Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-449/2022 12.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi: ”VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, B.Əfəndiyev küçəsi, ev 6da qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi, ev 151, mənzil 6-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə ilə külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 11,049 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 avqust 2021-ci il tarixdə saat 01:15-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanının qarşısında saxlanılaraq həmin gün Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş və polis şöbəsində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofanda təmiz çəkisi 11,049 qram olan külli miqdarda narkotik vasitə heroin və şalvarın sağ arxa cibindən 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 il olar ki, narkotik vasitə heroindən çəkməklə istifadə edir. Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, ev 151, mənzil 6-da yaşayır. Mənzil evin 1-ci mərtəbəsində yerləşir. 09 avqust 2021-ci il tarixdə axşam saat 23 radələrində tanışı Elçin adlı şəxsə zəng edb istifadə etmək üçün ondan heroin istəmişdir. Elçin heroin satır, əvvəllər də ondan heroin almışdır. Növbəti gün axşam saat 22 radələrində Elçin onun evinə gələrək ona bir bükümdə bir qram heroin vermişdir. Həmin bükümü masanın üzərinə qoymuş, elə bu vaxt qapı döyülmüş, qapını açdıqda bir neçə nəfər mülki geyimdə şəxs içəri daxil olmuş və polis olduqlarını bildirdilər. Elçin bu şəxsləri görən kimi pəncərədən tullanıb qaçmışdır. Düşünür ki, polislər Elçinə bilərəkdən qaçması üçün şərait yaratmışlar. Polislər onun narkotik vasitə istifadəçisi olmasından şübhələndiklərini bildirmişlər, o da bunu etiraf edərək masanın üzərindəki 1 qram heroin olan bükümü polislərə təqdim etmişdir. Onunla yanaşı evdə intim əlaqədə olduğu Adilə adlı qadın və onun rəfiqəsi Nuridə olmuşdur. Həmin qadınlarla birgə narkotik vasitə istifadə etməmiş, lakin onlar Elçinin ona gətirib bir büküm heroin verməsini görmüşlər. Polis əməkdaşlarının təklifi ilə onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə idarəsinə getmiş, orada ona izah etmişlər ki, onu istifadəçi kimi məsuliyyətə cəlb edəcəklər, lakin bunun üçün o, üzərində 10 qram heroin olmasını boynuna almalıdır. Polislərin təklifi ilə razılaşdıqdan sonra tanımadığı polis əməkdaşlarından biri cibinə bir büküm qoymuşdur. Onun polislərə təqdim etdiyi 1 qram heroin bükümünün necə olduğun bilmir. Bundan sonra polis əməkdaşları onu 22-ci polis bölməsinə aparıb təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı onun üçün müdafiəçi dəvət etmiş və sonuncunun iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, əməliyyatçıların Baş Narkotiklərlə Mübarizə idarəsində cibinə qoyduqları bükümü təqdim etmişdir. Həmin bükümdə 11 qrama yaxın heroin olmuşdur. Tərtib olunmuş protokolu imzalamışdır. Qeyd etmək istəyir ki, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq olunmamış, onların onu yüngül maddə ilə məsuliyyətə cəlb edəcəklərinə inanaraq 11 qram heroinin məsuliyyətin üzərinə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə idarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovniki Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, həmkarı Şahid1 məlumat daxil olmuşdur ki, Nəsimi rayonu, Tolstoy küçəsi 151, mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə edir və rayon ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olur. Tədbirin keçirilməsinə dair qərar qəbul olunmuş, əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Şahid1 və o daxil edilmişlər. Bundan sonra 10 avqust 2021-ci il tarixdə saat 01 radələrində keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında saxlanılmış, saxlanıldığı zaman ona xidməti vəsiqələrini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhələndiklərini bildirib 22-ci PŞ-nə dəvət etmiş, orada onu təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı müdafiəçi dəvət etmiş və onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Qurban əynindəki göy rəngli şalvarının sağ yan cibində saxladığı 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini, əynindəki şalvarın sağ arxa cibində saxladığı 1 ədəd gümüşü rəngli elektron tərəzini və əynindəki şalvarın sol arxa cibində saxladığı özünə məxsus olan 1 ədəd İphone markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs heroini 35 manata Elçin adlı şəxsdən bir gün əvvəl əldə etdiyini bildirmişdir. Baxışın nəticələrinə dair tərtib olunmuş protokola Təqsirləndirilən şəxs özü də könüllü olaraq imza etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə həqiqətə uyğun olmayan ifadələr verir. O və Abuşov onun yaşadığı mənzilə daxil olmamışlar. Təqsirləndirilən şəxs küçədə saxlayaraq birbaşa 22-ci PŞ-nə gətirmişlər. Onun üzərində baxış keçirilənədək nə olduğunu bilməmiş və bunda maraqlı olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Onunla heç bir düşmənçiliyi, ədavəti və ya qohumluğu olmamışdır. 09 avqust 2021-ci il tarixdə ona Bakı şəhəri, Nəsimi rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X.M.İ.Ü baş əməliyyat müvəkkili, polis polkovniki Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, 10 avqust 2021-ci il tarixdə saat 01 radələrində o və əməliyyat qrupunun digər üzvü Şahid2 ilə birlikdə ünvan 3 ünvanına gələrək həmin ərazini müşahidəyə götürmüşlər. Bu vaxt Təqsirləndirilən şəxs L.Tolstoy küçəsi ilə piyada hərəkət etdiyini görərək Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və ona narkotik vasitənin daşıması və satışı ilə məşğul olması ilə bağlı şübhəli olduğunu bildirərək onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etmişlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs müdafiəçi dəvət etmiş, müdafiəçinin və onların iştirakı ilə xidməti otağında videoçəkiliş aparılmaqla üzərinə baxış keçirmişdir. Xatırladığı qədər Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibində 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini, əynindəki şalvarın sağ arxa cibində isə 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. Həmin maddə barədə təhqiqatçının verdiyi suallara Təqsirləndirilən şəxs cavab verərək maddənin narkotik vasitə heroin olduğunu, üzərində aşkar olunmuş elektron tərəzi vasitəsi ilə narkotik vasitə heroinin çəkisini ölçərək satdığını bildirmişdir. Daha sonra həmin büküm elektron tərəzi ilə birlikdə təhqiqatçı tərəfindən zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı qeyri qanuni hərəkətlkərə yol verilməmiş və ona fiziki zor göstərilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 09.08.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu L.Tolstoy küçəsi 151, mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmas barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları rəisinə ünvanlanan 10.08.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 10 avqust 2021-ci il tarixdə saat 01:15-də Nəsimi rayonu L.Tolstoy küçəsi 151 ünvanında saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 10.08.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofana bükülmüş 11,049 qram çəkidə narkotik vasitə heroin, şalvarın sağ arxa cibindən 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün 1 qramına 35 manat verməklə, «Elçin» adlı şəxsdən saxlanılmadan təxminən 1 saat əvvəl əldə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 10.08.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11.08.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 10 avqust 2021-ci il tarixli, 6/3395 saylı rəyindən müəyyən olunur ki, «Azərbaycan Respublikası DİN Zərflər üçün №7, dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs üzərindən …» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paket bir ədəd bükümdə təmiz çəkisi 11,049 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 4598 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 23.11.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq çəkisi 10,999 qram olan narkotik vasitə heroin və elektron tərəzi saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvələr məhkum edilməmişdir Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik vasitənin təmiz çəkisi 11,049 qram olmaqla istehlak miqdarından dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 10 avqust 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalan 10,999 qram olan həmin narkotik vasitə heroin və elektron tərəzi məhv edilməlidir Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi oğlu üçün 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM»” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalan 10,999 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdjiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-449/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-449/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver