16 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin sonuncu qərarı ilə həbsdə saxlanılmasının müddəti 05 avqust 2024-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 19, 20, 74-78, 93-94, 312-316). - xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd üzəri skoçla bağlanmış sellofan bükülüdə təmiz çəkisi - 80,28 qram, həmçinin idarə etdiyi “Kia Rio" markalı ** OU *** nömrə nişanlı avtomobilin yük yerindən götürülmüş ağ rəngli sintetik torbada ümumi sayı 7 (yeddi) ədəd: 1 ədəd göy rəngli polietilen torbada təmiz çəkisi - 525,0 qram, həmin torbada 1 ədəd üzəri skoçla bağlanmış ağ rəngli sellofan bağlamada təmiz çəkisi - 1075,0 qram, 5 ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda (2 ədəd ağ, 3 ədəd qara rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri - 1000,0 qram; 655,0 qram; 995,0 qram; 995,0 qram; 990,0 qram, ümumi çəkisi - 6235,0 qram olmaqla ümumi təmiz çəkisi 6315,28 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 6314,88 qram narkotik vasitə qurudulmuş marixuananın saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində üzərində şəxsi axtarış və götürmə və avtomobilə baxış və götürmə istintaq hərəkətləri aparılarkən aparılmış video çəkilişin 2 ədəd DVD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan 050/070 *** ** ** saylı nömrə ilə işləyən “Honor” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən maddi sübut hesab edilməməsi, lakin yekun məhkəmə qərarı qəbul edilənədək saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır (cild 1, i/v 244-259). - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN BNMİ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında aparılmış araşdırma üzrə cinaət işinin başlanmsı rədd edilmişdir (cild 1, i/v 242-243). - Azərbaycan Respublikası DİN X2 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3/211007/24 nömrəli məktubdan görünür ki, Təhlükəsiz Səhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən müvafiq məlumatların təqdim edilməsi imkanları xaricindədir (cidl 1, i/v 187). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən qurudulmuş marixuananın (kannabis) kütləsi 5 qram təşkil etdikdə xeyli miqdarda, 500 qram olduqda külli miqdarda, 50000 qram olduqda isə xüsusilə külli miqdarda narkotik vasitə hesab olunur. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs üzərində 80,28 qram, idarə etdiyi avtomobildə isə 6235,0 qram, ümumilikdə 6315,28 qram çəkidə külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuananı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə CM-nin 234.4.1-ci, külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin yaranması üçün dörd şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2-ci maddənin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - bu əməlllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Hazırki iş üzrə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı üzərində daşımaqla və avtomobilində saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilsə də, bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsini, narkotik vasitəni kimlərdən, necə və haradan alması, həmçinin kimlərlə əlbir olaraq törədilməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. “CM-nin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 №-li Qərarının 12ci bəndində qeyd edilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı ümumiyyətlə har hansı bir sübut olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamış, iddia edilən “Keyvan” adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyəti ilə bağlı konkret hallar müəyyən edilməmişdir. Bu səbəbdən ehtimallara əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi ittihamın irəli sürülməsi əsassızdır. Eyni zamanda, cinayət işinin materialları ilə cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi də müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən cinayətin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar əldə olunmamış, iş materiallarına əlavə edilməmiş, müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, sadəcə olaraq Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitəni satış məqsədi ilə əldə edərərək üzərində və idarə etdiyi avtomobildə daşıdığı qeyd edilməklə kifayətlənilmişdir. Göründüyü kimi işin faktiki hallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə aralarında cinayətkar razılaşma olmamış, təqsirləndirilən şəxs ilə narkotik vasitələrin qrup şəklində satışına dair qabaqcadan razılıq əldə edilməmiş, bununla bağlı heç bir mötəbər və əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.1-ci maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız üç şərt – narkotik vasitənin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qanunsuz hərəkətlər etməsi (narkotik vasitəni qanunsuz olaraq əldə etməsi və üzərində daşıması), belə əməlləri satış məqsədilə törətməsi və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs istinad olunan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Beləliklə də iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli olması müəyyən olunmur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi çıxarılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib üzərində və idarə etdiyi avtomobildə daşıması və saxlaması özü tərəfindən inkar edilsə də, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, araşdırılmış ekspertiza rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan telefon nömrələri vasitəsilə aparılmış SMS yazışmaları və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə icraatı zamanı narkotik vasitə olan qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən ona verilməsi və avtomobilinə qoyulması, narkotik vasitə istifadəçisi olsa da, saxlanılan zaman üzərində və avtomobilində narkotik vasitə olmaması barədə verdiyi ifadələri müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Şahid3 Təqsirləndirilən şəxs ilə yaxın münasibətlərdə olduğundan onun məhkəmə iclasında verdiyi ifadə təqsirləndirilən şəxsin məsuliyyətdən yayındırılması məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirilməli və onun ibtidai istintaq zamanı verdiyi ifadə əsas sübut növü kimi qəbul edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, həm ibitidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi və öz müdafiəsi üçün gətirdiyi dəlillər hərtərəfli və obyektiv araşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019cu tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair» Qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin məzmununa əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq məqsədi ilə verdiyi yalan ifadəsini və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallara dair ifadəsini bir-birindən fərqləndirməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, cinayət əməlinin törədilməsində iştirakını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkmələrinin əvvəli şübhəli şəxs qismində tutulduqları xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 6314,88 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və avtomobilə baxış və götürmə istintaq hərəkətləri aparılarkən aparılmış video çəkilişin 2 ədəd DVD diski iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut hesab edilməmiş, saxlanması üçün Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş və məhkəməyə təqdim edilərək cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd “Honor” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2059/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 16 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 6314,88 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və avtomobilə baxış və götürmə istintaq hərəkətləri aparılarkən aparılmış video çəkilişin 2 ədəd DVD diski iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut hesab edilməmiş, saxlanması üçün Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş bir ədəd “Honor” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar