Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-449/2021 14.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızın, onun qanuni nümayəndsi Qanuni nümayəndə2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1999-cu il tarixdə Göygöl rayonu Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olub ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasmda saxlanılan, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz cinsi ehtirasını təmin etmək niyyəti ilə 06 aprel 2019cu il tarixdə Göygöl rayonu Üçtəpə kəndində yerləşən evlərində onun üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilə-bilə, 29 avqust 2006-cı il təvəllüdlü bacısı Zərərçəkmiş şəxs qızının köməksiz vəziyyətdə olmasından istifadə edib, həmçinin zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə sonuncunun arxa keçəcək nahiyəsi vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq zərərçəkmiş şəxs Səma Cümşüdzaovaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, bundan sonra o, 2019-cu ilin noyabr ayında, kirayədə yaşadıqları Bakı şəhəri, ünvan 1-də təkrarən və sonuncu dəfə isə 06 yanvar 2020-ci il tarixdə yenə həmin ünvanda, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilə-bilə, bacısı, 29 avqust 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qızının köməksiz vəziyyətdə olmasından istifadə edib, həmçinin zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə sonuncunun arxa keçəcək nahiyəsi vasitəsi ilə dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs, ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, anası Cümşüdova Aybəniz Arzuman qızı və atası X8 təxminən 1996-cı ildə ailə qurmuş, birgə nikahından o və 2006-cı ildə bacısı Cümşüdova Səma Ceyhun qızı dünyaya gəlmişlər. Anası Cümşüdova Aybəniz Arzuman qızı 29 noyabr 2015-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmiş, anası rəhmətə gedənədək ailələri Göygöl rayonu Üçtəpə kəndində yaşamışdır. X20 rayonunda olarkən elektrik qismində fərdi qaydada işləmiş, anası isə evdar qadın olmuşdur. Bacısı Səma 2012-ci ildə Göygöl rayonu Üçtəpə kənd orta məktəbində orta təhsil almağa başlamışdır. Anasının sağlığında ailələrində münasibətləri yaxşı olmuş, həmçinin atası Ceyhunla bacısı Səmanın münasibətləri də yaxşı olmuşdur. O, 02 oktyabr 2017-ci il tarixdə hərbi xidmətə getmiş, 06 aprel 2019-cu il tarixdə hərbi xidmətdən qayıdıb Göygöl rayonu Üçtəpə kəndindəki evlərinə getmişdir. O, hərbi xidmətdə olduğu zaman bacısı Səma və atası Ceyhun birlikdə Göygöl rayonu Üçtəpə kəndində yaşamışlar. 06 oktyabr 2018-ci il tarixdə o, hərbi xidmətdən məzuniyyətə buraxılmış, 10 gün məzuniyyətdə olmuş, məzuniyyətini Göygöl rayonu Üçtəpə kəndində keçirmişdir. Məzuniyyətdə olarkən evə gec gəlmiş, vaxtını dostları ilə keçirmişdir. Məzuniyyətdə olarkən evə gec gəlsə də, bacısı ilə birlikdə qaldığı otaqda yatmışdır. Məzuniyyət dövründə bacısı Səma ilə söhbət əsnasında bacısı ona hər hansı probleminin olması barədə heç nə deməmiş, hər şey öz axarında, qaydasında olmuşdur. 16 oktyabr 2018-ci il tarixdə məzuniyyətdən yenidən hərbi xidmətə qayıtmış, hərbi xidmətdə olan zaman həftədə bir dəfə bacısı Səma ilə telefonla əlaqə saxlamış, bacısı ona hər hansı probleminin olması barədə heç nə deməmiş, ümumi mövzulardan danışmış, hərdən anası üçün darıxdığından gileylənmiş, lakin digər hər hansı probleminin olması barədə heç nə deməmişdir. O, Səma ilə ümumiyyətlə səmimi olmuşlar. 08 aprel 2019-cu il tarixdə işləmək məqsədilə Bakı şəhərinə gəlmişdir. 2 ay əsgər yoldaşı Xəyalın və ailəsinin yaşadığı Bakı şəhəri Maştağa-Buzovna qovşağı deyilən yerdə yerləşən evdə yaşamışdır. Daha sonra atası da Bakı şəhərinə köçmək qərarına gəlmiş, o, Buzovna qəsəbəsində Xəyalgilin yaşadığı evə yaxın yerdə kirayə ev götürmüş, atası Ceyhun Səma ilə birlikdə Bakı şəhərinə gəlmiş, üçü birlikdə həmin evdə yaşamağa başlamışlar. Həmin evdə bir yataq otağı olmuş, sahəsi kiçik olmuş, Səma və atası Ceyhun iki yanaşı yerləşmiş çarpayıda yatmışlar. O isə atasından və bacısından bir az uzaqda tək çarpayıda yatmışdır. Buzovna qəsəbəsində yerləşən evdə təxminən 01 ay yaşamış, bu müddət ərzində bacısı yay tətili ilə əlaqədar evdə olmuş, atası Ceyhun isə Pirşağı qəsəbəsində “AS İnşaaf’-da elektrik işləmişdir. Atası Ceyhun həm gündüz, həm də axşam növbəsində işləmiş, gündüz olarkən saat 08:00-da işi başlamış, saat 18:00-da işi bitmiş, təxminən saat 19:00-da evdə olmuşdur. Həmin dövrdə o, “Bakı Bağları” restoranında ofisiant işləmiş, saat 11:00 radələrində evdən çıxıb, axşam 00:00 radələrində evə qayıtmışdır. Bacısı Səma bildiyi qədərilə vaxtını əsgər yoldaşı Xəyalgildə keçirmiş, Xəyalın anası Dilşadın yanında olmuş, Dilşadla bacısı yaxın olmuş, bacısı Səma Dilşadı çox istəmişdir. O özü Buzovna qəsəbəsində yaşadıqları dövr ərzində bir neçə dəfə evə dostları ilə birlikdə spirtli içki qəbul etdikdən sonra evə gəlmiş, lakin sərxoş olmamışdır. Dostu Xəyal da onların Buzovna qəsəbəsində yerləşən kirayədə yaşadıqları evə tez-tez gedibgəlmişdir. 10 sentyabr 2019-cu il tarixdə onlar ünvan 1 ünvanda yerləşən evə köçüb yaşamağa başlamışlar. Həmin evi kirayə götürmüşlər, ev 1 yataq otağı, 1 zal və mətbəxdən ibarətdir. Yataq otağında bir ədəd çarpayı olmuş, adətən həmin otaqda yatmışdır. Bacısı Səma atası Ceyhunla zalda olan divanda birlikdə yatmışlar. Həmin divan açılmış, hərdən yerlərini dəyişsələr də, adətən qeyd etdiyi formada yatmışlar. Son bir ay ərzində o, atası Ceyhun ilə Binəqədi rayonu DSK yolu adlanan ərazidə avtoyuma məntəqəsində işləmiş, səhər saat 08 radələrində evdən çıxıb saat 21:00 radələrində evə qayıtmışlar. Səma 15 sentyabr 2019-cu il tarixdən etibarən 179 nömrəli tam orta məktəbdə oxumağa başlamış, dərsə çox meyilli olmadığından, arada dərslərinin bəzilərini ötürmüş, məktəbə getməmişdir. Bacısı Səma ilə arasında bir dəfə narazılıq olmuş, belə ki, Səma dostu Eşqini sevməsini ona deməsinə görə aralarında narazılıq yaranmış, bundan başqa, aralarında heç bir narazılıqları olmamışdır. O, bacısı Səmaya qarşı heç vaxt heç bir əxlaqsız hərəkət etməmişdir. Heç vaxt Səma ilə intim münasibətdə olmamışdır. Bacısı Səmanın onun əsgərlikdən gəldiyi gün, bundan sonra da onunla iki dəfə gecə saatlarında arxadan onunla cinsi əlaqədə olmağı barədə dedikləri yalandır. O, heç vaxt belə hərəkət etməmişdir, Səma onun doğma bacısıdır. Səmanın hansı səbəbdən onun barəsində həmin məzmunda ifadə verməsini bilmir. Əsgərlikdən 06 aprel 2019-cu il tarixdə gəlmişdir. 08 aprel 2019-cu il tarixdə atası ona qonaqlıq vermişdir. Həmin gün saat 22-23 radələrində dayısı qızı Fəxriyyə ilə birlikdə Bakı şəhərinə qayıtmışlar. O, 2019-cu ilin oktyabr Gəncə şəhəri Sadıllı qəsəbəsindəki bibisi Mahirənin yanında qalmışdır. 06 yanvar 2020-ci il tarixdə isə saat 03:00 radələrində bacısı Səma yuxudan qalxıb açımışam deməsinə görə, atası, o və bacısı Səma **- CL-*** nömrəli VAZ- 2106 markalı avtomobillə iş yerinin yaxınlığında olan adını dəqiq bilmədiyi dükana gedib oradan Cola, sosiska, kofe, çörək alıb evə qayıtmışlar. Səmanın hər hansı bir kənar şəxslə intim münasibətdə olması mümkün deyildir. O da, bacısı Səmaya qarşı heç bir əxlaqsız hərəkət etməmişdir. Səma 2019-cu ilin noyabr ayının 10-da Gəncədən Bakıya gəldikdən üç-dörd sonra qolunu şüşə ilə kəsmişdi. Bunun səbəbəini soruşduqda Səma anasına görə darıxıb qolunu kəsdiyini dedi. O,Səmanın ona qarşı yalan ifadələr verməsinin səbəbini bilmir. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Cümşüdova Səma Ceyhun qızı ifadələrində göstərdir ki, atası Ceyhun Cümşüdzadə və qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 1 ünvanda kirayədə yaşamışlar. Atasının 48, qardaşı Yasimin 20 yaşı vardır. Onun atası Ceyhun əvvəllər qardaşı Yasimlə birlikdə avtoyuma məntəqəsində işləmiş, sonra taksi sürmüşür. Qardaşı Yasim isə Binəqədi qəsəbəsinin «Mərkəz» deyilən əraziyə yaxın yerdəki avtoyuma məntəqəsində işləyirdi. Onların Göygöl rayonu Üçtəpə kəndində özlərinə məxsus evləri var. X13 29 dekabr 2015-ci il tarixdə Salyan rayonunda vəfat etmişdir. Anası Aybəniz əslən Salyan rayonundandır, ona görə də, xəstələndikdən sonra səhhəti ağırlaşdığı vaxt öz valideynlərinin yanma aparılmış və orada da vəfat etmiş, sonradan ana nənəsi və babası da vəfat etmişlər. Onun anası rəhmətə getdikdən sonra səhəri günü atası da Göygöldən Salyana gəlmiş və yas mərasimini yola verdikdən sonra onunla qardaşı Yasimi Göygöldəki evə apardı. Atası onları Salyan rayonundan Göygöl rayonundakı evlərinə apardıqdan təxminən 3-4 gün sonra qorxduğuna görə, atası Ceyhun onu öz yatdığı çarpayısında özü ilə birlikdə yatırdı. Qəza olmuşdu. İşıqlar da yanmırdı. O, atası ilə yatdığı günü əvvəlcə atası onun dodaqlarından öpmüşdür. O da, atasına onu öpməməsini demiş, atası isə ona “nə olar ki, mən sənin atam deyiləm?” - demiş və onlar atasının çarpayısında birlikdə yatmışlar. Sonrakı vaxtlarda atası bəzən onunla birlikdə onun çarpayısında yatmağını demiş, bəzən isə özü qorxduğuna görə atasının çarpayısına gedib birlikdə yatmışlar. Anası Aybənizin öldüyü gündən təxminən bir ay sonra yəni 2016-cı ilin yanvar ayının sonlarında o, evdə çarpayıda yatdığı vaxt gecə saat təxminən 01-02 radələrində üstündə ağırlıq hiss etmiş, yuxudan oyandıqda, atası Ceyhunun üstündə uzandığını görmüş, atası Ceyhuna “neynirsən?” - deyə soruşduqda, Ceyhun ona heç nə etmədiyini bildirmiş, onun tumanını aşağı çəkmiş və qabaqdan onunla cinsi əlaqədə olmuşdur. Atası Ceyhun onunla qabaqdan cinsi əlaqədə olarkən özündə ağrılar hiss etmişdir. Atası onunla cinsi əlaqədə olarkən atasına etiraz edib onu üstündən itələsə də, ona gücü çatmamış və atası Ceyhun da, etirazına əhəmiyyət verməyib onunla qabaqdan cinsi əlaqədə olmuşdur. Bundan sonrakı günlərdə də atası dəfələrlə demək olar ki, hər gün onunla cinsi əlaqədə olmuşdur. Lakin o, bu barədə qardaşı Yasimə deməmişdir ki, birdən qardaşı Yasim atası Ceyhunu öldürər. İlk dəfə atası onunla intim münasibətdə olduğu vaxt qardaşı Yasim evdə olmamış, həmin vaxt dostları ilə birlikdə gəzməyə getmişdir. Anası öldükdən sonra Göygöldə yaşadıqları vaxt gah atasının üzdən tanıdığı dostları, gah da, qardaşının dostları onların evinə gəlib-getmiş, atası öz dostları ilə birlikdə evdə spirtli içki içmişdir. Qardaşı Yasim isə dostları ilə birlikdə evdə çay içib söhbət etmiş, daha sonra çıxıb getmişlər. Atasının Emin adlı Göygöl rayonunda yaşayan dostu da iki dəfə ondan xoşunun gəlməsini ona demiş, o da, Eminə acıqlı cavab vermiş, lakin Emin ona qarşı heç bir əxlaqsız hərəkət etməmişdir. Atası Ceyhun da hətta Eminin onu öpmək istəməsini görmüş, onunla aralarında narazılıq olmuşdur. Bundan başqa, atasının Göygöldəki «Rəhman» adlı dostu da təxminən 2-3 ay bundan əvvəl atasının telefonuna zəng etdikdə, atası evdə olmadığı üçün o, atasının mobil telefonuna gələn zəngə cavab vermiş, həmin vaxt Rəhman atasını soruşmuş, həmçinin ondan xoşlandığını demişdir. Qardaşı Yasim əsgərlikdən gəldiyi gün Göygöldəki evlərində olduqları vaxt gecə saat 01-02 radələrində atası ona və qardaşı Yasimə “siz gedin, isti otaqda yatın.” deyib, özü isə onlara soyuq olmaması üçün soyuq otaqda yatdı. Bakı şəhərinə Onların göygöldəki evləri üç otaqdan ibarətdir. Həmin otaqlardan birinə əşyaları yığmış, digər otaqlardan birində bir ədəd çarpayı, digər otaqda isə iki ədəd çarpayı olmuşdur. İki ədəd çarpayının olduğu otaq soyuq olduğundan, çox vaxt həmin otaqda yatmışlar. O və qardaşı Yasim həmin gün isti otaqdakı çarpayıda ikisi birlikdə yatmışlar. Həmin vaxt qardaşı Yasim onun tursikini aşağı çəkmiş, onun arxa tərəfinə keçib arxadan onunla intim əlaqədə olmuşdur və daha sonra tualetə gedib-gəldi və birlikdə yatmışdır. Bundan başqa, o,müstəntiqin yanına çağırlmamışdan təxminən 02 ay öncə Yasim onunla birlikdə Binəqədi qəsəbəsində olan evdə kirayədə yaşadıqları vaxt onunla arxadan cinsi əlaqədə olmuşdur. Həmin günü onlara qardaşı Yasimlə birlikdə gəlmiş Eşqin ona demişdir ki, onlar həmin gün nəşə çəkmişlər. Sonuncu dəfə qardaşı Yasim onunla 06 yanvar 2020-ci il tarixdə gecə saatlarında yenə də arxadan cinsi əlaqədə olmuşdur. Həmin vaxt atası Ceyhun evdə olub yatsa da, qorxduğu üçün qışqırmamış, Yasimin onunla arxadan cinsi əlaqədə olması barədə heç kimə heç nə deməmişdir. Yasim əsgərlikdən qayıdıb gəldikdən sonra Bakıya gəlib Buzovnada qəlyançı, barmen işləməsinə görə, o və atası Ceyhun da 2019-cu ilin yay aylarında Maştağaya gəlib kirayədə yaşamışlar. Bundan sonra 10 sentyabr 2019-cu il tarixdə atası Ceyhun və qardaşı Yasim Binəqədi qəsəbəsində yerləşən kirayədə yaşadıqları evə getmişlər, həmin evə gəldikdən sonra da atası onunla qabaqdan cinsi əlaqədə olmaqda davam etmiş, sonuncu dəfə isə 07 yanvar 2020-ci il tarixdə atası onunla qabaqdan cinsi əlaqədə olmuşdur. O, atası Ceyhun Cümşüdzadə və qardaşı Təqsirləndirilən şəxs onunla intim münasibətdə olması barədə «Məktəblinin dostu» layihəsinin psixoloquna, bundan əvvəl qardaşı Yasimin dostu Xəyalın anası Şahid2 demişdir. Dilşad da atasının və qardaşının onunla intim münasibətdə olmalarını psixoloq Günel xanıma deməyi tapşırdı. O da hər şeyi müəlliməyə danışmış, eləcə də, bu barədə qonşusu və rəfiqəsi İmarətə də demişdir. O, İmarəti «Sara» adı ilə çağırır. Qardaşı Təqsirləndirilən şəxs onunla yalnız arxadan, atası Ceyhun Cümşüdzadə həmişə qabaq tərəfdən cinsi əlaqədə olmuşlar. Həm atası, həm də qardaşı onunla cinsi əlaqədə olduqdan sonra dərhal tez yerindən qalxıb ayaqyoluna qaçırdılar. Atası Ceyhunun ona etdiyi əxlaqsız hərəkətləri qardaşına, qardaşının da ona etdiyi əxlaqsız hərəkətlərini atasına deməmişdir ki, onların arasında dava-dalaş düşməsin, onlar bir-birlərini öldürməsinlər. Atası Ceyhun yaşadıqları Göygöl rayonu Üçtəpə kəndindəki evlərində olduğu vaxt əvvəlcə, yəni 2016-cı ilin təxminən yanvar ayının ortalarında özünün cinsiyyət üzvünü onun arxa nahiyəsinə sürtmüş, həmin vaxt atasını özündən kənara itələsə də, atasına müqavimət göstərib etiraz etsə də, atası Ceyhun ona əhəmiyyət verməmiş, atası ondan güclü olduğundan, atasına gücü çatmamışdır ki, atasını özündən uzaqlaşdırsın. Həmçinin atası Ceyhun həmin vaxt ona “Kiməsə desən, sənin vəziyyətin pis olacaq, peşman edərəm səni” - dediyindən, kiməsə bu barədə danışdığı təqdirdə, atasının onu döyəcəyindən qorxmuşdur. Atası Ceyhun 2016-cı ilin yanvar ayının sonlarında onunla qabaqdan zorla cinsi əlaqədə olan vaxtadək dəfələrlə öz cinsiyyət orqanını onun arxasına zorla sürtmüşdür. 2016-cı ilin yanvar ayının sonlarında isə atası Ceyhun artıq onunla zorla qabaqdan cinsi əlaqədə olmuş və həmin vaxt o, özündə ağrı hiss etmişdir. Həmin vaxt da atası ona hədəqorxu gəlib yenə də, “Kiməsə desən, sənin vəziyyətin pis olacaq, peşman edərəm səni” dedi. O, atasını özündən kənara itələsə də atası onun əlini-qolunu tutub onu döşəyə sıxmış, o, nə qədər atasının əlindən çıxmağa çalışsa da, atasına gücü çatmamış, atası Ceyhun da zorla onunla cinsi əlaqədə olmuş və atasının bu hərəkətləri dəfələrlə baş vermiş, sonuncu dəfə isə 07 yanvar 2020-ci il tarixdə olmuşdur. Hər dəfəsində isə həm atası, həm qardaşı onunla cinsi əlaqədə olduqdan sonra tualetə gedib- gəlmişlər. Sonradan o, başa düşmüşdür ki, onun uşağı olmasın deyə atası və qardaşı cinsi əlaqədə olduqdan sonra tualetə getmişlər. O, heç vaxt nə atası, nə də qardaşına onunla cinsi əlaqədə olmalarına razılıq verməmiş, atası onunla cinsi əlaqədə olanda gecə vaxtı üstündə ağırlıq hiss etdikdə, atasına nə etməsini deyib onu özündən kənara itələmişdir ki, ondan uzaqlaşsın, lakin atası onun etiraz etməyinə baxmayaraq, onu döşəyə sıxaraq, kiməsə bu barədə dediyi təqdirdə, onu peşman edəcəyini bildirib zorla onunla qabaqdan cinsi əlaqədə olmuşdur. Ona görə də, atasından qorxub heç kimə bu barədə heçnə deməmişdir. Onun qardaşı Yasim isə atasından da güclüdür, ona görə də, qardaşına da gücü çatmamışdır. Atası Ceyhun onunla qabaqdan, qardaşı Yasim isə onunla arxadan zorla cinsi əlaqədə olmuşlar. Nə atasına, nə də ki, qardaşına gücü çatmamış, onlar hər ikisi də, onun etiraz etməyinə əhəmiyyət verməmiş və onunla cinsi əlaqədə olmuşlar. Atası Ceyhun, qardaşı Yasimdən başqa digər şəxs onunla heç bir formada cinsi əlaqədə olmamış, heç kim onu aldadıb və ya ona təsir, təzyiq edərək atasının və qardaşının barəsində şikayət etməyini ona deməmişdir. Atası Ceyhun həm özlərinə məxsus Göygöl rayonu Üçtəpə kəndində, həm əslən Naxçıvandan olan adı «Eyvaz» olan şəxsə məxsus Buzovna qəsəbəsi N.Əliyev küçəsində, sonuncu dəfə də Binəqədi rayonu Binəqədi qəsəbəsi C.Cabbarlı küçəsindəki evlərdə onunla qabaqdan cinsi əlaqədə olmuş, qardaşı Yasim isə Göygöl rayonu Üçtəpə kəndində, sonuncu dəfə də Binəqədi rayonu Binəqədi qəsəbəsi C.Cabbarlı küçəsində yerləşən kirayədə yaşadıqları evdə onunla arxadan cinsi əlaqədə olmuşdur. Məhkəmə-tibbi ekspertizasından keçdiyi vaxt bədən səthində olan sol sağrı nahiyədəki qançırı ola bilsin ki, özü ehtiyatsızlıqdan evdə olarkən harasa dəyib almış, lakin həmin xəsarəti konkret olaraq hansı şəraitdə almağını xatırlamamışdır, həmin xəsarəti ona nə atası Ceyhun, nə də qardaşı Yasim, nə də digər şəxs ona yetirməmişdir.Atasınının məhkəməsi başa çatıb.Ona cəza verilib.Yasim də ona qardaşlıq etməyib. O, Yasimlə barışmayıb,barışmaq fikri də yoxdur. Şahid2 ifadələrində göstərdi ki, əri Şahid3, oğlanları Şahid4, X6 ilə birlikdə yaşayır. Oğlu Xəyal 2019-cu ilin aprel ayında hərbi xidmətini başa vuraraq Buzovnadakı evlərinə qayıtmış, həmin vaxt oğlu Xəyalın yanında əsgər yoldaşı Yasim də onlara gəlmişdir. Yasimin nə üçün evlərinə getməyib onlara gəldiyini bilməmiş, ola bilsin ki, ya marşrut olmamış, ya da Yasimin pulu olmamışdır. Onların evinə gəldikdən sonra səhəri gün Yasim atasının və bacısının Göygöl rayonunda olmasına görə, evinə getmişdir. Yasim bir neçə gündən sonra xalası qızı Fəxriyyə ilə birlikdə onlara gəlmişdi. Fəxriyyə Bakıda hansısa institutda oxuyurdü. Bundan sonra oğlu Xəyala onların evdən çıxıb getmələrini demiş, Fəxriyyə getsə də, Yasim onların evində qalmış və Yasimi “AS” İnşaat şirkətində fəhləliyə düzəltmişdir. Lakin Yasim orada cəmi bir gün işlədikdən sonra Göygölə evinə getmişdir. Yasim onların evində yaşayarkən dəqiq xatırlamadığı vaxt oğlu Xəyalın avtomobili ilə qəza törətməsinə görə, həmçinin ondan bacısının xəstə olmasını deyib 60 manat pul alıb aldadıb Gəncəyə getməsinə görə Yasimə evdən çıxmasını bildirmişdir. Sonra Yasim çöllərdə skamyalarda yatırdı. Bunu o, məhlə uşaqlarından eşitmişlər. Bundan sonra əri Qalib əsl adı Ceyhun olsa da, Yasimgilin “Məmməd” deyə çağırdıqları şəxsə zəng edib oğlunun çöllərdə yatmasını bildirmiş və ona görə də, səhəri günü Ceyhun Bakıya gəlmişdir. Bundan bir gün qabaq Yasimin Buzovnada, Albalı qəsəbəsində postun yanında kirayə ev tutmasına görə onlar gedib həmin evdə yaşamışlar. Həmin vaxt Yasimin bacısı Səma da atası ilə birlikdə Göygöldən Bakıya gəlmiş, sonra Yasim atası Ceyhun ilə birlikdə üzrxahlıq üçün onların evinə gəlmiş, Ceyhun işləyib oğlu Yasminin onlara vurmuş olduğu ziyan xərcini ödəcəyini demiş, bu danışdıqlar təxminən 2019-cu ilin may aylarında olmuşdur. Bundan sonra vaxtını dəqiq xatırlamadığı gün Yasim, bacısı Səma və atası Ceyhun onlara gəlmiş və oradan-buradan danışmışlar. Həmin vaxt Xəyal onlara yaxşılıq ediləcək şəxslər olmadığını demiş və onları evə buraxmamağı bildirmişdir. Lakin, yetim olmasına görə, Xəyala Yasimin və ailə üzvlərinin başqa kirayədə qalmaqla onlara gəlibgetmələrinə etiraz etmədiyini bildirmişdir. Onların evində yemək olmadığına görə, onlara yemək bişirib vermiş, daha sonra Ceyhunu da işlədiyi yerdə elektrik işinə düzətmiş, Ceyhun orada iki ay işləmiş və 600 manat maaş almışdır. Həmçinin həmin puldan 400 manat da onlara qaytarmışdır. Həmin iki ay müddətində Səma bəzən onlara gəlib-getmişdir. İki aydan sonra Ceyhun heç bir səbəb olmadan işdən çıxmış, bundan sonra Ceyhun, Yasim və Səma Binəqədi rayonuna kirayə evə köçmüş və Yasimlə Ceyhun moykada işləməyə başlamışlar. O, Səmaya bəzən zəng etiş, onunla az-az danışdığına görə, sonradan Səmanın mobil nömrəsini silmiş, lakin xatırladığı qədəri ilə, Yasimin 055-976- 11-19, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri, Ceyhunun isə ***-***-**-** saylı mobil nömrədən istifadə etmələri yadında qalmışdır. Həmin müddətdə Səmanın ona heç kəsdən şikayəti olmamışdır. Səma Binəqədi rayonuna getdikdən sonra orada məktəbə getmiş, həmin vaxtdan sonra isə Səma mobil telefonunu sındırmasım demiş, atası Ceyhun isə həmin mobil telefonu satmasını bildirmişdir. 2019-cu ilin dekabr ayının 15-20-si tarixində Səma rəfiqəsi Saranın ***-***-**-** mobil nömrəsindən ona zəng edərək atası Ceyhunun, bir nəfər adını bilmədiyi qoca kişiyə ərə vermək istədiyini dedi. O, Səmaya inanmamışdır. Bundan dörd-beş gün sonra Ceyhun ona zəng edərək evində xeyir iş olmasını deyib onları qonaq çağırmış və qaldıqları ünvanı deyil, Kama adlı qızın adını bilmədiyi anasının evinin olduğu ünvanı onlara vermiş və o da, əri Qaliblə həmin ünvana getmişlər. Həmin vaxt Ceyhun və Kamanın anası ailə qurmaq istədiklərini bildirmiş və Göygölə getmək istədiklərini deyib onları da Göygölə dəvət etmişlər. Həmin vaxt Kamanın anası Ceyhuna “Gedək mənim qardaşım nə desə elə edək” dedikdə, arada mübahisə yaranmış və onlar evlənəsi olmamış, onlar da öz evlərinə gəlmişlər. Həmin vaxt həmçinin Səma söhbət əsnasında ona kimsə yoldan keçən mobil telefon nömrəsini kağıza yazıb ona verdikdə, həmin nömrəni qardaşı Yasimə verməsini, qardaşının gedib həmin şəxslə dalaşmasını istəməsini dedi. Sonradan başa düşmüşdür ki, Səma qəsdən qardaşının başına iş gəlməsi üçün bunu etmişdir. 2019-cu ilin dekabr ayının sonlarında Səma ona Saranın mobil telefonu ilə zəng edib “Xala, məktəbə psixoloq gələcək, məni uşaq evinə verəcəklər” dedikdə, Səmaya “dəlisənmi səni uşaq evinə versinlər?” demiş, həmin vaxt Səma sussa da, telefonda eşitmişdir ki, Sara yanında olmasına görə, Səmaya qışqırıb “ de, xala da bilsin” - demiş və telefonu Səmadan alıb ona “Xala, atası Səmanı zorlayır” demişdir. Bundan sonra o, Səma ilə telefonda danışmış, Səma atasının onu zorladığmı bildirmiş, özünü öldürmək istədiyini demişdir. O da Səma ilə danışıb atasının ona nə etməsini açıb deməsini xahiş etmişdir. Həmin vaxt Səma ona “atam mənə nələr etmir ki, olan mənə olub, o, həyatı mən yaşayıram, mən bilirəm” dedi. Həmçinin biraz da dərinə gedib atasının ona hansı hərəkətlər etməsini soruşduqda, Səma atasının onun tursikini aşağı salmasını, ona hər şey eləməsini dedi. Bundan bir-iki gün sonra Səma rəfiqəsi Kamanın ***-***-**-** mobil nömrəsindən ona zəng edərək yenə də psixoloqun məktəbə gələcəyini və hər şeyi ona danışacağını bildirmişdir, o da, psixoloqa hər şeyi danışmasını demişdir. Bundan sonra o, ağladığına görə, əri Qalibə baş verənləri danışmışdır. Qalib Masazırda işləməsinə görə, o, Səmagilin yaşadığı evə Yasim olduğu vaxt getmiş və Yasim yanında olmadığı vaxt çöldə Səmadan hər şeyi danışdığını demiş və atasının ona qarşı nə əxlaqsız hərəkət etməsini öyrənməsini bildirmiş, Səma da atası Ceyhunun Səmanı hələ Göygöldə olarkən zorlamasını, bakirələyini həmin vaxt itirməsini demişdir. Sonra yeni ildən əvvəl Səma oxuduğu məktəbin direktorunun mobil nömrəsi ilə zəng etmiş və psixoloqun məktəbə gələcəyini bildirmiş, həm də, həmin vaxt məktəbin direktoru ilə danışmışdır. Direktor da ona Səmaya qarşı atasının əxlaqsız hərəkət etməsini, atasının onu zorlamasını, Səmanın hər şeyi onlara danışmasını bildirdi. Bundan sonra o, Səma ilə əlaqə saxlamaq istəsə də, əlaqə yarada bilməmişdir. O, Saraya zəng etsə də, Sara telefon zənglərinə cavab verməmişdir. Səma ona atası Ceyhunun onunla qabaqdan cinsi əlaqədə olmasını, atasının Səmanın bakirələyini 9 yaşından sonra pozmasını demiş, sonradan əri Qalibə qardaşı Yasimin onunla bir dəfə həmin söhbətdən iki ay əvvəl ayaqarası cinsi əlaqədə olmasını bildirmişdir. Şahid3 ifadələrində göstərdi ki, arvadı Dilşad və iki oğlu ilə birlikdə yaşayır. Oğlu Xəyal 2018-ci ilin oktyabr ayında hərbi xidmətə getmiş, 2019-cu ilin aprel ayında hərbi xidmətdən qayıtmışdır. Oğlu Xəyal təxris olunduqdan sonra onu hərbi hissədən götürüb evinə gətirərkən, Yasim adlı əsgər yoldaşı ilə onları tanış etmiş, Yasimin əslən Göygöl rayonundan olmasını, anasının rəhmətə getməsini, bir müddət onlarla birlikdə yaşamasını, özünə iş və kirayə ev tapmaq istəməsini bildirmiş, o da, razılıq vermişdir. Yasim 02 aydan artıq müddətə onlarla birlikdə yaşamışdır. Yasimi onlarla birlikdə yaşadığı dövr ərzində sakit, öz işi ilə məşğul olan bir oğlan kimi tanımışdır. İki aydan sonra Yasim onlara xəbər vermədən harasa getmiş, Yasimlə əlaqə saxlaya bilməmiş, mobil telefonuna zəng çatmamışdır. Həmin vaxt ona tanımadığı nömrədən zəng gəlmiş, zəng edən şəxs özünü Yasimin atası Ceyhun kimi təqdim etmiş, Yasimin bacısının xəstə olması səbəbindən Göygölə gəldiyini bildirmişdir. Ceyhuna ailəsi ilə birlikdə Bakıya gəlməsini, Yasimlə birlikdə yaşamasını təklif etmişdir. Bundan sonra bir neçə dəfə də Ceyhunla mobil telefon əlaqəsi saxlamışdır. Yasim ona atasının da elektrik olduğunu demiş, arvadı da Yasim və atası Ceyhun üçün iş də tapmışdır. Bir müddət sonra Yasim Bakıya gəlmiş, Buzovna qəsəbəsində, onların yaşadıqları evə yaxın evdə kirayə ev tutmuşlar. Həmin ev bir yataq otağı, bir mətbəx, bir də koridor kimi istifadə olunan yerdən ibarət olmuşdur. Yasim kirayə ev tutduqdan təxminən iki gün sonra Yasimin atası Ceyhun və bacısı Səma da Bakı şəhərinə gəldilər. Yasim, Ceyhun və Səma həmin evdə bir aya yaxın müddətdə kirayə yaşamışlar. Səma yay tətili olması səbəbi ilə məktəbə getmirdi. Ceyhun onun həyat yoldaşının tapdığı işdə, yəni “AS İnşaat”-da işləmiş, Ceyhunun işi saat 08:00-da başlayıb 18:00-da bitmişdir. Yasim isə restoranda ofisiant işləmiş, konkret iş saatı olmamışdır. Səma vaxtını adətən evdə keçirmiş, arada onların evinə də gedib gəlmişdir. Bir aydan sonra Yasimgil Buzovna qəsəbəsi, Albalılıq Massivi adlanan yerdə başqa bir ev kirayə götürmüşlər. Həmin ev bir yataq otağı və koridordan ibarət olmuş, yataq otağında iki çarpayı olmuş, çarpayılardan biri iki nəfərlik, digəri isə bir nəfərlik olmuşdur. Həmin evdə Yasimgil məktəb ili başlayanadək qalmış, bundan sonra isə Ceyhun Göygöldə yerləşən evini sataraq, Binəqədi rayonu ərazisində özünə ev tikdirmək qərarına gəlmişdir. Ev tikilib qurtaranadək onlar Binəqədi rayonu “Mərkəz” adlanan yerdə müvəqqəti yaşamışlar. O, həmin evə 2-3 dəfə gedib-gəlmişdir. Təxminən 15-20 gün bundan əvvəl həyat yoldaşı Dilşadı işdən götürüb evə gətirərkən, onun narahat olduğunu hiss etmiş, ondan nə baş verdiyini soruşduqda isə Dilşad ağlamağa başlamışdır. Dilşad ona Səmanın qonşusunun telefonundan zəng edərək psixoloqa ehtiyacı olmasını deməsini bildirdi. Dilşad Səmadan nə səbəbə psixoloqa ehtiyacı olduğunu soruşduqda, Səma atası tərəfindən illərlə zorlandığım deməsini bildirdi. 31 dekabr 2019- cu il tarixdə günorta saatlarında o, Səmagilə getmiş, həmin vaxt Səmanı evin yaxınlığında həyətdə Sara adlı qızla birlikdə görmüş, avtomobildə 02 qırmızı rəngli papaq olmuş, həmin papaqları avtomobilə oğlu qoymuşdur. Yeni il olması münasibətilə həmin papaqlardan birini Səmaya, digərini isə Saraya vermişdir. Sonra Səmadan ona çay verməsini istəmiş, Səma ilə birlikdə evə girmiş, həmin zaman evdə heç kim olmamışdır. Səmaya Dilşada dedikləri ilə bağlı suallar verməyə başladıqda, Səma əvvəlcə ona heç nə demək istəməmiş, sonra bir qədər ağlamsınmışdır. Səmaya atasının ona olan münasibətini səhv başa düşə biləcəyini desə də, Səma ona bu məsələnin indinin məsələsi olmadığını, 04 ildir davam edən hal olduğunu demişdir. Səma 9 yaşından etibarən atasının onunla mütəmadi olaraq cinsi əlaqədə olmasını ona demiş, atasının onunla ilk dəfə o, 9 yaşında olarkən cinsi əlaqədə olmasını bildirmişdir. Səma atasının demək olar hər gün onunla cinsi əlaqədə olduğunu, özünü öldürəcəyini, bu cür yaşaya bilməyəcəyini bildirdi. O, Səmaya möhkəm olmasını demiş, birlikdə mağazaya getmişlər. Onlar avtomobildə olarkən Səmanı atasının hərəkətləri ilə bağlı yenidən sorğu-sual etmiş, Səma ilə bir qədər də söhbət etdikdən sonra Səma təxminən iki ay əvvəl qardaşı Yasimin də onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, həmin vaxt qardaşının sərxoş olduğunu dedi. Mağazadan Səma üçün bəzi əşyalar alıb təzədən onu evinə yola salmış, bundan sonra öz evinə getmişdir. 03 yanvar 2020-ci il tarixdə yenidən Səmagilin yaşadığı evə getmiş, həmin vaxt yolda Ceyhun və Yasimlə rastlaşmış, üçü birlikdə onların yaşadığı evə getmiş, bu vaxt Səma evdə tək olmuşdur. Ceyhuna Səmanı özü ilə aparıb gəzdirib havasını dəyişməsini demiş və Səmanı “Mərkəz” adlanan yerə aparmış, yemək yemişlər. Səma ilə evə qayıdarkən yolda Yasimlə rastlaşmış və Səmanı evə ötürmüşdür. Səma ona getməməyini, çay içməyini, yenidən hər şeydən bezdiyini, atasının və qardaşının hərəkətlərinə görə yaşamaq istəmədiyini dedi. Bir müddət sonra Yasim gəldi. O da ordan evinə getmiş, bundan sonra Səmanı görməmişdir. Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid3 ifadəsində göstərdiyi halları təsdiq etdi. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 göstərmişdir ki, anası Ruhəngiz Muradova və nənəsi Firəngiz Rüstəmova ilə birlikdə yaşayır. Qardaşı Elşən isə ayrılıqda Binəqədi rayonu 8-ci mikrorayonda nənəsinə məxsus evdə yaşayır. Əsl adı «İmarət» olsa da, ona «Sara» deyirlər. Onun qonşusu və rəfiqəsi olan Səmanın 13 yaşı vardır. Səma 09 sentyabr 2019-cu il tarixdə onlarla qonşuluqda yerləşən sahibini tanımadığı şəxsin evinə atası Ceyhun, qardaşı Yasimlə birlikdə kirayədə qalmaq üçün gəlmişlər. Bundan sonra 13 sentyabr 2019cu il tarixdə o, Səma ilə küçədə tanış olmuş, həmin vaxt Səma bildirmişdir ki, həmin evə qardaşı Yasim və atası Ceyhun ilə birlikdə Buzovnadan gəlmiş, bundan əvvəl Göygöl rayonu Üçtəpə kəndində yaşamışdır. Söhbət əsnasında Səma ona anası Aybənizin 29 noyabr 2015-ci il tarixdə rəhmətə getməsini bildirmiş, bundan sonra Səma ilə arasında dostluq münasibətləri yaranmış və rəfiqə olmuşlar. Səmanın atasına ailə üzvləri “Məhəmməd” desələr də, Səmanın atasının əsl adı Ceyhundur. Səmanın atası Ceyhun demək olar ki, hər gün spirtli içki içmiş, qardaşı Yasim bəzən spirtli içki içmişdir. Səma həmişə söhbət əsnasında həyatdan bezdiyini, ölmək istədiyini demişdir. O, bunun səbəbini soruşduqda Səma “Atam məni təmiz bezdirib” demişdir. Səmanın atası evə gəldiyi vaxt evin yığışdırılmadığını, evin dağınıq, natəmiz olmasını gördükdə, həmişə qışqırıb Səmanı danlamışdır. Səma ilə qardaşı Yasim arasında dava-dalaş olmamış, onlar mehriban olmuş, hətta Səma oğlan xasiyyətli qız olmasına görə, bəzən də məhəllədə qardaşı Yasimlə güləşmişdir. Səmanın qardaşı Yasim güləşlə məşğul olduğundan, məhəllədə oğlanlarla güləşmiş, Səma da bunu gördükdə, qardaşını zarafatyana vurmuş, onunla güləşmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında təxminən saat 11-12 radələrində onun anası və nənəsi şəhərə getdikdən sonra evinin qapısının qarşısında küçədə Yasimlə Ceyhunun olmasını və Ceyhunun Yasimə ya Gəncəyə getməsini, ya da ki, evdən çölə çıxmayacağmı deyib Yasimi yumruqla vurmasını görmüşdür. Həmin vaxt Yasim də əsəbi olduğundan, yumruqla qapıya vurmuş, deyəsən, üç barmağı da çıxmışdır. Həmin vaxtlarda hətta yağış yağsa da, Səma yağışlı havada tək köynəklə küçəyə çıxmış, geyinməyə gödəkçəsi olmamış, atası Ceyhun da gedib onun paltarlarını rayondan gətirməmişdir. 10 noyabr 2019- cu il tarixdə qonşusu Mehmanın toyu olan günü Yasim evlərinə qayıdıb atası ilə barışmışdır. Səma bir neçə dəfə qolunu cızıb-azca kəsmiş, bunun səbəbini soruşduqda, Səma heç bir səbəb göstərməmişdir. Bundan sonra 2019-cu ilin dekabr ayının ortalarında saat 17-18 radələrində Səma çıxıb gedəcəyini, evdən qaçacağını ona bildirmiş, həmin vaxt Səmadan nə üçün belə etmək istədiyini soruşduqda, Səma “Atam hər gün mənim alt paltarımı aşağı çəkir, mənlə pis şeylər eliyir, mən də bezmişəm.” demişdir. Həmin vaxt o, Səmadan zarafat edibetməməsini soruşduqda, Səma “Belə şeyin zarafatımı olur”demiş, Səmaya nə cavab verəcəyini bilməmiş, eləcə də, Səmanın ona bu barədə heç kimə bildirməməyini, Səma evdən çıxıb getmək istəməsinə görə, evdən getdikdən sonra hamıya bu barədə deməyini istədiyindən heç anasına da bu barədə danışmamışdır. Bundan bir-iki gün sonra Səma ilə söhbət əsnasında o, qardaşı Yasimin də 2019-cu ilin noyabr ayında çox içkili və sərxoş olduğu vaxt özünü idarə edə bilmədiyi halda, onun şalvarını aşağı çəkməsini və ona qarşı pis hərəkətlər etməsini demişdir. Həmçinin Səma ona məktəblərinə psixoloq gələcəyinə görə, atasınmın onu zorlaması barədə psixoloqa danışacağını demişdir. Bundan sonra 2019-cu ilin dekabr ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxt Səma onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid2 istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsinə zəng etmişdir. Səma zəng etməzdən öncə ona Şahid2 ilə atasının ona qarşı etdikləri barədə danışmaq istəməsini demişdir. Səma Şahid2 ilə zəngləşib danışdıqda, Səmanın utanmasını görmüş və telefonu Səmanın əlindən alıb Dilşad X7rşı pis-pis əxlaqsız hərəkət etməsini demişdir. X23 Əliyeva ilə danışıb atasının ona qarşı əxlaqsız hərəkətlər etməsini dedikdə, Dilşad Səmaya inanmayıb “Bəlkə Səma, səhv eliyirsən, atan səni doğma qızı kimi çox istəyir, ona görə, öpmüşdür?” demiş, həmin vaxt Səma da Şahid2 yenə atasının ona qarşı pis niyyətli hərəkətlər etməsini təkrarlamışdır. Bundan bir neçə gün sonra Şahid2 əri Qalib günorta saatlarında Səmagilə gəlmiş və Səma ilə üzbəüz baş verənlər barədə Səmagilin evində söhbət etmişlər. Axşamüstü Səma onun evinə getdikdə, atasının onu zorlamasını, ona qarşı hər cür əxlaqsız hərəkət etməsini Qalibə danışmışdır. Bundan sonra Səma atasının əxlaqsız hərəkətləri barədə psixoloqa danışmışdır. Həmçinin 31 dekabr 2019-cu il tarixdə Qalib yenə Səmadan narahat olduğu üçün sonuncunun yanma getmiş, hətta onlara «Şaxta baba» papağı da vermişdir. Bundan sonra sonuncu dəfə Səmanı 07 yanvar 2020-ci il tarixdə görmüş, həmin günü səhər saatlarında Səma məktəbə getməli olsa da, atası gedib Səmanı məktəbə aparmadığından, məktəbə getməmişdir. Səma son vaxtlar atası ilə qardaşının onun doğma atası, qardaşı olmasından şübhə etdiyini demişdir ki, atası və qardaşı Səmaya qarşı əxlaqsız hərəkətlər etmişlər. Səmanın «Eşqin» adlı şəxsdən xoşu gəlsə də, onların arasında hər hansı bir əxlaqsız hərəkət olmasını görməmişdir. Səmadan eşitdiyinə görə, Eşqin “28 may” metrostansiyasının ətrafında nənəsigildə yaşamış və kəkliotu, ot bitkiləri satmaqla məşğul olmuşdur. Eşqin demək olar ki, çox vaxt ya Yasimlə, ya da Ceyhunla birlikdə sonuncunun evlərinə gəlmişlər. Bundan başqa, Səmanın atası Ceyhun bəzən tanımadığı adamlarla öz evlərinə gəlib yeyib spirtli içki içmişlər. Lakin həmin şəxslərin harada yaşamasını bilmir. Səmanın atası Ceyhun spirtli içki içmiş, bəzən gecə saatlarında Səmanı dükana göndərmiş, özü-özünə evdə qışqır- bağır salmış,dır. Səmanın istifadəsində 077- ***-**-** saylı mobil telefon nömrəsi olmuş, həmin nömrədə «whatsapp» sosial media hesabı olmuşdur. Lakin sonra Səmanın atası Ceyhunun dükana pul borcu olmasına görə telefonunu aparıb satmış və həmin pulu dükana verib borcunu qaytarmışdır. Sonra Səma da atasına yazığı gəlib telefonun ona lazım olmadığını, atası işə getdiyi üçün telefona ehtiyacı olmasını deyib öz telefonunu atasına vermişdir. Bundan başqa Səmanın heç bir mobil telefonu və mobil telefon nömrəsi olmamışdır. Yasimin istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, Ceyhunun hansı mobil nömrədən istifadə etməsini bilmir. O, özü Ceyhun və Yasimin Səmaya qarşı hər hansı bir əxlaqsız hərəkətlər etməsinin şahidi olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Cümşüdova Mahirə Əziz qızı göstərmişdir ki, əri X11, oğlu X10 ilə birlikdə yaşayır. X22 evli olmaqla, öz ailəsi ilə birlikdə Göygöl rayonu, Üçtəpə kəndində yaşayır. X8 doğma qardaşıdır, lakin Ceyhunla münasibətləri yaxşı deyildir. Belə ki, onun Həqiqət, Elmira və Solmaz adlı üç bacısı, Ceyhun, Mahir və Şakir adlı üç qardaşı vardır. Mahir adlı qardaşı 1993-cü ildən itkin düşmüş, Şakir adlı qardaşı Rusiyada yaşayır. Qardaşı Ceyhun isə Göygöl rayonu, Üçtəpə kəndində yaşamışdır. Qardaşı Ceyhun həmişə bacı-qardaşlarmm onun evinə gedib-gəlməsini istəməmiş, ona görə də, onun evinə gedib-gəlməmişlər. X16 adlı bir oğlu, Səma adlı bir qızı vardır. Ceyhunun arvadı Aybəniz 2015-ci ilin sonlarında xərçəng xəstəliyindən vəfat etmiş, bundan sonra Ceyhun uşaqlarına özü baxmışdır. Gəlinləri Aybəniz öldükdən təxminən bir il sonra qardaşı Ceyhun onları heç bir səbəb olmadan evdən qovmağa başlamışdır. O və bacıları uşaqlarının azyaşlı olmasına görə, qardaşı Ceyhuna hər cür köməklik etmək istədiklərini, uşaqlarının paltarlarını yumaq istədiklərini, onlara yemək bişirmək istədiklərini desələr də, Ceyhun onlara heç kimə ehtiyacı olmadığını, uşaqlarına özünün baxacağını demişdir. Evinə gedəndə Ceyhunun səs-küy salmış, qonşuların içərisində onları biabır etmişdir. Buna görə də, o və qardaş-bacıları dava-dalaş olmaması üçün məcbur olub Ceyhunun evinə getməmişlər. Hətta o, gözəllik salonunda işlədiyinə görə, qardaşı Ceyhuna dəfələrlə Səmanı yanma gətirməsini, Səmanın saçını yuyacağını, əyinbaşını təmizləyəcəyini desə də, hər dəfəsində Ceyhun Səmanı onun yanına gətirməmiş, özünün Səmaya yaxşı qulluq etməsini bildirib sanki Səmanı onlardan uzaq saxlamışdır. Nə o, nə də ki, bacı-qardaşları Ceyhunun bu cür hərəkət etməsinin səbəbini bilməmiş və aralarında dava-dalaş yaranmaması üçün Ceyhundan kənar gəzmişlər. Ceyhun spirtli içki də qəbul etmiş, hətta bir neçə dəfə uşaqlarını da döymüşdür. Qardaşı Ceyhuna öz aralarında “Məhəmməd” də demişlər. Ceyhun Göygöldə işləyərkən gah fəhləliklə məşğul olmuş, gah avtoyuma məntəqəsində işləmiş, oğlu Yasim də avtoyuma məntəqəsində işləmişdir. X17 də həmişə mübahisə etmiş, Ceyhun həmişə Yasimi də incitmişdir. Sonuncu dəfə Ceyhunu və Səmanı 2019-cu ilin noyabr ayının gününü xatırlamadığı vaxt görmüş, həmin vaxt qardaşı Ceyhun Səmam gətirib onun yanma qoymuş, özü isə telefonunu satmağa getmişdir. Həmin vaxt Ceyhunun nə üçün telefon satmasını bilmir. Lakin yadındadır ki. həmin vaxt Ceyhun özünə məxsus torpaq sahəsini kiməsə satmaq istədiyi üçün Göygölə gəlmişdir. Həmin vaxt Səma Binəqədi rayonunda yaşadıqlarını bildirmiş, Səma həmçinin ona Eşqin adlı bir oğlanı sevdiyini demişdir. O, da Səmaya yaşının az olmasını demişdir. Hətta zarafatla Səmaya “ay bala, salamat adamdırmı, yoxsa dədən kimi bir şeydi?” dedikdə, Səma Eşqinin yaxşı adam olmasını demiş, o, Səmaya böyüdükdən sonra bu məsələni həll etməli olduqlarını demiş, Səma da sakit dayanıb cavab verməmişdir. Ceyhunun və uşaqlarının Bakıya gəlməsindən əvvəlcə xəbəri olmamış, sonradan hazırda xatırlamadığı şəxsdən eşitmişdir ki, Ceyhun qızı Səma və oğlu Yasimlə birlikdə Bakıya getmişlər. Mobil telefonla əlaqə saxladıqları vaxt Ceyhun ona Bakıda yaxşı iş tapdığını, ona görə də, Göygöldən Bakıya gəlməsini demişdir. Bəlkə də, qardaşı Ceyhunun Bakıya gəlməkdə məqsədi əslində hansısa əxlaqsız hərəkət etməsini pərdələməsi olmuş, etmiş olduğu əxlaqsız hərəkətlərin aşkara çıxmaması üçün Bakıya gəlmişdir. Ceyhun 2019-cu ilin yay aylarında özünü asmaq istəsə də, Yasim buna imkan verməmişdir. Həmin vaxt Ceyhunun Yasimlə də mübahisəsi olmuşdur. Səma söhbət əsnasında Ceyhunun və Yasimin ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə heç vaxt nə ona, nə də ki, digər qohumlarına heç bir söz deməmiş, heç bir məlumat verməmişdir. Zərərçəkmiş şəxs ya qarşı hər hansı bir kənar şəxsin intim təkliflər edib-etməməsi, əxlaqsız təklif edib-etməməsi, onunla cinsi əlaqədə olub-olmaması barədə heç bir məlumatı yoxdur. Bundan başqa, Ceyhundan eşitdiyinə görə, Göygöldə təcili tibbi yardımda sürücü işləyən Rəhman adlı bir nəfər şəxs Səmaya pis təklif etmiş, onunla əlaqədə olmaq üçün 100 manat pul verəcəyini demişdir. Buna görə də, Ceyhun polisə Rəhman barəsində şikayət etmişdir. Ceyhun ümumiyyətlə “102” xidmətinə mütəmadi olaraq zəng edib müxtəlif məzmunda şikayətlər etmişdir. Səma kiminsə ona qarşı əxlaqsız hərəkətlər etməsi, intim münasibətdə olmaq istəməsi barədə heç bir söz deməmişdir. Ceyhunun istifadəsində ***-***-**-** saylı mobil nömrə, Yasimin istifadəsində ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrə, Səmanın istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmçinin Səma Bakı şəhərində olarkən, «Dilşad» adlı qadının istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlamışlar, Səma hər zamanı Dilşadın ona yemək bişirməyi, evi təmizləməyi öyrətməsini, yaxşı insan olmasım demişdir. Məhkəmədə elan edilib araşdırılmış istintaq zamanı zərərçəkmiş şəxs Cümşüdova Səma Ceyhun qızı ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadələrində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə deyərək təsdiq etmişdir Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspretizanm 10 yanvar 2020-ci il tarixli, 07 saylı rəyindən görünür ki. Cümşüdova Səma Ceyhun qızında sol sağrı nahiyəsinin qançırı müəyyən edilmiş, xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Cümşüdova Səma Ceyhun qızının qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən iki həftədən artıqdır. Cümşüdova Səma Ceyhun qızında aşkar edilmiş arxa keçəcəyin büzücü əzələsinin (sfinktorun) bir qədər boşalması onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmanı inkar etmir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə edilmiş cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspretizanm 13 yanvar 2020-ci il tarixli 58 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspretizanın 28 yanvar 2020-ci il tarixli, 41 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə edilmiş ambulator kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizanın 28 yanvar 2020ci il tarixli, 169 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin mənasım dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətinin aparılması mümkündür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ümumilikdə adaptiv və ünsiyyətsil olmaqla, eqosentrizm, məsuliyyətsizlik, kobudluq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə edilmiş məhkəməpsixoloji ekspertizanın 11 mart 2020-ci il tarixli, 3363 saylı rəyindən görünür ki, Cümşüdova Səma Ceyhun qızı əqli və psixi inkişafına görə etdiyi hərəkətləri qavramaqla, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Cümşüdova Səma Ceyhun qızının fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə edilmiş iş üzrə təyin edilərək keçirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə tibbibioloji ekspertizanın 07 avqust 2020-ci il tarixli, 567/2020-MTBŞ saylı rəyində göstərilir ki, tədqiqata təqdim olunan 02 ədəd yorğan və 01 ədəd döşək üzü üzərində sperma aşkar olundu. Bu spermanm qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız «B» antigeni alındı. Bu sperma ləkələri B alfa /İİİ/ qruplu şəxsə, o cümlədən X4 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. Tədqiq olunan döşək üzü üzərində aşkar olunan insan mənşəli qan ləkələrində isə qrup antigenləri alınmadığından onun qrupunu təyin etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs Cümşüdova Səma Ceyhun qızı ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin video-görüntünsünü özündə əks etdirən 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədə göstərilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmə, yuxarıda sadalanan sübutlar əsasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittihamın sübuta yetirildiyi qənəaətinə gəlib,onun bacısı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli və ya digər formada əxlaqsız hərəkətlər etməməsi barsindəki ifadəlrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymtləndirir. Çünkü məhkəmədə bunun əksi müəyyən olunmadı. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğü cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlməsi qənaətinə gəlib onun təqsirli bilinib əməllərinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli olması qənaətinə gəldiyindən onun bu əməlrə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilmələri üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı məhkəmə ekspertizasının keçirilməsinə 95 (doxsan beş) manat, Təqsirləndirilən şəxs göstərilən 50(əlli) saat hüquqi yardıma görə müdafiəçi Müdafiəçi 300 (üç yüz manat ödənilməli olması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad etmək üçün əsas müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, həmin məbləqlərin dövlət hesabına ödənilməsini və ödənilmiş məbləqlərin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, bir ədəd DV diskini cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar. Məhkəmə, Təqsirləndirilən şəxs xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs bu iş üzrə 08 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutuluğu, 10 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi müəyyən olundu. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin ona təyin ediləcək cəzaçəkmə müddətinə daxil edilməsini və ona təyin ediləcək cəzanın əvvəlinin onun bui ş üzrə şübhəli şəxs qismində tutulduğu 08 yanvar 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə Zərərçəkmiş şəxs qızı təqsirləndirilən şəxslə barışmadığnıı bəyan etdi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən həmin halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi ictimai təhlükəli əməli törədərkən və bu əməllər törədildikdən sonrak davranışını, nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxsnna cəzanın müddətini təyin edərkən, onların tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin ona 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 08 yanvar 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına Məhkəmə Ekspertiza mərkəzinin hesabına 95 (doxsan beş) manat, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi Müdafiəçi ödənilməsi üçün 300 (üç yüz manat Azərbaycan Vəkillər kollegiyasının hüquqi yardım və tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən bir ədəd DV disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-449/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-449/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver